Məhkəmə qərarları › İş №1(101)-914/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-914/2023

18.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-914/2023 18.04.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Samir İmamverdi oğlu (sədrlik edən), Həsənzadə İradə Xəlil qızı və Ağalarov Mahmud Muradxan oğlundan ibarət tərkibdə Məhkəmə iclasının katibi: Bayramlı Ləman Bünyad qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X7 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X11 və Dövlət ittihamçısı, Müdafiəçilər: Universal Vəkil Bürosunun vəkili Müdafiəçi2, Bakı şəhəri 36 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 və Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakı ilə, 15 avqust 1987-ci il tarixdə Ağdam şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Azərbaycan Futzal Federasiyasının A Milli komandasının üzvü, evli, iki azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə xx xxxxxx 2003-cü ildə Lerik rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, Azərbaycan Futzal Federasiyasının A Milli komandasının üzvü, subay, əvvəllər məhkum olunmamış, ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs1 təqsirləndirilir ona görə ki, o, bir qrup şəxs halında xeyli miqdarda malları qəsdən Azərbaycan Respublikasının gömrük sərhədindən bəyan etməməklə, qaçaqmalçılıq yolu ilə keçirmək haqqında futzal üzrə beynəlxalq yarışda iştirak etmək üçün Xorvatiya Respublikasına getmiş tanışı, Azərbaycan Respublikası vətəndaşı, Azərbaycan Futzal Federasiyasının 19 yaşadək futbolçulardan ibarət (U-19) komandanın üzvü Təqsirləndirilən şəxs2, Azərbaycan Respublikasında və Türkiyə Respublikasında şəxsiyyətləri istintaqla müəyyən edilməmiş digər şəxslərlə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, bir qrup şəxs halında, əldə edilmiş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına keçirməsini təmin etmək məqsədi ilə “whatsap” proqramından istifadə etməklə zəng edib TK-334 saylı İstanbul-Bakı aviareysi ilə Azərbaycan Respublikasına qayıdan, cinayətkar qrupun üzvü Təqsirləndirilən şəxs2 ilə danışaraq sonuncuya cinayətkar qrupun Türkiyə Respublikasında olan istintaqla müəyyən edilməmiş üzvündən X22 bir ədədinin dəyəri 2150 manat olmaqla cəmi dəyəri 51600 manat təşkil edən 24 ədəd qutusu, aksesuarları olmayan “İphone 13 Pro Max 128 GB” markalı mobil telefonu, bir ədədinin dəyəri 600 manat olmaqla cəmi dəyəri 14400 manat təşkil edən 24 ədəd qutusu, aksesuarları və kəməri olmayan “X30 7 45 mm” markalı qol saatından ibarət, ümumilikdə dəyəri 66000 manat təşkil edən, xeyli miqdarda malları götürməsini, daha sonra qeyd edilən malları həmin vaxt yarışda iştirak etdikdən sonra ölkəyə qayıtmaq üçün Türkiyə Respublikasının X12 Azərbaycan Futzal Federasiyasının 19 yaşadək futbolçulardan ibarət (U-19) milli komandanın digər üzvləri arasında bərabər şəkildə paylaşdırmasına dair göstəriş vermiş, Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 göstərişinə əməl edərək 2 ədəd “İphone 13 Pro Max 128 GB” markalı mobil telefon və 2 ədəd “X30 7 45 mm” markalı qol saatını özündə saxlamış, 2 ədəd “İphone 13 Pro Max 128 GB” markalı mobil telefon və 2 ədəd “X30 7 45 mm” markalı qol saatını Şahid12, 2 ədəd “İphone 13 Pro Max 128 GB” markalı mobil telefon və 2 ədəd “X30 7 45 mm” markalı qol saatını Şahid9, 2 ədəd “İphone 13 Pro Max 128 GB” markalı mobil telefon və 2 ədəd “X30 7 45 mm” markalı qol saatını Şahid4, 2 ədəd “İphone 13 Pro Max 128 GB” markalı mobil telefon və 2 ədəd “X30 7 mm” markalı qol saatını Şahid7, 2 ədəd “İphone 13 Pro Max 128 GB” markalı mobil telefon və 2 ədəd “X30 7 45 mm” markalı qol saatını Şahid10, 2 ədəd “İphone 13 Pro Max 128 GB” markalı mobil telefon və 2 ədəd “X30 7 45 mm” markalı qol saatını Şahid8, 3 ədəd “İphone 13 Pro Max 128 GB” markalı mobil telefon və 3 ədəd “X30 7 45 mm” markalı qol saatını Şahid5, 2 ədəd “İphone 13 Pro Max 128 GB” markalı mobil telefon və 2 ədəd “X30 7 45 mm” markalı qol saatını Şahid11, 2 ədəd “İphone 13 Pro Max 128 GB” markalı mobil telefon və 2 ədəd “X30 7 45 mm” markalı qol saatını Şahid6, 2 ədəd “İphone 13 Pro Max 128 GB” markalı mobil telefon və 2 ədəd “X30 7 45 mm” markalı qol saatını Şahid14 və 1 ədəd “İphone 13 Pro Max 128 GB” markalı mobil telefon və 1 ədəd “X30 7 45 mm” markalı qol saatını isə Şahid12 vasitəsi ilə komandanın meneceri Şahid13 verərək hər birinə paylanılan malların miqdarının az olması səbəbindən Azərbaycan Respublikasının gömrük sərhədindən bəyan etməməklə keçirdikləri halda hər hansı bir qanunvericiliyin tələblərinin pozulmayacağına inandırıb ümumi dəyəri 66000 (altmış altı min) manat təşkil edən, xeyli miqdarda olan həmin malların 19 mart 2022-ci il tarixdə, saat 21 radələrində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsinin inzibati ərazisində yerləşən X19 X23 Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin “Terminal 1 X25” gömrük postunda, Azərbaycan Respublikasının gömrük sərhədindən bəyan edilməməklə, qaçaqmalçılıq yolu ilə keçirilməsinə nail olmuşdur. Təqsirləndirilən şəxs2 təqsirləndirilir ona görə ki, o, bir qrup şəxs halında xeyli miqdarda malları qəsdən Azərbaycan Respublikasının gömrük sərhədindən bəyan etməməklə, qaçaqmalçılıq yolu ilə keçirmək haqqında Azərbaycan Futzal Federasiyasının A Milli komandasının üzvü Təqsirləndirilən şəxs1 və sonuncunun vasitəsi ilə Azərbaycan Respublikasında və Türkiyə Respublikasında şəxsiyyətləri istintaqla müəyyən edilməmiş digər şəxslərlə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, bir qrup şəxs halında, əldə edilmiş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına keçirilməsini təmin etmək məqsədi ilə Xorvatiya Respublikasında futzal üzrə yarışda iştirak etdikdən sonra TK-334 saylı İstanbul-Bakı aviareysi ilə Azərbaycan Respublikasına qayıtmaqda olarkən cinayətkar qrupun üzvü Təqsirləndirilən şəxs1 ona “whatsap” proqramından istifadə etməklə zəng edib cinayətkar qrupun Türkiyə Respublikasında olan istintaqla müəyyən edilməmiş üzvündən X22 bir ədədinin dəyəri 2150 manat olmaqla cəmi dəyəri 51600 manat təşkil edən 24 ədəd qutusu, aksesuarları olmayan “İphone 13 Pro Max 128 GB” markalı mobil telefonu, bir ədədinin dəyəri 600 manat olmaqla cəmi dəyəri 14400 manat təşkil edən 24 ədəd qutusu, aksesuarları və kəməri olmayan “X30 7 45 mm” markalı qol saatından ibarət, ümumilikdə dəyəri 66000 manat təşkil edən, xeyli miqdarda malları götürməsini, daha sonra qeyd edilən malları həmin vaxt yarışda iştirak etdikdən sonra ölkəyə qayıtmaq üçün Türkiyə Respublikasının X12 Azərbaycan Futzal Federasiyasının 19 yaşadək futbolçulardan ibarət (U-19) milli komandanın digər üzvləri arasında bərabər şəkildə paylaşdırmasına dair göstərişinə əsasən qeyd edilən malları qəbul edərək 2 ədəd “İphone 13 Pro Max 128 GB” markalı mobil telefon və 2 ədəd “X30 7 45 mm” markalı qol saatını özündə saxlamış, 2 ədəd “İphone 13 Pro Max 128 GB” markalı mobil telefon və 2 ədəd “X30 7 45 mm” markalı qol saatını Şahid12, 2 ədəd “İphone 13 Pro Max 128 GB” markalı mobil telefon və 2 ədəd “X30 7 45 mm” markalı qol saatını Şahid9, 2 ədəd “İphone 13 Pro Max 128 GB” markalı mobil telefon və 2 ədəd “X30 7 45 mm” markalı qol saatını Şahid4, 2 ədəd “İphone 13 Pro Max 128 GB” markalı mobil telefon və 2 ədəd “X30 7 mm” markalı qol saatını Şahid7, 2 ədəd “İphone 13 Pro Max 128 GB” markalı mobil telefon və 2 ədəd “X30 7 45 mm” markalı qol saatını Şahid10, 2 ədəd “İphone 13 Pro Max 128 GB” markalı mobil telefon və 2 ədəd “X30 7 45 mm” markalı qol saatını Şahid8, 3 ədəd “İphone 13 Pro Max 128 GB” markalı mobil telefon və 3 ədəd “X30 7 45 mm” markalı qol saatını Şahid5, 2 ədəd “İphone 13 Pro Max 128 GB” markalı mobil telefon və 2 ədəd “X30 7 45 mm” markalı qol saatını Şahid11, 2 ədəd “İphone 13 Pro Max 128 GB” markalı mobil telefon və 2 ədəd “X30 7 45 mm” markalı qol saatını Şahid6, 2 ədəd “İphone 13 Pro Max 128 GB” markalı mobil telefon və 2 ədəd “X30 7 45 mm” markalı qol saatını Şahid14 və 1 ədəd “İphone 13 Pro Max 128 GB” markalı mobil telefon və 1 ədəd “X30 7 45 mm” markalı qol saatını isə Şahid12 vasitəsi ilə komandanın meneceri Şahid13 verərək hər birinə paylanılan malların miqdarının az olması səbəbindən Azərbaycan Respublikasının gömrük sərhədindən bəyan etməməklə keçirdikləri halda hər hansı bir qanunvericiliyin tələblərinin pozulmayacağına inandırıb ümumi dəyəri 66000 (altmış altı min) manat təşkil edən, xeyli miqdarda olan həmin malların 19 mart 2022-ci il tarixdə, saat 21 radələrində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsinin inzibati ərazisində yerləşən X19 X23 Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin “Terminal 1 X25” gömrük postunda, Azərbaycan Respublikasının gömrük sərhədindən bəyan edilməməklə, qaçaqmalçılıq yolu ilə keçirməyə nail olmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 özünü qismən təqsirli bilərək, ifadəsində göstərmişdir ki, o, son 2 ayda bunun fərqinə varmış ki, ittiham olunduğu əmələ görə qanun pozuntusu eləmişdir. Elə bilirdi ki, bu normal bir şeydir, bunun gəlib buraya çıxacağını təsəvvür etmirdi. Çünki iondan ki-iki telefon keçirilməyi xahiş elədi və heç bir problem olmayacağı bildirildi. O 15 ildir ki, Azərbaycan Futzal Federasiyasının A Milli komandasının üzvüdür, heç vaxt belə qanun pozuntusuna yol verməmişdir, yığmanın kapitanıdır, birinci dəfə, 1 il Taylandda futbol oynamış, sonra 1 il Qazaxıstanda, sonra isə 1 il Belçikada futbol oynamışdır, hal-hazırda Belçika ilə müqavilə var, o da bitib, Azərbaycanda Araz-Naxçıvanda davam etdirəcək. O adi yolda yol polisi onu saxlayanda o əsir, özünü qırağa qoyuraqaq, bilsəydi ki, bu əməl cinayətdir bu uşaqlara bunu etməzdi, hamısı 19-20 yaşlı uşaqlardır. Təqsirləndirilən şəxs2 telefonların iki-iki, üçüç paylanması barədə məsləhət vermişdir, yəni cinayət olacağını bilmədən bu əməli törətdiyinə görə özünü qismən təqsirli bilir. Telefonu göndərən telefonların işlənmiş, kabrolu telefonlar olduğunu, hər ikisini icazəsiz keçirməyin mümkün olduğunu və telefonu iki-iki ölkəyə keçirməyə icazə olduğunu bildirdi. Həmin şəxs azərbaycanlı idi, onunla əvvəllər futbol oynayıb. Xahiş edəndə birinci o imtina elədi, günlərlə yalvardı. İbtidai istintaqda verdiyi ifadəsini təstiq edir. Əməlindən çox peşmandır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 özünü qismən təqsirli bilərək, ifadəsində göstərmişdir ki, o, milliyə daxil olanda ilkin olaraq Xətai ilə dost oldu, o onu dəstəkləyirdi. Bu ərəfələrdə 19 yaşlılarla Xorvatiyada oyun olacaqdı, oraya gedəndə Xətai ona gələndə işlənmiş telefon olacağını, uşaqların hərəsinə iki-iki keçirmək lazım olacağını və iki-iki qanuni olaraq keçirmək olduğunu dedi. O da uşaqların hamısına iki-iki payladı. X22 telefonları verən şəxsi tanımır, telefonu verən şəxs özü dedi ki, telefonlar işlənmişdir, telefonlar kabroda, açıq şəkildə idi, telefonları hava limanında gizli keçirmək, harasa qoymaq halı olmadı, onlar özləri telefonları könüllü təqdim etdilər, o bu əməlin cinayət olduğunu bilmirdi, cinayət olduğunu bilsəydi, etməzdi. İbtidai istintaqda verdiyi ifadəsini təstiq edir. Əməlindən çox peşmandır. İbtidai istintaqda təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, o Azərbaycan Futzal Federasiyasında milli (A Milli) komandanın üzvüdür, 2010-cu üdən Araz- Naxçıvan futzal komandasında oyunlarda oyunçu kimi iştirak edir. Təxminən 10 il bundan əvvəl Bakı şəhəri, Nizami rayonu, “Xalqlar Dostluğu” metrostansiyasının yaxınlığında yaşamış, metronun yaxınlığında futbol oynadığından orada Məsim adlı bir şəxslə tanış olmuş və həftədə iki dəfə onunla futbol oynayarkən görüşmüşdür. Təxminən bir neçə il sonra X17 şəhərinə köçmüş, bundan sonra hərdənbir sosial şəbəkələr vasitəsi ilə əlaqə saxlamışlar. Məsim təxminən 2 il əvvəl futzal üzrə yarışlarda iştirak etmək üçün xarici ölkələrə səfər edərkən İstanbul şəhərində onu və komanda yoldaşlarını qarşılamış və qonaq etmişdir. 2022-ci ilin mart ayında futzal üzrə 19 yaşdan ibarət milli komandanın üzvləri Avropa çempionatında iştirak etmək üçün Xorvatiya Respublikasına səfərə getmiş, təxminən iki gündən sonra Məsim "instagram" proqramında mesaj yazaraq mobil telefon nömrəsini istəmiş, odur ki, mobil nömrəsini Məsimə verdikdən sonra Məsim “whatsapp” proqramında zəng edərək 19 yaşdan ibarət milli komandanın üzvlərinin Xorvatiya Respublikasından Azərbaycana qayıdarkən Türkiyə Respublikasının İstanbul şəhərinə gələcəklərini bildirib onların vasitəsi ilə Azərbaycan Respublikasına “İphone 13 Pro Max” markalı mobil telefon və “Apple watch” markalı smart qol saatı göndərmək istədiyini, belə ki, Azərbaycanda kiməsə borclu olduğunu, həmin şəxsə borclu olduğu pulun əvəzinə həmin mobil telefonları komanda üzvləri arasında paylasdırmaqla göndərmək istədiyini bildirib bu işdə ona köməklik göstərməyini xahiş etmişdir. İlk əvvəl buna etiraz etsə də, o, davamlı şəkildə təkid etdiyindən bu barədə milli komandanın üzvlərindən xahiş edəcəyini bildirmişdir. Məsimdən ehtiyat etdiyi üçün komanda üzvlərinin gömrükdə problemlə qarşılaşa bilib-bilməyəcəkiərini soruşmuş, o, isə hər bir oyunçunun iki ədəd mobil telefon və iki ədəd smart qol saatını gömrükdən keçirə biləcəyini və heç bir problem olmayacağını bildirmişdir. Odur ki, kollektiv arasında hörmətə malik olan Təqsirləndirilən şəxs2 “whatsapp” proqramında zəng edərək Azərbaycana qayıdarkən X20 bir nəfər tanışından 24 ədəd mobil telefon və 24 ədəd smart qol saatı götürüb Azərbaycana keçirmək üçün hər oyunçuya bərabər şəkildə paylaya bilibbilməcəyini soruşmuş, Xəzər isə etiraz etməmiş və həmin mobil telefonlarla smart qol saatlarını 19 yaşadək futbolçulardan ibarət milli futbol komandasının üzvləri arasında pəylşadıraraq keçirəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs2 və komanda üzvləri 19 mart 2022-ci il tarixdə İstanbul şəhərində olarkən “whatsapp” proqramı vasitəsi ilə Təqsirləndirilən şəxs2 zəng edib mobil telefonları verəcək Məsimin +**********88 saylı nömrəsini göndərib onunla əlaqə saxlamasını xahiş etmiş, sonradan Təqsirləndirilən şəxs2 “whatsapp” proqramında mesaj yazaraq mobil telefonları dediyi şəxsdən götürdüyünü bildirmişdir. Təqsirləndirilən şəxs2 və komanda üzvləri Bakı X25na çatdıqdan sonra Xəzər onunla əlaqə saxlamış və telefonların gömrük əməkdaşları tərəfindən saxlanıldığını bildirmişdir. Məsimə yazaraq telefonları götürəcək şəxsin gəlib telefonlara sahib çıxmasını tələb etmiş, Məsim isə telefonları gəlib qəbul edəcək şəxsin mobil telefon nömrəsini, yəni ***-***-**-** nömrəni göndərmiş, özü də həmin nömrəni yığıb həmin şəxslə danışsın və həmin şəxs gəlib telefonlarına və qol saatlarına sahib çıxsın deyə “whatsapp” proqramı vasitəsi ilə Xəzərə göndərmişdir. Təqsirləndirilən şəxs1 əlavə olaraq bildirmişdir ki, Məsimdən özünün nə üçün mobil telefonları və smart qol saatlarını Türkiyə Respublikasından Azərbaycan Respublikasına keçirməməsinin səbəbini soruşmuş, Məsim isə gömrükdən hər bir şəxsə yalnız iki ədəd mobil telefon və iki ədəd smart qol saatı keçirməyə icazə verildiyini demiş, amma nə üçün mobil telefonları və smart qol saatlarını daşıma şirkəti vasitəsi ilə göndərmədiyinin səbəbini soruşmamış, çünki bu ağlına gəlməmişdir. Hər hansı bir malın ölkə ərazisinə idxal edilməsi qaydalarından məlumatı olmamış, ilk əvvəl çox sayda mobil telefonların və smart qol saatlarının ölkə ərazisinə keçirilməsinin qanuna ziddi olduğunu düşünmüş və buna görə ona etiraz etmiş, lakin Məsim hər bir şəxsin 2 ədəd mobil telefon və 2 ədəd smart qol saatını ölkə ərazisinə keçirə biləcəyini bildirdiyindən bu işin qanunsuz olmadığını düşünərək onun təklifini qəbul etmişdir. Məsim adlı şəxs Azərbaycanda kiməsə borcu olduğunu, onu təcili olaraq Azərbaycana çatdırmalı olduğunu bildirdiyindən telefonların faktiki olaraq Məsim adlı şəxsə məxsus olduğunu bilsə də, həmin mobil telefonların guya komanda üzvlərinə məxsus olmaqla ölkə ərazisinə keçirilməsinə razılıq verərək onun təklifini qəbul etmək məcburiyyətində qalmışdır. Bir çox ölkələrdə səfərdə olmuş, belə ki, Serbiya, Macarıstan, Xorvatiya, Belarusiya, Rusiya, Qazaxıstan, Polşa, Çexiya, Kolumbiya, Tayland, Belçika, Hollandiya və başqa ölkələrdə futbol yarışlarında iştirak etmiş, səfərə getdikdə ancaq özləri ilə şəxsi əşyalarını apardıqlarından, kənar heç bir əşya aparmadıqlarından malların gömrük orqanından keçirilməsi qaydalarından məlumatı olmamışdır. Məsim adlı şəxslə münasibəti yaxın olmamış, onunla ancaq futbol meydançasında görüşüb futbol oynamışdır. Məsim ona zəng etdikdə Xorvatiyaya səfərə yollanan oyunçulardan kimisə tanıyıb-tanımadığını soruşmuş, özü isə səfərə yollanan komandanın 19 yaşadək futzal komandasının üzvləri olduğunu və onları tanıdığını bildirmiş, bundan sonra Məsim Azərbaycanda kiməsə borclu olduğunu, həmin şəxsə təcili pul çatdırmalı olduğunu və puiun əvəzinə mobil telefonları göndərəcəyini bildirdiyindən yaxşılıq etmək üçün onun təklifini qəbul etmişdir. Məsimdən Azərbaycanda nə üçün borclu olduğu şəxsə borcunu mobı! telefon və smart qol saatı ilə ödəmək istədiyinin səbəbini soruşmamış, bu sualı vermək ağlına gəlməmişdir. Məsim adlı şəxsin nə işlə məşğul olmasını bilməmiş, Məsimin təklifinin qanunsuz olduğunu bilməmiş, onun pis vəziyyətdə qaldığını düşündüyü üçün onun təklifini qəbul etmək qərarına gəlmişdir. Təqsirləndirilən şəxs2 milli komandada, yəni onun oynadığı komanda da oynadığından onu daha yaxşı tanımış və bu səbəbdən də qeyd edilən mobil telefon və smart qol saatlarını İstanbul şəhərində Məsim adlı şəxsdən qəbul edib komanda oyunçuları arasında bərabər şəkildə payladşıraraq ölkə ərazisinə keçirilməsini təşkil etməyi ondan xahiş etmişdir. Məsim ona həmin mobil telefonları və smart qol saatlarını komanda üzvlərinə paylaşdırmaqla Azərbaycana keçirməyi təklif etdikdə mobil telefonların qutularının və smart qol saatlarının kəmərlərinin olmadığını demiş, bu səbəbdən də yəqin ki, belə olan halda mobil telefonların və smart qol saatlarının gömrükdən keçirilməsinə icazə verildiyini düşünmüşdür. Komandanın məşqçisi Ağatahir Kərimov hər bir xırda məsələyə görə narahatçılıq keçirən insan olduğundan Təqsirləndirilən şəxs2 İstanbul şəhərində mobil telefonları qəbul etməsini və oyunçular arasında paylaşdrımasmı məşqçilərdən gizlətməsini, həmçinin digər oyunçuların da məşqçilərə bu barədə məlumat verməməsini deməyi tapşırmışdır. Sonradan mobil telefonların Azərbaycanda Şahid17 çatacağını öyrənmiş, lakin həmin şəxsi əvvəllər tanımamış və kim olduğunu da bilməmişdir. Məsim qeyd edilən mobil telefonların və smart qol saatlarının İstanbul şəhərində qarşılanıb futzal komandasının üzvləri arasında paylaşdırılması və Azərbaycana keçirilməsi müqabilində ona heç nə vəd verməmişdir. Məsim ona hər bir şəxsin 2 ədəd mobil telefon və 2 ədəd qol saatı keçirə biləcəyini bildirdiyindən komanda üzvlərinin heç bir problemlə qarşılaşmayacaqlarını düşünmüş, odur ki, komada üzvlərini risk altına salmamaqdan ötrü mobil telefonların ölkə ərazisinə keçirilməsi qaydaları barədə məlumat əldə etmək üçün heç bir hərəkət etməmişdir. Məsim ondan komandanın neçə nəfərdən ibarət olduğunu soruşmuş, özü isə ona komandanın 14 nəfərdən ibarət olduğunu bildirmiş, lakin sonradan komandanın 12 nəfərdən ibarət olduğunu öyrənmişdir. Məsim adlı şəxs Azərbaycanda kiməsə borclu olduğunu, həmin borcu 24 ədəd mobil telefon və 24 ədəd smart qol saatı ilə ödəmək istədiyini bildirsə də, Məsim adlı şəxsin borcunun əvəzi kimi Azərbaycana göndərmək istədiyi 24 ədəd mobil telefonun və 24 ədəd smart qol saatının futzal komandasının oyunçularının iki qatında olması ona şübhəli gəlməmişdir. Bundan əvvəl kiminsə təklifi ilə ölkə ərazisinə hər hansı bir malın keçirilməsini təşkil etməmişdir. Həmin mobil telefonların təzəsinin bir ədədinin qiymətinin təxminən 2000 manat olduğunu düşünmüş, amma smart qol saatlarının qiyməti barədə heç bir məlumatı olmamışdır. Təqsirləndirilən şəxs2 qeyd edilən mobil telefonları və smart qol saatlarını gömrükdən bəyan etməməklə keçirilməsi barədə hər hansı bir tapşırıq verməmiş, ola bilsin ki, onlar qanunu bilmədikləri üçün mobil telefonları və qol saatlarını gömrüyə bəyan etməmişlər. İbtidai istintaqda təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona qarşı irəli sürülmüş ittihamla özünü təqsirli bilərək göstərmişdir ki, ünvan 2 ünvanında qeydiyyatdadır və ailəsi ilə birlikdə həmin ünvanda yaşayır, Azərbaycan Futzal Federasiyasının 19 yaşadək futbolçulardan ibarət milli futzal komandasının üzvüdür. 15 mart 2022-ci il tarixdə yarışda iştirak etmək üçün Xorvatiya Respublikasına gedəcəklərindən Xorvatiyaya getməmişdən əvvəl, yəni 13 mart 2022-ci il tarixdə “Araz- Naxçıvan" komandasının üzvü Təqsirləndirilən şəxs1 “whatsapp" proqramında ona neçə oyunçunun gedəcəyini soruşmuş, özü isə ona cavabında 12 nəfər oyunçunun gedəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs1 isə yenə mesaj göndərərək hər kəsə bir mobil telefon paylamağını və Azərbaycan Aeroportunda onları yığıb ona təhvil verməyini xahiş etmiş, özü isə problem olmadığını demişdir. 15 mart 2022-ci il tarixdə, Xorvatiya Respublikasına getmək üçün X1 zaman Təqsirləndirilən şəxs1 səsli mesaj göndərərək Xorvatiya Respublikasına gedərkənmi mobil telefonları götürəcəyini soruşmuş, Xətai isə cavabında Xorvatiya Respublikasından qayıdarkən X22 götürəcəyini, hər kəsin 2 ədəd mobil telefon və 2 ədəd qol saatı götürməli olduğunu və heç kəsə məlumat verməməyi bildirmişdir. Beləliklə də 15 mart 2022-ci il tarixdə Avropa Çempionatında iştirak etmək məqsədi ilə 3 məşqçi, bir menecer, bir həkim və 12 nəfər oyunçu olmaqla birlikdə Bakı-İstanbul aviareysi ilə İstanbul şəhərinə, İstanbul şəhərindən isə Xorvatiya Respublikasına səfər etmişlər. Xorvatiyada olarkən Təqsirləndirilən şəxs1 “whatsapp” proqramı vasitəsi ilə onunla hər gün əlaqə saxlayıb oyunun nəticələri barədə soruşmuş, Xorvatiyadan qayıdacağı gün, yəni 19 mart 2022-ci i! tarixdə Təqsirləndirilən şəxs1 ona “whatsapp” proqramında ***-***-**-** saylı mobil telefon nömrəsini göndərib həmin mobil telefon nömrəsinin istifadəçisinin mobil telefonları X22 qəbul edəcəyi Kərim adlı şəxs olduğunu bildirmişdir. Onlar İstanbul şəhərinə çatdıqdan sonra həmin mobil telefon nömrəsindən ona “whatsapp” proqramı vasitəsi ilə mesaj gəlmiş və X8 bildirilmişdir. Həmin şəxsi X22 tapmış və ondan 24 ədəd mobil telefon və 24 ədəd smart qol saatını götürüb bu barədə Təqsirləndirilən şəxs1 məlumat vermiş, Təqsirləndirilən şəxs1 ona həmin mobil telefonları və smart qol saatlarım, hamısını birlikdə keçirəcəyi halda gömrükdə problemlə qarşılaşacağını, amma onları bərabər şəkildə komanda üzvləri arasında bölüşdürüb keçirəcəkləri halda heç bir problemlə qarşılaşmayacaqlarını bildirib həmin mobil telefonları və smart qol saatlarını komandanın üzvləri arasında payiamağı tapşırmışdır. Özü də Şahid5, Şahid4, Şahid12, Şahid14, X14, Şahid7, Şahid10, Şahid11, Şahid9, hər birinə 2 ədəd smart qol saatı və 2 ədəd də mobil telefon vermişdir. Fariz Mehrəliyev isə 2 ədəd mobil telefon və iki ədəd smart qol saatı götürməkdən imtina etmiş, beləliklə də onda 6 ədəd mobil telefon və 6 ədəd smart qol saatı qalmışdır. Onda mobil telefon və smart qol saatı çox olduğundan Şahid5 həmin mobil telefon və smart qol saatlarından birini də ona verməyini bildirmiş, özü də bir ədəd mobil telefon və bir ədəd smart qol saatını Şahid5 vermişdir. Özündə yenə çox qaldığından, yəni 5 ədəd mobil telefon və smart qol saatı qaldığından Şahid12 Şahid13la münasibətinin yaxşı olduğunu bildiyi üçün Şahid12 bir bəhanə ilə həmin mobil telefon və smart qol saatından bir ədədini Şahid13 verməsim xahiş etmiş, özü də razılaşmış və bir ədəd mobil telefonla bir ədəd smart qol saatını ondan götürmüş, sonradan Şahid12 həmin mobil telefon və smart qol saatını komandanın meneceri Şahid13 verdiyini öyrənmişdir. Həmin mobil telefonları və smart qol saatlarını komandanın üzvlərinə verərkən onlara Təqsirləndirilən şəxs1 həmin mobil telefonları və smart qol saatlarını Azərbaycan gömrüyündə problemlə üzləşməmək məqsədi ilə onlara paylamağını tapşırdığını izah etmiş, sonra yenidən mobil telefonları payiaşdırdığı barədə Təqsirləndirilən şəxs1 məlumat vermişdir. Təqsirləndirilən şəxs1 isə yenidən “whatsapp” proqramı vasitəsi ilə ona ***-***-**- ** saylı mobil telefon nömrəsi göndərərək mobil telefonları və smart qol saatlarını Azərbaycana keçirdikdən sonra həmin mobil telefon nömrəsi ilə əlaqə saxlayıb Heydər X4 verməyini tapşırmışdır. Sonra İstanbul-Bakı aviareysi ilə Bakı şəhərinə gəlib pasport qeydiyyatından keçdikdən sonra birlikdə çantalarının gəlməsini gözləmişlər. Həmin vaxt üzərində 4 ədəd mobil telefon və 4 ədəd smart qol saatı olduğundan Təqsirləndirilən şəxs1 isə hər birinin ancaq 2 ədəd mobil telefon və smart qol saatını gömrükdən keçirə biləcəklərini dediyindən Şahid6 2 ədəd mobil telefonla 2 ədəd smart qol saatını da onun götürməsini xahiş etmiş, Şahid6 da etiraz etməmiş və ondan 2 ədəd smart qol saatını qəbul etmişdir. Sonra çantalarını baqaj lentindən götürüb gömrük nəzarət zonasını yaşıl kanal vasitəsilə tərk etmək istəyərkən gömrük əməkdaşları onları saxlayıb çantalarını rentgen qurğusundan keçirmələrini xahiş etmiş, onlar da çantalarını rentgen qurğusundan keçirmişlər. Sonra onları yoxlama otağına dəvət etmişlər və çantalarında nə olduğunu soruşmuşlar. Onlar da çantalarında mobil telefon və smart qol saatları olduğunu bildirib onları gömrük əməkdaşlarına təqdim etmişlər.Xorvatiya Respublikasına gedərkən onlarla 3 nəfər məşqçi, bir menecer və bir həkim getmiş, məşqçilər Şahid16, Kərim müəllim, Xosrov Məmmədzadə, menecer Hikmət müəllim, həkim isə Anar adında bir şəxs olmuşdur. Təqsirləndirilən şəxs1 mobil telefonları və smart qol saatlarını bır nəfərin apara bilməyəcəyini, çünki gömrükdə onları buraxmayacaqlarını, amma paylaşdırıb keçirdikləri halda heç bir problem olmayacağını dediyindən mobil telefon və smart qol saatlarını komandanın üzvləri arasında paylaşdırmışdır. Təqsirləndirilən şəxs1 Araz- Naxçıvan komandasında oynadığından, özü də hərdən bir həmin komandanın məşqlərində iştirak etdiyindən və bu səbəbdən də onu daha yaxından tanıdığından həmin mobil telefon və smart qol saatlarım komandanın üzvləri arasında paylaşdırıb gömrükdən keçirməyi məhz ona tapşırmışdır. Mobil telefon və smart qol saatlarım komandanın üzvləri arasında X24 müxtəlif yerlərində paylamış, çünki hərə bir tərəfdə tək-tək, iki-iki, üç-üç gəzmiş, onları payladıqda məşqçiləri, menecer və həkim onların yanında olmamış, bu səbəbdən də onlar mobil telefon və smart qol saatlarını paylamağını görməmişlər. Azərbaycana qayıtmaq üçün təxminən 3 saat X22 gözləmiş, məşqçilər, menecer və həkim çantalarında mobil telefonlar və smart qol saatlarının olduğunu X2rı saxlayarkən bilmişlər. Mobil telefonların komanda üzvləri arasında paylaşdırlaraq Azərbaycana keçirilməsinin qanunsuz olduğunu bilməmişdir. Təqsirləndirilən şəxs1 qeyd edilən mobil telefonların və smart qol saatlarının ölkə ərazisinə keçirilməsi müqabilində ona heç nə vəd verməmiş, Təqsirləndirilən şəxs1 ona futbol oynamaq üçün idman ayaqqabısı hədiyyə etdiyindən, həmçinin ondan yaşda böyük olduğundan onun xahişini yerinə yetirməyi özünə borc bilmişdir. Təqsirləndirilən şəxs1 mobil telefonlar və smart qol saatlarını “whatsapp” proqramında ona səs ataraq Azərbaycanda Seymur adlı şəxsin qəbul edəcəyini və mobil telefon nömrəsinin sonunun 55-55 olduğunu bildirmiş, lakin sonradan mobil telefonların sahibinin Şahid17 adlı şəxs olduğu, X13 mobil telefon və smart qol saatlarını verən şəxsin Azərbaycanda olan həmin şəxsə pul borclu olduğundan qeyd edilən mobil telefon və smart qol saatlarını borcun əvəzinə göndərdiyi məlum olmuşdur. Həmin mobil telefonların və smart qol saatlarının dəyərini dəqiq bilməmiş, amma mobil telefonların axırıncı model olduğunu, bir ədədinin qiymətinin təxminən 2500 manatdan yuxarı olduğunu, həmin saatların da sonuncu model olduğunu bilmiş, amma saatların qiyməti barədə heç nə bilməmişdir. Təqsirləndirilən şəxs1 mobil telefonları və smart qol saatlarını iki-iki keçirəcəkləri halda heç bir problemlə qarşılaşmayacaqlarını bildirdiyindən onları bəyan etməli olduğunu düşünməmiş və bu səbəbdən də onları bəyan etməmişdir. Komanda üzvlərinə hər birinin çantasında iki ədəd mobil telefon və iki ədəd smart qol saatı olduğu halda gömrükdə heç bir problemlə qarşılaşmayacaqlarını dediyindən onlar da çantalarında mobil telefon və qol saatı olduqlarını gömrük orqanına bəyan etməyin zəruri olduğunu düşünmədikləri üçün bəyan etməmişlər. Komanda üzvlərinə mobil telefonların və smart qol saatlarının gömürükdən keçirilməyin heç bir qorxusu olmadığını dediyindən, həmçinin onlarla yaxın yoldaşlıq münasibətləri olduğundan onlar xahişini yerə salmamış, özü də onlara həmin mobil telefon və qol saatlarını gömürükdən keçirmələri qarşılığında heç nə vəd verməmişdir. X22 mobil telefonları ona verəndə mobil telefonların heç birinin qutusu, smart saatların isə kəməri olmamış, smart saatlar ayrıca sellofan torbada mobil telefonlar olan sellofan torbanın içərisində olmuşdur. Həmin mobil telefonların qablaşdırma qutularının və qol saatlarının kəmərlərinin olmaması onda heç bir şübhə doğurmamış, əvvəllər belə bir işlə məşğul olmamışdır. X22 mobil telefonları və smart qol saatlarını ona verən şəxsi tanımamış, əvvəllər görməmiş və həmin şəxslə heç bir əlaqəsi olmamışdır. Lətif Məhərrəmzadə adlı şəxsi tanımamış və kim olduğunu bilməmişdir. Mobil telefonların sahibinin Şahid17 olduğu halda Təqsirləndirilən şəxs1 nə üçün ona mobil telefonların sahibinin Seymur adlı şəxs olması barədə mesaj göndərməsinin səbəbini bilmir. Nə Kərim, nə də ki, Məsim adlı şəxsləri tanımır və kim olduqlarını da bilmir. X22 kimin gətirib ona mobil telefon və smart qol saatlarını verdiyini bilmir. Təqsirləndirilən şəxs1 ilk əvvəl ***-***-**-** saylı mobil telefon nömrəsini göndərib həmin mobil telefon nömrəsinin istifadəçisi olan Kərim adlı şəxsin gəlib telefonları X13 verəcəyini bildirmiş, lakin sonradan Xətai bir türk nömrəsi göndərərək həmin mobil telefon nömrəsinin Məsim adlı şəxs olduğunu və mobil telefonların da onun tərəfindən gətirilib veriləcəyini demiş, amma sonradan ona “whatsapp" proqramında türk nömrəsi ilə qeydiyyatdan keçmiş, yoxsa “whatsapp” prqoqrammda qeyd etdiyi Bakcell nömrəsi ilə qeydiyyatdan keçmiş nömrə ilə zəng edilməsi yadında qalmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadə verərk bildirmişdir ki, İstanbulda dostu Təqsirləndirilən şəxs2 ona 2 dənə telefon verdi və dedi ki, cinayət məsuliyyəti yoxdur, rahat keçirə bilərlər. Onlarda keçirdilər. Orada onları yoxladılar, telefonu bəyan etmədi. Gömrükdə ondan qabaq keçənlər oldu, o sonradan, axırlarda keçdi, həmin vaxt telefonu çıxardıb verdi Xəzər ona telefonu uşaqların yanında, açıq şəkildə verdi, istintaqda verdiyi ifadəni təsdiqləyir. Ondan qabaq uşaqlar telefonları çıxarmışdılar, o da görüb telefonu çıxarıb verdi. Xəzər ona telefonu verəndə həmin telefonların nə telefonu olduğunu ondan soruşmadı. Dostu dedi ki, 2 dənə telefon keçirmək olar, özünün telefonu var idi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid9 ifadə verərək bildirmişdir ki, o hadisə baş verən vaxt Azərbaycan Futzal Federasiyasının 19 yaşadək futbolçulardan ibarət milli futbol komandasının üzvü idi. Hazırda ali təhsil almağı ilə əlaqədar həmin futbol komandasının üzvü deyil. 15 mart 2022-ci il tarixdə Xorvatiya Respublikasında Avropa Çempionatında iştirak etmək məqsədi ilə Xorvatiyaya getmişdilər. Azərbaycan Respublikasına qayıtmaq üçün Xorvatiyanın hava limanında olan zaman Xəzər ona Azərbaycana qayıdarkən mobil telefon və qol saatlarından 2 ədəd qəbul edib gömrükdən keçirə bilib-bilməyəcəyini soruşduqda, o ona etiraz etmədi. 19 mart 2022-ci il tarixdə Azərbaycana qayıtmaq üçün təyyarə ilə Türkiyə Respublikasının İstanbul Hava Limanına eniş etdilər, Azərbaycana qayıtmaq üçün təxminən 1-2 saat gözləyəcəklərindən hava limanının ərazisində gəzinərkən, Xəzər hər birinə iki ədəd mobil telefon və iki ədəd də smart qol saatı verdi. Həmin mobil telefon və qol saatını çantana yerləşdirdi. 19 mart 2022ci il tarixdə, saat 21 radələrində təyyarə ilə X19 Aeroportuna eniş etdilər, hər biri çantaları götürüb pasport qeydiyyatından keçdilər və baqaja verdikləri çantaları gözləməyə başladılar. Çantaları lentdən götürüb yaşıl kanal vasitəsilə gömrük nəzarət zonasını keçərkən, gömrük əməkdaşları onları yoxlama otağına dəvət etdilər və çantalarda nə olduğunu soruşduqda, onlar çantalarda mobil telefon və smart qol saatları olduğunu bildirib onları gömrük əməkdaşlarına təqdim etdilər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4, Şahid12, Şahid10, Şahid7, Şahid15, X14, Şahid6, Şahid11 Şahid5 və Şahid9 verdikləri ifadələri ilə eyni məzmunlu ifadə vermişdirlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadə verərək bildirmişdir ki, o X19 Aeroportunun Aerodrom xidmətində fəhlə işləyir. 19 mart 2022-ci il tarixdə X19 Hava Limanının ərazisində olarkən bir nəfər gömrük əməkdaşı ona yaxınlaşaraq bir neçə şəxsin mallarının yoxlanılacağını bildirib ondan həmin yoxlamada hal şahidi qismində iştirak etməyini xahiş etdi. O da razılaşdı. Bundan sonra gömrük əməkdaşı ilə birlikdə gömrüyün yoxlama otağına getdilər, orada gömrük əməkdaşı ona hüquq və vəzifələrinin nədən ibarət olmasını izah etdi, Türkiyə Respublikasının İstanbul şəhərindən ölkəyə qayıdan futzal oyunçularının mallarının yoxlanılacağını bildirdi. Yoxlama zamanı mobil telefonlar və qol saatları aşkar edildi. Sonda mobil telefonlar və qol saatlarının aşkar olunması ilə bağlı protokol tərtib olundu, o da imzaladı. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara qiymət verərək, hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olmaları sübuta yetirilir və onların törətmiş olduqları cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq qeyd olunan maddə ilə tövsif edilmişdir. Cinayət işi materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsi, Əməliyyat Şöbəsinin əməliyyat müvəkkili, gömrük xidməti baş leytenantı Şahid1 tərəfindən “Terminal 1” gömrük postunda tərtib olunmuş “yoxlama, əşyaların və sənədlərin götürülməsi haqqında” 19 mart 2022-ci il tarixli protokoldan görünür ki, Azərbaycan Futzal Federasiyasının 19 yaşadək futbolçulardan ibarət milli futzal komandasının üzvlərinin çantaları rentgen qurğusundan keçirildikdə hər birinin çanatasında mobil telefonların təsviri müəyyən edildiyindən yoxlama otağına dəvət edilmiş, yoxlama otağında Təqsirləndirilən şəxs2 bel çantasından 2 ədəd “İphone 13 Pro Max” markalı mobil telefon və 2 ədəd “Apple watch” markalı qol saatını, Azərbaycan Respublikasının vətəndaşı Şahid5 3 ədəd “İphone 13 Pro Max” markalı mobil telefon və 3 ədəd “apple watch” markalı qol saatını, Azərbaycan Respublikası vətəndaşı Şahid4 2 ədəd “İphone 13 Pro Max” markalı mobil telefon və 2 ədəd “apple watch” markalı qol saatını, Azərbaycan Respublikası vətəndaşı Şahid12 2 ədəd “İphone 13 Pro Max” markalı mobil telefon və 2 ədəd “apple watch” markalı qol saatını, Azərbaycan Respublikası vətəndaşı Şahid14 2 ədəd “İphone 13 Pro Max” markalı mobil telefon və 2 ədəd “apple watch” markalı qol saatını, Azərbaycan Respublikası vətəndaşı X10 2 ədəd “İphone 13 Pro Max” markalı mobil telefon və 2 ədəd “apple watch” markalı qol saatını, Azərbaycan Respublikası vətəndaşı Şahid7 2 ədəd “İphone 13 Pro Max” markalı mobil telefon və 2 ədəd “apple watch” markalı qol saatını, Azərbaycan Respublikası vətəndaşı Şahid10 2 ədəd “İphone 13 Pro Max” markalı mobil telefon və 2 ədəd “apple watch” markalı qol saatını, Azərbaycan Respublikası vətəndaşı Şahid11 2 ədəd “İphone 13 Pro Max” markalı mobil telefon və 2 ədəd “apple watch” markalı qol saatını, Azərbaycan Respublikası vətəndaşı Şahid9 2 ədəd “İphone 13 Pro Max” markalı mobil telefon və 2 ədəd “apple watch” markalı qol saatını, Azərbaycan Respublikası vətəndaşı Şahid6 2 ədəd “İphone 13 Pro Max” markalı mobil telefon və 2 ədəd “apple watch” markalı qol saatını və Azərbaycan Respublikası vətəndaşı Şahid13 1 ədəd “İphone 13 Pro Max” markalı mobil telefon və 1 ədəd “apple watch” markalı qol saatını əl çantalarından çıxarıb gömrük orqanına təqdim etmişlər, təqdim edilən mobil telefonlar qutusuz, qol saatları isə kəmərsiz vəziyyətdə olmuşdur. Cinayət işi materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı, gömrük xidməti baş leytenantı X15 tərəfindən tərtib olunmuş “Aşkar edilərək götürülmüş mobil telefonlara və qol saatlarına baxış keçirilməsi haqqında” 19 mart 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 və onun komanda yoldaşlarından götürülmüş mobil telefonlara və qol saatlarına baxış keçirilmiş, baxış zamanı ümumilikdə 24 ədəd “İphone 13 Pro Max” markalı mobil telefonların qutusu və açıq vəziyyətdə, 24 ədəd “Apple Watch 7 series” markalı qol saatının isə kəmərsiz vəziyyətdə olduğu müəyyən edilmişdir.Həmçinin 24 ədəd mobil telefonların İMEİ kodları müəyyənləşdirilmiş və qoşma şəklində protokola əlavə olunmuşdur. Cinayət işi materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Təqsirləndirilən şəxs2 məxsus mobil telefona baxış keçirilməsinə dair 20 mart 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 istifadəsində olan “İphone” markalı, “11 Pro” modelli mobil telefonunda ***-***-**-** saylı mobil telefon nömrəsi ilə qeydiyyatdan keçdiyi “whatsapp” proqramındakı hesabına 13 mart 2022 və 15 mart 2022-ci il tarixlərdə Təqsirləndirilən şəxs1 Fizüli oğlunun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsi ilə qeydiyyatdan keçdiyi “whatsapp” proqramındakı hesabından mobil telefon və smart qol saatlarının Türkiyə Respublikasında qəbul edilərək və komanda üzvləri arasında paylaşdırmaqla ölkə ərazisinə gətirməsini tapşırması barədə mesajlar göndərdiyi və Təqsirləndirilən şəxs2 razılıq verdiyi müəyyən edilmişdir. Cinayət işi materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən daxil olan 16 may 2022-ci il tarixli, 9/2151 saylı ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilən 2 adda qutusu, aksessuarları, uyğunluq sertifikatı, qeydiyyatı və zəmanəti olmayan mobil telefonların və xx.xx.2022-ci il tarixə orta bazar qiyməti təxminən 66000,00 manat müəyyən edilmişdir.(ekspertiza tədqiqatının dəyəri 100(yüz) manat) Cinayət işi materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan 05 sentyabr 2022-ci il tarixli sənədə(diskə) baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 məxsus mobil telefona baxış keçirilməsinə dair 20 mart 2022-ci il tarixli protokola əlavə olunan Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 “whatsapp” proqramından istifadə etməklə göndərdiyi səsli mesajların olduğu diskə baxış keçirilmiş, qeyd edilən diksə baxış zamanı Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 aşağıdakı məzmunda mesajlar göndərdiyi müəyyən edilmişdir: Səsli mesajın məzmunu № 1: “A heçnə canınız sağ olsun, eybi yox boş şeydir. Hə, bildim, bildim. Xəzər qulaq as, deməli sənin nömrəni vermişəm bir qardaş var ona. O indi səninlə yazışacaq. Tanış olun bir-birinizlə. İstanbulda o görüşəcək sənlə, verəcək sənə çantanı. Sən də uşaqların hərəsinə 2 telefon, 2 dənə də saat başı olacaq. Belə onu verəcəksən, şeyləməsinlər də, çox da şey etməsinlər, “palit” etməsinlər. Kim soruşdu nə etdi, “mandraja-zada” düşməlik heç nə yoxdur. Soruşan olsa desinlər telefonlar özümüzündür, vsyo, başqa belə lazım olsa lap rüsum da ödəyərik. Lazım olsa, belə desin. Uşaqlara de “palit” eləməsinlər keçsinlər, hər şey qaydasında. Çıxanda hamısından da sən yığarsan, götürərsən. Çox şişməsin də söhbət. Tahir ümumiyyətlə bilməsin elə edin” Səsli mesajın məzmunu № 2:“Sağ ol, sağ ol yaxşı olasan. A necə oynadın, xorvatlar yaxşı idi deyəsən hə?”Səsli mesajın məzmunu № 3:“Xəzər salam necəsən nə var nə yox? Neynirsən salamatçılıqdır?”Səsli mesajın məzmunu № 4:“Hə bildim, bildim baxaram. Şey olmasa taparam özüm də”Səsli mesajın məzmunu № 5:“İndi nömrəni verəcəyəm, yazacaqlar sənə” Səsli mesajın məzmunu № 6:“Deməli İstanbula gələndə sənə şey verəcək adam var, onun nömrəsini verəcəyəm, düşən kimi internetə bağlanarsan, onunla əlaqə saxlayarsan, görüşərsən onunla şey götürəcəksən, işlənmiş telefon verəcək, açıq telefon da... qutusuz. Uşaqların hərəsinə 2-2 verərsən, yaxşı? Lazım olsa, görsən çatmır lap Kərim müəllimə də bir dənə zad, belə də bir dənə Kərim müəllimə, sonra bir dənə Hikmətə bax da indi. Lazım olsa, olmasa çatsa uşaqlara hərəsinə 2-2 ver, de “palit” etməsinlər. Ordan çıxan kimi də elə mən orada olacağam. Hamısına sən götürüb özün yaxınlaşarsan. Day şey etmə ki, nədir onun adı... uşaqlara danış de ki, “palit” etməsinlər də, lap istəsən de Xətai deyibdir. Olmasa elə ver de bunu orda götürəcəyəm səndən. Ürəyin necə istəyir” Səsli mesajın məzmunu № 7:“Xəzər, deməli sənə şey tapşıracağam, iş tapşıracağam, diqqətlə qulaq asarsan. Orda da uşaqlara danış “palit” eləməsinlər. indi deyəcəyəm sənə nə etmək lazımdır. Qayıdanda edəcəksiz, indi yox”Səsli mesajın məzmunu № 8:“Yaxşı, yaxşı danışarıq da yenə də. Gələcəyəm onsuz da inşallah qabağınıza gələcəyəm. geri qayıdanda aeroportda olacağam mən” Səsli mesajın məzmunu № 9:“Hə, Xəzər iki dənə telefondur, iki dənə də balaca saat başlığıdır. Elə atsınlar çantalarına, çantalarına atsınlar vəssalam. Heç kim ilişən deyil, heç nə deyən deyil, narahat olmayın. Hətta kimsə saxlasa da, belə saxlasa, desinlər ki, özümüzündür, almışıq. Desələr ki, yox rüsum ödənməlidir, de hə, problem yoxdur, ödəyərik rüsum. Amma yəni heç kim ilişən deyil də yəni. Uşaqlara de ki, rahat olsunlar. Hamısına de ki, Xətainindir bəs çıxacaq qabağımıza götürəcək. Yəni sən hamısından yığacaqsan, sonra mən səni götürəcəyəm, gedəcəyik səni düşürəcəyik, çıxıb gedəcəyik” Səsli mesajın məzmunu № 10:“Aeroportdan tam çıxandan sonra, aeroportun içində yığma telefonları, tam bayıra çıxarsız, Bayırda götürərəm, elə sən də hamısını yığarsan kimlərə ki, vermisən, mən maşınla olacağam, gətirib səni düşürdərəm, Sonra çıxıb gedərəm evə”Səsli mesajın məzmunu № 11:“A yox e, adama iki dənə telefon, iki dənə saat başlığıdır vəssalam. Xəzər, verərsən uşaqların hamısına. De ki, aeroportdan çıxanda götürəcəyəm. “Palit” etməsinlər də day. Tahir, nə bilim o-bu, heç kim bilməsin. Kimə verdin denən heç kimin xəbəri olmasın. Burdan çıxanda inşallah götürəcəm sizdən. İki dənə tekefon, işlənmiş telefondu e karopkada deyil. İlişən olmayacaq, ilişən olsa da belə desinlər almışam da. Uşaqların hamısına başa sal. Desələr ki, yox, rüsum-zad, nə, de ki, nə rüsum? almışam telefonu. Lap uzağı ödəyərik rüsum, rüsum ödəyərik. Mən orada olacağam da, narahat olmayın”Səsli mesajın məzmunu № 12:“A yox e yox, heç kim sizə heç nə deyə bilməz. Narahat olma. İki dənə telefondur, ikisi də ki, bilirsən, necə verəcək telefonu sənə? Açıq telefonlar olacaq, qutuda-zadda deyil, belə işləyən telefon kimi. Onda sizə nə edəcəklər ki, heç kim heç nə deməyəcək, yox, sadəcə uşaqlara başa sal şey etməsinlər, nədir, onun adı, sadəcə “palit” etməsinlər də. Soruşsalar desinlər ki, öz telefonlarımızdır, özümüz üçün almışıq, vəssalam başqa heç nə. Yəni orda sizə heç kim heç nə deyə bilməz e qaqa. Sən əlavə 10 dənə 15 dənə keçirtmirsən ki. O söhbətdir. Başqa belə kimdə nəsə desə, saxlasa ki, yox şey verməlisən, nə eləməlisən, o da ki, bizi saxlamırlar, millinin oyunçularısınız siz, sizi saxlamırlar. Rüsum-zad istəsələr, vəssalam, problem yoxdur da, de ki, rüsumu ödəyirik. Telefonu qoyar ora gedib rüsumu ödəyərik”Səsli mesajın məzmunu № 13:“Hə, hə yazacaq indi sənə, azərbaycanlıdır. Yox da deyirəm də sənə, 24 dənə telefondur, 24 dənə də şeysaatın başlığıdır, qulpsuz saat başlığıdır. Uşaqların hərəsinə 2-2, 12 dənə uşaq deyilsiniz? Hərəsinə iki-iki telefon, iki-iki də o saat başlığını verəcəksən, vəssalam, başqa heç nə”Səsli mesajın məzmunu № 14:“Hə, Xəzər bir də onu deyim, orda İstanbulda başqa adamlar da olur. Elə bil ki, təyyarəyə girəcəkdə soruşurlar sizdən ki, bir dənə bunu verək, orda kiməsə ver, nə elə. Orda heç kim deməsin ha biz artıq götürümüşük nə etmişik. Birdən xəbər zad edərlər, elə kim soruşdu de bizə desinlər bizə icazə yoxdur. Bildin necə? Desinlər icazə yoxdur, şey etmirlər, qoymurlar bizi” Səsli mesajın məzmunu № 15:“Mənə bax e, iki dənə qapıçı, 10 dənə də oyunçudur da düzdü? O 10 dənə oyunçunun dördü-beşi gəlib də, bizi tanıyır, komandaya məşqə gəlib Araza, onlar heç, o tanımadığım uşaqlara da bir-bir, ay sağ ol, tək-tək de ki, Xətai deyib ki, bunu iki-iki verin mən orda götürüb verəcəyəm Xətaiyə, vessalam, başqa heç nə. Narahat olma e heç nə olan deyil” Səsli mesajın məzmunu № 16:“Öz telefonunuz kimi cibinizə qoyacaqsınız, cibinizə qoyub gələcəksiniz. Lap lazım deyil çantada gəzdirəsiniz, nə edəsiniz. Qoyun cibinizə, əl çantası olsa, atın əl çantanıza, vəssalam, gəlin”Səsli mesajın məzmunu № 17:“A narahat olmayın hə, heç nə olmaz, ver sən, ver. Özləri elə edir. Narahat olma ver, o birisilərinə də ver” Səsli mesajın məzmunu № 18:“Gecikməklə zadla şeyləmə, narahat olma, biz biləcəyik də onsuz siz oradan uçanda. Sadəcə sən uşaqlara danış, başa sal da de ki, belədir. Orda-burda da çox şeyləməsinlər, deməsinlər. “palit” olacaq. Orda sonra qabağınıza gələcəklər ki, bizim telefonları-zadı, bizimkindən əlavə e, başqa adamlar da bilməsin ki, siz gətirirsiniz də artıq. Çünki bilirsən niyə, zəng edib, xəbər-zad edərlər də birdən. Yaxşı? Sizdən kim soruşsa, desinlər ki, bizə icazə yoxdur, vəssalam. Yaxşı, öpürəm, sağ-salamat gəlin inşallah. Gəlin görüşərik axşam da, görüşərik, səhər də görüşərik sizinlə bir işim var sizinlə” Səsli mesajın məzmunu № 19:“Hə, yaxşı Xəzər yaxşı əla. Heç nə, narahat olma, görüş qardaşla, uşaqların hamısı ilə də danış şey edin də, yoluna qoyun gəlin, həll edin. Yaxşı, çox şey etməsinlər də. Kim soruşub eləsə hamısı desin ki, özümündür. Uzağı görsələr, lap görsələr ki, çox uzadırlar, desinlər ki, vergisini verərik. Başqa belə heç nə, heç kim ilişib edən deyil, narahat olmasınlar. Gətirin, gələndən sonra da inşallah görüşərik də, mən gələcəyəm qabağınıza” Səsli mesajın məzmunu № 20:“Xəzər inşallah gələndən sonra bir dənə xəbər edərsən, deməli lap bayıra çıxandan sonra həll edib götürərsən də uşaqlardan. İçəridə oralardan götürmə ki, görməsinlər, yadından çıxmasın. Bir də cibinizdə gətirin də, elə görsədin ki, özünüzündür”Səsli mesajın məzmunu № 21:“Xəzər axırı 55-55 nömrə sənə zəng edəcək, orda qarşılıyacaq səni, adı Seymurdur” Səsli mesajın məzmunu № 22:“Bakıda olanda deyirəm ha, Bakıya çatanda” Səsli mesajın məzmunu № 23:“Xəzər bir də, onsuz da bizi yoxlamırlar da bilirsiniz də. Nədir onun adı, gəldiniz, çatdınız ora, gedib özünüzü soxmayın. Bizim uşaqlar kənarla gedir də, yoxlamırlar. Ora çantaları qoymurlar, bildin necə. Elə kənarla keçin, rahat gəlin” Səsli mesajın məzmunu № 24:“Elə çıx girişdən lap bayıra çıxın, avtobusa yaxınlaşanda elə et ki, şey olmasın da, aşkarda olmasın. Elə et götür hamısından, yığ bir yerə. O, Seymurun nömrəsi olacaq səndə. Seymurla əlaqə saxlayarsan gedərsən, görüşüb verəcək sənə”. Cinayət işi materiallarından görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-fonoskopik ekspertizasının, 19 dekabr 2022ci il tarixli, 4/1811 saylı ekspert rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş 1 ədəd üzərində “whatsapp səsli mesajlar” xüsusi qeydi olan ağ rəngli CD diskdə olan mübahisəli fonoqramlardakı danışıqların məzmunu tədqiqi hissədə verilmiş yazılı mətnlərdən ibarətdir. Ekspertizaya təqdim olunmuş 1 ədəd üzərində “whatsapp səsli mesajlar” xüsusi qeydi olan ağ rəngli CD diskdə olan mübahisəli fonoqramlardakı danışıqların tədqiqi hissədə verilmiş yazılı mətnlərində K1 kimi işarə olunmuş diktorun səsi və nitqi Təqsirləndirilən şəxs1 məxsusdur. (ekspertiza tədqiqatının dəyəri 300(üç yüz) manat) Cinayət işi materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan DİN-in BƏSİİ-dən təqdim olunmuş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Cinayət işi materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan DİN-in BƏSİİ-dən təqdim olunmuş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. Cinayət işi materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Abşeron rayon İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat İstismarı Təmiri Birliyinin 4 saylı Mənzil Təsərrüfatı İstehsalat İstismar Təmir Sahəsindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 barəsində ünvan 4 ünvanından yaşadığı müddət ərzində heç bir şikayət və ərizə daxil olmamışdır. Cinayət işi materiallarından görünür ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs1 barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmişdir. Cinayət işi materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 bir çox diplom və medalla təltif olunmuşdur. Azərbaycan Futzal Federasiyasından verilmiş xx.xx.2022-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Futzal Federasiyasında müsbət oyunçu kimi xarakterizə olunur. Cinayət işi materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində xx.xx.2014-cü il təvəllüdlü X16 və xx.xx.2016-cı il təvəllüdlü X18 adlı iki azyaşlı övladı vardır. Cinayət işi materiallarından görünür ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs2 barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmişdir. Azərbaycan Futzal Federasiyasından verilmiş xx.xx.2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Futzal Federasiyasında müsbət oyunçu kimi xarakterizə olunur. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən, onların şəxsiyyətini, törətmiş olduğu cinayətlərin xarakteri və ictimai təhlükəliliyini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdiyi cinayət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən ağır cinayətlər kateqoriyasına aiddir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs1 əməlindən peşman olmasını, himayəsində iki azyaşlı övladının olmasını, əməlindən səmimi peşman olmasını, Azərbaycan Futzal Federasiyasında müsbət oyunçu kimi xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsi ilə nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən etməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 əməlindən səmimi peşman olmasını, yaşadığı ərazi üzrə və Azərbaycan Futzal Federasiyasında müsbət oyunçu kimi xarakterizə olunmasını, cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsi ilə nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən etməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən, onların hər birinin əvvəllər məhkum olunmamasını, əməllərindən səmimi peşman olmalarını, eyni zamanda Təqsirləndirilən şəxs1 himayəsində iki azyaşlı övladının olmasını, hər birinin Azərbaycan Futzal Federasiyasında bacarıqlı oyunçu kimi bir çox medal və diplomlara layiq görülməsini, işdə cəzanı ağırlaşdıran halların müəyyən olunmadığını, cinayətin məqsədi və motivini, təqsirkarın cinayətin törədilməsində rolunu və cinayət hadisəsindən sonra onun davaranışını məhkəmə müstəsna hal kimi nəzərə alaraq, təqsirləndirilən şəxslərin barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsini tətbiq etməklə, onların təqsirli bilindiyi maddədə müəyyən ediləndən daha yüngül cəza növü cərimə cəza təyin edilməsini məqsədə müvafiq və mümkün hesab edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 62.1-ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin tюrədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictiami təhlükəliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” xx.xx.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınan və bəyan edilməmiş Azərbaycan Respublikası Dövlət X3 Birliyinin anbarında saxlanılan təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 götürülmüş 24 ədəd İphone 13 Pro Max 128 GB mobil telefonlar və 24 ədəd X30 7 45 mm markalı smart qol saatları hökm qanuni qüvvəyə mindikdən və müvafiq dövlət rüsumu ödənildikdən sonra iş üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qaytarılmalı, iş üzrə məhkəmə məsrəflərini təşkil edən 400(dörd yüz) manat ekspertiza xərci təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq dövlət büdcəsinə keçirilsin. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197 və 198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş üzrə mülki iddia verilməmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62.1-ci maddəsi tətbiq edilməklə, 1500 (min beş yüz) manat cərimə cəzasına məhkum edilsin. Barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62.1-ci maddəsi tətbiq edilməklə, 1500 (min beş yüz) manat cərimə cəzasına məhkum edilsin. Barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınan və bəyan edilməmiş Azərbaycan Respublikası Dövlət X3 Birliyinin anbarında saxlanılan təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 götürülmüş 24 ədəd İphone 13 Pro Max 128 GB mobil telefonlar və 24 ədəd X30 7 45 mm markalı smart qol saatları hökm qanuni qüvvəyə mindikdən və müvafiq dövlət rüsumu ödənildikdən sonra iş üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qaytarılsın. Hökmün icrası Təqsirləndirilən şəxs1 aid hissədə Yasamal rayon İcra şöbəsinə, Təqsirləndirilən şəxs2 aid hissədə Abşeron rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. İş üzrə məhkəmə məsrəflərini təşkil edən 400 (dörd yüz) manat ekspertiza xərci təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq dövlət büdcəsinə keçirilsin. Hökmdən 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Bakı Ağır Cinayətlər məhkəməsinin hakimləri: Samir Əliyev (sədrlik edən) İradə Həsənzadə Mahmud Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar