Məhkəmə qərarları › İş №1(101)-911/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-911/2022

01.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-911/2022 01.06.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən Məhəmməd Hüseyn oğlu Əkbərov, X4 Qəniyev və İlham Ağa oğlu Mahmudovdan ibarət tərkibdə, Məhkəmə iclasının katibi X3, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri "Xəzər Konsaltinq" Vəkil Bürosunda fəaliyyət göstərən vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1996-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Xətai Rayon Məhkəməsinin 06.08.2020-ci il tarixli hökmü ilə AR CM-nin 234.1-ci maddəsi ilə 01 il 08 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla faktiki yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq ümumi çəkisi 10200,649 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə marixuanan əldə edib bir qismini üzərində, qalanını yaşadığı mənzilin qonaq otağında olan divanın içərisində saxlamış, Təqsirləndirilən şəxs qanunsuz əməlləri barədə Xətai rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinə daxil olmuş əməliyyat məlumatı əsasında həmin şöbənin və Xətai rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri nəticəsində o, 18 yanvar 2022-ci il tarixdə saat 17:00-da Bakı şəhəri, Xətai rayonu, Əhmədli metrostansiyasının yaxınlığında narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs qismində saxlanılaraq ünvan 2 ünvanda yerləşən Xətai rayon Polis İdarəsinin 34-ci Polis Şöbəsinə gətirilmiş, polis şöbəsində videoçəkilişdən istifadə olunmaqla müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış aparılan zaman əynində olan açıq göy rəngli gödəkçəsinin sol üst cibindən 01 ədəd bükümdə təmiz çəkisi 0,649 qram olan narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüş, həmçinin yaşadığı ünvan 4 ünvanda videoçəkilişdən istifadə edilməklə müdafiəçinin iştirakı ilə keçirilən axtarış və götürmə istintaq hərəkəti zamanı mənzilin qonaq otağında olan divanın içərisindən 01 (bir) ədəd yaşıl rəngli sintetik torbanın içərisindən külli miqdarda təmiz çəkisi 102000 qram tərkiblərinə görə eyni olan, bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmədə dindirilmiş Təqsirləndirilən şəxs ittiham olunduğu əməl üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, bir neçə ildir ki, narkotik vasitə marixuananın istifadəçisidir. 30.11.2020-ci il tarixdə Xətai Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrum edilmiş, 18.09.2021-ci il tarixdə cəza müddəti başa çatdığı üçün həbsdən azad olunmuşdur. Ona qarşı irəli sürülmüş ittihamla o, ümumiyyətlə razı deyil. Belə hesab edir ki, müstəntiq və polis əməkdaşları ona qarşı qərəzli mövqe tutaraq heç bir əsas olmadan onu külli miqdarda narkotik vasitə olan marixuananın saxlamaqla satmaqda günahlandırmışlar. O, heç vaxt narkotik vasitələrin satışı ilə maşğul olmamışdır. İbtidai istintaq zamanı verdiyi ifadələrini hal-hazırda təsdiq etmir. Belə ki, şübhəli şəxs qismində tutulduğu zaman polis əməkdaşları tərəfindən ona qarşı edilən təzyiq nəticəsində o, ibtidai istintaq zamanı həqiqətə uyğun olmayan ifadə vermişdir. 18 yanvar 2022-ci il tarixdə günorta vaxtı o, yaşadığı binanın blokunda olduğu zaman əvvəllər tanımadığı mülki geyimli bir neçə şəxs ona yaxınlaşaraq polis işçiləri olmasını bildirərək onun kimliyi barədə soruşmuşlar. O isə özünün şəxsiyyəti barədə məlumat verərək həmin ərazidə yaşadığını bildirmişdir. Polis əməkdaşları onun narkotiklə bağlı şübhəli olmasını demiş, o isə üzərində 0,76 qram olan narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmişdir. Həmin vaxt üzərində aşkar olunmuş narkotik vasitə marixuananı hazırda adını xatırlamadığı şəxsdən öz istifadəsi üçün almışdır. Bundan sonra polis əməkdaşları videoçəkiliş aparmaqla onun yaşadığı Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, ev 41 ünvanında yerləşən 140 nömrəli mənzilə baxış keçirmişlər və qonaq otağında olan açıq qəhvəyi rəngli divanın içərisində narkotik vasitə olan marixuana aşkar etmişlər. Həmin vaxt o, polis əməkdaşlarının ona qarşı edilən təzyiqləri nəticəsində aşkar olunmuş narkotik vasitə marixuananın ona məxsus olduğunu bildirmiş, lakin hal-hazırda bu faktı təsdiq etmir. Belə ki, yaşadığı mənzildə aşkar olunmuş 10 kilogram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana polis əməkdaşları tərəfindən ora qoyulmuşdur. İbtidai istintaq zamanı verdiyi ifadələrində, onun yaşadığı evdə aşkar olunmuş külli miqdarda narkotik vasitələri guya 18 yanvar 2022ci il tarixdə təxminən saat 10 radələrində Bakı şəhəri, Xətai rayonu, Əhmədli metrostansiyasının yaxınlığında yerləşən taksafon vasitəsi ilə “Əmi” kimi tanıdığı deməsinə görə İran İslam Respublikasının vətəndaşı olan şəxslə telefon əlaqəsi saxlaması, həmin vaxt “Əmi” adlı şəxsin ona Əhmədli metrostansiyasının 2-ci çıxışında yerləşən “Araz” marketin yaxınlığında məişət tullantılarının atıldığı qabın yanında 1 ədəd yaşıl torbanın olmasını və içərisində narkotik vasitə olan “nəşə” olmasını deməsi, həmin İran İslam Respublikası vətəndaşı olan şəxsdəm şəxsi istifadəsi üçün borca(nisyə) narkotik vasitə olan marixuana alması, onunla telefon əlaqəsini bitirdikdən dərhal sonra həmin məişət tullantılarının atıldığı qabların yanına yaxınlaşaraq, həqiqətən orada 01 ədəd yaşıl rəngli torbanın olmasını görməsi və daha sonra ətrafda olan şəxslərin bundan şübhələnməməsi üçün həmin torbanı oradan götürüb yaşadığı ünvan 5 ünvanında şəxsi istifadəsi üçün bir büküm götürdükdən sonra həmin torbanı qonaq otağında olan divanın içərisinə yerləşdirməsi barədə verdiyi ifadələri həqiqəti əks etdirmir. Belə ki, onun ümumiyyətlə İran İslam Respublikası vətəndaşı olan tanışı yoxdur. Polis əməkdaşları tərəfindən ona qarşı edilən təzyiqlə əlaqədar o, Bakı İstintaq Təcridanasına gətirildiyi zaman şikayət etmiş, lakin bununla əlaqədar heç bir tədbir görülməmişdir. Son olaraq özünü yalnız Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bildiyini qeyd edib, əməlinin Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsi ilə tövsif edilməsi və barəsində ədalətli qərar çıxsrılmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Xətai rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinin əməliyyat müvəkkili vəzifəsində çalışır. İş üzrə Təqsirləndirilən şəxs əvvəllər tanımamış və aralarında heç bir münasibət olmamışdır. Onu ilk dəfə hadisə vaxtı, yəni narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı yaxaladıqları vaxt görmüşdür. Belə ki, hazırda xatırlamadığı tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Xətai rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsində ünvan 1 ünvanında yaşayan, əvvəllər məhkum olunmuş Təqsirləndirilən şəxs adlı şəxsin qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, saxlaması və qəbul etməsi barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatla bağlı əməliyyat-axtarış tədbiri keçirilməsi üçün idarə rəhbərliyi tərəfindən müvafiq əmr imzalanmış və 2 nəfərdən ibarət əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupuna rəhbərlik ona həvalə olunmaqla Xətai rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin baş əməliyyat müvəkkili, polis mayoru Şahid2 əməliyyat qrupuna daxil olunmuşdur. 18 yanvar 2022-ci il tarixdə saat 17:00 radələrində Təqsirləndirilən şəxs onlar tərəfindən Xətai rayonu, Əhmədli metrostansiyasının yaxınlığında saxlanıldığı zaman onlar xidməti vəsiqələrini göstərərək özlərini ona təqdim etməklə, onu 34-cü polis şöbəsinə dəvət etmişdirlər. Həmin vaxt Təqsirləndirilən şəxs Nizami oğlunun üzərinə şəxsi axtarış və götürülmə aparılması zərurəti yarandığından, Xətai rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinə dəvət olunmuşdur. Həmin vaxt dəvət olunmuş müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş aparılmaqla keçirilmiş şəxsi axtarış nəticəsində üzərindən bir bükümdə hazırda xatırlamadığı miqdarda narkotik vasitə marixuana aşkar olunmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs təhqiqatçının suallarına cavab olaraq təqdim etdiyi narkotik vasitənin İran İslam Respublikasının vətəndaşı ilə əlaqə saxladıqdan sonra Əhmədli metrostansiyasının yaxınlığından götürdüyünü bildirdi. Daha sonra təqdim olunan narkotik vasitələrə bənzər kütlə zərfə qoyularaq imzalanıb möhürləndi. Təhqiqatçı tərəfindən narkotik vasitəni haradan əldə etməsi barədə yenidən sual verildikdə Təqsirləndirilən şəxs həmin narkotik vasitəni İran İslam Respublikasının vətəndaşı ilə əlaqə saxladıqdan sonra yaşadığı ünvanın yaxınlığında olan məişət tullantılarının atıldığı qabların yanında olan yerə atıldığını üzərində yalnız bunun olduğunu yaşadığı mənzildə də narkotik vasitə olduğunu üzərindəki narkotik vasitəni də oradan götürdüyünü, şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs razılığı ilə sonuncunun yaşadığı ünvan 4 ünvanında axtarış aparılmışdır. Təhqiqatçı Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı onun evdə narkotik vasitə saxladığını bildirdiyini və həmin narkotik vasitələri harada saxladığını soruşduqda, Təqsirləndirilən şəxs qonaq otağında olan açıq qəhvəyi divanı işarə edib orada narkotik vasitə saxladığını bildirmişdir. Divanın alt saxlanc hissəsi açılan zaman orada yaşıl rəngli torbanın olması aşkar olunmuşdur. Təhqiqatçının torbanın içərisində nə olması və onu haradan əldə etməsi barədə Təqsirləndirilən şəxs sualına cavab olaraq Təqsirləndirilən şəxs cavabında yaşıl rəngli torbanın içərində narkotik vasitə olmasını, onu əvvəllər tanımadığı və əlaqəsi olmadığı İran İslam Respublikası vətəndaşından şəxsi istifadəsi üçün əldə etdiyini, onunla aparmış olduğu danışıqlar nətiəsində yaşadığı ünvanın yaxınlğında olan məişət tuallanılarının atıldığı yerin yanından tapdığını bildirmişdir. Təhqiqatçı tərəfindən torbanın yuxarı hissəsi kəsilən zaman torbanın içərisində qurudulmuş marixuanaya bənzər kütlələrin olması aşkar olunmduşdur. Həmin torba elektron tərəzi vasitəsi ilə çəkilən zaman torbadakı kütlənin çəkisinin 22.20 kiloqram olması müəyyən edilmişdir. Bundan sonra təhqiqatçı mənzildə bundan əlavə hər hansı qanunla qadağan edilmiş maddə və ya predmet saxlanılması barədə Təqsirləndirilən şəxsdən soruşmuş, sonuncu aşkar edilmiş kütlədən başqa mənzildə qadağan edilmiş maddə və ya predmet saxlamadığını bildirmişdir. Evdə axtarış aparılan zaman mənzildə başqa qadağan edilmiş maddə və ya predmet aşkar edilməmişdir. Keçirilmiş əməliyyat axtarış fəaliyyəti nəticəsində saxlanılan Təqsirləndirilən şəxs əməlini etiraf etmiş, sonuncuya qarşı heç bir zor və təzyiq göstərilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Xətai rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinin əməliyyat müvəkkili Şahid2 digər Şahid1 ifadəsinə uyğun eyni məzmunlu ifadə vermiş və öz ifadəsi ilə iş üzrə tərtib olunmuş raportlarda və istintaq hərəkətlərinin həyata keçirilməsinə dair protokolların məzmununda qeyd olunan xüsusatları təsdiq etmişdir. Təqsirləndirilən şəxs yuxarıda qeyd edilən cinayət əməlini törətməkdə təqsirli olması cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı elan edilməklə tədqiq edilmiş aşağıda qeyd edilən digər sübutlarla da təsdiq olunur. Belə ki, “şübhəli şəxsin tutulması haqqında” 18 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməsinə bilavasitə şübhə yarandığından, sonuncu həmin tarixdə saat 17:00-da şübhəli şəxs qismində tutulmuşdur (cild 01, iş vərəqə 23-24). “Şəxsi axtarış və götürmə aparılması barədə” 18.01.2022-ci il tarixli protokol və və həmin istintaq hərəkətinin keçirilməsinin videogörüntüsü yazılmış diskə baxış keçirilməsi haqqında 19.01.2022-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə Xətai rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinin inzibati binasında Təqsirləndirilən şəxs üzərinə müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri, 13 saylı Vəkl Bürosunun vəkili X1 iştirakı ilə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edilərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik olan biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan açıq göy rəngli gödəkçəsinin sol üst cibindən 01 (bir) ədəd gümüşü rəngli kağıza bükülmüş təbii ot tərkibli narkotik vasitə marixuanaya bənzər kütləni təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 (bir) ədəd gümüşü rəngli kağıza bükülmüş kütlənin nə olması barədə soruşulduqda, Təqsirləndirilən şəxs həmin narkotik maddəyə bənzər kütlənin narkotik maddə olan marixuana olmasını bildirmişdir. Həmin bükümdəki maddə elektron tərəzidə çəkildi və narkotik vasitə olan marixuanaya bənzər kütlələrin çəkisi 0,76 qram oldu. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq, Bakı şəhəri, Xətai rayonu, Əhmədli metrostansiyasının yaxınlığında adını bilmədiyi İran İslam Respublikasının vətəndaşı ilə taksafon vasitəsi ilə telefon əlaqəsi saxlayaraq onun dediyi yerdən özünün şəxsi istifadəsi üçün nisyə aldığını, həmin narkotik vasitəni Əhmədli metrostansiyasının yaxınlığında yerləşən məişət tuallantıları olan qabın yan hissəsindən 1 ədəd yaşıl rəngli torbanı götürməsini bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi kütlə iş üzrə sübut əhəmiyyətinə malik olduğundan təhqiqatçı tərəfindən kağız zərfdə qablaşdırılaraq DİN-nin “Zərflər üçün” 152 saylı möhürlənərək götürülmüşdür. Şəxsi axtarış və götürmə zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmiş, Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq yaşadığı ünvan 4 ünvanında narkotik vasitənin olmasını bildirmişdir (cild 01, iş vər. 36-38, 75). İşdə olan Təqsirləndirilən şəxs Xətai rayon Polis İdarəsinin rəisinə ünvanladığı ərizədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 6üraciət edərək polis əməkdaşları tərəfindən 18.01.2022-ci il tarixdə yaşadığı Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi 41, 140 saylı mənzilə baxış keçirilməsinə etirazı olmadığını bildirmişdir (cild 01, iş vər. 39). “Axtarış və götürmə aparılması haqqında” 18.01.2022-ci il tarixli protokol və və həmin istintaq hərəkətinin keçirilməsinin videogörüntüsü yazılmış diskə baxış keçirilməsi haqqında 19.01.2022-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs yaşadığı ünvan 4 ünvanında olması ehtimal edilən narkotik vasitəni könüllü şəkildə təqdim etməsi üçün Təqsirləndirilən şəxs təhqiqatçı Asiman İmaməli tərəfindən təklif edildikdə Təqsirləndirilən şəxs qonaq otağında olan açıq qəhvəyi rəngli divanın alt hissəsində gizlətdiyi 1 ədəd yaşıi rəngli torbanın içərisində olan narkotik vasitə hesab olunan kütləni çıxarıb təqdim edərək həmin torbadakı narkotik vasitənin marixuana olduğunu, marixuananı 18 yanvar 2022-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, Xətai rayonu, Əhmədli metrostansiyasının yaxınlığında məişət tullantıları yerindən adını və anket məlumatlarını bilmədiyi İran İslam Respublikasının vətəndaşı ilə onlayn telefon vasitəsi ilə danışıqlar apararaq, öz şəxsi istifadəsi məqsədi ilə əldə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd yaşıl rəngli torbanın içərisində olan kütlənin narkotik vasitə olan marixuanaya bənzər kütlənin çəkisinin 22.200 qram olması müəyyən edildi. Həmin kütlə iş üzrə sübut əhəmiyyətinə malik olduğundan təhqiqatçı tərəfindən qablaşdırılaraq DİN-nin “Zərflər Qçün” 152 saylı möhürlənərək götürülmüşdür. Axtarış və götürmə zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir (cild 01, iş vər. 42-43, 76). Məhkəmə-bioloji ekspertizasının 19 yanvar 2022-ci il tarixli 7/50 saylı rəyindən məlum olur ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs..” yazısı və imzalar olan kağız paketdəki sellofan bükülünün içərisində 01 (bir) ədəd “gümüşü” rəngli kağız bükümdə təmiz çəkisi-0,649 qram və ağ kağız üzərində “Təqsirləndirilən şəxs..” yazısı və imzalar olan 01 (bir) ədəd yaşıl rəngli sintetik torbadakı təmiz çəkisi“10200qram, olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Ümumi çəkisi- 10200,649qramdır (10kq200,649qram). Təqdim edilmiş marixuanalar tərkiblərinə görə eynidirlər (cild 01, iş vər. 50-54). Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)-31/2022 saylı, 20 yanvar 2022-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 18 yanvar 2022-ci il tarixdən hesablanaraq «həbs» qətimkan tədbiri seçilmişdir (cild 1, iş vərəqə 94-96). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsindən verilmiş 21.01.2022-ci il tarixli tələbnamədə və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 06.08.2020-ci il tarixli hökmdən görünür ki, Təqsirləndirilən şəxs Xətai Rayon Məhkəməsinin 06.08.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 06 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 18.09.2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur (cild 01, iş vərəqə 112-119). Məhkəmə ambulator narkoloji ekspertizasının 02 fevral 2022-ci il tarixli 470 saylı rəyindən məlum olur ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və kannabioidlərin birgə qəbulu edilməsi nəticəsində yaranan asılılıq sindromu-narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 01, iş vər. 127-128). Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 11 fevral 2022-ci il tarixli 10/775 saylı rəyindən məlum olur ki, ekspertizaya təqdim olunmuş elektron tərəzinin “ON/OFF” düyməsini basmaqla tərəzinin tablosunda siqnallar yanır və avtomatik olaraq kalibrovkafsıfırlaşma”) olunur, ekranda “O.OOOkq” göstəricisi əmələ gəldikdən sonra tərəzinin çəki gözünə hər hansı əşya qoyulduqda, ekranda əşyanın çəkisinə uyğun çəki görünmür. Tərəzinin üzərində mexaniki zədə və çatışmazlıqlar yoxdur, aparılmış tədqiqatla elektron tərəzinin işlək vəziyyətdə olmamaqla istismara yararsız olduğu müəyyən edildi (cild 01, iş vər. 129-132). “Cinayət işinin ayrılması haqqında” 09.03.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərində aşkar edilərək götürülmüş narkotik vasitə heroinin mənbəyinin müəyyən edilməsi üçün hazırkı cinayət işindən material ayrılmışdır (cild 01, iş vərəqə 159-160). Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» Siyahılarında narkotik vasitə olan qurudulmuş marixuana-kannabis bitkisinin çəkisinin 500 (beş yüz) qramdan yuxarı olması külli miqdar hesab olunur. Məhkəmə iclasında nümayiş etdirilməklə cinayət işinin materiallarına əlavə edilmiş iki ədəd «DVD» diskdə olan videgörüntülərə baxış keçirilmiş və baxış zamanı həmin videogörüntülərdə “şəxsi axtarış aparılması haqqında” və “evə baxış və götürmə aparılması haqqında” 18 yanvar 2022-ci il tarixli protokolların məzmununda qeyd olunan halların əyani olaraq öz əksini tapması müəyyən edilmişdir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxs və şahidləri dinləyərək iş materiallarını nəzərdən keçirib, iş üzrə əldə olmuş sübutlara hərtərəfli və obyektiv qiymət verməklə hesab edir ki, Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması məhkəmə istintaqı zamanı toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, şahidlərin məhkəmə iclasında verdikləri ifadələr, ekspertiza rəyləri, videogörüntülər, maddi sübutlarla və məhkəmə iclasında elan edilmiş digər sənəd və iş materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamla bağlı, narkotik vasitəni satış məqsədi olmadan əldə edib, saxlamaqla, daşıdığı və gizlətdiyi, kiməsə qurudulmuş marixuana satmaq niyyəti olmadığı barədə olan hissədə məhkəmə baxışı zamanı verdiyi ifadələrinə tənqidi yanaşaraq hesab edir ki, onun bu ifadələri cinayət məsuliyyətindən yaxa qurtarmaq məqsədi ilə verilmiş və onun yuxarıda qeyd edilən cinayət əməlini, yəni satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib, özündə saxlayıb daşımaqda təqsirli olması iş üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq edilmiş yuxarıda qeyd edilən obyektiv subutların məcmusi ilə tam təsdiq olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 5-ci bəndinə əsasən narkotik vasitələrin və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Həmin Qərarın 9-cu bəndinə əsasən təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, ictehlakçı ilə əvvəlcədən razılıq əldə edilməci, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlinin tövsifi məsələsini müzakirə edərək hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilmiş və o, həmin maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq onun törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən məhkəmə təqsiləndirilən şəxs Təqsirləndirilən şəxsn cinayət əməlini qismən etiraf edib peşman olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən məhkəmə cinayətlərin residivini Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Yuxarıda qeyd edildiyi kimi iş üzrə Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 06 avqust 2020-ci il tarixli, 1(011)-218/2020 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş və 18.09.2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əvvəllər az ağır cinayət əməlini törətməkdə təqsirli bilinərək azadlıqdan məhrumetmə cəzasına məhkum olunduğuna və müvafiq hökm üzrə məhkumluğu ödənilmədiyinə görə o, məhkumluğu olan şəxs hesab olunmalı, onun hazırki iş üzrə ağır cinayət törətməkdə təqsirli bilindiyi nəzərə alınaraq Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən o, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Yuxarıda qeyd edildiyi kimi, iş üzrə keçirilmiş məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan narkomaniya xəstəliyi aşkar olunmuş və onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğu müəyyən olunmuşdur. Odur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməlidir. İş üzrə maddi sübutlar: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Xətai rayon Polis İdarəsinin maddi sübutları saxlama yerində saxlanılmaqla Təqsirləndirilən şəxs üzərindən aşkar olunmaqla, müvafiq ekspertiza tədqiqatlarından sonra qalıq qalmış,ümumi təmiz çəkisi 10200,399 qram olan narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Təqsirləndirilən şəxs üzərinə və yaşadığı mənzilə baxış keçirilən zaman çəkilmiş videogörüntülər olan iki ədəd «DVD» disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza xərcləri cəmi 178,82 manat (yüz yetmiş səkkiz manat səksən iki qəpik) Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01.02.2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Məhkəmə mərhələsində təqsirləndirilən şəxsə göstərilmiş 60 iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi vəkil işlədiyi “Xəzər Konsalting ”Vəkil Bürosunun hesabına 360 (üç yüz altmış) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 346-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona 07 (yeddi) il 06 (altı) ay azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 18 yanvar 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsəsən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin. İş üzrə maddi sübutlar: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Xətai rayon Polis İdarəsinin maddi sübutları saxlama yerində saxlanılmaqla Təqsirləndirilən şəxs üzərindən aşkar olunmaqla, müvafiq ekspertiza tədqiqatlarından sonra qalıq qalmış,ümumi təmiz çəkisi 10200,399 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə və yaşadığı mənzilə baxış keçirilən zaman çəkilmiş videogörüntülər olan iki ədəd «DVD» disk isə cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərcləri cəmi 178,82 manat (yüz yetmiş səkkiz manat səksən iki qəpik) Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Məhkəmə mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına “Xəzər Konsalting” Vəkil Bürosunun vəkili Müdafiəçi üçün 360 (üç yüz altmış) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, məhkuma isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim Məhəmməd Əkbərov Hakimlər Faiq Qəniyev İlham Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar