Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(101)-911/2023 26.09.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), X2 və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: İbtidai araşdırma orqanı tərəfindən verilmiş ittihama əsasən Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs şəxsiyyəti istintaqa «Məşədi» kimi məlum olan şəxsdən istintaqa məlum olmayan vaxtda 1 ədəd bükümdə təmiz çəkisi 1040 qram (1 kq 40 qram) açıq qəhvəyi rəngli tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış külli miqdarda xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in İ Siyahısına daxil edilən narkotik vasitə heroini qanunsuz olaraq satış məqsədi olmadan əldə edib daşıyaraq üzərində saxlamış, Xəzər RPİ-nin NMB-nin əməkdaşları tərəfindən daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirilmiş əməliyyataxtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs 15 oktyabr 2022-ci il tarixdə saat 3:00 radələrində Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Mərdəkan-Qala yolu, Qala qəsəbəsi istiqamətində, Qala dəmiryol dayanacağı yaxınlığında yolun sol tərəfində yerləşən marketin arxasında saxlanılaraq Xəzər RPİ-nə gətirilmiş, orada müdafiəçinin iştirakı ilə videoçəkilişlə üzərində şəxsi axtarış, baxış və götürmə aparılarkən əynindəki qara rəngli gödəkcəsinin sol içəri tərəfindən 1 ədəd şəffaf sellofana bükülmüş bükümdə təmiz çəkisi 1040 qram (1 kq 40 qram) külli miqdarda narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Qeyd edilən cinayət işi üzrə 25 sentyabr 2023-cü il tarixə təyin edilmiş məhkəmə iclasında Dövlət ittihamçısı məhkəməyə yazılı vəsatət verərək qeyd etmişdir ki, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə onun əməlində daha ağır cinayətin əlamətləri müəyyən edildiyindən, yəni onun külli miqdarda narkotik vasitəni satış məqsədi ilə əldə edib daşıyaraq üzərində saxlaması - CM-nin 234.4.3-cü maddəsinin əlamətləri olduğundan, irəli sürülmüş ittham üzrə cinayət işinə xitam verilməli və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Dövlət ittihamçısı vəsatətəində aşağıdakıları qeyd etmişdir: Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittihamla təqsirli bilərək ifadəsində göstərmişdir ki, heç bir yerdə işləməməklə artıq 7-8 ay olar ki, narkotik vasitə qəbul etməyə başlamış, günə 2 qrama yaxın narkotik vasitə qəbul etmiş, narkotik vasitəni əsasən tanımadığı şəxslərdən alaraq istifadə etmiş, tutulan zaman üzərindən aşkar olunan narkotik vasitəni 4 ay bundan qabaq “İnstagram” sosial şəbəkəsində özünü İran vətəndaşı kimi təqdim edən “Məşədi” adlı şəxsdən 500 manat ödəməklə özünün istifadəsi üçün onun dediyi yerdən götürməklə əldə etmişdir. Lakin, cinayət işinin materiallarına əlavə edilməklə məhkəmə istintaqı zamanı sənədlərin tədqiqi mərhələsində təqdiq edilərək araşdırılmış məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 7762 nömrəli rəyindən müəyyən edilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir və onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Həmçinin, cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı sənədlərin tədqiqi mərhələsində araşdırılmış cinayət işi üzrə təyin edilmiş məhkəməkimyəvi ekspertizasının 15 oktyabr 2022-ci il tarixli 6/5966 saylı rəyi ilə müəyyən edilmişdir ki, üzərində vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş yazısı və imzalar olan bağlamada 1 ədəd bükümdə təmiz çəkisi 1040 qram (1 kq 40 qram) açıq qəhvəyi rəngli tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” İ Siyahısına əsasən heroinin çəkisinin 0,15 (sıfır tam yüzdə on beş) qramdan yuxarı olması şəxsi istehlak miqdarından artıq miqdar, xalis çəkisinin 2 (iki) qramdan yuxarı olması külli miqdar hesab olunur. Göründüyü kimi Təqsirləndirilən şəxs üzərindən çıxan 1040 qram (1 kq 40 qram) narkotik vasitə heroin şəxsi istehlak miqdarından 6933 dəfə, külli miqdarından isə 520 dəfə çox olmaqla onun narkotik vasitəni şəxsi istifadəsi üçün əldə edib üzərində saxlamaqla daşımasını istisna edir. Həmçinin, cinayət işinin materiallarına əlavə edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2011-ci il 4 mart tarixli 2 nömrəli Qərarının 9-cu bəndində göstərilir ki, Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə əldə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri psixotrop maddə satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Bundan başqa, məhkəmə istintaqında şahid qismində dindirilən Xəzər RPİ-nin Narkotiklərə qarşı Mübarizə Bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyən polis mayoru Şahid2 bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə etimad doğuran məlum, qərəzsiz mənbədən 1986-cı il təvəllüdlü Bakı şəhər sakini Təqsirləndirilən şəxs Mərdəkan qəsəbəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə onlara əməliyyat məlumatı daxil olmuş, həmin əməliyyat məlumatı əsasında təxirsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsindən ötrü Xəzər RPİ-nin rəhbərliyinə raportla məruzə edilmiş və həmin tarixdə saat təqribən 3 radələrində keçirilmiş əməliyyat tədbriləri nəticəsində Təqsirləndirilən şəxs Xəzər rayonu, Mərdəkan qəsəbəsində saxlanılaraq Xəzər RPİ-nin inzibati binasına gətirilmiş, 8 saylı Vəkil Bürosunun vəkili X1 iştirakı ilə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində videoçəkilişlə baxış və şəxsi axtarış keçirilməsinə başlanılmış, onun hüquq və vəzifələri izah olunmaqla elan edilmiş, bundan sonra ona üzərində olan qanunla dövriyyəsi qadağan edilmiş əşyaları təqdim etməsi təklif edilmiş, təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan tünd rəngli qara gödəkcənin iç sol tərəfindən 1 ədəd şəffaf rəngli sellofan bükümdə narkotik vasitə heroinə oxşar kütləni təqdim edib bildirmişdir ki, həmin vasitə heroindir, həmin narkotik vasitəni sosial şəbəkədə tanış olduğu “Məşədi” adlı şəxsdən əldə etmiş, aralarında olan sövdələşməyə əsasən o, həmin narkotik vasitələri iranlı kimi tanıdığı şəxsin dediyi yerə qoymalı, buna görə ona pul verilməli idi (Şahid2 cinayət işinin materiallarında olan ibtidai istintaq zamanı verdiyi ifadəsində Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitəni İİR-nın vətəndaşı ilə telefon vasitəsilə danışaraq Mərdəkan qəsəbəsi, Qala dəmiryol dayanacağına çatmamış, yolun sol tərəfində yerləşən marketin arxasında yerləşən boş həyətyanı sahədə daşın altından götürdüyünü və həmin narkotik vasitəni üzərində saxlayaraq daşıdığını bildirmişdir). O, məhkəmə istintaqı zamanı yaranmış bu ziddiyəti izah edə bilməmişdir. İş materiallarına əsasən polis əməkdaşları Şahid2 və Şahid1 Zabil oğlunun Təqsirləndirilən şəxs narkotik vasitənin satışıyla məşğul olmaması və üzərində saxlıyaraq daşıması məlumatını hardan əldə etmələri müəyyən edilməmiş, polis əməkdaşlarının ibtidai istintaq zamanı “Təqsirləndirilən şəxs həmin narkotik vaitəni üzərində saxlayaraq daşımışdır” kimi məlumatı haradan əldə etmələri qeyrimüəyyən olmaqla iş materialları ilə uyğunluq təşkil etməmişdir. Halbuki, məhkəmə istintaqı zamanı sənədlərin tədqiqi mərhələsində cinayət işinin materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli “şəxsi axtarış və götürmə” istintaq hərəkətinin videogörüntüsünə baxış keçirilən zaman təqsirlənsirilən şəxs Təqsirləndirilən şəxs həmin 1 kq narkotik vasitə heroini “Məşədi” ləqəbli İran vətəndaşı ilə telefon vasitəsi ilə danışaraq onun dediyi yerdən götürüb pul müqabilində “Məşədinin” deyəcəyi yerlərə qoyacağını bildirmişdir ki, bu hal həmin istintaq hərəkəti keçirilən zaman orada iştirak edən və məhkəmədə şahid qismində dindirilmiş polis əməkdaşı Şahid2 ifadəsi ilə eynilik təşkil etməklə cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs həmin 1040 qram külli miqdarda narkotik vasitəni satış məqsədi ilə əldə etməsini təsdiq edir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış xx.xx.2022-ci il tarixli “diskə baxış keçirilməsi barədə” protokol təhrif olunmaqla həqiqəti əks etdirməmiş, Təqsirləndirilən şəxs həmin narkotik vasitə heroini “Məşədi” ləqəbli şəxsin sifarişi ilə dediyi yerdən götürüb onun deyəcəyi ünvanlara qoyacağını” bildirməsinə baxmayaraq, protokolda “özü üçün götürüb, üzərində saxlamaqla daşıması” göstərilmiş, istintaq orqanı tərəfindən videogörüntüdə əks olunan və satışı təsdiq edən həmin xüsusatlar, ziddiyyətlər araşdırılmamış, həmin hala hüquqi qiymət verilməmişdir. Əksinə, iş üzrə şahid qismində dindirilmiş polis əməkdaşları Şahid1 və Şahid2 ifadələrində “Təqsirləndirilən şəxs sorğu zamanı narkotik vasitə heroini 500 manat müqabilində “Məşədi” ləqəbli şəxsin dediyi yerdən götürüb üzərində saxlamqla daşıdığını bildirmişdir” xüsusatları qeyd edilmişdir ki, həmin xüsusatlar işin halları ilə (Təqsirləndirilən şəxs videogörüntülərdə ilkin sorğusual zamanı həmin narkotik vasitəni “instaqram” sosial şəbəkəsindən “Məşədi” kimi tanıdığı İİR vətəndaşından əldə edib aralarında olan sövdələşməyə əsasən o, həmin narkotik vasitələri iranlı kimi tanıdığı şəxsin dediyi yerə qoymalı, buna görə ona pul verilməli idi) uyğunluq təşkil etməmişdir. Yəni, iş materiallarına əsasən polis əməkdaşları Şahid1 Zabil oğlu və Şahid2, Təqsirləndirilən şəxs narkotik vasitə heroini satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıması məlumatını hardan əldə etmələri müəyyən edilmir. Bunlardan baqşa, məhkəmə istintaqında sənədlərin tədqiqi mərhələsində elan edilməklə araşdırılmış “mobil telefonlara baxış keçirilməsi barədə” protokolda Təqsirləndirilən şəxs üzərindən çıxan 1 ədəd “Samsung A 20 S” və 1 ədəd “İphone X- Max Pro” markalı mobil telefonlara baxış keçirən müstəntiq iş üzrə əhəmiyyət kəsb edən hər hansı bir halın aşkar edilmədiyini qeyd etmişdir. Halbuki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və baxış keçirilərkən aşkar olunmuş mobil telefonların hansı formada açılması, şifrəsinin olub-olmaması, mobil telefonların neçə sim kartının olması, həmin telefonlarda hansı mobil operatorlara məxsus mobil nömrələrin olması qeyd olunmamış, təqsirləndirilən şəxs həmin narkotik vasitəni “instaqram” sosial şəbəkəsi vasitəsilə tanış olduğu, profilinin adının “Mewedi_İbad_” olduğu qeyd olunan iranlıdan aldığını qeyd etməsinə baxmayaraq, onun narkotik vasitələri qabaqcadan əlbir olan bir qrup şəxs halında əldə etməsini təsdiq edən bu hal araşdırılmamış, Təqsirləndirilən şəxs “instaqram” sosial şəbəkəsindəki məlumatları müəyyən olunmamış, “WhatsApp” ani mesajlaşma tətbiqindən istifadə edib-etməməsi araşdırılmadan formal olaraq “iş üzrə əhəmiyyət kəsb edən hər hansı bir halın aşkar edilmədiyi” qeyd olunmuşdur. Daha sonra cinayət işinin materiallarına haradan əldə edilməsi və kimə məxsus olması qeyd olunmayan xx.xx.2022-ci il tarixli "xxxx" MMC-nin baş icraçı direktoruna 2 ədəd mobil nömrənin - ***-***-**-** və ***-***-**-** və "xxxx" MMC-nin baş icraçı direktoruna 1 ədəd mobil nömrənin - ***-***-**-** abonentləri barədə məlumat verməsinə dair müstəntiq tərəfindən sənəd əlavə olunmuşdur. Həmin sənədlərə "xxxx" və "xxxx" MMC mobil operatorları tərəfindən verilən cavablarda ***-***-**-** və ***-***-**-** mobil nömrələrin Təqsirləndirilən şəxs, ***-***-**- ** mobil nömrələrin Şahid3 (təqsirləndirilən şəxsin arvadı) məxsus olması qeyd olunmasına, hər üç nömrənin Təqsirləndirilən şəxs istifadəsində olmasına baxmayaraq, bu mobil nömrələrin yalnız ikisi - ***-***-**-** və ***-***-**-** barədə texniki rabitə kanallarından məlumatların ələ keçirilməsi barədə məhkəməyə təqdimat verilmiş, "xxxx" MMC mobil operatoru tərəfindən verilən cavabda ***-***-**-** saylı mobil nömrənin nömrə daşıma xidməti vasitəsilə "xxxx" MMC mobil operatoruna keçdiyi qeyd olunsa da, bununla bağlı texniki rabitə kanallarından məlumatların ələ keçirilməsi barədə məhkəməyə təqdimat verilməmiş, "xxxx" MMC mobil operatoruna məxsus ***-***-**-** mobil nömrənin də Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefonlarda istifadə olunmasına baxmayarq bununla bağlı da texniki rabitə kanallarından məlumatların ələ keçirilməsi barədə məhkəməyə təqdimat verilməmişdir. Cinayət işinin materiallarında Təqsirləndirilən şəxs məxsus ***-***-**-** saylı mobil nömrə üzrə texniki rabitə kanallarından məlumatların ələ keçirilməsi barədə məhkəmə tərəfindən qərar qəbul olunsa da, həmin məlumatlar əldə edilərək cinayət işinə əlavə olnmamış, bununla bağlı cinayət işi üzrə sübutların qiymətləndirilməsi barədə qərarda müstəntiq tərəfindən qeyd olunmuşdur ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil nömrələr üzrə danışıqların müəyyənləşdirilməsindən ötrü mobil operatorlara sorğular verilmiş, lakin mobil operatorlardan cavablar daxil olmadığına görə həmin cavablara ayrılan müstəqil cinayət işində hüquqi qiymət veriləcəyi qeyd olunmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə qərarda və ittiham aktının nəticəvi hissəsində Təqsirləndirilən şəxs həmin narkotik vasitəni şəxsiyyəti istintaqa “Məşədi” kimi məlum olan şəxsdən, istintaqa məlum olmayan vaxtda əldə etməsi qeyd olunmuşdur. Lakin, cinayət işinin materiallarına əlavə edilmiş təqsirləndirilən şəxsin və şahidlərin dindirilməsi protokollarına, cinayət işinin materiallarına əlavə edilmiş digər sənədlərə əsasən müəyyən olunur ki, təqsirləndirilən şəxs həmin narkotik vasitəni xx.xx.2022-ci il tarixdə gecə saat 1 radələrində Mərdəkan qəsəbəsi, Mərdəkan-Qala yolu, Qala qəsəbəsi istiqamətində, Qala dəmiryolu dayanacağı yaxınlığında, yolun sol tərəfində yerləşən marketin arxasında, boş ərazidə, hasarın yanında olan daş və taxtanın altından götürmüş və elə həmin yerdə də saxlanılaraq Xəzər RPİ-nin inzibati binasına gətirilmişdir. Həmçinin, cinayət işinin materiallarına əlavə edilmiş sənədlərdən müəyyən olunur ki, “Məşədi” adlı şəxsin şəxsiyyətini müəyyənləşdirilməsindən ötrü əməliyyat tapşırığı verilmiş, tapşırığın cavabı olaraq “Məşədi” adlı şəxsin şəxsiyyətinin müəyyən olunaraq istintaqa təqdim olunması mümkün olmamışdır. Həmin şəxsin məsuliyyətə cəlb edilməsi üçün cinayət işinin materiallarından CM-nin 234.4.3-cü maddəsi ilə cinayət işi ayrılmışdır. Belə olan halda Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamda onun narkotik vasitəni “şəxsiyyəti istintaqa “Məşədi” kimi məlum olan şəxsdən” əldə etməsi kimi qeyd olunması cinayət işinin materialları ilə ziddiyyət təşkil edir. Azərbaycan Respublikası 318.2-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu müəyyən edildikdə, dövlət ittihamçısının vəsatəti əsasında məhkəmə irəli sürülmüş ittiham üzrə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə əsaslandırılmış qərar çıxarır. Məhkəmə cinayət prosesi tərəflərinin fikirlərini dinləyib dövlət ittihamçısının vəsatətində qeyd olunan halları nəzərə alaraq belə nəticəyə gəlir ki, AR CPM-in 318.2ci maddəsinə əsasən, Dövlət ittihamçısı vəsatəti təmin edilməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilməli, təqsirləndirilən şəxslərə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.2-1-ci maddəsinə əsasən bu Məcəllənin 318.2-ci maddəsində nəzərdə tutulmuş qərar çıxarıldıqda, məhkəmə həbsdə saxlanılan təqsirləndirilən şəxs barəsində həbsdə saxlama müddətinin müəyyən edilməsi məsələsinə baxmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.2-ci maddəsini rəhbər tutaraq məhkəmə, Q ə r a r a a l d ı: Dövlət ittihamçısı tərəfindən verilmiş yazılı vəsatət təmin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilsin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxsə ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Xəzər rayon prokuroruna qaytarılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 26 sentyabr 2023-cü il tarixdən 26 oktyabr 2023-cü il tarixədək 1 ay müddətində uzadılsın. Qərarın icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına həvalə olunsun.
Məhkəmə qərarları › İş №1(101)-911/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(101)-911/2023
26.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver