Məhkəmə qərarları › İş №1(101)-917/2020

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-917/2020

23.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-917/2020 23.09.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsi hakimlər: Qəribov Fikrət Atlıxan oğlu (sədrlik edən), Hüseynov Telman Qulaməli oğlu və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X4, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Bakı şəhər 02 saylı vəkil bürosunun vəkili X2 iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin yerləşdiyi binada, açıq məhkəmə iclasında xx.xx.1981-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, məhkum olunmamış, Xəzər rayonu, Zirə Bələdiyyəsində fəhlə işləyən, Xəzər rayonu Zirə qəsəbəsi Südçülük, Tərəvəzçilik sovxozunda qeydiyyatda olmaqla eyni ünvanda yaşamış, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 03 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xuliqanlıq niyyəti ilə insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Təqsirləndirilən şəxs xx xxxxx 2020-ci il tarixdə, saat 17 radələrində Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, Südçülük tərəvəzçilik sovxozunda yerləşən, “Sarı İnşaat” tikinti materialları mağazasının qarşısında onu bir müddət əvvəl söyməsini bəhanə gətirərək heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə üzərində gəzdirdiyi soyuq silah hesab edilməyən zavod üsulu ilə hazırlanmış xüsusi təyinatlı ov bıçağı ilə Zərərçəkmiş şəxs qarın nahiyyəsinə qəsdən bir dəfə vuraraq sonuncuya böyük piyliyin, nazik bağırsağın zədələnməsi ilə müşayiət olunan qarının ön divarının periton boşluğuna (daxilə) nüfuz edən 01 ədəd deşilmişkəsilmiş yarası ilə nəticələnən xəsarət yetirməklə dərəcəsinə görə Zərərçəkmiş şəxs həyatı üçün təhlükəli olan sağlamlığına ağır zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, bildirir ki, onun 4 uşağı var, 2019-cu ildən Xəzər rayonu, Zirə qəsəbəsi Bələdiyyəsində fəhlə işləyirmiş. Zirə qəsəbəsi ərazisində yol qırağı təmizlik işlərini görür, yəni gündəlik məişət tullantılarını Zirə qəsəbəsi ərazisində yol qırağından yığaraq kisələrə doldururmuş, daha sonra isə Bələdiyyənin maşınlarına yükləyib və həmin tullantıları Balaxanı qəsəbəsi ərazisində olan Balaxanı şəhər X1 aparırmış. Xəzər rayonu Zirə qəsəbəsi Südçülük, Tərəvəzçilik sovxozu ərazisində yaşayan əvvəlcədən tanıdığı Zərərçəkmiş şəxs yaşadığı ünvanın qarşısında yol qırağına dəfələrlə məişət tullantılarını yığdığına görə o, həmin tullantıları təmizləyir, Zərərçəkmiş şəxs evinin qarşısına zibil tökməyi səbəbindən onun iş yerindən bir neçə dəfə yol qırağının sakinlər tərəfindən təmiz saxlanmasına nəzarət etməyi tapşırıldığından 2020-ci ilin mart ayının sonlarında Zərərçəkmiş şəxs yaşadığı ünvanın qarşısında görən zaman Dadaşa yaxınlaşıb öz iradını bildirmişdir. Dadaşa yol qırağına zibil yığmamasını demiş, bundan sonra Zərərçəkmiş şəxs onu təhqir edib söyməyə başlamışdır. Həmin vaxt Dadaşa heç nə etməmişdir. Sonradan Tərəvəzçilik sovxozunda tikinti materillarının satışı mağazasının qarşısında Zərərçəkmiş şəxs görüb yaxınlaşmış, ağac yonması üçün istifadə etdiyi bıçağı çıxararaq Zərərçəkmiş şəxs onu bir neçə gün əvvəl söyüş söyərək təhqir etdiyi üçün vurmuşdur. Sonra Dadaş ordan uzaqlaşmış, o da oradan getmişdir. Sonradan polis əməkdaşları onu saxlamışlar. Məhkəmə Təqsirləndirilən şəxsifadəsini dinləyib, zərərçəkmiş şəxsi və şahidləri dindirərək, iş üzrə digər sübutları araşdıraraq hesab edir ki, o Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər bir-iki dəfə görmüş, Seymurla heç bir münasibəti olmamışdır. Onun evindən zibil çıxmadığı üçün zibili küçəyə və ya yolun qırağına qoymurmuş. Onların heyvanları olduğu üçün evdə çıxan artıq ərzaq məhsullarını heyvanlara verirmişlər. Təqsirləndirilən şəxs o, zibil tökməyə-tökməyə onunla zibili yolun qırağına niyə tökmüsən deyə mübahisə etmişdir. Seymur özünü psixi xəstə kimi aparırmış. O, həyətinin darvazasını rəngləyirmiş. Rəng almaq üçün yaxınlıqda yerləşən inşaat malları dükanına getmişdir. Orada Təqsirləndirilən şəxs ona yaxınlaşaraq onu bıçaqla vurmuşdur. İnşaat malları dükanında işləyən Şahid2 onun səsini eşidərək çölə çıxmışdır. Bu vaxt Seymur ordan uzaqlaşmışdır. O, qohumu Rahilə telefonla zəng vuraraq bıçaqlandığını demişdir. Rahil gəldikdən sonra onu maşınla xəstəxanaya yetişdirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, xx xxxxx 2020-ci il tarixdə saat 17:15 radələrində o, yaşadığı evdə olarkən qohumu Zərərçəkmiş şəxs ona zəng edib tanımadığı şəxs tərəfindən bıçaqla vurularaq xəsarət aldığını demişdir. Bundan sonra o, dərhal yaşadığı evdən çıxaraq qohumu Dadaşın evinə gəlmiş və Dadaşın qarın nahiyəsindən qan axdığını görərək onu xəstəxanaya aparmışdır. O, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, Seymurla Dadaşın heç bir münasibəti, düşmənçilik və ya ədavəti olmamışdır. Hadisə baş verəndə o, hadisə yerində deyilmiş. O, sonradan gələrək Zərərçəkmiş şəxs xəstəxanaya aparmışdır. Hadisənin baş verməsinə səbəb Zərərçəkmiş şəxs ona deməsinə görə Təqsirləndirilən şəxs guya Dadaşa zibil tullantılarını səhv əraziyə atmasını deyərək irad bildirməsi olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, Südçülük tərəvəzçilik sovxozunda yerləşən “Sarı İnşaat” tikinti materialları mağazasında satıcı işləyir. Onun həmin sovxozda yaşayan bütün qonşuları ilə müasibətləri normaldır. O, qonşuluğunda yaşayan, ustalıq edərək ailəsini dolandıran Zərərçəkmiş şəxs və həmin sovxozda məişət tullantılarını yığışdıran, Zirə bələdiyyəsində işləyən Təqsirləndirilən şəxs tanıyır, hər ikisi ilə də münasibətləri normaldır. xx xxxxx 2020-ci il tarixdə təxminən saat 17 radələrində o, mağazada olan zaman qonşusu Zərərçəkmiş şəxs mağazaya yaxınlaşaraq boya almaq istədiyini bildirmişdir. Bu zaman Seymur da gələrək onların yanlarında mağazanın qarşısında dayanmışdır. O, Dadaşa katoloqdan daha aydın boyaları seçmək olduğunu bildirmişdir. Buna görə də o, mağazaya daxil olmuş və katoloqu götürüb geri qayıdan zaman Dadaş astadan ona qoyma məni vurdu demişdir. O, cəld onlara yaxınlaşmışdır, bu zaman Seymur sağ yanı üstə yerə yıxılırmış. O, Seymurun əlində bir ədəd qatlanan bıçağı görmüş və Seymur yerdən qalxan kimi arxadan onun bıçaq olan sağ biləyindən tutmuşdur. Dadaş da olduğu yerdən avtomaşınına getmiş və avtomaşına əyləşib getdikdən sonra Seymuru buraxmışdır. Seymur da əlində bıçaq mağazanın qarşısından tələsik getmişdir. Təqsirləndirilən şəxs tanışı Zərərçəkmiş şəxs bıçaqla vuran zaman mağazanın qarşısında heç kim yox imiş. O, hadisənin şokunda olduğu üçün Dadaşdan Seymurun onu niyə bıçaqlamasını soruşa bilməmişdir. İş üzrə təyin edilmiş məhkəmə-tibbi ekspertizasının xx xxxx 2020-ci il tarixli, 549 saylı rəyindən görünür ki, 1965-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibb ekspertizasına, tibbi sənəddə yazılanlara əsasən, hadisə haqqında məlumatları nəzərə alıb və qərarda qoyulmuş suallara müvafiq olaraq aşağıdakı nəticəyə gəlinmişdir: 1.Zərərçəkmiş şəxs bədəni üzərində böyük piyliyin, nazik bağırsağın zədələnməsi ilə müşayət olunan qarnın ön divarının periton boşluğuna (daxilə) nüfuz edən 1 ədəd deşilmişkəsilmiş yarası aşkar edildi. Qeyd olunan xəsarət deşici-kəsici alət ola bilsin bıçaq təsirindən onun 3 saylı X7 müraciətdən az əvvəl törənmişdir, qərarda gösətirlən xx.xx.2020-ci iı tarixdə və şəraitdə törənməsi istisna olunmur və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddirlər. 2.Zərərçəkmiş şəxs bədən səthində aşkar olunmuş xəsarətin xarakterlərini və lokalizasiyalarını nəzərə alaraq demək olar ki, həmin xəsarətin bədənin əlçatan nahiyələrində yerləşməsinə baxmayaraq, şəxsin özü tərəfindən yetirilməsi və öz boyu hündürlüyündən yıxılaraq bərk küt əşyaya dəyməsi nəticəsində əmələ gəlmələri inandırıcı deyildir və həmin xəsarətin kənar şəxs tərərifndən yetirilməsi daha inandırıcıdır. (iş vərəqə 100-103) İş üzrə təyin edilmiş məhkəmə-ballistik ekspertizasının xx xxxxx 2020-ci il tarixli 3/250 rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd qatlanan bıçaq zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici ücü deşici xassəyə malik olan xüsusi təyinatlı ov (köməkçi məqsədlər üçün nəzərdə tutulmuş) bıçağıdır soyuq silah hesab edilmir, üzərində sonradan hər hansı əlavə, dəyişiklik edilməmişdir və təyinatı dəyişdirilməmişdir. (iş vərəqə 96-99) İş üzrə təyin edilmiş ambulator məhkəmə psixatrik ekspertizasının xx.xx.2020-ci il tarixli 1115 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda ifadəli şəxsiyyət dəyişiklikləri, ağıl zəifliyi və psixi fəaliyyətin müvəqqəti hesab edilən düşüncə pozuntusu əlamətləri müəyyən olunmadığı üçün o, ittiham olunan əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ittiham olunan əmələ görə anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Lakin qeyd edilməlidir ki, cinayət işi materiallarının, hazırkı psixatrik müayinənin nəticələrinin hərtərəfli təhlili belə nəticəyə gəlməyə əsas verir ki, Təqsirləndirilən şəxs müəyyən edilən “Üzvi şəxsiyyət pozuntusu” ilə əlaqədar o, ittiham olunan əməl dövründə öz əməlinin faktiki xarakterini, ictimai təhlükəliliyini tam dərk etmək və onları tam idarə etmək İqtidarında olmamışdır. Göstərilənlərlə əlaqədar yoxlanılan şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 22.1-ci maddəsinin təsiri altına düşür. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə o, prosesual fəaliyyət qabiliyyətlidir, həmçinin öz prosessual hüquqlarını şəxsən həyata keçirmək iqtidarındadır (iş vərəqə 104-105) İş üzrə təyin edilmiş məhkəmə tibbi-bioloji ekspertizasının xx xxxx 2020-ci il tarixli, 492/2020 MTBŞ saylı rəyindən görünür ki, 1.Zərərçəkmiş şəxs təqdim olunan şəxsiyyəti təsdiq edən sənədlər ürə axtarış vərəqəsinin kserosurətinə əsasən qan qrupu 0(İ)-dır. 2.Ekspertizaya təqdim olunmuş 01 ədəd bıçaq, Zərərçəkmiş şəxs məxsus alt mayka və köynək üzərində insan qanı aşkar olundu. Tədqiq olunan qan ləkələrini antigen və aqqlyutininlərə görə qrup göstəricisi ABO sistemi üzrə təyin olunduqda H antigeni, əksər ləkələrdə həmçinin alfa, beta aqqlyutinini alındı. Bu qan ləkələri O alfa, beta/İ/ qruplu şəxsə, o, cümlədən Zərərçəkmiş şəxs məxsus ola bilər. (iş vərəqə 138-142) İş üzrə təyin edilmiş məjkəmə-tibbi kriminalistik ekspertizasının xx xxxx 2020-ci il tarixli, 313- MKTŞ/2020 saylı rəyindən görünür ki, 1.Ekspertizaya təqdim edilmiş və Zərərçəkmiş şəxs məxsus köynək və maykanın ön səthinin sol yarısının orta hissəsində bir ədəd deşilmiş-kəsilmiş zədə aşkar edildi. Bu zədə kafi itilikli ülgücü, kafi itilikli ucu və qabırğaları özünü kafi biruzə edən küpü olan yastı tiyə deşici-kəsici alətin təsirindən əmələ gəlmişdir.

2. Ekspertizaya təqdim edilmiş və Zərərçəkmiş şəxs məxsus köynək və maykanın üzərində aşkar olunmuş deşilmiş-kəsilmiş zədə ekspertizaya təqdim edilmiş bıçağın tiyəsi və ya oxşar konstruktiv xüsusiyyətli bıçağın tiyəsinin təsirindən törənə bilərdi. 3.Ekspertizaya təqdim olunmuş və Zərərçəkmiş şəxs məxsus köynək və mayka üzərində aşkar olunmuş deşilmiş-kəsilmiş zədə onun bədəni üzərində olan qarnın ön divarının periton boşluğuna (daxilə) nüfuz edən 01(bir) ədəd deşilmiş-kəsilmiş yarası ilə yerləşməsinə görə bir-biri ilə nisbi olaraq uyğunluq təşkil edir. (iş vərəqə 143-149) Təqsirləndirilən şəxs xx xxxxx 2020-ci il tarixdə Zərərçəkmiş şəxs bədən xəsarəti yetirdiyi 01 ədəd bıçaq və həmin hadisə zamanı Zərərçəkmiş şəxs əynində olmuş 01 ədəd köynək və 01 ədəd mayka iş üzrə maddi sübut kimi tanınaraq Xəzər RPİ-də saxlanılır. Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4cü maddəsinə əsasən cəzanı yüngülləşdirən hal himayəsində 4 azyaşlı uşaqlarının olmasıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Həmin hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Beləliklə də, yuxarıda şərh edilən sübutları məcmuyu üzrə qiymətləndirərək məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü məddəsində nəzərdə tutulmüş cinayət əməli düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir. O həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs xx xxxxx 2020-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə şübhəli şəxs kimi tutulmuşdur. Təqsirləndirilən şəxs xx xxxxx 2020-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Konvensiyanın 6-cı və 7-ci maddələrinə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə və «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 1996-cı il tarixli 4 saylı Qərarının 13-cü bəndinə əsaslanaraq, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, o, cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99.1.2-ci maddəsinin tələbinə əsasən həmin Məcəllənin 99.1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakın olub-olmaması məsələsini araşdıraraq hesab edir ki, iş üzrə xüsusi müsadirə edilməli əmlak yoxdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42.0.12-ci maddəsində nəzərdə tutulmuş «müəyyən müddətə azadlıqdan məhrum etmə» cəza növü və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsinin sanksiyasında müəyyən edilmiş aşağı həddə cəza təyin edilməsini mümkün hesab edir. Məhkəmə iclasında təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili X5 tərəfindən həyata keçirilmişdir. Müdafiəçi Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili X3 hüquqi yardımla bağlı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2ci və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə x xxx 2018-ci il tarixli 202 caylı qərarına uyğun olaraq təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməsinə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat məbləğində olmaqla hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 2 saylı Vəkil Bürosunun nəfinə 180 (yüz səksən) manat miqdarında pul ödənilməlidir. Bu cinayət işi üzrə cinayət hadisəsinin olması, həmin əməldə cinayət tərkibinin olması, təqsirləndirilən şəxsin həmin cinayətin törədilməsinə aidiyyatı, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi sübuta yetirilmiş, əməli ittihamın elan edildiyi cinayətin əlamətlərinə uyğundur. Onun əməlinin cinayət olmasını aradan qaldıran hallar olmamış, cinayət məsuliyyətindən azad olunması üçün əsaslar yoxdur. Həmçinin iş üzrə əlavə cəzaların tətbiqi zərurəti olmamış, əmlak üzərinə həbs qoyulmamışdır. Məhkəmə iş üzrə xüsusi qərarın çıxarılmasını zəruri hesab etməmişdir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356-cı maddələrini rəhbər tutaraq məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli xx xxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cinayət işi üzrə Xəzər Rayon Polis İdarəsində saxlanılan maddi sübut olan 01 ədəd bıçaq, 01 ədəd köynək və 01 ədəd mayka məhf edilsin. Cinayət işi üzrə məhkəmə xərci 64 manat ondan tutularaq dövlət büdcəsinə ödənilsin. İbtidai istintaq Zamanı Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmiş X6 180 (yüz səksən) manat pul ödənilsin. Bakı şəhəri 02 saylı Vəkil Bürosunun vəkili X3 hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 02 saylı Vəkil Bürosunun nəfinə 180 (yüz səksən) manat miqdarında pul ödənilsin. Hökm elan edildiyi (Təqsirləndirilən şəxshökmün surəti verildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar