Məhkəmə qərarları › İş №1(101)-913/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-913/2023

11.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-913/2023 11.12.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əsgərova-X9 (sədrlik edən), Sadıxov Rasim Əkrəm oğlu və Kərimov Novruz Ağakərim oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X7, X11 və X5, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, onun qanuni nümayəndəsi Qanuni nümayəndə2 və nümayəndəsi Azərbaycan Respublikasının Vəkillər Kollegiyası, Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Nümayəndə Mürov oğlunun, təqsirləndirilən şəxsin müdafiəçiləri – Azərbaycan Respublikasının Vəkillər Kollegiyası, Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 və “Mirzəyev və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx xxxxxx 2005-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işsiz, Bakı şəhəri, Qaradağ rayonu ünvan 1 ünvanda yaşayan, barəsində Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 27 oktyabr 2023-cü il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 150.2.3-cü maddəsi ilə (köhnə redaksiyada) təqsirləndirilməsinə dair cinayət işinə qapalı məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs aşkar surətdə yetkinlik yaşına çatmayan zərərçəkmiş şəxsə qarşı seksual xarakterli zorakılıq hərəkətləri etmişdir. Belə ki, o, 11 sentyabr 2022-ci il tarixdə, saat 16 radələrində yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, 1-ci massivdə yerləşən məhəllədə 15 may 2006-cı il təvəllüdlü Zərərçəkmiş şəxs ilə rastlaşarkən Zərərçəkmiş şəxs yaşadıqları məhəlləyə gəlib-getməsini sorğu-sual edərək qonşuluqlarında yaşayan X1 arxasınca gəlməsini bəhanə edib şərəf və ləyaqətini alçaltmaq məqsədi ilə yetkinlik yaşına çatmadığı aşkar surətdə ona bəlli olan Zərərçəkmiş şəxs yaxınlıqdakı sahibsiz yarıuçmuş tikilinin içərisinə apardıqdan sonra nalayiq ifadələrlə təhqir edərək boynunu qolları arasında sıxıb yumruq zərbələri ilə bədəninin müxtəlif nahiyələrinə vuraraq zor tətbiq etməklə, habelə digər formada zor tətbiq edəcəyi ilə hədələməklə müqavimətini qırıb, psixi və fiziki zorakılıq nəticəsində köməksiz vəziyyətindən istifadə edərək özünün gərginləşmiş cinsiyyət üzvünü Zərərçəkmiş şəxs ağız boşluğuna daxil edib cinsi əlaqəni təqlid edən hərəkətlərlə cinsi ehtirasını pozğun formada təmin edib aşkar surətdə yetkinlik yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittiham üzrə qismən təqsirli bilərək göstərmişdir ki, hadisə onların məhləsində baş vermişdir. Hadisə yerində o, qonşusu Şahid3, Cavid olmuşdur. Teyyubun onun qapı qonşusu olan Nəsiminin 15 yaşında olan qızını hazırlıqdan qayıdan ərəfədə 2 dəfə izlədiyini görmüşdür. Hadisəni törətməmişdən bir ay əvvəl o, Teyyubun qonşusu Nəsiminin qızına qarşı zorakılıq etdiyini, onunla yiyəsiz evdə cinsi əlaqədə olduğunu görmüş, qız isə “kömək edin” deyə qışqırmışdır. Onlar qıza kömək etsə də bu barədə sonuncunun atasına heç nə deməmişdir. Pünhan ona söyüş qoyduğuna görə Teyyubu cəzalandırmaq məqsədilə sonuncunun Nəsiminin qızına münasibətdə etdiyi zorakılıq hərəkətlərin eynisini onun barəsində törətmişdir. O, Teyyubu buraxmaq istəsə də Pünhan buna icazə verməmişdir. Hadisə təfərrüatı ilə Pünhan tərəfindən videolentə alınmışdır. Lakin onun Pünhan tərəfindən videoçəkiliş aparılmasından xəbəri olmamışdır. Hadisə baş verən tikilinin hasarları daxilində Cavid də olmuş, Teyyuba qarşı etdiyi hərəkətləri başa çatdırdıqdan sonra Teyyub Pünhan və Cavid tərəfindən döyülmüşdür. Zərərçəkmiş şəxslə barışmağa cəhd etsə də sonuncu onunla barışmamışdır. Verilmiş suallara cavab verərkən isə Təqsirləndirilən şəxs bir tərəfdən Teyyuba qarşı zorakılıq hərəkətləri edərkən Pünhanın onları müşaiyət etdiyini, digər tərəfdən isə Pünhanın hadisə yerində olmaması və onun video çəkməsindən xəbərinin olmamasını bildirmişdir. Bundan başqa təqsirləndirilən şəxs bir tərəfdən Şahid3 təkidi ilə Teyyuba qarşı həmin hərəkətlərə yol verdiyi bildirsə də digər tərəfdən zərərçəkmiş şəxs Teyyubla daxil olduğu yarımtikilinin qapısının olması, onun Teyyubu döyəcəyindən kimsənin xəbəri olmaması üçün qapını bağlamasını bildirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Şahid1 ilə çarpaz şəkildə dindirilərkən isə o, Teyyubu döymək istəyərkən Teyyub ona qıza qarşı etdiklərini ona münasibətdə edilməsini xahiş etdiyinə görə həmin hərəkətləri törətdiyini və bu təklif barədə razılaşarkən yanlarında heç kimin olmamasını bildirməklə bir-biri ilə ziddiyyətli ifadələr vermiş, həmin ziddiyyətləri izah edə bilməmişdir. Məhkəmə iclasında elan edilərək tədqiq edilən X4 ibtidai istintaq dövründə verdiyi ifadələrdən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.2.3-cü maddəsi ilə ona elan edilmiş ittihamla bağlı özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs yaşadığı Qobustan qəsəbəsindən tanıyır və onunla onun 1 yaş fərqi olsa da münasibətləri normal olmuşdur. Onun Pünhan adlı məhəllə uşağı ilə də münasibətləri normal olmuşdur. 11 sentyabr 2022-ci i tarixdə təxminən saat 16 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, massiv 1 ünvanında dostları Şahid3, Cavid və Saleh birlikdə olan vaxt onun qonşusu X6 yanından keçərək köhnə ev deyilən tərəfə getmiş, onun arxası ilə Teyyub gəlmiş, Anaxanım hasardan düşərək köhnə evə tərəf getmiş, Teyyub da, ordan keçərək qızın arxası ilə getmiş, Pünhana onların arxası ilə gedir, sən də gəl sözünü demişdir, Pünhanla hasara yaxınlaşan zaman oradan səs gəldiyini eşitmiş, Pünhanla həyətə daxil olan zaman Anaxanımm kömək edin sözlərini eşitmiş, Pünhanla evin həyətinə tərəf yaxınlaşan zaman orada Teyyubun qızın saçlarından tutub şalvarını aşağı çəkib cinsiyyət orqanını qızın ağzına saldığını görmüş, Teyyub onunla Pünhanı görən zaman tez şalvarını yuxarı çəkmiş, Teyyub onların yanında dayanmış, qız isə gəldiyi hasardan tullanaraq qaçıb çıxıb getmiş, Teyyub ona təklif etmişdir ki, onu döyməsin, onun qıza etdiyi hərəkətləri ona edilməsini demiş, Pünhanda qızın hansı istiqamətdə getdiyini öyrənmək üçün hasara tərəf getmiş, Teyyubun Anaxanıma etdiklərini gördüyündən Teyyubun ağzına cinsiyyət orqanını vermək üçün həmin həyətdə olan yarımtikiliyə aparmış, orada Teyyub ona onu vurmamasını, qıza nə etdiyini deyəcəyini bildirmiş, bu zaman Teyyub Salehin yarım tikilinin balaca pəncərəsindən mobil telefon vasitəsi ilə çəkiliş aparmasını görmüş və Salehin əlindən mobil telefonunu alaraq etdiyi çəkilişin videogörüntüsünü silmiş, həmin zaman bilmişdir ki, Salehlə Pünhan onları görmüş və tikilinin pəncərəsindən baxırmış, həmin yarım tikilidə əynində olan cins şalvarının qabağını açaraq şalvarını aşağı çəkmiş və Teyyuba cinsiyyət orqanını ağzına almasını bildirmiş, Teyyubun ağzına cinsiyyət orqanını verən zaman o, onun cinsiyyət orqanını ağzına almaqdan imtina etmiş və onun boynunu tutaraq qolunun arasına alaraq sıxıb cinsiyyət orqanını ağzına almasını bildirmiş, Teyyub ona söz deyəcəyini demiş, onun boynunu buraxmış,Teyyub onun qarşısında dizlərini yerə qoyaraq heç kimə bu barədə deməməyini istəmiş, o, da söyüş söyərək cinsiyyət orqanını ağzına almasını heç kimə deməyəcəyimi bildirmiş, bu sözündən sonra Teyyub onun cinsiyyət orqanını ağzına almış, Teyyub bir neçə dəfə irəli geri cinsiyyət orqanını ağzına aparıb gətirdikdən sonra o, onun cinsiyyət orqanını dişləmiş, ona cinsiyyət orqanını dişləməməsini bildirmiş və yenə də onun ağzına salmış, Teyyub bir neçə dəfə onun cinsiyyət orqanını ağzında irəli geri aparıb gətirdikdən sonra geriyə çevridikdə Pünhanın videçəkiliş etdiyini görmüş, həmin an Teyyub da Pünhanın videoçəkiliş etdiyini görmüş və cinsiyyət orqanını ağzından çıxartmış, o, da şalvarını yuxarı çəkərək Teyyuba çıxıb getməsini demiş və özü də Teyyubla birlikdə yarıtikilidən çölə çıxmış, Pünhan orada həmin videonu ona, Salehə və sonradan ora gələn Cavidə göstərmiş, Pünhana videonu silməsini demiş, Pünhan videonu sildiyini ona demiş, bundan sonra Teyyub həmin evin hasarından aşmış və onlar da onunla birlikdə küçəyə çıxmış, orda Cavid Teyyuba bildirmişdir ki, bu nə hərəkətdi qıza qarşı etmisən. Teyyub heç nə deməyərək başını aşağı salmış, Cavid isə onlara bildirmişdir ki, bu qızın sifətinə cinsiyyət orqanını sürtüb, ağzına cinsiyyət orqanını vermişdir. Cavid Teyyuba bu sözləri dedikdən sonra başından şillə ilə arxa yan hissəsindən isə təpiklə vurmuşdur. X24 bildirmişdir ki, bəs sənin ailən dindardır, özün də namaz qılırsan məsciddən də çıxıb pivə içirsən. Pünhan Cavidin bu sözlərindən sonra Teyyubun yumruqla sifətindən zərbə ilə vurmuş, onlar oradan hamısı birlikdə çıxaraq dəmiryolu relslərinin yanına gəlmiş,orada Cavid Teyyubdan xəbərsiz mobil telefonunda “WhatsApp” ani sms proqramı üzərindən səs göndərmə funksiyasım açaraq Cavid Teyyubdan nə etmisən deyə soruşmuş, Teyyub qızla birinci öpüşdüyünü bildirmiş, cinsiyyət orqanını qızın ağzına vermiş, Teyyubun bu səs yazısını Cavid Pünhanın mobil telefonuna göndərmişdir. Bu hadisədən təxminən 4-5 gün sonra Pünhanla birgə Qobustan qəsəbəsində yerləşən parkda olan zaman Tacəddin adlı dostu onlara yaxınlaşmış,Pünhana Teyyubu çəkdiyi həmin videogörüntünü ona göndərməsini demiş, Pünhan da ona bildirmişdir ki, Tacəddin videonu yaya bilər.O, da Pünhana narahat olma mənlikdir demişdir. Bundan sonra Pünhan istifadəsində olan mobil telefonun “bluetooth” vasitəsi ilə Tacəddinin istifadəsində olan mobil telefonuna köçürtmüş, həmin ifadəni verən zaman həyəcanlı olmuş və dediklərini dərk etməmiş, Pünhanla əvvəlcədən heç bir razılığı olmadığını bildirmiş,Teyyub özü ona cinsiyyət orqanını ağzına verməyi təklif etdikdən sonra cinsiyyət orqanını onun ağzına vermiş, Pünhana isə həmin hadisəni videogörüntüyə almasını əvvəlcədən heç kim deməmişdir. Onun videoçəkiliş etdiyini Teyyublla yanmtikilidə olduğu vaxt Teyyub onun cinsiyyət orqanını ağzına aldıqdan sonra arxaya dönən zaman təsadüfən görmüş, onlar yanm tikilidən çıxdıqdan sonra Pünhana həmin görüntünü silməyini təkid etmiş, orada heç kim onun edəcəyi hərəkətlərə söyüşlə təkid etməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından zərərçəkmiş şəxsin, şahidin ifadələrini də iş üzrə sübut növü kimi qəbul edir. Məhkəmə iclasında zərəçəkmiş şəxs qismində dindirilmiş X8 ifadə verərək göstərmişdir ki, 11 sentyabr 2022-ci il tarixinində Amingilin məhəlləsinə xoşuna gələn qızı görmək üçün gedərkən Amin və Cavid ona yaxınlaşaraq məhəlləyə gəlmə səbəbləri aydınlaşdırılarkən onlara məhlələrində qız bəyəndiyini bildirmiş, Aminin qızın kim olması barədə suallarını cavablandırmadığına görə sonuncu onu Pünhanın yanına gətirmişdir. Amin və Pünhan onu tutmuş, zor tətbiq edilməklə onların məhəlləsinə bir qızdan xoşu gəldiyi üçün gəlməsi barədə səsini Cavidin telefonuna yazmışdırlar. Pünhan, Amin, Saleh, Cavid öz aralarında söhbət etdikdən sonra ona ya 10 qutu siqaret verməli, ya bəyəndiyi qızı gətirməli olduğunu, ya da barəsində seksual xarakterli hərəkətlər tətbiq ediləcəyi bildirilmişdir. Həmin şərtlərin heç biri ilə razı olmadığı üçün onu döyəcəklərini bildirmişlər. O da döyülməsinə razı olduqdan sonra, onu həyətdə yarımtikili olan evin içərisinə aparmışlar. Bu zaman Cavid hasarın digər tərəfinə keçərək pusquda durmuşdur. Pünhan Aminə söyüş qoyaraq ona qarşı cinsi zor tətbiq etməsini söyləsə də Amin ona döyəcəyini bildirmişdir. Lakin o, qapını kilidləyib sonuncuya qarşı seksual xarakterli zorakılıq hərəkətləri etmişdir. Pünhan çöl tərəfdən qapının ağzında dayanmış, Saleh isə video çəkmişdir. Əvvəl çəkilişi Saleh etsə də o, Salehin əlindən telefonu alaraq videonu silmişdir. O, Aminlə yarımtikiliyə girməmişdən əvvəl də döyülmüşdür. Çıxandan sonra isə Cavid və Pünhan onu vurmuşdur. Məhz ordan çıxdıqdan sonra Pünhan ona çəkdiyi videonu göstərdiyi anda videoçəkilişin aparılmasından xəbəri olduğunu bildirmişdir. Hadisələrin təşkilatçısının Pünhan olduğunu düşünür. Belə ki, Pünhanın Aminə söyüş qoyduğunu eşitmişdir. Aminin cəhdlərinə baxmayaraq sonuncu ilə barışmamışdır. Məhkəmə iclasında verilən sualları cavablandırarkən Zərərçəkmiş şəxs əvvəlcədən döyüldüyünə görə halsız olduğu üçün, həmçinin həmin şəxslər tərəfindən seksual xarakterli tədbirlər tətbiq ediləcəyinə inanmadığı üçün Pünhangillə yarım tikili olan yerə getməsini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verərək bildirmişdir ki, Amin ona Teyyubun qonşu qızına qarşı seksual xarakterli zorakılıq hərəkətləri etdiyi üçün onu yarı tikili olan sahəyə döyməyə apardıqlarını bildirmiş, atası isə onu marketə göndərmək üçün çağırması səbəbindən oradan uzaqlaşıb öz evlərinə getmişdir. Amin Teyyubu yarımtikiliyə apararkən ya bu məsələni dava yolu ilə, ya da söhbətlə həll edəcəyini bildirmişdir. Hadisə yerinə qayıdandan sonra Pünhan ona qeydə aldıqları videogörüntüləri göstərmiş o da əsəbiləşərək Teyyuba şillə vurmuşdur. Belə ki, əvvəlcə Teyyubun könüllü olaraq bu hərəkətlərə razı olmasını düşünmüşdür. Verilmiş suallara cavab verərkən isə Şahid1 ifadəsinə Teyyuba ya sevdiyi qızı gətirməsi ya da sevdiyi qız barəsində yol verdiyi seksual xarakterli zorakılıq hərəkətlərinin ona qarşı ediləcəyi barədə Amin və Pünhan tərəfindən Teyyubun qarşısına şərt qoyulduğunu, Teyyub isə qızı gətirə bilməyəcəyini bildirdikdən sonra X10 etdiyi hərəkətləri onun özünə münasibətdə etməsini tələb etdiyini bildirmişdir. Lakin belə razılaşma olduğu təqdirdə hansı səbəblərdən videogörüntünü gördükdən sonra Teyyubun həmin hərəkətlərə könüllü olaraq razılaşdığını düşündüyündən təəccüblənərək sonuncunu vurmasını məhkəməyə izah edə bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadə verərək bildirmişdir ki, parka gedərkən Aminin Teyyuba münasibətdə belə bir hərəkətə yol verdiyini eşitmiş, ona Pünhan tərəfindən həmin hadisənin görüntülərini əks etdirən video göndərilmiş, Pünhan həmin görüntüləri özünün qeydə aldığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadə verərək göstərmişdir ki, 11 sentyabr 2022-ci il tarixində Amin, Saleh, Cavid və o, dəmir yolunun yaxınlığında olarkən Anaxanım adlı qız yoldan keçərkən Amil Teyyubunda həmin qızın arxası ilə getdiyini söyləyərək bizə onun arxası ilə gəlməyimizi təklif etdi. Belə ki, Amin Teyyubun həmin qıza qarşı seksual xarakterli zorakılıq hərəkətləri etdiyini bildirmişdir. Amin tez-tez gedərək hasarın digər tərəfinə keçdi. O, isə hasarı keçdikdən sonra Aminin Teyyubu danladığını, ona etdiyi hərəkətlərin ayıb olduğunu, qıldığı namazla bir araya sığmadığını söylədiyini, Teyyubun isə Aminə yalvararaq onun etdiyi bu hərəkətlər barədə heç kimə məlumat verməməsini qıza qarşı etdiyi hərəkətləri ona münasibətdə etməsini xahiş etdiyini eşitmişdir. Sonra o, geri qayıtmış, Cavidin qarşıda dəmiryolu tərəfə getdiyini görmüş, Salehdən Cavidin hara getdiyini soruşduqda, sonuncu Cavidə zəng gəldiyini və çağırıldığını bildirmişdir. Daha sonra Salehə də kömək edərək hasarı yenidən keçmiş və Aminlə Teyyubu axtarmağa başlamışdır. Salehin üzərini təmizləyərkən pıçıltı səsləri eşitmiş, yarımtikiliyə yaxınlaşaraq qapısını açmağa yönələn cəhdləri baş tutmamışdır. Həmin yerdə olan balaca pəncərə olsa da boyları həmin pəncərədən hündürlüyə çatmadığı üçün orada Teyyubla Amin arasında baş verənləri mobil telefona çəkmək qərarına gəlmişlər. Videoçəkiliş onun özü tərəfindən qeydə alınmışdır. Aminin hadisənin videolentə alınmasından xəbəri olmamışdır. Teyyub ifadəsində seksual xarakterli zorakılıq hərəkətlərinin həm də onun iştirakı ilə qabaqcadan əlbir olan qrup şəklində törədildiyi iddia etsə də bu onların qeydə alındığı videogörüntü ilə təkzib edilir. Belə ki, həmin videogörüntüdə Teyyub “heçkəs bilmiyəcəksə mən bunu edim” ifadəsini səsləndirmişdir. Teyyub, Amin,o və Saleh hasardan çölə çıxdıqdan sonra Cavid onların yanına qayıtmış, Amin baş verənləri Cavidə danışmış, Cavid də Teyyuba nəyə görə namaz qıldığı halda içki içdiyini və belə işlərlə məşğul olduğunu bildirərək ona bir sillə vurmuşdur. Həmin videogörüntünü Tacəddin adlı şəxsə göndərdikdən sonra silmişdir. Videogörüntü isə Tacəddin tərəfindən yayılmışdır. Özü həmin videogörüntünü yalnız polis bölməsində tam şəkildə izləmişdir. Aminə Teyyuba qarşı göstərilən hərəkətləri etməyə o məcbur etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 ifadə verərək bildirmişdir ki, 11 sentyabr 2022-ci il tarixində, Amin, Cavid, Pünhan və o, dəmiryolu relslərinin yanında söhbət edərkən Teyyub onların yanından keçmişdir. Amin onlara Teyyubun yaşadıqları məhəlləyə qız üçün gəldiyini bildirmiş, Amin Teyyubun arxasınca getmiş, hasara yaxınlaşıb biraz söhbət etdikdən sonra X23 arasında olan məsələni aydınlaşdırmaq üçün onlarına yanına getmiş, Cavidin isə mobil telefonuna zəng gəldiyindən çağırış üzrə onların yanından kənarlaşmışdır. Pünhan iki-üç dəqiqə sonra geriyə dönmüş və ona hasardan keçməyə köməklik etmişdir. Həyətin yuxarı tərəfində olan yarımtikilidə pıçıltı səsləri gəldiyindən, hadisə yerində baş verənləri bilmək marağı onları, həmçinin pəncərəyə boyları çatmaması səbəbi onları mobil telefonu yuxarı qaldıraraq yarımtikilidə olan pəncərdən baş verənləri çəkməyə sövq etmişdir. Əvvəlcə hadisəni o, videogörüntüyə qeydə almaq istəsə də Teyyub onun əlində olan mobil telefonu görmüş və həmin video görüntünü telefondan silmişdir. Pünhanın isə hadisəni videogörüntü vasitəsilə qeydə aldığını görə bilməmişdir.Amin və Teyyub həmin yerdən çıxdıqdan sonra onların yanına gəlmiş, həmin məqamda Cavid də onlara yaxınlaşmışdır. Cavid Teyyuba ailəsinin dindar, özünün isə namaz qılan olduğunu bildirərək Teyyuba əli ilə sillə və arxa nahiyəsindən isə təpiklə, Pünhan isə Teyyubun çantasında quran kitabı olduğu üçün üzünə yumruqla vurmuşdur. Amin və Teyyubu hər hansı məqsədlə orda gözləməmiş, hadisə yerinə kənar şəxsin gələcəyi ilə əlaqədar hər hansı hərəkəti etməyi planlaşdırmamışlar. Məhkəmə təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, ekspert rəylərini, habelə digər sənədləri də sübut növü kimi qəbul edir. 14 noyabr 2022-ci il tarixli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinsi qabiliyyətini təsdiq edən əlamətlər müsbətdir. Təqsirləndirilən şəxs xarici cinsiyyət üzvündə onun cinsi əlaqəyə girən bilməsinə mane ola biləcək hər hansı bir anomaliya və patologiya aşkar edilməmişdir (cild 2, iş vərəqə 115-117). 08 dekabr 2022-ci il tarixli kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizası rəyinin məhkəmə-psixiatrik ekspertizası üzrə motivləşdirici hissəsindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri aşkar edilir. Bunun cinayət işi materialları, anamnestik məlumatlar və hal-hazırki psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər psixiatrik müəssisələrinə müraciət etməmiş, onda hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Həmin rəyin məhkəmə-psixoloji ekspertizası üzrə motivləşdirici hissəsində isə aparılmış eksperimentalpsixoloji müayinə gedişində X3 idrak proseslərinin (qavrama, diqqət, yaddaş xüsusiyyətləri, təfəkkür və s) normaya uyğun olması müəyyən edilməsi, əqli və psixi inkişafı, intellektual-mnestik imkanları normaya uyğun olması, gerilik əlamətlərinin aşkar olunmaması, sonuncunun iş üçün əhəmiyyətli halları düzgün qavraya, təsvir edə və bu barədə məlumat verə bilməsi əks edilmişdir. Müvafiq ekspertiza rəyinin məhkəməpsixiatrik ekspertizası üzrə yekun hissəsində Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəliyin müəyyən edilməməsi, xasiyyətin psixopatik cizgilərinin aşkar edilməsi, ictimai təhlükəli əməli törətdiyi zaman öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olması və bu səbəblərdən törətdiyi əməl barəsində anlaqlı hesab edilməsi, əməlinin Azərbaycan Respublikasının CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşməməsi, barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac olmaması qənaətinə gəlinmişdir. Müvafiq rəyin məhkəmə-psixoloji ekspertizası üzrə yekun hissəsində Təqsirləndirilən şəxs qıcığa qarşı həssaslıq, kobudluq, inadkarlıq, hövsələsizlik və s. kimi fərdi-psixi xüsusiyyətlərinə malik olması, yaş xüsusiyyətləri və intellektual inkişafı nəzərə alınmaqla, özünün etdiyi hərəkətlərin xarakter və mənasını anlaya bilməsi, onda hadisədən əvvəl, baş vermiş hadisə zamanı və hadisədən sonra pisixi emosional halda iş üçün əhəmiyyət kəsb edə biləcək hər hansı dəyişiklik yaranmaması, əqli inkişafında psixi xəstəliyi ilə əlaqədar olmayan gərginlik əlamətlərinin aşkar olunmaması, psixi inkişafı nəzərə alınaraq, yaranmış şəraitin mahiyyətini tam dərk edə və davranışının mümkün nəticələrini görə bilməsi, əqli inkişafının yaş xüsusiyyətlərinə uyğun olması qənaətinə gəlinmişdir (cild 2, iş vərəqə 125- 128). 14 noyabr 2022-ci il tarixli kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasından keçən Zərərçəkmiş şəxs haqqında olan ekspert rəyinin məhkəməpsixiatrik ekspertizası üzrə motivləşdirici hissəsində Zərərçəkmiş şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkməməsi, məhkəmə-psixoloji ekspertizası üzrə motivləşdirici hissəsində isə aparılmış əqli və psixi inkişafının normaya uyğun olmaqla yaş xüsusiyyətlərinə uyğun olması, əqli və psixi inkişafı xüsusiyyətlərinə görə yadda saxlamaq, təsvir etmək, qavramaq və bu barədə düzgün məlumat vermək imkanına malik olması, əqli və psixi inkişafı nəzərə alınmaqla yaranmış şəraitin mahiyyətini tam dərk edə və davranışının mümkün nəticələrini görə bilmək qabiliyyətinə malik olması göstərilmişdir. Ekspert rəyinin məhkəmə psixiatrik ekspertizası üzrə yekun hissəsində Zərərçəkmiş şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkməməsi, ona qarşı törədilən əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və s. kimi psixi xəstəlik əlamətlərin aşkar olunmaması, ona qarşı törədilən hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək iqtidarında olması, məhkəmə psixoloji ekspertizası üzrə yekun hissəsində isə X2 əqli intelektual imkanlarının (duyğu, qavrayış, təfəkkür, təxəyyül, yaddaş və s.) normaya uyğun olması, ünsiyyətçilik, adaptivlik, tələbkar olmamaq, şəraitə qane olmaq kimi xarakterik xüsusiyyətlərə malik olması, yaş xüsusiyyətləri və intelektual inkişafı nəzərə alınmaqla, özünün etdiyi hərəkətlərin xarakter və mənasını anlaya bilməsi, ona qarşı edilən hüquqazidd hərəkətlərdən əvvəl psixi emasional vəziyyətinə hər hansı dəyişiklik yaranmaması, baş vermiş hadisə zamanı psixi emosional vəziyyətində gərginlik, həyəcan yarana bilməsi, hazırkı psixi emosional vəziyyətinin normaya uyğun olması, əqli inkişafında gerilik əlamətlərinin müəyyən olunmaması, əqli və psixi inkişafının nəzərə alınmaqla yaranmış şəraitin mahiyyətini tam dərk etmək və davranışının ümümkün nəticələrini görmək qabiliyyətinə malik olması, əqli inkişafının yaş xüsusiyyətlərinə uyğun olması qənaətinə gəlinmişdir. (cild 2, iş vərəqə 129-132). 25 oktyabr 2022-ci il tarixli DVD diskə baxış keçirilməsi barədə protokoldan görünür ki, Şahid3 təqdim etdiyi 01 ədəd DVD diskdə olan videogörüntüyə baxış zamanı müəyyən edilmişdir ki, video görüntüdə yarımtikilinin sökülmüş pəncərəsindən içəridə 1 nəfər əynində göy köynəkdə olan şəxs bir nəfərin başından tutaraq aşağı ətraf qasıq hissəsinə aparıb əynində olan göy rəngli cins şalvarını aşağı endirib, başını aşağı saldığı şəxsin boynundan tutaraq cinsi orqanını zorla ağzına salır, lakin ikinci şəxs ona müqavimət göstərsə də, birinci şəxs boyun nahiyyəsindən sıxaraq cinsiyyət orqanını ikinici şəxsin ağızına salır, ikinci şəxs birinci şəxsin cinsiyyət orqanı bir neçə dəfə ağızına aparıb gətirir və başını kənara çəkərək hərəkəti davam etdirməkdən imtina etmək istəsə də, birinci şəxs yenə də onun boyun nahiyyəsindən sıxıb zor tətbiq edərək cinsiyyət orqanını ikinci şəxsin ağızından çıxarmasına imkan vermir. Videogörüntünün sonlarına yaxın ayaq üstündə olan birinci şəxs çəkiliş aparan pəncərə istiqamətə baxır, çəkiş aparan şəxs isə uca səslə çəkdim sözünü deyir. Videogörüntüyə baxış zamanı yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs bildirdi ki, videogörüntüdə olan göy köynəkdə və göy rəngli cins şalvarda olan ona qarşı zor tətbiq edərək əxlaqsız seksual hərəkətlər edən şəxs yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxsdur. Zora və seksual hərəkətlərə məruz qalan şəxs isə özüdür. Videoçəkilişi aparan şəxs isə yetkinlik yaşına çatmayan Şahid3dur (cild 1, iş vərəqə 83). Cinayət işi üzrə Təqsirləndirilən şəxs ilə təqsirləndirilən şəxs Şahid3 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, X21 Gözəlovla videoçəkiliş aparılması və sonuncunun cinsiyyət orqanını Zərərçəkmiş şəxs ağız nahiyyəsinə verməsini əvvəlcədən razılaşdırmadıqlarını Şahid3 üzünə qarşı demiş, sonuncu Təqsirləndirilən şəxs ifadəsini təsdiq etmişdir (cild 2, iş vərəqə 38-40). Cinayət işi üzrə Təqsirləndirilən şəxs ilə təqsirləndirilən şəxs Şahid1 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, Təqsirləndirilən şəxs Şahid3la videoçəkiliş aparılması və sonuncunun cinsiyyət orqanını Zərərçəkmiş şəxs ağız nahiyyəsinə verməsini əvvəlcədən razılaşdırmadıqlarını Şahid1 üzünə qarşı demiş, sonuncu Təqsirləndirilən şəxs ifadəsini təsdiq etmişdir (cild 2, iş vərəqə 69-71). Cinayət işi üzrə Təqsirləndirilən şəxs ilə Şahid2 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, Təqsirləndirilən şəxs Şahid3la videoçəkiliş aparılması və sonuncunun cinsiyyət orqanını Zərərçəkmiş şəxs ağız nahiyyəsinə verməsini əvvəlcədən razılaşdırmadıqlarını Şahid2 üzünə qarşı demiş, sonuncu Təqsirləndirilən şəxs ifadəsini təsdiq etmişdir (cild 2, iş vərəqə 72-75). İş üzrə Təqsirləndirilən şəxs ilə ifadənin yerində yoxlanması istintaq hərəkəti keçirilmiş və o, ifadəsində bildirdiklərini əyani olaraq hadisə yerində göstərmişdir (cild 2, iş vərəqə 164-168). Sübutların qiymətləndirilməsi haqqında 23 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Şahid3 təqdim etdiyi 01 ədəd DVD disk maddi sübut kimi tanınaraq cinayət işi materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349-cu maddəsinə əsasən məhkəmə hökmü qanuni olmalıdır, yəni Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosesual Məcəlləsinin, Cinayət Məcəlləsinin və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəllənin 3-cü maddəsinə əsasən yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə qeyd edir ki, təqsirkar üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxs barəsində uşaqbazlıq və ya seksual xarakterli digər zorakılıq hərəkətləri etmə əməlinə görə cinayət məsuliyyəti Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.2.3-cü maddəsində nəzərdə tutulmuşdur. Məhkəmə həmçinin bildirir ki, “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi barədə 27 dekabr 2022-ci il tarixli Qanunla həmin maddə ləğv edilmiş, lakin əməl dekriminallaşdırılmamış, həmin cinayət tərkibi yeni, yəni “yetkinlik yaşına çatmayan şəxsə qarşı törədilməsi” məzmunda Cinayət Məcəlləsinin 150.2-1.1-ci maddəsində nəzərdə tutulmaqla sanksiyasında üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə on ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 10.1-ci maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edilir. Həmin Məcəllənin 10.4-cü maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və həmin əmələ görə cəza müəyyən edən, cəzanı ağırlaşdıran, yaxud cinayət törətmiş şəxsin vəziyyətini başqa cür ağırlaşdıran cinayət qanununun geriyə qüvvəsi yoxdur. Məhkəmə, cinayət qanunvericiliyinin qeyd olunan tələblərini, təqsirləndirilən şəxsin, zərərçəmiş şəxsin və şahidlərin ifadələrini, ekspertiza rəylərini,təqsirləndirilən şəxslə zərərçəkmiş şəxs və şahidlərin üzləşdirmə protokollarını, hadisənin görüntülərini özündə əks etdirən DVD diski, habelə iş üzrə toplanmış və yuxarıda sadalanmış digər sübut növlərini birgə müqayisə etməklə qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 150.2.3-cü maddəsində (köhnə redaksiyada) nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini qəsdən törətmişdir. Həmin əməllər başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 150.2.3-cü maddəsinin (köhnə redaksiyada) sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini yetkinlik yaşına çatmadığı dövrdə törədilməsini Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.2-ci maddəsinə, əməlindən peşmançılıq hissini həmin Məcəllənin 59.2-ci maddəsində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.2.3-cü maddəsində (köhnə redaksiyada) nəzərdə tutulmuş sanksiya həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 25 oktyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş (cild 1, iş vərəqə 44), Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 27 oktyabr 2022-ci il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 25 oktyabr 2022-ci il tarixdən hesablanması qərara alınmışdır (cild 1, iş vərəqə 186-188). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 25 oktyabr 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, hadisənin bilavasitə görüntülərini özündə əks etdirən, cinayət işi üzrə maddi sübut qismində tanınmış Şahid3 təqdim etdiyi 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 195-ci maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, iş üzrə 100 (yüz) manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxsin üzərinə qoyulmalıdır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmə zamanı onun hüquqlarının müdafiəsi dövlət büdcəsi vəsaiti hesabına “Mirzəyev və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən həyata keçirilmişdir. Cinayət-Prosessual Məcəllənin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla məhkəmə mərhələsində 40 (qırx) iş saatı həcmində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Müdafiəçi1 işlədiyi “Mirzəyev və Partnyorları” Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat məbləğində pul köçürülməlidir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 150.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.2.3-cü maddəsi ilə (köhnə redaksiya) 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 25 oktyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İş üzrə maddi sübut kimi tanınan hadisənin bilavasitə görüntülərini özündə əks etdirən Şahid3 təqdim etdiyi 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 100 (yüz) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. Məhkəmə mərhələsində göstərilmiş 40 (qırx) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Müdafiəçi1 işlədiyi “Mirzəyev və Partnyorları” Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (sədrlik edən) Leyla Əsgərova-Məmmədova Rasim Sadıxov Novruz Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar