Məhkəmə qərarları › İş №1(101)-917/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-917/2021

20.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-917/2021 20.04.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Samir İmamverdi oğlu (sədrlik edən),Hüseynov Cavid İbadulla oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə Məhkəmə iclas katibi: Hüseynova Aytac Faiq qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi: Fides Vəkil Bürosunun vəkili X2 iştirakı ilə, xx xxxxx 1971-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işləməyən, orta təhsilli, məhkumluğu olmayan, Sumqayıt şəhəri, 12-ci mikrorayon, ev 36, mənzil 27-də qeydiyyatda olmaqla yaşayan və barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 15 radələrində Sumqayıt şəhəri, 12-ci mikrorayon, 36 saylı binanın qarşısında yerləşən elektrik stansiyasının yaxınlığında Zərərçəkmiş şəxs onunla mübahisə etməsi, ondan ağrıları olduğu üçün narkotik vasitə tapmasını israr etməsi və ona nalayiq sözlər deməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs döş qəfəsindən bıçaqla bir dəfə vuraraq insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığına ağır zərər vurmaya aid döş qəfəsinin sol yarısının divarının boşluğa keçən deşilmiş yarası, hemotoraks xəsarətləri yetirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs 2020-ci ilin yay aylarından tanıyır və dostluq edir. Onunla münasibəti normal olmuşdur, lakin Ceyhun ondan yaşca balaca olduğundan özünü hərdən yekəxana aparır və buda onun xoşuna gəlmir. Hər ikisi narkotik aludəçisidir. xx xxxxxx 2020-ci il tarixdə təxminən axşam saatlarında yaşadığı məhlənin yaxınlığında Ceyhunla görüşdükdə, Ceyhunun ağrıları olduğundan ondan narkotik tapmağını istəyirdi, lakin o özü də ağrıları olduğunu və narkotik tapa bilmədiyini ona deyəndə, həmin vaxt mübahisə etdilər, amma o Ceyhunu yola verərək yaşadığı evə gəldi, Ceyhun da çıxıb getdi. Növbəti gün günorta saatlarında Ceyhunla görüşdükdə, Ceyhun onunla əsəbi formada danışırdı və ona nalayiq sözlər deyirdi, bunun səbəbini soruşduqda isə Ceyhun ağrıları olduğunu və ona narkotik tapmalı olduğunu deyəndə, o ona narkotik vasitə tapa bilmədiyini dedi. Ceyhundan yaşca böyük olmağına baxmayaraq o, idmançı olduğundan ona onun əl altısı kimi baxırdı və gündə bir iş buyururdu. Onlar mübahisə edərkən, Ceyhunla gəlmiş, lakin kənarda dayanan, adını bilmədiyi təxminən 30 yaşlarında olan oğlan və onunla eyni məhlədə yaşayan Fəqan da yaxınlaşdılar. Bu vaxt Ceyhun üstünə cumaraq onu vurmaq istədi, lakin Fəqan və Ceyhunun yanında gələn oğlan aralarına girərək, Ceyhunun onu vurmağa qoymadılar. Ceyhun idmançı olduğundan onun sol qolundan tutaraq vurmaq istədikdə əli ilə Ceyhunun əlini qolundan çəkdi və ondan aralaşdı. Fəqanla o biri oğlan da onu saxlamışdı, o oradan sürətlə uzaqlaşıb yaşadığı evə gəldi və mətbəxdən bir ədəd boz rəngli, tutacaq yerində qara, ağ, qırmızı, yaşıl rəngli xətlər olan mətbəx bıçağını götürüb belinə qoydu və həyətə düşdü. Ceyhunun yanına çatdıqda Ceyhun yenidən üstünə gəlib onun vurmaq istəyəndə, belində olan mətbəx bıçağını çıxartdı, Ceyhun da bıçağı gördükdə daha da əsəbiləşdi. Fəqan və Ceyhunun yanında gələn oğlan da onu tutmağa çalışdılar. Ceyhun həmin vaxtı Fəqan və o biri oğlanın onu ona tərəf buraxmadıqlarını görüb yerdən daşlar götürərək ona tərəf atmağa başladı və o da daşlardan yayınmaq istədikdə daşlardan biri başının yuxarı hissəsinə dəydi. O başının partladığını hiss etdi və daha da əsəbləşdi. Ceyhun yenidən Fəqan və o biri oğlandan yayınaraq üstünə cumdu və onu vurmaq istəyərkən sağ əlində olan mətbəx bıçağı ilə onun qarnından bir dəfə vuraraq kənara çəkildi. Ceyhun onu yenidən vurmaq istəyəndə birdən əliylə qarnını tutaraq dayandı. O Ceyhunun bıçaq zərbəsindən yaralandığını görüb qorxdu və qaçaraq evə gəldi. Pəncərədən baxanda Fəqanın və Ceyhunun yanında gələn oğlanın Ceyhunun qolundan tutaraq onu apardıqlarını gördü. Axşam saatlarında yaşadığı evdə olduqda 1-ci Polis Bölməsinin əməkdaşları evə gələrək, Ceyhunu bıçaqla vurduğunu deyərək, bölməyə dəvət etdilər və o da Ceyhunu bıçaqla vurduğunu səmimi etiraf edərək Ceyhunu vurduğu bıçağı da polis əməkdaşlarına təqdim etdi. Ceyhunu öldürmək fikri olmamışdır. Ceyhundan yaşca böyük olmağına baxmayaraq ona nalayiq sözlər deməsi və onu vurmaq istəməsi ona pis təsir etdi. Həm də fikirləşdi ki, yenidən mübahisə olsa Ceyhun idmançı olduğundan onun ona gücü çatmayacaq, ona görə də Ceyhunu qorxutmaq üçün bıçaq gətirdi. Ceyhun üstünə gəlməsəydi onu vurmazdı. Ceyhuna gücünün çatmayacağını fikirləşib bıçaqla bir dəfə qarnından vuraraq kənara çəkildi, o yalnız Ceyhunu qorxutmaq istəmişdi. Törətdiyi əməldən peşmandır, hazırda zərərçəkmiş şəxslə barışmışdır, barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iş materiallarını araşdıb, işdə olan sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2020-ci ilin yay aylarından tanıyaraq onunla dostluq edir. Təxminən 1 ildir ki, narkotik vasitə aludəçisi olmaqla hərdən ağrıları olduğu üçün narkotik vasitə qəbul edirdi, indi müalicə olunub, hal-hazırda istifadəçi deyil. Çingiz də narkotik aludəçisi olduğundan hərdən ağrıları olduqda ondan özünə narkotik vasitə tapdıqda ona da tapmasını deyirdi. Çünki Çingiz uzun müddətdir ki, narkotik aludəçisi idi və çox ağrıları olduğundan məcbur özünə narkotik vasitə tapırdı. xx xxxxxx 2020-ci il tarixdə təxminən axşam saatlarında Çingizin yaşadığı məhlənin yaxınlığında onunla görüşdü. Onunla söhbət zamanı ağrılarının çox olduğunu, narkotik vasitə tapmasını dedi, lakin o narkotik vasitə tapa bilməyəcəyini dedi. Onu yola verdiyini və yalan dediyini hiss etdiyinə görə israr etdi. Buna görə də aralarında söz mübahisəsi oldu və sonra hər ikisi də öz evlərinə getdilər. xx xxxxxx 2020-ci il tarixdə günorta saatlarında Sumqayıt şəhəri, 12-ci mikrorayonda yerləşən “Qayalı” marketin yanında olarkən, Çingiz də həmin mikrorayonda qaldığından ona zəng edərək Sumqayıt şəhəri, 12-ci mikrorayonda yerləşən “Qayalı” marketin yanında olduğunu, ağrılarının olduğunu, oraya gəlməsini dedi və ondan onun üçün narkotik vasitə tapmasını xahiş edəcəkdi, lakin sözünü Çingizə deyib qurtarmadan Çingiz telefonu söndürdü, ondan sonra Çingizin telefonuna bir neçə dəfə zəng etsə də onun telefonu bağlı olduğundan danışa bilmədi, oradan Çingizin yaşadığı Sumqayıt şəhəri, 12-ci mikrorayon, 36 nömrəli binanın qarşısına getdi, oraya getdikdə yolda tanışı Kamranı da gördü, onunla söhbət edə-edə Çingizin yaşadığı məhləyə tərəf getdilər. Çingizi yaşadığı blokun qarşısında olduğunu gördü və onu yanına çağıraraq binadan bir az kənarda olan elektrik stansiyasının yaxınlığında söhbət etməyə başladılar. Həmin vaxt orada onlardan başqa kənarda Kamran və Çingizlə eyni məhlədə yaşayan Fəqan da olmuş, lakin onlar aralıda dayanmışdılar. O Çingizə narkotik vasitə tapmasını dedi, lakin Çingizin onu yola verdiyini görüb, daha da əsəbiləşib onu söydü. Mübahisə etdiklərini görüb Fəqan və Kamran da yanlarına yaxınlaşdılar. O Çingizi vurmaq istəyəndə Fəqan və Kamran aralarına girərək, ayırmağa çalışdılar. Həmin vaxt çox əsəbi olduğundan Fəqan və Kamranın onu aralayıb saxladığı vaxt Çingizin orada olmadığını gördü və buna görə daha çox əsəbləşdi. Sonra Çingiz gəldi və əsəbi formada belindən bıçaq çıxartdı. Həmin vaxtı Çingiz əlində bıçaqla onu qorxutmağa çalışdı, o da onu vurmaq istədi. Lakin Fəqan və Kamran onu Çingizə tərəf buraxmadılar. O da əsəbi olduğundan yerdən daşlar götürərək, Çingizə tərəf atmağa başladı. Çingiz də üzərinə bıçaqla gələrək qarın nahiyəsindən bir dəfə vuraraq kənara çəkildi, onu vurmaq istəyəndə ağrını hiss edib dayandı və bıçağın qarın nahiyəsindən dəydiyini hiss edib hərəkət edə bilmədi. Çingiz də həmin vaxt oradan qaçıb getdi. Hərəkət edə bilmədiyindən Kamran və Fəqan qolundan tutaraq taksiylə Sumqayıt şəhəri TTYX-ya gətirdilər. Ondan sonra heç nəyi xatırlamır, sadəcə özünə gəldikdə həkimlər ona əməliyyat olunduğunu və bıçağın qarnımın yuxarı hissəsindən, yəni döş qəfəsindən dəydiyini bildirdilər.Təqsirləndirilən şəxslə barışmış və ona qarşı şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o xx xxxxxx 2020-ci il tarixdə Polis Bölməsində əməliyyat qrupunda olmuşdur. Saat 16:00 radələrində Sumqayıt şəhər TTYX-dan məlumat daxil olmuş və məlumatda Sumqayıt şəhəri, 17-ci mikrorayon, ev 17, mənzil 19-da yaşayan, 1992-ci il təvəllüdlü Zərərçəkmiş şəxs bıçaqlanması bildirilmişdir. Sonradan Zərərçəkmiş şəxs bıçaqlayan şəxsin Sumqayıt şəhəri, 12-ci mikrorayon, ev 36, mənzil 27-də yaşayan Təqsirləndirilən şəxs olduğu müəyyən edildi. Sonra iştirak etdiyi əməliyyat qrupu Təqsirləndirilən şəxs yaşadığı ünvana gedərək, Təqsirləndirilən şəxs baş vermiş hadisəylə bağlı Polis Bölməsinə dəvət etdilər. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bıçaqladığını səmimi etiraf edərək, Zərərçəkmiş şəxs xəsarət yetirdiyi mətbəx bıçağını bizə təqdim etmişdir. O da bununla bağlı bölmə rəhbərliyinə raportla məruzə etmişdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun əmisidir və onunla münasibəti daim normal olmuşdur. Lakin Çingiz narkotik istifadəçisi olduğundan son zamanlar ondan aralı gəzirdi. Çingiz Sumqayıt şəhəri, 12ci mikrorayon ev 36, mənzil 27-də nənəsi X4yla birlikdə yaşayırdı. O da tez-tez oraya gələrək nənəsinə baş çəkirdi. Zərərçəkmiş şəxs isə yaxından tanımır, iki-üç dəfə əmisigilin məhləsində əmisinin yanında görmüş və onun tanışı olduğunu bilir. xx xxxxxx 2020-ci il tarixdə təxminən 15 radələrində nənəsinə baş çəkmək üçün həmin ünvana getdi. Əmisi isə həmin vaxt evdə deyildi. O, sonradan evə gələrək tələsik telefonunu cərəyana qoydu, bir neçə dəqiqədən sonra da evdən getdi. Çingizdən sonra nənəsiylə sağollaşaraq oradan çıxaraq evinə gedərkən, əmisinin həmin binanın yaxınlığında olan elektrik stansiyasının yanında Ceyhunla söz mübahisə etdiyini gördü. Söz-söhbətdən uzaq qaçdığı və Ceyhunun da əmi kimi narkotik istifadəçisi olduğunu bildiyindən onların yanına getmək istəmədi və telefonunu qulağına tutaraq özünü telefonla danışan kimi göstərib onların yanına yaxınlaşmayıb oradan çıxıb yaşadığı evə getdi. Həmin gün axşam saatlarında nənəmsildən polis əməkdaşlarının onların yaşadığı evə gələrək, Çingizi polis bölməsinə apardıqlarını və Çingizin Ceyhunu bıçaqladığını eşitdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, zərərçəkmiş Zərərçəkmiş şəxs onun oğludur. Ceyhun əvvəllər bir müddət narkotik istifadə etsə də, hazırda narkotik istifadə etmir. Təqsirləndirilən şəxs oğlunun tanışı olsa da, onu görməmişdir və tanımır. Çünki oğlu bir müddət avaraçılıq etdiyindən tanışları ilə maraqlanmamışdır. xx xxxxxx 2020-ci il tarixdə axşam saatlarında evində olarkən, Sumqayıt şəhər TTYX-dan oğlu Ceyhunun bıçaqlandığı və hazırda xəstəxanada olduğunu dedilər. O da həmin vaxt xəstəxanaya getdi. Oğlu bıçaqlandığından əməliyyatda idi, həkimlər onun döş qəfəsindən bıçaqlandığını dedilər. O da sonradan Ceyhunun tanışı Çingiz adında şəxsin bıçaqladığını öyrəndi, sonradan oğlundan nə baş verdiyini soruşduqda o, tam deməsə də xx xxxxxx 2020-ci il tarixdə Sumqayıt şəhəri, 12-ci mikrorayonda yerləşən elektrik stansiyasının yanında Çingizlə arasında mübahisə olduğunu, sonra Çingizin ona bıçaqla döş qəfəsindən vurduğunu, sonra da iki nəfər başqa tanıdığı adamın onu xəstəxanaya gətirdiklərini söylədi, oğlumxəstəxanada olarkən Çingizin qohumları ona yardım göstərdilər. Məhkəmə iş üzrə sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması sübüta yetirilir və onun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə tövsif edilmişdir. Cinayət işində olan xx xxxxxx 2020-ci il tarixli tutma protokolundan müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə-X3» X9 xx.xx.2021-ci il tarixli, 143 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı psixi xəstəlik əlamətləri qeyd olunmur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik qeyd olunmamışdır. Həmin dövrdə Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikas CM-in 21 -ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malikdir. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hövsələsizlik, tənqidə ya təhqirə qarşı həssaslıq, emosionallıq kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs emosional halından açılı olaraq öz hərəkətlərini tam dərk etmək qabilliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən psixi emosional vəziyyətində hirslik, qəzəb yaranmışdır. Cinayət əməlini törədərkən Təqsirləndirilən şəxs keçirdiyi emosional halın yaranma səbəbləri situasiya ilə əlaqədar olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt vəziyyətində olmamışdır. Cinayət işində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə-Tibbi Ekspertiza və X6» X9 xx.xx.2021-ci il tarixli, 14/2021-MTBŞ saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs ABO sistemi qan qrupu 0/l/-dir. Ekspertizaya təqdim olunmuş bıçaq, Zərərçəkmiş şəxs məxsus köynək, kofta və pulover üzərində olan ləkələrdə insan qanı aşkar edildi. Bu ləkələrdə qan qrup göstəricisi ABO sistemi üzrə tədqiq olunduqda yalnız «H» antigeni alındı. Bu qan ləkələri ABO sistemi üzrə 0 /İ/ qruplu şəxsə, o cümlədən X5 məxsus ola bilər. Cinayət işində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə-Tibbi Ekspertiza və X6» X9 xx.xx.2021-ci il tarixli, 08/2021MTKŞ saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş X5 məxsus puloverin ön sol yaxalığında bir ədəd, sviterin ön sol nahiyəsində bir ədəd və maykanın ön sol nahiyəsində bir ədəd dəlib-keçən zədə aşkar olundu. Bu zədə deşilmiş-kəsilmiş zədədir, ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin təsirindən, o cümlədən ekspertizaya təqdim edilmiş bıçağın tiyəsinin təsirindən və ya ona oxşar konstruktiv xüsusiyyətə malik digər bıçağın tiyəsinin təsirindən törənmişdir. Paltarlar üzərində aşkar edilmiş bir ədəd zədə bir predmetin təsirindən yaranmışdır. Ekspertizaya təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağına aiddir və soyuq silah hesab edilmir. Bıçağın üzərində sonradan təyinatının dəyişdirilməsi üçün heç bir əlavə və dəyişiklik edilməmişdir. Cinayət işində olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2021-ci il tarixli, 19 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində döş qəfəsinin sol yarısının ön divarının boşluğa keçən deşilmiş yarası, hemotoraksdan ibarət xəsarətlər aşkar edilmişdir. Qeyd olunan xəsarət deşici-kəsici aləti, ola bilsin ki, bıçağın təsirindən törənmişdir, törənmə müddəti zərərçəkmişin Sumqayıt şəhər TTYX-na müraciət etdiyi vaxtdan bir qədər əvvəl olmaqla xx.xx.2020-ci il tarixdə qərarda göstərilən şəraitdə əmələ gələ bilər və dərəcəsinə görə yetirilən anda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir. Cinayət işində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə-Tibbi Ekspertiza və X6» X11 xx.xx.2020-ci il tarixli, 2581 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində müəyyən edilmiş alın nahiyəsinin əzilmiş yarasından ibarət xəsarət bərk küt əşya təsirindən törənmişdir, qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni xx.xx.2020-ci il tarixdə qeyd olunan nahiyəyə daş parçası ilə vurulma nəticəsində əmələ gələ bilərdi, sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin olunmur Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəliliyini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Təqsirləndirilən şəxs törətdiyi cinayət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən ağır cinayətlər kateqoriyasına aiddir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin məcələnnin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin məcəllənin ümumi hissələrinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin məqsədi və motivini, təqsirkarın cinayətin törədilməsində rolunu nəzərə alıb hesab edir ki, barəsində təqsirli bilindiyi cinayət qanununun normasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə ilə əlaqədar cəza seçilməli və cəzasını tutulduğu vaxtdan, yəni xx xxxxxx 2020-ci il tarixdən hesablanmaqla, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cinayəti etiraf edib, səmimi peşman olmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsi ilə nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” xx.xx.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla ) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Beləliklə, məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Sumqayıt ŞPİ-nin maddi sübutların saxlanc anbarında saxlanılan 01 ədəd bıçaq, Zərərçəkmiş şəxs məxsus 01 ədəd boz rəngli papaqlı qolu uzun köynək, 01 ədəd tünd göy rəngli qolu qısa köynək və 01 ədəd qara rəngli qolu qısa köynək dəyərləri olmadığı və eyni zamanda geri qaytarılması barədə vəsatət olmadığı üçün hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə məhkəmə məsrəfləri yoxdur, mülki iddia verilməmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, hökm etdi: Təqsirləndirilən şəxs r oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinməklə, 3 (üç) il 6(altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olan və Sumqayıt ŞPİ-nin maddi sübutların saxlanc anbarında saxlanılan 01 ədəd bıçaq, Zərərçəkmiş şəxs məxsus 01 ədəd boz rəngli papaqlı qolu uzun köynək, 01 ədəd tünd göy rəngli qolu qısa köynək və 01 ədəd qara rəngli qolu qısa köynək dəyərləri olmadığı və eyni zamanda geri qaytarılması barədə vəsatət olmadığı üçün hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsinsin Hökmdən 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar