Məhkəmə qərarları › İş №1(101)-912/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-912/2021

05.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-912/2021 05.05.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Sadıxov Rasim Əkrəm oğlu (sədrlik edən), hakimlər Paşayev Azər İslah oğlu və Hümbətov Fəhmin Zaur oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər: Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi3, Müdafiəçi2 və Müdafiəçi1 iştirakları ilə açıq məhkəmə iclasında xx.xx.1989-cu ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2amış, barəsində 04.12.2020-ci il tarixdə Bakı şəhəri, Xəzər rayon məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 xx.xx.1976-cı ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, Azərsu ASC-nin Xətai rayonu, Sukanal idarəsində maşinist işləyən, əvvəllər məhkum olunmamış, ünvan 3 ünvanında yaşamış, barəsində 04.12.2020-ci il tarixdə Bakı şəhəri, Xəzər rayon məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 və xx.xx.1991-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 5 ünvanında qeydiyyatda olan, ünvan 6 ev 73-də yaşamış, barəsində 04.12.2020-ci il tarixdə Bakı şəhəri, Xəzər rayon məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında, satış məqsədi ilə külli miqdarda narkotik vasitəni qanunsuz olaraq əldə etmiş, saxlamış, daşımış və satmış, eləcə də, külli miqdarda narkotik vasitəni qabaqcadan əlbir olaraq bir qrup şəxs halında qaçaqmalçılıq yolu ilə, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 qohumu Təqsirləndirilən şəxs3, tanışı Təqsirləndirilən şəxs2 və şəxsiyyəti istinaqla müəyyən edilməmiş «Zahir» adlı İran İslam Respublikasının vətəndaşı ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirmələrinə dair sövdələşib, bu barədə razılaşdıqdan sonra qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, Təqsirləndirilən şəxs1 16.11.2020-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, metronun Həzi Aslanov stansiyasının yaxınlığında yerləşən «Grandmarket»-də quraşdırılmış «Pay-point» aparatı vasitəsi ilə Azərbaycan Respublikası ərazisindən İran İslam Respublikası ərazisində fəaliyyət göstərən istintaqa məlum olmayan hesaba 4.000 manat pul köçürdükdən sonra istintaqa məlum olmayan vaxtda şəxsiyyəti istintaqa «Zahir» kimi məlum olan şəxs Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirməklə satış məqsədilə külli miqdarda 146,807 qram çəkidə narkotik vasitə olan heroini Azərbaycan Respublikası ərazisinə göndərmiş, 2020-ci ilin noyabr ayının sonlarında qrupun üzvü Təqsirləndirilən şəxs2 həmin narkotik vasitəni Bakı-Sumqayıt magistral yolunun 18-ci kilometrliyində fəaliyyət göstərən «Lukoyl» yanacaqdoldurma məntəqəsinin yaxınlığında yerləşən yaşıllıq zonasından qanunsuz olaraq əldə edərək üzərində saxlamaqla daşımış və həmin tarixdə Bakı şəhəri, Xətai rayonu ərazisində, metronun Həzi Aslanov stansiyasının yaxınlığında, M.Hadi küçəsi, 374 ünvanında fəaliyyət göstərən aptekin arxasında həmin narkotik vasitə olan heroinin külli miqdarda 54,547 qramını qanunsuz olaraq Təqsirləndirilən şəxs1 50 manat xidmət haqqı müqabilində vermiş, Təqsirləndirilən şəxs1 öz növbəsində həmin narkotik vasitəni üzərində saxlamaqla 02.12.2020-ci il tarixdə, saat 14:30 radələrində ünvan 7 ünvanının qarşısına daşıyaraq orada külli miqdarda, 49,490 qramını tanışı Təqsirləndirilən şəxs3 nisyə olaraq 800-900 manata qanunsuz olaraq satmış, həmin gün, saat 15 radələrində Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 saxlanılaraq Xəzər RPİ-nin 2ci Polis Şöbəsinə gətirilmiş, orada müdafiəçinin iştirakı ilə videoçəkilişlə Təqsirləndirilən şəxs3 üzərində saat 16:20-də keçirilmiş şəxsi axtarış, baxış və götürmə zamanı əynindəki tünd göy rəngli idman şalvarının sağ yan cibindən bir ədəd sellofan bağlamanın içərisindən külli miqdarda 49,490 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülmüş, həmin gün Təqsirləndirilən şəxs1 üzərində müdafiəçinin iştirakı ilə videoçəkilişlə saat 17:00-da keçirilmiş şəxsi axtarış, baxış və götürmə zamanı əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən şəffaf sellofan bağlamada ayrı-ayrılıqda 1,692 qram, 1,710 qram, 1,655 qram, ümumilikdə külli miqdarda 5,057 qram çəkidə narkotik vasitə hesab edilən heroin ondan aşkar edilərək götürülmüş, əməliyyat tədbirlərinin davamı olaraq həmin gün saat 19 radələrində Təqsirləndirilən şəxs2 ünvan 8 ünvanının yaxınlığında saxlanılaraq Xəzər RPİ-nin 2-ci Polis Şöbəsinə gətirilmiş, orada saat 20:20da Təqsirləndirilən şəxs2 üzərində müdafiəçinin iştirakı ilə videoçəkilişlə keçirilmiş şəxsi axtarış, baxış və götürmə zamanı onun əynində olan qara rəngli uzunqol gödəkçənin sol yan cibindən 1 ədəd sarı rəngli polietilen torbada külli miqdarda 92,260 qram çəkidə narkotik vasitə hesab edilən heroin aşkar edilərək ondan götürülmüşdür. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında, satış məqsədi ilə külli miqdarda narkotik vasitəni qanunsuz olaraq əldə etmiş, saxlamış, daşımış və satmış, eləcə də, külli miqdarda narkotik vasitəni qabaqcadan əlbir olaraq bir qrup şəxs halında qaçaqmalçılıq yolu ilə, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 tanışları Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və şəxsiyyəti istinaqla müəyyən edilməmiş «Zahir» adlı İran İslam Respublikasının vətəndaşı ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirmələrinə dair sövdələşib, bu barədə razılaşdıqdan sonra qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, Təqsirləndirilən şəxs1 16.11.2020-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, metronun Həzi Aslanov stansiyasının yaxınlığında yerləşən «Grandmarket»-də quraşdırılmış «Pay-point» aparatı vasitəsi ilə Azərbaycan Respublikası ərazisindən İran İslam Respublikası ərazisində fəaliyyət göstərən istintaqa məlum olmayan hesaba 4.000 manat pul köçürdükdən sonra istintaqa məlum olmayan vaxtda şəxsiyyəti istintaqa «Zahir» kimi məlum olan şəxs Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirməklə satış məqsədilə külli miqdarda 146,807 qram çəkidə narkotik vasitə olan heroini Azərbaycan Respublikası ərazisinə göndərmiş, 2020-ci ilin noyabr ayının sonlarında qrupun üzvü Təqsirləndirilən şəxs2 həmin narkotik vasitəni Bakı-Sumqayıt magistral yolunun 18-ci kilometrliyində fəaliyyət göstərən «Lukoyl» yanacaqdoldurma məntəqəsinin yaxınlığında yerləşən yaşıllıq zonasından qanunsuz olaraq əldə edərək üzərində saxlamaqla daşımış və həmin tarixdə Bakı şəhəri, Xətai rayonu ərazisində, metronun Həzi Aslanov stansiyasının yaxınlığında, M.Hadi küçəsi, 374 ünvanında fəaliyyət göstərən aptekin arxasında həmin narkotik vasitə olan heroinin külli miqdarda 54,547 qramını qanunsuz olaraq Təqsirləndirilən şəxs1 50 manat xidmət haqqı almaqla vermiş, Təqsirləndirilən şəxs1 öz növbəsində həmin narkotik vasitəni üzərində saxlamaqla 02.12.2020-ci il tarixdə, saat 14:30 radələrində ünvan 7 ünvanının qarşısına daşıyaraq orada külli miqdarda, 49,490 qramını tanışı Təqsirləndirilən şəxs3 nisyə olaraq 800-900 manata qanunsuz olaraq satmış, həmin gün, saat 15 radələrində Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 saxlanılaraq Xəzər RPİ-nin 2-ci Polis Şöbəsinə gətirilmiş, orada müdafiəçinin iştirakı ilə videoçəkilişlə Təqsirləndirilən şəxs3 üzərində saat 16:20-də keçirilmiş şəxsi axtarış, baxış və götürmə zamanı əynindəki tünd göy rəngli idman şalvarının sağ yan cibindən bir ədəd sellofan bağlamanın içərisindən külli miqdarda 49,490 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülmüş, həmin gün Təqsirləndirilən şəxs1 üzərində müdafiəçinin iştirakı ilə videoçəkilişlə saat 17:00-da keçirilmiş şəxsi axtarış, baxış və götürmə zamanı əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən şəffaf sellofan bağlamada ayrı-ayrılıqda 1,692 qram, 1,710 qram, 1,655 qram, ümumilikdə külli miqdarda 5,057 qram çəkidə narkotik vasitə hesab edilən heroin ondan aşkar edilərək götürülmüş, əməliyyat tədbirlərinin davamı olaraq həmin gün saat 19 radələrində Təqsirləndirilən şəxs2 ünvan 8 ünvanının yaxınlığında saxlanılaraq Xəzər RPİnin 2-ci Polis Şöbəsinə gətirilmiş, orada saat 20:20-da Təqsirləndirilən şəxs2 üzərində müdafiəçinin iştirakı ilə videoçəkilişlə keçirilmiş şəxsi axtarış, baxış və götürmə zamanı əynində olan qara rəngli uzunqol gödəkçənin sol yan cibindən 1 ədəd sarı rəngli polietilen torbada külli miqdarda 92,260 qram çəkidə narkotik vasitə hesab edilən heroin aşkar edilərək ondan götürülmüşdür. Təqsirləndirilən şəxs3 ittiham elan edilməsi üçün əsas verən kifayət qədər sübutlar məcmusu olduğundan təqsirləndirilir ondan ötrü ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında, satış məqsədi ilə külli miqdarda narkotik vasitəni qanunsuz olaraq əldə etmiş, saxlamış, daşımış və satmış, eləcə də, külli miqdarda narkotik vasitəni qabaqcadan əlbir olaraq bir qrup şəxs halında qaçaqmalçılıq yolu ilə, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirmişdir. Belə ki, Təqsirləndirilən şəxs3 qohumu Təqsirləndirilən şəxs1 və tanışı Təqsirləndirilən şəxs2 və şəxsiyyəti istinaqla müəyyən edilməmiş «Zahir» adlı İran İslam Respublikasının vətəndaşı ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirmələrinə dair sövdələşib, bu barədə razılaşdıqdan sonra qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, Təqsirləndirilən şəxs1 16.11.2020-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, metronun Həzi Aslanov stansiyasının yaxınlığında yerləşən «Grandmarket»-də quraşdırılmış «Pay-point» aparatı vasitəsi ilə Azərbaycan Respublikası ərazisindən İran İslam Respublikası ərazisində fəaliyyət göstərən istintaqa məlum olmayan hesaba 4.000 manat pul köçürdükdən sonra istintaqa məlum olmayan vaxtda şəxsiyyəti istintaqa «Zahir» kimi məlum olan şəxs Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirməklə satış məqsədilə külli miqdarda 146,807 qram çəkidə narkotik vasitə olan heroini Azərbaycan Respublikası ərazisinə göndərmiş, 2020-ci ilin noyabr ayının sonlarında qrupun üzvü Təqsirləndirilən şəxs2 həmin narkotik vasitəni Bakı-Sumqayıt magistral yolunun 18-ci kilometrliyində fəaliyyət göstərən «Lukoyl» yanacaqdoldurma məntəqəsinin yaxınlığında yerləşən yaşıllıq zonasından qanunsuz olaraq əldə edərək üzərində saxlamaqla daşımış və həmin tarixdə Bakı şəhəri, Xətai rayonu ərazisində, metronun Həzi Aslanov stansiyasının yaxınlığında, M.Hadi küçəsi, 374 ünvanında fəaliyyət göstərən aptekin arxasında həmin narkotik vasitə olan heroinin külli miqdarda 54,547 qramını qanunsuz olaraq Təqsirləndirilən şəxs1 50 manat xidmət haqqı almaqla vermiş, Təqsirləndirilən şəxs1 öz növbəsində həmin narkotik vasitəni üzərində saxlamaqla 02.12.2020-ci il tarixdə, saat 14:30 radələrində ünvan 7 ünvanının qarşısına daşıyaraq orada külli miqdarda, 49,490 qramını tanışı Təqsirləndirilən şəxs3 nisyə olaraq 800-900 manata qanunsuz olaraq satmış, həmin gün, saat 15 radələrində Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 saxlanılaraq Xəzər RPİ-nin 2ci Polis Şöbəsinə gətirilmiş, orada müdafiəçinin iştirakı ilə videoçəkilişlə Təqsirləndirilən şəxs3 üzərində saat 16:20-də keçirilmiş şəxsi axtarış, baxış və götürmə keçirilərkən əynindəki tünd göy rəngli idman şalvarının sağ yan cibindən bir ədəd sellofan bağlamanın içərisindən külli miqdarda 49,490 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülmüş, həmin gün Təqsirləndirilən şəxs1 üzərində müdafiəçinin iştirakı ilə videoçəkilişlə saat 17:00-da keçirilmiş şəxsi axtarış, baxış və götürmə zamanı əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən şəffaf sellofan bağlamada ayrı-ayrılıqda külli miqdarda1,692 qram, 1,710 qram, 1,655 qram, ümumilikdə 5,057 qram çəkidə narkotik vasitə hesab edilən heroin ondan aşkar edilərək götürülmüş, əməliyyat tədbirlərinin davamı olaraq həmin gün, saat 19 radələrində Təqsirləndirilən şəxs2 ünvan 8 ünvanının yaxınlığında saxlanılaraq Xəzər RPİ-nin 2-ci Polis Şöbəsinə gətirilmiş, orada saat 20:20də Təqsirləndirilən şəxs2 üzərində müdafiəçinin iştirakı ilə videoçəkilişlə keçirilmiş şəxsi axtarış, baxış və götürmə zamanı əynində olan qara rəngli uzunqol gödəkçənin sol yan cibindən 1 ədəd sarı rəngli polietilen torbada külli miqdarda 92,260 qram çəkidə narkotik vasitə hesab edilən heroin aşkar edilərək ondan götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, digər təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs3 onun qohumudur, Təqsirləndirilən şəxs2 isə əvvəlllər tanımamışdır. Keçən ilin yay aylarında əri Emin dayısı oğlu Şəmsinin ucbatından narkotiklə tutulmuşdur. Belə ki, Şəmsi ərini Zahir adlı iranlı ilə tanış etmiş, sonuncu əri ilə Şəmsiyə narkotik vasitələri göndərmiş, əri tutulmuş, Şəmsi isə necə deyərlər sudan quru çıxmışdır. Azyaşlı övladı ilə dolanışığı ağır olduğu üçün Şəmsidən tələb etmişdir ki, Zahirə zəng edib ondan ərinin məsələsində kömək istəsin. Şəmsi isə demişdir ki, o, Zahirin göndərdiyi narkotik vasitəsini satıb pulunu sonuncuya göndərməmişdir. Bu səbəbdən Zahirlə münasibəti pozulmuşdur. Lakin Şəmsi məsləhət bilmişdir ki, Zahirlə o özü danışsın və Zahirin vatsap olan telefon nömrəsini ona vermişdir. Bundan sonra o, Zahirə zəng etmiş, ərinin tutulması barədə məlumat vermiş, maddi durumunun ağır olmasını bildirmişdir. Zahir təklif etmişdir ki, öz adamları vasitəsi ilə ona 200 qrama yaxın heroin göndərəcək, lakin bunu etmək üçün o, gərək Zahirin dediyi bank hesabına 4.000 manat pul köçürsün. Bundan sonra dayısı oğlu Şəmsiyə Zahirin təklifini bildirmiş, Şəmsi də təklifin çox münasib olduğunu, heroini satdıqdan sonra 1000-1500 manat gəlir qalacağını demişdir. Təkrar Zahirə zəng edərək onun təklifini qəbul etdiyini bildirmişdir. Zahir də ona pulun köçürüləcəyi hesabı bildirmişdir. Bundan sonra özünə və rəfiqəsi Qönçəyə məxsus qızılları götürüb Qara Qarayev metrostansiyasının yanında yerləşən lombarda təhvil verərək 4.000 manat kredit götürmüşdür. Həmin pulu Zahirin bildirdiyi hesaba ödəniş terminalı vasitəsi ilə göndərmişdir. Həmin hesab nömrəsi onun mobil telefonunun yaddaşında qalmışdır. Sonradan təhlükəli olduğuna görə telefonunun yaddaşından silmişdir. 02.12.2020-ci il tarixdə axşam saat 17 radələrində dayısı oğlu Şəmsigilə qonaq getmişdir. Həmin vaxt Şəmsi evinin 2-ci mərtəbəsində, o isə birnci mərtəbədə Şəmsinin anası və qızı ilə birlikdə olmuşdur. Bu vaxt evə polislər daxil olaraq axtarış etmişlər və evin birinci mərtəbəsində mətbəxdə Şəmsinin anası polislərin xahişi ilə zibil qutusunun içini boşaltdıqda oradan sellofan torba düşmüş və torba açıldıqda içərisindən torpağa bənzər kütlə yerə dağılmışdır. Həmin narkotik vasitə Şəmsiyə aiddir, onun o vasitədən məlumatı olmamışdır. Onu və Şəmsini elə həmn evdən polisə aparmışlar. Orada o, Zahirin həmin gün başqa bir şəxs vasitəsi ilə narkotik təqdim edəcəyini, Zahirə bu məqsədlə 4.000 manat pul köçürdüyünü demişdir. Polislərin təklifi ilə Zahirə öz telefonu ilə zəng etmiş və sonuncu ona KTF deyilən kafenin yanına getməyi, orada bir şəxsin ona narkotik vasitə verəcəyini demişdir. Polis əməkdaşları ilə birlikdə deyilən ünvana getmiş və orada hal-hazırda məhkəmədə onunla birlikdə təqsirləndirilən şəxs qismində çıxış edən Təqsirləndirilən şəxs2 ona bir bükümdə heroini təqdim edən zaman polislər Zauru tutmuşlar. Polis idarəsində ondan heç nə aşkar olunmamış, sadəcə polislərin vədinə inanaraq 5 qrama yaxın heroinin cibinə qoyulmasına və çəkilişlə guya ondan aşkar olunmasına razılıq vermişdir. İbtidai istintaq zamanı verdiyi ifadələri ona elan edilmişdir. Lakin həmin ifadələrini təsdiq etmir, məhkəmədə verdiyi ifadəsi həqiqətə uyğundur. Əlavə etmək istəyir ki, azyaşlı uşağı yaxın qohumlarının himayəsindədir, bununla bağlı heç bir problem yoxdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 ona Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, digər təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs1 bibisi qızıdır, Təqsirləndirilən şəxs2 isə əvvəllər tanımamışdır. O, narkotik vasitə istifadəçisi olmuş, narkotik vasitəni ona İrandan Zahir adlı iranlı tanışı göndərirdi. Bu işə Arifənin yoldaşı Emini də qoşmuş, lakin Emin keçən ilin yay aylarında narkotiklə tutulmuş, buna baxmayaraq istintaqa və məhkəməyə o çağırılmamış, Eminin işində adı hallanmamışdır. 02.12.2020-ci il tarixdə günortadan sonra usta ilə evin 2-ci mərtəbəsində təmir işi görürdülər. Arifə ilə anası isə evin birinci mərtəbəsində olmuşlar. Həmin vaxt polislər evinə daxil olmuş, evində axtarış etmişlər. Lakin polislərin evindən nə aşkar etdiklərini bilməmişdir. Onu və Arifəni polisə aparmışlar. Orada polislər ona bildirmişlər ki, bir məsələ var, uğurlu alınsa onu buraxacaqlar. Bundan sonra polislər onu sərbəst olaraq evinə buraxmışlar, Arifə isə polisdə qalmışdır. 2-3 saatdan sonra isə polislər təkrar gəlib onu evindən idarəyə aparıb üzərinə çəkiliş aparılmaqla baxış keçirmişlər. Onun üzərində heç bir narkotik vasitə olmadığı halda 50 qrama yaxın heroinin guya onun üzərindən çıxmasını rəsmiləşdirmişlər. Onun üzərində narkotik vasitələri olmamış, ibtidai istintaq zamanı verdiyi ifadələri təsdiq etmir, laki nonu təsdiq edir ki, Təqsirləndirilən şəxs1 Zahirə 4.000 manat pul göndərmişdir ki, sonuncu öz adamları vasitəsi ilə Arifəyə külli miqdarda narkotik vasitə göndərsin. Belə başa düşür ki, tutulduğu gün X30 Cəfərov vasitəsi ilə göndərdiyi narkotik vasitəsini polislərin nəzarəti altında narkotiki qəbul edib Zauru polislərə tutdurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-nin 206.3.2., 234.4.1. və 234.4.3-cü maddələri ilə elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs1 tanıyır, Təqsirləndirilən şəxs3 isə tanımır. O, narkotik vasitə istifadəçisidir. İranlı Zahir adlı şəxsi isə tutulmamışdan 5-6 ay əvvəl tanımışdır. Sonuncu ilə razılaşma əldə etmişdir ki, Zahir öz adamları ilə Azərbaycana gətizdirdiyi narkotik vasitələri müəyyən bir yerdə gizlətdirəcək, o isə həmin yerdən narkotiki götürüb Zahirin dediyi adamlara çatdırmalı idi. Bunun üçün Zahir onun kartına hərdən 100, hərdən 200 manat pul köçürürdü. Həmçinin narkotiki verdiyi şəxslər də ona hörmət edirdi. Təqsirləndirilən şəxs1 məhz o şəxslərdəndir ki, Zahirin tapşırığı ilə və onun göndərdiyi narkotik vasitələri iki dəfə Arifəyə çatdırmışdır. İkinci dəfə isə Arifə onu tutdurmuşdur. Belə ki, Zahirin zəngi əsasında Saray qəsəbəsindən təxminən 150 metr irəlidə olan ağacın altından içində narkotik vasitə heroin olan selofan torbanı götürüb Arifə ilə şəhərdə KTF deyilən restoranın yanına görüşə getmişdir. Sellofan torbadan Zahirin onun özünə göndərdiyi 92 qram heroin bükümünü götürüb cibinə qoymuşdur. Qalan heroini Arifəyə görüş yerində verdiyi zaman polislər onu yaxalamışdır. Polis idarəsində ondan aşkar olunmuş 92 qram heroin ona məxsusdur. Arifə məhkəmədə yalan ifadə verir. Narkotik vasitələrini ona 2 dəfə vermişdir. Həmin narkotik vasitələrini İrandan Zahir göndərmişdir. X22 də tanışı olmuşdur. Olan hadisələrdə Təqsirləndirilən şəxs3 görməmiş, onu tanımamışdır. İbtidai istintaq zamanı verdiyi ifadələrini təsdiq edir. Məhkəmədən onun səmimi ifadə verməsini, cinayət hadisəsinin digər iştirakçılarını ifşa etməsini, xəstə olmasını nəzərə almasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxslərdən yalnız Təqsirləndirilən şəxs1 tanıyır, digər təqsirləndirilən şəxsləri tanımır. Belə ki, o, Qara Qarayev metrosunun yanında olan lombardın işçisidir. Təqsirləndirilən şəxs1 2020-ci ilin oktyab ayında lombarda gələrək qızıl-zinyət əşyalarını təqdim edərək ondan müqavilə bağlanmaqla 4170 manat kreditə pul almışdır. Kreditin şərtləri belə olmuşdur ki, Təqsirləndirilən şəxs1 hər ay 457 manat ödəmək şərti ilə bir ildən sonra qızıllarını geri götürməli idi. Lakin Arifə yalnız 2020-ci ilin noyabr ayında köçürmə yolu ilə lombarda 300 manat pul ödəmiş, ondan başqa heç bir ödəniş etməmişdir. Polisə çağırılıb şahid qismində dindirildikdə bilmişdir ki, Arifə narkotiklə tutulmuş və artıq ödənişi edən heç bir şəxs yoxdur. Düzdür, lombarda Qönçə adlı bir qadın gələrək Arifənin verdiyi qızılların bir qisminin ona məxsus olmasını bildirmiş və qızıllarını tələb etmişdir. Lakin o, müqaviləni Qönçəyə təqdim edərək ona izah etmişdir ki, qızıllar ona deyil, Arifəyə məxsus olmaqla sonuncu tərəfindən lombarda verlmişdir. Bu ilin mart ayında lombardın sahibinin tələbi ilə qızıllar dəyərindən də ucuz qiymətə satılaraq lombarda dəymiş maddi zərər qismən ödənilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, polis polkovnik-leytenantıdır, DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsində baş əməliyyat müvəkkili vəzifəsində çalışır. Təqsirləndirilən şəxslərin hər üçünü keçirdikləri əməliyyat tədbiri ilə əlaqədar tanımışdır. Məlumat isə Təqsirləndirilən şəxs3 narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə olmuşdur. Məlumat əsasında tədbirin keçirilməsinə dair qərar qəbul olunmuş və ondan, DİN BNMİ-nin baş əməliyyat müəvəkkliləri polis polkovnik-leytenantları Şahid2 və X6 ibarət əməliyyat qrupu yaradılmışdır. Qrupun rəhbəri isə o təyin edilmişdir. Bundan sonra onlar 02.12.2020-ci il tarixdə saat 15.00 radələrində ünvan 10 ünvanının qarşısında Təqsirləndirilən şəxs3 və onunla bilrikdə olan Təqsirləndirilən şəxs1 saxlamışlar. Onlara özlərini təqdim edərək ərazi üzrə Xəzər RPİ 2-ci PŞ-yə dəvət etmişlər. Polis şöbəsində Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 müdafiəçi dəvət edilmiş və hər iki şəxsə narkotik vasitələrin dövriyyəsi ilə məşğul olmaları ilə əlaqədar şübhəli şəxs qismində saxlanıldıqları, bununla əlaqədar hüquqları izah edilmişdir. Bundan sonra təhqiqatçı tərəfindən ayrı-ayrılıqda Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 üzərinə videoçəkiliş aparılmaqla baxış keçirilmişdir. İlk öncə Təqsirləndirilən şəxs3 təhqiqatçı polis kapitanı Nizami Omarov tərəfindən üzərində qanunsuz hər hansı əşya varsa təqdim olunması təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs3 tünd göy rəngli idman şalvarının sağ yan cibindən bir ədəd sellofan bağlamanı çıxarıb masanın üzərinə qoymuş və bildirmişdir ki, bağlamada narkotik vasitə olan heroin vardır. Təqsirləndirilən şəxs3 üzərinə şəxsi axtarış keçirən təhqiqatçı hər hansı qanunsuz əşya aşkar etməmişdir. Təhqiqatçı bundan sonra masanın üzərindəki sellofan bağlamanı açdıqda içərisində açıq qəhvəyi rəngli, kəskin iyli, narkotik maddə heroinə bənzər kütlə olması müəyyən edilmişdir.Təhqiqatçı həmin bağlamanı elektron tərəzidə çəkərək bağlamanın çəkisinin 51,60 qram olması müəyyən edilmiş, bundan sonra həmin bağlama zərfə qoyularaq qablaşdırılmış və möhürlənərək bütün iştirakçılar, o cümlədən Təqsirləndirilən şəxs3 tərəfindən imzalanmışdır. Təhqiqatçının apardığı sorğuya cavab olaraq Təqsirləndirilən şəxs3 bildirmişdir ki, ondan aşkar olunan bükümü elə həmin günü bibisi qızı Təqsirləndirilən şəxs1 vermiş, Arifə ilə razılaşmaya görə həmin narkotiki satıb ona 900 manat pul verməli idi. Təqsirləndirilən şəxs3 həmçinin ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, özü də narkotik vasitə olan heroin istifadə edir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs3 qarşı heç bir zor və qanunsuz təzyiq olmamışdır. Bundan sonra, yəni ayrı olaraq müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs1 üzərinə Şahid3 ad-soyadlı qadın dəvət olunmaqla baxış keçirilmişdir. X15 Təqsirləndirilən şəxs1 üzərində hər hansı qanunsuz əşya varsa könüllü təqdim etməsini təklif etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 özü könüllü olaraq qara rəngli gödəkcəsinin sağ yan cibindən sellofan bağlamanı çıxararaq masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs1 həmçinin ciblərində olan 2 ədəd mobil telefonu da masanın üzərinə qoymuşdur. Sonra Şahid3 Təqsirləndirilən şəxs1 ciblərini yoxlamış, lakn hər hansı bir əşya aşkar etməmişdir. Bundan sonra təhqiqatçı Təqsirləndirilən şəxs1 masanın üzərinə qoyduğu sellofan bağlamanı açmış və orada ayrı-ayrı 3 büküm aşkar olunmuş, bükümlər bir-bir açıldıqda içərilərində açıq qəhvəyi rəngli, kəskin iyli, narkotik maddə heroinə bənzər kütlələrin olması müəyyən edilmişdir. Təhqiqatçı həmin bükümləri elektron tərəzidə çəkərək ümumi çəkisinin 6,76 qram olması müəyyən edilmiş, bundan sonra həmin bükümlər ilkin olduğu bağlamaya qoyularaq zərfə qablaşdırmış və möhürlənərək bütün iştirakçılar, o cümlədən Təqsirləndirilən şəxs1 tərəfindən imzalanmışdır. Təhqiqatçının sorğu-sualınna cavab olaraq Təqsirləndirilən şəxs1 bildirmişdir ki, təxminən 10 gün əvvəl tanışı İİR-sı vətəndaşı olan Zahir adlı şəxsin hesabına 4.000 manat pulu hissə-hissə sonuncunun dediyi hesaba köçürdükdən sonra həmin Zahir Zaur adlı şəxsin vasitəsi ilə heroin göndərmiş, Zaura xidmət haqqı kimi 50 manat pul vermişdir. Arifə həmçinin təsdiq etmişdir ki, Zaurdan aldığı narkotikin bir hissəsini, yəni daha böyük bağlamanı dayısı oğlu Təqsirləndirilən şəxs3 vermişdir ki, sonuncu həmin narkotiki realizə edib ona 800-900 manat pul versin. Əməliyyat-axtarış tədbirlərinin davamı olaraq elə həmin gün, saat 19 radələrində Bakı şəhəri, Xətai rayonunda artıq xatırlamadığı küçədə Təqsirləndirilən şəxs2 müəyyən olunaraq tərəflərindən saxlanılmışdır. Həmin Təqsirləndirilən şəxs2 da 2-ci PB-nə gətirilmiş, orada X15 müdafiəçi təqdim etməklə üzərinə baxış keçirmişdir. Təhqiqatçı Təqsirləndirilən şəxs2 da təklif etmişdir ki, sonuncu üzərində hər hansı qanunsuz əşya varsa, özü könüllü təqdim etsin. Bundan sonra Təqsirləndirilən şəxs2 qara rəngli uzunqol gödəkçənin sol yan cibindən bir ədəd sellofan paketi çıxarıb masanın üzərinə qoymuş, həmçinin şalvarının ciblərində olan şəxsiyyət vəsiqəsi, bir ədəd telefon, 11 manat pulu da masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs2 üzərindən təhqiqatçı başqa hər hansı bir əşya aşkar etməmiş, 11 manat pulu Zaurun özünə qaytarmış, bundan sonra isə təhqiqatçı sellofan paketi açaraq içərisində başqa şəffaf sellofan bükümü aşkar etmiş, həmin bükümü də açdıqda içərisində açıq qəhvəyi rəngli, kəskin iyli, narkotik maddə heroinə bənzər kütlə olması müəyyən edilmiş, həmin büküm elektron tərəzidə çəkildikdə bükümün 94,45 qram olması müəyyən edilmiş, həmin büküm zərfə qablaşdırılaraq möhürlənmiş və bütün iştirakçılar tərəfindən, o cümlədən Təqsirləndirilən şəxs2 özü tərəfindən imzalanmışdır. Təhqiqatçının suallarına cavab olaraq Təqsirləndirilən şəxs2 bildirmişdir ki, 02 dekabr 2020-ci il taridən təxminən bir həftə öncə tanıdığı iranlı Zahir adlı şəxsin tapşırığı ilə Abşeron rayonu, Saray qəsəbəsi ərazisndə yerləşən yanacaqdoldurma məntəqəsinin yaxınlığındakı ağacın altından ora bilmədiyi şəxs tərəfindən qoyulmuş bükümü götürmüş və həmin bükümü Təqsirləndirilən şəxs1 təqdim etmiş, sonuncu isə ona bunun müqabilində 50 manat pul vermişdir. Ağacın altından götürdüyü bağlamadakı bir bükümü Zahirin tapşırığı ilə başqa şəxslərə verilməsi üçün götürmüş, hansı ki, bu gün ondan aşkar edilmiş heroin məhz həmin heroindir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, polis polkovnik-leytenantıdır, DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsində baş əməliyyat müvəkkili vəzifəsində çalışır. Təqsirləndirilən şəxslərin hər üçünü tanıyır, belə ki, həmkarı Şahid1 Təqsirləndirilən şəxs3 haqqında daxil olmuş əməliyyat məlumatına əsasən zəncirvari əməliyyat tədbirləri keçirmişlər. İlk olaraq 02.12.2020-ci il tarixdə gündüz Təqsirləndirilən şəxs1 və Şəmsi Təqsirləndirilən şəxs3 yaşadığı ünvanın yaxınlığında saxlanılıb 2-ci PB-nə gətirilmişlər. Orada təhqiqatçı hər ikisinin üzərinə baxış keçirilməklə heroin aşkar etdikdən sonra Təqsirləndirilən şəxs1 məlumatına əsasən Xətai rayonuna həmkarları ilə birlikdə yollanaraq Təqsirləndirilən şəxs2 saxlayıb 2-ci PB-nə gətirmiş və orada təhqiqatçı müdafiəçinin iştirakı ilə Zaurun üzərinə baxış keçirmiş,onun da üzərindən xatırladığı kimi 90 qrama yaxın heroin aşkar edilmiş, Şəmsidən xatırladığı kimi 50 qrama yaxın heroin aşkar edilmiş, Arifədən isə səhv etmirsə 6 qramdan bir qədər çox heroin aşkar edilərək götürülmüşdür. Bu hadisədən xeyli vaxt keçdiyi üçün və bu əməliyyat tədbirinə bənzər çox saylı əməliyyatlarda iştirak etdiyi üçün onu xatırlayır ki, iranlı bir vətəndaş Zaurun vasitəsi ilə Təqsirləndirilən şəxs1 narkotik satdırmış, həmin narkotikdən özündə də saxlamış, Arifə öz növbəsində ona verilmiş narkotik vasitələrin bir hissəsini Təqsirləndirilən şəxs3 vermiş, az bir hissəsi özündə qalmışdır. Keçirdikləri əməliyyat tədbiri zamanı təqsirləndirilən şəxslərin heç birinə qarşı zor və təzyiq olmamış, üzərlərinə baxış videoçəkilişlə aparılmış, hər üçü etdiyi əməlləri, işin digər iştirakçıları barədə səmimi və könüllü olaraq məlumatlar vermişlər. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxslərdən yalnız Təqsirləndirilən şəxs1 tanıyır. Artıq tarixi xatırlamır, təxminən keçən ilin dekabr ayında xadimə işlədiyi Xəzər RPİ 2-ci PŞ-də onu hal-hazırda məhkəmə zalında gördüyü Təqsirləndirilən şəxs1 üzərinə baxışda iştirak etmək üçün dəvət etmişlər. Xidməti otaqlardan birində videoçəkiliş aparılmaqla, Arifənin müdafiəçisinin iştirakı ilə təhqiqatçı Arifəyə üzərində qadağan olunmuş əşya varsa təqdim etməsini təklif etmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs1 əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən şəffaf sellofan bağlamanı çıxarıb masanın üzərinə qoymuş və özü könüllü olaraq həmin bağlamada heroin olduğunu bildirmişdir. Bundan savayı Arifə üzərində olan 2 ədəd mobil telefonu da masanın üzərinə qoymuşdur. Təhqiqatçının təklifinə əsasən Arifənin üzərinə, ciblərinə baxış keçirmiş, lakin başqa heç bir şey aşkar etməmişdir. Təhqiqatçı sellofan bükümü açdıqda onun içində daha 3 büküm aşkar edilmiş, bükümləri təhqiqatçı açaraq hər birinin içində qəhvəyi rəngli, toz şəkilli kəskin iy verən maddələr aşkar edilmişdir. Onun iştirakı ilə keçirilmiş baxışda Təqsirləndirilən şəxs1 qarşı heç bir zor və təzyiq olmamışdır. Arifənin üzərində aşkar olunan narkotik vasitə ilə bağlı dediklərini artıq xatırlamır. Müstəntiqə verdiyi ifadəsini təsdiq edir. Məhkəmə iclasında ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsi elan olunaraq müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 təxminən 8 ildir ki, tanıyır, onunla rəfiqə olmuşlar. Onunla hər zaman normal münasibəti olmuş, o, özü Nizami rayonu ərazisində “Laçin” ticarət mərkəzində qadın paltarının kirayəsi ilə məşqul olur. Təqsirləndirilən şəxs1 qızıl-zinyət əşyalarının satışı ilə məşqul olurdu. Bir müddət əvvəl Arifənin borcları yarandığı üçün ondan özünə məxsus qızı-zinyət əşyalarını Lambarda girov qoyaraq pul götürmək istədiyini demişdir. Təxminən bir il yarım bundan əvvəl o, Arifəyə özünə məxsus ümumilkdə təxminən 60 qrama yaxın bir cüt İtaliya istehsalı olan sadə formalı qaşsız 750 əyarlı qızıl sırqa və qızıl üzük. Bir ədəd 750 əyarlı İtaliya istehsalı olan qızılı sep, klon, bir cüt sırqa və bir ədəd üzük. Bir ədəd Türkiyə istehsalı 585 əyarlı kəğənək şəkilli qızıl sırqa və kəmənək şəkilli rənbərəng qızıl klon. Bir ədəd İtaliya istehsalı 750 əyarlı qızıl zəncir formalı qolbaq. Bir ədəd İtaliyya istehsalı olan 750 əylarlı sep və bir ədəd Türkiyə istehsalı olan 585 əyarlı açar formalı qızıl klon. Bir cüt Türkiyə istehsalı olan 585 əyarlı kəpənək formalı qızıl sırqa və bir cüt Türkiyə istehsalı olan kəpənək formalı qızıl sırqa. Bir ədəd İtaliya istehsalı 750 əyarlı qızıl 4 bucaqlı qızıl üzüyü Arifəyə vermişdir. Arifə həmin qızıl zinyət əşyalarını Lombarda qoyaraq pul götürüb öz borclarını vermişdir. Bundan sonra o, dəfələrlə Arifədən öz qızıl-zinyət əşyalarını geri qaytarmasını tələb etsə də o, hər dəfə pulunun olmadığı üçün qızılları geri götürə bilmədiyini demişdir. O, bir neçə gün bundan əvvəl Arifənin anasından onun narkotik vasitələrin satışı ilə məşqul olduğu üçün polis əməkdaşları tərəfindən həbs olunduğunu bilmişdir. O, Təqsirləndirilən şəxs1 narkotik vasitələrinin satışı ilə məşqul olmasından məlumatı olmamışdır. Arifəyə il yarım bundan əvvəl qızıl-zinyət əşyalarını vermiş, qızıl-zinyət əşyalarını Lombarda qoyaraq 4000 manat pul götürüb həmin pula narkotik vasitələrin satışı ilə məşqul olmasından məlumatı olmamışdır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ittiham olunduqları əməllər üzrə təqsirli olmaları özlərinin və şahidlərin ifdələri ilə yanaşı məhkəmədə tədqiq olunmuş digər sübut növləri ilə də tam sübuta yetirilmişdir. Belə ki, cinayət işində olan və məhkəmədə tədqiq edilən Təqsirləndirilən şəxs1 üzərində aparılan şəxsi axtarış, baxış və götürmə aparılan zaman çəkilmiş videoyazı olan bir ədəd «CD» diskə baxış keçirilməsi haqqında 03.12.2020-ci il tarixli protokoldan görünür ki, 02 dekabr 2020-ci il tarixdə, Bakı şəhər, Xəzər RPİ-nin 2-ci PB-nin inzibati binasında xidməti iş otağında Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış, baxış və götürmə aparılmış, Təqsirləndirilən şəxs1 üzərində qanunla əldə edilməsi, saxlanılması və daşınması qadağan edilmiş maddə və ya əşya varsa təqdim etməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən şəffaf sellofan bağlamanı, gödəkcənin sol yan cibindən isə 1 (bir) ədəd qara rəngli «Samsunq» markalı və 1 (bir) ədəd arxası ağ rəngli olan «Samsunq» markalı mobil telefonları çıxarıb təqdim etmişdir. Həmin şəffaf sellofan bağlamaya baxış keçirilən zaman içərisindən 03 (üç) büküm açıq qəhvəyi rəngli, kəskin iyli, narkotik maddə heroinə bənzər kütlələr aşkar edilmişdir. Şifahi sorğu zamanı Arif Məmmədova aşkar olunmuş narkotik vasitə olan heroinin özünə məxsus olduğunu, həmin kütlələri təxminən 10 gün əvvəl Bakı şəhəri, Xətai rayonu, H.Aslanov metrostansiyası yaxınlığında KFC restoranının qarşısında tanışı Təqsirləndirilən şəxs3 vasitəsilə tanış olduğu «Zahir» adlı iranlı şəxsin tapşırığı ilə «Zaur» adlı şəxsdən götürdüyünü və qarşılığında xidmət haqqı kimi 50 manat pul verdiyini, həmçinin 02.12.2020-ci il tarixdə, saat 14:30 radələrində tanışı Təqsirləndirilən şəxs3 da sonradan 800-900 manat pul verməsi barədə razılaşmaqla narkotik vasitə olan heroin verdiyini, üzərindən aşkar olunmuş və Təqsirləndirilən şəxs3 vermiş olduğu narkotik vasitə olan heroini də eyni şəxsdən, yəni 10 gün əvvəl həmin narkotik vasitə olan heroini Xətai rayonu, H.Aslanov metrostansiyası yaxınlığında KFÇ restoranının qarşısında «Zaur» adlı şəxsdən götürdüyünü və ümumilikdə əldə etdiyi narkotik vasitə olan heroinə görə iranlı «Zahir» adlı şəxsin hesabına 4000 manat pul uöçürdüyünü bildirmişdir. Bundan başqa əlavə axtarış və baxış zamanı Təqsirləndirilən şəxs1 üzərindən qanunla qadağan edilmiş maddə və ya kütlə aşkar edilməmişdir. Aşkar edilmiş maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb, Azərbaycan Respublikası Daxili Nazirliyinin «Zərflər üçün» 7 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Cinayət işində olan və məhkəmədə tədqiq edilən Təqsirləndirilən şəxs2 üzərində aparılan şəxsi axtarış, baxış və götürmə aparılan zaman çəkilmiş videoyazı olan bir ədəd «CD» diskə baxış keçirilməsi haqqında 03.12.2020-ci il tarixli protokoldan görünür ki, 02 dekabr 2020-ci il tarixdə, Bakı şəhər, Xəzər RPİ-nin 2-ci PB-nin inzibati binasında xidməti iş otağında Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış, baxış və götürmə aparılmış, Təqsirləndirilən şəxs2 üzərində qanunla əldə edilməsi, saxlanılması və daşınması qadağan edilmiş maddə və ya əşya varsa təqdim etməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 əynində olan qara rəngli uzunqol gödəkcəsinin sol yan cibindən 01 (bir) ədəd sarı rəngli polietilen torbanı çıxardaraq təqdim etmiş və içərisində narkotik vasitə olan heroin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs2 üzərində qanunla qadağan olunmuş heç bir əşya və ya predmet olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 əynindəki qara rəngli cins şalvarın sol yan cibindən özünə məxsus şəxsiyyət vəsiqəsi, 1 ədəd «Samsunq» markalı mobil telefon, 1 ədəd xidməti vəsiqə, 11 (on) bir manat məbləğində pul aşkar olunmuşdur. Təqsirləndirilən şəxs2 məxsus olan şəxsiyyət vəsiqəsi, mobil telefon və xidməti vəsiqəsi iş üzrə əhəmiyyət kəsb etdiyi üçün götürüldü, üzərindən aşkar olunmuş 11 mant pul şəxsin özünə qaytarılmışdır. Bundan sonra sarı rəngli paketə baxış keçirilərkən həmin sellofan torbanın içərisindəki şəffaf sellofon büküm aşkar olunmuşdur. Sellofan bükümdə olan maddəyə baxış keçirilərkən içərisində qəhvəyi rəngli, kəskin iyli, narkotik vasitə heroinə bənzər maddə aşkar edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunmuş maddənin narkotik vasitə heroin olduğunu, təxminən bir həftə əvvəl Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən yanacaq doldurrma məntəqəsinin yaxınlığındakı ağacın yanından götürdüyünü, həmin yerə narkotik maddə qoyulmasını «Zahir» adlı İran İslam Respublikasının vətəndaşı kimi tanıdığı şəxsin göndərdiyini bildirmişdir. Həmin şəxs ilə aralarında əldə etdiyi razılaşmaya əsasən ona deyilən yerdən narkotik vasitəni götürməli və ona deyilən yerlərə qoyulması müqabilində pul əldə etməli idi. Bundan başqa Təqsirləndirilən şəxs2 təxminən 10 gün əvvəl H.Aslanov metrostansiyası yaxınlığında bir qadınla görüşüb həmin qadına narkotik verdiyini, həmin şəxsə narkotik verməyini «Zahir» adlı şəxsin söylədiyini və bunun müqabilində 50 manat pul əldə etdiyini bildirmişdir. Aşkar edilmiş maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb, Azərbaycan Respublikası Daxili Nazirliyinin «Zərflər üçün» 7 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Cinayət işində olan və məhkəmədə tədqiq edilən Təqsirləndirilən şəxs3 üzərində aparılan şəxsi axtarış, baxış və götürmə aparılan zaman çəkilmiş videoyazı olan bir ədəd «CD» diskə baxış keçirilməsi haqqında 03.12.2020-ci il tarixli protokoldan görünür ki, 02 dekabr 2020-ci il tarixdə, Bakı şəhər, Xəzər RPİ-nin 2-ci PB-nin inzibati binasında xidməti iş otağında Təqsirləndirilən şəxs3 üzərində şəxsi axtarış, baxış və götürmə aparılmış, Təqsirləndirilən şəxs3 üzərində qanunla əldə edilməsi, saxlanılması və daşınması qadağan edilmiş maddə və ya əşya varsa təqdim etməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs3 əynində olan tünd göy rəngli idman şalvarının sağ yan cibindən 01 (bir) ədəd sellofan bağlamanı təqdim etmişdir. Həmin sellofan bağlamaya baxış keçirilən zaman içərisindən açıq qəhvəyi rəngli, kəskin iyli, narkotik maddə heroinə bənzər kütlə aşkar edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs3 aşkar olunmuş narkotik vasitə olan heroinin özünə məxsus olduğunu, həmin kütləni 02.12.2020-ci il tarixdə, saat 14:30da yaşadığı evin qarşısında Təqsirləndirilən şəxs1 əldə etdyini, sonradan 800-900 manat pul verəcəyinə razılaşdıqlarını, özünün narkotik vasitə alüdəçisi olduğunu, narkotik vasitə heroindən 5-6 aydır ki, istifadə etdiyini bildirmişdir. Bundan başqa əlavə axtarış və baxış zamanı Təqsirləndirilən şəxs3 üzərindən qanunla qadağan edilmiş maddə və ya kütlə aşkar edilməmişdir. Aşkar edilmiş maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb, Azərbaycan Respublikası Daxili Nazirliyinin «Zərflər üçün» 7 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Cinayət işində olan və məhkəmədə tədqiq edilən 29 oktyabr 2020-ci il tarixli kredit (borc) və girov müqaviləsindən (№2********) müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 mülkiyyətindəki qiymətli metalları girov qoymaqla Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev 27 ünvanda yerləşən“1 İnci” adlı lombarddan 4170 manat pul almışdır. Cinayət işində olan və məhkəmədə tədqiq edilən mobil telefona baxış keçirilməsi haqqında 03.12.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 istifadəsində olmuş bir ədəd Samsunq markalı mobil telefona baxış keçirilmiş və baxışla Təqsirləndirilən şəxs2 istifadəsində olan mobil telefonda +98 990 806 8276 nömrəsi ilə Zahir Qaqaş adlı əlaqə nömrəsinin olması və həmin nömrə ilə 02 dekabr 2020-ci il tarixdə Təqsirləndirilən şəxs2 yazışmalarının olması müəyyən olunmuşdur. Həmin səs yazıları tərəfimdən dinlənildiyi zamanı müəyyən olunmuşdur ki, səs yazılarında şübhəli şəxs Təqsirləndirilən şəxs2 iranlı Zahir adlı şəxslə əlaqələr saxlayıb yazışaraq narkotik vasitənin haraya qoyulması, onun narkotik vasitəni götürüb-götürməməsi barədə danışıqlar aparır. «Samsunq» markalı mobil telefona baxış müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs2 istifadəsində olan mobil telefonda +98 903 437 7299 nömrəsi ilə Zahir 2 əlaqə nömrəsi vardır. Həmin nömrə ilə 2 dekabr 2020-ci il tarixdə Təqsirləndirilən şəxs2 yazışmalarının olması müəyyən olundu. Telefon danışıqları dinlənilərkən müəyyən olunmuşdur ki, iranlı «Zahir» Təqsirləndirilən şəxs2 bildirir ki, «kiminlə görüşürsənsə, lap qardaşın da olsa belə, əlbəəl görüşmə, at filan yerə şəklini çək, qurtarsın getsin, narahat olma, qorxma, min dənə Zaur var, bundan sonra, nə iş gördük, qoy şəkilini çək, qabaqqabağa boşla, iş görmə». Şübhəli şəxs Təqsirləndirilən şəxs2 iranlı «Zahir» adlı şəxslə aralarında olan səsli sms-lər dinlənilərkən müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs2 iranlı «Zahir»ə səsli sms-lə deyir ki, «bilirsən qardaş, vallah, belə baxıram ki, sənin yan-yörəndə bir dənə düz-əməlli adam yoxdur, axırda vaxt gələcək mənim başımda çatlayacaq, yavaşyavaş mən uje qorxuram e qardaş, neçə aydır səni tanıyıram, neçə dəfə də bunu eləmişəm, həqiqətən vallah, ortada da bir şey yox, bir qəpik pul qazanmıram, deyəsən mən bunun başın buraxacam e qardaş, başıva dönərəm sənin, bunun hələ sabahısı var e, birdən tutularam-eləyərəm, Allah haqqı, özüm cəhənnəmə, anama yazığım gəlir, biabırçılıq olar e əməlli-başlı, yox e qardaş, belə getməyəcək, uje bu qız da tutuldusa sabah mənim də başıma gələr, qutaracam bu işlə». Şübhəli şəxs Təqsirləndirilən şəxs2 iranlı «Zahir» adlı şəxslə aralarında olan əlavə səsli sms-lər dinlənilərkən müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs2 iranlı «Zahir»ə səsli sms-lə deyir ki, «bilirsən qardaş, iş gələndə birdən gəlir adamın başına, prosta elə adamlar olsun ki, qorxulu adamlar olmasın». Şübhəli şəxs Təqsirləndirilən şəxs2 iranlı «Zahir» adlı şəxslə aralarında olan digər səsli sms-lər dinlənilərkən müəyyən olunmuşdur ki Təqsirləndirilən şəxs2 iranlı «Zahir»ə səsli sms-lə deyir ki, «yaxşı qardaş, yaxşı, bundan sonra daha heç kimlə görüşməyəcəm, sən nə təhər deyirsən, indən sonra eə də olsun, nə lazım olar, hara lazım olar, apararam, qoyaram, şəklini çəkərəm». Cinayət işində olan və məhkəmədə tədqiq edilən məhkəmə-kimyəvi ekspertizasının 03 dekabr 2020-ci il tarixli, 6/2637 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “...Şübhəli şəxs Təqsirləndirilən şəxs1 şəxsi axtarış zamanı....” sözləri olan kağız paketdəki 3 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1.692 qr., 1.710 qr., 1.655 qr., ümumi təmiz çəkisi 5.057 qram olan qəhvəyi rəhgli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroindir. Üzərində “...Şübhəli şəxs Təqsirləndirilən şəxs2 şəxsi axtarış zamanı...” sözləri olan kağız paketdəki bir ədəd bükümdə təmiz çəkisi 92.260 qram olan qəhvəyi rəhgli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Üzərində “..Şübhəli şəxs Təqsirləndirilən şəxs3 şəxsi axtarış zamanı...” sözləri olan kağız paketdəki bir ədəd bükümdə təmiz çəkisi 49.490 qram olan qəhvəyi rəhgli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Üç ədəd kağız paketdəki heroinlər xarici əlamətlərinə və kimyəvi komponenet tərkiblərinə görə eynidir. Heroin 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Cinayət işində olan və məhkəmədə tədqiq edilən məhkəmə-narkoloji ekspertizasının 07.01.2021-ci il tarixli, 23 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs3 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi dispanserində qeydiyyata alınması məsləhət görülür. Həmçinin məhkəmə-narkoloji ekspertizasının 07.01.2021-ci il tarixli, 27 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs2 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən suiistifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi dispanserində qeydiyyata alınması məsləhət görülür. Həmçinin məhkəmə-narkoloji ekspertizasının 08.02.2021-ci il tarixli, 390 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs1 müayonə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Məmmədova X5 xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. İş üzrə Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş ümumilikdə təmiz çəkisi cəmi 5.057 qram çəkidə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə-heroin maddi sübut kimi tanınmış və tədqiqatın nəticəsindən sonra Təqsirləndirilən şəxs1 aşkar edilmiş narkotik vasitənin qalıq 4.967 qram Xəzər RPİ-nin Növbətçi Hissəsinə təhvil verilməsi nəzərə alınmalıdır. İş üzrə Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş ümumilikdə təmiz çəkisi cəmi 92.260 qram çəkidə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə-heroin maddi sübut kimi tanınmış və tədqiqatın nəticəsindən sonra Təqsirləndirilən şəxs2 aşkar edilmiş narkotik vasitənin qalıq 92.210 qram Xəzər RPİ-nin Növbətçi Hissəsinə təhvil verilməsi nəzərə alınmalıdır. İş üzrə Təqsirləndirilən şəxs3 üzərindən aşkar edilmiş ümumilikdə təmiz çəkisi cəmi 49.490 qram çəkidə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə-heroin maddi sübut kimi tanınmış və tədqiqatın nəticəsindən sonra Təqsirləndirilən şəxs3 aşkar edilmiş narkotik vasitənin qalıq 49.440 qram Xəzər RPİ-nin Növbətçi Hissəsinə təhvil verilməsi nəzərə alınmalıdır. Cinayət işində olan və məhkəmədə tədqiq edilən 02 dekabr 2020-ci il tarixli “Tutma protokollarından”müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində ttutlaraq Bakı şəhəri Xəzər RPİ-nin Müvəqqəti Saxlama yerinə təhvil verilmişlər. Cinayət işində olan və məhkəmədə tədqiq edilən 04 dekabr 2020-ci il tarixli Bakı şəhəri Xəzər Rayon məhkəməsinin qərarlarından müəyyən olunur ki, Azərbaycan RespublikasıCM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən X12. Təqsirləndirilən şəxs3 Natiq oğlu və Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işində olan və məhkəmədə tədqiq edilən “Doğum haqqında” şəhadətnamələrinin surətlərindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 himayəsində 27.08.2014-cü il təvəllüdlü X16, Təqsirləndirilən şəxs2 himayəsində 24.06.2005-ci il təvəllüdlü X17 vardır. Cinayət işində olan və məhkəmədə tədqiq edilən Bakı şəhəri 2 saylı X9 Xəstəlik Tarixindən çıxarışdan müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 ağ ciyərlərin vərəmi xəstəliyindən əziyyət çəkir. Cinayət işində olan və məhkəmədə tədqiq edilən Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tətləbnamələrindən müəyyən olunur ki, X12, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışlar. İş üzrə Təqsirləndirilən şəxs1 üzərinə baxış zamanı gödəkcənin sol yan cibindən aşkar olunmuş 01 ədəd arxası ağ rəngli olan «Samsunq Galaxy A3-s» markalı mobil telefon və Təqsirləndirilən şəxs2 üzərinə baxış zamanı əynindəki qara rəngli cins şalvarın sol yan cibindən aşkar olunub götürülmüş 01 ədəd arxası qara rəngli olan «Samsunq» markalı mobil telefon maddi sübut kimi tanınaraq məhkəmənin qərarına qədər Xəzər RPİdə X7 otağına təhvil verilməsi nəzərə alınmalidır. Beləliklə, məhkəmə baxışı zamanı tədqiq edilən sübutlarla Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmələri onların və şahidlərin ifadələri, «baxış, şəxsi axtarış və götürmə» protokolları, məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizalarının rəyləri və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə nəzərə alır ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekusorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 02 saylı qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə nəzərə alır ki, “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Ali Məhkəməsi Plenumunun 02 iyun 201-cı il tarixli 10№-li Qərarın 13-cü bəndinə əsasən şəxs Azərbayccan Respublikasının gömrük sərhədindən CM-nin 206.2-ci maddəsində sadalanan əşyaların qeyri-qanuni yolla keçitilməsi ilə yanaşı narkotik vasitələrin qeyri-qanuni dövriyyəsi ilə bağlı cinayət əməlləri törətdiyi halda, bunun əsasların olması şərti ilə təqsirkar şəxsin hərəkətləri cinayətlərin məcmusu ilə-CM-nin 206cı maddəsi və həmin məcəllədə qeyd olunmuş əşyaların qanunsuz dövriyyəsinə görə məsuliyyət nəzərdə tutulan müvafiq maddələri ilə (məsələn, CM-nin 228, 234, 240-cı və sair) tövsif olunmalıdır. Məhkəmə hesab edir ki, məhkəmə baxışı zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 CM-nin 206.3.2-ci maddəsində nəzərdə tutulmuş külli miqdarda narkotik vasitəni qabaqcadan əlbir olaraq bir qrup şəxs halında qaçaqmalçılıq yolu ilə, yəni gömrük sərhədinin gömrük nəzarətindən gizli keçirmələri də tam sübuta yetirilmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 dayısı oğlu Təqsirləndirilən şəxs3 tövsiyyəsi və verdiyi telefon nömrəsi ilə whatsap proqramı tətbiq etməklə İİR-da yaşayan “Zahir” adlı şəxslə əlaqə saxlayaraq satıb gəlir əldə etmək üçün narkotik vasitə olan külli miqdarda heroin sifariş vermiş, bunun üçün qızılların lombarda girov qoyub kredit götürməklə hissə-hissə “Zahirin” dediyi bank hesablarına 4000 manat pul köçürmüş, Təqsirləndirilən şəxs2 “Zahirin” tapşırığı ilə sonuncunun İrandan Azərbaycan Respublikasına qanunsuz çatdırdığı narkotik vasitəni götürüb Təqsirləndirilən şəxs1 çatdırmış, həmçinin bir hissəsini realizə edilməsi üçün özündə saxlamış, Təqsirləndirilən şəxs3 həmçinin qaçaqmalçılıq yolu ilə gətirilmiş narkotik vasitənin satılması üçün həmin vasitənin bir hissəsini Təqsirləndirilən şəxs1 əldə edib üzərində gəzdirmiş, Təqsirləndirilən şəxs1 həmçinin ona gətirilən narkotik vasitənin bir hissəsini üzərində saxlamışdır. Məhkəmə tərkibi hesab edir ki, ibtidai araşdırma orqanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 Namiq oğlu və Təqsirləndirilən şəxs2 əməllərini düzgün olaraq Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddəlləri ilə tövsif etmişdir. Məhkəmə tərkibi hesab edir ki, məhkəmə istintaqı zamanı araşdırılan cinayət hadisəsinin baş vermə faktı və halları təqsirləndirilən şəxslərin hökmün təsviriəsaslandırıcı hissəsində göstərilən cinayət hadisəsi ilə əlaqələri və həmin cinayət əməllərinin törədilməsində cinayət məsuliyyətinə cəlb edilən şəxslərin təqsirliliyi toplanmış sübutların məcmusu ilə tam müəyyən edilmiş və ittiham hökmünün çıxarılması üçün kifayətdir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxlərin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunası cəzanın bu şəxslərin islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işində olan və Təqsirləndirilən şəxs1 xarakterizə edən sənədlərdən müəyyən olunur ki, o subaydır, himayəsində bir azyaşlı qızı var. Cinayət işində olan və Təqsirləndirilən şəxs3 xarakterizə edən digər sənədlərdən müəyyən olunur ki, o subaydır, övladı yoxdur. Cinayət işində olan və Təqsirləndirilən şəxs2 oğlunu xarakterizə edən sənədlərdən müəyyən olunur ki, o vərəm xəstəsidir, bir yetkinlik yaşına çatmamış uşağı var. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 məsuliyyətini yüngülləşdirici halları müəyyən etməmiş, lakin Təqsirləndirilən şəxs1 himayəsində bir azyaşlı uşağın olması onun məsuliyyətini yüngülləşdirın hal kimi qiymətləndirir. Məhkəmə təqsirləndirilən şəxslərin məsuliyyətini ağırlaşdıran halları müəyyən etməmişdir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etdikdə nəzərə alır ki, Azərbaycan Respublikası CM-nin 33-cü maddəsinə əsasən cinayətin iştirakçılarının məsuliyyəti onların hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakterindən və dərəcəsindən asılı olaraq müəyyən edilir. Məhkəmə cinayətdə iştirak edən hər bir şəxsin əməlini kriminal məqsədə nail olunmasında əhəmiyyətini, belə əməlin vurulan ziyanın xarakterinə və miqyasına təsirini nəzərə alır. Birgə iştirakçılıq zamanı başqa şəxslərlə birlikdə cinayətin törədilməsində bilavasitə iştirak etmiş şəxsə cəza təyin edilərkən, məhkəmə həmin şəxsin digər birgə icraçılarla müqayisədə əməlini fərdiləşdirməli və cinayətin hər bir iştirakçısının konkret olaraq hansı cinayət hərəkətini etməsi hökmdə əks etdirilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı təqsirləndirilən şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Belə olan halda, məhkəmə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 azadlıqdan məhrum etmə növündə cəza təyin etdikdə cəzaçəkmə müddətinin əvvəli onların tutulduqları 02.12.2020-ci ildən hesablamalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan mməhrum etmə növündə cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilir.Belə olan halda ilk dəfə ağır cinayət törətmiş Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 onlara təyin olunan cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi məcburi tədbirlər tətbiq edilə bilər. Məhkəmə istintaqı zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur, məcburi müalicəyə ehtiyacları vardır. Belə olan halda onlara tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməlidir. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası CPM-nin 160.1-ci maddəsinə əsasən valideynin və ya ailəni dolandran şəxsin həbsə alınması, habelə cinayət prosesini həyata keçirən orqanın digər hərəkətləri nəticəsində nəzarətsiz, baxımsız qalmış və həyat üçün zəruri vəsaitlərdən məhrum olunmuş yetkinlik yaşına çatmamış, habelə əmək qabiliyyəti olmayan şəxslərin himayə olunmaq hüququ vardır və həmin orqan bu hüququ Azərbaycaan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir.Cinayət prosesini həyata keçirən orqan yetkinlik yaşına çatmamışları və əmək qabiliyyəti olmayan şəxsləri qohumlarının razılığı ilə onların himayəsinə etibar etməyə haqlıdır. Məhkəməyə təqirləndrilən şəxs Təqsirləndirilən şəxs1 anası X4 əizə təqdim edərək bildirmişdir ki, qızı Arifənin övladı Ayan Məmmədova onun himayəsindədir, onunla birlikdə yaşayır. Belə olan halda məhkəmə Təqsirləndirilən şəxs1 övladı X8 nənəsinin himayəsində olmasını nəzərə almalıdır. “Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında” 7 mart 2012-ci il tarixli Azərbaycan Respublikasının Qanununa 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Belə olan halda cinayət işi üzrə maddi sübutlar olan və Bakı şəhəri Xəzər RPİ-nin nəvbətçi hissəsinə təhvil verilmiş Təqsirləndirilən şəxs1 aşkar edilmiş narkotik vasitə heroinin qalıq 4,967 qram hissəsi, Təqsirləndirilən şəxs2 aşkar edilmiş narkotik vasitə heroinin qalıq 92,210 qram hissəsi, Təqsirləndirilən şəxs3 aşkar edilmiş narkotik vasitə heroinin qalıq 49,440 qram hissəsi məhv edilməlidir. Narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilməlidir. Həmçinin maddi sübut kimi tanınmış və Bakı şəhər Xəzər RPİ-nin maddi sübutlar otağında saxlanılan Təqsirləndirilən şəxs1 məxsus bir ədəd arxası ağ rəngli olan “Samsunq Qalaxy A3-s” markalı mobil telefon və Təqsirləndirilən şəxs2 məxsus bir ədəd arxası qara rəngli olan “Samsunq”markalı mobil telefon onların yaxın qohumlarına qaytarılmalıdır. İş üzrə ekspertiza xərcləri olan 81 (səksən bir) manat 82 (səksən iki) qəpik məbləğində pul təqsirləndirilən şəxslərdən müştərək qaydada tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖİN**********, ABB mərkəzi filialı, VÖİN**********, Kod 805250, m/h **********944, H/h COR 328518 AZN 3201-01, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 hüquqlarını ibtidai istintaq zamanı Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X13 (hesabat arayış cild 2, i/v 261), Təqsirləndirilən şəxs3 hüquqlarını ibtidai istintaq zamanı Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X10 (hesabat arayış cild 2, i/v 262), Təqsirləndirilən şəxs2 hüquqlarını ibtidai istintaq zamanı Bakı şəhəri Mərkəz Vəkil Bürosunun vəkili X18 (hesabat arayış cild 2, i/v 263), məhkəmə iclaslarında məhkəmənin qərarına əsasən təyinatla Bakı şəhəri 4 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkillər Müdafiəçi3, Müdafiəçi2 və Müdafiəçi1 müdafiə etmişlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda hüquqi yardımın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına əsasən təqsirləndirilən şəxslərə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçilər X13 üçün Bakı şəhəri 8 saylı Vəkil Bürosunun nəfinə 240 (iki yüz qirx) manat, X10 üçün Bakı şəhəri 8 saylı Vəkil Bürosunun nəfinə 240 (iki yüz qirx) manat, X18 üçün Bakı şəhəri Mərkəz Vəkil Bürosunun nəfinə 30 (otuz) manat, Müdafiəçi3 üçün Bakı şəhəri 4 saylı Vəkil Bürosunun nəfinə 420 (dörd yüz iyirmi) manat, Müdafiəçi2 üçün Bakı şəhəri 4 saylı Vəkil Bürosunun nəfinə 420 (dörd yüz iyirmi) manat, Müdafiəçi1 üçün Bakı şəhəri 4 saylı Vəkil Bürosunun nəfinə 420 (dörd yüz iyirmi) manat ödənilməlidir. Hökmdə şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351- 354, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinməklə CM-nin 206.3.2-ci maddəsilə 05 (beş) il müddətinə, CM-nin 234.4.1 və 234.4.3cü maddələr ilə 06 (altı) il müddətinə azadlıqdan məhrum edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu ilə təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 qəti olaraq 07 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 02 dekabr 2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinməklə CM-nin 206.3.2-ci maddəsilə 05 (beş) il müddətinə, CM-nin 234.4.1 və 234.4.3cü maddələr ilə 06 (altı) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu ilə təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 qəti olaraq 08 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 02 dekabr 2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 barəsində narkomaniyadan müalicəyə ehtiyacı olan şəxs kimi tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinməklə CM-nin 206.3.2-ci maddəsilə 05 (beş) il müddətinə, CM-nin 234.4.1 və 234.4.3cü maddələr ilə 06 (altı) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu ilə təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs3 qəti olaraq 08 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 02 dekabr 2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs3 barəsində narkomaniyadan müalicəyə ehtiyacı olan şəxs kimi tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübutlar olan və Bakı şəhəri Xəzər RPİ-nin nəvbətçi hissəsinə təhvil verilmiş Təqsirləndirilən şəxs1 aşkar edilmiş narkotik vasitə heroinin qalıq 4,967 qram hissəsi, Təqsirləndirilən şəxs2 aşkar edilmiş narkotik vasitə heroinin qalıq 92,210 qram hissəsi, Təqsirləndirilən şəxs3 aşkar edilmiş narkotik vasitə heroinin qalıq 49,440 qram hissəsi məhv edilsin. Narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilsin. Həmçinin maddi sübut kimi tanınmış və Bakı şəhər Xəzər RPİ-nin maddi süutlar otağında saxlanılan Təqsirləndirilən şəxs1 məxsus bir ədəd arxası ağ rəngli olan “Samsunq Qalaxy A3-s” markalı mobil telefon və Təqsirləndirilən şəxs2 məxsus bir ədəd arxası qara rəngli olan “Samsunq”markalı mobil telefon onların yaxın qohumlarına qaytarılsın. Təqsirləndirilən şəxs1 övladı X8 nənəsi X2 himayəsində olması nəzərə alınsın. İş üzrə ekspertiza xərcləri olan 81,82 (səksən bir manat səksən iki qəpik) manat məbləğində pul təqsirləndirilən şəxslərdən müştərək qaydada tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖİN**********, ABB mərkəzi filialı, VÖİN**********, Kod 805250, m/h **********944, H/h COR 328518 AZN 3201-01, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilsin. İbtidai istintaq zamanı göstərdiyi hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçilər X13 üçün Bakı şəhəri 8 saylı Vəkil Bürosunun nəfinə 240 (iki yüz qırx) manat, X10 üçün Bakı şəhəri 8 saylı Vəkil Bürosunun nəfinə 240 (iki yüz qırx) manat, X18 üçün Bakı şəhəri Mərkəz Vəkil Bürosunun nəfinə 30 (otuz) manat, Müdafiəçi3 üçün Bakı şəhəri 4 saylı Vəkil Bürosunun nəfinə 420 (dörd yüz iyirmi) manat, Müdafiəçi2 üçün Bakı şəhəri 4 saylı Vəkil Bürosunun nəfinə 420 (dörd yüz iyirmi) manat, Müdafiəçi1 üçün Bakı şəhəri 4 saylı Vəkil Bürosunun nəfinə 420 (dörd yüz iyirmi) manat ödənilsin. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakimlər: (sədrlik edən) Rasim Sadıxov Azər Paşayev Fəhmin Hümbətov Əsli ilə düzdür. Hakim: Rasim Sadıxov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar