Məhkəmə qərarları › İş №1(101)-913/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-913/2022

07.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-913/2022 07.06.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Mahmudov İlham Ağa oğlunun sədrliyi ilə, hakimlər Qəniyev Faiq Əsəd oğlu və Əkbərov Məhəmməd Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X4, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi “Mərkəz” Vəkil Bürosunun vəkili X6 iştirakları ilə xx.xx.1972-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Bakı Ağır Cinayətlər məhkəməsinin 21 dekabr 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 05 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Binəqədi rayonu, Fatmayı bağlan adlanan ərazidə yerləşən fərdi yaşayış-bağ evində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Naziriliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasmda saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs 2021-ci ilin mart ayının sonlarında istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq külli miqdarda kultivasiya etmək məqsədilə əkilməsi, becərdilməsi, yetişdirilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkilərinin toxumlarını əldə edərək həmin tarixdə, həmin tərkibində narkotik maddələr olan bitkilərin toxumlarını yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Fatmayi bağlan adlanan ərazidə yerləşən fərdi yaşayış-bağ evinin həyətindəki dəmir barmaqlıqlarla əhatə olunaraq çəpərlənmiş, habelə həyətdəki daş hasarın kənan və digər hissələrdə əkib onlara su, gübrə verməklə də aqrotexniki qaydada xüsusi qulluq edərək yetişdirib becərtməklə qanunsuz olaraq kultivasiya etmiş və 23 sentyabr 2021-ci il tarixdə saat 13:20 radələrində Bakı şəhəri, Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtanş tədbirləri nəticəsində yaşadığı evinin qarşısında saxlanılaraq həmin günü saat 14:50 radələrində yaşadığı həmin Bakı şəhəri, Binəqədi rayonu, Fatmayi bağlan adlanan ərazidə yerləşən fərdi yaşayış-bağ evinin həyətinə və evinə iştirakı ilə baxış keçirilərkən onun evinin həyətində yerləşən dəmir barmaqlıqlarla əhatə olunmuş çəpərlənmiş hissədə tərkibində narkotik maddə olan 84 ədəd, habelə həyətdəki daş hasarın kənan və digər hissələrdə daha 91 ədəd olmaqla qanunsuz olaraq aqrotexniki qaydada qulluq edərək əkib yetişdirməklə kultivasiya etdiyi yaş vəziyyətdə, ümumi sayı 175 (yüz yetmiş beş) ədəd, ümumi çəkisi- 74000,0 qram olan bitki nümunələri, əkilib-becərilməsi qadağan olunmuş külli miqdarda narkotik tərkibli çətənə (kannabis) bitkiləri aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, itiham aktında yazılanların hamısı düzdür. Belə ki, o, narkotik vasitəni elmi fəalliyyətlə məşğul olmaq üçün əkmişdir. Narkotik vasitənin tibbdə bir çox xəstəliklərin müalicəsində faydası misilsizdir. Buna misal olaraq şəkərli diabet, vərəm, xərçəng, dərialtı ləkələr kimi bir sıra xəstəlikləri göstərmək olar. Bundan əlavə, narkotik vasitə kulinariya sahəsində də geniş istifadə edilsə, insan orqanizmi üçün daha faydalı olar. Eləcə də müqəddəs kitab «Qurani- Kərimdə “şəfa otu” deyərkən məhz narkotik vasitə nəzərdə tutulur. Onun bu barədə çoxsaylı kitabları çap olunub, eyni zamanda, onlar müxtəlif dillərə tərcümə edilib. Onun gördüyü işlər barədə hakimiyyət nümayəndələri xəbərdardırlar. Belə ki, onlar öz nümayəndələrini onun yanına göndərmişlər və aralarında danışıqlar gedib və onlar bu görüşlərin nəticəsi olaraq onun düz danışdığını bildirmişlər. Uzun illər tədqiqat aparmış bir şəxs kimi onu deyə bilərə ki, narkotik vasitənin toxumundan tutmuş, göyərib boy atmasına qədər insan fəlsəfəsinə bənzəyir. Narkotik vasitənin insana xoş hisslər bəxş etməsini artıq sübuta yetirmişdir. Buna görə də təklif edir ki, narkotik vasitələrin leqallaşmasına icazə verilsin. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri və digər protokollarla tam öz təsdiqini tapmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. 23 sentyabr 2021-ci il tarxdə Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinə Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Binəqədi rayonu Fatmayı bağları adlanan ərazidə yerləşən fərdi yaşayış-bağ evininin həyətyanı sahəsində qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etməsi, yəni əkməsi, yetişdirməsi, onları toplaması ilə məşğul olması ilə bağlı məlumat daxil olmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Fatmayı bağları adlanan ərazidə yerləşən fərdi yaşayış-bağ evininin yaxınlığında saxlanılıb Bakı şəhəri, Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinə gətirilmişdir. Orada onun üzərinə şəxsi axtarış keçirilmişdir. Bu zaman Təqsirləndirilən şəxs üzərindən heç bir narkotik vasitə aşkar olunmamışdır. Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilər əkib-yetişdirməsi, onları toplaması ilə bağlı məlumat olduğunu bildirdikdə o, məlumatı doğruluğunu təsdiq edərək həmin bitkiləri polislərə təqdim edə biləcəyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs razılıq ərizəsi əsasında yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Fatmayı bağları adlanan ərazidə yerləşən fərdi yaşayış-bağ evinə və həyətyanı torpaq sahəsinə baxış keçirmək üçün oraya getmişlər. Baxış keçiriləmişdən əvvəl bitkiçilik sahəsində xüsusi bilik və bacarığa malik olan aqronom Şahid3 baxışda iştirak etmək üçün mütəxəssis qismində dəvət olunmuşdur. Beləliklə 23 sentyabr 2021-ci il tarixdə saat 14:50 radələrində Təqsirləndirilən şəxs könüllü razılığı ilə onun yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Fatmayı bağlan adlanan ərazidə yerləşən fərdi yaşayış-bağ evinə və həyətyanı torpaq sahəsinə videoçəkiliş vasitəsilə baxış keçirilmşdir. Baxış zamanı Təqsirləndirilən şəxs evinin həyətyanı sahəsində evin özünün yaxınlığında içərisində hündür kollar olan nazik setka dəmir barmaqlıqlarla əhatə olunub çəpərlənmiş kiçik sahəni göstərib bildirmişdir ki, həmin çəpərlənmiş kiçik sahənin içərisindəki çoxlu sayda bitkilər onun şəxsi istifadəsi üçün əkib- yetişdirdiyi, tərkibində narkotik maddələr olan bitkilərdir. Təqsirləndirilən şəxs hətta həmin bitkilərlə bağlı fikirlər söyləyib demişdir ki, təqdim etdiyi tərkibində narkotik maddələr olan həmin bitkiləri həmçinin, «kannabis», «marixuana», «kanaplya», «çətənə bitkisi» kimi də adlandırırlar. Həmin çəpərlənmiş sahə evin həyətyanı sahəsində xüsusi olaraq səliqəli şəkildə düzəldilmişdir, nazik metal konstruksiyalı dəmir barmaqlıqlarla əhatə olunmuşdur, kiçik qapısı da olmuşdur. Həmin çəpərin uzunluğu insan boyu hündürlüyündə olmuş, içərisindəki tərkibində narkotik maddələr narkotik tərkibli çətənə bitkilərinin hündürlüyü isə çəpərdən də hündür olmuşdur. Ardınca Təqsirləndirilən şəxs həmin çəpərlənmiş ərazidən bir neçə metr aralıda yenə də öz evinin həyətində yerləşən evə yaxın yerdə, yəni evinin həyətində tərkibində narkotik maddələr olan növbəti narkotik tərkibli çətənə bitkilərini də göstərib bildirmişdir ki, təqdim etdiyi həmin bitkilər də, narkotik tərkiblidir, onları da şəxsi istifadəsi üçün özü əkib-yetişdirmişdir. Ardınca Təqsirləndirilən şəxs evinin həyətində daş hasarın dibində tərkibində narkotik maddələr olan növbəti narkotik tərkibli çətənə bitkilərini göstərib bildirmişdir ki, təqdim etdiyi bitkilər də, «nəşə» kimi adlandırdığı narkotik tərkibli bitkilərdir, satış məqsədi ilə deyil, şəxsi məqsədləri ilə, elmi iş üçün əkib-yetişdirmişdir. Ardınca Təqsirləndirilən şəxs təqdim etdiyi daş hasarın dibindəki tərkibində narkotik maddələr olan bitkilərin düz yaxınlığında, yəni demək olar ki, eyni yerdə tərkibində narkotik maddələr olan növbəti narkotik tərkibli çətənə bitkilərini də təqdim etmişdir. Həmin bitkilərin də narkotik tərkibli «nəşə» kimi adlandırdığı bitkilər olmasını bildirib şəxsi istifadəsi üçün əkib-yetişdirdiyini söyləmişdir. Nizami Ağayenin evinin həyətyanı sahəsinə baxış keçirilib həyətindən tərkibində narkotik maddələr olan bitkilər aşkar olunandan sonra aqronom-mütəxəsiss qismində baxışa cəlb olunmuş Şahid3 təqdim olunan bütün bitkiləri nəzərdən keçirib bildirmişdir ki, aşkar olunan bitkilər spesifik iyə malik olan, aqrotexniki qaydada qulluq edilmiş, diblərinə gübrə verilmiş, suvarılmış, «nəşə» kimi də adlanan narkotik tərkibli bitkilərdir. Beləliklə Təqsirləndirilən şəxs evinin həyətindən külli miqdarda tərkibində narkotik maddələr olan narkotik tərkibli çətənə bitkiləri aşkar olunduqdan sonra həmin bitkilər tərəfimizdən kökündən çıxarılmaqla, kökündən sındırmaqla maddi sübut kimi yığılıb götürülmüşdür. Baxış zamanı Təqsirləndirilən şəxs evinin həyətindəki daş hasarın dibi və yaxınlığındakı sahədən kökündən çıxarılmaqla və sındırılmaqla götürülən tərkibində narkotik maddələr olan narkotik tərkibli çətənə bitkilərinin sayı 11 ədəd, evin həyətindəki evə yaxın yerdə olan sahədən aşkar olunaraq çıxarılmaqla və sındırılmaqla götürülən tərkibində narkotik maddələr olan narkotik tərkibli çətənə bitkilərinin sayı 80 ədəd, evinin həyətindəki xüsusi kiçik qapısı da olan nazik metal konstruksiyalarla çəpərlənmiş sahədən aşkar olunaraq kökündən çıxarılmaqla və sındırılmaqla götürülən tərkibində narkotik maddələr olan narkotik tərkibli çətənə bitkilərinin sayı 84 ədəd olmuşdur. Bütövlükdə Təqsirləndirilən şəxs evinin həyətyanı sahəsindən aşkar olunmuş tərkibində narkotik maddələr olan narkotik tərkibli çətənə bitkilərinin ümumi sayı 175 ədəd olmuşdur. Onların hündürlüklərini Ölçüldükdə müəyyən olmuşdur ki, onların 60 ədədi 3,5 metrdən-3,8 metrədək, 50 ədədi 2,5 metrdən-2,7 metrədək, 30 ədədi 1,30 metrdən-1,60 metrədək, 35 ədədi isə 1 metrdən- 1,20 metrədək hündürlükdədirlər. Həmin 175 ədəd narkotik tərkibli çətənə bitkiləri qeyd edildiyi kimi artıq əkilib-yetişdirilmiş hündür bitkilər olmuş, həmin bitkilərə xüsusi qaydada qulluq edilmiş, hətta onlardan 84 ədədi bunun üçün xüsusi çəpərlənmiş sahədə əkibyetişdirilmişdir. Həmin bitkilər torbalara yığılaraq qablaşdırılaraq möhürlənmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə istintaqı zamanı ifadəsi elan olunmuş Şahid2, Şahid1 ifadəsində qeyd etdiklərini təsdiq edərək eyni məzmunlu ifadələr vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, hal-hazırda restoranlarda xadimə işləyir. Təqsirləndirilən şəxs 2010-ci ildən tanıyır. Nizami ilə rəsmi olaraq 2013-cü ildə nigaha daxil olmuşlar. Nizami ilə evləndikdən sonra onunla birgə Bakı şəhəri, Binəqədi rayonu, Fatmayı bağları adlanan ərazidə yerləşən fərdi yaşayış-bağ evində yaşamışlar. Nizaminin yaxınları ümumiyyətlə bağ evinə gəlməmişlər. 2015-ci ildə Nizami tutulana qədər bağ evində heç bir narkotik tərkibli bitkilər əkib yetişdirməmişdir. 2015-ci ildə Nizami narkotk vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı həbs olunmuşdur. Nizami cəza çəkmə müəssisəsində cəza çəkdiyi müddətdə o, uşaqları ilə həmin Bakı şəhəri, Binəqədi rayonu, Fatmayı bağları adlanan ərazidə yerləşən fərdi yaşayış-bağ evində qalmışdır. Nizami cəza çəkmə müəsissəsindən azad olunmamışdan əvvəl ona telefonla xəbər göndərmişdir ki, uşaqları da götürüb bağ evini boşaltsın, çıxandan sonra özü orada tək qalacaqdır. 2020-ci il fevral ayında o, artıq Bakı şəhəri, Binəqədi rayonu, Fatmayı bağları adlanan ərazidə yerləşən fərdi yaşayış-bağ evini boşaltmış, uşaqlarını da götürüb bir müddət kirayədə, daha sonra isə anasıgildə qalmışdır. Hazırda da anası ilə birgə ünvan 3 ünvanında yaşayır. Binəqədi rayon məhkəməsinin 20 sentyabr 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxslə nigahlarına xitam verilmiş, Nizamiyə aliment də kəsilmişdir. 2020-ci ilin mart ayında Nizami cəzaçəkmə müəssisəsindən azad olunduqdan sonra Bakı şəhəri, Binəqədi rayonu, Fatmayı bağları adlanan ərazidə yerləşən fərdi yaşayış-bağ evində tək qalmağa başlamışdır. 22 sentyabr 2021-ci il tarixdə uşağı məktəbə apardıqda həmin ərazidə yaşayan valideynlər və ətrafda qalanlar ona yaxınlaşaraq bildirmişlər ki, Təqsirləndirilən şəxs “nəşəxorluq” edir, ağzında “nəşə” küçədə gəzir, bunu da uşaqlar görür. Daha sonra direktor müavini Aygün xanım məktəbli uşaqların Nizaminin həyətində əkdiyi otlardan gətirib çəkdiklərini bildirmişdir. Bundan sonra o, qızı ilə birgə Bakı şəhəri, Binəqədi rayonu, Fatmayı bağları adlanan ərazidə yerləşən fərdi yaşayış-bağ evinə getmişdir. Nizaminin uzun saç və saqqalı olmuşdur. Daha sonra bağ tərəfə gedəndə orada uzun, yaşıl bitkilər görmüşdür. Hansı ki onları əvvəllər görməmişdir. Nizami həmin bitkilərə damcı halında su vermiş, qulluğunda durmuşdur. Nizamidən həmin bitkilərin nə olmasını soruşduqda Nizami ona demişdir ki, “sənlik deyil, özüm üçün əkmişəm, heç kimə demə, özüm bilərəm, görürsən özünü görməməzliyə vur.” O, həmin bitkilərin şəklini telefona çəkib internetdə onlar haqqında maraqlandıqda narkotik tərkibli bitki olduqlarını öyrənmişdir. Daha sonra növbəti dəfə Nizaminin yaşadığı evə gəlmiş və onu yenə də pis vəziyyətdə görmüşdür. Buna görə də Daxili İşlər Nazirliyinin “102” xidmətinə və təcili tibbi yardıma zəng etmişdir. Ümumiyyətlə, Nizami dəfələrlə ona zəng edib evə çağıraraq özünü doğramaqla hədələmişdir. Eyni zamanda, azyaşlı qızına da zəng edib hədə-qorxu gələrək öldürməklə, yandırmaqla hədələmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 İsrafil oğlu ifadəsində göstərmişdir ki, o, hal-hazırda "xxxx" MMC-də bağban işləyir. O, X3 meyvə-tərəvəzçilik və üzümçülük fakültəsini «alim aqronom» ixtisası üzrə bitirmişdir. 23 sentyabr 2021-ci il tarixdə mütəxəssis qismində Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Fatmayı bağları adlanan ərazidə yerləşən fərdi yaşayış-bağ evininin həyətində videoçəkiliş vasitəsinə keçirilmiş baxışda iştirak etmişdir. Bu zaman təhqiqatçı Təqsirləndirilən şəxs evinin həyətyanı sahəsində qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etməsi, yəni əkib-yetişdirməsi ilə bağlı polisə məlumat daxil olduğunu bildirmiş, ondan həmin məlumatın doğru olub-olmadığını soruşduqda Təqsirləndirilən şəxs polislərə evinin həyətyanı sahəsində qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri əkib-yetişdirdiyini etiraf etmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs evinin həyətyanı sahəsində evin yaxınlığında içərisində hündür kollar olan nazik dəmir barmaqlıqlarla əhatə olunub çəpərlənmiş kiçik sahəni göstərib bildirmişdir ki, həmin çəpərlənmiş kiçik sahənin içərisindəki çoxlu sayda bitkilər onun şəxsi istifadəsi üçün əkib-yetişdirdiyi, «nəşə» kimi adlandırdığı tərkibində narkotik maddələr olan bitkilərdir. Təqsirləndirilən şəxs həmin bitkilərlə bağlı öz fikirlərini söyləyib demişdir ki, təqdim etdiyi tərkibində narkotik maddələr olan həmin bitkiləri həmçinin, «marixuana», «kanaplya», «çətənə bitkisi» kimi də adlandırırlar. Bunun ardınca Təqsirləndirilən şəxs həmin çəpərlənmiş ərazidən bir neçə metr aralıda yenə də öz evinin həyətində yerləşən evə yaxın yerdə, yəni evinin həyətində tərkibində narkotik maddələr olan növbəti narkotik tərkibli çətənə bitkilərini də göstərib bildirmişdir ki, təqdim etdiyi həmin bitkilər də, narkotik tərkiblidir, onları da şəxsi istifadəsi üçün özü əkib- yetişdirmişdir. Bunun ardınca Təqsirləndirilən şəxs evinin həyətində daş hasarın dibində tərkibində narkotik maddələr olan növbəti narkotik tərkibli çətənə bitkilərini göstərib demişdir ki, təqdim etdiyi bitkilər də, «nəşə» kimi adlandırdığı narkotik tərkibli bitkilərdir, satış məqsədi ilə deyil, şəxsi məqsədləri ilə, elmi iş üçün əkib- yetişdirmişdir. Ardınca Təqsirləndirilən şəxs təqdim etdiyi daş hasarın dibindəki tərkibində narkotik maddələr olan bitkilərin düz yaxınlığında, yəni demək olar ki, eyni yerdə tərkibində narkotik maddələr olan növbəti narkotik tərkibli çətənə bitkilərini də təqdim etmişdir. Həmin bitkilərin də narkotik tərkibi «nəşə» kimi adlandırdığı bitkilər olmasını bildirib şəxsi istifadəsi üçün əkib-yetişdirdiyini söyləmişdir. Təqsirləndirilən şəxs evinin həyətyanı sahəsinə baxış keçirilib həyətindən tərkibində narkotik maddələr olan bitkilər aşkar olunduqdan sonra o, təqdim olunan bütün bitkiləri nəzərdən keçirib bildirmişdir ki, aşkar olunan bitkilər spesifik iyə malik olan, aqrotexniki qaydada qulluq edilmiş, suvarılmış, dibinə kübrə verilmiş, «nəşə» kimi də adlanan narkotik tərkibli bitkilərdir. Təqsirləndirilən şəxs evinin həyətindən külli miqdarda tərkibində narkotik maddələr olan narkotik tərkibli çətənə bitkiləri aşkar olunduqdan sonra həmin bitkilər polislər tərəfindən kökündən çıxarılmaqla, kökündən sındırmaqla maddi sübut kimi götürülməyə başlanılmışdır. Baxış zamanı Təqsirləndirilən şəxs evinin həyətindəki daş hasarın dibi və yaxınlığındakı sahədən aşkar olunaraq götürülən tərkibində narkotik maddələr olan narkotik tərkibli çətənə bitkilərin sayı 11 ədəd, evin həyətindəki evə yaxın yerdə olan sahədən aşkar olunaraq götürülən tərkibində narkotik maddələr olan narkotik tərkibli çətənə bitkilərinin sayı 80 ədəd, evinin həyətindəki xüsusi kiçik qapısı da olan nazik metal konstruksiyalarla çəpərlənmiş sahədən aşkar olunaraq götürülən tərkibində narkotik maddələr olan narkotik tərkibli çətənə bitkilərinin sayı 84 ədəd olmuşdur. Bütövlükdə Təqsirləndirilən şəxs evinin həyətindən aşkar olunmuş aqrotexniki qaydada becərilmiş tərkibində narkotik maddələr olan narkotik tərkibli çətənə bitkilərinin ümumi sayı 175 ədəd olmuşdur. Onlar əkilib-yetişdirilmiş hündür bitkilər olmuş, xüsusi qaydada qulluq edilmişdir. 23 sentyabr 2021-ci il tarixdə iş üzrə Təqsirləndirilən şəxs könüllü razılığı və icazəsi ilə yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Fatmayı bağlan adlanan ərazidə yerləşən fərdi yaşayış-bağ evinin həyətinə və evin içərisinə Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin əməkdaşları tərəfindən videoçəkilişlə keçirilmiş baxış və götürmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs evinin həyətinə hüquqlanı müdafə edən vəkili, polis əməkdaşları, mütəxəssis qismində aqronomun iştirakı ilə baxış keçirilərkən evin metal çəpərə alınmış sahədən 84 ədəd, aralıdakı sahələrin birindən 11 ədəd, digərindən isə 80 ədəd narkotik tərkibli bitki kolları aşkar olunaraq götürülmüşdür. Həmin narkotik tərkibli bitki kollarından 60 ədədi 3,5 metrdən-3,8 metrədək, 50 ədədi 2,5 metrdən-2,7 metrədək, 30 ədədi 1,30 metrdən-1,60 metrədək, 35 ədədi isə 1 metrdən- 1,20 metrədək hündürlüyə malikdirlər. Həmin narkotik tərkibli bitki kolları polis əməkdaşları tərəfindən yığılaraq ayrı- ayrılıqda 13 ədəd ağ rəngli kisələrə yığılmışdır. Videoçəkilişin qeydə alındığı görüntülər məlumat daşıyıcısı kimi iki ədəd disk şəklində zərfə qoyularaq protokola əlavə olunmuşdur. İstintaq zamanı 17.01.2022-ci il tarixli protokolla- 23 sentyabr 2021-ci il tarixdə iş üzrə Təqsirləndirilən şəxs könüllü razılığı və icazəsi ilə yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Fatmayı bağlan adlanan ərazidə yerləşən fərdi yaşayış-bağ evinin həyətinə və evin içərisinə Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş baxış və götürmə prosessual hərəkətinin əks olunduğu və təhqiqat orqanı tərəfindən məlumat daşıyıcısı kimi iki ədəd disk şəklində araşdırma materiallarına əlavə olunmuş videogörüntülərə iş üzrə Təqsirləndirilən şəxs və hüquqlarını müdafiə edən Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili X2 iştirakları ilə baxış keçirilmişdir. Həmin baxış zamanı məlum olmuşdur ki, görüntülərin əks olunduğu birinci diskdəki görüntülər 00848 nömrəsindəki qovluqdadır, həmin görüntülər 25 dəqiqə 40 saniyə davam edir. Baxışda iştirak edən iş üzrə təqsirləndirilən şəxs görünütlərə baxdıqda özünü, həmçinin baxışda iştirak etmiş digər şəxsləri görüb tanımışdır. Məlum olmuşdur ki, baxışda ondan əlavə hüquqlarını müdafiə edən vəkil Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili X5, aqronom- mütəxəssis qismində Şahid3 və polis əməkdaşları iştirak etmişlər. 23 sentyabr 2021-ci il tarixdə iş üzrə Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Fatmayı bağları adlanan ərazidə yerləşən fərdi yaşayış-bağ evinin həyətinə və evin içərisinə polis əməkdaşları tərəfindən keçirilmiş baxış və götürmə zamanı mütəxəsis qismində iştirak etmiş Şahid3 həmin baxış və götürmə ilə əlaqədar tərtib etdiyi və iş materiallarına əlavə olunmuş 23.09.2021-ci il tarixli rəydən görünür ki, Təqsirləndirilən şəxs evinin həyətinə baxış keçirilərkən aqrotexniki qaydada narkotik tərkibli bitkilərin becərilməsini müşahidə etmiş və aşkar olunaraq götürülmüş həmin bitkilərin 60 ədədi 3,5 metrdən-3,8 metrədək, 50 ədədi 2,5 metrdən-2,7 metrədək, 30 ədədi 1,30 metrdən- 1,60 metrədək, 35 ədədi isə 1 metrdən-1,20 metrədək olmaqla cəmi 175 narkotik tərkibli spesifik iyə malik olan bitki kollarıdır. 23 sentyabr 2021-ci il tarixdə iş üzrə Təqsirləndirilən şəxs könüllü razılığı və icazəsi ilə yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Fatmayı bağları adlanan ərazidə yerləşən fərdi yaşayış-bağ evinin həyətinə və evin içərisinə baxış və götürmə prosessual hərəkəti zamanı götürülmüş ümumilikdə 175 ədəd bitki kolları həmin tarixdə təyin olunmuş məhkəmə- bioloji ekspertizası ilə əlaqədar ekspertiza tədqiqatına təqdim olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 23.09.2021-ci il tarixli, 7/984 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş ağ kağız üzərlərində “3).....................................Təqsirləndirilən şəxs.’ Yazılar və imzalar olan 13 (on üç) ədəd ağ rəngli sintetik torbalarda yaş vəziyyətdə, ümumi sayı 175 (yüz yetmiş beş) ədəd, ümumi çəkisi- 74000 qram olan bitki nümunələri, əkilib- becərilməsi qadağan olunmuş, narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Aqronomun (mütəxəssisin) rəyinə əsasən həmin bitkilərə aqrotexniki qaydada qulluq edilmişdir. 23 sentyabr 2021-ci il tarixdə iş üzrə Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Fatmayı bağları adlanan ərazidə yerləşən fərdi yaşayış-bağ evinin həyətinə və evin içərisinə polis əməkdaşları tərəfindən keçirilmiş baxış və götürmə zamanı götürülərək 13 (on üç) ədəd ağ rəngli sintetik torbalara yığılmış, aqrotexniki qaydada qulluq edilmiş, yaş vəziyyətdə, ümumi sayı 175 (yüz yetmiş beş) ədəd, ümumi çəkisi- 74000 qram olan bitki nümunələri, əkilib- becərilməsi qadağan olunmuş, narkotik tərkibli çətənə (kannabis) bitkiləri 01.03.2022-ci il tarixli qərarla ********* nömrəli cinayət işi üzrə maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra son qalıq təşkil edən 73999,66 qram bitki nümunləri, əkilib- becərdilməsi qadağan olunmuş, narkotik tərkibli çətənə (kannabis) bitkiləri cinayət prosessi iştirakçılarının cinayət işinin materialları ilə tanış olma istintaq hərəkətindən sonra saxlanılmasından ötrü Binəqədi Rayon Polis İdarəsinin Növbətçi Hissəsinəə təhvil verilmişdir. 23 sentyabr 2021-ci il tarixdə iş üzrə Təqsirləndirilən şəxs könüllü razılığı və icazəsi ilə yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Fatmayı bağları adlanan ərazidə yerləşən fərdi yaşayış-bağ evinin həyətinə və evin içərisinə Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş baxış və götürmə prosessual hərəkətinin əks olunduğu və təhqiqat orqanı tərəfindən videogörüntülər iki ədəd disk şəklində 01 .03.2022ci il tarixli qərarla cinayət işi üzrə üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarında saxlanılır. 23 sentyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs üzərmə şəxsi axtarış keçirilmişdir. Həmin şəxsi axtarış və götürmə protokolunda görünür ki, Təqsirləndirilən şəxs üzərindən, əynindəki paltarların cibərindən hər-hansı bir qanunsuz maddə, o cümlədən narkotik vasitə aşkar olunmamışdır. Təqsirləndirilən şəxs həmin şəxsi axtarış zamanı bildirmişdir ki, yaşadığı Bakı şəhəri Binəqədi rayonu, Fatmayı Bağları adlanan ərazidə yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində narkotik tərkibli bitkilər əkmiş, və onları polisə təqdim edə bilər. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş Ambulator Məcburi-narkoloji Tibbi Yoxlamanın 19.01.2022-ci il tarixli, 251 №-li rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Kannabioidlərin qəbulu nəticəsində narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş kompleks məhkəmə-ambulator psixiatrik və psixioloji ekspertizasının 19.01.2022-ci il tarixli, 127 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və həmin əməli idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqli hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs öz hərəkətlərini idarə etmək və hərəkətlərinə rəhbərlik etmək iqtidarına malikdir, yəni anlaqlıdır. Təqsirləndirilən şəxs istintaq hərəkətlərini qavramaq iqtidarına malikdir. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hövsələsizlik, laqeydlik, emosionallıq, hirslilik, emosional reaksiyalara meyillilik, qıcığa qarşı həssaslıq özünü müdafiə etməyə meyillilik kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Onun fərdi-psixi xüsusiyyətlərində özündən uydurmağa meyillilik əlamətləri aşkar edilmədi. Lakin belə qənaətə gəlinir ki, o, özünü psixoloji müdafiə etmək məqsədi ilə hadisə ilə bağlı bəzi məqamlarını öz xeyrinə uyğun tərzdə yönəldərək danışa bilər. Təqsirləndirilən şəxs əqli-intellektual imkanları normaya uyğundur, həmçinin idrak proseslərinin (yaddaş, diqqət, qavrama, təfəkkür və s.) normaya uyğun olması müəyyən olunur. O, iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavraya, mahiyyətini anlaya bu barədə düzgün məlumat verə bilər. Beləliklə, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli özünün etirafedici ifadələri, məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələri, baxış keçirilməsi barədə protokoldan və ekspertiza rəyləri ilə tam təsdiqini tapmışdır. Məhkəmə əməlin tövsifi məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə tövsif edilməli və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsindən əldə edilən məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər məhkəməsinin 21 dekabr 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2ci maddəsi ilə təqsirli bilinib 5 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 11 mart 2020-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Qüvvədə olan Cinayət Məcəllənin 83.3 və 83.4-cü maddələrinə əsasən az ağır cinayə törətməyə görə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən 02 il keçdikdə, ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardığı gündən 06 il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Yuxarıda göstərilənlərə əsasən məhkəmədə müəyyən olundu ki, Təqsirləndirilən şəxs üzərində çəkilməmiş cəza qalmamış, lakin, məhkumluğu ödənilməmişdir. Belə olan halda, Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və o, əvvəllər qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum edildiyi üçün əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən cinayətin residivi yaranır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.5, 65.2-ci maddələrinin tələblərinə əsasən cinayətlərin residivinə görə daha sərt cəza təyin edilir, yəni ona təqsirli bilindiyi maddənin sanksiyasının son həddinin üçdə ikisindən aşağı cəza təyin edilə bilməz. Ona görə məhkəmə, cəza təyini zamanı bu halları, həmçinin onun törətdiyi cinayət əməlinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi onun cəzasını ağırlaşdıran haldır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı övladının olması onun cəzasını yüngülləşdirən haldır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar təyin olunmuş cəzanı ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən təyin edilmiş cəza ciddi cəzaçəkmə müəssisəsində çəkilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 23 sentyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində saxlanılaraq tutulmuşdur. Odur ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli onun şübhəli şəxs qismində tutulduğu 23 sentyabr 2021-ci il tarixdən hesablanmalıdır. İş üzrə maddi sübut olan və Binəqədi Rayon Polis İdarəsində saxlanılan 13 (on üç) ədəd ağ rəngli sintetik torbalara yığılmış, aqrotexniki qaydada qulluq edilmiş, yaş vəziyyətdə, ümumi sayı 175 (yüz yetmiş beş) ədəd, ümumi çəkisi- 74000 qram olan bitki nümunələri, əkilib- becərilməsi qadağan olunmuş, narkotik tərkibli çətənə (kannabis) bitkiləri 01.03.2022-ci il tarixli qərarla maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra son qalıq təşkil edən 73999,66 qram bitki nümunləri, əkilibbecərdilməsi qadağan olunmuş, narkotik tərkibli çətənə (kannabis) bitkiləri məhv edilməlidir. Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsinin görüntüsü köçürülmüş iki ədəd DVD disk maddi sübut kimi cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza xərcləri 66 (almış altı) manat 46 (qırx altı) qəpik Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında" 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 27 yanvar 2010-cu il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından «Mərkəz» Vəkil Bürosunun vəkili X7 144 (yüz qırx dörd) manat məbləğində pul ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-346, 349, 351-354, 356-cı maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 23 sentyabr 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlansın. Azərbaycan Respublik asının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələblərinə əsasən, Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək, ona narkomaniyadan məcburi müalicə təyin edilsin. Hüquqi yardımla bağlı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabından «Mərkəz» Vəkil Bürosunun vəkili X7 144 (yüz qırx dörd) manat məbləğində pul ödənilsin. İş üzrə maddi sübut olan və Binəqədi Rayon Polis İdarəsində saxlanılan 13 (on üç) ədəd ağ rəngli sintetik torbalara yığılmış, aqrotexniki qaydada qulluq edilmiş, yaş vəziyyətdə, ümumi sayı 175 (yüz yetmiş beş) ədəd və ekspertiza tədqiqatından sonra son qalıq təşkil edən 73999,66 qram bitki nümunləri, əkilib- becərdilməsi qadağan olunmuş, narkotik tərkibli çətənə (kannabis) bitkiləri məhv edilsin. Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsinin görüntüsü köçürülmüş iki ədəd DVD disk maddi sübut kimi cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərcləri 66 (almış altı) manat 46 (qırx altı) qəpik Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən, apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar