Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-911/2024 09.07.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Məmmədzadə Səbinə Adil qızının sədrliyi ilə, Hakimlər: Məmmədov Əli İrfan oğlu və Məcidov X6 ibarət tərkibdə, X1 və Qafarova-Məmmədova Turan Zakir qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Müdafiəçilər: Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi3 və Müdafiəçi1 və fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 iştirakı ilə, 28 avqust 2003-cü ildə Naxçıvan MR, Ordubad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olub, ünvan 2əsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələri ilə xx xxxxxxxx 2003-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta ixtisas təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 3 ünvanda qeydiyyatda olmaqla yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 181.2.1 və 181.2.5-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirləndirilirlər ondan ötrü ki, onlar, özgənin əmlakını ələ keçirmək məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs halında silah tətbiq etməklə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın edərək quldurluq etmişlər. Belə ki, ibtidai istintaq orqanının gəldiyi nəticəyə görə, Təqsirləndirilən şəxs1 özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, əvvəlcədən aralarında olan razılaşmaya uyğun olaraq birlikdə 08 iyun 2023-cü il tarixdə, saat 23:10 radələrində Zərərçəkmiş şəxs Anı qızının işlətdiyi Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 65F ünvanında yerləşən «Yıldızlar» aptekə üzlərində qara rəngli tibbi maska ilə daxil olaraq əvvəlcə o, Zərərçəkmiş şəxs pulların saxlanıldığı yeri soruşmuş, sonuncu pulların saxlanıldığı masanı göstərdikdə qrup üzvü Təqsirləndirilən şəxs2 həmin masaya yaxınlaşıb orada açıq vəziyyətdə olan dəmir çemodanın içərisindən 173 manat məbləğində nağd pul vəsaitini götürmək istədiyi zaman Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs2 mane olmağa çalışdıqda o, üzərində gəzdirdiyi bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan təsərrüfat-məişət təyinatlı turist bıçağını çıxarıb həmin bıçağı silah qismində tətbiq edərək Zərərçəkmiş şəxs sağ əlinə vurub sonuncuya sağ əlin arxa səthinin İİ barmağın proksimal falanqasının qançırından ibarət, dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarət yetirməklə hücuma məruz qalmış şəxsin həyat və sağlamlığı üçun təhlükəli zorakılıqla bağlı olan basqın etmiş, qrup üzvü Təqsirləndirilən şəxs2 173 manat məbləğində pul vəsaitini çemodanın içərisindən götürüb ələ keçirdikdən sonra birlikdə apteki tərk edib əldə eldikləri pulu öz aralarında bölməklə zərərçəkmış şəxs Zərərçəkmiş şəxs 173 manat məbləğində maddi ziyan vurmaqla quldurluq etmişdir. Bundan başqa, ibtidai istintaq orqanının gəldiyi nəticəyə görə, Təqsirləndirilən şəxs2 özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı Təqsirləndirilən şəxs1 Ramıd oğlu ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, əvvəlcədən aralarında olan razılaşmaya uyğun olaraq birlikdə 08 iyun 2023-cü il tarixdə, saat 23:10 radələrində Zərərçəkmiş şəxs işlətdiyi Bakı şəhəri, Nizamı rayonu, Qara Qarayev prospekti 65F ünvanında yerləşən «Yıldızlar» aptekə üzlərində qara rəngli tibbi maska ilə daxil olaraq əvvəlcə qrup üzvü Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs pulların saxlanıldığı yeri soruşmuş, sonuncu pulların saxlanıldığı masanı göstərdikdə o, həmin masaya yaxınlaşıb orada açıq vəziyyətdə olan dəmir çemodanın içərisindən 173 manat məbləğində nağd pul vəsaitini götürmək istədiyi zaman Zərərçəkmiş şəxs ona mane olmağa çalışdıqda qrup üzvü Təqsirləndirilən şəxs1 üzərində gəzdirdiyi bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan təsərrüfat məişət təyinatlı turist bıçağını çıxarıb həmin bıçağı silah qismində tətbiq edərək Zərərçəkmiş şəxs sağ əlinə vurub sonuncuya sağ əlin arxa səthinin İİ barmağın proksimal falanqasının qançırından ibarət, dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarət yetirməklə hücuma məruz qalmış şəxsin həyat və sağlamlığı üçun təhlükəli zorakılıqla bağlı olan basqın etmiş, o, 173 manat məbləğində pul vəsaitini çemodanın içərisindən götürüb ələ keçirdikdən sonra qrup üzvü Təqsirləndirilən şəxs1 ilə birlikdə apteki tərk edib əldə etdikləri pulu öz aralarında bölməklə Zərərçəkmiş şəxs 173 manat məbləğində maddi ziyan vurmaqla quldurluq etmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, digər Təqsirləndirilən şəxs2 ilə əsgər yoldaşı olmuş, arabir Bakı şəhərində onunla görüşmüşdür. Baş verən hadisə planlaşdırılmış hadisə olmamış, ümumiyyətlə Alının ağlında belə bir hadisəni törətmək olmamışdır. Onlar birdən birə belə qərara gəlmiş, belə ki, ona təcili olaraq ailə problemləri ilə əlaqədar təxminən 50-60 manat məbləğində pul lazım olmuş, Alı belə bir hadisəni törətməyə könülsüz olsa da, özündən asılı olmayaraq hadisəyə daxil olmuşdur. Aptekə girib oradan pul götürmək onlara yaraşan davranış olmasa da, ona təcili olaraq pul lazım olmuşdur. Onlar bir dəfə aptekə daxil olduqdan sonra çıxıb, yenidən geri qayıtmışlar. O, belə bir hadisəni törətməyə məcbur olmuş, əczaçı qadına da onu qorxutmaq, incitmək niyyətlərinin olmadığını, sadəcə pulu götürüb çıxıb gedəcəklərini demiş və kassanın yerini soruşmuşdur. Alı kassaya yaxınlaşıb pulu götürmüş, o, əczaçı qadına qoxmağa ehtiyac olmadığını demişdir. Onların arasında dartışma və başqa bir hadisə yaşanmamış, onlar oraya kiməsə zərər yetirmək üçün girməmişlər. Təqsirləndirilən şəxs1 məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, onlar Alı ilə oturub söhbət etmişlər və fikirləri işləmək olmuşdur. Onun ağlında soyğunçuluq etmək fikri olmuş, o, Alıya ilk dəfə bu fikri deyəndə, Alı narahat olmuş və bu təkliflə razılaşmamışdır. Lakin sonradan Alı da özündən asılı olmayaraq ona qoşulmuşdur. Alıya belə bir təklifi etməsi ilə aptekə girmələrinin arasında təxminən 2 saat müddət olmuşdur. O, Qara Qarayev ərazisini tanımır. Onlar həmin aptekə bir dəfə girib, daha sonra fikrlərini dəyişib çıxmış, lakin sonradan yenidən aptekə daxil olmuşlar. Aptekin içərisində bir qadın əczaçı olmuş və həmin qadın kassadan bir qədər aralı dayanmışdır. O, əczaçı qadına fikirlərinin pulu götürmək olduğunu, onu incitmək olmadığını demişdir. Hadisə zamanı üzündə tibbi maska və başında papaq olmuşdur. O, tanınmaması üçün maska geyinmiş, maskanı da Qara Qarayev ərazisində bir aptekdən almışdır. Maskanı almasının səbəbi oğurluq etmək olmamış, ofisiantlıq etmək üçün getməyi nəzərdə tutmuşlar, həmin obyektdə də maska geyinilməsi vacib olmuşdur. Maskanı aptekə girməmişdən təxminən bir saat əvvəl almışdır. Onlar aptekə daxil olduqdan sonra əczaçı qadına deyən kimi o, heç nə soruşmadan kassanın yerini göstərmişdir. Bundan sonra Alı kassanı açmağa getmiş, əczaçı qız Alıya mane olmaq üçün onun qolundan tutmuş, o da yaxınlaşıb həmin qıza getmələrinə icazə verməsini demişdir. Əczaçı qız əvvəl Alını buraxmamış, lakin sonradan buraxanda onlar qaçmışlar. Törətdiyi əməldən peşmandır. Ümumiyyətlə adətən onun üzərində bıçaq olur, lakin həmin gün bıçaq üzərində olmamışdır. Hadisəni təxminən gecə saat 23.00-23.30 radələrində törətmişlər. Həmin gün Alı ilə səhər görüşmüş, onlar xeyli müddətdir görüşmədiklərindən, görüşüb söhbət edib, çay içmişlər. İstintaq zamanı zərərçəkmiş şəxslə üzləşmiş, zərərçəkmiş ona qarşı hər hansı zor tətbiq etdiklərini deməmiş, o, üzləşmə protokolunu oxumamışdır. Onlar danışmış, müstəntiq də kompüterdə yazmışdır. Onlar üzləşən zaman yanlarında başqa şəxs olmamış, onları ayrı-ayrı üzləşdirmişlər. Təqsirləndirilən şəxs2 onun üzərində bıçağın olmasından xəbəri olmamışdır. O, Təqsirləndirilən şəxs2 bıçaq gəzdirdiyini görməmişdir. O, tutulan zaman üzərindən bıçaq çıxmış, o, polis əməkdaşlarına həmin bıçağı əsgərliyə getməmişdən əvvəl aldığını, hadisə günü üzərində bıçaq olmadığını demişdir. Cinayət işinin materiallarında olan imzalar ona aiddir. O, hadisədən 2-3 gün sonra tutulmuşdur. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 verdiyi ifadəni təsdiq edir, hadisə onun bildirdiyi kimi baş vermişdir. O, 10 iyun 2023-cü il tarixdə evinin içində tutulmuşdur. Tuncayın dediklərinə qatılır. Təqsirləndirilən şəxs2 ona verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs1 ilə hadisə baş verən gün görüşmüş, onlar həmin gün başqa bir işə girməyi planlamışlar, lakin gecə işin alınmaması ilə bağlı cavab gəlmişdir. Kassadan pulu o götürmüşdür. Aptekə daxil olanda o, heç nə danışmamış, onlar ilk dəfə aptekə girəndə əczaçı qadın nə isə lazım olub-olmadığını soruşmuş, onlar da vitrinə baxıb çıxmışlar. İkinci dəfə aptekə daxil olanda əczaçıya narahat olmamasını, onu qorxutmaq niyyətlərinin olmadığını bildirib, kassanın yerini soruşmuşlar, əczaçı qadın da kassanın yerini göstərmişdir. O, kassaya yaxınlaşıb pulu götürmüş, bu zaman əczaçı ona yaxınlaşmış, o, həyəcanlı olmuş, qadın yaxınlaşıb onun qolundan tutmuş, lakin aralarında heç bir dialoq olmamışdır. O, əczaçıya heç nə deməmiş, Tuncay onu qorxutmaq məqsədlərinin olmadığını, pulu götürmək niyyətində olduqlarını demişdir. Tuncayın üzərində bıçağın olmasından onun məlumatı olmamış, o, əczaçı qızın əlində yaralanma və kəsik görməmiş, aralarında heç bir dava və dartışma olmamışdır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ittiham olunduğu cinayət əməlini törətmələri özlərinin qismən etirafedici ifadələrindən başqa məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, habelə digər sübutlarla öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, hadisə baş verməmişdən təxminən 4-5 ay əvvəl Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 81 ünvanında yerləşən «Zeytun» apteklər şəbəkəsinə aid «Yıldızlar» apteki işlətməyə başlamışdır. 08 iyun 2023-cü il tarixdə təxminən saat 22-23 radələrində 2 nəfər şəxs aptekə daxil olmuş, onlardan biri papaqlı, digəri çantalı olmuşdur. Həmin şəxslər aptekdən çıxıb 10 dəqiqə sonra yenidən daxil olmuş, ona yaxınlaşıb kassanın harada olduğunu soruşmuşlar. Bu zaman o, sakit dayanmış, cavab verməmiş, lakin kassanın yerini əli ilə göstərmişdir. O, əvvəlcə nə baş verdiyini anlamamış, bir qədər sonra özünə gəldikdə o da kassaya tərəf gedib müdaxilə etmək istəmiş, həmin an həyəcanlı olduğu üçün nəsə etməyə qorxmuşdur. O, həmin an baş verən stresslə nə edəcəyini bilməmiş, polisə zəng etmişdir. Məhkəmə iclasında ona verilən suallara cavab olaraq Zərərçəkmiş şəxs bildirmişdir ki, təqsirləndirilən şəxslər aptekə girən andan üzlərində tibbi maska olmuşdur. Həmin şəxslər kassaya yaxınlaşanda o da kassaya yaxınlaşmış, lakin digər şəxs hərəkət etməyinə imkan verməmişdir. Təqsirləndirilən şəxslər ona hər hansı bir alət göstərməmiş, ona heç bir xəsarət yetirməmişlər. Təqsirləndirilən şəxslər ona hədə-qorxu gəlməmiş, hadisə sadəcə 30 saniyə ərzində baş vermişdir. O, təqsirləndirilən şəxslərdə hər hansı bir qanunsuz əşya görməmişdir. Ona ifadəsini dəyişməsi üçün heç bir təzyiq göstərilməmişdir. O, xəsarət alması ilə bağlı tibbi ekspertizadan keçməmiş, istintaq zamanı ifadə vermiş, o, danışmış, müstəntiq isə yazmışdır. O, yazılanları oxusa da, tam oxumamış ola bilər, çünki ifadəsi uzun olmuşdur. Yaranmış ziddiyyətlə bağlı zərərçəkmiş şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmiş, elan olunmuş ifadə ilə bağlı verilmiş suallara cavab olaraq Zərərçəkmiş şəxs bildirmişdir ki, o, həkimə getməmiş, lakin ekspertizadan keçmişdir. Müstəntiq ekspert rəyi ilə bağlı ona heç bir məlumat verməmişdir. O, 102 xidmətinə zəng etmiş, daha sonra polislər gəlmiş, sadəcə şikayətçi olması ilə bağlı hansısa sənəd yazmış, daha sonra da müstəntiqin yanında ifadə vermişdir. Müstəntiqin yazdığı ifadə 5-6 səhifədən ibarət olmuş, o da yazılanların hamısını oxuya bilməmişdir. Təqsirləndirilən şəxslərdən biri əlini cibinə atmış, o da bıçaq çıxaracağını zənn etmiş, lakin təqsirləndirilən şəxsin əlində heç nə olmamışdır. Həyəcanının neçə gün davam etdiyi yadında deyil, cinayət işinin materiallarında olan imzalar ona məxsusdur. O, ilk 2 gündən sonra təqsirləndirilən şəxslərin yaşlarının az olduğunu görmüş, buna görə də onlarla barışmışdır. Hətta polisə şikayət etdiyi üçün də peşman olmuşdur. İstintaq zamanı cərgəyə düzülən şəxslərin arasından təqsirləndirilən şəxsləri tanımış, müstəntiq ona əvvəlcədən bu barədə heç bir istiqamət verməmişdir. Daha sonra təqsriləndirilən şəxslərlə heç bir söhbəti olmamışdır. Üzləşdirmə zamanı sənədlərə qol çəkmişdir. Təqsirləndirilən şəxslərin heç bir yaxın qohumu ondan heç nə xahiş etməmişdir. Zərərçəkmiş şəxs verilən suallara cavab olaraq həmçinin bildirmişdir ki, təqsirləndirilən şəxslərlə barışmış, onlara qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, 2023-cü ilin yay aylarında gecə saatlarında hadisə baş verməsi, əməliyyat qrupuna köməklik göstərilməsi ilə bağlı məlumat daxil olmuş, onlar hadisə yerinə gedib əməliyyat tədbirlərinə başlamış, cinayət əməlini törədən şəxslərin şəxsiyyətlərini müəyyən edib, onların tutulmalarını təmin etmişlər. Şahid2 ona verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs2 Qaraçuxur qəsəbəsində, Təqsirləndirilən şəxs1 isə Qara Qarayev metrostansiyasının yaxınlığında saxlamışlar. Onlar təqsirləndirilən şəxsləri saxlayıb bölməyə təhvil vermişlər. Təqsirləndirilən şəxslərin saxlanılmasında Şahid1la birlikdə iştirak etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 digər Şahid2 ifadəsi ilə oxşar məzmunda ifadə vermişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxslərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: - 09 iyun 2023-cü il tarixli raportdan görünür ki, Zərərçəkmiş şəxs DİN-in 102 Xidməti Zəng Mərkəzinə məlumat verərək 2 nəfər maskalı şəxsin aptekə daxil olaraq onu bıçaqla hədələməsini və kassadan onlara 300 manat verdikdən sonra uzaqlaşmalarını bildirmişdir. (cild İ, i/v: 4) - Zərərçəkmiş şəxs Nizami RPİ-nin 24-cü PŞ-nə ünvanlanmış ərizəsindən görünür ki, o, xx.xx.2023-cü il tarixdə saat 23 radələrində işlədiyi “Yıldızlar” adlı aptekə 2 nəfər naməlum şəxsin müştəri qismində daxil olaraq onu bıçaqla hədələyib kassadan pulları götürərək qaçıb getdiklərini bildirmişdir. (cild İ, i/v: 5) - «Baxış keçirilməsi haqqında» 09 iyun 2023-cü il tarixli protokoldan görünür ki, hadisənin baş verdiyi yerə baxış keçirilmiş, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs hadisənin baş verdiyi yeri əyani şəkildə göstərmiş, onların fotoşəkilləri çəkilərək, həmçinin aptekin təhlükəsizlik kamerasının görüntüləri də götürülərək protokola əlavə edilmişdir. (cild İ, i/v: 6-14) - «Baxış keçirmə və götürmə aparılması haqqında» 11 iyun 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 təqdim etdiyi 01 ədəd üzəri sarı və qara rəngli, tiyəsinin uzunluğu 9 santimetr, uzunluğu 21 santimetr olan bıçağa və “Samsung S21” markalı mobil telefona baxış keçirilmiş və iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. (cild İ, i/v: 33) - «Şəxsin tanınması haqqında» 12 iyun 2023-cü il tarixli protokollardan görünür ki, Zərərçəkmiş şəxs ona təqdim olunan 4 nəfər şəxsdən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tanımış və hadisənin məhz həmin şəxslər tərəfindən törədildiyini bildirmişdir. (cild İ, i/v: 72-75; 76-79) - 12 iyun 2023-cü il tarixli «Üzləşdirmə haqqında» protokollardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə Zərərçəkmiş şəxs arasında ayrıayrılıqda həyata keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı həm Zərərçəkmiş şəxs, həm Təqsirləndirilən şəxs1, həm də Təqsirləndirilən şəxs2 əvvəlki ifadələrini bir daha birbirinin üzünə qarşı təkrar edərək hadisə törədilən zaman Təqsirləndirilən şəxs1 əlində düyməli bıçaq olduğunu və həmin bıçağı zərərçəkmiş şəxsə nümayiş etdirərək Təqsirləndirilən şəxs2 kassadan pulu götürməsinə mane olmamasını tələb etdiyini, bundan sonra zərərçəkmiş şəxsin qorxaraq geri çəkilməsini bildirmişlər. (cild İ, i/v: 80-83; 84-87) - «İfadənin yerində yoxlanılması haqqında» 12 iyun 2023-cü il tarixli protokollardan görünür ki, həmin tarixdə şübhəli şəxslərin ifadələri yerində yoxlanılmış, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hadisə yerini əyani olaraq göstərərək, hadisənin törədilmə üsulu və mexanizmi ilə bağlı məlumat verməklə dəqiq yerlərini göstərmiş, istintaq hərəkəti zamanı fotoşəkillər çəkilərək qeyd olunan protokola əlavə edilmişdir. (cild İ, i/v: 88-91; 92- 96) - «Əşyanı tanınmaya təqdim etmək haqqında» 12 iyun 2023-cü il tarixli protokollardan görünür ki, tanıyan Zərərçəkmiş şəxs ona təqdim edilən bıçaqları nəzərdən keçirəndən sonra, 3 rəqəmi ilə nömrələnmiş, qatlanan, düyməli, sarı rəngli olmaqla üzərində qara zolaqlar olan bıçağı quruluşuna, təxmini ölçüsünə və rənginə görə tanıyaraq, hadisə zamanı təqsirləndirilən şəxslərdən birinin məhz həmin bıçağı ona nümayiş etdirərək onu qorxutduğunu bildirmişdir. (cild İ, i/v: 97) - «Baxış keçirilməsi haqqında» 19 iyun 2023-cü il tarixli protokoldan görünür ki, «Yıldızlar» aptekin müşahidə kameralarının 08 iyun 2023-cü il tarixdə hadisə baş verən zaman qeydə alınmış və götürülərək USB yaddaş kartına köçürülmüş video görüntülərə baxış keçirilmiş və müəyyən edilmişdir ki, kameranın saatı real vaxtdan 25 dəqiqə geri qalır. 08 iyun 2023-cü il tarixdə, saat 22:32-də Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə birlikdə üzlərində qara rəngli tibbi maska ilə “Yıldızlar” aptekin qarşısına yaxınlaşırlar və içəri daxil olurlar. Satıcı Zərərçəkmiş şəxs ilə qısa müddət danışıb qarşı tərəfdə olan satış rəflərinə baxıb apteki tərk edirlər. Saat 22:45-də Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə birlikdə üzlərində qara rəngli tibbi maska ilə yenidən “Yıldızlar” aptekə daxil olurlar, Təqsirləndirilən şəxs1 başında papaq, Təqsirləndirilən şəxs2 isə çiynində çanta olduğu görünür. Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs yaxınlaşıb nəsə soruşur, Zərərçəkmiş şəxs başını sol tərəfə istiqamətləndirib kassa olan tərəfə baxdıqda arxada dayanmış Təqsirləndirilən şəxs2 dərhal kassa olan yerə yaxınlaşır və bu zaman Zərərçəkmiş şəxs onun üstünə gedib Təqsirləndirilən şəxs2 kassada pullar saxlanılan göy rəngli çamadandan pulları götürməsinə mane olur, onun qolundan tutmağa çalışır. Bu an Təqsirləndirilən şəxs1 yaxınlaşıb əlində tutduğu bıçağı Zərərçəkmiş şəxs yanında açır, Günay Dəmırova bıçağı görən kimi geri çəkilir və bu an Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 götürdüyü pullarla birlikdə apteki tərk edirlər. (cild İ, i/v: 147) Qeyd olunan protokola əlavə edilmiş videogörüntülər məhkəmə iclasında nümayiş etdirilməklə bilavasitə tədqiq edilmiş və müəyyən edilmişdir ki, həmin videogörüntülər yuxarıda qeyd olunan protokolun məzmunu ilə uyğunluq təşkil edir. - Məhkəmə-tibbi ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya birliyi” X8 09 iyun 2023-cü il tarixli 538 nömrəli aktından və 29 avqust 2023-cü il tarixli 21/538 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar olunan xəsarət - sağ əlin arxa səthinin İİ barmağın proksimal falanqasının qançırı - bərk küt əşyanın (əşyaların) təsirindən torənməyə xarakterikdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2023-cü il tarixdə alınması istisna olunmur, sağlamlığa zərər vurmayan xəsarət olduğu uçun dərəcəsi təyin edilmir. (cild İ, i/v: 151-152; 178-180) - Ambulator məhkəmə-psixiatrik ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X8 26 avqust 2023-cü il tarixli 2409 nömrəli rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs1 hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur, cinayət törədilən vaxt öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs1 ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs1 hazırda öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-in 21.1 və 21.3-cü maddələrinin təsiri altına düşmür, yoxlanılan şəxs Təqsirləndirilən şəxs1 hazırda hər hansı psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs1 ilə istintaq hərəkətinin keçirilməsi mümkündür, Yoxlanılan şəxs Təqsirləndirilən şəxs1 barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur (cild İ, i/v: 184-185) - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş məhkəmə ballistik ekspertizası üzrə 01 sentyabr 2023-cü il tarixli, 3-16- 16/2-3/1301 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilən 01 (bir) ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan təsərrüfat-məişət təyinatlı turist bıçağıdır, üzərində təyinatını dəyişdirən əlavə və dəyişikliklər edilməmişdir və soyuq silah hesab edilmir. (cild İ, i/v: 186-188) - İstintaq orqanının “sübutların qiymətləndirilməsi haqqında” 29 sentyabr 2023-cü il tarixli qərarından görünür ki, “Yıldızlar” aptekin müşahidə kameralarından götürülmüş video görüntülərin köçürüldüyü USB yaddaş kartı və bir ədəd qatlanan düyməli bıçaq maddi sübut kimi tanınmış, USB yaddaş kartı cinayət işinin materiallarına əlavə edilmiş, bıçaq isə saxlanılması üçün Bakı şəhəri Nizami RPİ-nin maddi sübutları saxlama otağına təhvil verilmişdir. (cild İ, i/v: 189-198) Məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxslər onların əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə vermiş onlara qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 özlərini qismən təqsirli bilərək hadisə zamanı üzərlərində bıçaq olmadığını, zərərçəkmiş şəxsə bıçaq nümayiş etdirmədiklərini, ona heç bir xəsarət yetirmədiklərini bildirsələr də, aşağıda sadalanan sübutlarla onlara qarşı irəli sürülmüş ittiham öz təsdiqini tapmışdır. Belə ki, Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslərin əlində bıçaq görmədiyini, ona heç bir xəsarət yetirilmədiyini bildirmiş və ibtidai istintaq zamanı təqsirləndirilən şəxslərin ona bıçaq nümayiş etdirərək barmağından xəsarət alması ilə bağlı vermiş olduğu ifadəsini təsdiq etmədiyini bildirmiş və bunun səbəbini ibtidai istintaq zamanı hadisənin təsiri altında olması, həyəcanlı olduğu üçün aptekə girən şəxslərin üzərində bıçaq olmasını zənn etməsi ilə əsaslandırmışdır Məhkəmə hesab edir ki, Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslərlə barışdığı üçün məhkəmə istintaqı zamanı səmimi ifadə verməmiş, ibtidai istintaq zamanı verdiyi ifadəsini təkzib etmişdir. Məhkəmə bu nəticəyə gələrkən zərərçəkmiş şəxsin məhkəmə iclasında verdiyi ifadəsində təqsirləndirilən şəxslərin gənc olduğunu öyrəndikdən sonra polisə müraciət etdiyi üçün peşman olduğunu bildirməsini də nəzərə alır. Bu səbəbdən də məhkəmə hesab edir ki, Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslərin məsuliyyətdən yayındırılmasına yönəlmiş qeyri-səmimi ifadələr vermişdir. Bu səbəbdən də məhkəmə Zərərçəkmiş şəxs məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsini səmimi qəbul etmir və onun ifadəsinə tənqidi yanaşır. Bununla bağlı müdafiə tərəfinin vəsatətinə əsasən iş üzrə 29 avqust 2023-cü il tarixli 21/538 nömrəli rəyi vermiş ekspert X2 məhkəmə iclasına dəvət olunaraq dindirilmiş və ekspert öz ifadəsində bildirmişdir ki, vətəndaş Zərərçəkmiş şəxs xəsarət aldığını bildirərək bilavasitə onun tərəfindən müayinə edilmiş və aşkar edilmiş xəsarətlər ekspert rəyində qeyd edilmişdir. O, zərərçəkmiş şəxsin bildirməsinə əsasən xəsarətin yetirilmə şəraitini qeyd etmişdir. Qeyd olunan xəsarət müxtəlif şəraitlərdə baş verə bilər, lakin o, ekspert rəyində zərərçəkmiş şəxsin sözlərinə əsasən törədilmə şəraitini qeyd etmişdir. Eləcə də, məhkəmə iclasında tədqiq olunmuş videogörüntülərlə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 kassaya yaxınlaşdıqdan sonra zərərçəkmiş şəxs ona mane olmağa çalışır, lakin digər təqsirləndirilən şəxs onlara yaxınlaşaraq əlini cibinə salır, cibindən bıçaq çıxarması aşkar şəkildə görünməsə də, cibindən bir predmet çıxarır, həmin predmeti zərərçəkmişə nümayiş etdirdikdən sonra zərərçəkmiş şəxs qorxaraq geri çəkilir və artıq onlara heç bir müdaxilə etmir. Bundan başqa təqsriləndirilən şəxs Təqsirləndirilən şəxs1 məhkəmə iclasında verdiyi ifadəsində adətən üzərində bıçaq gəzdirdiyini, lakin hadisə günü bıçağın üzərində olmadığını, lakin tutulan zaman bıçağın üzərində olduğunu bildirmişdir. Məhkəmə təqsirləndirilən şəxsin həmin ifadəsinə qiymət verərək, Təqsirləndirilən şəxs1 mütəmadi olaraq üzərində bıçaq gəzdirdiyi, tutulduğu gün də üzərində bıçaq olduğu halda, məhz hadisə zamanı üzərində bıçağın olmamasını ağlabatan və inandıcı hesab etmir. Həmin hissədə məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs1 məhkəmə iclasında verdiyi ifadəsində Təqsirləndirilən şəxs2 kassanı açmaq üçün getdiyini, əczaçı qızın Alıya mane olmaq üçün onun qolundan tutduğunu, o da yaxınlaşıb həmin qıza getmələrinə icazə verməsini dediyini, əczaçı qızın əvvəl Alını buraxmadığını, lakin sonradan buraxanda onların qaçıb getdiyini bildirmişdir. Təqsirləndirilən şəxs1 həmin ifadəsindən də görünür ki, təqsirləndirilən şəxs öz ifadəsində əvvəlcə Alını buraxmaq istəməyən zərərçəkmiş şəxsin onu buraxması üçün hansısa təsir vasitəsi olmuş, lakin təqsirləndirilən şəxsin həmin hissəni öz ifadəsində qeyd etməməklə üzərindən keçmiş, zərərçəkmiş şəxsin hansı səbəbdən onları buraxmasını məhkəməyə bildirməmişdir. Bu da öz növbəsində Təqsirləndirilən şəxs2 qolundan tutduqdan sonra onu buraxmaq istəməyən zərərçəkmiş şəxsin onu buraxmasına digər Təqsirləndirilən şəxs1 ona bıçmaq nümayiş etdirməsini bir daha sübuta yetir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər məhkəmədə fərqli ifadə verərək zərərçəkmiş şəxsə qarşı quldurluq cinayətini törətmədiyini bildirməklə, yalnız məsuliyyətdən yaxa qurtarmaq, əməllərinin daha yüngül maddəyə tövsif olunmasına nail olmaq məqsədi güdmüşlər. Məhkəmə təqsirləndirilən şəxslərin məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsinə tənqidi yanaşır və inandırıcı hesab etmir. Cinayət əməlinin tövsifi ilə bağlı məhkəmənin mövqeyi, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlməlidir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Cinayət mühakimə icraatında ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmələrin üzərinə düşən başlıca vəzifələrdən biri məhz təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin düzgün tövsif edilməsidir. Əməlin düzgün tövsif edilməsi üçün əsas isə yalnız qanun əsasında toplanılmış sübutlardır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Alı Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli Qərarında qeyd edilmişdir ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180-ci maddəsi (soyğunçuluq) ilə nəzərdə tutulan özgə əmlakının açıq talanması zamanı təqsirkar mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin gözü qarşısında özgə əmlakını talayır. Bu zaman təqsirkarın hərəkətlərinin qarşısını almaq üçün həmin şəxslər tərəfindən tədbir görülüb-görülməməsindən asılı olmayaraq təqsirkar şüurlu surətdə anlayır ki, ətrafdakılar əməlinin hüquqa zidd xarakter daşıdığını başa düşürlər. İş üzrə aparılmış ibtidai istintaqla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halıda dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarət yetirməklə, silah qismində istifadə edilən əşya tətbiq edib hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın edərək quldurluq etmişlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında 3 mart 2005-ci il tarixli qərarında göstərilmişdir ki, CM-nin 181.1-ci maddəsində «həyat və sağlamlıq üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi hədəsi hücuma məruz qalmış şəxsi (şəxsləri) öldürməklə, sağlamlığına zərər vurmaqla, onlara işgəncə verməklə və bu kimi psixi təsirləri ehtiva edir. Belə hədə həm sözlərlə, həm də hərəkətlərlə (məsələn zərərçəkmişin boğazına kəndir keçirməklə və s.) ifadə oluna bilər. Həyat və sağlamlıq üçün təhlükəli zorakılıq (CM-nin 181-ci maddəsi) dedikdə, elə zorakılıq başa düşülməlidir ki, təqsirkarın hərəkətləri zərərçəkmişə ağır, az ağır zərər vurma, həmçinin sağlamlığın qısa müddət pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş sağlamlığa yüngül zərər vurma ilə nəticələnmiş olsun. Quldurluq basqını nəticəsində zərərçəkmişin sağlamlığına qəsdən yüngül və ya az ağır zərər yetirilərsə, həmin əməl quldurluq cinayətinin tərkibi ilə əhatə olunur və əməlin əlavə olaraq CM-nin 127, 128-ci maddələri ilə də tövsif edilməsi tələb olunmur. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını ələ keçirmək məqsədilə «Yıldızlar» aptekə üzlərində qara rəngli tibbi maska ilə daxil olaraq Təqsirləndirilən şəxs2 masaya yaxınlaşıb orada açıq vəziyyətdə olan dəmir çemodanın içərisindən 173 manat məbləğində nağd pul vəsaitini götürmək istəyən zaman Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs2 mane olmağa çalışdıqda Təqsirləndirilən şəxs1 üzərində gəzdirdiyi bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan təsərrüfat-məişət təyinatlı turist bıçağını çıxarıb həmin bıçağı silah qismində tətbiq edərək Zərərçəkmiş şəxs sağ əlinə vurub sonuncuya sağ əlin arxa səthinin İİ barmağın proksimal falanqasının qançırından ibarət, dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarət yetirməklə hücuma məruz qalmış şəxsin həyat və sağlamlığı üçun təhlükəli zorakılıqla bağlı olan basqın etmişlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında 3 mart 2005-ci il tarixli qərarında göstərilmişdir ki, təqsirli şəxsin əməli AR CM-nin 181.2.5-ci maddəsi ilə tövsif edildikdə, məhkəmələr basqın zamanı tətbiq edilmiş predmetin canlı qüvvənin və ya digər hədəfin vurulması üçün yararlı silah olub-olmamasını ekspert rəyi əsasında müəyyən etməlidir. Qanunda göstərilən hallar mövcud olduqda, belə şəxsin əməli, əlavə olaraq AR CM-nin 228-ci maddəsi ilə də tövsif edilməlidir. Silah qismində istifadə edilən əşya dedikdə, zərərçəkmişə həyatı və ya sağlamlığı üçün təhlükəli xəsarətlər yetirə bilən predmetlər (məsələn, qatlanan və ya mətbəx bıçaqları, ülgüc, ling, dəyənək, balta və i.a.), həmçinin, hədəfi vurmaq, zərərçəkmişi halsızlaşdırmaq, onun müqavimətini qırmaq üçün nəzərdə tutulmuş predmetlər (məsələn, mexaniki püsgürdücülər, gözyaşardıcı və qıcıqlandırıcı maddələrlə doldurulmuş aerozol və digər qurğular) başa düşülməlidir. Cinayət işinin materiallarından görünür ki, təqsirləndirilən şəxslər zərərçəkmiş şəxsə qatlanan tipli turist bıçağını nümayiş etdirərək ona həyat və sağlamlığı üçün zor tətbiq edilməsi ilə hədələmişlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında 3 mart 2005-ci il tarixli qərarında göstərilmişdir ki, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. «Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq» anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s, kimi hərəkətlər də aiddir.yaşayış sahəsi dedikdə yaşayış və qeyri yaşayış sahələri də daxil olmaqla mülkiyyət formasından asılı olmayaraq mənzil fonduna daxil olan, daimi və ya müvəqqəti yaşamaq üçün yararlı hesab edilən, həmçinin mənzil fonduna daxil olmasa da müvəqqəti yaşamaq üçün nəzərdə tutulmuş fərdi yaşayış evi, mənzil sahəsi başa düşülür. Şəxs «daxil olmaq» əlamətilə özgə əmlakının talanması əməlində təqsirli bilinmişsə, onun hərəkətlərini əlavə olaraq CM-nin 157-ci maddəsi ilə də tövsif etməyə (ehtiyac yoxdur. Belə ki, bu cür qanunsuz hərəkət oğurluq, soyğunçuluq və ya quldurluq İcinayətlərinin tövsifedici əlamətidir. Cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxsin işlədiyi “Yıldızlar” adlı aptekə üzlərində qara rəngli tibbi maska olmaqla müştəri qismində daxil olmuşlar. Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli qərarından görünür ki, quldurluq cinayətini əmlakın hədə-qorxu ilə tələb edilməsi cinayətindən (CMnin 182-ci maddəsi) fərqləndirərkən nəzərə almaq lazımdır ki, quldurluqda əmlakın ələ keçirilməsi zor tətbiq edilməsi ilə eyni vaxtda və ya ondan dərhal sonra baş verirsə, özgə əmlakını hədə-qorxu ilə tələb etmə zamanı təqsirli şəxsin əməli əmlakın və ya ona olan hüquqların gələcəkdə əldə edilməsinə yönəlir. Cinayət işinin materiallarından görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 09 iyun 2023-cü il tarixdə gecə saatlarında Zərərçəkmiş şəxs işlədiyi “Yıldızlar” aptekə daxil olaraq kassada olan pul vəsaitini əldə edib, zərərçəkmiş şəxsin onlara mane olmasının qarşısını almaq məqsədi ilə ona bıçaq nümayiş etdirib, ona dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirdikdən dərhal sonra obyekti tərk etmişlər. Məhkəmə təqsirləndirilən şəxslərin onların üzərində bıçaq olmaması ilə bağlı quldurluq cinayətini törətməmələri ilə əlaqədar özünümüdafiə mövqeyi ilə bağlı bəzi məqamları qeyd etməyi zəruri hesab edir. Belə ki, yuxarıda qeyd olunan Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında 3 mart 2005-ci il tarixli qərarından da görünür ki, quldurluq cinayətinin tərkibinin yaranması üçün silah qismində hər hansı bir predmetin istifadə olunması zəruri deyil, həmin cinayətin tərkibinin yaranması üçün zərərçəkmiş şəxsin həyat və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi hədəsinə məruz qalması kifayət edir. Həmin zorakılıq hücuma məruz qalmış şəxsi (şəxsləri) öldürməklə, sağlamlığına zərər vurmaqla, onlara işgəncə verməklə və bu kimi psixi təsirləri ehtiva edir. Belə hədə həm sözlərlə, həm də hərəkətlərlə (məsələn zərərçəkmişin boğazına kəndir keçirməklə və s.) ifadə oluna bilər. Həyat və sağlamlıq üçün təhlükəli zorakılıq (CM-nin 181-ci maddəsi) dedikdə, elə zorakılıq başa düşülməlidir ki, təqsirkarın hərəkətləri zərərçəkmişə ağır, az ağır zərər vurma, həmçinin sağlamlığın qısa müddət pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş sağlamlığa yüngül zərər vurma ilə nəticələnmiş olsun. Quldurluq basqını nəticəsində zərərçəkmişin sağlamlığına qəsdən yüngül və ya az ağır zərər yetirilərsə, həmin əməl quldurluq cinayətinin tərkibi ilə əhatə olunur və əməlin əlavə olaraq CM-nin 127, 128-ci maddələri ilə də tövsif edilməsi tələb olunmur. Hadisə zamanı təqsirləndirilən şəxs Tucay Quluzadənin əlində bıçaq olması, onu zərərçəkmiş şəxsə nümayiş etdirməsi, bununla da kassadakı pulu ələ keçirməyə nail olmaları tam sübuta yetirilmiş olsa da, qeyd olunan fakt məhkəmədə heç bir şübhə doğurmasa da, məhkəmə qeyd edir ki, tərəflərin guya təqsirləndirilən şəxslərin əlində bıçaq olmaması ilə bağlı məhkəmə iclasında verdikləri ifadə ilə razılaşsaq belə, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsə nümayiş etdirdiyi predmet həqiqətdə bıçaq deyil, başqa bir predmet olsaydı belə, zərərçəkmiş şəxs bunu öz həyat və sağlamlığı üçün təhlükə kimi qəbul etdiyi anda artıq cinayət başa çatmış hesab olunur. Belə ki, tədqiq edilmiş videogörüntüdən də görünür ki, zərərçəkmiş şəxs təqsirləndirilən şəxsin əlindəki predmeti gördükdən dərhal sonra geri çəkilir və onlara müdaxilə etməyi dayandırır, bu da onu göstərir ki, zərərçəkmiş şəxs təqsirləndirilən şəxsin əlindəki predmeti öz həyat və sağlamlığı üçün təhdid olaraq qəbul edir. Bununla da məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməli araşdırma zamanı təqsirləndirilən şəxslərin qismən etirafedici ifadələri, zərərçəkmiş şəxsin və şahidlərin ifadəsi ilə, üzləşdirmə protokolları, ifadənin yerində yoxlanılması protokolu, hadisə anının videogörüntüləri, eyni zamanda iş üzrə keçirilmiş məhkəmə-psixatrik və məhkəmə-tibbi ekspertizalarının rəyləri və maddi sübutla təsdiq olunaraq, tam, hərtərəfli və obyektiv araşdırılmış və cinayət əməlinin həmin şəxslər tərəfindən törədilməsi məhkəmədə heç bir şübhə doğurmamışdır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qeyd olunan əməllərinin cinayət olmasını aradan qaldıran hallar və onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Cinayət Prosessual Məcəllənin 351.3.4-cü maddəsinə əsasən məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Beləliklə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ifadələri, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələrində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət əməli məhz onlar tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində onlar təqsirlidir. Ona görə də məhkəmə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələri ilə tövsif edir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət əməlini qəsdən törətmişdir. Onların əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlinin cinayət olmasını aradan qaldıran hallar, onların cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələrində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinməklə həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdırlar. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onların şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olmamışlar. (cild İ, i/v: 149-150) Məhkəməyə təqdim olunmuş ərizədən və məhkəmə iclasında ifadə vermiş zərərçəkmişin sözlərindən müəyyən olunur ki, zərərçəkmiş şəxs təqsirləndirilən şəxslərlə barışmış, onlardan heç bir şikayəti və tələbi yoxdur. Müdafiə tərəfinin məhkəməyə təqdim etdiyi tələbə biletinin surətindən görünür ki, Cavadlı X5 Universitetində təhsil alır. Həmçinin müdafiə tərəfinin məhkəməyə təqdim etdiyi 032346 nömrəli vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs2 atası X7 müharibə veteranıdır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxslərin əməllərində onların cəzalarını ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən məhkəmə, təqsirləndirilən şəxslərin zərərçəkmiş şəxslə barışıq əldə etmələrini, 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanı tam ödəmələrini, CM-nin 59.2-ci maddəsinə əsasən isə təqsirləndirilən şəxslərin ilk dəfə cinayət məsuliyyətinə cəlb edilmələrini, gənc olmalarını, həmçinin Təqsirləndirilən şəxs2 tələbə olmasını və atasının müharibə veteranı olmasını onların barəsində cəzalarını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər ümumi rejimli cəza çəkmə müəssisələrində cəza çəkməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 onlara təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidirlər. Onların barələrində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 11 iyun 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşlar, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 13 iyun 2023-cü il tarixli qərarı ilə onların barələrində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 11 iyun 2023-cü il tarixdən hesablanması qərara alınmışdır. Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 11 iyun 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut hesab edilərək Bakı şəhəri Nizami RPİ-nin maddi sübutlar otağında saxlanılan bir ədəd bıçaq hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, «Yıldızlar» aptekin müşahidə kameralarının hadisə baş verən zaman qeydə alınmış görüntülərinin köçürüldüyü USB yaddaş kartı cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, iş üzrə məhkəmə məsrəfləri olaraq 64 (altmış dörd) manat məbləğində ekspertiza xərci müəyyən edilmişdir ki, qeyd olunan həmin məbləğ təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilməlidir. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 27 yanvar 2010-cu il tarixdə edilmiş dəyişikliklərə əsasən məhkəmədə təqsirləndirilən şəxslərə göstərdikləri 83 saat hüquqi yardıma görə dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyası 18 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi3 və Müdafiəçi1 498 (dörd yüz doxsan səkkiz) manat məbləğində pul ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələrində nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinib ona 08 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 ona təyin edilən cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 cəza çəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu 11 iyun 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələrində nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinib ona 08 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 ona təyin edilən cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 cəza çəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu 11 iyun 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə maddi sübut hesab edilərək Bakı şəhəri Nizami RPİ-nin maddi sübutlar otağında saxlanılan bir ədəd bıçaq hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin, «Yıldızlar» aptekin müşahidə kameralarının hadisə baş verən zaman qeydə alınmış görüntülərinin köçürüldüyü USB yaddaş kartı cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri – 64 (altmış dörd) manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilsin. Məhkəmədə təqsirləndirilən şəxslərə göstərdikləri hüquqi yardıma görə Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi3 və Müdafiəçi1 240 (iki yüz qırx) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Səbinə Məmmədzadə Hakimlər Əli Məmmədov Azad Məcidov
Məhkəmə qərarları › İş №1(101)-911/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-911/2024
09.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver