Məhkəmə qərarları › İş №1(101)-912/2020

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-912/2020

23.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-912/2020 23.10.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Paşayev Azər İslah oğlu, (sədrlik edən), Quliyev Əhməd Qəhrəman oğlu və Həsənzadə İradə Xəlil qızından ibarət tərkibdə, hakim köməkçisi X4, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx xxxxxxxx 1982-ci ildə Masallı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Masallı şəhəri, H.Səmədov küçəsi ev 1-də qeydiyyatda olmaqla, Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsi ev 122A, mənzil 93-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri, eləcə də qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri əldə etmiş, saxlamış və daşımış, habelə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli qaçaqmalçılıqla keçirmişdir. Belə ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri, həmçinin satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri əldə etmə, saxlama, daşıma və satma, habelə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli qaçaqmalçılıqla keçirmə barədə şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikasının vətəndaşı «Şahab» adlı şəxs və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən Təqsirləndirilən şəxs şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı «Şahab» adlı şəxsin naməlum vaxtda və şəraitdə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ondan gizli keçirərək Azərbaycan Respublikası ərazisinə satış məqsədi ilə qanunsuz olaraq daşıyıb gətirdiyi külli miqdarda təmiz çəkisi 4575,165 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini, çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış təmiz çəkisi 25,870 qram narkotik vasitə qurudulmuş marixuananı, külli miqdarda “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in İ siyahısına daxil edilən təmiz çəkisi 2140 qram psixotrop maddə metafetamini və külli miqdarda təsiredici maddəsinin miqdarı 27 qram təşkil edən, zavod üsulu ilə qablaşdırılmış, üzərlərində “Pregabalin 150” yazısı olan 12 ədəd konvalyutdaki, cəmi 180 ədəd kapsullarda narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə hesab edilən preqabalin tərkibli dərman preparatını sonuncudan naməlum vaxtda Cəlilabad şəhərində satış məqsədilə qanunsuz olaraq əldə edib Bakı şəhərinə qanunsuz olaraq daşıyıb kirayədə yaşadığı ünvan 1 ünvanında yerləşən 93 saylı mənzildə gizlətməklə saxlamış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 əməkdaşları tərəfindən xx xxxxxx 2020-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs həmin gün saat 12:11-də ünvan 1 ünvanının qarşısında saxlanılaraq üzərinə baxış keçirilən zaman təmiz çəkisi 25,870 qram narkotik vasitə olan qurudulmuş marixuana əynindəki qara rəngli dəri gödəkçənin sol yan cibindən aşkar olunmuş, əməliyyat tədbirinin davamı olaraq könüllü razılığı və iştirakı ilə yaşadığı ünvan 1 ünvanda yerləşən 93 saylı mənzilə baxış keçirilən zaman qonaq otağının döşəməsində olan iki ədəd sellofan bükümün birinin içərisindəki 04 ədəd plastik qabın içərisindən aşkar edilmiş 05 ədəd polietilen bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 206,577 qr, 148,588 qram, 1145 qram, 1180 qram, 1200 qram və bir ədəd üzərində “Sprite” yazısı olan butulkaya qablaşdırılmış bir ədəd polietilen bükümdə təmiz çəkisi 695 qram olmaqla, külli miqdarda, ümumilikdə təmiz çəkisi 4575,165 qram xarici əlamətlərinə və tərkib komponentlərinə görə eynilik təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroin, digər bir ədəd sellofan bükümün içərisində olan bir ədəd polietilen torbada təmiz çəkisi 640 qram, 02 ədəd plastik qabın içərisindəki polietilen torbalarda təmiz çəkiləri 315 qram və 1185 qram olmaqla, külli miqdarda, ümumilikdə təmiz çəkisi 2140 qram xarici əlamətlərinə və tərkib komponentlərinə görə eynilik təşkil edən psixotrop maddə metamfetamin və külli miqdarda, təsiredici maddəsi miqdarı 27 qram təşkil edən, zavod üsulu ilə qablaşdırılmış, üzərlərində “Pregabalin 150” yazısı olan 12 ədəd konvalyutdaki, cəmi 180 ədəd kapsullarda narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsiredən maddə hesab edilən preqabalin tərkibli dərman preparatı, həmçinin üzərində nakotik vasitə heroin və psixotrop maddə metafetamin izləri olan bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində özünü qismən təqsirli bilərək göstərmişdir ki, 2019-cu ilin sonlarında Bakı şəhəri, Nəsimi rayonunda “Kubinka” adlanan yerdə Azərbaycan Respublikası vətəndaşı “Şahab” adlı şəxslə tanış olmuş, ondan şəxsi istifadəsi üçün mütəmadi olaraq narkotik vasitələr, psixotrop maddələr və güclü təsir edən maddələr alıb istifadə etmişdir. Daha çox güclü təsir edən maddə preqabalin və narkotik vasitə qurudulmuş marixuana alıb istifadə etmişdir. Bəzən isə narkotik vasitə heroin və psixotrop maddə metafetamin də alıb istifadə etmişdir. Sonuncu dəfə Şahab adlı şəxsdən narkotik vasitələr alan zaman ona verəcək pulu qalmadığı üçün həmin şəxs narkotik vasitənin müqabilində ona bir ədəd torba verərək onu dediyi yeri qoymağını istəmişdir. “Şahab” adlı şəxsdən torbanın içərisində nə olması barədə soruşan zaman o, torbanın içərisində bir qədər heroin, bir qədər metafetamin preqabalin olduğunu demişdir, bu o işin müqabilində “Şahab” adlı şəxsdən özünə peqabalin verməsini istəmişdir. Məqsədi ondan istifadə etmək olmuşdur. Onun içərisində olan preqabalini şəxsi istifadəsi üçün götürəcəyi barədə ona demişdir. “Şahab” adlı şəxsdən torbanı haraya təhvil verməyi barədə soruşanda Şahab özünün ona zəng edərəcəyini demiş, lakin bunun müqabilində ondan pul, qiymətli əşya almamış, həmçinin Şahab ona nəsə verəcəyi barədə vəd verməmişdir. Bunları preqabalinin müqabilində etmiş, torbanı alandan sonra Şahab ona zəng etmədiyi üçün torbanı məcbur qalıb evinə aparmış, həmin torba da xx xxxxxx 2020-ci il tarixdə polis əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. Şahabla təsadüfən tanış olmuş, onun anket məlumatlarını dəqiq bilmir və nömrəsini də bilmir. Çünki onun anket məlumatları heç vaxt maraqlı olmamış, özü narkotik vasitə heroin və marixuana, psixotrop maddə metafetamin və güclü təsir edən maddə preqabalin dərmanlarından uzun müddətdir istifadə etmiş, həmin güclü təsir edən maddələri şəxsi istifadəsi üçün almış, özü də uzun müddətdir onlardan istifadə etmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməsi aşağıdakı sübut növləri ilə tam təsdiq olunur. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikası DİN Baş X2 baş əməliyyat müvakkili vəzifəsində işləyir. xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsi ev 122A, mənzil 93-də yaşayan Təqsirləndirilən şəxs mütəmadi olaraq Bakı şəhəri, Nizami rayonu ərazisində narkotik vasitə heroini, qurudulmuş marixuananı və psixotrop maddə metafetamini əldə edib üzərində gəzdirməklə satışı ilə məşğul olması və yaşadığı evdə həmin maddələri saxlaması barədə əməliyyat məlumatı daxil olmuş, həmin məlumat tərəfindən rəsmiləşdirilmiş və əməliyyat qrupu yaradılmışdır. Həmin qrupa idarənin əməkdaşları Şahid1, Şahid4 və Şahid2 daxil olmuşdur. Birlikdə həmin tarixdə saat 12:11-də Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanının qarşısında olan zaman özünü şübhəli aparan xarici görünüşünə görə Təqsirləndirilən şəxs oxşar bir nəfərin olması müşahidə edilmiş, həmin şəxsə yaxınlaşaraq xidməti vəsiqələrini göstərərək özlərini təqdim edib ondan anket məlumatlarını soruşduqda həmin şəxs Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs əməliyyat-axtarış tədbirlərinin keçirilməsi ilə bağlı qəbul edilmiş qərarla tanış edilmiş, daha sonra Təqsirləndirilən şəxs üzərində mütəmadi olaraq narkotik vasitə saxlaması, narkotik maddələrin satışı ilə məşğul olması və yaşadığı evdə narkotik vasitə saxlaması barədə məlumat olduğunu deyərək üzərindəki əşyaları təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkcənin sol yan cibindən bir ədəd bükümü, bir ədəd siqareti, bir ədəd alışqanı, pulu, açarları və bir ədəd Samsung markalı mobil telefonu çıxararaq təqdim etmiş, Təqsirləndirilən şəxs həmin bükümdəki kütlənin narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirərək yaşadığı evdə narkotik vasitələr olduğunu demiş, həmin vaxt sənədləşmə üçün şərait olmadığından həmin kütləni üzərində saxlaması bildirilmiş və yaşadığı evə baxış keçirilməsinə etiraz etmədiyini demişdir. Bundan sonra birlikdə Təqsirləndirilən şəxs yaşadığı evə getmiş, evin içərisinə daxil olan zaman sonuncunun üzərindən aşkar edilmiş həmin büküm qablaşdırılaraq götürülmüş, daha sonra onun üzərinə baxış keçirilmiş, lakin qanunla qadağan edilmiş hər hansı əşya aşkar edilməmişdir. Bundan sonra pul və digər əşyalar onun özünə geri qaytarılsa da, mobil telefon iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs evin qonaq otağının döşəməsinin üzərinə qoyulmuş halda 2 ədəd torbanı götürərək, onların içərisində narkotik vasitələr olduğunu deyib həmin əşyaları təqdim etmişdir. Həmin əşyalar açıldıqda içərilərində narkotik vasitə heroinə, psixotrop maddə metafetaminə, güclü təsir edən maddə preqabalinə oxşar dərmanlar və elektron tərəzi aşkar edilmiş, həmin kütlələr qablaşdırlaraq götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs narkotik vasitə qurudulmuş marixuananı 2 ay əvvəl tanımadığı şəxsdən yaşadığı Masallı rayonundan aldığını, təqdim etdiyi digər kütlələri isə tanışları “Şahab” və “Ramil” adlı İran İslam Respublikası vətəndaşlarının dediyi yerdən götürdüyünü, həmin kütlələri sonuncunun dediyi yerə qoyduqdan sonra ona pul verilməli olduğunu bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə Cəlilabad şəhərindən “Şahab” adlı şəxsin dediyi yerdən həmin kütlələri götürdüyünü, həmin kütlələrdən bir neçəsini Bakı-Astara magistal yolunda Bakı şəhəri istiqamətində müxtəlif yerlərə qoyduğunu, bir ədəd paketi isə “Primorski” deyilən yerə qoyduğunu bildirmişdir. Təqsirləndirilən şəxs qeyd olunan kütlələrin yerinin şəklini çəkib “whatsapp” vasitəsi ilə Şahab adlı şəxsə göndərmiş, qalan bir ədəd paketi isə sonuncunun deyəcəyi yerə qoymaq üçün müvəqqəti saxlamaq məqsədi ilə yaşadığı evə gətirdiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilmiş, lakin qanunla qadağan edilmiş hər hansı əşya aşkar edilməmiş, bundan sonra birlikdə BNMİ-yə gəlmişlər. Orada Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi məqsədi ilə Bakı şəhər Mərkəz Vəkil bürosunun vəkillərinin siyahısı təqdim edilmiş, Təqsirləndirilən şəxs həmin vəkillərdən istənilən biri tərəfindən hüquqlarının müdafiə edilməsinə etiraz etmədiyini demiş və bu zaman vəkil Ramiz Mirzəyev dəvət edilərək Təqsirləndirilən şəxs təqdim edilmişdir. Təqsirləndirilən şəxs həmin vəkilə etiraz etmədiyini bildirmiş və baxışla bağlı prootkol tərtib edilmişdir. Daha sonra həmin protokol ucadan oxunmuş və əlavə və düzəliş olmadığından baxışda iştirak edən bir bi nəfər tərəfindən protokol imzalanmışdır. İş üzrə şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN Baş X2 əməkdaşları Şahid1, Şahid2 və Şahid4 oxşar ifadələr verərək Şahid3 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəylərini də sübut növü kimi qəbul edir. Belə ki, İş üzrə təyin edilmiş kompleks məhkəmə kimyəvi-bioloji ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 2706 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: «vətəndaş Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar olunmuş....» yazısı olan torbada, 4 ədəd plastik qablarda və 1 ədəd üzərində “Sprite” yazısı olan butulkaya qablaşdırılmış, ümumi təmiz çəkisi 4575,165 qr (4 kq 575,165 ar) qəhvəyi rəngli maddələr xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir, 2 (iki) ədəd plastik qablarda və bir ədəd polietilen torbadakı, ümumi təmiz çəkisi 2140 (2 kq 140 qr) olan ağ rəngli kristallardan ibarət maddələr xarici əlamətlərinə və tərkibindəki komponentlərə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə metafetamindir və zavod üsulu ilə qablaşdırılmış üzərində “Preqabalin 150” yazısı olan 12 ədəd konvalyutdakı, cəmi 180 ədəd kapsullarda ağ rəngli tozşəkilli maddə preqabalin tərkibli dərman preparatıdır. 180 ədəd kapsullardan ibarət təsiredici maddəsi preqabalinin ümumi miqdarı 27 qr təşkil edir (bir kapsulda 0.15 qr preqabalin olmaqla). Həmin torbada olan bir ədəd elektron tərəzinin üzərində narkotik vasitə olan heroinin və psixotrop maddə olan metamfetaminin izləri vardır. Lakin heroin və metafetamin iz şəkildə olduğu üçün plastik qabda olan heroinlərlə və polietilen torbalarda olan metafetaminlə eyni olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Cinayət işi üzrə təyin edilmiş kompleks məhkəmə kimyəvi-bioloji ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 2707 №-li rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “.. Təqsirləndirilən şəxs...” yazılar və imzalar olan 1(bir) ədəd kağız paketdəki 01 (bir) ədəd bağlamada təmiz çəkisi-25,870 qram, olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. İş üzrə təyin edilmiş məhkəmə-narkoloji ekspertizasının xx xxx 2020-ci il tarixli 1328 nömrəli rəyindən görünür ki, X3 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və çətənə bitkisi preparatlarından sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi dispanserdə qeydiyyata adlınması məsləhət görülür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadə özünü müdafiə xarakteri daşıyır və ağır ittihamdan yayınmaq məqsədi güdür. Belə ki, cinayət işinin 11-15-ci vərəqlərində olan “əməliyyat-axtarış tədbirinin keçirilməsi və maddi sübutun götürülməsi barədə” xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə videoçəkiliş aparılmaqla keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvanının qarşısında saxlanılaraq üzərinə baxış keçirilən zaman əynində olan gödəkcənin sol yan cibindən narkotik vasitə qurudulmuş marixuana, yaşadığı evə baxış keçirilən zaman evin qonaq otağından külli miqdarda narkotik vasitə, külli miqdarda psixotrop maddə, külli miqdarda güclü təsir edən maddə və bir ədəd elektron tərəzi aşkar edildiyindən götürülmüşdür. Bundan əlavə cinayət işinin 54-58-ci vərəqlərində olan xx xxxxxx 2020-ci il tarixli “şübhəli şəxsi dindirmə protokolu”ndan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə ifadə verərkən göstərmişdir ki, əvvəllər məhkum olunmamış, evlidir, 3 azyaşlı qız övladı vardır. 2016-ci il tarixdən Bakı şəhərində yaşamış və əvvəllər mühafizə şirkətlərinin birində 5 il müddətində müfafizəçi işləmişdir. Lakin sonradan işdən çıxmış və bir müddət fərdi əməklə məşğul olmağa başlamışdır. X1 təxminən 20 ildir dostluq elədiyi İran İslam Respublikası vətəndaşı “Bəxtiyar” adlı şəxs vardır. Valideyinləri müalicə olunmaq məqsədi ilə İran İslam Respublikasına gedəndə “Bəxtiyar” adlı şəxsin evlərinə getmiş və ailə üzvlərinə lazımi köməkliyi etmişlər. “Bəxtiyar” adlı şəxs də Azərbaycan Respublikasına gələndə onlara gəlmiş və onu qonaq etmişlər. Özü Hepatit B xəstəliyindən əziyyət çəkdiyinə görə müalicə olunmaq məqsədi ilə İran İslam Respublikasına gedəndə orada “Bəxtiyar”ın qardaşı oğlu “Şahab” adlı şəxslə tanış olmuş, 2019-cu ilin oktyabr-noyabr aylarında “Bəxtiyar” adlı şəxsin qardaşı oğlu “Şahab” adlı şəxs Bakı şəhərinə gəlmişdir. “Şahab” ona zəng edərək görüşmək istədiyini demiş və Bakı şəhəri, Nizami rayonu ərazisindəki “8 km Bazarı” adlanan yerdə görüşmüşlər. Görüş zamanı ümumi kef-əhval tutmuşlar və onun harada işlədiyini soruşmuşdur. Heç yerdə işləmədiyini, işsiz olduğunu bildirmiş və iş axtardığını demişdir. Həmin vaxt “Şahab” ona Azərbaycan Respublikası ərazisinə qaçaqmalılıq yolu ilə narkotik vasitələr keçirdiyini, həmin narkotik vasitələri dediyi yerdən götürdükdən sonra özünün deyəcəyi adamlara çatdırmağını, qarşılığında hər narkotik vasitələrin qramı üçün ona 3-5 manat pul verəcəyini bildirmişdir. O, “Şahab” adlı şəxsə bu işlə məşğul olmaq istədəmədiyini demiş və narkotik vasitələr satacaq ətrafının olmadığını bildirmişdir. Bu zaman “Şahab” adlı şəxs özünün tanışları olduğunu deyərək narkotik vasitələri götürəndən sonra deyəcəyi yerlərə qoymalı olduğunu demişdir. Maddi imkansızlıqdan onunla razılaşmış və zəngini gözləyəcəyini demişdir. 2019-cu ilin yanvar ayının sonlarında məktəblərdə tətil olduğuna görə həyat yoldaşını və 3 azyaşlı övladını Masallı şəhərinə valideyinlərinin yaşadığı evə göndərmiş və özü Bakı şəhərində işləməyə başlamışdır. xx xxxxxx 2020-ci il tarixdə “Şahab” adlı şəxs “whatsapp” vasitəsi ilə istifadəsində olan nömrələrindən ona zəng edərək narkotik vasitələri Cəlilabad şəhərində magistral yolun kənarına qoyduğunu, həmin narkotik vasitələri oradan götürməyini xahiş etmişdir. Həmin gün xatırlamadığı yol maşınına minərək Cəlilabad şəhəri istqamətində getmiş, yolda olan zaman “Şahab” adlı şəxs ona zəng edərək narkotik vasitələri magistral yolun 114 km hissəsində yolun aşağısına qoyduğunu, özünün Cəlilabad şəhərinin mərkəzinə gəlməyini, orada onu bir maşının götürəcəyini demişdir. Onun dediyi kimi getmiş və oraya çatanda əynində olan paltarları “Şahab” adlı şəxsə izah etmişdir. “Şahab” adlı şəxs də ona bir neçə dəqiqdən sonra bir maşının yaxınlaşacağını bildirmiş, bundan sonra gözləməyə başlamışdır. Bir neçə dəqiqə sonra Cəlilabad şəhərinin çıxışında olan zaman dövlət qeydiyyat nömrəsini və markasını xatırlamadığı bir maşın onun yanında dayanmış, maşının qabaq sərnişin oturacağında oturmuş, maşında oturanda həmin şəxs onunla ümumiyyətlə heç nə barədə danışmamış və maşını Bakı şəhəri istiqamətində sürməyə başlamışdır. “Şahab” adlı şəxsin sözünə görə ona heçnə danışmamış, Bakı şəhəri istiqamətində gedən zaman magistral yolun 114cü km-də düşmüş və yolun aşağı hissəsində bir ədəd bağlamanın olduğunu görmüşdür. Həmin bağılamanı götürmüş və maşının arxa sərnişin oturacağına qoymuşdur. Maşında adını bilmdəyi şəxsdən başqa heç kim olmamış, yolda olanda “Şahab” adlı şəxs ona zəng edərək götürdüyü sellofan torbalardakı narkotik vasitələrdən üzərində “M” yazısı olan bağlamanı Salyan rayonu ərazisində yerləşən “Hacı Oğulları” restoranının yaxınlığındakı restoranın ətrafına qoymağını, narkotik vasitələri qoyduğum yerin şəkilini çəkib ona göndəyməyini istəmiş və bir nəfər şəxsin gəlib onları götürəcəyini demişdir. Həmin yerə çatan zaman maşından düşmüş və bağlamanın içərisində olan üzərində “M” yazısı yazılmış bağlamanı götürərək “Hacı Oğulları” restoranının yaxınlığındakı betonla bağlanmış yerə qoymuşdur. Narkotiki qoyduqdan sonra yerin şəklini çəkib “Şahab” adlı şəxsə göndərmiş, ondan sonra yenidən maşına minmiş və Bakı şəhəri istiqamətində gəlməyə başlamışlar. Yolda olan zaman “Şahab” adlı şəxsdən ona yenidən zəng gəlmiş və onda olan narkotik vasitələrdən üzərində “R” yazısı olan bağlamanı “Primorski” adlanan yerə qoymağımı istəmişdir. Onunla razılaşmış və “Promorski” deyilən yerdə yol nişanının altına narkotik vasitəni qoymuşdur. Ondan sonra narkotik vasitəni qoyduğu yerin şəkilini çəkib “Şahab” adlı şəxsə göndərmiş, bir neçə dəqiqə sonra “Şahab” adlı şəxs ona zəng edərək qalan narkotik vasitələri özü ilə aparmağını demiş və özü dediyi vaxt deyəcəyi yerə aparıb qoymağını bildirmişdir. Evdə heç kim olmadığından bağlamanı aparıb yaşadığı evdə qonaq otağına qoymuş, həmin vaxt “Şahab” adlı şəxslə danışmış və o bağlamanın içərisində narkotik vasitə qurudulmuş marixuna olduğunu demiş və istəsə onu çəkə biləcəyini bildirmişdir. Bir müddətdir narkotik vasitə qurudulmuş marixuana istifadə etdiyinə görə onunla razlaşmış və bir ədəd qara rəngli bağlamada olan marixuananı açıb istifadə etmişdir. Qalan hissəsini isə istifadə etmək məqsədi ilə üzərində saxlamışdır. xx xxxxxx 2020-ci il tarixdə saat 12 radələrində iş axtarmaq məqsədi ilə evdən çıxmış, binanın qarşısında olan zaman bir neçə nəfər mülki geyimli şəxslər ona yaxınlaşaraq kim olduğumu soruşmuş, özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu demiş, bu zaman həmin şəxslər özlərini təqdim edərək xidməti vəsiqələrini göstərib polis əməkdaşı olduqlarını, onun narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmağı barədə onlarda məlumat olduğunu deyərək qəbul edilmiş qərarla onu tanış etmişlər və üzərində qanunsuz əşya varsa təqdim etməsini xahiş etmişlər. İfşa olduğunu bilib əynində olan qara rəngli cins şalvarın sağ arxa cibindən özünün istifadəsində olan bir ədəd “Samsung” markalı mobil telefonunu, şalvarın sağ yan cibindən 01 ədəd açarı, şalvarının sağ yan cibindən 310 (üç yüz on) manat pulu, əynində olan qara rəngli dəri gödəkcənin sol yan cibindən bir ədəd şəffaf bükümü, bir ədəd siqareti və bir ədəd alışqanı təqdim etmiş və şəffaf bükümdə olan kütlənin marixuana olduğunu demişdir. Həmin büküm açılanda onun içərisindən narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüş, həmin vaxt evində narkotik vasitələr və psixotrop maddələr də olduğunu bildirmiş, bundan sonra lift vasitəsi ilə kirayədə yaşadığı evə qalxmışlar. Qapını açandan sonra polis əməkdaşlarını evin içərisinə dəvət etmiş, içəriyə daxil olanda üzərindən aşkar edilmiş büküm qalaşdırılmış və baxışda iştirak edən şəxslər tərəfindən imzalanmışdır. Daha sonra üzəri yoxlanılmış, lakin heç nə aşkar edilməmişdir. Üzərindən aşkar edilmiş pul, siqaret və alışqan özünə geri qaytarılmış, bundan sonra qonaq otağında olan 2 ədəd rəngli polietilen torbanı götürərək polis əməkdaşlarına təqdim etmiş, torbalardan biri açılmış və orada 5 ədəd polietilen bükümdə narkotik vasitə heroin aşkar edilmişdir. Daha sonra digər büküm torbalardan biri açılmış və orada 2 ədəd plastmas qablarda hər birinin içərisində bir ədəd olmaqla 2 ədəd şəffaf polietilen bükümdə psixotrop maddə metafetamin aşkar edilmişdir. Bir ədəd qara rəngli bükümdə isə içərisində 12 (on iki) ədəd konvalyutda hər birində 15 (on beş) ədəd olmaqla ümumilikdə 180 (yüz səksən) ədəd üzərlərində “preqabalin 150” sözləri yazılmış dərmanlar və bir ədəd elektron tərəzi aşkar edilmişdir. Həmin vaxt bağlamalar qabılaşdırılmış və baxışda iştirak edən şəxslər tərəfindən imzalanmışdır. Bundan sonra polis əməkdaşları aşkar edilmiş narkotik vasitələri haradan əldə etdiyini soruşanda aşkar edilmiş narkotik vasitələri “Şahab” və “Ramil” adlı şəxslərdən aldığını, sonra yuxarıda qeyd etdiyi yerlərə qoyduğunu, qalan hissəsini isə yaşadığı evə gətirdiyini bildirmişdir. Bundan sonra birlikdə Baş Narkotiklərlə Mübarizə İdarəsinə gəlmişlər. Orada hüquqlarının müdafiə olunması məqsədi ilə “Mərkəz” vəkil Bürosunun vəkillərinin adlarının olduğu siyahını ona təqdim edilmiş, siyahıda olan vəkillərdən istənilən biri tərəfindən hüquqlarının müdafiə edilməsinə etirazının olmadığını demiş, bundan sonra vəkil Ramiz Mirzəyev dəvət edilmiş, vəkil gəldikdən sonra ona təqdim olunaraq ona etirazının olub-olmaması soruşulmuşdur. Vəkilə etiraz etmədiyini demiş və bundan sonra müvafiq protokol tərtib edilmişdir. Həmin protokolu vəkili ilə birlikdə imzlamışdır. Cinayət işinin 74-78-ci vərəqlərində olan xx xxxxxx 2020-ci il tarixli “təqsirləndirilən şəxsin dindirilməsi protokolu”ndan görünür ki, Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə təqsirləndirilən şəxs qismində dindirilərkən də yuxarıda qeyd olunan məzmunda ifadə vermişdir. Həmçinin cinayət işinin 106-cı vərəqində olan “mobil telefon aparatlarının yaddaşındakı məlumatlara baxış keçirilməsi haqqında” xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan “Samsung” markalı mobil telefonun “whatsapp” ani mesajlaşma proqramında İran İslam Respublikasının vətəndaşı “1 Wahab İran” adı ilə qeydiyyatdan keçmiş +**********22 nömrəsi ilə qeydiyyatda olan həmin proqramda xx xxxxxx 2020-ci il tarixdə qeyd olunan nömrəyə Təqsirləndirilən şəxs “Qaqa” “Ramiz yazıb kimse gelecey”, “sen canın elemeyeyde”, “gecdiye evde alınmır”, cavabında isə “Bu gece?” mesajı göndərilmişdir. Daha sonra həmin tarixdə 01 saniyə müddətində Təqsirləndirilən şəxssən qeyd olunan nömrəyə səsli mesaj göndərilmiş, mesaj mətnində “qaqa mənə indi şey atmışdı ki, Sumqayıtdan kimsə gəlir ona o şeyləri verməlisən, qaqa alınmır ee bu vaxtda sabah günorta gələr, məndə götürərəm apararam hərşeyi evə” sözləri deyilmiş, cavabında isə qeyd olunan nömrədən 02 saniyə müddətində səsli mesaj göndərilmişdir. Mesaj mətnində “Daşı döz-döz araşdırım sənə deyirəm” deyilmişdir. Bundan başqa qeyd olunan nömrələr arasında müxtəlif vaxtlarda və müxtəlif müddətlərdə danışıqlar aparılması müəyyən edilmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi və onun həmin əməlləri törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun əməllərinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur, ona qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini və himayəsində üç azyaşlı uşağının olması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən həmin cəzalar qismən toplanmaqla ona cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinin tələblərinə uyğun olaraq cinayət işi üzrə icraatın aparılması zamanı həbsdə saxlama müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablanmalı və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həmdə başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq cəza ilə cəzanın məqsədini təmin etmək mümkündür. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinəə sasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Cinayət Məcəlləsinin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin, məhkumun cinayət yolu iləəldə etdiyi pul vəsaitləri və ya digər əmlakın, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlərin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə nəzərdə tutulmuş müsadirə edilməli əmlak olmadığından yuxarıda qeyd olunan müddəa tətbiq olunmamalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi Azərbaycan Respublikası DİN-in BMCMİ-də saxlanılan Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ekspertiza tədqiqatından sonra təmiz çəkisi 4574,925 qram təşkil edən narkotik vasitə heroin, 2139,82 qram psixotrop maddə metafetamin, 175 kapsul preqabalin dərmanları, 25,840 qram narkotik vasitə qurudulmuş marixuana və bir ədəd elektron tərəzi məhv edilməlidir. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası DİN-in BMCMİ-də saxlanılan bir ədəd “Samsung” markalı mobil telefon Təqsirləndirilən şəxs ailə üzvlərinə qaytarılmalıdır. İş üzrə maddi sübut kimi cinayət işinə əlavə olunmuş bir ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş ekspertiza xərci ilə əlaqədar Təqsirləndirilən şəxs 179 (yüz yetmiş doqquz) manat məbləğində məhkəmə məsrəfi tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.3.2-ci maddəsi ilə 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzaları təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanılsın və Təqsirləndirilən şəxs qəti olaraq 13 (on üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Həmin cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi Azərbaycan Respublikası DİN-in BMCMİ-də saxlanılan Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ekspertiza tədqiqatından sonra təmiz çəkisi 4574,925 qram təşkil edən narkotik vasitə heroin, 2139,82 qram psixotrop maddə metafetamin, 175 kapsul preqabalin dərmanları, 25,840 qram narkotik vasitə qurudulmuş marixuana və bir ədəd elektron tərəzi məhv edilsin. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası DİN-in BMCMİ-də saxlanılan bir ədəd “Samsung” markalı mobil telefon Təqsirləndirilən şəxs ailə üzvlərinə qaytarılsın. İş üzrə maddi sübut kimi cinayət işinə əlavə olunmuş bir ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İbtidai istintaq zamanı keçirilmiş ekspertiza xərci ilə əlaqədar Təqsirləndirilən şəxs 179 manat məbləğində məhkəmə məsrəfi tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi gündən 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qadasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar