Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-911/2025 12.05.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ saat 11:55 X2 (sədrlik edən), hakimlər Əliyeva Aytən Heydər qızı və Quliyev Vüqar Elbrus oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X4, X7 və Əlizadə Orxan Arzuxan oğlunun katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, tərcüməçilər - X6 və X5, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1987-ci ildə Rusiya Federasiyasının Stavropol vilayəti, Blaqodarnensk rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olan, işləməyən, ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Şəhər şossesi ünvanında nömrəsiz fərdi yaşayış evdə yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ:
1. Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddə əldə edib üzərində saxlayıb daşımaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir.
İşin faktiki halları:
2. Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan vaxtda və mənbədən külli miqdarda təmiz çəkisi 23,075 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış və 10 avqust 2024-cü il tarixdə saat 12:29-da Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Şəhər şossesi yolu ilə piyada hərəkətdə olan zaman Bakı şəhəri, Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılaraq, Bakı şəhəri, Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin inzibati binasına gətirilib xidməti otaqda üzərində aparılmış, şəxsi axtarış və götürmə zamanı əynində olan açıq qəhvəyi rəngli cins şalvarın sağ yan cibindən bir ədəd bükümdə külli miqdarda təmiz çəkisi 23,075 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür.
Təqsirləndirilən şəxsə qarşı ittiham tərəfinin təqdim etdiyi sübutlar aşağıdakılardan ibarətdir:
3. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2024-cü il tarixli raportdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Şəhər Şossesi ünvanında fərdi evininin yaxınlığında inzibati ərazidə bir nəfər şəxs şübhəli olduğundan saxlanılmışdır.
4. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2024-cü il tarixli “Şübhəli şəxsin tutulması haqqında” protokoldan və qərardan görünür ki, Təqsirləndirilən şəxs 10 avqust 2024-cü il tarixdə, saat 12:29 dəqiqədən tutulmuş hesab edilmişdir.
5. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2024-cü il tarixli “Şəxsi axtarış və götürmə haqqında” protokoldan görünür ki, həmin tarixdə saat 13:40-dan 13:55-dək olan müddət ərzində Bakı şəhəri, Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin inzibati binasında müdafiəçinin və şahidlərin iştirakı ilə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs həmin gün əynində olmuş açıq qəhvəyi rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş, içərisində ağ rəngli, kristal formalı maddəni çıxarıb təqdim etmişdir. Şübhəli şəxs qismində Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd şəffaf sellofana bükülmüş, içərisində olan ağ rəngli maddənin Tatı” olduğunu, onu Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu bazarının yaxınlığında üzdən tanıdığı, adını bilmədiyini şəxsdən 150 manata alaraq, istfiadəsi üçün üzərində saxladığını və bir ilə yaxındır, narkotik vasitələrdən istifadə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd sellofan bükümdə olan maddə təhqiqatçı tərəfindən bir ədəd boş zərfdə qablaşdırılaraq götürülmüş, zərfin üzəri Azərbaycan Respublikası DİN-ə aid 159 saylı möhür əksi ilə möhürlənmişdir. Bundan sonra X9 tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi davam etdirilmiş, lakin üzərindən cinayət təqibi üzrə əhəmiyyət kəsb edən heç bir əşya, maddə və ya predmet aşkar edilməmişdir.
6. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin materialların məhkəmə ekspertizasının 10 avqust 2024-cü il tarixli, 3- 16-16/2-6/4078 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün N° 159” dairəvi möhür əksləri olan, “Vətəndaş Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş maddə; İştirak etdilər: ə/m “imza” Şahid1; ə/m “imza” Şahid2; Şübhəli şəxs: “imza” Təqsirləndirilən şəxs; Tərtib etdi və qablaşdırdı: Tədqiqatçı “imza” Mehdi Quluzadə” yazıları qeyd edilmiş bir ədəd zərfdəki 01 (bir) ədəd bükümdə təmiz çəkisi 23,075 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetaminin tədqiqatdan sonra qalıq çəkisi - 22,995 qram. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına (Siyhaı İ) daxildir.
7. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2024-cü il tarixli “CD diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CPM-də nəzərdə tutulan hüquq və vəzifələri izah edildikdən sonra üzərində şəxsi axtarış keçiriləcəyi bildirilir və üzərində hər hansı qanunla qadağan olunmuş əşya və ya maddə olub-olmaması sorğu-sual edilərək, olduğu halda könüllü surətdə təqdim etməsi təklif olunur. Şübhəli şəxs Təqsirləndirilən şəxs əynində olan açıq qəhvəyi rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümü çıxarıb təqdim edərək, masanın üzərinə qoyur. Bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs masanın üzərinə qoyduğu sellofan büküm açılır və içərisində ağ rəngli, kristal şəkilli maddə kütləsi olması aşkar edilir. İlkin sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükümdəki ağ rəngli kristal şəkilli maddənin Tatı” olduğunu, həmin maddəni saxlanıldığı gün səhər saatlarında Bakı şəhəri Sabunçu rayonu Sabunçu bazarı yaxınlığında üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 150 (yüz əlli) manata şəxsi istifadəsi üçün aldığını bildirir. Həmin büküm təhqiqatçı tərəfindən boş zərflərə qoyularaq, üzərinə müvafiq yazılar yazılır, möhürlənir və sonra iştirakçılar tərəfindən həmin zərflərin üzərinə imza edilir. Bundan sonra təhqiqatçı tərəfindən saxlanılan şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilir, laikn onun üzərindən qanunsuz heç bir əşya, maddə və ya predmet aşkar olunmamışdır.
8. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2024-cü il tarixli, “Təqsirləndirilən şəxs qismində cəlb edilməsi” haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir.
9. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2024-cü il tarixli “Qətimkan tədbirinin seçilməsi haqqında” qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir.
10. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2024-cü il tarixli “Maddi sübut kimi tanımaq haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 23,075 qram olan psixotrop maddə metamfetamin sübut əhəmiyyətli olduğundan, iş üzrə maddi sübut kimi tanınmışdır.
11. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X15 xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs adı göstərilən xəstəxanada müalicədə olmamışdır.
12. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2024-cü il tarixli “Diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, diskin yaddaşına aşağıdakı 03 (üç) ədəd fayl yerləşdirilmişdir. «Mushteri zenglerinin detallashmasi_MSİSDN_5********.pdf», «SMS detallashmasi_MSİSDN_5********.pdf» və «Zenglerin mexsusluq tarixcheleri_MSİSDN_5********.pdf». «Mushteri zenglerinin detallashmasi_MSİSDN_5********.pdf» adlı fayla baxış keçirdikdə müəyyən edildi ki, həmin fayl 345 səhifədən ibarət “.pdf” formatlı fayldır, faylda Təqsirləndirilən şəxs istifadəsində olmuş +99455 *** ** ** mobil telefon nömrəsi 12 iyun 2024-cü il tarixdən 13 avqust 2024-cü il tarixədək olan müddət ərzində əsasən, ünvan 4 ünvanda yerləşən “Azerneftkimyamaş” zavodunda, ünvan 5r şossesi və ünvan 6 ünvanda, bununla yanaşı, Bakı şəhəri Sabunçu rayonu Zabrat, Bakıxanov, Balaxanı və Maştağa qəsəbələrində, Abşeron rayonu Məmmədli kəndində, Binəqədi rayonu Xırdalan- Binəqədi şossesində, Bakı şəhəri Suraxanı rayonu Əmircan və Bülbülə qəsəbələri, Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsində, ünvan 8 ünvanda, bəzi tarixlərdə isə, Bakı şəhərinin Yasamal, Nizami, Nərimanov və Nəsimi rayonlarının ərazilərində, həmçinin saxlanıldığı gün, yəni 10 avqust 2024-cü il tarixdə gün ərzində ünvan 4 ünvanda yerləşən “Azerneftkimyamaş” zavodunda və ünvan 6 ünvanda quraşdırılmış "xxxx" MMC-yə aid antennin əhatə dairəsində olmuşdur. Məlumatlara baxış zamanı iş üçün əhəmiyyət kəsb edən məlumatlar aşkar edilməmişdir. «SMS detallashmasİ_MSİSDN_5********.pdf» adlı fayla baxış keçirdikdə müəyyən edildi ki, həmin fayl 01 səhifədən ibarət “.pdf’ formatlı faylddır, faylda Təqsirləndirilən şəxs istifadəsində olmuş +99455 *** ** ** mobil telefon nömrəsinə 17 iyul 2024-cü il tarixdən 09 avqust 2024-cü il tarixə qədər olan müddət ərzində daxil olan ismarıc mətnləri və telefon nömrələri qeyd edilmiş, ismarıc mətnlərində yalnız məişət mövzulu mətnlər yerləşdirilmişdir. Fayla baxış zamanı İş üçün əhəmiyyət kəsb edən heç bir məlumat aşkar edilməmişdir. «Zenglerin mexsusluq tarixcheleri_MSİSDN_5********.pdf» adlı fayla baxış keçirildikdə müəyyən edildi ki, həmin fayl 02 səhifədən ibarət “.pdf’ formatlı faylddır, faylda Təqsirləndirilən şəxs istifadəsində olmuş +99455 *** ** ** mobil telefon nömrəsi 12 iyun 2024-cü il tarixdən 13 avqust 2024-cü il tarixədək olan müddət ərzində daxil olan sms mətnləri və zənglərin aid olduğu mobil telefon nömrələri abunəçilərinə dair məlumatlar yerləşdirilmişdir. Fayla baxış zamanı iş üçün əhəmiyyət kəsb edən digər heç bir məlumat aşkar edilməmişdir.
13. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli X1 xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs son 10 ildə stasionar müalicə üçün Bakı şəhəri 2 nömrəli X3 müraciət etməmişdir.
14. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, “Qətimkan tədbirinin şərtlərini pozduğuna görə təqsirləndirilən şəxsin barəsində axtarış elan edilməsi, tutulması və cinayət işi üzrə icraatın dayandırılması haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və cinayət işi üzrə icraat Azərbaycan Respublikasının CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır.
15. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2024-cü il tarixli “Axtarışda olan şəxsin tutulması barəsində” protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs tutularaq polis şöbəsinə gətirilmişdir.
16. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2024-cü il tarixli “Cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi haqqında” qərardan görünür ki, cinayət işi üzrə icraat təzələnmiş və istintaq davam etdirilmişdir.
17. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X12 Şəxsin ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx.xx.2024-cü il tarixli, 7791 nömrəli ekspert rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs OPİOİDLƏRİN, Psixostimulyatorların və Kannasbinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür.
18. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, “Qətimkan tədbirinin dəyişdirilmədən qüvvəsində saxlanılması haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbirinin seçilməsi nəzərə alınmışdır.
19. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2024-cü il tarixli “Toplanmış sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 22,995 qram təşkil edən psixotrop maddə metamfetamin saxlanılması üçün Bakı şəhəri, Sabunçu rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, Təqsirləndirilən şəxs in üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkətinin qeydə alındığı bir ədəd DVD və bir ədəd CD-R disk, iş üzrə təqsirləndirilən şəxsin ifadələri, şahidlərin ifadələri, ekspert rəyləri, şəxsi axtarış və götürmə, şəxsi axtarış keçirilməsi və götürmə aparılması videogörüntünün əks olunduğu diskə baxış keçirilməsi, "xxxx" MMC-dən götürülmüş diskə baxış keçirilməsi protokolları iş üzrə sübut növü kimi qiymətləndirilmişdir.
20. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(101)-911/2025 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilmiş, barəsində həbs qətimkan tədbiri seçilmiş və Təqsirləndirilən şəxs tapılanadək iş üzrə icraat dayandırılmışdır.
21. Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin xx.xx.2025ci il tarixli məktubundan və ona əlavə edilmiş xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs Sabunçu rayonu ərazisində saxlanılaraq polis şöbəsinə gətirilmişdir.
22. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, 1(bir) ilə yaxındır ki, narkotik vasitə istifadə edir. 10 avuqst 2024-cü il tarixdə Bakı şəhəri Sabunçu rayonu Sabunçu bazarının yaxınlığında o, üzdən tanıdığı, adını bilmədiyi şəxsdən bir ədəd bükümdə «Patı»-nı 150 manata alaraq istifadə üçün üzərində saxlamışdır. 10 avqust 2024-cü il tarixdə saat 12:29-da o, Bakı şəhəri Sabunçu rayonu Sabunçu qəsəbəsi Şəhər şossesi yolu ilə piyada hərəkət edən zaman iki nəfər şəxsi görmüş, həmin şəxslər ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim etmişlər və xidməti vəsiqələrini göstərərək, şəxsiyyəti təsdiq edən sənəd istəmişlər. Onun üzərində heç bir sənəd olmadığından və ifşa olunmağından qorxaraq, polis əməkdaşlarından yayınmağa çalışmışdır. Lakin polis əməkdaşları ondan şübhələnmişlər və onu Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis şöbəsinə dəvət etmişlər. Polis Şöbəsində şəxsiyyəti müəyyən olunduqdan sonra otaqların birində, polis əməkdaşlarından biri ona qanunla dövriyyəsi qadağan edilmiş şübhəli bilinən əşya və predmetlərin saxlanmasında, gəzdirməsində şübhəli bilindiyi üçün Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinə polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanıldığını və polis şöbəsinə gətirildiyini bildirmişdir. Bundan sonra həmin polis əməkdaşı ona hüquq və vəzifələrini izah etmiş və dövlət hesabına təyin olunmuş müdafiəçini ona təqdim etmişdir. Video çəkliş vasitəsi ilə üzərində şəxsi axtarış aparılmasının zəruri olmasını bildirmiş, müdafiəçinin iştirakı olmadan video çəkliş vasitəsi ilə üzərində şəxsi axtarış aparılması üçün özü ərizə ilə müraciət etmiş, çünki müdafiəçinin yanında istəməmişdir ki, müdafiəçi onun təqdim etdiyi psixotrop maddə metamfetamini görsün. Müdafiəçinin gələcəkdə onu ürəkdən müdafiə etməsi üçün iştirakını istəməmişdir. Bundan sonra polis əməkdaşı onun üzərində saxlanması, daşınması, istifadəsi qanunla qadağan olunmuş əşya, predmet, maddə və ya başqa nə varsa, təqdim etməsini xahiş etmişdir. O, artıq hər bir şeyin polis əməkdaşlarına aydın olduğunu dərk etdiyindən və başqa çıxış yolu görmədiyindən, əynində olan açıq qəhvəyi rəngli cins şalvarının sağ yan cibindən bir ədəd bükümdə narkotik vasitə olan «Patı»-nı təqdim etmişdir. Bundan sonra onun üzərinə şəxsi axtarış keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, həmin protokol ucadan oxunulmuş, ondan götürülmüş içərisində narkotik vasitə olan «Patı» qablaşdırılaraq möhürlənmiş və orada olan şəxslərlə yanaşı o da, protokolun düzgünlüyünü imzası ilə təsdiq etmişdir. Onun üzərindən aşkar edilərək götürülmüş bir büküm patını o, 10 avqust 2024-cü il tarixdə Bakı şhəri Sabunçu rayonu Sabunçu bazarının yaxınlığında üzdən tanıdığı, adını bilmədiyi şəxsdən 150 manata alaraq isitifadə üçün üzərində saxlamışdır. O, psixotrop maddə metamfetamini gizlətməyə başqa yeri olmadığına görə öz üzərində istifadəsi üçün gəzdirmiş, üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamindən başqa heç bir yerdə hər hansı bir növ psixotrop maddə və ya narkotik vasitə saxlamamışdır. O, polis əməkdaşları tərəfindən saxlanılan zaman və sonrakı müddət ərzində ona heç bir təzyiq göstərilməmişdir. O, narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmamışdır.
23. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri, Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin əməliyyat müvəkkili, polis baş leytenantı vəzifəsində işləyən Şahid1 ifadəsində göstərmişdir ki, 10 avqust 2024-cü il tarixdə saat 12:29-da xidmət yoldaşı olan Sabunçu RPİ- nin 12-ci Polis Şöbəsinin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 ilə inziabi ərazidə, yəni Bakı şəhəri Sabunçu rayonu Sabunçu qəsəbəsi Şəhər şossesində yerləşən fərdi evlərin yaxınlığında xidmətdə olarkən, bir nəfər şəxsin özünü şübhəli apardığını gördükləri üçün həmin şəxsə yaxınlaşaraq, özlərini təqdim etmiş və şəxsiyyətini təsdiq edən sənədini təqdim etməsini xahiş etmişlər. Həmin şəxs üzərində sənədinin olmadığını bildirərək, onlardan yayınmağa çalışmış, həmçinin sonuncunun nə isə gizlətməyə çalışdığını da gördükləri üçün həmin şəxsin davranışları onlarda şübhə yaratmış və bu səbəbdən, həmin şəxsə Bakı şəhəri Sabunçu RPl-nin 12-ci Polis Şöbəsinin inzibati binasına getməyi təklif etmişlər. Həmin şəxs etiraz etmədən, onlarla birgə Bakı şəhəri, Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinə getmişdir. Polis Şöbəsində məlum olmuşdur ki, həmin şəxs xx xxxxxx 1987-ci ildə Rusiya Federasiyasının Stavropol vilayəti Blaqodarnensk rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkum olunmuş, işləməyən, ünvan 10 ünvanda (Bakı şəhəri, Sabunçu rayon Polis İdarəsinin inzibati binasında) qeydiyyatda olan və Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Şəhər şossesində, nömrəsiz fərdi yaşayış evində yaşayan Təqsirləndirilən şəxsdir. Polis Şöbəsində bu barədə raportla Şöbə rəisinə məruzə edilmiş, Şöbə rəhbərliyinin tapşırığı əsasında, Təqsirləndirilən şəxs barədə araşdırma aparılması Şöbənin təhqiqatçısı polis leytenantı Mehdi Quluzadəyə həvalə edilmişdir. Sonra təhqiqatçının xidməti iş otağında videoçəkiliş aparılmaqla, onların iştirakı ilə müvafiq qərarla şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən, təhqiqatçı tərəfindən, üzərində qanunla qadağan olunmuş hər hansı əşya varsa, könüllü şəkildə təqdim etməsi təklif edildi. Bundan sonra Təqsirləndirilən şəxs həmin gün əynində olmuş açıq qəhvəyi rəngli cins şalvarının sağ yan cibindən biri ədəd şəffaf sellofan bükümü çıxarıb masanın üzərinə qoyaraq təqdim etmişdir. Sonra təhqiqatçı tərəfindən həmin büküm açılmış və içərisində ağ rəngli, kristal şəkilli maddə kütləsi aşkar edildi. Təhqiqatçının verdiyi suallarına cavab olaraq, Təqsirləndirilən şəxs, təqdim etdiyi bükümün içərisindəki maddəni “Patı” kimi tanıdığını, onu saxlanıldığı gün səhər saatlarında Bakı şəhəri Sabunçu rayonu Sabunçu bazari kimi tanınan yerin yaxınlığında üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 150 (yüz əlli) manata aldığını bildirmişdir. X9 tərəfindən həmin büküm büküldükdən sonra boş zərfə qoyulub qablaşdırılmış, Azərbaycan Respublikası DİN-in 159 saylı “Zərflər üçün” möhürü ilə möhürlənmişdir. Sonra o, bütün iştirakçılarla birgə həmin zərfin üzərinə imza etmişdir. Daha sonra X9 tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs saxlanıldığı və Polis Şöbəsinə aparıldığı zaman onlar tərəfdən hər hansı bir formada təzyiqlərə məruz qalıb-qalmaması soruşulmuş və Təqsirləndirilən şəxs heç bir fiziki və ya psixi təzyiqə məruz qalmadığını bildirmişdir. Sonda təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi davam etdirilmiş, bədəni və bütün geyim əşyaları bir-bir yoxlanılmış, lakin üzərindən cinayət təqibi üzrə sübut əhəmiyyəti kəsb edən heç bir maddə, əşya, predmet və ya sənəd aşkar edilməmişdir. Bununla, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə başa çatmış, iştirakçılar tərəfindən heç bir şikayət və vəsatət daxil olmadığı üçün bu barədə protokol tərtib edilmiş və o da, iştirakçılarla birlikdə protokolu imzalamışdır. O, hadisədən əvvəl Təqsirləndirilən şəxs tanımamış, sonuncu ilə heç bir münasibəti, ədavəti və ya düşmənçiliyi olmamışdır. Təqsirləndirilən şəxs saxlanılan, Sabunçu RPl-nin 12-ci Polis Şöbəsinə aparılan və üzərinə şəxsi axtanş keçirilən zaman heç bir fiziki və psixi təsirə məruz qalmamış, Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin qanunsuz satışı ilə məşğul olması barədə Bakı şəhəri, Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinə məlumat daxil olmamışdır.
24. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri, Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 da Şahid1 ifadəsinə oxşar məzmunda ifadə verərək Şahid1 göstərdiyi xüsusatları təsdiq etdi.
Təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürdüyü sübutlar aşağıdakılardır:
Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, o, fəhlə kimi işləmiş, qeyri-rəsmi nikah münasibətlərində olduğu arvadı ilə birlikdə kirayədə yaşamış, polis əməkdaşları evə daxil olan zaman arvadı Zəminə, Zəminənin qardaşı Sabir və uşaqlar da evdə olmuşdur. O, Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə məhkum olunaraq 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və bir müddət əvvəl cəzaçəkmə müəssisəsində cəzasını çəkdikdən sonra azadlığa buraxılmışdır. Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Bölməsinin əməkdaşları səhər saatlarında yaşadığı evə daxil olmuş, evdə yatdığı zaman onu təpikləyib oyadaraq məcbur maşına mindirib qeyd edilən polis bölməsinə aparmışlar. Saxlanılan zaman üzərində hər hansı qanunsuz əşyanın olmamış, ona qarşı irəli sürülmüş ittiham əsassız olmuşdur. Əvvəllər dəfələrlə məhkumluğu olan şəxs kimi ərazi üzrə polis bölməsinin siyahısında olduğundan hazırkı cinayət işi üzrə həbs edildiyini bildirmişdir. Polis Bölməsində polis əməkdaşları tərəfindən döyülmüş, döyülmə nəticəsində bədənində cızıqlar və sıyrıqlar yaranmışdır. Polis Bölməsindən sonra Sabunçu rayon Polis İdarəsinin Müvəqqəti saxlanma yerinə aparılan zaman, eyni zamanda Bakı İstintaq Təcridxanasında bədənində olan xəsarətlər qeydiyyata alınmışdır. O, polis əməkdaşları tərəfindən döyülməsi xüsusatları ilə əlaqədar Bakı İstintaq Təcridxanasında olduğu zaman prokurorluq əməkdaşı gələrək onun izahatını almış, həmin vaxt xəsarəti olsa da, artıq müəyyən qədər vaxt keçdiyi üçün xəsarətlər müəyyən qədər köhnəlmiş, bəzilərinin yalnız izləri qalmışdır. Polis əməkdaşları tərəfindən döyülməsi xüsusatları ilə əlaqədar prokurorluq orqanlarının qəbul etdiyi qərarın nəticəsindən məlumatı yoxdur. Ona qarşı irəli sürülmüş ittihamda polis əməkdaşlarının onu Sabunçu rayonu, Sabunçu qəsəbəsi ərazisində “bit bazarı” deyilən ərazidə şübhəli şəxs qismində saxladıqları və üzərindən 23,075 qram çəkidə psixotrop maddə metamfetamin aşkarlanması qeyd edilsə də, bunlar həqiqəti əks etdirmir. Polis bölməsində üzərinə şəxsi axtarış keçirilməmişdən əvvəl ona təzyiq olunmuş, həmçinin polis əməkdaşları onu hədələyərək razı olmayacağı halda onu 1 kiloqram narkotik vasitə ilə cinayət məsuliyyətinə cəlb edəcəklərini bildirmişlər. O, da məhkumluğu olan şəxs kimi qorxaraq, çəkiliş zamanı 23,075 qram psixotrop maddə metamfetaminin ona aid olmasını demişdir. Şəxsi axtarış zamanı müdafiəçisi iştirak etmiş, o, müdafiəçidən imtina etməklə bağlı ərizə verməmişdir. Onu polis bölməsində döyən şəxslərdən birinin adı Məhəmməd olmuş, digər şəxsləri isə tanımır. O, narkotik vasitə “kokos”, yəni heroindən istifadə etsə də, saxlanıldığı ərəfələrdə narkotik vasitə istifadə etməmişdir. Narkotik vasitə heroini adətən bir həfətədən bir 20 manat müqabilində 1-2 qram çəkidə olmaqla tanımadığı şəxslərdən əldə etmiş və həmin çəkidə narkotik vasitəni bir-iki gün ərzində istifadə etmişdir. Saxlanılan zaman üzərində şəxsiyyət vəsiqəsi olmamış, ümumiyyətlə saxlanıldığı zaman onun şəxsiyyət vəsiqəsinin etibarlılıq müddəti bitmişdir. Belə ki, AR Daxili işlər nazirinin göstərişinə əsasən polisin inzibati binasında qeydiyyatda olan şəxslər qeydiyyatdan çıxarıldıqları üçün o da yaşayış yeri üzrə qeydiyyatda olduğu polis şöbəsindən qeydiyyatdan çıxarılmış və qeydiyyat ünvanı ilə bağlı problemi olduğu üçün yeni şəxsiyyət vəsiqəsi almamışdır. Ümumiyyətlə, qaraçı olduqları üçün onun qohumlarının da şəxsiyyət vəsiqəsi yoxdur. Onun barəsində olan cinayət işi üzrə istintaq başa çatdıqdan sonra müstəntiq onu çağırıb işlə tanış olma protokollarına imza etdirən zaman barəsində olan cinayət işinin Bakı Ağır Cinayətlər Məhkəməsinə göndəriləcəyini demişdir. Məhkəmə bildirişləri barədə məlumat alsa da Bakı şəhərindən kənarda olduğu üçün məhkəməyə gəlməmişdir.
Hüquqi məsələlər:
Azərbaycan Respublikası Cinayət Məcəlləsi:
25. CM-nin 234.1-1-ci maddəsinə əsasən, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma külli miqdarda törədildikdə üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
26. Maddə 8.1. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.
27. Maddə 58.3. cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır.
28. Maddə 41.1. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir.
29. Maddə 41.2. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.
30. Maddə 56.1.3. xüsusilə ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir.
31. Maddə 69.3. Hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır.
32. Maddə 18.1., 83.3.3., 83.1-ci maddələri. Qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır.
Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsi:
33. Maddə 44.1. Məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.
34. Maddə 124. İstintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini, maddi sübutlar və digər sənədləri sübut növləri kimi qəbul edilir.
35. Maddə 145. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir.
36. Maddə 125.8. Cinayət-Prosessual Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür.
37. Maddə 158.2. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir.
38. Maddə 158.6. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir.
39. Maddə 132. Məhkəmə yekun qərar çıxararkən maddi sübutlar barədə məsələni həll etməlidir.
40. Maddə 198.1. Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1 – 197.1.9-cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər.
Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu:
41. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən, metamfetaminin təmiz halda 0,15 qrama qədəri şəxsi istehlak miqdarı, 2 qram və ondan artıq miqdarı külli miqdar hesab olunur.
“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu
42. Maddə 1.0.8. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir.
43. Maddə 1.0.9. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir.
44. Maddə 1.0.10. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir.
45. Maddə 1.0.11. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 26 fevral tarixli 63 nömrəli qərarı ilə təsdiq edilmiş “İstintaq təcridxanalarının daxili intizam Qaydaları”
46. Həmin Qaydaların 5.7-ci bəndinə əsasən, İstintaq təcridxanasının müdiriyyəti istintaq təcridxanasına gətirilmiş həbs edilmiş şəxsi qəbul etməli və aşağıdakı məlumatları qeydə almalıdır: ... 5.7.5. həbs edilmiş şəxsin üzərində müşahidə olunan hər hansı bədən xəsarətləri və onun istintaq təcridxanasına daxil olanadək məruz qaldığı hər hansı işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar barədə şikayəti. 21.8. bənd. İstintaq təcridxanasının müdiriyyəti həbs edilmiş şəxsdə prosessual hərəkətin keçirilməsindən əvvəl və sonra müşahidə olunan bədən xəsarətləri və prosessual hərəkət zamanı yol verilən hər hansı işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar barədə şikayətləri qeydə alır və Qanunda (“Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Qanun) nəzərdə tutulmuş qaydada tədbirlər görür.
Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli 8 saylı Qərarı
47. Qərarın 9-cu bəndi. Məhkəmələrə tövsiyə edilir ki, 9. CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır.
Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarı
48. Qərarın 25-ci bəndi (2-ci abzas). Cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət veribverməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır.
49. Qərarın 26-cı bəndi. Azərbaycan Respublikası CPM-nin 125.8-ci maddəsinə əsasən, bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Həmin maddənin İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özüözlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz.
Məhkəmənin hüquqi dəyərləndirməsi:
50. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham toplanmış sübutlarla tam olaraq təsdiq olunur. Bununla bağlı ittiham tərəfinin təqdim etdiyi sübutların şübhə altına alınması üçün əsaslar yoxdur. Eyni zamanda təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş psixotrop maddənin şəxsi istehlak miqdarından dəfələrlə artıq, külli miqdarda olması, digər sübutlar psixotrop maddənin məhz satış məqsədi olmadan əldə edilməsinə dəlalət edir.
51. Psixotrop maddənin təqsirləndirilən şəxsin üzərindən aşkar edilməsi, qablaşdırılması, həmin maddənin kimyəvi tərkibinin müəyyən edilməsi ilə bağlı ilkin sübutların əldə edilməsi ilə əlaqədar istintaq hərəkətlərinin etibarsız hesab olunması üçün əsaslar müəyyən edilmədiyindən həmin hərəkətlərin nəticələri iş üzrə mötəbər sübutlar kimi qəbul edilir.
52. Təqsirləndirilən şəxsdə aşkar edilərək götürülmüş psixotrop maddənin növü qadağan olunmuş əşya olduğundan və miqdarı qüvvədə olan qanunvericiliyə əsasən külli miqdar təşkil etdiyindən irəli sürülmüş ittihama uyğun cinayət məsuliyyəti yaradır.
53. Təqsirləndirilən şəxsin özünü müdafiə üçün gətirdiyi dəlillər keçərli deyil. Belə ki, təqsirləndirilən şəxsin üzərindən aşkar olunan psixotrop maddələrin ona aid olmamasını, polislərin onu evdə yatan zaman məcbur tutub döyərək aparmasını, polis əməkdaşları tərəfindən fiziki və psixi təsir və təzyiqlərə məruz qalmasını bildirmişdir.
54. Məhkəmənin sorğusuna əsasən, Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsindən təqdim edilən xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Sabunçu RPİ-nin MSY-ə təhvil verildikdə xx.xx.2025-ci il tarixli akt tərtib edilmiş, üzərinə baxış keçirilmiş və üzərində heç bir xəsarət izi aşkar edilməmişdir.
55. Məhkəmənin sorğusuna əsasən, AR Baş Prokurorluğunun Xidməti Araşdırmalar İdarəsindən daxil olmuş “Cinayət işinin başlanmasının hissəvi rədd edilməsi və materialın istintaq aidiyyəti üzrə göndərilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, aparılmış araşdırma nəticəsində Sabunçu rayon Polis İdarəsinin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs qarşı qanunsuz hərəkət və davranışlara yol verilmədiyi müəyyən olunduğu üçün toplanmış material üzrə cinayət işinin başlanması rədd olunmuşdur.
56. Məhkəmənin mövqeyinə görə müdafiə tərəfinin irəli sürdüyü dəlillər heç bir sübutla dəstəklənmədiyi, ittiham tərəfinin təqdim etdiyi sübutlar isə zorakılığın mövcud olmaması və sübutun yolverilənliyini təsdiq etdiyindən müdafiə tərəfinin dəlilləri əsassız hesab edilməlidir.
57. Məhkəmə tərkibi, təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsinə tənqidi yanaşaraq, həmin ifadəni təqsirləndirilən şəxsi məsuliyyətdən yayındırmaq xarakteri daşıyan, heç bir fakta əsaslanmayan ifadə kimi qiymətləndirir.
58. Qeyd olunan xüsusatlar onun özünün ibtidai istintaq zamanı etirafedici ifadələri, iş üzrə şahid qismində dindirilmiş polis əməkdaşlarının ifadələri, istintaq hərəkətlərinin protokolları, digər sübutlar və işin faktiki halları ilə tam təkzib olunur. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ona Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə elan olunan ittiham üzrə 12 avqust 2024-cü il tarixli ifadəsində özünü təqsirli bilərək təqdim etdiyi bir ədəd bükümdə olan kütlənin psixotrop maddə metamfetamin olduğunu, metamfetamini xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu bazarının yaxınlığında üzdən tanıdığı, adını bilmədiyi şəxsdən 150 manata alaraq öz şəxsi istifadəsi üçün alıb üzərində saxladığını, Sabunçu RPİ-nin 12ci PŞ-də olduğu zaman ona qarşı hər hansı formada təsir və ya təzyiq olmadığını bildirmişdir. Eyni zamanda, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması iş materiallarında olan xx.xx.2024-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokol, ona əlavə edilmiş videogörüntü, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli, 6/4078 nömrəli, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X12 şəxsinin ambulator məcburi-narkoloji tibbi yoxlamasının xx.xx.2024-cü il tarixli 7791 nömrəli ekspert rəyləri, AR Baş Prokurorluğunun Xidməti Araşdırmalar İdarəsindən daxil olmuş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərar, Sabunçu RPİnin xx.xx.2025-ci il tarixli aktın surəti, eləcə də, iş materiallarında olan digər materiallarla tam sübuta yetirilir.
59. Məhkəmə baxışı gedişində tədqiq olunmuş yuxarıda qeyd olunan sübutların məcmusu təqsirləndirilən şəxsin cinayətdə təqsirini təsdiq etdiyi üçün məhkəmə ittiham hökmü çıxarmaq qənaətinə gəlir.
60. Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət qanunun müvafiq normasının sanksiyasında üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur.
61. Məhkəmə cəza təyin edərkən cəza təyini ilə bağlı cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərini nəzərə alır (hökmün 22, 23, 24, 25-ci bəndləri). Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən, cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən, cəzasını ağırlaşdıran hal müəyyən edilmişdir. Belə ki, cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 27 oktyabr 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 02 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 27 oktyabr 2021-ci il tarixli, 1(003)-531/2021 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 02 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 25 fevral 2022-ci il tarixli, 7(011)-207/2022 nömrəli qərarından görünür ki, Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Amnistiya qərarının 4-cü bəndinə əsasən, Təqsirləndirilən şəxs cəzası 06 ay azaldılmış və 02 il müddətinə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 31 iyul 2023-cü il tarixli, 7(011)-386/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs 28 gün vaxtından əvvəl şərti azad edilmişdir.
62. Təqsirləndirilən şəxs əvvəlki məhkumluğu qüvvədə olan cinayət qanunvericiliyinin müddəalarına əsasən cinayətin sadə residivini yaradır (hökmün 32-ci bəndi).
63. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halların olmadığını və ağırlaşdıran halların olduğunu nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının hüdudları daxilində cəza təyin edilməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar.
64. Təqsirləndirilən şəxs əməlində cinayətlərin sadə residivi müəyyən edildiyindən cəzanın çəkilmə yeri ciddi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilməlidir (hökmün 26cı bəndi).
65. İşdə olan tutma protokolundan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2024cü il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, xx.xx.2024cü il tarixdə Təqsirləndirilən şəxs saxlanılaraq polis şöbəsinə gətirilmiş, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbirinin seçilməsi nəzərə alınmış, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(101)-911/2025 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməklə, xx.xx.2025-ci il tarixdə Sabunçu rayonu ərazisində saxlanılaraq polis şöbəsinə gətirilmişdir.
66. Təqsirləndirilən şəxs hökm çıxarılanadək həbsdə saxlandığı üçün həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə bir günə bir gün hesablanmaqla daxil edilməlidir (hökmün 31-ci bəndi).
67. Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun tutulduğu 10 fevral 2025-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir.
68. İş üzrə mülki iddia yoxdur və xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir.
69. İş üzrə maddi sübut olan, Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalan 22,995 qram psixotrop maddə metamfetamin məhv edilməli, 2 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. (hökmün 39-cu bəndi).
70. Məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli, o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. 71 . İbtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizası ilə əlaqədar 89 (səksən doqquz) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. (hökmün 40-cı bəndi)
72. Məhkəmə eyni zamanda qeyd edir ki, Hüquqi yardımla bağlı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 28 aprel 2025-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi 35 (otuz beş) saat hüquqi yardıma görə dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyası 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 385 (üç yüz səksən beş) manat məbləğində pul ödənilməlidir.
73. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə
hökm etdi:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinsin və ona 05 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesablanmaqla, Təqsirləndirilən şəxs 10 avqust 2024-cü il tarixdən 12 avqust 2024-cü il tarixədək, eləcə də 12 dekabr 2024-cü il tarixdə həbsdə olduğu 04 (dörd) gün müddət nəzərə alınsın və ona hazırki hökmlə təyin edilmiş cəzasına hesablanmaqla Təqsirləndirilən şəxs qəti olaraq 04 (dörd) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Həbsdə saxlandığı müddət cəza müddətinə daxil edilməklə cəzaçəkmənin başlanğıcı 10 fevral 2025-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Sabunçu Rayon Polis İdarəsinin maddi sübutların saxlama anbarında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülüb qablaşdırılmış və tədqiqata sərf edildikdən sonra qalıq təmiz çəkisi 22,995 qram təşkil edən psixotrop maddə metamfetamin məhv edilsin və 02 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Narkotik vasitənin məhv edilməsi “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilsin. Təqsirləndirilən Təqsirləndirilən şəxs 89 (səksən doqquz) manat məbləğində məhkəmə məsrəfi hesab olunan ekspertiza xərci tutulub dövlət büdcəsinə ödənilsin. Məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyası 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 385 (üç yüz səksən beş) manat məbləğində pul ödənilsin. Hökmdən, elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Sədrlik edən Elmin Rüstəmov Hakimlər Aytən Əliyeva Vüqar Quliyev