Məhkəmə qərarları › İş №1(101)-916/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-916/2023

27.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-916/2023 27.11.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Əsgərova-Məmmədova Leyla Səyavuş qızının sədrliyi ilə, hakimlər Sadıxov Rasim Əkrəm oğlu və Kərimov Novruz Ağakərim oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər – Azərbaycan Respublikasının Vəkillər Kollegiyası, “Arbitrium” Vəkil Bürosunun vəkili Müdafiəçi3 və Bakı şəhəri “Xəzər Konsaltinq” Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Müdafiəçi2 iştirakları ilə, 04 avqust 1994-cü ildə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşamış, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 13 avqust 2022-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə, xx xxxx 1973-cü ildə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, fərdi əməklə məşğul olan, ünvan 4 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən fərdi yaşayış evində yaşamaqla barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs2 bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozaraq cəmiyyətə açıqca hörmətsizlik ifadə edib şəxs üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlərlə xuliqanlıq etmiş, habelə, qabaqcadan əlbir olan bir qrup şəxs halında, satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və külli miqdarda psixotrop maddələri əldə edərək saxlayıb daşımışdır. Belə ki, 23 may 2022-ci il tarixdə saat 20:00 radələrində Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, A.Məmmədov küçəsi, 11 saylı yaşayış binasının zirzəmisində olan avtomobil dayanacağında atası Təqsirləndirilən şəxs1 ilə birlikdə bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozaraq cəmiyyətə açıqca hörmətsizlik ifadə etməklə, Təqsirləndirilən şəxs1 idarə etdiyi “Mercedes” markalı, ** PT *** nömrəli avtomobilini həmin dayanacaqda saxlamaq istədiyini bildirdikdə, dayanacağın nəzarətçisi Zərərçəkmiş şəxs ona hazırda dayanacaqda boş yer olmadığını bildirməsinə baxmayaraq, heç bir əsaslı səbəb olmadan Təqsirləndirilən şəxs2 atası Təqsirləndirilən şəxs1la birlikdə Zərərçəkmiş şəxs nalayiq sözlərlə təhqir edib ona zor tətbiq edərək avtomobil dayanacağının daxilində, sonra dayanacağın girişində olan nəzarətçi köşkünün yanında və daha sonra isə Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, A.Məmmədov küçəsi, 11 saylı yaşayış binasının qarşısında küçədə əl və ayaq zərbələri ilə Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrindən qəsdən vurmaqla sonuncuya sol qulağın posttravmatik perforasiyası ilə müşayiət olunan sol qulaq seyvanının qançırı, sol qaşüstü nahiyənin əzilmiş-cırılmış yarası, alın nahiyəsində sağ qaşüstü nahiyəni əhatə edən hematoma və hematoma fonunda səthi əzilmiş yara kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid xəsarətlər yetirərək qərəzli xuliqanlıq etmişdir. Bundan başqa, o, satış məqsədi və tamah niyyəti ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələr əldə etmə, saxlama, daşıma və satma barədə “Məhəmməd” adi ilə tanıdığı İran İslam Respublikasının vətəndaşı və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək həmin şəxslərin qabaqcadan bildirilmiş ünvanda gizlədərək saxladıqları külli miqdarda 5050,2 qram çəkidə narkotik vasitə heroin və külli miqdarda 2589,6 qram çəkidə psixotrop maddə metamfetamini deyiləcək yerlərə yerləşdirmək üçün satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla bacısı Şahid3 yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Matadrom yaşayış massivində yerləşən nömrəsiz fərdi yaşayış evinə daşımış, bundan sonra əldə etdiyi həmin maddələrdən bir bükümdə 44,2 qram çəkidə narkotik vasitə heroini ayırıb satış üçün qablaşdıraraq üzərində gəzdirdiyi çantanın içərisində, qalan maddələri isə bacısı Şahid3 yaşadığı evdə gizlətməkə saxlamış, bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə daxil olmuş məlumat əsasında həmin İdarənin əməkdaşları tərəfindən 12 avqust 2022-ci il tarixdə, saat 21:30-da keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs2 ünvan 6 ünvanının yaxınlığında saxlanılaraq qeyd edilən idarəyə dəvət edilmiş, orada xidməti otaqların birində 12 avqust 2022-ci il tarixdə saat 23:30-dan etibarən Təqsirləndirilən şəxs2 üzərinə keçirilən şəxsi axtarış və götürmə zaman sol çiynindən asdığı çantanın içərisindən bir ədəd bükümdə 44,2 qram çəkidə külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq götürülmüş, 13 avqust 2022-ci il tarixdə saat 01:30-dan etibarən onun bacısı Şahid3 yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Matadrom yaşayış massivində yerləşən nömrəsiz fərdi yaşayış evinə sonuncunun razılığı və icazəsi ilə keçirilən baxış zamanı evin ikinci mərtəbəsindəki eyvanın qarşısında divara söykənmiş halda olan radioatorların arxasında bir ədəd sellofan torbanın içərisində üç ədəd bükümlərdə, hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 1498 qr, 1503 qr, 2005 qr, ümumi təmiz çəkisi 5006 qr olan külli miqdarda həm öz aralarında, həm də Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilərək götürülmüş heroinlə eyni tərkibli olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin və üç ədəd bükümlərdə hər birinin ayrıayrılıqda təmiz çəkisi 596,2 qr, 996,6 qr, 996,8 qr, ümumi təmiz çəkisi 2589,6 qr olan külli miqdarda eyni tərkibli kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs1 bir qrup şəxs tərəfindən ictimai qaydanı kobud surətdə pozaraq cəmiyyətə açıqca hörmətsizlik ifadə edib şəxs üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Belə ki, o, 23 may 2022-ci il tarixdə saat 20:00 radələrində Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, A.Məmmədov küçəsi, 11 saylı yaşayış binasının zirzəmisində olan avtomobil dayanacağında oğlu Təqsirləndirilən şəxs2 ilə birlikdə bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozaraq cəmiyyətə açıqca hörmətsizlik ifadə edib idarə etdiyi «Mercedes» markalı, ** PT *** nömrəli avtomobili həmin dayanacaqda saxlamaq istədiyini bildirdikdə, dayanacağın nəzarətçisi Zərərçəkmiş şəxs hazırda dayanacaqda yer olmadığını bildirməsinə baxmayaraq, heç bir əsaslı səbəb olmadan Təqsirləndirilən şəxs2la birlikdə Zərərçəkmiş şəxs nalayiq sözlərlə təhqir edib üzərində zor tətbiq edərək dayanacağın daxilində, sonra dayanacağın girişində olan nəzarətçi köşkünün yanında və daha sonra isə Bakı şəhəri. Binəqədi rayonu, 9-cu mikrorayon, A.Məmmədov küçəsi, 11 saylı yaşayış binasının qarşısında küçədə əl və ayaq zərbələri ilə Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrindən vurmaqla sonuncuya sol qulağın posttravmatik perforasiyası ilə müşayiət olunan sol qulaq seyvanının qançırı, sol qaşüstü nahiyənin əzilmiş-cırılmış yarası, alın nahiyəsində sağ qaşüstü nahiyəni əhatə edən hematova və hematoma fonunda səthi əzilmiş yara kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid xəsarətlər yetirərək qərəzli xuliqanlıq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə təqsirli bilsə də, həmin məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittihamı qəbul etməyərək göstərmişdir ki, faktiki yaşayış yeri Biləcəri olsa da ev kirayə tutanadək bacısıgilin evində yaşamışdır. Narkotik vasitə istifadəçisidir, gündə 1-2 qram narkotik vasitə istifadə edir. Sədərək Ticarət Mərkəzində işləyən zaman tanış olduğu Zaur adlı şəxs vasitəsilə Məhəmməd adlı şəxslə əlaqələndirilmiş, sonuncudan öz istifadəsi üçün narkotik vasitə əldə etmişdir. Vaxtı olmayanda Zaur Məhəmməddən narkotik vasitəni onun üçün almışdır. Narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Ona narkotik vasitə satmaq üçün müraciət ediləndə birindən pulu götürüb digərinə vermiş, yəni alıcı ilə satıcını əlaqələndirmişdir.Saxlanıldığı gün üzərində narkotik vasitə olmamış, narkotik vasitə götürmək üçün gedərkən polis əməkdaşları tərəfindən saxlanılmışdır. Ona narkotik vasitəni hardan götürəcəyi ünvan dəqiq deyilməmişdir. Ödəniş üçün razılaşdırılmış pulu da hələ kart hesabına göndərməmişdir. Aralarındakı razılığa əsasən Bayıla yaxınlaşanda Məhəmməd adlı şəxsə məlumat verməli olduğundan Bayıl istiqamətində hərəkət etmişdir. Hövsandan çıxıb Yeni Günəşliyə yanacaq doldurmaq üçün, oradan çıxıb Bayıla öz istifadəsi üçün narkotik vasitə götürməyə gedərkən Yeni Günəşli qəsəbəsində yanacaq doldurma məntəqəsində polis əməkdaşları tərəfindən saxlanılmış, saxlanılarkən narkotik vasitənin təsiri altında olmamışdır. Üzərinə elə saxlanıldığı yerdə baxış keçirilərkən heç bir narkotik vasitə aşkar edilməməsinə baxmayaraq polis əməkdaşları tərəfindən idarəyə gətilmiş, idarədə də üzərindən heç nə aşkar edilmədiyindən müvəqqəti yaşadığı bacısının evinə aparılmış, orda da heç nə aşkar edilmədiyindən yenidən idarəyə gətirilmiş, oradan da. təkrarən bacısının evinə aparılmışdır. Bacısının yaşadığı evə baxış keçirilərkən basıgil evdə olmuş, hər iki baxış istintaq hərəkətində iştirak etmişdir. İttiham aktında narkotik vasitələrin aşkar edildiyi ev onun bacısının evidir, həmin narkotik vasitələr və psixotrop maddələr onlar ikinci dəfə evə gələrkən polis əməkdaşları ilə polis idarəsindən gətirib qoyduğu maddələrdir. Evin həyətindən evə iki giriş qapısı olduğundan arxa qapıdan aparıb həmin maddələri yerləşdirmiş, buna görə də evə narkotik vasitələri və psixortop maddələri necə yerləşdirməsindən bacısıgilin xəbəri olmamışdır. Cinayət işi materiallarına əlavə edilmiş "xxxx" ödəniş kartı məlumatları onun istifadəsində olan bank kartına aiddir. Həmin kart dövriyyəsi ilə həmçinin onu qeyd edə bilər ki, Sədərək Ticarət Mərkəzində “Novella” elektronika mağazasında satıcı qismində işlədiyini təsdiq edən sənəd olmasa da orada işləmiş, kartına mədaxil olunan pullar da həmin işə görə ödənilən əmək haqqı yəni, satdığı mallara görə verilən faiz əlavəsidir. Belə ki, rəsmi əmək haqqı olmasa da mal satışından asılı olaraq ona təxminən 1000-2000 manat gəlir verilmişdir. Karta pul 15 gündən bir ödənilmiş, ehtiyac olduqda vaxtından əvvəl ödəniş xahiş etmişdir. Faizlər aylıq ödənilmiş, müştərilərin artması və azalmasından asılı olaraq verilən məbləğ dəyişmişdir. Aylıq olaraq ən çox faizi 2000-2500 manat olmuşdur. Bundan başqa mağazadan satılan mallara görə də beh həmin karta ödənilmişdir. Hər gün karta olan “pul axını” isə verilmiş həmin behlərlə əlaqədar olmuşdur. Uzun müddət işlədiyindən mağaza sahibinin etibarını qazanmış və bu səbəbdən çalışdığı yerdə beh kimi verilmiş ödənişlər onun kartına köçürülmüşdür. Ən çox beh aldığı miqdar 2000-2500 manat olmuş, bəzən də 200,100,500-də olmuşdur. Məhkəmə iclasında elan edilərək tədqiq edilən Təqsirləndirilən şəxs2 ibtidai istintaq dövründə verdiyi ifadələrindən görünür ki, 5-6 ay olar ki, həmyerlisi olan “Zaur” adlı şəxsin vasitəsilə “Məhəmməd” adlı İran İslam Respublikasının vətəndaşı ilə tanış olmuşdur. Bildirdiyi “Zaur” narkotik vasitə istifadəçisi imiş və narkotiki həmin şəxsdən alırmış. Hazırda “Zaur” tutularaq həbs yerlərində cəza çəkir. O, “Məhəmməd” adlı şəxslə bir müddət ünsiyyət saxlamışdır. Həmin şəxsə bildirmişdir ki, yenicə narkotik vasitələr istifadə etməyə başlamışdır. Danışıq vaxtı həmin şəxs bildirmişdir ki, narkotik vasitələrin dövriyyəsi ilə məşğul olduğu üçün özünə etibarlı adamın köməkliyi lazımdır və ona təklif etmişdir ki, bu işdə kömək etməklə özü də pul qazansın və istifadə etmək üçün narkotik vasitə də əldə etsin. Odur ki, o da bu təkliflə razılaşmış və ilk dəfə elə həmin ərəfədə “Məhəmməd”-in tapşırığı ilə Sumqayıt şəhərinə gedərək orada gizlədilmiş yerdən bir torbada qablaşdırılmış narkotik maddələri götürüb Binəqədi rayonu ərazisinə deyilmiş ünvana yerləşdirmişdir. Buna görə “Məhəmməd” ona 500 manat pul söz vermişdir və həmin pulu onun deyilən vaxt bildirdiyi elektron hesaba yollamışdır. Sonuncu dəfə isə təxminən avqust ayının 5-də o, növbəti dəfə “Məhəmməd”-in tapşırığı ilə Lənkəran rayonuna gedərək sonuncunun bildirdiyi Velədi kəndində gizlədilmiş yerdən bir torbada olan narkotik maddələri götürüb Bakı şəhərinə qayıtmışdır. “Məhəmməd” demişdir ki, həmin maddələri hələlik özündə saxlasın, müştəri olan zaman ona xəbər edəndə həmin maddələri lazım olan yerə atacaq. Qeyd etmişdir ki, həmin maddələri ailə üzvləri ilə yaşadığı evə aparıb saxlamaqdan qorxmuşdur. Belə ki, ailə üzvlərinin bu işlərdən xəbər tutmalarından çəkinirmiş. Ona görə də həmin vaxt bacısıgilin rayonda olmalarından istifadə edərək onların Bİnəqədi rayonunda yerləşən boş evlərində müvəqqəti olaraq saxlamağa qərar vermiş və özündə onların ev açarı olduğundan belə də etmişdir. Qeyd etmişdsir ki, özü də narkotik istifadə etdiyinə görə bir qədər həmin maddələrdən götürüb üzərində saxlamışdır ki, istifadə etsin. 12 avqust 2022-ci il tarixdə saat təxminən 21 radələrində o, ünvan 6 ünvanın yaxınlığında olan zaman ona mülki geyimli şəxslər yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmişlər. Həmin vaxt onun narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli olduğunu bildirərək onu Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətirmişlər. Orada o, müdafiəçi ilə təmin edilmişdir. Baş İdarədə üzərinə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış videoçəkiliş əsasında aparılması barədə ona məlumat verilmiş və o, buna heç bir etiraz etməmişdir. Bundan sonra üzərində qanunla qadağan olunan hər hansı əşya, predmet olub-olmaması olduğu təqdirdə təqdim etməsi təklif edilmiş və o, üzərində gəzdirdiyi çantanın içərisində saxladığı bir bükümdə olan “kokos” adlandırılan narkotik vasitə heroini çıxarıb təqdim etmişdir. Bundan da əlavə həmin çantada olan öz mobil telefonları ilə açarları, nağd pulu, şəxsiyyət vəsiqəsini, siqaret qutusunu və bank kartını polis əməkdaşlarına təqdim etmişdir. Həmin bükümə baxılmış, içərisində qəhvəyi rəngli kütlənin olması müəyyən edilmişdir. Təqdim etdiyi büküm tərəziyə qoyularaq çəkilmiş və sonra həmin maddə içi boş olan, ağ rəngli zərfə qoyularaq möhürlənmiş və o, həmin zərfin üzərini imzalamışdır. Ona iş üzrə əhəmiyyət kəsb etdiyi izah olunaraq mobil telefonları, bank kartı ilə şəxsiyyət vəsiqəsi götürülmüş, açarlarla digər əşyalar isə özünə qaytarılmışdır. Bundan sonra üzərinə keçirilən axtarış zamanı qanunsuz hər hansı maddə aşkar edilməmişdir. Şifahi sorğu zamanı o, həmin bükümü "Məhəmməd” adlı İran İslam Respublikasının vətəndaşının tapşırığı ilə təxminən bir həftə əvvəl ayın 5-i Lənkəran rayonunda gizlədilmiş yerdən götürdüyü narkotik maddələrin üstüdən götürüb üzərində saxladığını, həmin maddələrin qalan hissəsini bacısıgilin yaşadığı ünvanda gizlətdiyini, “Məhəmməd” adlı şəxsin ona verəcəyi 500 manat pulun müqabilində narkotik maddələri sonradan lazım olan yerə qoymaq məqsədi ilə götürdüyünü bildirmişdir. Daha sonra bu barədə protokol tərtib edilmişdir və etirazı olmadığı üçün həmin protokolu imzalamışdır. Bundan sonra ona bildirilmişdir ki, həmin evə baxış keçirilməlidir və o, ərizə yazaraq buna etiraz etmədiyini bildirmişdir. Ona görə də onlar elə həmin tərkibdə bacısı Şəhanəgilin yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Matadrom yaşayış massivində yerləşən nömrəsiz fərdi yaşayış evinə yollanmışlar. Ora çatanda əlavə olaraq bacısı Şəhanənin də iştirakı ilə videoçəkilişlə evə baxış keçirilməyə başlanmış və ona təklif edilmişdir ki, həmin sözügedən maddələri təqdim etsin. Ona görə də o, həmin evin ikinci mərtəbəsindəki eyvanın qarşısında divara söykənmiş halda olan radioatorların arxasında gizlətdiyi bir ədəd sellofan torbanı təqdim etmişdir. Həmin torbanın içinə baxış keçirilən zaman orada üç ədəd bükümdə “şüşə” adlandırılan psixotrop maddə metamfetamin və üç ədəd bükümdə “kokos” adlanan narkotik vasitə heroin aşkar olunmuşdur. Sonra həmin maddələr ayrılıqda olaraq elektron tərəzidə çəkilmiş və qablaşdırılaraq götürülmüşdür. Orada iştirak edən şəxslər də onunla birlikdə həmin bağlamam imzalamışlar. Daha sonra evin digər yerlərinə baxış keçirilsə də əlavə olaraq iş üzrə əhəmiyyət kəsb edən əşya və ya predmet maddə aşkar olunmamışdır. Bu barədə protokol tərtib edilərək tərəflərindən imzalanmışdır. Məhkəmə iclasında və ibtidai istintaq dövründə verdiyi ifadələr arasındakı ziddiyyəti onunla izah etmişdir ki, dindirmə protokollarını məcburiyyət qarşısında imza etmişdir. Belə ki, o bir tərəfdən üzərinə “qoyulan” narkotik vasitələrin miqdarının gələcəkdə onun əməlinin tövsifinə təsir etməyəcəyinə inandırılmış, digər tərəfdən polis əməkdaşlarının ona həmin maddələri öz üzərinə götürməyəcəyi təqdirdə bacısını və yeznəsinin də onunla birgə cinayət məsuliyyətinə cəlb ediləcəyinə, idarəyə aparılacağına dair psixoloji təzyiqə məruz qalmışdır. Xuliqanlıqla bağlı ona irəli sürülmüş ittiham üzrə isə onu qeyd edə bilər ki, hadisə günü idarə etdiyi avtomobili binalardan birinin yeraltı dayanacağında saxlayaraq dükana getmiş, atası isə avtomobildə onu gözləmişdir. Mağazadan qayıdarkən Əkbər adlı şəxsin avtomobili saxlatdırmaq istədiyini görmüş, maşının şüşələri bağlı olduğuna görə atası onu eşitməmişdir. Zərərçəkmiş şəxs düzgün ifadə işlətmədiyinə görə ona irad tutmuşdur. Atası maşından düşərək nalayiq ifadə işləndiyini eşitmiş, zərərçəkmiş şəxs onun üzərinə gəlmiş, atası ona şillə vurmuşdur. Daha sonra zərərçəkmiş şəxs dükan istiqamətində gedərək kiməsə zəng etmiş, o da zərərçəkmişin belə ifadə işlətdiyinə görə 102-yə məlumat verəcəyini bildirmişdir. Daha sonra zərərçəkmi şəxs taxtanı götürüb onun üstünə hücum etmiş, ətrafdakılar onları ayırmışdırlar. Zərərçəkmiş şəxsə təxmini bir-iki şillə vurulmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilərək göstərmişdir ki, avtomobillə dayanacağa girmiş, zərərçəkmiş şəxsin onu çağırmasına baxmayaraq sonuncunu eşitməmiş maşını irəli sürərək dayanacaqda saxlamışdır. Daha sonra bilmişdir ki, arxasınca söz-söhbət olmuş. Zərərçəkmiş Əkbər adlı şəxsə ilk o bir şillə vuraraq niyə nalayiq sözlər işlətdiyini irad tutmuşdur. Onlar zərərçəkmiş şəxslə rəsmi olaraq barışmışdırlar və bununla bağlı məhkəməyə sənəd təqdim edə bilərlər. İkisinində bir-birinə qarşı şikayəti yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Əhmədov X5 istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, hadisə 23 may 2022-ci il tarixində baş vermişdir. Abşeron MTK-ya məxsus Binəqədi rayonunda yerləşən 20 mərtəbəli binada mühafizəçi işləyir. Həmin binanın altındakı yer altı dayanacağa girib-çıxan avtomibillərə nəzarət edir. Dayanacağda 120 yer var və həmin yerlərin sahibləri müvafiq xidmət haqqı ödəyir. Dayanacağa kənar maşınların girişi qadağandır. Haidsə günü onun mühafizəçi kimi xidmət etdiyi həmin yer altı dayanacağına tanımadığı dövlət nömrəli 77PT897 “Mercedes” markalı avtomobil daxil olarkən dayanacağa yalnız orada saxlamağa icazəsi olan avtomobillərin daxill olmasının mümkün olduğunu bildirdikdən sonra aralarında mübahisə başlamış, o 102-yə zəng edərək hadisə barəsində məlumat vermişdir. O, vətəndaşa mədəni formada yeraltı dayanacağa daxil olması üçün onun səlahiyyəti olmadığını bildirdikdə, Təqsirləndirilən şəxs2 elə atasının yanında ona qarşı təhqiramiz ifadələr işlətmişdir. Təqsirləndirilən şəxs2 onu söyməsinə qarşı etirazını bildirərəkən sonuncu ona təpik atmışdır. Hadisələr məhz onun təsvir etdiyi qaydada baş vermişdir və müvafiq kamera görüntüləri də bunu təsdiq edə bilər. Təqsirləndirilən şəxsin guya onun tərəfindən söyülməsi barədə ifadəsi yalandır. Hal-hazırda hər iki təqsirləndirilən şəxslə barışmışdır. Onlardan şikayətçi deyil, notarial qaydada təsdiq edilmiş ərizəni məhkəməyə təqdim etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadə verərək göstərmişdir ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinə 2022-ci ilin avqust aylarında Cəbi adlı şəxsin külli miqdarda narkotik vasitələrinin dövriyyəsi və satışı ilə məşğul olmasına dair daxil olmuş əməliyyat məlumatının yoxlanılması üçün üzvlərindən birinin də o olduğu əməliyyat qrupu yaradılmışdır. Əməliyat qrupunun rəhbəri Babək adlı əməkdaş olmuşdur. Təqsirləndirilən şəxs tərəflərindən Günəşli qəsəbəsində saxlanılaraq polis bölməsinə dəvət edilmiş, idarədə təhqiqatçı və vəkilin iştirakı ilə keçirilmiş şəxsi axtarış zamanı üzərindən narkotik vasitə aşkar edilmişdir. Təqsirləndirilən şəxs2 narkotik vasitəni dostu vasitəsilə tanıdığı Məhəmməd adlı İran vətəndaşından zakladka üsülu ilə götürmək yolu ilə əldə etdiyini bildirmişdir. Narkotik vasitənin bir qisminin isə Abşeron rayonunda yaşayan qohumunun evinində saxladığını qeyd etdiyindən həmin evə baxış keçirilmişdir. Evdə aşkar edilən, içində heroin və metamfetamin olan bağlamaların təxminən çəkisi 5-6 kq olmuşdur. Əməliyyat məlumatı narkotik vasitənin tam çəkisi, Təqsirləndirilən şəxs2 narkotik vasitəni kimə satması barədə halları ehtiva etməmişdir. Şəxsin öz yaşadığı evinə isə baxış keçirilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verərək göstərmişdir ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinə Təqsirləndirilən şəxs2 narkotik vasitələrin satışı ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı rəhbərliyə məruzə edilmişdir. Əməliyyat məlumatı onun müvafiq maddələri satdığı şəxslər barədə halları özündə ehtiva etməmişdir. Əməliyyat qrupu yaradıldıqdan sonra qrup üzvləri ilə birlikdə Təqsirləndirilən şəxs2 Yeni Günəşli ərazisində piyada hərəkət edərkən tərəflərindən saxlanılmış, idarəyə aparılmış, üzərinə keçirilən şəxsi axtarış zaman təqsirləndirilən şəxsin boynundan asdığı çantasının içərisində narkotik vasitə aşkar olunmuşdur. O, bacısının evində də narkotik vasitə saxladığını bildirmiş, həmin ünvana baxış zamanı evin ikinci mərtəbəsində “kombi radiatorunun” arxasında narkotik vasitə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs2 həm üzərinə keçirilən şəxsi axtarış, həm də bacısının evində aparılmış baxış zamanı vəkilin iştirakı təmin edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadə verərək göstərmişdir ki, təqsirləndirilən şəxs onun qardaşıdır, sonuncu anasıgil ilə birlikdə “Əcəmi”də yaşasa da rayonda olduğu üçün yaşadığı evin açarı qardaşında olmuşdur. Həmin gün saat 05:00 radələrində rayondan qayıtmış, axşam qapı döyülmüş, polis əməkdaşları qardaşı ilə birgə onun yoldaşına məxsus və ailəsi ilə birgə yaşadığı evə daxil olmuş, evin balkon hissəsindəki radiatorun arxasında olan narkotik vasitəni qardaşı ilə birlikdə götürərək getmişdirlər. Evdə olan əşyalar onlara məxsus olan əşyalardır yəni, başqa şəxsə məxsus olan əşya onların evində olmamışdır. Polis əməkdaşları onların evinə iki dəfə, birinci dəfə saat 9-10 radələrində, ikinci dəfə isə çəkiliş üçün gecə saat 1 radələrində gəlmişdirlər. Evə daxil olma ilə bağlı onlardan hər hansı icazə alınmamışdır. İkinci dəfə polis əməkdaşları qardaşı ilə birgə evə gələrkən başqa yerə baxış keçirilməmiş, narkotik vasitəni ilk dəfə aşkar olunduğu yerə qoyaraq çəkiliş etmişdirlər. Çəkilişdən sonra onları özləri ilə birlikdə aparmışdırlar. Polis idarəsində onun izahatı alınmış, o qorxduğu üçün ağlamışdır. Qardaşını Polis İdarəsində bir dəfə görmüşdür. Qardaşı narkotik vasitə barəsində ona hər hansı məlumat verməmişdir. Polis əməkdaşları birinci dəfə onlara gəldikdə qardaşı onlara narkotik vasitəni İranlı şəxsdən aldığını bildirmişdi. Evə baxış keçirilməsi ilə bağlı olan ərizəni ona Polis İdarəsində imzalatdırmışdırlar. Polis əməkdaşları ilk dəfə 15-20 dəqiqə müddətində, ikinci dəfə isə təxminən 1 saat müddətində onların evində olmuşdurlar. İlk dəfə evə gələrkən narkotik vasitənin yerini polis əməkdaşlarına qardaşı özü göstərmişdi. Polis əməkdaşları tərəfindən qardaşına qarşı hər hansı bir təzyiq edildiyini hiss etməmişdir. İlk dəfə polis əməkdaşları onlara gəldikdə qapını o açmışdır. Əməkdaşlar qardaşının evdə narkotik vasitə saxladığını ona bildirmiş, əməkdaşlar onların evinə daxil olarkən o etiraz etməmişdir. Polis əməkdaşları ikinci dəfə onlara gəldikdə yoldaşı artıq evdə olmuşdur. Polis əməkdaşları həyat yoldaşını polis bölməsinə aparmamışdırlar. Hadisə zamanı onun yanında qardaşına hədə qorxu və ya zor tətbiq olunmamışdır. Açar qardaşında olduğu üçün o, nə vaxt istəsə gəlib onlarda qalmışdır. Narkotik vasitə ağ görünməyən sellofan paketin içində olmuşdur. Polis əməkdaşıları ikinci dəfə onların evinə çəkiliş üçün gəldikdə əllərindəki sellofan paket həmin birinci dəfə götürülən sellofan paket olmuşdur. Məhkəmə iclasında elan edilərək tədqiq edilən X3 ibtidai istintaq dövründə verdiyi ifadədən görünür ki, ailə üzləri ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Matadrom yaşayış massivində yerləşən nömrəsiz fərdi yaşayış evində faktiki olaraq yaşayır. Qeyd etmiş ki, sözügedən ünvana ailə həyatı qurandan sonra köçmüşdür. İş üzrə saxlanılmış Təqsirləndirilən şəxs2 bacısı olduğunu, bildirib mahiyyəti üzrə qeyd etmişdir ki, qardaşı Cəbi hadisə baş verən ərəfədə anası ilə birlikdə Bakı şəhəri Memar Əcəmi metrosu yaxdığında ünvanı dəqiq bilmədiyi evdə kirayə qalırmış. Belə ki, təxminən son 10 il olar ki, anası ilə qardaşı Bakı şəhərində fərdi işlərlə məşğul olurmuşlar. Ona görə də onlar Lənkəran rayonunda qeydiyyatda olsalar da, faktiki olaraq həmin vaxtdan etibarən Bakı şəhərində müxtəlif ünvanlarda kirayə yaşayırmışlar. Qeyd etmiş ki, cari ilin avqust ayının təxminən 9-da o, ailə üzvləri ilə birlikdə Lənkəran rayonuna getmişdir. Belə ki, yoldaşı da onu kimi əslən Lənkəran rayonundandır və valideynləri orada qaldıqları üçün demək olar ki, hər il bir neçə günlük onlar ailəvi olaraq Lənkəran rayonuna gedibgəlirlərmiş. Odur ki, bu dəfə də bir neçə günlük rayona getmişlər. O, da hər dəfə onlar rayona gedəndə olduğu kimi evin açarlarım qardaşı Cəbiyə vermişdir ki, lazım olsa gəlib qalsın, həm də ev nəzarətsiz qalmasın. Odur ki, evin açarlarının bir nüsxəsini qeyd etdiyi tarixdə Cəbiyə verib özləri rayona getmişlər. 12 avqust günorta saatlarında onlar Bakıya qayıtmışlar və bir qədər sonra yoldaşı uşaqları götürüb gəzməyə getmişdir. O isə evdə tək qalmışdır. Axşam saatları imiş ki, o, evdə tək olarkən evin qapısı döyülmüş və o, qapını açdıqda görmüşdür ki, qapıda qardaşı Cəbi ilə özlərini həmin vaxt təqdim edən mülki geyimdə olan polis əməkdaşı bir nəfər Cəbiyə təyin edilmiş vəkil var imiş. Həmin vaxt polis əməkdaşları ondan evə baxış keçirilməsi üçün icazə istəmişlər və o, buna etiraz etməmişdir. Belə ki, ona həmin vaxt izah etmişlər ki, qardaşı Cəbini narkotik vasitələr saxladığına görə tutublar və onun yaşadığı evdə də həmin maddələrin olması ehtimalı vardır. O da etirazının olmaması barədə ərizə yazaraq videoçəkilişlə evlərinə keçirilən baxışda iştirak etmişdir. Baxış zamanı Cəbiyə təklif etmişlər ki, evdə saxladığı qanunsuz maddələri təqdim etsin. Bu vaxt Cəbi evin ikinci mərtəsəsində yerləşən eyvanda isitmə radiatorlarının arxasını göstərib oradan bir ədəd sellofan torbanı çıxarıb təqdim etmişdir. Həmin sellofan torbanın içərisini açanda oradan üç ədəd bükümdə qəhvəyi rəngli və üç ədəd bükümdə ağ rəngli kristal şəkilli maddələrin olması müəyyən edilmişdir. Həmin maddələr barədə Cəbidən sorğu edilərkən Cəbi bildirmişdir ki, həmin maddələri İranlı bir nəfər şəxsin vasitəsilə əldə etmişdir. Həmin maddələri aparıb harasa qoyacaqmış. Buna baxmayaraq onun və ailə üzvlərinin həmin maddələr barədə heç bir məlumatının olmadığını bildirmişdir. Bunu Cəbi özü də çəkiliş vaxtı bildirmişdir. Elə bir şey olsaydı o, heç vaxt evin açarlarını Cəbiyə verməzdi. Cəbi həmin vaxt Sədərək ticarət mərkəzində işləyirmiş. Cəbinin belə bir işlərə məşğul olmasından onlar tam olaraq xəbərsiz olmuşlar. Qardaşı Təqsirləndirilən şəxs2 külli miqdarda narkotik vasitələrin ona məxsus olan evdə qanunsuz saxlaması ilə bağlı heç bir şey deyə bilməmiş, ümumiyyətlə bu işlərdən xəbərsiz olduğunu, evə polislər gələndən sonra bu barədə xəbər tutduğunu, Təqsirləndirilən şəxs2 ifadəsində bildirdiyi “Məhəmməd” adlı şəxsi tanımadığını, ilk dəfədir ki, eşitdiyini qeyd etmişdir. İbtidai istintaq dövründə verdiyi ifadə ilə məhkəmə iclasında verdiyi ifadələr arasındakı ziddiyyəti Şəhanə Abıyeva həmin ifadənin məzmunundan xəbəri olmadığını, “ifadəmi oxudum sozdərimnən düzgün yazılıb doğruluğun imzamnan təslim ediərm” olan yazı onun xətti ilə yazılan yazı olsa da, orada ifadəni ona hərfbəhərf yazdırmışdılar. Bundan başqa Şəhanə Abıyeva evə baxış keçirilməsi barədə onun icazəsinin alınmasına dair hər hansı sənəd imzalamadığını bildirməsinə baxmayaraq cinayət işi materiallarına əlavə edilmiş evə baxış keçirilməsinə dair ərizədə olan xətt və imzaya baxış keçirərək həm xəttin, həm də imzanın ona məxsus olması, lakin hadisə zamanı həyəcanlı olduğu üçün ərizədə nə yazıldığını başa düşməməsini bildirmişdir. Məhkəmə iş üzrə dindirilmiş zərərçəkmiş şəxslərin və şahidin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, ekspert rəylərini, habelə digər sənədləri də sübut növü kimi qəbul edir. “Şəxsi axtarış və götürmə aparılması” haqqında 12 avqust 2022-ci il tarixli protokoldan və həmin istintaq hərəkətinin videogörüntülərini özündə əks etdirən DVD diskdən görünür ki, Təqsirləndirilən şəxs2 külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edib Suraxanı rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı əsasında həyata keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı ünvan 6 ünvanının yaxınlığında piyada hərəkət edən zaman 12 avqust 2022-ci il tarixdə saxlanılaraq Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin İnzibati binasına gətirilmiş və üzərinə keçirilmiş şəxsi axtarış zamanı sol çiynindən asdığı çantanın içərisindən bir ədəd bükümdə təmiz çəkisi 44,2 qram təşkil edən narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa iş üzrə əhəmiyyət kəsb etdiyi üçün “Samsung” və “Nokia” markalı mobil telefonlar, sonuncuya məxsus şəxsiyyət vəsiqəsi, **********847694 nömrəli bank kartı götürülmüş, digər əşyalar və pul sonuncuya geri qaytarılmışdır. Verilmiş suallara cavab olaraq, Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunmuş narkotik maddələri həmyerlisi “Zaur” adlı şəxs vasitəsi ilə tanıdığı İran İslam Respublikası vətəndaşı “Məhəmməd” adlı şəxsin tapşırığı ilə təxminən 1 (həftə) əvvəl ünvan 10 ünvanlara çatdırmalı olduğunu, əvəzində 500 (beş yüz) AZN pul və istifadə etmək üçün narkotik əldə edəcəyini, bundan 5 (beş) ay əvvəl “Məhəmmədin” Sumqayıt şəhərində saxladığı narkotik maddələri götürüb Binəqədi rayonunda deyilən ünvana çatdırdığını, əvəzində “Məhəmmədin” ona 500 (beş yüz) AZN pul və istifadə etməsi üçün narkotik verdiyini, heroindən istifadə etdiyini, 099 *** ** ** və 070 *** ** ** nömrələrini işlətdiyini, polis əməkdaşları tərəfindən ona zor tətbiq edilmədiyini, şəxsi axtarışdan əvvəl üzərinin yoxlanılmadığını, əlavə olaraq Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən bacısına məxsus evdə narkotik maddə saxladığını, orada saxladığı narkotik maddələri təqdim edə biləcəyini, həmin evə baxış keçirilmsinə etirazı olmadığını bildirmişdir (cild 1, iş vərəqə 32- 35). Təqsirləndirilən şəxs2, habelə Şəhanə Abıyevanın evə baxış keçirilməsinə etiraz etməməsinə dair ərizələrinə əsasən Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Matadrom yaşayış massivində yerləşən nömrəsiz fərdi evə baxış keçirilməsi istintaq hərəkətinı dair tərtib edilmiş “Evə baxış keçirilməsi və götürmə aparılması” haqqında 13 avqust 2022-ci il protokoldan və ona əlavə edilmiş DVD diskdən görünür ki, Təqsirləndirilən şəxs2 üzərinə keçirilmiş şəxsi axtarış zamanı bacısına məxsus də narkotik vasitə saxladığı və evə baxış keçirilməsinə etirazı olmadığını bildirib ərizə təqdim etdiyi üçün həmin tarixdə evə keçirilmiş baxış zamanı evin həyətinə girişinin sağ tərəfindən yerləşən evin ikinci mərtəbəsindəki eyvanın qarşısında divara söykənmiş halda olan radiatorların arxasından bir ədəd sellofan torbanın içərisində 03 ədəd bükümdə ayrılıqda çəkiləri 1498 qram, 1503 qram, 2005 qram olmaqla ümumilikdə külli miqdarda - 5 kiloqram 006 qram çəkidə narkotik vasitə heroin və 03 ədəd bükümdə 596,2 qram, 996,6 qram, 996,8 qram ümumilikdə külli miqdarda - 2 kiloqram 589,6 qram çəkidə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 verilmiş suallara cavab olaraq bildirmişdir ki, aşkar olunan narkotik vasitələri təxminən 1 (bir) həftə əvvəl Lənkəran rayonunda gizlədilən yerdən İran İslam Respublikası vətəndaşı “Məhəmməd” adlı şəxsin vasitəsi ilə sonuncunun deyəcəyi yerlərə çatdırıb pul qazanmaq məqsədi ilə əldə etmiş, həmin evdə narkotik maddə saxlamasında bacısı Şəhanənin və ya digər bir şəxsin məlumatı olmamış, həmin evin açarı onda olmuş, vaxtaşırı olaraq orada yaşamış və sərbəst həmin evə daxil ola bilmişdir. Şəhanə Abıyeva sorğu zamanı, təxminən 10 gündür ki, sözügedən evdə yaşamadığını, həmin evin açarının Cəbidə də olduğunu, orada narkotik vasitə saxlanılmasından məlumatı olmadığını bildirmişdir (cild 1, iş vərəqə 40-42). 13 avqust 2022-ci il tarixli məhkəmə-kimyəvi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün N7“ dairəvi möhür əksləri və “...Şübhəli şəxs Təqsirləndirilən şəxs2 üzəridən aşkar olan kütlələr; Şübhəli şəxs Təqsirləndirilən şəxs2-imza; baş təhqiqatçı: N.Aburşu- imza.. xx.xx.2022. ” yazı əlavə əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdə 01 (bir) ədəd bükümdəki təmiz çəkisi - 44,2 qram qəhvəyi rəngli toz şəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün N7" dairəvi möhür əksləri və “...Şübhəli şəxs Təqsirləndirilən şəxs2 təqdim etdiyi evdə aşkar olunan kütlələr; Şübhəli şəxs Təqsirləndirilən şəxs2-imza; müdafiəçi- imza; şahid- imza; baş təhqiqatçı: N.Aburşu- imza... ” yazı əlavə əlavəsi qeyd edilmiş bir ədəd polietilen bağlamada 03 (üç) ədəd bükümlərdəki təmiz çəkiləri - 1498 qram, - 1503 qram, - 2005 qram, ümumi təmiz çəkisi- 5006 qam olan qəhvəyi rəngli maddə kütlələri xarici əlamətlərinə və tərkibindəki kimyəvi komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir; 03 (üç) ədəd bükümlərdəki təmiz çəkiləri 596,2 qram, 996,6 qram, 996,8 qram, ümumi təmiz çəkisi - 2589,6 qram olan ağ rəngli kristallardan ibarət maddə kütlələri xarici əlamətlərinə və tərkibindəki kimyəvi komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış psixotrop maddəni metamfetamindir. Tədqiqata təqdim edilmiş, Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunan 01 (bir) ədəd bükümdəki təmiz çəkisi- 44,2 qram olan heroin Təqsirləndirilən şəxs2 təqdim etdiyi ünvandan aşkar olunan 03 (üç) ədəd bükümlərdəki ümumi təmiz çəkisi - 5006 qram olan heroin ilə xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eynilik təşkil edir. Ekspertiza tədqiqatından sonra heroinin qalıq çəkisi 44,1 qram, heroinlərin qalıq çəkisi 5005 qram, metamfetaminlərin qalıq çəkisi 2589,3 qram təşkil etmişdir (Cild 1, iş vərəqə 50-55). Məhkəmə-tibbi ekspertizasının 24 may 2022-ci il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar olunmuş xəsarətlər - sol qulağın posttravmatik perforasiyası ilə müşaiyət olunan sol qulaq seyvanının qançırı, sol qaşüstü nahiyənin əzilmiş-cırılmış yarası, alın nahiyəsində sağ qaşüstü nahiyəni əhatə edən hematoma və hematoma fonunda səthi əzilmiş yarası bərk küt əşyanın (əşyaların) təsirindən müayinədən bir günə qədər müddətə uyğun gəlirlər, dərəcələrinə görə ümumilikdə və ayrıayrılıqda sağlamlığın qısa müddətə poziulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Zərərçəkmiş şəxs bədən səthində aşkar olunmuş xəsarətlər qərarda göstərilən tarixdə və təsvir olunan şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə yumruqla yetirilən zərbələr nəticəsində əmələ gələ bilərdilər. Zərərçəkmiş şəxs bədən səthində aşkar olunmuş xəsarətlərin əlçatan nahiyələrdə yerləşməsinə baxmayaraq onun özü tərəfindən yetirilməsi, eləcə də onun öz boyu hündürlüyündən yıxılması nəticəsində əmələ gəlməsi az inandırıcıdır (Cild 1, iş vərəqə 225-226). 15 avqust 2022-ci il tarixli maddi sübut qismində tanınma haqqında qərarla Təqsirləndirilən şəxs2 üzərindən və evdən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq çəkisi 5049,1 qram təşkil edən heroin və 2589,3 qram təşkil edən psixotrop maddə metamfetamin iş üzrə maddi sübut hesab edilmiş və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanmasından ötrü Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilmişdir (Cild 1,iş vərəqə 107-108, 120). “Bank məlumatlarına baxış keçirilməsi haqqında” 21 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, "xxxx" ASC-dən daxil olmuş xx.xx.2022-ci il tarixli FİTİD/6956 saylı məktubla müşaiyət olunan hesab üzrə məxaric-mədaxil əməliyyatlara dair təqdim olunmuş bir ədəd CD diskdə və ayrıca olaraq 26 ədəd vərəqdən ibarət çıxarışlara, o cümlədən bir ədəd CD diskdə təqdim olunmuş fotogörüntülərə keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, sorğu edilən, yəni şəxsi axtarış istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilərək götürülmüş 4098 58 ** **** 7694 nömrəli plastik kartın bağlı olduğu hesab sonuncunun adına qeydiyyatdan keçmişdir. Təqdim edilmiş çıxarışlara nəzər salınan zaman məlum olmuşdur ki, Təqsirləndirilən şəxs2 adına olan plastik kart üzrə elektron hesaba 07.01,2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində terminallardan və digər sistemlə köçürmələrdən istifadə etməklə ayrı-ayrı vaxtlarda 20, 11, 13, 10, 100, 600, 300, 420, 180, 311, 45, 110, 130, 320, 430, 25, 250, 450, 195, 60, 188, 38, 199, 50, 18, 50, 200, 355, 10, 350, 40, 50, 100, 400, 250, 200, 55, 140, 50, 30, 50, 100, 85, 155, 13, 55, 454, 20, 300, 360, 10, 155, 150, 228, 300, 500, 300, 400, 125, 500, 198, 100, 100, 200, 150, 80, 370, 60, 40, 10, 50, 55, 28, 25, 10, 10, 50, 80, 350, 20, 150, 15, 10, 20, 60, 120, 20, 40, 10, 30, 80, 80, 16, 25, 10, 15, 190, 161, 80, 70, 20, 20, 155, 50, 90, 190, 50, 140, 170, 40, 50, 100, 30, 230, 200, 100, 30, 49, 250, 200, 330, 100, 34, 50, 100, 180, 500, 300. 160, 200, 70, 10, 200, 300, 500, 400, 650, 330, 120, 200, 30, 200, 300, 100, 20, 20, 500, 100, 60, 100, 150, 50, 100, 100, 500, 100, 30, 100, 100, 20, 100, 300, 200, 2500, 200, 40, 40, 40, 60, 20, 20, 20, 30, 55, 20, 38 manat məbləğində pul mədaxil edilərək qeyd edilən dövrü əhatə etməklə cəmi dövriyyəsi 29 939,86 manat təşkil etmişdir. Bundan başqa, məktuba əlavə edilmiş CD disklərin birində təqdim olunmuş müvafiq dövrlərdə bankomatlardan istifadə edilməklə pul vasitələrinin məxaric edilməsi ilə əlaqədar aparılan bank əməliyyatları zamanı fıksə edilmiş fotogörüntülərə keçirilmiş baxış zamanı həyata keçirilmiş bütün əməliyyatların Təqsirləndirilən şəxs2 tərəfindən icra edildiyi məlum olmuşdur. Ona görə də, həmin iki ədəd CD disk maddi sübut kimi tanınaraq 26 vərəqdən ibarət olan çıxarışlarla birlikdə saxlanılması üçün cinayət işinin materiallarına əlavə edilmişdir (Cild 1; iş vərəqə 133-161). “Mobil telefon aparatlarına baxış keçirilməsi haqqında” 06 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 götürülmüş 01 ədəd “Samsung” markalı və 01 ədəd “Nokia” markalı mobil telefon cihazına keçirilmiş baxış zamanı məlum olmuşdur ki, bir ədəd “Samsung” markalı mobil telefon aparatı işlənmiş vəziyyətdədir, plastmas gövdəli, sensor dizaynlı, daxili antenalı, daxili yaddaşlı və rəqəmsal fotokameralıdır. Mobil telefon işlək vəziyyətə gətirilərək daxilində olan məlumatlara baxış keçirilən zaman mobil telefonun üzərində ***-***-**-** saylı GSM nömrənin olması, çoxsaylı kontaktların, müxtəlif fotoşəkil və video faylların olması müəyyən edildi. Həmin telefonun daxili yaddaşına keçirilmiş baxış zamanı ***-***-**-** saylı GSM nömrədən qeydiyyatdan keçmiş “Whatsapp Business” ani mesajlaşma ünsiyyət mobil telefon tətbiqinin olması məlum olmuşdur. Həmin mobil telefon tətbiqi vasitəsilə Təqsirləndirilən şəxs2 müxtəlif istifadəçilərlə narkotik vasitələrin dövriyyəsinə aid söhbətlərin apardığı məlum olmuşdur. Belə ki, baxış zamanı məlum olmuşdur ki, ***-***-**-** saylı GSM nömrədən qeydiyyatdan keçmiş istifadəçi 12 avqust 2022-ci il tarixdə Təqsirləndirilən şəxs2 “ay qaqaw...bu ne yalannan o***raga basır ki guya bloka nese qoyub he...mende yalannan duwurub awagi qonwularda meni gordu.,.ne pi***az uwaqdi ala bu...ne diye ay qaqaw...goturıın bu telefoni ay cebi” mesaja sonuncu “...bu ne söhbətdi axı...düzgün fikirdə deyilsən...yol gedirəm ona görə gec götürdüm...söz danışdıq axı dedim gəlirəm znacit gəlirəm başqa söhbət ola bilməz” bildirmiş, həmin vaxt sözügedən abunəçi Təqsirləndirilən şəxs2 “bəs bu nə danışıre...deyir biz uje evdəyik...Hövsandayıq...danışığından belə çıxır...buna deyir niyə yığırsan, yəni səni deyir...mənə skazka danışır, qoydum nə bilim bloka...atdım sobraniyada düşdüm dalınca..atdım sabraniyada...mən də düşüb çıxıram aşağı-yuxarı burda da bir-iki nəfər cı***r qonşu var onlar məni görürlər...deyəllər görəsən bu vaxtı hara düşüb gedir.məyə lazımdır ki belə hərəkət qaqaş?” mətn 1 i səsli mesaj yollamış, ***-***-**-** saylı GSM nömrədən qeydiyyatdan keçmiş adı “Orxan” kimi qeyd olunmuş istifadəçi 12 avqust 2022ci il tarixdə Təqsirləndirilən şəxs2 “2-3 saata deyirəm 100 manat...l20 manat atım sənə görüşək...yarı nağd yarı nisyə imkan daxilində de qaqam” yazdığı mesaja, Təqsirləndirilən şəxs2 “Olar.,.ev tərəfdə deyil dime brat indidə yoxam başqa yerə gəlmişəm bir azdan düzü qayıdacam” cavabını yazmışdır, həmin tarixdə qeyd edilən “Orxan” adlı istifadəçi ona “qaqam tezdən dediyimi eliyə bilərik də..100-110 verim..imkan daxilində nə verərsən verərsən qalan da bug un yox sabah günortaya zad bağlayım” sözlərini yazmış, Təqsirləndirilən şəxs2 da cavab olaraq “2 torpaq 05 daş qoyaram” mətni cavab yazmışdır. Bundan başqa, Təqsirləndirilən şəxs2 istifadəsində olan baxış keçirilən sözegedən mobil telefonun daxili yaddaşına yüklənmiş “İnstagram” sosial şəbəkədə ani ünsiyyət mobil tətbiqində qeydiyyatdan keçmiş profil yazışmalarına keçirilən baxış zamanı məlum olmuşdur ki, “sarkhanrzaa” adı ilə qeydiyyatdan keçmiş istifadəçi ona 02 avqust 2022-ci İl tarixdə “salam brat...mənə bax şey mey tapmağ olur brat?” mətnli mesaj yazmışdır. Bundan əlavə, Təqsirləndirilən şəxs2 istifadəsində olan həmin mobil telefonun daxili yaddaşına yüklənmiş “Messenger” sosial şəbəkədə ani ünsiyyət mobil tətbiqində qeydiyyatdan keçmiş profil yazışmalarına keçirilən baxış zamanı məlum olmuşdur ki, “Vahab” adı ilə qeydiyyatdan keçmiş istifadəçi Təqsirləndirilən şəxs2 06 iyul 2022-ci il tarixdə “bəlkə metiyə əlin çatan yer olar?” mətnli mesaja sonuncu “Heleki yo qaqa deyerem” mətnli mesaj yazmışdır. Təqsirləndirilən şəxs2 barəsində keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkəti sonuncunun üzərindən aşkar edilmiş “Nokia” markalı mobil telefona baxış keçirilərkən iş üçün əhəmiyyət kəsb edən hər hansı hal müəyyən edilməmişdir. Odur ki, Təqsirləndirilən şəxs2 istifadəsində olmuş 01 ədəd “Samsung” markalı mobil telefon cihazı iş üzrə maddi sübut kimi tanınaraq saxlanması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlama kamerasına təhvil verilmişdir (Cild 1, iş vərəqə 164- 165, cild 2, iş vərəqə 104-127). “Telefon danışıq məlumatlarına baxış keçirilməsi haqqında” 07 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, "xxxx" MMC-dən daxil olmuş xx.xx.2022-ci il tarixli məktubla müşaiyət olunan 01 ədəd diskdə təqdim olunmuş Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** saylı GSM mobil telefon nömrəsinə aid 13 avqust 2021- ci il tarixdən 13 avqust 2022-ci il tarixədək olan müddət ərzində ələ keçirilmiş məlumatlara baxış zamanı göndərilən SMS yazışmalarının içərisində Təqsirləndirilən şəxs2 ***-***-**-** GSM nömrənin abunəçisinin xx.xx.2022-ci il tarixdə “qaqam daşi 3 eliyersende torpaqda 5...qardaşım bes biz dünen söz danışdıq ki gecikmey söhbeti olmasinda 5-3 nefer adam var olarda elimnen cixir axi bele olanda ay menim qer eşim i sen kiyaxşi bilirsen bulari” yazmış olduğu qısa mesajlara Təqsirləndirilən şəxs2 “qaqam daşi 3 eliyer... 4098-5844- 5884-7694 Leo” yazması, xx.xx.2022-ci il tarixdə həmin abunəçinin Təqsirləndirilən şəxs2 “qardaşım 10 dene torpaq 3 dene p... düzelt mende uje cixiram ... ay cebi bele mecbıır deyil menim qardaşım eger alinmirsa neynek day.., day men uje yalanci cixiram ıışaqlarin yaninda 3-4 gundur ki tema kurs qoymuşam amma helede sivyaz yarada bilmirem senle birlikde” yazdığı mesaja cavab olaraq Təqsirləndirilən şəxs2 həmin abunəçiyə “Azer lap yaxwi ama kohneden 100 man verib 230 man camaata yazdira bilmirem senol hec olmasa 200 man at ki men uwaqnan bir yerdeyem sennen cavab gozduyurdum goturum cixim” yazması məlum olmuşdur. Ona görə də, baxış zamanı müəyyən edilmiş sübut əhəmiyyəti kəsb edən məlumatları özündə əks etdirən həmin bir ədəd CD disk maddi sübut kimi tanınaraq saxlanılması üçün cinayət işinin materiallarına əlavə edilmişdir (Cild 1, iş vərəqə 180-182, cild 2, iş vərəqə 104-127). “Baxış keçirilməsi haqqında” 15 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, hadisə baş vermiş yer, yəni Binəqədi rayonu, 9-cu mikrorayon, Adil Məmmədov küçəsi, 11 saylı yaşayış binasının müşahidə kamerasının görüntülərinin əks olunduğu CD diskdə olan 6 ədəd videofayla keçirilmiş baxış zamanı müddəti 29 saniyə olan 230327 nömrəli videofaylda binanın zirzəmisindəki avtodayanacağın girişində olan şlaqbaumun açılması, sedan tipli avtomobil dayanacağa daxil olduqdan sonra şlaqbaum bağlanmamış Təqsirləndirilən şəxs2 piyada iti addımlarla dayanacağa daxil olması və nəzarətçinin köşkünün yanında gözləməsi, onun ardınca ’’Mercedes” markalı ** PT *** nömrəli avtomobil dayanacağa daxil olması və içəriyə doğru hərəkətini davam etdirməsi, Təqsirləndirilən şəxs2 da piyada həmin avtomobilin arxası ilə hərəkət etməsi, müddəti 4 dəqiqə 20 saniyə olan 053752 nömrəli videofayda ’’Mercedes” markalı ** PT *** nömrəli avtomobilin dayanacağın içərisində hərəkət edərkən Zərərçəkmiş şəxs piyada onun arxasınca gedərək əli ilə arxa sol qapısına vuraraq onu saxlatdırması və pəncərədən sürücü ilə söhbət etməsi, sonra Təqsirləndirilən şəxs2 piyada onlara yaxınlaşması, sürücü Təqsirləndirilən şəxs1 avtomobildən düşməsi və 2 dəqiqədən artıq müddətdə 3 nəfər arasında söhbət getməsi və sonra onların arasında mübahisənin getməsi, mübahisə zamanı Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs təpiklə vurması, Təqsirləndirilən şəxs1 da Zərərçəkmiş şəxs üzərinə gedib ona əl- qol atması, Zərərçəkmiş şəxs onlardan aralanıb girişə tərəf gəlmək istəyəndə Təqsirləndirilən şəxs1 yenə onun üzərinə hücum etməsi, Zərərçəkmiş şəxs qaçaraq onlardan uzaqlaşması, müddəti 3 dəqiqə 53 saniyə olan 231049 nömrəli videofaylda Zərərçəkmiş şəxs nəzarətçi köşkündə əlində telefon tutaraq stolun üstünə baxaraq nəsə axtarması, Təqsirləndirilən şəxs2 köşkə daxil olub əllərini havada ölçüb nəsə danışması, sonra Zərərçəkmiş şəxs köşkün qarşısında telefonu qulağına qoyub nəsə danışması, bu zaman Təqsirləndirilən şəxs1 idarə etdiyi avtomobillə dayanacağın içərisindən çıxışa gəlməsi və avtomobildən düşərək köşkün yanında dayanmış Zərərçəkmiş şəxs üzərinə hücum edib onun başının sol tərəfindən əl zərbəsi ilə vurub onu itələyərək əl-qol atması, sonra şlaqbaumun açılması və Təqsirləndirilən şəxs1 avtomobillə çıxması, Təqsirləndirilən şəxs2 isə orada qalaraq yenə Zərərçəkmiş şəxsla sözlü mübahisə etməsi və əlləri ilə itələməsi, bundan sonra Zərərçəkmiş şəxs köşkün üstündən təxminən 50 sm uzunluqda taxta parçasına oxşar predmet götürərək Təqsirləndirilən şəxs2 qovub dayanacaqdan çıxarması, Təqsirləndirilən şəxs2 dayanacaqdan çıxanda əli ilə şlaqbaumu tutaraq dartması, müddəti 35 saniyə olan 235545 nömrəli videofaylda Təqsirləndirilən şəxs2 binanın qarşısında Zərərçəkmiş şəxs tutaraq əli ilə onun başından zərbələr vurması və Təqsirləndirilən şəxs1 da kənardan yaxınlaşıb Zərərçəkmiş şəxs başından əl zərbələri vurması, həmin an ətrafda olan naməlum şəxslərin onları ayırması və Zərərçəkmiş şəxs oradan uzaqlaşması, müddəti 2 dəqiqə 36 saniyə olan 232111 nömrəli videofaylda Zərərçəkmiş şəxs döyülmüş vəziyyətdə dayanacağa daxil olması və nəzarətçi köşkünün yanından dəsmal götürərək üzünün sol tərəfinə tutması, üzünü silməsi və telefonla kiməsə zəng etməsi, müddəti 3 dəqiqə 31 saniyə olan 233332 nömrəli videofaylda bir neçə nəfər şəxsin nəzarətçi köşkünün yanında dayanması və bir kişinin oturmuş vəziyyətdə olan Zərərçəkmiş şəxs tibbi yardım göstərməsi məlum olmuşdur. Özündə iş üzrə sübut əhəmiyyəti kəsb edən halları özündə ehtiva edən həmin bir ədəd DVD disk maddi sübut kimi tanınaraq saxlanılması üçün cinayət işinin materiallarına əlavə edilmişdir (Cild 2; iş vərəqə 46-47, 104-127). “Üzləşdirmə haqqında” 03 dekabr 2022-ci il tarixli protokolundan görünür ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs2 üzləşdirilmiş, üzləşmə zamanı hər iki şəxs birbirini tanıdığını bildirmiş, Əhmədov X5 istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini bildirmiş və eyni məzmunlu ifadə vermiş, Təqsirləndirilən şəxs2 sonuncunun dediklərini qismən təsdiq etmiş, hər iki tərəfin qarşı tərəfə əlavə sualı olmamışdır (cild 1, iş vərəqə 90- 94). “Sübutların qiymətləndirilməsi haqqında” 16 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilərkən üzərindən aşkar edilərək götürülən, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 5049,1 qram təşkil edən narkotik vasitə heroin və 2589,3 qram qalmış psixotrop maddə metamfetamin, habelə 1 ədəd “Samsung” mobil telefon cihazı maddi sübut qismində tanınaraq saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama kamerasına təhvil verilmiş, Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış və götürmə, o cümlədən evə baxış və götürmə aparılması görüntülərini əks etdirən 2 ədəd DVD disk, "xxxx" MMC-dən daxil olmuş telefon danışıq məlumatlarını özündə əks etdirən 1 ədəd CD disk, "xxxx" ASC-dən daxil olmuş bank hesabı məlumatlarını özündə əks etdirən 2 ədəd CD disk, Zərərçəkmiş şəxs qarşı törədilmiş hadisənin baş verdiyi yerdə quraşdırılmış kameralar tərəfindən qeydə alınaraq köçürüldüyü 1 ədəd DVD disk maddi sübut kimi tanınaraq cinayət işi materiallarında saxlanılması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs2 şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilərkən üzərindən aşkar edilərək götürülən 1 ədəd “Nokia” mobil telefon cihazı maddi sübut qismində tanınmadan ailə üzvlərinə qaytarılması qərara alınmışdır (cild 2, iş vərəqə 104-127). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum edilməmişdir (cild 1, iş vərəqə 166). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Cəfərov X1 şəhər, Sovet rayon məhkəməsinin 26 avqust 2009-cu il tarixli hökmü ilə Rusiya Federasiyası Cinayət Məcəlləsinin 228-ci maddəsinin 2-ci hissəsinə əsasən 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Krasnoyarsk şəhər, Sovet rayon məhkəməsinin 28 dekabr 2010-cu il tarixli qərarına əsasən 1 il 4 ay 19 gün şərti vaxtından əvvəl azad olunmuşdur (cild 2, iş vərəqə 100). Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Şenk İsveçrəyə qarşı” Avropa İnsan Hüquqları Məhkəməsinin 12 iyul 1988-ci il tarixli tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir . “Yallo Almaniyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 11 iyul 2016cı il tarixli qərarında göstərilir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özülyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçisi vasitəsi ilə suallar vermişdir. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikasının CM-nin 3-cü maddəsinə əsasən yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. CM-nin 234.2-ci maddəsində satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma əməllərinə görə cinayət məsuliyyəti nəzərdə tutulur. Qanunun mənasına görə CMnin 234.2-ci maddəsində göstərilən cinayət əməli alternativ tərkibli olmaqla, onun obyektiv cəhətini satış məqsədi ilə narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma təşkil edir. Belə ki, bu cinayət bir hərəkətin, yaxud alternativ hərəkətlərin mövcudluğu ilə səciyyələnir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli, 2 №-li Qərarına əsasən Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Qanunda “satış” məqsədinin anlayışı verilməsə də, həmin Qanunun 1.0.11-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışına aydınlıq gətirilmişdir. Belə ki, miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər “satma” kimi başa düşülür. Bu kontektsdə “satış” məqsədi də narkotik vasitələrin və ya psixortop maddələrin “əvəzli, qazanc əldə etmək və ya sair şəxsi maraq məqsədilə yayılması” kimi şərh edilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli qərarında göstərilir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş əməllərə görə cinayət məsuliyyəti həmin əməllər külli miqdarda törədildiyi təqdirdə CM-nin 234.4.3-cü maddəsində, qabaqcadan əlbir olub bir qrup şəxs tərəfindən törədilməsi ilə müşaiyət olunduqda isə CMnin 234.4.1-ci maddəsində nəzərdə tutulur. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının 1-ci Siyahısının 5-ci bəndinə görə- təmiz halda 2 (iki) qram və daha artıq çəkidə narkotik vasitə heroin, 2-ci Siyahısının 67-ci bəndinə əsasən təmiz halda 2 (iki) qram və daha artıq çəkidə psixotrop maddə metamfetamin külli miqdar təşkil edir. Xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərin bir qrup şəxd tərəfindən törədilməsi əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə tövsif edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" 23 mart 2004-cü il tarixli qərarının 3-cü bəndində göstərilir ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədənailədə,mənzildə,qohumlar arasında,şəxsi münasibətlər zəminində, intiqam hissiilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisəvə ya dalaşma gedişində döymə,sağlamlığa zərər vurma, əmlakı dağıtma vəbu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan yaxuq başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsüf olunur.Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud pozmağa və cəmiyyətə qarşı açıq aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. Cinayət işi materiallarından görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 xuliqanlıq əməli üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə onlara elan edilmiş ittiham üzrə verdikləri etiraf edici ifadələr zərərçəkmiş şəxsin ifadələri, üzləşdirmə protokolu, cinayət işi materiallarına əlavə edilmiş hadisənin görüntülərini özündə əks etdirən DVD disklə öz təsdiqini tapmışdır. Tədqiq edilmiş sübutlardan görünür ki, təqsirləndirilən şəxslərlə zərərçəkmiş şəxs arasında başlanmış mübahisə sonradan ictimai qaydanı kobud pozmağa və cəmiyyətə qarşı açıq aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilmiş, onlar arasındakı mübahisə məhz kənar şəxslər müdaxiləsi ilə sonlandırılmışdır. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməlləri ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittihamla özünü təqsirli bilməməsi, nə saxlanılarkən, nə də ilk dəfə idarədə barəsində şəxsi axtarış istintaq hərəkəti keçirilərkən üzərində narkotik vasitə aşkar olunmaması, bacısının yaşadığı evdə iki dəfə baxış istintaq hərəkəti keçirilməsi, ilk dəfə həmin evdə narkotik vasitə aşkar edilməməsinə baxmayaraq sonradan həmin evdən aşkar edilən narkotik vasitənin və psixotrop maddələrin polis əməkdaşları ilə birgə idarədən gətirilərək evə qoyulan narkotik vasitə olması barədə ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, məhkəmə əvvəla qeyd edir ki, ibtidai istintaq dövründə təqsirləndirilən şəxs barəsində şəxsi axtarış istintaq hərəkəti keçirilərkən üzərində narkotik vasitə aşkar edildikdən sonra müvəqqəti olaraq bacısının yaşadığı evdə də narkotik saxlaması barədə ifadəsinə əsasən həmin evə baxış keçirilmiş və müvafiq maddələr götürülmüşdür. Hər iki istintaq hərəkəti həyata keçirilərkən qeydə alınmış video görüntülər zamanı verdiyi etiraf edici ifadələri isə nə şübhəli, nə də təqsirləndirilən şəxs qismində dindirilərkən Təqsirləndirilən şəxs2 tərəfindən təkzib edilməmişdir. Məhkəmə iclasında ibtidai istintaq dövründə verdiyi etiraf edici ifadələrini bacısının və sonuncunun yoldaşının da onunla bərabər idarəyə aparılması, onunla əlbir olan şəxslər kimi cinayət məsuliyyətinə cəlb ediləcəyi barədə psixoloji təzyiqə məruz qalması ilə əsaslandırmasına, şahid qismində dindirilmiş təqsirləndirilən şəxsin bacısının həmin gün həqiqətən də yoldaşı ilə idarəyə getdiklərini, şahid qismində dindirildiklərini bildirməsinə baxmayaraq, cinayət işi materiallarından isə görünür ki, Şəhanə Abıyeva həmin gün deyil, 01 noyabr 2022-ci il tarixdə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayıtkarlıqla Mübarizə İdarəsinə şahid qismində dəvət edilərək dindirilmişdir. Bundan başqa təqsirləndirilən şəxsin bacısı da polis əməkdaşları tərəfindən yaşadığı evə iki dəfə baxış keçirildiyini qeyd etsə də elə ilk baxışdan evindən narkotik vasitə və psixotrop maddə aşkar edildiyini, qardaşının evə polis əməkdaşları ilə birgə gələrkən hər hansı təzyiqə məruz qaldığını hiss etmədiyini, evdə belə maddələrin saxlanılmasından məlumatı olmadığını, həm ilk, həm növbəti dəfə evə baxış keçirilməsi zamanı aşkar edilmiş narkotik vasitələrin və psixotrop maddələrin eyni olmasını bildirmişdir. Bundan başqa Şəhanə Abıyeva məhkəmə iclasında evdə iki dəfə baxış keçirilməsini, birinci dəfə keçirilən baxış zamanı həyat yoldaşının evdə olmamasına baxmayaraq, videoçəkiliş vasitəsilə qeydə alınan ikinci baxış istintaq hərəkəti zamanı həyat yoldaşının da evdə olmasını qeyd etsə də cinayət işi materiallarına əlavə edilmiş evə baxış keçirilməsi haqqında protokolundan və ona əlavə edilmiş DVD diskdən də Abıyeva Şəhanə həyat yoldaşının və uşaqlarının evdə olmadığı görünür.Qeyd olunan xüsusat isə həmçinin sonuncunun ibtidai istintaq dövründə verdiyi ifadəsində də öz əksini tapır. Təqsirləndirilən şəxs isə idarədən evə gətirilərək keçirilən ilkin baxış istintaq hərəkəti zamanı evdə hər hansı qadağan olunmuş əşya aşkar edilmədiyi təqdirdə sonradan yenidən idarəyə aparılıb həmin evə qayıdılaraq baxış keçirilməsinin səbəbləri və məqsədləri barədə verilmiş sualları cavablandıra bilməmişdir. Bundan başqa məhkəmə Şəhanə Abıyevanın təqsirləndirilən şəxsin yaxın qohumu-bacısı olmasını, cinayətprosessual qanunvericiliyin tələblərinə əsasən onun əleyhinə ifadə verməmək hüququnun olmasını nəzərə alaraq yaşadığı evə iki dəfə baxış keçirilməsi barədə ifadəsini qardaşının məsuliyyətdən azad olunması məqsədilə verilmiş kimi qiymətləndirir və həmin hissədə sübut kimi nəzərə almır. Məhkəmə belə qənaətə gələrkən həmçinin o halı nəzərə alır ki, Şəhanə Abıyevanın ibtidai istintaq dövründə verdiyi ifadələrlə məhkəmə verdiyi ifadələr arasındakı ziddiyyəti izah edə bilməmiş, mövcud ziddiyyətləri gah yazıb-oxuya bilməməsi, gah həyəcanlı olması ilə aydınlaşdırmağa çalışsa da həmin ifadələrin mötəbərliliyinin mübahisələndirilməsi üçün dəlillər təqdim edə bilməmişdir. Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 barəsində həyata keçirilmiş şəxsi axtarış, yaşadığı evə baxış və götürmə istintaq hərəkətinin məzmununu əks etdirən protokolların, həmin protokollara əlavə edilmiş DVD disklərin, habelə şübhəli və təqsirləndirilən şəxs qismində dindirmə protokollarının Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 125.2-ci maddəsinə əsasən mümkünlüyünün şübhə altına alınması üçün əsaslar müəyyən edilmədiyindən təqsirləndirilən şəxs üzərindən aşkar edilən narkotik vasitələrin və psixotrop maddələrin ona məxsus olması işin mübahisəsiz halını təşkil edir. Bundan başqa məhkəmə qeyd edir ki, şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş bank kartına edilən köçürmələrin narkotik vasitələrin alqı-satqısı ilə əlaqədar olmadığını bildirməsi barədə ifadələri də iş materialları ilə təkzib edilir. Belə ki, “Bakcell» MMC-dən daxil olmuş xx.xx.2022-ci il tarixli məktubla müşaiyət olunan 01 ədəd diskdə təqdim olunmuş Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** saylı GSM mobil telefon nömrəsi ilə aparılan danışıqların məzmunundan görünür ki, xx.xx.2022-ci il tarixdə ondan narkotik vasitə istənilməsi ilə bağlı “qaqam daşi 3 eliyersende torpaqda 5...qardaşım bes biz dünen söz danışdıq ki gecikmey söhbeti olmasinda 5-3 nefer adam var olarda elimnen cixir axi bele olanda ay menim qer eşim i sen kiyaxşi bilirsen bulari” sms-ə Təqsirləndirilən şəxs2 “qaqam daşi 3 eliyer... 4098-5844-5884-7694 Leo” məzmunlu sms-lə cavab verərək məhz “satdığı” narkotik vasitə üçün qarşı tərəfdən ödənişin həmin karta edilməsini xahiş etmişdir. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1, 234.4.1 və 234.4.3-cü maddələri, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi sübuta yetirilmişdir. Həmin cinayət əməlləri onlar tərəfindən qəsdən törədilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən həmin Məcəllənin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət ağır cinayətlər kateqoriyasına, Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət isə az ağır cinayətlər kateqoriyasına daxildir. Hər iki təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Qanunla müəyyən edilmiş qaydada Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi sanksiyası həddində azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə törədilmiş əməlləri ilə əlaqədar zərərçəkmiş şəxslə barışıq əldə etmələrini Azərbaycan Respublikasının CM-nin 59.1.12-ci maddəsinə, əməllərindən səmimi peşmançılıq hissi keçirmələrini Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzalarını yüngülləşdirən hal kimi nəzərə alır və qiymətləndirir. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə törətdiyi əməllər ilə əlaqədar barəsində cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməllərində Azərbaycan Respublikasının CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1 (Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə törətdiyi əməllərə münasibətdə barəsində mövcud olan və yuxarıda sadalanan yüngülləşdirici hallar nəzərə alınmaqla), 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyalarının həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməli və təyin olunmuş həmin cəzalar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsininin tələbləri nəzərə alınaraq qismən toplanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxslə barışıq əldə etməsi, əməlindən səmimi peşmançılıq hissi keçirməsi kimi yüngülləşdirici halları nəzərə alaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsinin sanksiyasının həddində, azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli və həmin Məcəllənin 52-1-ci maddəsinə əsasən onun üzərinə Bakı şəhərinin hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, saat 12:00-dan 06:00-a qədər yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulmalıdır. Bundan başqa, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirləri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 12 avqust 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş (cild 1, iş vərəqə 23), Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 13 avqust 2022-ci il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 12 avqust 2022-ci il tarixdən hesablanması qərara alınmışdır (cild 1, iş vərəqə 101-106). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs2 təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 12 avqust 2022-ci il tarixdən hesablanmalıdır. Cinayət işi materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində tutulma prosessual məcburiyyət tədbiri həyata keçirilməmiş, barəsində 01 dekabr 2022-ci il tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir (Cild 2, iş vərəqə 72). Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzası cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalıdır. 12 sentyabr 2022-ci il tarixli ambulator məcburi məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür (Cild 1, iş vərəqə 198-199). Məhkəmə qeyd edilən rəyi və Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, ona cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Məhkəmə hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub Təqsirləndirilən şəxs2 aşkar edilərək götürülmüş, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama kamerasına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 5049,1 qram təşkil edən narkotik vasitə heroin və 2589,3 qram təşkil edən psixotrop maddə metamfetamin məhv edilməli, Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış və götürmə, o cümlədən evə baxış və götürmə aparılması haqqında protokollara əlavə edilmiş “Sony” markalı video kamera vasitəsilə aparılmış çəkilişlərin müvafiq olaraq köçürüldüyü 2 ədəd DVD disk, "xxxx" MMC-dən daxil olmuş telefon danışıq məlumatlarını özündə əks etdirən 1 ədəd CD disk, "xxxx" ASC-dən daxil olmuş bank hesab məlumatlarını özündə əks etdirən 2 ədəd CD disk, Zərərçəkmiş şəxs qarşı törədilmiş hadisənin baş verdiyi yerdə quraşdırılmış kameralar tərəfindən qeydə alınaraq köçürülmüş 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, Təqsirləndirilən şəxs2 götürülmüş 1 ədəd “Samsung” mobil telefon cihazı isə onun ailə üzvlərinə qaytarılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 məhkəmə kimyəvi ekspertizasının keçirilməsinə görə 92 (doxsan iki) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir (cild 1, iş vərəqə 46). Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmədə onların hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Başqa sözlə, təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi məhkəmə zamanı müvafiq olaraq Azərbaycan Respublikasının Vəkillər Kollegiyası “Xəzər Konsaltinq” Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 tərəfindən həyata keçirilmişdir. Cinayət-Prosessual Məcəllənin 193.2-ci və 193.4-cü maddələrinə əsasən, belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla məhkəmə mərhələsində göstərilmiş 65 iş saatı həcmində hüquqi yardımla bağlı hər birinə ayrı-ayrılıqda 390 (üç yüz doxsan) manat ödənilməsi üçün Müdafiəçi1 və Müdafiəçi2 vəkil kimi işlədiyi “Xəzər Konsaltinq” Vəkil Bürosunun hesabına ümumilikdə 780 (yeddi yüz iyirmi) manat məbləğində pul köçürülməlidir. Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" 23 mart 2004-cü il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona həmin Məcəlləsinin 221.2.1-ci maddəsi ilə 1 (bir) il müddətinə, 234.4.1 və 234.4.3-cü maddələri ilə 9 (doqquz) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsi 66.3-cü maddəsinin tələblərinə əsasən təyin olunmuş cəzalar qismən toplanılmaqla üzərində qəti olaraq 10 (on) il müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs2 oğlunun cəzaçəkmə müddətinin başlanğıcı 12 avqust 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 üzərinə Bakı şəhərinin hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, saat 12:00-dan 06:00-a qədər yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübutlar: - Təqsirləndirilən şəxs2 aşkar edilərək götürülmüş, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlama kamerasına təhvil verilmiş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 5049,1 qram təşkil edən narkotik vasitə heroin və 2589,3 qram qalmış psixotrop maddə metamfetamin məhv edilsin; - Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış və götürmə, o cümlədən evə baxış və götürmə istintaq hərəkətinin videogörüntülərini özündə əks etdirən iki ədəd DVD disk, "xxxx" MMC-dən daxil olmuş telefon danışıq məlumatlarını özündə əks etdirən 1 ədəd CD disk, "xxxx" ASC-dən daxil olmuş bank hesab məlumatlarını özündə əks etdirən 2 ədəd CD disk, Zərərçəkmiş şəxs qarşı törədilmiş hadisənin baş verdiyi yerdə quraşdırılmış kameralar tərəfindən qeydə alınaraq köçürüldüyü 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. - Təqsirləndirilən şəxs2 götürülmüş 1 ədəd “Samsung” markalı mobil telefon cihazı isə onun ailə üzvlərinə qaytarılsın. Təqsirləndirilən şəxs2 92 (doxsan iki) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. Məhkəmə mərhələsində göstərilmiş 60 iş saatı həcmində hüquqi yardımla əlaqədar vəkillər Müdafiəçi1 və Müdafiəçi2 hər birinə ayrı-ayrılıqda 390 (üç yüz doxsan) manat ödənilməsi məqsədilə dövlət büdcəsi vəsaiti hesabına “Xəzər Konsaltinq” Vəkil Bürosunun hesabına ümumilikdə 780 (yeddi yüz iyirmi) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs2 isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (sədrlik edən) Leyla Əsgərova-Məmmədova Rasim Sadıxov Novruz Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar