Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-913/2020 02.09.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məcidov Azad Əli Ağa oğlunun sədrliyi, hakimlər Ağayev Zeynal Qurban oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X10, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokurorları Dövlət ittihamçısı1 və Dövlət ittihamçısı2, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 14 saylı vəkil bürosunun vəkili Müdafiəçi2, zərərçəkmiş şəxsin hüquqi varisi X3 iştirakları ilə, xx xxxxxx 1963-cü il tarixdə Zəngilan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Abşeron rayonu, Masazır qəsəbəsində ünvansız fərdi yaşayış evində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs xüsusi amansızlıqla adam öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişdir. Belə ki, o, 2020-ci ilin yanvar ayının ortalarından xx.xx.1967-ci il təvəllüdlü bacısı Zərərçəkmiş şəxs əxlaqsız həyat tərzi keçirməsindən şübhələnib sonuncunun ailə şərəfinə və namusuna xələl gətirən hərəkətlərə yol verməsini düşünərək Zərərçəkmiş şəxs qisas məqsədilə qəsdən öldürmək qərarına gəlmiş, bu məqsədlə sonuncunun yaşadığı ünvanı dəqiqləşdirib soyuq silah hesab edilməyən məişət-təsərrüfat təyinatlı dəftərxana bıçağı (rezak) ilə silahlanıb üzərində gəzdirərək həmin niyyətini həyata keçirmək üçün əlverişli məqamı gözləmiş, xx.xx.2020-ci ildə bu cinayəti həyata keçirməyi qətiləşdirib Zərərçəkmiş şəxs ilə telefonla əlaqə saxlayaraq yalandan onlara gəlmək istədiyini bildirərək həmin gün saat 21 radələrində Zərərçəkmiş şəxs ilə Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsində görüşərək birlikdə sonuncunun həmin küçədə yerləşən kirayədə yaşadığı 12 nömrəli binanın qarşısına gəldikdən sonra, Zərərçəkmiş şəxs söhbət etmək adı ilə binanın həyətində yerləşən söhbətgaha aparıb cinayətkar niyyətini həyata keçirmək üçün üzərində olan məişət-təsərrüfat təyinatlı dəftərxana bıçağı (rezak) ilə Zərərçəkmiş şəxs boğaz nahiyəsindən bir dəfə zərbə vurduqdan sonra sonuncunun onun qolundan tutaraq həyatı üçün aman diləməsinə, yalvarışlarına məhəl qoymayaraq, müstəsna dərəcədə rəhmsizlik və qəddarlıq nümayiş etdirərək sonuncuya xüsusi ağrılar, əzab və işgəncə verdiyini dərk edərək və bunu arzu edərək, yəni xüsusi amansızlıqla qəsdən öldürmək niyyəti ilə həmin dəftərxana bıçağı (rezak) ilə sol əlin İ barmağının distal falanqasının ön səthinin 2x0,3 sm ölçüdə səthi kəsilmiş yarası, sol əlin İ-İİ barmaqarası hissəsinin 2,3x0,2 sm ölçüdə səthi kəsilmiş yarası, sol əlin İİİ barmağının orta falanqasının ön səthinin 1,5x0,2 sm ölçüdə səthi kəsilmiş yarası, boyun nahiyəsinin sol yan səthinin 4,5x0,2 sm ölçüdə kəsilmiş yarası, sol körpücük üstü nahiyənin 7x0,5 sm ölçüdə səthi kəsilmiş yarası kimi dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarətlər, boyun nahiyəsinin sağ yan-arxa səthinin 11x2-1 sm ölçüdə kəsilmiş yarası kimi sağlamlığa yüngül zərər vurmaya aid xəsarət, habelə ölümünə səbəb olan boyun nahiyəsinin ön səthindən başlayaraq köndələn-çəp istiqamətdə gedən və sağ qulaq sırğalığı bərabərliyində tamamlanan 17x3-2 sm ölçüdə yaranın gedişi boyunca sağ ümumi yuxu arteriyası və daxili vidaci vena tam, nəfəs borusunun hissəvi kəsilməsi ilə müşayiət olunan kəsilmiş yarası kimi sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirib əzab verməklə Zərərçəkmiş şəxs öldürmüş, yəni xüsusi amansızlıqla qəsdən həyatdan məhrum etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, müharibə veteranıdır, ailəsi yoxdur, özü tək yaşayır. Mərhum Zərərçəkmiş şəxs onun bacısıdır. Tovus 1989-cu ildə ailə qursa da, ərindən ayrılıb uşaqları ilə birlikdə tək yaşamışdır. Tovus Ələkbər adlı şəxslə dini kəbin bağlayaraq ər-arvad kimi yaşamışdır. Buna onun münasibəti normal olmuş və buna özü razılıq vermişdir. Tovusun əvvəlki ərindən Məftun adlı oğlu və Nuranə adlı qızı var və uşaqları ilə birlikdə Nəsimi rayonu, “Memar Əcəmi” metro stansiyası yaxınlığında yaşamışdır. Tovusun oğlu Məftun xəstədir, İİİ qrup əlildir və heç bir yerdə işləmir. Tovus ona çörək sexində işlədiyini demişdir. Hadisədən bir neçə müddət əvvəl ətrafdan qulağına Tovusun əxlaqsızlıqla məşğul olması barədə səs-soraq gəlmişdir. Bunu dəqiqləşdirib Tovusun əxlaqsızla məşğul olmasına əmin olmuşdur. Bacısı haqqında məlumat toplayıb onun pozğun həyat tərzi keçirdiyini, əxlaqsız olmasını adını bilmədiyi, tanımadığı şəxslər vasitəsilə dəqiqləşdirmişdir. Bundan sonra təxminən 2020-ci ilin yanvar ayının ortalarından Tovusu öldürmək qərarına gəlib onun yaşadığı yeri müəyyənləşdirmişdir. Tovusun qızı Nuranəni işdən çıxanda bir-iki dəfə ondan xəbərsiz izləyib onların Nəsimi rayonu, “M.Əcəmi” metrostansiyası tərəfdə yaşadıqlarını müəyyən etmişdir. Tovusun boğazını kəsib öldürmək üçün məqam axtarıb, əvvəl onu evdə öldürmək barədə fikirləşmiş, lakin evdə uşaqların yanında öldürə bilməyəcəyini fikrləşib qərara Tovusu gecə öldürməyə qərara gəlib ki, müdaxilə edən olmasın. Bundan sonra usta olduğu üçün təmirdə istifadə etdiyi uzunluğu təxminən 7-8 sm olan rezakı cibində gəzdirməyə başlamışdır. xx.xx.2020-ci il tarixdə Tovusu öldürməyi qətiləşdirib həmin gün saat 08 radələrində “Memar Əcəmi” metro stansiyasına, oradan 3-cü mkr dairəsinə gəlmişdir. Təxminən saat 12 radələrinə kimi həmin ərazilərdə gəzişərək vaxt keçirmiş, sonra adlarını demək istəmədiyi dostları ilə görüşüb söhbət etmişdir. Həmin dostlarının onun bacısını öldürmək niyyətinin olmasından məlumatları olmamışdır. Təxminən saat 17 radələrində bacısı Tovusun istifadəsində olan telefona zəng edib ona Əcəmidə olduğunu, evin yerini bilmədiyini və onlara gəlmək istədiyini demişdir. Tovus bir azdan işdən çıxacağını bildirmiş və Tovusla “Econom” marketin qarşısında görüşməyi razılaşıb, təxminən saat 21-22 radələrində həmin mağazanın qarşısında görüşmüşlər. Bacısı ona qızının dolma bişirdiyini və onunla evə getməyini təklif etmişdir. Bacısı ilə evə kimi təxminən 100 metr piyada gəlmişlər. Bacısı ilə yolboyu xəstə olan oğlu Məftundan danışaraq onun xəstəliyi barədə ümumi söhbət etmişlər. Binanın qarşısına gəldikdə bacısı evə qalxmağı təklif etdikdə o, bir az həyətdə oturub söhbət edəndən sonra evə qalxmalarını bildirmişdir. Bacısı razılaşmış və həyətdə oturub söhbət etməyə başlamışlar. O, üzərində olan gödəkcənin cibindən rezakı çıxarıb yanına qoyanda bacısı görməmişdir. Rezakın iti hissəsini təxminən 2-3 sm irəli verib rezakı kənarında olan məftillə bərkitmişdir. Tovus onun sol tərəfində oturmuşdur. Qəsdən bacısını sol tərəfində otuzdurmuşdur ki, sağ əli ilə rezakla rahat şəkildə onun boğazını kəssin. Söhbətin ortasında sağ əlinə rezakı alıb oturduqları yerdə bacısının boğaz nahiyəsinin sol tərəfinə zərbə vuraraq kəsib, Tovusa onun axırının çatdığını demişdir. Kəsən kimi bacısı onun sağ qolundan yapışıb qışqırmağa başlamışdır. İkinci dəfə yenə də bacısının boğaz nahiyəsini kəsəndə rezak sınmış və o, rezakın qalan hissəsini qabağa çəkib növbəti dəfə onun boğaz nahiyəsini kəsmişdir. Bacısı əlindən qaçıb çıxmağa imkan tapmayaraq qışqırmağa başlamışdır. Təxminən 3-4 dəfə bacısının boğazını kəsmişdir. Bacısı yerə yıxılandan sonra daha qışqırmamışdır. Həmin vaxt ətrafda adını bilmədiyi bir-iki nəfər ona yaxınlaşıb onun nə etdiyini soruçduqda, onlara xəyanət edənin axırının belə olduğunu demişdir. Təxminən 10 saniyə Tovusun başı üstündə gözləyib öldüyünə əmin olduqdan sonra təslim olmaq üçün ən yaxın olan “Qızıltac” şadlıq sarayının yanında olan Polis Bölməsinə getmişdir. Yolda olan zaman qardaşı Zahidə zəng edərək Tovusun onlara xəyanət ediyi üçün onun boğazını kəsdiyini bildirdikdə qardaşı bunu ona irad tutmuşdur. Polisə gedən yolda ayaqyolu tapıb əlini və rezakı yumuşdur. Polis Bölməsində təslim olub, bacısı Tovusun boğazını kəsərək öldürdüyünü bildirib, rezakı təqdim etmişdir. O, bacısının əxlaqsızlıq etdiyini görməmiş, lakin bu barədə ordan-burdan eşitmişdir. Ona bacısının əxlaqsızlıqla məşğul olmasını deyən şəxslərin adlarını demir. O, bacısını izləmiş, lakin əxlaqsızlıq etməsini şəxsən görməmişdir. O, bacısının əxlaqsızlıqla məşğul olması barədə qohumlarının məlumatlarının olub-olmamasını bilmir. Qohumlarından heç kim ona bacısınn əxlaqsızlıqla məşğul olmasını deməmişdir. Hərəkətindən peşman deyil. Bacısı əxlaqsızlıq etdiyi üçün onu öldürmüşdür. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, mərhum Zərərçəkmiş şəxs anasıdır. Anası Zərərçəkmiş şəxs və qardaşı X11 ilə birlikdə ünvan 3 ünvanında kirayə yaşamışlar. Anası 17 ildir atası X4 rəsmi qaydada boşanmışdır. Təxminən 15 il əvvəl Ələkbər Əbilov adlı şəxslə dini kəbin kəsdirərək yaşamışdır. Təqsirləndirilən şəxs dayısıdır, dayısının anasının Ələkbər Əbilovla yaşamağından xəbəri olmuşdur. Qardaşı 2015-ci il tarixdə hərbi xidmətdən qayıtdıqdan sonra onda əsəb pozğunluğu yaranmış və ona “şizofreniya paranoid” diaqnozu qoyulmuşdur. Qardaşı heç yerdə işləmir. Dayısı Təqsirləndirilən şəxsla 15-16 il əvvəl görüşmüş, həmin vaxtdan sonra dayısı nə onlarla, nə də digər bacı qardaşları ilə əlaqə saxlamamışdır. Dayısının nə işlə məşğul olması, harada yaşaması barədə məlumatları olmamışdır. Son bir-iki ay ərzində anası ona dayısı Sahibin evlərinin yanında gəzdiyini, bir neçə dəfə dayısını evə çağırsa da, dayısının gəlmədiyini demiş və anası dayısının ondan telefon nömrəsi aldığını da demişdir. Anası dayısı Sahibi evin ətrafında görərkən dayısı ona orada kimisə gözlədiyini demişdir. xx.xx.2020-ci il tarixdə saat 21 radələrində anası ona “Whatsapp” vasitəsilə zəng edib dayısı Sahibin evin yolunu bilmədiyini və Sahiblə birlikdə evə gələcəklərini bildirmişdir. Hətta anası dayısı Sahib üçün süfrə hazırlamağını da tapşırmışdır. O, süfrəni hazırlayıb anasıgili gözləsə də gəlmədiklərini görüb anasına zəng etdikdə, anası “Econom” marketin yanında dayısı ilə görüşdüyünü və birlikdə gəzərək evə gəldiklərini bildirmişdir. Bir müddət də gözlədikdən sonra anasının istifadəsində olan mobil nömrəyə zəng etdikdə tanımadığı bir şəxs telefonu götürərək polis olduğunu bildirib onun kim olduğunu öyrəndikdən sonra aşağı düşməyini demişdir. Tez yaşadıqları binadan çölə çıxdıqda dayısı Sahibin anasının başını kəsib qaçdığını dedikdə özünü itirmişdir. Bir müddət sonra özünə gəldikdə anasının artıq öldüyünü bildirmişlər. Dayısı Sahib anasını səbəbsiz yerə öldürüb, anası heç vaxt əxlaqsızlıqla məşğul olmamış, halal zəhməti ilə onu və xəstə qardaşını böyüdüb boya-başa çatdırmışdır. O, hadisənin şahidi olmamışdır. Hazırda qardaşı ilə o xalasının evində qalırlar. Hal-hazırda Təqsirləndirilən şəxs ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, təqsirləndirilən şəxsi və mərhum Zərərçəkmiş şəxs tanımamışdır. xx.xx.2020-ci il tarixdə saat 21:30 radələrində ailəsi ilə birlikdə evdə olarkən birdən çöldən bir nəfərin aman Allah kömək edin səslərini eşitmişdir. Onun evi birinci mərtəbədə olduğundan tez çölə çıxmış, çölə çıxan kimi binalarının düz qarşısında yerləşən “besetkanın” yanında qaraltı görmüşdür. Hava qaranlıq olduğu üçün yaxşı görünmədiyindən “besetkaya” yaxınlaşdıqda yerdə arxası üstə uzanmış və üzəri qan içində olan qadın görmüşdür. O, evdən çıxan kimi qonşuluqda olan digər şəxslərində “besetkaya” tərəf yaxınlaşdığını görmüş və həmin şəxslərlə bir vaxtda yerdə qan içində uzanmış qadının yanına çatmışlar. Onlar çatana qədər qadının yanında heç kim olmamışdır. Qadın həmin vaxt danışmamışdır. Qan baş nahiyəsində daha çox olmuşdur. O, tez DİN-nin “102” xidmətinə zəng vurub hadisə barədə məlumat vermişdir. Daha sonra təcili yardım gəlib baxdıqda artıq qadının vəfat etdiyini demişdir. Hadisədən sonra qonşuların söhbətindən həmin qadının qonşuları Tovus olduğunu bilmişdir. Bir az keçmiş polis və prokurorluq əməkdaşları gəlmişlər. Hadisənin kim tərəfindən və necə törədilməsinin şahidi olmamışdır. Hadisə baş verənə qədər Zərərçəkmiş şəxs tanımamış, çünki yaşadıqları binadakı sakinlərin əksəriyyətinin kirayəşin olduğuna görə qonşuların çoxunu tanımır. Lakin, hadisədən sonra Zərərçəkmiş şəxs yan blokda dördüncü mərtəbədə qızı və oğlu ilə birlikdə kirayədə yaşadığını öyrənmişdir. O, hadisə yerinə gələndə təqsirləndirilən şəxsi orada görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs uşaqlıqdan tanıyır. Zəngilan rayonu işğal olunana qədər orada qonşu olmuşlar. 1991-ci ildə Qarabağ müharibəsi illərində o, çağırışçı, Sahib könüllü kimi Azərbaycan Ordusunda xidmət etmişlər. Müharibədən sonra Sahiblə yalnız xeyirdə-şərdə görüşmüşlər. Sahib malyar ustası olmuşdur. Sahiblə sonuncu dəfə 2020-ci il fevral ayının 1-də və ya 2-də işlə bağlı görüşsələr də, həmin iş alınmadığı üçün “Saray” qəsəbəsində çayxanada oturub söhbət edib nərd oynayıb ayrılmışlar. xx.xx.2020-ci il tarixdə əsgər yoldaşlarından Müşfiq ona televizorda Sahibin bacısını qətlə yetirdiyini eşitdiyini demişdir. O, Sahibin bacısı Tovuzu sonuncu dəfə Zəngilanda olanda görmüşdür. Zərərçəkmiş şəxs əxlaqsız hərəkətlərinin şahidi olmamış və bu barədə məlumatı olmamışdır. Sahibin nəyə görə bacısı Tovusu öldürməsini bilməmişdir. O, hadisənin şahidi olmamışdır. Hadisənədn 2 gün sonra hadisə barədə eşitmişdir. Məhkəmə iclasında еlanolunaraq araşdırılmış Şahid4 ifadəsindən görünür ki, o, Şahid5 ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsi tanımamışdır. Mərhum Zərərçəkmiş şəxs 3 ilə yaxın olar ki, tanımışdır. “Axundov” bağının yanında “Şəlalə” restoranında kababçı işləyəndə Tovusla tanış olmuşdur. Tovus da həmin restoranda aşpaz işləmişdir. Həmin restoranda 10-15 gün işləyib çıxsa da, Tovusla münasibətləri yaranmışdır. Tovusun artıq hərəkətini görməmiş, onun bir oğlu, bir qızı olmuş və Alik kimi təqdim etdiyi ərini görmüşdür. Sonuncu dəfə 2020-ci il yanvar ayının əvvəllərində aşpaza ehtiyac olduğu üçün Tovusa zəng etmiş, həmin vaxt o, oğlunun itkin düşdüyünü, təzəlikcə tapıldığını bildirib uşağa baxacağını və işləməyəcəyini demişdir. Bundan sonra Tovusla əlaqə saxlamamışdır. Onun qətlə yetirilməsi barədə Nəsimi rayon prokurorluğundan ona zəng edildikdə məlumatı olmuşdur. Belə ki, Tovusun telefonuna baxış zamanı ona məxsus telefon nömərəsindən Zərərçəkmiş şəxs istifadəsində olan telefona “Whatsapp”la xx.xx.2020-ci il tarixdə rus dilində sevgililər günü mübarək sözləri yazılmış şəkil göndərmişdir. Həmin mesajı həm Tovusa, həm də digər iş yoldaşlarına göndərmişdir. Onun Tovusla arasında heç bir münasibət olmamışdır. Tovusun əxlaqsız hərəkətinin də şahidi olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X14 ifadəsində göstərmişdir ki, o, əvvəllər ailəli olmuş, təxminən 2003-2004-cü illərdə həmin qadından ayrılmışdır. Tovus da ərindən boşanmış və bir qızı, bir oğlu ilə yaşamışdır. Tovusun qardaşı Sahib və digər yaxın qohumlarından Tovusla bir yerdə yaşamaq üçün razılıq almışdır. Təxminən 15 il olar ki, mərhum Zərərçəkmiş şəxs ilə dini kəbinlə birlikdə yaşamışlar. Tovusla münasibətləri yaxşı olmuş, heç vaxt aralarında narazılıq olmamışdır. Tovusun oğlu X11 onda əsəb pozğunluğu var və ona “şizofreniya paranoid” diaqnozu qoyulmuşdur. Tovusla birlikdə Məftuna baxıb ev şəraitində müalicəsini təmin etmişlər. Tovuz aşpaz kimi müxtəlif yerlərdə işləmişdir. Sonuncu dəfə Nəsimi rayonu, 3-cü mkr bazarı ilə üzbəüz yerləşən adını xatırlamadığı oteldə aşpaz işləmişdir. Həmişə səhər saat 09 radələrində işə gedib axşam saat 21 radələrində evə qayıtmışdır. Bəzən Tovusu işə özü aparıb gətirmişdir. Tovusun qardaşları Sahib və Zahidlə münasibəti olmuşdur. Tovusun öz qardaş və bacıları ilə həmişə ünsiyyəti, bir-birilərinə gediş-gəlişləri olmuşdur. Lakin, Sahib özünə qapanan biri olmuş, Tovus və onun uşaqları ilə əlaqə saxlamamışdır. Son bir-iki ay ərzində Tovus ona Sahibi onların evinin yanında gördüyünü, Sahibi bir neçə dəfə evə çağırsa da, Sahibin gəlmədiyini bildirmişdir. Tovus Sahibə telefon nömrəsini də vermiş, evə dəvət edəndə Sahib hər dəfə Tovusa işi olduğunu deyərək evə gəlməmişdir. O, xx.xx.2020-ci il tarixdə Sabirabad rayonunda olanda qohumları ona zəng edib Sahibin xx.xx.2020-ci il tarixdə Tovusun boğazını kəsdiyini və öldürdüyünü dedikdə o, təcili Bakıya gəlmişdir. X12 arasında hər hansı bir mübahisə, dava-dalaşın olması barədə məlumatı olmamışdır. Sahiblə Tovus arasında heç vaxt inciklik olmasını görməmişdir. Həmçinin Tovusun əxlaqsızlıqla məşğul olmasını görməmiş və şahidi olmamışdır. Hətta arada Tovusun telefonunu özü yoxlamış və Tovusun başqa şəxslə danışığını, şəklini görməmişdir. Zərərçəkmiş şəxs kənar şəxslərlə münasibətinin olmasını görməmiş və şübhələnməmişdir. O, hadisənin şahidi olmamışdır. O, Tovusla birgə yaşadıqları müddətdə heç vaxt Sahib bacısının evinə gəlib getməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, 1995-ci ildə Rusiyaya getmiş, 2008-ci ildə Bakıya qayıtmışdır. Zabrat qəsəbəsində ev alaraq oraya qızıyla birlikdə köçüb yaşamağa başlamışdır. Təqsirləndirilən şəxs doğma qardaşı, Zərərçəkmiş şəxs doğma bacısıdır. Sahib əvvəl Hökumə adlı qadınla evli olsa da, 2012-2013-cü ildə münasibətləri pozulduğuna görə ondan ayrı yaşamağa başlamış, amma onların rəsmi olaraq boşanıb-boşanmamasını bilməmişdir. Həmin evlilikdən onların uşaqları olmamışdır. Son 1-2 aydır Sahib Masazıra köçərək orada kirayə ev tutaraq yaşamış, ancaq həmin evin ünvanını dəqiq bilməmişdir. Sahib malyar ustası olmuşdur. Bacısı Tovus 1987-ci ildə Samir adlı şəxslə nikaha daxil olmuş, lakin 1994-1995-ci illərdə bacısı Samirdən boşanaraq ayrı yaşamağa başlamış, onların həmin nikahdan Nuranə adlı qızı və Məftun adlı oğlu olmaqla 2 uşağı dünyaya gəlmişdir. Bacısı oğlu Məftunun psixi xəstəliyi olmuşdur. 2011-ci ildən Tovus Ələkbər adlı şəxslə bir yerdə yaşamış, belə ki, X13 bir yerdə yaşamaq üçün icazə aldıqda Sahib də ona icazə vermiş, amma onun Ələkbərlə heç bir münasibəti olmamışdır. Çünki onlar tərəfdə qadın bir dəfə evlənər, ikinci dəfə evlənməzmiş, ona görə də o Ələkbəri qəbul etməmiş, ara-sıra onu xeyir-şər işlərində görmüşdür. Həmişə bacısına köməklik göstərmişdir. Hadisə baş verənə qədər Ələkbərlə Tovusun bir yerdə yaşamasını dəqiq olaraq bilməmiş, Sahib münasibət qurmağa meylli olmamış, həmçinin, bacı-qardaşla gediş-gəlişi elə də olmamışdır. Sahib özünə qapalı biri olmuş, bacı-qardaş içərisində Sahiblə münasibəti yaxın olmuş, Sahib nəsə olduqda ona xəbər edib onunla dərdləşmişdir. Bir müddətdir Sahiblə Tovusun münasibətləri normal olmamış və bunun səbəbini bilməmişdir. Sonuncu dəfə 2020-ci ilin yanvar ayının 12-də Sahibi “Memar Əcəmi” metrosunun yaxınlığında görmüş, Məftunu görmək üçün Tovusgilə getdikdə Sahibə gedib Məftuna baş çəkmələrini təklif etmişdir. Amma Sahibə nə qədər desə də, o getməmişdir. Ondan sonra qardaşını görməmişdir. Aradabir qardaşıyla telefonla əlaqə saxlayıb hal-əhval tutmuşdur. Tovusu sonuncu dəfə 2020-ci ilin yanvar ayının 12-də Məftuna baş çəkməyə gedəndə görmüşdür. O, xx.xx.2020-ci il tarixdə soyuqladığı üçün işə getməmişdir. Həmin gün saat 22 radələrində Sahib ona zəng edib Tovusu fahişəlik etdiyi üçün öldürdüyünü demişdir. Yuxulu olduğundan qardaşının nə dediyini başa düşməyib sonradan Sahibə zəng etmişdir. Sahib ona Tovusun onu yeməyə dəvət etdiyini, amma özünün getmədiyini və fahişəlik etdiyindən Tovusu öldürdüyünü demişdir. Qardaşına nə üçün ona əvvəldən demədiyini soruşanda onun uşağı olduğu üçün demədiyini, Tovusun nəsillərinə ləkə gətirdiyi üçün öldürdüyünü demişdir. Bunu eşidəndən sonra hazırlaşıb Tovusun yaşadığı evin yanına getmişdir. Sahib dediyinə görə Tovusu əxlaqsızlıqla məşğul olduğundan öldürmüş, qardaşı Təqsirləndirilən şəxs və bacısı Zərərçəkmiş şəxs, eləcə də, bacısının ailə üzvlərinin qardaşıyla ədavətləri olmamışdır. Qardaşı və bacısının əvvəllər münaqişələri olmamış, bacısı Zərərçəkmiş şəxs kənar şəxslərlə münasibətinin olub-olmamasını, Tovusun əxlaqsızlıqla məşğul olmasını bilməmiş və şahidi olmamışdır. Sahibin Tovusun əxlaqsızlıqla məşğul olmasını dəqiq bilməsi barədə məlumatı olmamış, Sahib bu barədə ona əvvəlcədən heç nə deməmişdir. Qardaşı Sahib bacısını öldürməmişdən qabaq ona, heç kimə məlumat vermədən təkbaşına öldürmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, o, həyat yoldaşından 10 ildir ki, ayrılmış, 10 yaşlı oğlu Zaqatalada anasıgilin yanında yaşayır. 3 aya yaxındır Bakı şəhəri, Nəsimi rayonu, A.Mustafayev 15A ünvanında yerləşən “Eleon” oteldə işləyir. Otel həm ailəvi gələn şəxsləri, həm də turistləri qəbul edir. İşlədiyi 10-15 gün olarmış ki, Tovus həmin oteldə aşpaz kimi işə düzəlmiş, Tovusu ilk dəfə orada tanımış və Tovus ona Toma deyə müraciət etmələrini istəmişdir. Hər gün səhər saat 09:00-dan axşam saat 21:00-a kimi işləmişlər. Tovus aşpaz kimi yemək bişirməkdən əlavə qabları da yuduğuna görə əlavə əmək haqqı almışdır. Bütün gün bir yerdə işlədikləri üçün münasibətləri olmuş, söhbət zamanı Toma oğlunun xəstəliyi olduğu üçün qızı ilə birlikdə oğluna baxdıqlarını demişdir. Tovus uşaqları üçün gün ağlamaq istəmiş, işinə həvəsli yanaşmış və zəhmətkeş insan olmuşdur. Toma deyib-gülmüş, ehtiyacı olana kömək etmiş, həftənin bütün günləri işləyib istirahət etməmişdir. Çox az hallarda istirahət üçün icazə almışdır. Toma ilə söhbət zamanı yalnız oğlu və qızından danışmışdır. xx.xx.2020-ci il tarixdə iş vaxtı bitdiyi üçün saat 20:00-da Toma ilə sağollaşıb işdən çıxmış, səhəri gün, yəni xx.xx.2020-ci il tarixdə səhər saatlarında otelə polislər zəng edərək Toma barəsində maraqlanıb onun öldürüldüyünü demişlər. Təqsirləndirilən şəxs tanımamış, Tomanın əxlaqsız hərəkətlərini görməmiş, bundan əlavə Toma həftənin bütün günləri səhərdən axşama qədər uşaqlarına baxmaq üçün yemək bişirib qab yumuşdur. Belə zəhmətkeş insanın əxlaqsızlıqla məşğul olmasına inanmamışdır. Tovusun yaxın dostlarından, tanışlarından heç kimi tanımamışdır. Tovusu sonucu dəfə xx.xx.2020-ci il tarixdə saat 20:00-da işdən çıxanda görmüş, onda Tovusun əhval ruhiyyəsi yaxşı olmuş və Tovus bir saata evə gedəcəyini demişdir. Sahibin nəyə görə bacısı Tovusu öldürməsini bilməmiş, Tovusun hər hansı kişi ilə görüşməsini görməmiş və bu barədə Tovus ona heç nə deməmişdir. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə elan olunaraq araşdırılmış Şahid2 Mirxaliq oğlunun ifadəsindən görünür ki, o, ünvan 5 ünvanında təxminən bir il yarımdır ailəsi ilə birlikdə kirayə yaşamış, evi həmin binanın birinci blokunda yerləşmiş, təxminən 5 ildir şəxsi avtomobili ilə taksi fəaliyyəti ilə məşğul olmuşdur. xx.xx.2020-ci il tarixdə saat 20 radələrində evə gəldikdə binanın ikinci bloku ilə üzbəüz yerləşən “besetkada” bir nəfər başında idman papağı olan kişi cinsli şəxsin tək əyləşdiyini və yanında heç kimin olmadığını görüb əhəmiyyət vermədən öz evinə getmiş, bir müddət evdə uzandıqdan sonra təxminən saat 21:25 radələrində yuxu tutmadığı üçün eyvana çıxıb siqaret çəkməyə başlamışdır. Bu vaxt binanın qarşısındakı öz eyvanından 5-6 metr məsafədə olan “besetkada” biri qadın, biri kişi olmaqla iki nəfər şəxsin oturduğunu görmüş, hər ikisi də binaya baxdıqda üzləri sağ tərəfə istiqamətlənmiş şəkildə oturmuş və üzləri görünməmişdir. Binaya yaxın oturan qadın olmuş, kişi qadının digər tərəfində ona yaxın oturmuşdur. Həmin kişi o evə gələndə başında idman papağı olan və “besetkada” tək oturan kişi olmuşdur. İkinci mərtəbədə yerləşən eyvanlarından nə qədər diqqət etsə də, heç bir söhbət səsi eşitməmiş, hər hansı münaqişə olmamışdır. Pəncərəni bağlayaraq evə daxil olub bir-iki addım getdikdə qəfildən bir qadının qışqıraraq “eləmə” səsini eşitmiş, həmin səslər ucadan gəlmiş və bir müddət təkrarlanmışdır. Qayıdıb pəncərədən baxanda qadının “besetkanın” çölündə yerə yıxılmış vəziyyətdə olduğunu görmüş, kişi qadının başı üzərində onu bir neçə dəfə vurmuşdur. Bundan sonra kişi ayağa qalxıb getmək istədikdə qadının səsi artıq gəlməmişdir. Həmin vaxt oraya təzəcə gələn adamlar kişiyə “etmə” demişlər. Tez əynini geyinib 4-5 dəqiqə ərzində mənzildən çıxıb aşağı düşmüş, elə bu vaxt bir kişi ucadan “xəyanətin axırı belə olur” demişdir. Çölə çıxdıqda artıq bir neçə nəfərin qadının ətrafında olduğunu görmüşdür. Lakin həmin papaqlı kişinin orada olduğunu görməmişdir. Yaxınlaşdıqda həmin qadının üzüüstə yerdə uzandığını görmüş, qadının səsi gəlməmişdir. Yerdə topa halında qan olmuş, vaxt itirmədən istifadəsində olan mobil nömrə ilə saat 21:35-də təcili yardıma xəbər verdikdən sonra yaxınlıqda olan polis məntəqəsinə gedib qapını döysə də, açan olmamışdır. Yenidən hadisə yerinə qayıtdıqdan bir müddət sonra təcili yardım həkimi gəlib əvvəlcə qadını arxası üstə çevirmiş, qadına baxaraq artıq vəfat etdiyini demiş, daha sonra polis və prokurorluq əməkdaşları gəlmişlər. Hadisə yerində olanda bir nəfər cavan qız aralıdan qışqırıb “o mənim anamdır” dedikdən sonra qonşular demişlər ki, ölən qadın qonşuları Tovusdur. Bundan başqa bildirmişdir ki, həmin hadisənin şahidi olmuş, həmin şəxsləri əvvəllər heç vaxt görməmiş və tanımamışdır. Təqsirləndirilən şəxs ümumiyyətlə tanımamış, hadisəni törədən şəxsin başında idman papağı, əynində qurşaq nahiyəsindən gödəkçə olduğunu görmüş, eyvandan baxdıqda qadının artıq “besetkanın” çölündə yerdə uzanmış, idman papaqlı şəxs qadını bir neçə dəfə vurmuş, hava qaranlıq olduğu üçün kişinin əlində hər hansı aləti görməmiş, həmin şəxsin qadını əli ilə vuraraq döydüyünü hesab etmişdir. Qadının yanına gəldikdə həkimlərin qadını arxası üstə çevirdikdən sonra qadının üzündə, boynunda və ətrafda qan olduğunu görmüş, Zərərçəkmiş şəxs əxlaqsız hərəkətlərlə məşğul olması barədə bir söz eşitməmiş, çölə çıxdıqda artıq həmin şəxsi görməmiş, ona heç kim mane olmamış, bütün bu hadisə 6-7 saniyə çəkmiş, hər şeyin ani olduğunu, idman papaqlı şəxsin nəyə görə qadını vurduğunu bilməmişdir. Hava qaranlıq olduğu üçün həmin şəxsin üz əlamətlərini görməmiş, Zərərçəkmiş şəxs tanımadığı üçün onun əxlaqsız hərəkətlər edib-etməməsi barədə məlumatsız olmuş, yaşadıqları binadakı sakinlərin əksəriyyəti kirayəşin olduğuna görə qonşuların çoxunu tanımamış, hadisədən sonra Zərərçəkmiş şəxs yan blokda dördüncü mərtəbədə qızı və oğlu ilə birlikdə yaşadığını öyrənmişdir. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə elan olunaraq araşdırılmış Şahid10 ifadəsindən görünür ki, o, usta yanında fəhlə işləməklə dolanışığımı təmin etmişdir. Adının sonradan Zərərçəkmiş şəxs olduğunu öyrəndiyi təxminən 3 ildir ki, tanıdığı qadınla instaqramda tanış olmuşdur. 2-3 ildir ki, instaqramdan istifadə etsə də, ancaq whatsappı olan telefonu olmadığından 2020-ci ilin fevral ayından instagramdan istifadə etməmişdir. İnstaqramdakı profili “əhmədovazər14” olmuş, həmin qadının instaqram profilini xatırlamamışdır. Həmin qadın öz instaqram səhifəsində şəklini qoymamış və öz şəkillərini paylaşmamışdır. Həmin qadın ona instaqramda yazmışdır ki, ruhi xəstə olan oğlunu müalicə etdirdiyinə görə pula ehtiyacı olmuş, nəyə gücü çatırsa, göndərməyini demişdir. Həmin qadından adını soruşanda adının Sima olduğunu demişdir. Pul göndərmək üçün ondan vəsiqəsini istəsə də, həmin qadın ona verməyib taksi ilə ona göndərməsini demişdir. 2017-ci ilin müxtəlif aylarında 2 dəfə birinci 100 manat, ikinci dəfə 50 manat olmaqla ona pul göndərmişdir. Sonradan həmin qadın instaqramda çox olmadığından ondan whatsapp nömrəsini istədikdə o da vermişdir. Nömrəsini ona verdikdən sonra onunla tez-tez yazışmışdır. Söhbət zamanı Sima özünün restoranda aşpaz işlədiyini, evli olub boşandığını, bir qızı və bir oğlu olduğunu demişdir. Whatsappda bir müddət yazışdıqdan sonra Sima ona demişdir ki, Bakıya gələndə bir yer tutub orada görüşmələri üçün ona xəbər etsin. Sima whatsappda danışanda ondan xoşunun gəldiyini, onunla yaşamaq, yəni cinsi əlaqədə olmaq istədiyini demişdir. Simayla 1-2 il sevgili kimi yazışmışlar. Sima ona bir neçə dəfə şəkillərini göndərmiş, Simaya çılpaq şəklini göndərməsini dedikdə Sima yanında kiminsə olduğunu deyib sonra göndərəcəyini desə də, ona çılpaq şəklini göndərməmişdir. Whatsappda yazışanda Sima ona demişdir ki, “gələrsən Bakıya görüşərik, yer tutarsan, bir yerdə gedərik ora”. Simanın bu danışıqlarından onun yüngül həyat tərzi keçirən biri olduğunu hiss etdiyinə görə istəmişdir ki, onunla görüşüb cinsi əlaqədə olsun. Lakin indiyə kimi onunla görüşməmiş və cinsi əlaqə olmamışdır. Whatsappda Sima ona onu bəyəndiyini, onunla yaşamaq istədiyini bildirmiş, arabir ona niyə Bakıya gəlmədiyini soruşanda o qədər imkanı olmadığını demişdir. Bunu da qeyd etmişdir ki, pulu həmin qadına oğlu xəstə olduğuna görə göndərmişdir. Sonradan whatsappda Sima ona onunla yaşamağı təklif etsə də, imkan tapıb Bakıya gedə bilməmişdir. Bakıya gedəndə qaynanasıgildə gedib qalmış, tarixini dəqiq xatırlamamışdır. 2019-cu ilin əvvəlində Sima ondan yenə xəstə oğluna görə pul istədikdə demişdir ki, özü də fəhlə işləyir, maddi imkanı olmamışdır. Bundan sonra Sima ona, o da Simaya yazmamışdır. Həmin vaxtdan Simayla əlaqə saxlamamışdır. 2020-ci ilin fevral ayında Simaya whatsappda ürək şəkli göndərsə də, Sima ona cavab verməmişdir. Nəsimi rayon prokurorluğundan ona zəng edildikdə Simanın qətlə yetirildiyi barədə məlumatı olmuşdur. Bundan başqa bildirmişdir ki, Təqsirləndirilən şəxs tanımamış, Zərərçəkmiş şəxs kiminləsə cinsi əlaqədə olmasının şahidi olmamış, amma onunla təxminən 1-2 il sevgili kimi whatsappda danışmış, Tovus ona Bakıya gəlməyini, onunla yaşamaq, yəni cinsi əlaqədə olmaq istədiyini demişdir. Tovusla cinsi əlaqədə olmamışdır. Tovusun danışıqlarından onun yüngül həyat tərzi keçirən biri olduğunu hiss etmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs öldürməsi barədə əvvəlcədən məlumatsız olmuş, Tovusun rəfiqələri və tanışlarını tanımamışdır. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə elan olunaraq araşdırılmış Şahid9 ifadəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə 2001-ci ildə ailə həyatı qurmuş, evləndikdən sonra Sahib, o və anası bir yerdə yaşamağa başlamışlar. Anası uzun müddətdir ki, yataq xəstəsidir. Onların övladları olmamışdır. Sahiblə arasında tez-tez söz-söhbət olduğu üçün Sahib təxminən 2010-ci ildə evdən çıxıb getmişdir. Ayrı yaşasalar da, rəsmi şəkildə boşanmamışlar. İmkanı olmadığından məhkəməyə boşanmaq üçün müraciət edə bilməmişdir. Sahib evdən çıxıb getdiyi vaxtdan indiyə qədər ona maddi yardım etməmişdir. Anası pensiya aldığı üçün həmin pensiya ilə dolanmağa çalışmışlar. Arada, bəzən tez-tez Sahib ya onun mobil telefonuna, ya da ev telefonuna zəng edib hal-əhvalını soruşmuşdur. Sahib çıxıb getdiyi vaxtdan indiyə qədər Sahiblə görüşməmişdir. Sahiblə evləndikdən sonra onun bacısı Zərərçəkmiş şəxs tanımış, Tovusla münasibəti normal olmuş, heç vaxt aralarında narazılıq olmamışdır. Tovus ailədaxili söz-söhbətləri olduğundan ərindən ayrılmışdır. Sonradan Tovus adını bilmədiyi başqa bir şəxslə ailə həyatı qurmuşdur. Amma onların rəsmi nikaha daxil olub-olmaması barədə məlumatı olmamışdır. Sahibin qohumları ilə yaxın münasibəti olmamışdır. Tovusun bir oğlu və bir qızı olmuş, Tovusun oğlunun adı Məftun, qızının adı Nuranə olmuşdur. Məftunda əsəb pozğunluğu olduğunu eşitmişdir. Tovus uşaqları ilə birlikdə “Memar Əcəmi” metro stansiyası tərəfdə ünvanını dəqiq bilmədiyi evdə kirayə yaşamışdır. Tovusun nə işlə məşğul olması barədə məlumatı olmamışdır. Sahib özünə qapanan, başqaları ilə münasibət qurmağa meyilli olmayan biri olmuş, Sahibin bacıqardaşları ilə yaxın münasibəti olmamışdır. Sahib malyar ustası kimi işləmişdir. Sahibin harada, tək yaxud kimləsə bir yerdə yaşaması barədə məlumatı olmamışdır. Tovusun oğlu Məftun 2019-cu ilin dekabr ayının sonunda itkin düşmüşdür. Sahibin həmin hadisə ilə bağlı Tovusgilə gedib-getməməsi barədə məlumatı olmamışdır. xx.xx.2020-ci il tarixdə axşam saat 22-23 radələrində qohumlardan biri zəng edərək Sahibi bacısının boğazını kəsib qətlə yetirdiyini demiş, amma hadisənin necə baş verməsi barədə məlumatı olmamışdır. Şahid9 ona verilmiş suallara cavab olaraq Sahibin və Tovusun, eləcə də, Tovusun ailə üzvlərinin Sahiblə ədavətinin olub-olmaması, Sahibin və Tovusun maddi problemlərinin olub-olmaması, onların kiməsə və ya digər şəxslərin onlara borclarının olub-olmaması barədə məlumatı olmadığını, evli olduqları vaxt Sahibin spirtli içkilər, narkotik vasitə və ya psixotrop maddələr etmədiyini və digər pis vərdişlərə meylli olmadığını, evləndikdən sonra Sahibin, eləcə də, spirtli içkilər, narkotik vasitə və ya psixotrop maddələr etməsi və digər pis vərdişlərə meylli olması barədə məlumatı olmadığını bildirmişdir. Sahib öz qohumları barədə danışdığına görə əvvəllər Tovusla Sahib arasında hər hansı bir mübahisə, dava-dalaşın olması barədə məlumatı olmamışdır. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs öldürməsinin səbəbini bilməmiş, Sahib Tovusu öldürmək istəməsi barədə əvvəllər ona heç bir söz deməmiş, 10 ildir ki, Sahibi görməmiş, Tovusun əxlaqsızlıqla məşğul olmasını eşitməmiş, amma hadisə baş verdikdən sonra eşitmişdir ki, Sahib Tovusu əxlaqsızlıq etdiyinə görə öldürmüşdür. Tovusun kənar şəxslərlə münasibətinin, həmçinin, təbii və ya qeyri-təbii cinsi əlaqədə olub-olmaması barədə məlumatı olmamış, Tovusun ölümündə Təqsirləndirilən şəxs başqa kənar şəxslərin iştirakı, təhrikinin olub-olmamasını bilməmişdir. Sahibin Tovusun əxlaqsızlıqla məşğul olmasını dəqiq bilməsi barədə məlumatı olmamış, Sahib Tovusun əxlaqsızlıqla məşğul olması barədə ona əvvəlcədən heç nə deməmiş, Sahibin Tovusu nə vaxt öldürmək qərarına gəlməsi barədə məlumatı olmamışdır. xx.xx.2020-ci il tarixdə saat 01:50:43, 01:52:59 və 02:00:11-də Sahiblə danışan zaman ona bacısı Tovusu qətlə yetirməsi, ümumiyyətlə, baş vermiş hadisə barədə heç nə deməmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidlərin ifadələri ilə yanaşı istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin 1-ci cild 4-17-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış xx xxxxxx 2020-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, hadisə yeri Bakı şəhəri, Nəsimi rayonu, H.B.Əliyev küçəsində yerləşən 12 nömrəli binanın ikinci blokunun qarşısında yerləşən dəmir materialdan olan çardağın yanıdır. Çardağın yanında arxası üstə uzanıqlı vəziyyətdə və üzəri ağ mələfə ilə örtülmüş qadın cinsli meyit vardır. Meyitin əynində qara rəngli şalvar, qara rəngli kofta və qara rəngli gödəkcə vardır. Meyitin üz nahiyəsi, əlləri, qarın nahiyəsi və paltarları üzərində qanabənzər maddə vardır. Meyitin sol tərəfində yerdə topa halında qanabənzər mayeşəkilli, tam qurumamış maddə vardır. Həmçinin, meyitin sağ tərəfində çardağın daş döşəməsi və dəmiri üzərində topa şəklində qurumuş halda qanabənzər maddə vardır. Həmin maddələrdən pambıq hopdurucu vasitəsilə nümunə götürülərək müvafiq qaydada qablaşdırılmışdır. Bundan başqa, hadisə yerində çardağın giriş hissəsində daş döşəmə üzərində bir ədəd qara rəngli ayaqqabı, çardağın ortasında yerləşən dəyirmi stolun üzərində bir ədəd qara rəngli ayaqqabı, meyitin olduğu yerdə 01 ədəd ülgüc başlığının hissəsi (divar kağızı kəsmək üçün nəzərdə tutulmuş kəsici alət başlığı) müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Bundan sonra Zərərçəkmiş şəxs yaşadığı və hadisə yerinin qarşısında olan 12 nömrəli binanın dördüncü mərtəbəsində yerləşən 26 nömrəli mənzilə baxış keçirilmiş və baxış zamanı mənzildə iş üçün əhəmiyyət kəsb edən hər hansı bir hal müəyyən edilməmişdir. Baxış zamanı fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. Cinayət işinin 1-ci cild 52-ci vərəqəsində olan Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan xx xxxxxx 2020-ci il tarixli, 2/813 №-li tibbi müayinə protokolundan görünür ki, Təqsirləndirilən şəxs alkoqol qəbulu əlamətləri yoxdur, ayıqdır. Cinayət işinin 1-ci cild 53-59-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış xx xxxxxx 2020-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, hadisə yerinə keçirilmiş əlavə baxış zamanı iş üçün əhəmiyyət kəsb edən başqa hər hansı əşya və ya predmet müəyyən edilməmiş və götürülməmişdir. Baxış zamanı fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. Cinayət işinin 1-ci cild 60-69-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış xx xxxxxx 2020-ci il tarixli meyitə baxış keçirilməsi haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs meyitində boyun nahiyəsində, sol körpücüküstü nahiyədə və əl nahiyələrində yaralar vardır. Meyitə baxış zamanı meyitə məxsus qolsuz gödəkcə, köynək, şalvar, retuz, alt paltarı, büstqalter və kürk iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Cinayət işinin 1-ci cild 73-74-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış xx xxxxxx 2020-ci il tarixli könüllü təqdim etmə və baxış keçirmə barədə protokoldan və protokola əlavə edilmiş Təqsirləndirilən şəxs cinayəti törətdiyi rezakı könüllü olaraq təqdim etmiş və baxış zamanı rezakın açıq vəziyyətdə ölçüsünün 17 sm, bağlı vəziyyətdə 14 sm, kəsici hissəsinin uzunluğu 3 sm olduğu, tutacaq hissəsinin isə sarı rəngdə olduğu müəyyən edilmişdir. Cinayət işinin 1-ci cild 85-86-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış xx xxxxxx 2020-ci il tarixli götürmə aparılması haqqında protokoldan görünür ki, hadisə zamanı Təqsirləndirilən şəxs əynində olmuş qara rəngli gödəkcə, tünd göy rəngli cins şalvar, boz rəngli üzəri dama-dama naxışlı sviter götürülmüşdür. Cinayət işinin 1-ci cild 87-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış xx xxxxxx 2020-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisə zamanı Təqsirləndirilən şəxs əynində olmuş qara rəngli gödəkcə, tünd göy rəngli cins şalvarŞ boz rəngli üzəri dama-dama naxışlı sviterə baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, içərisində “Pioneer” və “Ahlers” yazıları olan gödəkcənin üzərində, etiketi üzərində “Drives” yazısı olan şalvarın və etiketi üzərində “Reym” yazısı olan sviterin üzərində hər hansı zədə aşkar olunmamışdır. Cinayət işinin 1-ci cild 122-128-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış xx xxxxxx 2020-ci il tarixli təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs istintaq zamanı verdiyi ifadəsini bir daha təsdiq edərək, baş vermiş hadisəni əyani şəkildə göstərmişdir. Cinayət işinin 1-ci cild 143-149-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış xx xxxxxx 2020-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan “Keneksi” markalı “X5” modelli mobil telefona baxış keçirilmiş və baxış zamanı telefonda “Tobus” adıyla qeyd olunmuş “***-***-**-**” mobil nömrəsiylə xx.xx.2020-ci il tarixdə saat 20:38-də 00:47 dəqiqə, 21:12-də 00:06 dəqiqə, 21:50-də 00:38 dəqiqə danışıq olmuşdur. Cinayət işinin 1-ci cild 203-211-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış xx xxxxxx 2020-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs nın istifadəsində olan “Samsung Galaxy J3” markalı mobil telefona baxış keçirilmiş və baxış zamanı xx.xx.2020-ci ildə saat 20:41, 21:16 və 21:54-də “Sahib” adlı şəxsdən zənglər gəldiyi və danışıq aparıldığı müəyyən edilmiş, həmçinin telefonda olan “Whatsapp” və “Facebook” mobil tətbiqlərinə baxış zamanı iş üçün əhəmiyyət kəsb edən hər hansı məlumat aşkar edilməmişdir. Cinayət işinin 1-ci cild 219-220-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X9 Publik hüquqi şəxsinin sağlamlığa zərər vurmanın təyini barədə xx xxxxxx 2020-ci il tarixli, 145 №-li ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində aşkar olunmuş xəsarətlər-sağ mil-bilək oynağı nahiyəsinin və sol əlin İİ barmağının səthi kəsilmiş yaraları iti kənarlı əşyanın (alətin) təsirindən müayinədən bir günə qədər əvvəl əmələ gəlmişdirlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2020-ci il tarixdə əmələ gələ bilərdilər, həm ümumilikdə və həm də ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin edilmir. Təqsirləndirilən şəxs bədən səthində aşkar olunmuş xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, həmin xəsarətin Təqsirləndirilən şəxs digər şəxsə xəsarət yetirərkən iti kənarlı əşyanın (ola bilsin ki, divar kağızı bıçağının) təsirindən əmələ gələ bilməsi mümkündür. Cinayət işinin 2-ci cild 12-14-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2020-ci il tarixli, 3757 №-li ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus olduğu qeyd olunan paltarlardan qara rəngli xəzi üzərindən tapılmış qara rəngli pambıq lifləri cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən gödəkcənin tərkib liflərinə uyğun gəlir. Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən paltarlar üzərində Zərərçəkmiş şəxs məxsus olduğu qeyd olunan paltarların tərkib liflərindən yoxdur. Cinayət işinin 2-ci cild 16-22-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X9 publik hüquqi şəxsinin xx xxxxxx 2020-ci il tarixli, 13 №-li meyitin ekspertizasının rəyinə əsasən aşağıdakılar müəyyən edilmişdir: Zərərçəkmiş şəxs meyitində aşağıdakı xəsarətlər aşkar olunmuşdur:
1. Boyun nahiyəsinin ön-sağ yan səthinin iri ölçülü kəsilmiş yarası (17x3-2 sm ölçüdə). Yara boyun nahiyəsinin ön səthindən başlayaraq köndələn-çəp istiqamətdə gedir və sağ qulaq sırğalığı bərabərliyində tamamlanır. Yaranın ən dərin hissəsi 3,5 sm-dir. Yaranın gedişi boyunca sağ ümumi yuxu arteriyası və daxili vidaci vena tam, nəfəs borusu isə hissəvi kəsilmişdir. Həmin yaranın boynun ön səthində olan hissəsindən 5 sm aralıda perpendikulyar istiqamətdə 3,5x2 sm ölçüdə yara ayrılır. Bu yaranın dərinliyi 0,5 sm-dir.
2. Boyun nahiyəsinin sağ yan-arxa səthinin kəsilmiş yarası (11x2-1 sm ölçüdə).
3. Boyun nahiyəsinin sol yan səthinin kəsilmiş yarası (4,5x0,2 sm ölçüdə).
4. Sol körpücüküstü nahiyənin səthi kəsilmiş yarası (7x0,5 sm ölçüdə).
5. Sol əlin İ barmağının distal falanqasının ön səthinin kəsilmiş yarası (2x0,3 sm ölçüdə).
6. Sol əlin İ-İİ barmaqarası hissəsinin səthi kəsilmiş yarası (2,3x0,2 sm ölçüdə).
7. Sol əlin İİİ barmağının orta falanqasının ön səthinin səthi kəsilmiş yarası (1,5x0,2 sm ölçüdə). Qeyd edilən xəsarətlər həyatidirlər, Zərərçəkmiş şəxs ölümündən az əvvəl, qərarın təsviri hissəsində göstərilən xx.xx.2020-ci il tarixdə əmələ gəlmişdirlər və ölümlə birbaşa səbəbli əlaqəlidirlər. Həmin xəsarətlərdən boyun nahiyəsinin ön səthindən başlayaraq sağ qulaq sırğalığında tamamlanan və sağ ümumi yuxu arteriyasının və daxili vidaci venanın tam, nəfəs borusunun hissəvi zədələnməsinə səbəb olan kəsilmiş yarası (sıra nömrəsi 1 olan 17x3-2 sm ölçüdəki yara) həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdir, boyun nahiyəsinin sağ yan-arxa səthinin kəsilmiş yarası (sıra nömrəsi 2 olan 11x2-1 sm ölçüdəki yara) sağlamlığı qısa müddətə pozan xəsarətlərin əlamətlərinə malik olduğundan sağlamlığa yüngül zərər vurmaya aiddir. Zərərçəkmiş şəxs meyitində aşkar olunmuş digər xəsarətlər (sıra nömrəsi 3,4,5,6,7 olan kəsilmiş yaralar) isə hər biri ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərin əlamətlərinə malik olduqlarından dərəcələri təyin edilmir. Zərərçəkmiş şəxs ölümünə səbəb boyun nahiyəsinin sağ ümumi yuxu arteriyasının və daxili vidaci venanın zədələnməsi ilə müşayiət olunan kəsilmiş yarasının törətdiyi kəskin qanitirmə olmuşdur. İlkin meyit əlamətlərinin inkişaf səviyyəsinə əsasən və ölümün kəskin qanitirmə nəticəsində baş verməsini nəzərə alaraq demək olar ki, Zərərçəkmiş şəxs ölümü onun meyitinin meyitxanada müayinəsi başlanandan (xx.xx.2020-ci il tarixdə saat 10:00-dan) 12-16 saat əvvəl baş vermişdir. Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş kəsilmiş yaralar iti kənarlı əşyanın (alətin) təsirindən əmələ gəlmişdirlər, ekspertizaya təqdim edilmiş divar kağızı bıçağının (rezakın) tiyəsinin kəsici təsirindən törənmələri mümkündür. Zərərçəkmiş şəxs meyitində aşkar edilmiş kəsilmiş yaralar yetirilərkən o, ayaqüstü, oturaq, yarımoturaq və uzanmış vəziyyətlərdə ola bilərdi. Zərərçəkmiş şəxs meyitində aşkar edilmiş xəsarətlərdən sol əlin İ barmağının, sol əlin İİİ barmağının və sol əlin İ-İİ barmaqlararası hissəsinin kəsilmiş yaraları özünü müdafiə zamanı əmələ gələ bilərdi. Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə kimya tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4-benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. Cinayət işinin 2-ci cild 24-29-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X7 publik hüquqi şəxsinin xx xxxx 2020-ci il tarixli, 121/2020-MTBŞ №-li maddi sübutların ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən ABO sistemi üzrə qan qrupu: 0/1/-dir. Zərərçəkmiş şəxs şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən ABO sistemi üzrə qan qrupu: 0/1/-dir. Ekspertizaya təqdim edilmiş 01 ədəd rezak, 04 ədəd pambıq topası, Zərərçəkmiş şəxs məxsus qolsuz gödəkcə, köynək, şalvar, retuz, tursik, büstqalter, kürk, Təqsirləndirilən şəxs məxsus şalvar, gödəkcənin üzərində olan ləkələrdə insan qanı aşkar olunmuşdur. Bu qan ləkələrinin ABO sistemi üzrə qrupu tədqiq olunduqda yalnız H antingeni alınmışdır. Beləliklə, bu qan ləkələri ABO sistemi üzrə H (1) qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs və ya Təqsirləndirilən şəxs məxsus ola bilər (əgər sonuncunun bədənində qanaxma ilə müşayiət olunan xəsarət olubsa). Təqdim olunmuş Təqsirləndirilən şəxs məxsus sviter üzərində qana şübhəli hər hansı bir ləkə aşkar olunmamışdır. Cinayət işinin 2-ci cild 39-56-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X7 publik hüquqi şəxsinin xx xxxx 2020-ci il tarixli, 66-MTKŞ/2020 №-li maddi sübutların ekspertizasının rəyinə əsasən aşağıdakılar müəyyən edilmişdir: -Ekspertizaya təqdim edilmiş və mərhum Zərərçəkmiş şəxs məxsus kürkün astar səthinin yuxarı hissəsinin sağ yarısında 02 ədəd, qolsuz gödəkcənin ön səthinin yuxarı hissəsinin sol yarısında, yaxalığın sol yarısında 01 ədəd və köynəyin arxa səthinin yuxarı hissəsində 03 ədəd kəsilmiş zədələr; kürkün ön səthinin yuxarı hissəsinin sol yarısında, kapuşon tikişi üzərində 01 ədəd, köynəyin arxa səthinin yuxarı hissəsinin sol yarısında 01 ədəd və qolsuz gödəkcənin ön səthinin yuxarı hissəsinin sol yarısında, boyunluğun üzərində 01 ədəd kənarı kəsilmiş zədə aşkar olunmuşdur. Bu zədələr iti kənarı olan hər hansı bir kəsici alətin (alətlərin) təsirindən əmələ gəlmişdirlər. -Ekspertizaya təqdim edilmiş və mərhum Zərərçəkmiş şəxs məxsus köynək, kürk və qolsuz gödəkçədə aşkar olunmuş kəsilmiş zədələrin ekspertiza tədqiqatına təqdim olunmuş dəftərxana bıçağının tiyəsi ilə və ya oxşar konstruktiv xüsusiyyətli alətin tiyəsinin təsiri ilə törənməsi inkar olunmur. -Ekspertizaya təqdim edilmiş və mərhum Zərərçəkmiş şəxs məxsus kürkün astar səthinin sağ qolun dairəvi tikişi üzərində bir ədəd küt yaranma mexanizminə malik sökülmə zədəsi vardır və bu zədə kürkün sağ qolunun kəskin dartılması nəticəsində əmələ gəlmişdir. -Mərhum Zərərçəkmiş şəxs məxsus kürkün ön səthinin yuxarı hissəsinin sol yarısında, kapuşonu tikişi üzərində olan 01 ədəd və onunla nisbi olaraq üst-üstə düşən qolsuz gödəkçənin ön səthinin yuxarı hissəsinin sol yarısında, boyunluğun üzərində olan 01 ədəd kəsilmiş xarakterli zədələr onun boynunun sol yan səthində olan kəsilmiş yara ilə, qolsuz gödəkçənin ön səthinin yuxarı hissəsinin sol yarısında, yaxalığın sol yarısında olan 01 ədəd kəsilmiş zədə isə onun sol körpücüküstü nahiyəsində olan bir ədəd səthi kəsilmiş yarası ilə öz yerləşmələrinə görə nisbi olaraq uyğun gəlirlər. -Zərərçəkmiş şəxs meyitinin üzərində olan sol əlin İ barmağının distal falanqasının ön səthinin 2x0,3 sm ölçülü kəsilmiş yarası, sol əlin İ-İİ barmaqarası hissəsinin səthi 2,3x0,2 sm ölçülü kəsilmiş yarası və sol əlin İİİ barmağının orta falanqasının ön səthinin səthi 1,5x0,2 sm ölçülü kəsilmiş yarası bədənin müvafiq nahiyəsinin örtülmədiyi üçün mərhum Zərərçəkmiş şəxs məxsus paltarlarda öz əksini tapmamışdır. -Mərhum Zərərçəkmiş şəxs paltarları üzərində aşkar olunmuş digər zədələr onun bədən səthində öz əksini tapmamışdır. Bu da yalnız paltarların zədələnməsi ilə izah oluna bilər. -Tədqiqat zamanı ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus bir ədəd gödəkçə, bir ədəd poluver və bir ədəd şalvar üzərində əhəmiyyət kəsb edən heç bir zədə aşkar olunmamışdır. -Təqsirləndirilən şəxs bədən səthində aşkar olunmuş sağ mil-bilək oynağı nahiyəsinin və sol əlin İİ barmağının səthi kəsilmiş yaraları bədənin müvafiq nahiyələrinin örtülmədiyi üçün paltarlarda öz əksini tapmamışdır. -Ekspertizaya təqdim olunmuş predmet zavod üsulu ilə hazırlanmış məişət-təsərrüfat təyinatlı dəftərxana bıçağının (rezak-ın) tiyəsidir və soyuq silah hesab olunmur. Cinayət işinin 2-ci cild 70-79-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış xx xxxxx 2020-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil telefona və Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** saylı mobil telefona daxil olan və çıxan zənglərə, anten dairəsi barədə məlumatlara baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs hadisə baş verən gün yəni, xx.xx.2020-cu il tarixdə saat 20:40 və 21:14 radələrində ünvan 6 ünvanında olarkən bacısı Tovus Qafarova ilə danışmışdır. Anten dairəsi məlumatlarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə saat 16 radələrindən 22 radələrinədək Nəsimi rayonu 3-cü mikrorayonda olmuşdur. Cinayət işinin 2-ci cild 80-82-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış xx xxxxx 2020-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan və protokola əlavə edilmiş CD diskdən görünür ki, telefon məlumatları qeydə alınmış CD diskə baxış zamanı iş üçün əhəmiyyət kəsb edən hər hansı məlumat əldə edilməmişdir. Beləliklə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə cinayət əməlini törətməsində təqsirli olması kifayət qədər sübuta yetirildi. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə tövsif olunmuş, o, həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx xxxxxx 2002-ci il tarixli qərarının izah və tövsiyələri baxımından da, əsaslı hesab edir. Belə ki, plenum qərarının 8-ci bəndində qeyd edilmişdir ki, təqsirkarın əməli xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi CM-nin 120.2.4-cü maddəsi ilə tövsif edilərkən nəzərə almaq lazımdır ki, burada xüsusi amansızlıq anlayışı həm adam öldürmənin üsulu ilə, həm də təqsirkarın cinayət törədərkən xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olur. Əməl xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilərkən müəyyən edilməlidir ki, təqsirkarın qəsdi zərərçəkmişi məhz xüsusi amansızlıqla həyatdan məhrum etməyə yönəldilmişdir. Xüsusi amansızlığın əlamətləri həyatdan məhrumetmə ərəfəsində və ya adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılması, uzun müddət ac-susuz saxlanması və s.) yetirilməsi hallarında mövcud olur. Xüsusi amansızlıq həmçinin təqsirkarın zərərçəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi hallarda öldürməkdə də ifadə oluna bilər. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs barəsində tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2002-ci il tarixli qərarının izah və tövsiyələrini də nəzərə alır. Belə ki, qərarda qeyd edilmişdir ki: “Qəsdən adam öldürməyə görə cəza təyin edilərkən cinayətin baş verməsinin bütün halları, qəsdin növü, motivi və məqsədi, üsulu edilmə mərhələsi və şəraiti,həmçinin təqsirkarın şəxsiyyəti, törətdiyi əmələ münasibəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Eyni zamanda zərərçəkmişin şəxsiyyətinə aid məlumatlar, onun təqsirkarla qarşılıqlı münasibəti, həmçinin hadisəyə qədərki davranışı tədqiq olunmalıdır”. Cinayət işi üzrə məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs sosial vəziyyəti, şəxsiyyəti, psixi və tibbi durumu və digər halların araşdırılması üçün müəyyən orqanlara sorğular ünvanlanmış və həmin sorğulara cavablar verilmişdir. Cinayət işinin 1-ci cild 227-228-ci vərəqələrində olan X15 Ərazi Dairəsi üzrə nümayəndəliyindən daxil olmuş arayış-xasiyyətnamədən görünür ki, Cəfərova X5 şəhərində daimi qeydiyyatda olub, məcburi köçkün olmaqla, Bakı şəhəri, Nəsimi rayonu, 5-ci mkr, 20 Yanvar küçəsi, ev 30, mənzil 36-da kirayədə yaşamış və barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. Cinayət işinin 1-ci cild 240-cı vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və X2 daxil olmuş xx xxxx 2020-ci il tarixli tələbnamədən görünür ki, Zərərçəkmiş şəxs məhkumluğu olmamışdır. Cinayət işinin 1-ci cild 190-cı vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı Şəhər Baş Səhiyyə İdarəsinin 2 nömrəli X1 daxil olmuş xx xxxxxx 2020-ci il tarixli, 1/167 saylı məktubdan görünür ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs son 10 ildə stasionar müalicə üçün Bakı şəhəri 2 №-li KPX-na müraciət etməyiblər. Cinayət işinin 1-ci cild 191-ci vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı Şəhər Narkoloji Dispanserindən daxil olmuş xx xxxxxx 2020-ci il tarixli, 677 №-li məktubdan görünür ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs BŞND-də qeydiyyatda yoxdurlar. Cinayət işinin 1-ci cild 237-ci vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzindən daxil olmuş xx xxxx 2020-ci il tarixli, xx/xx-2256 №-li məktubdan görünür ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs yuxarıda adı göstərilən mərkəzdə müalicədə olmayıblar və qeydiyyatda yoxdurlar. Cinayət işinin 1-ci cild 238-ci vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya Xəstəxanası publik hüquqi şəxsindən daxil olmuş xx xxxx 2020-ci il tarixli, 1879 №-li məktubdan görünür ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmayıblar. Cinayət işinin 1-ci cild 225-226-cı vərəqələrində olan X16 Ərazi Dairəsi üzrə nümayəndəliyindən daxil olmuş arayış-xasiyyətnamədən görünür ki, Cəfərov X6 şəhərində daimi qeydiyyatda olub, məcburi köçkün olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mikrorayon, M.Ə.Rəsulzadə qəsəbəsi, 8 mart küçəsi, ev 24 a-da kirayədə yaşayır və barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. Cinayət işinin 1-ci cild 2401-242-ci vərəqələrində olan Azərbaycan Respublikası DİNnin Baş Əməliyyat və X2 daxil olmuş xx xxxx 2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. Cinayət işinin 1-ci cild 229-cu vərəqəsində olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zəngilan Rayon Bölməsindən daxil olmuş xx.xx.2020-ci il tarixli, 114 №-li məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.1999-cu il tarixli M/V 033287 №-li müharibə veteranı vəsiqəsi verilmişdir. Cinayət işinin 2-ci cild 58-60-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi publik hüquqi şəxsinin xx xxxx 2020-ci il tarixli, 585 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Cinayət işi materiallarından və hal-hazırki psixiatrik müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs, həmçinin, ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CMnin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs törətdiyi əməl zamanı hərəkət və davranışını şüurlu olaraq idarə edilməsinə, məhdudlaşdırıla bilməsinə təsir göstərə biləcək vəziyyətdə olmamış, psixi emosional sferasında iş üçün əhəmiyyət kəsb edəcək hər hansı bir dəyişiklik yaranmamışdır. Təqsirləndirilən şəxs hadisə baş verən vaxt emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək, hərəkət və davranışını tənzimləmək və onları iradi nəzarət etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədən zaman fizioloji affekt (qəflətən baş vermiş güclü ruhi həyəcan) vəziyyətində olmamışdır. Cinayət işinin 2-ci cild 61-62-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsinin ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx xxxxx 2020-ci il tarixli, 862 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs çətənə bitkisi preparatlarından istifadə etmə hallan olub. Lakin hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əziyyət çəkmir və narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 1-ci cild 72-ci vərəqəsində olan xx xxxxxx 2020-ci il tarixli könüllü təslim olma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs əxlaqsızlıq etdiyinə görə rezakla boğazını kəsərək öldürdüyünü bildirmiş və könüllü təslim olmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs könüllü gəlib təqsirini boynuna alması Azərbaycan Respublikası CM-nin 59.1.10-ci maddəsinə, müharibə veteranı və məcburi köçkün olmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsində göstərilmişdir ki, bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cu maddələrində göstərilən cəzanı yüngülləşdirən hallar olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.2-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında ömürlük azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulduqda, bu Məcəllənin 60.1-ci maddəsində müəyyən edilmiş qayda tətbiq edilmir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən, xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ciddi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Qeyd edilənlərlə yanaşı, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. Təqsirləndirilən şəxs ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı müvafiq olaraq xx xxxxxx 2020-ci il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin 1-ci cild 37-ci vərəqəsində olan cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Həmçinin, cinayət işinin 1-ci cild 129-130-cu vərəqələrində olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 4(006)-64/2020 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin əlamətlərinin aşkar olunmasını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93-1-ci maddəsinə əsasən o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdırlar. İş üzrə mülki iddia yoxdur. İş üzrə məhkəmə xərci olan 119,88 (yüz on doqquz manat səksən səkkiz qəpik) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. İş üzrə maddi sübut kimi tanınmış və Nəsimi Rayon Prokurorluğunun maddi sübutların saxlanılması otağında saxlanılan hadisə yerinə baxış zamanı götürülmüş bir ədəd dəftərxana bıçağının (rezakın) qırılmış ülgüc başlığı, 02 ədəd pambıq topasına hopdurulmuş qanabənzər nümunələr, meyitin əynində olan 01 ədəd qara rəngli kürk, 01 ədəd qara rəngli cins şalvar, 01 ədəd qara rəngli retuz, 01 ədəd qara rəngli qolsuz gödəkçə, 01 ədəd qara rəngli köynək, 01 ədəd qara rəngli büstqalter, 01 ədəd ağ rəngli alt paltarı, Təqsirləndirilən şəxs könüllü şəkildə istintaqa təqdim etdiyi cinayəti törətməkdə istifadə etdiyi, cinayətin aləti olan 01 ədəd dəftərxana bıçağı (rezakı) və hadisə zamanı sonuncunun əynində olmuş qara rəngli gödəkcə, tünd göy rəngli cins şalvar, üzəri damadama naxışlı 4 düyməli boz rəngli sviter məhv edilməli, Zərərçəkmiş şəxs məxsus “Samsung” markalı və Təqsirləndirilən şəxs məxsus “Keneksi” markalı mobil telefonlar müvafiq olaraq Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs qohumlarına qaytarılmalı, “xxxxxxx” MMC-dən daxil olmuş Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-**, Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** nömrəsinə daxil olan və çıxan zənglərin siyahısına dair məlumatların köçürüldüyü 02 ədəd kompakt diskin cinayət işi materiallarına əlavə edilib saxlanılması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının CM-nin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsində qeyd edilmişdir ki, xüsusi müsadirə cinayət hüquqi tədbiri aşağıda göstərilən əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla). Azərbaycan Respublikası CM-nin 99-3.1-ci maddəsinə əsasən müsadirə məsələsi həll olunarkən ilk növbədə cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan ödənilməlidir. Cinayət işi üzrə mülki iddia yoxdur, cinayət nəticəsində vurulmuş ziyan müəyyən edilməmiş, təqsirləndirilən şəxsin hər hansı bir əmlakı üzərinə həbs qoyulmamışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli və “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2002-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 19 (on doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. İş üzrə maddi sübut kimi tanınmış və Nəsimi Rayon Prokurorluğunun maddi sübutların saxlanılması otağında saxlanılan hadisə yerinə baxış zamanı götürülmüş bir ədəd dəftərxana bıçağının (rezakın) qırılmış ülgüc başlığı, 02 ədəd pambıq topasına hopdurulmuş qanabənzər nümunələr, meyitin əynində olan 01 ədəd qara rəngli kürk, 01 ədəd qara rəngli cins şalvar, 01 ədəd qara rəngli retuz, 01 ədəd qara rəngli qolsuz gödəkçə, 01 ədəd qara rəngli köynək, 01 ədəd qara rəngli büstqalter, 01 ədəd ağ rəngli alt paltarı, Təqsirləndirilən şəxs könüllü şəkildə istintaqa təqdim etdiyi cinayəti törətməkdə istifadə etdiyi, cinayətin aləti olan 01 ədəd dəftərxana bıçağı (rezakı) və hadisə zamanı sonuncunun əynində olmuş qara rəngli gödəkcə, tünd göy rəngli cins şalvar, üzəri damadama naxışlı 4 düyməli boz rəngli sviter məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış və Nəsimi Rayon Prokurorluğunun maddi sübutların saxlanılması otağında saxlanılan Zərərçəkmiş şəxs məxsus “Samsung” markalı və Təqsirləndirilən şəxs məxsus “Keneksi” markalı mobil telefonlar müvafiq olaraq Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs qohumlarına qaytarılsın, “xxxxxxx” MMC-dən daxil olmuş Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-**, Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** nömrəsinə daxil olan və çıxan zənglərin siyahısına dair məlumatların köçürüldüyü 02 ədəd kompakt diskin cinayət işi materiallarına əlavə edilib saxlanılması nəzərə alınsın. İş üzrə məhkəmə xərci olan 119,88 (yüz on doqquz manat səksən səkkiz qəpik) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu vaxtdan, təqsirləndirilən şəxsə isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.