Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-917/2022 13.05.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ saat 12:50-də Hakim Quliyev Əhməd Qəhrəman oğlunun sədrliyi, hakimlər Paşayev Azər İslah oğlu və Həsənzadə İradə Xəlil qızından ibarət tərkibdə, Əlizadə Orxan Arzuxan oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1993-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Zəngilan rayonu, Zəngilan şəhəri, C.Cabbarlı küçəsi ev 29-da qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yerləşən Dəmiryol yataqxanasında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs tanışı olan qeyrisi ilə cinayət əlaqəsinə girib qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq narkotik vasitələrin satışını həyata keçirmək barədə razılaşdıqdan sonra, 24 noyabr 2021 -ci il tarixdə saat 14 radələrində ünvan 2 ünvanında yerləşən "Təfəkkür Universitetinin qarşısında tanışı qeyrisindən 50 manata satış məqsədi ilə qanunsuz olaraq 8,789 qram çəkidə, çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuananı əldə edib bükümlərə ayırmaqla üzərində saxlayaraq daşımış, 25.11.2021-ci il tarixdə saat 06:45 radələrində öz hərəkətlərində şübhə yaratdığından Nərimanov Rayon Polis İdarəsinin Post Patrul Xidməti Bölüyünün əməkdaşları tərəfindən ünvan 3 ünvanının yaxınlığında saxlanılaraq Nərimanov Rayon Polis İdarəsinin ünvan 4 ünvanında yerləşən inzibati binasına gətirilmiş, idarənin inzibati binasında üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli gödəkcənin sol iç cibindəki şəffaf polietilen torbacıqdan açıq şəkildə olmaqla 7.898 qram və 02 ədəd açıq qəhvəyi rəngli kağız kəsiyinə bükülmüş büküm şəklində ayrı-ayrılıqda təmiz çəkisi 0,567 və 0,234 qram olmaqla - ümumi təmiz çəkisi 8.789 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, həbs olunmamışdan əvvəl təxminən 5-6 ay olarmış ki, narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə etmiş, həmçinin narkotik vasitə olan qurudulmuş marixuananın satışı ilə də məşğul olmuşdur. O, adətən qurudulmuş marixuananı tanışı X3 alırmış, Əfsun Abbasov adətən ona narkotik vasitə olan qurudulmuş marixuananı nisyə vermişdir. O, həmin qurudulmuş marixuananı sataraq pulunu əlbə-əl Əfsun Abbasovun özünə vermiş və ya Əfsuna məxsus olan “Kapital Bank”ın plastik kart hesabına köçürmüşdür. O, qurudulmuş marixuananı tanıdığı və tanımadığı şəxslərə satmış, narkotik vasitə satdığı şəxslər isə narkotik vasitənin pulunu ona əlbə-əl vermiş və ya ona məxsus olan "Kapital Bank”ın plastik kartı hesabına köçürürmüşlər. 25.10.2021-ci il tarixdə saat 06:45 radələrində ünvan 5 ünvanının yaxınlığında piyada gedərkən 2 nəfər polis əməkdaşı ona yaxınlaşaraq xidməti vəsiqələrini göstərib Nərimanov Rayon Polis İdarəsinin Post Patrul Xidməti Bölüyünün əməkdaşları olduqlarını bildirib ondan adını və soyadını soruşmuşlar. Onun üzərində narkotik vasitə olan qurudulmuş marixuana olduğundan həyəcanlanmış, onlara özü haqqında məlumat verməyərək oradan uzaqlaşmaq istəmişdir. Lakin polis əməkdaşları onu saxlayaraq Nərimanov Rayon Polis İdarəsinin inzibati binasına aparmış, Polis İdarəsində olarkən polis əməkdaşları onun üzərinə şəxsi axtarış keçiriləcəyini bildirmişdir. Bu məqsədlə təhqiqatçı tərəfindən onun hüquqlarının müdafiəsi üçün müdafiəçi təyin edilmiş və o şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra təhqiqatçı tərəfindən ona şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilmiş, sonra polis əməkdaşlarının və dövlət hesabına təyin edilmiş vəkilinin iştirakı ilə onun üzərinə video çəkiliş vasitəsilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməmişdən əvvəl təhqiqatçı ondan üzərində qanunsuz əşya olubolmadığını soruşmuş və əgər vardırsa həmin əşyaları təqdim etməyi təklif elmişdir. O, bundan sonra əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən özünə məxsus olan ’"Samsung A51” markalı mobil telefonu, 1 ədəd 10 manatlıq və 2 ədəd 1 manatlıq pul əskinaslarını, əynində olan qara rəngli gödəkcənin sol iç cibindən içərisində qurudulmuş marixuna və kiçik ölçülü kağız parçası olan şəffaf polietilen torbacığı polis əməkdaşlarına təqdim etmişdir. Təqdim etdiyi şəffaf polietilen torbacığa polis əməkdaşları baxış keçirilən zaman içərisidən açıq şəkildə, həmçinin 02 ədəd açıq qəhvəyi kağız kəsiyinə bükülmüş bükümdə narkotik vasitə olan qurudulmuş marixuana və ağ rəngli kağız parçası aşkar edilmişdir. O, sorğu zamanı bildirmişdir ki, təqdim eldiyi şəffaf polietilen torbacığın içərisindəki maddələr narkotik vasitə olan qurudulmuş marixuanadır. Həmin qurudulmuş marixuananı o, 24.08.2021-ci il tarixdə günorta saatlarında yaşadığı evin yaxınlığında tanışı X3 həm özü istifadə etmək, həm də satmaq məqsədilə almışdır. Təqdim etdiyi içərisində narkotik vasitə - qurudulmuş marixuana və ağ kağız parçası olan şəffaf polietilen torbacıq polis əməkdaşları tərəfindən ağ rəngli zərfə qoyularaq qablaşdırılmış, həmin zərfin üzəri onun və şəxsi axtarışda iştirak etmiş şəxslər tərəfindən imzalanmış və zərfin üzəri möhürlənmişdir. Onun üzərinə şəxsi axtarışla əlaqədar təhqiqatçı tərəfindən protokol tərtib olunmuş, protokol onun və axtarışda iştirak etmiş digər şəxslərin tərəfindən imzalanmışdır. O, üzərindən aşkar edilmiş narkotik vasitə-qurudulmuş marixuanadan heç kəsə satmamış, lakin həmin narkotik vasitə olan qurudulmuş marixuananı satmaq və istifadə elmək niyyəti ilə əldə etmişdir. Onun üzərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixunanı 24 noyabr 2021-ci ili tarixdə saat 14 radələrində yaşadığı ünvan 1 ünvanının yaxınlığında tanışı X3 50 manata almışdır. Həmin narkotik vasitə - qurudulmuş marixuananı o, şəxsi istifadə və satmaq məqsədilə üzərində saxlamışdır. X3 narkotik vasitə olan qurudulmuş marixuananı bütöv şəkildə almış, həmin narkotik vasitə olan qurudulmuş marixuananı satmaq üçün elə torbacığın içərisində olan kağız parçası ilə ayıraraq büküm şəklinə salmışdır. Ona nə tutularkən, nə də ki, Nərimanov RPİ-də olarkən polis əməkdaşları tərəfindən hər hansı fiziki və ya psixi zor tətbiq edilməmiş, hazırda isə törətdiyi əməldən səmimi peşmandır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, hazırda Nərimanov Rayon Polis İdarəsinin Post Patrul Bölüyünün polis nəfəri vəzifəsində işləyir, polis serjantıdır. 25.11.2021-ci il tarixdə saat 06:45 radələrində postdakı yoldaşı Şahid2 ilə birlikdə 6966 çağırışlı avtopatrulla Nərimanov RPİ-nin inzibati ərazisi olan ünvan 6 ünvanının yaxınlığında xidmətdə olarkən 1 nəfər onların avtopatrulunu görən kimi özünü şübhəli aparmasının şahidi olmuşlar. Bu səbəbdən də onlar avtopatruldan düşərək həmin şəxsə yaxınlaşıb özlərini təqdim edərək Nərimanov Rayon Polis İdarəsinin Post Patrul Bölüyünün əməkdaşları olduqlarını bildirmişlər. Bundan sonra həmin şəxsdən özünü təqdim etməsini xahiş etmiş, həmin şəxsin gözlərinin axması, həyacanlanması, verilən suallara qeyri-müəyvən cavab verməsi və onun oradan uzaqlaşmağa cəhd etməsi şübhələrini daha da artırmışdır. Onlar həmin şəxsin narkotik vasitənin və ya psixotrop maddənin təsiri altında olmasından və üzərində narktoik vasitə və ya psixotrop maddə saxlamasından şübhələnmişlər. Onlar həmin şəxsi saxlayaraq idarə etdikləri avtopatrula mindirib Nərimanov Rayon Polis İdarəsinin inzibati binasına aparmış və həmin şəxsi Polis İdarəsinin Növbətçi Hissəsinə təhvil vermişlər. Polis İdarəsində məlum olmuşdur ki, tərəflərindən Polis İdarəsinə gətirilən şəxs xx.xx.1993-cü ildə Bakı şəhərində doğulmuş, Zəngilan rayonu, Zəngilan şəhəri, C.Cabbarlı küçəsi, ev 29-da qeydiyyatda olan Təqsirləndirilən şəxsdur. Təqsirləndirilən şəxs Nərimanov Rayon Polis İdarəsinin gətirilməsi barədə tərəflərindən raportla idarə rəhbərliyinə məruzə edilmiş və raportun icrası Polis İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis baş leytenantı Toğrul Məmmədova həvalə olunmuşdur. Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilməsi zərurəti yarandığından onun hüquqlarının müdaifə edilməsindən ötrü dövlət hesabına müdafiəçi təyin edilmişdir. Dəvət edilmiş müdafiəçi Təqsirləndirilən şəxs təqdim edildikdən sonra, sonuncu şübhəli şəxs qismində tutularaq şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə video çəkiliş vasitəsilə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış keçirilməmişdən əvvəl təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya olub-olmadığı soruşulmuş, əgər vardırsa həmin əşyaları könüllü təqdim etmək təklif olunmuşdur. Bu zaman Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən “Samsung A51” markalı mobil telefon, 1 ədəd 10 manatlıq və 2 ədəd 1 manatlıq pul əskinaslarını, əynində olan qara rəngli gödəkcənin sol iç cibindən içərisində açıq şəkildə, həmçinin 02 ədəd açıq qəhvəyi kağız kəsiyinə bükülmüş bükümdə yaşıl rəngli spesifik qoxuya malik olan ot kütləsi və 01 ədəd ağ rəngli kağız parçası olan şəffaf polietilen torbacığı təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, təqdim etdiyi şəffaf polietilen torbacığın içərisindəki maddə narkotik vasitə olan qurudulmuş marixuanadır, o, həmin qurudulmuş marixuanı 24.08.2021-ci il tarixdə tanışı Abbasov Əfsun Elçin oğlundan həm öz istifadəsi, həm də satmaq məqsədilə almışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi içərisində yaşıl rəngli ot külləsi və 01 ədəd, ağ rəngli kağız parçası olan polietilen torbacıq təhqiqatçı tərəfindən ağ rəngli zərfə qoyularaq qablaşdırılmış, həmin zərfin üzəri onun və şəxsi axtarışda iştirak etmiş şəxslər tərəfindən imzalanmış və zərfin üzəri möhürlənmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışla əlaqədar təhqiqatçı tərəfindən protokol tərtib olunmuş, protokol onun və axtarışda iştirak etmiş digər şəxslər tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs nə saxlanılan vaxtı nə də ki, Nərimanov Rayon Polis İdarəsinin inzibati binasına gətirilən zaman ona hər hansı bir fiziki və psixi təsir göstərilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Nərimanov Rayon Polis İdarəsinin Post Patrul Bölüyünün polis nəfəri, polis serjantı Şahid2 ifadəsində göstərdi ki, 25.11.2021-ci il tarixdə saat 06:45 radələrində postdakı yoldaşı Şahid1 ilə birlikdə 6966 çağırışlı avtopatrulla Nərimanov RPİ-nin inzibati ərazisi olan ünvan 6 ünvanının yaxınlığında xidmətdə olarkən 1 nəfər onların avtopatrulunu görən kimi özünü şübhəli aparmasının şahidi olmuşlar. Bu səbəbdən onlar avtopatruldan düşərək həmin şəxsə yaxınlaşıb özlərini təqdim edərək Nərimanov Rayon Polis İdarəsinin Post Patrul Bölüyünün əməkdaşları olduqlarını bildirib, və həmin şəxsdən özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxsin gözlərinin axması, həyacanlanması, verilən suallara qeyri-müəyvən cavab verməsi və onun oradan uzaqlaşmağa cəhd etməsi onların şübhələrini daha da artırmışdır. Onlar həmin şəxsin narkotik vasitənin və ya psixotrop maddənin təsiri altında olmasından və üzərində narktoik vasitə və ya psixotrop maddə saxlamasından şübhələnmişlər. Onlar həmin şəxsi saxlayaraq idarə etdikləri avtopatrula mindirib Nərimanov Rayon Polis İdarəsinin inzibati binasına gətirmiş və həmin şəxsi Polis İdarəsinin Növbətçi Hissəsinə təhvil vermişlər. Polis İdarəsində məlum olmuşdur ki, tərəflərindən Polis İdarəsinə gətirilən şəxs xx.xx.1993-cü ildə Bakı şəhərində doğulmuş, Zəngilan rayonu, Zəngilan şəhəri, C.Cabbarlı küçəsi, ev 29da qeydiyyatda olan Təqsirləndirilən şəxsdur. Təqsirləndirilən şəxs Nərimanov Rayon Polis İdarəsinin gətirilməsi barədə tərəflərindən raportla idarə rəhbərliyinə məruzə edilmiş və raportun icrası Polis İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis baş leytenantı Toğrul Məmmədova həvalə olunmuşdur. Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilməsi zərurəti yarandığından onun hüquqlarının müdaifə edilməsindən ötrü dövlət hesabına müdafiəçi təyin edilmişdir. Dəvət edilmiş müdafiəçi Təqsirləndirilən şəxs təqdim edildikdən sonra, sonuncu şübhəli şəxs qismində tutularaq şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə video çəkiliş vasitəsilə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış keçirilməmişdən əvvəl təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya olub-olmadığı soruşulmuş, əgər vardırsa həmin əşyaları könüllü təqdim etmək təklif olunmuşdur. Bu zaman Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən “Samsung A51” markalı mobil telefon, 1 ədəd 10 manatlıq və 2 ədəd 1 manatlıq pul əskinaslarını, əynində olan qara rəngli gödəkcənin sol iç cibindən içərisində açıq şəkildə, həmçinin 02 ədəd açıq qəhvəyi kağız kəsiyinə bükülmüş bükümdə yaşıl rəngli spesifik qoxuya malik olan ot kütləsi və 01 ədəd ağ rəngli kağız parçası olan şəffaf polietilen torbacığı təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, təqdim etdiyi şəffaf polietilen torbacığın içərisindəki maddələr narkotik vasitə olan qurudulmuş marixuanadır, o, həmin qurudulmuş marixuanı 24.08.2021-ci il tarixdə tanışı X3 həm öz istifadəsi, həm də satmaq məqsədilə almışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi içərisində yaşıl rəngli ot külləsi və 01 ədəd, ağ rəngli kağız parçası olan polietilen torbacıq təhqiqatçı tərəfindən ağ rəngli zərfə qoyularaq qablaşdırılmış, həmin zərfin üzəri onun və şəxsi axtarışda iştirak etmiş şəxslər tərəfindən imzalanmış və zərfin üzəri möhürlənmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışla əlaqədar təhqiqatçı tərəfindən protokol tərtib olunmuş, protokol onun və axtarışda iştirak etmiş digər şəxslər tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs nə saxlanılan vaxtı nə də ki, Nərimanov Rayon Polis İdarəsinin inzibati binasına gətirilən zaman hər hansı bir fiziki və psixi təsir göstərilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi məhkəmə-bioloji ekspertizasının 25 noyabr 2021-ci il tarixli 7/1213 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində "Azərbaycan Respublikası DİN Zərflər üçün №44” dairəvi möhür əksi”... iştirak etdi Təqsirləndirilən şəxs imza...” ş azı və imzalar olan zərfdə 1 ədəd şəffaf ölçülü polietilen torbacıqda təmiz çəkisi 7,898 qram və 2 ədəd kağız kəsiyi bükümdə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 0,567 qr və 0.324 qram bitki mənşəli kütlələr narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuananın ümumi çəkisi 8.789 qramdır.Təqdim edilmiş marixuanalar tərkibİərinə görə eynidir. Təqdim olunmuş 1 ədəd ağ kağız parçasının səthində narkotik vasitənin izləri yoxdur. Marixuanamn ümumi çəkisi - 8.789 qram, tədqiqata sərf edilən miqdar - 0,15 qram (hər bir obyektdən 0.05 qram olmaqla) qalıq 8,639 qram. (iş materialları vərəqə 35-38) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X22 verdiyi məhkəmə-ambulator psixiatrik ekspertizasının 11.12.2021-ci il tarixli 2947 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törədən zaman onda xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və sair psixi xəstəlik qeyd olunmayıb. Təqsirləndirilən şəxs hal-hazırda psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üçün əsas yoxdur. Təqsirləndirilən şəxs ictimai təhlükəli olan əməli törədən zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, yaxud onları idarə etmək qabiliyyətində olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. (iş vərəqə 188-190) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X20 Şəxsin verdiyi ambulator məcburi-narkoloji ekspertizasının 30.12.2021-ci il tarixli 5370 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydə alınması məsləhət görülür. (iş vərəqə 191-192) İş materiallarında olan 25.11.2021-ci il tarixli "Şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması haqqında" protokoldan görünür ki, şəxsi axtarış və götürmə başlamamışdan əvvəl 25.11.2021-ci il tarixdə saat 06:45 radələrində ünvan 5 ünvanın yaxınlığında Nərimanov RPİ-nin PPXB-nün əməkdaşları tərəfindən saxlanılaraq Nərimanov RPİ-nə gətirilmiş Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində dövriyyəsi qanunla qadağan olunmuş maddələr və əşyalar varsa könüllü olaraq təqdim etsin. Təqsirləndirilən şəxs üzərində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 (bir) ədəd qara rəngli ‘’Samsung A 51" markalı mobil telefon, 01 (bir) ədəd A43092560 saylı 10 AZN pul əskinası, 01 (bir) ədəd B 09505073 saylı 1 AZN pul əskinasını 01 (bir) ədəd B 23020558 saylı 1 AZN pul əskinasını üzərində olan qara rəngli gödəkçəsinin sol iç cibindən 01 (bir) ədəd şəffaf kiçik ölçülü sellofon torbanı təqdim etmişdir. Sellofan torbanın içərisinə keçirilən baxış zamanı həmin torbanın içərisindən spesifik qoxuya malik yaşıl rəngli ot şəkilli maddələr, içərisində spesifik qoxuya malik yaşıl rəngli ot şəkilli maddələr olan 02 ədəd açıq qəhvəyi rəngli kağıza bükülmüş büküm və üzərində yazılar 01 ədəd kiçik ölçülü ağ rəngli kağız parçası aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, təqdim etdiyi 01 (bir) ədəd şəffaf sellofon torbanın və torbanın içərisində olan 02 ədəd qəhvəyi rəngli kağız parçasına bükülmüş bükümün içərisindəki spesifik qoxuya malik yaşıl rəngli ot şəkilli maddələr narkotik vasitə olan marixuanadır və o, həmin marixuananı 24 noyabr 2021-ci il tarixdə günorta vaxtlarında yaşadığı evin yaxınlığında Əfsun adlı şəxsdən alaraq öz istifadəsi və satması üçün əynində olan qara rəngli gödəkçəsinin sol iç cibinə qoyaraq saxlamışdır. Təqsirləndirilən şəxs könüllü təqdim eldiyi, 01 (bir) ədəd şəffaf sellofon torbanın və həmin torbada olan 02 ədəd qəhvəyi rəngli kağıza bükülmüş bükümün içərisindəki spesifik qoxuya malik yaşıl rəngli ot şəkilli maddələr, kiçik ölçülü kağız parçası iş üçün əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi götürülərək tərəfimdən qablaşdırılmış və DİN-nin 44 nömrəli möhürü ilə möhürlənmişdir. Təqsirləndirilən şəxs könüllü təqdim etdiyi 01 (bir) ədəd qara rəngli "Samsung A 51" markalı mobil telefon 01 (bir) ədəd A43092560 saylı 10 AZN pul əskinası, 01 (bir) ədəd B ******* saylı 1 AZN pul əskinasın, 01 (bir) ədəd B 23020558 saylı 1 AZN pul əskinasını cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olmadığı üçün onun özünə qaytarılmışdır. (iş vərəqə 24-26) İş materiallarında olan Bakcell" MMC-dən Nərimanov RPİ-nİn İŞ-nə 10.01.2022-ci il tarixli BKC/LGL-47/22 nömrəli məktubla daxil olmuş Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı "xxxx" abonent nömrəsinə 24.06.2021-ci il tarixdən 24.11.2021-ci il tarixədək olan müddətdə daxil olan, çıxan və cavabsız zənglər, həmin zənglərin edildiyi nömrələrin sahiblərinin şəxsiyyətləri və ünvanları, daxil olmuş və göndərilmiş SMS-lərin mətnləri, qeyd olunan müddət ərzində həmin mobil telefon nömrələrin hansı əhatə dairələrinə düşməsi (CELL-İD) barədə məlumatların əks olunduğu CD diskə baxış keçirilərək protokol tərtib edilmişdir. Baxış zamanı müəyyən olunmuşdur ki, ***-***-**-** saylı abonent nömrəsi Təqsirləndirilən şəxs məxsusdur. Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-**saylı "Bakcell” abonent nömrəsinə çoxlu sayda zənglər və smslər daxil olmuş və çıxmışdır. Təqsirləndirilən şəxs qarşılıqlı əlaqə saxladığı nömrələrdən biri də ***-***-**-** abonent nömrəsi olmuşdur. CD diskin içərisində olan "Zənglərin_Məxsusluq_Tarixçələri **********3249 553918171_BKC" adlı fayla baxış zamanı müəyyən edilmişdir ki, ***- ***-**-** abonent nömrəsinin sahibi X9r. (iş vərəqə 153-155) İş materiallarında olan 05.02.2022-ci il tarixli “mobil telefon aparatına baxış keçirilməsi haqqında” protokoldan görünür ki, 25.11.2021-ci il tarixdə Nərimanov RPİ-də şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı aşkar edilmiş mobil telefon aparatına baxış keçirilən zaman müəyyən edilmişdir ki, 25 noyabr 2021-ci il tarixdə Nərimanov RPİ-də şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı aşkar edilmiş mobil telefon aparatının markası "Samsung Galaxy A 51"-dir. Həmin mobil telefon aparatının yaddaşında çoxlu sayda şəkil və videolar vardır. Həmin şəkillərin içərisində çoxlu sayda ödəniş qəbzlərinin, X21 Abbasovun adına olan "Kapital Bank”a məxsus plastik kartların və üzərində narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər maddə olan elektron tərəzinin fotoşəkilləri vardır. "Samsung Galaxy A51" markalı mobil telefon aparatının "Kontakt*’ bölümünə baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi ***-***-**-** saylı mobil nömrəsi "Kontakt" bölümündə "Efsun" kimi qeyd olunmuşdur. Həmin mobil telefon aparatında "WhatsApp" proqramı işlədilir. "WhatsApp" proqramında məlumatlara baxış zamanı müəyyən edilmişdir ki, söhbətlər bölümündə "Efsun" adlı kontakt ilə yazışmalar 19.10.2021-ci il tarixdən başlayır. 19.10.2021-ci il tarixdə saat 01:00-da Təqsirləndirilən şəxs "Whatsapp” proqramı vasitəsilə Əfsun adlı kontakta "X23" oğlunun adına olan "xxxx"a məxsus hesaba ödəmə terminalı vasitəsilə köçürülmüş 20 və 10 manatlıq pulların qəbzlərini göndərir. Növbəti mesaj 01:01-də yazalır. məzmunu “50 qaldı”. “Efsun” adlı kontakt isə 02:07-də "ok” cavabı yazır. Bundan başqa 02:09-da Təqsirləndirilən şəxs “Əfsun” adlı kontakta “Yetim liliye kanalda taldım senə”, "30 a", 02:10-da “Aye bu gun nə gun idi ekiyede kanal tapdım ama almadım", "He dedi yiqarsan”. Bundan sonra “Əfsun” adlı kontakt Təqsirləndirilən şəxs 02:10-da "he hesne”, "alma qaqa hesne qoy veziyetden çıxaq alib ikimizdə atatiq” mesajı yazır. 02:11-də Təqsirləndirilən şəxs "Əfsun” adlı kontakta “Tamam 50 qaldi”, "Narahat olma", "Əfsun adlı kontakt isə cavabında "nebilim yegin ehere qeder atarsan nese yoxsa bazar bağlanıb" mesajı yazır. Bundan sonra Təqsirləndirilən şəxs “Əfsun” adlı kontakta "10 isdemisem yatıramda))” "Baqladım” "Abyekti” cavabları yazır. 19.10.2021-ci il tarixdə Təqsirləndirilən şəxs "Əfsun” adlı kontakta "Yetim 30 dan lili olsa goturum" mesajı yazır. "Əfsun” adlı kontakt isə cavabında ”yoxe saba goturerik senol pul param yoxdu qaqa”, “gor alıinsa varisin gotur”. "15” “dik”, "gedirem”. “mellim gile”, "belke axsam sevindiridm seni”. "Əfsun” adlı kontakt növbəti səsli mesajında Təqsirləndirilən şəxs pul düzəltməsini, aynoyunun azaldığını, aynoyun götürməyə getdiyini bildirir. Təqsirləndirilən şəxs isə “Eki?” mesajı yazır, daha sonra isə "Əfsun” adlı kontaka "X23” oğlunun adına olan ödəmə terminalı vasitəsilə köçürülmüş 30 manatlıq pulunu qəbzini göndərir və “20 qaldi” mesajını yazır. Bundan başqa müxtəlif vaxtlar Təqsirləndirilən şəxs arasında dəfələrlə narkotik vasitələrin və salısı ilə bağlı vazışmalar olmuşdur. 22 novabr 2021-ci il tarixdə saat 22:53-də "Efsun” adlı kontakt Təqsirləndirilən şəxs üzərində qurudulmuş marixuanaya bənzər maddə olan elektron tərəzinin şəklini göndərərək, mesajlarında “besdi bir klok 8.6 senin” yazır. Təqsirləndirilən şəxs isə cavabında “Hə yerim indi dusdum” “Allah canivi saq eləsin” mesajları yazır. "Elsun" isə növbəti mesajında "sil bitun sekileri” sözünü yazır. X1 və "Efsun” adlı kontakt bir-bİrİlərini narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə bağlı səsli mesajlar göndərirlər. Təqsirləndirilən şəxs “Efsun” adlı şəxs arasında olan yazışmaların iş üçün əhəmiyyət kəsb edən bəzi hissələr “Screenshort” olunaraq "22” vərəqədə çıxarılaraq protokola əlavə edilmişdir. (iş vərəqə 161-184) İş materiallarında olan 24 fevral 2022-ci il tarixli “diskə baxış keçirilməsi barədə” protokoldan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı çəkilmiş videogörüntünün olduğu 01 ədəd CD-R formatlı diskə baxış keçirilən zaman diskin üzərində əlyazma ilə “Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə” sözləri yazılmışdır. "HP W2072a” kompyuter vasiləsilə diskdə olan video görüntüyə baxarkən müəyyən olundu ki, özünü Təqsirləndirilən şəxs kimi təqdim edən şəxsin üzərində müdafiəçisinin və polis əməkdaşlarının iştirakı ilə şəxsi axtarış aparılan zaman o təhqiqatçının təklifi ilə əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən özümə məxsus olan "Samsung A51” markalı mobil telefonu, 1 ədəd 10 manatlıq və 2 ədəd 1 manatlıq pul əskinaslarını, əynində olan qara rəngli gödəkcənin sol iç cibindən içərisində yaşıl rəngli ot kütləsi və kiçik ölçülü kağız parçası olan şəffaf polietilen torbacığı polis əməkdaşına təqdim etdim. Təqdim etdiyi şəffaf polietilen torbacığa polis əməkdaşları baxış keçirilən zaman içərisidən açıq şəkildə, həmçinin 02 ədəd açıq qəhvəyi kağız kəsiyinə bükülmüş bükümdə yaşıl rəngli ot kütlələri və ağ rəngli kağız parçası aşkar edilir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirir ki, təqdim etdiyi şəffaf polietilen torbacığın içərisindəki maddələr narkotik vasitə olan qurudulmuş marixuanadır, o həmin qurudulmuş marixuanı 24.08.2021-ci il tarixdə tanışı X3 həm özü istifadə etmək, həm də satmaq məqsədilə almışdır. (iş vərəqə 209) İş materiallarında olan 09.03.2022-ci il tarixli “bank məlumatlarına baxış keçirilməsi haqqında” protokoldan görünür ki, "xxxx" ASC-dən Nərimanov RPİ-nin İŞ-nə 02 mart 2022-ci il tarixli 157000/2-998 nömrəli məktubla daxil olmuş Təqsirləndirilən şəxs adına olan 6768 67** **** 8811 nömrəli plastik kart hesabından çıxarışa baxış zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs adına olan 6768 67** **** 8811 nömrəli plastik kart hesabına 10.02.2021-ci il tarixdən 22.11.2021-ci il tarixədək gündəlik mütəmadi olaraq pul mədaxilləri və pul köçürmələri olunmuşdur. (iş vərəqə 213-234) İş materiallarında olan 27.11.2021-ci il tarixli “fotoşəkil əsasında tanınmaya təqdim etmə haqqında” protokoldan görünür ki, cinayət işi üzrə X16 fotoşəkil əsasında Təqsirləndirilən şəxs tanınmaya təqdim edilmişdir. Tanınmalı olan fotoşəkil X10 məxsus olmaqla, şərti olaraq 3 rəqəmi işarələnib digər 3 fotoşəkil ilə tanıyan Təqsirləndirilən şəxs təqdim edildi və ona fotoşəkillərdəki şəxslərdən tanıya bildiyi şəxsi göstərmək, həmin şəxsi məhz hansı əlamətlərinə görə tanıdığını izah etmək təklif olunmuşdur.Tanıyan Təqsirləndirilən şəxs ona təqdim edilən fotoşəkilləri nəzərdən keçirdikdən sonra, sağ əliylə 3 rəqəmi ilə nömrələnmiş fotoşəkili göstərərək bildirmişdir ki, fotoşəkildə göstərdiyi şəxs tanışı olan və 25.11.2021-ci il tarixdə Nərimanov RPİ-də üzərinə keçirilən şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuananı ona satan şəxsdir. O, X11 üz quruluşundan tanıdığını bildirmişdir. (iş vərəqə 92-94) İş materiallarında olan 11.03.2022-ci il tarixli “təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti keçirilməsi zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuananı X3 ünvan 2 ünvanında yerləşən "Təfəkkür Universitetinin" qarşısında əldə etmişdir. (iş vərəqə 239-242) İş materiallarında olan 11.03.2022-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Əhmədli Abdulla Asif oğlunun üzərinə keçirilən axtarış zamanı çəkilmiş videogörüntülərin olduğu 01 ədəd CD-R formatlı disk iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və həmin disk saxlanılınası üçün cinayət işi materiallarına əlavə edilmişdir. 25 noyabr 2021-ci il tarixdə Nərimanov RPİ-də şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı aşkar edilmiş "Samsung Galaxy A51” markalı mobil telefon aparatı iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və həmin mobil telefon aparatı saxlanılması Nərimanov RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir. (iş vərəqə 243-255) İş materiallarında olan 11 mart 2022-ci il tarixli qərarla "Bakcell” MMC-dən Nərimanov RPİ-nin İŞ-nə 10 yanvar 2022-ci i! tarixli BKC/LGL-47/22 nömrəli məktubla daxil olmuş Təqsirləndirilən şəxs islifadəsində olan ***-***-**-** saylı "xxxx" abonent nömrəsinə 24.06.2021-ci il tarixdən 24.11.2021-ci il tarixədək olan müddətdə daxil olan, çıxan və cavabsız zənglər, həmin zənglərin edildiyi nömrələrin sahiblərinin şəxsiyyətləri və ünvanları, daxil olmuş və göndərilmiş SMS-lərin mətnləri, qeyd olunan müddət ərzində həmin mobil telefon nömrələrin hansı əhatə dairələrinə düşməsi (CELL-İD) barədə məlumatların əks olunduğu CD disk iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və həmin disk saxlanılması üçün cinayət işi materiallarına əlavə edilmişdir. (iş vərəqə 243-255) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli X2 13.12.2021-ci il tarixli 1/2195 saylı məktubundan və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatrik X15 Şəxsin 16.12.2021-ci il tarixli 1925 saylı mətubundan görünür ki, Təqsirləndirilən şəxs qeyd edilən xəstəxanalarda müalicə olunmayıb. (iş vərəqə 142-143) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X20 Şəxsinin 22.12.2021-ci il tarixli 19/51-14763 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs qeyd edilən xəstəxanada müalicə olunmayıb və qeydiyyatda yoxdur. (iş materialları vərəqə 146) Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı araşdırılmış sübutların məcmusuna əsaslanıb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs yuxarıda təsvir edilmiş cinayət əməlini törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin hüquqi tövsifinə gəlincə, məhkəmə belə hesab edir ki, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekurslarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanunun izah tələbləri baxımından da əsaslı hesab edir. Belə ki, həmin Qanuna əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (mad.1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad.1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad.1.0.8) hesab edilir. Bundan əlavə, həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər – narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekurslarının dövriyyəsi haqqında” 04.03.2011-ci il tarixli Qərarının 9-cu abzasında izah edilir ki, “narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitələrin çəkilib xırda bağlamalara bükülməsi və işin digər halları nəzərə alınmalıdır”. X18 11-ci bəndinin 2-ci abzasına əsasən, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. X18 11-ci bəndinin 3-cü abzasına əsasən, CM-in 234.2 və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd olunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekurslarının dövriyyəsi haqqında” 04.03.2011-ci il tarixli qərarında izah edilir ki, “narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitələrin çəkilib xırda bağlamalara bükülməsi və işin digər halları nəzərə alınmalıdır”. Təqsirləndirilən şəxs oğlundan götürülmüş şəffaf polietilen torbacıqdan açıq şəkildə olmaqla 7.898 qram və 02 ədəd açıq qəhvəyi rəngli kağız kəsiyinə bükülmüş büküm şəklində ayrı-ayrılıqda təmiz çəkisi 0,567 və 0,234 qram olmaqla - ümumi təmiz çəkisi 8.789 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına uyğunluq təşkil edir, digər tərəfdən, narkotikin bir yerdən başqa yerə daşınması də təsdiq edir ki, o, qeyd olunan miqdarda olan narkotik vasitəni qanunsuz olaraq məhz satış məqsədi ilə əldə edib özündə saxlamış və daşımışdır. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə təqsirli bilinərək cəzalandırılmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən verilmiş 10.12.2021ci il tarixli tələbnamədən görünür ki, X17 əvvəllər məhkum olunmamışdır. (iş vərəqə 128) İş materiallarında olan Zəngilan rayon İcra Hakimiyyəti başçısının Zəngilan şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 24.12.2021-ci il tarixli 951 saylı mətubundan görünür ki, Zəngilan rayonu, Zəngilan şəhəri, C.Cabbarlı küçəsi, ev 29-da qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yerləşən Dəmin yol yataqxanasında yaşayan Təqsirləndirilən şəxs ailə tərkibi atası X13 və bacısı X4 ibarətdir və yaşadığı yer üzrə müsbət xarakterizə olunur. (iş vərəqə 142-144) İş materiallarında olan AR Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin Bakı şəhəri Nərimanov rayon sektorunun 04.05.2022-ci il tarixli arayışından görünür ki, Əhmədli X8 rayonundan məcburi köçkündür. İş materiallarında olan AR Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin 06.07.2017ci il tarixli çıxarışından görünür ki, Təqsirləndirilən şəxs atası X6 “sidik kisəsinin xərçəngi” diaqnozu qoyulmuşdur. İş materiallarında olan AR Səhiyyə Nazirliyi “ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, Təqsirləndirilən şəxs anası X7 vəfat etmişdir. Məhkəmə AR CM-in 59-cu maddəsini rəhbər tutaraq, Təqsirləndirilən şəxs yaşadığı ərazi dairəsi üzrə müsbət xarakterizə olunmasını, əməlini səmimi etiraf edərək peşmançılıq çəkməsini, məcburi köçkün olmasını, anasının vəfat etməsini və xəstə atasının onun qayğısına ehtiyacının olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır və cəzasını ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. İş materiallarında olan 25.11.2021-ci il tarixli “cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında” protokoldan və Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 26.11.2021-ci il tarixli 4(005)-1248/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 25 noyabr 2021-ci il tarixdən hesablanmışdır. (iş vərəqə 17-18, 84-89) Odur ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu 25 noyabr 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X20 Şəxsin 30.12.2021-ci il tarixli 5370 nömrəli rəyinə əsasən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsi ilə narkomaniyadan müalicə üçün tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlakları müəyyən edilmədiyindən, onun barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq işi üzrə aparılmış ekspertiza xərcinin dəyərini təşkil edən 88, 70 (səksən səkkiz manat yetmiş qəpik) manat pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. İş üzrə maddi sübutlar – Nərimanov RPİ-nin maddi sübutların saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 8,789 qram olan çətənə (kənnabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın aparılmış tədqiqatlardan sonra qalıq qalmış hissəsi 8.639 qram narkotik vasitə qurudulmuş marixuana və üzərindən aşkar edilmiş torbacıqda olan kağız parçası hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs məxsus "Samsung Galaxy A51” markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra onun yaxın qohumlarına qaytarılmalı, Əhmədli Abdulla Asif oğlunun üzərinə keçirilən axtarış zamanı çəkilmiş videogörüntülərin olduğu 01 ədəd CD-R formatlı disk və "xxxx" MMC-nin 10 yanvar 2022-ci il tarixli BKC/LGL-47/22 nömrəli məktubla daxil olmuş (CELL-İD) barədə məlumatların əks olunduğu CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmədə Əhmədli Abdulla Asif oğlunun müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Müdafiəçi Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci tarixli qərarına və həmin qərara (sonrakı dəyişikliklərə və əlavələrə) əsasən təqsirləndirilən şəxsə göstərilmiş 20 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 2 saylı Vəkil Bürosunun hesabına 120 manat miqdarında pul ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345-347, 349, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 05 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 25 noyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan müalicə üçün tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübutlar – Nərimanov RPİ-nin maddi sübutların saxlanc yerində saxlanılan qalıq çəkisi 8,639 qram olan narkotik vasitə qurudulmuş marixuana və torbacıqda olan kağız parçası hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Nərimanov RPİ-nin maddi sübutların saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs məxsus "Samsung Galaxy A51” markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra onun yaxın qohumlarına qaytarılsın, 01 ədəd CD-R formatlı disk və 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərcləri – cinayət işi üzrə aparılmış ekspertiza xərcinin dəyərini təşkil edən 88,70 (səksən səkkiz manat yetmiş qəpik) manat pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Məhkəmədə Əhmədli Abdulla Asif oğlunun müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Müdafiəçi təqsirləndirilən şəxsə göstərilmiş 20 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 2 saylı Vəkil Bürosunun hesabına 120 manat miqdarında pul ödənilsin. Hökmdən 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün ona verildiyi andan 20 (iyirmi) gün müddətində verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Əhməd Quliyev hakimlər: : Azər Paşayev İradə Həsənzadə
Məhkəmə qərarları › İş №1(101)-917/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-917/2022
13.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver