Məhkəmə qərarları › İş №1(101)-914/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-914/2025

06.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-914/2025 06.05.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, X4 və X1 ibarət tərkibdə, X9 oğlunun katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları, ədliyyə müşaviri Dövlət ittihamçısı və ədliyyə müşaviri X2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında xx xxxx 1995-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, Bakı şəhəri, Binəqədi rayonu, X5 qəsəbəsi, 22-ci Dağlıq küçəsi, ev 10/18 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə edib saxlamaqla daşımışdır. Belə ki, o, narkotik vasitələrin ölkə ərazisində satışını həyata keçirmək məqsədi ilə məlum olmayan vaxtda və şəraitdə şəxsiyyəti istintaqa məlum olmayan “Sənan” və “Sadiq” adlı şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək istintaqla müəyyən edilməyən vaxtda həmin şəxslərin göstərişi ilə satış məqsədilə qanunsuz olaraq külli miqdarda 8705 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı və külli miqdarda 3,956 qram çəkidə narkotik vasitə heroini əldə etdikdən sonra həmin narkotik vasitə heroini və narkotik vasitə qurudulmuş marixuananın 705 qram hissəsini yaşadığı ünvan 3 ünvanında, narkotik vasitə qurudulmuş marixuananın 8000 qram hissəsini isə özündə saxlamaqla daşımış, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 30 iyun 2024-cü il tarixdə, saat 00:35-də Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Xocəsən-Lökbatan yolunda yerləşən elektrik stansiyasının yaxınlığında saxlanılaraq ünvan 4 ünvanında yerləşən Qaradağ Rayon Polis İdarəsinin 10cu polis bölməsinə aparılmış, orada üzərində şəxsi axtarış keçirilən zaman üzərindəki çantanın içərisindən 08 bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1000 qram, 1010 qram, 915 qram, 1005 qram, 1010 qram, 1020 qram, 1015 qram və 1025 qram olmaqla, ümumi təmiz çəkisi 8000 qram təşkil edən çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış həmin narkotik vasitə qurudulmuş marixuana və əməliyyat tədbirinin davamı olaraq həmin gün saat 03:40-da yaşadığı ünvan 3 ünvanına keçirilmiş baxış zamanı mənzilin qonaq otağında qoyulmuş stolun üzərindən 01 bükümdə təmiz çəkisi 3,956 qram təşkil edən kustar üsulla hazırlanmış həmin narkotik vasitə heroin, 01 bükümdə təmiz çəkisi 705 qram təşkil edən çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış həmin narkotik vasitə qurudulmuş marixuana və narkotik vasitələrin satışında istifadə etmək məqsədilə əldə edib saxladığı, üzərində narkotik vasitə heroin izləri olan 02 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. İşin halları: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri ilə ittiham ona görə irəli sürülmüşdür ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama və daşıma cinayət əməlini törətmişdir. Cinayət işi üzrə məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxs tərəfindən ona elan edilmiş ittiham üzrə qabaqcadan əlbir olan bir qrup şəxs halında narkotik vasitələrin əldə edilib, saxlanıb, daşınmasında satış məqsədinə dair hissəsi mübahisələndirilsə də, ittihamı qalan hissədə qəbul etdiyi bildirilmişdir. Məhkəmədə ittiham tərəfini təmsil edən dövlət ittihamçısı ittiham tərəfinin təqdim etdiyi sübutların qanuniliyini, həmçinin təqsirləndirilən şəxsin cinayət əməlinin Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri ilə tövsif edilməsini müdafiə etmişdir. Cinayət prosesi tərəflərinin dəlilləri, sübutların təsviri: İşdə iştirak edən şəxslərin hüquq və qanuni mənafelərinin müdafiəsi üçün əhəmiyyətli olan bütün halların hərtərəfli, tam və obyektiv tədqiqinin aparılmasından və iş üzrə həqiqətin müəyyən edilməsindən ötrü, həmçinin məhkəmə araşdırması zamanı proses tərəflərinin birini digəri qarşısında zəif duruma salmayacaq şərtlər daxilində hər bir tərəfin (həm ittiham, həm müdafiə tərəfinin) sübutlarını və mövqeyini təqdim etməsi şəraitində keçirilmiş məhkəmə araşdırmasında cinayət prosesi tərəflərinin dəlilləri, sübutların təsviri aşağıdakılardan ibarət olmuşdur. Cinayət işi üzrə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bildiyini göstərmişdir. Belə ki, ondan aşkar edilmiş narkotik vasitələri əldə etməkdə məqsədi onları satmaq olmamışdır. O, İran İslam Respublikasının vətəndaşları Sənan və Sadiq adlı şəxslərlə internetdə tanış olmuşdur. Onun əvvəllər məqsədi həmin şəxslərdən narkotik vasitələri şəxsi istifadəsi üçün əldə etmək olmuşdur. O, özü üçüncü qrup əlildir. Hərbi biletində əlilliyi ilə bağlı hərbi xidmətdən azad olunması qeyd edildiyindən işləmək üçün hara müraciət etsə də, onu işlə təmin etməmişlər. O, əvvəllər quru meyvələrin alqı-satqısı mağazasında satıcı işləmişdir. Sonradan işdən çıxdığına görə maddi sıxıntıları olmuşdur. Həmin ərəfələrdə Sənan və Sadiq adlı şəxslər ona narkotik vasitələr göndərəcəklərini bildirərək, həmin narkotik vasitələri müəyyən yerlərə qoymağı ona təklif etmişlər. Təqsirləndirilən şəxs ifadəsinin davamında göstərmişdir ki, o, Sənan və Sadiq adlı şəxslərdən əvvəllər narkotik vasitələri özünün şəxsi istifadəsi məqsədi ilə almışdır. Həmin şəxslərin mobil nömrələrini internetdən götürmüşdür. O, özü əvvəllər hərdənbir narkotik vasitə marixuana istifadə etmişdir. Sonradan Sənan və Sadiq göndərəcəkləri narkotik vasitələri onların dedikləri ünvanlara atmasını ona təklif etdikdə o, razılaşmışdır. Sənan və Sadiq ona narkotik vasitələri atdığı yerlərdən başqa şəxslərin gəlib götürəcəklərini demişlər. 30 iyun 2024-cü il tarixdə Sənanla Sadiqin ona göndərdikləri konumdan (məkandan) narkotik vasitələri götürdükdən sonra polis əməkdaşları onu saxlamışlar. Təqsirləndirilən şəxs ifadəsində həmçinin göstərmişdir ki, İran İslam Respublikasının vətəndaşları Sənan və Sadiq konumu (məkanın yerini) ona görə ona göndərmişlər ki, o, həmin narkotik vasitələri həmin yerdən götürüb onların dedikləri müxtəlif yerlərə atsın. Onun Sənan və Sadiq adlı şəxslərlə əvvəllər danışıqları narkotik vasitələri onun öz şəxsi istifadəsi üçün əldə etməsi ilə əlaqədar olsa da, lakin sonradan aralarında narkotik vasitələri həmin şəxslərin dedikəri konumlara (məkanlara) yerləşdirməyi ilə bağlı danışıqlar olmuşdur. Ona elan edilmiş ittihamda göstərilən 705 qram narkotik vasitə marixuana əvvəldən götürdüyü narkotik vasitədən qalıq olmuşdur. 8 kiloqram narkotik vasitəni isə konuma yerləşdirən zaman polis əməkdaşları onu Qaradağ rayonu ərazisində, Lökbatan qəsəbəsi dairəsində yanacaqdoldurma məntəqəsindən bir az irəlidə saxlamışlar. 705 qram narkotik vasitə marixuana və 3,956 qram heroin polis əməkdaşları tərəfindən onun evinə baxış keçirilərkən aşkarlanmışdır. Polis əməkdaşları onu saxladıqları vaxt isə 8 bükümdə, ümumilikdə 8 kiloqram narkotik vasitəni aşkar edərək götürmüşlər. Təqsirləndirilən şəxs daha sonra verilən suallara cavab olaraq göstərmişdir ki, o, dörd yaşında olarkən serebral iflic keçirtmiş və əlilliyi də bununla bağlıdır. O, narkotik vasitələrin yalnız marixuana növündən istifadə etmişdir. Sənan və Sadiq adlı şəxslər ona əvvəllər konumda göstərilən ünvana yerləşdirmək üçün ilk öncə 30 qram çəkidə narkotik vasitə olan heroin vermişlər. O, hər dəfə verilən narkotik vasitələri göndərilən konuma atıb gedirmiş. Narkotik vasitənin pulunu ona əvvəldən vermirmişlər. Ona qarşı polis əməkdaşları tərəfindən nə saxlanılarkən, nə üzərinə şəxsi axtarış və evinə baxış keçirilərkən heç bir fiziki, psixoloji təzyiqlərə və ya digər qanunsuz hərəkətlərə yol verilməmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı vermiş olduğu izahatında və ifadələrində daha da təfərrüatlı və ətraflı məlumatlar göstərdiyindən onun ibtidai istintaq mərhələsində verdiyi izahatı, şübhəli və təqsirləndirilən şəxs qismində dindirilməsinə dair protokollar məhkəmə baxışı zamanı elan olunmaqla tədqiq edilmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 30 iyun 2024-cü il tarixdə verdiyi izahatında, sonra isə 30 iyun 2024-cü il tarixdə şübhəli şəxs qismində və 01 iyul 2024-cü il tarixdə təqsirləndirilən şəxs qismində ifadə verərkən müdafiəçisinin iştirakı ilə verdiyi və şəxsən özünün imzaları ilə təsdiq etdiyi ifadələrində ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, İdman Akademiyasının 3-cü kursunda təhsil alır. Əvvəllər quru meyvələrin alqı-satqı mağazasında satıcı işləmişdir. İstifadəsində ***- ***-**-** saylı mobil nömrə vardır. Təxminən 4-5 ay əvvəl sosial şəbəkə vasitəsi ilə “Sənan” adlı İran İslam Respublikasının vətəndaşı ilə tanış olaraq Sənanla +**********30 saylı mobil nömrəsi vasitəsi ilə “whatsapp” sosial şəbəkəsində əlaqə saxlamışdır. Qohum-əqrəbası şübhələnməsin deyə Sənanın adını öz telefonunda “Sənan Meyvə” olaraq qeyd etmişdir. Sonradan Sənan onu Sadiq adlı qardaşı ilə tanış etmişdir. Sadiqin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu ona bildirmişdir. Sadiqə məxsus +**********39 saylı mobil nömrəsini də mobil telefonunda “Sadiq Meyvə” olaraq qeyd etmişdir. Daha sonra Sənan və Sadiq qardaşları ilə münasibəti yaranmış, Sənan və Sadiq ona narkotik vasitələrin satışında köməklik etməyini, bunun müqabilində ona çoxlu pul verəcəklərini demişlər. Onun maddi sıxıntıları olduğu üçün Sənan və Sadiqin təklifi ilə razılaşmışdır. Diqqət çəkməmək üçün özünə bir ədəd “wolt” çantası almışdır. Bakı şəhərində kuryerliklə məşğul olan şəxslərin çox olması səbəbindən diqqət çəkməyəcəyini fikirləşmişdir. Daha sonra yaşadığı evə narkotik vasitələri aparmamaq məqsədi ilə ünvan 6 ünvanında kirayə ev tutmuşdur. Bundan sonra Sənan və Sadiqin ona göndərdiyi lokasiya əsasında külli miqdarda narkotik vasitəni Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisindən götürüb həmin ünvana gətirmiş və sonradan ona deyilən ayrı-ayrı ünvanlara çatdırmışdır. Lakin narkotik vasitənin bir hissəsi həmin evdə qalmışdır. Köməkliyinə görə ona 900 manat pul göndərmişlər. Bir neçə gün sonra yenə də Sənan onunla əlaqə saxlayaraq Qaradağ rayonu ərazisində təxminən 8 kiloqram narkotik vasitə qoydurduğunu və gedib götürməyini tapşırmışdır. Sənan həmin narkotik vasitələri də deyilən ünvanlara çatdırdıqdan sonra ona 2400 manat pul verəcəyini vəd etmişdir. O, taksi sifariş verərək Sənanın dediyi ünvana getmiş və deyilən yerdən narkotik vasitələri götürüb çiynində olan göy rəngli üzərində “wolt” yazısı olan çantaya yığaraq oradan uzaqlaşmışdır. Bir qədər sonra dörd nəfər tanımadığı şəxs ona yaxınlaşaraq özlərini təqdim edib onun qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirərək, xidməti vəsiqələrini göstərərək, barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış edib onu Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 10-cu polis bölməsinin inzibati binasına dəvət etmişlər. O, polis əməkdaşlarına etiraz etməyərək birlikdə Qaradağ Rayon Polis İdarəsinin 10-cu polis bölməsinə getmişdir. Bölmədə dəvət olunmuş müdafiəçinin iştirakı ilə o, şübhəli şəxs qismində tutulmuşdur. Ona hüquq və vəzifələri elan olunmuş və buna dair bildiriş təqdim edilmişdir. Daha sonra onun üzərinə şəxsi axtarış aparılmağa başlanılmış və şəxsi axtarış zamanı ona üzərində qanunla qadağan olunmuş əşya varsa təqdim etməyi təklif olunmuşdur. Bu təklifdən sonra o, çiynindəki göy rəngli üzərində “wolt” yazısı olan çantadan 08 ədəd bağlamada olan narkotik vasitələri çıxararaq təqdim etmişdir. Ondan həmin kütlənin nə olduğu soruşulduqda o, “ot” kimi adlandırılan qurudulmuş marixuana olduğunu bildirmişdir. Daha sonra onun üzərinə şəxsi axtarış keçirilmiş, əynində olan şalvarın sol yan cibindən bir ədəd üzərində ***-***-**-** simkart nömrəsi olan “Samsung” markalı mobil telefon, 05 ədəd açar və 138 manat nağd pul aşkar edilərək götürülmüşdür. Bundan başqa, onun üzərində hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra aşkar edilmiş narkotik vasitələr çantaya yığılaraq elektron tərəzi vasitəsi ilə çəkilmiş və çəkisinin 11 kiloqram 400 qram olması müəyyən edilmişdir. Həmin kütlələr çanta ilə birlikdə qablaşdırılaraq götürülmüşdür. Üzərində aşkar edilmiş 05 ədəd açar və 138 manat nağd pul ona qaytarılmışdır. Mobil telefonu isə üzərindəki simkart ilə birlikdə ona izah verilərək götürülmüşdür. Bundan sonra o, verilən suallara cavab olaraq şifahi formada üzərində aşkar edilmiş kütlələrin ona məxsus olduğunu, Sənan və Sadiq adlı İran İslam Respublikasının vətəndaşlarından Bakı şəhəri, Qaradağ rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən götürdüyünü, həmin narkotik vasitələri deyilən ünvanlara çatdırdıqdan sonra 2400 manat pul alacağını, əvvəl də həmin şəxslərdən narkotik vasitə aldığını, başqa heç bir yerdə narkotik vasitə saxlamadığını, polis əməkdaşları tərəfindən ona qarşı fiziki və ya psixi zor tətbiq edilmədiyini bildirmişdir. Daha sonra, onun yazılı izahatı alınmışdır. İzahatı alınarkən o, əlavə olaraq Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsində yerləşən evdə də narkotik vasitə saxladığını etiraf etmiş və təqdim edə biləcəyini bildirmişdir. Sonra polis əməkdaşları ilə birlikdə ünvan 6 ünvanında yerləşən təxminən 10 gün əvvəl onun kirayə tutduğu evə getmişlər. Evə daxil olduqdan sonra o, qonaq otağında stolun üstündə qoyulmuş iki ədəd elektron tərəzini, bir bükümdə olan narkotik vasitə heroini və bir ədəd sellofan torbada olan qurudulmuş marixuananı təqdim etmişdir. Təqdim etdiyi kütlələr elektron tərəzi vasitəsi ilə çəkilmiş, narkotik vasitə heroinin çəkisi 05 qram, qurudulmuş marixuananın çəkisi isə 725 qram olmuşdur. Həmin kütlələr və elektron tərəzilər də müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. O, həmin kütlələri də 3-4 gün əvvəl Sadiq və Sənan qardaşlarından aldığını bildirmişdir. Daha sonra evin digər otaqlarına da baxış keçirilmiş, lakin iş üçün əhəmiyyət kəsb edən başqa hər hansı bir əşya aşkar edilməmişdir (iş vərəqə: cild İ, səh.32-33, 39-40, 63-65, 75-77). Məhkəmə baxışı zamanı elan olunan ifadələrinə münasibət bildirməsi Təqsirləndirilən şəxs təklif edilərkən o, elan edilmiş ifadələrini təsdiq etdiyini, narkotik vasitələri konumlara (göndərilmiş məkana) atdığı üçün ona pul verildiyini, göndərilmiş konuma atdığı narkotik vasitə marixuananın hər kilosuna görə İran İslam Respublikasının vətəndaşları Sənan və Sadiq tərəfindən ona 300 manat məbləğində pul verildiyini, narkotik vasitələri özü ayrı-ayrı kütlələrə bölüb atdığını bildirmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs barəsində əməliyyat məlumatı daxil olduqdan sonra, 30 iyun 2024-cü il tarixdə, gecə saatlarında Təqsirləndirilən şəxs tərəflərindən saxlanılaraq Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 10-cu polis bölməsinə aparılmışdır. Bölmədə Təqsirləndirilən şəxs üzərinə müdafiəçisinin iştirakı ilə təhqiqatçı tərəfindən şəxsi axtarış keçirilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs əlində olan çantanın içərisindəki 8 bükümdə narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütləni təqdim etmişdir. Həmin kütlənin çəkisi təxminən 11 kiloqram olmuşdur. Təqsirləndirilən şəxs həmin maddələri İran İslam Respublikasının vətəndaşından əldə etdiyini bildirmişdir. Daha sonra, Bakı şəhəri, Nəsimi rayonu ərazisində Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilən zaman həmin mənzildən 4 qram narkotik vasitə olan heroinə bənzər maddə və bir qədər qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs həmin narkotik vasitələri İran İslam Respublikasının vətəndaşından əldə etdiyini, həmin narkotik vasitələri pul müqabilində İran İslam Respublikasının vətəndaşının dediyi konumlara yerləşdirəcəyini demişdir. Həmçinin bildirir ki, tərəflərindən Təqsirləndirilən şəxs qarşı heç bir qanunsuz təsir, təzyiqlər olmamışdır. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs barəsində əməliyyat məlumatı daxil olduqdan sonra, 30 iyun 2024-cü il tarixdə, saat təxminən 00:30 radələrində Təqsirləndirilən şəxs yerini müəyyən etdikdən sonra sonuncunu Xocasən yolunda piyada gəzərkən saxlamışlar. Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim edərək onu Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 10-cu polis bölməsinə dəvət etmişlər. Polis bölməsində Təqsirləndirilən şəxs çantasının içərisində 8 büküm narkotik vasitə aşkar edilmişdir. Həmin narkotik vasitələr tərəziyə qoyulub çəkilmiş və onların ümumi çəkisi 11 kiloqramdan çox olmuşdur. Təqsirləndirilən şəxs həmin narkotik vasitəni İran İslam Respublikasının vətəndaşları Sənan və Sadiq adlı şəxslərdən əvvəlcədən qoyulmuş konumlardan əldə etdiyini, həmin maddələri müxtəlif yerlərə qoyması müqabilində Sənan və Sadiqin ona 2400 manat pul verdiyini bildirmişdir. Təqsirləndirilən şəxs həmçinin narkotik vasitələrin bir qismini Bakı şəhəri, Nəsimi rayonu, H.B.Əliyev küçəsində yerləşən mənzilində saxladığını da bildirmişdir. Həmin mənzilə baxış keçirilən zaman Təqsirləndirilən şəxs bir büküm heroinə bənzər maddəni və bir büküm qurudulmuş marixuananı təqdim etmişdir. Heroinə bənzər kütlənin çəkisi təxminən 5 qram, qurudulmuş marixuanaya bənzər maddənin çəkisi isə 700 qramdan çox olmuşdur. Təqsirləndirilən şəxs həmin narkotik vasitələri də 4-5 gün əvvəl adlarını qeyd etdiyi İran İslam Respublikasının vətəndaşlarından əvvəlcədən qoyulmuş konumlardan əldə etdiyini, həmin maddələri də deyiləcək müxtəlif yerlərə qoyacağı müqabilində 900 manat pul aldığını bildirmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. 2024-cü ilin iyun ayında Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasına dair əməliyyat məlumatı daxil olmuşdur. Tərəflərindən keçirilən əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs saxlanılaraq Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 10-cu polis bölməsinə gətirilmişdir. Polis bölməsində müdafiəçisinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilərkən çiynindən asdığı üzərində “Wolt” yazısı olan çantanın içərisindən təxminən 8 büküm narkotik vasitəyə bənzər maddə aşkar edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs narkotik vasitələri saxlamaq üçün kirayə tutduğu evdə də narkotik vasitələrin olmasını bildirmiş və həmin mənzildə olan narkotik vasitələr də onların iştirakı ilə baxış zamanı aşkar edilərək götürülmüş və təhqiqatçı tərəfindən sənədləşdirilmişdir. Şahid4 verilən suallara cavab olaraq həmçinin göstərmişdir ki, ibtidai istintaq zamanı işin halları ilə bağlı daha da təfərrüatlı verdiyi ifadəsini təsdiq edir, eyni zamanda bildirir ki, tərəflərindən Təqsirləndirilən şəxs heç bir təsir, təzyiq göstərilməmiş və ya hər hansı başqa qanunsuz hərəkətlərə yol verilməmişdir. Bundan başqa, qanunla müəyyən olunan qaydada məhkəmənin yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq, məhkəmə baxışı zamanı iştirak etməmiş Şahid3 məhkəmədə iştirakının təmin edilməsi mümkün olmamış və məhkəməyədək icraat zamanı onun verdiyi ifadəsi məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunmuş və müəyyən edilmişdir ki, Şahid3 tədqiq olunan həmin ifadəsində göstərmişdir ki, o, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə etibarlı və qərəzsiz mənbədən daxil olmuş məlumatın yoxlanılması məqsədi ilə 29 iyun 2024-cü il tarixdə əməliyyat qrupu yaradılmışdır. O və qrupun digər iştirakçıları- baş əməliyyat müvəkkili Şahid1, əməliyyat müvəkkili Şahid2 və əməliyyat müvəkkili Şahid4 tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 30 iyun 2024-cü il tarixdə, saat 00:35 raddələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Xocəsən-Lökbatan yolunda elektrik yarımstansiyasının yaxınlığında saxlayaraq Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 10-cu polis bölməsinə aparmışlar. Bölmədə Təqsirləndirilən şəxs xx.xx.1995-ci il təvəllüdlü, Bakı şəhərində anadan olmuş, ünvan 8 ünvanında qeydiyyatda olmaqla yaşadığı məlum olmuşdur. Təqsirləndirilən şəxs bölməyə gətirdikdən sonra törədilmiş və ya hazırlanan cinayətlər barədə məlumatların qeydiyyatı kitabında qeydiyyata salınmışdır. Daha sonra narkotik vasitə saxlanması və ya qəbul etməsində şübhəli olması ehtimal edildiyindən Elmanın üstünə şəxsi axtarış keçirilməsi məqsədilə Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəhbərliyinə raportla məruzə edilmiş və həmin raportun icrası təhqiqatçı Yelmar Vahabova həvalə edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmək üçün vəkil dəvət edilmiş, üzərinə şəxsi axtarış aparılacağı bildirilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, həmin şəxsi axtarışda o da iştirak etmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində olan əşyaları təqdim etməsi təklif edildikdə o, çiynindəki göy rəngli çantanın içərisindən 8 (səkkiz) ədəd bağlamada açıq yaşıl rəngli, spesifik iyə malik, narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütləni təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılan zaman əynində olan göy rəngli şalvarın sol yan cibindən 1 (bir) ədəd içərisində ***-***-**-** və ***-***-**-** simkart nömrələri olan “Samsung” markalı mobil telefon, 5 (beş) ədəd açar və 138 (yüz otuz səkkiz) manat pul aşkar edilərək götürülmüşdür. Daha sonra, Təqsirləndirilən şəxs təqdim etdiyi kütlə elektron tərəzidə çəkilmişdir. Qurudulmuş marixuanaya bənzər kütlənin çanta ilə birlikdə ümumi çəkisi 11 (on bir) kiloqram 400 (dörd yüz) qram olmuşdur. Sonra aşkar olunmuş həmin kütlələr qablaşdırılmış, möhürlənmiş, onun və digar iştirakçılar tərəfindən imzalanmışdır. “Samsung” markalı mobil telefonu iş üzrə əhəmiyyət kəsb etdiyindən sonuncuya izah verilərək götürülmüşdür. 5 (beş) ədəd açar və 138 (yüz otuz səkkiz) manat pul isə özünə qaytarılmışdır. Daha sonra Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş kütlələrin özünə məxsus olduğunu, həmin kütlələri İran İslam Respublikasının vətəndaşları olan Sənan və Sadiq adlı şəxslərin vasitəsi ilə saxlanılmamışdan əvvəl Bakı şəhəri, Qaradağ rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən sonuncuların göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini, adı çəkilən şəxslərin göstərişləri ilə narkotik vasitələri müəyyən ünvanlara qoymağına görə Sənan və Sadiq adlı şəxslərin ona 2400 (iki min dörd yüz) manat pul verəcəklərini, əvvəl də həmin şəxslərdən pul müqabilində deyilən ünvanlara qoymaq məqsədi ilə narkotik vasitə əldə etdiyini, başqa heç bir yerdə narkotik vasitə saxlamadığını, verilən sualları tam başa düşdüyünü, polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı təqdim etdiyi kütlələrdən başqa heç bir yerdə narkotik vasitə saxlamadığını bildirsə də, lakin Elman izahatında kirayə tutduğu ünvan 3 ünvanında da nakotik vasitə olduğunu, həmin evə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Onlar Təqsirləndirilən şəxs iştirakı ilə ünvan 9 ünvanında yerləşən Elmanın kirayə tutduğu evə getmiş, orada onun, baş əməliyyat müvəkkili Şahid1, əməliyyat müvəkkili Şahid2, əməliyyat müvəkkili Şahid4 və Elmanın vəkili Rafael Allahverdiyevin iştirakı ilə Təqsirləndirilən şəxs evdə olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş və yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək əşyaları təqdim etməsini təklif etmişlər. Bu təklifdən sonra Təqsirləndirilən şəxs evdə qonaq otağında, stolun ustundə 1 (bir) ədəd bükümdə açıq qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə olan heroinə bənzər kütləni, 1 (bir) ədəd bağlamada, açıq yaşıl rəngli, spesifik iyə malik narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütləni və 2 (iki) ədəd elektron tərəzini təqdim etmişdir. Heroinə bənzər kütlənin çəkisi 5 (beş) qram, qurudulmuş marixunaya bənzər kütlənin çəkisi 725 (yeddi yüz iyirmi beş) qram olmuşdur. Bundan sonra həmin kütlələr və elektron tərəzi qablaşdırılaraq iştirakçılar tərəfindən imzalanaraq götürülmüşdür. Evin digər hissələrinə də baxış keçirilmiş və iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək başqa əşyalar aşkar edilməmişdir (iş vərəqə: cild 1, səh 108-111). Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan: _Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkilinin 29 iyun 2024-cü il tarixli raportundan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədilə əldə edərək Bakı şəhəri, Qaradağ rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur (iş vərəqə: cild İ, səh.3). _30 iyun 2024-cü il tarixli “şəxsi axtarış və götürmə haqqında protokol”dan görünür ki, Təqsirləndirilən şəxs üzərinə müdafiəçisinin iştirakı ilə və videoçəkilişlə şəxsi axtarış keçirilərkən o, çiynindəki göy rəngli çantanın içərisindən 8 (səkkiz) ədəd bağlamada açıq yaşıl rəngli, spesifik iyə malik, narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütləni təqdim etmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılan zaman əynində olan göy rəngli şalvarın sol yan cibindən 1 (bir) ədəd içərisində ***-***-**-** və ***- ***-**-** simkart nömrələri olan “Samsung” markalı mobil telefon, 5 (beş) ədəd açar və 138 (yüz otuz səkkiz) manat pul aşkar edilərək götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi kütlə elektron tərəzidə çəkilmişdir. Qurudulmuş marixuanaya bənzər kütlənin çanta ilə birlikdə ümumi çəkisi 11 (on bir) kiloqram 400 (dörd yüz) qram olmuşdur. Sonra aşkar olunmuş həmin kütlələr qablaşdırılmış, möhürlənmiş, onun və digar iştirakçılar tərəfindən imzalanmışdır. “Samsung” markalı mobil telefonu iş üzrə əhəmiyyəti kəsb etdiyindən götürülmüşdür. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş kütlələrin ona məxsus olduğunu, həmin kütlələri İran İslam Respublikasının vətəndaşları olan “Sənan" və “Sadiq” adlı şəxslərin vasitəsi ilə saxlanılmamışdan əvvəl Bakı şəhəri, Qaradağ rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən sonuncuların göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini, adı çəkilən şəxslərin göstərişləri ilə narkotik vasitələri müəyyən ünvanlara qoymağına görə “Sənan” və “Sadiq” adlı şəxslərin ona 2400 (iki min dörd yüz) manat pul verəcəklərini, əvvəl də həmin şəxslərdən pul müqabilində deyilən ünvanlara qoymaq məqsədi ilə narkotik vasitə əldə etdiyini, başqa heç bir yerdə narkotik vasitə saxlamadığını, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir (iş vərəqə: cild İ, səh.29-31). _30 iyun 2024-cü il tarixli “baxış və götürmə haqqında protokol”dan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvanına müdafiəçisinin iştirakı ilə və videoçəkilişlə baxış keçirilərkən qonaq otağında stolun üzərindən 1 (bir) ədəd bükümdə açıq qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə olan heroinə bənzər kütləni, 1 (bir) ədəd bağlamada açıq yaşıl rəngli, spesifik iyə malik, narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütləni və 2 (iki) ədəd elektron tərəzini təqdim etmişdir. Sonra həmin kütlələr elektron tərəzidə çəkilmiş, heroinə bənzər kütlənin çəkisi 5 qram, qurudulmuş marixuanaya bənzər kütlənin çəkisi isə 725 qram olmuşdur. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq aşkar olunmuş kütlələrin və elektron tərəzilərin ona məxsus olduğunu, həmin kütlələri İran İslam Respublikasının vətəndaşları olan “Sənan” və “Sadiq” adlı şəxslərin vasitəsi ilə 3-4 gün əvvəlcədən təyin edilmiş yerdən sonuncuların göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini, adı çəkilən şəxslərin göstərişləri ilə narkotik vasitələri müəyyən ünvanlara qoymağına görə “Sənan” və “Sadiq” adlı şəxslərin ona 900 (doqquz yüz) manat pul verdiklərini bildirmişdir (iş vərəqə: cild İ, səh.36-38). _Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 iyun 2024-cü il tarixli, 3-16-16/2-7/1076 nömrəli məhkəmə-bioloji ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs yaşadığı ünvandan...” sözləri yazılmış göy rəngli polietilen bağlamada təmiz çəkisi 705,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə- qurudulmuş marixuanadır. Üzərində “Təqsirləndirilən şəxs üzərindən..” sözləri yazılmış “WOLT” yazılmış çantada ümumi sayı 8 (səkkiz) ədəd yapışqanlı lentlə bağlanmış sellofan bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri 1000,0 qram, 1010,0 qram, 915,0 qram, 1005,0 qram, 1010,0 qram, 1020,0 qram, 1015,0 qram, 1025,0 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Marixuananın ümumi çəkisi 8705,0 qramdır. Təqdim edilmiş marixuanalar tərkibinə görə eynidirlər. Təqdim edilmiş iki ədəd elektron tərəzilərin üzərində bitki mənşəli narkotik vasitələrin qalıqları (izləri) yoxdur və ona görə də müqayisəli tədqiqat aparılmamışdır (iş vərəqə: cild İ, səh.45-47). _Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 iyun 2024-cü il tarixli, 3-16-16/2-6/3413 nömrəli məhkəmə fiziki-kimyəvi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində: AR DİN “Zərflər üçün №7 ” möhür əksi, “Təqsirləndirilən şəxs yaşadığı ünvandan heroinə bənzər kütlə; şübhəli şəxs: /imza/ Təqsirləndirilən şəxs; müdafiəçi: /imza/ R.Allahverdiyev; qablaşdırdı: /imza/ Y.Vahabov” yazılar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi: -3,956 qram olan qəhvəyi rəngli, tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Tədqiqata təqdim olunmuş üzərində: AR DİN “Zərflər üçün № 7 ” möhür əksi olan və üzərində heç bir yazı olmayan polietilen bağlamadakı 01 ədəd qara rəngli, qapaqlı və 01 ədəd böyük, göy rəngli elektron tərəzilərin səthində narkotik vasitə heroin izləri müəyyən edildi. Elektron tərəzilərin səthində heroin iz şəklində olduğundan təmiz çəkisinin müəyyən edilməsi və eyniləşdirmə üzrə tədqiqatın aparılması mümkün deyildir (iş vərəqə: cild İ, səh.51-54). _Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi X7 məhkəmə-narkoloji ekspertizasının 02 sentyabr 2024-cü il tarixli, 5999 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” Qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq hal-hazırda Təqsirləndirilən şəxs İİİ dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (iş vərəqə: cild İ, səh.163-164). _Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X7 26 avqust 2024-cü il tarixli, 2474 saylı ambulator məhkəmə psixiatrik ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. O, hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur (iş vərəqə: cild İ, səh.159-162). _Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X3 X7 məhkəmə-tibbi ekspertizasının 01 iyul 2024-cü il tarixli, 845 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində xəsarət aşkar olunmamışdır (iş vərəqə: cild İ, səh.155-158). _14 oktyabr 2024-cü il tarixli “cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi barədə qərar”dan görünür ki, “Sadiq" və “Sənan” adlı İran İslam Respublikasının vətəndaşları barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri ilə ********* nömrəli cinayət işi ayrılmışdır (iş vərəqə: cild İ, səh.182-183). _01 iyul 2024-cü il tarixli “maddi sübut kimi tanınma haqqında qərar”dan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq çəkiləri 8704,55 qram narkotik vasitə qurudulmuş marixuana, 3,856 qram narkotik vasitə heroin və 02 ədəd elektron tərəzi iş üzrə maddi sübut kimi tanınaraq Bakı Şəhəri Nəsimi Rayon Polis İdarəsində saxlanca təhvil verilmişdir (iş vərəqə: cild İ, səh.103-104). _14 dekabr 2024-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında qərar”dan görünür ki, Təqsirləndirilən şəxs üzərinə “şəxsi axtarış və götürmə”, həmçinin “mənzilə baxış və götürmə” istintaq hərəkətlərinin video görüntülərinin qeydə alındığı iki ədəd disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir (iş vərəqə: cild İ, səh.230-245). _30 iyun 2024-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında protokol”dan görünür ki, Təqsirləndirilən şəxs 30 iyun 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (iş vərəqə: cild İ, səh.20). _Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 01 iyul 2024-cü il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində əvvəli 30 iyun 2024-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir (iş vərəqə: cild İ, səh.87-90). _Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 12 iyul 2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (iş vərəqə: cild İ, səh.107). _ Cinayət işinin materiallarına əlavə edilmiş elektron məhkəmə portalından çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs üçüncü qrup əlildir (cinayət işinin materialları). Hüquqi məsələlər. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə hazırki cinayət işi üzrə təqdim edilmiş sübutların qəbuledilən olubolmamasını, onların çəkisini və kifayət qədərliyini tənzimləyən qayda və prinsiplərə istinad etməklə, işin faktiki hallarını yalnız həqiqiliyinə və əldə edilməsi hallarına heç bir şübhələr olmayan sübutları əsas götürmək yolu ilə müəyyən etməklə, tam, hərtərəfli və obyektiv araşdırmaya əsaslanan yekun qərarın qəbul edilməsi və məhkəmənin ittiham olunan şəxsin təqsirli və ya təqsirsizliyinə dair hökmünü formalaşdırmaq üçün yalnız qanunun istifadə etməyə icazə verdiyi hüquqi vasitələrə əsaslanmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının: 125-ci maddəsinin Vİİ hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir; 127-ci maddəsinin İV hissəsinə əsasən ədalət mühakiməsi vətəndaşların qanun və məhkəmə qarşısında bərabərliyi əsasında həyata keçirilir. Avropa İnsan Hüquqları Məhkəməsinin qəbul etdiyi çoxsaylı qərarlarında sərgilədiyi mövqeyə əsasən, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasında müəyyən edilmiş ədalətli məhkəmə araşdırması hüququnun təmin edilib-edilməməsi ilk öncə məhkəmə prosesləri zamanı çəkişmə prinsipinə riayət edilibedilməməsi, tərəflərin bərabərliyi prinsipinin təmin edilib-edilməməsi ilə, məhkəmə iclasında şəxsən iştirak etmək hüququnun, sübutların bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməsi ilə birbaşa əlaqədardır. Avropa Məhkəməsi çəkişmə prinsipinə riayət edilib-edilmədiyini müəyyənləşdirmək üçün adətən daxili məhkəmələrdəki araşdırmaların keyfiyyətini təhlil edərək müdafiə tərəfinin istər birinci instansiyada, istərsə də apellyasiya instansiyasında ərizəçiyə qarşı sübut qismində istifadə edilən materialları təkzib etmək imkanına malik olub-olmadığını (Rouv və Devisin işi), habelə daxili məhkəmələrin qərar çıxararkən müvafiq maraqları nə dərəcədə balanslaşdırdıqlarını müəyyənləşdirir. Tərəflərin bərabərliyi prinsipi tərəflərin hər birinə onu digər tərəfin qarşısında əlverişsiz vəziyyətə salmayan şərtlərlə öz mövqeyini əsaslandırması üçün ağlabatan imkanların yaradılmasını nəzərdə tutur (Brandştetter Avstriyaya qarşı). Açıq məhkəmə prosesində şəxsən iştirak etmək isə cinayət törətməkdə ittiham olunan şəxsin bu cür məhkəmə iclasında özünün xüsusi hüquqlarını şəxsən icra etmə imkanının tanınmasını nəzərdə tutur. Beləliklə də, məhkəmə, şərh edilən prinsiplər və əlamətlərlə səciyyələndirilən ədalətli məhkəmə araşdırması hüququnun hazırki cinayət işi üzrə məhkəmə araşdırması zamanı təmin edilməsi baxımından qeyd etməyi zəruri hesab edir ki, təqsirləndirilən şəxs iş üzrə keçirilmiş açıq məhkəmə iclaslarında özünü şəxsən və vəkili vasitəsilə müdafiə etmiş, şahidlərin dindirilməsində, onun əleyhinə olan sübutların tədqiqində şəxsən iştirak etmiş, ona qarşı təqdim edilmiş sübutlarla bağlı öz dəlillərini bildirmişdir. Məhkəmə xüsusilə qeyd edir ki, cinayət işinin araşdırılması və məhkəmədə baxılıb həll edilməsinə münasibətdə istinad edilən əməlin törədilməsi, həmin əməldə cinayət tərkibinin və onu cinayət kimi xarakterizə edən bütün əlamətlərin olub-olmaması sübutların köməyilə müəyyən edilir. Cinayət işi və bununla bağlı materiallar üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsi üçün kifayət edən sübutların cəmi sübutetmə həddini xarakterizə edir. Beləliklə, təqdim edilmiş obyektiv sübutların məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, həqiqətən də cinayət hadisəsi baş vermiş və təqsirləndirilən şəxslə əlaqəsi, onun əməlində cinayətin əlamətlərinin olması kifayət qədər sübutlarla təsdiq olunmuşdur. Məhkəmə kollegiyası tərəfindən məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında araşdırılıb tədqiq edilmiş, sübutlar toplusuna məcmu halında qiymət verilərək müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə edib saxlamaqla daşımışdır. Məhkəmə həyata keçirilən mühakimə fəaliyyəti nəticəsində heç bir şübhəyə yer verməyən mütləq həqiqətin aşkarlanmasından ötrü ittiham tərəfinin təqdim etdiyi sübutları, təqsirləndirilən şəxsin özünün müdafiəsi ilə bağlı göstərdiyi dəlilləri cinayət işinin materialları ilə qarşılıqlı şəkildə araşdırmış və hesab edir ki, məhkəmə araşdırmasının nəticələrinə uyğun olaraq Təqsirləndirilən şəxs ittiham olunduğu Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələrinə münasibətdə onun əməlinə hüquqi qiymət verilməlidir. Məhkəmə təqsirləndirilən şəxsin əməlinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahıya”nın konkret müddəalarını, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli, 8 nömrəli qərarının müddəalarını rəhbər tutmuşdur. Belə ki, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahıya” əsasən “heroin” narkotik vasitəsinin xeyli miqdar daxil olmaqla aşağı həddi 0,15 qram, külli miqdar daxil olmaqla aşağı həddi 2 qram, “qurudulmuş marixuana” narkotik vasitəsinin xeyli miqdar daxil olmaqla aşağı həddi 5 qram, külli miqdar daxil olmaqla aşağı həddi 500 qram müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş “qurudulmuş marixuana” və “heroin” narkotik vasitələrinin miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahı”da müəyyən edilmiş narkotik vasitələrin külli miqdar həddindən dəfələrlə artıq miqdarda olmuşdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun: 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir; 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir; 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir; 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Cinayət işi üzrə məhkəmə araşdırması zamanı təqdim edilmiş obyektiv və mötəbər sübutların tədqiq edilməsi və həmin sübutlara əsaslanan cinayət işinin faktiki halları ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri satış məqsədilə əldə edərək dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olduqdan sonra, Təqsirləndirilən şəxs saxlanılaraq 30 iyun 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, sonra onun üzərinə müdafiəçisinin iştirakı ilə və video çəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilərkən ondan 08 bükümdə ayrıayrılıqda təmiz çəkiləri 1000 qram, 1010 qram, 915 qram, 1005 qram, 1010 qram, 1020 qram, 1015 qram və 1025 qram olmaqla, ümumi təmiz çəkisi 8000 qram narkotik vasitə qurudulmuş marixuana aşkar edilmiş, həmin vaxt Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq aşkar olunmuş həmin narkotik vasitələri İran İslam Respublikasının vətəndaşları “Sənan" və “Sadiq” adlı şəxslərin göndərdiyini və sonuncularla olan razılaşmasına əsasən onların göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini, bunun müqabilində “Sənan” və “Sadiq” adlı şəxslərin ona 2400 (iki min dörd yüz) manat pul verəcəklərini bildirmiş, daha sonra isə Təqsirləndirilən şəxs evinə baxış zamanı 3,956 qram narkotik vasitə heroin və 705 qram qurudulmuş marixuana, həmçinin narkotik vasitələrin satışında istifadə etmək məqsədilə saxladığı, üzərində narkotik vasitə heroin izləri olan 02 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı işin qeyd olunan hallarını verdiyi ifadəsində təsdiq etmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 33-cü bəndində göstərilmişdir ki, “Hökmün təsviriəsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir.” Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ondan aşkar edilmiş narkotik maddələri əldə edib, saxlayıb, daşımaqda satmaq məqsədinin olmadığını bildirsə də, o, özünün həm ibtidai, həm də məhkəmə istintaqında verdiyi ifadələrində faktiki olaraq qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə edib saxlayıb daşımasından ibarət olan cinayətkar hərəkətlərini hansı qaydada yerinə yetirdiyini təfərrüatlı şəkildə göstərmişdir. Belə ki, o, məhkəmə baxışı zamanı ifadə verərkən İran İslam Respublikasının vətəndaşları Sənan və Sadiq adlı şəxslərin ona narkotik vasitələr göndərəcəklərini bildirərək həmin narkotik vasitələri onların dedikləri ünvanlara qoymasını ona təklif etdikdə razılaşdığını, Sənan və Sadiqin ona narkotik vasitələri atdığı yerlərdən başqa şəxslərin gəlib götürəcəklərini dediklərini, narkotik vasitələri həmin şəxslərin dedikləri yerlərə atmasının müqabilində ona pul verildiyini, narkotik vasitələri özü ayrı-ayrı bükümlərə bölüb atdığını göstərmişdir. Təqsirləndirilən şəxs məhkəmədə ifadəsində göstərdiyi həmin hallar onun ibtidai istintaq zamanı verdiyi izahatı, şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələri, şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı özünün göstərdikləri, cinayət işi üzrə yuxarıda göstərilən digər mötəbər sübutlarla və həmin sübutlara əsaslanan işin faktiki halları ilə təsdiq edildiyindən onun həmin ifadələri mötəbər sübut növü kimi qəbul edilir. Həmçinin, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın keçirildiyi videogörüntü məhkəmə baxışı zamanı nümayiş etdirilərkən də Təqsirləndirilən şəxs həmin maddələr aşkar edildikdən sonra, sorğu-sual zamanı da həmin maddələri İran İslam Respublikasının vətəndaşları “Sənan" və “Sadiq” adlı şəxslərin vasitəsi ilə saxlanılmamışdan əvvəl Bakı şəhəri, Qaradağ rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən sonuncuların göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini, adı çəkilən şəxslərin göstərişləri ilə narkotik vasitələri müəyyən ünvanlara qoymağına görə “Sənan” və “Sadiq” adlı şəxslərin ona 2400 (iki min dörd yüz) manat pul verəcəklərini, əvvəl də həmin şəxslərdən pul müqabilində deyilən ünvanlara qoymaq məqsədi ilə narkotik vasitə əldə etdiyini etiraf etmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli, 8 nömrəli qərarının doqquzuncu bəndində məhkəmələrə tövsiyə olunur ki, “ ... Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır”. Məhkəmə Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik maddələri məhz satış məqsədilə əldə edib daşıması və saxlaması qənaətinə gələrkən ondan aşkar edilmiş həmin maddələrin çəkisinin külli miqdar həddindən dəfələrlə artıq miqdarda, müxtəlif növlərdə, ayrı-ayrı bükümlərdə olmasını və yanında elektron tərəzinin də aşkar edilməsini, onun üzərindəki çantasından başqa, həmçinin evindən də külli miqdarda narkotik maddə aşkar edilməsini, təqsirləndirilən şəxsin özünün də həm ibtidai, həm də məhkəmə istintaqı zamanı həmin maddələri pul müqabilində müxtəlif yerlərə qoymasını və bu məqsədlə həmin maddələri saxladığını və daşıdığını etiraf etməsinə dair ifadələrini, cinayət işinin Təqsirləndirilən şəxs təqsirliliyini təsdiq edən yuxarıda göstərilmiş tədqiq edilən bütün digər hallarını da nəzərə alır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli, 959-İİQ nömrəli Qanununun 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması əməlinə “miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər” şəklində izah verilmişdir. Ona görə də, cinayət işinin şərh edilən hallarına əsasən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs məhkəmədə ifadəsində ondan aşkar edilmiş narkotik maddələri əldə edib saxlayıb daşımasında satmaq məqsədinin olmaması ilə bağlı göstərdiklərini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi və törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirir. Beləliklə də, cinayət işi üzrə təqsirləndirilən şəxsin həm ibtidai, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələri, şahidlərin ifadələri, “şəxsi axtarış və götürmə”, “baxış və götürmə” istintaq hərəkətlərinin protokolları, şəxsi axtarışın, həmçinin baxışın video görüntülərinin əks olunduğu disklər, maddi sübutlar, digər istintaq hərəkəti protokolları, ekspert rəyləri kimi qanuniliyi heç bir mübahisə doğurmayan mötəbər sübutlarla Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etməsi, saxlaması və daşıması tamamilə sübuta yetirilmişdir. Odur ki, məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə edib saxlayıb daşımaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayəti törətməsi məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri ilə düzgün ixtisaslaşdırılmışdır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3cü maddələri ilə tövsif edilməli və o, həmin maddələrlə təqsirli bilinərək ona cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar və onu cinayət məsuliyyətindən azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs üçüncü qrup əlil olması onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınır, onun cəzasını ağırlaşdıran hal isə müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən ağır cinayət törətməsi, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələrinin sanksiyası daxilində, şəxsiyyətinə uyğun müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli cəza təyin olunmalıdır. Məhkəmə, eyni zamanda təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə əsasən azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkməsi müəyyən edilmişdir. Bundan başqa, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin başlanğıcı ilə əlaqədar məsələni müzakirə edib qeyd edir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu 30 iyun 2024-cü il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs 30 iyun 2024-cü il tarixdə şübhəli şəxs qismində tutularaq, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 01 iyul 2024-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçildikdən hazırki məhkəmə hökmü çıxarılanadək fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Ona görə də, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun tutulduğu 30 iyun 2024-cü il tarixdən hesablanmalı, həbsdə saxlanıldığı bütün müddət isə məhkəmə tərəfindən ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2, 158.2.1 və 158.2.2-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Bundan başqa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli, 39 saylı qərarı ilə təsdiq edilmiş “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydası və şərtləri, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi Qaydası”nın 3.2-ci bəndinə əsasən əlilliyi olan şəxslərə məcburi müalicə tətbiq oluna bilməz. Məhkəmə təqsirlilik və cəza məsələsi ilə yanaşı, həm də belə nəticəyə gəlir ki, işdə olan məhkəmə-narkoloji ekspertizasının 02 sentyabr 2024-cü il tarixli, 5999 nömrəli rəyi əsas götürülməli, Təqsirləndirilən şəxs İİİ dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməməlidir, o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəyə mindikdən sonra maddi sübut qismində tanınmış və Bakı Şəhər Nəsimi Rayon Polis İdarəsində saxlanca təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkiləri 8704,55 qram narkotik maddə qurudulmuş marixuana, 3,856 qram narkotik maddə heroin və 02 ədəd elektron tərəzi məhv edilməli, bundan başqa cinayət işinin materiallarına əlavə edilmiş “şəxsi axtarış və götürmə” və mənzilə “baxış və götürmə” istintaq hərəkətlərinin video görüntülərinin əks olunduğu iki ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, iş üzrə 132 (yüz otuz iki) manat məbləğində ekspertiza xərci mövcuddur ki, qeyd olunan bu məbləğ hökm qanuni qüvvəyə mindikdən sonra məhkəmə məsrəfləri olaraq Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamış, həmçinin Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak müəyyən edilməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-347, 349, 351-354, 356, 381, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 6 (altı) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanması müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilməklə cəza çəkməsinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 30 iyun 2024cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut – Bakı Şəhər Nəsimi Rayon Polis İdarəsində saxlanca verilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkiləri 8704,55 qram narkotik maddə qurudulmuş marixuana, 3,856 qram narkotik maddə heroin və 2 (iki) ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, bundan başqa cinayət işinin materiallarına əlavə edilmiş “şəxsi axtarış və götürmə” və mənzilə “baxış və götürmə” istintaq hərəkətlərinin video görüntülərinin əks olunduğu iki ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri – 132 (yüz otuz iki) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Roman Ələkbərli (sədrlik edən) Elnur Nuriyev Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar