Məhkəmə qərarları › İş №1(101)-912/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-912/2024

02.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-912/2024 02.08.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər məhkəməsi Hakimlər: Əliyev Samir İmamverdi oğlu (sədrlik edən), Qəniyev Faiq Əsəd oğlu və Ağalarov Mahmud Muradxan oğlundan ibarət tərkibdə Məhkəmə iclasının katibi: X13, Hüseynova Aytac Faiq qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X3 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Zərərçəkiş şəxs Zərərçəkmiş şəxs3 Zərərçəkiş şəxs(mülki iddiaçı) Zərərçəkmiş şəxs2 Zərərçəkiş şəxs Zərərçəkmiş şəxs4 Zərərçəkiş şəxs (mülki iddiaçı) X8 Müdafiəçilər “Güvən” Vəkil Bürosunun vəkili Müdafiəçi1, Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2, Bakı şəhər 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3, X1, X4 və X5 iştirakları ilə xx xxxxxx 1975-ci ildə Ermənistan Respublikasında anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işləməyən, məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonu, Albalı qəsəbəsində yaşamış, hazırda Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə xx xxxx 1979-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 3 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs1n aittiham verilmişdir ona görə ki, o tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədilə tanışı Zərərçəkmiş şəxs4 avtomobillərin Azərbaycanda və xarici ölkələrdə təşkil etdiyi ticarətinə sərmayə qoyacağı halda həmin əmlakların satışından əldə edəcəyi külli miqdarda gəlirdən guya ona qazanc verəcəyinə dair yalan vəd verib aldadaraq üzərinə götürdüyü öhdəlikləri əvvəlcədən yerinə yetirmək niyyəti olmadan 2017-ci ilin avqust ayında Bakı şəhəri, Sabunçu rayonu, Albalı qəsəbəsində yerləşən fərdi yaşayış evində Zərərçəkmiş şəxs4 həmin dövrün məzənnəsi ilə 93.500 manat təşkil edən 55.000 ABŞ dolları pulu alıb ələ keçirərək Zərərçəkmiş şəxs4 külli miqdarda, yəni 93.500 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədilə həmin vaxtlar arvadı olmuş Təqsirləndirilən şəxs2 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib qohumu Zərərçəkmiş şəxs1 avtomobillərin Azərbaycanda və xarici ölkələrdə təşkil etdiyi ticarətinə sərmayə qoyacağı halda həmin əmlakların satışından əldə edəcəyi külli miqdarda gəlirdən guya ona qazanc verəcəyinə dair yalan vəd verib aldadaraq üzərinə götürdüyü öhdəlikləri əvvəlcədən yerinə yetirmək niyyəti olmadan cinayətkar məqsədini pərdələmək, habelə cinayət əməlini başa çatdırmaq məqsədilə Təqsirləndirilən şəxs2 vasitəsi ilə 29 oktyabr 2017-ci il tarixdə ünvan 5 ünvanında sonuncunun anası Şahid6 adından Zərərçəkmiş şəxs1 29 oktyabr 2017- ci il tarixli, ƏN-1 680141 saylı bütün əmlakını idarə etmək, onun üzərində sərəncam vermək, almaq, satmaq, bağışlamaq və digər hüquqları verən etibarnaməni göndərib pulun qaytarılmadığı halda guya həmin etibarnamə əsasında Lyudmila Kondratyevnaya məxsus olan “Range Rover” markalı **-LK-*** dövlət qeydiyyat nişanlı avtomobili istədiyi vaxt sata biləcəyini bildirsə də həmin avtomobili və ona dair mülkiyyət hüququnu təsdiq edən sənədi təqdim etməyib özü həmin vaxt Rusiya Federasiyasında olduğu üçün 30 oktyabr 2017-ci il tarixdə cinayətkar qrupun digər üzvü Təqsirləndirilən şəxs2 vasitəsi ilə eyni ünvanda Zərərçəkmiş şəxs1 həmin dövrün məzənnəsi ilə 76.500 manat təşkil edən 45.000 ABŞ dolları pulu alıb ələ keçirərək qabaqcadan olan razılaşmaya əsasən cinayətkar qrupun digər üzvü Təqsirləndirilən şəxs2 ilə aralarında bölüşdürüb sonradan təminat olaraq göstərdikləri ‘‘Range Rover” markalı avtomobili Zərərçəkmiş şəxs1 ələ keçirilən əmlakını tələb etməzdən əvvəl başqasına sataraq Zərərçəkmiş şəxs1 külli miqdarda, yəni 76.500 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir.Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ətə keçirmə məqsədilə tanışı Zərərçəkmiş şəxs3 avtomobillərin Azərbaycanda və xarici ölkələrdə təşkil etdiyi ticarətinə sərmayə qoyacağı halda həmin əmlakların satışından əldə edəcəyi külli miqdarda gəlirdən guya ona qazanc verəcəyinə dair yalan vəd verib aldadaraq üzərinə götürdüyü öhdəlikləri əvvəlcədən yerinə yetirmək niyyəti olmadan 2017-ci ilin noyabr ayında Bakı şəhəri, Yasamal rayonu, X20 küçəsi 62 ünvanında yerləşən “Cafe Park” restoranında Zərərçəkmiş şəxs3 həmin dövrün məzənnəsi ilə 59.500 manat təşkil edən 35.000 ABŞ dolları pulu alıb ələ keçirərək Zərərçəkmiş şəxs3 külli miqdarda, yəni 59.500 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədilə həmin vaxtlar arvadı olmuş Təqsirləndirilən şəxs2 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib qohumu Zərərçəkmiş şəxs2 avtomobillərin Azərbaycanda və xarici ölkələrdə təşkil etdiyi ticarətinə sərmayə qoyacağı halda həmin əmlakların satışından əldə edəcəyi külli miqdarda gəlirdən guya ona qazanc verəcəyinə dair yalan vəd verib aldadaraq üzərinə götürdüyü öhdəlikləri əvvəlcədən yerinə yetirmək niyyəti olmadan cinayətkar məqsədini pərdələmək, habelə cinayət əməlini başa çatdırmaq məqsədilə 12 fevral 2018-ci il tarixdə Təqsirləndirilən şəxs2 vasitəsi ilə ünvan 13 ünvanında Zərərçəkmiş şəxs2 Bakı Şəhər İcra Hakimiyyəti X6 İnkişafı və İstismarı Birliyi tərəfindən onun atası Şahid9 adına verilmiş “Vişnyovka-1” adlanan bağlar sahəsində 0,12 hektar torpaq sahəsini əhatə edən 1485 saylı bağ sahəsinin ayrılması barədə 17 saylı orderi, həmin torpaq sahəsi ilə bağlı “Maştağa” bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2017-ci ii tarixli şəhadətnaməni, sonuncunun adından ona həmin əmlakı idarə etmək, satmaq, hədiyyə etmək və digər hüquqları verən etibarnaməni, həmin sənədin Ukrayna dövlət dilindən Azərbaycan dilinə tərcümə edilmiş 10 yanvar 2017-ci il tarixli notarial qaydada təsdiq edilmiş nüsxəsini və onun tərəfindən Zərərçəkmiş şəxs2 adına verilmiş 11 fevral 2018-ci il tarixli ƏN-699352 nömrəli bütün əmlakını idarə etmək, onun üzərində sərəncam vermək, almaq, satmaq, bağışlamaq və digər hüquqları verən etibarnaməni göndərib Şahid9 adından ona verilmiş olan etibarnaməyə əsasən həmin bağ sahəsinə dair səlahiyyətlərin digər şəxslərə ötürülə bilmədiyi halda guya pulun qaytarıİmayacağı təqdirdə həmin etibarnamə əsasında qeyd edilən bağ sahəsi üzərində istədiyi kimi sərəncam verə biləcəyini bildirərək 12 fevral 2018-ci il tarixdə cinayətkar qrupun digər üzvü Təqsirləndirilən şəxs2 vasitəsi ilə Zərərçəkmiş şəxs2 ünvan 8 ünvanında yerləşən Azərbaycan Beynəlxalq Bankının “Səbail" filialında həmin dövrün məzənnəsi ilə 51.000 manat təşkil edən 30.000 ABŞ dolları pulunu və həmin tarixdə ünvan 10 ünvanında həmin dövrün məzənnəsi ilə 17.000 manat təşkil edən 10.000 ABŞ dolları pulunu alıb vahid niyyət ilə əhatə olunan qəsdlə ələ keçirərək qabaqcadan aralarında olan razılaşmaya əsasən cinayətkar qrupun digər üzvü Təqsirləndirilən şəxs2 ilə bölüşdürüb Zərərçəkmiş şəxs2 külli miqdarda, yəni 68.000 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs1 guya xarici ölkələrdən Azərbaycana gətirdiyi avtomobillərin gömrük nəzarət məntəqəsindən keçirilmədiyini, onları müvafiq qaydada qeydiyyata aldırıb ölkə ərazisində satışını həyata keçirməsi üçün nağd pul lazım olduğunu bildirib əvvəlcədən pulu qaytarmaq niyyətində olmadığı halda alacağı pul vəsaitlərini qısa müddətdə geri qaytaracağı adı ilə yalan vəd verib aldadaraq 2018-ci ilin iyul ayında ünvan 11 ünvanında həmin dövrün məzənnəsi ilə 5.100 manat təşkil edən 3.000 ABŞ dolları pulu, daha sonra 2019-cu ilin mart ayında eyni ünvanda həmin dövrün məzənnəsi ilə 3.400 manat təşkil edən 2.000 ABŞ dolları pulu vahid niyyət ilə əhatə olunan qəsdlə ələ keçirərək Zərərçəkmiş şəxs1 xeyli miqdarda, yəni 8.500 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədilə həmin vaxtlar əri olmuş Təqsirləndirilən şəxs1 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib qohumu Zərərçəkmiş şəxs1 cinayətkar qrupun digər üzvü Təqsirləndirilən şəxs1 avtomobillərin Azərbaycanda və xarici ölkələrdə təşkil etdiyi ticarətinə sərmayə qoyacağı halda həmin məhsulların satışından əldə edəcəyi külli miqdarda gəlirdən guya ona qazanc verəcəyinə dair yalan vəd verib aldadaraq üzərinə götürdüyü öhdəlikləri əvvəlcədən yerinə yetirmək niyyəti olmadan cinayətkar məqsədini pərdələmək, habelə cinayət əməlini başa çatdırmaq məqsədilə 29 oktyabr 2017-ci il tarixdə ünvan 12 ünvanında anası Şahid6 adından Emil Əlizadəyə 29 oktyabr 2017-ci il tarixli, ƏN-1 680141 saylı bütün əmlakını idarə etmək, onun üzərində sərəncam vermək, almaq, satmaq, bağışlamaq və digər hüquqları verən etibarnaməni təqdim edib pulun qaytarılmadığı halda guya həmin etibarnamə əsasında Lyudmila Kondratyevnaya məxsus "Range Rover” markalı **-LK-*** dövlət qeydiyyat nişanlı avtomobili istədiyi vaxt sata biləcəyini bildirsə də həmin avtomobili və ona dair mülkiyyət hüququnu təsdiq edən sənədi təqdim etməyərək 30 oktyabr 2017-ci il tarixdə həmin ünvanda Zərərçəkmiş şəxs1 həmin dövrün məzənnəsi ilə 76.500 manat təşkil edən 45.000 ABŞ dolları pulu alıb ələ keçirərək qabaqcadan olan razılaşmaya əsasən cinayətkar qrupun digər üzvü Təqsirləndirilən şəxs1 ilə aralarında bölüşdürüb sonradan təminat olaraq göstərdikləri “Range Rover” markalı avtomobili Emil Əii-zadə ələ keçirilən əmlakını tələb etməzdən əvvəl başqasına sataraq Zərərçəkmiş şəxs1 külli miqdarda, yəni 76.500 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədilə həmin vaxtlar əri olmuş Təqsirləndirilən şəxs1 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib qohumu Zərərçəkmiş şəxs2 cinayətkar qrupun digər üzvü Təqsirləndirilən şəxs1 avtomobillərin Azərbaycanda və xarici ölkələrdə təşkil etdiyi ticarətinə sərmayə qoyacağı halda həmin məhsulların satışından əldə edəcəyi külli miqdarda gəlirdən guya ona qazanc verəcəyinə dair yalan vəd verib aldadaraq üzərinə götürdüyü öhdəlikləri əvvəlcədən yerinə yetirmək niyyəti olmadan cinayətkar məqsədini pərdələmək, habelə cinayət əməlini başa çatdırmaq məqsədilə 12 fevral 2018-ci il tarixdə Zərərçəkmiş şəxs2nm yaşadığı ünvan 13 ünvanına gəlib orada Bakı Şəhər İcra Hakimiyyəti X6 İnkişafı və İstismarı Birliyi tərəfindən Təqsirləndirilən şəxs1 atası Şahid9 adına verilmiş “Vişnyovka-Y’ adlanan bağlar sahəsində 0,12 hektar torpaq sahəsini əhatə edən 1485 saylı bağ sahəsinin ayrılması barədə 17 saylı orderi, həmin torpaq sahəsi ilə bağlı“Maştağa” bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli şəhadətnaməni, Şahid9 adından Teymur Quliye və həmin əmlakıi darə etmək, satmaq, hədiyyə etmək və digər hüquqları verən etibarnaməni, həmin sənədin Ukrayna dövlət dilindən Azərbaycan dilinə tərcümə edilmiş 10 yanvar 2017-ci il tarixli notarial qaydad atəsdiq edilmiş nüsxəsini və Təqsirləndirilən şəxs1 tərəfindən Zərərçəkmiş şəxs2 adına verilmiş 11 fevral 2018-ci il tarixli ƏN-699352 nömrəli bütün əmlakını idarə etmək, onun üzərində sərəncam vermək, almaq, satmaq, bağışlamaq və digər hüquqları verən etibarnaməni göndərib Şahid9 adından Təqsirləndirilən şəxs1 verilmiş olan etibarnaməyə əsasən həmin bağ sahəsinə dair səlahiyyətlərin digər şəxslərə ötürülə bilmədiyi halda guya pulun qaytarıimayacağı təqdirdə həmin etibarnamə əsasında qeyd edilən bağ sahəsi üzərində istədiyi kimi sərəncam verə biləcəyini bildirərək 12fevral 2018-ci il tarixdə Zərərçəkmiş şəxs2 ünvan 8 ünvanında yerləşən Azərbaycan Beynəlxalq Bankının “Səbail" filialında həmin dövrün məzənnəsi ilə 51.000 manat təşkil edən 30.000 ABŞdolları pulunu və dahas onrahəmin tarixdə ünvan 15 ünvanında həmin dövrün məzənnəsi ilə 17.000 manat təşkil edən 10.000 ABŞ dolları pulunu alıb vahid niyyət ilə əhatə olunan qəsdlə ələ keçirərək qabaqcadan olan razılaşmaya əsasən cinayətkar qrupun digə üzvü Teymu rQuliyevilə aralarında bölüşdürüb Zərərçəkmiş şəxs2 külli miqdarda, yəni 68.000 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü təqsirli biliməyərək, ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 köhnə həyat yoldaşıdır. Onunla 2020-ci ildən bəri münasibəti yoxdur. İravanda doğulmuş sonra Bakıya köçdülər. Maşın şirkətlərində işləməyə başlamışdı. 1998- ci ildən 2000-ci iləcən “Skoda” şirkətində işləmiş, 2000-2002-cən “Volksvagen” şirkətində işləmiş, 2002-2007-ci illər ərzində “Cahan Holding”də işləmişdir. Sonra ora dağıldı. 2008-ci ildən Amerikadan maşın gətirib özü satmağa başladı. 2013-cü ildə Rusiyada inflyasiya oldu və başladı maşınları ordan gətirib satmağa. Alveri normal gedirdi. Sonra iki maşın Azərbaycanda ilişdi, Ukraynadan gətirilən maşın idi. “Rangerover” sport markalı maşını Astaranın gömrüyü saxladı, dedi ki, bu maşın axtarışdadır. Bundan sonra da maşınla bağlı problemlər başladı. Sürücü və yanındakını həbs etdilər. Yanındakı adam azərbaycanlı idi. Maşın da onun üçün gətirilmişdi. Sonradan onları buraxdılar. Sonra bu məsələ ilə bağlı cinayət işi başlandı. Qərar çıxdı və maşın Ukraynaya qaytarıldı. Ortada da azərbaycanlı qaldı. O maşını gömrükdən keçirib İranda satası idi. 2017-ci ildə 29 oktyabrda X33 borc pul aldı. O da Bakıda yox idi. 2018-ci ildə Kamilla Nərgizdən borca faizlə pul götürüb. Sonra onunla boşanıb əlaqə kəsiləndən sonra həmin borc pulu və faizləri qaytara bilməyib. İlk problemi tutulan maşınla başladı. O Elşadla iş görürdü, sürücüyə də 1000 dolar verdi, gəldi Azərbaycana. 2016 ya 2017-ci ildə yeni ildə yolda qaldı. 2018-ci ildə gəlib çatdı. Məhkəmə işi açıldı. Maşın ortalıqda qaldı. Dostlar dedi ki, maşın gətirək sataq borcu bağlayaq. 2 maşın gətirildi. “Lexus” və “Rangerover” sport markalı maşın gətirildi. Satıldı və pul bölündü. Söhbət də bağlandı. Kamillanın Emildən pul alınmasında xəbərsizdir. Sonrdan bilmiş ki, Emildən 50000 dollar faizə pul alıb. Nərgizdən pul aldığını bilirdi. Həmin gün Rusiyaya gedirdi, 2018-ci il idi. Kamilla da ona bunu bildirdi. Onun Nərgizdən xəbəri olmayıb. Kamillanın onlardan pul almasından xəbəri 2020-ci ildə oldu. Çünki onlar onu yığmağa başladılar ki, pulu qaytarsın. O da deyirdi ki, onlar ayrılıblar. Kamillaya ev üçün pul yollayırdı. İbadla problem tanışına görə yarandı, İbadla iş görürdülər, Naxçıvana maşın gətirirdilər. Çünki orda gömrük xərci ucuzdu. Ona Naxçıvana qeydiyyatı olan şəxslər lazım idi, İbad da o cür şəxslər tapırdı və o da qarşılığında pul verirdi. İbadın tanışı var idi, İlya adında şəxs idi, maşın alverçisi idi, Ukraynada yaşayırdı. İbad özü maşın gətirməyə başlamışdı. İbad ondan maşın almırdı, o naxçıvanlı adamlar tapırdı. İbad rus dilində bilmədyiyi üçün İlya ilə danışmaqda o vasitəçilik edirdi. İlya ilə danışdı dedi ki 2 günə xəbər edəcək. Şəkilləri atdı, 2 “Landcruiser” markalı maşın var idi, beh istədi və bunu İbada dedi. Bir dənə ağ maşın idi. İbad qərara gəldi ki, alsın. İlyaya 1000 dollar ya 2000 dollar yolladı. İlya dedi ki, qalanını yollasın. İbada dedi, o da pulu tam yolladı. Maşın hələ də Naxçıvana gəlb çıxmamışdı. Ümumulikdə 48.000 dollar İbad ona pul yolladı. Əvvəl 2000 dollar beh, 43000 dolları da sonra yolladı. Sonra da 2-ci qara “Landcruiser” markalı maşının şəkillərini yolladı. İbad dedi ki bunu da alır. 3000 dollar ya 5000 dollar İlyaya yollanıldı. İlya dedi ki, maşınları yola salır. 4- gün keçdi, İbad dedi ki, xəbər yoxdur. İlyaya zəng edirdi, açmırdı.6-cı gün də keçdi, 1-ci və 2-ci gün də. İbad zəng etdi ki, dedi İlya ona atıb. Tək ona yox başqa adama da atmışdı. Gəldi, Bakıda İbadla görüşdü. X40 adlı şəxsi tutmaq lazım olduğunu bildirdi, atasının orda tanıdıqları var, İlyanı tapmadılar. Ukraynada ona cinayət işi qaldırıldı. İbad la Kiyevə getdilər. Bu məsələ də yarım qaldı, İbad da pulu ondan istədi. Söhbət də bağlandı. Sonra yenidən açıldı. O avtomobili gətirib burda satmaq üçün İbaddan hərhansı pul almamış. Buzovna qəsəbəsi, Albalı deyilən ərazidə bağ evində İbadla görüşmüş, Naxçıvana getməli idi,o da də ona pul vermişdir. Pulu ona yox İlyaya verib. Kamillanın qızı Əlizadə Emilin yoldaşının qardaşı ilə naşınlanıb deyə Emili tanıyır. Emildən və Nərgizdən maşın ticarəti ilə bağlı pul almamış, Nərgiz Kamillanın bibisiqızıdır, Nərgiz xanımla maşın barədə heç nə danışmamış. Nərgizə 2020-ci ildə telefonla danışandan sonra 2000 dollar pul yollamış, pul köçürmə vəsaitəsilə yollamışdır. Sonradan heç kəs vasitəsilə pul yollamamış. Nərgizdən Kamillaya şikayət verməsini xahiş etməmiş, Emilə Kamilladan şikayət etməsini və bu barədə Nərgizlə də danışdığını deməmiş. Kamillanın anasının adına olan maşını o 75.000 dollara satmış, çünki maşın onun olub, maşının Emil Əlizadayə girov veriliyini bilmirdi, bu məlumatı da istintaqda eşitmişdir. 2020-ci ildə dəfələrlə Kamillanın aldığı borcu qaytarması barədə Emillə danışmışdır. Albalıdakı bağ evinin etibarnaməsini girov kimi Nərgiz xanıma vermişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, ifadəsində göstərmişdir ki, onun Safura və Elmir adlı övladları var, Safura Cəbrayılova birinci həyat yoldaşından, Elmir Quliyev isə Teymurdandır, Elmir yetkinlik yaşına çatmayıb. Hazırda işləmir. Qeydiyyatda olduğu ünvanda yaşayır. Təqsirləndirilən şəxs1 ilə 2010-cu ildə rəsmi nigaha daxil olmuşdular. 2020-ci ildə o özü boşanmaq üçün ərizə ilə müraciət etmişdir. 2005-2010-cu illərdə o “Restur”da işləmişdir. Mühasibin əks göstərişli hərəkətinə görə o da səhlənkarlığa görə ittiham olunaraq 800 manat cərimə olundu, həmin cəriməni ödəyib. 2011-ci ildə bu cinayət işində dövlət təyinatı ilə müdafiəçi Sadıx Abışov onu bu məhkəmədə təmsil etdi. Həmçinin 2014-2015-ci illərdə ona qarşı mülki iş qaldırılıb, o da onun maraqlarını həm apellyasiya, həm də Ali Məhkəmədə müdafiə edib. Yeri gəlmişkən, o, bütün proseslərdə bilavasitə iştirak edirdi, hətta Təqsirləndirilən şəxs1lə birlikdə iştirak edirdi, həm ailə gəliri, həm də bizneslə bağlı bütün məsələləri bilirdi. Teymurla ailə münasibətləri normal idi. Həm ailəyə, həm uşağa qarşı yaxşı davranırdı, hər şey heyrətamiz idi. Teymur avtomobil biznesi ilə məşğul olurdu və olduqca uğurlu işləyirdi. Teymur “Babək” salonda işləyirdi. Özünə “Range Rover” markalı avtomobil aldı, hansını ki, onun anasının adına rəsmiləşdirdi. Anası Teymura mülki etibarnamə verdi. Teymur işləyərək tez-tez xaricdə olurdu, Rusiya, Türkiyə, İranda, ümumiyyətlə çox yerdə olurdu. 1 ay Bakı şəhərində olurdu, 3-4 ay xaricdə olurdu. Sonra yenə Bakıya gəlib biraz qaldıqdan sonra yenə xaricə gedirdi. Qızı Emilin qaynı ilə nişanlı idilər. Həmin ərəfələrdə Teymur da Emil ilə tanış idi. Emilin özü və ailəsi ilə çox isti münasibətləri olub. O zamanlar ailəliklə yaxın idilər, tez-tez bağda yığışırdılar. Onlar da Teymurun biznes ilə məşğul olmasını, tez-tez xaricə gedibgəldiyini bilirdilər. Təxminən 2017-ci ilin axırlarında Teymur Rusiya Federasiyasında olduğu zaman ona telefonla zəng edərək, Azərbaycana gəlişinin təxirə salındığını, çünki o, 4-5 avtomobil gətirməli idi və onları gömrük qeydiyyatından keçirtməli idi. Həmin telefon danışığında Raisə (Emilin qaynanası) və Elnarə (Emilin yoldaşı) iştirak edirdilər. Teymurla nə danışdığını onlar da eşitdilər və həmin 4-5 maşınları gömrük qeydiyyatından keçmələri üçün Teymura 45000 ABŞ dolları lazım olduğunu dedi. Teymur özü telefonla danışdıqları zaman Bakı şəhərinə gəlməsi üçün və həmin maşınları gömrük qeydiyyatından keçməsi üçün 45000 ABŞ dolları lazım olduğunu açıqlamışdır. Həmin pulu onun tapmağını deməmişdir. Ər-arvad kimi söhbət etmişdilər. O telefonla danışdıqdan sonra bu söhbəti Raisə və Elnarə ilə davam etdi. Elnarə bəlkə pul tapa biləcəyini dedi və onun yanında Emilə zəng etdi. Teymurun 45000 ABŞ dolları axtardığını bildirdi. Emil onda belə məbləğin olmadığını, lakin başqa kiməsə müraciət edə biləcəyini dedi. X46 zəng etdi və pul verən şəxs tapdığını, lakin girov və ayda faiz istədiyini bildirdi. O Elnarənin yanında Teymura zəng edərək, Emil kimnənsə pul tapdığını, lakin girov və aylıq faiz istədiklərini dedi. Səhv etmirsə pulu 6 aylıq verirdilər. Teymur razı olduğunu və özünün Emil ilə bu barədə danışacağını dedi. Sonra özləri danışdılar. Teymur girova maşınını qoyacağını Emilə dedi. Pulu verən investerin şərti belə idi, bu şərtləri Elnarə demişdir. Baxmayaraq ki, maşın anasının adına idi, Teymurun həmin maşına etibarnaməsi var idi. Teymur Bakı şəhərində olmadığı üçün anası Asan xidmətə gedərək Emilin adına maşına görə mülki etibarnamə verdi. Sonra isə danışaraq əmlaka görə mülki etibarnamə verməsini dedi. Anasının adında həmin avtomobildən başqa heçnə yox idi. 30 oktyabr 2017-ci il tarixdə Emilin qaynanası Raisə xanımla birlikdə Emilin evinə getdilər. O Emil və Elnarəyə notarial qaydada təsdiq olunmuş etibarnaməni verdi. Emil Teymurla danışdığını və maşını götürməyəcəyini dedi. Emil invester üçün etibarnamənin kifayət olduğunu dedi. X38 da yaxın münasibətdə olduqları üçün maşını götürməyəcəyini dedi və maşın həyətdə qaldı. Teymura göndərməyi üçün onlar 45000 ABŞ dolları verdilər. Həmin pulu alaraq Raisə xanımla Emilgilin evindən çıxdılar. Teymur pula görə onunla əlaqə saxladı, telefonda pulu harada və nə vaxt kimə verəcəyini dedi. Hansı ki həmin pulu Teymura çatdıracaq. Raisə xanımla Ağ şəhərə getdilər, maşını saxladılar, arxada ağ rəngli “Range Rover” markalı maşın gəldi. Maşının nömrəsini də Teymur demişdi, lakin indi xatırlamır. O maşından düşərək pulu götürüb həmin ağ rəngli maşının pəncərəsindən verdi və getdi. Həmin şəxsin kim olduğunu bilmədi. Pulu verdikdən sonra Teymur həmin pulu aldığını təsdiq etdi. Teymura Emilin köməklik etməsi üçün ona minnətdarlığını bildirdi, bu faktı Emil özü də təsdiq edir. Teymurun Emilə nə qədər pul ödədiyini bilmirdi. Nə zaman görüşüb, nə qədər pul verdiyini bilməmiş. Bundan sonra Teymur Emildən borca 3000 ABŞ dolları pul almışdır. Bu pul Emilin şəxsi pulu idi. Sonra Emil ona zəng edərək pulu geri istədi, Teymur hələki pulunun olmadığını və qızıllarını lombarda qoymağını dedi. O Raisə xanımla birlikdə qızıllarını lombarda qoydu və Emilə 1250 ABŞ dolları pul verdi. Bu pulun 45000 ABŞ dollarına aidiyyatı yox idi, Teymur Emilə nə qədər aylıq pul verdiyini bilməmiş, çünki onlar özləri görüşürdülər. Teymurun borclu olduğu şəxslər onun üstünə gəldikdə Teymur gizlənməyə başladı. 2020-ci ilin yay aylarında boşanma ərizəsi verdi. Bu barədə Teymur bildikdə üstünə şər atmağa və hədələməyə başladı. “Whatsap” tətbiqi vasitəsilə Emilə səs yazıları göndərərək hüquq-mühafizə orqanlara barəsində şikayət etməyi tələb etmişdir və yalnız bu halda pulu qaytaracağını bildirmişdir. Emilə bu barədə ona danışmamağını da demişdir. Lakin Emil evinə gələrək bu səs yazısını ona qulaq asdırdı. Sonradan Teymurun təkidi ilə Emilin və Nərgizin polis bölməsinə ərizə ilə müraciət etmələri ona aydın oldu. Çünki Teymur yalnız bu şərtlə pulları qaytaracağını bildirmişdir. Zərərçəkmiş şəxs2 onun bibisi qızıdır və münasibətləri çox yaxşı olub. O, evdar qadin idi. Oğlunun tərbiyəsi ile mesgul olurdu. Nərgizin sozlərinden onun faizə pul verdiyini bilirdi. 2017-ci ilin sonlarında Nergizle sohbet esnasinda onun bankda 30.000 ABŞ dolları pulu olduğunu, həmin pulun atasindan qaldığını, lakin bank tərəfindən faizlərin aşağı olması onu qane etmədiyini, hemin pulu kiməsə yuksen faizə vermek istədiyini demişdir. Teymurla danisarkən Nərgizin sozlərini ona dedi. Bir muddet sonra Teymur ondan Nərgizin təklifinin hələ də kecərli olubolmamasını sorusdu. Nergiz pulunun bankda oldugunu təsdiq etdi. Teymur telefonla Nərgizle əlaqə saxladi və o, ozü Teymura hansi şərtlərlə pulu borc verecəyini dedi. Teymur defelerlə Nərgizlə əlaqe saxlayib bu barede muzakire etmişlər. X25 1 illlik 30000 ABŞ dollarinı ayliq 3%, yəni 900 ABŞ dolları odemeklə razilasaraq goturdu. Girov kimi Teymura Nərgize Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalı ərazisində yerləşən 12 sot ölçüdə torpaq sahəsi olan bağ evini teklif etdi. Hemin bag evi Teymurun atasi Şahid9e mexsus idi. Notarial qaydada mulki etibarname almasi ucun Nergiz özü Teymura mobil nomrə, şəxsiyyəti vəsiqəsinin sürətini göndərdi. Onlarin sozlerinden bilir ki, etibarnamənin verildiyini gun Nergiz ozu Teymurla telefonda danisaraq məbləgi ve şərtləri son dəfə danişmişlar. Teymur notarial kontorundan zəng edərək, Nergizin ozu ile danişidıgını ve öz aralarinda razılasdıqlarını bildirdi. Teymur notarial qaydada oz adindan Nərgizin adina etibarnamə verdi, həmçinin bag evinin butun senedlerini Nərgize verdi. Teymur atasi Şahid9 adindan oz adina bag üçün etibarnamə aldı. Teymur Rusiya Federasiyasina, Nərgiz ise Afrikaya oz bacisinin yanina getmeye hazirlaşirdi. Teymur tezliklə avtomobil alacağına görə, onu növbəti dövr ərzində mənfəət üçün satmaq məqsədi ilə Nərgizden pulu almaga tələsirdi. Xatırladığı qederile 11 fevralda Teymur öz adında olan butun mükləri Nərgizin adina mulki etibarnamə ile verdi. Teymur butun sənədleri ona gondərərək, telefon vasitesilə Nərgizə çatdirmagini ve ondan 30000 ABŞ dollarını goturmeyini dedi. Teymur maşın alqı-satqının baş tuta bilməyəcəyindən qorxduğundan tez getməyə tələsirdi, ona görə də pulu gözləməmək qərarına gəldi və getməzdən əvvəl yenidən zəng edəcəyini bildirdi, əgər onunla əlaqə saxlaya bilmeyəceyi halda onunla Sadıx əlaqə saxlayacaqdı və pulu kimə verəcəyini deyəcəkdi. Bundan sonra Teymur getdi. 12 fevral tarixdə o Nərgizin evinə getdi və Teymurun ona göndəriyi sənədləri ona verdi. Sonra Nərgizlə birlikde Səbail rayonunda yerləşən «Beynəlxalq Bank»-ın filialına getdilər, Nergiz orada kassadan nəgd şəkildə 30000 ABŞ dolları aldı ve ona verdi. Nərgizin hansi şərtlərlə pulu verecəyini bilirdi. Teymurla şərtler barədə danışdıqları gündən bilir. Əlavə 10000 ABŞ dolları baredəhec bir melumatı yoxdur. O pulu götürdükdən sonra idarə etdiyi avtomobillə Nərgizi yaşadığı binanın qarşısına aparıb düşürtdü. Nərgiz pulu ona verdikdən sonra o Sadıxa zəng edərək işin hell olundugunu dedi. Sadıx baga getmeyini ve Teymurun adıdan geleceklerini dedi. Teymur getmemişden əvvəl əgər əlaqə saxlaya bilmediyi halda Sadıxla əlaqə saxlayacagini ve nəyi necə etmək lazim olacagını demişdir. Pulu aldiğı günün axşamı Teymur zəng edərək pulun dalınca gəldiklerini və evin yaninda gözlediklerini dedi, o qapini acib cıxdıqda ag rəngli maşının dayandığını gördü. Pulu verdiyi şəxs səhv etmirsə Ag şəhərdə pulu verdiyi şəxsdir. Həmin şəxs 30000 ABŞ dolları götürüb getdi. Sonra Teymur zəng edərek pulu aldiğını təsdiq etdi. Nergiz pul vermesi baredə əri Togrula hecnə dememeyini xahiş etdi. Bu səbəbdən de sənədleri verdikdə ve pulu aldıqda tək olmuşdur. Avtomobil alqı-satqısı kimi kommersiya fəaliyyəti ilə əlaqədar Teymur daim Moskvaya və başqa şəhərlərə gedirdi. Teymur Bakıda olmadığı vaxt «Qızıl Korona» pul köçürmə sistemi ilə onun adına və ya həmin vaxtlar ailəvi sürücü olan Viktoriyanın adına Nərgizə çatdırmaq məqsədi ilə pullar göndərirdi. 2018-ci ilin fevral ayindan 2019-cu ilin fevral ayinadək o və Viktoriya Nargizə her ay 900 ABŞ dolları pul odemişlər. Sonralar Teymurun digər şəxslərə də borcu oldugu üçün Nərgizə pulu mütemadi odəyə bilmedi. Fərqli vaxtlarda 2.250 ABŞ dolları, 1000 ABŞ dolları, 500 ABŞ dolları və sair mebleglerde pul vəsaitləri göndərmişdir. 2019-cu ilin ikinci yarisinda Teymur digər şəxslərə də borclu olmasi ona aydin oldu. Muxtəlif şəxslər baga gələrərək ona hede qorxu gəlirdiler, hasardan tullanirdılar. O polise muraciət etmişdi, ərizəsinə orada baxmadılar. Polis ərizesini araşdırdıqda Teymur ona zəng etdi. Polis bolməsinə onun arxasınca Teymurun dostu Rauf gəldi. Həmin gün Teymur zəng edərək bagın açarını Şahid5e vermeyini dedi. Şahid5e de Teymur borclu idi, o da onu narahat edirdi. Teymurun tapşırdığı kimi bagın açarının Raufa verdi. Rauf isə onu Samire çatdırıdı. Sonra Nərgiz onun anasını narahat edirdi, anası xəstəliyi ile əlaqədar Rusiya Federasiyasina əməliyyat olunmaq ucun getmişdir. Nərgiz anasından evini satıb Teymurun borcunu qaytarmagini tələb edirdi. Nərgiz təkid ve təhqir edirdi. Bütün dedikleri vatsap tətbiqi üzərindeki yazışmalarda qeyd olunub. Özünü təqsirli bilmir, bu işdə zərərçəkmiş şəxsdir. “Range Rover” markalı avtomobilin kime və nə zaman satıldığını ümumiyyetle bilmir. Şahid9 Teymurun adina olan etibarname Nərgizə vermişdi. Nərgizlə Teymur öz aralarinda ele railasmişlar ki, Teymur girov kimi əmlaklarını Nərgizə verəcək. Həmin zaman Teymurla əlaqəsi olmadığına görə Şahid9lə tez-tez əlaqə saxlayırdı, Şahid9 bağ evinin onun adına etibarnaməsini ona göndərmişdir ki, o həmin bağla əlaqədar idarə etsin. Həmin bağın satışı və ümumiyyətlə hər bir şeyi o idarə edirdi. Həmin vaxt Teymur yox idi, sənədlər də yox idi, yalnız o var idi. Bağın verilməsi barədə Şahid9 zəng edib bu barədə danışanda, Şahid9 isə dərhal notarial kontorunda həmin etibarnaməni ləğv edəcəyini dedi. 2 saat sonra Şahid9 ona zəng edərək etibarnaməni ləğv etdiyini dedi. Bundan sonra onda olan sənəd sadəcə kağız idi, hansı ki, heç bir hüquqi əsası yox idi. Həmin etibarnaməni poçt vasitəsilə almışdı, həmin gün də ləğv edildi, bu barədə Nərgizə nəsə deməyə ehtiyac görmədi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, o təqsirləndirilən şəxsləri tanıyır. Zərərçəkmişlərdən Elşadı da tanıyır. Teymurla tanışlığı əvvəl olub. Ona maşın gətirməyə pul verərək, demişdir ki, pul tapsın ona da maşın gətirərə, o da satıb pul qazana bilər. Bir neçə dəfə ona qazanc verdi. Sonra İlya adlı şəxslə əlaqə yarandı. Pulu da İlyaya yolladılar. İlyaya göndərilən pul 55.000 dollar idi. Bundan sonra da nə İlya tapıldı, nə də maşın göndərildi. O əvvəl 55.000 dolları qohumdan tapdı pulu da Teymura verdi və o da İlyaya yolladı. Neçə dəfə maraqlandı, həll olmadı. Əlaqə yarada bilmirdi. Bəzən özü zəng edib deyir ki, məslə həll olacaq. Bir dəfə kod atmışdı ki, pul yollanacaq. Bankda dedilər ki, pul filan yoxdur, kod da saxtadır. Bundan sonra Teymur nömrələrini də dəyişdi, əlaqə də itdi. Sonra da Teymur söz verdi ki, evləri satıb, borcu ödəyəcək. Evləri satıb-satmadı bilmir. Ona bir dəfə zəng etdi ki, evləri satdı, ondan başqa qalanlarının borcunu verdi, söz verdi ki, ona olan borcunu da qaytaracaq. Onların Buzovnadakı həyət evlərinə anası ilə getdi. Kamilla xanım dedi ki, özləri məsələni həll edəcəklər. Sonradan məlum oldu ki, Teymur tutulub. Teymura pulu kimin vasitəsilə yolladığı yadında deyil. İstintaqdakı ifadəsini təsdiq edir.Pulu Buzovnada bağda verdi, amma ki, sürücü qıza da vermiş ola bilər. O şikayəti ilk dəfə 2-3 il əvvəl Qorateldə vermişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, Teymurla xeyli vaxtdı tanışdırlar, maşın işi ilə məşğul olur. Ona təklif etdi ki, pul versə ona da kömək edər. Samir, İbad da dedi ki, onlar da pul veriblər. O 35.000 dollar verdi. Üstündən 3 aya yaxın vaxt keçdi, heçkəsə xəbər vermirdi. Gördü ki, aldadılmış, evlərinə getdi. Kamilla dedi ki, başına iş gəlib, pul qaytarılacaq. O da Qoratelə gedib şikayət etdi. Ukraniyadan tapıldı. Dedi ki, pulunu qaytaracaq. Samirgil vasitəsilə ona 8000 dollar qaytarıldı. Bundan sonra yenə də yoxa çıxdı. Qorateldə şikayətlər alındı, iş Yasamala göndərildi, ona mülki qaydada müraciət et dedilər. O da mülki qaydada şikayət etdi. 27.000 dollar qətnamədə təsdiq olundu. Sonra müharibəyə könüllü getdi. Xəbər gəldi ki, 27.000 dollar ləğv edilib. İş Apellyasiyaya gedib. Səbəb də orjinal sənədlərin olmamağı idi. Təzədən sənədlərin əslini alıb məhkəməyə verdi. Qətnamə yenidən təsdiqini tapdı. Ödəniş isə icdaradır və icra olunmur. Qətnamədən şikayət verilməyib. O Teymurun İbaddan pul aldığını İbad yanında Kamillaya zəng edəndə bilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X18 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsləri tanıyır. Kamilla ilə qohumdur. Kamillanın ifadəsi ilə qismən razıdır. O Kamillanın sözü ilə 45.000 dollar tapdı. Bildirdi ki, onda yoxdur. 1 gün keçdi, pulu tapdı. Dedi ki, ona maşını satıb, əlavə 10 minə yaxın gəlir verə bilər. Ümumilikdə 55.000 dollar qayataracaq dedi. Zamin kimi də ona maşının sənədini Kamilla ona verdi. Bir gün keçmədi Kamilla ona etibarnaməni yolladı, gördü ki, Kamilla maşını onun adına keçirdib. O da sənədi qırağa qoydu, açarı da özlərində saxladı. Biraz keçdi, Teymur qayıtdı gəldi. 1300 dollar da ona verdi. Arada bir 1000, 8000 dollar ona Teymur pul verirdi. Ümumilikdə 6000 dollar qaytardı. Teymur sonra ondan borc istədi. Ona 3000 dollar pul borc verdi. Kamillaya dedi, o da qızılları lanbarda qoydu 1200 dollar qaytardı. Teymurla əlaqə saxladıqca gah deyirdi verəcək, gah zəng çatmırdı. O da məcbur qalıb Kamillaya xəbər verirdi. Teymur ona bir gün zəng etdi ki, o pisdir Kamilla ona xəyanət edir. Ona video da yolladı. O da düşündü ki, pulu batdı. Teymur da ona dedi ki, Kamillanı Yasamala şikayət et, onu tutsalar pulunu qaytaracaq. O da məcbur qalıb, Yasamal rayon Prokurorluğuna şikayət etdi. Onun üçün pulun Kamilla yaxud Teymurdan alınması fərqi yoxdur. Kamilla xanıma 45.000 dollar pul veriləndə nə açarı verildiyini xatırlamır, açar verilildi, ancaq nə açar idi bilmir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, ibtidai istintaqdaki ifadəsini təsdiq edir. Kamilla dayısı qızıdır. Teymuru Kamilla vasitəsilə tanıyır. Teymuru cəmi 5 dəfə görmüşdür. Kamilla ifadəsində yalan deyir. 2017-ci ildə Kamilla ona dedi ki, onların biznesinə o da qoşulsun, şəriklə yox ayrıca işləsinlər. Kamilla 06 ay bunu ona dedi. Bir gün Kamilla ona zəng etdi ki, pulu ver, işləsinlər. Kamilla özü gəldi, şəxsiyyət vəsiqəni götürüb apardı və etibarnamə gətirdi. O da hələ də şübhəli idi. Banka getdi və pulu da Kamillaya verdi. Bankdan 30.000 dollar pul çəkib, hammısını Kamillaya verdi. Əlavə də 10.000 dollar evdən verdi. Ona dedi ki, bu pulun qarşılığında ona 50.000 dollar qaytarılacaq. Ona 40.000 dollardan cəmi 6000 dollar qaytarıldı. Ayılıq 1000 dollar verəcək deyirdi, ancaq sonradan dedi ki, aylıq 900 dollar verəcək yenə də razılaşdı.O Təqsirləndirilən şəxs1lə verilən pulla bağlı danışmamış. Kamillaya pulu qaytarmayanadək Teymurla boşanmamasını bilmirdi. Təqsirləndirilən şəxs1lə borc pulun qarşılığında əmlakın etibarnaməsinin verilməsi barədə danışıqları olmayıb. Kamilladan şikayət verəcəyi təqdirdə pulunun tam qaytarılması ilə bağlı Teymur ona vəd verməyib. X34 barəsində eyni əsaslarla şikayət verməsi üçün Teymurla danışmamışdır. Təqsirləndirilən şəxs1 borcun qaytarılması məqsədilə ona pul yollamayıb. Borcla bağlı yazışmaları Kamilla ilə olub. O Teymurdan pul istəməmiş. Ona aylıq pulu Kamilla yaxud şofer gətirirdi. Təqsirləndirilən şəxs (mülki cavabdehlər) Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ona vurulmuş 40000 ABŞ ödənilməmişdir. Məhkəmə iş materiallarını araşdıb, sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olsalarda, məhkəmə eyni zamanda hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ətə keçirmə məqsədilə tanışı Zərərçəkmiş şəxs3 avtomobillərin Azərbaycanda və xarici ölkələrdə təşkil etdiyi ticarətinə sərmayə qoyacağı halda həmin əmlakların satışından əldə edəcəyi külli miqdarda gəlirdən guya ona qazanc verəcəyinə dair yalan vəd verib aldadaraq üzərinə götürdüyü öhdəlikləri əvvəlcədən yerinə yetirmək niyyəti olmadan 2017ci ilin noyabr ayında Bakı şəhəri, Yasamal rayonu, X20 küçəsi 62 ünvanında yerləşən “Cafe Park” restoranında Zərərçəkmiş şəxs3 həmin dövrün məzənnəsi ilə 59.500 manat təşkil edən 35.000 ABŞ dolları pulu alıb ələ keçirərək Zərərçəkmiş şəxs3 külli miqdarda, yəni 59.500 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etməsi əməlində cinayət tərkibi olmadığından ona həmin epizod üzrə bəraət verilməlidir. Belə ki, iş materiallarından müəyyən olunur ki, hazırda olan Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs3 qarşı etiyi dələduzluğa görə ona verilmiş ittihamın eyni məzmunu ilə Zərərçəkmiş şəxs3 iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və Bakı şəhəri Nərimanov rayon məhkəməsinin xx.xx.2021-ci tarixli qətnaməsi ilə, Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs1 qarşı verdiyi mülki iddia qismən təmin edilərək, Təqsirləndirilən şəxs1 27000 ABŞ dolları(qətnamənin icra olunduğu gün manatla məzənnəsi ilə) tutulub Zərərçəkmiş şəxs3 xeyrinə ödənilməsi qət edilmişdi. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.3-cü maddəsinin tələblərinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Buna görə də məhkəmə yuxarıda təsvir olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs3 maddi ziyan vurmaqla dələduzluq etməsi əməlində cinayət tərkibi yoxdur, onunla Zərərçəkmiş şəxs3 arasında yaranmış mübahisələr sırf mülki xarakter daşıyır və buna görə də, Təqsirləndirilən şəxs1 həmin epizod üzrə bəraət verilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, istintaqdakı ifadəsini təsdiq edir, O Kamilla ilə quda olmuşlar. Təqsirləndirilənlərin hər ikisini tanıyır, oğlu Kamillanın qızı ilə nişanlı idi. Kamilla kömək istədi. O da qızına zəng etdi ki, Kamillaya kömək etsinlər. Qızı da kürəkəni ilə danışıb onunla birgə Kamillaya 45.000 dollar pul ödədi. Etibarnaməni onlara Kamilla xanım gətirdi. Kürəkəni də dedi ki, etibarnaməyə ehtiyac yoxdur, ayıbdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X26 ifadəsində göstərmişdir ki, Kamillanı və Teymuru tanıyır. 2018-ci ildə Kamilla onlara zəng etdi ki, təcili pul lazımdır. Pulu Teymurun gətizdirdiyi maşınlar gömrükdə qaldığı üçün lazım olduğunu bildirdi. 45.000 dollar pulu onun ailəsindən istədi. Pulu da yoldaşı verdi, əvəzində girov kimi etibarnamə verdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Kamillanı tanıyır. Teymurun isə adını eşitmişdir. O Zərərçəkmiş şəxs2 evində uşağına dayəlik edirdi. Kamilla xanım ora tez-tez gəlirdi. Pulla bağlı bütün məsələləro onun yanında olub. İstintaqdakı ifadəsini təsdiq edir. Nərgiz xanım uşağı yanında qoyub banka getdi. 30000 dolları bankdan çəkdi və yataq otağından da 10.000 dollar pul götürüb Kamilla xanıma təqdim etdi. Kamilla xanım Teymurun işi ilə bağlı pul istədiyini və işi alınmayacağı halda borcunu özünün maşınını satıb qaytaracağını bildirdi. Pulu Teymurun gətizdirdiyi maşınlar gömrükdə qaldığı üçün lazım olduğunu bildirdi. Nərgizin Kamillaya 30.000 dollar verməsinə aid yazılı sənəd görməmişdir. 10.000 dollar evdən verilib, 30.000 dollar isə bankdan verilib, verilmiş 40.000 dollar pul evdə onun yanında sayılaraq verilib. Kamilla xanım Nərgiz xanıma dedi ki, işdən əldə edilmiş gəlirdən ona da pul veriləcək. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, istintaqdakı ifadəmi təsdiq edir, Kamillanı tanıyır, Kamilla onun həyat yoldaşının dayısıqızıdır. Pulu Nərgiz verib. Kamillaya verilmiş puldan xəbəri olmayıb, o sonradan bildi ki, Nərgiz bankdan 30.000 dollar və evdən 10.000 dollar pul çıxarıb verib.Kamilla bildirmişdi ki, əri Teymur xaricdən maşın gətirir satır. Onun Teymurla arasında hansısa danışıq olmayıb. Nərgiz pulu Kamillaya verməyə razı olmayacağını bildiyi üçün pulu verdiyini ondan gizlətmişdir. Nərgizin verdiyi pul ona atasından qalıb. Nərgiz həmin pulu “faiz kimi” kimi verməyib.Teymurla etibarnamə ilə bağlı danışıq olmayıb. Kamilla özü etibarnaməni gətirib.Kamilladan şikayət verəcəyi halda Teymurun ona olan borcunu qaytaracağına dair danışıq olduğunu bilmir.Viktoriya adlı qadının vasitəsilə borcun qaytarılacağı ilə bağlı məlumatı yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, İstintaqdakı ifadəsini təsdiq edir, Teymur onun dostudur, Kamilla isə onun yoldaşıdır. Teymurla uzun zamandır dostluq edir, ondan heç bir şikayəti yoxdur. Teymura 80.000 dollar pul vermişdir. Pulun 40.000 dollarını qaytarıb. Qalanını da nə vaxt olsa qaytarmasını bidirmişdir. Teymur maşın işi ilə məşğul idi. Kimlə nə iş gördüyünü bilmir. Elşadı tanıyır, Elşadla arasında pul haqq hesabı var idi. Bir hissəsini qaytarmışdı, qalanı qalmışdı. İbadı tanıyır, aralarındakı münasibəti isə bilmir. Elşadla aralarında pul məsələsi məhkəməyə qədər davam elədi. Pulun yarısı ona qayıtdı. Teymur pulu ondan borc kimi istədi. Borcun əvəzində bağ verdi. Dedi ki, borcu qaytarmaq alınmasa onda qalar. Elşad və İbad dostudu. Elşadla arasında pul məsələsini bilir, İbadla olan məsələni isə bilmir. Elşada pul borcu qaldığını bilir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Teymuru və Kamilla tanıyır, dost tanış olmuşlar. Ən yaxın Kamillanı tanıyır. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Təqsirləndirilən şəxs1 pul göndərirdi, həm uşaq üçün, həm öz işləri üçün, həm də Nərgizə də verməsi üçün pul göndərirdi,- Teymur pulları mənim adıma göndərirdi, Nərgiz pulları faizə vermişdir, lakin neçə faizə verdiyini bilmir, Emil Əlizadəni tanıyır, lakin ona pul aparmamış. O Kamillagilin 2014-cu ildən borcları olduğunu Nərgizə demişdim, faiz söhbətini Kamilla demişdir, Nərgizin özü ilə danışmışdı zaman nahaq yerə pul verdiyini ona demişdi. Nərgiz pulu Kamillaya verdi, lakin həmin pul Kamillaya çatası deyildir. Hər dəfə Kamilla pul verdikdə o həmin pulu Nərgizə aparıb verirdi, Nərgizdən başqa heç kimə pul çatdırmamışdır. Kamillanın başqa kimdənsə pul götürüb-götürməməsini bilmir. Məhkəmə iş üzrə sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olmaları sübüta yetirilir və onların törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə töfsif edilmişdir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə prosesində onlara elan olunmuş ittiham üzrə özlərini təqsirli bilməmələrinə dair ifadələrinə tənqidi yanaşaraq, inandırıcı saymır və onların ifadələrini özünü müdafiə edilməsi kimi qiymətləndirir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilərək, araşdırılan zərərçəkmiş şəxs Əli-X2 olaraq təqdim etdiyi sənəd və məlumatlardan görünür ki, Zərərçəkmiş şəxs1 istintaqa bir ədəd 29 oktyabr 2017-ci il tarixli, Ə№-1 № 680142 saylı, 7E-52342 reyestr nömrəli etibarnamənin surətini təqdim edib bildirmişdir ki, həmin etibarnaməni ona Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Felikosvna mərhum yeznəsindən ən geci 6 ay müddətində qaytarmaq şərti ilə alıb onlara verdiyi 45000 ABŞ doliar məbləğində pulla bağlı girov sənədi kimi vermişlər ki, onlara verdiyi pulu qaytara bilməsələr o, həmin etibarnamə üzrə girova qoyulan Range Rover markalı, az ** LK *** dövlət qeydiyyat nişanlı avtomobili sata bilər. Lakin ondan alınan pul qaytarılmamış, həmin avtomobil də Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ona xəbər edilmədən başqa şəxsə satılmışdır. Zərərçəkmiş şəxs1 istintaqa “Toyota RAV-4" markalı, ** DV *** dövlət qeydiyyat nişanlı avtomobillə bağlı AB№ 832558 nömrəli, X48 Prado markalı, ** SE *** dövlət qeydiyyat nişanlı avtomobillə bağlı AB№ 862508 nömrəli, X48 markalı, ** EZ *** dövlət qeydiyyat nişanlı avtomobillə bağlı AB№ 828515 nömrəli qeydiyyat şəhadətnamələrin, 2016-cı il istehsaliı X50 Rover markalı avtomobillə bağlı Rusiya Federasiyasına aid 23 44 № 385831 saylı, 2017-ci il istehsaliı X48 150 Prado markalı avtomobillə bağlı Rusiya Federasiyasına aid 77 50 № 263735 saylı, 2017-ci il istehsaliı Leksus markalı avtomobillə bağlı Rusiya Federasiyasına aid 45 48 № 784684 saylı, Kodzrov Valeriy Vladimiroviçİn adına olan Rusiya Federasiyasına aid 77 50 № 263 735 saylı, 2017-ci il istehsaliı Leksus markalı avtomobillə bağlı Rusiya Federasiyasına aid 77 12 № 093478 saylı, X29 adına olan Rusiya Federasiyasına aid 77 12 № 093478 saylı qeydiyyat şəhadətnamələrinin, həmçinin ödəniş qəbzinin fotoşəkillərindən çıxarışları könüllü olaraq təqdim edib bildirmişdir ki, 09 sentyabr 2020-ci il tarixdə Təqsirləndirilən şəxs1 ona «WhatsApp» proqramı vasitəsi ilə “səsli" mesaj göndərib aldıqları pulu ona qaytarmaq üçün şərt kimi Təqsirləndirilən şəxs2 barədə şikayət etməli olduğunu ondan tələb edib bunu Təqsirləndirilən şəxs2 deməməsini ondan istəsə də, o, həmin “səsli” mesajı Təqsirləndirilən şəxs2 sonuncunun yaşadığı ünvan 16 ünvanda nümayiş etdirdikdə Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 barəsində əsassız şikayət etməyini ondan tələb etməsini bilib qəzəblənərək bunun qarşılığında Təqsirləndirilən şəxs1 qanunsuz əməlləri barədə öz kompüterində saxladığı hazırda təqdim etdiyi sənədləri ona vermişdir. Zərərçəkmiş şəxs1 30 oktyabr 2017-ci il tarixdə Təqsirləndirilən şəxs1 göndərməsi üçün Təqsirləndirilən şəxs2 verdiyi 45000 ABŞ dollar məbləğində pulun sahibi X9 barəsində 4 saylı Bakı “Asan xidmət” mərkəzindən verilmiş 13 iyul 2021-ci il tarixli, AZ İİ № 196134 saylı “ölüm haqqında şəhadətnamənin” surətini könüllü olaraq təqdim etmişdir. Həmin şəhadətnamədən görünür ki, X9 ölümü “dəqiqləşdirilməmiş koma” ölüm səbəbi ilə 02 iyul 2021-ci il tarixdə 667 nömrəsi ilə qeydə alınmışdır. Zərərçəkmiş şəxs1 istintaqa ondan 45000 ABŞ dollar pul alınıb əiə keçiriləndən sonra 050 *** ** ** saylı mobil telefon nömrəsindən istifadə etmiş Təqsirləndirilən şəxs2 ilə «WhatsApp» proqramı vasitəsi ilə hazırki vaxtadək istifadəsində olan 050 *** ** ** saylı mobil telefon nömrəsi ilə apardığı yazışmalardan çıxarışları, yəni "yazılı” mesajları çap edib kağız şəklində könüllü olaraq təqdim etmişdir. Emil Əlizadə ilə Təqsirləndirilən şəxs2 arasında 2019-ci ilin sentyabrdekabr və 2020-ci ilin yanvar-mart, oktyabr aylarında aparılmış yazışmalardan görünür ki, X42 Məmmədovaya "Təqsirləndirilən şəxs1lə əlaqə saxlaya bilmədiyini, pul alıb onlara verdiyi şəxsin ondan pulunu geri tələb etdiyini, onlara inanıb Range Rover markalı maşını girov kimi götürmədiklərini, pul aldığı şəxsin qarşısında pis vəziyyətdə qaldığım", Təqsirləndirilən şəxs2 da ona cavabında ardıcıl olaraq "Təqsirləndirilən şəxs1lə əlaqə saxlayıb onun narahat olduğunu Təqsirləndirilən şəxs1 çatdıracağını, Təqsirləndirilən şəxs1 ona zəng edəcəyini, Təqsirləndirilən şəxs1 onun pulunu qaytarmaq üçün pul axtardığını, bank işlərini həll etdiyini, Təqsirləndirilən şəxs1 gizləndiyini, pul axtardığına görə özünü qınaması” kimi "yazılı” mesajlar yazmışdır. Zərərçəkmiş şəxs1 istintaqa ondan 45000 ABŞ dollar pul alınıb ələ keçiriləndən sonra 050 *** ** ** saylı mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs1 istifadəsində olmuş +7 985 *** ** ** saylı mobil telefon nömrəsinə göndərdiyi yazışmalardan çıxarışları, yəni “yazılı” mesajları çap edib kağız şəklində könüllü olaraq təqdim etdi. Həmin “yazılı" mesajlardan görünür ki, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs1 istifadəsində olmuş qeyd olunan telefon nömrəsinə 2020-ci ilin mart, iyun, iyul aylarında “yazılı” mesajlar göndərərək ondan verdiyi pulunu qaytarmasını, ona girov kimi verdiyi maşını ona inandığından götürmədiyini, onun zənglərinə cavab vermədiyini, pul verən şəxsin onu narahat etdiyini bildirmişdir. Həmin yazışmalardan görünür ki, Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 zəng və mesajlarına əsasən cavab verməkdən yayınır və “ok”, rus dilində "gecən xeyrə”, “hər şey yaxşı olacaq" kimi qısa “yazılı” mesajlar göndərmişdir. Zərərçəkmiş şəxs1 istintaqa ondan 45000 ABŞ dollar pul alınıb ələ keçiriləndən sonra Ukrayna Respublikasının mobil telefon operatoruna aid +380 68 *** ** ** saylı, Rusiya Federasiyasının mobil telefon operatoruna aid +7 995 *** ** ** saylı, +7 988 *** ** ** saylı, +7 985 *** ** ** saylı mobil telefon nömrələrindən də istifadə etmiş Təqsirləndirilən şəxs1 ona «WhatsApp» proqramı vasitəsi ilə hazırki vaxtadək istifadəsində olan 050 *** ** ** saylı mobil telefon nömrəsinə göndərdiyi “səsli” mesajldardan, 08 ədəd “səsli” mesajı, yəni auidoyazıları könüllü olaraq bir ədəd disk şəklində təqdim etmişdir. Həmin auidoyazılardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 tərəfindən 18 sentyabr 2019-cu il tarixdə saat 22:20-də Rusiya Federasiyasının mobil telefon operatoruna aid +7 988 *** ** ** saylı mobil telefon nömrəsindən «WhatsApp» proqramı vasitəsi ilə Zərərçəkmiş şəxs1 istifadəsində olmuş 050 *** ** ** saylı mobil telefon nömrəsinə göndərilən 17 saniyəlik “səsli" mesajdan, yəni audioyazıda, Təqsirləndirilən şəxs1 bildirmişdir ki, “salam əleyküm brat moy indi evə qayıtmışıq narmalno vsyo inşallah sabah pul zad götürməliyik Allaha qurban olum narahat olma brat sənə dedim ki, podvatit eləməyəcəm esli ne spiş ya tebe utrom rano neburi i vsyo raskaju” Təqsirləndirilən şəxs1 tərəfindən 21 sentyabr 2019-cu il tarixdə saat 15:14-də Rusiya Federasiyasının mobil telefon operatoruna aid +7 988 *** ** ** saylı mobil telefon nömrəsindən «WhatsApp» proqramı vasitəsi ilə Zərərçəkmiş şəxs1 istifadəsində olmuş 050 *** ** ** saylı mobil telefon nömrəsinə göndərilən 18 saniyəlik “səsli” mesajdan, yəni audioyazıdan görünür ki, Təqsirləndirilən şəxs1 bildirmişdir ki, “salam əleyküm brat onlar bu günə saxlayblar indi bankdan çıxmışıq deyirlər ki bir saat gözdüyün indi həll olunmalıdır bezdiriblər hərtərəfdən hər gün eyni şeydi hər gün qırğındayam burda dədəmlə birlikdə gedirik gəlirik, gedirik gəlirik bu günə saxlayıblar bu gün saat altıya qədər bütün banklar işləyir indi gözlüyürük”. Təqsirləndirilən şəxs1 tərəfindən 26 sentyabr 2019-cu il tarixdə saat 14:16-da Rusiya Federasiyasının mobil telefon operatoruna aid +7 988 *** ** ** saylı mobil telefon nömrəsindən «WhatsApp» proqramı vasitəsi ilə Zərərçəkmiş şəxs1 istifadəsində olmuş 050 *** ** ** saylı mobil telefon nömrəsinə göndərilən 15 saniyəlik “səsli" mesajdan, yəni audioyazıdan görünür ki, Təqsirləndirilən şəxs1 bildirmişdir ki, “salam əleyküm mənim qardaşım bu günə altıya qədər beşə qədər söz verilib ki, pulu verməlidirlər bu .... bankdan indi çıxmışıq saat dörddə təzdən beşdə təzdən getməliyik bura indi gözdüyürük də bu gün qurtarmalıyıq .... larnan"Təqsirləndirilən şəxs1 tərəfindən 11 yanvar 2020-ci İl tarixdə saat 11:39-da Ukrayna Respublikasının mobil telefon operatoruna aid +380 68 *** ** ** saylı mobil telefon nömrəsindən «WhatsApp» proqramı vasitəsi ilə Zərərçəkmiş şəxs1 istifadəsində olmuş 050 *** ** ** saylı mobil telefon nömrəsinə göndərilən 15 saniyəlik "səsli” mesajdan, yəni audioyazıdan görünür ki, Təqsirləndirilən şəxs1 bildirmişdir ki, “salam əleyküm brat necəsən nə var nə yox nətərsən sabahın xeyir heç narmalno vsyo indi birinci gündən başlıyıram eto danışdım səə qardaş narahat olma qaqa şas hamısı düzəldəcəm i srazu göndərəcəm sənə”Təqsirləndirilən şəxs1 tərəfindən 19 yanvar 2020-ci il tarixdə saat 22:09-da Ukrayna Respublikasının mobil telefon operatoruna aid +380 68 *** ** ** saylı mobil telefon nömrəsindən «WhatsApp» proqramı vasitəsi ilə Zərərçəkmiş şəxs1 istifadəsində olmuş 050 *** ** ** saylı mobil telefon nömrəsinə göndərilən 09 saniyəlik “səsli” mesajdan, yəni audioyazıdan görünür ki, Təqsirləndirilən şəxs1 bildirmişdir ki, (rus dilində) "salam əleyküm radnoy ya zarulyom yedu po naviqatoru şas Moskvu uezjayu po pozje pozvonyu minut tritsat tritsas pyat vot tak ne moqu qovarit” Təqsirləndirilən şəxs1 tərəfindən 21 iyul 2020-ci il tarixdə saat 15:43-də Rusiya Federasiyasının mobil telefon operatoruna aid +7 985 *** ** ** saylı mobil telefon nömrəsindən «WhatsApp» proqramı vasitəsi ilə Zərərçəkmiş şəxs1 istifadəsində olmuş 050 *** ** ** saylı mobil telefon nömrəsinə göndərilən 20 saniyəlik "səsli” mesajdan, yəni audioyazıdan görünür ki, Təqsirləndirilən şəxs1 bildirmişdir ki, “indi burdan xəstəxadan çıxıb yığıram səni qardaş narahat olma bir iki üç saat səbirli ol hər şey normalnıdı prosta bir həftə on gün gözləmək lazımdır bu da (Kamillanı nəzərdə tutub onun başına oyun açdığını və digər sözlər bildirir) indi zəng vuraram ətraflı danışarıq sənən, səninlə bir az danışmaq istəyirəm ümidim sənədir, pul problem deyil indi həll edib hamsını göndərirəm narahat olma”.Təqsirləndirilən şəxs1 tərəfindən 09 sentyabr 2020-ci il tarixdə saat 18;43-də Rusiya Federasiyasının mobil telefon operatoruna aid +7 985 *** ** ** saylı mobil telefon nömrəsindən «WhatsApp» proqramı vasitəsi ilə Zərərçəkmiş şəxs1 istifadəsində olmuş 050 *** ** ** saylı mobil telefon nömrəsinə göndərilən 59 saniyəlik "səsli" mesajdan, yəni audioyazıdan görünür ki, Təqsirləndirilən şəxs1 bildirmişdir ki, “Emil salam aleykum Emil necəsən qardaş nə var nə yox necə gün cavab verə bilmirdim başqa yerdəydim danışa bilmirdim sən indi MƏNƏ QULAQ AS qardaş o pul söhbəti yoxdu bizdə HANSİKİ MƏN SƏNƏ PUL VERMƏLİYƏM sən bir də kim var idi sənin yanında gedin Kamanın üstünə şikayət yazın polisə ondan sonra mən pul verəcəm mənim qardaşım başqa söhbəti yoxdu şikayət edirsiz Yasamala nə bilim Qoratdelə yazırsızki X16 sizdən qırx beşmin pul borc alıb iki ondan qabaq borca götürüb söz verib ki pulu qaytarıb verəcəm vermir fırladır qaçır Nara necə gedib Kamanın üstünə yazıb Nərgiz Kamanın bacısı bibisi qızı eyni vəziyyətdə eyni surətdə sizdə yazın yazandan sonra qardaş bir gündən sonra puluvu göndərəcəm sənə heç narahat olma”. Təqsirləndirilən şəxs1 tərəfindən 09 sentyabr 2020-ci il tarixdə saat 18:43-dəgöndərilən yuxarıda qeyd olunan həmin 59 saniyəlik “səsli” auidoyazının ardınca Təqsirləndirilən şəxs1 tərəfindən eyni vaxtda həmin Rusiya Federasiyasının mobil telefon operatoruna aid +7 985 *** ** ** saylı mobil telefon nömrəsindən «WhatsApp» proqramı vasitəsi ilə Zərərçəkmiş şəxs1 istifadəsində olmuş 050 *** ** ** saylı mobil telefon nömrəsinə göndərilən 02 saniyəlik “səsli” mesajdan, yəni audioyazıdan görünür ki, Təqsirləndirilən şəxs1 bildirmişdir ki, "ancaq Kamaya deyib eləmə aaa”. Təqsirləndirilən şəxs1 tərəfindən «WhatsApp» proqramı vasitəsi ilə Emil Əlizadəyə 09 sentyabr 2020-ci İl tarixdə göndərilən son iki, yəni “59” və “02” saniyəlik “səsli” mesajlardan, yəni auidoyazılardan görünür ki, Təqsirləndirilən şəxs1 aldığı pulu qaytarmaq üçün Zərərçəkmiş şəxs1 şərtlər irəli sürüb tələb edir ki, Təqsirləndirilən şəxs2 barəsində şikayət etsin, həmin şikayət ərizəsində şikayət olunan tərəf kimi Təqsirləndirilən şəxs2 adı, verilən pulun da “borc" pul kimi verilməsi qeyd olunsun. Həmin “səsli” mesajlarda Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs2 barədə verməli olduğu şikayət ərizəsində verilmiş pulun “borc" kimi yazılmasını iki dəfə təkrar etməklə İsrar edir və onun bu tələblərini Təqsirləndirilən şəxs2 deməməsini Zərərçəkmiş şəxs1 israr edir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilərək, araşdırılan "Whatsapp" ani mesajlaşma mübadilə sistemində aparılan danışıqlardan müəyyən olunur ki, aparılan danışıqlara dair 12 ədəd səsli mesaj və 9 ədəd ekran çəkmə funksiyası ilə əldə edilən fotolar vardır. Baxış keçirilən səsli mesajlarda olan səs yazıları və yazışmalar rus dilindədir. Təqsirləndirilən şəxs2 bildirmişdir ki, həmin səsii mesajlar onunla sürücüsü Şahid1 və Zərərçəkmiş şəxs2 arasında olan danışıqlara dair səsli mesajlardır. Həmin səsli mesajları ona göndərən şəxslər Şahid1 və Zərərçəkmiş şəxs2dır, mesajlarda olan səslər müvafiq olaraq onlara məxsusdur. Səsli mesajlara və fotolara baxış keçirilən zaman məlum olmuşdur ki, müəyyən müddət ərzində Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs2 tərəfindən 900 ABŞ dolları pulu bir müddət ərzində göndərilmiş, həmin pul məbləğlərinin bir qismi Şahid1 vasitəsi ilə çatdırılmışdır. Səsli mesajların məzmunundan görünür ki, Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 pulunu almasına köməklik etməsi üçün boşanma prosesini uzatması barədə xahişlər etmiş, Zərərçəkmiş şəxs2 pul məbləğinin məhz Təqsirləndirilən şəxs1 tərəfindən qaytarılmalı olduğunu, Təqsirləndirilən şəxs1lə birbaşa əlaqəsinin olduğunu, pulu Təqsirləndirilən şəxs1 tələb etdiyini, sonuncu ilə əlaqəsi kəsilən zaman Təqsirləndirilən şəxs2 müraciət etdiyini bildirmiş, Təqsirləndirilən şəxs1 yalançı olduğunu, Təqsirləndirilən şəxs1 ona hər ay 900 ABŞ dolları pul verməli olduğunu, pulunu vaxtında vermədiyini bildirmiş, həmçinin bütün hadisəyə görə Təqsirləndirilən şəxs1 günahlandırması, Təqsirləndirilən şəxs2 da, bu hadisədən sonra arada qalması ilə bağlı ifadələrini işlətdiyi məlum olmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilərək, araşdırılan "Whatsapp" ani mesajlaşma mübadilə sistemində aparılan danışıqlardan müəyyən olunur ki, aparılan danışıqlara dair 01 ədəd "CD” diskə baxış keçirilmişdir. Elektron məlumat daşıyıcısına baxış keçirilməsi haqqında protokoldan görünür ki, həmin səs yazılarından şərti olaraq birincisi açıldıqda 20 saniyəlik səs yazısının qeydə alındığı müşahidə edilmişdir. Həmin səs yazısında Təqsirləndirilən şəxs1 “Salam aleykum mənim qardaşım, sağol salamatçılıqdı, inşAllah səhər maşını götürüb çıxıram, gəlirəm Tiflis tərəfə, hamısı düzəlib, çıxan kimi bunlara deyəcəm pul vuracam sizə” deməsi müəyyən edilmişdir. 05 saniyə davam edən ikinci səs yazısında Təqsirləndirilən şəxs1 “Salam Aleykum mənim qardaşım, gömrükdəyəm mən, qoy keçsin dərhal pulu vuracaqlar” deməsi müəyyən edilmişdir. 07 saniyə davam edən üçüncü səs yazısında Təqsirləndirilən şəxs1 əsəbi halda “Mənə söz çatıre Elşad, yox gəlməmişəm, işim var, sənin işin də həll olunub” deməsi müəyyən edilmişdir. 05 saniyə davam edən dördüncü səs yazısında Təqsirləndirilən şəxs1 “Gözdüyürəm ayın 29-na deyiblər indi bugün axşam sənə deyəcəm” deməsi müşahidə edilmişdir. 14 saniyə davam edən beşinci səs yazısında Təqsirləndirilən şəxs1 "Necəsən qardaşım nə var nə yox, mənim də təzyiqim qalxıb dünəndən xəstəxanadaydım, indi birazdan yığacam sənə qurban, hər şey yaxşıdı diyəsən göndəriblər pulu” deməsi müəyyən edilmişdir. 05 saniyə davam edən altıncı səs yazısında Təqsirləndirilən şəxs1 tərəfindən “İndi hər şey alınır, hər şey düzəlib, İndi bax gör necə sevinəcəksən, bir saata telefonumu açım hər şey də düzəlib brat” səs mesajının göndərilməsi müəyyən edilmişdir, 04 saniyə davam edən sonuncu səs yazısında Təqsirləndirilən şəxs1 “Gömrükdəyəm, sən mənə şəxsiyyət vəsiqəsini at pul göndərim sənə” deməsi müəyyən edilmişdir. “Whatsapp" mobil tətbiqi vasitəsi ilə qeydə alınan yazışmalara baxış keçirilərkən Zərərçəkmiş şəxs3 “Tima” adı altında qeyd edilən ***-***-**-** və +7***-***-**-** mobil nömrələr ilə əlaqə saxlaması müəyyən edilmişdir. Həmin yazışmalardan görünür ki, Zərərçəkmiş şəxs3 bir neçə dəfə Təqsirləndirilən şəxs1 pulunun geri qaytarılmasını tələb etmiş sonuncu isə cavab olaraq hər dəfəsində ondan narahat olmamağını, tezliklə hər şeyi həll edəcəyini, pulunu geri qaytaracağını bildirmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilərək, araşdırılan istintaq zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, həmçinin zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 istifadəsində olan mobil nömrələrinə dair məlumatları özündə əks etdirən "Azercell MMC”-dən daxil olmuş 07 iyun 2023-cü il tarixli 12713 nömrəli məktuba əlavə edilmiş 01 ədəd “CD" diskə tərəfimdən baxış keçirilməsi haqqında protokoldan görünür ki, baxış zamanı 050-595-55- 56 saylı mobil nömrə sahibinin Təqsirləndirilən şəxs2, ***-***-**-** saylı mobil nömrə sahibinin Təqsirləndirilən şəxs2 qızı Şahid8, 051- ***-**-** saylı mobil nömrə sahibinin Zərərçəkmiş şəxs2 olması, Zərərçəkmiş şəxs1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrənin isə “Kameron Petrolium" şirkətinə məxsus olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən +**********8 saylı mobil nömrəyə 27 iyul 2019-cu il tarixdərus dilində “bunu istəyirsən sən?; Onlar Tblİsi prospektinə gəlir; Qəsdən onları bu hala gətirirsən?; Onlara zəng et rədd olsunlar” kimi məzmunda sms-lərin göndərilməsi müəyyən edilmişdir. Baxış zamanı 12 fevral 2018-ci il tarixdə Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** saylı mobil nömrənin Bakı şəhəri, Yasamal rayonu, Qutqaşınlı 488-ci məhəllə ünvanında, həmçinin həmin tarixdə Axundov bağı, Səbail rayonu, Səid Rüstəmov küçəsi və Bakı şəhərinin digər mərkəzi küçələrinin anten ərazi dairələrində olması müəyyən edilmişdir. Bundan başqa 29 oktyabr 2017-ci il tarixdə Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə vasitəsi ilə mütəmadi olaraq Zərərçəkmiş şəxs1 istifadəsində olan ***-***-**-** saylı, Quluyev Xəyyam Nizamovİçin adına olan ***-***-**-** saylı və X15 adına olan ***-***-**-** saylı mobil nömrələr ilə əlaqə saxlaması, həmin tarixdə istifadəsində olan mobil nömrənin müxtəlif vaxtlarda Buzovna qəsəbəsi, daha sonra müxtəlif vaxtlarda Koroğlu metrostansiyası, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Zığ- Aeroport beton yolu, Qum Adası, ünvan 18 ünvanlan əhatə etməsi müəyyən edilmişdir. Baxış zamanı 29 oktyabr 2017-ci il tarixdə Zərərçəkmiş şəxs1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə vasitəsi ilə Təqsirləndirilən şəxs2 məxsus ***-***-**-** saylı mobil nömrə ilə mütəmadi olaraq əlaqə saxlaması, Təqsirləndirilən şəxs2 istifadəsində olan mobil nömrəsi kimi 050-287- 72-87 saylı mobil nömrənin də həmin tarixdə müxtəlif saatlarda Xətai rayonu, Gəncə pr-ti, Qum Adası, Xətai rayonu, 2 saylı Zeytun sovxozu, Suraxanı rayonu, Zığ qəsəbəsi, Sabunçu rayonu, Yeni Balaxanı qəsəbəsi, Koroğlu metrostansiyası və digər ərazilərdə anten dairəsində olması müəyyən edilmişdir. 12 fevral 2017-ci il tarixdə Zərərçəkmiş şəxs2 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə vasitəsi ilə müxtəlif vaxtlarda Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə əlaqə saxlaması, mobil nömrəsinin həmin tarixdə müxtəlif saatlarda Yasamal rayonu, Qutqaşınlı küçəsi 488ci məhəllə, Axundov bağı, Səbail rayonu, Səid Rüstəmov küçəsi, İçəri Şəhər, Neftçilər prospekti musiqili komediya teatrı, axşam saatlarında isə “Heydər Əliyev" adına Beynəlxalq hava limanı ərazisində anten dairəsində olması müəyyən edilmişdir. 30 noyabr 2017-ci il tarixdə ifadəsində qeyd etdiyi kimi Zərərçəkmiş şəxs1 istifadəsində olan ***-***- **-** saylı mobil nömrənin “Bravo” marketinin Əhmədli filialının yerləşdiyi Xətai rayonu, Məzahir Rüstəmov küçəsində anten dairəsində olması müəyyən edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilərək, araşdırılan dövlət və kommersiya banklarından daxil olmuş məlumatlara tərəfimdən baxış keçirilməsi haqqında protokoldan görünür ki, baxış zamanı Azərbaycan Respublikasında fəaliyyət göstərən dövlət və kommersiya banklarından əldə edilmiş cinayət işi üzrə əhəmiyyət kəsb edən məlumatların olması aşkar edilmişdir. Belə ki, “Access Bank" QSC-dən daxil olmuş 01 sentyabr 2023-cü il tarixli 8822 saylı cavab məktubundan görünür ki, Zərərçəkmiş şəxs2, Şahid1, Şahid6 və Şahid8 adlarına “Access Bank" QSC-də xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixədək “Zolotaya Korona”, “Western Union”, “Kontakt” pul köçürmə sistemləri vasitəsi ilə pul vəsaitləri göndərilməmiş, yalnız Təqsirləndirilən şəxs2 adına 10 fevral 2020-ci il tarixdə “Zolotaya Korona” pul köçürmə sistemi vasitəsi ilə Rusiya Federasiyasından Təqsirləndirilən şəxs1 adından 100 dollar məbləğində pul vəsaiti göndərilmişdir. "xxxx" ASC-dən daxil olmuş 04 sentyabr 2023-cü il tarixli 3956 saylı məktuba qoşma şəklində əlavə edilmiş sənədlərin surətindən görünür ki, 17 may 2021-ci il tarixdə X32 tərəfindən Rusiya Federasiyasından Şahid1 adına “Zolotaya Korona” pul köçürmə sistemi vasitəsi ilə 10.000 rubl (227,2 manat) məbləğində pul vəsaiti göndərilmiş, Fərid Namazov adlı şəxsin adından Zərərçəkmiş şəxs2 adına 07 fevral 2018-ci il tarixdə Belarus Respublikasından "Zolotaya Korona" pul köçürmə sistemi vasitəsi ilə 1000 ABŞ dolları məbləğində pul vəsaiti göndərilmiş, 03 iyul 2019-cu il tarixdə Qədiyev Vüqar adlı şəxsin adından Zərərçəkmiş şəxs2 adına Türkiyə Respublikasından “Zolotaya Korona” pul köçürmə sistemi vasitəsi ilə 1000 ABŞ dolları məbləğində pul vəsaiti göndərilmiş, 05 iyul 2019-cu il tarixdə Qədiyev Vüqar adlı şəxsin adından Zərərçəkmiş şəxs2 adına Türkiyə Respublikasından “Zolotaya Korona” pul köçürmə sistemi vasitəsi ilə 400 ABŞ dolları məbləğində pul vəsaiti göndərilmiş, 23 iyun 2020-ci il tarixdə X10 adından Zərərçəkmiş şəxs2 adına Rusiya Federasiyasından “Zolotaya Korona” pul köçürmə sistemi vasitəsi ilə 2.000 ABŞ dolları məbləğində pul vəsaiti göndərilmiş, 15 iyul 2019-cu il tarixdə Şahid1 adından Beyzadə Kazımova adlı şəxsin adına Türkiyə Respublikasına “Zolotaya Korona” pul köçürmə sistemi vasitəsi ilə 200 ABŞ dolları məbləğində pul vəsaiti göndərilmiş, 01 may 2019-cu il tarixdə David Kaşiaşvili adlı şəxsin adından Zərərçəkmiş şəxs2 adına Gürcüstan Respublikasından “Western Union” pul köçürmə sistemi vasitəsi ilə 500 ABŞ dolları məbləğində pul vəsaiti göndərilmiş, 15 iyul 2019-cu il tarixdə Şahid1 adından Nelli Bolobodko adlı şəxsin adına “Western Union” pul köçürmə sistemi vasitəsi ilə 100 dollar pul vəsaiti göndərilmiş, 29 dekabr 2020-ci il tarixdə X7 adından Şahid1 adına Rusiya Federasiyasından 'Western Union” pul köçürmə sistemi vasitəsi ilə 15000 ABŞ dolları məbləğində pul vəsaiti göndərilmiş, 25 iyul 2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 adından Şahid1 adına Rusiya Federasiyasından “Kontakt” pul köçürmə sistemi vasiəsi ilə 700 ABŞ dolları məbləğində pul vəsaiti göndərilmişdir. "Azərbaycan Beynəlxalq Bankı” ASC-dən daxil olmuş 29 avqust 2023-cü il tarixli 6-2-41/2-22976/2023 saylı məktubdan görünür ki, yalnız Şahid1 adına Ağamirzə Mövsüm-zadə tərəfindən “Bank Qruziya"nın Mərkəzi filialından “Kontakt" pul köçürmə sistemi vasitəsi ilə 15 yanvar 2019-cu il tarxdə 100 ABŞ dolları məbləğində pul vəsaiti göndərilmiş və vəsait həmin tarixdə Şahid1 tərəfindən "xxxx" ASC-nin Binəqədi filialından məxaric edilərək götürülmüşdür. "xxxx" ASC-dən daxil olmuş 30 avqust 2023-cü il tarixli 3654 saylı məktuba qoşma şəklində əlavə edilmiş sənədlərin surətindən görünür ki, 19 noyabr 2019-cu il tarixdə Təqsirləndirilən şəxs2 adından Valeriy Bolobodko adlı şəxsin adına Ukrayna Respublikasına "Western Union” pul köçürmə sistemi vasitəsi ilə 525,3 manat məbləğində pul vəsaiti göndərilmiş, 02 dekabr 2020-ci il tarixdə Şahid1 adından Nailə Həsənbəyovanın adına Türkiyə Respublikasına “Western Union“ pul köçürmə sistemi vasitəsi ilə 175,1 manat məbləğində pul vəsaiti göndərilmiş, 17 noyabr 2019-cu il tarixdə Təqsirləndirilən şəxs1 adından Təqsirləndirilən şəxs2 adına Rusiya Federasiyasından “Zolotaya Korona” pul köçürmə sistemi vasitəsi ilə 1020 manat məbləğində pul vəsaiti göndərilmiş və 16 may 2021-ci il tarixdə X21 adından Şahid1 adına Rusiya Federasiyasından “Zolotaya Korona” pul köçürmə sistemi vasitəsi ilə 567,8 manat məbləğində pul vəsaiti göndərilmişdir. "xxxx" MMC-dən daxil olmuş 05 sentyabr 2023-cü il tarixli 3-27-109- 2/2/1675 saylı məktuba qoşma şəklində əlavə edilmiş sənədlərdən görünür ki, 03 mart 2018-ci İl tarixdə Mövsumzadə Ağamirzə adlı şəxsin adından Şahid1 adına Gürcüstan Respublikasından 2500 ABŞ dolları məbləğində pul vəsaiti göndərilmiş və 03 oktyabr 2022-ci il tarixdə Şahid1 adından X17 adına 17.000 rubl məbləğində pul vəsaiti göndərilmişdir. “Unibank" ASC-dən daxil olmuş 22 sentyabr 2023-cü il tarixli 02095-2023 saylı saylı məktuba qoşma şəklində əlavə edilmiş sənədlərin surətinə əsasən, 2020-2021-ci illər ərzində Şahid1 müxtəlif vaxtlarda “Kontakt” və “Zolotaya Korona” pul köçürmə sistemləri vasitəsi ilə Orienko Tatyana adlı şəxsin adına müxtəlif məbləğlərdə pul vəsaiti göndərmiş, həmçinin sonuncunun bir neçə dəfə “Zolotaya Korona” pul köçürmə sistemi vasitəsi ilə X21 adına pul vəsaiti göndərməsi müəyyən edilmişdir. "xxxx" ASC- dən daxil olmuş 18 sentyabr 2023-cü il tarixli 3949 saylı məktuba qoşma şəklində əlavə edilmiş sənədlərin surətindən görünür ki, 03 avqust 2021ci il tarixdə Şahid1 "Kontakt” pul köçürmə sistemi vasitəsi ilə adına göndərilmiş 3415 ABŞ dolları pulu təhvil almış, həmçinin 27 oktyabr 2020-ci il tarixdə "Western Union" pul köçürmə sistemi vasitəsi ilə Ukrayna Respublikasına Darya Sİdorenko adlı şəxsin adma 1000 ABŞ dolları pul göndərmiş və bir neçə dəfə X21 adından göndərilmiş pul vəsaitlərini təhvil almışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilərək, araşdırılan Dövlət Gömrük Komitəsinə ünvanlanmış sorğuya cavab olaraq göndərilmiş xx.xx.2023-cü il tarixli 1000/3-33/2-016668/2023 nömrəli məktubdan görünür ki, X30 “X50 Rover” markalı, 2017ci il buraxılış!), AA0710EX nömrə nişanlı nəqliyyat vasitəsi ilə xx.xx.2018-ci il tarixdə Azərbaycan Respublikasından İran islam Respublikası istiqaməti üzrə hərəkət edərkən, Astara Gömrük İdarəsinin əvvəlki Sərnişin-nəqliyyat şöbəsində gömrük nəzarəti zamanı nəqliyyat vasitəsinə dair təqdim edilmiş sənədlərlə göstərilən məlumatların saxtalaşdırılması ilə bağlı sonuncunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair olan ********* nömrəli cinayət İşi ittiham aktı ilə birlikdə aidiyyəti üzrə baxılmasından ötrü Xaçmaz Rayon Məhkəməsinə göndərilmiş və həmin məhkəmə tərəfindən 20 iyun 2018-ci il tarixdə ittiham hökmü çıxarılaraq X37 müvaqif cəzaya məhkum edilmişdir. Xaçmaz Rayon Məhkəməsindən alınmış 20 iyun 2018-ci il tarixli hökmün surətindən görünür ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 ifadə verərkən avtomobilin gətirilməsində Zərərçəkmiş şəxs3 iştirakı barədə heçnə bildirməmiş, yalnız tanışı X22 Respublikasının vətəndaşı Buşkin Ruslan ilə tanış olaraq sonuncunun Ukraynadan “Lande Rover” markalı avtomobil gətirməsi barədə söylədiyini və ona həmin avtomobili almağını təklif etməsi, onun isə maliyyə imkanı olmadığı üçün almaqdan imtina etməsi barədə göstərmişdir. Həmçinin Təqsirləndirilən şəxs1 Ruslan və Valehİn sərhəddən keçirmək İstədikləri nəqliyyat vasitəsinin sənədlərində problem yarandığını, onların gömrükdə saxlanılmaqları barədə sonradan bildiyini göstərmişdir. Eynilə X37 və X11 da məhkəmə istintaqı zamanı ifadə verərkən Zərərçəkmiş şəxs3 həmin avtomobil ilə bağlı hər hansı bağlılığı barədə heçnə göstərməmişdirlər. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilərək, araşdırılan 26 aprel 2023-cü il tarixdə Bakı şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinə daxil olmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasının 25 aprel 2023-cü il tarixli, 3-16-17/38/2-2748/2023 nömrəli məktubundan görünür ki, axtarışda olan Təqsirləndirilən şəxs1 Rusiya Federasiyası Voronej şəhər daxili işlər orqanları əməkdaşları tərəfindən tutulduqdan sonra Azərbaycan Respublikasına ekstradisiya edilərək xx.xx.2023-cü il tarixdə Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir. Cinayət işinin materiallarından iş üzrə axtarışda olan Təqsirləndirilən şəxs1 15 dekabr 2022-ci il tarixdə Rusiya Federasiyasının Voronej şəhərində daxili işlər orqanlarının əməkdaşları tərəfindən saxlanılması müəyyən edilmişdir. İş materialarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 6 iyun 2023-cü il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan AZEMİS elektron məhkəmə portalından müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 himayəsində 26 mart 2011-ci il təvəllüdlü X27 adında yetkinlik yaşına çatmayan uşağı vardır. Məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən onların hər birinin şəxsiyyətini, törətmiş olduqları cinayətin xarakteri və ictimai təhlükəliliyini nəzərə alır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri cinayət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən ağır cinayətlər kateqoriyasına aiddir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkirlər. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxlərdən vurduğu ziyanın bir qismini ödəməsini cəzanın yüngülləşdirici hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 himayəsində yetkinlik yaşına çatmayan övladının olmasını, qadın olmasını cəzanın yüngülləşdirici hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs halında törətmələrini cəzanı ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən cinayətin məqsədi və motivini, təqsirkarın cinayətin törədilməsində rolunu nəzərə alıb barəsində təqsirli bilindiyi cinayət qanununun normasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə ilə əlaqədar cəzanın seçilməsini və cəzasını tutulduğu vaxtdan, yəni 15 dekabr 2022-ci il tarixdən hesablanmaqla, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən cinayətin məqsədi və motivini, təqsirkarın cinayətin törədilməsində rolunu, cinayətin ictimai təhlükəliliyini habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, eyni zamanda cəza siyasətinin humanistləşdirilməsinə dair prinsip və tələblərini də nəzərə alır və hesab edir ki, onun barəsində təqsirli bilindiyi cinayət qanununun normasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə ilə əlaqədar cəza seçilməli və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs2 himayəsində olan yetkinlik yaşına çatmayan uğağının anasının himayəsindən və qayğısından kənar qalmaqla onun gələcək həyat baxışlarına, tərbiyyəsinə təsir etməsini nəzərə alıb, məhkəmə hesab edir ki, barəsində təyin olunmalı cəzanın çəkilməsi yetkinlik yaşına çatmayan uşağı 14 yaşına çatana qədər təxirə salınmasını mümkün hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 79.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, məhkəmə məhkum edilmiş hamilə qadınlar və ya 14 yaşına qədər uşağı olan qadınlar, habelə, 14 yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər tərəfindən uşaq 14 yaşına çatanadək cəzanın çəkilməsini təxirə sala bilər . Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4№-li qərarının 1-ci bəndində göstərilir ki, Məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət işində olan zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs2 tərəfindən yazılmış iddia ərizəsindən görünür ki, dəymiş maddi zərərin ödənilməmiş hissəsi olan 40000 ABŞ dolları pul vəsaitinin təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tutularaq Zərərçəkmiş şəxs2 ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cinayət işində olan zərərçəkmiş şəxs (mülki iddiaçı) X18 tərəfindən yazılmış iddia ərizəsindən görünür ki, dəymiş maddi zərərin ödənilməmiş hissəsi olan 45000 ABŞ dolları pul vəsaitinin təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tutularaq X12 ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası CPM-nin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Həmin Məcəllənin 183.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir. Həmin Məcəllənin 354.1-ci maddəsinə əsasən məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq iddianın tam və ya qismən təmin edilməsi, iddianın rədd edilməsi və iddianın baxılmamış saxlanması barədə qərarlardan biri əks etdirilir. Məhkəmə verilmiş mülki iddianı müzakirə edib, iş üzrə təqdim edilmiş sübutlara məcmu halında tam və obyektiv hüquqi qiymət verərək, hesab edir ki, mülki iddia təmin edilməli, təqsirləndirilən şəxs (mülki cavabdehlər) Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada 40000 ABŞ dolları hökmün icra olunduğu gün manatla məzənnəsi hesablanıb tutularaq, Zərərçəkmiş şəxs2 xeyrinə ödənilməli, X18 tərəfindən verilmiş mülki iddia təmin edilməli, təqsirləndirilən şəxs (mülki cavabdehlər) Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada 40000 ABŞ dolları hökmün icra olunduğu gün manatla məzənnəsi hesablanıb tutularaq, X8 xeyrinə ödənilməlidir. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının CM-də dəyişikliklər edilməsi haqqında” xx.xx.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə müsadirə ediləsi əmlak müəyyən etməmişdir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan cinayət işi üzrə zərərçəkmiş şəxs Emil Əİİ-zadənin təqdim etdiyi yaddaşında Təqsirləndirilən şəxs1 «WhatsApp» ani mesajlaşma mübadilə sistemi vasitəsi ilə göndərdiyi səs yazılarının olduğu 01 ədəd CD disk, Təqsirləndirilən şəxs2 tərəfindən təqdim edilən yaddaşında Şahid1 və Zərərçəkmiş şəxs2 “WhatsApp” ani mesajlaşma mübadilə sistemi vasitəsi ilə göndərdikləri səs yazıları və ekran çəkmə funksiyası ilə əldə edilən fotolar olan 01 ədəd CD disk, Zərərçəkmiş şəxs3 tərəfindən təqdim edilən yaddaşında Təqsirləndirilən şəxs1 «WhatsApp» ani mesajlaşma mübadilə sistemi vasitəsi ilə göndərdiyi səs yazıları və ekran çəkmə funksiyası ilə əldə edilən fotolar olan 01 ədəd CD disk və təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1, həmçinin zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 istifadəsində olan mobil telefon nömrələrinə ötürülən məlumatları özündə əks etdirən 01 ədəd disk maddi sübut hesab edilərək cinayət işinin materiallarında saxlanıması nəzərə alınmalı, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri və Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimlan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, Təqsirləndirilən şəxs2 barəsində hökm qanuni qüvvəyə mindikdən sonra onun davranışı üzərində nəzarəti yaşayış yeri üzrə Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilməlidir Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə onun təkrarən tamah niyyəti ilə etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ətə keçirmə məqsədi ilə tanışı Zərərçəkmiş şəxs3 avtomobillərin Azərbaycanda və xarici ölkələrdə təşkil etdiyi ticarətinə sərmayə qoyacağı halda həmin əmlakların satışından əldə edəcəyi külli miqdarda gəlirdən guya ona qazanc verəcəyinə dair yalan vəd verib aldadaraq üzərinə götürdüyü öhdəlikləri əvvəlcədən yerinə yetirmək niyyəti olmadan 2017-ci ilin noyabr ayında Bakı şəhəri, Yasamal rayonu, X20 küçəsi 62 ünvanında yerləşən “Cafe Park” restoranında Zərərçəkmiş şəxs3 həmin dövrün məzənnəsi ilə 59.500 manat təşkil edən 35.000 ABŞ dolları pulu alıb ələ keçirərək Zərərçəkmiş şəxs3 külli miqdarda, yəni 59.500 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etməsi əməlində cinayət tərkibi olmadığından, ona həmin epizod üzrə bəraət verilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək, 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 15 dekabr 2022-ci il tarixdən hesablansın, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 79.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs2 barəsində təyin olunmuş cəzanın çəkilməsi, onun övladı 26 mart 2011-cü il təvəllüdlü X27 14 yaşına çatana qədər təxirə salınsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 davranışı üzərində nəzarət Bakı şəhəri Probasiya İdarəsinə tapşırılsın. Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş mülki iddia təmin edilsin, təqsirləndirilən şəxs (mülki cavabdehlər) Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada 40000 ABŞ dolları hökmün icra olunduğu gün manatla məzənnəsi hesablanıb tutularaq, Zərərçəkmiş şəxs2 xeyrinə ödənilsin. X18 tərəfindən verilmiş mülki iddia təmin edilsin, təqsirləndirilən şəxs (mülki cavabdehlər) Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada 45000 ABŞ dolları hökmün icra olunduğu gün manatla məzənnəsi hesablanıb tutularaq, X8 xeyrinə ödənilsin. Cinayət işi üzrə zərərçəkmiş şəxs Emil Əİİ-zadənin təqdim etdiyi yaddaşında Təqsirləndirilən şəxs1 «WhatsApp» ani mesajlaşma mübadilə sistemi vasitəsi ilə göndərdiyi səs yazılarının olduğu 01 ədəd CD disk, Təqsirləndirilən şəxs2 tərəfindən təqdim edilən yaddaşında Şahid1 və Zərərçəkmiş şəxs2 “WhatsApp” ani mesajlaşma mübadilə sistemi vasitəsi ilə göndərdikləri səs yazıları və ekran çəkmə funksiyası ilə əldə edilən fotolar olan 01 ədəd CD disk, Zərərçəkmiş şəxs3 tərəfindən təqdim edilən yaddaşında Təqsirləndirilən şəxs1 «WhatsApp» ani mesajlaşma mübadilə sistemi vasitəsi ilə göndərdiyi səs yazıları və ekran çəkmə funksiyası ilə əldə edilən fotolar olan 01 ədəd CD disk və təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1, həmçinin zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 istifadəsində olan mobil telefon nömrələrinə ötürülən məlumatları özündə əks etdirən 01 ədəd disk maddi sübut hesab edilərək cinayət işinin materiallarında saxlanması nəzərə alınsın. Hökmdən 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Bakı Ağır Cinayətlər məhkəməsinin hakimləri: Samir Əliyev (sədrlik edən) Faiq Qəniyev Mahmud Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar