Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-914/2024 06.05.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əsgərova-X8 (sədrlik edən), Sadıxov Rasim Əkrəm oğlu və Kərimov Novruz Ağakərim oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X4, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və onun nümayəndəsi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Nümayəndə, psixoloqmütəxəssis X5, müdafiəçi – Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx xxxxx 1995-ci İl tarixdə Ağcabədi şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, Ağcabədi rayonu Meliorasiya və Suvarma idarəsində mühəndis işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, hazırki iş üzrə Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 18 fevral 2023-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,120.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs qəsdən adam öldürməyə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Belə ki, o, 16 fevral 2023-cü il tarixdə saat 19:30 radələrində qeyri-rəsmi münasibətdə olduğu Zərərçəkmiş şəxs və sonuncunun azyaşlı övladları Şahid3 və Şahid2 ilə birlikdə ünvan 3 ünvanında yerləşən “AF Hotel” adlı mehmanxananın 6-cı mərtəbəsində yerləşən 1603 saylı otağında olarkən özünə aid mobil telefonda cizgi filmi qoşmaqla azyaşlı Şahid3 və Şahid2 hamam otağına qoyduğu stulların üzərində əyləşdirib qapısını örtərək Zərərçəkmiş şəxs ilə münasibətlərinə aydınlıq gətirmələri üçün söhbət edərkən qısqanclıq zəminində aralarında yaranmış mübahisə zamanı əli ilə Zərərçəkmiş şəxs baş nahiyəsinə zərbələr vurduqdan sonra sonuncunu öldürmək niyyəti ilə pəncərədən çölə doğru atmaq üçün pəncərə istiqamətində itələməsinə baxmayaraq Zərərçəkmiş şəxs qapıya tərəf qaçdığını görüb, sonuncunu otağın pəncərəsinə tərəf gətirərək Zərərçəkmiş şəxs ayaqlarından tutub yuxarı qaldırmaqla pəncərədən çölə doğru itələyərək sonunucunun hündürlüyü təxminən 10.5 metr olan hotelin 3-cü mərtəbəsi səviyyəsində tikilinin dam örtüyünün üzərinə düşməsi nəticəsində sağ tərəfli pnevmotoraks və ağciyərlərin əzilməsi ilə müşayiət olunan döş qəfəsinin küt travması, burun sümüklərinin yerdəyişmiş sınığı və burun nahiyəsinin qançıг-şişkinlik halında əzilməsi, qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi, üzün sol yarısının iri ölçülü dərialtı hematoması, sol gözün ağlı qişasına qansızma, üst alt dodaqların və sol yanaq nahiyəsinin selikli qişasına qansızmalar və əzilmiş yaraları, alın, burun, almacıq, yanaq, burun-dodaq büküşü, üst və alt dodaqların haşiyələri, çənə, sol dirsək oynağı, sol said, hər iki mil-bilək oynağı nahiyələrinin sıyrıqları, döş qəfəsinin ön səthinin, sol saidin qançırları kimi dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri almasına səbəb olmuş, lakin hadisənin şahidi olan şəxslərin köməkliyi ilə hadisə yerinə çağırılmış X22 Stansiyasının həkim briqadasının müşayiəti ilə Zərərçəkmiş şəxs X20 çatdırılaraq ixtisaslı tibbi yardım göstərilməsi səbəbindən həyatı xilas edildiyindən, bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməli öz iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırmayıb Zərərçəkmiş şəxs qəsdən öldürməyə, yəni həyatdan məhrum etməyə cəhd etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü elan edilmiş ittiham üzrə təqsirli bilməyərək bildirmişdir ki, 16 fevral 2023-cü il tarixdə 1-2 ildir ki, münasibətdə olduğu Sücayətlə “Af hotel” adlanan məkana getmiş və orada olarkən mübahisələri yaranmışdır. Sücayətdən ayrılmaq istədiyini bildirmiş, lakin Sücayət ayrılacaqları təqdirdə özünü öldürəcəyini qeyd etmişdir. Sonuncu zərərçəkmiş şəxsin bu sözlərinə inanmamış, işdən çağırdıqlarına görə Ağcabədiyə yollanmağı qərara almışdır. Sücayətə Ağcabədiyə gedəcəyini bildirən zaman, Sücayət sonuncuya görüntülü zəng edərək özünü hansısa binadan atacağını bildirmişdir. Günorta saat 3-4 radələrində Sücayətlə “Af Hotel”-də görüşmüş və ona işə tələsdiyini getməli olduğunu demişdir. Həmin vaxt Sücayət sakit olsa da o pəncərəyə yaxınlaşaraq “özümü buradan atsam ölərəm” ifadəsini səsləndirmiş, sonuncu Sücayəti bu hərəkəti etməkdən yayındırmağa çalışmışdır. Sücayət özünü pəncərədən atmaq istəyərkən, sol qolu ilə onun qarın nahiyyəsindən tutmuş, otağın içərisinə çəkmiş və həmin vaxt Sücayətin başı pəncərənin yanındakı çarpayıya dəymişdir. Əsəbləşdiyi üçün Sücayəti yerdən qaldıraraq ona şillə vurmuş və bu hərəkətləri etməkdə niyyətinin nə olduğunu soruşmuşdur.Sücayət ona bu işin başqa yolunun olmadığını, ayrılsalar özünü öldürəcəyini bildirmişdir. Sücayətin özünü öldürmək qənaətinə gəldiyi üçün ona ayrılmayacaqlarını, lakin bunu heç kimə deməməsini bildirmişdir. Qorxduğu üçün hamam otağında əlini üzünü yumuş, qayıtdıqdan sonra Sücayətin yenidən pəncərəni açdığını və pəncərənin qarşısında olduğunu görmüşdür, onunla arasında 7-8 addımlıq məsafə olmuşdur. Sücayət sonuncuya “haqqını halal et, mən bilirəm ki, sən məni aldadırsan və getdikdən sonra məndən ayrılacaqsan” ifadəsini demiş, sonuncu danışa-danışa Sücayətə yaxınlaşaraq onun pəncərədən özünü atmasının qarşısını almaq istəsə də bunu bacarmamışdır. Sücayət yıxıldıqdan sonra onun arxasınca baxaraq yerdə tərpəndiyini görmüşdür. Dəhlizə çıxaraq Sücayətin hansı mərtəbəyə yıxıldığını soruşmuş, lakin polislər həmin əraziyə girişi qadağan etdiklərinə görə Sücayətin yanına gedə bilməmiş, baş verənlər barədə məlumat vermək üçün 22-ci polis bölməsinə getmişdir. Əmisinə zəng edərək başına gələn hadisələri danışmış, üzərindəki əşyaları əmisinə verdikdən sonra polis bölməsinə gedərək təslim olmuşdur. Bu işdən əvvəl Lənkəranda olarkən Sücayətlə aralarında başqa bir mübahisə də olmuş, qısqanclıq zəminində Sücayəti bıçaqla vuran zaman onu öldürəcəyini demişdir. Mehmanxanada olarkən otaqda Sücayətin uşaqları da olmuşdur. Məhkəmə iclasında elan edilərək tədqiq edilən Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə təqsirləndirilən şəxs qismində verdiyi ifadələrindən görünür ki, 16 fevral 2023-cü il tarixdə barəsində Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılan iş üzrə məhkəmənin hazırlıq iclasında iştirak etmək üçün Lənkəran şəhərinə getmişdir. Oradan Bakı şəhərinə gəlib daha sonra da yaşadığı Ağcabədi rayonuna getməli olmuşdur. Bakıya gəldiyi zaman Zərərçəkmiş şəxs ilə danışıb görüşmək istədiyini bildirmişdir. Həmin gün saat 16:30 radələrində Sücayətin yaşadığı ünvanın yaxınlığına getmişdir. Oradan Sücayət və azyaşlı uşaqları olan Fidan və Yağmur adlı uşaqlarını götürüb evdən çıxmışlar. Sücayət ilə birlikdə “Af” hotelə getməyi qərarlaşdırmışlar. Hotelə yaxınlaşıb sənədlərini təqdim edib qeydiyyatdan keçdikdən sonra həmin hotelin 6-cı mərtəbəsində yerləşən 1603 saylı otağa qalxmışlar. Otağı bir günlük götürmüşlər. Otağa qalxmışlar, bir qədər söhbətləşdikdən sonra həmin otaqda olan 02 ədəd stulu hamam otağına yerləşdirmişlər. Bundan sonra o və Sücayət özlərinə məxsus mobil telefonları Sücayətin azyaşlı uşaqlarına verib telefonda videolara baxıb oyun oynamalarını tapşırmışlar. Uşaqlar videolara baxmağa başladıqdan sonra qapını bağlamışlar. Uşaqların başlarının telefona qarışdığına əmin olmuşlar. Aralarında olan münasibətlər barədə söhbət etmişlər. Bundan sonra o, 1-2 saata rayona getməli olduğunu bildirmişdir. Sücayət isə "səni rayonda gözləyən qızlar var, sən başqaları ilə danışırsan” demişdir. Bundan sonra aralarında qısqanclıq səbəbindən mübahisə yaranmışdır. Sücayət onu təhqir etməyə başlamışdır. Lakin ona dediyi sözlər hazırda yadında qalmamışdır. Bundan sonra o Sücayətə şillə vurmuşdur. O da Sücayətə cavabında “sən 10 fevral 2022-ci il tarixdə mənimlə görüşüb gecəni keçirdikdən sonra nəyə görə Ağcabədi rayonuna getdiyini” soruşmuş, Sücayət cavabında “sən mənə xəyanət edirsən, mən də sənə acıq vermək üçün getdim” demişdir. O cavabında onların münasibətlərinin bitdiyini dedikdə Sücayət ağlayaraq davam etməsini istədiyini demişdir. Həm də ona “o vaxt sən məni bıçaqla da vurmuşdun, mən səndən şikayətçi olmadım” demiş, o da “get şikayət elə bu gündən sonra səninlə birlikdə qalası deyiləm” demişdir. Daha sonra Sücayət ayrılmaq istəmədiyini, ayrılsalar özünü öldürəcəyini demişdir. Sücayətin bu sözlərindən əsəbləşdiyindən o cavabında Sücayətə “inanmadığını onu pəncərədən ataraq öldürəcəyini" bildirmişdir. Həmin vaxt Sücayət arxası pəncərə tərəfə, o da Sücayətlə üzbəüzdə olmuşdur. O Sücayəti əli ilə sinəsinə vuraraq arxaya doğru itələdikdə pəncərəyə dəyib dayanmışdır. Qeyd etmişdir ki, otağa daxil olduqları zaman otağın havası ağır olduğundan pəncərə açmışlar. Sücayət durub ağlamış, o yenidən Sücayətə şillə vurmuşdur. Sücayət otaqdan qaçmaq üçün qapıya tərəf gedərkən arxadan tutmuş və əlilərindən tutub pəncərəyə tərəf gətirib, üzünü pəncərəyə tərəf çevirmişdir. Sücayət ona müqavimət göstərmək istəsə də heçnə edə bilməmişdir. Üzünü pəncərəyə çevirdikdən sonra ayaqlarından qaldırıb pəncərədən çölə doğru itələmişdir. Pəncərədən çölə baxdıqda Sücayətin 3 mərtəbə aşağıya düşdüyünü görmüşdür. Sücayətin 3-cü mərtəbəyə düşdüyünü binanın pəncərələrini sayaraq dəqiqləşdirmişdir. Otağı səliqəyə salıb hamama getmişdir. Həmin vaxt uşaqlar telefonda videolara baxmağa davam etmişlər. Hamamda əllərini yuyub Fidandan özüməməxsus telefonu götürüb uşaqlara hamamdan çıxmamalarını və qayıdacağını demişdir. Bundan sonra otaqdan çıxmış və dəhlizdə üç nəfər şəxsi görmüşdür. Həmin şəxslər Sücayətin səsinə yuxarı qalxmışlar və bir-birilərindən səsin haradan gəldiyini soruşurlar. Ondan da nəsə görüb-görmədiyini soruşduqda o da gördüyünü demişdir. Həmin şəxslərdən qızın neçənci mərtəbədən düşdüyünü soruşduqda bilmədiklərini demişlər. Daha sonra 3-cü mərtəbəyə düşmək üçün liftə minmişdir. Lift 3-cü mərtəbədə dayanmışdır. Bundan sonra liftdən çıxmışlar. 3-cü mərtəbədə olarkən kimsə bütün qapılar bağlansın, hadisəni törədən qaçmasın demişdir. Bundan sonra o, 3-cü mərtəbədə yenidən liftə minmiş və 1-ci mərtəbəyə düşmüşdür. Həmin mərtəbədə olarkən işıqlar söndüyündən 15-20 saniyə liftdə qalmışdır. 1-ci mərtəbədə liftdən çıxdıqdan sonra pilləkənlərlə otel qeydiyyatına düşmüş və çıxışa doğru qaçmışdır. Otelin binasından çıxıb sağa-sola baxıb R.Behbudov küçəsində yeləşən Unibank bankına kimi iri addımlarla getmişdir. Bundan sonra atası Eldənİzə zəng edərək İlham əmisinin ona zəng etməsini xahiş etmişdir. Bir qədər sonra İlham əmisi ona zəng etmiş və Azadlıq prospektində yerləşən “Bazarstore” adlı marketin yanında olduğunu demişdir. X18 ilə birlikdə Şükürün yanına gəlmişdir. Üzərində olan əşyaları Ülviyə verib 22ci polis şöbəsinə getmişdir. Növbətçi hissəyə yaxınlaşmış və “AF” oteldə baş vermiş hadisə ilə bağlı gəldiyini adının Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. İfadəsinə əlavə olaraq bildirmişdir ki, istintaq zamanı törətmiş olduğu əməli etiraf etməməyinə baxmayaraq istintaqın sonrakı mərhələlərində isə özünüzü təqsirli bilməməyi ilə bağlı verdiyi ifadələr məsuliyyətdən yaxa qurtarmaq məqsədilə olmuşdur. Hazırki ifadəsi daha düzgündür. Belə ki, birinci dəfə Zərərçəkmiş şəxsm pəncərədən aşağıya doğru itələmək istəsə də alınmamış, ikinci dəfə Zərərçəkmiş şəxsm pəncərə kənarına gətirərək ayağından qaldırıb çölə doğru itələmişdir. xx.xx.2023-cü il tarixdə otel otağına daxil olduqdan sonra Zərərçəkmiş şəxs ilə bir qədər söhbətləşib. Otaqda olan stulları azyaşlı uşaqların oturmaları üçün hamama qoymuşlar. Bundan sonra özlərinə məxsus mobil telefonlarda videolar qoşub uşaqlara vermişlər ki, başları qarışsın. Daha sonra o Sücayət ilə intim münasibətdə olmuşdur. Onlar arasında mübahisə də bundan sonra başlamışdır. Onlar mübahisə edərkən uşaqlar hamamda olmuşlar. S.lbrahimovanın uşaqları onlar mübahisə edərkən görməmişlər. Sücayətlə o mübahisə edərkən uşaqlar hamam otağında olmuşlar. Əgər onlar mübahisə edərkən uşaqların hər hansı birinin mübahisəni gördüyünü hiss etsəydi Sücayətlə mübahisəni davam etdirməzdi. Azərbaycan Respublikası CM-nin 126.1ci maddəsi ilə təqsirləndirilməsi ilə bağlı Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılan cinayət işi ilə bağlı xx.xx.2023-cü il tarixdə ona 4 il müddətinə azadlıqdan məhrumetmə cəzası verilmişdir. Həmin qərardan apellyasiya şikayəti verilsə də qərar dəyişdirilmədən saxlanılmışdır. Təqsirləndirilən şəxs məhkəmə iclasında və ibtidai istintaq dövründə verdiyi ifadələr arasındakı ziddiyyəti ibtidai istintaq zamanı psixoloji təzyiqə məruiz qalması ilə əsaslandırmışdır. Məhkəmə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadə verərək göstərmişdir ki, 16 fevral 2023-cü il tarixdə Şükürlə Bakıda istirahət etmək üçün görüşmək qərarına gəlmiş və “Af Hotelə”getmişlər. Uşaqları qoymağa yer olmadığı üçün onları da özləri ilə hotelə aparmış və Şükürlə arasında olan şəxsi münasibətləri aydınlaşdırarkən azyaşlı uşaqları hamam otağında olmuş və qapı yarı aralı olmuşdur. Şükür ondan ayrılmaq iştəmiş, aralarında əvvəllər də bu cür söz-söhbətlər olmuşdur. Bir saat Şükürlə söhbət etdikdən sonra onunla münasibətlərini ciddiləşdirməli olduqlarını bildirmiş və aralarında mübahisə yaranmışdır. Uşaqların onların səsini eşitməsini ehtimal etmir. Şükür münasibətlərinin ciddiləşməsi məsələsinə öz narazılığını bildirmiş, arlarında sözlü mabahisə başlamışdır.Şükürün valideynləri də onların birgə münasibətlərindən narazı olmuşdur.Şükür ona bir müddət gözləməsini dedikdə, onu başqa qadınla evləndirəcəklərindən şübhələnmişdir. Şükürü hədsiz dərəcədə sevmiş, həm Şükürün onu nə qədər sevdiyini yoxlamaq, həm də onun fikrinin necə olduğunu bilmək üçün otağın pəncərəsini açaraq ora çıxmışdır. Şükür ondan özünü nə üçün öldürmək istədiyini soruşmuş, sakitləşdirmək istəmişdir. Şükür hətta onu pəncərədən uzaqlaşdırdıqdan sonra üzünə şillə vurmuşdur. Şükürlə biraz söhbət etmiş, Şükür hamam otağına keçdikdən sonra dediyi vədlərə inanmayıb yenidən pəncərəyə çıxmışdır. Pəncərənin yanında olarkən Şükür hamam otağından çıxaraq ona tərəf yaxınlaşmış və ailəsi ilə danışacağını hər şeyin yaxşı olacağını bildirmişdir. Şükürü qorxutmaq üçün əlini pəncərədən çəkən zaman Şükürün onu tutmaq üçün cəhd etməsinə baxmayaraq ayağı sürüşərək 6-cı mərtəbədən yerə yıxılmışdır. Əvvəllər Şükürlə arasında problem yaranan zaman özünü öldürməyə cəhd etməmiş, bunu münasibətlərinin yeni olması ilə izah etmişdir. Şükürün onu öldürmək istədiyinə əmin olsaydı əvvəllər Lənkəran Ağır Cinayətlər Məhkəməsində Şükür onu bıçaqlaması ilə bağlı cinayət işinə baxarkən ondan şikayətini geri götürərdi. Yıxıldıqdan sonra baş verənləri xatırlamamışdır. Xəstəxanada olarkən bu hadisəni Şükürün törətdiyini bildirmiş və onun tutulmasından xəbərdar olmuşdur. Şükürü sevdiyi üçün sonuncu başqası ilə evlənməməsi üçün onun tutulmasını istəmişdir. Hoteldə olarkən Şükür tərəfindən ona qarşı hər hansı bir fiziki təzyiq olmamışdır. Məhkəmə iclasında elan edilərək tədqiq edilən Zərərçəkmiş şəxs ibtidai istintaq dövründə verdiyi ifadəsindən görünür ki, Təqsirləndirilən şəxsla 2022-ci ilin aprelin əvvəllərində tanış olmuşlar. Şükürlə qurduqları münasibətləri ciddiləşərək hər ikisi ailə quracaqlarını düşünmüşlər. Şükür onunla ailə quracağını demişdir. Nə qədər aralarında münaqişə olsa da heç vaxt Şükür ondan ayrılmaq istəməmişdir. Şükür 02 oktyabr 2022-ci il tarixdə ona bıçaqla xəsarət yetirmiş, bundan əvvəl də 20 iyun 2022-ci il tarixdə uşağını döymüşdür., Şükür ondan darıxdığını, görüşmək istədiyini demiş, Şükürün dəvəti və təşkili ilə “AF Hotel”-ə getmiş və orada görüşmüşlər. Öz razılığı ilə Şükürlə cinsi əlaqədə olmuşlar. Otağa daxil olduqdan təxminən yarım saat sonra aralarında mübahisə yaranmışdır. Mübahisə əsnasında o, Şükürə digər qadınlarla əlaqədə olduğunu demiş, Şükür isə onun da digər kişilərlə münasibətdə olduğunu bildirmişdir. O isə kimləsə münasibətininin olmadığını demiş və Şükürün əl çəkmədiyini görüb münasibətinin olduğunu təsdiqləmişdir. Şükür ona həqiqəti danışmadığı təqdirdə onunçün pis olacağını demiş, onu əlləri ilə boğmaqla hədələmişdir. O, Şükürün xasiyyətinə bələd olduğundan onun digər kişilərlə münasibətdə olduğunu təsdiqləmiş, amma faktiki olaraq kimləsə münasibəti olmamışdır.Şükürü sakitləşdirməyə çalışsa da bacara bilməmiş, Şükür onu boğmağa başlamış və onu öldürməklə hədələmiş, o isə boğularaq ölməkdən qorxduğu üçün Şükürdən özünü öldürməyi üçün icazə almışdır. Amma uşaqların yanında özünü öldürmək istəməmiş, uşaqları özünün evə aparmasını xahiş etmişdir. Mübahisə əsnasında uşaqlar hamam otağında stulda oturaraq onun və Şükürün mobil telefonu ilə cizgi filmə baxmışdır. Onun mobil telefonu “Xiaomi” markalı “Redmi Note 9” modelli olmuş, görüşə gəlməzdən əvvəl “Whatsapp” mobil tətbiqini telefonundan silmişdir. Sonra bir-iki dəfə balaca qız Şükürün onu boğan zaman gəlmiş, amma uşağın yanında ona heç nə etməmişdir. Uşaq onlara ac olduğunu demiş, Şükürün üzərində pul olmadığından o, uşağına yemək alacağına demişdir. Şükür onun özünü öldürəcəyini bilməyəcəyini demiş, həmin an o, pəncərədən aşağı hündürlüyə baxmış, uşaqlarının yanında özünə öldürə bilməmişdir. Sonra Şükürün onu həqiqətən boğaraq- öldürmək istədiyini görmüş, pəncərəni açıb başını çölə çıxararaq qışqırmışdır. Həmin an o, qapıdan çıxa bilməzmiş, çünki otağın giriş qapısı kart vasitəsilə açılıb-bağlanmış, bunu bacara bilməyəcəyini düşünmüşdür. Qışqıranda pəncərədən tutmuş, Şükür isə onun ayağından tutaraq qaldırmış və əlləri pəncərədən aşağı sallanmışdır. Şükür onu pəncərədən itəliyən zaman üzü otağa tərəf istiqamətlənmiş, qışqıranda üzü çölə tərəf olmuş və kömək İstəyərək qışqırmışdır. Uşağının onun kömək istəyərək qışqırdığı uşağının görüb-görməməsini bilməmişdir, çünki diqqəti öz üzərində olmuşdur. Bütün bədəni pəncərədən kənarda olduqdan sonra aşağıda şiferin, yəni dam örtüyünün üzərinə düşmüş, həmin zaman huşu itdiyinə görə dam örtüyünün üzərinə düşməsini, həmçinin X22ın nə vaxt gəlməsini xatırlamamışdır. Verilən suallara cavab olaraq bildirmişdir ki, mübahisə zamanı Şükür onun baş və üz nahiyəsinə bir neçə sillə vurmuş, həmçinin hadisə yerinə baxış zamanı pəncərənin kənar divarında aşkarlanan qanabənzər ləkənin Şükürün ona vurması nəticəsində yarana biləcəyini bildirmişdir, lakin qanaxmanı hiss etməmişdir. Şükürün ona əvvəllər də dəfələrlə zorakılıq etməsini, ona dəfələrlə yalvarmasına baxmayaraq onu yenidən atmasını, Şükürün qanunvericiliklə törətdiyi əmələ görə cinayət məsuliyyətinə cəlb edilib cəzasını çəkməsini istəmişdir. Zərərçəkmiş şəxs əlavə dindirmə zamanı bildirmişdir ki, əvvəllər özünü öldürməyə cəhd etməmişdir, ölməkdən qorxur və özünü öldürmək istəməmişdir. Lakin əsəbi olduğum hallarda özümü öldürəcəyim barədə sözlər demişdir. Onun Şükürlə münasibəti o, Ağcabədi rayonunda ofisiant işlədiyi zaman, yəni 2022-ci ilin aprel ayında yaranmışdır. Şükürlə tanış olduqdan sonra o, iki azyaşlı uşağı və Şükürlə birlikdə Qax rayonuna yaşamağa getmişlər. X16 Sistemləri İdarəsində işlədiyindən o və uşaqlar Qax rayonunda qalmış, Şükür isə ay ərzində ümumilikdə təxminən 10-15 gün onların yanında qalmışdır, Şükürlə qeyri-rəsmi ər-arvad münasibətində yaşamışlar. Qax rayonunda yaşadıqları ünvan kirayə ev olmuşdur. Həmin kirayə haqqını, ərzaq və evin digər xərcləri Şükür tərəfindən qarşılanmışdır. Şükür ona çölə çıxmağı icazə vermədiyindən bütün günü evdə olmuşdur. 2022-ci ilin iyun ayının sonlarında Şükür onun kiçik qızı olan Şahid2 xəsarət yetirdikdən sonra o, iki azyaşlı uşaqlarıyla birlikdə Ağcabədi rayonuna qayıtmışdır. Lakin Şükür həmin ilin iyul ayının əvvəllərində ona zəng edərək Qax rayonunda olduğunu və onunla üzbəüz söhbət etmək istədiyini bildirmişdir. Şükür israrla onunla görüşmək istədiyini bildirdiyindən razılıq vermişdir. Bundan sonra Şükür onu Ağcabədi rayonunda olan evdən götürüb Qax rayonuna aparmışdır, oradan Şükürlə birlikdə Balakən rayonuna getmiş və təxminən bir həftə birlikdə yaşamış. Daha sonra Şükürlə Bakı şəhərində yaşamaq üçün burada ev kirayələmişlər, bir müddət sonra uşaqları Yağmur və Fidanı onların yanına gətirmişlər, təxminən bir ay Bakı şəhərində birgə yaşamışlar. Həmin vaxt Şükürlə aralarında münaqişə olduğundan uşaqları götürüb yenidən Ağcabədi rayonuna qayıtmışdır. Aralarında olan problemin səbəbi əsassız qısqanclıq və uşaqlarla kobud davranması olmuş, hətta birlikdə yaşadığımız vaxtlarda Şükür yuxudan gec ayıldığına görə həm uşaqları, həm də onu səs-küy olmasın deyə yataqdan durmaqlarına imkan verməmişdir. O, Ağcabədi rayonunda olarkən Şükür ona barışmaq üçün zəng etmiş, həmin an Şükürə etiraz etmişdir. Həmin vaxtlarda o, Şükürə hamilə olduğunu və həkimə gedib abort etdirmək istədiyini bildirmişdir. Bundan sonra Şükür israrla yenidən görüşmək istədiyini və həkimə birlikdə getməklərini bildirmiş, o, razılıq verdikdən sonra Ağcabədi rayonunda yerləşən Şəfa klinikasına müraciət etmişlər. Həmin vaxt orada növbə gözləyənlər çox olduğundan Şükür ona çay içmişlər. Daha sonra onlar klinikanın yanında olan taksiyə əyləşmiş, sürücünün maşını rayondan kənara sürdüyünü görüb hara getdiklərini soruşduqda Şükür atasının onunla görüşməyə icazə vermədiyini görə Beyləqan rayonuna getdiklərini demişdir. O, aralarında münasibətin bitdiyini bildirmiş, Şükür gedək orada danışarıq deyə cavab vermişdir. O, sürücünün sakit qalmağından və Şükürün həmin sürücüyə haraya sürməsi ilə bağlı göstəriş vermədiyindən ona Şükür əvvəlcədən həmin sürücü ilə plan qurmasını anlamışdır. Beyləqan rayonunun ərazisini keçdikdən sonra sürücünün maşını saxlamadığını görmüş, Şükürə məni hara apardığını soruşduqda ona gülərək cavab vermişdir. Daha sonra o, özünü avtomobildə atmaq istədiyini bildirdikdə Şükür ona narahat olmamasını birlikdə getmələri bildirmişdir. İmişli rayonunda taksidən enmiş, Şükür ona birlikdə yaşamaq üçün imişli rayonunda ev kirayələcəyini demişdir. Bundan sonra 2022-ci ilin iyul ayında Masallı, Lənkəran və Astara rayonunda kirayə ev axtarsalar da, yalnız nikah kağızı ilə mümkün olduğu təqdirdə ev kirayə biləcəklərini bildikdən sonra ilk öncə Bakı şəhərinə ,oradan isə Xaçmaz rayonuna getmiş, təxminən 3-4 həftə Şükürlə birlikdə Xaçmaz rayonunda yaşamışlar. Həmin müddət ərzində Şükür ona döyərək xəsarətlər yetirmiş, ona xəsarət yetirməyinə səbəb isə bəhanə edərək əvvəl onunla dalaşdığı vaxtlarda onu Şükürü tərk edib Ağcabədi rayonuna qayıtması olmuşdur. Şükür onu döydüyünə görə o, yenidən Ağcabədi rayonuna getmişdir. Orada olarkən ofisiant olaraq işə başlamışdır. Həmin vaxtlarda Şükür ona zəng edərək İşdən çıxmağını bildirmişdir. O, özünü və ailəsini dolandırmaq üçün işlədiyini bildirsə də, Şükür işdən çıxmadığı təqdirdə onu öldürəcəyini demişdir. Bundan sonra Şükürün onu Xaçmaz rayonunda döyməsi və məni öldürməklə hədələməsi barədə məlumat vermiş, bununla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırılma aparılarkən Şükürlə barışmış və bununla bağlı icraat olmamışdır. Daha sonra yenidən Ağcabədi rayonuna qayıtmış və ofisiant olaraq işləməyə başlamış, işlədiyi “Vegas” çay evinə Şükür müştəri kimi gəlib- getdiyindən yenidən münasibətləri yaxşılaşmış və Şükür Ağcabədi rayonunda yenidən ona ev kirayələmişdir, birlikdə yaşamağa davam etmişlər. Buna baxmayaraq teztez aralarında yenidən mübahisə yaranmış, Şükürdən ayrılmaq və Bakı şəhərinə köçmək qərarına gəlmişdir. 01 oktyabr 2022-ci il tarixdə Şükürlə maşında olarkən vidalaşan zaman Şükür ona getməməyini istəmiş, o isə getməli olduğunu demişdir. Şükür nə qədər israrla qalmağını istəsə də, onun istəyini rədd etmişdir. Bundan sonra Şükür onu cibindən çıxardığı bıçaqla xəsarət yetirmiş və oradan qaçaraq uzaqlaşmışdır. Daha sonra Şükürün barəsində cinayət işi başlanmış və bir neçə gün sonra tutulmuş, o isə anası birlikdə yaşamağa başlamışdır. 23 dekabr 2022-ci il tarixdə Şükür ev dustaqlığına buraxı İmiş,həmin vaxtdan 16 fevral 2023-cü il tarixədək müxtəlif vaxtlarda dörd-beş dəfə Bakı şəhərində yerləşən müxtəlif hotellərdə görüşmüşlər. Verilən suallara cavab olaraq bildirmişdir ki, Şükürü tanımağımından on ay müddət keçməsinə baxmayaraq onu və azyaşlı uşaqlarını əsassız yerə incitmiş, döymüş, hər dəfə son olduğunu düşünsə də mütəmadi olaraq ləyaqətini alçatmış, ayrılacağı halda öldürməklə hədələmişdir. Təqsirləndirilən şəxsla münasibətdə olduqları zaman onun işləməsinə icazə vermədiyindən o, Şükürdən maddi asılılığı olmuşdur. Həmçinin, Şükür onu onu əsassız yerə, müxtəlif bəhanələrlə mütəmadi olaraq əli İlə, həmçinin taxta ilə döyməklə güclü fiziki zor tətbiq etmiş, bununla bağlı iki dəfə - Qax və Xaçmaz rayonlarında, bir dəfə isə ona bıçaqla xəsarət yetirməsi ilə bağlı Ağcabədi rayonunun hüquq-mühafizə orqanlarında araşdırılma aparılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadə verərək göstərmişdir ki, qardaşı Eldəniz ona zəng etmiş və Şükürün təcili olaraq ondan zəng gözlədiyini bildirmişdir. Şükürə zəng edib danışdıqdan sonra “Koroğlu” parkının yanına getmişdir. Şükürlə görüşən zaman Şükür ona qızın özünü hotelin binasından atdığını, özündə olmadığını və hadisəni özünün törətmədiyini, həmin qızın Sücayət olduğunu bildirmişdir. Bunu dedikdən sonra Şükür danışa bilməmiş, ona su verdikdən sonra danışığa davam etmişdir. Şükür ona hoteldə olarkən Sücayətin pəncərəyə çıxıb özünü atmaq istəyərkən onu otağa çəkdiyini biraz söhbətdən sonra Sücayətin yenidən pəncərəyə çıxıb özünü atdığını, onun arxası ilə getsə də bunun qarşısını ala bilmədiyini bildirmişdir. Həmçinin Şükür polis bölməsinə gedərək baş verənləri polis idarəsində danışacağını qeyd etmişdir. Şükürü 22-ci polis bölməsinə apardıqdan sonra oranı tərk etmişdir. Şükürlə Sücayətin arasında olan münasibətlərdən xəbərdar olmuşdur. Məhkəmə iclasında elan edilərək tədqiq edilən Şahid8 ibtidai istintaq dövründə verdiyi ifadəsindən görünür ki, 16 fevral 2023-cü il tarixdə axşam saat 19 radələrində Şükürün atası Eldəniz ona zəng edərək Şükürə zəng edib onunla təcili əlaqə saxlamağını bildirmişdir, o da Şükürə zəng etmişdir. Şükür onun harada olduğunu soruşanda evdə olduğunu demiş, Şükür İsə onu Koroğlu parkının yanına çağırmış, səbəbini soruşduqda isə özünü pis hiss etdiyini, gələndə deyəcəyini bildirmişdir. Daha sonra oğlu Ülvi ilə birlikdə Şükürün dediyi ünvana getmiş, oraya çatanda olduğu yeri dəqiqləşdirmək üçün bir daha zəng edib Şükürlə əlaqə saxlamışdır, Şükürün “Bazar Store”nin yanında olduğunu demişdir. Şükürün olduğu yerə çatıb nə olduğunu soruşduqda maşında hər şeyi danışacağını bildirmişdir. Onlar maşına əyləşdikdən sonra Şükür bir az irəliyə gedərək su alıb-içdikdən sonra danışacağını demişdir. Oğlu Ülvi su aldıqdan sonra Şükür polis bölməsinə gedərək orada hər şeyi danışağını bildirmişdir. O, polis bölməsinə niyə getməli olduğuqlarını soruşduqda Şükür oteldə qızı 6-cı mərtəbədən atdığını, əvvəlcə qızı Şükürün özünün itələdiyini, sonra isə qızın özünü atmaq istədiyini, Şükürün isə qızı tutmağa çalışsa da tuta bilməməsi və qızın yıxıldığını demişdir. O, Şükürdən Lənkəranda məhkəmədən qayıdıb yaşadığı Ağcabədi rayonuna getməli olduğunu, otelə niyə getdiyini soruşduqda, Şükür Sücayətlə hoteldə son dəfə birdəfəlik ayrılmaları üçün görüşdüyünü bildirmiş, eləcə də Sücayətin əgər ayrılsalar intihar edəcəyini demişdir. Şükür onlara gah qızı özünün itələdiyini, gah da Sücayəyin özü-özünü atdığını demişdir. Baş verən hadisəni danışa-danışa polis şöbəsinə çatmış, Nəsimi RPl-nin 22-ci polis bölməsinin qarşısına çatdıqda telefonu və kartını onlara verərək polis bölməsinə daxil olmuşdur. Verilən suallara cavab olaraq bildirmişdir ki, qardaşı Eldəniz ona 16 fevral 2023-cü il tarixdə saat 19:50 radələrində ona zəng edərək təcili olaraq Şükürlə danışmağını xahiş etmiş, Eldənizin nə baş verdiyindən xəbəri olmamış, daha sonra o, evə gedərək hadisəni qardaşı Eldənizə danışmışdır. Şükür onunla görüşəmdə telefonunu və bank kartını ona vermiş, həmin zaman yalan danışaraq telefonunu şifrəsini verməmişdir. Məhkəmə iclasında elan edilərək tədqiq edilən ifadəsi ilə hazırki ifadəsi arasında ziddiyətləri Şahid8 ibtidai istintaq dövründə dindirilməsi protokollarını oxumadan imza etməsi ilə izah etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid10 ifadə verərək göstərmişdir ki, hadisə baş verən gün Şükür ona zəng edərək əmisinin onunla əlaqə saxlamalı olduğunu və telefonun enerjisinin qurtaracağını bildirmişdir. Qardaşına zəng edərək Şükürə zəng etməyini xahiş etmiş, 5 dəqiqə sonra qardaşına zəng etdikdə o Şükürün olduğu yerə yaxınlaşdığını söyləmişdir. Qardaşına zəng edərək baş verənləro soruşan zaman qardaşı Polis Bölməsində olduqlarını, Şükürün izahat vermək üçün oraya gəldiyini və 6-cı mərtəbədən bir qızın yıxıldığını və Şükürün bu hadisəni törətmədiyi məzmunda izahat verdiyini bildirmişdir. Məhkəmə iclasında elan edilərək tədqiq edilən Şahid10 ibtidai istintaq dövründə verdiyi ifadəsindən görünür ki, o hadisə barəsində zərərçəkmiş şəxsin anasından məlumat almış, sonuncu ona Şükürün qızını pənəcərədən atmasını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Qanuni nümayəndə ifadə verərək göstərmişdir ki, işdə olarkən qızının Şükürlə bərabər getdiyini eşitmiş, qızına bununla bağlı etirazını bildirərək qayıtmasını tələb etsə də qızı Sücayət onun sözünə qulaq asmamışdır. Hətta Şükürdən qızını geri qaytarmasını xahiş etmişdir. Şükür ona “xala narahat olma Sücayəti geri qaytaracağam” deyə cümlə işlətmişdir. Bir müddət sonra Sücayətə zəng edərkən telefona qızı cavab vermiş anasının yerini uşaqdan soruşan zaman telefonda xətt kəsilmişdir. Yenidən Sücayətə zəng etmiş, bu zaman telefona polis əməkdaşları cavab verərək onun hotelə gəlməli olduğunu bildirmişlər. Hotelə gedən zaman Sücayətin uşaqlarının tək qaldıqlarını görmüş, nəvəsi Fidandan nə baş verdiyini soruşduqda sonuncu ona Şükürün anasını hotelin pəncərəsindən yerə atdığını demişdir. Bunun səbəbini nəvəsindən soruşduqda o anasının Şükürlə mübahisə etdiyini və hamam otağının qapısını azca açıb, otağı müşahidə edərkən anasının əllərini gördüyünü bildirmişdir. Şükür hamam otağına yaxınlaşaraq nəvəsinə qapını örtməsini tələb etmişdir. Fidan Sücayəti pəncərənin kənarında bir dəfə gördüyünü, anasının Şükürlə bir neçə dəfə dalaşdığını, özünün Şükürdən qorxduğunu bildirmişdir. Əvvəllər də qızının Şükürlə problemləri olduğu üçün onların birlikdə olmasını istəməmişdir. Hadisədən iki gün sonra Sücayətlə danışarkən qızı ona hoteldə Şükürlə mübahisə etdiklərini və nəticədə Şükürün onu pəncərədən yıxdığını söyləmişdir. Şükür və Sücayətin mübahisələri zamanı Şükür onu qızı ilə danışmağa qoymadığı üçün dəfələrlə onu da təhqir etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 Tərlan oğlu ifadə verərək göstərmişdir ki, otaqda olarkən çöldə qışqırıq səsləri eşitmiş və kiminsə yerə yıxıldığını görmüşdür. Daha sonra bu barədə polis əməkdaşlarına məlumat vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadə verərək göstərmişdir ki, 2022-ci ilin dekabr ayından "AF Business House” binasında mühafizəçi olaraq işləmişdir. xx.xx.2023-cü il tarixdə saat 19:35 radələrində işdə olduğu zaman tanımadığı bir qadın ona yaxınlaşaraq yuxarı mərtəbədən bir qadının düşdüyünü bildirmiş, digər otağa daxil olaraq pəncərədən aşağı baxan zaman bir qadının 3-cü mərtəbə səviyyəsində olan dam örtüyünün üzərində olduğunu görmüşdür. Daha sonra həmin mərtəbədə yerləşən otaqlardan birinin pəncərəsindən restoranın dam örtüyünə düşmüşdür. Baş vermiş hadisə barədə X22 xidmətinə və polisə məlumat verildiyindən hadisənin baş verdiyi vaxtdan təxminən 10 dəqiqə sonra X22 həkimləri gəlmişdir. Məhkəmə iclasında psixoloq-mütəxəssis müşahidəsi altında şahid qismində dindirilmiş yetkinlik yaşına çatmayan Şahid3 ifadə verərək göstərmişdir ki, . “Af Hotel”-də olarkən Şükürlə bir qədər oynadıqdan sonra anası onları hamam otağına salmış orada olarkən özü anasının, bacısı Şükürün telefonu ilə oynamış çizgi filminə baxmışlar. Bir qədər sonra acdığına görə qapını açmış Şükür ona yemek sifariş edəcəyini bildirmişdir. Daha sonra Şükür hamam otağına daxil olaraq bacısından telefonu götürmüş və birazdan gələcəyini bildirmişdir. Hadisə yerinə polis əməkdaşları gəlmiş, telefonla nənəsi ilə danışarkən polis əməkdaşları telefonu ondan alıb özləri nənəsi ilə danışmışlar. Mehmanxana otağında Şükürün anası ilə söhbət etdiyini görmüş, anasının nə üçün xəstəxanaya aparılması səbəblərini bilməmiş, həmin dövrdə nənəsi Bəsti onlara baxmışdır . Mehmanxana otağında nənəsi ilə telefon vasitəsilə danışarkən Şükürün anasını pəncərədən atdığını bilməmişdir. Əvvəllər Şükürlə anasının mübahisə etdiyinindən xəbərdar olmamışdır. Məhkəmə iclasında elan edilərək tədqiq edilən Şahid2 ibtidai istintaq dövründə verdiyi ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəlcədən tanıyır, həmişə anası Sücayətin yanında görmüşdür. 16 fevral 2023-cü ildə o, bacısı Fidan, Şükür və Sücayət taksiyə minib “AF Hotel’-ə otağa getmişlər. Orada olanda o, Fidanla hamam otağında oturmuş, anasının telefonunun enerjisi olmadığından Şükürün telefonunda cizgi filminə baxmışlar. Daha sonra çöldən anası Sücayətinin səslərini eşitmiş, həmin zaman anası Şükürə “qışqırma, sus” demiş, sonra isə qışqıraraq Şükürə çölə atmaması üçün yalvarmışdır. O, anasının səsini eşidib bir dəfə qapını gizlincə açıb baxmış, həmin zaman anası və Şükür pəncərənin qabağında dayanmışdır. Daha sonra Şükür anasını pəncərədən aşağı atmış, onların yanına gələrək telefonu alıb getmişdir. Onlar hamam otağından çölə çıxmış, lakin heç kimi görməmişdir. Həmin an otaqda bacısı Fidanla ikisi qalmışlar. Şükür gedəndən bir müddət sonra polis əməkdaşları hadisə yerinə gəlmiş, amma Şükür hadisə yerindən qaçdığına görə polis əməkdaşları Şükürü tuta bilməmişdir. Bundan sonra nənəsi Bəsti hadisə yerinə gəlmiş və birlikdə polis əməkdaşları ilə avtomobillə getmişdir. Verilən suallara cavab olaraq bildirmişdir ki, Şükürün anası Sücayətə vurmasını, həmçinin pəncərədən atmasını görməmiş, yalnız anasının Şükürə yalvarmasını eşitmişdir. Həmin zaman o qapını gizlincə açaraq anası və Şükürə baxmış, anası Sücayət bunu görüb qapını bağlayıb getmişdir. Məhkəmə iclasında elan edilərək tədqiq edilən Şahid6 ibtidai istintaq dövründə verdiyi ifadəsindən görünür ki, 04 may 2022-ci il tarixdən 15 fevral 2023-cü il tarixədək “AF Hotel” mehmanxanasında ofisiant işləmiş, həftədə altı gün olmaqla səhər saat 08:00-dan 20:00-dək iş vaxtı olmuşdur. Mahiyyəti üzrə bildirirəm ki, xx.xx.2023-cü il tarixdə saat 19:29 radələrində “AF hotef’də 6-cı mərtəbədə olduğu zaman bir qadının qışqırıq səsi və nəyinsə yerə düşməsi ilə bağlı tappıltı səsi gəlmişdir. Həmin vaxt binanın 6-cı mərtəbəsində onunla birlikdə qardaşı Əhməd və X11 olmuşdur. Həmin vaxt onlar dərhal personal otağı olan 1601 saylı otağa daxil olmuş və orada olan Şahid7 kiminsə qızı pəncərədən atdığını demiş, Sadiq ona inanmamışdır. Bundan sonra onlar balkondan aşağıya baxdıqda bir nəfər qadının “AF Hotel”in restoranının dam örtüyü üzərində olduğunu görmüşlər. Bundan dərhal sonra 6-cı mərtəbənin dəhlizinə qayıdıb aşağı düşmək istəyərkən 1603 saylı otaqda olan müştəri adını sonradan bildiyi Şükür adlı şəxs otaqdan çölə çıxıb liftə yaxınlaşmışdır. O, geri qayıdıb müdiriyyətə məlumat verdikdən sonra pilləkən vasitəsilə 4-cü mərtəbəyə doğru düşmüşdür, həmin mərtəbədə mühafizəçi işləyən Bəyalıya baş vermiş hadisə barədə məlumat vermişdir. Daha sonra birlikdə həmin mərtəbədə yerləşən otaqlardan birinin pəncərəsindən restoranın dam örtüyünə düşmüşlər. Həmin vaxt ona həmin qadının düşdüyü yerin mehmanxananın 3-cü mərtəbəsinə bərabər hündürlükdə olması məlum olmuşdur. Baş vermiş hadisə barədə X22a və polisə məlumat verilmiş, hadisə baş verdikdən təxminən 10 dəqiqə sonra X22 həkimləri gəlmişlər. Daha sonra həmin qadın X22 maşını vasitəsilə xəstəxanaya aparılmış və hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən isə hadisə yerinə baxış keçirilmişdir. Verilən suallara cavab olaraq bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 19:30 radələrində ‘AF Hotel” mehmanxanasının 6-cı mərtəbəsində olduğunuz zaman zibillərin boşaldılması ilə məşğul olmuş, həmin zaman 1603 saylı otaqda hər hansı mübahisə və səs-küy eşitməmişdir. 6-cı mərtəbədə yerləşən 1603 saylı otaqla binanın 3-cü mərtəbəsi səviyyəsində olan dam örtüyü arasındakı məsafə təxminən 10.5 metrdir. Məhkəmə iclasında elan edilərək tədqiq edilən şahid X9 ibtidai istintaq dövründə verdiyi ifadəsindən görünür ki, xx.xx.2022-ci il tarixdə saat 20 radələrində evdə olarkən atası İlham ona Şükürün halının pis olduğunu və onları yanına çağırdığını demiş, o da atası ilə birlikdə nə baş verdiyini bilmədən evdən çıxmışdır. Şükür Koroğlu parkının yanında olduğunu desə də, oraya çatanda Nəsimi rayon Polis İdarəsi ilə üzbəüz yerləşən “Bazar Store” mağazasının yanında olduğunu bildirmişdir. Şükürün dediyi yerə çatıb Şükürlə görüşüb nə baş verdiyini soruşduqda maşında hər şeyi danışacağını demişdir. Şükür maşına əyləşdikdə bir az su içib hər şeyi danışacağını bildirmiş, o da düşüb su aldıqdan sonra Şükür onlara polis bölməsinə getmələrini xahiş etmişdir. Onlar polis bölməsinə niyə getməli olduğumuzu soruşanda demişdir ki, oteldə qızı 6-cı mərtəbədən atmış, əvvəlcə qızı Şükür tərəfindən itələnmiş, sonra isə qızın özünü atmaq istəyərkən itələmişdir. Bundan başqa da əvvəlki dediklərini təkzib etmiş, qızı tutmağa çalışdığını, lakin tuta bilmədiyini bildirmişdir. X13 məhkəmədən qayıdıb yaşadığı Ağcabədi rayonuna getməli olduğunu, otelə niyə getdiyini soruşduqda, Şükür Sücayətlə hoteldə son dəfə birdəfəlik ayrılmaları üçün görüşdüyünü bildirmiş, eləcə də Sücayətin əgər ayrılsalar intihar edəcəyini demişdir. Elə buna görə də aralarında mübahisə yarandığını və belə bir hadisə baş vermişdir. Hadisəni danışa-danışa polis şöbəsinə çatmış, Şükür Nəsimi rayon Polis İdarəsinin 22-ci polis bölməsinə daxil olmamışdan əvvəl Şükürə məxsus telefonu və kartını ona verərək polis bölməsinə daxil olmuşdur. Verilən suallara cavab olaraq bildirmişdir ki, onlar Şükürlə 16 fevral 2023-cü il tarixdə saat 20:00 radələrində görüşdükdə belə başa düşmüşlər ki, Şükür qızdan ayrılmaq istədiyindən əvvəlcə Sücayət özünü atmaq istəmiş, sonuncu saxlamağa çalışmış, sonra isə əsəbləşərək qızı itələmişdir. Həmçinin Şükür mehmanxada kiminlə birlikdə olduğunu konkret deməsə də, o, həmin qadını Sunay ləqəbli Sücayət olduğu öyrənmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, işin materiallarında olan istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. 16 fevral 2023-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokol və ona əlavə edilmiş fotocədvəllərdən görünür ki, hadisə yeri ünvan 5 ünvanında yerləşən “AF hotel” mehmanxanasının 6-cı mərtəbəsində olan 1603 saylı otaqdır (cild 1, iş vərəqə 6- 13). 17 fevral 2023-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis Bölməsi tərəfindən istintaqa təhvil verilmiş Təqsirləndirilən şəxs 16 fevral 2023-cü il tarixdə saat 19:30 radələrində Zərərçəkmiş şəxs “Af hotel” mehmanxanasının 6-cı mərtəbəsinin pəncərəsindən aşağı itələməklə öldürməyə cəhd etdiyi zaman Zərərçəkmiş şəxs üzərində olmuş mavi rəngli cins şalvar və çəhrayı rəngli boğazlı köynək geyimlərinə baxış keçirilmiş və baxış zamanı köynəyin üzərindən qanabənzər ləkələr aşkar edilmişdir.Şalvarın üzərində qanabənzər şübhəli ləkələr aşkar edilmiş və zədə müəyyən olunmamışdır ( cild 1, iş vərəqi 51). 17 fevral 2023-cü il tarixli baxış aparılması haqqında protokol və ona əlavə edilmiş fotocədvəllərdən görünür ki, “Af Hotel”-də yerləşən 1603 nömrəli otağın giriş qapısından daxil olan zaman sağda sanitar qovşaq yerləşir və orada olan zibil qutusunun içindəki sellofanda qanabənzər maddəyə bulanmış ağ rəngli salfetkalar müəyyən olunaraq müvafiq qaydada götürülmüşdür. Üzərində qanabənzər ləkələr olan otağın pərdəsi və çarpayının üzərində tünd qanabənzər ləkələr olan örtüyü müvafiq qaydada götürülmüşdür (cild 1, vərəqi 52-63). 19 fevral 2023-cü il tarixli, təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında olan protokol və ona əlavə edilmiş fotocədvəllərdən görünür ki, Təqsirləndirilən şəxs hadisənin baş vermə yerinin “Af hotel” mehmanxanasının 1603 nömrəli otaq olduğunu ifadəsindəki xüsusatları təsdiq edərək göstərmişdir. Belə ki, müvafiq istintaq hərəkəti həyata keçirilərkən X17 İbrahimovanı itələyərək pəncərədən atdığını bildirmişdir (cild 1, iş vərəqi 162-168). 28 aprel 2023-cü il tarixli, Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsindən daxil olmuş 51-3/2/4290/23 saylı məktuba əlavə edilmiş raportdan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs 2022-ci ilin əvvəllərin tanımış və qeyri-rəsmi birlikdə yaşamağa başlamışlar. xx.xx.2023-cü il tarixdə “AF hotel” mehmanxanasına yaxın münasibətdə olmaq üçün getmişlər və orada mübahisə etmələrinə səbəb qısqanclıq olmuşdur. Baş vermiş hadisə zamanı mehmanxanada olmuş şəxslərin dairəsinin müəyyənləşdirilməsi ilə bağlı tədbirlər həyata keçirilir. Şəxsiyyəti müəyyən edilmiş şəxslərin dindirilmələri üçün rayon prokurorluğuna getmələri təmin edilmişdir. Təqsirləndirilən şəxs tanışı Zərərçəkmiş şəxs qəsdən öldürməyə cəhd etməsində kənar şəxslərin hər hansı əməli müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələr və spirtli içkilər aludəçisi olması barədə hallar inkar olunur. Zərərçəkmiş şəxs əvvəllər özünü öldürməyə cəhd etməsi halının olması müəyyən edilməmişdir. Bundan başqa həmin məktuba əlavə edilmiş 16 fevral 2023-cü il tarixə aid olan “Af hotel” mehmanxanasının müşahidə kameralarından götürülmüş videogörüntüləri özündə əks etdirən DVD diskdən Təqsirləndirilən şəxs Şücayət İbrahimova, iki azyaşlı qız uşaqları ilə birlikdə saat 16:18 radələrində otel otağına daxil olması,Təqsirləndirilən şəxs saat 19:33-də isə otel otağından qaçaraq liftə daxil olması, pilləkəndən çıxaraq çıxışa doğru qaçması müşahidə olunur (cild 2, iş vərəqə 37- 39). 27 mart 2023-cü il tarixli məhkəmə-narkoloji ekspertia rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əziyyət çəkmir (cild 2, iş vərəqə 52-53). xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X24 tərəfindən göndərilmiş xx/xx-4234 saylı məktubundan görünür ki, xx xxxxx 1995-ci il təvəllüdlü Təqsirləndirilən şəxs və 12 avqust 1997-ci il təvəllüdlü Zərərçəkmiş şəxs mərkəzdə müalicə almamış və qeydiyyatda olmamışlar (cild 2, iş vərəqə 37). 17 mart 2023-cü il tarixli məhkəmə tibbi ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində sağ tərəfli pnevmotoraks və ağciyərlərin əzilməsi ilə müşayiət olunan döş qəfəsinin küt travması, burun sümüklərinin yerdəyişmiş sınığı və burun nahiyəsinin qançır-şişkinlik halında əzilməsi, qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi, üzün sol yarısının iri ölçülü dərialtı hematoması, sol gözün ağlı qişasına qansızma, üst alt dodaqların və sol yanaq nahiyəsinin selikli qişasına qansızmalar və əzilmiş yaraları, alın, burun, almacıq, yanaq, burun-dodaq büküşü, üst va alt dodaqların haşiyələri, çənə, sol dirsək oynağı, sol said, hər ki mil-bilək oynağı nahiyələrinin sıyrıqları, döş qəfəsinin ön səthinin, sol saidin qançırları bərk küt əşyanın (əşyaların) təsirindən müayinədən bir günə qədər əvvəl əmələ gəlmişdirlər, onun tibbi yardım üçün X20 müraciət etdiyi və qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixdə əmələ gələ bilər,dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aiddirlər. Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər müxtəlif şəraitlərdə, o cümlədən qərarda göstərilən şəraitdə, yəni hündürlükdən yıxılaraq yerin bərk səthinə dəyməsi nəticəsində əmələ gələ bilmələri inkar edilmir. Qeyd olunan xəsarətlər küt yaranma mexanizminə malik olduğundan va eyni zaman kəsiyində yarandığı üçün, o cümlədən hündürlükdən yıxılma və yumruq-təpik zərbələri nəticəsində yaranan xəsarətlərin eyni xarakterli olmasını nəzərə alaraq, dəqiq olaraq hansı şəraitdə törənmələri istintaq yolu ilə aydınlaşa bilər. "Mübarizə", "özünümüdafiə", "qarşılıqlı dava-dalaş" hüquqi məfhumlar olduqları üçün məhkəmə-tibbi baxımından qiymətləndirilməsi mümkün olmamışdır. Zərərçəkmiş şəxs kliniki və məhkəmə-tibbi müayinəsi zamanı boyun nahiyəsində hər hansı bir xəsarət və xəsarət izi aşkar edilmədiyindən əllə boğma və ya boyun üzvlərinin sıxılması haqqında fikir yürütmək mümkün olmamışdır (cild 2, iş vərəqə 60-64). 17 fevral 2023-cü il tarixli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində boyun nahiyəsinin qançırları, boyun və sol kürək nahiyələrinin sıyrıqları bərk küt əşyanın (əşyaların) təsirindən müayinədən bir neçə saat əvvəl olmaqla 16 fevral 2023-cü il tarixində əmələ gələ bilər. Ümumilikdə və ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildikdən dərəcəsi təyin olunmamışdır. “Mübarizə’’ və “özünümüdafiə" hüquqi məhfumlar olduqları üçün məhkəmə-tibbi baxımından qiymətləndirilməsi mümkün olmamışdır (cild 2, iş vərəqə 85-87). 10 aprel 2023-cü il tarixli kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs ittiham olunan əməli törədənədək, cinayət əməlini törətdiyi zaman üzvi emosional labil pozuntusu müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs hazırda üzvi emosional labil pozuntusu aşkar edilir. Təqsirləndirilən şəxs hal-hazırda müəyyən edilmiş üzvi mənşəli emosional labil pozuntuda qeyri-psixotik əlamətlər o dərəcədə ifadə olunmamışdır ki, onu ittiham olunan əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini va ictimai təhlükəliliyini dərk etmək ve onları idarə etmək iqtidarından məhrum etsin, Təqsirləndirilən şəxs cinayət hadisəsini törədərkən öz hərəkətlərinin faktiki xarakterini va ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə de Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur, istintaq və prosessual hərəkətlərində iştirak etməsinə və öz prosessual hüquq və vəzifələrini icra etməsinə imkan verir. Təqsirləndirilən şəxs idrak prosessləri (yaddaş, diqqət, təfəkkür, qavrama və.s), dünyagörüşü, intellektual imkanları normaya uyğundur. Şəxsi keyfiyyətlərində və emosional-iradi sferasında qıcığa qarşı həssaslıq, emosional dayanıqsızlıq aşkar olunur. İnadkarlıq, tez özündən çıxmaq, hövsələsizlik, kobuqluq, eqosentrizm kimi fərdi-psixi xüsusiyyətlə malikdir. Təqsirləndirilən şəxs ona ittiham olunan cinayət əməlini törədərkən psixi-emosional halında hirslilik yaranmışdır. Həmin halın yaranması situasiya ilə şərtləşmişdir. Təqsirləndirilən şəxs hadisə zamanı emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur (cild 2, iş vərəqə 90-94). 17 aprel 2023-cü il tarixli Məhkəmə-psixoloji ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs əqli-intellektual imkanları normaya uyğundur, gerilik əlamətləri akar olunmur. İş üçün əhəmiyyət kəsb edən halları düzgün qavraya, təsvir edə və bu barədə düzgün məlumat verə bilər. Fərdi xüsusiyyətlərinə görə ekstravertə daha yaxındır.(psixi fəaliyyətin xarici aləmə yönəlməsi). Baş verən hadisə ilə əlaqədar emosional sferasında hər hansı bir dəyişiklik (əhval-ruhiyyə enməsi, gərginlik, həyəcan və.s) müşahidə edilmir. Zərərçəkmiş şəxs özündən uydurmağa meyillilik əlamətləri müşahidə olunmamışdır. Ehtimal olunmuşdur ki, təqsirləndirilən Təqsirləndirilən şəxs ilə gələcəkdə münasibətləri bərpa etmək istəməsi və ya digər səbəbdən onu müdafiə etmək məqsədi ilə baş verən hadisə İlə bağlı xüsusatları fərqli tərzdə təsvir edə bilər. 16 fevral 2023-cü İl tarixdə Zərərçəkmiş şəxs psixi-emosional sferasında situasiya ilə əlaqədar qorxu, həyəcan, gərginlik kimi hallar əmələ gəlmişdir. Onun hazırki emosional durumu norma səviyyəsinidədir. Zərərçəkmiş şəxs əqli intellektual imkanlarına, həmçinin fərdi psixi xüsusiyyətlərinə görə təlqinə qapılma və başqalarının təsiri altında hərəkət etməyə meyillilik əlamətləri aşkar olunmamışdır (cild 2, iş vərəqə 97-98). 07 aprel 2023-cü il tarixli kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir, anamnezində keçirilmiş kəllə-beyin travması müəyyən edilir. Zərərçəkmiş şəxs həmçinin xx.xx.2023-cü il tarixindən sonrakı müddətdə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmamışdır, Zərərçəkmiş şəxs hazırki psixi vəziyyətinə görə törədilmiş ictimai təhlükəli əməllə bağlı halları düzgün qavramaq və onlar barəsində düzgün ifadə vermək iqtidarındadır. Zərərçəkmiş şəxs hazırki psixi vəziyyətinə görə müalicə tədbirinə ehtiyacı yoxdur. Zərərçəkmiş şəxs hazırki psixi vəziyyətinə görə istintaqməhkəmə hərəkətlərində iştirak etmək və öz prosessual hüquq və vəzifələrini icra etmək iqtidarındadır. Zərərçəkmiş şəxs hazırki psixi vəziyyətinə görə ona qarşı törədilən cinayət əməlinin xarakteri və mənasını dərk etmək, cinayət hadisəsi zamanı müqavimət göstərmək iqtidarında olmuş, baş verən hadisələri adekvat olaraq qavramaq və bu barədə düzgün ifadə vermək qabiliyyətinə malikdir (cild 2, iş vərəqə 109-111). 27 mart 2023-cü il tarixli məhkəmə-tibbi bioloji ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs təqdim olunan şəxsiyyət vəsiqəsinə əsasən qan qrupu A/ll/-, Təqsirləndirilən şəxs təqdim olunan portalında çıxarılın kserosurətinə əsasən onun qan qrupu O/l/- olmuşdur. Ekspertizaya təqdim olunan Zərərçəkmiş şəxs məxsus kofta, kağız salfet kağızları və flakonda olan çubuqlu pambıq tampon üzərində insan qanı aşkar olunmuşdur. Bu qan ləkələrinin qrup mənsubiyyəti ABO sistemi üzrə tədqiq olunduqda «A» və «H» antigenləri, əksər ləkələrdə həmçinin beta aqqlyutinini alınmışdır. Bu qan ləkələri bir şəxsə məxsusdursa Abeta(H)ll/ qruplu şəxsə, o cümlədən zərərçəkmiş Zərərçəkmiş şəxs məxsus ola bilər. Qanın qarışıq olduğu və hadisə zamanı Təqsirləndirilən şəxs qanaxma ilə müşahidə olunan xəsarət olduğu halda ləkələrdə onun da qarışmış qanının olması inkar olunmur. Tədqiqata təqdim olunan material kəsiyi üzərində insan qanı aşkar olunmuşdur. Bu qan ləkələrinin qrup mənsubiyyəti ABO sistemi üzrə tədqiq olunduqda «A», «B» va «H» antigenləri alınmışdır. Bu qan ləkələri AB/H/(İV) qruplu şəxsə məxsus ola bilər. Tədqiqata təqdim olunan kağız salfet kağızları üzərindəki qan menstruasiya xarakterli qanıdır və ABO sistemi üzrə zərərçəkmiş Zərərçəkmiş şəxs məxsus ola bilər. Təqdim olunan pərdə kəsiyi üzərində aşkar olunan qanı ləkələrində zülal denaturasiyaya uğradığından onun növünü təyin etmək mümkün olmamışdır. Tədqiqata təqdim olunan 3 və 4 saylı çubuqlu pambıq tampon üzərindəki ləkələrdə qan aşkar olunmamışdır (cild 2,iş vərəqə 226-231). 28 aprel 2023-cü il tarixli Məhkəmə-tibbi kriminalistik ekspertizasının rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş Zərərçəkmiş şəxs məxsus köynək və şalvar üzərində əhəmiyyət kəsb edən hər hansı bir zədə aşkar olunmamışdır. Ekspertizaya təqdim olunmuş Təqsirləndirilən şəxs məxsus sviter və şalvar üzərində əhəmiyət kəsb edən hər hansı bir zədə aşkar olunmamıışdır. Ekspertizaya təqdim olunmuş Zərərçəkmiş şəxs məxsus köynəyin sağ qolunun yuxarı hissəsində, sağ arxa kürək nahiyəsində və sağ ön boyun əhatəsində fasiləli yerləşən qan ləkələri qan mənbəyi ilə (qanlı səth ilə) statik (hərəkətsiz) kontakt nəticəsində əmələ gəlmiş, sonra isə fiziki kapilarlıq faktoru üzrə səthə hopmuşdur. Bununla yanaşı Zərərçəkmiş şəxs məxsus şalvar üzərində qana şübhəli ləkələr aşkar olunmamışdır. Ekspertizaya təqdim olunmuş Təqsirləndirilən şəxs məxsus sviter və şalvar üzərində qana şübhəli ləkələr aşkar olunmamışdır. Ekspertizaya təqdim olunmuş hadisə yerinə baxış keçirilən zaman götürülmüş salfetka, material kəsiyi və pərdə üzərində olan qan ləkələri qan mənbəyi ilə (qanlı seth ilə) statik (hərəkətsiz) kontakt nəticəsində əmələ gəlmiş, sonra isə fiziki kapilarlıq faktoru üzrə səthə hopmuşdur (cild 2, iş vərəqə 46-49). Qax rayon məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs qeyri-rəsmi yaşadığı Zərərçəkmiş şəxs başqa nigahdan olan övladı Şahid2 evdə nadinclik edərək sakir durmamasından əsəbiləşərək taxta parçası ilə sonuncunun bədəninin müxtəlif nahiyyələrinə vuraraq sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran bədən xəsarətləri yetirmiş, lakin zərərçəkmiş şəxsin qanuni nümayəndəsi ilə barışmasına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilmiş, o cinayət məsuliyyətindən azad edilmişdir (cild 2, iş vərəqə 31-35). 1 may 2023-cü il tarixli Azərbaycan Respublikası Ağcabədi Rayon İcra Hakimiyyəti Başçısının Ağcabədi Şəhər İnzibatı Ərazi Dairəsi Üzrə Nümayəndəsindən daxil olan məktubdan görünür ki, Təqsirləndirilən şəxs barəsində Ağcabədi rayon İcra Hakimiyyəti Başçısının Ağcabədi şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə ərizə və şikayət xarakterli müraciət daxil olmamışdır ( cild 2, iş vərəqi 124-125). 18 avqust 2023-cü il tarixli "xxxx" MMC-dən daxil olmuş CD diskə baxış keçirilməsi haqqında eyni tarixli protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddət ərzində Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə Şahid10 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə arasında çoxsaylı - 431sayda qarşılıqlı zənglərin olması müəyyən edilmişdir. Bundan başqa Zərərçəkmiş şəxs Şahid10 **********590223 saylı bank kartı nömrəsini göndərməsi müəyyən edildi. Təqsirləndirilən şəxs əmisi olan Şahid8 ilə zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə arasında 3/31/2023-cü il tarixdə saat 9:11-də 38 saniyə, 4/4/2023-cü il tarixdə saat 18:38də 117 saniyə, 4/14/2023-cü il tarixdə saat 13:28-də 84 saniyə, 5/13/2023-cü il tarixdə saat 11:59- da 296 saniyə, 6/5/2023-cü il tarixdə saat 17:04-də 35 saniyə, 6/19/2023-cü il tarixdə saat 20:47-də 355 saniyə, 7/8/2023-cü il tarixdə saat 11:52-də 64 saniyə və 7/10/2023-cü il tarixdə saat 12:53-də 22 saniyə müddətində danışıqlar aşkar edildi (cild 3, iş vərəqə 44-50). "xxxx" MMC-dən daxil olmuş üzərinə CD diskə baxış keçirilərkən Təqsirləndirilən şəxs istifadəsində olan +**********71 mobil nömrəsindən Zərərçəkmiş şəxs istifadəsində olan +**********84 mobil telefon nömrəsinə 11 fevral 2023-cü il tarixində” Sunay hardasan? Senden narahatam. Ac 1 deq yaxsi olduğunu Bir deq ac DELİVERED xx-xx-2023 22:08:15 11- 02-2023 22:08:16 1.1.**********71 1.1.9945ilim” “Xahis edirem balalarinin cani” , “Acda 1 deq pisem men” “Quzu pisem sen öl özümü oldurecem binanın başındayam ac nolar son d”, “efe danisaq sonra men olmayacam” , 12 fevral 2023-cü il tarixdə “Qurban olum ac özümü atiram da men yaşaya bilmirem” 13 fevral 2023-cü il tarixdə “Meni saymorsansa mende cixiram yola bara gedecem senki mene xeyanet edirsen mende sene edecem gorersen” , 15 fevral 2023-cü il tarixdə “Acda poxu gör tualete yig meni sözüm var” məzmununda məsajlar göndərilmişdir. Bundan başqa 10 fevral 2023-cü il tarixdə Zərərçəkmiş şəxs istifadəsində olan mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefon nömrəsinə “Deyrem uşağ bilməsin senen gorsurem direnirsene” məzmununda danışıqların olması müəyyən edilmişdir (cild 3, iş vərəqə 124- 128). 28 avqust 2023-cü il tarixli şahid Qanuni nümayəndə tərəfindən təqdim edilmiş səs yazılarına baxış keçirilməsi haqqında protokoldan görünür ki, səs yazıları Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasındadır və həmin dialoqlar 2022-ci ilin sonları 2023-cü ilin əvvəllərinə aiddir. Səs yazıları aşağıdakı məzmunda olmuşdur. Səs 1 Təqsirləndirilən şəxs- “Sən öl səni elə bir öldürəcəm ki elə bir ölüm olacaq ki qurana and olsun səni diri-diri doğrayacam gözlə tələsmə heç nə olmaz get neynirsən elə get ver polisə tutdur məni birdəfəlik sənində canın qurtarsın mənimdə bəsdi bezdim mən canımdan”. Səs 2 Zərərçəkmiş şəxs- “Rafiq mənə indi heç nə deməyib, Təqsirləndirilən şəxs- Sənnənən a bu seti bu poxu niyə bağlayırsan”, Zərərçəkmiş şəxs-“Anam evdədi baxır, Təqsirləndirilən şəxs-Gözüm aydın anan evdədi bezmişəm sənin əlindən day mən gəlib ananı da səni də öldürəcəm birdəfəlik dincələcəksən ondan sonra, Zərərçəkmiş şəxs- “Səndən 102 verdi bax sənə dedimki onu yığma sənin nə işin var mənnən”, Təqsirləndirilən şəxs- “Cəhənnəmə versin qara yola versin eşidirsən”. Səs 3 Təqsirləndirilən şəxs- “Eşidirsən məni,” Zərərçəkmiş şəxs – “hə, Təqsirləndirilən şəxs- Canına azzar hə rəddol cəhənnəm ol şəklini qaytar gəlib öldürəcəm səni orda küçük məni özümdən çıxarma gəlsəm ora ananı diri diri doğrayacam başa düşürsən məni özümdən çıxarma məni özümdən çıxarma bəsdi məni biyabr elədin sən tez elə şəkli də qaytar tez elə mən ana mana bilmirəm” Səs 4 Zərərçəkmiş şəxs- “Çıxartmışam şəkli”, Təqsirləndirilən şəxs- “pox yemisən XXX yemisən eşitdin məni əlini qıracam sənin barmaqlarını qıracam qıracam o barmaqlarını sənin baytar şəkli tez elə qaytarmırsanki eşitmirsən məni”, Zərərçəkmiş şəxs- “qaytarıram qaytarıram”, Təqsirləndirilən şəxs- “tez elə tez elə ay xxxxx, tez elə bağlama telefonu tez elə”, Zərərçəkmiş şəxs- “mədəniyyətin olsun adamla adam kimi danış”, Təqsirləndirilən şəxs- “az nə mədəniyyət nə mədəniyyət səninkimi xxxxx nə mədəniyyət gözləyəcəm nə mədəniyyət gözləyəcəm xxxxx qızı xxxx nə deyirsən az”, Zərərçəkmiş şəxs- “deyirəm sənə ayıb olsun nə qədər insan kimi yola verirəm sənə xeyri yoxdu yaxşılıq bilmirsən”, Təqsirləndirilən şəxs- “xxx yeyirsən sən məni yola verə bilməzsən başa düşdün sən məni yola verə bilməzsən xxxxx özünsən xxxxxx yola verərlər qəhbə özünsən başa düşdün sox yerinə məni sən yola verə bilməzsən sənin kimi min dənə xxxxxxx mən barmağımda fırlayırambaşa düşdün məni (cild 3, iş vərəqə 129-132). 01 oktyabr 2022-ci il tarixli “Cinayət işi başlanılmasının rədd edilməsi haqqında ” qərardan görünür ki, Zərərçəkmiş şəxs 01 sentyabr 2022-ci il tarixdə “102” xidmətinə və Xaçmaz rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək 03 avqust 2022-ci il və 04 avqust 2022-ci il tarixdə Təqsirləndirilən şəxs tərəfindən Xaçmaz rayonu Bostançı kəndinə gətirilərək döyüldüyünü bildirmişdir. Araşdırma zamanı izahatı alınmış X7 bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə saat təxminən 23 radələrində Təqsirləndirilən şəxs mobil telefon vasitəsi ilə ona zəng vuraraq bildirib ki,sizə gəlmək istəyirəm.O,isə Təqsirləndirilən şəxs deyib ki,gəlmək istəyirsən gəl və ona Xudat şəhərində yerləşən dairənin yanında olduğunu bildirib.Təxminən 20 dəqiqədən sonra Təqsirləndirilən şəxs Xudat şəhərində yerləşən dairənin yanına gəlib və o, Şükürün gələn taksiyə əyləşən zaman görüb ki,avtomaşının arxa salonunda adını Sunay kimi tanıdığı bir qadın əyləşib.Bundan sonra onlar birlikdə K.Gülgüloğlunun yaşadığı evə gəliblər.Onlar K.Gülgüloğlunun evinə gələndən sonra görüb ki, Şükürün əlində çanta var.O, Təqsirləndirilən şəxs əlində çantanı görən zaman Şükür ona deyib ki, biz Ağcabədi rayonundan qaçaraq bura gəlmişik,bizə müvəqqəti qalmağa bir yer verin. O, isə yaşadığı ev kiçik olduğu üçün, onları yaxınlıqda bağban kimi işlədiyi yerə apararaq orada yerləşdirib.Səhəri gün həyat yoldaşı ona deyib ki,Sunayın ayaq nahiyələrində göyərti izləri var, Şükür Sunayı döyür.Bundan sonra həyat yoldaşı ona deyib ki,sən bunları nəzarətsiz buraxma,o, qızı öldürə bilər. 2 gündən sonra Sunay ona deyib ki,xahiş edirəm mənə Şükürün yanından qaçmağa kömək edin.Bu zaman o, şərait yaradıb Sunay onun mobil telefonu ilə zəng vuraraq uşaqları ilə və kiminləsə danışımış, iki nəfər avtomaşınla gələrək Sunayı Xudat şəhərinə apamışdır. X3 izahatında göstərmişdir ki,xx.xx.2022-ci il tarixdə saat təxminən 23 radələrində həyat yoldaşı Kamil Gülgüloğlu ona mobil telefon vasitəsi ilə zəng vuraraq Təqsirləndirilən şəxs onlara gələciyini söyləmişdir. Təxminən 20 dəqiqədən sonra həyat yoldaşı, Təqsirləndirilən şəxs və onun yanında olan adını Sunay kimi tanıdığı qadın onların evinə gəlmişdirər.Təqsirləndirilən şəxs onların evinə gələndən sonra onlardan xahiş edib ki,bizim yaşamağa yerimiz yoxdur,biz Ağcabədi rayonundan qaçmışıq.Bundan sonra həyat yoldaşı məcbur qalaraq onları bağban işlədiyi evə aparıb ki,müvəqqəti bir neçə gün orda qalsınlar.Bundan iki sonra Sunay ona deyib ki, Şükür məni döymüşdür və Sunayın ayaq nahiyələrinə baxıb və dəhşətə gəlib ki, insan insanı bu dərəcədə döyüb işgəncə verməz. Bundan sonra Şükür ona deyib ki,Sunay məni həmişə yarımçıq qoyub gedib.Bundan sonra Şükür Sunaya deyib ki, sən anana mobil telefonla zəng vur, get ananın yanına.Ancaq Sunay anasıın yanına getmək istəməyib. X21 evin həyətinə aparıb və təxminən 10 dəqiqədən sonra o, onların dalınca gedib və görüb ki,Sunay huşsuz şəkildə yerə yıxılıb. Bu zaman o, Şükür yanına gedib və onun üstünə qışqırıb ki, sən nə üçün bu qızı vurdun,mən sənin barəndə polisə şikayət edəcəm. Bu zaman Şükür başlayıb ona yalvarmağa ki,onsuzda mənim Qax Rayon Polis Şöbəsində işim var, bu da olsa mənim üçün lap ağır olacaq.Bundan sonra Sunay onun həyat yoldaşına deyib ki,mənim burdan qaçmağıma köməklik edin.Bunun üçün həyat yoldaşı Sunayı mobil telefon vasitəsi ilə kiminləsə danışdırıb və iki nəfər şəxs avtomobillə gələrək Sunayı həyat yoldaşının bağbanlıq etdiyi evdən aparıblar. Həmin material üzrə Zərərçəkmiş şəxs barəsində verilmiş 03 sentyabr 2022-ci il tarixli canlın şəxsin ekspertiza rəyi ilə sonuncuda hər iki bud və sol said nahiyyələrinin qançırları və sağ bilək oynağının sıyrığı xəsarəti aşkar edilmiş, həmin xəsarətlər bərk küt əşya(əşyalar) təsirindən törənməklə, yetirilmə müddəti qərarda qeyd olunduğu kimi 05 sentyabr 2022-ci il tarixə uyğun gəlmiş və sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilə bilməmişdir xx.xx.2023-cü il tarixli məhkəmə-texniki kompüter ekspertizasının rəyindən görünür ki, təqdim edilmiş bir ədəd sensor ekran və “android 11” əməliyyat sistemi ilə təhciz olunmuş “X25 9s” markalı “M2003J6A1G” modelli “**********64485, **********64493” imei kodlu mobil smartfon hal-hazırda işlək vəziyyətdədir. Təqdim edilmiş bir ədəd sensor eksan və “android 11” əməliyyat sistemi ilə təhciz olunmuş “X25 10” markalı “M2101K7AG” modelli “**********41342, **********41359” imei kodlu mobil smartfon hal-hazırda işlək vəziyyətdədir. Təqdim edilmiş “X25 9s” markalı “M2003J6A1G” modelli və “X25 10” markalı “M2101K7AG” modelli smartfonların yaddaşlarından toplanmış hal-hazırda mövcud olan və pozulmuş məlumatlar müəyyən olundu, həmin müəyyən olunmuş məlumatlar əsasında tərtib edilən (report-hesabat) “Ekspertiza 5-1028” adlı iş çantasında xarici yaddaş qurğusuna köçürülərək ekspert rəyinə əlavə olundu (cild 3, iş vərəqə 151-154). 04 oktyabr 2023-cü il tarixli, Nəsimi Rayon Polis İdarəsindən daxil olmuş 3-13- 51/2- 31457/2023 saylı məktuba əlavə edilmiş 15645 və 15763 nömrəli raportlardan görünür ki, Təqsirləndirilən şəxs “xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Nəsimi rayonunda yerləşən Af oteldə Zərərçəkmiş şəxs binadan atması səbəbindən indiyədək günahkar kimi Kürdəxana təcridxanasında saxlanılmasını, ifadəsində həmin cinayətini etmədiyini bildirməsini, lakin hazırda etdiyi əməli etiraf edərək binadan həmin qadını atmasını ifadəsinin yenidən alınmasını istəməsi” barədə DİN-in 102 zəng mərkəzinə məlumat vermişdir (cild 4, iş vərəqə 31-35). 25 aprel 2023-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2 nömrəli Klinik Psixiatriya xəstəxanası tərəfindən göndərilmiş 1/1818 saylı məktubdan görünür ki, xx.xx.1995-ci il təvəllüdlü Təqsirləndirilən şəxs və xx.xx.1997-ci il təvəllüdlü Zərərçəkmiş şəxs son 10 ildə stasionar müalicə üçün Bakı şəhəri 2 nömrəli X2 müraciət etməmişdir (cild 3, iş vərəqə 37). 01may 2023-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X24 tərəfindən göndərilmiş 01 6409 saylı məktubdan görünür ki, xx.xx.1995-ci il təvəllüdlü, ünvan 6 ünvanda yaşayan Təqsirləndirilən şəxs arxiv məlumatlara görə xx.xx.2013-xx.xx.2013-cü il tarixdə statisonar müalicədə olmuş, xx.xx.1997-ci il təvəllüdlü, Laçın rayonu, Oğuldərə ərazi dairəsi, Oğuldərə kəndində qeydiyyatda olan Zərərçəkmiş şəxs arxiv məlumatlarına görə xəstəxanada müalicə olmamışdır (cild 2, iş vərəqə 51). xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X24 tərəfindən göndərilmiş xx/xx-4234 saylı məktubundan görünür ki, xx.xx.1995-ci il təvəllüdlü Təqsirləndirilən şəxs və xx.xx.1997-ci il təvəllüdlü Zərərçəkmiş şəxs mərkəzdə müalicə almamış və qeydiyyatda olmamışlar (cild 3, iş vərəqə 182-204). 05 oktyabr 2023-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında olan qərar”dan görünür ki, cinayət işi üzrə hadisə yerindən götürülmüş 03 ədəd qanabənzər ləkə nümunələri, salfetka, material və pərdə kəsikləri, Zərərçəkmiş şəxs məxsus köynək, şalvar, Təqsirləndirilən şəxs məxsus sviter, şalvar, həmçinin məhkəmə-texniki kompüter ekspertizasının xx.xx.2023-cü il tarixli 5/1028 saylı rəyinə əlavə edilmiş içərisində xarici yaddaş qurğusu olan “Ekspertiza 5-1028” adlı iş çantası öz xüsusiyyətlərimə və əlamətlərinə aşkar edildikləri yerə və vaxtına, həmçinin üzərlərində hadisənin izlərinin saxlanıldığına görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən iş üzrə maddi sübut qismində tanınmaqla, həcmlərinin böyüklüyünə görə saxlanılması üçün Bakı şəhəri Nəsimi rayon prokurorluğunun maddi sübutlar otağına təhvil verilməsi nəzərdə tutulmuşdur (cild 4, iş vərəqə 43-73). Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349-cu maddəsinə əsasən məhkəmə hökmü qanuni olmalıdır, yəni Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosesual Məcəlləsinin, Cinayət Məcəlləsinin və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının CM-nin 3-cü maddəsinə əsasən yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Qəsdən adam öldürmə ( yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə) əməlinin törədilməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət məsuliyyətinə səbəb olur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29-cu maddəsinə əsasən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli, 3 saylı qərarının 2ci bəndində məhkəmələrə tövsiyyə olunmuşdur ki, qəsdən adam öldürmə cinayəti həm birbaşa, həm də dolayı qəsdlə törədilə bildiyi halda belə cinayəti törətməyə cəhd yalnız birbaşa qəsdlə həyata keçirilə bilər. Bu zaman təqsirkar öz əməlinin (hərəkət və hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk edir, onun nəticələrini qabaqcadan görür və bunları arzu edir. Lakin ölüm hadisəsi onun iradəsindən asılı olmayan səbəblərdən (məsələn başqa şəxslərin işə qarışması, zərərçəkmişin fəal müqaviməti, ona vaxtında tibbi yardım göstərilməsi) baş vermir. Həmin qərarın 3-cü bəndində göstərilir ki, qəsdən adam öldürməni ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan qəsdən sağlamlığa ağır zərər vurmadan fərqləndirmək lazımdır. Nəzərə almaq lazımdır ki, qəsdən adam öldürmədə təqsirkarın niyyəti zərərçəkmişi həyatdan məhrum etməyə yönəldiyi halda, Azərbaycan Respublikası CM-nin 126.3-cü maddəsində nəzərdə tutulan əməldə ölümün baş verməsinə münasibəti ehtiyatsızlıqda ifadə olunur. Burada təqsirkarın niyyətinin məhz nəyə yönəlməsi məsələsi həll edilərkən işin bütün halları, o cümlədən cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətlərinin sayı, xarakteri və lokalizasiyası (məsələn həyat üçün mühüm orqana xəsarət yetirilməsi), həmçinin təqsirkarın və zərərçəkmiş şəxsin hadisədən əvvəlki qarşılıqlı münasibətləri, təqsirkarın hadisədən sonrakı hərəkətləri nəzərə alınmalıdır. Məhkəmə təqsirləndirilən şəxsin şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120-ci maddəsi ilə ittiham elan edilməsi üçün əsas olan faktiki halları mübahisələndirərək zərərçəkmiş şəxsi itələmədiyini, sonuncunun öz-özünü atmasını bildirməsi barədə məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Onun öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla - cinayət işinin materialları ilə və şahidlərin ifadələri ilə, ekspert rəyləri ilə, habelə iş üzrə toplanmış digər çoxsaylı sübutların məcmusu ilə təkzib olunur. Məhkəmə əvvəla qeyd edir ki, insanın motivasiyası onun fəaliyyət məqsədləri ilə sıx əlaqədardır. Motivi aydınlaşdırmadan insanın müəyyən məqsədə çatmağa nə üçün səy etdiyini, beləliklə onun hərəkətinin əsl mənasını anlamaq mümkün deyildir. Şəxsin hər hansı əməli törətməsində qəsdinin nəyə yönəldiyinin müəyyən edilməsi üçün onun həm hadisədən əvvəl, həm də hadisədən sonrakı hərəkətlərinin motivi müəyyən edilməlidir. Cinayət işi materiallarına əlavə edilmiş könüllü təslim olma haqqında protokoldan, Şükür Qəmbərovun şübhəli və təqsirləndirilən şəxs şəxs qismində ilkin verdiyi ifadələrdən görünür ki, o, Sücayətin birinci dəfə özünü pəncərədən atmaq istədiyi zaman onu içəri salaraq üzərinə bir sillə vurduğunu qeyd etmiş, ikinci dəfə Sücayət pəncərəyə qalxanda istəmədən ani əsəbiləşərək onu pəncərədən itələmişdir. Barəsində həbs qətimkan tədbiri seçilərkən də məhkəmədə elan edilmiş ittihamda özünü təqsirli bildiyini göstərmişdir. Sonradan ibtidai istintaq dövründə verdiyi ilkin ifadəsini təkzib edərkən və ifadələri arasında ziddiyyətlər müəyyən edilərkən təqsirləndirilən şəxs ilkin ifadələrini təzyiq altında verdiyini qeyd etsə də təzyiqin nədən ibarət olmasını bildirməmiş, qeyd edilən xüsusat, yəni təqsirləndirilən şəxsin kim tərəfindən, habelə fiziki və ya psixi təzyiqə məruz qalması barədə hallar ümumiyyətlə araşdırılmamışdır. Digər tərəfdən 01 may 2023-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X24 tərəfindən göndərilmiş məktubdan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatlara görə əvvəllər, yəni, xx.xx.2013-xx.xx.2013-cü il tarixdə statisonar müalicədə olmuşdur. Zərərçəkmiş şəxsin anası tərəfindən təqdim edilən səs yazılarına baxış keçirilərkən isə təqsirləndirilən şəxsin hadisədən bir –iki ay əvvəl zərərçəkmiş şəxsi öldürməklə hədələməsi, cinayət işi materiallarına əlavə edilmiş Qax rayon məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli qərarı ilə isə təqsirləndirilən şəxsin əvvəllər də zərərçəkmiş şəxsin qızına xəsarətlər yetirməsi müəyyən edilmişdir. Bundan başqa zərərçəkmiş şəxs 01 sentyabr 2022-ci il tarixdə təqsirləndirilən şəxs tərəfindən döyülməsi ilə əlaqədar 102 xidmətinə müraciət etsə də sonradan şikayət və tələbinin olmaması nəzərə alınaraq cinayət işinin başlanılması rədd edilmişdir. Həmin material üzrə dindirilmiş X1 ifadəsində isə təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsi öldürə bilmək ehtimalının olması səbəbindən ərinə onları yalnız buraxmamasını xahiş etməsi barədə xüsusat öz əksini tapmışdır. Məhkəmə həmçinin onu qeyd edir ki, "xxxx" MMC-dən daxil olmuş CD diskə baxış keçirilərkən 12 fevral 2023-cü il tarixdə zərərçəkmiş şəxs və təqsirləndirilən şəxs aralarında olan yazışmaların məzmunundan görünür ki, məhz təqsirləndirilən şəxsin özünü öldürəcəyi ilə hədələməklə zərərçəkmiş şəxsi görüşməyə təhrik etməsi müəyyən edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin Zərərçəkmiş şəxs öldürməyə qəsd etməsi barədə verdiyi etirafedici ifadəsinin mötəbərliliyinin Cinayət-Prosessual Məcəlləsinin 125.2-ci maddəsinə əsasən şübhə altına alınması üçün əsas olması barədə barədə nəticəyə gələrkən həmçinin o halı əsas götürür ki, təqsirləndirilən şəxs ilk dəfə Nəsimi rayon Polis İdarəsinin 22 –ci polis bölməsindən içəri girərkən növbətçi olan Şahid11 yaxınlaşaraq “mən adam atmışam binadan” söyləmişdir. Digər tərəfdən 04 oktyabr 2023-cü il tarixdə Nəsimi Rayon Polis İdarəsindən daxil olmuş 3-13- 51/2-31457/2023 saylı məktuba əlavə edilmiş 15645 və 15763 nömrəli raportlarla Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Nəsimi rayonunda yerləşən Af oteldə Zərərçəkmiş şəxs binadan atması səbəbindən indiyədək günahkar kimi Kürdəxana təcridxanasında saxlanılmasını, ifadəsində həmin cinayətini etmədiyini bildirməsini, lakin hazırda etdiyi əməli etiraf edərək binadan həmin qadını atmasını ifadəsinin yenidən alınmasını istəməsi” barədə DİN-in 102 zəng mərkəzinə məlumat verməsi müəyyən edilmiş və həmin xahişi nəzərə alınaraq təqsirləndirilən şəxs 04 oktyabr 2023-cü il tarixdə dindirilərkən tərəfindən törədilən əməli etiraf edərək zərərçəkmiş şəxsi mehmanxana otağının pəncərəsinin qabağına gətirərək ayağından qaldırıb pəncərəsindən itələyərək aşağı atdığını bildirmişdir. 05 oktyabr 2023cü il tarixdə təqsirləndirilən şəxsə yenidən ittiham elan edildikdən sonra dindirilərkən isə 04 oktyabr 2023-cü il tarixli ifadəsinin əsas götürülməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs 16 fevral 2023-cü il tarixdə şahid kimi, 18 fevral 2023-cü il tarixdə zərərçəkmiş şəxs qismində dindirilərkən Şükür Qəmbərovun onu kirayə tutduqları mehmanxananın pəncərəsindən atdığını bildirmişdir. Məhkəmə iclasında ibtidai istintaq dövründə verdiyi ilkin ifadələrini təkzib etməsini zərərçəkmiş şəxs həmin vaxt Şükürə əsəbi olması, sonuncunu sevməsi və başqası ilə evlənməməsi, tutulmasını istəməsi ilə əlaqələndirmişdir. Məhkəmə, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsin tutulmasını istəməsi ilə əlaqədar ibtidai istintaq dövründə verdiyi ilkin ifadəsini inkar etməsi barədə dəlillərini ağlabatan hesab etmir. Məhkəmə bu qənaətə gələrkən o halı əsas götürür ki, zərərçəkmiş şəxs qismində dindirilərkən Zərərçəkmiş şəxs Şükür Qəmbərovun sağlamlığına ağır xəsarət yetirlməsi barədə digər cinayət işi Lənkəran Ağır Cinayətlər Məhkəməsinin icraatında olmuş və həmin iş üzrə təqsirləndirilən şəxsin tutulmasını xahiş etməsi məzmunda məhkəmədə çıxış etmək imkanlarına malik olmuşdur. Halbuki, iş materiallarından görünür ki, zərərçəkmiş şəxs nəinki həmin cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində işə baxılarkən təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını bildirmiş, hətta dəfələrlə Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxsə, onun övladına xəsarət yetirmə faktları olsa da bir halda özünün döyülməsi faktı barədə ərizəsi araşdırılarkən ərizəsinin geri götülürməsi nəzərə alınaraq 01 oktyabr 2022-ci il tarixli qərarla cinayət işinin başlanılması rədd edilmiş, digər halda Zərərçəkmiş şəxs qızı Şahid2 yüngül xəsarət yetirməsi ilə əlaqədar Şükür Qəmbərovun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Qax rayon məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli qərarı ilə zərərçəkmiş şəxsin qanuni nümayəndəsi ilə barışıq əldə etməsi əsas götürülməklə cinayət işi üzrə icraata xitam verilmişdir. Bundan başqa 17 aprel 2023-cü il tarixli məhkəmə-psixoloji ekspertizasının rəyi ilə Zərərçəkmiş şəxs təqsirləndirilən Təqsirləndirilən şəxs ilə gələcəkdə münasibətləri bərpa etmək istəməsi və ya digər səbəbdən onu müdafiə etmək məqsədi ilə baş verən hadisə İlə bağlı xüsusatları fərqli tərzdə təsvir edə bilməsi məsələsi vurğulanmışdır. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,120.1cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. Qeyd edilən cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən təsnifatına görə xüsusilə ağır cinayətlər kateqoriyasına daxildir, təqsirləndirilən şəxs tərəfindən qəsdən törətmişdir. Həmin əməl təqsirləndirilən şəxsin öz iradəsindən asılı olmayan səbəblərdən başa çatdırılmamışdır Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 29,120.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işi materiallarından görünür ki, Zərərçəkmiş şəxs ibtidai istintaq dövründə Təqsirləndirilən şəxs qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Bundan başqa məhkəmə hesab edir ki, zərərçəkmiş şəxs məhkəmə iclasında təqsirləndirilən şəxsin heç bir təqsrinin olmamasını bildirməsi əslində onu bağışlaması kimi qiymətləndirilməlidir. Bundan başqa cinayət işi materiallarına əlavə edilmiş 16 fevral 2023 cü il tarixli “Könüllü polisə gəlmə” haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs qeyri rəsmi münasibətdə olduğu 12 avqust 1997-ci il təvəllüdlü Zərərçəkmiş şəxs ünvan 7 ünvanda yerləşən AF otelin pəncərəsindən itələyərək atdığını etiaf etmişdir (cild 1, iş vərəqə 222). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli qərarına əsasən Cinayət Məcəlləsinin 59.1.10-cu maddəsində nəzərdə tutulan könüllü gəlib təqsirini boynuna alma halının mövcud olub-olmaması məsələsinə baxarkən məhkəmələr “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəlarının şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2012-ci il tarixli qərarında “könüllü gəlib təqsirini boynuna alma” müddəasının “törədilmiş və ya hazırlanan cinayətdə iştirak etməsi barədə şəxsin azad və könüllü surətdə (hər hansı bir psixi və ya fiziki təsirə məruz qalmadan) istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanlara və ya digər dövlət orqanına gələrək yazılı və ya şifahi şəkildə məlumat verməsi” kimi təfsir olunduğunu nəzərə almalı və bu təfsirlə şərtləndirilən halların, o cümlədən şəxsin qeyd olunan orqanlara gəlməsinin onun azad iradə ifadəsi, verdiyi məlumatın isə düzgün olubolmamasını tam, hərətərfli və obyektiv yoxlamalıdırlar. Şübhəli şəxsin bu qisimdə saxlandığı zaman törədilmiş və ya hazırlanan cinayətdə iştirak etməsini etiraf etməsi könüllü gəlib təqsirini boynuna alma kimi qiymətləndirilə bilməz. Lakin, şübhəli və ya təqsirləndirilən şəxsin istintaq orqanlarına məlum olmayan başqa cinayətləri törətdiyini bildirməsi könüllü gəlib təqsirini boynuna alma hesab edilməlidir. Könüllü gəlib təqsirini boynuna almış şəxs cinayət mühakimə icraatının sonrakı mərhələlərində təqsirini inkar etdiyi halda da könüllü gəlib təqsirini boynuna alma Cinayət Məcəlləsinin 59.1.10-cu maddəsinə müvafiq olaraq cəzanı yüngülləşdirən hal kimi qiymətləndirilməlidir. Nəzərə almaq lazımdır ki, Konstitusiya Məhkəməsinin Plenumunun qərarına görə cinayət təqibini həyata keçirən orqanda cinayət hadisəsinin baş verməsi, hətta hadisəni törədənin şəxsiyyəti barədə digər mənbələrdən məlumatın olması təqsirkarın yuxarıda qeyd olunan orqanlara könüllü gəlməsi və törədilmiş və ya hazırlanan cinayətdə iştirak etməsi barəsində düzgün məlumat verməsi halında bunun Cinayət Məcəlləsinin 59.1.10cu maddəsinə müvafiq olaraq cəzanı yüngülləşdirən hal kimi qiymətləndirilməsinə mane olmur. Cinayət törətmiş şəxsin müvafiq orqana gəlməsi və əməlini etiraf etməsi onun azad iradə ifadəsi olduğu halda, sözügedən cəzanı yüngülləşdirən hal barədə məsələnin həlli üçün onun hansı motivlərlə bu cür davranması əhəmiyyət kəsb etmir. Məhkəmə könüllü gəlib təqsirini boynuna alma halının olub-olmamasını müvafiq sübutları tədqiq etməklə araşdırmalı, o cümlədən buna dair ibtidai araşdırma dövründə tərtib olunmuş protokolu Cinayət-Prosessual Məcəllənin 144-cü maddəsinin tələblərinə müvafiq qaydada yoxlamalı, həmin cəzanı yüngülləşdirən halın müəyyən edilməsi və yaxud mövcud olmaması haqqında nəticələrini bu məsələ üzrə qəti qənaətə gəlmək üçün kifayət edən mümkün və mötəbər sübutların məcmusu üzərində qurmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs könüllü gəlib təqsirini boynuna almasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.10-cu, Zərərçəkmiş şəxs ilə barışmasını həmin Məcəllənin 59.1.12-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qəbul edir və qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-ci maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs ilə barışmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, könüllü gəlib təqsirini boynuna almasını əsas götürərək onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 63.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla həmin Məcəllənin 60-cı maddəsinin tətbiq olunmasını qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 63.3-cü maddəsinə əsasən cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli qərarının 9cu bəndinə əsasən başa çatmamış cinayətə görə CM-nin 60-cı maddəsində nəzərdə tutulmuş əsaslarla cəza təyin edilərkən nəzərə almaq lazımdır ki, bu halda da daha ciddi cəza növünün son həddinin dörddə üçü qanunla cinayətə hazırlıq və cinayətə cəhd üçün müəyyən edilən cəzanın yuxarı həddindən hesablanmalıdır. Yəni cəza cinayətə hazırlığa görə CM-nin Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş ən ciddi cəza növünün yuxarı həddinin yarısının dörddə üçündən, cinayətə cəhd üçün isə dörddə üçünün dörddə üçündən artıq ola bilməz. Lakin Cinayət Məcəlləsinin 65.2-ci maddəsində göstərilən qaydadan fərqli olaraq Cinayət Məcəlləsinin 60-cı maddəsi cəzanın güzəştli təyin edilməsi qaydasını təsbit etdiyindən, bu qaydada təyin olunmuş cəzanın CMin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş cəzanın aşağı həddindən də az olması istisna olunmur və bu halda Cinayət Məcəlləsinin 62-ci maddəsinə istinad etmək tələb edilmir. Cinayət işi materiallarına əlavə edilmiş Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 30 mart 2023-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinərək 4 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə təqsirləndirilən şəxs barəsində zərərçəkmiş şəxslə barışıq əldə etməsi, könüllü gəlib təqsirini boynuna alması kimi cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60, 63.3, 66.5, 67.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla təqsirli bilindiyi Cinayət Məcəllənin 120.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddinin 3/4-ünün 3/4-dən artıq olmayan həddində cəza təyin edilməli, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 30 mart 2023-cü il tarixli hökmü ilə ona təyin edilmiş 4 il müddətinə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, həmin maddəyə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslərin, habelə cinayətlərin residivi zamanı, əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkən məhkumlar, cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən olunmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Təqsirləndirilən şəxs 17 fevral 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş (cild 1, iş vərəqə 39 ), Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 18 fevral 2023-cü il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 16 fevral 2023-cü il tarixdən hesablanması qərara alınmışdır (cild 1, iş vərəqə 138-142). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 30 mart 2023-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs 4 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, həmin iş üzrə seçilmiş ev dustaqlığı qətimkan tədbiri həbslə əvəz edilərək barəsində Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 18 fevral 2023-cü il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilməklə hazırda həbsdə olması nəzərə alınmışdır. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 2 oktyabr 2022-ci il tarixdən hesablanmışdır. Məhkəmə göstərilənləri, həmçinin Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə cəza təyin edildiyi nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən belə nəticəyə gəlir ki,çəkilən cəza qəti cəza müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 2 oktyabr 2022-cü il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən, şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, cinayət işi üzrə maddi sübut olub, Bakı şəhəri Nəsimi rayon prokurorluğunun maddi sübutlar otağına saxlanılması üçün verilmiş hadisə yerindən götürülmüş 03 ədəd qanabənzər ləkə nümunələri, salfetka, material və pərdə kəsikləri, Zərərçəkmiş şəxs məxsus köynək, şalvar, Təqsirləndirilən şəxs məxsus sviter, şalvar, məhv edilməlidir. Məhkəmə-texniki kompüter ekspertizasının xx.xx.2023-cü il tarixli 5/1028 saylı rəyinə əlavə edilmiş içərisində xarici yaddaş qurğusu olan “Ekspertiza 5-1028” adlı iş çantası cinayət işi materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsdən 80 (səksən) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir (cild 1, iş vərəqə 35). Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmə mərhələsində onun hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Başqa sözlə, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi məhkəmə zamanı Azərbaycan Respublikasının Vəkillər Kollegiyası Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən həyata keçirilmişdir. Cinayət-Prosessual Məcəllənin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir məhkəmə mərhələsində göstərilmiş 48 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsi vəsaiti hesabına Müdafiəçi1 işlədiyi Azərbaycan Respublikasının Vəkillər Kollegiyası Bakı şəhəri 12 saylı Vəkil Bürosunun hesabına ödənilməsi üçün 288 (iki yüz səksən səkkiz) manat məbləğində pul vəsaiti köçürülməlidir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli, “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 43, 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 120.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 120.1-ci maddəsi ilə 7 il 10 ay 15 gün il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 30 mart 2023-cü il tarixli hökmü ilə ona təyin edilmiş 4 (dörd) il azadlıqdan məhrumetmə cəzası, hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən toplanmaqla ona qəti olaraq 8 (səkkiz) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməsi müddətinin başlanğıcı 2 oktyabr 2022-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İş üzrə maddi sübutlar: -Bakı şəhəri Nəsimi rayon prokurorluğuna saxlanılması üçün verilmiş, hadisə yerinə baxış zamanı aşkar edilmiş 03 ədəd qanabənzər ləkə nümunələri, salfetka, material və pərdə kəsikləri, Zərərçəkmiş şəxs məxsus köynək, şalvar, Təqsirləndirilən şəxs məxsus sviter, şalvar məhv edilsin; -məhkəmə-texniki kompyuter ekspertizasının xx.xx.2023-cü il tarixli 5/1029 saylı rəyinə əlavə edilmiş, içərisində xarici yaddaş qurğusu olan Ekspertiza 5-1028 adlı iş çantası cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 80 (səksən) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. Məhkəmə mərhələsində göstərilmiş 48 (qırx səkkiz) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Müdafiəçi1 işlədiyi 12 saylı Vəkil Bürosunun hesabına 288 (iki yüz səksən səkkiz) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (sədrlik edən) Leyla Əsgərova-Məmmədova Rasim Sadıxov Novruz Kərimov
Məhkəmə qərarları › İş №1(101)-914/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-914/2024
06.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver