Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-915/2021 01.10.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim- Mikayılov Eldar Əli oğlunun sədrliyi ilə Hakimlər- Ağalarov Mahmud Muradxan oğlu və Hacıyev Siyavuş Həbib oğlundan ibarət tərkibdə Məhkəmə iclas katibi- X13 qızı Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçi- Azərbaycan Respublikası Vəkillər kollegiyası Bakı şəhər 02 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və X2 iştirakları ilə xx xxxx 1979-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, Xaçmaz rayonu, Müşkür kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qsəbəsi, mədən 1, korpus 10 ünvanda yaşayan, əvvəllər məhkum olunmamış, barəsində “Polisin nəzarəti altına vermə” qətimkan tədbirir seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4 və 32.4,312.2-ci maddələri ilə xx xxxxxxx 1978-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, təqaüdçü, ünvan 2 ünvanda qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, əvvəllər məhkum olunmamış, barəsində “Polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4 və 32.4,312.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs2 öz tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma və etibardan sui-istifadə yolu ilə özgə əmlakını vahid niyyətlə ələ keçirib xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, qabaqcadan əlbir olan bir qrup şəxs halında vəzifəli şəxslərə xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar qeyrilərinin xeyrinə edəcəkləri hərəkətlərə görə birbaşa yolla özləri vasitəsilə vahid niyyətlə maddi nemətin rüşvət qismində verilməsinə təkrarən qeyrilərini təhrik etmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını dələduzluq yolu ilə ələ keçirmək məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edib özgə əmlakını ələ keçirmək məqsədilə, tanışları olan Şahid2 Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin xətti ilə dövlət tərəfindən güya Bakı şəhəri, Yasamal rayonu ərazisində tikilərək güzəştli kredit şərtləri ilə satılan sosial mənzillərdən evlə təmin edilməsində köməklik göstərilməsinə dair 2019-cu ilin aprel ayında sonuncuya məxsus Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Sədərək Ticarət Mərkəzi”ndə yerləşən pərdə mağazasında görüşləri zamanı ona və Təqsirləndirilən şəxs1 müraciəti ilə əlaqədar, 3 may 2019-cu il tarixdə sonuncu ilə birlikdə Bakı şəhəri, Nizami rayonu, «Neftçilər» metrostansiyasının yaxınlığında görüşləri zamanı Şahid2 özünün guya Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşı olmaqla mənzillərin alqı-satqı işləri ilə məşğul olduğunu, həmin Nazirlikdə guya yüksək vəzifələrdə işləyən şəxslərlə yaxın əlaqələrinin olmasını, həmçinin Təqsirləndirilən şəxs1 işlədiyi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyində yüksək vəzifələrdə işləyən şəxslərlə guya yaxın əlaqələrinin olmasını, həmin əlaqələrdən istifadə edərək Şahid2 ilkin ödəniş qiyməti 3500 manat olmaqla, 20 il ərzində aylıq 178- 220 manat arası ediləcək kredit ödənişləri ilə satılan dövlət tərəfindən FHN-nin xətti ilə tikilmiş sosial evlərdən üç otaqdan ibarət, sahəsi 84 m2 təşkil edən bir ədəd mənzillə təmin ediləcəyini yalandan vəd verib, qeyd edilən məsələnin müsbət həlli üçün yaxın münasibətdə olduqları həmin Nazirliklərin səlahiyyətli vəzifəli şəxslərinə xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid2 xeyrinə edəcəkləri hərəkətə görə birbaşa yolla özləri vasitəsilə maddi nemət olan pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını özləri barədə formalaşdırdıqları inam və etibardan sui-istifadə edərək bildirib, qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs1 vasitəsi ilə Şahid2 razılığını almaqla sonuncu ilə sövdələşərək, həmin adla 3 may 2019-cu il tarixdə Bakı şəhəri, Nizami rayonu, «Neftçilər» metrostansiyasının yaxınlığında özünə məxsus “Mercedes C Klass” avtomobilində görüşərək Şahid2 inandırmaq üçün şəxsiyyət vəsiqəsinin sürətini, ailə tərkibi haqqında və yaşayış yerindən arayışları, 3500 (üç min beş yüz) manat məbləğində pul vəsaitini, habelə bir müddət sonra Şahid2 tanışı Şahid1 güya alacağı ilk mənzil üçün eyni şərtlərlə razılaşdıqları 1800 manat pul vəsaitini 2019-cu ilin iyun-iyul aylarında Təqsirləndirilən şəxs1 vasitəsi ilə hissə-hissə Bakı şəhəri, Xətai rayonu, «Neapol» dairəsinin yaxınlığında Şahid2 alıb, həmin pul vəsaitlərini qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs1la aralarında bölərək şəxsi ehtiyaclarına xərcləməklə, sonuncu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma və etibardan sui-istifadə yolu ilə Şahid2 məxsus cəmi 5300 (beş min üç yüz) manat məbləğində pul vəsaitini ona vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla ələ keçirərək dələduzluq etmiş, Təqsirləndirilən şəxs1la qabaqcadan əlbir olan bir qrup şəxs qismində vəzifəli şəxslərə xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid2 xeyrinə edəcəkləri hərəkətlərə görə birbaşa yolla özləri vasitəsilə maddi nemət olan pul vəsaitinin rüşvət qismində verilməsinə sonuncunu təhrik etmişdir. Bundan başqa, o, təkrarən, aldatma və etibardan sui-istifadə yolu ilə özgə əmlakını dələduzluq yolu ilə ələ keçirmək məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edib birgə tanışları olan Şahid1 Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin xətti ilə dövlət tərəfindən güya Bakı şəhəri, Yasamal rayonu ərazisində tikilərək güzəştli kredit şərtləri ilə satılan sosial mənzillərdən evlə təmin edilməsində köməklik göstərilməsinə dair 2019-cu ilin aprel ayında Təqsirləndirilən şəxs1 müraciəti ilə əlaqədar 2019-cu ilin may, iyun, iyul və avqust aylarında Təqsirləndirilən şəxs1la birlikdə, eyni zamanda təklikdə Şahid1la Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi və General Şıxlinski küçələrində görüşləri zamanı sonuncuya özünün guya Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşı olmaqla mənzillərin alqı-satqı işləri ilə məşğul olduğunu, həmin Nazirlikdə yüksək vəzifələrdə işləyən şəxslərlə guya yaxın əlaqələrinin olmasını, həmçinin Təqsirləndirilən şəxs1 işlədiyi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyində yüksək vəzifələrdə işləyən şəxslərlə guya yaxın əlaqələrinin olmasını, həmin əlaqələrdən istifadə edərək Şahid1 ilkin ödəniş qiyməti 3500 manat olmaqla, 20 il ərzində aylıq 178 - 220 manat arası ediləcək güzəştli kredit ödənişləri ilə satılan dövlət tərəfindən FHN xətti ilə tikilmiş sosial evlərdən üç otaqdan ibarət, sahəsi 84 m2 təşkil edən yeddi ədəd mənzillə təmin ediləcəyini yalandan vəd verib, qeyd edilən məsələnin müsbət həlli üçün yaxın münasibətdə olduqları həmin Nazirliklərin səlahiyyətli vəzifəli şəxslərinə xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid1 xeyrinə edəcəkləri hərəkətə görə birbaşa yolla özləri vasitəsilə maddi nemət olan pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını özləri barədə formalaşdırdıqları inam və etibardan sui-istifadə edərək bildirib, qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs1 vasitəsi ilə Şahid1 razılığını almaqla sonuncu ilə sövdələşərək, həmin adla 2019-cu ilin may-avqust ayları ərzində ayrıayrı vaxtlarda Bakı şəhəri, Xətai rayonu, Cavanşir və General Şıxlinski küçələrində Təqsirləndirilən şəxs1 vasitəsilə Şahid1 sonuncunu inandırmaq üçün adına mənzili aldığı şəxslərin şəxsiyyət vəsiqələrinin sürətlərini, ailə tərkibi haqqında və yaşayış yerindən arayışları, habelə üç ədəd mənzilə görə 8700 (səkkiz min yeddi yüz) manat məbləğində pul vəsaitini, Bakı şəhəri, Xətai rayonu, General Şixlinksi küçəsində özünün şəxsən görüşü zamanı daha dörd ədəd mənzilə görə adına mənzili aldığı şəxslərin şəxsiyyət vəsiqələrinin sürətlərini, ailə tərkibi haqqında və yaşayış yerindən arayışları, həmçinin 7940 (yeddi min doqquz yüz qırx) manat məbləğində pul vəsaitini alıb, həmin pul vəsaitini qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs1la aralarında bölərək şəxsi ehtiyaclarına xərcləməklə, sonuncu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma və etibardan sui-istifadə yolu ilə Şahid1 məxsus cəmi 16640 (on altı min altı yüz qırx) manat məbləğində pul vəsaitini ona xeyli miqdarda ziyan vurmaqla vahid niyyətlə ələ keçirib təkrarən dələduzluq etmiş, təkrarən, Təqsirləndirilən şəxs1la qabaqcadan əlbir olan bir qrup şəxs qismində vəzifəli şəxslərə xidməti vəzifələrinin icrası ilə əlaqədar Şahid1 xeyrinə edəcəkləri hərəkətə görə birbaşa yolla özləri vasitəsilə maddi nemət olun pul vəsaitinin rüşvət qismində verilməsinə sonuncunu təhrik etmişdir. Bundan başqa, o, təkrarən, aldatma və etibardan sui-istifadə yolu ilə özgə əmlakını dələduzluq yolu ilə ələ keçirmək məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edib özgə əmlakını ələ keçirmək məqsədilə birgə tanışları olan Şahid3 Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin xətti ilə dövlət tərəfindən güya Bakı şəhəri, Yasamal rayonu ərazisində tikilərək güzəştli kredit şərtləri ilə satılan sosial mənzillərdən evlə təmin edilməsində köməklik göstərilməsinə dair 2019-cu ilin oktyabr ayında Təqsirləndirilən şəxs1 müraciəti ilə əlaqədar 13 oktyabr 2019-cu il tarixdə Bakı şəhəri, Sabunçu rayonu ərazisində yerləşən “Heydər Əliyev” adına parkda Şahid3 və sonuncunun qohumu Şahid4la görüş zamanı Təqsirləndirilən şəxs1 vasitəsi ilə sonuncunun Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyində yüksək vəzifələrdə işləyən şəxslərlə guya yaxın əlaqələrinin olmasını, həmçinin özünün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşı kimi guya mənzillərin alqı-satqı işləri ilə məşğul olduğunu Təqsirləndirilən şəxs1 vasitəsi ilə Şahid3 bildirməklə, həmin əlaqələrindən istifadə edərək Şahid3 ilkin ödəniş qiyməti 3500 manat olmaqla, 20 il ərzində aylıq 178-220 manat arası ediləcək güzəştli kredit ödənişləri ilə satılan dövlət tərəfindən FHN xətti ilə tikilmiş sosial evlərdən üç otaqdan ibarət, sahəsi 84 m2 təşkil edən bir ədəd mənzillə təmin ediləcəyini yalandan vəd edib, qeyd edilən məsələnin müsbət həlli üçün yaxın münasibətdə olduqları Fövqəladə Hallar Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyətli vəzifəli şəxslərinə xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid3 xeyrinə edəcəkləri hərəkətə görə birbaşa yolla özləri vasitəsilə maddi nemət olan pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını özləri barədə formalaşdırdıqları inam və etibardan sui-istifadə edərək bildirib, qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs1 vasitəsi ilə Şahid3 razılığını almaqla onunla sövdələşərək, həmin adla 13 oktyabr 2019-cu ildə Bakı şəhəri, Sabunçu rayonu ərazisində yerləşən “Heydər Əliyev” adına parkda Təqsirləndirilən şəxs1 vasitəsi ilə Şahid4 iştirakı ilə Şahid3la görüşərək sonuncunu inandırmaq üçün şəxsiyyət vəsiqəsinin sürətini, ailə tərkibi haqqında və yaşayış yerindən arayışları, habelə 3500 (üç min beş yüz) manat məbləğində pul vəsaitini ondan alıb, həmin pulu qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs1la aralarında bölərək şəxsi ehtiyaclarına xərcləməklə, sonuncu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma və etibardan sui-istifadə yolu ilə Şahid3 məxsus 3500 (üç min beş yüz) manat məbləğində pul vəsaitini ələ keçirib təkrarən dələduzluq etmiş, təkrarən, Təqsirləndirilən şəxs1la qabaqcadan əlbir olan bir qrup şəxs qismində vəzifəli şəxslərə xidməti vəzifələrinin icrası ilə əlaqədar Şahid3 xeyrinə edəcəkləri hərəkətə görə birbaşa yolla özləri vasitəsilə maddi nemət olun pul vəsaitinin rüşvət qismində verilməsinə sonuncunu təhrik etmişdir. Öz növbəsində Təqsirləndirilən şəxs1 öz qulluq mövqeyindən istifadə etməklə Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma və etibardan sui-istifadə yolu ilə özgə əmlakını vahid niyyətlə ələ keçirib xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, qabaqcadan əlbir olan bir qrup şəxs halında vəzifəli şəxslərə xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar qeyrilərinin xeyrinə edəcəkləri hərəkətlərə görə birbaşa yolla özləri vasitəsilə vahid niyyətlə maddi nemətin rüşvət qismində verilməsinə təkrarən qeyrilərini təhrik etmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 2013-cü il tarixdən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X23 Xidmətinin Azərbaycan Dövlət Neft Şirkətinin obyektləri üzrə Yanğından mühafizə idarəsinin 55 nömrəli Yanğından mühafizə hissəsinin yanğınsöndürmə növbəsinin rəisi vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə yolu ilə özgə əmlakını dələduzluq yolu ilə ələ keçirmək məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edib özgə əmlakını ələ keçirmək məqsədilə tanışı Şahid2 Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin xətti ilə güya dövlət tərəfindən Bakı şəhəri, Yasamal rayonu ərazisində tikilərək güzəştli kredit şərtləri ilə satılan sosial mənzillərdən evlə təmin edilməsində köməklik göstərilməsinə dair 2019-cu ilin aprel ayında sonuncuya məxsus Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Sədərək Ticarət Mərkəzi”ndə yerləşən pərdə mağazasında görüşləri zamanı özünə və Təqsirləndirilən şəxs2 müraciəti ilə əlaqədar 3 may 2019-cu il tarixdə sonuncu ilə birlikdə Bakı şəhəri, Nizami rayonu, Neftçilər metrosunun yaxınlığında görüşləri zamanı Şahid2 işlədiyi Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində yüksək vəzifələrdə işləyən şəxslərlə guya yaxın əlaqələrinin olmasını, həmçinin Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşı kimi guya mənzillərin alqı-satqı işləri ilə məşğul olduğunu, işlədiyi həmin Nazirliyin əlaqələrindən istifadə edərək Şahid2 ilkin ödəniş qiyməti 3500 manat olmaqla, 20 il ərzində aylıq 178-220 manat arası ediləcək kredit ödənişləri ilə satılan dövlət tərəfindən FHN xətti ilə tikilmiş sosial evlərdən üç otaqdan ibarət, sahəsi 84 m.2 təşkil edən bir ədəd mənzillə təmin ediləcəyini yalandan vəd verib, qeyd edilən məsələnin müsbət həlli üçün yaxın münasibətdə olduqları həmin Nazirliklərin səlahiyyətli vəzifəli şəxslərinə xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid2 xeyrinə edəcəkləri hərəkətə görə birbaşa yolla özləri vasitəsilə maddi nemət olan pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını özləri barədə formalaşdırdıqları inam və etibardan sui-istifadə edərək bildirib, qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2la birlikdə Şahid2 razılığını almaqla onunla sövdələşərək, həmin adla 3 may 2019-cu il tarixdə Bakı şəhəri, Nizami rayonu, «Neftçilər» metrostansiyasının yaxınlığında Təqsirləndirilən şəxs2 məxsus “Mercedes CKlass” markalı avtomobildə Şahid2 inandırmaq üçün şəxsiyyət vəsiqəsinin sürətini, ailə tərkibi haqqında və yaşayış yerindən arayışları, 3500 (üç min beş yüz) manat məbləğində pul vəsaitini, habelə bir müddət sonra Şahid2 tanışı Şahid1 alacağı ilk mənzilə görə eyni şərtlərlə razılaşdıqları 1800 manat pul vəsaitini 2019-cu ilin iyun-iyul aylarında şəxsən hissə-hissə Bakı şəhəri, Xətai rayonu, Neapol dairəsinin yaxınlığında Şahid2 alıb, həmin pul vəsaitlərini qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2la aralarında bölərək şəxsi ehtiyaclarına xərcləməklə, qulluq mövqeyindən istifadə etməklə sonuncu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma və etibardan sui-istifadə yolu ilə Şahid2 məxsus cəmi 5300 (beş min üç yüz) manat məbləğində pul vəsaitini ona vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla ələ keçirərək dələduzluq etmiş, Təqsirləndirilən şəxs2la qabaqcadan əlbir olan bir qrup şəxs qismində vəzifəli şəxslərə xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid2 xeyrinə edəcəkləri hərəkətlərə görə birbaşa yolla özləri vasitəsilə maddi nemət olun pul vəsaitinin rüşvət qismində verilməsinə sonuncunu təhrik etmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə yolu ilə özgə əmlakını dələduzluq yolu ilə ələ keçirmək məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edib tanışı Şahid1, özünün işlədiyi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin xətti ilə güya dövlət tərəfindən Bakı şəhəri, Yasamal rayonu ərazisində güya tikilərək güzəştli kredit şərtləri ilə satılan sosial mənzillərdən evlə təmin edilməsində köməklik göstərilməsinə dair 2019-cu ilin aprel ayında özünə müraciəti ilə əlaqədar 2019cu ilin may, iyun, iyul və avqust aylarında Təqsirləndirilən şəxs2la birlikdə, eyni zamanda, təklikdə Şahid1la ünvan 3 və General Şıxlinski küçələrində görüşləri zamanı sonuncuya işlədiyi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyində yüksək vəzifələrdə işləyən şəxslərlə guya yaxın əlaqələrinin olmasını, həmçinin tanışı Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşı kimi guya mənzillərin alqı-satqı işləri ilə məşğul olduğunu, işlədiyi həmin Nazirliyin əlaqələrindən istifadə edərək Şahid1 ilkin ödəniş qiyməti 3500 manat olmaqla, 20 il ərzində aylıq 178-220 manat arası ediləcək güzəştli kredit ödənişləri ilə satılan dövlət tərəfindən FHN xətti ilə tikilmiş sosial evlərdən 3 otaqdan ibarət, sahəsi 84 m2 təşkil edən yeddi ədəd mənzillə təmin ediləcəyini yalandan vəd verib, qeyd edilən məsələnin müsbət həlli üçün yaxın münasibətdə olduqları həmin Nazirliklərin səlahiyyətli vəzifəli şəxslərinə xidməti vəzifələrinin (səlahiyyətinin) icrası ilə əlaqədar Şahid1 xeyrinə edəcəkləri hərəkətlərə görə birbaşa yolla özləri vasitəsilə maddi nemət olan pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını özləri barədə formalaşdırdıqları inam və etibardan sui-istifadə edərək bildirib, Şahid1 razılığını almaqla onunla sövdələşərək, həmin adla 2019-cu ilin may-avqust ayları ərzində ayrı-ayrı vaxtlarda Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi və Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsində Şahid1 sonuncunu inandırmaq üçün adına mənzili aldığı şəxslərin şəxsiyyət vəsiqələrinin sürətlərini, ailə tərkibi haqqında və yaşayış yerindən arayışları, habelə 3 ədəd mənzilə görə 8700 (səkkiz min yeddi yüz) manat məbləğində pul vəsaiti, habelə qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2 vasitəsi ilə Bakı şəhəri, Xətai rayonu, General Şixlinksi küçəsində daha dörd ədəd mənzilə görə adına mənzili aldığı şəxslərin şəxsiyyət vəsiqələrinin sürətlərini, ailə tərkibi haqqında və yaşayış yerindən arayışları, həmçinin 7940 (yeddi min doqquz yüz qırx) manat məbləğində pul vəsaitini alıb, həmin pul vəsaitlərini qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2la aralarında bölərək şəxsi ehtiyaclarına xərcləməklə, qulluq mövqeyindən istifadə etməklə sonuncu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma və etibardan sui-istifadə yolu ilə Şahid1 məxsus cəmi 16640 (on altı min altı yüz qırx) manat məbləğində pul vəsaitini ona xeyli miqdarda ziyan vurmaqla vahid niyyətlə ələ keçirib təkrarən dələduzluq etmiş, təkrarən, Təqsirləndirilən şəxs2la qabaqcadan əlbir olan bir qrup şəxs qismində vəzifəli şəxslərə xidməti vəzifələrinin icrası ilə əlaqədar Şahid1 xeyrinə edəcəkləri hərəkətə görə birbaşa yolla özləri vasitəsilə maddi nemət olun pul vəsaitinin rüşvət qismində verilməsinə sonuncunu təhrik etmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə yolu ilə özgə əmlakını dələduzluq yolu ilə ələ keçirmək məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edib özgə əmlakını ələ keçirmək məqsədilə tanışı Şahid3 Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin xətti ilə güya dövlət tərəfindən Bakı şəhəri, Yasamal rayonu ərazisində tikilərək güzəştli kredit şərtləri ilə satılan sosial mənzillərdən evlə təmin edilməsində köməklik göstərilməsinə dair 2019-cu ilin oktyabr ayında özünə müraciəti ilə əlaqədar 13 oktyabr 2019-cu il tarixdə Bakı şəhəri, Sabunçu rayonu ərazisində yerləşən “Heydər Əliyev” adına parkda Şahid3 və sonuncunun qohumu Şahid4la görüş zamanı işlədiyi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyində yüksək vəzifələrdə işləyən şəxslərlə guya yaxın əlaqələrinin olmasını, həmçinin tanışı Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşı kimi guya mənzillərin alqı-satqı işləri ilə məşğul olduğunu, işlədiyi həmin Nazirliyin əlaqələrindən istifadə edərək Şahid3 ilkin ödəniş qiyməti 3500 manat olmaqla, 20 il ərzində aylıq 178-220 manat arası ediləcək güzəştli kredit ödənişləri ilə satılan dövlət tərəfindən FHN xətti ilə tikilmiş sosial evlərdən 3 otaqdan ibarət, sahəsi 84 m2 təşkil edən 1 ədəd mənzillə təmin ediləcəyini yalandan vəd edib, qeyd edilən məsələnin müsbət həlli üçün yaxın münasibətdə olduqları Fövqəladə Hallar Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyətli vəzifəli şəxslərinə xidməti vəzifələrinin (səlahiyyətinin) icrası ilə əlaqədar Şahid3 xeyrinə edəcəkləri hərəkətə görə birbaşa yolla özləri vasitəsilə maddi nemət olan pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını özləri barədə formalaşdırdıqları inam və etibardan sui-istifadə edərək bildirib, qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2la birlikdə Şahid3 razılığını almaqla onunla sövdələşərək, həmin adla 13 oktyabr 2019-cu ildə Bakı şəhəri, Sabunçu rayonu ərazisində yerləşən “Heydər Əliyev” adına parkda şəxsən Şahid4 iştirakı ilə Şahid3la görüşərək sonuncunu inandırmaq üçün şəxsiyyət vəsiqəsinin sürətini, ailə tərkibi haqqında və yaşayış yerindən arayışları, habelə 3500 (üç min beş yüz) manat məbləğində pul vəsaitini alıb həmin pulu qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2la aralarında bölərək şəxsi ehtiyaclarına xərcləməklə, qulluq mövqeyindən istifadə etməklə sonuncu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma və etibardan sui-istifadə yolu ilə Şahid3 məxsus 3500 (üç min beş yüz) manat məbləğində pul vəsaitini ələ keçirib təkrarən dələduzluq etmiş, təkrarən, Təqsirləndirilən şəxs2la qabaqcadan əlbir olan bir qrup şəxs qismində vəzifəli şəxslərə xidməti vəzifələrinin icrası ilə əlaqədar Şahid3 xeyrinə edəcəkləri hərəkətə görə birbaşa yolla özləri vasitəsilə maddi nemət olun pul vəsaitinin rüşvət qismində verilməsinə sonuncunu təhrik etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-nin 178.2.1,178.2.2 və 178.2.4., 32.4, 312.2-ci maddələri ilə elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, iş üzrə digər Təqsirləndirilən şəxs1 2006-cı il tarixdən tanıyır və hal-hazırki vaxta qədər onunla dostluq münasibətlərini davam etdirirlər. Təqsirləndirilən şəxs1 Fövqəladə Hallar Nazirliyinin X23 Xidmətinin Azərbaycan Dövlət Neft Şirkətinin obyektləri üzrə Yanğından mühafizə idarəsinin 55 nömrəli Yanğından mühafizə hissəsinin yanğınsöndürmə növbəsinin rəisi vəzifəsində işləmişdir. 2019-cu ilin təxminən aprel ayında Bəxtiyarla olan görüşləri zamanı yalandan ona demişdir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində işləyən tanışı vardır, lakin həmin şəxsin adını və ya hansı vəzifədə işləməsi barədə Bəxtiyara bir söz deməmişdir. Çünki həqiqətdə onun belə bir tanışı olmamış və o zaman Bəxtiyara yalan danışmışdır. Həmçinin Bəxtiyara demişdir ki, həmin tanışının vasitəsi ilə işlədiyi FHN xətti ilə tikilmiş sosial evlərdən güzəştli kredit şərtləri ilə mənzillər almaq mümkündür. Belə mənzillərin ilkin ödəniş qiymətinin 1500 manat olmaqla, üç otaqdan ibarət olmaqla 84 kv. metr sahəsi olmasını, yerdə qalan məbləğin isə 20 il ərzində aylıq 178-220 manat çivarında ödənişlər əsasında ödənilməli olmasını demişdir. Bu barədə Bəxtiyara deməklə fikirləşmişdir ki, bəlkə Bəxtiyarın mənzil almaq istəyən tanışları ola bilər və beləcə həmin şəxsləri bu işə cəlb edib Bəxtiyara da pul verər və özü də pul qazana bilər. Bəxtiyar isə ona inanaraq demişdir ki, maraqlanacaq və əgər bu şərtlərlə mənzil almaq istəyən olsa, ona xəbər edəcəkdir. Həmin söhətdən bir neçə gün sonra Bəxtiyarla görüşdükdə sonuncu ona demişdir ki, Etimat Əlirzayev adlı bir şəxs var, həmin adam mənzil almaq istəyir və həmin şəxslə görüşmək lazımdır. O, buna razılıq vermiş və Təqsirləndirilən şəxs1la birlikdə Şahid2lə 2019-cu ilin may ayında Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Sədərək Ticarət Mərkəzi”ndə Şahid2 məxsus mağazada görüşmüşlər. Orada o, Etimada yalandan belə bir mənzillərin olmasını və mənzilin ilkin ödəniş qiymətinin 3500 manat olmasını demişdir. Həmin söhbətdən sonra Etimad 3500 manat pulu Bəxtiyara vermiş, Bəxtiyar isə həmin məbləğdə pulu sayıb Etimadın yanında ona vermişdir. Etimada demişlər ki, yaxın beş-altı ay ərzində o, belə bir mənzillə təmin ediləcəkdir. Etimad isə əvvəlcədən istədikləri sənədləri, yəni öz şəxsiyyət vəsiqəsinin sürətini, ailə tərkibi haqqında və yaşayış yerindən arayışları ona vermişdir. Bundan sonra Bəxtiyarla birlikdə Şahid1 adlı şəxsin yanına getmişlər. Bəxtiyar ona demişdir ki, Etimadı onunla Ceyhun tanış etmişdir. Ceyhun da Etimadı onlarla tanış etdiyi üçün onlardan 1500 manat pul istəmişdir. Buna görə də Şahid1la həmin gün Bakı şəhəri, Xətai rayonu, «Neapol» küçəsində görüşmüşlər. Bəxtiyar Ceyhuna demişdir ki, Etimadla görüşmüşlər, narahat olmasın və sonuncunu mənzillə təmin ediləcəkdir. Bundan sonra 1500 manat pulu sayıb Ceyhuna vermişlər. Qalan puldan 250 manat pulu o, Təqsirləndirilən şəxs1 vermiş, yerdə qalan 1750 manat pulu isə özünə götürərək şəxsi ehtiyaclarına xərcləmişdir. Əslində isə onun özünün Şahid2 belə bir mənzillə təmin etmək imkanı olmamışdır. Lakin, bu barədə dostu Təqsirləndirilən şəxs1 və həmçinin Şahid1 məlumatı olmamış, onlar güzəştli şərtlərlə satılan belə mənzillərin olmasına inanmışlar. Bundan bir neçə gün sonra dostu Təqsirləndirilən şəxs1 Şahid1 da özü üçün sosial mənzillər almaq istədiyini ona demişdir. Həmçinin demişdir ki, Ceyhun əvvəlcədən pul vermir və bildirir ki, iş tam alınsın və bundan sonra ödəniş pullarını verəcəkdir. O da dostu Bəxtiyarın xahişlərindən sonra buna razılıq vermiş və ilkin ödəniş kimi Şahid1 hər bir mənzil üçün 1500 manat pul alacağını bildirmişdir. 2019-cu ilin may-iyul aylarında Bəxtiyarla Bakı şəhəri «Qara Qarayev» metrostansiyasının yaxınlığında görüşdükləri vaxt Bəxtiyar ona Ceyhunun üç qohumunun sənədlərini, yəni Şahid1 arvadının qardaşları Şahid7 və Şahid8, həmçinin Ceyhunun dostu Şahid6 adlı şəxslərin sənədlərini, yəni onların şəxsiyyət vəsiqələrinin sürətlərini, ailə tərkibi haqqında arayışları və yaşayış yerindən arayışları ona təqdim etmişdir. Daha sonra Şahid1 özü də həmin vaxtlarda Bakı şəhəri, «Qara Qarayev» metrostansiyasının yaxınlığında onunla görüşərək əlavə olaraq iki nəfər şəxsin, yəni Ceyhunun dostu İlqarın qohumu Leyla Cəbrayılova və Ceyhunun bibisi qızı Fərqanə Hacıyeva adlı qadınların da sənədlərini ona vermişdir. Həmin görüş zamanı Ceyhun ondan xahiş etmişdir ki, öz qızı üçün o, öz adına mənzil alsın. O, buna razılıq verərək, Ceyhuna vəd etdiyi mənzillərin onlara yaxın zamanda veriləcəyini bildirmişdir. Onu da bildirmək istəyir ki, Ceyhuna vəd etdiyi həmin altı ədəd mənzillə bağlı onun özü və yaxud dostu X19 hər-hansı məbləğdə pul almamışlar. Bundan sonrakı dövrdə, yəni 2019cu ilin dekabr ayına qədər o, Ceyhunla, Etimadla, eləcə də Bəxtiyarla arada görüşüb söhbət etmiş, həmin söhbətlər vaxtı Ceyhun və Etimad mənzillərin nə vaxt veriləcəyi ilə bağlı maraqlanmışlar. Onun özü və dostu Bəxtiyar isə onlara bir qədər səbrli olmalarını, mənzillə yaxın zamanda təmin ediləcəklərini söz vermişlər. Lakin, onu da bildirmək istəyir ki, dostu Bəxtiyardan fərqli olaraq, onun özü həmin şəxslərin heç biri belə bir mənzillə təmin edilmiyəcəyini qabaqcadan bilmişdir. Həmin ərəfədə, yəni 2019-cu ilin oktyabr ayının əvvəllərində Bəxtiyarla növbəti görüş zamanı sonuncu ona demişdir ki, Yadigar adlı bir şəxs vardır və həmin adam da mənzil almaq istəyir. O da demişdir ki, problem yoxdur, ilkin ödəniş kimi 1500 manat yox, 3500 manat qəbul edər. Bəxtiyar onun bu təklifi ilə razılaşmışdır. Bundan bir neçə gündən sonra o, Bakı şəhəri «Qara Qarayev» metrostansiyasının yaxınlığında Bəxtiyarla görüşmüş və Bəxtiyar ona Yadigarın sənədlərini və 3500 manat pul vermişdir. O, həmin sənədləri qəbul etmiş və həmin 3500 manat puldan 750 manat pulu Bəxtiyara vermiş, qalan pulu isə öz şəxsi ehtiyacları üçün xərcləmişdir. Onu da bildirmək istəyir ki, onun özü Yadigarın üzünü belə görməmiş və həmin şəxslə telefon danışığı da olmamışdır. Bir müddət sonra, yəni 2020-ci ilin əvvəllərindən etibarən Ceyhun, Etimad mütəmadi olaraq onunla öz istifadəsində olan ***- ***-**-** telefon nömrəsi ilə əlaqə saxlayaraq onlara vəd etdiyi mənzilləri tələb etmişlər. O isə hər dəfə onlara yalandan demişdir ki, səbrli olsunlar, mənzillə təmin ediləcəklər. O zaman Ceyhunla öz arasında olan telefon danışıqları zamanı Ceyhun ona demişdir ki, adlarına mənzil aldığı qohumlarının yanında onunla telefonda danışan zaman ona dediklərini, yəni darıxmamasını üç-beş günə mənzil məsələsinin düzələcəyini bildirməsini xahiş etmişdir. Buna görə də o, çıxılmaz vəziyyətdə qaldığına görə, Ceyhunla telefonda danışan zaman bir neçə dəfə belə formada onunla danışmışdır. Bundan sonra 11 mart 2020-ci il tarixdə Ceyhun onunla Xətai rayonunda onun “Mercedes” markalı avtomobilində görüşmüşdür. Həmin görüş zamanı Etimad da onların yanlarında olmuşdur. Etimadla yenə də mənzil söhbəti barədə soruşmuş, o isə yenə biraz gözləməsini xahiş etmişdir. Etimadla söhbət qurtardıqdan sonra sonuncu maşından düşüb kənarda gəzməyə başlamışdır. Ceyhun isə ona demişdir ki, Etimad onu pul verdiyinə görə onu yaman sıxır. Həmçinin iki nəfər də əlavə adam olmasını və həmin şəxslərin də onu sıxdıqlarını demişdir. O, Ceyhundan nə məsələ olduğunu soruşduqda, Ceyhun həmin iki nəfər şəxsə də mənzil veriləcəyini dediyini və onlardan pul aldığını ona bildirmişdir. O isə Ceyhuna öz iradlarını bildirərək, nə səbəbə bu barədə ona bildirmədiyini soruşmuş və bundan xəbərsiz olmasını demişdir. Elə həmin vaxt onun özü əvvəllər tanımadığı Asim adlı bir şəxs yaxınlaşaraq onun avtomobilində oturmuşdur. Maşına oturan kimi həmin Asim adlı şəxs özünü Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı kimi təqdim etmiş və ondan pullarını verməsini tələb etmişdir. O isə Asimə onu tanımadığını və ona pul vermədiyini bildirmişdir. Daha sonra isə onadan pulu kimə verdiyini soruşmuş, Asim isə demişdir ki, 7000 manat pulu Ceyhuna vermişdir. O isə ona demişdir ki, pulu kimə veribsə, pulunu həmin şəxsdən alsın. Həmçinin Asimə Ceyhunla onun arasında olmuş həmin məsələ barədə məlumatı olmadığını bildirmişdir. Bundan sonra Asim onun yanında Ceyhundan pulunu tələb etmiş, Ceyhun isə bu baradə sonra söhbət etməklərini Asimə demişdir. Bundan sonra Asim onun maşınından düşüb çıxıb getmişdir. Ceyhun isə ona yalvararaq demişdir ki, bu məsələdən kiminsə xəbəri olmasın və özü bu məsələni yoluna qoyacaqdır. Bundan br neçə gün sonra o, dostu Bəxtiyarla görüşərək Ceyhunun onun başına belə bir oyun gətirdiyini ona bildirmişdir. X7 kimlərlə oturub durmasını soruşmuşdur. Bəxtiyar isə İlqar adlı bir tanışının olmasını və həmin şəxsin Ceyhunla münasibətlərinin olduğunu demişdir. Bundan sonra Bəxtiyar onun yanında həmin İlqar adlı şəxslə zəng etmiş və telefon söhbəti zamanı X31 bir neçə sosial mənzil üçün otuz doqquz min manat pul verdiyini demişdir. Bəxtiyar isə demişdir ki, həmin otuz doqquz min manat puldan onların xəbərləri yoxdur. Bundan sonra onlar başa düşmüşlər ki, Ceyhun onların xəbəri olmadan həmin adamları aldadıb mənzil almaq adıyla onlardan özü pul almışdır. Həmin İqar adlı şəxslə olan söhbətdən sonra Şahid1 ona və Bəxtiyara qarşı münasibətini tamam dəyişmişdir. Belə hesab edir ki, buna səbəb İlqarın və digər şəxslərin Ceyhundan öz pullarını tələb etməsi olmuşdur. Belə ki, bundan sonra Şahid1 onlara hədə-qorxu gələrək müxtəlif məbləğlərdə onlardan pul tələb etməyə başlamışdır. Belə ki, Şahid1 əvvəllər onlardan 24000 manat, sonralar isə 16500 manat pul tələb etməyə başlamışdır. Onları özü və həmçinin Asimin vasitəsi ilə hədələmişdir. Onu da bildirmək istəyir ki, Ceyhun kriminal aləmdə “Tayson” ləqəbi ilə tanınır. Onlar da bundan sonra Bakı Şəhər Baş Polis İdarəsinə, Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinə Ceyhun və Asim barəsində şikayət ərizələri ilə müraciət etmişlər. Bununla bağlı Xətai rayon Polis şöbəsində araşdırma aparılmış və onların izahatları alınmışdır. Lakin, həmin şəxslərin barəsində cinayət işinin başlanması rədd edilmişdir. Bundan bir neçə ay keçdikdən sonra Etimad onlardan 5300 manat pul tələb etmişdir. O isə Etimada ondan 5300 manat deyil, cəmi 3500 manat pul aldığını bildirmişdir. Etimad isə ona demişdir ki, əlavə olaraq 1800 manat pulu da Bəxtiyarla Ceyhuna vermişdir. O isə bunun ona aidiyyatı olmadığını dəfələrlə Etimada bildirmişdir. Daha sonra Etimad ona 3500 manat pulunu qaytarmasını, 1800 manat pulu isə özü Ceyhundan alacağını ona demişdir. Bundan sonra, yəni 2020-ci ilin sentyabr-oktyabr aylarında Bəxtiyarla birlikdə cəmi 2600 manat pulu Etimada vermişlər. Həmin puldan 300 manat pulu Bəxtiyar, qalan pulu isə onun özü Bəxtiyarın vasitəsi ilə Etimada çatdırmışdır. Qalan 900 manat pulu isə sonra ona verəcəyini demişdir. Bundan başqa 2020-ci ilin sentyabr ayında Şahid3 alınmış 3500 manat pulu, həmin puldan 750 manat Bəxtiyar ödəməklə, qalan pulu onun özü Yadigara ödəmişdir. Onu da bildirmək istəyir ki, o, öz isttifadəsində olan ***-***-**-** telefon nömrəsindən Şahid1 istifadəsində olan ***-***-**-** nömrəli telefon nömrəsinə 2020-ci ilin aprel ayında yazdığı sms mətnlərinin sürətlərini çıxardaraq istintaqa təqdim etmişdir. Həmin sms mətnlərin ilə də sübut olunur ki, Şahid1 nə ona, nə də Bəxtiyara almaq istədiyi altı ədəd mənzilə görə pul verməmişdir. Həmçinin Şahid10 Ceyhuna 7000 manat pul verib iki mənzil almaq istəməyindən də nə onun, nə də ki, Bəxtiyarın xəbəri olmamışdır. Eyni zamanda Ceyhun İlqar adlı şəxsdən nə onun, nə də Bəxtiyarın xəbəri olmadan aldığı 39000 manat pulun qarşılığında mənzillərlə təmin edəcəklərini yalandan İlqara bildirmişdir. Bütün bunları Ceyhun sms mətnlərində bildirmişdir. Bundan sonrakı dövrdə Ceyhun onun sms məktublarına və həmçinin telefon zənglərinə cavab verməmişdir. Onu da bildirmək istəyir ki, Şahid1 altı mənzillə bağlı onlara verdiyi sənədləri, yəni öz qohumlarının adlarına olan şəxsiyyət vəsiqələrinin sürətlərini, ailə tərkibi haqqında arayışları, yaşayış yerindən arayışları, həmçinin Şahid2 onlara təqdim etdiyi sənədləri o, istintqa təqdim etmişdir. Dostu Təqsirləndirilən şəxs1 FHN-də işləsə də, Şahid1, Şahid2, Şahid10 və Şahid3la görüşərək mənzil məsələsi ilə bağlı söhbət edən zaman bu mənzil işinin FHN-nin generalı Faiq Tağızadə və eləcə də digər yüksək vəzifəli şəxslər tərəfindən özünə həvalə edildiyini heç vaxt deməmişdir. Aralarında olmuş söhbətlər zamanı Bəxtiyar özü işlədiyi nazirliyin adını heç bir yerdə çəkməmişdir. Bəxtiyar onun yanında Ceyhunla və Etimadla bir neçə dəfə görüşmüş, lakin həmin vaxt da ancaq sosial evlər barədə söhətlər aparmışlar. Həmin məsələnin FHN-nin xətti ilə həll olunacağını heç vaxt nə o, nə də ki, Bəxtiyar həmin şəxslərə deməmişdir. Əslində isə, yuxarıda qeyd etdiyi kimi, sosial güzəştli mənzillər ala biləcəyini onun özü yalandan Bəxtiyara demiş, sonuncu isə ona inanaraq bundan sonra həmin şəxslərlə əlaqə qurmuşdur. Həmin şəxslərdən alınmış olan sənədlərdə təqdim ediləcək ünvan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi qeyd edilmişdir. Yəni, FHN-nin adı qeyd edilməmişdir. Beləliklə, o, dostu Təqsirləndirilən şəxs1la birlikdə Şahid2 2019-cu ilin may ayında Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Sədərək Ticarət Mərkəzi”ndə Şahid2 məxsus mağazada sosial mənzil alması üçün ilkin ödəniş kimi cəmi 3500 manat pul almışlar. Pulu onun özü götürmüş, sonra isə həmin puldan 1500 manat pulu Şahid1 vermiş, 250 manat pulu Təqsirləndirilən şəxs1 vermiş, qalan 1750 manat pul isə onun özünə çatmışdır. Ceyhunun Bayramov öz qohumlarına sosial mənzil almaq üçün lazım olan sənədlərin bir hissəsini Bəxtiyarın vasitəsəi ilə, bir hissəsini isə ona verməklə, cəmi altı nəfər şəxsin adına sosial mənzil alınmasını ondan xahiş etmişdir. Lakin, bununla bağlı Şahid1 onun özünə və yaxud Bəxtiyara hər-hansı məbləğdə pul verməmişdir. Bundan başqa 2019-cu ilin oktyabr ayında Bəxtiyar ona öz tanışı Şahid3 adlı şəxsə sosial mənzil almaq üçün lazım olan sənədləri və həmin şəxsdən aldığı 3500 manat pulu ona vermişdir. Həmin puldan 750 manat pulu o, Bəxtiyara vermiş, qalan pul isə onun özünə çatmışdır. Bundan başqa özü şəxsən və ya Bəxtiyarın vasitəsi ilə başqa adamlardan hər-hansı məbəlğdə pul almamışdır.Təqsirləndirilən şəxs1la birlikdə Şahid2lə 2019-cu ilin may ayının əvvəllərində Bakı şəhəri, Nizami rayonu, «Neftçilər» metrosunun yaxınlığında deyil, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Sədərək Ticarət Mərkəzi”ndə Şahid2 məxsus mağazada görüşərək cəmi 3500 manat pul götürmüşlər. Həmin vaxt Etimad 1800 manat pulu əlavə olaraq Ceyhunun adından nə ona, nə də ki Bəxtiyara verməmişdir. Bu barədə Şahid2 dediklərini təsdiq etmir. Ceyhun və Bəxtiyar 1800 manatı həmin görüşdən müəyyən vaxt sonra Şahid2 özləri götürmüş və o zaman bu barədə onun özünün məlumatı olmamışdır. Bu barədə ona Etimad ondan 3500 manat deyil, 5300 manat pul tələb edəndə məlum olmuşdur. Şahid2 dəymiş maddi ziyanın aradan qaldırılması üçün 2020-ci ilin sentyabr-oktyabr aylarında o, 2600 manat pulu Bəxtiyara vermiş, sonuncu da həmin pulu Etimada çatdırmışdır. O, özünü Şahid2 və yaxud başqa şəxslərə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşı kimi təqdim etməmişdir və bu barədə Etimadın dediklərini təsdiq etmir. Ceyhun Baryamovdan şəxsən özü və ya Bəxtiyarın vasitəsi ilə o, yeddi nəfər şəxsin yox, cəmi altı nəfər şəxsə aid mənzil almıq üçün lazım olan sənədləri götürülmüşdür. Bir daha bildirir ki, Şahid1 həmin altı nəfər şəxsə alınmalı olan altı mənzillə bağlı nə ona, nə də Bəxtiyara hər-hansı məbləğdə pul verməmişdir. Əksinə, onlar Şahid1 Etimadın mənzili üçün ödədiyi 3500 manat puldan 1500 manat pulu bu işdə vasitəçi olduğuna görə Ceyhunun özünə vermişlər. Şahid10 nə ona, nə də ki, Təqsirləndirilən şəxs1 hər hansı bir məbləğdə pul verməmiş və sonuncu onlarla mənzillə bağlı söhbət aparmamışdır. Asimin deməsindən sonra ona məlum olmuşdur ki, 7000 manat pulu Asimdən Şahid1 özü almışdır. Onun Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində işləyən hər-hansı bir tanışı yoxdur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində işləyən tanışının olması barədə o, dostu Təqsirləndirilən şəxs1 yalandan demişdir. O zaman maddi vəziyyəti ağır olduğuna görə o, məcburiyyət qarşısında qalaraq dostu Təqsirləndirilən şəxs1, həmçinin onun vasitəsi ilə tanış olduğu Şahid2 və Şahid1 güzəştli şərtlərlə sosial mənzil almaq üçün köməklik edə biləcəyini demişdir. O, Şahid2, Şahid1 və yaxud başqa şəxslərə güzəştli şərtlərlə sosial mənzil almaq kiməsə rüşvət kimi pul vermək lazım olmasını heç vaxt deməmiş və bu adla pul almamışdır. O, həmin şəxslərə bel bir mənzil alınmasında köməklik edə biləcəyini bildirmiş və pulu bu adla almışdır. Tutduğu həmin əmələ görə peşmandır. Bir daha bildirir ki, o, güzəştli şərtlərlə mənzil mənzil almaq üçün hər hansı bir vəzifəli şəxsə rüşvət kimi pul vermək lazım olmasını heç vaxt deməmiş və buna görə də özünü Cinayət Məcəlləsinin 32.4, 312.2-ci maddəsi ilə təqsirli hesab etmir. Güzəştli şərtlərlə mənzil alınmasında köməklik edəcəyi adı ilə onları aldadaraq Şahid2 və Şahid3 dostu Təqsirləndirilən şəxs1 vasitəsi ilə qeyd etdiyi məbləğlərdə pul alması ilə bağlı törətdiyi əməllərə görə peşmançılıq çəkir. Onu da bildirmək istəyir ki, güzəştli şərtlərlə mənzil almaq adı ilə Şahid2 və Şahid3 aldıqları pulları tam olaraq onlara qaytarmışlar. Həmçinin Şahid1la aralarında olan narazıçılıqları aradan qaldıraraq onunla da barışmışlar. Ailə vəziyyətini nəzərə alaraq barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan ədalətli qərar qəbul olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4 və 32.4,312.2-ci maddələri ilə elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, 2000-2020-ci illər ərzində Fövqəladə Hallar Nazirliyinin X23 Xidmətində çalışmış, son illər isə Dövlət Neft Şirkətinin obyektləri üzrə Yanğından mühafizə idarəsinin 55 nömrəli Yanğından mühafizə hissəsinin yanğınsöndürmə növbəsinin rəisi vəzifəsi olmuş və rütbəcə isə daxili xidmət mayoru olmuşdur. 2020-ci ilin may ayında isə əmək stajına görə təqaüdə çıxmışdır. İş üzrə digər Təqsirləndirilən şəxs2 uzun müddətdir ki, tanıyır və onunla dostdurlar. İş üzrə şahid kimi keçən şəxslərdən Şahid1 da uzun müddətdir ki, tanıyır və onunla da dostluq etmişdir və hal-hazırda da münasibətləri yaxşıdır. Şahid2, Şahid10 və Şahid3 isə Şahid1 vasitəsi ilə tanımış və həmin şəxslərlə də aralarında heç bir ədavət düşmənçilik yoxdur. Ona qarşı irəli sürülmüş ittihamla bağlı bildirmək istəyir ki, 2019-cu ilin təxminən aprel ayında Təqsirləndirilən şəxs2la görüşləri zamanı söhbət əsnasında Calal ona demişdir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi xətti ilə tikilmiş sosial evlərdən güzəştli kredit şərtləri ilə mənzillər almaq mümkündür. Calal ona bildirmişdir ki, həmin mənzillərin ilkin ödəniş qiyməti 1500 manat olmaqla, üç otaqdan ibarətdir və 84 kv. metr sahəsi vardır. Belə bir mənzilin ümumi qiymətini Calal ona dəqiq deməsə də, mənzilin dəyərinin 20 il ərzində aylıq 178-220 manat arası ediləcək ödənişlər əsasında ödənilməli olmasını ona demişdir. Həmçinin Calal ona demişdir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində işləyən tanışı vardır. Həmin şəxsin adını, vəzifəsini ona deməsə də, Calal həmin tanış vasitəsi ilə mənzil məsələsinin qeyd edilən şərtlərlə həll edildiyini bildirmişdir. Calal ona demişdir ki, ətrafında bu şərtlərlə mənzil almaq istəyən olsa ona xəbər etsin. Həmçinin təklif etmişdir ki, mənzil almaq istəyən şəxslərə ilkin ödənişi 1500 manat deyil, biraz yuxarı məbləğdə deyərək özləri üçün də zəhmət haqqı kimi pul qazansınlar. O da Calalın dediklərinə inanaraq, belə bir mənzil almaq istəyən olsa, ona xəbər edəcəyini demişdir. Bundan bir neçə gün sonra dostu Şahid1la 2019-cu ilin aprel ayında görüşən zaman ona demişdir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi xətti ilə sosial güzəştli kredit şərtləri ilə hazır mənzillər satılır. Mənzilin alınması şərtlərini izah edərək demişdir ki, mənzillərin ilkin ödəniş qiyməti 1500 manatdır, üç otaqdan ibarətdir, 84 m2 sahəsi vardır, yerdə qalan mənzilin məbləği isə 20 il ərzində aylıq 178-220 manat arası ediləcək ödənişlər əsasında ödəniləcəkdir. Ceyhun bunun sərəfəli olmasını bildirərək, ona demişdir ki, həm özü üçün, həm də yaxın adamları üçün belə mənzil alacaqdır. Eyni zamanda demişdir ki, mənzil almağa cəlb edəcəyi şəxslərə görə onun özünə 1500 manat pul verməlidir. O da Ceyhunun təklifi ilə razılaşmışdır. Ceyhun mənzil almaq istəyən şəxslərə ilkin ödənişin 3500 manat olduğunu deyəcəyini demişdir. Bundan bir neçə gün sonra Ceyhun onunla görüşərək demişdir ki, Şahid2 adlı dostu vardır, mənzillə maraqlanır və şərtləri ona izah etmişdir və həmin adam mənzil almağa razıdır. Həmçinin demişdir ki, Etimad «Sədərək» ticarət mərkəzində işləyir, iş yerinə gedib onunla bu barədə söhbət etsinlər. O isə bu barədə Calala demiş və 2019-cu ilin may ayında Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Sədərək Ticarət Mərkəzi”ndə Etimada məxsus pərdə mağazasında birlikdə onunla görüşmüşlər. Orada ona da belə bir mənzillərlə bağlı məlumat vermişlər. Həmçinin yalandan mənzilin ilkin ödəniş qiymətinin 3500 manat olduğunu bildirmişlər. Bundan sonra Etimad 3500 manat pulu ona vermiş, o isə həmin pulu qəbul edib Etimadın yanında Calala vermişdir. Söhbət zamanı Etimada mənzilin beş-altı ay ərzində veriləcəyini bildirmişlər. Etimad əvvəlcədən istənilən sənədləri, yəni şəxsiyyət vəsiqəsinin sürətini, ailə tərkibi haqqında arayışı, yaşayış yerindən arayışı Calala vermişdir. Bundan sonra Calalla birlikdə Şahid1 yanına getmişlər. Onu da bildirmək istəyir ki, Etimadla görüşməzdən əvvəl o, Calala izah etmişdir ki, Etimadı onlara Ceyhun tanış etmişdir və bu işdə vasitəçilik etdiyi üçün Ceyhun ondan 1500 manat pul istəmişdir. Buna görə də elə həmin gün Calalla birlikdə Şahid1la Bakı şəhəri, Xətai rayonu, «Neapol» dairəsində görüşmüşlər. Söhbət zamanı o, Ceyhuna Etimadla görüşdüklərini və sonuncunun mənzillə təmin ediləcəyini bildirmişdir. Bundan sonra isə bu işdə vasitəçilik etdiyinə görə onlar 1500 manat pulu sayıb Ceyhuna vermişlər. Onu da bildirmək istəyir ki, Etimad verdiyi həmin puldan 250 manat pulu onun özü götürmüş, yerdə qalan 1750 manat pulu isə Calal özünə götürmüşdür. Həmçinin Calal ona demişdir ki, qalan puldan 250 manat özünə çatacaqdır, qalan 1500 manat pulu isə nazirlikdə işləyən tanışına mənzil işinin həll edilməsi üçün verəcəkdir. Bu söhbətdən təxminən bir-iki ay sonra Ceyhunla görüşən zaman sonuncu ona maddi çətinlikləri olduğuna görə Etimadla danışıb ondan əlavə ödəniş adıyla 1800 manat pul alacağını və həmin pulu Etimaddan götürüb ona verməsini ondan xahiş etmişdir. Həmçinin Ceyhun bunun əvəzində ona jest edəcəyini, yəni ona əvvəllər verdiyi borc pulun yığılmış faizindən 400 manat siləcəyini demişdir. O da Ceyhunun Etimadı aldadacağını bilə-bilə buna razılıq vermişdir. Bundan bir neçə gün sonra Etimad özü onunla görüşərək, Ceyhunun da mənzil almaq istədiyini, lakin maddi durumu yaxşı olmadığı üçün onun əvəzinə 1800 manat pulu ödəniş kimi ona çatdırmasını ondan xahiş etdiyini, qalan 1700 manat pulu isə Ceyhunun özü verəcəyini ona bildirmişdir. Həmin söhbətdən sonra Etimad cəmi 1800 manat pulu hissə-hissə olmaqla 2019-cu ilin iyun-iyul aylarında Xətai rayonu, «Neapol» dairəsi yaxınlığında ona vermişdir. O, isə həmin 1800 manat pulu Ceyhuna vermiş, Ceyhun isə bunun əvəzində onun faiz borcundan 400 manat silmişdir. Etimadın mənzil alması məsələsini həl olunacağını bildirdikləri həmin ərəfədə Ceyhun ona demişdir ki, özü üçün və həmçinin öz qohumları və öz qızı üçün də mənzil almaq istəyir. Həmçinin Ceyhun ona maddi imkanı olmadığına görə əvvəlcədən tam ödəniş edə bilmədiyini, lakin həmin iş tam alındıqdan sonra ilkin ödəniş pullarını verəcəyini ona demişdir. O da bu barədə Calala demiş və sonuncu da razılaşmışdır. Ceyhun onun dostu olduğu üçün Calal ona demişdir ki, Ceyhundan ilkin ödəniş kimi hər bir mənzil üçün 1500 manat pul alacaqdır. Bundan sonra, yəni 2019-cu ilin ortalarında o, Şahid1la Bakı şəhəri, Xətai rayonunda müxtəlif yerlərdə görüşmüşlər. Həmin görüşləri zamanı Ceyhun üç qohumunun sənədlərini, yəni öz həyat yoldaşının qardaşları Şahid7 və Şahid8, həmçinin dostu Şahid6 sənədlərini, yəni həmin şəxslərin adlarına olan şəxsiyyət vəsiqələrinin sürətlərini, ailə tərkibi haqqında arayışları, yaşayış yerindən arayışları ona təqdim etmişdir. O da öz növbəsində Calala Bakı şəhəri, Nizami rayonu «Qara Qarayev» metrostansiyasının yaxınlığında görüşərək həmin sənədləri ona vermişdir. Daha sonra Ceyhun özü də onun iştirakı olmadan Calalla Bakı şəhəri «Qara Qarayev» metrostansiyasının yaxınlığında görüşərək, sonuncudan iki nəfər şəxsin adına, yəni Ceyhunun dostu olan İlqarın qohumu Leyla Cəbrayılova və Ceyhunun bibisi qızı Fərqanə Hacıyevanın adına da bu kimi sənədlərini qəbul etmişdir. Həmçinin Ceyhun ondan xahiş etmişdir ki, qızı üçün də Calal öz adına da mənzil alsın və Calal buna razılıq vermişdir. Beləliklə, Calal Ceyhuna həmin altı nəfər şəxsin adına mənzillər yaxın zamanlarda veriləcəyini demişdir. Onu da bildirmək istəyir ki, həmin altı mənzillə bağlı nə o, nə də Calal Ceyhundan ilkin ödəniş kimi hər-hansı məbləğdə pul almamışlar. 2019-cu ilin dekabr ayına qədər Ceyhunla, Etimadla, eləcə də Calalla görüşüb mənzillərlə bağlı söhbət aparmışlar. Onun özü də o zaman Calalın sözlərinə inandığına görə onun özü və həmçinin Calal da həmin şəxslərə səbrli olmalarını, mənzillə yaxın zamanda təmin ediləcəklərini söz vermişlər. Həmin ərəfədə, 2019-cu ilin oktyabr ayının əvvəllərində dostu Şahid4la Bakı şəhərində görüşən zaman söhbət əsnasında həmin mənzillər barədə ona da məlumat vermişdir. Yasin də demişdir ki, özünün maddi imkanı yoxdur, amma qohumlarında kim bu şərtlərlə mənzil almaq istəsə, ona xəbər verəcəkdir. Bu görüşdən sonra, yəni 13 oktyabr 2019-cu il tarixdə Bakı şəhəri, Sabunçu rayonu ərazisində “Heydər Əliyev” adına parkda Yasinlə və sonuncunun əmisi oğlu Şahid3la görüşmüş və sonuncuya da mənzillə bağlı şərtləri izah etmişdir. Ona İlkin ödənişin 3500 manat olduğunu demiş və Yadigar razılaşmışdır. O zaman Yadigar lazım olan sənədləri və həmçinin 3500 manat pulu ona təqdim etmiş və o, mənzilin 2019-cu ilin dekabr ayına kimi veriləcəyini demişdir. Daha sonra isə o, «Qara Qarayev» metrostansiyasının yaxınlığında Calalla görüşərək Yadigarın sənədlərini və 3500 manat pulu da ona vermişdir. Calal sənədləri qəbul edərək həmin 3500 manat puldan 750 manat pulu ona vermiş, qalan pulu isə özünə götürərək mənzil işini həll edəcəyini demişdir. 2020-ci ilin əvvəllərindən etibarən Ceyhun, Etimad mütəmadi olaraq onunla istifadəsində olan ***-***-**-**, ***-***-**-** telefon nömrələri ilə əlaqə saxlayaraq mənzillərini tələb etmişlər, o isə həmin şəxslərə səbrli olmalarını, Calalla birlikdə mənzil məsələsini həll edəcəklərini, mənzillə təmin olunacaqlarını demişdir. Bundan bir müddət sonra, yəni 2020-ci ilin mart ayında Calal onunla görüşən zaman sonuncu ona Ceyhunun başqa adamlardan pul aldığını ona bildirmişdir. Belə ki, Calal ona bildirmişdir ki, 2020-ci ilin mart ayının 11-də Xətai rayonunda özünə məxsus “Mercedes” markalı avtomobilində Ceyhun və Etimad ilə görüşüb söhbət edən zaman, onlarla yenə də mənzillə bağlı söhbətini aparmış, o isə onlara biraz gözləməsini xahiş etmişdir. Calal ona bildirmişdir ki, Etimadla söhbət qurtardıqdan sonra Ceyhun ona Etimadın onu ona pul verdiyinə görə onu sıxdığını, həmçinin iki nəfər əlavə adamın da onu sıxdıqlarını ona bildirmişdir. Calal isə nə məsələ olduğunu soruşanda, Ceyhunun həmin iki nəfər şəxsə də mənzil veriləcəyini deyərək həmin adamlardan da pul aldığını ona eğtiraf etdiyini bildirmişdir. Həmçinin Calal bununla bağl Ceyhuna öz etirazını bildirərək nə səbəbə bu barədə ona demədiyini və bundan xəbəri olmadığını dediyini bildirmişdir. Həmçinin Calal ona demişdir ki, Ceyhunla söhbət edən zaman Asim adlı şəxs yaxınlaşaraq onun avtomobilinə əyləşmiş və özünü Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin əməkdaşı kimi təqdim etmiş və sonra ondan pullarını verməsini tələb etmişdir. Calal isə həmin şəxsi tanımadığını bildirərək Asimdən pulu kimə verdiyini soruşmuş, Asim isə demişdir ki, 7000 manat pulu Ceyhuna vermişdir. Calal da cavab olaraq pulunu Ceyhundan da almasını, Ceyhunun isə həmin məsələni özü yoluna qoyacağını ona dediyini bildirmişdir. Bu söhbəti Calal ona danışdıqdan sonra ondan xhiş etmişdir ki, Etimad və Asimdən başqa Ceyhunun ətrafında olan adam varsa, həmin adamla danışsınlar. O da Calala İlqar adlı dostu olmasını və həmin şəxslə danışa bilcəyini demişdir. Belə ki, Ceyhunun onlardan xəbərsi Asimdən 7000 manat pul almasını bildikdən sonra Ceyhundan şübhələnməyə başlamışdır. Həmin vaxt o, tanışı İlqar adlı şəxslə telefon əlaqəsi saxlamış və telefon söhbəti zamanı İlqar ona demişdir ki, Ceyhuna bir neçə sosial mənzilin alınması üçün onun özü də 39000 manat pul vermişdir. O isə İlqara həmin 39000 manat puldan onların xəbəri olmadığını bildirmişdir. Bundan sonra onlar başa düşmüşlər ki, Ceyhun onların xəbəri olmadan başqa adamları aldadıb mənzil adıyla xeyli məbləğdə pullar almışdır. Onu da bildirmək istəyir ki, tanışı İlqarla olan həmin söhbətindən sonra Şahid1 ona və Calala qarşı olan münasibətini tamam dəyişmişdir. Bundan sonra Ceyhun onlara hədə-qorxu gələrək müxtəlif məbləğlərdə onlardan pul istəməyə başlamışdır. Belə ki, Ceyhun əvvəllər 24000 manat, sonralar isə 16500 manat pul istəməyə başlamışdır. Onları özü və həmçinin Asimin vasitəsi ilə də hədələmişdir. Onu da bildirmək istəyir ki, Ceyhun kriminal aləmdə “Tayson” ləqəbi ilə tanınır. Onlar da bundan sonra Bakı Şəhər Baş Polis İdarəsinə, Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinə Ceyhun və Asimin barəsində şikayət ərizələri ilə müraciət etmişlər. Bununla bağlı Xətai rayon Polis şöbəsində araşdırma aparılmış, onların izahatları alınmış, lakin sonra cinayət işinin başlanması rədd edilmişdir. Bundan bir neçə ay sonra isə Etimad onlardan 5300 manat pulunu tələb etmişdir. Bununlda bağlı Calal ona demişdir ki, Etimad ondan aldıqları 3500 manat deyil, daha çox, yəni 5300 manat pul istəyir. O isə Calala demişdir ki, əlavə 1800 manat pulu Ceyhunla birlikdə Etimaddan almışlar və həmin məsələdən, yəni əlavə pul almaqlarından onun, yəni Calalın xəbəri olmamışdır. Bunu Etimada da başa saldıqdan sonra Etimad Calaldan 3500 manat pulu istəməyə başlamışdır. Ona görə də 2020-ci ilin sentyabr-oktyabr aylarında Calalla birləşərək cəmi 2600 manat pulu, həmin puldan 300 manat pulu onun özü, qalanını isə Calal Etimada qaytarmış və Calala cəmi 900 manat borclu qalmışlar. Onu da bildirmək istəyir ki, Etimaddan əlavə aldıqları 1800 manat pul son nəticədə Ceyhuna çatdığı üçün o, Etmada həmin pulu Ceyhunun qaytarmalı olmasını demiş, Etimad isə Ceyhun pulu qaytarmadığı üçün qalan 1800 manat pulu onun özü qaytarmalı olmasını bildirmişdir. Onu da bildirmək istəyir ki, 2020-ci ilin sentyabr ayında da Şahid3 aldıqları 3500 manat pulu, həmin puldan 750 manat ona çatmasına baxmayaraq, Calal özü Yadigara tam ödəmişdir. Belələliklə, dostu Təqsirləndirilən şəxs2 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində işləyən tanışı vasitəsi ilə sosial evlərdən güzəştli kredit şərtləri ilə mənzillər almaq mümkün olmasını ona bildirdiyinə görə o, qeyd etdiyi şəxlərdən Calalla birlikdə pul alınmasına iştirak etmiş və alınmış pulların bir hissəsi ona çatmışdır. Onu da bildirmək istəyir ki, Şahid1 onlardan əsassız olaraq tələb etdiyi pulu qismən ödəmişlər, qalan şəxslərdən aldıqları pulları isə tam olaraq onlara ödəmişlər. Dostu Təqsirləndirilən şəxs2 sözlərinə inanaraq həmin məsələlərlə bağlı söhbətlərdə, həmçinin pulun alınıb-verilməsində iştirak etdiyinə görə peşmançılıq çəkir. Onun özü həmin dövrdə FHN-də işləsə də, tanışları Şahid1, Şahid2, Şahid10 və Şahid3la görüşərək mənzil məsələsi ilə bağlı söhbət edən zaman həmin mənzil işinin FHN-nin generalı Faiq Tağızadə və eləcə də digər yüksək vəzifəli şəxslər tərəfindən ona həvalə edildiyini heç vaxt deməmişdir. Bu barədə həmin şəxslərin dediklərini təsdiq etmir. Qeyd etdiyi kimi, bu kimi sosial güzəştli mənzil işi olmasını Təqsirləndirilən şəxs2 özu ona demiş və o, sonuncunun dediklərinə inanaraq, sonra həmin dost-tanışları ilə əlaqə qurmuşdur. Həmin şəxslərdən onlar tərəfindən alınmış sənədlərdə veriləcək ünvan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi qeyd edilmişdir, yəni FHN-nin adı qeyd edilməmişdir. Təqsirləndirilən şəxs2la birlikdə Şahid2lə 2019-cu ilin may ayının əvvəllərində Bakı şəhəri, Nizami rayonu, «Neftçilər» metrostansiyasının yaxınlığında deyil, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Sədərək» ticarət mərkəzində Etimada məxsus pərdə mağazasında onunla görüşərək 3500 manat pulu və lazım olan sənədləri onun özü qəbul etmişdir. Həmin görüş vaxtı Etimad əlavə olaraq 1800 manat pulu öz adından, yaxud Ceyhunun adından nə ona, nə də ki, Calala verməmişdir. Bu barədə Etimadın dediklərini təsdiq etmir. Yuxarıda qeyd etdiyi kimi, həmin görüşdən təxminən bir-iki ay sonra o, 1800 manat pulu Ceyhunun xahişi ilə Etimaddan qəbul etmiş, sonra isə həmin pulu Ceyhuna vermişdir. Onun yanında Calal özünü Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşı kimi heç vaxt təqdim etməmişdir. Yuxarıda qeyd etdiyi kimi Etimadın mənzili üçün ödədiyi 3500 manat puldan 1500 manat pul vasitəçi olduğuna görə o zaman Ceyhuna vermişlər. Şahid10 nə ona, nə də Təqsirləndirilən şəxs2 7000 manat, eləcə də hər hansı bir məbləğdə pul verməmişdir. Bir daha bildirir ki, o zaman dostu Təqsirləndirilən şəxs2 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində işləyən bir tanışı tanışı olmasını və həmin şəxsin vasitəsi ilə sosial evlərdən güzəştli kredit şərtləri ilə mənzillər almaq mümkün olmasını ona bildirdiyinə görə o, yuxarıda qeyd etdiyi tanışlarından Calalla birlikdə pul alınmasına iştirak etmişdir və buna görə peşmançılıq çəkir. O, Şahid2, Şahid1 və yaxud başqa şəxslərə güzəştli şərtlərlə sosial mənzil almaq üçün kiməsə rüşvət kimi pul vermək lazım olmasını heç vaxt deməmiş və bu adla onlardan heç vaxt pul almamışdır. Bir daha bildirir ki, o, güzəştli şərtlərlə mənzil mənzil almaq üçün heç bir kəsə kiməsə rüşvət vermək lazım olmasını heç vaxt deməmiş və buna görə də özünü Cinayət Məcəlləsinin 32.4,312.2-ci maddəsi ilə ümumiyyətlə təqsirli hesab etmir. Həmçinin onun kimisə aldadaraq pulunu ələ keçirmək niyyəti olmamış və bu barədə onunla Təqsirləndirilən şəxs2 arasında heç bir razılaşma olmamışdır. Onun özü də əvvəldər Təqsirləndirilən şəxs2 sosial evlər alınmasında köməklik edə biləcəyinə inanaraq, onu qeyd etdiyi şəxslərlə tanış etmiş və pulların alınmasında iştirak etmişdir. Bununla bağlı törətdiyi əməllərə görə peşmançılıq çəkir. Ailə vəziyyətini nəzərə alaraq barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan ədalətli qərar qəbul olunmasını məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 yuxarıda qeyd olunan cinayət əməlləini törətməkdə təqsirli olmaları, onların işin faktiki hallarına uyğun olmaqla mahiyyəti üzrə qismən etirafedici ifadələri ilə yanaşı, məhkəmədə tədqiq olunmuş şahid ifadələri, maddi sübut, ekspertiza rəyi və digər iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, iş üzrə Təqsirləndirilən şəxs1 2018-ci ilin yay aylarından tanıyır. Həmin vaxtdan Bəxtiyarla mehriban münasibətləri yaranmış və bu münasibətlər hətta ailəvi dostluq münasibətlərinə çevrilmişdir və hal-hazırda da münasibətləri yaxşıdır. Bəxtiyarla tanış olan zaman sonuncu Fövqəladə Hallar Nazirliyinin X23 Xidmətinin Azərbaycan Dövlət Neft Şirkətinin obyektləri üzrə Yanğından mühafizə idarəsinin 55 nömrəli Yanğından mühafizə hissəsinin yanğınsöndürmə növbəsinin rəisi vəzifəsində işləmişdir. 2019-cu ilin aprel ayında Təqsirləndirilən şəxs1la dostu Şahid10 ilə birlikdə görüşən zaman söhbət əsnasında Bəxtiyar onlara bildirmişdir ki, FHN-nin xətti ilə evlərin güzəştli şərtlərlə əldə edilməsi mümkündür. Onlar da şərtlərlə maraqlananda Bəxtiyar demişdir ki, FHN-nin xətti ilə dövlət tərəfindən tikilmiş hazır mənzillərin ilkin qiyməti 3500 manatdır, 3 otaqdan ibarətdir, 84 m2 sahəsi vardır, yerdə qalan məbləğ isə 20 il ərzində aylıq 178-220 manat arası olacaq ödənişlər əsasında ödəniləcəkdir. Həmçinin demişdir ki, FHN-nin generalı Faiq Tağızadə və digər başqa yüksək rütbəli şəxslərlə yaxın əlaqələri vardır və FHN-nin xətti ilə mənzillərin satılması işlərinin tanıdığı həmin vəzifəli şəxslər tərəfindən onun özünə həvalə edilmişdir. Həmçinin qeyd etmişdir ki, bu işlərdə DİN-də çalışan qardaşı Ruslan Cəfərov da ona yaxından köməklik göstərir. Bundan başqa Bəxtiyar güzəştli şərtlərlə satılan həmin mənzillərin alqı-satqı işlərini öz dostu olan Təqsirləndirilən şəxs2 adlı şəxsin həyata keçirdiyini onlara bildirmişdir. O və Asim Bəxtiyara bu barədə fikirləşib xəbər edəcəklərini bildirmişlər. Onlar bundan sonra Bəxtiyarın mənzillər barədə dediklərini düşünmüş, hətta digər dostları Şahid2 da FHN-nin xətti ilə tikilmiş evlərin güzəştli şərtlərlə satılması barədə məlumat vermişlər. Beləcə, sonda hər üçü Bəxtiyarın onlara dediyi şərtlərlə mənzil almaq qərarına gəlmişlər. Bundan sonra Şahid2 2019-cu ilin may ayının əvvəllərində Bakı şəhəri, Nizami rayonu, Neftçilər metrosunun yaxınlığında Təqsirləndirilən şəxs1 və sonuncunun dostu Təqsirləndirilən şəxs2la görüşərək mənzil almaq istədiyini demiş və ilkin olaraq 3500 manat pulu həmin şəxslərə vermişdir. Onun özüdə belə mənzil almaq istəmiş, lakin həmin vaxt ilkin ödəniş üçün lazım olan 3500 manat pul tam olaraq əlində olmadığı üçün, dostu Etimaddan xahiş etmişdir ki, Bəxtiyarla görüşüb onun əvəzindən 1800 manat pul verərək ödəniş etsin, yerdə qalan 1700 manat pulu isə özü Bəxtiyarla görüşəndə verəcəkdir. Ona görə də Etimad Bəxtiyar və Calalla görüşən zaman onun əvəzindən 1800 manat pul da əlavə olaraq vermiş və bu barədə sonra ona bildirmişdir. Yəni həmin vaxt Etimad cəmi 5300 manat pulu Bəxtiyar və Calala vermişdir. Görüş zamanı Bəxtiyar Etimada demişdir ki, 4-5 ay ərzində FHN-nin xətti ilə tikilən sosial evlərdən mənzilə sahib olacaqdır. Bundan bir neçə vaxt sonra, təxminən 2019-cu ilin iyun ayının əvvəllərində Bəxtiyarla ünvan 3 ünvanda bir kafedə görüşmüş, alacağı mənzil üçün 1700 manat pulu ona vermişdir. Eyni zamanda ondan istədiyi sənədləri, yəni şəxsiyyət vəsiqəsinin sürətini, ailə tərkibi haqqında arayışı, yaşayış yerindən arayışı da Bəxtiyara vermişdir. Bəxtiyar isə bir daha demişdir ki, yaxın dörd ay ərzində mənzillər onlara təhvil veriləcəkdir. O, da Bəxtiyara tam olaraq inandığı üçün başqa bir söhbət etməmişdir. Daha sonra o, qərara gəlmişdir ki, daha altı mənzili Bəxtiyarın dediyi şərtlərlə əldə etsin. Çünki bu ona sərf etmişdir. Buna görə də Bəxtiyarla 2019-cu ilin təxminən iyun və ya iyul ayında ünvan 3 ünvanda Təqsirləndirilən şəxs2 “Mercedes C klass” markalı avtomobilində görüşərək 3500 manat pulu ona vermişdir. Maşında ondan başqa Bəxtiyar da olmuşdur. Bundan 2-3 gün sonra isə Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsində, evinin yaxınlığında ayaqüstü Bəxtiyarla görüşərək qeyd etdiyi sənədləri və növbəti üçüncü evin ilkin ödəniş pulunu, yəni 3500 manat pulu da ona vermişdir. Daha sonra iyun-iyul-avqust aylarında o, daha dörd evin ilkin ödəniş pulunu, yəni cəmi 8140 manat pulu nağd şəkildə hissə-hissə olmaqla, yəni 3000 manat bir dəfə, 2000 manat bir dəfə, 1500 manat bir dəfə, 1640 manat da bir dəfə ona vermiş, həmin pullar verilən zaman 200 manat pulu Calal onun özünə qaytarmışdır. Sonra ödədiyi həmin pulları Bakı şəhəri, Xətai rayonu, general Şıxnlinski küçəsində Təqsirləndirilən şəxs2la təklikdə görüşərək nağd şəkildə ona vermişdir. Belə ki, son dörd evin ilkin ödənişində Calal ona 3500 manatdan aşağı qiymətlərə ilkin ödənişə razılaşmışdır. Ona görə də ona cəmi 7940 manat pul vermişdir. Beləliklə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ümumilikdə o, 16640 manat pulu FHN xətti ilə dövlət tərəfindən tikiləcək sosial evlərdən mənzil almaq məqsədi ilə vermişdir. Bundan başqa o, qeyd etdiyi kimi Şahid2 vasitəsi ilə Bəxtiyara 1800 manat pul vermişdir. Həmin pullla bağlı Etimadla razlaşmışdır ki, Etimad özü öz pulu kimi Bəxtiyardan tələb etsin. Buna görə də Bəxtiyar Etimadı cəmi 5300 manat ziyana salmışdır. Həmin proseslər gedən vaxtı, yəni iyul ayında dostu Şahid10 da ona qeyd edilən güzəştli mənzillərdən alması üçün 7000 manat pul verərək xahiş etmişdir ki, adına iki ev yazılsın. O zaman belə qərara gəlmişdir ki, aldığı evlərin ikisini Asimə versin. Buna görə də həmin 7000 manat pulu özündə saxlamışdır. Həmçinin Bəxtiyara sonradan məlumat vermişdir ki, ona yazılan yeddi mənzildən ikisi Asimin adına yazılsın. Bundan başqa həmin ərəfədə dostu Şahid3 da onların belə mənzillər alması ilə maraqlanaraq əmisi oğlu Yasin vasitəsi ilə Bəxtiyarla görüşüb tanış olmuş və bir mənzil üçün ilkin ödəniş kimi 3500 manat pulu Bəxtiyara vermişdir. Onu da bildirmək istəyir ki, Etimad, Yadigar və Asim onun yaxın dostlarıdır və həmin şəxslər Təqsirləndirilən şəxs1la onun vasitəsi ilə tanış olmuşlar. X26 vasitəsi ilə Bəxtiyarı tanımışdır. Onların dördünə də veriləcək mənzillərin sahəsi 84 m.2 olmaqla, 3 otaqlı mənzillər nəzərdə tutulmuşdur. Həmin mənzillərlə bağlı, eləcə də ilkin etdiyi ödənişlərlə bağlı Təqsirləndirilən şəxs1 tərəfindən onlara hər hansı bir sənəd verilməmişdir. Həmin danışıqlardan dörd-beş ay keçmiş, lakin vəd olunmuş mənzillər onlara verilməmişdir. Buna görə də onlar Bəxtiyar və Calalla 2019-cu ilin dekabr ayında görüşüb mənzilləri dəfələrlə tələb etmişlər. Bəxtiyar və Calal isə hər dəfə müxtəlif bəhanələr gətirərək onları aldatmışlar və vaxt uzatmışlar. Onu da bildirmək istəyir ki, onun özü, eləcə də Yadigar, Etimad, Asim dəfələrlə Bəxtiyarın istifadəsində olan ***-***-**-**, ***-***-**-** saylı telefon nömrələri, Calalla da onun istiadəsində olan ***-***-**-** saylı telefon nömrələri ilə telefon danışıqları apararaq mənzillərin verilməsini tələb etmişlər. Lakin, həmin telefon danışıqları zamanı da onların hər ikisi müxtəlif bəhanələrlə vaxt uzadaraq biraz gözləmələrini xahiş etmişlər. Uzun müddət gözlədikdən sonra onlar mənzilləri yox, özü pullarını geri tələb etmişlər. Bundan sonra da onlar yenə də bir necə ay ərzində gözləmişlər. Sonra isə başa düşmüşlər ki, Bəxtiyar və Calal onları aldatmışlar və pullarını ələ keçirdib öz istədikləri kimi xərcləmişlər. Belə ki, sonradan onlara məlum olmuşdur ki, dövlət tərəfindən FHN-nin xətti ilə güzəştli şərtlərlə mənzillərin satışı nəzərdə tutulmamışdır. Buna görə də həmin şəxslər tərəfindən aldadıldıqlarını tam başa düşərək, 2019-cu ilin may ayında FHN-nə şikayət ərizəsi ilə müraciət etmişlər. Daha sonra isə bu barədə onun özü və Yadigar Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin «161» nömrəli qaynar xətt əlaqə mərkəzinə məlumat vermişlər. Orada bununla bağlı araşdırma aparılaraq onların izahatları alınmışdır. Sonra isə, Bəxtiyarın barəsində cinayət işi başlanmışdır. Onu da bildtirmək istəyir ki, Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** telefon nömrəsindən onun telefonuna “WhatsApp” proqramı vasitəsi ilə mənzil məsələsi ilə bağlı ona danışdığı səsləri göndərmiş və o, həmin səs yazılarını istintiaqa təqdim etmişdir. Həmin səs yazılarında Təqsirləndirilən şəxs1 ondan həmin pulları aldıqları təsdiq olunur. Belələiklə, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 onu və tanışlarını aldadaraq onlara güzəştli şərtlərlə məzil veriləcəyi adı ilə onların yuxarıda qeyd etdiyi məbləğlərdə olan pullarını ələ keçirmişlər. Onun özü və yaxud Şahid10 özlərini DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları kimi təqdim etməmişlər və bu barədə Calalın və Bəxtiyarın dedikləri tam yalandır. Onlar həmin şəxslərə heç vaxt hədə-qorxu gəlməmişlər. Təqsirləndirilən şəxs1 Şahid2 mənzillə bağlı aldığı pulu qaytarıbqaytarmadığını dəqiq bilmir. Lakin, Bəxtiyar ona pul qaytarmamış və Etimaddan aldığı puldan ona pul verməmişdir. Bu barədə Bəxtiyarın dediklərini təsdiq etmir. Bir daha bildirir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ona FHN-nin xətti ilə dövlət tərəfindən tikilmiş üç otaqlı mənzillərlə təmin edəcəklərini ilkin ödəniş qiymətinin 3500 manat olmasını, mənzilin qalan dəyərini isə 20 il ərzində aylıq 178-220 manat civarında olmasını demişlər. Həmçinin həmin şəxslər FHN-də yüksək vəzifədə işləyən şəxslərlə yaxın əlaqələri olmasını və həmin məsələni bu kimi şəxslərin vasitəsi ilə həll edəcəklərini bildirmişlər. Aralarında olan söhbətlər zamanı Təqsirləndirilən şəxs2 FHN-nin xətti ilə mənzillərin satılması işlərinin onun özünə həvalə olunduğunu bildirmişdir. O, Bəxtiyar və Calala cəmi yeddi mənzil üçün sənədləri və ilkin ödəniş pullarını vermişdir. Həmin sənədlərin içərisində öz qohumları ilə yanaşı dostu Şahid6 da sənədləri olmuşdur. Belə ki, İlqar özünə iki mənzil istəmiş və həmin mənzillərin birini öz adına, birini isə öz qohumu Leyla adlı qadının adına sənədləşdirilməsini xahiş etmişdir. Lakin, həmin mənzil məsələsi ilə bağlı İlqar ona pul verməmişdir. Həmin dövrdə İlqarın maddi vəziyyəti çətin olduğuna görə ona demişdir ki, mənzillərin ilkin ödənişini özü edəcəkdir. Belə ki, öz aralarında olan məsələlər ilə bağlı o zaman onun Şahid6 cəmi 39000 manat borcu olmuşdur. Lakin, İlqar həmin 39000 manat pulu mənzil məsələsinə görə ona verməmişdir. Sonrakı dövrdə o, İlqara olan borcunu ödəmişdir. Bir daha bildirir ki, aralarında olan söhbətlər vaxtı Təqsirləndirilən şəxs2 ona özünü Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşı kimi təqdim etmişdir. Təqsirləndirilən şəxs1 da Calalın dediklərini təsdiq edərək həmin mənzillərin sənədləşmə işlərini Calalın həyata keçirdiyini bildirmişdir. Lakin, sonradan ona məlum olmuşdur ki, Calal həmin nazirlikdə ümumiyyətlə işləməmiş və bu adla onu və dostlarını aldatmışdır. Yuxarıda qeyd etdiyi kimi almaq istədiyi həmin yeddi mənzili qohumlarının və dostlarının adına yazdırmışdır. Həmin şəxslərin sənədlərini alıb Bəxtiyar və Calala təqdim etmişdir. Həmin yeddi mənzildən bir mənzil öz arvadı Şahid5 adına, iki mənzili arvadının qardaşları Şahid7 və Şahid8 adına yazdırmışdır. Daha sonra belə qərara gəlmişdir ki, arvadının qardaşları üçün nəzərdə tutudğu iki mənzili dostu Şahid10 adına sənədləşdirsin. Həmçinin həmin mənzillərdən bir mənzili dostu Şahid6 adına, bir mənzil İlqarın qohumu Leyla Cəbrayılovanın adına, bir mənzil bibisi qızı Fərqanə Hacıyevanın adına və bir mənzil isə Təqsirləndirilən şəxs2 adına sənədləşdirməkdə öz qızı Firuzə üçün nəzərdə tutmuşdur. Lakin, son nəticədə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onu və qohumlarını aldadaraq onların pullarını mənimsəmiş və onlara heç bir mənzil verilməmişlər. Onu da bildirmək istəyir ki, hissə-hissə olmaqla hal-hazırki vaxta qədər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ona dəymiş maddi ziyanı tam olaraq ödəmişlər və onlarla barışmışdır. Buna görə də onlara qarşı heç bir şikayəti və maddi tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, iş üzrə Təqsirləndirilən şəxs1la 2019-cu ilin aprel ayında yaxın dostu Şahid1 vasitəsi ilə tanış olmuş və həmin vaxtdan sonra Bəxtiyarla münasibətləri yaranmışdır. Aralarında heç bir ədavət və düşmənçilik yoxdur. Digər Təqsirləndirilən şəxs2la isə 2019-cu ilin may ayında Təqsirləndirilən şəxs1 vasitəsi ilə tanış olmuşdur və onunla da aralarında heç bir ədavət, düşmənçilik yoxdur. Hadisə ilə bağlı bildirmək istəyir ki, 2019-cu ilin aprel ayında dostları Şahid1, Asim Namazov və Təqsirləndirilən şəxs1la görüşən zaman Bəxtiyar ona bildirmişdir ki, FHN-nin xətti ilə evlərin güzəştli şərtlərlə əldə edilməsi mümkündür. Həmçinin Bəxtiyar belə bir mənzillərin ilkin ödəniş qiymətinin 3500 manat olmaqla, üç otaqdan ibarət olması, 84 m2 sahəsi olduğu, qalan məbləğin isə 20 il ərzində aylıq 178- 220 manat arası ediləcək ödənişlər əsasında ödəniləcəyini onlara bildirmişdir. Söhbət vaxtı Bəxtiyar FHN-nin generalı Faiq Tağızadə və digər başqa yüksək rütbəli şəxslərlə yaxın əlaqələri olmasını, FHN-nin xətti ilə mənzillərin satılması işlərinin tanıdığı həmin vəzifəli şəxslər tərəfindən onun özünə həvalə edildiyini bildirmişdir. Daha sonra Bəxtiyar bu işlərdə DİN-də çalışan qardaşı Ruslan Cəfərovun da ona yaxından köməklik göstərdiyini, həmin mənzillərin alqı-satqı işlərini isə dostu Təqsirləndirilən şəxs2 həyata keçirdiyini bildirmişdir. O zaman özü də mənzil almaq istədiyinə görə o və dostları Bəxtiyarın təklif etdiyi şərtlərlə mənzil almaq qərarına gəlmişlər. Söhbətdə iştirak edən Ceyhun Bəxtiyarın telefon nömrəsini ona vermişdir. Bundan sonra o, 3 may 2019-cu il tarixdə Bakı şəhəri, Nizami rayonu, «Neftçilər» metrostansiyasının yaxınlığında Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2la görüşərək mənzil almaq istədiyini bir daha demiş, ilkin olaraq 3500 manat pulu Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 “Mercedes” markalı avtomobilində vermişdir. Eyni zamanda Bəxtiyarın istədiyi tələb olunan sənədləri, yəni şəxsiyyət vəsiqəsinin sürətini, ailə tərkibi haqqında arayışı, yaşayış yerindən arayışı da ona təqdim etmişdir. Bir daha Bəxtiyar mənzillə bağlı şərtləri ona Ceyhunun dediyi kimi söyləmiş və onu əmin etmişdir ki, yaxın beş-altı ay ərzində bir ədəd 3 otaqlı, 84 m2 sahəli mənzillə təmin ediləcəkdir. Dostu Şahid1 da mənzil almaq istəmiş, bir müddət sonra ilkin ödəniş üçün 3500 manat pulu tam olaraq əlində olmadığı üçün ondan xahiş etmişdir ki, Bəxtiyarla görüşüb əvəzindən 1800 manat pul verərək ödəniş etsin, yerdə qalan 1700 manat pulu özü Bəxtiyarla görüşəndə verəcəkdir. Buna görə də o, Bəxtiyara Ceyhunun əvəzindən 1800 manat pul vermişdir. Beləliklə, Bəxtiyar və Calala 5300 manat pul vermişdir. Bəxtiyar görüşləri zamanı ona demişdir ki, mənzillərin ilkin ödəniş pulu və sonradan ödəniləcək aylıq ödənişlər özünə və Calala çatmır, pullar FHNnin və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin adlarını, vəzifələrini ona demədiyi rəhbər şəxslərinə çatacaqdır. Aralarında olan söhbətlər zamanı Calal ona özünü Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşı kimi təqdim etmişdir. Bir müddət sonra Şahid1 deməsindən ona məlum olmuşdur ki, Şahid1 2019-cu ilin iyun-iyul aylarında Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2la Bakı şəhəri, Xətai rayonu ərazisində müxtəlif yerlərdə görüşərək yeddi mənzil almaq istədiyini demiş və həmin mənzillərin ilkin ödənişi kimi hissə-hissə şəkildə cəmi 16640 manat pulu həmin şəxslərə vermişdir. O zaman ona məlum olmuşdur ki, dostu Şahid10 da iki ev almaq üçün cəmi 7000 manat pulu Şahid1 vermiş, sonuncu isə iki mənzilin Asimin adına yazılmasını Bəxtiyardan xahiş etmişdir. Bundan başqa Ceyhun vasitəsi ilə tanıdığı Şahid3 deməsindən ona məlum olmuşdur ki, Yadigar öz əmisi oğlu Yasinin vasitəsi ilə Bəxtiyarla görüşüb tanış olmuş, bir mənzil üçün ilkin ödəniş kimi 3500 manat pulu Bəxtiyara vermişdir. Onu da bildirmək istəyir ki, həmin mənzillərlə bağlı, eləcə də ilkin etdikləri ödənişlərlə bağlı Təqsirləndirilən şəxs1 tərəfindən onlara hər hansı bir sənəd verilməmişdir. Danışdıqları vaxtdan dörd-beş ay keçmiş, lakin onların heç birinə mənzil verilməmişdir. Bəxtiyar və Calalla 2019-cu ilin dekabr ayında görüşüb mənzilləri dəfələrlə tələb etdikdə, hər ikisi müxtəlif bəhanələr gətirib onları aldatmışlar və beləcə vaxt uzatmışlar. Onun özü, eləcə də Yadigar, Ceyhun, Asim dəfələrlə Bəxtiyarla sonuncunun istifadəsində olan ***-***-**-**, ***-***-**-** saylı telefon nömrələri, Calalla da onun istiadəsində olan ***-***-**-** saylı telefon nömrələri üzrə onlarla danışaraq, vəd etdiyi mənzilləri tələb etmişlər. Lakin, Bəxtiyar və Calall hər dəfə müxtəlif bəhanələrlə vaxt uzadaraq biraz gözləmələrini xahiş etmiş və yalandan guya mənzillərin yaxın vaxtla onlara veriləcəyini demişlər. Buna görə də onun özü və dostları onlardan mənzillərə görə verdikləri pullarını geri tələb etmişlər. Bir necə ay da gözlədikdən sonra artıq 2020-ci ilin mart ayında tam başa düşmüşlər ki, Bəxtiyar və Calal onları aldatmışlar. Həmçinin o zaman onlara məlum olmuşdur ki, dövlət tərəfindən FHN-nin xətti ilə belə mənzillərin satışı nəzərdə tutulmamışdır. Ona görə də aldadıldıqlarını tam başa düşərək, 2019-cu ilin may ayında FHN-nə şikayət ərizəsi ilə müraciət etmişlər. Daha sonra isə bu barədə Ceyhun və Yadigar Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə məlumat vermişlər. Bununla bağlı araşdırma aparıldıqdan sonra Bəxtiyarın qanunsuz hərəkətləri ilə bağlı cinayət işi başlanmışdır. Qeyd etdiyi kimi, özü ödədiyi 3500 manat puldan başqa o, Ceyhunun əvəzinə Bəxtiyara 1800 manat pul vermiş və həmin pulla bağlı Ceyhunla aralarında razlaşmışlar ki, həmin 1800 manat pulu öz pulu kimi onun özü Bəxtiyardan tələb etsin. Buna görə də Bəxtiyar ona 3500 manat deyil, 5300 manat ziyan vurmuşdur. Onu da bildirmək istəyir ki, Təqsirləndirilən şəxs1 verdiyi cəmi 5300 manat puldan 2020-ci ilin sentyabr-oktyabr aylarında Bəxtiyar iki dəfəyə olmaqla 2600 manat pulu ona qaytarmış, qalan 2700 manat pulu isə o zaman ona borclu qalmışdır. Təqsirləndirilən şəxs1 ilə aralarında olmuş telefon danışıqlarının səs yazıları olan bir ədəd yaddaş kartını istintaqa təqdim etmişlər. Həmin səs yazılarında da Təqsirləndirilən şəxs1 ondan və dostlarından mənzil məsələsi ilə bağlı muxtəlif məbləğlərdə pullar aldığını etiraf etmişdir. Onu da bildirmək istəyir ki, hal-hazırki vaxta qədər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ona dəymiş maddi ziyanı tam olaraq ödəmişlər və onlarla barışmışdır. Buna görə də hal-hazırda onun Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı heç bir şikayəti və maddi tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid10 ifadəsində göstərdi ki, iş üzrə Təqsirləndirilən şəxs1la yaxın dostu Şahid1 vasitəsi ilə 2019-cu ilin yaz aylarında tanış olmuşdur. Həmin vaxtdan sonra Bəxtiyarla mehriban münasibətləri yaranmışdır və hal-hazırda da münasibətləri yaxşıdır. Digər Təqsirləndirilən şəxs2la da 2019-cu ilin yaz aylarında tanış olmuşdur və onunla da münasibətləri normaldır və aralarında heç bir ədavət və ya düşmənçilik yoxdur. Təqsirləndirilən şəxs1la tanış olan zaman sonuncunun deməsindən ona məlum olmuşdur ki, o, Fövqəladə Hallar Nazirliyinin X23 Xidmətinin Azərbaycan Dövlət Neft Şirkətinin obyektləri üzrə Yanğından mühafizə idarəsinin 55 nömrəli Yanğından mühafizə hissəsinin yanğınsöndürmə növbəsinin rəisi vəzifəsində işləyir. 2019-cu ilin aprel ayında Təqsirləndirilən şəxs1la öz dostu Şahid1 ilə birlikdə görüşən zaman söhbət əsnasında Bəxtiyar onlara bildirmişdir ki, FHN-nin xətti ilə evlərin güzəştli şərtlərlə əldə edilməsi mümkündür və tikilmiş hazır mənzillərin ilkin qiyməti 3500 manat olmaqla, üç otaqdan ibarətdir və 84 m2 sahəsi vardır. Onlara belə bir mənzilin dəqiq qiymətini deməsə də, mənzilin qalan dəyərinin 20 il ərzində aylıq 178-220 manat arası ediləcək ödənişlər əsasında ödənilməli olmasını onlara demişdir. Həmçinin bildirmişdir ki, FHN-də işləyən yüksək rütbəli şəxslərlə yaxın əlaqələri vardır, mənzillərin satılması işləri onlara həvalə edilmişdir və bu kimi mənzillərin alqı-satqı işlərini Təqsirləndirilən şəxs2 adlı dostu həyata keçirir. O isə bu barədə fikirləşib xəbər edəcəyini demişdir. Bundan sonra Bəxtiyarın onlara mənzillər barədə dediklərini dostu Şahid2 demiş və sonra onun özü, dostları Şahid1 və Etimad da Bəxtiyarın dediyi şərtlərlə mənzil almaq qərarına gəlmişlər. Bundan sonra ona məlum olmuşdur ki, Şahid2 2019-cu ilin may ayının əvvəllərində Bakı şəhəri, Nizami rayonu, «Neftçilər» metrostansiyasının yaxınlığında Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2la görüşərək mənzil almaq üçün ilkin olaraq 3500 manat pulu həmin şəxslərə vermişdir. Həmçinin Etimad ona Ceyhunun da adından Bəxtiyara 1800 manat pul verdiyini bildirmişdir. 2019-cu ilin təxminən iyun-iyul aylarında aralarında olan söhbət zamanı dostu Şahid1 ona güşətli şərtlərlə satılan yeddi mənzil üçün ilkin ödənişi kimi hissə-hissə olmaqla cəmi 16640 manat pulu Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 verdiyini ona bildirmişdir. Etimadın və Ceyhunun sosial evlər almasından həvəslənərək, 2019-cu ilin iyul ayında dostu Ceyhunla danışıb xahiş etmişdir ki, ona qeyd edilən güzəştli mənzillərdən alması üçün Bəxtiyarla danışsın, ona iki ev yazılsın. Sonradan Ceyhunun deməsindən ona məlum olmuşdur ki, Ceyhun Bəxtiyarla danışıb razılaşdıqdan sonra o, iki evin ilkin ödəniş pulunu, yəni 7000 manat pulu Ceyhuna vermişdir. Belə ki, o zaman onun özü Naxçıvan şəhərində olduğu üçün Ceyhunla telefon əlaqəsi saxlayaraq xahiş etmişdir ki, yaşadığı evinə gedib anası Şahid9 Calal qızından 7000 manat pulu götürüb həmin mənzil məsələsini həll etsin. Ceyhun da onların evinə gedərək onun anasından həmin məbləğdə pulu götürmüşdür. Bir müddət sonra Ceyhunun deməsindən ona məlum olmuşdur ki, Ceyhun ondan aldığı həmin 7000 manat pulu özündə saxlamışdır. Bununla bağlı Ceyhun ona Bəxtiyardan aldığı yeddi mənzildən iki mənzili onun adına yazmasını Bəxtiyardan xahiş etdiyini bildirmişdir. Həmin mənzillərin ilkin dəyəri ödənildiyinə görə o, buna etiraz etməmişdir. Sonra ona məlum olmuşdur ki, dostu Şahid3 da əmisi oğlu Yasinin vasitəsi ilə Bəxtiyarla görüşüb tanış olmuş, bir mənzil üçün ilkin ödəniş kimi 3500 manat pulu Bəxtiyara vermişdir. Onu da bildirmək istəyir ki, almaq istədikləri mənzillərlə bağlı, eləcə də ilkin etdikləri ödənişlərlə bağlı Təqsirləndirilən şəxs1 tərəfindən onun özünə və qeyd etdiyi dostlarına hər-hansı bir sənəd verilməmişdir. Lakin, həmin söhətdən uzun müddət keçməsinə baxamayaraq onların heç birinə hər-hansı bir mənzil verilməmişdir. Bununla bağlı onun özü 2019-cu ilin sonlarında Bakı şəhəri, Xətai rayonu ərazisində Ceyhunun yaşadığı evinin yaxınlığında dostları Ceyhun və Etimadla birlikdə Calalla görüşüb onun maşınında oturub söhbət edən zaman onlar mənzillərini Calaldan tələb etmişlər. Həmin söhbət zamanı Calal onun özündən pul almadığını, lakin Ceyhuna vəd etdiyi mənzilləri verəcəyini bildirmişdir. Bu qaydada bir necə ay da gözlədikdən sonra 2020-ci ilin mart ayında onlar Bəxtiyarın onları aldadaraq pulları ələ keçirdiyini başa düşmüşlər. Həmçinin o zaman onlara məlum olmuşdur ki, dövlət tərəfindən FHN-nin xətti ilə belə mənzillərin satışı nəzərdə tutulmamışdır. Bundan sonra dostları Ceyhun və Yadigar Bəxtiyarın onlara qarşı etdiyi həmin qanunsuz hərəkətləri barədə Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin “161” nömrəli qaynar xətt əlaqə mərkəzinə məlumat vermişlər. Bununla bağlı araşdırma aparılıb onların izahatları alındıqdan sonra bununla bağlı cinayət işi başlanmışdır. İş üzrə ibtidai istintaq zamanı da o, hadisənin yuxarıda qeyd etdiyi şəraitdə baş verdiyini bildirmişdir. Onu da bildirmək istəyir ki, hal-hazırki vaxta olan vəziyyətə ona dəymiş maddi ziyan tam olaraq ona ödənilmişdir. Buna görə də hal-hazırda onun özünün Təqsirləndirilən şəxs1 və yaxud Təqsirləndirilən şəxs2 qarşı heç bir şikayəti və maddi tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, iş üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və yaxud Cəlal Məmmədovla onun özünün heç bir münasibəti olmamışdır. Lakin, məlumatı vardır ki, həmin şəxslər onun qohumu Şahid1 və digər şəxsləri onlara mənzil veriləcəyi adı ilə aldadaraq pullarını almışlar. Bildirmək istəyir ki, Şahid1 qohumudur, yəni onun yeznəsidir. Belə ki, Şahid1 onun bacısı Şahid5 əridir. 2019-cu ilin iyul ayında Şahid1 onunla görüşən zaman demişdir ki, güzəştli kredit şərtləri ilə dövlət tərəfindən sosial mənzillərin satışı həyata keçirilir. Həmin mənzillərin ilkin ödəniş qiyməti 3500 manatdır, 3 otaqdan ibarətdir, 84 m2 sahəsi vardır, yerdə qalan mənzilin məbləği isə 20 il ərzində aylıq 178-220 manat arası ediləcək ödənişlər əsasında ödəniləcəkdir. Ceyhun bunları ona dedikdən sonra bu şərtlərlə mənzil almaq istədiyini bildirmiş və ona etibar etdiyi üçün mənzili özü sənədləşməsini ondan xahiş etmişdir. Yeznəsi Ceyhun buna etiraz etməmişdir. Bununla bağlı Ceyhun ona bildirmişdir ki, bunun üçün şəxsiyyət vəsiqəsinin sürəti, ailə tərkibi haqqında arayış və yaşayış yerindən arayış lazımdır. O da 12 iyul 2019-cu il tarixdə həmin arayışları alaraq şəxsiyyət vəsiqəsinin sürəti ilə birlikdə Ceyhuna aparıb vermişdir. Ceyhun da sənədləri ondan qəbul etmiş, söhbət əsnasında ona demişdir ki, ilkin ödəniş özü edəcəkdir, pulu və sənədləri dostu Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 adlı şəxslərə təqdim edəcəkdir. Bundan sonrakı dövrdə o, bu işlə maraqlanmamış və Ceyhundan heç nə soruşmamışdır. Lakin, 2020-ci ilin təxminən mart ayından sonra qohumu Ceyhunun deməsindən sonra ona məlum olmuşdur ki, həmin Bəxtiyar və Calal adlı şəxslər Ceyhunun pulunu ələ keçirdib heç bir mənzil verməmiş və beləcə onu aldatmışlar. Onu da bildirmək istəyir ki, yeznəsi Ceyhun ondan başqa bir neçə qohumun da adına, o cümlədən onun qardaşı Şahid8 də adına mənzil almaq istəmişdir. Bununla bağlı Ceyhunun lazım olan sənədləri və ödəniş pulunu da həmin şəxslərə təqdim etməsinə baxamayaraq, onlara da heç bir mənzil verilməmiş və Bəxtiyar və Calal həmin pullara da ələ keçirmişlər. Onu da bildtirmək istəyir ki, mənzil alınması ilə bağlı onun özü yeznəsi Ceyhuna pul verməmiş və həmçinin Ceyhun tərəfindən həmin şəxslərə pul verilən zaman onun özü iştirak etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, iş üzrə Təqsirləndirilən şəxs1la yaxın dostu Şahid1 və öz əmisi oğlu Şahid4 vasitəsi ilə 2019cu ilin yay aylarında tanış olmuş və həmin vaxtdan sonra onun Bəxtiyarla münasibətləri yaranmışdır. Aralarında heç bir ədavət və ya düşmənçilik yoxdur. Təqsirləndirilən şəxs1la tanış olan zaman sonuncu FHN-nin Azərbaycan Dövlət Neft Şirkətinin obyektləri üzrə Yanğından mühafizə idarəsinin 55 nömrəli Yanğından mühafizə hissəsinin yanğınsöndürmə növbəsinin rəisi vəzifəsində işlədiyini bildirmişdir. Bundan bir müddət sonra, yəni 2019-cu ilin oktyabr ayında öz əmisi oğlu Yasinlə birlikdə Təqsirləndirilən şəxs1la görüşən zaman sonuncu ona demişdir ki, FHN-nin xətti ilə evlərin güzəştli şərtlərlə əldə edilməsi mümkündür. Şərtlərlə maraqlananda Bəxtiyar demişdir ki, FHN-nin xətti ilə dövlət tərəfindən Bakı şəhəri, Yasamal rayonu ərazisində tikilmiş hazır mənzillərin ilkin qiyməti 3500 manatdır. Belə mənzil üç otaqdan ibarətdir, 84 m2 sahəsi vardır və mənzilə görə qalan məbləği 20 il ərzində aylıq 178-220 manat arası ediləcək ödənişlər əsasında ödənilməlidir. Həmçinin Bəxtiyar FHN-də işləyən yüksək rütbəli şəxslərlə yaxın əlaqələri olmasını, belə mənzillərin satılması işlərinin tanıdığı həmin vəzifəli şəxslər tərəfindən onun özünə həvalə edildiyini demişdir. Həmçinin Bəxtiyar həmin mənzillərin alqı-satqı işlərinin öz dostu Təqsirləndirilən şəxs2 adlı şəxsin həyata keçirdiyini bildirmişdir. Həmin söhbət zamanı Bəxtiyar həmin mənzillərin ilkin ödəniş pulu və sonradan ödəniləcək aylıq ödənişlərin onun özünə və yaxud dolstu Calala çatmadığını, həmin pulların FHN-nin və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin adlarını bildirmədiyi rəhbər şəxslərinə çatacağını demişdir. Bəxtiyar həmçinin bildirmişdir ki, onun tanışları olan Şahid1, Şahid2 və Şahid10 da belə mənzil almaq üçün ilkin ödənişlər etmişlər və yaxın zamanda onlar mənzillə təmin ediləcəklər. O isə Bəxtiyara bu barədə fikirləşib sonra ona xəbər edəcəyini demişdir. Bundan sonra o, həmin sərfəli şərtlərlə mənzil əldə etmək qərarına gəlmişdir. Buna görə də 13 oktyabr 2019-cu il tarixdə Bəxtiyarla Bakı şəhəri, Sabunçu rayonu ərazisində adını xatırlamadığı parkda görüşərək ilkin ödəniş kimi 3500 manat pulu əmisi oğlu Şahid4 yanında Bəxtiyara vermişdir. Bəxtiyar da 3500 manat pulu qəbul edərək 2019cu ilin dekabr ayına kimi onun mənzillə təmin ediləcəyinə söz vermişdir. O, bundan sonra dostu Ceyhunla əlaqə saxlayaraq onunla mənzillə bağlı söhbətlər etmişdir. Ceyhun da eynilə onun aldığı şətlərlə mənzillər aldığını ona demişdir. Belləiklə o, tam olaraq artıq Bəxtiyara inanmışdır. Onu da bildirməçk istəyir ki, həmin dövrdə o, Bəxtiyarla sonuncunun istifadəsində olan ***-***-**-**, ***-***-**-** saylı telefon nömrələri ilə telefon əlaqəsi saxlamış və Bəxtiyar ona 31 dekabr 2019-cu il tarixədək ona mənzil veriləcəyini demişdir. Lakin, həmin müddət bitdikdən sonra da ona heç bir mənzil verilməmişdir. Bununla bağlı Bəxtiyarla sonrakı vaxtlarda görüşüb mənzilini dəfələrlə tələb etdikdə, sonuncu hər dəfə müxtəlif bəhanələr gətirib onu aldatmış və beləcə vaxt uzatmışdır. Onu da bildirmək istəyir ki, həmin mənzillə bağlı, eləcə də ilkin etdiyi ödənişlə bağlı Təqsirləndirilən şəxs1 ona hər hansı bir sənəd verməmişdir. Bir neçə ay da gözlədikdən sonra 2020-ci ilin mart ayında o, tam başa düşmüşdür ki, Bəxtiyar onu aldatmışdır və buna görə də Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin “161” nömrəli qaynar xətt əlaqə mərkəzinə bu bardə məlumat vermişdir. Sonra bununla bağlı araşdırmalar aparılaraq cinayət işi başlanmışdır. İş üzrə istintaq zamanı o, hadisə necə olmuşdursa, yəni yuxarıda göstərdiklərini bildirmişdir. Onu da bildirmək istəyir ki, iş üzrə istintaq zamanı, yəni 2020-ci ilin sentyabr ayında Bəxtiyar onun mənzil üçün ona verdiyi 3500 manat pulunu ona tam qaytarmışdır. Buna görə də halhazırda onun Təqsirləndirilən şəxs1 və yaxud digər təqsirləndirilən şəxs Cəlal Məmmədova qarşı heç bir şikayəti və maddi tələbi yoxdur. Məhkəmə iclasında ifadəsi elan edilməklə iş üzrə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid4 Şahid3 ifadəsinə uyğun eyni məzmunlu ifadə verərək sonuncunun ifadəsində göstərdiyi xüsusatları ifadəsində tam təsdiq etmişdir. (cild 1, iş vər. 162-166). Məhkəmə iclasında ifadəsi elan edilməklə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, Şahid1 1998-ci il tarixdən tanıyır, həmin vaxtdan aralarında dostluq münasibətləri yaranmışdır. 2019-cu ilin təxminən yaz aylarında Şahid1la görüşləri zamanı sonuncu ona bildirmişdir ki, Fövqəladə Hallar Nazirliyinin xətti ilə tikilmiş sosial evlərdən güzəştli kredit şərtləri ilə mənzillər almaq, əldə etmək mümkündür, mənzillər üç otaqdan ibarətdir, 84 m2 sahəsi vardır, ilkin ödəniş 3500 manatdır, mənzilin məbləği isə 20 il ərzində aylıq 178-220 manat arası ediləcək ödənişlər əsasında ödəniləcəkdir. Daha sonra söhbət əsnasında Ceyhuna qeyd etmişdir ki, bu şərtlər onu qane edir, mənzil almaq istəyər, lakin hazırda maddi imkanı buna imkan vermir. Ceyhun da ona narahat olmamasını, onun əvəzindən ilkin ödənişi edəcəyini, daha sonra hesablaşacaqlarını demişdir. Həmçinin Ceyhun qeyd etmişdir ki, qeyd olunan mənzil işini FHN-də işləyən dostu Təqsirləndirilən şəxs1 və tanışı Təqsirləndirilən şəxs2 vasitəsi ilə həll edəcəkdir. Bələ olan halda iki mənzil almaq istədiyini bildirmiş, Ceyhun ilkin ödənişi özü onun adından Bəxtiyar və Calala edəcəyini demişdir. Bu mənzil söhbətindən əvvəl o, Ceyhuna aralarında qurduqları işə görə 39.000 manat pul borc olaraq vermişdir. Ona görə də maddi imkanı həmin ərəfədə yaxşı olmamışdır. Ceyhun tanışları Bəxtiyar və Calalın dediyinə görə yaxın bir neçə ay ərzində mənzillərin təhvil veriləcəyini bildirmiş, hər bir mənzil barədə kimin adına olacaqsa, şəxsiyyət vəsiqəsinin sürəti, ailə tərkibi haqqında arayış, yaşayış yerindən arayış lazım olduğunu, qeyd edilən sənədləri Bəxtiyar və Calala çatdıracağını demişdir. O da buna görə mənzilin birini öz adına, digərini isə Salyan rayonundan olan qohumu X4 adına yazılmasını istəmiş, ona görə də özü barədə 2019-cu ilin may ayında, eyni zamanda Leyla Cəbrayılova barədə 2019-cu ilin iyul ayında qeyd olunan sənədləri toplayıb Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsinin yaxınlığında Ceyhunla təklikdə görüşərək sonuncuya vermişdir. Ceyhun da sənədləri qəbul edərək hər dəfəsində yaxın zamanda mənzillərin veriləcəyini ona demişdir. Ceyhun özü Leyla Cəbrayılovanı tanımır və heçvaxt görməmişdir. Alacağı mənzillərlə bağlı ona hər hansı bir sənəd verilməmişdir. O, Leyladan pul almamış, sadəcə Leyla ona sənədləri vermişdir, çünki mənzili özü üçün aldığını, lakin qohum kimi Leylanın adına rəsmiləşəcəyini izah etmişdir, sonuncu da bir qohum kimi buna heç bir etiraz etməmişdir. Bu məsələdən 4-5 ay keçdikdən sonra ona mənzillər verilməmiş, hər dəfəsində də o, dostu Ceyhunla danışmış, mənzillərin nə vaxt veriləcəyini soruşmuşdur. Ceyhun da hər dəfəsində ona səbrli olmasını, mənzillərin yaxın vaxtda veriləcəyini demişdir. 2020-ci ilin mart ayında o, Gürcüstan Respublikasında olan zaman Bəxtiyar onunla telefon əlaqəsi saxlayaraq Ceyhunla mənzillə bağlı aralarında nə olduğunu, neçə mənzilə görə nə qədər pul verdiyini soruşmuşdur. O da yalandan demişdir ki, 4-5 mənzilə görə 39000 manat pul vermişdir. Bəxtiyar da demişdir ki, Ceyhun sənədləri versə də, özünə və Calala pul verməmişdir. Daha sonra isə Bəxtiyarla telefonda sağollaşmışdır. Əslində o, iki mənzil üçün ifadəsində qeyd etdiyi kimi sənədləri vermiş, mənzilin alınması üçün Ceyhuna pul verməmişdir. Sadəcə olaraq Ceyhun bir dost kimi ondan xahiş etmişdir ki, Bəxtiyar və Calaldan artıq nəsə şübhələnir, mənzil işi nəsə uzanır, Bəxtiyar onunla telefon əlaqəsi saxlasalar, yalandan 4-5 mənzil üçün 39000 manat pul verdiyini desin. Ceyhundan bunun səbəbi barədə maraqlanmamış, düşünmüşdür ki, Bəxtiyar və Calaldan şübhənirsə, demək ki, həmin şəxsləri ifşa etmək üçün nəsə biləcəyi, planı vardır. O, dostu Ceyhuna hər zaman inanmış və etibar etmişdir. O, Təqsirləndirilən şəxs2 görməmiş və danışmamışdır. Təqsirləndirilən şəxs1 isə bir və ya iki dəfə Ceyhunun yanında görmüş, lakin həmin görüşlər zamanı mənzil məsələsi danışılmamışdır. Ceyhundan eşitdiyinə görə Bəxtiyar və Calaldan bir neçə sosial mənzil almışdır, aldığı mənzillərə görə Bəxtiyar və Calala ilkin ödəniş kimi təxminən 16000 manatdan çox pul vermiş, lakin o bunun konkret olaraq şahidi olmamışdır. Həmçinin Ceyhunun dostları Etimad və Asimin də ev almaq üçün müraciət etdiyini bilmişdir, bu barədə həmin şəxslər özləri təsadüfü görüşləri zamanı danışmışlar. Lakin həmin şəxslərin neçə ədəd mənzil üçün ilkin ödəniş kimi nə qədər pul verdiklərini bilməmiş və bu barədə məlumatı yoxdur. Sonda isə məlum olmuşdur ki, heç bir mənzil yox imiş, Bəxtiyar və Calal hamını aldatmışdır. O da daha pul vermədiyi üçün məsələnin dalınca düşməmişdir. Ceyhun özü pul verdiyi üçün həmin şəxslərdən şikayət etmişdir. Onun Şahid1 heç bir şikayəti və tələbi yoxdur. Onunla Ceyhun arasında olan 39000 manat pul söhbətinin mənzil işlərinə heç bir əlaqəsi yoxdur. Dostu Şahid1 ondan iş görmək üçün aldığı 39000 manat puldan 36500 manat pulu hissə-hissə qaytarmışdır. Yerdə qalan 2500 manat pulu isə söz vermişdir ki, yaxın zamanda qaytaracaqdır. İstintaqa təqdim edilmiş bir ədəd yaddaş kartında (Fkas kart) əks olunmuş “AUD-20201117-WA0006.mp3” adlanan audio yazısına qulaq asmışdır, həmin səs yazılarında danışan şəxs o və Təqsirləndirilən şəxs1dur. Bir daha bildirir ki, həqiqətdə iki ədəd mənzil üçün sənədləri Şahid1 vermişdir. Mənzil məsələsi ilə bağlı Ceyhuna pul verməmişdir. Səs yazısında ona görə 39000 manata dörd və ya beş ədəd mənzil aldığını vurğulamışdır ki, çünki Ceyhun Bəxtiyar və Calaldan nəsə şübhələndiyini, mənzil işinin nəsə uzandığını ona deyərək, bir dost kimi xahiş etmişdir ki, kimsə neçə mənzil neçiyə aldığını soruşşa o, 39000 manata dörd və ya beş mənzil aldığını desin. Ona görə də Bəxtiyara telefonda dörd və ya beş ədəd mənzil üçün ilkin ödəniş kimi 39000 manat pulu Ceyhuna verdiyini yalandan demişdir. (cild 1, iş vər. 232-236). Təqsiləndirilən şəxslər X24 və Təqsirləndirilən şəxs1 yuxarıda qeyd edilən cinayət əməlini törətməkdə təqsirli olması cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı elan edilməklə tədqiq edilmiş aşağıda qeyd edilən digər sübutlarla da təsdiq olunur. Belə ki, «Cinayət işinin başlanması haqqında» və «Cinayət işinin icraata qəbul edilməsi haqqında» 27 avqust 2020-ci il tarixli qərarlardan görünür ki, həmin ********* nömrəli cinayət işi Təqsirləndirilən şəxs1 Bəynişan oğlunun qanunsuz hərəkətlərə yol verərək bir sıra şəxsləri aldadaraq pullarını ələ keçirməsi ilə bağlı toplanmış 02/2-157c-20 saylı material üzrə Azərbaycan Respublikası Baş prokurorunun müavini- Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi, İİİ dərəcəli dövlət ədliyyə müşaviri N.Rəcəbov tərəfindən Təqsirləndirilən şəxs1 Bəynişan oğlunun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2,178.2.3 və 178.2.4-cü maddələri ilə başlamış və iş üzrə istintaqın aparılması həmin Baş İdarənin İstintaq idarəsinə həvalə edilməklə, həmin tarixdə qeyd edilən idarənin mühüm işlər üzrə müstəntiqi N.Orucov tərəfindən cnayət işi icraata qəbul edilmişdir. (cild 1, iş vər. 4-5). İş materiallarında olmaqla Şahid1, Etimad Əliyev, Şahid10 təərfindən verilmiş şikayət ərizələrindən görünür ki, həmin şəxslər Təqsirləndirilən şəxs1 müxtəlif vədlər qarşılığında pul verdiklərini, lakin Təqsirləndirilən şəxs1 həmin vədləri yerinə yetirmədiyini bildirmiş və onlara dəymiş ziyanın geri qaytraılmsını xahiş etmişlər. (cild 1, iş vər. 14-19). Azərbaycan Respubliaskı Fövqəladə Hallar Nazirliyi tərəfindən verilmiş 15 may 2020-ci il tarixli 0560 saylı Təqsirləndirilən şəxs1 Bəynişan oğlunun xidmət keçməsinə xitam verilməsi haqqında əmrdən çıxarışdan görünür ki, Nazirliyin X23 Xidmətinin Azərbaycan Dövlət neft Şirkətinin obyektləri üzrə Yanğından mühafizə idarəsinin 55 nömrəli Yanğından mühafizə hissəsinin yanğınsöndürmə növbəsinin rəisi daxili xidmət mayoru Təqsirləndirilən şəxs1 öz arzusu ilə fövqəladə hallar orqanlarında xidmətkeçməsinə xitam verilmişdir. (cild 1, iş vər. 20). Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi üzrə növbətçi müstəntiq X15 təqrirlə bildirmişdir ki, 22.05.2020-ci il tarixdə növbədə olduğu müddətdə Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı mübarizə Baş İarəsinin “Qaynar Xətt” əlaqə mərkəzinə Şahid1 tərəfindən müraciət edilrərək bildirilmişdir ki, Azərbaycan Respublaiskı Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarət Xidmətinin növbə rəisi Təqsirləndirilən şəxs1 adlı şəxs 2019-cu ilin mayiyul aylarında ona və onun tanıdığı daha üç nəfər şəxsə dövlət tərəfindən tikiləəck sosial binalardan mənzil veriləcəyini vəd edərək onun 9500 manat, Şahid2 5300 manat, Şahid3 3500 manat, Şahid10 7000 manat pulunun dələduzluq yolu ilə ələ keçrimişdir. Təqsirləndirilən şəxs1 bu əməli törətməkdə qardaşı polis əməkdaşı Ruslan Cəfərov və Cəlal Məmmədova adlı şəxslər də kömək etmişlər. (cild 1, iş vər. 25). Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi üzrə növbətçi müstəntiq X20 təqrirlə bildirmişdir ki, növbədə olduğu müddətdə Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı mübarizə Baş İarəsinin “Qaynar Xətt” əlaqə mərkəzinə Şahid3 tərəfindən müraciət edilrərək bildirilmişdir ki, X8 əməkdaşı kimi zöünü təqdime dən Cəfərov X6 Yadigar Seyfəddin oğlundna 13.10.2019-cu il tarixdə 3500 manat olaraq oan Yasmal rayonu ərazisində inşa olunna sosial layihələr çərçivəsində inşa olunna binadan mənzil alacağı barədə vəd vermişdir. Şahid3 həmin çəxsin Şahid1 16500 manat, Şahid2 5300 manat alaraq həmin binalardan mənznil alacağı barədə vəd vermişdir. (cild 1, iş vər. 29). İş materiallarında olan Şahid3 Seyfədddin oğlu təərfindən verilmiş 01.06.2020-ci il tarixli ərizədən görünür ki, 2019-cu ildə Təqsirləndirilən şəxs1 ona təklif etdiyi Yasaml rayonunda inşa edilən aztəminatlı ailələr üçün nəzərəəd tutulan 3 otaqdan ibarət olan 84 kv.m., ilkin ödəniş 500 manat, aylığı 178-220 manat dəyərində FHN-nin vasiytəsiylə veriləcək evlərədn ona təklif etmişdir. O toplanmış ilkin sənədləri və 3500 manatı Təqsirləndirilən şəxs1 oktyabrın 13-ü təqdim etmişdir. Onun sözlərinə görə, 2019-cu ilin dekabr ayında ev verilməli idi. Bu günə qədərdə evin verilmədiyini görüb pulunu geri istəmişdir. Bu məsələyə aydınlıq gətirilməsini və məsələnin həll edilməsini xahiş etmişlər. (cild 1, iş vər. 30). Azərbaycan Respublaiskı DİN Bakı şəhər Xətai RPİ-si tərəfindən verilmiş məktubdan görüünr ki, Təqsirləndirilən şəxs1 20.05.2020-ci il tarixdə RPİ-nin 34-cü PŞ-nə müraciəti ilə bağlı toplanmış material üzrə 30.05.2020-ci il tarixdə cinayət işinin başlanmaısnın rədd edilməsi barədə qəbul edilmiş qərar Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilmişdir. (cild 1, iş vər. 78). “Cinayət işinin başlanılmasının rədd eidlməsi haqqında” 30 may 2020-ci il tarixli qərardan görüünr ki, Təqsirləndirilən şəxs1 1NK-da 913 sıra nömrəsi ilə qeydə alınmış, Şahid1 ona qarşı hədə-qorxu gələrək ondan Təqsirləndirilən şəxs2 pul tələb etmsəsi və s. bağlı şikayət ərizəsi ilə bağlı toplanmış material üzrə Bakı şəhəri Xətai RPİ-nin 34-cü PBnin təhqiqatçısı Murad Abbasov tərəfindən Təqsirləndirilən şəxs1 şikayət ərizəsi üzrə toplanmış material üzrə cinayət hadisəsi müəyyən edilmədiyinə görə fakt üzrə cinayət işinin başlanılması rədd edilmişdir. (cild 1, iş vər. 79). “Könüllü təqdim edilmiş yaddaş kartının (Flas kart) götürülməsi haqqında” 02 sentyabr 2020-ci il tarixli qərardan və həmin tarixli protokoldan görünür ki, Şahid1 istintaqa könüllü surətdə təqdim etdiyi bir ədəd yaddaş kartı götürülüb cinayət işinin materialalrına əlavə edilmiş, Şahid1 təqdim etidyi bir ədəd yaddaş kartı üzərində 2 GB, S1, USB, SN: 201911HT, CORSAİR.D.K yazıları olan bir tərəfi dairəvi, digər tərəfi düzbucaqlı çəklində olan yaddaş kartı olması müəyyən edilmişdir. (cild 1, iş vər. 102-103). “Yaddaş kartına (Flas kart) baxış keçirilməsi barədə” 02 sentyabr 2020-ci il tarixli protokoldan görünür ki, baxış zamanı təqdim olunmuş bir ədəd yaddaş kartı (Fkas kart) “HP” markalı kompüterə daxil edilib müvafiq qaydada açıldıqda içərisində: 1). “WhatsApp Audio 2020-11-04 at 19.39.08.mp3”, 2). “ WhatsApp Audio 2020-11-04 at 19.39.09 (l).mp3” və 3). “WhatsApp Audio 2020-11-04 at 19.39.09.mp3” yazılan üç ədəd audio yazı olması müəyyən edilmişdir. Baxış zamanı “WhatsApp Audio 2020-11-04 at 19.39.08.mp3” adlanan audio yazı səsləndirilərkən həmin səs yazılarının o cümlədən: -“Mənim ürəyim, artıq 8-9 aydır gözləyirik, işin sön yekunudur. Bilirsən nə deyirəm. İşin son yekunudur, Mən bilmirəm, ola bilər ki, bir saatdan sonra göndərərlər, ola bilər sabah göndərərlər. Qurban olaram sənə. Mənə də qarşı birazca anlayış göstər, səndən xahiş edirəm. .Bax indi sənlə danışandan sonra bir də zəng elədim danışdım, dedi qardaş narahat olmayın, hər şey qaydasındadır, hər şey yolundadır. Bir balaca səbrli olmaq lazımdır. Ayə,12 İmama and olsun, bir balamın əziz canı üçün deyirəm, bu işdə zərrə qədər sızma ola bilməz. Bu işdə sızma olsa mən gərək özümü asam. Bildin nə deyirəm, ürəyim. Bax məsələ budu. Söhbət budu, Dədə.” məzmunda; - “WhatsApp Audio 2020-11-04 at 19.39.09 (l).mp3” adlanan audio yazı səsbndirilərkən o cümlədən: -«Ceyhun, inan Allaha, inan inandığın həyatda nə yarsa, ona. Sənin mənə elədiyin bir zəng var ha, elə bilirəm ki, dünyam qaralır. Elə bilirəm ki, Allaha and olsun, ən əziz adamım ölüb, qalıb qabağımda, çarəsizəm. Mənim, indi sən bilmirsən də, bu işlər hamısı boş şeydi e, mənim sənin oğlanlığıva, sənin hərəkətinə, sənin jestlərinə hörmətim var. Qardaşımsan, səbrli olun, qurban olaram sənə. Yəni bu işdə zərrə, mən o gün sənə bir söz dedim, yəni o sözdən sonra başqa and içməyin mənası, adı yoxdur. Bir balaca səbrli olaq. Allah qismət elədiyi saat, gün var e, Allahın yazdığı bir yazısı var, bir də gördün, indi danışa-danışa sənə sms gəldi və yaxud da mənə sms gəldi. Bunu biz bilmirik də. İnan ki, mən də sənin qədər oturub gözləyirəm. Sən deyirsən e, mənə neçə adam zəng eliyir, mən onlara cavab verə bilmirəm. Yenə də deyirəm e, bir dənə sənin mənə zəng eləməyin, elə bilirəm ki, min adamın zəngidir. O qədər mən narahat hiss edirəm özümü.”-məzmunda;- “WhatsApp Audio 2020-11-04 at 19.39.09.mp3” adlanan audio yazı səsləndirilərkən o cümlədən; - «Ceyhun, mənim əziz qardaşım, mənim gözəl qardaşım, gör nə deyirəm sənə, bu gün gedilməli idi, mən səhərsəhər danışdım, dedilər qardaş bu smslərin gəlməsə, yəni sizi burda tanıyan olmayacaq. Bu smslərin gəlməlidir ki, gələndə orda kodu verməliyik, kodu linkə yazmalıyıq və bütün sənədlər çıxmalıdır. Bizi də qarşılayan insan oturub kompüterin dalında, bizim kodla linkə girməlidir və bizim adımızı sistemdə görməlidir. Ondan sonra onlar bizlə sənəd-sünəd imzalayıb müqavilələr bağlayacaqlar və kuryerə veriləcək, kuryer gedib bizə evləri göstərməlidir. Mənim ürəyim, mənim gözəl qardaşım, sən adamlarma bu qaydada da izah elə. Denən, qardaş məsələ belədi.”-məzmunda danışıqların olması müəyyən edilmişdir. Baxış keçirilməsində iştirak etmiş Şahid1 bildirmişdir ki, bütün bu səslənən audio yazılarda danışan şəxs X16r. Həmin səs yazıları Cəlal Məmmədova məxsusdur və sonuncu ona «Whatsapp» proqramı vasitəsi ilə bu səsləri göndərmişdir. Səs yazılarından da göründüyü kimi Cəlal ona yalan danışaraq biraz da səbrli olmasını xahiş edir, mənzillərin yaxın zamanda guya veriləcəyini, müqavilələrin olacağını demişdir. Yaddaş kartına baxış keçirilib qulaq asıldıqdan sonra bir ədəd zərfə qoyularaq qablaşdırılmış və həmin protkola əlavə edilmişdir. (cild 1, iş vər. 104-105,106). “Cinayət işinin başlanmasının rədd edilməsinə dair qərarın ləğv edilərək materialın əlavə yoxlanılmaya göndərilməsi haqqında” 25 avqust 2020-ci il tarixli qərardan görüünr ki, Təqsirləndirilən şəxs1 və X11 müraciətləri ilə əlaqədar toplanmış ilkin yoxlama materiallı üzrə Xətai RPİ-nin 34-cü PŞ-nin təhqiqatçısı, polis kapitanı Murad Abbasovun cinayət işinin başlanmasının rədd edilməsinə dair 30.05.2020-ci il tarixli qərarı əsassız olaraq qəbul edildiyinə görə Bakı şəhəri Suraxanı rayon prokuroru Sərdar İmanov tərəfindən ləğv edilmişdir. (cild 1, iş vər. 123-124). “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 30 may 2020-ci il tarxili qərardan görünür ki, Təqsirləndirilən şəxs1 qeyd edilən şikayət əricəsi ilə bağlı əlavə aparılmış araşdırma zamanı cinayət hadisəsi müəyyən edilmədiyinə görə Xətai RPİ-nin 34-cü PŞ-nin təhqiqatçısı Murad Abbasov tərəfindən fakt üzrə cinayət işinin başlanılması rədd olunmuşdur. (cild 1. iş vər. 146). AR Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının Müşkür kənd İƏD-də nümayəndəsi tərəfindən verilmiş 29 iyul 2019-cu il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 Xaçmaz rayon Şükür kəndində qeydiyyatdadır, lakin ərazidə yaşamır. X1 həmin ünvanda qeydiyyatdadır. (cild 1, iş vər. 185-186). “Yaddaş kartına (Flas kart) baxış keçriilməsi barədə” 22 sentyabr 2020-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs1 və X11 iştirakı ilə həmin şəxslərin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müafiəsi Nazirliyinin xətti ilə Bakı şəhəri, Yasamal rayonu ərazisində dövlət tərəfindən tikilmiş, güzəştli kredit şərtləri ilə satışı nəzərdə tutulmuş sosial evlərdən mənzillər alınması ilə bağlı Şahid1, Şahid2 və Şahid6la apardıqları telefon danışıqları zamanı proqram vasitəsi ilə həmin danışıqların yazıldığı səs yazılarını köçürtdükləri və könüllü olaraq istintaqa təqdim etdikləri bir ədəd yaddaş kartı (Fkas kart) “HP PROBOOK” markalı kompyuterə daxil edib faylları açıb telefon səs yazıları səsləndirməklə baxış keçirilmişdir. Baxış zamanı «WA0014.mp3» yazılan 9 ədəd audio yazı olmaqla: 1). “AUD-20201117-WA0006.mp3” adlanan audio yazı səsləndirildikdən sonra baxışda iştirak edən Təqsirləndirilən şəxs1 bildirmişdir ki, həmin telefon danışığı onunla Şahid6 arasında aparılmışdır. Həmçinin izah vermişdir ki, danışıqdan da göründüyü kimi o, İlqardan sosial mənzillərin alınması üçün Şahid1 neçə ədəd mənzil üçün və nə qədər pul verdiyini soruşur, İlqar da ona bildirir ki, 4-5 mənzil üçün 39000 manat pulu Ceyhuna vermişdir. Daha sonra o, İlqara bildirir ki, həmin 39000 manat puldan onlara çatmamışdır, bunan xəbərləri yoxdur. Telefon danışığının sonunda isə onun yanında olan və danışan şəxs Cəlal Məmmədovdur,-. Cəlal Məmmədov da telefon danışığı bitdikdən sonra 39000 manat pulun Ceyhuna verildiyini öyrənir. Baxışda iştirak edən Cəlal Məmmədov da bu danışıqları təsdiq edərək həmin səsin ona məxsus olduğunu bildirmişdir. 2). “AUD-20201117-WA0007.mp3” adlanan audio yazı səsləndirildikdən sonra baxışda iştirak edən Təqsirləndirilən şəxs1 bildirmişdir ki, həmin telefon danışığı onunla Şahid2 arasında aparılmışdır Həmçinin izah vermişdir ki, danışıqdan da göründüyü kimi o, Etikada bildirir ki, nə üçün barəsində Şahid1la birlikdə şikayət edirlər, işlədiyi FHN-nə gedirlər, həmçinin qardaşı Ruslan Cəfərovun da işlədiyi DİN-nə şikayət edirlər, daha sonra Etimaddan aldığı 3500 manat pulu harda almalarını soruşur, həmin vaxt orada onun, Cəlalın və Etimadın olduğunu qeyd edir, danışdıqları kimi 3500 manat pulu hissə-hissə qaytaracağını bildirir, heç yana qaçmadığını, meydanda olduğunu bildirir, həmçinin Ceyhunun onu pulla yüklədiyini deyir, şikayət edəcəkləri halda onun da Ceyhunun onun başına gətirdikləri barədə şikayət edəcəyini Etimada deyir. Etimad isə ona bildirir ki, Ceyhun ona görə şikayət edir ki, guya o, ortalıqda yoxdur, üzə çıxması üçün bunu edir, 3500 manat pulu da mağazasında onlara vermişdir. 3). AUD-20201117- WA0008.mp3w adlanan audio yazı səsləndirildikedən sonra baxışda iştirak edən Təqsirləndirilən şəxs1 bildirmişdir ki, həmin telefon danışığı onunla Şahid2 arasında aparılmışdır. Həmçinin izah vermişdir ki, danışıqdan da göründüyü kimi o, Etimada bildirir ki, Şahid1 ona sosial mənzillərin alınması üçün pul verməmişdir, sadəcə olaraq onu 18000 manat pulla yükləyir, həmçinin araşdırma aparan polis əməkdaşına da 8000 manat pul vermişdir ki, bütün məsələni onun üstünə atsın. Daha sonra Etimada deyir ki, danışdıqları kimi aldığı 3500 manat pulu qaytaracaqlar, nə üçün barəsində şikayət edir. Etimad da ona deyir ki, Ceyhunun təzyiqi ilə bu şikayəti edir, çünki Ceyhuna 2000 manat borcu vardır, Ceyhun şikayət etməyəcəyi halda 2000 manat pulunu tələb edir. Eşitmişdir ki, Ceyhun hansısa polis əməkdaşına araşdırmanın xeyrinə aparılması üçün 8000 manat pul vermişdir. Həmçinin Etimad ona bildirir ki, Ceyhun çoxsaylı şikayətlər də etmişdir. 4).“AUD- 0201117-WA0009.mp3” adlanan audio yazı səsləndirildikdən sonra baxışda iştirak edən Cəlal Məmmədov bildirmişdir ki, həmin telefon danışığı onunla Şahid1 arasında aparılmışdır. Həmçinin izah vermişdir ki, danışıqdan da göründüyü kimi o, Ceyhuna bildirir ki, səbrli olsun, ola bilsin sabah əlaqə saxladılar, mənzillər veriləcək, sistemə də salınacaqdır, zəng edəcəklər, ondan sonra Nazirliyə gedilərək mənzillər təhvil alınacaqdır. Ceyhun da bildirir ki, evlər verilsin, bundan sonra paket şəklində pulu verəcəkdir, qonaqlıqlar olacaqdır, hədiyyələr olacaqdır, bunu onun və Bəxtiyarın da yanında dəfələrlə demişdir, söz vermişdir. 5). “AUD-20201117- WA0010.mp3” adlanan audio yazı səsləndirildikdən sonra baxışda iştirak edən Cəlal Məmmədov bildirmişdir ki, həmin telefon danışığı onunla Şahid1 arasında aparılmışdır. Həmçinin izah vermişdir ki, danışıqdan da göründüyü kimi o, Ceyhuna bildirir ki, Bəxtiyar demişdir ki, Ceyhunun 4500 manat pulunu və həmin pulun əlavələrini aym 5-nə, 6-na kimi qaytaracaqdır, daha sonra əmək haqqı kartını da Ceyhundan alacaqdır. Ceyhun da ona deyir ki, artıq səbri qalmayıb, qaynına deyib ki, evinə gəlsin, ailənin, uşaqların başının üstündə olsun, özü isə gedib Bəxtiyarı anasının gözü qabağmda deşik-deşik edəcəkdir, Bəxtiyar pula görə ona xəyanət edibdir, kartdan pulu çıxardıbdır, kartda pulun olmaması barədə qəbzin şəklini də atacaqdır, uzağı bu gün vaxt verir, Bəxtiyara desin, pullarını qaytarsın. O da Ceyhunu dinləyərək deyir ki, əsəbləşməsin, özü Bəxtiyarla bu barədə danışacaqdır. 6). “AUD-20201117-WA00H.ıııp3 adlanan audio yazı səsləndirildikdən sonra baxışda iştirak edən Cəlal Məmmədov bildirmişdir ki, həmin telefon danışığı onunla Şahid1 arasında aparılmışdır. Həmçinin izah vermişdir ki, danışıqdan da göründüyü kimi o, Ceyhuna bildirir ki, səbrli olsun, lakin Ceyhun onu dinləmir, bildirir ki, sabah saat 7-də qaynı gəlir, hər yanda polis orqanlarında adamları vardır, uşaq deyildir, əksinə Bəxtiyar onu uşaq bilir, evində çörək yeyib ona xəyanət edibdir, Bəxtiyarı deşik-deşik edəcəkdir. Uzağı 25-nə kimi vaxt verir, Bəxtiyar 2700 manat pulunu qyatarsın. O da Ceyhunu dinləyərək deyir ki, səbrli olsun, əssəbləşməsin, Bəxtiyarla danışacaqdır, 25-cə kimi pulu verisn. faizi bağlasın. 7). «AUD-20201117- WA()012.mp3’5» adlanan audio yazı səsləndirildikdən sonra baxışda iştirak edən Cəlal Məmmədov bildirmişdir ki, həmin telefon danışığı onunla Şahid1 asında aparılmışdır, Həmçinin izah vermişdir ki, danışıqdan da göründüyü kimi o, Ceyhuna bildirir ki, əsəbləşməsin, səbrli olsun, çek məsələsini araşdıracaq, özü Bəxtiyarla bu barədə danışacaqdır, Ceyhun isə ona bildirir ki, daha səbri qalmayıb, Bəxtiyarı yığmıyacaqdır, sabah saat 9-da evinin qarşısında olacaqdır. Bəxtiyar söz vermişdir ki, noyabrda karta 3000 manat, indi isə 3000, cəmi 6000 manat pul oturmalı idi, hətta demişdir ki, qalan artıq pulu da qaytarar. Amma kartda pul yoxdur, Bəxtiyar ona xəyanət etmişdir. 8). “AUD- 20201U7-WA0013.mp3” adlanan audio yazı səsləndirildikdən sonra baxışda iştirak edən Cəlal Məmmədov bilirmişdir ki, həmin telefon danışığı onunla Şahid1 asında aparılmışdır. Həmçinin izah vermişdir ki, danışıqdan da göründüyü kimi o, Ceyhuna bildirir ki, Bəxtiyarı da götürüb gəlib birlikdə görüşəcəklər. Ceyhun da ona deyir ki, üçlükdə görüşək, 2700 manat pulu Bəxtiyar versin, daha sonra aparıb pulu qaytarsın, 25-nə kimi də 1200 manat pulu götürəcəkdir. 9). wAUD-20201117-WA0014.mp3” adlanan audio yazı səsləndirildikdən sonra baxışda iştirak edən Cəlal Məmmədov bilirmişdir ki, həmin telefon danışığı onunla Şahid2 arasında aparılmışdır. Həmçinin izah vermişdir ki, danışıqdan da göründüyü kimi o, Etimada bildirir ki, ayın 5-nə kimi mənzillərlə bağlı nəticə olacaqdır. Daha sonra əlavə edir ki, Ceyhun nə üçün sizi inandırır ki, guya Ruslana 24000, Cəlala 18000, Bəxtiyara isə 10000 manat pul vermişdir. Bütün bunlar yalandır. Ceyhun mənzillərlə bağlı yalnız sənədləri vermişdir, pul verməmişdir. Demişdir ki, mənzil işi alınsın, özü paket formada hədiyyələrini verəcəkdir. Onlar Etimaddan 3500 manat pul almışlar. Asim də 7000 manat pulu Ceyhuna vermişdir, onların bu puldan xəbərləri yoxdur. Asimlə görüşən zaman da bunu ona izah etmişdir. Ceyhun isə pul verməmiş, həmişə onu hansısa pul borclu olduğu şəxslərlə öz istədiyi formada danışdırmışdır. Ceyhun İlqardan 39000 manat pul almış, həmin pulu yeyib-dağıtmışdır, indi isə həmin pulun xeyli hissəsini onun və Bəxtiyarın belinə yükləməyə çalışır. Ceyhun polis orqanlarına şikayət etmişdir, o da şikayət edəcəkdir, onda da sübutlar vardır. Ceyhundan pul almamışlar. Etimad da dinlədikdən sonra ona bildirir ki, Ceyhun amma demişdir ki, mənzillərlə bağlı pul vermişdir. Həmçinin özünün verdiyi 3500 manatdan əlavə olaraq 1800 manat pulu da Bəxtiyara vermişdir. Həmin yaddaş kartına baxış keçirilib qulaq asıldıqdan sonra kart bir ədəd zərfə qoyularaq qablaşdırılmış və həmin protokola əlavə edilmişdir. (cild 1, iş vər. 215-217, 218). Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 5(001)-925/2020 saylı qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə “Azercell" MMC və «Bakcell MMC MMC»-dən ***-***-**-** ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***- ***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***- **-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, 055-558-12- 02, ***-***-**-**, ***-***-**-**, ***-***- **-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**- **, 055- 302-15-68, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, 055-848- 65-71, ***- ***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, 050-612-59- 22, ***-***-**-**, ***-***-**-**, ***- ***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-** telefon nömrələrinə 01 yanvar 2019-cu il tarixdən 20 sentyabr 2020-ci İİ tarixədək olan dövrlər ərzində daxil olan və həmin nömrələrdən çıxan zənglərin cədvəlləri, mesaj mətnləri, telefon danışıqlarının əhatə dairəsi (anten məlumatları), abonent siyahıları, həmçinin həmin nömrələrin «Whatsapp» sosial şəbəkəsi vasitəsi ilə digər nömrələrlə aparılan yazışmalar götürülməsi, qərarın icrasının müvafiq olaraq Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə və "xxxx" Telekom BM, “Bakcell" MMC və "xxxx" MMC-yə həvalə edilməsi qərara alınmışdır. (cild 1, iş vər. 229-231). Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı mübarizə Baş İdarəsi tərəfindən verilmiş 07.09.2020-ci il tarixli tələbnamə arayışlarından görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olmamışlar. (cild 1, iş vər. 249-250). İş materiallarında olmaqda Şahid3 tərəfindən verilmiş 19.09.2020-ci il tarixli notarial təsdiqli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs1 tərəfindən ona dəymiş ziyan tam ödənilmişdir, ona qarşı heç bir tələbi və iddiası və şikayəti yoxdur. (cild 1, iş vər. 272). “Telefon məlumatları olan diskə baxış keçirilməsi haqqında” 20 oktyabr 2020-ci il tarixli protokoldan görünür ki, "xxxx" MMC-dən 14.10.2020-ci il tarixli, 19772 saylı məktubla daxil olmuş bir ədəd üzərində “Verbatim”, “CD-R”, “22384”, “12.10.20” yazıları olan diskə baxış keçirilmiş və baxış zamanı müəyyən olunmuşdur ki, diskdə ümumilikdə 23 fayl vardır. Həmin fayllarda mobil nömrələr arasında aparılmış mesajlaşmalar, sms mətnləri, telefon nömrələrinin kimin adına olması, ünvanları barədə məlumatlar, həmçinin aparılmış telefon danışıqları, danışıqların tarixləri, müddətləri, anten dairələri əks olunmuşdur. Baxış zamanı qeyd olunan faylların tərkibinə daxil olan sms fayllarında istintaq üçün əhəmiyyət kəsb edən o cümlədən aşağıdakı məzmunda mesajlaşma mətnlərinin olması müəyyən edilmişdir: -04/07/2019, 11:19:00, **********11, **********05, Qardash 1 otax 150 den 165 zne aylix odenis. 48 den 58 e kivadratidi 2 otax aylix odenis 160 tdan 175 e kimi odenisidi. 04/07/2019, 11:19:45, **********11, **********05, 2 otaqin kivadrati 58 den 68 kv. 14/07/2019, 16:15:43, **********05, **********11, iki eded iki otaq lazımdı. 07/04/2020,13:46:59, **********11, **********05, Ne diresibsen ne sual cavab eliyirsen meni Cehun kimdi kimi aldadan kimdi kime vaxt qoyan insan kimi deyirem ki qoy ise çıxmaqları bilinsin deyecem sene gorusek. 07/04/2020, 13:48:56, **********11, **********05, Basa dusmursen sen İnsan kimi deyirem ki camat ise cixmir olkede vezyeti gorursen qoy gorek nevaxt isdiyecekler onnan sora gorusek söhbetimizi qutaraxda sen ne.. 07/04/2020, 13:51:39, **********11, **********05, Basa dusmursen dediyimi gerek olum itim ola sora basa dusek biri birimizi olkede camat evinnen cole cixammir sen deyirsen gel gorusek sende pul qazanibsan, mende Bexdiyar da kim ne qazanıb Allah bilir imkan verin is basdasin sora gorusek meselelerimizi hell edekde qardash 5 deyqeden bir yiqirsan aca bilmirem. 07/04/2020, 14:03:26, **********05, **********1 Başa düşmedim men ne pul vermisen sen danışığını ğilirsen. 07/04/2020, 14:04:37, **********11, **********05, Cehun her sey aydin olacax qardasim men bilirem ne danisiram darixma qov bidene is basdasin cole bayira cixax inşallah her sey yerini tapacax sebirli ol qardasim. 07/04/2020, 14:05:23, **********05, **********1 Sene deyirem ev lazım deyil pulu qaytar. 07/04/2020, 14:09:50, **********11, **********05, Men de deyirem ki men essey deyilem yukluyesen sen de qaytarassan Bexdiyar da mende is basdasin hellini tapacax hele ki siz danisirsiz men susuram men danissam hec yaxsi olmuyacax en salamati sebir edirem hele ki men susuram amma menim de danisacaqim gun olacax onda ele bilmiyin ki hersey menim usdumde qalacax, kim ne yeyib getirib qoyacax ortaya cehun menim gozdentim var cavab alim seni yiqacam ehtimadi da yiqacam sora detilen vaxtda goruseceyik aydinlasacax. 24/04/2020, 12:40:34, **********11, **********05, Olke qarantindi çıxmıram çole. İkincisi senin meni yukluyub pul istemeyin mene deyirsen bele danış Bextiyara deyirsen Etimada de men 10 min vermişem. Etimadın yanında Cehun sene evelindən demişem meni istifade etməyi heç kime icaze vermerem bunu yadında saxla. Sen meni yükleye bilersen amma altınan çıxa bilmersen. Çaluş menimle dostcasına reftar et düşmen olmaq sene meslehet gormurem. Ayın 5 den iş basdıyır gor danışarıx da sen meni heç kimle tay eleme. Sen de pul vermisen men de Bextiyar da amma senin dediyin kimi 10 minler yox. Cehun menimle ayın 5 nden normal heyat başdıyır goruşeyik söhbet edeceyik kim ne yeyib qoyacax ortalıqa. Etimadın da pulun vereceyik. Men seninle duşman deyilem dost. 24/04/2020, 12:43:20, **********11, **********05, Celala Bextiyara 24000 manat pul vermisen. Senin bu yalan ifadelerini mene sene subut edecem. Cehun senin bu oyun qurmaların senin ozuve ziyandı. Sen 39000 pul alıb mene 1 manat vermeden Asimin senedleri verib pul vermemisen ne mene ne Bexdiyara indi ortya çıxıb ki sen bize guya ki pul vermisen. İndi bildin ki niye senile goruşmurem arxırıncı defe Asimle gelib mene yuklemek isteyirsiz alınmadı. 24/04/2020,12:50:05, **********11, **********05, İndi de gedib her yerde deyirsiz ki Bextiyarın qardaşı ev duzeldir yetimin xeberi yoxdur bu senin oyunlarındı men Bexdiyarla senin vasitenle Ehtimaddan 3500 AZN pul almışıx ve 3500 manatdan sen 1500 goturubsen men 250 goturmuşem Bexdiyar 15000 goturub adama vermişik Etimadın pulunu almışıx senin vasitenle amma sen mene ne de Bexdiuara senetden başqa ancax ved veribsen 5000 Bextiyarın borcun silebsen mene de ureyim isdiyen masın alacaqını soz veribsen. 5000 AZN nide Bexdiyara yuk vurubsan bu hadise menim gozumun qabağında olub. Cehun sen ele bilme ki sikayet edeceksen ve men yene sozlerine inanıb Asimin Ehtimadın yanında dediyim kimi ki Cehun pul verib bu sene xatır deyilen sozdu. Qaldı ki goruşmeye bax buna gore seninle gorusmurem. Bu qeder inşallah ayın 5 de karantin bitsin goruşeceyik. Sen men X41 banditizmide islediyini deymirsen indi ise Asimden de pul aldıqın ortaya çıxır. 24/04/2020,12:50:11, **********11, **********05 Menim en boyuk sehvim o oldu ki sen deyende ki Celal adam gelir yanına seni tanımırlar yığacam sene ne desem denen indi bu yaxşılıqımın qabağında yuk qoyursan, məzmunda sms yazışmalarının olması müəyyən edilmişdir. Bundan başqa telefon danışıqlarını əhatə edən faylarda müəyyən edilişdir ki, Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-**, ***-***-**-** saylı telefon nömrəsi, Şahid1 istifadəsində olan 050- 614-30- 10, ***-***-**-** saylı telefon nömrəsi, Şahid10 istifadəsində olan ***-***-**-**, ***-***-**-** saylı telefon nömrəsi, Şahid2 istifadəsində olan ***-***-**-**, ***-***-**-** saylı telefon nömrəsi, Şahid3 istifadəsində olan ***-***-**-**, 055- 842-52-19, ***-***-**-** saylı telefon nömrəsi, X11 istifadəsində olan ***-***-**-**, ***-***-**-**, ***-***-**-** saylı telefon nömrəsi vasitəsi ilə həmin şəxslərin arasında 01 yanvar 2019-cu il tarixdən 20 sentyabr 2020-ci il tarixədək olan dövrdə çoxsaylı telefon danışıqları həyata keçirilmişdir. Baxış zamanı cinayət işi üçün əhəmiyyət kəsb edən digər hər hansı bir xüsusat aşkar edilməmişdir. Diskə baxış keçirilməsi başa çatdırılaraq həmin disk cinayət işi üzrə mühüm əhəmiyyət kəsib edən halların araşdırılmasına kömək edə biləcəyi nəzərə alınaraq, qablaşdırılıb istintaq materiallarına əlavə olunmuşdur. (cild 2, iş vər. 1-4). “Telefon məlumatları olan diskə baxış keçirilməsi haqqında” 23 oktyabr 2020-ci il tarixli protokoldan görünür ki, "xxxx" MMC-dən 16.10.2020- ci il tarixli, BKC/LGL-20092/20 saylı məktubla daxil olmuş bir ədəd üzərində “BKC/LGL-20092/20” yazısı olan diskə baxış keçirlmişdir. Baxış zamanı müəyyən olunmuşdur ki, diskdə ümumilikdə 44 fayl vardır. Həmin fayllarda mobil nömrələr arasında aparılmış mesajlaşmalar, sms mətnləri, telefon nömrələrinin kimin adma olması, ünvanları barədə məlumatlar, həmçinin aparılmış telefon danışıqları, danışıqların tarixləri, müddətləri, anten dairələri əks olunmuşdur. Baxış zamanı qeyd olunan faylların tərkibinə daxil olan sms faylarında istintaq üçün əhəmiyyət kəsb edən hər hansı bir mesajlaşma müəyyən edilməmişdir. Lakin, telefon danışıqlarını əhatə edən fayllarda müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** saylı telefon nömrəsi, Şahid1 istifadəsində olan ***-***-**-**, ***-***-**-** saylı telefon nömrəsi, Şahid10 istifadəsində olan ***-***-**-** saylı telefon nömrəsi, Şahid2 istifadəsində olan ***-***-**-**, ***-***-**-** saylı telefon nömrəsi, Şahid3 istifadəsində olan 050- 474-72- 26, ***-***-**-**, ***-***-**-** saylı telefon nömrəsi, Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-** saylı telefon nömrələri vasitəsi ilə həmin şəxslərin arasında 01 yanvar 2019-cu il tarixdən 20 sentyabr 2020-ci il tarixədək olan dövrdə çoxsaylı telefon danışıqları həyata keçirilmişdir. Baxış zamanı cinayət işi üçün əhəmiyyət kəsb edən digər hər hansı bir xüsusat aşkar edilməmişdir. Diskə baxış keçirilməsi başa çatdırılaraq həmin disk cinayət işi üzrə mühüm əhəmiyyət kəsb edən halların araşdırılmasına kömək edə biləcəyi nəzərə alınaraq, qablaşdırılıb istintaq materiallarına əlavə olunmuşdur. (cild 2, iş vər. 24). Azərbaycan Respublikaıs İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş Şahid3 və digərlərinin adlarına daşınmaz əmlakın olubolmmaası haqqında məlumatın təqdim edilməsi barədə 2 sentyabr 2020-ci il tarixli ********* nömrəli məktuba cavab olaraq bidirilmişdir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələrində mövcud arxiv materiallarına əsasən Şahid3 ümumi birgə mülkiyyət hüquqi ilə adına Ucar rayonu, Rəstəcə kəndində yerləşən 0,62 ha kənd təsərrüfatı təyinatlı və 0,37 ha həyətyanı torpaq sahələri qeydiyyata alınmışdır. (cild 2, iş vər. 40). “Maddi ziyanın ödənilməsi qimsində pul vəsaitinin götürülməsi barədə 08.09.2020-ci il tarixli protokoldan görünür ki, BMCMİ-nin İstintaq və Təhqiqat İdarəsininİTİ-nin baş təhqiqatçısı Yusif Yusifov Şahid3 maddi ziyanın ödənilməsi üçün Təqsirləndirilən şəxs1 1500 (bir min beş yüz) pulu təhvil almış, Şahid3 həmin protokola imza edərək bidlirmişdir ki, 1500 (bir min beş yüz) manat pulu BMCMİ-də qəbul etmişdir. (cild 2, iş vər. 66). İş materiallarında olmaqla Şahid3 tərəfindən verilmiş 15.09.2020-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ona dəymiş zərər 3500 mnat pul ona geri verilmişdir. Ona dəymiş ziyan ödəniliyi üçün Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 heç bir şikayəti və tələbi yoxdur. (cild 2, iş vər, 69). Şahid1 28 sentyabr 2020-ci il tarixli ərizə ilə müraciət edərək FHN-nin əməkdaşı Təqsirləndirilən şəxs1 və X24 tərəfindən ona qarşı dələduzluq cinayəti törədildiyini, həmin şəxslərin onu aldadaraq, sosial ev düzəltmək adı ilə ondan 16500 manat pul aldıqlarını, cinayətkarların cəzaladnırılmasını və pulunun qaytarılmasını xahiş etmişdir. (cild 2, iş vər. 76). “Telefon məlumatları olan diskə baxış keçirilməsi haqqında” 15 fevral 2021-ci il tarixli protokoldan görünür ki, "xxxx" MMC-dən 16.10.2020-ci il tarixli, BKC/LGL-20092/20 saylı məktubla daxil olmuş bir ədəd, üzərində “BKC/LGL-20092/20” yazısı olan diskə baxış keçirilmişdir. Baxış zamanı müəyyən olunmuşdur ki, diskdə ümumilikdə 44 fayl vardır. Həmin fayllarda mobil nömrələr arasında aparılmış mesajlaşmalar, sms mətnləri, telefon mömrələrinin kimin adma olması, ünvanları barədə məlumatlar, həmçinin aparılmış telefon danışıqları, danışıqların tarixləri, müddətləri, anten dairələri əks olunmuşdur. Baxış zamanı qeyd olunan faylların tərkibinə daxil olan sms fayllarında istintaq üçün əhəmiyyət kəsb edən hər hansı bir mesajlaşma müəyyən edilməmişdir. Lakin, telefon danışıqlarını əhatə edən fayllar üzrə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**- ** saylı telefon nömrəsi, Şahid1 istifadəsində olan ***-***-**-**, ***-***-**-** saylı telefon nömrəsi, Şahid10 istifadəsində olan ***-***-**-** saylı telefon nömrəsi, Şahid2 istifadəsində olan ***-***-**-**, ***-***-**-** saylı telefon nömrəsi, Şahid3 istifadəsində olan ***-***-**-**, ***-***-**-**, ***-***-**-** saylı telefon nömrəsi, X11 istifadəsində olan ***-***-**-**, ***-***-**- **, ***-***-**-**, ***-***-**-** saylı telefon nömrəsi vasitəsi ilə həmin şəxslərin arasında 01 yanvar 2019-cu il tarixdən 20 sentyabr 2020-ci il tarixədək olan dövrdə çoxsaylı telefon danışıqları həyata keçirilmişdir. Baxış zamanı cinayət işi üçün əhəmiyyət kəsb edən digər hər hansı bir xüsusat aşkar edilməmişdir. Diskə baxış keçirilməsi başa çatdırılaraq həmin disk cinayət işi üzrə mühüm əhəmiyyət kəsb edən halların araşdırılmasına kömək edə biləcəyi nəzərə alınaraq qablaşdırılıb istintaq materiallarına əlavə olunmuşdur. (cild 1, iş vər. 99). “Sübutların qiymətləndirilməsi haqqında” 16 fevral 2021-ci il tarixli qərardan görüünr ki, ********* nömrəli cinayət işi əməlin Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələrindən həmin Məcəllənin 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4 və 32.4,312.2-ci maddələrinə tövsif edilməsi, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4 və 32.4,312.2-ci maddələri, Təqsirləndirilən şəxs2 isə Azərbaycan Respublikasının CM-nin 178.2.1, 178.2.2, 178.2.4 və 32.4,312.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara həmin maddələr ilə ittiham elan edilməsi, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində “Polisin nəzarəti altına vermə” qətimkan tədbirinin seçilməsi haqqında qərar qəbul edilməsi, Şahid1, Əİirzayev Etimad Əli oğlu, Şahid10. Ədalət oğlu və Şahid3 barəsində Azərbaycan Respublikası CM-nin 29,312-ci maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilməsi, həmçinin həmin şəxslərin zərərçəkmiş şəxs qismində tanınmaması, Təqsirləndirilən şəxs2 barəsində.Azərbaycan Respublikası CM-nin 310-cu maddəsi ilə, Şahid1 barəsində Azərbaycan Respublikası CM-nin 178-ci maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilməsi, Şahid1 özünü “Tayson” kimi, Şahid10 özünü BMCMl-nin əməkdaşı kimi Təqsirləndirilən şəxs1 və Calat Məmmədova təqdim etməsi xüsusatı öz təsdiqini tapmadığı üçün, habelə ölümlə hədələmə, hədə-qorxu gəlmə real əsaslı olmadığından həmin xüsusatlarla cinayət işinin başlanması rədd edilməsi, Şahid1 Təqsirləndirilən şəxs1 qarşı 4500 manat pul tələbi ilə ələaqədar bnunla bağlı mülki iddia qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilməsi, cinayət işi üzrə "xxxx", “Azerfon” və "xxxx" MMC-dən daxil olmuş, telefon məlumatlarını özündə əks etdirən üç ədəd “CD” diskin, həmçinin «Whatsapp» səs yazıları və telefon danışıqlarını özündə əks etdirən iki ədəd yaddaş kartının (Flas kart) və “WhatşApp” yazışmaları maddi sübut hesab edilərək cinayət işinə əlavə edilməsi qərara alınmışdır. (cild 2, iş vər. 110-158). “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 17 fevral 2021-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4 və 32.4,312.2-ci maddələri ilə təqsirləndirilən şəxs qimsində cəlb edilmiş və müdafiəçisinin iştirakı ilə ona həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan edilmişdir.(cild 2, iş vər. 159-163). “Polsiin nəzarəti altına vermə qətimkan tədbirinin sçeilməsi haqqında” 17 fevral 2021-ci il tarixli qərardan görünür ki, həmin tarixdə iş üzrə təqsirləndirilən şəxs X12 barəsində «Polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmişdir. (cidl 1, iş vər. 187- 190). “Təqsirləndirilən şəxs qimsində cəlb etmə haqında” 17 fevral 2021-ci il tarixli qərardan görünür ki, həmin tarixdə X9 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4 və 32.4,312.2-ci maddələri ilə təqsirləndirilən şəxs qimsində cəlb edilmiş və müdafiəçisinin iştirakı ilə ona həmin maddələrə ittiham elan edilmişdir. (cild 2, 192-196). “Polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməsi haqqında” 17 fevral 2021-ci il tarixli qərardan görünür ki, həmin tarixdə iş üzrə Təqsirləndirilən şəxs1 barəsində «Polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmişdir. (cidl 2, iş vər. 221-224). Xaçmaz Rayon İcra Hakimiyyəti Başçısının Müşkür kəd İƏD-də nümayəndəsi tərəfindən verilmiş 23 fevral 2021-ci il tarixli arayışdan və Bakı şəhəri Binəqədi qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Xaçmaz rayon Şüçkür kəndində qeydiyyatda olmasına baxamyaraq, ərazidə yaşamır. Ailə tərkibi yoldaşı X21, anası X22 və qızı 2013-cü il təvəllüdlü X5 ibarətdir. Təqsirləndirilən şəxs2 barəsində Binəqədi qəsəbə nümayəndəliyinə geç bir şikayət daxil olmamışdır. (cidl 2, iş vər. 232-233). İş materiallarına əlavə edilməklə X3 tərəfindən verilmiş 22.09.2021-ci il tarixli notarial təsdiqli ərizədən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ona dəymiş zərər tam ödənilmişdir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxslər və şahidləri dinləyərək iş materiallarını nəzərdən keçirib, iş üzrə əldə olmuş sübutlara hərtərəfli və obyektiv qiymət verməklə hesab edir ki, iş üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 yuxarıda qeyd edilən cinayət əməllərini, yəni qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma və etibardan sui-istifadə yolu ilə özgə əmlakını vahid niyyətlə ələ keçirib xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş olduqları, qabaqcadan əlbir olan bir qrup şəxs halında vəzifəli şəxslərə xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar qeyrilərinin xeyrinə edəcəkləri hərəkətlərə görə birbaşa yolla özləri vasitəsilə vahid niyyətlə maddi nemətin rüşvət qismində verilməsinə təkrarən qeyrilərini təhrik etmiş olduqları, onların qismən etirafedici ifadələri ilə yanaşı, məhkəmə istintaqı zamanı toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, şahidlərin məhkəmə iclasında verdikləri ifadələr, məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş yuxarıda qeyd olunmuş telefon danışıqları, sms yazışmaları həmçinin işdə olan sənədlər və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 həmin cinayət əməllərində təqsirlərini təkzib edə biləcək hal məhkəmə tərəfindən müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 onlara qarşı irəli sürülmüş ittihamlarla bağlı yuxarıda qeyd edilən vətəndaşlara Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində yüksək vəzifələrdə işləyən şəxslərlə əlaqələrinin olmasını, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşı olmaqla, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin xətti ilə dövlət tərəfindən Bakı şəhəri, Yasamal rayonu ərazisində tikilərək güzəştli kredit şərtləri ilə satılan sosial mənzillərin alqı-satqı işləri ilə məşğul olduğunu heç vaxt demədikləri, həmin şəxslərin bu kimi mənzillərlə təmin edimələri üçün bu kimi qurumlarda işləyən hər hansı bir vəzifəli şəxsə rüşvət kimi pul vermək lazım olmasını heç vaxt bildirmədikləri, həmçinin bu kimi mənzillərin alınması üçün onlara müraciət etmiş Şahid1 hər-hansı məbləğdə pul almadıqları, yuxarıda qeyd edilən şəxsləri aldadaraq bu yolla onların pulunu ələ keçirmək niyyətləri və həmçinin bu barədə öz aralarında qabaqcadan heç bir razalaşma olmadığı verdikləri barədə hissədə ifadələrinə tənqidi yanaşaraq, hesab edir ki, onların bu kimi ifadələri öz məsuliyyətlərini yüngülləşdirmək və məsuliyyətdən yaxa qurtarmaq məqsədi daşımaqla, onların yuxarıda qeyd olunan cinayət əməllərini törətməkdə təqsirli olması, yuxarıda qeyd edilməklə həmin iş üzrə ibtidai istintaq və məhkəmə baxışı zamanı toplanmış obyektiv sübutların məcmusu üzrə tam təsdiq olunmuşdur. Azərbaycan Respublikası CPM-nin 28.1 və 28.4-cü maddələrinin müddəalarına əsasən məhkəmələr cinayət işlərinə həmin Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalı, cinayət prosesində cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etməli, təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdırlar. Azərbaycan Respublikası CPM-nin 33.1 və 33.3-cü maddələrində göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər və cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göstərilənlərə əsasən, məhkəmə iş üzrə təqsirləndirilən şəxs və şahidləri dinləyərək iş materiallarını nəzərdən keçirib, iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə hüquqi qiymət verməklə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 oğlu və Təqsirləndirilən şəxs1 törətmiş olduqları yuxarıda qeyd edilən cinayət əməllərinin tövsifi məsələsini müzakirə edərək, hesab edir ki, istintaq orqanı tərəfindən düzgün olaraq Təqsirləndirilən şəxs2 əməlləri Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 178.2.4 və 32.4,312.2-ci maddələri ilə, Təqsirləndirilən şəxs1 əməlləri isə Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4 və 32.4,312.2-ci maddələri ilə maddələri ilə tövsif edilmiş və onlar həmin maddələrdə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli təqsirli bilinərək Qanunvericiliyin tələbləri nəzərə alınmaqla onlara müvafiq qaydada cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin CM-nin 8, 41.2, 58.3 və 64-cü maddələrinə müvafiq olaraq onların törətmiş olduqları cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, onların şəxsiyyətlərini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin törədilmiş cinayətə görə cəza təyin edərkən iştirakçılardan hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakteri və dərəcəsi, təqsirləndirilən şəxslərin cinayətkar məqsədə nail olunmasında belə iştiraklarının əhəmiyyətini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li Qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Hər bir halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Azərbaycan Respublikası CM-nin 59.1.4, 59.1.13 və 59.2-ci maddələrinə müvafiq olaraq məhkəmə Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamasını, törətdiyi əməli qismən etiraf edib peşman olmasını, himayəsində bir azyaşlı övladının olmasını, cinayət nəticəsində vurulmuş ziyanın tam olaraq aradan qaldırmış olduğunu onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 59.1.4, 59.1.13 və 59.2-ci maddələrinə müvafiq olaraq məhkəmə Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamasını, törətdiyi əməli qismən etiraf edib peşman olmasını, himayəsində bir azyaşlı övladının olasını, cinayət nəticəsində vurulmuş ziyanın tam olaraq aradan qaldırmış olduğunu onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Bununla yanaşı, məhkəmə Qanunvericiliyin və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun müvafiq qəraralarının tələblərini nəzərə alaraq, iş üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cəzanı yüngülləşdirən halların məcmusunu, onun törətmiş olduqları cinayətlərin xarakterini, onların şəxsiyyətlərini, ailə vəziyyəti və səhhət drumları, həmçinin cinayət nəticəsində vurulmuş ziyanın həcmi və tam olaraq ödənilmiş olmasını nəzərə alaraq, barələrində təqsirli bilindikləriyi cinayət əməllərinə görə təyin edilən azadlıqdan məhrumetmə cəzasını çəkmədən islah olunmalarını mümkün sayaraq, barələrində Azərbaycan Respublikası CMnin 70-ci maddəsini tətbiq etməklə onlara təyin olunan əsas cəzanın sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Sınaq müddəti ərzində təqsirləndirilən şəxslər- Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 öz davranışları ilə islah olunmalarını sübut etməlidir. Sınaq müddəti başa çatanadək onların davranışları üzərində nazarəti həyata keçərəcək orqana məlumat vermədən daimi yaşayış yerlərini dəyişməmək onlara bir vəzifə olaraq tapşırılmalıdır. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 öz davranışları ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti başa çatanadək onların davranışı üzərində nəzarəti həyata keçirəcək orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək onlara bir vəzifə olaraq tapşırılmalıdır. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 davranışına nəzarət daimi yaşayış yerləri üzrə Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “Polisin nəzəraəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək öz qüvvəsində saxlanılmalıdır. İş üzrə maddi sübutlar: üç ədəd CD disk, iki ədəd yaddaş kartı (flash kart) və “WhatsApp” yazışmaları mətnləri cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə məsrəfləri və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Azərbaycan Respublikası CPM-nin 345-349, 351-354 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 178.2.4 və 32.4,312.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına və CM-nin 32.4,312.2-ci maddəsi ilə 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq olunaraq X18 təyin olunmuş azadlıqdan məhrum etmə cəzası şərti tətbiq edilməklə 2 (iki) il sınaq müddəti müəyyən olunsun. Sınaq müddəti başa çatanadək onun davranışı üzərində nəzarəti həyata keçirəcək orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək X18 bir vəzifə olaraq tapşırılsın. Azərbaycan Respublikası CİM-nin 181.1-ci maddəsinə əsasən sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. X11 davranışına nəzarət daimi yaşayış yeri üzrə Bakı şəhəri Probasiya İdarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «Polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4 və 32.4,312.2-ci maddələri ilə ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə 4 (dörd) il müddətinə azadıqdan məhrum etmə cəzasına, CM-nin 32.4,312.2-ci maddəsi ilə 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq olunaraq Təqsirləndirilən şəxs1 təyin olunmuş azadlıqdan məhrum etmə cəzası şərti tətbiq edilməklə 2 (iki) il sınaq müddəti müəyyən olunsun. Sınaq müddəti başa çatanadək onun davranışı üzərində nəzarəti həyata keçirəcək orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək Təqsirləndirilən şəxs1 bir vəzifə olaraq tapşırılsın. Azərbaycan Respublikası CİM-in 181.1-ci maddəsinə əsasən sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs1 davranışına nəzarət daimi yaşayış yeri üzrə Bakı şəhəri Probasiya İdarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «Polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübutlar: üç ədəd CD disk, iki ədəd yaddaş kartı (flash kart) və “WhatsApp” yazışmaları mətnləri cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə məhkəmə məsrəfləri və üzərinə həbs qoyulmuş əmlak olmadığı nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Eldar Mikayılov Hakimlər: Mahmud Ağalarov Siyavuş Hacıyev
Məhkəmə qərarları › İş №1(101)-915/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-915/2021
01.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver