Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-915/2022 09.09.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Zeynal Qurban oğlu Ağayevin sədrliyi ilə, Hakimlər: X6 və Səbuhi Sabir oğlu Hüseynovdan ibarət tərkibdə, Məhəmməd Arif oğlu Kazımovun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs (mülki iddaçı): Zərərçəkmiş şəxs, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyası 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs (xx.xx.1996-cı il tarixdə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Lənkəran şəhəri, Nəsimi küçəsi, nömrəsiz fərdi yaşayış evində yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Pentensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə qapalı məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxsin haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə özgənin külli miqdarda əmlakını hədə-qorxu ilə tələb etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin külli miqdarda əmlakını hədə-qorxu ilə tələb etmək məqsədi ilə Zərərçəkmiş şəxs ilə cinsi əlaqədə olmasını özündə əks etdirən intim videoları yayacağı hədəsi ilə 2021-ci ilin fevral ayından 04 noyabr 2021-ci il tarixədək olan müddət ərzində Zərərçəkmiş şəxs külli miqdarda, yəni 54.000 manat məbləğində pulu hədə-qorxu ilə tələb emiş, ilk dəfə 2021-ci ilin fevral ayında ünvan 1 ünvanın qarşısında həmin dövrün məzənnəsinə görə 25.500 manat təşkil edən 15.000 ABŞ dolları, 2021-ci ilin aprel ayında Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən X7 yaxınlığında həmin dövrün məzənnəsinə görə 11.900 manat təşkil edən 7.000 ABŞ dolları, 2021-ci ilin sentyabr ayında ünvan 1 ünvanın qarşısında 3.600 manat olmaqla ümumilikdə Zərərçəkmiş şəxs məxsus 41.000 manat pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirmiş, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə ünvanlanmış müraciəti əsasında həmin Baş İdarənin əməkdaşları tərəfindən 02 mart 2022-ci il tarixdə saat 13:35-də həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs hədə-qorxu ilə tələb etdiyi sonuncuya DİN-in əməliyyat xərcləri üçün nəzərdə tutulmuş pul ehtiyatı fondundan seriya və nömrələri protokola qeyd olunmaqla verilmiş, həmin günün məzənnəsinə görə 11.900 manat təşkil edən 7.000 ABŞ dolları məbləğində pul vəsaitini ələ keçirib hadisə yerindən uzaqlaşarkən saat 13:53-də Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski prospekti 14 ünvanının yaxınlığında BMCMİ-nin əməkdaşları tərəfindən saxlanılaraq Baş İdarəyə dəvət olunub şəxsi axtarış keçirilərkən qeyd olunan pul vəsaiti onun şalvarının sol yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona verilən ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, özü fotostudiyada fotoqraf işləmiş, əvvəllər fotostudiyadanın rəhbəri olmuş, lakin pandemiyadan sonra fotostudiyada fotoqraf kimi fəaliyyət göstərmiş, onun heç kimə pul borcu olmamışdır. Zərərçəkmiş şəxs sosial şəbəkə olan «İnstegram»da tanımış və onunla müəyyən yazışmaları olmuşdur. Əvvəlcə Yulduzla danışanda sonuncu ona yaşının 40 olduğunu demiş, sonuncu ilə tanış olandan bir neçə gün sonra Milli Elmlər Akedemiyasının qarşısında görüşmüşlər. Həmin vaxtı Yulduzun yaşının çox olduğunu görüb, onunla çox ünsiyyət qurmamış və qısa danışaraq ayrılıb getmişdir. Həmin vaxtdan sonra Yulduz ona yenə mesajlar yazmış, lakin o, Yulduzun mesajlarına cavab verməmişdir. Sonra Yulduz ona yenə mesaj yazaraq özünə məxsus Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən 31 kvadrat metr sahəsi olan qeyri-yaşayış sahəsini satışa çıxardığını, həmin obyektin satılmasında ona kömək etməsini demişdir. O da obyektinin fotolarını çəkərək öz «İnstegram» səhifəsinə yerləşdirib, obyektin satılmasında Yulduza köməklik etmişdir. Yulduz söz vermişdir ki, obyekt satılanda ona pul verəcəkdir. O, internetdə obyekti satışa çıxarmış, Yulduz da bununla bağlı pul vermişdir. Yulduz arada ona müəyyən xərclik üçün pullar vermiş, sonra onların arasında qarşılıqlı razılaşma ilə intim əlaqə olmuşdur. İntim əlaqə zamanı Yulduz özü ona demişdir ki, intim əlaqələrini telefonla videogörüntüyə alsın, sonralar Yulduz özü həmin videoya həzz almaq üçün baxacaqdır. O, həmin videonu gizli yolla çəkməmiş, Yulduzun videonun çəkilməsindən xəbəri və razılığı olmuşdur. O, Yulduzdan heç vaxt hədə-qorxu yolu ilə pul tələb etməmişdir. Birinci dəfə Yulduz ona 2021-ci ilin fevral ayının 01-də 6000 ABŞ dolları pul vermiş, həmin vaxt onun obyekti satılmış və həmin pulu obyektin satışı ilə bağlı vermişdir. Sonra onun doğum günü fevral ayının 10-da olmuş, Yulduz da doğum günü hədiyyəsi olaraq 4000 ABŞ dolları pul ona vermişdir. Sonra Yulduzdan 5000 və 3000 ABŞ dolları olan cəmi 8000 ABŞ dollarını hədəqorxu yolu ilə yox, borc olaraq almışdır. Həmin borc aldığı pulu da fotoqraf işini genişlətmək üçün almış, Yulduzun da bundan xəbəri olmuşdur. Yulduzdan borc istəməyi və aldıqdan sonra da ona minnətdarlıq etməyi ilə bağlı da telefonunda yazışmalar olmuşdur. Həmin yazışmalarda borcunu da nə vaxt qaytaracağı ilə bağlı da Yulduza bildirmişdir. Sonralar yəni, 2021-ci ilin avqust ayında Yulduz ona bir neçə dəfə telefonla zəng etmiş, lakin o, Yulduzun zənglərinə cavab verməmişdir. Yulduzla görüşmədiynə görə Yulduz ona qarşı əsəbi olub bildirmişdir ki, onunla görüşmədiyi üçün onun başına oyun açacaq. 2021-ci ilin sentyabr ayında isə Yulduz ona yazışmalarda bildirmişdir ki, onu özü ilə X2 uzunmüddətli yaşamaq üçün aparmaq istəyir. O isə Yulduzla razılışmamış, Yulduza demişdir ki, onun foto ilə bağlı müəyyən layihələri var və onları həyata keçirməlidir. Yulduz isə ona demişdir ki, onun həmin layihədən qazandığı pulu ona verəcək, yetər ki, onunla X2 getsin. O da qəti etiraz etdiyi üçün Yulduzla aralarında telefonda mübahisələr yaranmış və o, Yulduzdan ayrılmağa qərar vermişdir. Yulduz ona demişdir ki, «sən mənimlə xarici ölkəyə getməyə gəlmədin, həm də mənimlə intim əlaqədə də olmursan, gör mən sənin başına necə oyunlar açacam». Noyabr ayında o, avtomobili ilə qəza törətdiyi üçün avtomobilin təmiri ilə əlaqədar Yulduzdan borca pul istəmişdir. Yulduz da demişdir ki, Bakı şəhər Nərimanov rayonu ərazisində yerləşən «Akcess Bank» dan kreditə pul götürəcək, həmin yerə gəlsin ki, pulu ona versin. O da Yulduzun dedyi yerə getmiş, Yulduz ona pulu verəndən sonra aralanıb öz maşını ilə hərəkətdə olan zaman 428 nömrəli avtomaşında xidmət aparan Baş Dövlət Yol Polisi əməkdaşı onun avtomobilini saxlatdırmış, sonra BMCMİ-nin əməkdaşları olan polislər ona yaxınlaşaraq onu döyərək, zorla maşınlarına oturdub BMCMİ-nə aparmışlar. Həmin vaxt ərazidə olan kameralara da həmin an düşmüşdür. O hansı polisin onu vurduğunu görə bilməmiş, çünki həmin vaxt başı aşağı vəziyyətdə olmuşdur. Onu saxlayan BMCMİ-nin polisləri 4 nəfər olmuşlar, onu BMCMİ-nə aparıb, onu yenə döyərək məcbur etmişlər ki, Zərərçəkmiş şəxs külli miqdar hədə-qorxu ilə pul tələb etməyi barədə ifadələr versin. Onu BMCMİ-də polislər işgəncə otaqlarına aparmışlar, orada müəyyən işgəncə aparatlarını ona göstərərək onların dediyi kimi ifadələr vermədiyi təqdirdə ona işgəncələr verəcələrini bildirmişlər. O da məcbur qalıb polislərin dedikləri kimi ifadələr vermiş, Yulduzdan pulu hədə-qorxu yolu ilə aldığını qeyd etmişdir. Yulduz ona əvvəlcə verdiyi 6000 ABŞ dollarını obyektini satmaqda kömək etdiyi üçün, 4000 ABŞ dollarını ad gününə hədiyyə olaraq olaraq vermiş, 5000 və 3000 olan cəmi 8000 ABŞ dollarını isə Yulduzdan borc olaraq almışdır. Yulduzdan aldığı borc pullara görə aralarında olan telefon yazışmalarında Yulduza öz minəttdarlığını da bildirmişdir. BMCMİ-də onun hüquqları pozulmuş, ona müdafiəçilərin siyahısı təqdim olunmamış, ona təqdim olunan müdafiəçinin istəyib istəmədiyi ondan soruşulmamış və müdafiəçini özü seçməmişdir. Özünün vəkil tutmağa imkanı olsa da buna imkan verməmişlər, ailəsinə zəng etməyə qoymamışlar, vəkil gəlmədən əvvəl bir dəfə video çəkiliş etmişlər, vəkil gələndən sonra da təkrar çəkiliş aparılmışdır. Məhkəmədə təqsirləndirinəln şəxs Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ilkin ifadələri elan olunmuşdur. O həmin ifadələrində göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə 2020-ci ilin oktyabr-noyabr aylarında “İnstaqram” sosial şəbəkəsi vasitəsi ilə tanış olmuşdur. Yulduz özünə məxsus Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən 31 kvadrat metr sahəsi olan qeyri-yaşayış sahəsini satışa çıxarmışdır. O, həmin obyektin satışı ilə bağlı aktiv hərəkətlər etmiş, Yulduz da bunu görmüşdür. Həmin vaxtlar Yulduzla işgüzar münasibəti olmuş, Yulduzun ondan yaşca çox böyük olduğunu bilmişdir. Həmin ərəfələrdə Yulduzla cinsi əlaqədə olmağı qərara almış, ona görə də bu məqsədlə Bakı şəhəri, Nəsimi rayonu, Mirəli Qaşqay küçəsində, X4 Səfirliyinin yaxınlığında günlük iki otaqlı mənzil kirayəyə götürmüşdür. Sonralar Yulduzla görüşüb qeyd olunan mənzilə gedərək onunla öz razılığı ilə cinsi əlaqədə olmuşdur. Cinsi əlaqədə olmalarını əvvəlki telefonuna çəkib özündə saxlamışdır. Bundan bir neçə gün sonra Yulduz özü də intim şəkillərini çəkib ona göndərmiş, ona görə də video və fotolar telefonunda qalmışdır. 2021-ci ilin fevral ayında borcları olduğundan maddi çətinlik çəkdiyi üçün Yulduza müraciət edib 25.000 ABŞ dolları pul istəmişdir. Yulduz isə verə bilmyəyəcəyini dedikdə, o, videoları Yulduzua göstərib bildirmişdir ki, əgər ona pul verməsə həmin rüsvayedici məlumatları oğluna və sosial şəbəkəyə göndərəcək, Yulduz isə qorxub pul verə biləcəyini demişdir. 2021-ci ilin fevral ayında Yulduz yaşadığı evinin qarşısında ona 15.000 ABŞ dolları pul vermişdir. İkinci dəfə Yulduzdan eyni adla pul tələb etdikdə, sonuncu Bakı şəhəri Nərimanov rayonu ərazisində yerləşən X7 yaxınlığında 7.000 ABŞ dolları, axırıncı dəfə isə 2021-ci ilin sentyabr ayında 3.600 manat vermişdir. Beləliklə də Yulduzdan hədə-qorxu gəlməklə 41.000 manat pul alıb borclarını ödəmişdir. 01 noyabr 2021-ci il tarixdə ona yenidən 13.000 manat pul lazım olduğundan Yulduz ilə danışıb həmin məbləğdə pulu tələb etmişdir. Yulduz isə demişdir ki, özündə pul yoxdur, Gəncə şəhərinə gedib qohumlarından pul toplayıb gətirmək üçün ona iki gün lazımdır. O, Yulduza vaxt vermiş, lakin Yulduz Gəncədən əli boş qayıtdıqda o, kəskin olaraq ondan pul gətirməsini tələb etmiş, Yulduz da bankdan kredit götürüb verəcəyinə söz vermişdir. 04 noyabr 2021-ci il tarixdə Yulduz onu Bakı şəhəri Nərimanov rayonu Təbriz küçəsində yerləşən “Access Bank”ın qarşısına çağırmışdır. Həmin gün saat 13:35 radələrində Yulduzun dediyi yerə gedib görüşmüş, həmin vaxt Yulduz ona 7.000 ABŞ dolları məbləğində pul tapa bildiyini deyərək həmin pulu ona vermişdir. O da pulları sayıb cibinə qoyaraq ondan ayrılmışdır. Təxminən 20 dəqiqə sonra Gənclik metrosunun yaxınlığında olduğu zaman polis əməkdaşları onu saxlayıb Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparmışlar. İdarədə onun hüquqlarının müdafiəsi məqsədi ilə vəkil təqdim olunmuşdur. Ardınca videoçəkilişdən istifadə edilməklə üzərinə şəxsi axtarış keçirilməsinə başlanılmışdır. O, vəkilə və şəxsi axtarışın keçirilməsinə etiraz etməmişdir. Bundan sonra ona seriya nömrələri məlum olan, kserosurətləri çıxarılmış pul əskinaslarının Yulduz tərəfindən ona verilib-verilmədiyi soruşulmuşdur. O, pulların ona verildiyini bildirib əynində olan şalvarının cibindən 70 ədəd 100 ABŞ dolları pul əskinasları olmaqla 7.000 ABŞ dolları pulu çıxarıb Zərərçəkmiş şəxs tərəfindən ona verildiyini bildirmişdir. Həmçinin özünə məxsus “İphone 12 Pro” modelli mobil telefonu təqdim edib yaddaşında Zərərçəkmiş şəxs barəsində rüsvayedici məlumatların olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadələrinin düzgün olduğunu, ibtidai istintaq zamanı verdiyi ifadələri təsdiq etmədiyini. Həmin ifadələri BMCMİ-nin əməkdaşlarının ona göstərdiyi fiziki təzyiqlərə məruz qaldığı üçün məcbur olub oxumadan imzaladığını göstərmişdir. Məhkəmədə zərər çəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2020-ci ilin noyabr ayından tanımışdır. Mərhum oğlu Zaur qaraciyər xəstəsi olmuş və onun müalicəsi ilə bağlı “NBC Bank”dan külli miqdar kredit götürmüşdür. Həmin kreditin bir hisəsini bağ evini satıb ödəmiş, lakin bir hissəsi ödənilməmiş qalmışdır. Qalan kredit borcunu ödəmək üçün yaşadığı binanın 1-ci mərtəbəsində yerləşən özünə məxsus 31 kvadrat metr sahəsi olan qeyri-yaşayış sahəsini satışa çıxarmışdır. Obyektin tez satılması məqsədi ilə şəkilləri “İnstagram”, “Facebook” və sair sosial şəbəkələrə yerləşdirmiş, Təvəkkül də ona həmin sosial şəbəkədə yazaraq, obyektin satılması üçün aktiv kömək etməyə çalışmışdır. Təvəkkül onunla telefonla danışmış, hətta obyektə baxmaq üçün müştəri də gətirmişdir. 2020-ci ilin noyabr ayının sonlarında Təvəkkül ilə görüşdüklərində mərhum oğlu ilə bağlı Təvəkkülə danışanda kövrəlmiş, Təvəkkül də onu təsəlli etmək üçün qucaqlamışdır. Sonra Təvəkkül ilə aralarında könüllü intim münasibəti olmuşdur. Lakin Təvəkkülün həmin intim əlaqəni video görüntüyə almasından xəbəri olmamışdır. 2021-ci ilin fevral ayında Təvəkkül ona demişdir ki, pandemiya ilə bağlı pulu yoxdur, hansısa bir iş qurmaq istəyir və buna görə də pul ona lazımdır. O isə pulunun olmadığını Təvəkkülə demiş, Təvəkkül isə ona demişdir ki, onda intim əlaqələrinin videosu var, əgər ona pul tapıb verməsə həmin cinsi əlaqənin video görüntüsünü onun oğluna və yaxınlarına göndərəcəkdir. Sonra videonun bir hissəsini ona “Whatsap” vasitəsi ilə göndərmiş, o da Təvəkkülün video barədə düz danışdığını görmüşdür. Təvəkkül ona demişdir ki, əgər pul verməsə oğluna və oğlunun dostlarına həmin videonu göndərəcək. Təvəkkül əvvəlcə ondan 25.000 ABŞ dolları pul istəmiş, o da məcbur qalıb rəfiqəsi Təranədən 6000, 4000, və 5000 ABŞ dolları borc alaraq cəmi 15.000 ABŞ dollarını Təvəkkülə vermişdir. Sonralar özü obyekti satmışdır. Təvəkkül yenə 2021-ci ilin aprel ayının əvvəlində yenə hədə-qorxu gələrək 7.000 ABŞ dolları, 2021-ci ilin sentyabr ayında 3.600 manat pul almışdır. Təvəkkül hər dəfə pulu alandan sonra ona demişdir ki, «çox sağol, sən mənə kömək etmisən, heç dostlarımın mənə etmədiklərini etmisən», lakin Təvəkkül pulu alandan sonra yenə də öz əməllərinə davam edir və ondan videoya görə hədə-qorxu ilə pul tələb edirmiş. Sonra Təvəkkül ondan 01 noyabr 2021-ci il tarixdə yenə 13.000 manat pul tələb etmiş və verməyəcəyi təqdirdə video görüntünü bütün qohumlarına, tanışlarına göndərəcəyini və sosial şəbəkələrdə yayacağını demişdir. O, Təvəkküldən 2 gün vaxt istəmiş və pulu Gəncə şəhərindən gedib gətirəcəyini demişdir. O, Gəncə şəhərinə getmiş, lakin pul tapmayıb Bakı şəhərinə qayıtmışdır. İşdən çıxdığı zaman Təvəkkül onun qarşısına çıxıb onu maşınına mindirmiş, və bir çox qohumlarımın adını çəkərək pul vermədiyi təqdirdə videonu qohumlarına göndərəcəyini demişdir. O, evə gedəndən sonra Amerikada yaşayan qızı ilə telefonla danışıb vəziyyəti ona danışmışdır. Qızı da təvəkkülün əməllərini dayandırmayacığını və onun barəsində polis orqanlarına şikayət etməyini demişdir. Bundan sonra o anlamışdır ki, polisə şikayət etməsə Təvəkkül ondan əl çəkməyəcək və hədə-qorxu ilə ondan mütəmadi olaraq pul tələb edəcəkdir. O da 04 noyabr 2021-ci il tarixdə səhər saatlarında Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə yaxınlaşıb baş verən hadisə barədə məlumat vermişdir. Onun ərizəsi qeydə alınmış və nömrələri qeyd edilərək, kserosürətləri çıxarılmış 70 ədəd 100 ABŞ dolları pul əskinasları ona təqdim olunmuşdur. Həmin pul vəsaitini polis əməkdaşlarından təhvil alandan sonra Təvəkkülə zəng edib pulun hazır olduğunu demiş və Bakı şəhəri Nərimanov rayonu, Təbriz küçəsində yerləşən “Access” Bankın qarşısında olduğunu bildirmişdir. Həmin gün saat 13:35 radələrində Təvəkkül həmin yerə gəlib ondan 7.000 ABŞ dolları pulu götürmüş və pulu sayaraq və əksik olduğunu demişdir. O da pulun bu qədər olduğunu demiş, sonra Təvəkkül pulu götürüb getmişdir. Həmin gün onu polislər Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət ettmişlər, Təvəkkülü də həmin idarədə görmüşdür. Təvəkkülün üzərinə videogörüntü ilə baxış keçrilmiş, Təvəkkül ona qarşı etdiyi hər şeyi orada etiraf etmişdir. Sonra Təvəkkül ona səhv etdiyini, ondan aldığı bütün pulları geri qaytaracağına söz vermişdir. Sonra bu barədə ondan izahatlar almışlar və bütün olanları izahatında yazmışdır. Təvəkkülə yarıçılpaq şəkillərini göndərmiş, lakin şəkilləri hansı tarixdə göndərliyini xatırlamır. Təvəkkül həbs olunandan sonra Təvəkkülün valideynləri ona yalvararaq xahiş etmişlər ki, Təvəkküldən şikayətçi olmasın və onun pullarını qaytaracaqlar. O da Təvəkkülün qohumlarının xahişlərinə görə notarus qeydiyyatından keçmiş ərizəsində ona dəyən zərərin tam şəkildə ödənildiyni, şikayətinin və tələbinin olmaması barədə ərizə yazmışdır. Təvəkkülün qohumları tərəfindən ona 500 manat anası, 500 manat isə atası tərəfindən onun bank hesab kartıma köçrülmüş, ona cəmi 1020 manat pul qaytarmışlar. Təvəkkülün valideynlərinin xahişlərinə görə cinayət işinin ibtidai araşdırmasını aparan müstəntiqə ərizə ilə müraciət edərək Təvəkkülə verdiyi pulları hədə-qorxu ilə yox, borc olaraq verməsi barədə ərizə yazıb göndərmişdir. Sonra müstəntiq onu çağırıb, yazdığı ərizəyə görə məsuliyyət daşıdığını, belə olan halda Təvəkkülün həbsdən azad oluna biləcəyini və onun həbs oluna biləcəyini izah etmişdir. O da müstəntiqə hüquqşünas olmadığı üçün bunları bilmədiyini və Təvəkkülün vaideynlərinin xahişi ilə belə bir ərizə yazdığını bildirmişdir. Sonra o, yenidən istintaqa dəvət olunmuş və ərizəni Təvəkkülün valideynlərinin xahişi ilə yazdığını, əvvəlki ifadələrinin düz olduğunu və Təvəkkülün ondan pulu hədə-qorxu ilə tələb edərək alması barədə yenidən ifadə vermişdir. Təvəkkülün valideynləri tərəfindən ona 30.000 manat pul verilməmişdir. Hazırda Təvəkkülə verdiyi pulları götürdüyü banklara külli miqdar ödəmədiyi kreditləri var, əgər Təvəkkülün valideynləri tərəfindən ona 30.000 manat pul verilsəydi həmin kreditləri bağlayardı. Zərərçəkmiş şəxs ona dəyən zərəri təqsirləndirilən şəxsdən tələb etdiyini və mülki iddasının təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı Şahid1 ifadəsində göstərmişdir ki, 04 noyabr 2021-ci il tarixdə Zərərçəkmiş şəxs onun işlədyi Baş İdarəyə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs cinsi əlaqədə olduqları zaman çəkdiyi videogörüntünü sosial şəbəkələrdə yayacağı, övladlarına və yaxınlarına göndərəcəyi ilə hədə-qorxu gələrək ondan hissə-hissə olmaqla 41.000 manat pul aldığını, hazırda əlavə olaraq 13.000 manat pul verməsini tələb etdiyini bildirmişdir. Onun ərizəsi qəbul edilmiş və rəhbərliyə məruzə olunmuşdur. Sonra əməliyyat tədbir üçün DİN-in əməliyyat xərcləri üçün nəzərdə tutulmuş pul vəsaitindən seriya və nömrələri protokolda qeyd edilmiş 7000 ABŞ dollarının kserosurətləri çıxarılıb Yulduza təqdim olunmuşdur. 04 noyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs onlar tərəfindən Bakı şəhəri, Nərimanov rayonu F.X.Xoyski prospektində saxlanılaraq işlədyi Baş İdarəyə aparılmışdır. İdarədə Təvəkkülün üzərinə baxış keçirilmiş, onun üzərindən əməliyyatda istifadə olunan 7.000 ABŞ dolları pul əsginasları, idarə etdiyi avtomobilin açarı və mobil telefonu aşkar olunmuşdur. Təvəkkül özü etdiyi əməli də orada etiraf etmişdir. Şahid1 məhkəmədə ona verilən suallara cavab olaraq bilirmişdir ki, əməliyyat qrupuna rəhbərlik etmiş, Yulduz onun işlədiyi idarəyə müraciət etdiyi vaxtdan sonra onunla Təvəkkül arasında olan telefon zənglərini və ya yazışmalarını araşdırmamışlar və məhkəməyə də təqdimatla müracət etməmişlər. Yulduz 04 noyabrda onlara müraciət etmiş, elə həmin gün də əməliyyat keçrilməsi barədə qərar qəbul olunmuşdur. Təvəkkülü Bakı şəhəri, Nərimanov rayonu ərazisində Gənclik MALL-un yanında saxlamışlar. Təvəkkül həmin vaxt piyada keçidindən keçdiyi zaman ona yaxınlaşıb, onu saxlamışlar. Onlar, yəni polislər bir maşında həmin yerə getmişlər. Təvəkkülü öz maşınından düşürməmişlər, onu piyada yolu keçərkən saxlamışlar. Təvəkkülü işlədiyi idarəyə öz maşını ilə aparmamışlar, özlərinin maşını ilə Təvəkkülü idarəyə aparmışlar. O, Təvəkkülü döyməmiş, ona heç bir işgəncə verməmişdir. Təvəkkülü işlədiyi BMCMİ-də 101 saylı otağa aparmışlar, həmin otaq inzibat otaq olmuşdur. Həmin otağa təhqiqatçı və müdafiəçi də gəlmişdir. Müdafiəçini o dəvət etməmiş, müdafiəçini təhqiqatçı dəvət etmişdir. Otağa təhqiqatçı ilə vəkil eyni anda gəlmişlər. O, idarəyə çatanda təhqiqatçıya məlumat vermiş, sonra təhqiqatçı və müdafiəçi otağa gəlmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları Şahid2 və Şahid3 ifadələrində Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmədə şahid qismində dindirilmiş X1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qardaşı oğludur. 05 noyabr 2021-ci il tarixdə bilmişlər ki, Təvəkkül yoxdur, itibdir. Sonra bilmişlər ki, onu həbs ediblər. Qardaşı Valeh ona demişdir ki, Təvkkülün bir qadına 30.000 manat borcu var və həmin pul ödənilməlidir. O da 4000 manat pulu aparıb qardaşı Valehə vermişdir. Yulduz adlı qadınla Vəkillər Kollegiyasının 18 saylı vəkil bürosunun binasının yaxınlığında görüşmüşlər, o da söhbətlərdə iştirak etmişdir. Həmin yerdə Valehin həyat yoldaşı və bacısının əri Əfqan da olmuşlar. Valeh tərəfindən 30.000 manat həmin qadına verilmişdir. Qadın demişdir ki, pulu ödəyin ərizəmi geri götürəcəyəm, həmin danışıqlarda özü şəxsən iştirak etmişdir. 30.000 manat pulu həmin qadına Vəkillər Kollegiyasının 18 saylı vəkil bürosunun binasının yaxınlığında verilmişdir. Sonradan qadın qardaşı Valehə bildirmişdir ki, banka əlavə faiz borcları var, ona görə də qardaşı Valeh onun hansısa kart hesabına əlavə 500 manat pul köçürmüşdür. 30.000 manatdan əvvəl də qadın qardaşı arvadından, yəni Təvəkkülün anasından da 500 manat pul alıb demişdir ki, banka faizləri var, onları ödəməlidir. O, qadını görəndə qadın Təvəkkülün ondan hədəqorxu ilə pul tələb etməsini deməmişdir, həmin qadın demişdir ki, pulu Təvəkkülə iş qurmaq üçün borc olaraq vermişdir. Həmin qadın demişdir ki, «qorxdum ki, borc verdiyim pulları ödəməz, ona görə Təvkküldən hədə-qorxu ilə pul tələb etməsi barədə şikayət etmişəm». O özü 4000 manat, bacısı Gülnar 5000 manat, Əfqan 5000 manat, qardaşı Valehin Cövdət adlı bacanağı 3000 manat pul vermişlər. 13.000 manat isə qardaşı Valeh özü düzəldib qadına vermişdir. Məhkəmədə şahid qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, qohumu Valeh ona demişdir ki, hansısa qadına 30.000 manat pul verilməlidir və ondan 5000 manat borca pul istəmişdir. O da 5000 manat pul düzəldib, Azərbaycan Respublikası Vəkillər Kollegiyası 18 saylı vəkil bürosunun yanın gedib Valehə vermişdir. Həmin vaxt orada Valeh, Valehin bacısı Aygün, pul veriləcək bu qadın olmuşdur. O həmin yerdə gözləməmiş pulu Valehə verib çıxıb getmişdir. Valehin qadına pul verməsini görməmişdir. Yulduz adlı qadınla onun danışığı olmamış, həmin qadın onu tanımamış, o, Valehə yaxınlaşıb pulu verib oradan uzaqlaşmışdır. Valeh əvvəllər ondan borca pul istəməmişdir. Valeh demişdir Yulduza 30.000 manat pul verilməlidir. Təvəkkülə qadının pulu nə məqsədlə verməsini bilmir. Məhkəmədə şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun oğludur. Təvəkkülü 05 noyabr 2021-ci il tarixdə qanınsuz həbs ediblər, bu barədə ona və digər ailə üzvlərinə məlumat verməyiblər. O, bir neçə gün oğlunu axtarmış, lakin tapa bilməmişdir. 07 noyabr 2021-ci il tarixdə oğlu Təvəkkül özü Bakı İstintaq Təcridxanasından zəng edərək bildirmişdir ki, Yulduz adlı qadana olan pul borcuna görə onu həbs ediblər. Oğlu Təvəkkül ona demişdir ki, həmin qadına olan borcunu ödəsələr onu həbsdən azad edərlər. O da həmin qadını tapmış və onunla danışmışdır. Qadın demişdir ki, Təvəkkülə borc pul vermişdir. O özü və qohumlarından 30.000 manat pul düzəldib Yulduza vermişdir. Həmin pulun 5000 manatını Əfqandan, 4000 manatını bacısı Aygündən, 3000 manat pulu bacanağından, 5000 manat digər bacısından almış və 13.000 manat da özü düzəldib Yulduza vermişdir. Təvəkkül sonradan ona demişdir ki, sosial şəbəkə olan «İnstegram»da qadının obyektini satdığı üçün qadın oğluna 6000 manat pul verməli imiş. Noyabrın 4-də oğluna zəng vurmuş, lakin ona zəng çatmamışdır. Oğlunun həbs olunması barədə 3 gün ona və ailə üzvlərinə xəbər verilməyib, oğlu özü ayın 07-də evə zəng vurub. Təvəkkülü 1 ay yarımdan sonra görmüş, Təvəkkül ona demişdir ki, onu polislər döyüblər. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli üzrə təqsirli olması zərər çəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı məhkəmədə tədqiq edilən digər sübut növləri ilə tam sübuta yetirilmişdir. Belə ki, cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs ərizəsindən məlum olur ki, o, 04 noyabr 2021-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsininə müracət edərək Təqsirləndirilən şəxs ondan qanunsuz olaraq hədə-qorxu ilə 13.000 manat pul tələb etdiyini bildirmişdir. Cinayət işinin materiallarında olan DİN-in BMCMİ-nin Kriminal qruplaşmalara qarşı mübarizə idarəsinin baş əməliyyat müvəkkil Şahid1 tərəfindən tərtib edilmiş “əməliyyataxtarış tədbirlərində istifadə ediləcək pul vəsaitinin təqdim olunması haqqında” 04 noyabr 2021-ci il tarixli protokoldan görünür ki, xx.xx.2021-ci il tarixdə Zərərçəkmiş şəxs BMCMİnə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs onunla cinsi əlaqədə olmalarına dair videoçəkliş etdiyini deyib videogörüntünü sosial şəbəkələrdə yayacağı, eləcə də intim əlaqələrinə dair videogörüntünü övladlarına və yaxınlarına göndərəcəyi ilə hədə-qorxu gələrək ondan hissə-hissə olmaqla 41.000 manat pul aldığını, hazırda əlavə olaraq 13.000 manat pul verməsini tələb etdiyini bildirmişdir. Qeyd olunanlarla bağlı məlumatın yoxlanılması, o cümlədən Təqsirləndirilən şəxs müəyyən edilməsi və onun cinayət əməllərinin ifşa edilməsi məqsədi ilə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qəbul edilmiş qərar əsasında DİN-in əməliyyat xərcləri üçün nəzərdə tutulmuş pul vəsaitindən seriya və nömrələri protokolda qeyd edilmiş 70 ədəd 100 ABŞ dolları pul əsginaslarının kserosurətləri çıxarılaraq Zərərçəkmiş şəxs təqdim olunmuşdur Cinayət işinin materiallarında olan DİN-in BMCMİ-nin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat bölməsinin təhqiqatçısı X3 tərəfindən tərtib edilmiş “Şəxsi axtarış və götürmə aparılması haqqında” 04 noyabr 2020-ci il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saat 13:35-də ünvan 3 ünvanının yaxınlığında ərizəçi Zərərçəkmiş şəxs tərəfindən seriya və nömrələri əvvəlcədən protokolda qeyd edilmiş pul əsginaslarının xarici görünüşcə Təqsirləndirilən şəxs oxşar şəxsə verilməsindən sonra pulu qəbul edən şəxs əməkdaşlar tərəfindən xx.xx.2021-ci il tarixdə saat 13:53-də Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski prospekti 14 ünvanının yaxınlığında saxlanılaraq Baş İdarəyə gətirilmiş, şəxsi axtarış zamanı əynində olan qara rəngli cins şalvarının sol yan cibindən 7.000 ABŞ dolları pul əskinasları aşkar edilərək götürülmüşdür. Şəxsi axtarış və götürmənin aparılması videoçəkliliş əsasında keçirilərək bir ədəd CD diskə yazılaraq protokola əlavə edilmişdir. Qeyd edilən bir ədəd “CD” disk cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən cinayət işi üzrə maddi sübut hesab edilərək cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarından məlum olur ki, Təqsirləndirilən şəxs məxsus “İphone 12 Pro” markalı mobil telefon cihazına baxış keçirilən zamanı Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, qeyd olunan mobil telefon cihazında Zərərçəkmiş şəxs haqqında rüsvayedici məlumatlar varsa təqdim etsin. Bundan sonra Təqsirləndirilən şəxs özünə məxsus “İphone 12 Pro” markalı mobil telefonun yaddaşında Zərərçəkmiş şəxs haqqında rüsvayedici məlumatların olduğunu qeyd edərək həmin cihazın “Albümler” bölümündən qadın cinsli, Zərərçəkmiş şəxs oxşar şəxsin intim videolarını əks etdirən 02 ədəd və 03 ədəd intim fotolar olan videofaylları təqdim edərək məhz həmin video və fotoları Zərərçəkmiş şəxs göstərərək həmin rüsvayedici məlumatları yayacağı ilə hədələməklə pul tələb etdiyini göstərmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi Zərərçəkmiş şəxs oxşar şəxsin intim videolarını əks etdirən 02 ədəd və 03 ədəd intim fotolar olan videofayllar cinayət işi üzrə sübut əhəmiyyəti kəsb etdiyi üçün 01 ədəd yaddaş kartına köçürülərək cinayət işinə əlavə edilmişdir. Cinayət işinin materiallarında olan "cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında" 04 noyabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan Bakı şəhər Nərimanov rayon Məhkəməsinin 06 noyabr 2021-ci il tarixli qərarından məlum olur ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 04 noyabr 2021-ci il tarixdən hesablanmaqla «həbs» qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin məlumatından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə araşdırılmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.3.2-ci maddəsində nəzərdə tutulan əməli törətməsini, əməlində cinayət tərkibinin olmasını, bununla da onun təqsirliliyini tam sübuta yetirilmiş hesab edir. İbtidai araşdırma orqanı tərəfindən onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.3.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadələrini həqiqi ifadələr kimi qəbul etmir və həmin ifadələri özünün cinayət məsuliyyətindən yayınmaq üçün uydurulmuş və işin faktiki hallarına uyğun olmayan ifadələr kimi qiymətləndirir. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. O, törətdiyi əmələ görə təqsirli bilinib cəzalanmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, eləcə də iş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə almışdır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu və 61-ci maddələrinə əsasən cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-ci maddəsinə görə xüsusilə ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslərin ciddirejimi cəzaçəkmə müəssisələrində cəza çəkmələri müəyyən olunmuşdur. Bu səbəbdən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmədə zərərçəkmiş Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qarşı 39980 manat (otuz doqquz min doqquz yüz səksən) manat məbləğində mülki iddia vermişdir. Məhkəmə hesab edir ki, verilmiş mülki iddia təmin edilməli, 39980 manat (otuz doqquz min doqquz yüz səksən) manat məbləğində pul Təqsirləndirilən şəxs alınaraq zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs verilməlidir. İş üzrə məhkəmə xərcləri yoxdur. "Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2.-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Qeyd edilən normaların tələblərinə əsasən xüsusi müsadirə məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin Azərbaycan Respublikasının CM-nin 99-1.1.ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş “İphone 12 Pro” markalı mobil telefon onun etibar etdiyi şəxsə qaytarılmalı, 01 ədəd yaddaş kartı və 01 ədəd disk isə cinayət işinin materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş "həbs" qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan- 04 noyabr 2021-ci il tarixdən hesablanmalıdır. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 12 (on iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan – 04 noyabr 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Barəsində xüsusi müsadirə təbiq edilməsin. Zərərçəkmiş şəxs mtərəfindən verilmiş mülki iddia təmin edilsin, 39980 manat (otuz doqquz min doqquz yüz səksən) manat məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Zərərçəkmiş şəxs verilsin. Hökm qanuni qüvvəsini aldıqdan sonra cinayət işi üzrə maddi sübut olan Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş “İphone 12 Pro” markalı mobil telefon onun etibar etdiyi şəxsə qaytarılsın, 01 ədəd yaddaş kartı və 01 ədəd disk isə cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu (həbsdə saxlanılan məhkuma hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarılandan 20 (iyirmi) gün sonra qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-915/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-915/2022
09.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver