Məhkəmə qərarları › İş №1(101)-915/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-915/2025

18.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-915/2025 18.04.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Quliyev Vüqar Elbrus oğlu (sədrlik edən), X5 və X ibarət tərkibdə, məhkəmə iclas katibi – X1, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri “De Fendo” Vəkil Bürosunun vəkili Müdafiəçi2, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxx 1976-cı ildə Bakı şəhərində anadan olmuş, orta təhsilli, Azərbaycan Respublikası vətəndaşı, evli, fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olmuş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 aprel 2022-ci il tarixli, 1(101)-516/2022 saylı hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək həmin məcəllənin 66.3-cü maddəsinə əsasən 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 4 iyul 2022-ci il tarixli, 1(103)-1183/2022 saylı qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 aprel 2022-ci il tarixli, 1(101)-516/2022 saylı hökmü dəyişdirilərək əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə tövsif edilməklə həmin maddə ilə təqsirli bilinərək 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin cəzasını çəkmiş, lakin məhkumluğu ödənilməmiş və üzərindən qanunla müəyyən edilmiş qaydada götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri Suraxanı rayonu Bahar qəsəbəsi nömrəsiz ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs (Fin:xxxxxxx) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 18 aprel 2025-ci il tarixdə, saat 14:45-də Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasının 1 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i:

1. Təqsirləndirilən şəxs məlum olmayan tarixdə, vaxtda və mənbədən satış məqsədi ilə 6(altı) ədəd şəffaf rəngli sellofan bükümlərdə təmiz çəkiləri 0,422 qram, 0,652 qram, 0,603 qram, 0,869 qram, 0,453 qram və 0,433 qram olmaqla, cəmi 3,432 qram külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, 6 sentyabr 2024-cü il tarixdə, saat 16:30 radələrində 1(bir) ədəd bükümdə təmiz çəkisi 0,422 qram psixotrop maddə olan metamfetamini ünvan 3 ünvanın qarşısında tanışı Şahid4 20 manat pulun qarşılığında qanunsuz olaraq satmış, 6 sentyabr 2024-cü il tarixdə, saat 18:45 radələrində Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin (bundan sonra mətndə-Suraxanı RPİ-nin 30-cu PŞ-nin) əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirlərinin nəticəsində ünvan 3 ünvanın qarşısında saxlanılaraq həmin polis şöbəsinin inzibati binasına gətirilib üzərində şəxsi axtarış aparılarkən əynindəki qara rəngli şalvarının sağ yan cibindən 5(beş) ədəd şəffaf rəngli sellofan bükümlərdə təmiz çəkiləri 0,652 qram, 0,603 qram, 0,869 qram, 0,453 qram və 0,433 qram olmaqla cəmi 3,010 qram kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə olan metamfetamin və əynindəki həmin şalvarın sağ arxa cibindən bir ədəd üzərində psixotrop maddə metamfetaminin izləri olan elektron tərəzi aşkar edilərək götürülmüşdür. İşin halları və tərəflərin dəlilləri:

2. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 6 sentyabr 2024-cü il tarixdə, təxminən saat 16-17 radələrində polis əməkdaşları onu təqib edərək evinə daxil olub onu tutmuş və orada üzərini yoxlayaraq ondan bir qram çəkidə narkotik vasitə heroin aşkar etdikdən sonra onu Suraxanı RPİ-nin 30-cu PŞ-yə aparmışlar. O, polis əməkdaşlarından üzərində aşkar olunmuş həmin bir qram çəkidə olan narkotik vasitə heroinlə onu sənədləşdirmələrini xahiş etmişdir. Daha sonra polis əməkdaşları yenidən onun evinə gedərək orada da axtarış aparmış, lakin hər hansı qanunsuz predmet aşkar etməmişlər. Onun üzərində saxlanılarkən yalnız bir qram çəkidə narkotik vasitə heroin olmuş, ittihamda göstərilən psixotrop maddə və elektron tərəzi isə ümumiyyətlə ona məxsus olmamış, həmin predmetlər onun üzərinə şöbədə qoyulmuşdur. O, fiziki təzyiqlərə məruz qalaraq döyülmüş, döyülmə nəticəsində aldığı xəsarətlər istintaq təcridxanasında qeydiyyata alınmış, habelə bu haqqında məhkəmədə barəsində qətimkan tədbiri məsələsi həll edilərkən hakimə, o cümlədən prokurorluq orqanına məlumat vermiş, prokurorluq orqanı tərəfindən ona araşdırmanın nəticəsi bildirilmişdir. Onun üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti müdafiəçinin iştirakı ilə həyata keçirilmiş, lakin sonuncuya polis əməkdaşlarının təhdidləri ilə əlaqədar yenidən döyülmə ehtimalından ehtiyat edərək təzyiqlərə məruz qalması barədə bildirməmişdir. O, Şahid4la 2020-ci il tarixdə başqa cinayət işi üzrə saxlanılarkən 3 saylı İstintaq Təcridxanasında tanış olmuş, azadlığa çıxdıqdan sonra sonuncu ilə əlaqələrini davam etdirməklə birlikdə narkotik vasitə qəbul etmiş, ona bir bükümdə narkotik vasitə vermişdir. O, Şahid4, o cümlədən hər hansı digər şəxsə narkotik vasitə satmamışdır. Şahid4 ondan sonra tutulmuşdur. Şahid4la ibtidai istintaq zamanı aralarında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı Şahid4 ondan narkotik vasitə aldığını bildirsə də, ona qarşı təzyiq olduğunu bildirməmişdir. Əsədin ona vermiş olduğu pul ilə aldığı narkotik vasitəni onunla birlikdə istifadə etmişdir. Bəşir adlı əməliyyat müvəkkili onu döyərək üzərinə narkotik vasitə qoymuş, bu barədə ibtidai istinaq zamanı ifadə verərkən müstəntiqə də məlumat vermişdir. Onun saxlanılmasında iştirak etmiş əməliyyat müvəkkillərindən Şahid1 onu döyməmiş, lakin digər polis əməkdaşı Şahid2 onu yumruq və “dubinka” ilə döyərək təzyiq göstərmişdir. Polis şöbəsində videoçəkilişlə aparılmış şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı üzərindən aşkar edilmiş bükümlərdən sadəcə biri onun özünə məxsus olmuşdur. Belə ki, o, polis əməkdaşlarına bir bükümdə narkotik vasitə heroin vermiş, sonuncular isə həmin narkotik vasitəni dəyişdirərək psixotrop maddə metamfetaminlə əvəz etmişlər. Hazırda barəsində Abşeron Rayon Məhkəməsinin icraatında olan başqa cinayət işi üzrə icraat davam edir. 8 sentyabr 2024-cü il tarixdə müvəqqəti saxlama yerindən azad olunduqdan sonra da bir müddət Suraxanı RPİ-nin inzibati binasının yerləşdiyi ərazini tərk etməmiş, daha sonra post patrul xidməti əməkdaşları tərəfindən 30-cu Polis şöbəsinə aparılmış və barəsində həbs qətimkan tədbiri seçilənədək faktiki olaraq polis nəzarətində olmuşdur. 9 sentyabr 2024-cü il tarixdə isə məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs anadangəlmə sol ayağının qısalığı ilə əlaqədar 3-cü dərəcə əlil olduğunu, özünü təqsirli bildiyi əmələ münasibətdə peşman olduğunu və 48 yaşında olmaqla narkomaniya xəstəliyindən əziyyət çəkərək sağalmaq istədiyini bildirərək məhkəmədən ona ədalətli cəza təyin edilməsini xahiş etdi.

3. Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı müdafiəçisinin iştirakı ilə şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələri arasında müəyyən ziddiyyətlər olduğundan həmin ifadələr elan edilərək tədqiq edilmiş və o həmin ifadələrində ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, təxminən beş ilə yaxındır psixotrop maddə olan metamfetamindən istifadə etmiş, istifadə etdiyi psixotrop maddələri tanımadığı şəxslərdən əldə etmiş, yəni pul müqabilində almışdır. Sonuncu dəfə 6 sentyabr 2024-cü il tarixdə, təxminən saat 10 radələrində Bakı şəhəri Xətai rayonu ərazisində yerləşən Əhmədli metrostansiyasının yanında olan zaman orada üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən bir ədəd sellofan bükümdə olan psixotrop maddə metamfetamini 50 manata almışdır. O həmin psixotrop maddəni öz istifadəsi üçün almış, psixotrop maddəni aldıqdan sonra əynindəki şalvarının sağ yan cibinə qoyaraq yaşadığı evə getmişdir. O, bir qədər evdə oturduqdan sonra küçəyə çıxmış və şəxsi işlərinin ardınca gedərkən ona iki nəfər mülki geyimli şəxs yaxınlaşmış və özlərini təqdim edərək Suraxanı RPİ-nin 30-cu PŞ-nin əməliyyat müvəkkilləri olduqlarını bildirmişlər. Polis əməkdaşları ilk olaraq ondan şəxsiyyətini təsdiq edən sənəd istəmiş, o isə üstündə şəxsiyyətini təsdiq edən hər hansı bir sənədi olmadığından təqdim edə bilməmişdir. Həmin vaxt onun üzərində psixotrop maddə olduğuna görə həyacanlanmış, həyacanlandığını görən polis əməkdaşları onu sorğu-sual etmişlər. Daha sonra onun qanunsuz olaraq psixotrop maddə istifadə etməkdə, üzərində daşımaqda və satmaqda şübhəli olduğunu bildirmişlər. Bu zaman o, üstündə psixotrop maddə olduğunu polislərə səmimi etiraf etmişdir. Bundan sonra polis əməkdaşları üzərinə şəxsi axtarış keçirilməsi üçün əlverişli şərait olmadığını görüb onlarla birlikdə həmin polis şöbəsinə gəlməyini bildirmişlər. O, etiraz etmədən onlarla birgə polis şöbəsinə gəlmişdir. Polis şöbəsinə gəldikdən sonra Bəşir adlı polis əməkdaşı ona dörd ədəd bükümdə psixotrop maddə olan metamfetamini vermiş və cibinə qoymağı tapşırmışdır. Bəşir ona “əgər götürüb cibinə qoymasan səni otağa salıb döyəcəklər” demişdir. Buna görə də, o qorxusundan həmin dörd ədəd bükümləri alıb üstündə olan bir ədəd bükümlə birlikdə cibinə qoymuşdur. Bundan sonra onu xidməti otağa gətirmiş, həmin xidməti otaqda olan və özünü Suraxanı RPİ-nin 30-cu PŞ-nin təhqiqatçısı Vüqar İsizadə kimi təqdim edən şəxs qanunsuz olaraq üzərində psixotrop maddə saxlamaqla daşımaqda və satışını həyata keçirməkdə şübhəli olduğunu və bu səbəbdən saxlanılaraq polis şöbəsinə gətirildiyini deyərək şübhəli şəxs kimi hüquq və vəzifələrini ona elan edib bu barədə yazılı bildiriş vermişdir. Daha sonra o, ərizə ilə müraciət edərək maddi imkanı olmadığına görə dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi ilə təmin olunmaq istədiyini bildirmişdir. Hüquqlarının müdafiəsi üçün vəkil dəvət olunmuşdur. Bundan sonra polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış aparılması barədə X4 məlumat vermişdir. X4 üzərinə aparılacaq şəxsi axtarış zamanı videoçəkilişdən istifadə olunacağını bildirmişdir. Bundan sonra təhqiqatçı üzərində qanunla dövriyyəsi qadağan olunmuş hər hansı maddə, predmet və ya əşya olub-olmadığını soruşmuş və olduğu halda könüllü halda təqdim etməyini ona təklif etmişdir. O həmin vaxtı üzərində psixotrop maddə olduğunu bildirmiş və sonra əynində olan qara rəngli şalvarının sağ yan cibində saxladığı beş ədəd şəffaf sellofan bükümdə olan psixotrop maddələri metamfetamini çıxardıb təqdim edərkən cibindən beş büküm çıxmışdır. O həmin bükümləri masanın üzərinə qoymuşdur. Daha sonra əynindəki həmin şalvarın sol yan cibindən özünə məxsus olan bir ədəd “Samsung A52” markalı mobil telefonu və şalvarının sağ arxa cibindən özünə məxsus olan bir ədəd elektron tərəzini çıxarıb masanın üzərinə qoymuşdur. Bundan sonra təhqiqatçı tərəfindən həmin bükümlər açılaraq içərisinə baxış keçirilmiş, baxış zamanı həmin sellofan bükümlərin hər birinin içərisində ağ rəngli, kristal formalı, iysiz psixotrop maddə olan metamfetamin olduğu məlum olmuşdur. O həmin bükümlərin içərisində olan kütlənin “patı” kimi adlandırılan psixotrop maddə metamfetamin olduğunu bildirmiş və öz istifadəsi üçün tanımadığı şəxsdən aldığını və bunun üçün də üzərində gəzdirdiyini bildirmişdir. Lakin həmin bükümlərdən biri ona məxsus olmuş, qalan dörd ədəd bükümləri Bəşir adlı polis əməkdaşının təzyiqi altında, yəni onu döyməklə hədələdiyi üçün ondan alıb cibinə qoymuşdur. Sonra təhqiqatçı tərəfindən üzərində axtarış davam etdirilmiş, lakin qanunla qadağan olunan digər hər hansı bir əşya, predmet və ya maddə aşkar olunmamışdır. Sonra üzərindən aşkar edilmiş həmin bükümlərdə olan maddələr ağ rəngli zərfə qoyularaq möhürlənmiş, üzəri DİN-in ştamp əksi ilə möhürlənmiş, tərəfindən üzərinə imzalar edilmişdir. Şəxsi axtarış keçirilməsi barədə protokol tərtib edilərək ucadan oxunmuş, düzgünlüyü imzalarla təsdiq edilmişdir. Polis əməkdaşları ona yaxınlaşarkən, habelə üzərinə şəxsi axtarış aparılarkən ona qarşı heç bir fiziki güc və zor tətbiq edilməmiş, lakin onu şöbəyə gətirdikdən sonra Bəşir adlı polis əməkdaşı onu döyməklə hədələmişdir. O, heç vaxt narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmamış, lakin özü psixotrop maddələrin istifadəçisi olmaqla arabir əldə etdikdə istifadə etmişdir. Şəxsi axtarış zamanı üstündə olan 1 ədəd “Samsung A52” markalı mobil telefonun üzərində 1 ədəd ***-***-**-** saylı sim kart nömrəsi olmuşdur. Şəxsi axtarış zamanı üstündə olan 1 ədəd elektron tərəzini üstündə saxlamaqda məqsədi psixotrop maddələri alan zaman satan şəxsin onu aldatmaması üçün olmuşdur. O, psixotrop maddələri həmin tərəzidə çəkib miqdarını biləndən sonra almışdır. O, əvvəllər tutularkən istintaq təcridxanasında olduğu müddətdə orada Şahid4 ilə tanış olmuş, Əsəd psixotrop maddə qəbul etdiyinə və saxlamaqla daşıdığına görə tutulmuşdur. Əsəd ilə tanış olandan sonra aralarında normal yoldaşlıq münasibətləri olmuşdur. Əsədin psixotrop maddə metamfetamin qəbul etdiyini bilmiş, əvvəllər Əsədə bir-iki dəfə bir büküm halında, yəni birdəfəlik istifadə ücün psixotrop maddə metamfetamini Suraxanı rayonu Bahar qəsəbəsində satmış, ancaq satdığı tarixləri xatırlamır. Lakin o, 6 sentyabr 2024-cü il tarixdə Əsədə bir büküm halında psixotrop maddə olan metamfetamini 20 manat pulun müqabilində satmamış, o həmin gün Əsədə psixotrop maddə metamfetamin verməmiş və ya satmamışdır. 6 sentyabr 2024-cü il tarixdə Suraxanı RPİ-nin 30-cu PŞ-nin əməkdaşları tərəfindən tutulduqdan sonra polis şöbəsində ona məlum olmuşdur ki, polis əməkdaşları Əsədi də həmin gün saxlamış və onun üzərindən bir büküm psixotrop maddə olan metamfetamin aşkar olunmuşdur. 6 sentyabr 2024-cü il tarixdə Əsədin ona zəng etməsini və onunla nə barədə danışdığını xatırlamamışdır (Cild 1, iş vərəqi (bundan sonra mətndə-i.v.) 34; 55-57; 76-78; 146-149; 243-246;).

4. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir.

5. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələrin də mümkünlüyü və mötəbərliyi üzrə yoxlanılmasından sonra sübut növü kimi qəbul edilməsi məsələsinə hüquqi qiymət verilməsini zəruri hesab edir.

6. Məhkəmədə şahid qismində dindirilmiş Suraxanı RPİ-nin 30-cu PŞ-nin cinayət axtarışı üzrə əməliyyat müvəkkili polis mayoru Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, Təqsirləndirilən şəxs mütəmadi olaraq qanunsuz narkotik vasitələr və psixotrop maddələr əldə etməsi, saxlaması və satışı ilə məşğul olması barədə Suraxanı RPİ-nin 30-cu PŞ-yə daxil olmuş əməliyyat məlumatını yoxlamaq və Təqsirləndirilən şəxs cinayət başında ifşa etmək məqsədi ilə 6 sentyabr 2024-cü il tarixdə o və Suraxanı RPİ-nin 30-cu PŞ-nin cinayət axtarışı üzrə əməliyyat müvəkkili polis polkovnik-leytenantı Şahid2 ibarət əməliyyat qrupu təşkil olunmuşdur. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində həmin gün, saat 18:45 radələrində Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı rayonu Bahar qəsəbəsi nömrəsiz ünvanda yaşadığı evinin qarşısında tərəflərindən saxlanılmışdır. Onlar Təqsirləndirilən şəxs özlərini təqdim etmiş, habelə Suraxanı rayonu ərazisində narkotik vasitələrin, psixotrop maddələrin əldə edilməsi, saxlanılması, istifadəsi və dövriyyəsində şübhəli olduğunu izah edərək onu Suraxanı RPİ-nin 30-cu PŞ-yə gətirmişlər. Polis Şöbəsində xidməti otaqların birində videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması ona bildirilmişdir. Şəxsi axtarış aparılmazdan əvvəl Təqsirləndirilən şəxs hüquq və vəzifələri, həmçinin vəkildən istifadə etmək hüququ izah edilərək vəkillərin siyahısı təqdim edilmişdir. Daha sonra Bakı şəhəri 9 saylı vəkil Bürosunun vəkili dəvət edilərək ona müdafiəçisi qismində təqdim olunmuş, müdafiəçisinin iştirakı ilə Təqsirləndirilən şəxs üstündə hər hansı qeyri-qanuni və ya qanuni nə varsa təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynindəki qara rəngli klassik şalvarın sağ yan cibindən 5(beş) ədəd şəffaf sellofan bükümləri və şalvarın sol yan cibindən 1(bir) ədəd “Samsung A52” markalı mobil telefonu, şalvarın sağ arxa cibindən 1(bir) ədəd elektron tərəzini çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlərin içərisinə baxış zamanı içərisində ağ rəngli, kristalşəkilli, spesifik iyə malik psixotrop maddə metamfetaminə oxşar maddə aşkar olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi 5 ədəd bükümlərin içərisindəki maddənin “patı” - “şüşə” kimi tanınan psixotrop maddə metamfetamin olduğunu, 6 sentyabr 2024-cü il tarixdə Bakı şəhəri Xətai rayonu Əhmədli metrostansiyası yaxınlığında üzdən tanıdığı, lakin anket məlumatlarını bilmədiyi şəxsdən 50 manat pulun müqabilində özünün istifadəsi üçün aldığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 5 ədəd bükümdəki kütlələr, 1 ədəd elektron tərəzi və 1 ədəd “Samsung A52” markalı mobil telefon cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan təhqiqatçı tərəfindən bir ədəd kağız zərfdə qablaşdırılaraq DİN-in möhürü ilə möhürlənmiş və bu barədə müvafiq protokol tərtib edilmişdir. Həmin protokol iştirakçılara ucadan oxunmuş, düzgünlüyü imzalarla təsdiq edilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs qarşı heç bir təzyiq və təsir olunmamışdır. Sonradan Təqsirləndirilən şəxs razılığı və ərizəsi əsasında yaşadığı Bakı şəhəri Suraxanı rayonu Bahar qəsəbəsi nömrəsiz fərdi yaşayış evinə baxış keçirilərkən iş üzrə əhəmiyyət kəsb narkotik vasitə, psixotrop maddə və ya əşya aşkar olunmamışdır. Polis Şöbəsində Təqsirləndirilən şəxs Şahid4 20 manat pulun müqabilində 1 ədəd bükümdə psixotrop maddə metamfetamin satması müəyyən edilmişdir. Keçirilmiş əməliyyat axtarış tədbirlərində o və Suraxanı RPİ-nin 30-cu PŞ-nin əməliyyat müvəkkili polis polkovnik-leytenantı Şahid2 iştirak etmişdir. Şöbədə Bəşir adlı polis əməkdaşı olsa da, Bəşir həmin tədbirdə iştirak etməmişdir. Təqsirləndirilən şəxs heç bir hədə gəlinməmiş, heç bir zor tətbiq edilməmiş, eləcə də cibinə qoyması üçün ona dörd ədəd bükümdə psixotrop maddə olan metamfetamin verilməmişdir. Təqsirləndirilən şəxs yalan ifadə verərək məsuliyyətdən yayınmaq üçün polis əməkdaşlarına şər və böhtan atır.

7. Verilən suallara cavab olaraq Şahid1 ifadəsinə əlavə edərək göstərdi ki, Təqsirləndirilən şəxs tərəflərindən yaşadığı evinin yaxınlığındakı küçədə saxlanılmış, onlar saxlanılarkən evin içərisinə daxil olmamışlar. Təqsirləndirilən şəxs qarşı hər hansı fiziki və ya psixi təzyiq göstərilməmiş, o cümlədən sonuncunun hər hansı polis əməkdaşı və sair şəxs, habelə şöbənin əməliyyat müvəkkili Şahid3 tərəfindən döyülməsi halı olmamışdır. O, Şahid4 tanımır, onun saxlanılmasında iştirak etməmiş, sonradan Şahid4 Təqsirləndirilən şəxs narkotik vasitə alan şəxslərdən biri olmasını öyrənmişdir.

8. Məhkəmədə şahid qismində dindirilmiş Suraxanı RPİ-nin 30-cu PŞ-nin əməliyyat müvəkkili polis polkovnik-leytenantı Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə eyni məzmunlu və Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadə verərək sonuncunun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq edib əlavə olaraq göstərdi ki, Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə əməliyyat müvəkkili olduğundan onun barəsində dəfələrlə narkotik vasitələrin istifadəsi, saxlanması və satışı ilə məşğul olmasına dair məlumatlar daxil olmuş, hətta qonşularla aparılmış kəşfiyyat xarakterli şifahi sorğular zamanı sonuncular Təqsirləndirilən şəxs yaşadığı evə naməlum şəxslərin gəlib-getdiyini, eləcə də küçədə naməlum şəxslərlə söhbətlərin təşkil edildiyini bildirmişdir. 6 sentyabr 2024-cü il tarixdə keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs tərəflərindən saxlanılaraq şöbəyə aparılmış, orada keçirilmiş şəxsi axtarış və götürmə zamanı üzərindən 5 ədəd bükümdə “patı” və ya “şüşə” adlandırdıqları psixotrop maddə metamfetamin, “Samsung” markalı mobil telefon və arxa cibindən elektron tərəzi aşkar edilmişdir. Təqsirləndirilən şəxs Əsəd adlı şəxsə psixotrop maddə satması faktı da müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə üzərinə hər hansı əlavə edilməmişdir. Bəşir adlı şəxs keçirilmiş əməliyyat tədbirində iştirak etməmişdir. Təqsirləndirilən şəxs qarşı hər hansı fiziki və ya psixi təzyiq göstərilməmişdir.

9. Məhkəmədə şahid qismində dindirilmiş Suraxanı RPİ-nin 30-cu PŞ-nin cinayət axtarışı üzrə əməliyyat müvəkkili Şahid3 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, 6 sentyabr 2024-cü il tarixdə sonradan eşitmişdir ki, Şahid4 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə əlaqədar Suraxanı RPİ-nin 30-cu PŞ-nin əməliyyat müvəkkili polis kapitanı X9 rəhbərliyi ilə əməliyyat qrupu yaradılaraq əməliyyat axtarış tədbirləri keçirilmişdir. O həmin əməliyyat axtarış tədbirlərində ümumiyyətlə iştirak etməmiş, lakin şöbənin əməkdaşı olduğundan keçirilmiş əməliyyat tədbirlərindən sonradan məlumatı olmuşdur. Belə ki, 6 sentyabr 2024cü il tarixdə, təxminən saat 17 radələrində Suraxanı RPİ-nin 30-cu PŞ-nin əməliyyat müvəkkili polis kapitanı X17 və sahə inspektoru polis kapitanı X14 birlikdə ünvan 3 ünvanın yaxınlığında Şahid4 saxlayaraq Suraxanı RPİ-nin 30-cu PŞ-yə gətirmiş və həmin şöbənin təhqiqatçısı polis kapitanı Kamran Mehdiyevin xidməti otağında Şahid4 üzərinə videoçəkilişlə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Şahid4 üstündən bir büküm halında psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bildiyinə görə həmin vaxt Şahid4 şifahi sorğu sual zamanı bildirmişdir ki, üstündən aşkar edilərək götürülmüş həmin bir büküm halında olan psixotrop maddə metamfetamini həmin gün, yəni 6 sentyabr 2024-cü il tarixdə ünvan 5 ünvanının qarşısında əvvəllər istintaq təcridxanasından tanıdığı və əvvəllər məhkum olunmuş Təqsirləndirilən şəxs öz istifadəsi üçün 20 manata alıb özündə saxlamaqla üzərində daşımışdır. Şahid4 verdiyi həmin məlumat əsasında əməliyyat tədbirləri davam etdirilmiş və şöbənin əməkdaşları tərəfindən həmin gün, yəni 6 sentyabr 2024-cü il tarixdə Məmmədov X6 rayonu Bahar qəsəbəsində nömrəsiz ev ünvanının qarşısında saxlanılaraq Suraxanı RPİnin 30-cu PŞ-yə gətirilmiş və onun üstünə şəxsi axtarış aparılan zaman üstündən psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. O, Şahid4 və Təqsirləndirilən şəxs saxlanılmasında, onların şöbəyə gətirilməsində və üstlərinə şəxsi axtarış keçirilməsində iştirak etməmiş, lakin şöbənin əməkdaşları tərəfindən onların hər biri şöbəyə gətirilən zaman şöbədə olmuş və onların gətirilməsini görmüşdür. O, Şahid4 və Təqsirləndirilən şəxs heç bir zor tətbiq etməmiş və ya zor tətbiq etməklə hədələməmişdir. Polis əməkdaşları tərəfindən onlara qarşı heç bir hədə və ya zor tətbiq edilməsinin şahidi olmamışdır. Suraxanı RPİ-nin 30-cu PŞ-də ondan başqa Bəşir adlı polis əməkdaşı yoxdur, o da həmin vaxt Təqsirləndirilən şəxs heç bir hədə gəlməmiş, heç bir zor tətbiq etməmiş, eləcə də cibinə qoyması üçün ona hər hansı psixotrop maddə olan metamfetamin verməmiş və onu otağa salıb döyəcəyi barədə hədələməmişdir. Təqsirləndirilən şəxs yalan ifadə verərək ona şər və böhtan atmışdır.

10. Verilən suallara cavab olaraq Şahid3 ifadəsinə əlavə edərək göstərdi ki, o, Təqsirləndirilən şəxs tanımır, sonuncunun saxlanılmasında, o cümlədən üzərində şəxsi axtarış və götürmə istintaq hərəkətinin aparılmasında iştirak etməmiş, sadəcə polis şöbəsində olarkən onun şöbəyə gətirilməsini görmüşdür. Onun guya Təqsirləndirilən şəxs döyməsi, habelə üzərinə psixotrop maddə qoyması ilə bağlı ifadəsində göstərdiyi xüsusatlar tamamilə yalan olmaqla özünümüdafiə xarakteri daşıyır. O, Suraxanı rayonu ərazisində narkotiklərlə mübarizə sahəsində fəal mübarizə aparan polis əməkdaşlarından biri olduğundan, onun adı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər tərəfindən tez-tez hallanır.

11. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, o, əvvəllər Təqsirləndirilən şəxsla eyni istintaq təcridxanasında saxlanılarkən tanış olmuş, sonuncunun evinə gedib-gəlmiş, habelə Təqsirləndirilən şəxs narkotik vasitə tapması üçün pul verdikdən 1-2 saat sonra tapdığı narkotik vasitəni birlikdə istifadə etmiş, lakin ondan narkotik vasitə almamışdır. İbtidai istintaq zamanı verdiyi ifadələrinin sonundakı imza onun tərəfindən icra olunmuş, lakin həmin ifadələrini təzyiq altında vermişdir. Bildiyinə görə Fikrət ondan əvvəl saxlanılmışdır. Belə ki, o, Fikrətin yaşadığı evin həyətinə girib onu çağırmış, həmin vaxt sonuncunun bacısı da evdə olmuş, bacısının dəvəti ilə evə daxil olarkən polis əməkdaşları tərəfindən saxlanılaraq Suraxanı RPİ-nin 30cu PŞ-yə aparılmışdır. Şöbədə polis əməkdaşları ondan Fikrətin üzünə durmağını tələb etmiş, özünü xilas edib narkotik vasitələrin satışı ilə sənədləşdirilməmək üçün Fikrətdən narkotik vasitə almasına dair ifadə vermişdir. O, 6 sentyabr 2024-cü il tarixdə, axşam saatlarında saxlanılmış, 5-6 sentyabr 2024-cü il tarixlərdə isə Fikrətlə mobil telefonda danışıb-danışmamasını dəqiq xatırlamır, sonuncu ilə ibtidai istintaq zamanı aralarında üzləşdirmə istintaq hərəkəti keçirilmişdir. O, müstəntiqə, o cümlədən keçirilmiş heç bir məhkəmə iclasında hakimlərə xəsarətlərinin olması barədə hər hansı məlumat verməmişdir.

12. Şahid4 məhkəmədə verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı verdiyi ifadələri arasında kəskin ziddiyyətlər olduğundan həmin ifadələr elan edilərək tədqiq edilmişdir. Şahid4 həmin ifadəsində göstərmişdir ki, o, əvvələr avtobus sürücüsü olmuş, Bakı şəhəri Xəzər rayonu ərazisində əsasən Binə qəsəbəsi daxilində fəaliyyət göstərən şəxsi marşrutlarda avtobus idarə etmişdir. O, təxminən üç ilə yaxındır “patı” kimi adlandırılan psixotrop maddə olan metamfetamindən çəkmə yolu ilə istifadə etmiş, istifadə etdiyi psixotrop maddə olan metamfetamini tanımadığı şəxslərdən, eləcə də əvvəllər 3 saylı istintaq təcridxanasından tanıdığı Təqsirləndirilən şəxs öz şəxsi istifadəsi üçün almışdır. Sonuncu dəfə 6 sentyabr 2024-cü il tarixdə, səhər saatlarında özünə məxsus olan və istifadə etdiyi ***-***-**-** nar mobil telefon operatoruna məxsus nömrəsi ilə Fikrətə zəng edərək ondan bir büküm psixotrop maddə olan metamfetamin almaq istədiyini demişdir. Fikrət bir büküm halında psixotrop maddə olan metamfetamini ona 20 manata təklif etmişdir. Bundan sonra o, Suraxanı rayonu Bahar qəsəbəsinə getmiş və orada nömrəsiz evin qarşısında Fikrət ilə görüşüb 20 manat pulu vermişdir. Fikrət ona demişdir ki, birazdan əlaqə saxlasın deyəcək gəlib götürər. Bundan sonra o, Fikrətdən ayrılmış və təxminən iki-üç saat sonra Xəzər rayonu Binə qəsəbəsində olan zaman Fikrət ilə vatsap sosial şəbəkəsi vasitəsilə danışmış, onun evdə olub olmadığını soruşmuşdur. Fikrət ona evdə olduğunu deyib evinin qarşısına gəlməyini bildirmişdir. Eyni vaxtda o, Fikrətə səsli mesaj da atmış və ona gələcəyini bildirmişdir. Fikrət də ona səsli mesaj atmışdır. O, Fikrət ilə danışandan sonra telefonunun vatsap danışığını silmişdir ki, telefonda qalmasın. Bundan sonra Fikrətin yaşadığı Suraxanı rayonu Bahar qəsəbəsində yerləşən nömrəsiz evin qarşısına getmiş və təxminən saat 16:30 radələrində orada Fikrətlə görüşmüşdür. Həmin vaxtı Fikrət ona bir büküm halında patı kimi adlandırılan psixotrop maddə olan metamfetamini vermişdir. O, bükümü açıb baxdıqdan sonra onun psixotrop maddə olan metamfetamin olduğuna əmin olduqdan sonra Fikrətdən ayrılıb şəxsi işlərinin ardınca getmişdir. Həmin günü təxminən saat 17:05 radələrində o, ünvan 5 ünvanının qarşısından keçib gedərkən iki nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq Suraxanı RPİ-nin 30-cu PŞ-nin əməkdaşları əməliyyat müvəkkilləri olduqlarını bildirib özlərini təqdim etmişlər. Polis əməkdaşları onun qanunsuz olaraq psixotrop maddə istifadə etməkdə və üzərində daşımaqda şübhəli olduğunu bildirmişlər. Bundan sonra polis əməkdaşları üzərinə şəxsi axtarış keçirilməsi üçün əlverişli şərait olmadığını görüb onlarla birlikdə Suraxanı RPİ-nin 30-cu PŞ-yə gəlməyini bildirmişlər. O, etiraz etməmiş və birgə polis şöbəsinə getmişdir. Polis şöbəsinə gəldikdən sonra onu xidməti otağa gətirmişlər. Həmin xidməti otaqda olan və özünü RPİ-nin 30-cu PŞ-nin təhqiqatçısı kimi təqdim edən Kamran Mehdiyev qanunsuz olaraq üzərində narkotik vasitə və psixotrop maddə saxlamaqla daşımaqda şübhəli olduğunu, bu səbəbdən saxlanılaraq polis şöbəsinə gətirildiyini deyərək şübhəli şəxs kimi hüquq və vəzifələrini elan edib bu barədə yazılı bildiriş verilmişdir. Daha sonra o, ərizə ilə müraciət edərək maddi imkanı olmadığına görə dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi ilə təmin olunmaq istədiyini bildirmişdir. Bakı şəhəri 9 saylı Vəkil Bürosundan vəkil dəvət edilmiş və vəkilinin iştirakı ilə üzərində şəxsi axtarış aparılmışdır. Təhqiqatçı üzərinə şəxsi axtarış keçirməyə başlayan zaman ona təklif etmişdir ki, üzərində qanunla nəzərdə tutulmuş qaydada saxlanılması və daşınması qadağan edilən hər hansı əşya varsa könüllü surətdə təqdim etsin. Bundan sonra o, əynində olan ağ rəngli şalvarının sol yan cibində saxladığı və Təqsirləndirilən şəxs aldığı bir büküm şəffaf sellofana bükülmüş halda olan psixotrop maddə metamfetamini çıxarıb könüllü olaraq təqdim etmişdir. Sonra həmin büküm polis əməkdaşları və müdafiəçi tərəfindən açılaraq içərisinə baxış keçirilmişdir. O həmin bükümün içərisində olan kütlənin patı olduğunu və tanıdığı Fikrət adlı şəxsdən öz istifadəsi üçün 20 manata aldığını və üzərində gəzdirdiyini bildirmişdir (Cild 1, i.v. 149- 152;).

13. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq aşağıdakı istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də ittiham və müdafiə tərəfinin təqdim etdikləri sübut növləri kimi mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilməklə tədqiq edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:

14. “Cinayət işinin başlanması və icraata qəbul olunması haqqında” 7 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, 6 sentyabr 2024-cü il tarixdə, saat 18:45 radələrində Təqsirləndirilən şəxs saxlanılaraq üzərində şəxsi axtarış keçirilən zaman əynindəki qara rəngli klassik şalvarın sağ yan cibindən 5 (beş) ədəd bükümdə təmiz çəkisi 3,010 qram olan psxiotrop maddə metamfetaminin aşkar edilərək götürülməsi faktına görə Suraxanı RPİ-nin 30-cu PŞ-nin təhqiqatçısı polis mayoru X15 tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılaraq icraata qəbul edilmişdir (Cild 1, i.v.1;).

15. “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” 6 sentyabr 2025-ci il tarixli qərardan və bu barədə müvafiq materiallardan görünür ki, Suraxanı RPİ-nin 30-cu PŞ-nin cinayət axtarışı üzrə əməliyyat müvəkkili polis mayoru Şahid1 tərəfindən Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməsi qərara alınmış, həmin qərar Suraxanı RPİ-nin 30-cu PŞ-nin rəisi vəzifəsini müvəqqəti icra edən polis polkovnik-leytenantı Cəmil Məmmədov tərəfindən təsdiq edilərək Şahid1 rəhbərliyi ilə həmin şöbənin cinayət axtarışı üzrə əməliyyat müvəkkili polis pokovnik-leytenantı Şahid2 ibarət əməliyyat qrupu təşkil edilmiş, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 6 sentyabr 2024-cü il tarixdə, saat 18:45-də Bakı şəhəri Suraxanı rayonu Bahar qəsəbəsi nömrəsiz ünvanın qarşısında saxlanılaraq Suraxanı RPİ-nin 30-cu PŞ-yə gətirilmişdir (Cild 1, i.v. 3-8;).

16. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 10 sentyabr 2024-cü il tarixli, 5(010)- 668/2024 saylı qərarından görünür ki, Suraxanı RPİ-nin 30-cu PŞ-nin cinayət axtarışı üzrə əməliyyat müvəkkili polis mayoru Şahid1 tərəfindən qəbul edilməklə həmin şöbənin rəisi vəzifəsini müvəqqəti icra edən polis polkovnik-leytenantı Cəmil Məmmədov tərəfindən təsdiq edilmiş 10 sentyabr 2024-cü il tarixli “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərar məhkəmə nəzarəti qaydasında yoxlanılaraq qanuna uyğun hesab edilmişdir (Cild 1, 98-100;).

17. “Şübhəli şəxsin tutulması haqqında” 6 sentyabr 2024-cü il tarixli qərar və bu barədə müvafiq protokoldan görünür ki, Təqsirləndirilən şəxs şübhəli bilinərək Suraxanı RPİ-nin 30-cu PŞ-nin əməkdaşları tərəfindən 6 sentyabr 2024-cü il tarixdə, saat 18:45 radələrində Suraxanı rayonu Bahar qəsəbəsi nömrəsiz ünvanın yaxınlığında saxlanılaraq Suraxanı RPİ-nin 30-cu PŞ-yə gətirilmiş, həmin tarixdə, saat 19:45-də həmin şöbənin təhqiqatçısı polis mayoru X15 tərəfindən müdafiəçisinin iştirakı ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. Protokolun məzmunundan görünür ki, Təqsirləndirilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 6 sentyabr 2024-cü il tarixdə, saat 18:45 dəqiqədən tutulmuş hesab edilmişdir (Cild 1, i.v. 21-22;).

18. “Şəxsi axtarış və götürmə aparılması haqqında” 6 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, qeyd edilən tarixdə qəbul edilməklə müdafiəçisinin iştirakı ilə Təqsirləndirilən şəxs elan edilmiş müvafiq qərar əsasında həmin gün Suraxanı RPİ-nin 30cu PŞ-nin təhqiqatçısı polis mayoru X15 tərəfindən həmin şöbənin əməliyyat müvəkkilləri Afiz Mirzəzadə və Şahid2 iştirakı ilə saat 20:05-dən 20:12-dək Suraxanı RPİ-in 30-cu PŞnin inzibati binasında xidməti iş otağında Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilmişdir. Protokoldan görünür ki, videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməzdən əvvəl təhqiqatçı tərəfindən ona özünü təqdim etməsi təklif edilmiş və Təqsirləndirilən şəxs özü barədə məlumat verdikdən sonra ona təhqiqatçı tərəfindən hüquq və vəzifələri ətraflı izah edilərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü olaraq təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli klassik şalvarın sağ yan cibindən 5 (beş) ədəd şəffaf sellofanın içərisində olan ağ rəngli kristalşəkilli spesifik iyə malik psixotrop maddələr, şalvarın sol yan cibindən 1(bir) ədəd “Samsung A52” markalı mobil telefon, şalvarın sağ arxa cibindən 1(bir) ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Şəxsi axtarış və götürmə xidməti iş otağında, süni işıqlandırma şəraitində aparılmışdır. Qeyd edilən istintaq hərəkəti başa çatdıqdan sonra bu barədə həmin gün, saat 20:15-dən 20:20-dək protokol tərtib edilmiş, protokolda aparılmış videoçəkilişin əks olunduğu məlumat daşıyıcısının protokola əlavə edilməsi qeyd edilmişdir. Protokol iştirakçılara ucadan oxunmuş, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuş, iştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamış, düzgünlüyü imzalarla təsdiq edilmişdir (Cild 1, i.v. 30; 32-33;).

19. “Mənzilə baxış keçirilməsi haqqında” 6 sentyabr 2024-cü il tarixli protokoldan və protokola əlavə edilmiş fotocədvəllərdən görünür ki, həmin tarixdə qəbul edilməklə müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs elan edilmiş müvafiq qərar və sonuncunun yazılı razılıq ərizəsi əsasında həmin tarixdə, saat 21:15-dən 21:40-dək Suraxanı RPİ-nin 30-cu PŞ-nin təhqiqatçısı polis mayoru X15 tərəfindən həmin şöbənin əməliyyat müvəkkilləri Şahid1 və Şahid2, Təqsirləndirilən şəxs və onun müdafiəçisinin iştirakı ilə Bakı şəhəri Suraxanı rayonu Bahar qəsəbəsi nömrəsiz ünvana baxış istintaq hərəkəti keçirilmişdir. Protokoldan görünür ki, baxış zamanı iş üzrə əhəmiyyət kəsb edən hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Qeyd olunan istintaq hərəkəti başa çatdıqdan sonra bu barədə protokol tərtib edilmiş, protokol iştirakçılara ucadan oxunmuş, iştirakçılar tərəfindən əlavə və qeydlər daxil olmamış, düzgünlüyü imzalarla təsdiq edilmişdir (Cild 1, i.v. 35-39;).

20. “Şəxsi axtarış və götürmə aparılması haqqında” 6 sentyabr 2024-cü il tarixli protokolda əks olunan istintaq hərəkətləri videoçəkilişlə aparılmış və bununla bağlı bir ədəd “DVD-R” formatlı disk istintaq materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olmaqla məhkəmədə tədqiq edilən və müddəti 6 dəqiqə 13 saniyə olan həmin videogörüntünün əks olunduğu bir ədəd diskdəki videogörüntüyə müstəntiq İsmayıl Məmmədov tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisinin iştirakı ilə baxış keçirilməsinə dair 8 sentyabr 2024-cü il tarixli protokolla, eləcə də həmin diskdəki videogörüntüyə məhkəmədə təqsirləndirilən şəxsin və digər proses iştirakçılarının iştirakı ilə baxılarkən müəyyən edildi ki, təqsirləndirilən şəxsin üzərində keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı protokolda qeyd olunan hallar və aşkar olunmuş dəlillər tam olaraq videogörüntüdə öz əksini tapmışdır. Videogörüntüdən Təqsirləndirilən şəxs xarici görkəminin və geyiminin səliqəli olması, sərbəst olmaqla suallara ətraflı və rahat şəkildə cavab verməsi, onun hər hansı fiziki, psixi və sair təsirə məruz qalması müəyyən edilməmişdir (Cild 1, i.v. 64-65;).

21. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə fiziki-kimyəvi (materialların məhkəmə) ekspertizasının 3-16-16/2-6/4492 saylı, 7 sentyabr 2024-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №194” dairəvi möhür əksi olan, “Təqsirləndirilən şəxs üzərindən aşkarlanmış maddi sübut; İştirak etdilər: “imza” Şahid1, “imza” Şahid2; Şübhəli şəxs: “imza” Təqsirləndirilən şəxs; Vəkil: “imza” H.S.Hacıbalayev, Tərtib etdi: “imza” V.İsizadə” yazıları qeyd edilmiş bir ədəd zərfdəki ümumilikdə 5 (beş) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,652 qram, 0,603 qram, 0,869 qram, 0,453 qram və 0,433 qram, ümumi təmiz çəkisi 3,010 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Həmin 5 (beş) ədəd bükümdə olan metamfetaminlər öz aralarında xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eynidirlər. Həmçinin üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №194” dairəvi möhür əksi olan, “Təqsirləndirilən şəxs üzərindən aşkarlanmış maddi sübut; İştirak etdilər: “imza” Şahid1, “imza” Şahid2; Şübhəli şəxs: “imza” Təqsirləndirilən şəxs; Vəkil: “imza” H.S.Hacıbalayev, Tərtib etdi: “imza” V.İsizadə” yazıları qeyd edilmiş bir ədəd zərfdəki ümumilikdə 5 (beş) ədəd bükümdə olan metamfetaminlərlə üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 194” dairəvi möhür əksləri olan, “Şübhəli şəxs Şahid4 üzərindən aşkar edilmiş maddi sübut; İştirak etdilər: 1.“imza” Şübhəli şəxs Şahid4 o.; 2. “imza” Müdafiəçi oxunmur S.; 3. “imza” X17; 4. “imza” X14; Təhqiqatçı: “imza” Kamran Mehdiyev” yazıları qeyd edilmiş bir ədəd zərfdəki 1 (bir) ədəd bükümdə olan metamfetamin öz aralarında xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eynidirlər. (Şahid4 üzərindən aşkar edilmiş 1 (bir) ədəd bükümdəki metamfetamin haqqında 7 sentyabr tarixli 6/4491 №-li rəydə məlumat verilmişdir.) Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Metamfetaminin təmiz çəkisi – 3,010 qram, tədqiqata sərf edildi - 0,150 qram, qalıq - 2,860 qramdır. Aparılmış tədqiqatın dəyərinin 89 (səksən doqquz) manat olması müəyyən edilmişdir (Cild 1, i.v. 44-49;).

22. “Cinayət işinin icraata qəbul edilməsi haqqında” 7 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Suraxanı RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi polis mayoru X3 tərəfindən ********* nömrəli cinayət işi icraata qəbul edilərək ibtidai araşdırması davam etdirilmişdir (Cild 1, i.v. 52;).

23. “Şübhəli şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi haqqında” 8 sentyabr 2024-cü il tarixli qərarda göstərilmişdir ki, şübhəli şəxs Təqsirləndirilən şəxs cinayət əməlini törətməsini sübuta yetirə biləcək kifayət qədər mötəbər dəlillər əldə etmək mümkün olmadığından ona ittiham elan etmək mümkün olmamış və bu səbəbdən Təqsirləndirilən şəxs saxlanıldığı Suraxanı RPİ-nin müvəqqəti saxlama yerindən azad edilməlidir (Cild 1, i.v.62-63;).

24. “Əməlin tövsif edilməsi haqqında” 9 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə törədilmiş cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsindən həmin məcəllənin 234.4.3-cü maddəsinə tövsif edilərək həmin maddə ilə ibtidai istintaqı davam etdirilmişdir (Cild 1, i.v. 66-67;).

25. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 9 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur (Cild 1, i.v. 69-70;).

26. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 9 sentyabr 2024-cü il tarixli, 4(010)- 300/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 9 sentyabr 2024-cü il tarixdən hesablanmaqla 3 (üç) ay 28 (iyirmi səkkiz) gün müddətinə həbs qətimkan tədbiri seçilmiş və o, dərhal məhkəmə iclas zalından həbsə alınmışdır. Həmin qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilmişdir ki, Təqsirləndirilən şəxs vəsatətdə göstərilən xüsusatlar üzrə özünü qismən təqsirli bilərək 6 sentyabr 2024-cü il tarixdə Suraxanı RPİ-nin 30-cu PŞ-nin əməkdaşları tərəfindən şübhəli şəxs qismində tutulan zaman üzərində yalnız 1 (bir) ədəd bükümdə metamfetamin olduğunu, narkotik vasitələrin istifadəsi ilə məşğul olsa da, satışı ilə məşğul olmadığını, tutulduğu və polis bölməsində olduğu dövrdə ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zorakılıq tətbiq olunduğunu, polis əməkdaşları tərəfindən döyüldüyünü, xəsarətlərinin olduğunu, qorxduğu üçün müdafiəçiyə ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zorakılıq tətbiq edildiyini deyə bilmədiyini, 3-cü qrup əlilliyi olduğunu, ünvan 9 ünvanında bacısı ilə birlikdə yaşadığını, heç yerdə işləmədiyini, habelə törətdiyi əməldən peşman olduğunu bildirərək barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilməsini məhkəmədən xahiş etmişdir (Cild 1, i.v. 88-93;).

27. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsi tərəfindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin 17 sentyabr 2024-cü il tarixli cavabından, müvafiq hökm və qərarların surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 aprel 2022-ci il tarixli, 1(101)- 516/2022 saylı hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək həmin məcəllənin 66.3-cü maddəsinə əsasən ona 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 4 iyul 2022-ci il tarixli, 1(103)-1183/2022 saylı qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 aprel 2022-ci il tarixli, 1(101)-516/2022 saylı hökmü dəyişdirilərək əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə tövsif edilməklə həmin maddə ilə təqsirli bilinərək 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını çəkib qurtarmış, lakin məhkumluğu ödənilməmiş və üzərindən qanunla müəyyən edilmiş qaydada götürülməmişdir (Cild 1, i.v. 107-108; 180-204;).

28. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “2 nömrəli X2”nın 11 oktyabr 2024-cü il tarixli, 1/4293 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs son 10 ildə stasionar müalicə üçün qeyd olunan xəstəxanaya müraciət etməmişdir (Cild 1, i.v. 120;).

29. “Telefon məlumatlarına baxış keçirilməsi haqqında” 18 oktyabr 2024-cü il tarixli protokoldan və protokola əlavə edilmiş çıxarışlardan görünür ki, müstəntiq İsmayıl Məmmədov tərəfindən müvafiq məhkəmə qərarı əsasında "xxxx" MMC-dən əldə edilmiş və hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsinə 6 avqust 2024-cü il tarixdən 7 sentyabr 2024-cü il tarixədək daxil olan və çıxan zənglərdən çıxarışlara dair məlumatlara baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsindən müxtəlif nömrələrlə telefon danışıqları və SMS yazışmalarının aparılması müəyyən edilsə də, iş üzrə əhəmiyyət kəsb edən hər hansı məlumat aşkar edilməmişdir (Cild 1, i.v. 121- 125;).

30. Suraxanı RPİ-nin 30-cu PŞ-nin rəisi polis polkovnik-leytenantı Cəmil Məmmədovun 19 oktyabr 2024-cü il tarixli məktubundan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə Təqsirləndirilən şəxs satış məqsədi ilə külli miqdarda psixotrop maddə olan metamfetamini qanunsuz olaraq əldə edib bükümlərə bölərək üzərində saxlaması, eləcə də bir qismini Şahid4 20 manat pul müqabilində satması müəyyən edilmiş, hər iki şəxs keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə saxlanılaraq polis şöbəsinə gətirilərək üzərilərinə şəxsi axtarış keçirilmiş və onlardan müxtəlif miqdarlarda psixotrop maddə metamfetamin aşkar edilmişdir. Təqsirləndirilən şəxs aşkar edilmiş pisxotrop maddə metamfetamini haradan və kimlərdən əldə etməsini müəyyən etmək mümkün olmamışdır (Cild 1, i.v.126- 127;).

31. “Mobil telefona baxış keçirilməsi haqqında” 21 oktyabr 2024-cü il tarixli protokoldan və protokola əlavə edilmiş fotocədvəllərdən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş “Samsung A52” markalı mobil telefon aparatına baxış keçirilərkən həmin mobil telefon aparatında ***-***-**-** saylı sim nömrə olması müyyən edilmişdir. Mobil telefonun menyu bölməsinə daxil olduqdan sonra ilkin olaraq ismarıc qutusuna baxış zamanı istintaq üçün əhəmiyyətli ola biləcək hər hansı ismarıc aşkar edilməmişdir. Mobil telefonda olan “Whatsapp” tətbiqinə baxış zamanı həmin tətbiqdə müxtəlif nömrələr arasında müxtəlif səsli və yazılı ismarıclar olsa da, istintaq üçün əhəmiyyətli ola biləcək başqa ismarıclar müəyyən edilməmişdir. “Whatsapp” tətbiqində 5 sentyabr 2024-cü il tarixdə, saat 23:33də və 6 sentyabr 2024-cü il tarixdə, saat 05:03-də Şahid4 istifadəsində olan ***-***-**- ** nömrə ilə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** nömrə arasında zəngli danışıqların aparılması müəyyən edilmişdir. Baxış zamanı istintaq üçün hər hansı digər əhəmiyyətli hal müəyyən edilməmişdir (Cild 1, i.v. 136-139;).

32. “Üzləşdirmə haqqında” 26 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, iş üzrə şahid qismində dindirilmiş Şahid4 ilə Təqsirləndirilən şəxs arasında sonuncunun müdafiəçisinin iştirakı ilə keçirilən üzləşdirmə zamanı hər ikisi ifadələrində göstərdikləri xüsusatları bir-birilərinin üzlərinə demişlər. Üzləşdirmə zamanı Şahid4 əvvəllər Təqsirləndirilən şəxs pul müqabilində bir neçə dəfə psixotrop maddə olan metamfetamin aldığını, sonuncu dəfə 6 sentyabr 2024-cü il tarixdə səhər saatlarında özünə məxus istifadəsində olan ***-***-**-** nar mobil nömrəsi ilə ona zəng edərək bir büküm psixotrop maddə olan metamfetamin almaq istədiyini bildirdikdə Təqsirləndirilən şəxs bir büküm psixotrop maddə metamfetamini ona 20 manata təklif edərək onu Suraxanı rayonu Bahar qəsəbəsində yaşadığı evin qarşısına çağırdığını, orada sonuncu ilə görüşüb ona 20 manat pul verdiyini,...... daha sonra həmin pul müqabilində Təqsirləndirilən şəxs ona bir bükümdə psixotrop maddə metamfetamin verdiyini bildirmişdir. Eyni zamanda, Təqsirləndirilən şəxs əvvəllər 1-2 dəfə Şahid4 psixotrop maddə olan metamfetamin satdığını, lakin 6 sentyabr 2024-cü il tarixdə bir bükümdə psixotrop maddə metamfetamini ona 20 manata satmadığını, sonuncu tutularkən üzərindən aşkar olunmuş psixotrop maddə metamfetamini ona özünün vermədiyini, eləcə də satmadığını bildirmişdir (Cild 1, i.v. 150-151;).

33. “Telefon məlumatlarına baxış keçirilməsi haqqında” 30 oktyabr 2024-cü il tarixli protokoldan və protokola əlavə edilmiş çıxarışlardan görünür ki, müstəntiq İsmayıl Məmmədov tərəfindən müvafiq məhkəmə qərarı əsasında "xxxx" MMC-dən əldə edilmiş, Şahid4 istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsinə 6 avqust 2024-cü il tarixdən 7 sentyabr 2024-cü il tarixədək daxil olan və çıxan zənglərdən çıxarışlara dair məlumatlara baxış keçirilmiş, baxış zamanı Şahid4 istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsindən müxtəlif nömrələrlə telefon danışıqları və SMS yazışmalarının aparılması aşkar edilsə də, iş üzrə əhəmiyyət kəsb edən hər hansı məlumat aşkar edilməmişdir (Cild 1, i.v. 155-160;).

34. “Ambulator məhkəmə psixiatrik ekspertizasının” 28 sentyabr 2024-cü il tarixli, 2815 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Həmin rəyin tədqiqi hissəsində göstərilmişdir ki, ona ittiham olunan əməl barədə soruşduqda üzərinə baxış keçirildiyi zaman ondan üç qram metamfetamin aşkar edildiyini bildirir (Cild 1, i.v. 167-169;).

35. “Ambulator məcburi komisyon məhkəmə-narkoloji ekspertizasının” 20 sentyabr 2024-cü il tarixli, 6399 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asıllıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” Qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq halhazırda Təqsirləndirilən şəxs İİİ dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Həmin rəyin təsviri-əsaslandırıcı hissəsində göstərilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza Komissiyasından verilmiş 14 yanvar 1994cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs müddətsiz olaraq 3-cü qrup əlildir... Müayinə zamanı Təqsirləndirilən şəxs deməsinə görə 4-5 ildir narkotik vasitə olan heroindən və psixotrop maddə olan metamfetamindən inyeksiya yolu ilə istifadə edir (Cild 1, i.v.170-171;).

36. “Üzləşdirmə haqqında” 21 noyabr 2024-cü il tarixli protokoldan görünür ki, iş üzrə şahid qismində dindirilmiş Şahid3 ilə Təqsirləndirilən şəxs arasında sonuncunun müdafiəçinin iştirakı ilə keçirilən üzləşdirmə zamanı hər ikisi ifadələrində göstərdikləri xüsusatları bir-birilərinin üzlərinə qarşı bir daha təsdiq etmişlər (Cild 1, i.v.175-178;).

37. Şahid4 təqsirləndirilməsinə dair ********* saylı cinayət işi materiallarından surətləri çıxarılaraq hazırkı cinayət işinin materiallarına əlavə edilmiş “Cinayət işinin başlanılması və icraata qəbul edilməsi” haqqında 7 sentyabr 2024-cü il tarixli və “Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” 22 noyabr 2024-cü il tarixli qərarlardan görünür ki, Şahid4 satış məqsədi olmadan qanunsuz olaraq tanıdığı Təqsirləndirilən şəxs 6 sentyabr 2024-cü il tarixdə, saat 16:30-da ünvan 5 ünvanının qarşısında qəsdən xeyli miqdarda təmiz çəkisi 0,422 qram psixotrop maddə olan metamfetamini 1(bir) ədəd şəffaf rəngli sellofan bükümdə 20 manat pulun müqabilində əldə edib üzərində saxlamaqla daşımış və Suraxanı RPİ-nin 30-cu PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində 6 sentyabr 2024-cü il tarixdə, saat 17:05-də ünvan 5 ünvanının qarşısında saxlanılaraq həmin PŞ-yə gətirilib orada videoçəkiliş aparılmaqla saat 18:30dan başlayaraq üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilən zaman həmin psixotrop maddə aşkar edilərək götürülmüşdür (Cild 1, 206-209;).

38. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə fiziki-kimyəvi (materialların məhkəmə) ekspertizasının 3-16-16/2-6/5236 saylı, 23 noyabr 2024-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 45’’dairəvi möhür əksləri və “Azərbaycan Respublikası DİN Zərflər üçün № 194” dairəvi möhür əksi olan, “Təqsirləndirilən şəxs götürülmüş 1 ədəd elektron tərəzi; İştirak etdilər: “imza” Şahid1; “imza” Şahid2; Şübhəli şəxs: “imza” Təqsirləndirilən şəxs; Vəkil: “imza” H.S.Hacıbalayev; Tərtib etdi: “imza” V. İsizadə” yazıları qeyd edilmiş bir ədəd ağ zərfdəki elektron tərəzinin üzərində psixotrop maddə metamfetaminin izləri müəyyən edildi. Tərəzinin üzərində metamfetamin iz şəklində olduğundan onun təmiz çəkisinin müəyyən edilməsi və üzərində “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X13 № 62” möhür əksi olan, “Ekspert rəyi № 6/4492,Təqsirləndirilən şəxs, metamfetamin, Ekspert,- “imza”,” və digər yazılar olan Məhkəmə Ekspertizası Mərkəzinə aid maddi sübutlar üçün nəzərdə tutulmuş bir ədəd zərfdəki metamfetamin ilə eyniləşdirmə tədqiqatının aparılması mümkün deyildir. Aparılmış tədqiqatın dəyəri 89 (səksən doqquz) manatdır (Cild 1, i.v. 210-211;).

39. “Sübutların qiymətləndirilməsi haqqında” 12 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddə ilə yenidən ittiham elan edilməsi, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş təmiz çəkisi 3,010 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və bir ədəd üzərində psixotrop maddə metamfetamin izləri olan elektron tərəzinin maddi sübut qismində tanınmaqla ekspertiza tədqiqatlarından sonra qalıq qalmış 2,860 qram psixotrop maddə metamfetamin və 1(bir) ədəd üzərində psixotrop maddə metamfetamin izləri olan elektron tərəzinin məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanılmasından ötrü Suraxanı RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilməsi, habelə Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 1(bir) ədəd “Samsung A52” markalı mobil telefon iş üzrə sübut əhəmiyyəti kəsb etmədiyindən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanılmasından ötrü Suraxanı RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilməsi, şəxsi axtarış və götürmə istintaq hərəkətinin videogörüntülərini özündə əks etdirən 1 ədəd DVD diskin iş üzrə mühüm əhəmiyyət kəsb etdiyindən sübut kimi tanınması, "xxxx" MMC və "xxxx" MMC-dən daxil olmuş 2 (iki) ədəd CD diskin iş üzrə sübut kimi tanınmaqla iş materiallarına əlavə olunması, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş külli miqdarda psixotrop maddə metamfetamini əldə etdiyi istintaqa məlum olmayan şəxsin şəxsiyyətinin müəyyən edilərək istintaqa təqdim edilməsi məqsədilə ********* saylı cinayət işindən ayrıca icraata Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə cinayət işinin ayrılaraq istintaqının aparılması qərara alınmışdır (Cild 1, i.v. 212-224;).

40. “Cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata xitam verilməsi haqqıda” 13 dekabr 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işinin materiallarından müstəntiq İsmayıl Məmmədov tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi ayrıca icraata ayrılaraq istintaqı davam etdirilir (Cild 1, i.v. 227-228;).

41. “Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında” 14 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə yenidən ittiham elan edilmişdir (Cild 1, i.v. 234-235;).

42. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə müstəntiq İ.İ.Məmmədov tərəfindən 21 dekabr 2024-cü il tarixdə tərtib edilmiş ittiham aktından görünür ki, həmin ittiham aktı 23 dekabr 2024-cü il tarixdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən təsdiq edilərək baxılması üçün Bakı Ağır Cinayət Məhkəməsinə göndərilmişdir (Cild 1, i.v.257-269;).

43. Bakı Ağır Cinayətlər Məhkəməsinin 31 yanvar 2025-ci il tarixli məhkəmə hazırlıq iclasının qərarına əsasən cinayət işi məhkəmə baxışına təyin edilməklə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə məhkəməyə verilmişdir (Cild 2;).

44. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsindən Təqsirləndirilən şəxs adına tərtib edilmiş 66552024 saylı məhkumun tibb kitabçasından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 3 saylı İstintaq Təcridxanasının tibbi-sanitar hissəsində ilkin tibbi müayinədən keçirilərək adına tibbi kitabça açılmışdır. Həmin kitabçanın 12-ci bəndində göstərilmişdir ki, F.R.Alagözov müvəqqəti saxlama yerində xəsarət aldığını bildirmişdir. Həmin kitabçanın 13-14-cü bəndlərində göstərilmişdir ki, baxış zamanı Təqsirləndirilən şəxs sol körpücük, döş qəfəsinin ön səthinin yuxarı və aşağı üçdə birinin, sol bazunun qançırı, sağ saidin aşağı üçdə birinin arxa səthinin sıyrığı, sağ və sol said, sağ və sol bud, sağ və sol baldır nahiyyələrində postinyeksiyon köhnə çapıq toxumaları izi aşkar edilmiş, hal-hazırda şikayəti yoxdur (Cild 2;).

45. “Cinayət işinin başlanmasının hissəvi rədd edilməsi və materialın istintaq aidiyyəti üzrə göndərilməsi haqqında” 27 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti araşdırmalar idarəsinin böyük prokuroru İ dərəcəli hüquqşünas X16 tərəfindən Təqsirləndirilən şəxs Suraxanı RPİ-nin əməkdaşları tərəfindən işgəncələrə məruz qalmasını bildirməsi barədə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasından daxil olmuş məlumat əsasında toplanmış 2266- C-24 nömrəli material üzrə cinayət işinin başlanması CPM-in 39.1.2-ci maddəsinə əsasən hissəvi rədd olunmuşdur. Həmin qərarda göstərilmişdir ki, “Məhkəmə-Tibbi Ekspertiza və X8” X19 Suraxanı rayon şöbəsinin 19 dekabr 2024-cü il tarixli, 123 t/s saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs istintaq təcridxanasına daxil olarkən aşkar edilmiş xəsarətlər – sol körpücük, döş qəfəsinin ön səthinin yuxarı və aşağı üçdə birinin, sol bazunun qançırı, sağ saidin sıyrığı bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti şəxsin 3 saylı istintaq təcridxanasında müayinəsindən təxminən 3-7 gün əvvələ uyğun gələ bilər, hər biri ayrı-ayrılıqda və ümumilikdə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Xəsarətlərin lokalizasiyasına və xüsusiyyətlərinə əsasən demək olar ki, həmin xəsarətlərin şəxsin özü tərəfindən özünə yetirilməsi nəticəsində alınmaları inandırıcı deyildir. Bununla da, araşdırma nəticəsində Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən işgəncələrə məruz qalmaması müəyyən edilmişdir (Cild 2;).

46. “Azemis” elektron məhkəmə sistemindən əldə edilmiş məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs 1998-ci il təvəllüdlü Mədinə və 2004-cü il təvəllüdlü Fatimə adlı iki uşağı vardır (Cild 2;).

47. Abşeron Rayon Məhkəməsinin hakimi Vaqif Həsənovun 9 aprel 2025-ci il tarixli məktubundan görünür ki, həmin məhkəmənin icraatında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair 1(012)- 879/2024 saylı cinayət işi vardır (Cİld 2;).

48. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 5 mart 2025-ci il tarixli, 1(010)- 196/2025 saylı hökmündən və 1 aprel 2025-ci il tarixli hökmün icrası barədə göstərişdən görünür ki, Şahid4 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək həmin məcəllənin 67.1 və 68.1.1-1-ci maddələrinə əsasən qəti olaraq 1 (bir) il 3(üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilməklə məhkəmə iclas zalından həbsə alınmış, hökm qanuni qüvvəyə minməklə icraya yönəldilmişdir. Həmin hökmün təsviri-əsaslandırıcı hissəsindən görünür ki, Şahid4 satış məqsədi olmadan qanunsuz olaraq tanıdığı Təqsirləndirilən şəxs 6 sentyabr 2024-cü il tarixdə, saat 16:30-da ünvan 5 ünvanının qarşısında qəsdən xeyli miqdarda təmiz çəkisi 0,422 qram psixotrop maddə olan metamfetamini 1(bir) ədəd şəffaf rəngli sellofan bükümdə 20 manat pulun müqabilində əldə edib üzərində saxlamaqla daşımış və Surxanı RPİ-nin 30-cu PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində 6 sentyabr 2024-cü il tarixdə, saat 17:05-də ünvan 5 ünvanının qarşısında saxlanılaraq həmin PŞ-yə gətirilib orada videoçəkiliş aparılmaqla saat 18:30-dan başlayaraq üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilən zaman əynindəki ağ rəngli şalvarın sol yan cibindən satış məqsədi olmadan qanunsuz olaraq saxladığı 1(bir) ədəd şəffaf rəngli sellofan kəsiyinə bükülmüş təmiz çəkisi 0,422 qram xeyli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində Şahid4 ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində hazırkı cinayət işi məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir(Cild 2;). Əməlin tövsifi və digər hüquqi məsələlər:

49. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə - CMin) 3-cü maddəsinin tələbinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər.

50. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir.

51. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə - CPM-in) 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı, cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-in 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayət-prosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarla birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş ola, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər.

52. Həmçinin Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir.

53. CM-in 234.4.3-cü maddəsi satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmaya görə cinayət məsuliyyətini müəyyən edir. Həmin maddənin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutulmuşdur.

54. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş Siyahıların İİ siyahısının 118-ci bəndində şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün psixotrop maddə metamfetaminin xeyli miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla aşağı həddi 2 qram və xüsusilə külli miqdar daxil olmaqla aşağı həddinin isə 400 qram olması müəyyən edilmişdir.

55. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əldə edərək saxladığı və daşıdığı altı ədəd bükümdə olmaqla 3,432 qram psixotrop maddə metamfetaminin miqdarının şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün qanunla müəyyən edilmiş xeyli miqdarından təxminən 22 dəfədən, külli miqdarından isə təxminən 1,7 dəfədən artıq olması, satış üçün külli miqdarda psixotrop maddəni ayrı-ayrı çoxsaylı bükümlərdə qablaşdırması, o cümlədən üzərində psixotrop maddə metamfetamin izləri olan elektron tərəzinin aşkar edilməsi, həmin bükümlərdən birini pul müqabilində Şahid4 satması, Təqsirləndirilən şəxs Şahid4 bir neçə dəfə narkotik vasitə və psixotrop maddə satmasına dair həm məhkəməyədək, həm də məhkəmə icraatı dövründə verdiyi etirafedici ifadələri, habelə hazırkı iş üzrə şahid qismində dindirilmiş Şahid4 Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddə əldə etməsinə dair həm məhkəməyədək, həm də məhkəmə icraatı dövründə verdiyi ifadələri, həmçinin sonuncuların üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminin kimyəvi tərkib əlamətlərinə görə uyğunluq təşkil etməsi, müvafiq ərazinin əməliyyat müvəkkiləri vəzifələrində işləyən polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs barəsində aparılmış əməliyyat tədbirləri zamanı sakinlərin sonuncu barəsində çoxsaylı şikayət və narazılıqlarının bildirilməsinə dair ifadələrində göstərdikləri, eləcə də, Şahid4 məhkum edilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə sonuncunun üzərində aşkar edilmiş psixotrop maddə metamfetaminin də məhz Təqsirləndirilən şəxs əldə edilməsinin müəyyən edilməsi, Təqsirləndirilən şəxs mobil telefonundakı vatsap tətbiqində Şahid4la çoxsaylı danışıqların müəyyən edilməsi və iş materiallarında olan digər sübutlar onun məqsədinin məhz satışla bağlı olduğunun bilavasitə təzahürüdür.

56. Məhkəmə, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən küçədə deyil, evində olarkən saxlanılmasını, saxlanılarkən üzərində yalnız 1(bir) ədəd bükümdə narkotik vasitə heroin olmasını, üzərindən aşkar edilmiş psixotrop maddə və elektron tərəzinin ümumiyyətlə ona məxsus olmamasını, üzərindəki narkotik vasitə heroinin polis əməkdaşları tərəfindən 5 ədəd bükümdə psixotrop maddə metamfetaminlə dəyişdirilməsini, narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmamasını, habelə Şahid4 əvvəllər narkotik vasitə və ya psixotrop maddə satmamasını, polis əməkdaşları tərəfindən fiziki təzyiqlərə məruz qalaraq döyüldüyü üçün videoçəkilişlə həyata keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı aşkar edilmiş 5 ədəd bükümdə psixotrop maddənin və elektron tərəzinin ona məxsus olmasını boynuna alması ilə bağlı ifadəsində göstərdiyi ziddiyyətli xüsusatları və gətirdiyi dəlilləri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi ağır cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən və cəzadan yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun ittiham olunduğu cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab edir.

57. Eyni zamanda, məhkəmə Təqsirləndirilən şəxs videoçəkilişlə aparılmış şəxsi axtarış və götürmə istintaq hərəkətindən əvvəl polis əməkdaşları tərəfindən fiziki və ya psixi təsir və təzyiqlərə məruz qalaraq döyülməsinə görə 5(beş) ədəd bükümdə psixotrop maddə metamfetaminin və elektron tərəzinin özünə məxsus olmasına dair həqiqətə uyğun olmayan ifadə verməsi, ümumiyyətlə narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmaması, o cümlədən Şahid4 narkotik vasitə və ya psixotrop maddə satmaması, Şahid4 ondan sonra saxlanılması ilə bağlı verdiyi ziddiyyətli ifadələrinə tənqidi yanaşaraq qeyd edir ki, Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatlar işin faktiki hallarına uyğun olmamaqla özünün ağır cinayət əməlinə görə məsuliyyətə cəlb olunmaqdan və cəzalanmaqdan yayındırmaq məqsədi daşıyır. Belə ki, Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi həmin xüsusatlar çoxsaylı şahid ifadələri, həmçinin həm məhkəməyədək, həm də məhkəmə icraatı dövründə şahid qismində dindirilmiş Şahid4 ifadələri və tədqiq edilmiş digər sübutlarla tam təkzib olunmuş, sonuncunun üzərindən aşkar edilərək götürülmüş psixotrop maddə metamfetaminlə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş psixotrop maddə metamfetaminlərin öz aralarında xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eynilik təşkil etməsi ekspertiza rəyi ilə də öz təsdiqini tapmışdır (həmçinin həmin gün aralarında vatsap danışıqların aparılması müəyyən edilmişdir). Həmçinin Təqsirləndirilən şəxs və Şahid4 sonuncunun birincidən sonra saxlanılması ilə bağlı ziddiyyətli ifadələri onların şübhəli şəxs qismində tutulma protokolları və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)-196/2025 saylı hökmü ilə tam təkzib olunur. Qeyd olunanlar nəzərə alınmaqla Təqsirləndirilən şəxs məhz psixotrop maddələrin satışı ilə məşğul olması iş materiallarında olan bu və digər mötəbər sübutların məcmusu ilə mübahisəsiz olaraq bir daha öz təsdiqini tapmışdır.

58. Məhkəmə, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 məhkəmə icraatı dövründə ibtidai istintaq zamanı verdiyi ifadələri təzyiq altında verməsi və Təqsirləndirilən şəxs ondan əvvəl saxlanılması ilə bağlı ifadələrinə tənqidi yanaşaraq Şahid4 Təqsirləndirilən şəxsla əvvəlki məhkumluqları ilə əlaqədar istintaq təcridxanasından tanışı olmaqla müəyyən müddət ərzində birlikdə məhkumluq həyatı yaşaması ilə nəzərə alınmaqla, məhkum həmrəyliyi nümayiş etdirməklə sonuncunu məhz ağır cinayət əməlinə görə cinayət məsuliyyətinə cəlb olunmasından yayındırmaq, habelə onun məsuliyyətini yüngülləşdirməyə cəhd etməsi kimi qiymətləndirir. Belə ki, Şahid4 Təqsirləndirilən şəxs 20 manat pul müqabilində psixotrop maddə metamfetamin əldə etməsi faktı Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 5 mart 2025-cü il tarixli, 1(010)- 196/2025 saylı hökmü ilə də öz təsdiqini tapmış, həmin hökmlə Şahid4 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Xüsusilə də nəzərə alınmalıdır ki, Şahid4 Bakı şəhəri Suraxanı Rayon Məhkəməsində ifadə verərkən barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməklə faktiki olaraq azadlıqda olmuş və hər hansı fiziki, psixi və sair təzyiqə məruz qalmasına dair nə məhkəməyədək icraat zamanı, nə də məhkəmə icraatı zamanı bildirməmiş, yalnız hökmlə azadlıqdan məhrum etmə cəzasına məhkum edilərək həbs olunub cəzaçəkmə müəssisəsinə göndərildikdən sonra hazırkı iş üzrə ifadə verərkən məhkum həmrəyliyi nümayiş etdirərək guya hazırkı iş üzrə məhkəməyədək icraat zamanı verdiyi ifadələrini təzyiq altında olması ilə əlaqələndirməyə cəhd etmişdir. Qeyd edilənlər məhkəməyə Şahid4 məhkəmə icraatında bildirdiyi ziddiyyətli xüsusatlara tənqidi yanaşılmasına əsas verir.

59. Həmçinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli 15 №-li qərarının 24-cü bəndində göstərilmişdir ki, CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Həmin qərarın 26-cı bəndində göstərilmişdir ki, CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.”. Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olub-olmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür.

60. Halbuki, Təqsirləndirilən şəxs saxlanılarkən və bundan sonra bədəni üzərində hər hansı xəsarətinin olması və ya ona qarşı hər hansı fiziki, psixi və sair zorakılıq tətbiq edilməsinə dair hər hansı mötəbər sübut müəyyən edilməmişdir. Habelə, hökmün 18, 20, 26, 44 və 45-ci bəndlərində qeyd edilən mötəbərliyi şübhə altına alına bilinməyən məhkəmədə tədqiq edilmiş sübutlarla da Təqsirləndirilən şəxs saxlanılarkən və ondan sonra polis əməkdaşları tərəfindən hər hansı fiziki, psixi və sair təzyiq və təsirə məruz qalması öz təsdiqini tapmamışdır. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ilkin izahatında və üzərinə videoçəkiliş vasitəsilə həyata keçirilən şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı verilən suallara ətraflı cavablar verməklə (şəxsi istifadəsi üçün əldə etməsini xüsusi vurğulamasına baxmayaraq) fiziki və ya psixi təzyiqlərə məruz qalması barədə hər hansı məlumat verməmiş, lakin məhkəməyədək icraatın sonrakı mərhələsində isə həmin bildirdiklərindən imtina edərək polis əməkdaşları tərəfindən təzyiqə məruz qalması, aşkar edilmiş predmetin özünə məxsus olmaması və sair işin faktiki halları ilə tam ziddiyyət təşkil etməklə özünün ifadəsindən başqa hər hansı digər sübutla təsdiqini tapmayan ifadələr vermişdir. Eyni zamanda Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı da ziddiyyətli ifadələr verərək üzərində yalnız bir bükümdə narkotik vasitə heroin olduğunu, həmin narkotik vasitə heroinin polis əməkdaşları tərəfindən 5 bükümdə psixotrop maddə metamfetamin və elektron tərəzi ilə dəyişdirildiyini, videoçəkilişlə aparılmış şəxsi axtarış və götürmə istintaq hərəkətindən əvvəl ona fiziki və psixi təzyiq göstərildiyindən ona verilən həmin predmetləri qəbul etdiyini, döyülərək fiziki təzyiqlərə məruz qalması barədə hüquqlarını müdafiə etmiş müdafiəçiyə yenidən döyülmə ehtimalından qorxduğu üçün bildirməməsini göstərmiş, halbuki, Təqsirləndirilən şəxs bundan sonra həm barəsində qətimkan tədbiri məsələsini həll edən məhkəməyə, həm də prokurorluq orqanlarına məlumat verərək məhkəməyədək icraatın bütün mərhələlərində qeyd edilən məsələni qaldırmışdır. Həmçinin, Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı üzərindən yalnız 1 bükümdə narkotik vasitə heroin aşkar edildiyini, məhkəməyədək icraat zamanı isə üzərində yalnız 1 bükümdə psixotrop maddə metamfetamin olması barədə ziddiyyətli ifadələr verməsinə baxmayaraq, müdafiəçinin iştirakı ilə videoçəkilişlə aparılmış şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı üzərindən aşkar edilmiş 5 ədəd bükümdə psixotrop maddə metamfetaminin və elektron tərəzinin özünə məxsus olmasını səmimi olaraq etiraf etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat, həm də məhkəmə icraatı zamanı verdiyi ifadələrinə digər sübutlarla birlikdə müqayisəli şəkildə tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs ifadələrində göstərdiyi və hər hansı digər sübutla öz təsdiqini tapmayan ifadələrinə tənqidi yanaşılmaqla sübut kimi qiymətləndirilmədən rədd edilməlidir.

61. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs öz müdafiəsi üçün gətirdiyi dəlilləri əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, çoxsaylı şahid ifadələri, ekspert rəyi, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə tam təkzib olunur.

62. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini rəhbər tutaraq, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli və “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarlarının müddəalarını da nəzərə alır.

63. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir.

64. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli 8 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Qeyd edilən plenum qərarında yuxarıda təsvir olunan halların, o cümlədən narkotik vasitənin miqdarının ayrıca olaraq deyil, “başqa sübutlarla yanaşı” nəzərə alınması vurğulanmışdır.

65. Plenumun hüquqi mövqeyinə görə, özü-özlüyündə narkotik vasitənin və ya psixotrop maddənin külli miqdar təşkil etməsi təqsirkar şəxsin satış məqsədi ilə hərəkət etməsinə dəlalət edən hal kimi qiymətləndirilə bilməz. Belə nəticəyə gəlmək üçün bütün diqqətəlayiq halların məcmusundan çıxış etmək lazımdır. O cümlədən, külli miqdarda narkotik vasitəni əldə edib saxlayan, daşıyan şəxsin özünün narkotik istehlakçısı olmaması, başqa şəxslərlə (istehlakçılarla) razılığın mövcudluğu, satış üçün narkotik vasitənin çəkilib xırda bağlamalarda qablaşdırılması kimi hallar da müəyyən olunduqları təqdirdə, başqa sübutlarla birlikdə götürülməklə şəxsin məhz satış məqsədilə narkotik vasitəni əldə edib saxlamasına dəlalət edən əsaslar kimi nəzərdən keçirilə bilərlər.

66. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs verilmiş ittiham üzrə məhkəmə istintaqı zamanı tədqiq edilmiş mötəbərliyi şübhə doğurmayan çoxsaylı sübutlarla onun qeyd edilən cinayət əməlini, yəni ona istinad edilən cinayət əməlini törətməsi mübahisəsiz olaraq tam sübuta yetirilir.

67. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir.

68. CPM-in 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır.

69. CPM-in 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.

70. Qeyd edilənlərə əsasən, məhkəmə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq CM-in 234.4.3cü maddəsi ilə tövsif edilmiş və o həmin maddə ilə təqsirli bilinərək cəzalanmalıdır.

71. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına və məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətlərində CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən həmin cinayətin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Buna görə də Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Cəzanın təyin edilməsi və digər həll edilən məsələlər:

72. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı müddəaları nəzərə alır.

73. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır.

74. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır.

75. Məhkəmə CM-in 59.2-ci maddəsinin tələbinə əsasən 48 yaşında olmaqla narkomaniya xəstəliyindən müalicə olunaraq tam sağalmaq istəməsini bildirməsini, İİİ dərəcə əlil olmaqla sağlamlıq imkanlarının məhdud olmasını və məhkəmə icraatı zamanı davranışını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır.

76. CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır.

77. CM-in 83-cü maddəsinin tələbinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur.

78. CM-in 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin əməlində cinayətlərin residivinin olmasını onun cəzasını ağırlaşdıran hal kimi müəyyən edir (bax hökmün 27-ci bəndinə). Həmin Məcəllənin 65.1 və 65.2-ci maddələrinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz.

79. Qeyd edilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 234.4.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş məhz azadlıqdan məhrum etmə növündə cəzanın orta həddə yaxın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər.

80. Məhkəmə həmçinin təqsirləndirilən şəxsin cəzaçəkmə müəssisəsinin növünün də müəyyən edilməsinin zəruriliyini qeyd edir.

81. CM-in 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl ağır cinayətlər kimi təsnif edilmişdir.

82. CM-in 56.1.3-cü maddəsinin tələbinə görə azadlıqdan məhrum etmə növündə cəza cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir.

83. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, CPM-in 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanmalıdır. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət daxildir (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6).

84. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 6 sentyabr 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 9 sentyabr 2024-cü il tarixli qərarı ilə onun barəsində 3 (üç) ay 28 (iyirmi səkkiz) gün müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli tutulduğu 9 sentyabr 2024-cü il tarixdən hesablanmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclası zamanı 6 sentyabr 2024-cü il tarixdə tutulduqdan sonra Suraxanı RPİ-nin müvəqqəti saxlama yerində 2 (iki) gün saxlanıldığını, 8 sentyabr 2024-cü il tarixdə müvəqqəti saxlama yerindən azad edilməsinə baxmayaraq, faktiki olaraq təhqiqat-polis orqanının nəzarətində olduğunu, sonradan məhkəmənin qərarına əsasən həbs olunduğunu bildirmişdir. Başqa sözlə, Təqsirləndirilən şəxs 6 sentyabr 2024cü il tarixdə tutularaq saxlanıldıqdan sonra faktiki olaraq fasiləsiz olaraq təhqiqat orqanının nəzarətində olmuş, həmin halı ittiham tərəfi hər hansı digər sübutla inkar edə bilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, aradan qaldırılması mümkün olmayan bütün şübhələrin təqsirləndirilən şəxsin xeyrinə həll edilməsi prinsipinə uyğun olaraq, Təqsirləndirilən şəxs cəzaçəkməsinin əvvəli 6 sentyabr 2024-cü il tarixdən hesablanmalıdır.

85. Məhkəmə, CPM-in 353.4.8-ci maddəsinə əsasən, ibtidai həbs müddətinin CM-in 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 6 sentyabr 2024-cü il tarixdən hesablanmalıdır.

86. Məhkəmə hökmün 35-ci bəndində qeyd edilən ekspertiza rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır.

87. Məhkəmə, CPM-in 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edərək iş üzrə xüsusi müsadirə edilməli əmlakın müəyyən edilmədiyini qeyd edir.

88. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar CPM-in 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olmaqla Suraxanı RPİ-də saxlanılan, tədqiqatlardan sonra qalıq çəkisi 2,860 qram olan psixotrop maddə metamfetamin və 1 (bir) ədəd elektron tərəzi məhv edilməli, 1 (bir) ədəd “Samsung A52” markalı mobil telefon Təqsirləndirilən şəxs, o, etiraz etmədikdə isə onun ailə üzvlərinə və ya digər qohumlarına qaytarılmalı, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı aparılmış videoçəkilişin əks olunduğu 1 (bir) ədəd disk və "xxxx" MMC və "xxxx" MMC-yə məxsus 2 (iki) ədəd disk hazırkı cinayət işinin materiallarında saxlanılmalıdır.

89. CPM-yə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır.

90. Məhkəmə hesab edir ki, CPM-in 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 178 (bir yüz yetmiş səkkiz) manat məbləğində məhkəmə məsrəflərinə aid olan ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir.

91. İş üzrə mülki iddia verilməmiş və üzərinə həbs qoyulmuş əmlak yoxdur.

92. CPM-in 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır.

93. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli və “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının müəddəaları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir.

94. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli 6 sentyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut olmaqla Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsində saxlanılan tədqiqatlardan sonra qalıq çəkisi 2,860 qram olan psixotrop maddə metamfetamin və 1 (bir) ədəd elektron tərəzi məhv edilsin, 1 (bir) ədəd “Samsung A52” markalı mobil telefon Təqsirləndirilən şəxs, o, etiraz etmədikdə isə onun ailə üzvlərinə və ya digər qohumlarına qaytarılsın, 3 (üç) ədəd diskin hazırkı cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Təqsirləndirilən şəxs 178 (bir yüz yetmiş səkkiz) manat məbləğində məhkəmə məsrəfi olan ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddianın, üzərinə həbs qoyulmuş və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu, hökmün surətinin Təqsirləndirilən şəxs isə verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar