Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-914/2022 23.05.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Əli İrfan oğlunun sədrliyi, hakimlər Hüseynov Telman Qulaməli oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X5, müdafiəçi – Bakı şəhəri “A.İ.M” Vəkil Bürosunun vəkili Müdafiəçi Məhəmməd oğlu və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1964-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmayan, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Əsədullayev küçəsi, ev 6, mənzil 7də qeydiyyatda olan, həbs olunanadək faktiki olaraq Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Yeni yaşayış massivində nömrəsiz fərdi yaşayış evində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin xuliqanlıq niyyəti ilə ölümünə səbəb olan qəsdən sağlamlığa ağır zərər vurma cinayətini törətmişdir. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə Təqsirləndirilən şəxs 27.11.2021-ci ıl tarixdə, saat 23:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Yeni yaşayış massivində yerləşən “Ruslan” marketin yaxınlığında yerləşən adsız kafedə Şahid2 ilə birlikdə çörək yeyib spirtli içki qəbul edən zaman tanışı Zərərçəkmiş şəxs kafeyə daxil olub kinayəli şəkildə Şahid2 “Rəhman kimdir ki, onunla bir stolda oturmusan” deyə irad bildirməsini cüzi səbəb kimi bəhanə edib Zərərçəkmiş şəxs xuliqanlıq niyyəti ilə qəsdən xəsarət yetirmək qərarına gəlsə də, həmin vaxt kafedə insanların çox olmasını nəzərə alıb məqam gözləmiş, sonradan kafedən çölə çıxan Zərərçəkmiş şəxs yaxınlaşaraq bir qədər əvvəl işlətdiyi ifadəyə görə sonuncuya öz narazılığını bildirməsi ilə əlaqədar bu məzmunda aralarında yaranmış mübahisə zamanı özünün şəxsiyyətini Zərərçəkmiş şəxs şəxsiyyətinin fövqündə qoyaraq, davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərərək özünü ətrafdakılara qarşı qoymaqla cinayətkar niyyətini həyata keçirməkdən ötrü əvvəlcə Zərərçəkmiş şəxs sifət nahiyəsinə qəsdən 1 (bir) dəfə yumruq zərbəsi vurmuş, sonuncu bu zərbənin təsirindən arxası üstə asfalt örtüyə yıxıldıqdan sonra öz qanunazidd hərəkətlərini davam etdirərək 2 (iki) dəfə təpiklə onun qarın nahiyəsinə zərbə endirmiş, həmin vaxt Şahid2 hadisəyə müdaxilə edib Zərərçəkmiş şəxs yerdən qaldırmasına baxmayaraq, yenidən sonuncuya yaxınlaşaraq təpik ilə onun baş nahiyəsinə zərbə endirib üst dodağın qançırı kimi canlı şəxslərdə sağlamlığa zərər vurmayan, baş-beyin maddəsinin əzilməsi, baş-beyin maddəsinə və yumşaq qişalarına qansızma və ənsə nahiyəsinin dərialtı hematoması ilə müşayiət olunan ənsə sümüyünün kəllə əsasına keçən xətti sınığı kimi canlı şəxslərdə ağır zərər vurmaya xarakterik xəsarətlər yetirmiş, hadisə yerində olan şəxslər tərəfindən “X11" aparılıb Zərərçəkmiş şəxs ixtisaslı tibbi yardım göstərilməsinə baxmayaraq, sonuncu 29.11.2021-ci il tarixdə, saat 20.40-da ənsə sümüyünün kəllə əsasına keçən xətti sınığı ilə əlaqədar baş-beyin maddəsinin əzilməsi ilə müşayiət olunan xəsarətlər nəticəsində müalicə olunduğu xəstəxanada ölmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, ibtidai istintaq orqanı tərəfindən ona qarşı kifayət qədər ağır ittiham irəli sürülmüşdür. O, həmin ittihamla razı deyildir. Onun Məhəmmədə qarşı heç bir xuliqanlıq niyyəti olmamışdır. O, Məhəmmədi yumruqla vurarkən öldürmək kimi niyyəti olmamışdır. Doğrudur ki, o, Zərərçəkmiş şəxs yumruqla zərbə vurmuş və bunun nəticəsində Məhəmməd yerə yıxılmışdır. Məhəmməd yerə yıxılarkən baş nahiyəsindən xəsarət almış və sonra xəstəxanada dünyasını dəyişmişdir. Lakin o, belə olmasını istəməmişdir. Onun Məhəmmədi yumruqla vurmağına səbəb sonuncunun ona kobud cavab verməsi olmuşdur. O, dünyasını dəyişmiş Zərərçəkmiş şəxs bir neçə vaxt olardı ki, tanımışdır. Onların arasında heç vaxt mübahisə və problem olmamışdır. Hadisə günü o, işdən gəlmişdir. Həmin gün, həmçinin dostu Qabilin ad günü olmuşdur. O da bir balıq almış və kafeyə aparıb aşbaza vermişdir ki, balığı bişirsin. Hadisə 27 noyabr 2021-ci il tarixdə baş vermişdir. Həmin gün axşam saat 20:00-21:00 radələrində Zabrat qəsəbəsində 118 saylı marşrutun sonuncu dayanacağının yaxınlığında yerləşən məhəllə kafesində o Rövşən, Ruhulla və Qalib ilə birlikdə yeyib-içmişdir. Həmin gün onlar birlikdə təxminən 2-3 şüşə araq içmişlər. Onlar bir qədər yeyib-içdikdən sonra Ruhulla ilə Qalib çıxıb getmişlər. Ruhulla və Qabil getdikdən sonra süfrə arxasında onunla Rövşən qalmışdır. Bir qədər sonra mərhum Zərərçəkmiş şəxs kafeyə gəlmişdir. Məhəmməd kafeyə daxil olduqdan sonra Rövşəni özü tərəfə çağırmışdır. Rövşən isə Məhəmmədə onunla bir yerdə oturduğunu bildirmişdir. Məhəmməd isə bundan sonra Rövşənə “Rəhman kimdir ki, onunla bir masada oturmusan?” demişdir. Bu sözü o da eşitmişdir. Lakin həmin vaxt o, bu sözə çox da fikir verməmişdir. Lakin bir qədər sonra Məhəmmədin onun haqqında belə deməsi xoşuna gəlməmişdir. Bəlkə də həmin vaxt içkili olmasaydı bu hadisə baş verməzdi. Bir neçə dəqiqədən sonra Rövşən Məhəmmədlə birlikdə kafedən çıxıb getmişdir. Məhəmmədin Rövşənə dediyi sözlər ona çox pis təsir etmişdir. Ona görə də o, Rövşən və Məhəmmədin arxasıyca kafedən çölə çıxmışdır. Rövşən Məhəmmədlə birlikdə çölə çıxdıqdan sonra yaxınlıqda yerləşən “Ruslan” marketə getmişlər. Rövşənlə Məhəmməd marketdən alış-veriş edərək çıxdıqdan sonra o, Məhəmmədə yaxınlaşaraq sonuncu ilə söhbət etməyə başlamışdır. Bu zaman marketə Nurulla da gəlmiş və Rövşənlə söhbət etməyə başlamışdır. O, Məhəmmədə demişdir ki, “o nə sözdür sən Rövşənə bayaq dedin? Necə yəni Rəhman kimdir ki, sən onunla oturmusan?”. Məhəmməd isə ona “yaxşı eləmişəm demişəm, sən kimsənki, sən nə zibilsən ki....” deyə cavab vermişdir. O, Məhəmmədin ona qarşı bu cür söz işlətməsindən və kobudluq etməsindən möhkəm əsəbiləşmişdir. Çünki o, Məhəmmədlə dalaşmaq məqsədilə sonuncuya yaxınlaşmamışdır. O istəmişdir ki, Məhəmməd ilə arasında baş vermiş anlaşılmazlığı yoluna qoysun. Lakin Məhəmmədin ona yenidən kobud şəkildə “yaxşı eləmişəm demişəm” deməsi artıq əsəblərinə toxunmuş, ona görə də Məhəmmədə 1 (bir) dəfə çənəsindən yumruqla vurmuşdur. O, Məhəmmədi yumruqla vurduqdan sonra Məhəmməd yerə yıxılmışdır. O isə Məhəmmədin yıxıldığını həmin an görməmişdir. O, Məhəmmədə yumruqla vurduqdan sonra geriyə çönüb getmək istəmişdir. Həmin an eşitmişdir ki, Rövşən birdən-birə Məhəmmədə tərəf qaçaraq “buna nə oldu” demişdir. Bu vaxt o, geriyə çönmüş və Məhəmmədin yerə yıxıldığını görmüşdür. Məhəmmədə bir dəfə yumruqla zərbə vurmağı nəticəsində sonuncunun yerə yıxılaraq huşsuz vəziyyətə düşməsinə əvvəlcə inanmamışdır. Buna görə də düşünmüşdür ki, Məhəmməd “aktyorluq” edir, yalandan yerə yıxılıb. Buna görə də təkrarən Məhəmmədə yaxınlaşaraq 1-2 dəfə onun ayaq nahiyəsindən astaca vurmuşdur ki, onu yerdən qaldırsın. Lakin o, bir neçə dəfə Məhəmmədə astaca təpiklə vursa da Məhəmməd yerindən qalxmamışdır. O da Məhəmmədin bu zərbədən öləcəyinə inanmadığına görə həmin ərazini tərk edərək evə getmişdir. Müstəntiq isə ittiham aktında qeyd etmişdir ki, “Rəhman Məhəmmədi yumruqla vurduqdan sonra təkrarən ona yaxınlaşıb dəfələrlə təpiklə vurmuş, ona yenidən xəsarətlər yetimişdir”. O, bunu düzgün hesab etmir, o, yalnız 1 (bir) dəfə Məhəmmədə yumruqla zərbə vurmuşdur. Kamera görüntülərinə düşən təpik zərbələri isə çox astaca vurulmuş zərbələrdir ki, bunda da məqsədi Məhəmmədi yerdən qaldırmaq olmuşdur. Məhəmmədin yerə qalxmadığını gördüyü zaman düşünmüşdür ki, bir neçə dəqiqə sonra ayılar, buna görə də evə getmişdir. 28 noyabr 2021-ci il tarixdə onu Sabunçu RPİ-nin 15-ci PB-nə dəvət etmişlər. O da baş vermiş hadisəni Sabunçu rayonu 15-ci Polis Şöbəsində danışmışdır. Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiklərinin nəzərə alınmasını və barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X5 ifadəsində göstərdi ki, o, vəfat etmiş Zərərçəkmiş şəxs oğlunun övladı və hüquqi varisidir. Cinayət hadisəsi 27 noyabr 2021-ci il tarixdə baş vermişdir. Hadisə baş verən tarixdə o, Məmmədli kəndində yaşadığı evdə olmuşdur. Həmin vaxt o, Zabrat qəsəbəsindəki evlərində olmamışdır. Hadisə barədə ona iş üzrə Şahid2 məlumat verərək atasının yıxıldığını, yıxıldığı vaxt başından xəsarət aldığını, buna görə də xəsatəxanaya yerləşdirildiyini bildirmişdir. O da dərhal hadisə baş verən yerə getmişdir. O, hadisə baş verən yerə taksi ilə çatana qədər şahidlər onun atasını təcili tibbi yardım maşını ilə xəstəxanaya yerləşdirmişlər. O da taksi ilə Sabunçu rayonun yerləşən 3 saylı xəstəxanasına getmişdir. O, xəstəxanaya çatdığı zaman atası koma vəziyyətində olmuşdur. Atasını reanimasiya şöbəsinə götürmüşlər. Həmin gün heç kim ona hadisənin təfərrüatı ilə bağlı dəqiq məlumat verməmişdir. Hamı atasının yıxıldığına görə xəsarət aldığını ona demişdir. O da bu deyilənlərə inanmışdır. Əvvəlcə atasının qaytardığını (qusduğunu) ona demişlər. O da atasının nədənsə zəhərləndiyini düşünmüşdür. Heç kim onun atasının cinayəti törədən şəxsin vurması nəticəsində yerə yıxıldığını, başının yol kənarında olan daşa dəyməsi nəticəsində xəsarət aldığını, buna görə də koma vəziyyətinə düşdüyünü ona deməmişdir. Atası bir gün xəstəxanada qalmışdır. Növbəti gün, yəni 28 noyabr 2021-ci il tarixdə onun atası rəhmətə getmişdir. Hadisənin baş verdiyi gündən bir gün sonra hadisə şahidləri ona məlumat vermişlər ki, atası Rəhman tərəfindən vurulmuş və bundan sonra yerə yıxılmış, yerə yıxıldıqdan sonra başı yerə dəymiş, buna görə də ağır xəsarət alaraq koma vəziyyətinə düşmüşdür. Sonradan ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs onun atasını “Ruslan” marketin qarşısında vurmuş, atası da yerə yıxılaraq başı daşa dəymiş və aldığı xəsarətlərə görə koma vəziyyətinə düşmüşdür. Şahidlər də onun atasını koma vəziyyətində təcili tibbi yardım maşınına qoyaraq Sabunçu rayon xəstəxanasına aparmışlar. Ona bu məlumatlar verildikdən sonra o, dərhal Daxili İşlər Nazirliyinin 102 çağrı mərkəzinə zəng vurub hadisə barədə məlumat vermişdir. Bundan sonra 15-ci Polis bölməsinin əməkdaşları hadisənin baş verdiyi əraziyə gəlmişlər. O da hadisənin baş verdiyi yerə getmişdir. “Ruslan” marketin təhlükəsizlik kamerasına düşmüş görüntülər polis əməkdaşları tərəfindən açılmışdır. O, polis əməkdaşları ilə birlikdə hadisənin baş verməsini əks etdirən kamera görüntülərinə baxmışdır. O, kamera görüntüsünə baxdıqda, baş vermiş hadisə tam təfərrüatı ilə onlara aydın olmuşdur. Kamera görüntüsündə görünmüşdür ki, onun atası “Ruslan” marketə daxil olmuş, ev üçün çörək, nəvələri üçün meyvə şirələri almış, eləcə də hadisənin şahidi Rövşən üçün də enerji içkisi almışdır. Bundan sonra onun atası mağazadan çıxaraq getmək istəmişdir. Atası 3-4 metr marketdən aralandıqdan sonra təqsirləndirilən şəxs onun atasını yanına çağırmışdır. Atası da geri qayıdaraq təqsirləndirilən şəxslə üz-üzə dayanraq söhbət etmiş, sonra birdən atası ilə təqsirləndirilən şəxs arasında nəyəsə görə mübahisə düşmüş və təqsirləndirilən şəxs onun atasının sifətinə yumruqla zərbə vurmuşdur. Onun atası həmin yumruq zərbəsinin təsirindən yerə yıxılaraq başı daşa dəymişdir. Buna görə də atası başından ağır xəsarət almışdır. Bundan sonra hadisə yerində olan şəxslər dərhal qaçaraq atasını yerdən qaldıraraq oturtmağa çalışmışlar. Həmin vaxt atasının başı yerə əyilmiş şəkildə huşsuz vəziyyətdə olduğu müşahidə edilmişdir. O, həmçinin kamera görüntüsündə atası yerə yıxıldıqdan sonra təqsirləndirilən şəxsin onun atasından əl çəkməməsini və atasının başına təpiklə zərbələr endirməsini də görmüşdür. Təqsiləndirilən şəxsin onun atasının üz nahiyəsindən təpiklə zərbələr vurması nəticəsində atasının başının geri və qabağa gedib-gəlməsi kamera görüntüsündə görünmüşdür. Bu zaman hadisənin şahidi Ruhulla təqsirləndirilən şəxsi geriyə doğru itələyərək atasından aralayaraq həmin ərazidən uzaqlaşdırmışdır. Zərərçəkmiş şəxsin hüquqi varisi X5 ifadəsində qeyd etdiklərinin nəzərə alınmasını, eləcə də təqsirləndirilən şəxsdən şikayətçi olduğunu, təqsirləndirilən şəxslə barışmadığını, barışmaq fikrinin də olmadığını bildirərək Təqsirləndirilən şəxs ağır cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, hal-hazırda elektrik ustası işləyir. Vəfat etmiş şəxs Zərərçəkmiş şəxs onun həm qonşusu, həm də ki, yaxın dostu olmuşdur. Təqsirləndirilən şəxs isə onun tanışıdır. O, Rəhmanı Zabrat qəsəbəsində yaşayan bir sakin kimi tanımışdır. O, 27 noyabr 2021-ci ildə, təxminən saat 21:00 radələrində Zabrat qəsəbəsində 118 saylı marşrutun sonuncu dayanacağının yaxınlığında yerləşən məhəllə kafesində Təqsirləndirilən şəxs, tanışı Şahid3 və digər Qalib adlı tanışı ilə birlikdə yemək yemiş, bir qədər də spirtli içki içmişdir. Həmin vaxt onların arasında hər hansı problem olmamışdır. Bir müddət sonra Qalib və Ruhulla çıxıb getmişlər, masa arxasında onunla Rəhman qalmışdır. Qalib və Ruhulla getdikdən sonra Zərərçəkmiş şəxs kafeyə daxil olmuş və onlarla salamlaşaraq yan masada oturub bir qədər pivə içməyə başlamışdır. Onların arasında həmin zaman hər hansı bir mübahisə və problem olmamışdır. Həmin gün təxminən saat 23:00 radələrində o, Rəhman ilə yeyibiçməyi bitirmişdir. Bu zaman Məhəmməd onu çölə çıxararaq yaxınlıqda yerləşən “Ruslan” marketə getməyi təklif etmişdir. O, Rəhmanla yeyib-içməyi bitirdiyindən Rəhmanla birlikdə çölə çıxaraq “Ruslan” market tərəfə addımlamağa başlamışlar. Onlar marketə çatdıqda, Məhəmməd ərzaq alış-verişi üçün içəri daxil olmuşdur. Bu zaman o və Rəhman marketin qarşısında dayanmışlar. Məhəmməd ona nəsə lazımdısa ala biləcəyini demiş, o da marketə daxil olaraq Məhəmmədə spirtsiz energetik içki "Bizon” almağını xahiş edərək yenidən çölə çıxmışdır. Məhəmməd marketdə alış-veriş edib çölə çıxmışdır. Onlar marketdən aralanan vaxt bir tanış dostu, yəni Nurulla marketin qarşısına gələrək ona tərəf yaxınlaşıb salamlaşmış və onlar söhbət etməyə başlamışlar. Rəhman ilə Məhəmməd isə bu zaman onlardan təxminən 7-8 metr aralıda qarşı-qarşıya dayanmışlar. O, Nurulla ilə söhbət edən zaman yana çönmüş və həmin vaxt Məhəmmədin yerdə asfalt üzərində huşsuz uzandığını, Rəhmanın isə Məhəmmədin yanında dayandığını görmüşdür. O, Rəhman ilə Məhəmmədə tərəfə qaçaraq Məhəmmədi yolun ortasından kənara çəkib təcili tibbi yardıma və Məhəmmədin ailə üzvlərinə məlumat vermişdir. Həmin vaxt o, Məhəmmədə nə olduğunu dəqiq olaraq bilməmişdir. O, elə zənn etmişdir ki, Məhəmməd spirtli içki içdiyinə görə birdən halı pisləşmiş və yerə yıxılmışdır. O, Məhəmmədi kiminsə vurduğunu da görməmişdir. Hadisədən sonra Rəhman onlardan aralanaraq öz evinə tərəf getmişdir. Onun başı Məhəmmədin xəsarət almağına qarışdığından hansı səbəblə Məhəmmədin yerə yıxıldığını həmin an müəyyən edə bilməmişdir. Sonradan o, Məhəmmədi Rəhmanın vurduğunu müəyyən etmişdir. Lakin o, Rəhmanın Məhəmmədi vurduğu anı görməmişdir. Hansı səbəbdən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xəsarət yetirməsi barədə onun məlumatı yoxdur. Onlar yeyib-içdikdən sonra Məhəmməd onu çölə çağırmış, o, əvvəlcə Məhəmmədə çölə çıxmaq istəmədiyini bildirmiş, Məhəmməd isə onunla işi olduğunu və bir daha çölə çıxmağını xahiş etmişdir. Həmin vaxt o, Məhəmmədin Rəhmanın ünvanına hər hansı bir söz və ya cümlə işlətməsinin şahidi olmamışdır. Məhəmməd onu çölə çağırdıqdan sonra o, Məhəmməd ilə çölə çıxaraq sonuncu ilə birlikdə “Ruslan” marketə tərəfə addımlamışlar. Hadisə zamanı o, Nurulla ilə danışdığından Rəhman ilə Məhəmmədin qarşı-qarşıya dayanaraq aralarında nə barədə söhbət etmələrini bilməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, fəhləliklə məşğul olur və Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Yeni Massiv küçəsi, nömrəsiz fərdi yaşayış evində yaşayır. Təqsirləndirilən şəxs onun qonşusudur. Bir ilə yaxındır ki, o, Rəhman ilə dostluq edir. O, Şahid2 və Şahid3 Zabrat qəsəbəsində “Ruslan” marketin yaxınlığında yerləşən adsız kafedə təxminən 6-7 ay öncə tanımışdır. O, Zərərçəkmiş şəxs isə ümumiyyətlə tanımamışdır. O, O, Təqsirləndirilən şəxs kiminləsə mübahisə etməsinin və ya kiməsə problem yaratmasının şahidi olmamışdır. 27 noyabr 2021-ci il tarixdə, təxminən saat 19:00-20:00 radələrində o, işdən çıxıb Zabrat qəsəbəsindəki evinə qayıdarkən 118 saylı marşrutun sonuncu dayanacağında düşmüş və yaxınlıqda yerləşən kafeyə gedərək pivə içmək istəmişdir. O, kafeyə daxil olduqdan sonra soyuducunun yanında olan masa arxasında Rövşənin, Ruhullanın və Rəhmanın oturduğunu görmüşdür. Bildiyinə görə həmin şəxslər kafeyə təzə gələrək yeyib-içmişlər. O, həmin şəxslərlə salamlaşdıqdan sonra sonuncular onu da süfrə arxasına dəvət etmişlər. O da masa arxasına əyləşib təxminən 30 dəqiqə ərzində Rövşəngili ilə yemək yemiş, həmçinin bir qədər araq içmişdir. Həmin zaman həmin şəxlslərin aralarında hər hansı problem və ya mübahisə yaşanmamışdır. O, təxminən 30 dəqiqədən sonra süfrə arxasından duraraq yaşadığı evə getmişdir. O, gedən zaman Ruhulla, Rövşən və Rəhman hələ də yeyib-içməyə davam etmişlər. 28 noyabr 2021-ci il tarixdə istirahət günü olduğu üçün o, işə getməmişdir. Səhər saat 10:00 radələrində o, evdən çıxıb Sabunçu qəsəbəsinə alış-veriş üçün getmişdir. Bu zaman o, ətrafdakı qonşulardan öyrənmişdir ki, Rəhman Zərərçəkmiş şəxs adlı şəxslə mübahisə etmiş və sonra həmin şəxsi vurmuş, Rəhmanın vurduğu Məhəmməd aldığı xəsarətdən xəsataxanada dünyasını dəyişmişdir. O, vəfat etmiş Zərərçəkmiş şəxs tanımamış və həmin axşam kafedə sonuncunu görməmişdir. Hadisə o, kafeni tərk etdikdən sonra baş vermişdir. Onun hadisənin təfərrüatları barədə dəqiq məlumatı yoxdur. O, baş vermiş hadisəni qonşulardan və hadisəni görən şəxslərdən eşitmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, o, hal hazırda fəhlə işləyir. Mərhum Zərərçəkmiş şəxs onun qonşusu olmuşdur. O, Məhəmmədi yaxşı, səmimi, mehriban bir şəxs kimi tanımışdır. Təqsirləndirilən şəxs isə onun tanışıdır və sonuncunu Zabrat qəsəbəsində yaşayan bir sakin kımı tanımışdır. O, 27 noyabr 2021-cı il tarixdə, təxminən 21:00 radələrində Zabrat qəsəbəsində 118 saylı marşrutun sonuncu dayanacağının yaxınlığında yerləşən məhəllə kafesində Təqsirləndirilən şəxsla, tanışı Şahid2lə və Qalib adlı tanışı ilə birlikdə yeyib-içmişdir. Onlar yeyib-içdikləri zaman aralarında hər hansı bir problem olmamışdır. Bir müddət sonra Qalib çıxıb getmişdir. Qalib çıxıb getdikdən sonra o da təxminən 10-15 dəqiqə kafedə oturduqdan sonra evə getmişdir. O, həmin gün kafedə mərhum Zərərçəkmiş şəxs görməmişdir. O gedənədək Zərərçəkmiş şəxs hələ kefayə gəlməmişdir. Kafedə Zərərçəkmiş şəxslə Təqsirləndirilən şəxs arasında mübahisələr barədə və ya belə bir mübahisənin olub-olmaması barədə məlumatı yoxdur. O, cinayət hadisəsinin də şahidi olmamışdır. O, evə getdikdən sonra, təxminən saat 23:00 radələrində evdən çıxaraq yaxınlıqda yerləşən “Ruslan” marketə siqaret və çörək almaq üçün getmişdir. Marketə yaxınlaşdıqda Rövşən, Rəhman və Məhəmmədin marketdən aralandığını görmüşdür. Bu zaman Rövşənlə bir qədər söhbət etmişdir. Rövşən ona spirtsiz energetik içki “Bizon” içməyi təklif etmişdir. O da Rövşənin təklifi ilə “Bizon” içmişdir. Bu zaman təxminən 7-8 metr aralıda Məhəmmədlə Rəhman üz-üzə dayanaraq söhbət etmişlər. Məhəmmədlə Rəhmanın nə barədə söhbət etdiyini o eşitməmişdir. Çünki o, Rəhmanla Məhəmmədin söhbət etdiyi yerə tərəf baxmamışdır. O, Rövşənə baxaraq sonuncu ilə söhbət etmişdir. O, Rövşənlə söhbət edərkən qəflətən yana çönmüş və bu zaman Məhəmmədin yerdə asfalt üzərində huşsuz vəziyyətdə uzandığını, Rəhmanın isə Məhəmmədin yanında dayandığını görmüşdür. Lakin o, Rəhmanın Məhəmmədi necə vurduğunu görməmişdir. Bundan sonra dərhal Rövşən Məhəmmədə yaxınlaşmışdır. Məhəmməd yerdə huşsuz vəziyyətdə olmuşdur. Rövşən Məhəmmədi yerdən qaldırmaq üçün ondan kömək istəmişdir. O, əvvəlcə qorxmuşdur. Lakin sonra o, Məhəmmədi yerdən qaldırmağa Rövşənə köməklik göstərmişdir. Onlar Məhəmmədi oturtmağa çalışmışlar. Lakin Məhəmməd huşsuz vəziyyətdə olmuşdur. Onlar Rəhmandan nə etdiyini soruşduqda, Rəhman onlara heç bir cavab verməmiş, bir qədər sonra isə həmin yeri tərk etmişdir. Rəhmanın Məhəmməd yerə yıxıldıqdan sonra təkrarən zərbə endirməsini, Məhəmmədin hansı nahiyəsinə təpiklə vurub-vurmadığını o görməmişdir. Bundan sonra Rövşən təcili tibbi yardıma zəng vurmuş, Məhəmmədi təcili tibbi yardım maşını ilə Sabunçu rayonu 3 saylı Şəhər Kliniki Xəstəxanasına aparmışlar. Sonradan isə Məhəmməd xəstəxanada vəfat etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, o, hadisə baş verən vaxt Zabrat qəsəbəsində yerləşən “Ruslan” marketin yaxınlığında kafedə işləmişdir. Hazırda isə səhhətində problem yarandığından işləmir. İşlədiyi kafe, həmçinin sonuncu dayanacaqda yerləşdiyindən məhəllə kafesi olmuş və adətən həmin kafeyə sonuncu dayanacağa gələn müştərilər gəlmişdir. Baş vermiş cinayət hadisəsi barədə onu deyə bilər ki, Təqsirləndirilən şəxs təxminən 2 aydır ki, Zabrat qəsəbə sakini kimi tanımışdır. Rəhman hərdən onun işlədiyi kafeyə gələrək oturub yeyib-içmişdir. Təqsirləndirilən şəxs adətən spirlti içkilərdən istifadə etmişdir. O, mərhum Zərərçəkmiş şəxs da tanımışdır. Həmçinin Məhəmməd də Zabrat qəsəbəsində yaşadığından onlar qonşu olmuşlar. Məhəmməd çox mülayim, xasiyyətcə mehriban, sakit təbiətli bir insan olmuşdur. O, heç vaxt Məhəmmədin kiminləsə mübahisə etdiyinin şahidi olmamışdır. 27 noyabr 2021-ci il tarixdə, axşam saat 19:00-20:00 radələrində kafeyə Şahid2, Təqsirləndirilən şəxs və Şahid3 gəlmişlər. Təqsirləndirilən şəxs özü ilə araq da gətirmişdir. Həmin şəxslər süfrə arxasına əyləşərək yemək sifariş edərək yeyib-içmişlər. Bir neçə dəqiqədən sonra kafeyə Şahid1 da gəlmişdir. Qabil Rövşəngillə bir qədər yeyib-içmişdir. Həmin vaxt kafedə oturub-yeyib içən həmin şəxslərin aralarında hər hansı bir mübahisə olmamışdır. Sonra Qabil çıxıb getmişdir. Qabildən sonra Ruhulla da çıxıb getmişdir. Süfrə arxasında Məhəmməd və Rövşən qalmışdır. Təxminən saat 23:00 radələrində mərhum Zərərçəkmiş şəxs kafeyə gəlmişdir. Məhəmməd kafeyə daxil olduqdan sonra qapının yanındaki masa arxasında oturaraq pivə içmişdir. Həmin vaxt Məhəmməd heç kəsə qarışmamışdır. Məhəmməd pivə içdikdən sonra Rövşənə çölə çıxmasını təklif etmişdir. Rövşən də Məhəmmədin təklifi ilə çölə çıxmışdır. Rövşəngil kafeni tərk etdikdən sonra Təqsirləndirilən şəxs da Rövşəngilin arxasınca kafedən çıxmışdır. Məhəmmədin kafedə olduğu zaman kiməsə kobudluq etməsinin və ya kimisə təhqir etməsinin şahidi olmamışdır. Rəhman da getdikdən sonra onlar kafeni bağlamışlar. O da çıxıb evə getmişdir. Növbəti gün ətrafdakı qonşulardan Rəhmanın yumruqla Məhəmmədi vurduğunu, bu səbəbdən də Məhəmmədin yerə yıxılaraq huşunu itirdiyini, sonra xəstəxanaya yerləşdirildiyini eşitmişdir. Sonradan da məlum olmuşdur ki, Məhəmməd xəstəxanada koma vəziyyətindən çıxa bilməyərək ölmüşdür. Rəhmanın hansı səbəbdən Məhəmmədi vurduğunu bilmir. O, Rəhmanın Məhəmmədi vurduğu anı görməmişdir. O, Rəhman ilə Məhəmmədi yalnız kafedə görmüşdür. O, Rəhmanın Məhəmmədi harada və necə vurduğunu görməmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 28 noyabr 2021-ci il tarixli raportdan (cild 1, iş vərəqə 4) görünür ki, həmin gün saat 17:55 radələrində X5 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyini “102” xidmətinə zəng edərək 27.11.2021-ci il tarixdə atası Məhəmmədin döyülməsi, xəsarət alması, hal-hazırda xəstəxanada müalicə alması barədə məlumat vermişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 28 noyabr 2021-ci il tarixli ərizədən (cild 1, iş vərəqə 5) görünür ki, X5 atası Zərərçəkmiş şəxs 27.11.2021-ci il tarixdə yaşadıqları evin yaxınlığında Rəhman adlı şəxs tərəfindən döyüldüyünü bildirmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 28 noyabr 2021-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən (cild 1, iş vərəqə 6-9) görünür ki, cinayət hadisəsi Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində istixana adlanan ərazidə “Ruslan” marketin qarşısında baş vermişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 29 noyabr 2021-ci il tarixli sərxoşluq hallarının növlərinin təyini məqsədi ilə aparılan 1/2307 saylı tibbi müayinə haqqında protokoldan (cild 1, iş vərəqə 20) görünür ki, həmin gün saat 01:15-də Təqsirləndirilən şəxs tibbi müayinədən keçirilmiş və onda yüngül alkoqol sərxoşluğunun olması müəyyən edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 29 noyabr 2021-ci il tarixli raportdan (cild 1, iş vərəqə 137) görünür ki, Zərərçəkmiş şəxs 27.11.2021-ci il tarixdə aldığı xəsarətlərdən vəfat etmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 29 noyabr 2021 il tarixli əməlin tövsif olunması haqqında qərardan (cild 1, iş vərəqə 26-27) görünür ki, cinayət işi üzrə əməlin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsindən həmin Məcəllənin 126.3-cü maddəsinə tövsif olunması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 29 noyabr 2021-ci il tarixli meyitə baxış keçirilməsi haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən (cild 1, iş vərəqə 36-39) görünür ki, meyitə baxış zamanı meyitin üst dodağının sağ yan səthində 1,5x1,0 sm ölçüdə göyümtül-bənövşəyimtil rəngli, qeyri-müəyyən formalı qançır vardır. Qançır səviyyəsində dodağın selikli qişasında və üst damaqda qansızma vardır. Digər hissələrin selikli qişası çəhrayımtıl rəngdədir, zədəsizdir. Meyitin xarici müayinəsində digər xəsarətlər aşkar edilmədi. Döş qəfəsinin ön səthində, qarının ön divarının sağ yarısında və sağ baldırın iç səthində xətt şəkilli, ağımtıl rəngli, hüdudları hamar çapıqlar (köhnə əməliyyat yeriəri) vardır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 30 noyabr 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan (cild 1, iş vərəqə 54-55) görünür ki, həmin gün Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 30 noyabr 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protəkoldan (cild 1, iş vərəqə 68) görünür ki, həmin gün Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 30 noyabr 2021-ci il tarixli şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən (cild 1, iş vərəqə 81-85) görünür ki, Təqsirləndirilən şəxs hadisənin baş verdiyi yeri, yəni Zərərçəkmiş şəxs xəsarət yetirdiyi yeri əyani şəkildə göstərmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 01 dekabr 2021-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə barədə qərardan (cild 1, iş vərəqə 93-95) görünür ki, Təqsirləndirilən şəxs həmin gün təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə ittiham elan edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 01 dekabr 2021-ci il tarixli Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 4(008)-973/2021 saylı qərarından (cild 1, iş vərəqə 111-114) görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 30.11.2021-ci il tarixdən hesablanmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 01 dekabr 2021-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X3” X14 Sabunçu rayon şöbəsinin 1911 nömrəli canlı şəxsin ekspertizası barədə rəyindən (cild 1, iş vərəqə 166-167) görünür ki, Təqsirləndirilən şəxs bədənində xəsarət aşkar edilməmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 69 saylı Mənzil- Kommunal İstismar Sahəsi tərəfin verilmiş xasiyyətnamədən (cild 1, iş vərəqə 140) görünür ki, Təqsirləndirilən şəxs 1995-ci ildən 2015-ci ilin fevral ayına qədər Bakı şəhəri, Sabunçu qəsəbəsi, A.Əsədullayev küçəsi 6, mənzil 7-də yaşamış və yaşadığı müddət ərzində onun barəsində heç bir şikayət daxil olmamışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 11 dekabr 2021-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 11 dekabr 2021-ci il tarixli tələbnaməsindən (cild 1, iş vərəqə 144) görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 21 dekabr 2021-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X3” X14 Sabunçu rayon şöbəsinin 263 nömrəli meyitin ekspertizası haqqında rəydən və ona əlavə edilmiş fotoşəkillərdən (cild 1, iş vərəqə 169-175) görünür ki, mərhum Zərərçəkmiş şəxs meyitində aşağıdakı xəsarətlər müəyyən edilmişdir: baş-beyin maddəsinin əzilməsi, baş-beyin maddəsinə və yumşaq qişalarına qansızma, ənsə sümüyünün kəllə əsasına keçən xətti sınığı. Ənsə nahiyəsinin dərialtı hematoması və üst dodağın qançırı. Xəsarətlər həyati olub, M.B.X8 daxil olmasından (28.11.2021-ci il, saat 00:02) az əvvəl bərk-küt əşya (əşyalar) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən 27.11.2021-ci il tarixdə və şəraitdə, kənar təsirdən öz boyu hündürlüyündən yıxılması nəticəsinə törənə bilər. Dərcəsinə görə baş-beyin maddəsinin əzilməsi, baş-beyin maddəsinə və yumşaq qişalarına qansızma və ənsə nahiyəsinin dərialtı hematoması ilə müşayiət olunan ənsə sümüyünün kəllə əsasına keçən xətti sınığı canlı şəxslərdə sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malik olmaqla onun ölümü ilə səbəbli əlaqəlidir. Üst dodağın qançırı isə canlı şəxslərdə sağlamlığa zərər vurmayan xəsarətlərin əlamətlərinə malik olmaqla mərhumun ölümü ilə birbaşa səbəbli əlaqəsi yoxdur. Mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb onun ənsə sümüyünün kəllə əsasına keçən xətti sınığı ilə əlaqədar baş-beyin maddəsinin əzilməsi olmuşdur. Ölüm 29.11.2021-ci il tarixdə, saat 20:05-də X9 baş vermişdir, bu da ilkin meyit əlamətlərinə əsasən öz təsdiqini tapır. Mərhum Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 10 yanvar 2022-ci il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan (cild 1, iş vərəqə 154-155) görünür ki, 27.11.2021-ci il tarixdə Şahid2, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs saat 23:03:30da “Ruslan” marketin qarşısına yaxınlaşmışlar. Marketin qarşısına yaxınlaşdıqda sonra saat 23:03:32-də Zərərçəkmiş şəxs marketə daxil olmuşdur. Məhəmmədin ardınca isə saat 23:03:44-də Şahid2 də marketə daxil olmuşdur. Bu zaman Təqsirləndirilən şəxs marketin girişinin qarşısındakı boruya söykənərək dayanmışdır. Saat 23:05:20-də Rövşən Nəzərəlivev marketdən çıxaraq Təqsirləndirilən şəxs yanında dayanıb onlar bir qədər söhbət etmişlər. Saat 23:05:30-da Şahid2 yenidən marketə daxil olmuşdur. Təqsirləndirilən şəxs isə marketin qarşısında dayanmağa davam etmişdir. Saat 23:06:10-da Zərərçəkmiş şəxslə Şahid2 marketdən çölə çıxmışlar. Bu zaman Zərərçəkmiş şəxs əlində ərzaq malları ilə olan salafan paketin olması görünür. Şahid2 Təqsirləndirilən şəxsla söhbət etməyə başlamışlar, bu zaman Zərərçəkmiş şəxs siqareti alışqanla yandırmağa cəhd etmiş, lakin yandırmağı dayandıraraq saat 23:06:30-da yenidən “Ruslan” marketə geri dönüb daxil olmuşdur. Saat 23:07:44-də Zərərçəkmiş şəxs marketdən çıxaraq alışqanla siqareti yandırıb çəkməyə başlamışdır. Bir qədər Şahid2lə Təqsirləndirilən şəxs yanında dayandıqdan sonra Rövşənə səslənərək özü ilə getməyə çağırması görünür. Saat 23:08:30-da Məhəmməd asfaltın yolun kənarı ilə gedərək marketdən aralanması görünür. Bu zaman Rövşənlə Rəhman isə söhbət edərək onun ardınca addımlayıb dayanıb söhbət etməyə davam edirlər. Məhəmməd geri çönərək onların dayandığını görüb özüdə asfalt yolun kənarında dayanır. Saat 23:09:10-da X6 yaxınlaşırlar. Bu zaman digər Şahid3 marketin qarşısına gələrək Şahid2 yaxınlaşıb söhbət etməyə başlayır. Təqsirləndirilən şəxs isə Şahid2 aralanaraq 3-4 metrə aralıqda dayanmış Zərərçəkmiş şəxs yaxınlaşdığı görünür. Bundan sonra Zərərçəkmiş şəxslə Təqsirləndirilən şəxs Şahid2 və Şahid3la bir neçə saniyə söhbət edib onlardan təxminən 7-8 metrə aralaşırlar. Saat 23:10:00-dan saat 23:10:19-dək Zərərçəkmiş şəxs asfalt örtük üzərində yolun kənarında Təqsirləndirilən şəxs isə onunla üzbəüz torpaq örtük üzərində dayanıb söhbət etmələri görünür. Saat 23:10:20də Təqsirləndirilən şəxs qəflətən Zərərçəkmiş şəxs sifət nahiyəsinə bir zərbə vurur, bundan sonra Zərərçəkmiş şəxs arxası üstə yerə yıxılaraq başı asfalt örtüyə dəyir. Bundan sonra Təqsirləndirilən şəxs yerdə uzanan Zərərçəkmiş şəxs qarın nahiyəsinə 2 dəfə təpiklə yavaş sürətdə zərbə endirməyi görünür. Həmin zaman onlardan araları dayanan Şahid2 və Şahid3 saat 23:10:24-də onlar tərəfə sürətlə yaxınlaşırlar. Şahid2 Zərərçəkmiş şəxs baş nahiyəsinə yaxınlaşaraq əyilib üz nahiyəsinə baxır. Saat 23:10:40-da Şahid2 Zərərçəkmiş şəxs başını asfalt örtükdən, yəni ki yerdən qaldıraq əli ilə saxlayır. Bu zaman Təqsirləndirilən şəxs və Şahid3 yerdə uzanan Zərərçəkmiş şəxslə üzbəüz ayaq üstə dayanmışlar. Saat 23:10:48-də Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bir daha yaxınlaşıb sağ ayağı ilə Zərərçəkmiş şəxs üz nahiyəsinə zərbə endirir. Ardınca isə Şahid3 Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs yanından ayırır. Saat 23:11:00-da Təqsirləndirilən şəxs hadisə baş vermiş yerdən asta addımlarla “Ruslan” market istiqamətində uzaqlaşmağa başlayır. Saat 23:11:10-da Təqsirləndirilən şəxs Şahid3 yenidən yaxınlaşıb bir qədər söhbət edib yenidən hadisə yerindən naməlum istiqamətdə uzaqlaşır. Saat 23:11:31-də Təqsirləndirilən şəxs “Ruslan” marketin qarşısında dayanaraq geri çönüb bir neçə addım geri atır, lakin yenidən saat 23:11:35-də uzaqlaşmağa başlayır.Saat 23:11:50də Şahid2lə Şahid3 Zərərçəkmiş şəxs asfalt örtüyün üzərindən əsas yoldan kənara çəkərək yerə uzadırlar. Saat 23:13;53-də Şahid2 “Ruslan” marketdən çıxan naməlum şəxsə yaxınlaşıb mobil telefon vasitəsi ilə zəng vurmağı və marketə daxil olmağı görünür. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 31 yanvar 2022-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X14 236 saylı rəyindən (cild 2, iş vərəqə 17-20) görünür ki, Təqsirləndirilən şəxs ona ittiham olunan cinayət əməlini törədən zaman xroniki psixi xəstəlik, psixi fəaliyyəti müvəqqəti pozulması, kəmağılllıq və sair psixi xəstəlik müəyyən edilməyib. Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törətdiyi zaman hər hansı psixi xəstəlik əlamətləri qeyd edilmir. Təqsirləndirilən şəxs ictimai təhlükəliliyini və əməl zamanı öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükənitofei etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hər hansı psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-in 21.1-ci, 21.3-cü və ya 22.1-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt vəziyyətində olmamışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 02 fevral 2022-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X13 X10 X4 468 saylı rəyindən (cild 2, iş vərəqə 14-15) görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 05 mart 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan (cild 2, iş vərəqə 31-42) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə yenidən ittihamın elan olunması, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120, 124, 126.2.1 və 221-ci maddələrinin tərkib əlamətləri olmadığından onun barəsində həmin maddələr üzrə cinayət təqibinin başlanmasının rədd edilməsi, baş vermiş cinayət hadisəsinin videogörüntülərini özündə əks etdirən 1 (bir) ədəd diskin maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə olunması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 10 mart 2022-ci il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan olunması haqqında qərardan (cild 2, iş vərəqə 48-50) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə yenidən ittiham elan olunması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 18 mart 2022-ci il tarixli Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 4(008)-225/2022 saylı qərarından (cild 2, iş vərəqə 88-91) görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 15 (on beş) gün müddətinə uzadılmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X2 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində ona imkan yaradılsada, təqsirləndirilən şəxs və onun müdafiəçisi həmin sübutlara dair öz etirazını bildirməmiş, məhkəmə istintaqında tədqiq edilmiş heç bir sübutu mübahisələndirməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə, cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs oğlunun əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Belə ki, məhkəmə istintaqında mötəbər sübutlar əsasında müəyyən edilmişdir ki, 27 noyabr 2021-ci il tarixdə, saat 23:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Yeni yaşayış massivində yerləşən “Ruslan” marketin yaxınlığındaki kafedə Təqsirləndirilən şəxs tanışı Şahid2 ilə birlikdə spirtli içki qəbul etməklə yeyib-içmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs həmin kafeyə gəlmiş və Təqsirləndirilən şəxs Şahid2lə yeyib-içdiyini görmüşdür. Şahid2 həm təqsirləndirilən şəxsin, həm də zərərçəkmiş şəxsin ortaq tanışı olmuşdur. Zərərçəkmiş şəxs bunu gördükdə Şahid2 müraciət edərək “Rəhman kimdir ki, onunla bir masada oturmusan?” öz iradını bildirmişdir. Zərərçəkmiş şəxs Şahid2 belə məzmunda irad bildirməsi sərxoş vəziyyətdə olan Təqsirləndirilən şəxs xoşuna gəlməmiş və Rəhman bu iraddan qıcıqlanaraq Zərərçəkmiş şəxslə “haqq-hesab” etmək qərarına gəlmişdir. Bundan sonra Zərərçəkmiş şəxs Rövşənlə birlikdə kafedən çıxmışdır. Bu səbəbdən də Zərərçəkmiş şəxs Şahid2lə birlikdə kafedən çıxdıqdan sonra Təqsirləndirilən şəxs Məhəmmədgilin arxasınca kafedən çıxmışdır. Təqsirləndirilən şəxs çölə çıxdıqdan sonra yaranmış əlverişli şəraitdən istifadə edərək Zərərçəkmiş şəxs yaxınlaşıb sonuncunun kafedə irad bildirməsi ilə əlaqədar narazılığını bildirmişdir. Nəticədə Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs arasında sözlü mübahisə yaranmışdır. Sözlü mübahisə zamanı Təqsirləndirilən şəxs qəflətən Zərərçəkmiş şəxs sifət nahiyəsinə qəsdən 1 (bir) dəfə yumruq zərbəsi vurmuşdur. Zərbənin təsirindən Zərərçəkmiş şəxs asfaltın üzərinə yıxılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs yerdə huşsuz vəziyyətdə uzanan Zərərçəkmiş şəxs qarşı qanunazidd hərəkətlərini davam etdirərək 2 (iki) dəfə təpiklə sonuncunun qarın nahiyəsinə zərbə vurmuşdur. Həmin vaxt yaxınlıqda olan Şahid2 Zərərçəkmiş şəxs yaxınlaşaraq sonuncunu yerdən qaldırmaq istəmiş və Məhəmmədi qaldırmaq istəyərkən Təqsirləndirilən şəxs yenidən Zərərçəkmiş şəxs qarşı qanunazidd hərəkətlərini davam etdirərək sonuncuya yaxınlaşıb təpik ilə baş nahiyəsinə zərbə vurmuşdur. Bundan sonra yaxınlıqda olan digər şəxslər Təqsirləndirilən şəxs hadisə yerindən uzaqlaşdırmağa müvəffəq olmuşlar, eləcə də Zərərçəkmiş şəxs kömək etmək məqsədi ilə təcili tibbi yardım çağıraraq sonuncunun xəstəxanaya çatdırmışlar. Tibbi müdaxiləyə baxmayaraq, Zərərçəkmiş şəxs 29 noyabr 2021-ci il tarixdə ölmüşdür. Zərərçəkmiş şəxs ölümünə səbəb - onun ənsə sümüyünün kəllə əsasına keçən xətti sınığı ilə əlaqədar başbeyin maddəsinin əzilməsi olmuşdur. Bu isə ona dəlalət edir ki, Zərərçəkmiş şəxs aldığı ağır bədən xəsarəti, yəni ənsə sümüyünün kəllə əsasına keçən xətti sınığı ilə Təqsirləndirilən şəxs 27 noyabr 2021-ci il tarixdə törətmiş olduğu əməl (fəal hərəkət) arasında birbaşa səbəbli əlaqə olmuş və zərərçəkmiş şəxs məhz həmin gün aldığı ağır xəsarət nəticəsində 29 noyabr 2021-ci il tarixdə ölmüşdür. Eyni zamanda Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qarşı Cinayət Məcəlləsinin 126.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini məhz xuliqanlıq niyyəti ilə törətmişdir. Beləlikdə də Təqsirləndirilən şəxs ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs ölümünə səbəb olan qəsdən sağlamlığa ağır zərər vurma cinayətini xuliqanlıq niyyəti ilə törətmişdir. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2002-cı il tarixli 3 №-li qərarının 3-cü bəndində göstərilmişdir ki, qəsdən adam öldürməni ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan qəsdən sağlamlığa ağır zərər vurmadan fərqləndirmək lazımdır. Nəzərə almaq lazımdır ki, qəsdən adam öldürmədə təqsirkarın niyyəti zərərçəkmişi həyatdan məhrum etməyə yönəldiyi halda, Azərbaycan Respublikası CM-nin 126.3-cü maddəsində nəzərdə tutulan əməldə ölümün baş verməsinə münasibəti ehtiyatsızlıqda ifadə olunur. Burada təqsirkarın niyyətinin məhz nəyə yönəlməsi məsələsi həll edilərkən işin bütün halları, o cümlədən cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətlərinin sayı, xarakteri və lokalizasiyası (məsələn həyat üçün mühüm orqana xəsarət yetirilməsi), həmçinin təqsirkarın və zərərçəkmiş şəxsin hadisədən əvvəlki qarşılıqlı münasibətləri, təqsirkarın hadisədən sonrakı hərəkətləri nəzərə alınmalıdır. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş və cinayət hadisəsi məhz onun tərəfindən törədilmişdir, həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qarşı qəsdən sağlamlığa ağır zərər vurma cinayət əməlini xuliqanlıq niyyəti ilə törətdiyindən və törədilmiş cinayət nəticəsində Zərərçəkmiş şəxs ehtiyatsızlıqdan öldüyündən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qəsdən törətmiş olduğu cinayət əməli Cinayət Məcəlləsinin 126.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməli ilə əhatə olunur və bu səbəbdən də məhkəmə onun əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə tövsif edir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsinin sanksiyası həddində cəzalandırılmalıdır. Cinayət hüququ nəzəriyyəsinə görə - qəsdən sağlamlığa ağır zərər vurma cinayəti sağlamlıq əleyhinə olan cinayətlərin ən təhlükəlisidir. Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulmuş əməllərin törədilməsi nəticəsində ən mühüm dəyərlərdən biri olan insan sağlamlığına zərər vurulur. Qeyd edilən cinayətin obyektiv tərəfinə daxil olan əməllər təqsirkarın xarici aləmin mexaniki, fiziki, kimyəvi, bioloji amillərindən istifadə etməklə təsir göstərməsində və ya psixi təsir göstərməsində ifadə oluna bilər. Cinayət Prosessual Məcəllənin 140-cı maddəsinə əsasən sağlamlığa vurulmuş zərərin ağırlıq dərəcəsi yalnız məhkəmə-tibb ekspertizasının rəyi əsasında müəyyən edilə bilər. Cinayət Məcəlləsinin 126.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi nəticəsində (qəsdən sağlamlığa ağır zərər vurma) ehtiyatsızlıqdan zərərçəkmiş şəxs ölməlidir. Həmçinin qəsdən sağlamlığa ağır zərər vurma zamanı baş verən ölüm təqsirkarın əməlinin sonrakı nəticəsidir. Təqsirkarın ilkin əməlinin nəticəsi məhz Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş əlamətlərdən biri üzrə müəyyən edilən sağlamlığa vurulmuş ağır zərərin nəticəsidir. Baş vermiş ölüm isə artıq sağlamlığa vurulmuş ağır zərərin nəticəsidir. Ona görə də təqsirkarın əməlini Cinayət Məcəlləsinin 126.3-cü maddəsi üzrə tövsif edərkən sağlamlığa vurulmuş ağır zərərlə baş vermiş ölüm arasında səbəbli əlaqə mövcud olmalıdır. Cinayət Məcəlləsinin 126.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməli təqsirin qarışıq forması ilə törədilir: şəxsin təqsiri sağlamlığa ağır zərər vurmaya münasibətdə qəsdən, ölümə münasibətdə isə ehtiyatsızlıqdan ibarət olur. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Təqsirləndirilən şəxs ittiham olunduğu Cinayət Məcəlləsinin 126.3-cü maddəsinin sanksiyasında 9 ildən 12 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs yalnız azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə, o cümlədən pozulmuş sosial ədalətin bərpasına nail olmaq olar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsində göstərilən cinayət cinayətlərin təsnifatına görə ağır cinayətlər sırasına daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi nəzərdə tutulmuşdur. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə aid edildiyindən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət ona təyin olunmuş cəza müddətinə daxil edilməli və Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın başlanğıcı onun tutulduğu vaxtdan, yəni 30 noyabr 2021-ci il tarixdən hesablanmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə iş üzrə maddi sübutun taleyini həll edərkən qeyd edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olub baş vermiş cinayət hadisəsinin görüntüsünü özündə əks etdirən 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə xərci (ekspertiza xərci) və mülki iddia yoxdur. Hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakı məhkəmə tərəfindən müəyyən edilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 9 (doqquz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 30 noyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub baş vermiş cinayət hadisəsinin görüntüsünü özündə əks etdirən 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-914/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-914/2022
23.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver