Məhkəmə qərarları › İş №1(101)-916/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-916/2022

24.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-916/2022 24.05.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), Məcidov X23 və Ağayev Zeynal Qurban oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X7, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçilər - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 iştirakı ilə, xx xxxxxx 1988-ci il tarixdə Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, Siyaqut kəndində anadan olmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, Bakı şəhəri, Yasamal rayonu, H.Cavid küçəsi, ev 6da qeydiyyatda olmaqla Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Kristal Abşeron yaşayış massivi, bina 1, mənzil 77-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 32.4,312.2-ci, 9 iyul 1981-ci il tarixdə Ağdam rayonunda anadan olmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, Ağdam şəhəri, İ.Qayıbov küçəsi, ev 34-də qeydiyyatda olmaqla Bakı şəhəri, Yasamal rayonu, Y.Yasamal qəsəbəsi, bina 6N, mənzil 32-də yaşamış,barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 32.4,312.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: İbtidai istintaq orqanı tərəfindən irəli sürülmüş ittihama əsasən Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib külli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmiş, həmçinin xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətin edilməsi və ya belə hərəkətin edilməsindən imtina olunması müqabilində vəzifəli şəxsə birbaşa yolla özü vasitəsilə maddi nemətin rüşvət qismində veilməsinə şəxsləri digər üsullarla təkrarən təhuk etmişdir. Belə ki, o, etibardan sui-istifadə etmə və aldatma yolu i!ə özgənin xeyli miqdarda əmlakını ələ keçirmə məqsədi ilə tanışı Şahid2 özünü Azərbaycan Respublikası Müdafiə Nazirliyinin əməkdaşı olmaqla yuxarı vəzifəli şəxslərlə yaxın əlaqələrinin olmasını bildirərək onların vasitəsilə Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin rəhbər vəzifəli şəxslərinə x-dməti vəzifələrinin icrası ilə əlaqədar yol verdiyi nöqsanlara görə Xüsusi Dövlət Mühafizə Xidmətinin Milli Qvardiyasından xidmətdən xaric edilmiş Şahid2 yenidən xidmətə bərpa etdirilməsi üçün birbaşa yolla özü vasitəsi ilə maddi nemət olan 11.000 manat pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olduğunu bildirib yalan vəd verməklə aldadaraq onun inam və etibarını qazandıqdan sonra, bu adla 12 fevral 2021-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində "Biləcəri dairəsi”-nin yaxınlığında 11 000 manat pulu aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib Şahid2 xeyli miqdarda 11 000 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmiş, həmçinin vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar Şahid2 xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla özü vasitəsi ilə maddi nemət olan 11.000 manat pul vəsaitinin rüşvət qismində verilməsinə Şahid2 digər üsullarla təhrik etmişdir. Bundan başqa, o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmə məqsədi ilə tanışı Şahid3 özünü Azərbaycan Respublikası Müdafiə Nazirliyinin əməkdaşı olmaqla yuxan vəzifəli şəxslərlə yaxın əlaqələrinin olmasını bildirərək onların vasitəsilə Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin Milli Qvardiyasının rəhbər vəzifəli şəxslərinə xidməti vəzifələrinin icrası ilə əlaqədar Şahid3 övladı X2 müddətli həqiqi hərbi xidməti Milli Qvardiyanın hərbi hissələrinin birində keçməsi üçün birbaşa yolla özü vasitəsi ilə maddi nemət olan 10.000 manat pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olduğunu bildirib yalan vəd verməklə aldadaraq onun inam və etibarını qazandıqdan sonra, bu adla 10 may 2021-cİ il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, “Memar Əcəmi” metrostansiyasının yaxınlığında yerləşən “Qəbələ” kafesində 10 000 manat pulu aldatma və etibardan suiistifadə etmə yolu ilə ələ keçirib Şahid3 xeyli miqdarda 10.000 manat məbləğində maddi ziyan vurmaqla təkrar dələduzluq etmiş, həmçinin vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar Şahid3 xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla özü vasitəsi ilə maddi nemət olan 10.000 manat pul vəsaitinin rüşvət qismində verilməsinə Şahid3 digər üsullarla təkrar təhrik etmişdir. Bundan başqa, o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmə məqsədi ilə tanışı Şahid3 özünü Azərbaycan Respublikası Müdafiə Nazirliyinin əməkdaşı olmaqla yuxarı vəzifəü şəxslərlə yaxın əlaqələrinin olmasını bildirərək onların vasitəsilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəhbər vəzifəli şəxslərinə xidməti vəzifəsinin icrası ilə əlaqədar Şahid3 övladı X4 Müdafiə Nazirliyinin Maddi Texniki Təminat Baş idarəsinə zabit kimi işə qəbul edilməsi üçün birbaşa yolla özü vasitəsi ilə maddi nemət olan 15.000 manat pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olduğunu bildirib yalan vəd verməklə aldadaraq onun inam və etibarını qazandıqdan sonra, bu adla 15 may 2021-ci i! tarixdə Bakı şəhəri, Nəsimi rayonu, “Memar Əcəmi” metrostansiyasının yaxınlığında yerləşən “Qəbələ” kafesində 15.000 manat pulu aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ Keçirib Şahid3 xeyli miqdarda 15.000 manat məbləğində ^addı ziyan vurmaqla təkrar dələduzluq etmiş, həmçinin vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar Rövşən Məhəməmovun xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla özü vasitəsi im maddi nemət olan 15.000 manat pul vəsaitinin rüşvət rnsmındə verilməsinə Şahid3 digər üsullarla təkrar təhrik etmişdir. Bundan başqa, o, təkrarən etibaman sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə tanışı Şahid3 özünü Azərbaycan Respublikası Müdafiə Nazirliyimn əməkdaşı olmaqla yuxan vəzifəli şəxslərlə yaxın əlaqələrinin olmasını bildirərək oniarın vasitəsilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəhbər vəzifəli şəxslərinə xidməti vəzifəsinin icrası ilə əlaqədar Şahid3 övladı X4 Müdafiə Nazirliyinin Maddi Texniki Təminat Baş idarəsinə zabit kimi işə qəbul edilməsi ilə əlaqədar Hərbi Hospitalda həkim komisiyyasından keçmədən xidmətə yararlı olması ilə bağlı müsbət rəy alması üçün birbaşa yolla özü vasitəsi ilə maddi nemət olan 700 manat pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olduğunu bildirib yalan vəd verməklə aldadaraq onun inam və etibarını qazandıqdan sonra, bu adla 15 iyul 2021-ci il tarixdə ünvan 1 ünvanının qarşısında 700 manat pulu aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib Şahid3 700 manat məbləğində maddi ziyan vurmaqla təkrar dələduzluq etmiş, həmçinin vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar Şahid3 xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla özü vasitəsi ilə maddi nemət olan 700 manat pul vəsaitinin rüşvət qismində verilməsinə Şahid3 digər üsullarla təkrar təhrik etmişdir. Bundan başqa, o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özcənin külli miqdarda əmlakını ələ keçirmə məqsədi ilə tanışları Təqsirləndirilən şəxs2 Kami! oğlu və şəxsiyyəti istintaqa məlum olmayan “Seyid” adlı şəxslə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında birləşmiş, bu məqsədlə Təqsirləndirilən şəxs1 qabaqcadan müəyyən etdiyi cinayətkar plana uyğun olaraq qrupun üzvləri Təqsirləndirilən şəxs2 tanışı Şahid1 Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı, eləcə də şəxsiyyəti istintaqa məlum olmayan “Seyid” adlı şəxsi də polis əməkdaşı olmaqla yuxarı vəzifəli şəxslərlə yaxın əlaqələrinin olmasını bildirərək onların vasitəsilə Baş İdarənin rəhbər vəzifəli şəxslərinə xidməti vəzifəsinin icrası İlə əlaqədar Baş İdarədə Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi İlə istintaqı aparılan Şahid1 şahid qismində dindirildiyi cinayət işi üzrə onun cinayət məsuliyyətinə cəlb edilməməsi üçün birbaşa yolla özü vasitəsi ilə maddi nemət olan 100.000 manat pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olduğunu bildirib yalan vəd verməklə Şahid1 aldadaraq onun inam və etibarını qazandıqdan sonra, bu adla 06 sentyabr 2021-ci il tarixdə ünvan 2 ünvanında yerləşən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin qarşısında 95.000 manat və 08 sentyabr 2021-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən “Azadlıq” metrostansiyasımn yaxınlığında 5.000 manat olmaqla ümumilikdə 100.000 manat pulu vahid niyyət əhatə olunan qəsdlə ə’datma və etibardan sui-istifadə etmə yolu iiə ələ keçirib həmin məbləğin 45.000 manatını özünə, 35.000 manatı Təqsirləndirilən şəxs2 və 20.000 manatını isə “Seyid” adlı şəxsə çatmaqla öz aralarında bölərək Şahid1 külli miqdarda 100.000 manat məbləğində maddi ziyan vurmaqla təkrar dələduzluq etmiş, həmçinin vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar Şahid1 xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla özü vasitəsi ilə maddi nemət olan 100.000 manat pul vəsaitinin rüşvət qismində verilməsinə Şahid1 digər üsullarla təkrar təhrik etmişdir. İbtidai istintaq orqanı tərəfindən irəli sürülmüş ittihama əsasən Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib külli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, həmçinin xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətin edilməsi və ya belə hərəkətin edilməsindən imtina olunması müqabilində vəzifəli şəxsə birbaşa yolla özü vasitəsilə maddi nemətin rüşvət qismində verilməsinə şəxsi digər üsullarla təhrik etmişdir. Belə ki, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirmə məqsədi ilə tanışları Təqsirləndirilən şəxs1 və şəxsiyyəti istintaqa məlum olmayan “Seyid” adlı şəxslə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girəcək bir qrup şəxs halında birləşmiş, bu məqsədlə Təqsirləndirilən şəxs1 qabaqcadan müəyyən etdiyi cinayətkar plana uyğun olaraq qrupun üzvləri Təqsirləndirilən şəxs2 tanışı Şahid1 Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı, eləcə də şəxsiyyəti istintaqa məlum olmayan “Seyid” adlı şəxsi də polis əməkdaşı olmaqla yuxan vəzifəli şəxslərlə yaxın əlaqələrinin olmasını bildirərək onların vasitəsilə Baş İdarənin rəhbər vəzifəli şəxslərinə xidməti vəzifəsinin icrası ilə əlaqədar Baş İdarədə Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə istintaqı aparılan Şahid1 şahid qismində dindirildiyi cinayət işi üzrə onun cinayət məsuliyyətinə cəlb edilməməsi üçün birbaşa yolla özü vasitəsi ilə maddi nemət olan 100.000 manat pu! vəsaitinin rüşvət qismində verilməsinin zəruri olduğunu bildirib yalan vəd verməklə Şahid1 aldadaraq onun inam və etibarını qazandıqdan sonra, bu adla Təqsirləndirilən şəxs1 6 sentyabr 2021-ci il tarixdə ünvan 2 ünvanında yerləşən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin qarşısında 95.000 manat və 8 sentyabr 2021-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən “Azadlıq” metrostansiyasının yaxınlığında 5.000 manat olmaqla ümumilikdə 100.000 manat pulu vahid niyyət əhatə olunan qəsalə aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib həmin məbləğin 45.000 manatını özünə, 35.000 manatı Təqsirləndirilən şəxs2 və 20.000 manatını isə “Seyid” adlı şəxsə çatmaqla öz aralarında bölərək Şahid1 külli miqdarda 100.000 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmiş, həmçinin vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar Şahid1 xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla özü vasitəsi ilə maddi nemət olan 100.000 manat pul vəsaitinin rüşvət qismində verilməsinə Şahid1 digər üsullarla təhrik etmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 32.4,312.2-ci maddələri ilə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2021-ci ilin sentyabr ayının əvvəllərində tanıdığı Arzu adlı şəxs ona zəng vurmuşdur. Arzu bildirmişdir ki, Prezident Adminstrasiyasının əməkdaşı olan Arif adlı şəxsdən Türk vətəndaşları şikayət ediblər və 2 milyon dollar öz pullarını tələb edirlər. Həmin araşdırma isə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində aparılır. Rauf adlı şəxs onun nömrəsini Arif müəllimə yollamış və ona zəng edəcəyini demişdir. Rauf isə Arzunun yaxını olmuşdur. O bu barədə Seyid kimi tanıdığı şəxsə zəng vurmuş və hadisə barədə məlumat vermişdir. Seyid isə ona demişdir ki, Arif müəllimlə görüşə gedəndə ona da xəbər etsin. Həmçinin bu barədə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı kimi özünü təqdim edən, lakin reallıqda oranın əməkdaşı olmayan Təqsirləndirilən şəxs2 də bu barədə məlumat vermişdir. O, əvvəlcədən Təqsirləndirilən şəxs2 polis əməkdaşı olmadığını bilmişdir. Sonuncu ilə 1 ildir ki, birbirlərini tanımışlar. O, Arif adlı şəxsə telefonla zəng edib onunla görüşmək istədiyini demiş və gedib Arif müəllimi dənizkənarı bulvar ərazisindən maşınla götürmüşdür. Həmin vaxt dostundan “Ford Mustang” markalı avtomobil götürmüşdür. Təqsirləndirilən şəxs2 isə özünə “Hyundai Sonata” markalı avtomobil icarəyə götürmüşdür. Məqsədləri özlərini imkanlı və iş həll edən biri kimi göstərmək olmuşdur. Dənizkənarı bulvar ərazisinə gəlmişlər və orada Təqsirləndirilən şəxs2 bandotdelın əməkdaşı kimi təqdim etmişlər. Söhbət əsnasında bildirmişlər ki, Arif müəllimin BMCMİ-dəki işini Şamil həll edəcək. Arif müəllimə “Montin” qəsəbəsinə gedib orada oturub çay içərək məsələni danışmağı təklif etmişlər. Bundan sonra Arif müəllim Təqsirləndirilən şəxs2 avtomobilinə əyləşmiş, o isə idarə etdiyi avtomobillə onların arxasınca getmişdir. Onlar “Montin” qəsəbəsində binanın altında yerləşən “Xəmsə”də otaqda oturmuşlar. Oraya getməmişdən qabaq Vasif adlı vəkili də çağırmışlar. Çatdıqda isə artıq Vasifin orada olduğunu görmüşdür. Otaqda oturub söhbət edərkən Arif müəllim görmüşdür ki, işi həll edə bilməyəcəklər. Ona görə də otaqdan çıxdı. O həmin vaxt kafenin girişində olmuşdur. Həmin vaxt Seyid deyə tanıdığı şəxs də yanında olmuşdur. Orada Arif müəllimi Seyid ilə tanış edib Seyidin nüfuzlu biri olduğunu, Emin Şəkinskinin vaxtilə köməkçisi olduğunu, həmçinin yuxarı ilə əlaqəsi olduğunu demişdir. Bundan sonra Arif müəllim onlara inanmağa başlamışdır. O həmçinin Seyidin səhər bu işlə məşğul olacağını və işi rahatlıqla həll edəcəyini demişdir. Bundan sonra Arif müəllimi maşınına əyləşdirib evinə doğru aparmışdır. Yol boyu onu inandırmışdır ki, Seyid bu məsələni həll edəcək. Arif müəllim isə məsələni Şamilin həll etməsini istəmədiyini, onu gözünün tutmadığını bildirmişdir. O da məcbur qalıb Seyidin adından həll edəcəklərini bildirmişdir. Bundan sonra hər gün Arif müəllimə zəng vurub bu məsələni həll edə biləcəyimi, əvəzində isə Seyidin yuxarı ilə məsələni 100.000 manata, lakin ödənişi protokolsuz həll edəcəyini demişdir. Həmçinin 50.000 manata isə gedib Baş İdarədə ziyanı ödəyəcəyini demişdir. Arif müəllim bununla razılaşmış, lakin pulu verərkən Baş İdarəyə özünün də getmək istədiyini bildirmişdir. O isə məsələni uzadıb onu içəri girmək fikrindən yayındırmaq istəmişdir. Arif müəllim razılaşmış və yaxın günlərdə pulu düzəldəcəyini demişdir. 6 sentyabr 2021-ci il tarixdə Arif müəllimə zəng vurduqda sonuncu 95.000 manat düzəltdiyini bildirmişdir. O, Seyidin BMCMİ-dəki adamla danışacağını, ondan sonra onların gedəcəklərini demişdir. Üzərindən biraz keçdikdən sonra Arif müəllimə zəng edib artıq Seyidin Banditizmin əməkdaşı ilə danışdığını, ona BMCMİ-nin binasının yanına gəlməsini, özünün də oraya gələcəyini demişdir. 6 sentyabr 2021-ci il tarixdə günorta saatlarında BMCMİ-nin yaxınlığında görüşmüşlər. Arif müəllim onun idarə etdiyi “Ford Mustang” markalı maşına əyləşmiş və orada Arif müəllimin ona verdiyi pulları saymışdır. Pul 95.000 manat olmuş, Arif müəllim 5.000 manat əksik olduğunu dedikdə, ondan yaxın günlərdə həmin pulu düzəltməsini tələb etmişdir. Orada Arif müəllim israr etmişdir ki, o, pulu BMCMİ-də kiməsə verməyə inzibati binaya qalxarkən özü də yanımda gəlsin. O isə Arif müəllimi inandırmaq üçün Seyid ilə əlaqə saxlamış və demişdir ki, Arif müəllimi inandırsın ki, pulu ona verir, beləliklə binaya tək girsin. Əslində isə pulu Baş İdarənin qapısının ağzında NBM-də Şamilə verməli imiş. Arif müəllimi isə aldadacaqmış ki, guya pulu idarədə Seyidin dediyi adama verir. Elə də olmuş və Arif müəllim Seyidin sözünə inanmışdır. Seyid kimi tanıdığı şəxs Arif müəllimə pulu ona verməsini, onun idarəyə tək daxil olmağını bildirmişdir. Arif müəllim pulu ona verdikdən sonra hər şeyi əvvəlcədən planladığı kimi etmişlər. Plan isə ondan ibarət olmuşdur ki, Təqsirləndirilən şəxs2 Baş İdarənin NBM hissəsində vaxt öldürsün. O isə oraya gəlib əlindəki 95.000 manatı Şamilə versin. Oraya girib guya kağıza nəsə yazırmış kimi etmiş və həmin ərəfədə pulu Şamilə vermişdir. Daha sonra Şamil pulu qolunun altına qoyaraq oradan uzaqlaşmışdır. Arif müəllim Şamili görməmişdir. O isə bir neçə dəqiqə orada qaldıqdan sonra çölə çıxmışdır. Arif müəllim niyə belə tez çıxdığını soruşduqda həmin pulu götürən şəxsin özünün idarənin qapısına düşdüyünü və pulu orada ondan təhvil aldığını demişdir. Arif müəllim də ona inanmışdır. Həmçinin Arif müəllim pulu əskik verdiyindən qalan 5.000 manatı da ondan tələb etmişdir. 2 gün keçdikdən sonra Arif müəllimə zəng edib “Azadlıq” metrosunun yaxınlığında görüşərək 5.000 manat pulu təhvil almışdır. Bundan sonra Seyid adlı şəxslə 9-cu mikrorayon ərazisində kafedə görüşüb həmin puldan 45.000 manatı özü götürüb, 20.000 manat pulu isə Seyidə vermişdir. Daha sonra geridə qalan 35.000 manat pulu isə başqa vaxt görüşüb Təqsirləndirilən şəxs2 vermişdir. Onların hamısının bu oyundan xəbərləri olmuşdur. Bundan sonra Arif müəllimin məsələsi həll olunmadığından ona zəng vuraraq narazılığını bildirmişdir. 17 sentyabr 2021-ci il tarixdə 9-cu mikrorayonda “Lalə” kafesində o, Seyid və Arif müəllim görüşmüşlər. Orada Arif müəllim artıq hiss etmişdir ki, onu aldadırlar. Onlar orada da söhbəti fırlatmış, lakin bundan bir qədər sonra oyunun üstü açılmışdır. Şahid3 başqa bir tanışı Şahid4 vasitəsi ilə tanımışdır. Şahid4 təxminən 1 il yarımdır ki, tanıyır. Vahid onun hərbidə çalışdığını zənn etmişdir, çünki ona elə demişdir. Vahidə özünü yüksək vəzifəli şəxslərin qohumu kimi təqdim etmişdir. Söhbət edən zaman Vahidə əlinin hər yerə çatdığını, istənilən məsələni həll edə biləcəyini bildirmişdir. Buna görə də Şahid4 təxminən 2021-ci ilin may ayında ona bildirmişdir ki, qonşusu Şahid3 oğlu Ruslan Milli Qvardiyada xidmət etmək istəyir. Ondan bu məsələni həll edə bilib-bilməyəcəyimi soruşduqda ona Xüsusi Dövlət Mühafizə Xidmətində çalışan müəyyən vəzifəli şəxslərlə danışıb işi həll edə biləcəyini demiş, amma konkret olaraq kiminlə iş görəcəyini deməmişdir. Həmçinin Vahidə bu işi 10.000 manata həll edəcəyimi bildirmişdir. Bundan sonra Vahid özü Rövşənlə danışıb onun mobil nömrəsini vermişdir. Daha sonra10 may 2021-ci il tarixdə Şahid3la “Memar Əcəmi" metrostansiyası yaxınlığında “Qəbələ” kafesində görüşmüşdür. Rövşən oğlu Ruslanla birlikdə görüşə gəlmişdir. Görüş vaxtı Rövşənə də özünün hərbidə məxfi şöbədə çalışdığını, yüksək vəzifəli şəxslərlə qohumluğu olduğunu, onların vasitəsilə istənilən məsələni həll edə biləcəyini bildirərək XDMX-da çalışan yüksək rütbəli vəzifəli şəxslərin vasitəsi ilə oğlu Ruslanı Milli Qvardiyada hərbi xidmət keçməsi müqabilində 10.000 manat pul tələb etmişdir. Rövşənə bildirmişdir ki, verdiyi pulu həmin vəzifəli şəxsə oğlunu Milli Qvardiyada hərbi xidmət keçməsini təşkil etməsi üçün verəcək. Rövşən kafenin içində ona nağd şəkildə 10.000 manat pulu verdikdən sonra Rövşənə bir neçə həftə ərzində işi düzəldəcəyini bildirmişdir. Həmin zaman Rövşənə pul müqabilində istənilən dövlət orqanında iş həll edə biləcəyini demişdir. Həmin vaxt pula ehtiyacı olduğuna görə Rövşəndən aldığı pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan bir neçə gün sonra Şahid3 özü ona zəng edərək qızı Aysel Məhərrəmovanı da Müdafiə Nazirliyinə işə düzəltmək istədiyini bildirmişdir. O, Rövşənə bildirmişdir ki, qızını Müdafiə Nazirliyinin Maddi Texniki Təminat İdarəsinə hər hansı bir vəzifəyə zabit kimi 15.000 manat müqabilində düzəldə bilər. Rövşən onunla razılaşmış və 15 may 2021-ci il tarixdə yenidən həmin kafedə görüşərək 15.000 manat pulu nağd şəkildə ona vermişdir. Həmin görüşə, səhv etmirsə, Rövşənlə oğlu Ruslan da gəlmişdir. Həmin pulu Rövşəndən aldıqdan sonra yenə şəxsi ehtiyaclarına sərf etmişdir. 2021-ci ilin iyul ayında Ruslan Məhərrəmovu Milli Qvardiyaya komissiyadan keçmək üçün göndərsələr də, Ruslan komissiyadan keçmədiyi üçün Gəncəyə hərbi hissəyə göndərilmişdir. O, Ruslanın idmançı olduğuna görə komissiyadan özünün keçərək Milli Qvardiyaya qəbul olunacağını düşünsə də, bu baş verməmişdir. Ruslan kəsilərək Gəncəyə göndəriləndən sonra Rövşənə narahat olmamasını, bir neçə gün sonra Ruslanı Milli Qvardiyaya saldıracağını bildirib vaxt qazanmağa çalışmışdır. Bir neçə gün sonra isə Rövşənə zəng edərək qızı Ayselin həkim komissiyasına getmədən keçirilməsi üçün 700 manat tələb etmişdir. Rövşəndən 15.07.2021-ci il tarixdə, Rövşənin məhləsində, Biləcəri qəsəbəsi, Məlik Aslanov küçəsi, döngə 1, ev 36 ünvanında görüşərək 700 manat almışdır. Həmin pulu da şəxsi ehtiyaclarına xərcləmişdir. Bir müddət sonra X10 rayonuna N saylı hərbi hissəyə yollamışlar. Rövşən isə artıq ona verdiyi pulları geri tələb etməyə başlamışdır. 5 avqust 2021-ci il tarixdə Rövşənlə görüşüb əlyazma yazaraq Rövşəndən aldığı pulları təsdiq etmiş və 2 gün ərzində qaytaracağını qeyd etmişdir. 2021ci ilin avqust-sentyabr ayları ərzində bir neçə dəfə görüşərək Rövşənə ümumilikdə 18.700 manat pul qaytarmışdır. Bundan başqa qonşuluqda yaşayan Şahid5 da özünü Müdafiə Nazirliyinin işçisi olmaqla yüksək rütbəli şəxslərlə qohum olduğunu, onların vasitəsilə istənilən məsələni həll edə biləcəyini bildirmişdir. 2021-ci ilin yanvar ayının əvvəllərində Şahid5 ona əvvəllər işlədiyi Dənizkənarı Bulvar İdarəsində hazırda növbə rəisi vəzifəsində işləyən tanışı Şahid2 adlı şəxsin əvvəllər XDMX-də zabit kimi işlədiyini və onu işdən çıxartdıqlarını, həmin şəxs bərpa olunmaq istəsə də, onu bərpa etmədiklərini, hazırda bərpa olunmaq üçün kömək edə biləcək adam axtardığını bildiriışdir. O da kömək edə biləcəyini bildirmişdir. Taleh Samirin nömrəsini ona verdikdən sonra zəng edib Samirlə danışmışdır. Bundan sonra Samir və Talehlə Bakı şəhəri, Binəqədi rayonu ərazisində "Azadlıq" metrostansiyasının yaxınlığında görüşmüşlər. Həmin vaxt ağ rəngli “**- GO-***" qeydiyyat nişanlı "Range Rover” markalı avtomobillə gəlmişdir. Söhbət zamanı Samiri XDMX-yə bərpa etməyə 11.000 manat pul lazım olduğunu bildirmişdir. Həmin pulun 10.000 manatını XDMX-da işləyən yüksək rütbəli şəxsə işin həll edilməsi üçün verəcəyini, 1.000 manatı da özünə götürəcəyini, pul verdikdən sonra 3 ay ərzində xidmətə bərpa olunacağını bildirmişdir. Samir də onunla razılaşmışdır. Bundan sonra 12 fevral 2021-ci tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində "Biləcəri dairəsi" deyilən yerdə Samirlə görüşmüşdür. Samir həmin vaxt 11.000 manat pulu və hərbi biletinin əslini ona vermişdir. Pulu verdikdən sonra Samirə təklif etmişdir ki, notariusda borc müqaviləsi bağlasınlar. Samir səbəbini soruşduqda bildirmişdir ki, işi görən adam belə tələb edir, çünki bəzən iş alınmayanda pul verən şəxslər yalandan artıq məbləğdə pul tələb etmişlər. Əslində isə bunu etməkdə məqsədi Samir ondan şikayət etmək istəyəndə barəsində cinayət işinin başlanılmaması, işə borc kimi mülki qaydada baxılmasını istəməsi olmuşdur. Əslində isə Samiri işə bərpa etmək adı ilə aldatmışdır. Samir də problem olmadığını bildirib onunla birlikdə 20 saylı Notariat ofisinə getmiş və orada 11.000 manat pulun borc verməsilə bağlı müqavilə bağlanmışdır. Bundan sonra Samirlə arabir danışmış, ona yalandan hər dəfəsində tezliklə işinin həll olunacağını bildirmişdir. Sonuncu dəfə 2021-ci ilin sentyabr ayında görüşdükdə Samirə oktyabr-noyabr aylarında xidmətə bərpa olunacağını bildirmişdir. “Arzu” adlı şəxsi tanısa da, digər anket məlumatlarını bilməmişdir. Həmin şəxsə özünü yüksək rütbəli qohumları olan bir şəxs kimi təqdim etmişdir. Ona həmin qohumlarının vasitəsilə istənilən məsələni həll edə biləcəyini bildirmişdir. Rauf da Şahid1 qohumudur. Onların törətdiyi cinayətdən heç bir məlumatları olmamışdır. Onlar sadəcə Şahid1 köməklik etmək istəmişlər. Əldə etdiyi puldan onlara heç nə verilməmişdir. Şahid4 da özünü yüksək rütbəli qohumları olan bir şəxs kimi təqdim etmişdir. Ona həmin qohumlarının vasitəsilə istənilən məsələni həll edə biləcəyini bildirmişdir. Şahid4 da Rövşənlə tanış olduğundan ona köməklik etmək istəmişdir. Vahidin onun törətdiyi cnayətdən heç bir məlumatı olmamışdır. Əldə etdiyi puldan Vahidə heç nə verilməmişdir. Həmçinin Şahid5 və Şahid6 cinayətin törədilməsində heç bir iştirakları və məlumatları olmamışdır. Onlar elə bilmişlər ki, o, həqiqətən də, işi görə biləcək bir adamdır. Əldə etdiyi puldan onlara heç nə verməmişdir. Lakin Rövşən pul verdikdən sonra Vahidlə danışan zaman o, anasının əməliyyat olunacağını bildirmiş, o da buna görə, səhv etmirsə, Məmmədin kartına 1.200 manat pul göndərmişdir. Sonradan onlar həmin 1.200 manat pulu ona geri qaytarmışlar. Şahid3 oğlu Ruslanı Milli Qvardiyaya və qızı Ayseli Müdafiə Nazirliyinin MTT idarəsinə düzəltmək üçün cəmi 25.700 manat pul almağı və pulu 7 avqust 2021 tarixə kimi qaytaracağı barədə qeydlər olan kağızdakı yazı ona məxsusdur, bu yazını Rövşənlə görüşərək özü yazmışdır. Şahid1 Rauf vasitəsilə tanımışdır. Şahid1 aldığı 95.000 manat pulu idarədə Təqsirləndirilən şəxs2 vermiş, Şahid1 sonradan aldığı 5.000 manat pulu özü üçün götürmüşdür. Seyid Baş Dövlət Yol Polisi İdarəsində polis nəfəri işləmiş, hazırda isə həmin idarədə işləmir. Şahid2 aldığı pulları heç kimə verməmiş, həmin pulları öz şəxsi ehtiyaclarına xərcləmişdir. Hazırda Şahid3 7.000 manat pul qaytarmalıdır. Şahid3 oğlunu Milli Qvardiyaya və qızını isə Müdafiə Nazirliyinin MTT idarəsinə düzəltmək üçün 25.700 manat pul almışdır. Şahid2 aldığı pulu heç kimə çatdırmalı olmamışdır. Təqsirləndirilən şəxs2 idarəyə Seyid vasitəsilə daxil olmuşdur. Şahid2 aldığı 11.000 manat pulu ona geri qaytarmamışdır. Şamil və Seyiddən başqa heç kimin qurduqları oyundan xəbəri olmamışdır. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 32.4,312.1-ci maddələri ilə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Təxminən 2021-ci ilin sentyabr ayının əvvəllərində Kərim ona zəng edərək Azərbaycan Respublikası Prezident Adminstrasiyasında işləyən Şahid1 adlı şəxsin Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cİnayətkarlıqla Mübarizə İdarəsində problemi olduğunu, türk vətəndaşlarının həmin şəxsdən 2.000.000 ABŞ dolları pul tələb etdiklərini, lakin onun həmin miqdarda pulunu olmadığını, müəyyən qədər ödəniş edə biləcəyini bildirmişdir. Kərim həmçinin Şahid1 əlində olan pulu onu aldadaraq ələ keçirməyi təklif etmişdir. Kərim onu BMCMi-nin əməkdaşı kimi təqdim etməklə işin həll etmək adı ilə Arif müəllimdən pul almağı planlaşdırmışdır. Bundan sonra Kərim Arif müəllimin hazırda Bulvarda olduğunu, onu Bulvardan götürüb söhbət edə biləcəklərini demişdir. Həmin vaxt o, “Rent A Car”dan “Hyundai Sonata” markalı avtomobil icarəyə götürmüşdür. Kərim isə tanışlarından “Ford Mustang” markalı avtomobil götürmüşdür. Onlar həmin avtomobillərlə Bulvara gəldikdə Arif müəllim yolun kənarında gözlədiyini görmüşlər. Həmin vaxt Kərim ona arxada dayanmış avtomobilinə əyləşməsini bildirmişdir. Arif müəllim onun avtomobilinə əyləşdikdən sonra onunla söhbət etməyə başlamışdır. Arif müəllimə BMCMİ-də “reket” şöbəsində əməliyyat müvəkkili işlədiyini bildirib işi ilə maraqlanmışdır. Onlar söhbət etmək üçün birlikdə Bakı şəhəri, Nərimanov rayonu, Montin qəsəbəsində yerləşən “Xəmsə" kafesinə getmişlər. Orada oturub söhbət edən zaman Arif müəllim bildirmişdir ki, türk vətəndaşları olan şəxslər ondan BMCMİ-yə şikayət ediblər və 2 milyon ABŞ dollarından artıq pul istəyirlər. Arif müəllim həmçinin bu işlə bağlı onun keçmiş kürəkəni Azər adlı şəxsin də həbs edildiyini, hazırda cinayət işi aparıldığını bildirmişdir. O, artıq cinayət işinin olduğunu bildiyindən tanışı Vasif adlı vəkilə zəng edərək onu dəvət etmişdir ki, onunla da məsləhətləşsinlər, həm də Arif müəllimdən vəkil üçün də pul alsınlar. Bir müddət söhbət etdikdən sonra Vasif İsrafilov adlı tanışı olan vəkil gəlmiş və söhbət zamanı Arif müəllimi təkid etmişlər ki, vəkillə təxminən 10.000 manatlıq müqavilə bağlasın. Lakin Arif müəllim özünün vəkili olduğunu, əlavə vəkilə ehtiyacı olmadığını bildirmişdir. Həmin vaxt Kərim və o hiss etmişlər ki, Arif müəllim onlara etibar etmir və ondan pul almaq mümkün olmayacaq. Buna görə də Kərim tanışı olan, onun tanımadığı “Seyid” dediyi şəxslə əlaqə saxlayıb onu kafeyə dəvət etmişdir. Kərimlə Seyid kafenin həyətində söhbət edən zaman o və Arif müəllim də həyətə çıxmışlar. Kərim Arif müəlllimi çağıraraq Seyidi təqdim etmiş və o, Vasif ilə birlikdə kənara çəkilmişdir. Bundan sonra onlar bir müddət söhbət etmişlər. Növbəti gün Kərimlə söhbət edəndə Arif müəllimə Seyidi polis əməkdaşı kimi təqdim etdiyini, onun BMCMİdə yaxın əlaqələrinin olduğunu, onun vasitəsilə məsələni həll edə biləcəyini, Arifdən 100.000 manat pul istədiyini, Arifin inandığını və pul hazırladığını bildirmişdir. Bir neçə gündən sonra Kərim zəng edərək Arifin pulu hazırladığını, lakin pulu vermək üçün özünün də BMCMİ-yə daxil olmaq istədiyini, əks təqdirdə pul verməyəcəyini bildirdiyini demişdir. Onlar da belə planlaşdırmışlar ki, Arif müəllimi BMCMİ-nin qarşısına çağırsınlar və orada ona sadəcə Kərimin idarəyə daxil ola biləcəyini bildirsinlər. Bundan sonra Kərim pulu götürüb idarənin qapısından içəri daxil olsun və həmin zaman o, Kərimdən pulu götürüb idarədən çıxsın, Kərim isə əliboş formada idarədən çıxıb guya pulu idarədə kiməsə verdiyi görüntüsü yaratsın. Bu planı Kərimlə Seyid qurmuşdur. 6 sentyabr 2021-ci il tarixdə günorta saatlarında o, BMCMİ-yə gəlib Nəzarət Buraxılış məntəqəsinə daxil olmuşdur. Orada olan polis əməkdaşlarına yaxınlaşaraq başlarını qatmaq üçün əvvəlcə qələm, daha sonra kağız istəmiş, Kərim isə həmin vaxt əlində sellofan torba ilə içəri daxil olmuşdur. O bu vaxt torbanı Kərimdən götürmüş və NBM-dən çıxmışdır. Bundan bir müddət sonra da Kərim NBM-dən çıxmışdır. Kərim Arif müəllimə pulu Seyidin dediyi şəxslərə verdiyini bildirmişdir. Bundan sonra Kərimlə görüşdükdə sonuncu ona 35.000 manat pul vermişdir. Təqsirləndirilən şəxs1 ilə tutulmazdan təxminən 2 ay əvvəl tanış olmuş, Kərimlə münasibəti normal olmuşdur. Seyidin harada işlədiyi barədə məlumatı olmamışdır. Şahid1 özünü BMCMi-nin əməkdaşı kimi təqdim etmişdir. Arif müəllimin idarəyə girməsinə mane olduqları planı Seyid və Kərim qurmuşdur. Arif müəllimin Kərimə verdiyi ümumilikdə 100.000 manat puldan ona 35.000 manat çatmışdır. Seyid adlı şəxsi tanımır. Seyid adlı şəxs Kərimin tanışı olmuşdur. Şahid1 aldatmaqla pulunu ələ keçirməyi Kərim ona təklif etmişdir. Şahid1 hadisədən sonra hər hansı ödəniş etməmişdir. 35.000 manat pulun bir hissəsini borclarına vermiş, 12.000 manata isə özünə “Mercedes" markalı avtomobil almışdır. Təqsirləndirilən şəxs1 təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 32.4,312.2-ci maddələri və Təqsirləndirilən şəxs2 təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 32.4,312.1-ci maddələrii ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli olmaları etirafedici ifadələri ilə yanaşı cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş aşağıdakı sübutlarla da təsdiq olundu. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2010-cu ildən Prezident Administrasiyasında çalışmışdır. Əvvəl baş məsləhətçi vəzifəsində, 2018-cı ildən isə sektor müdiri vəzifəsində işləmişdir. Azər Əsgərov 2011-ci ildə qızı Şəhla Novruzova ilə rəsmi nikaha daxil olmuşdur. Azər əvvəllər “Binə” ticarət mərkəzində tekstil mallarının, əsasən də, corab satışı ilə məşğul olmuşdur. 4 aprel 2021-ci il tarixdə kürəkəni Azər Əsgərov türk vətəndaşları Hakan Doygun və Hümeyra Gençə qarşı 2 milyon ABŞ dolları məbləğində dələduzluq cinayəti törətdiyinə görə həbs olunmuşdur. İstintaq zamanı Hakan Doygun və Hümeyra Genç onun barəsində ifadə verib guya onlara qarşı törədilmiş dələduzluq cinayətində onun da iştirakı olduğunu bildirmişlər. Buna görə də Azər Əsgərovun barəsində aparılan cinayət işinin istintaqı zamanı o da şahid qismində dindirilmişdir. Rauf türk vətəndaşlarının barəsində şikayəti və cinayət işinin istintaqının Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində aparılması barədə məlumatlı olmuşdur. 2021-ci ilin avqust ayının sonlarında Rauf Dadaşov ona zəng edib “sənə zəng edəcəklər, görüşərsiniz, həmin adamlar sənə köməklik edəcəklər ki, sənə istintaq zamanı problem yaranmasın” demişdir. Bir neçə dəqiqə sonra əvvəllər tanımadığı sonradan adının Təqsirləndirilən şəxs1 olduğunu bildiyi şəxs ona zəng etmişdir. Təqsirləndirilən şəxs1 mobil telefon nömrələri ***-***-**-** və 055- ***-**-** olmuşdur. Kərim, əsasən, “WhatsApp” proqramı vasitəsilə onun ***-***-**-** nömrəsinə zənglər etmişdir. Kərimlə Rauf bir-birini birbaşa tanımamış, onda olan məlumata əsasən, onlar Arzu adlı şəxsin vasitəsi ilə tanış olmuşlar. Kərim ona zəng edərək görüşməyi təklif etdiyi üçün 2021-ci ilin sentyabr ayının əvvəllərində saat 21:00 radələrində Bakı şəhəri, Nərimanov rayonu, “Montin” qəsəbəsində yerləşən “Xəmsə” kafesində onunla görüşmüşdür. Görüşə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ayrı-ayrı maşınlarda gəlmişlər. Onların hər ikisi bahalı xarici maşınlar idarə etmişlər. Sonradan ona məlum olmuşdur ki, həmin avtomobillər Şamil və Kərimə məxsus olmamış, görüntü yaratmaq üçün onunla görüşə həmin avtomobillərlə gəlmişlər. Kafedə baş tutmuş görüşdə vəkil Vasif İsrafilov da iştirak etmişdir. Vasif adlı vəkil Şamilin təklifi ilə onunla görüşə gəlmişdir. Şamil Baş İdarənin qeyri-rəsmi adı “Rekertə qarşı mübarizə idarəsi” deyilən idarəsində xidmət etdiyini bildirmişdir. Şamil ona 10.000 manat ödəyib vəkil Vasif ilə müqavilə bağlamağını təklif etmişdir. O da buna etiraz edib “siz bura məni vəkilə pul ödətdirməyə çağırımısınız?” demişdir. Şamilin və Kərimin danışığından, xarici görünüşündən belə başa düşmüşdür ki, onlar ciddi şəxs deyillər və iş düzəldə bilməzlər. O ehtiyat etmişdir ki, Azər Əsgərovun barəsində istintaqı aparılan cinayət işi üzrə türk vətəndaşlarının şikayəti əsasında ona da problem yaranar, məsuliyyətə cəlb olunar və ya işdən çıxarılar. Buna görə də Kərim və Şamil ilə ona köməklik etmələri üçün görüşmüşdür. Kafedəki görüş zamanı Kərim telefonla danışmaq üçün tez-tez əyləşdikləri kabineti tərk etmişdir. Sonradan ona məlum olmuşdur ki, Kərimin tez-tez telefonla danışdığı şəxs Seyid adlı şəxsdir. Görüş zamanı onların qeyri-ciddi şəxslər olduğunu görüb “Xəmsə” kafesini tərk etmək qərarına gəlmiş, kafedən çıxanda Kərim və Seyidin söhbət etdiyini görmüşdür. Kərim onu Seyidlə tanış edərək sonuncunun hörmətli bir şəxs olmasını, rəhbər şəxslərlə tanışlığı olan biri kimi təqdim etmişdir. Kərim və Seyid işini həll edəcəklərini və ona istintaq zamanı heç bir problem yaranmayacağını bildirmişlər. Həmin tarixdə yaşadığı evə qayıtdıqdan sonra saat 23:00-00:00 radələrində təkrar görüşməyi təkid etdiyi üçün Şamili yaşadığı üvnanın yaxınlığına 7-ci Mikrorayon ərazisində yerləşən “Tayqa” marketin qarşısına görüşə dəvət etmişdir. Şamil ayaqüstü görüş zamanı ona izah etmişdir ki, Azər Əsgərovun barəsində cinayət işinin istintaqını aparan müstəntiq Vüsal müəllimlə danışıb razılaşacaq, onun xeyrinə qərar qəbul olunacaqdır. Müstəntiq Vüsalın adını Şamilgilə problem barədə maraqlandıqları zaman cinayət işinin Vüsal müəllimin icraatında olduğunu özü demişdir. Şamil ona hazırda müstəntiqlə çörək yeməyə, yəni restoranda görüşməyə getdiyini, gedib işi danışıb xeyrinə qərar qəbul olunacağına nail olacağını demişdir. O da Şamili Baş İdarənin əməkdaşı kimi bildiyi üçün danışdıqlarına inanmışdır. Həmin ərəfədə Şamil onun oğlu ilə də iştirakı olmadan görüşüb söhbət etmişdir. Oğlu Kamran da polis əməkdaşı olduğuna görə Şamil mehribançılıq edib Kamranla ünsiyyət quraraq onu da əmin etmişdir ki, cinayət işinin istintaqını xeyrinə müsbət həll edəcək. 3 sentyabr 2021-ci il tarixdə səhər saatlarında Təqsirləndirilən şəxs1 ona “WhatsApp” proqramı vasitəsi ilə zəng edərək Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı Şamil və Seyid ilə danışdığını və artıq məsələnin həllini tapdığını bildirmişdir. İşin həlli üçün Kərim ondan 100.000 manat tələb etmişdir. O da Kərimə 100.000 manat məbləğində pulunun olmadığını, ona görə də bu işdən imtina etdiyini bildirmişdir. Buna baxmayaraq Kərim ondan əl çəkməyib növbəti günlərdə tez-tez zəng edib onu pulu hazır etməyə təkid etmişdir. 6 sentyabr 2021-ci il tarixədək olan müddət ərzində Kərim tez-tez zəng edib “hazırkı vəziyyətdə geri çəkilmək olmaz, işin həlli üçün razılıq alındığını, pulu verilməsə sizə gələcəkdə istintaqda problem yarana bilər” demişdir. Buna görə də məcbur olub qohum əqrabadan borc pul taparaq 100.000 manat deyil, 95.000 manat pul düzəldə bilmişdir. 6 sentyabr 2021-ci il tarixdə Kərimlə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasının yaxınlığında görüşmüşlər. Kərim idarə etdiyi “Ford Mustang” markalı avtomaşının içində pulu sayıb ondan götürmüşdür. Pul rəngli sellofan torbaya qablaşdırılmış vəziyyətdə olmuşdur. Kərimə Baş İdarəyə özünün də daxil olub pulun kimə verildiyini görmək istədiyini bildirmişdir. Əvvəldən də aralarında razılıq belə olmuşdur ki, pulu verməyə gedəndə o da Baş İdarəyə daxil olsun və pulu özünü ona polis əməkdaşı kimi təqdim edən Şamilə versin, o da öz növbəsində pulu aidiyyəti üzrə təqdim etsin. Son anda, yəni 6 sentyabr 2021-ci il tarixdə saat 16.30 radələrində Kərim planı dəyişmiş və ona “sən içəri daxil olma, mən tək gedim” demişdir. O da avtomobildə elə dayanmışdır ki, Baş İdarənin giriş qapısını nəzarətdə saxlasın. Kərim içərisində 95.000 manat olan selofan torbanı götürüb Baş İdarənin inzibati binasının nəzarət buraxılış məntəqəsinə daxil olmuşdur. Təxminən 2-3 dəqiqə sonra Kərim əliboş çıxmışdır. O, Kərimin tez qayıtmasından şübhələnib nəyə görə belə tez qayıtdığını soruşduqda Kərim pulu lazım olan şəxsə elə nəzarət buraxılış məntəqəsində təqdim etdiyini, inzibati binaya və ya xidməti otağa daxil olmağa ehtiyac qalmadığını demişdir. Kərimin əliboş qayıtmağına inanıb 95.000 manatı lazımı şəxsə təqdim etdiyini zənn etmişdir. 8 iyun 2021-ci il tarixdə Kərim pulun qalığını, yəni 5.000 manatı ondan götürmək üçün Bakı şəhəri, Binəqədi rayonu, “Azadlıq” metrostansiyasının yaxınlığına gəlmiş və pulu götürmüşdür. Pulu verdikdən sonra növbəti günlərdə onu yenə Baş İdarənin İstintaq və Təhqiqat İdarəsinə dəvət etmiş və iştirakı ilə dindirmə və üzləşdirmə istintaq nərəkətləri aparılmışdır. Bu zaman başa düşmüşdür ki, aldadılmış, 100.000 manat pulu dələduzluq yolu ilə ələ keçirilmişdir. Bundan sonra dəfələrlə Kərim və Seyidə zəng edib onları görüşməyə təkid edib pulunu geri tələb etmişdir. Barələrində şikayət edəcəyini bildikdən sonra 17 sentyabr 2021-ci il tarixdə Seyid və Kərim 9cu Mikrorayon ərazisində yerləşən “Lalə” kafesində onunla görüşmüşlər və pulunu geri tələb edən zaman sonuncular onu əmin etmişlər ki, 18 sentyabr 2021-ci il tarixdə həmin məbləğdə pulu tapacaqlar. O da məcbur olub bir gün gözləmişdir. 18 sentyabr 2021-ci il tarixdən etibarən isə Şamil, Kərim və Seyid zənglərinə cavab verməmişlər. Beləliklə, o, qəti şəkildə şikayət etmək qərarına gəlmişdir. Arzu adlı şəxs Raufu tanımışdır. Onun nömrəsini Kərim Arzudan almışdır. Rauf onun cinayət işinin istintaqı ilə əlaqədar BMCMİ-yə çağırılmağı barədə məlumatlı olmuşdur. Təqsirləndirilən şəxs2 formada və ya vəsiqəsini də görməmişdir. Şamil şifahi şəkildə “Rekert” idarəsinin işçisi olduğunu demişdir. O da Baş İdarənin tərkibində rekertə qarşı mübarizə idarəsinin mövcud olduğunu eşitmişdir. Bundan əlavə Kərim də Şamilin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı olmasını təsdiqləmişdir. İlk dəfə görüş zamanı vəkil Vasif İsrafilov da Şamilə polis əməkdaşı kimi müraciət etmişdir. Onların danışıqlarından belə başa düşülmüşdür ki, hüquqşünas, eyni sahənin adamları kimi biri-birləri ilə söhbət edirlər. Vəkil Vasif də Şamili polis əməkdaşı kimi bildiyinə görə Şamilin Baş İdarə əməkaşı olmasına inanmışdır. Şamil özünü ona Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı kimi təqdim etmişdir. Vəkil Vasif adlı şəxslə yalnız 1 dəfə görüşmüşdür. Vasifi görüşlərindən sonra bir daha görməmişdir. İdarəyə daxil olmaq istədikdə Kərim ona Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində əməkdaşların ondan pul götürməyəcəklərini bildirmişdir. İş pozulmasın deyə Kərimin idarəyə tək daxil olmasına etiraz etməmişdir. Aladadıldığını başa düşdükdən sonra Kərim, Seyid və Şamilə zəng edib pulunu tələb etmişdir. Kərim və Seyid pulunu tələb etdikdə ondan qaçmağa və yayınmağa başlamışlar. Təqsirləndirilən şəxslər verdiyi 100.000 manatdan ona hər hansı məbləğdə pul qaytarmamışlar.Ondan işin həlli üçün 100.000 manat pulu Kərim tələb etmişdir. Kərimə əlbəəl 95.000 manat, sonra isə 5.000 manat pul vermişdir. Kərim nəzarət buraxılış məntəqəsinə pul ilə daxil olub, oradan əliboş çıxmışdır. İdarəyə daxil olmadığı üçün Kərimin pulu kimə verdiyini görməmişdir. Kərim onun özü ilə birlikdə idarəyə daxil olmağını istəməmişdir. Kərim və X21 vasitəsilə tanımışdır. Rauf Dadaşov uzaq qohumu olmuş,Kərim və Şamilin ona kömək edə biləcəklərini demişdir. Rauf Kərim və Şamilin onu aldatmayacaqlarını, etibarlı şəxslər olduqlarını bildirmişdir. Rauf hazırda heç yerdə işləmir, istifadəsində olan mobil nömrə ***-***-**-** olmuşdur. Zənnincə, Raufun bu işdə heç bir günahı yoxdur. Seyid adlı şəxs Kərimin tanışı omuşdur. Səhv etmirsə, Seyidin əsl adı Mircəfərdir. Seyid də onunla görüşmüş, lakin pulu ondan Kərim aldığı üçün Seyid barəsində şikayət etməmişdir. 100.000 manat pulu müstəniq Vüsala çatdırılması üçün vermişdir. Zərərçəkmiş şəxslər onunla əlaqə yaratmadıqları üçün işi müstəntiqlə həll etməli olmuşdur. Müstəntiq pulu zərərçəkmiş şəxslərə verməli imiş. Baş İdarənin inzibati binasının nəzarət buraxılış məntəqəsinə istənilən şəxsin daxil olması mümkün olmuşdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 3 övladı var. Yaşadığı evin yaxınlığında özünə məxsus ərzaq dükanı işlətməklə məşğul olur. 2000-ci il təvəllüdlü oğlu X13 Akademiyasını oxumuş, ali təhsillidir, idmanla məşğul olmaqla İ dərəcəli boksçudur. 2 iyul 2021-ci il tarixdən Kəlbəcər rayonunda Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində həqiqi hərbi xidmətdədir. X15 əvvəllər Biləcəri qəsəbəsində “Army” adlı marketdə mühafizəçi, daha sonra inzibatçı işləmişdir. Həmin ərəfədə qonşusu Şahid4 onun oğlunun idmançı cüssəli olduğuna görə oğlunu hərbi xidmətə Milli Qvardiyaya qəbul etdirəcəyini bir neçə dəfə ona təklif etmiş, bunu edə biləcək tanışlarının olduğunu bildirmişdir. Oğlu Ruslan da həvəsli olduğundan Milli Qvardiyada hərbi xidmətə qəbul olunmağa razılaşmışdır. Vahid bildirmişdir ki, Ruslanın hərbi xidmətdən sonra da qalıb zabit kimi orda işləməsinə köməklik edə bilər. Vahid Müdafiə Nazirliyində Məxfi idarədə mayor rütbəsində çalışan tanışı Təqsirləndirilən şəxs1 vasitəsi ilə oğlunu Milli Qvardiyaya hərbi xidmətə qəbul etdirə biləcəyini demişdir. O, Vahiddən həmin şəxsin kim olduğunu, etibarlı şəxs olub-olmadığını maraqlandıqda Vahid narahat olmamağını, Kərimlə dəfələrlə belə işlər gördüyünü, bütün işlərin müsbət həll edildiyini, özünün cavabdeh olduğunu bildirmişdir. O razılaşdıqdan sonra Vahid Kərimlə danışıb ona xəbər edəcəyini demişdir. 2021-ci ilin may ayının əvvəlində Vahid Təqsirləndirilən şəxs1 oğlu Ruslanı Milli Qvardiyaya hərbi xidmətə 10.000 manat müqabilində qəbul etdirə biləcəyini demişdir. O, qiymətdə danışmaq istəsə də, Vahid aşağı qiymətə mümkün olmadığını bildirmişdir. Razılaşdıqdan sonra 10 may 2021-ci il tarixdə Vahid Kərimin onu Bakı şəhəri, Nəsimi rayonu, “Memar Əcəmi” metrostansiyası yaxınlığında “Qəbələ” kafesində gözlədiyini demişdir. O, əvvəllər işləməklə uzun müddət ərzində topladığı puldan 10.000 manat düzəldərək 10 may 2021-ci il tarixdə qeyd edilən kafedə oğlu Ruslanla birlikdə Təqsirləndirilən şəxs1la görüşüb həmin pulu Kərimə vermişdir. Görüş zamanı Təqsirləndirilən şəxs1 özünü ona Müdafiə Nazirliyinin Məxfi idarəsinin mayor rütbəli əməkdaşı kimi təqdim edərək bildirmişdir ki, 10.000 manatdan 8.000 manatı Milli Qvardiyada yüksək rütbəli tanışına verəcək, 1.500 manatı özünə, 500 manat isə onu tanış edən Vahid adlı qonşusuna verəcək. Kərim oğlu Ruslanı 6 iyul 2021-ci iİ tarixdə Milli Qvardiyaya hərbi xidmətə qəbul etdirəcəyini demişdir. Həmin gün Kərim dövlət nömrə nişanını xatmamadığı şabalıdı rəngdə “Chevrolet” markalı avtomobilində adi mülki geyimdə gəlmişdir. Pulu verdikdən 2 gün sonra Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** nömrəsinə zəng edərək qızı Aysel Məhərrəmovanı da hərbiyə işə qəbul etdirmək istədiyini bildirmişdir. Kərim də telefonda ona qızını Müdafiə Nazirliyinin yalnız qadınların işlədiyi MTT Baş İdarəsinə zabit kimi işə qəbul etdirə biləcəyini demişdir. Kərim bu iş üçün də ondan 15.000 manat pul tələb etmişdir. 14 may 2021-ci il tarixdə Təqsirləndirilən şəxs1 ona zəng edərək həmin Baş İdarədə bir boş yerin qaldığını və təcili olaraq pulu çatdırmağını bidirmişdir. 15 may 2021-cİ il tarixdə yenə X15la birlikdə həmin “Qəbələ” kafesində Təqsirləndirilən şəxs1la görüşərək 15.000 manat pulu nağd şəkildə Kərimə vermişdir. Həmin görüşə də Kərim mülki geyimdə **-GQ-*** qeydiyyat nişanlı ağ rəngdə “X22” markalı avtomobillə gəlmişdir. Kərim ondan pulu alarkən əslində MTT Baş İdarəsinə işə adam düzəldilməsinin 20.000 manat qiyməti olduğunu, amma oğlu Ruslanı hərbi xidmətə qəbul etdirdiyinə görə ona bu işi 15.000 manata həll edəcəyini, həmin pulu daha əvvəl dediyi yüksək rütbəli şəxsə verərək qızını onun vasitəsi ilə işə düzəldəcəyini demişdir. Bundan bir müddət keçməsinə baxmayaraq, Kərim heç bir işi həll etməmişdir. 2 iyul 2021-ci il tarixdə artıq oğlu Ruslanı Gəncə şəhərinə N saylı hərbi hissəyə N aylıq kursa aparmışlar. O da Kərimlə danışıb artıq oğlunun Gəncəyə aparıldığını dedikdə, Kərim narahatçılığa ehtiyac olmadığını, oğlunu hərbi hissədən Milli Qvardiyaya gətirdəcəyini demişdir. Buna görə də bir az da gözləmişdir. Daha sonra 2021-ci ilin iyul ayında Kərim ona bildirmişdir ki, qızı Aysel işə qəbul edilməsi üçün Hərbi Hospitalda həkim komissiyasından keçməlidir. Lakin, 700 manat müqabilində qızı Ayselin heç bir həkim komissiyasından keçmədən sənədlərini ala biləcəyini demişdir. O da qızının komissiyaya getməməsi üçün 15 iyul 2021-ci il tarixdə yaşadığı ünvanda, yəni ünvan 1 ünvanın qarşısında Kərimlə görüşmüşdür. Kərim həmin görüşə də mülki geyimdə **-GQ-*** dövlət nömrə nişanlı ağ rəngdə “X22” markalı avtomobillə gəlmişdir. Kərim məhlədə ondan 700 manat pulu aldıqdan bir neçə gün sonra əlavə 7.000 manat da pul istəmişdir ki, oğlunu birbaşa leytenant rütbəsi ilə Milli Qvardiyaya qaytarsın. O, bankdan kredit götürüb həmin pulu da Kərimə vermək istədikdə son anda evdə ailə üzvləri razılaşmadığından Kərimə əlavə pul verməmişdir. Xeyli müddət keçməsinə baxmayaraq, Kərimin işi həll etmədiyini gördüyündən pulunu geri tələb etmişdir. Lakin, Kərim müxtəlif bəhanələr gətirərək onu aldatmağa davam etmişdir. 5 avqust 2021-ci il tarixdə Kərimi öz yaşadığı evə çağıraraq görüşmüşdür. Orada görüş zamanı Kərim öz əlyazması ilə ondan nə üçün və nə qədər pul aldığını və 7 avqust 2021-ci il tarixə kimi pulu qaytaracağını yazmışdır. Lakin Kərim dediyi vaxtda da pul qaytarmamışdır. 2021-ci ilin avqust-sentyabr aylarında 2.000, 3.000, 5.000, 3.700 və 5.000 manat olmaqla Kərim tərəfindən ona müəyyən ödənişlər edilmişdir. Təqsirləndirilən şəxs1 qonşusu Şahid4 vasitəsilə tanımışdır. Kərimlə görüşlərində Vahid iştirak etməmiş, Kərim onunla görüşməyə tək gəlmişdir. Cinayət nəticəsində ona 25.700 manat maddi ziyan dəymişdir. Kərim ona nağd şəkildə 18.700 manat pul qaytarmışdır. Hazırda Kərim ona 7.000 manat pul qaytarmalıdır. Kərim görüşlərə yaxşı geyimdə və “X22” markalı avtomobillə gəlmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 və Şahid6 Şahid3 ifadəsinə uyğun oxşar məzmunlu ifadələr vermişlər. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 2003-2004-cü illərdə Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətində hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən sonra da XDMX-da qalaraq 2009-cu ilədək gizir rütbəsində, 2014-cü ilə qədər də tağım komandiri olmaqla baş leytenant rütbəsində xidmət etmişdir. 2014-cü il tarixdə yol verdiyi nöqsanlara görə xidmətdən xaric edilmişdir. Bundan sonra müxtəlif mühafizə işlərində mühafizəçi işləmişdir. Dəfələrlə ərizə yazaraq xidmətə bərpa olunmağa çalışsa da, mümkün olmamışdır. 2021-ci ilin yanvar ayının sonlarında iş yoldaşı Şahid5la söhbət edən zaman ona Təqsirləndirilən şəxs1 adlı tanışı olduğunu, onun Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələrində kapitan rütbəsində çalışdığını, Naxçıvan Muxtar Respublikasından olduğunu və yüksək vəzifəli tanışlarının olduğunu bildirərək, istəsə, Kərimin vasitəsilə onu XDMX-ya bərpa etdirə biləcəyini bildirmişdir. O da Talehə bərpa olunmaq istədiyini bildirmişdir. Bir gündən sonra istifadə etdiyi nömrəyə sonu “85-85” ilə bitən nömrədən Təqsirləndirilən şəxs1 zəng etmişdir. Kərim özünü ona Müdafiə Nazirliyinin işçisi kimi təqdim etmişdir. Kərim işi ilə bağlı soruşduqdan sonra ondan xidmətə bərpa olunubolunmayacağını yoxlatmaq üçün şəxsiyyət vəsiqəsinin şəklini atmağını istəmişdir. O da vəsiqənin şəklini Kərimə göndərmişdir. Kərim bir neçə gündən sonra zəng edərək görüşmək lazım olduğunu bildirdikdə onunla Bakı şəhəri, Binəqədi rayonu ərazisində “Azadlıq” metrostansiyasının yaxınlığında Talehin iştirakı ilə görüşmüşdür. Həmin zaman Kərim oraya ağ rəngli “**-GO-***” qeydiyyat nişanlı “Range Rover” markalı avtomobillə gəlmişdir. Kərim ona bərpa olunmaq üçün 11.000 manat pul lazım olduğunu bildirmişdir. Kərim həmin pulun 10.000 manatını işi görən adama verəcəyini, 1.000 manatını da özünə götürəcəyini, pul verdikdən sonra 3 ay ərzində xidmətə bərpa olunacağını bildirmişdir. O da Kərimlə razılaşmışdır. Bir neçə günə 11.000 manat pul yığmışdır. 12 fevral 2021-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində “Biləcəri dairəsi” deyilən yerdə Kərimlə görüşmüş və 11.000 manat pulla hərbi biletin əslini sonuncuya vermişdir. Hazıradək Kərim hərbi biletini qaytarmamışdır. Kərim həmçinin pulu verdikdən sonra ona notariusa gedib borc müqaviləsi bağlamağı təklif etmişdir. O Kərimdən bunun səbəbini soruşduqda bildirmişdir ki, işi görən adam belə tələb edir, çünki bəzən iş alınmayanda pul verən şəxslər yalandan artıq məbləğdə pul tələb etmişlər. O da problem olmadığını bildirmiş və Kərimlə birlikdə 20 saylı Notariat ofisinə gedib orada 11.000 manat pulu borc verməyi ilə bağlı müqavilə bağlamışlar. Bundan sonra Kərimlə arada bir əlaqə saxlamışdır. Kərim hər zəngində tezliklə işinin həll olunacağını, sonuncu dəfə 2021-ci ilin sentyabr ayında görüşdükdə isə oktyabr-noyabr aylarında xidmətə bərpa olunacağını bildirmişdir. Bundan bir müddət sonra Kərimi axtardıqda yaxın qohumları tərəfindən ona bildirmişlər ki, Kərim dələduzluq etdiyinə görə BMCMİ tərəfindən tutulmuşdur. Buna görə də onun barəsində şikayət etmişdir. 2009-2014-cü illərdə Xüsusi Dövlət Mühafizə Xidmətində tağım komandiri olmaqla baş leytenant rütbəsində xidmət etmişdir. Kərimi iş yoldaşı Şahid5 vasitəsilə tanımışdır. Kərim özünü ona Müdafiə Nazirliyinin işçisi kimi təqdim etmişdir. Şahid5 Kərimin onu Xüsusi Dövlət Mühafizə Xidmətindəki işinə bərpa etməyə qadir olduğunu və etibarlı şəxs olduğunu bildirmişdir. 11.000 manatı əlbəəl Təqsirləndirilən şəxs1 vermişdir. Kərim vəzifəli şəxslərlə yaxın olduğunu, onu asanlıqla əvvəlki işinə bərpa edə biləcəyini demişdir. Hadisə nəticəsində ona 11.000 manat maddi ziyan vurulmuşdur. Kərimə 11.000 manat verə bilmək üçün hətta evini də “Access Bank”da girova qoyaraq pul götürmüşdür. Təqsirləndirilən şəxs1 hadisədən sonra ona hər hansı məbləğdə ödəniş etməmişdir. Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid5Telman oğlu Şahid2 ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişdir (cild 1, iş vərəqə 151-154). Cinayət işinin materiallarında olan “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Şahid3 izahatına əlavə etdiyi 1 ədəd dəftər vərəqinə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmiş ki, vərəqə “Mən Təqsirləndirilən şəxs1 Şahid3 25.700 manat pul almışam. Məhərrəmov Ruslan və X4 işlə təmin etmək üçün pul alımışam. Aysel xanımı MTT, Ruslanı qvardiyaya əsgər kimi, İmzamla təsdiq edirəm. (imza var) Təqsirləndirilən şəxs1 7.08.2021-ci il tarixdə aldığm uu’u Şahid3 qaytaracam. Şahid3 şahid olmağına etiraz um yoxdur. Şahid3 İ., X6 şahid olmağına etirazım yoxdur. Özüm yazdım başqa əlavəm yoxdur. Təqsirləndirilən şəxs1 F. (imza var) 05.08.202“ . ler. 055-5747-85-85, ***-***-**-**”. Məzmunlu mətn yazılmışdır. Bundan, başqa iş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsinə əlavə etdiyi bir ədəd kredit müqaviləsinə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmiş ki, müqavilə 12 fevral 2021-ci ii tarixdə Şahid2 ilə Təqsirləndirilən şəxs1 arasında Bakı şəhəri 20 saylı Notariat ofisində bağlanmışdır. Müqaviləyə əsasən Şahid2 Təqsirləndirilən şəxs1 faizsiz olaraq 10.800 manat borc vermişdir (cild 1, iş vərəqə 120,139,150). Cinayət işinin materiallarında olan “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Baş İdarənin İstintaq və Təhqiqat İdarəsinin baş müstəntiqi Vüsal Salehovun icraatında Azərbaycan Respublikası CM-in 178.4-cü maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işinin başlanılması və “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərarların 2 vərəqdə surətini materiala əlavə edilmiş və həmin sənədlərə baxış keçirilən zaman məlum olmuşdur ki, X9 tərəfindən Türkiyə Respublikası vətəndaşları X5 və Genç X1 2 milyon 96 min manat pullarının ələ keçirilməsi faktı ilə bağlı Baş İdarənin İstintaq və Təhqiqat İdarəsində 3 aprel 202“-cı il tarixdə CM-in 178.4-cü maddəsi İlə cinayət işi başlanılmış və Azər Əsgərova həmin maddə ilə ittiham elan edilmişdir (cild 1, iş vərəqə 14). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Bakı Hərbi Məhkəməsinin 5 mart 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4 və 32.4,312.2-ci maddələri ilə təqsirli bilinib 2.000 manat cərimə cəzasına məhkum edilmiş və həmin cərimə cəzası tam şəkildə ödənilmişdir (cild 1, iş vərəqə 123-124, 212). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.2-ci maddəsinin tələbinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Təqsirləndirilən şəxs1 hazırkı cinayəti əvvəlki cinayətinə görə cərimə cəzasını ödədikdən 1 il keçdikdən sonra törətdiyindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.2-ci maddəsinin tələbinə əsasən məhkumluğu ödənilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqə 121-122). Dövlət ittihamçısı çıxış edərək təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı irəli sürülən həmin ittiham üzrə Şahid1 külli miqdarda 100.000 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmələri, həmçinin vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar Şahid1 xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla özü vasitəsi ilə maddi nemət olan 100.000 manat pul vəsaitinin rüşvət qismində verməklə təhrik etməsi epizodu üzrə “bilə-bilə qanunsuz” söz ifadəsinin ittihamdan xaric edilməsini məhkəmədən xahiş etmişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı irəli sürülən həmin ittiham üzrə Şahid1 külli miqdarda 100.000 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmələri, həmçinin vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar Şahid1 xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla özü vasitəsi ilə maddi nemət olan 100.000 manat pul vəsaitinin rüşvət qismində verməklə təhrik etmələri epizodu üzrə “bilə-bilə qanunsuz” söz ifadəsi ittihamdan xaric edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 32.4,312.2-ci maddələri, Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 32.4,312.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Onlar həmin cinayət əməllərini törətməkdə təqsirlidir, onların əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad edilmələri üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin maddələr ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdırlar. Məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunan cəzanın onların islah olunmalarına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində 3 azyaşlı uşağı vardır (cild 1, iş vərəqə 198-199). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 dəymiş maddi ziyan qismən ödənilmişdir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 himayəsində 1 azyaşlı uşağı vardır (cild 1, iş vərəqə 204). Məhkəmə Təqsirləndirilən şəxs1 himayəsində 3 azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Cinayət işinin materiallarında olan ifadələrin məzmunundan görünür ki, Təqsirləndirilən şəxs1 Şahid3 maddi ziyanı könüllü olaraq qismən ödəmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 himayəsində 1 azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 cinayət nəticəsində Şahid3 dəymiş ziyanı könüllü olaraq qismən ödəməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.14-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4,312-ci maddəsinə munasibətdə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayəti törətmələrini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.3-cü maddəsinə əsasən onların cəzalarını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 oğunun törətdiyi cinayət əməllərini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2,32.4,312.2-ci maddələri ilə, Təqsirləndirilən şəxs2 oğunun törətdiyi cinayət əməllərini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 32.4,312.1-ci maddələri ilə tövsif etməklə yanaşı, onların həmin maddələrin sanksiyası həddində müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasını məqsədəuyğun hesab edir. Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 25 sentyabr 2021-ci il tarixdə tutulmuşdur (cild 1, iş vərəqə 44). İş materiallarında olan Nərimanov rayon məhkəməsinin 27 sentyabr 2021-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 25 sentyabr 2021-ci il tarixdən hesablanmışdır (cild 1, iş vərəqə 103-105). Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 25 sentyabr 2021-ci il tarixdə tutulmuşdur (cild 1, iş vərəqə 26). İş materiallarında olan Nərimanov rayon məhkəməsinin 27 sentyabr 2021-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 25 sentyabr 2021-ci il tarixdən hesablanmışdır (cild 1, iş vərəqə 100-102). Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3 və 15.4-cü maddələrinin tələblərinə əsasən “az ağır” və “ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Bu normaların tələbləri baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onlara təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlanıldıqları müddət cəzaçəkmə müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin başlanğıcı tutulduqları 25 sentyabr 2021-ci il tarixdən hesablanmalı və barələrində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxslərə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə ekspertiza rəyi, mülki iddia və maddi sübut yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197, 198, 344-349, 351-354, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i:

1. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 32.4,312.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4,312.2-ci maddəsi ilə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu Təqsirləndirilən şəxs1 qəti olaraq 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 25 sentyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin.

2. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 32.4,312.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4,312.1-ci maddəsi ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu Təqsirləndirilən şəxs2 qəti olaraq 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 25 sentyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar