Məhkəmə qərarları › İş №1(101)-917/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-917/2023

19.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-917/2023 19.04.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məcidov Azad Əli Ağa oğlunun sədrliyi, hakimlər Məmmədzadə Səbinə Adil qızı və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X19, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri “Yusif Allahverdiyev və partnyorları” vəkil bürosunun vəkili – Müdafiəçi, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 nümayəndəsi – Bakı şəhəri 19 saylı vəkil bürosunun vəkili Nümayəndə, tərcüməçilər X14 və X2 iştirakları ilə, xx xxxxx 1965-ci il tarixdə Rusiya Federasiyası, Rostov vilayəti, Novoşaxtinski şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, əvvəllər Əzizbəyov Rayon Məhkəməsinin 11 aprel 2005-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 03 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş; Binəqədi Rayon Məhkəməsinin 12 may 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 01 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilmiş, «X33 LLC» MMC-nin təsisçisi və direktoru olmuş, Bakı şəhəri, Nizami rayonu, “Nizami RPİ-nin inzibati binası”, Şahin Mirzəyev küçəsi ev 71-də qeydiyyatda olmaqla, Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal küçəsi 4, mənzil 59-da yaşamış barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 320.1 və 320.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında hüquq verən rəsmi sənədləri istifadə etmək məqsədi ilə saxtalaşdırmaqla qanunsuz hazırlayıb bilə-bilə saxta sənədlərdən istifadə etmiş, qabaqcadan əlbir olan bir qrup şəxs halında öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib külli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs hüquq verən rəsmi sənədləri saxtalaşdırmaqla qanunsuz hazırlayıb bilə-bilə həmin saxta sənədlərdən istifadə etməklə etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək barədə qeyrisi ilə razılaşıb cinayət əlaqəsinə girməklə qabaqcadan əlbir olan bir qrup şəxs halında,o, 2021-ci ilin mart-aprel aylarında “X33 LLC” Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi və direktoru olduğu halda öz qulluq mövqeyindən istifadə edərək Zərərçəkmiş şəxs1 özünü uzun müddət tikinti sahəsində çalışan etibarlı iş adamı kimi təqdim edib faktiki olaraq özünə və rəhbərlik etdiyi cəmiyyətə heç bir aidiyyəti olmayan "xxxx" Mənzil-Tikinti Kooperativi tərəfindən Bakı şəhəri, Səbail rayonu, Xanlar küçəsi 117 ünvanında tikintisi həyata keçirilən 18 mərtəbəli “PANORAMA BAYİL” yaşayış kompleksinin guya özünün təsisçisi və direktoru olduğu “X33 LLC" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən inşa edildiyini yalandan bildirərək, həmin yaşayış kompleksinin “A” blokunun 6-cı mərtəbəsində yerləşən 178,07 kvadrat metr sahəsi olan 4 otaqlı mənzili sərfəli şərtlərlə, yəni, ümumi satış qiymətindən aşağı qiymətə satacağına dair yalan vəd verib aldadaraq, həqiqi niyyətini gizlədib qarşı tərəfi tam inandırmaqla cinayətkar məqsədinə nail olmaq üçün cinayətkar qrupun digər üzvü ilə birlikdə naməlum vaxtda, yerdə və şəraitdə “X33 LLC’ Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən qeyd olunan 178,07 kvadrat metr sahəyə malik dörd otaqlı mənzilin Zərərçəkmiş şəxs1 satılmasına dair hüquq verən rəsmi sənəd hesab edilən 05 aprel 2021-ci il tarixli, PB 27/21-A44 nömrəli “mənzilin alqı-satqı müqaviləsi"ni, Zərərçəkmiş şəxs1 tərəfindən mənzilin 391.754 manat dəyərinin tam ödənilməsi və “X33 LLC” Məhdud Məsuliyyətli Cəmiyyətinə borcunun olmamasına dair hüquq verən rəsmi sənəd hesab edilən 05 aprel 2021-ci il tarixli, PB27/21-A44/MA/039 nömrəli “maliyyə arayışını tərtib edib “X33 LLC” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru kimi öz imzası və cəmiyyətin möhürü ilə təsdiq etməklə istifadə etmək məqsədi ilə saxtalaşdırmaqla qanunsuz hazırlamış və 05 aprel 2021-ci il tarixdə o, ünvan 1 ünvanında yerləşən yaşayış evinin qarşısında saxta “mənzilin alqı-satqı müqaviləsini və saxta maliyyə arayışını Zərərçəkmiş şəxs1 təqdim edərək bilə-bilə saxta sənədlərdən istifadə etməklə sonuncunu inandırıb əvəzində mənzilin dəyəri adı ilə 391.754 manat pulu qabaqcadan əlbir olan bir qrup şəxs halında öz qulluq mövqeyindən istifadə edərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs1 alıb qrupun digr üzvü ilə birgə ələ keçirərək, Zərərçəkmiş şəxs1 külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs yenidən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək barədə qeyrisi ilə razılaşıb cinayət əlaqəsinə girməklə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə Təqsirləndirilən şəxs 2021-ci ilin aprel ayının əvvəllərində “X33 LLC” Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi və direktoru olduğu halda öz qulluq mövqeyindən istifadə edərək Zərərçəkmiş şəxs1 vasitəsilə tanış olduğu sonuncunun bacanağı Zərərçəkmiş şəxs2 özünü uzun müddət tikinti sahəsində çalışan etibarlı iş adamı kimi təqdim edib faktiki olaraq özünə və rəhbərlik etdiyi cəmiyyətə heç bir aidiyyəti olmayan "MAHAL” Mənzil-Tikinti Kooperativi tərəfindən Bakı şəhəri, Səbail rayonu, Xanlar küçəsi 117 ünvanında tikintisi həyata keçirilən 18 mərtəbəli “PANORAMA BAYİL” yaşayış kompleksinin guya özünün təsisçisi və direktoru olduğu “X33 LLC” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən inşa edildiyini yalandan bildirərək, həmin yaşayış kompleksində yerləşən 80 kvadrat metr sahəyə malik dəniz mənzərəli iki otaqlı mənzili sərfəli şərtlərlə, yəni, ümumi satış qiymətindən aşağı qiymətə satacağına dair yalan vəd verib aldadaraq, 09 aprel 2021-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, X40 küçəsi ev 79, mənzil 2 ünvanında Zərərçəkmiş şəxs2lə görüşərkən həqiqi niyyətini gizlədib qarşı tərəfi tam inandırmaqla cinayətkar məqsədinə nail olmaq üçün pulu aldıqdan sonra yaxın günlərdə müvafiq sənədləşdirmə aparmaqla “mənzilin alqı-satqı müqaviləsi”ni və “maliyyə arayışı”nı təqdim edəcəyini yalandan bildirib mənzilin dəyəri adı ilə həmin dövrün məzənnəsi ilə 170.000 manat təşkil edən 100.000 ABŞ dolları məbləğində pulu qabaqcadan əlbir olan bir qrup şəxs halında öz qulluq mövqeyindən istifadə edərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs2 alıb qrupun digər üzvü ilə birgə ələ keçirərək, Zərərçəkmiş şəxs2 külli miqdarda maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, təxminən 2002-ci ildən tikinti işləri ilə məşğuldur. Bakı şəhərinin bir çox ərazilərində ayrı-ayrı yaşayış binalarını şərikli olaraq tikmişdir. 2018-ci ildə "X33 LLC" MMC-ni təsis etmişdir. Tutulan vaxta kimi həmin MMC-nin direktoru vəzifəsində işləmişdir. O, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 Şahid1 X15 vasitəsilə tanımışdır. O, əvvəlcə Tahirin müavini işləyən Yaşarı tanımışdır. Bundan sonra isə Yaşarın vasitəsilə Zərərçəkmiş şəxs1 və onun bacanağı Zərərçəkmiş şəxs2 tanımışdır. Yusufov Tahirlə onların şərikli işləri, layihəri olmuşdur. O, Tahirlə ünvan 3 ünvanında Raqif və Emin adlı şəxslərlə ortaq yerlərində bina tikmək istəmişlər. Lakin, bunun üçün yer olsa da pul olmamışdır. Həmin yerə dair hər hansı bir sənədlər olmamışdır. Əgər pul olarsa həmin yeri alıb orada bina tikməyi planlamışlar. 2021-ci ilin yanvar ayında Tahir rəhmətə getdikdən sonra Yaşar onu Tahir müəllimin qudası olan Zərərçəkmiş şəxs1 ilə görüşdürmüşdür. Zərərçəkmiş şəxs1 Azərbaycan Respublikası Gömrük Komitəsinin generalıdır. Vəzir müəllim ona söz vermişdir ki, həmin binanın inşa edilməsi üçün ona "xxxx" ASC-dən 10.000.000 avro kredit verilməsinə kömək edəcək. O, şərikli olduğu yerdə şərikləri ilə birlikdə bina tikib bankın kreditini ödəyəcəkmiş. Vəzir müəllim bununla bağlı əlaqələrindən istifadə edəcəyini demişdir. O, Vəzirə inanmışdır. Bunun müqabilində 05 aprel 2021-ci il tarixdə Vəzir müəllimə Sumqayıt şəhərindəki ofisində rəhbərlik etdiyi şirkət adından inşa ediləcək faktiki olaraq olmayan yerdəki binanın A blokunda 6-cı mərtəbədə 4 otaqlı 178.00 m2 sahəsi olan 391.754 manat dəyərində mənzili pay verməyi barədə müqaviləni və şirkətə heç bir borcu olmadığı barədə maliyyə arayışını özü tərtib edərək Vəzirə vermişdir. Bu sənədin müqabilində Vəzir müəllim ona heç bir ödəniş etməmişdir. O, bu mənzili Vəzir müəllimə ona görə vermişdir ki, Vəzir ona məxsus bina inşa etmək üçün ona bankdan kredit düzəltməyə kömək etsin, o da həmin pullarla bina inşa edib sataraq kredit borcunu ödəsin. Həmin binada o, Raqif və Eminlə ortaq olmalıymış. Bu hadisələrdən Raqif və Eminin də məlumatları olmuşdur. Raqif Eminin dostudur. Raqifin barəsində heç bir məlumatı yoxdur. Raqifi görməmişdir. O, Vəzir müəllimdən 100.000 ABŞ dollarını borca 2021-ci ilin aprel ayında almışdır. Bu hadisə Sumqayıt şəhərində baş vermişdir. Onların Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsində bina inşa etmək istədikləri yerdə hazırda heç bir bina tikilməmişdir. Həmin yer qeyri-rəsmi onlara məxsusdur. Bütün sənədlər Yusufov Emindədir. Belə bir bina yoxdur. Binanın yalnız inşa etmək istədikləri yeri vardır. O, sadəcə olaraq bu MMC-ni yaratmışdır. Sənədi Eminlə hazırlamışlar, imza edərək MMC-nin möhürü ilə möhürləmişlər. Sənədin heç bir hüquqi əsası yoxdur. Heç bir yerdə qeydiyyatdan keçməmişdir. Bunları onun üçün şərikli iş görmək istədiyi X24 tərtib etmişdir. O, müqavilə və ona əlavə edilmiş maliyyə arayışını imza edib möhürləmişdir. Təsis etdiyi "X33 LLC" MMC-nin möhürü və sənədləri Emindədir. Buna görə istintaqa təqdim edə bilməmişdir. Vəzir müəllimə verdiyi müqavilədə olan imza və möhür həqiqidir. Müqavilədə olan məlumatlar həqiqəti əks etdirmir. Emin hazırda Rusiya Federasiyasının Moskva şəhərində yaşayır. Bildiyinə görə Eminin barəsində vergi cinayətləri ilə cinayət işi başlanmışdır. Emin axtarışdadır. Həmin mənzil üçün Zərərçəkmiş şəxs1 391.754 manat pul almamışdır. Həmin mənzili Vəzir müəllimə pay olaraq vermişdir. Zərərçəkmiş şəxs2 sonradan tanımışdır. Belə ki, Zərərçəkmiş şəxs2 2021-ci ilin aprel ayının 9-da axşam saatlarında Bakı şəhəri, Səbail rayonu, Xanlar küçəsi 117 ünvanında inşa ediləcək 18 mərtəbəli «PANORAMA BAYİL» yaşayış kompleksində 2 otaqlı 80 m2 yaxın mənzil satacağına dair yalan vəd verməyi həqiqəti əks etdirmir. Zərərçəkmiş şəxs2 100.000 ABŞ dolları pul almamışdır. O, yalnız Zərərçəkmiş şəxs1 100.000 ABŞ dolları pul almışdır. Həmin pulu Eminə vermişdir ki, gedib Rusiyada pul götürməyi üçün işlər görsün. Vəzir müəllimə müqavilədəki verdiyi ev bina tikiləndən sonra ona verilməli imiş. X24 şərikdir. Raqifin anket məlumatlarını bilmir. Raqif haqqında məlumatları Emin bilir. 100.000 ABŞ dollarını ona şəxsən Zərərçəkmiş şəxs1 öz otağında vermişdir. O da Vəzirə müqaviləni pay kimi vermişdir. Lakin sonradan Vəzir müəllim onlara kredit verilməsini təşkil etmədiyinə görə işləri alınmamış, bu zaman İnqilab ilə borc müqaviləsi yazdırmışdır ki, əlində sənəd olsun. O şəxsən Eminə 150.000 ABŞ dolları vermişdir. Emin onu aldadaraq həmin pulları ələ keçirmiş və Bakı şəhərinə qayıtmamışdır. Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs bildirmişdir ki, o, istintaq zamanı 3 dəfə ifadə vermişdir. İfadə verərkən yanında tərcüməçi olmuşdur. Vəzirlə 15 dəfə görüşüb pulu 1 dəfəyə almışdır. Ona 100 min dollar borc verilmişdir. O, krediti alandan sonra da başqa işlər görəcəkmiş. Bütün sənədlər Moskvadan gəlmişdir. Pul Moskvadan gəlməli imiş. O, krediti binanı tikmək üçün götürmüşdür. Onlar binanı Bayılda tikəcəkmişlər. Torpaq sahəsi "xxxx" MTK-nın adınadır. Onların müqaviləsi var. Müqavilə üzrə ondan başqa 2 şərik də var. Maliyyə arayışı yazmağı ən böyük səhvidir. O, İnqilaba binanın yerini göstərməmişdir. 100.000 manatı Emin gətirməli imiş. O, əvvəllər notariusda İnqilabdan pul götürmüşdür. İkinci dəfə kabinetdə İnqilab pul vermiş və onlar notariusa getmişlər. Vəzir əvəllər Sumqayıtda gömrüyün rəisi işləmişdir. O, Vəzirə pulu 1 il bundan qabaq 2021-ci ilin aprel ayında öz kabinetində vermişdir. O,“Paşa” Bank-a gəlmişdir. Bankda demişlər ki, ona kredit ayıra bilmirlər. O bunu rəsmi qaydada bildirmələrini tələb etmişdir. “Paşa” Bankdan ona hər hansısa bir məktub vermişlər. Bununla da məsələ bağlanmış və o söz vermişdir ki, bütün xərcləri özü ödəyəcək. Emin AR CM-nin 213-cü maddəsi ilə axtarışdadır. Elan olunmuş cinayıt işinin 2-ci cild 12-13-cü vərəqələrində olan mənzilin alqı-satqı müvqailəsinə və müqavilədə olan imzaya əsasən Təqsirləndirilən şəxs bildirmişdir ki, imza ona məxsusdur. Həmin müqavilələri o hazırlamışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, əvvəllər Təqsirləndirilən şəxs tanımırmış. 2021-ci ilin təxminən mart ayında tanışı Şahid1 vasitəsilə özünü "X33 LLC" MMC-nin direktoru kimi təqdim etmiş Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Yaşar Vladimirlə birlikdə onun evinə gəlmişdir.Yaşar ona Vladimiri tikinti işləri ilə məşğul olan binalar tikən şəxs kimi tanıtmışdır. Yaşar və Vladimir ona çox sərfəli qiymətə evlər satdığını demişlər. O konkret qiymət soruşduqda, demişlər ki, hazırda Səbail rayonunda yerləşən binadakı evlər baha olsa da, məhz ona 2200 manata satacaqlar. Onlar Vladimirlə razılaşmışlar. Onun X23 rayonunda yaşadığından, o, İnqilabdan bu barədə soruşmuşdur. X23 rayonunda qeyd edilən ərazidə binaların yaxşı, keyfiyyətli olduqlarını, həmin mənzili 2200 manat almağın sərfəli olduğunu demişdir. O, adətən tikinti şirkətlərinin mənzili fundamentlə aşağı qiymətə satdıqlarını, sonradan qiymətləri yüksəltdiklərini yaxşı bilir. Onlar bu haqda da Vladimirlə danışmışlar. Həmin ərazidə bir bina var imiş və tikintisi yarımçıq imiş. Bacanağı İnqilab da gedib həmin binaya baxmış, bina doğurdan da tikilirmiş. Həmin binadan mənzil almaq qərarına gəlmişdir. O və İnqilab birlikdə həmin binanın yerləşdiyi ərazini təxmini nəzərdən keçirmişlər. Həmin ərazi şəhərin mərkəzi hesab edildiyindən, qərarlarını qətiləşdirmişlər. Bundan sonra mənzil almaq istədiyini telefon vasitəsilə Vladimirə bildirmişdir. Vladmirlə telefonda razılığa gəlmişlər. Vladimir birdəfəlik müqaviləni də hazırlayaraq gətirəcəyini bildirmişdir. O, 05 aprel 2021-ci ildə səhər saatlarında Vladimirlə yaşadığı ünvan 1 ünvanında yerləşən evin qarşısında görüşmüşdür. Orada o, Vladimirə Bakı şəhəri, Səbail rayonu, Xanlar küçəsi 117 ünvanında inşa etdiyini bildirdiyi 18 mərtəbəli «Panorama Bayıl» yaşayış kompleksinin «A» blokunda, 6-cı mərtəbəsindəki 4 otaqlı ümumi sahəsi 178.07 m2 olan mənzilin dəyərinə görə 391.754 manat pul vermişdir. Özünü "X33 LLC" MMC-nin direktoru kimi təqdim etmiş Təqsirləndirilən şəxs bu barədə müqavilə və həmçinin MMC-yə heç bir borcun olmaması barədə maliyyə arayışını ona təqdim etmişdir. Bundan sonra isə onlar danışıb sağollaşmışlar. O sənədi oxumuş və mənzili almaq üçün 391.754 manat pulu Vladimirə vermişdir. O sonra bacanağı İnqilaba da Vladimirin təklif etdiyi binadakı evlərdən almağı məsləhət görmüşdür. İnqilab da həmin binada ev almaq istədiyini bildirmişdir. O, Vladimirin telefon nömrəsini İnqilaba vermişdir ki, Vladimirlə əlaqə saxlasın, sərfəli şərtlərlə ev təklif edən şəxsdən ev alsın. Bundan sonra İnqilab Vladimirlə əlaqə saxlayıb onun bacanağı kimi özünü təqdim etmiş, ona satdığı şərtlərlə həmin binadan dənizə baxan mənzillərdən 2 otaqlı mənzil satmasını Vladimirdən xahiş etmişdir. Telefonda Vladimir məsləhətli 2 otaqlı 80 m2-ə yaxın mənzil olduğunu, İnqilaba həmin mənzili 100.000 ABŞ dollarına sata biləcəyini demişdir. İnqilab həmin şəxsin təklif etdiyi mənzilin 1 m2 sahəsinin təxminən 2.200 manata düşdüyünü hesablamış və telefonda razılaşmışdır. Bundan sonra İnqilab ona Vladimirlə razıİaşdıqlarını və 2 otaqlı mənzil alacağını demişdir. İnqilab həmin günün məzənnəsi ilə 170.000 manat təşkil edən 100.000 ABŞ dolları pul vermişdir. Vladimir İnqilaba maliyyə-arayışı verməmişdir. Vladimir İnqilaba maliyyə-arayışını 2-3 gün ərzində verəcəyini demişdir. Lakin, 2-3 gün deyilsə də uzun müddət keçmiş və İnqilab hələ də Vladimirdən maliyyə-arayışını ala bilməmişdir. O və İnqilab Vladimirin onları aldatdığını düşünməyə başlamışlar. O və İnqilab həmin əraziyə gedib sorağlaşmışlar və müəyyən etmişlər ki, Vladimirin dediyi ünvanda bina yox imiş, sadəcə o yaxınlıqda bina tikilirmiş. Lakin həmin binalar nə Vladimirə məxsus imiş, nə də Vladimir həmin binaları tikən şəxslərlə şərik imiş. Ümumiyyətlə həmin binanı tikən şəxslər Vladimr adlı şəxsi tanımırmışlar. Sonra Vladimir onlara “Emin”, “Raqib” ya “Raqif” adlı şəxslərin adlarını çəkib onlarla şərik olduğunu, öz adının hallanmasını istəmədiyini demişdir. Lakin, həmin şəxslər etiraz edib Vladimiri heç tanımadıqlarını, şərik olmadıqlarını demişlər. Getdikcə müddət uzanmağa başlamışdır. Vladimir isə vaxt qazanmaq üçün hər dəfə bir bəhanə gətirirmiş. Belə ki, Vladimir bir qadını onlarla tanış edib guya qadının onun bacısı olduğunu və ona zamin duracağını demişdir. O həmin qadına Vladimirlə olan hər şeyi danışdıqdan sonra qadın çəkinmiş və bu işi boynuna götürməmiş, Vladimirin cavabdehlik daşıdığını deyib boyun qaçırmışdır. Vladimir layihələri olduğunu, tikinti işləri apardığını, Lənkəranda sonra isə müxtəlif yerlərdə tikinti işləri apardığını deyib hər dəfə vaxt istəyirmiş. Vladimir Şahalı adlı bir oğlanı yanlarına gətirmişdir. Şahalı Vladimirə zamin durduğunu, məsələnin həll olunacağını demişdir. Hətta demişdir ki, məsələ həll olunmazsa Vladimiri özü onların yanına gətirəcək. Bu söhbətdən sonra. Şahalı da, Vladimir də yayınmağa başlamışdır. Sonuncu dəfə Vladimir oğlu ilə yanlarına gəlmişdir. O da Vladimirin oğluna atasının onlara etdiklərini, saxta sənəd verdiyini demişdir. Oğlunun yanında Vladimir konkret tarix deyərək həmin gün pulu gətirəcəyini demişdir.. Lakin, yenə də pul verilmədiyindən, o, məcbur qalıb bu işin məhkəmə qaydasında həll olunmasını istəmişdir. O Təqsirləndirilən şəxs ona dəymiş maddi ziyan 391.754 manat pulu tələb edir. Proses iştirakçılarının suallarını cavablandıraraq Zərərçəkmiş şəxs1 bildirmişdir ki, 391.754 manat pul ona məxsusdur və onun tərəfindən 4 otaqlı mənzilə görə Vladimirə verilmişdir. Bacanağı 2 otaqlı mənzil üçün Vladimirə ayrıca pul vermişdir. O, və bacanağı birlikdə 560.000-ə yaxın məbləğdə Vladimirə pul vermişlər. O, 391.754 manat pulu Vladimirə paket formasında yaşadığı Nərimanov rayonu, Yaşar Hüseynov küçəsi 46 ünvanında vermişdir. Şahid1 onu Vladimirlə tanış etmiş, sadəcə vasitəçi olmuşdur. Onun fikrincə Vladimir Yaşarı da aldatmışdır. Dediklərinə görə X30 vasitəsilə tanımışdır. O, Vladimirə pul verəndə Yaşar yanlarında olmamışdır. Amma İnqilab pul verəndə Yaşar onların yanında olmuşdur. Nə “Paşa” Bankdan kredit götürülməsi, nə onun şərik olmağı hamısı yalandır. Sadəcə Vladimir yayınır. Vladimirin məqsədi onları aldatmaq imiş. Onun Vladimirlə iş birliyi, biznes planı qətiyyən olmamış, tamamilə yalandır. 100.000 dollar onun pulu deyil, İnqilaba aiddir. İnqilabın pul verməsində iştirak da etməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 onun bacanağıdır. Zərərçəkmiş şəxs1 2021ci ilin təxminən mart ayında tanışı Şahid1 vasitəsilə özünü onlara "X33 LLC" MMC-nin direktoru kimi təqdim etmiş ünvan 4 ünvanında yerləşən inzibati binada qeydiyyatda olmaqla, faktiki olaraq Bakı şəhəri, Nəsimi rayonu, 20 yanvar küçəsi, 32 nömrəli evin 71 nömrəli mənzilində yaşayan Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Tanışlıq əsnasında Vladimir Vəzirə ünvan 3 ünvanında 18 mərtəbəli "Panorama Bayıl" yaşayış kompleksində inşa işlərinə başladığını, sərfəli şərtlərlə ona yeni inşa ediləcək binada 1 m2 sahəsini 2200 manatdan olmaqla mənzil satmağı təklif etmişdir. Bundan sonra Vəzir bu barədə ona danışmışdır. Onlar birlikdə həmin binanın yerləşəcəyi ərazini təxmini nəzərdən keçirərək həmin ərazinin şəhərin mərkəzi olmasını nəzərə alaraq həmin binadan mənzil almaq qərarına gəlmişlər. Vəzir 05 aprel 2021-ci ildə səhər saatlarında Vladimirlə ünvan 1 ünvanında yerləşən evinin qarşısında görüşmüşdür. Vəzir orada Vladimirə Bakı şəhəri, Səbail rayonu, Xanlar küçəsi 117 ünvanında inşa edilən 18 mərtəbəli «Panorama Bayıl» yaşayış kompleksinin «A» blokunda, 6-cı mərtəbəsindəki 4 otaqlı ümumi sahəsi 178.07 m2 olan mənzilin dəyərinə görə 391.754 manat pul ödəniş etmişdir. Həmin gün özünü "X33 LLC" MMC-nin direktoru kimi təqdim etmiş Təqsirləndirilən şəxs bu barədə müqavilə və heç bir borcu olmaması barədə maliyyə arayışını bacanağı Vəzirə təqdim etmişdir. Vəzir həmin gün bu barədə ona danışmışdır. O da həmin binadan ev almaq istədiyini demişdir. Vəzir ona Vladimirin telefon nömrəsini vermiş və o Vladimirə zəng edərək Vəzirə saydığı şərtlərlə həmin binadan dənizə baxan mənzillərdən 2 otaqlı mənzil almaq istədiyini bildirmişdir. Telefonda Vladimir məsləhətli 2 otaqlı 80 m2 yaxın mənzil olduğunu, ona həmin mənzili 100.000 ABŞ dollarına sata biləcəyini demişdir. O, hesablamışdır ki, həmin şəxsin ona təklif etdiyi mənzilin 1 kvadratmetr sahəsi təxminən 2200 manata düşür. Bu səbəbdən razılaşmışdır. 2021-ci ilin aprel ayının 9-da axşam saatlarında Bakı şəhəri, Nərimanov rayonu, X40 küçəsi, ev 79, mənzil 2 ünvanında Şahid1 şahidliyi ilə Vladimirlə görüşmüşdür. Vladimirə həmin günün məzənnəsi ilə 170.000 manat təşkil edən 100.000 ABŞ dolları pul vermişdir. Vladimir söz vermişdir ki, 1-2 günə müqaviləni hazırlayıb çatdıracaqdır. Həmin gündən bir gün sonra o maraq üçün həmin yerə getmişdir. Orada həqiqətən də yeni bina inşa edilməkdə imiş. Ona təxmini deyilən yerdə bina ilə maraqlanmışdır. Vladimir adlı şəxsin orada olmadığı barədə məlumatlar almışdır. Bu vəziyyət onda bir şübhə doğurmuşdur. Bu barədə Vəzirə də bildirmişdir. Daha sonra Vladimir onlardan yayınmağa, verəcəyi müqaviləni gecikdirməyə başlamışdır. Sonra isə ümumiyyətlə onlardan gizlənmişdir. Ayrı-ayrı bəhanələr uydurmuşdur ki, guya binada kimləsə şərikdir, həmin şəxsin adının orada hallanmasını istəmir. Bu kimi yalanları ilə Vladimir müddət qazanmışdır. Sonradan öyrənmişlər ki, orada artıq tikilmiş «Ponarama park» deyilən binada Vladimirin ümumiyyətlə heç bir payı yoxdur. Vladimir ondan 100000 ABŞ dolları pul almışdır. Onun verdiyi pulun təsdiqi olmadığından Vladimirlə arasında həmin pulun təsdiqi üçün onun Vladimirə 170.000 manat verdiyini təsdiq edən kredit müqaviləsi bağlamışlar. Yəni, əslində Vladimirlə bu müqavilənin bağlanması onun Vladimirdə olan 170.000 manat pulunun təsdiq edilməsi üçündür. İndi Vladimir bu müqavilədən istifadə edərək öz etdiyi cinayətkar niyyətinə haqq qazandırmaq istəyir. Onlar ona görə müqaviləni Sumqayıt şəhərində bağlamışlar ki, Vladimirin özü həmin müqavilənin bağlandığı notarius ofisində kiminsə tanışı olduğunu demişdir. O, Vladimirə 2021-ci ilin aprel ayında pul vermişdir. Müqavilə isə 2021-ci ilin avqust ayının 6-da bağlanmışdır. Bu hadisə nəticəsində ona 100.000 ABŞ dolları, yəni 170.000 manat maddi ziyan vurulmuşdur, həmin pulu o Təqsirləndirilən şəxs tələb edir Proses iştirakçılarının suallarını cavablandıraraq Zərərçəkmiş şəxs2 bildirmişdir ki, o, dəfələrlə pulu qaytarmağını istəmişdir. O, Vəzirlə Vladimir arasında olan söhbəti bilmir, öz aralarında olmuşdur. Notairusda borc müqaviləsi bağladıqdan sonra o arxayın imiş ki, mənzil alacaq. O, Yaşar, Vəzir və Vladimirin söhbətlərində iştirak etməmişdir. Onlar o pulu kredit götürməyəcəkmişlər. Onlar 3 dəfə yox, çox görüşmüşlər. O, müqaviləni bağlamışdır ki, Vladimirin ona borcu var. Ev 88 kvadrat metrdir. Evə baxmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, X29 Azərbaycanda tanınmış iş adamlarından biri olmuşdur. Tahir müəllimin “Taimex” adlı şirkəti var imiş. Onlar uşaqlıqdan Tahirlə dost imiş. Bir müddət Tahir müəllimlə Zərərçəkmiş şəxs1 birgə təsis etdikləri şirkətin tikinti işlərində və digər hüquqi sənədlərinin hazırlanmasında iştirak etmişdir. X15 şirkətində maliyyə-təsərrüfat işlərinə o nəzarət edirmiş. O, Təqsirləndirilən şəxs 2 ildən çox müddətdir ki, tanıyır. Belə ki, Vladimiri Tahir müəllimin vasitəsilə 2020-ci ilin sonlarında tanımışdır. Tahir ona Vladimiri Moskva şəhərində və ölkədə tikinti sektorunda kifayət qədər tanınmış iş adamı və böyük əraziləri olan biri kimi tanıtmışdır. Tahir ona Vladimirin məhkumluğu olmasını deməmişdir. Bir dəfə Tahir müəllim onu ofisinə çağırmış və Vladimir də orada imiş. Tahir müəllim ona demişdir ki, onlar Tbilisi şəhərində böyük siqaret fabriki açmağı planlaşdırırmış və ona oranın direktor vəzifəsini təklif etmişlər. Lakin bu iş sonradan alınmamışdır. Tahir və Vladimirin təklifi ilə o Vladimiri Zərərçəkmiş şəxs1 ilə görüşdürmüşdür. Zərərçəkmiş şəxs1 Dövlət Gömrük Komitəsində işləyir. O, Vladimiri Vəzirlə ona görə tanış etmişdir ki, Vladimir Vəzir müəllimi gələcək proyektləri ilə tanış etmək istəyirmiş. Tahir müəllim rəhmətə getdikdən sonra Vladimir Vəzir müəllimlə münasibətləri davam etmişdir. Vladimir müəyyən işlər görmək məqsədilə Vəzir müəllimdən pul istəmişdir. Belə ki, Vladimir Bayıl ərazisində 3 hektar torpağı, 2 ədəd yeni tikilisi, torpaq əraziləri və orada iş planları olduğunu demişdir. Vəzir müəllim bacanağı İnqilabın vasitəsilə metrostansiyanın yaxınlığında onun iştirakıyla 100.000 dollar həcmində pulu Vladimirə vermişdir. Vəzir müəllim pulu Vladimirin öz işlərinə başlaması üçün vermişdir. Vladimir 10 gün -2 həftəyə pulu qaytaracağını demişdir. Vladimir 100.000 dollar pulun qarşılığında mənzilin sənədini, maliyyə arayışını Vəzir müəllimə vermişdir. Bir müddət araşdırma aparılandan sonra müəyyən olunmuşdur ki, belə bir mənzil yoxdur və ya Vladimirə məxsus deyil. Proses iştirakçılarının suallarını cavablandıraraq Şahid1 bildirmişdir ki, o, istintaq zamanı verdiyi ifadəni təsdiq edir. O, hadisədən sonra zərərçəkmiş şəxslərlə görüşmüşdür. Vladimir ümumi öz işlərinə başlamaq üçün pulu istəmiş, hətta 10 gün -2 həftəyə pulu qaytaracağını demişdir. Vladimir 100.000 dollar pulun qarşılığında mənzilin sənədini, maliyyə arayışını təqdim etmişdir. Bir müddət sonra araşdırılma aparılandan sonra müəyyən olunmuşdur ki, belə bir mənzil yoxdur və ya Vladimirə məxsus deyil. O, Vladimirin mənzil almaq üçün pul götürməsi barədə bilmir. O, Vladimirin hər hansı bir işi görmək üçün Vəzirdən pul aldığını bilir. Şahid1 istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmə prosesində verdiyi ifadə arasında əhəmiyyətli ziddiyyətlər olduğundan Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadə elan olunmuş və ifadənin sonunda olan imza ona təqdim edilmişdir. Belə ki, cinayət işinin 2-ci cild 1-4-cü vərəqələrində olan ifadəsində Şahid1 aşağıdakıları göstərmişdir: «...Vladimirlə tanış olduğu zaman bilmişdir ki, X27 qəsəbəsi ərazisində, «Nizami» kinoteatrının arxasında və digər bir neçə yerdə genişmiqyaslı tikinti işlərini birlikdə görməklə bağlı aralarında razılaşma vardır. Bununla bağlı mütəmadi görüşürmüşlər. O, bu görüşlərdə iştirak etməsə də dostu Tahirdən bu barədə eşitmişdir. Tahir müəllim rəhmətə getdikdən sonra Vladimirin Bayıl qəsəbəsi ərazisində Tahir müəllimlə birgə planladıqları yerdə yeni inşa ediləcək bina tikmək istədiyini öyrənmişdir. Bu barədə söhbəti əsnasında Vəzir müəllimə bildirmişdir. Vəzir müəllim Vladimirlə görüşməkdə maraqlı olmuşdur ki, inşa etdiyi binadan münasib qiymətə ev alsın. Vladimirlə Vəzir müəllimi tanış etmişdir. Vəzir müəllim Vladimirdən yeni inşa edəcəyi binada ev almaq istəmişdir. Onlar bu barədə danışmışlar. O, bu danışıqlara qarışmamışdır. 2021-ci ilin aprel ayının 9-da axşam saatlarında Vəzir müəllimin bacanağı Zərərçəkmiş şəxs2 ona zəng vurmuşdur. Vladimirlə görüşəcəyini bildirmişdir. Ondan da həmin görüşdə iştirak etməyini xahiş etmişdir. Eyni zamanda bunu ondan Vəzir müəllim də xahiş etmişdir. Çünki bacanağı İnqilab hər ehtimala qarşı ehtiyat etmişdir. Onlar həmin gün Bakı şəhəri, Nərimanov rayonu, X40 küçəsi ev 79, mənzil 2 ünvanında görüşmüşlər. Orada onlar söhbət etmişlər. İnqilab Vladimirə həmin günün məzənnəsi ilə 170.000 manat təşkil edən 100.000 ABŞ dolları pul vermişdir. Vladimir söz vermişdir ki, 1-2 günə ona satacaq evin müqaviləsini hazırlayıb ona çatdıracaqdır. Söhbətdən anlamışdır ki, onlar ona qədər bir neçə dəfə danışıb söhbət etmişlər. Sonradan eşitmişdir ki, Vəzir müəllim Vladimirdən Bakı şəhəri, Səbail rayonu, Xanlar küçəsi 117 ünvanında inşa edilən 18 mərtəbəli «Panorama Bayıl» yaşayış kompleksinin «A» blokunda, 6-ci mərtəbəsindəki 4 otaqlı ümumi sahəsi 178.07 m2 olan mənzilin dəyərinə görə 391.754 manat ödəniş etmiş və həmin mənzili almışdır. Özünü "X33 LLC" MMC-nin direktoru kimi təqdim etmiş Təqsirləndirilən şəxs bu barədə müqavilə və heç bir borcu olmaması barədə maliyyə arayışını Vəzir müəllimə vermişdir. O, bunu Vəzir müəllimdən eşitmişdir. Vladimirə 391.754 manat pul verilməsində iştirakı olmamışdır. Sonradan eşitmişdir ki, Vladimirin bina tikmək istədiyi yerdə şərikləri ilə hansısa ona məlum olmayan problemləri ucbatından Vəzirə və onun bacanağı İnqilaba satdığı evləri onlara verə bilməmişdir. Binanı inşa edə bilməmişdir. O, Təqsirləndirilən şəxs özünə məxsus olan 50.000 ABŞ dolları pul vermişdir. Təqsirləndirilən şəxs ona demişdir ki, binanın inşa edilməsində bir sıra maddi sıxıntıları vardır. İlkin olaraq pul lazımdır. İşə başladıqdan sonra isə satış edəcəkdir. Onun Vladimirə verdiyi pulu artıqlaması ilə qaytaracaqdır. Gərəyi olsa binadan ona ucuz qiymətə ev verəcək, hətta istəsə onu MMC-də direktor kimi işlə təmin edəcəkdir. Vladimir ona söz vermişdir ki, pulunu ödəyəcəkdir. Buna görə hələlik Vladimirdən şikayətçi deyildir. Əgər sözünü yerinə yetirməsə Vladimirdən şikayət edəcəkdir. Əgər şikayəti olsa gələcəkdə bu barədə əlavə ərizə ilə müraciət edəcəkdir.» Proses iştirakçılarının suallarını cavablandıraraq Şahid1 bildirmişdir ki, ona təqdim olunmuş imza onun imzasıdır. Yəqin ki, Vəzir mənzil almaq üçün pulu verə bilər. O, bu məsələləri bilmir. O, ifadəsini təsdiq edir. Görüləcək işlər və mənzil alınması üçün pul Vladirmirə verilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, mənzillərin alqı-satqısı barədə məlumatsızdır. Sadəcə Vladimirin 17.500, 20.000 manat alacağı pulları olduğunu bilir. Vladimir pulu Emin adlı şəxsə şahidlərin yanında vermişdir. Vladimir ona Eminə verməyi üçün pul verirmiş. Eminə 2.000 manat, 1000 manat, 500 manat əlbəəl pul vermişdir. Emin bir il ərzində Vladimirin verdiyi pullar ilə yaşayırmış. Eminin maşın benzinini, evinə yemək, oğlunun universitet pulunu Vladimir vermişdir. O, Vəziri tanıyır, Vladimirin Vəzirə borclu olduğunu bilmirmiş, lakin, o, 2-3 dəfə Vəzirdən xahiş etmişdir ki, Vladimirin kənardan almalı olduğu pulları alana qədər Vəzir onu gözləsin. Vladimir 150.000 ABŞ dolları pulu kimin yanında Eminə verib o bilmir, o, pulun verilməsində iştirak etməmişdir. O, Eminlə telefonla danışmışdır. Emin Vladimirdən 110.000 ABŞ dolları aldığını, Rusiya Federasiyasının Moskva şəhərinə getdiyini, pulu Vladimirin ona könüllü olaraq verdiyini, bir müddətdən sonra gələcəyini və Vladimirlə hesablaşacağını, aralarında haqq-hesab olduğunu, onun bu işlərə qarışmamağını xahiş etdiyini bildirmişdir. O, 150.000 dollar pulun Eminə verilməsini görməmiş, lakin, həmin puldan 100 dolların götürülərək Eminə verildiyini bilir. O, 2.000, 1000 manat pulu Eminə aparıb vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs və X16 tanıyır. Emin Yusufov onun əvvəllər işlədiyi şirkətin sahibidir. Belə ki, Eminlə 2013-cü ildən bir-birlərini tanıyırmışlar. O, həmin vaxt "xxxx" ASC-də işləmişdir. Emin isə "xxxx" ASC-də müxtəlif layihələrdə podratçı şirkətin nümayəndəsi kimi işləmişdir. Eminlə bir ara dostluq münasibəti olmuşdur. Vladimiri də Eminin vasitəsilə tanımışdır. O, Emin Yusufov və Vladimirlə olarkən onlar öz aralarında X9 100.000 dollar pul, eləcə də Moskva şəhərinə getmək üçün 10.000 dollar yol pulu götürdüyünü danışırmışlar. O sadəcə bu söhbəti eşitmiş, lakin, o, X17 150.000 ABŞ dolları pul verdiyini görməmişdir. Deyəsən, Vladimir borc pul tapıb Eminə vermiş, lakin, Vladimirin kimdən boc aldığını bilmir. Onun Vladimirin mənzil satması, Zərərçəkmiş şəxs1 pul almasını istintaq zamanı müstəntiqdən eşitmişdir. O, Vladimirə “General” tərəfindən 110.000 dollar pul verilməsini bilir, generalın kim olmasını, ya da bu sözün ləqəb olmasını bilmir. 391.000 manat barədə məlumatı yoxdur. Məhkəmə iclasında şahdi qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, hazırda "xxxx" MTK-nın sədri vəzifəsində işləyir. O, Təqsirləndirilən şəxs Sadiq adlı makler vasitəsilə tanımışdır. Tanış olmaqda məqsədi tikilməkdə olan obyektləri imiş. Bu müddət ərzində Vladimir onlara yaxınlaşaraq əməkdaşlıq etmişdir. Vladimir bir neçə dəfə ona müraciət edərək hazırda inşasını başa çatdırdığı ünvan 7 ünvanlarında yerləşən 22 mərtəbəli «Ponarama Bayıl» yaşayış binası layihəsini birlikdə inşa etməyi təklif etmişdir. Vladimir bu təkliflə çıxış edərkən milliyyətcə yəhudi olan bir neçə hazırda adları yadında qalmayan imkanlı adamların adlarını çəkərək onların qohumu olduğunu, onların vəsaitləri hesabına onunla həmin vaxtlar inşa etdiyi binanın müəyyən bir payına ortaq olmağı təklif etmişdir. "X33 LLC" MMC ilə arasında heç bir müqavilə bağlamamışdır. Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və X10 tanımır. Sonra Vladimirin sözlərinə əməl etmədiyini görüb ondan uzaqlaşmışdır. İstintaq da verdiyi ifadəni təsdiq edir. Müqavilənin predmeti tikilməkdə olan binanın Vladimirin ayırdığı vəsait hesabına tikilməsi, "xxxx" MTK da mənzillərin satışını təşkil etməsi imiş. Heç bir öhdəlik icra olunmamışdır. Vladimir onlardan yayınmağa başladığından, onlar Vladimirdən uzaqlaşmışlar. Bina hələ tikilməmişdir. O, "X33 LLC" MMC-ni tanımır. Onlar Xanlar küçəsi 117, 119 ünvanında mənzil tikməmişlər. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədləri də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinin 1-ci cild 8-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Zərərçəkmiş şəxs2 18 mart 2022-ci il tarixli ərizəsindən görünür ki, sonuncu ərizə yazaraq, özünü ona "X33 LLC" MMC-nin direktoru kimi təqdim edən, Təqsirləndirilən şəxs 2021-ci ilin aprel ayının əvvəlində ona ünvan 3 ünvanında 18 mərtəbəli "Panorama Bayıl" yaşayış kompleksində 2 otaqlı mənzil satacağını bildirmiş, o, bunun müqabilində Təqsirləndirilən şəxs nağd şəkildə 100.000 ABŞ dolları vermiş, lakin, qeyd olunan mənzil faktiki olaraq mövcud deyil, Təqsirləndirilən şəxs onun pulunu aldatma yolu ilə ələ keçirmişdir. Cinayət işinin 1-ci cild 11-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Zərərçəkmiş şəxs1 18 mart 2022-ci il tarixli ərizəsindən görünür ki, sonuncu ərizə yazaraq, özünü ona "X33 LLC" MMC-nin direktoru kimi təqdim edən, Təqsirləndirilən şəxs 2021-ci ilin aprel ayının əvvəlində ona ünvan 3 ünvanında 18 mərtəbəli "Panorama Bayıl" yaşayış kompleksində 4 otaqlı mənzil satacağını bildirmiş, o, bunun müqabilində Təqsirləndirilən şəxs nağd şəkildə 391,754 manat vermiş, lakin, qeyd olunan mənzil faktiki olaraq mövcud deyil, Təqsirləndirilən şəxs onun pulunu aldatma yolu ilə ələ keçirmişdir. Cinayət işinin 1-ci cild 91-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Kommersiya qurumlarının dövlət reyestri haqqında məlumatdan çıxarışdan görünür ki, "X33 LLC" MMC (VÖEN: **********), hüquqi ünvanı – AZ 1102, ünvan 8 kapitalı -100 AZN, qanuni təmsilçisi Təqsirləndirilən şəxsdur. 04 sentyabr 2019-cu ildə dövlət qeydiyyatına alınmışdır. Cinayət işinin 2-ci cild 63-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsindən daxil olmuş 20 oktyabr 2022-ci il tarixli, **********780900 nömrəli məktubdan görünür ki, "X33 LLC" MMC-nin qanuni təmsilçilik funksiyasına malik direktoru Təqsirləndirilən şəxsdur. Cinayət işinin 2-ci cild 72-75-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış "X33 LLC" MMC-nin Təqsirləndirilən şəxs tərəfindən təsdiq edilmiş nizamnamənin kserosurətindən görünür ki, Cəmiyyətin əsas fəaliyyəti Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan olunmayan bütün fəaliyyət növləri ilə məşğul ola bilər, Cəmiyyət Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq xüsusi icazə alınması tələb edilən fəaliyyət növləri ilə yalnız müvafiq icazəni (lisenziyanı) aldıqdan sonra məşğul ola bilər. Cinayət işinin 2-ci cild 85-86-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış hüquqi şəxs haqqında məlumatdan çıxarışdan görünür ki, vergi ödəyicisi kimi "X33 LLC" MMC-nin əsas fəaliyyət istiqamətləri –bütün tiplərdən olan yaşayış binalarının tikilməsi qeyri-yaşayış binalarının tikintisi, binaların genişləndirilməsi, yenidən qurulması və.s-dir. Cinayət işinin 2-ci cild 66-67-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətindən 10 oktyabr 2022-ci il tarixli, **********5 nömrəli məktubla daxil olmuş əmək müqaviləsi bildirişindən görünür ki, "X33 LLC" MMC-də işəgötürən vəzifəsində Təqsirləndirilən şəxs iştirak etmişdir. Cinayət işinin 1-ci cild 12-13-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 05 aprel 2021-ci il tarixli, mənzilin alqı-satqısı barədə PB27/21-A44 nömrəli müqavilənin kserosurətindən görünür ki, «Satıcı» qismində "X33 LLC" MMC- nizamnamə əsasında fəaliyyət göstərən direktoru Təqsirləndirilən şəxs tərəfindən, «Alıcı» qismində Zərərçəkmiş şəxs1 çıxış edir, müqaviləyə əsasən, Satıcı ünvan 3 ünvanında inşa edilən, 18 mərtəbəli "Panorama Bayıl" yaşayış kompleksinin A blokunda, 6-cı mərtəbədə, 4 otaqlı, ümumi sahəsi 178,07 kv.m olan mənzili Alıcıya 391,754 manat müqabilində verməyi öhdəsinə götürür. Həmin müqavilədə imza yerində imza və "X33 LLC" MMC direktor Müslümov.V.Ş və Alıcı Zərərçəkmiş şəxs1 və imza qeyd edilmiş və üzərində “Azərbaycan Respublikası, X33 LLC, Məhdud Məsuliyyətli Cəmiyyət” əksi olan möhür həkki vardır. Cinayət işinin 1-ci cild 14-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 05 aprel 2021-ci il tarixli, PB27/21-A44/MA/039 nömrəli maliyyə arayışının kserosurətindən görünür ki, ünvan 3 ünvanında inşa edilən, 18 mərtəbəli "Panorama Bayıl" yaşayış kompleksinin A blokunda, 6-cı mərtəbədə, 4 otaqlı, ümumi sahəsi 178,07 kv.m olan mənzilin dəyərini, yəni, 391,754 manatı Zərərçəkmiş şəxs1 tam ödəmişdir və "X33 LLC" MMC-yə heç bir borcu yoxdur. Həmin maliyyə arayışında imza yerində imza və "X33 LLC" MMC direktor Müslümov.V.Ş qeyd edilmiş və üzərində “Azərbaycan Respublikası, X33 LLC, Məhdud Məsuliyyətli Cəmiyyət” əksi olan möhür həkki vardır. Cinayət işinin 1-ci cild 43-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs adına “Bakcell” mobil şəbəkəsində -***-***-**-**; ***-***-**-**; ***-***-**-**; ***-***-**-**; ***-***-**-**; ***-***-**-**; ***-***-**-**; ***- ***-**-** mobil nömrələri; “Azerfon” mobil şəbəkəsində - ***-***-**-**; ***-***-**-**; ***-***-**- **; ***-***-**-**; ***-***-**-** mobil nömrələri, “Azercell” mobil şəbəkəsində ***-***-**-** mobil nömrəsi qeydiyyatdan keçir. Cinayət işinin 1-ci cild 50-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 07 aprel 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs iltizam yazaraq, ünvan 3 ünvanında inşa edilən, 18 mərtəbəli "Panorama Bayıl" yaşayış kompleksinin A blokunda, 6-cı mərtəbədə, 4 otaqlı, ümumi sahəsi 178,07 kv.m olan mənzili Zərərçəkmiş şəxs1 görəcəyi işin müqabilində pay vermiş, həmin mənzilin qarşılığında heç bir ödənilş aparılmamışdır. Bunun qarşılığında isə Zərərçəkmiş şəxs2 bildirmişdir ki, Təqsirləndirilən şəxs yalan danışdığını, Vladimirin inşa edilməyən yalançı binada mənzil vermək adı ilə Zərərçəkmiş şəxs1 391,754 manat, ondan isə 170.000 manat pul almış, onların etibarından sui-istifadə edərək aldatmışdır. Cinayət işinin 1-ci cild 53-59-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 09 aprel 2022-ci il tarixli hadisə yerinə baxış keçirilməsi barədə protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, hadisə yeri ünvan 1 ünvanı və Nərimanov rayonu, X40 küçəsi ev 79, mənzil 2 ünvanında baş vermişdir. Baxışda iştirak edən Zərərçəkmiş şəxs2 bildirmişdir ki, 05 aprel 2021-ci ildə bacanağı Zərərçəkmiş şəxs1 və özünün ünvan 3 ünvanında inşa edilən, 18 mərtəbəli "Panorama Bayıl" yaşayış kompleksində mənzil almaq üçün Təqsirləndirilən şəxs göstərilən ünvanlarda Zərərçəkmiş şəxs1 391,754 manat, özü isə 170.000 manat pul vermişlər, Təqsirləndirilən şəxs isə onların etibarından istifadə edərək, onları aldatmışdır. Cinayət işinin 1-ci cild 176-181-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 17 avqust 2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs2 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə zamanı, Zərərçəkmiş şəxs2 istintaq zamanı verdiyi ifadəsini Təqsirləndirilən şəxs üzünə qarşı bir daha təsdiq edərək, sonuncunun ondan ünvan 3 ünvanında inşa edilən, 18 mərtəbəli "Panorama Bayıl" yaşayış kompleksində mənzil almaq üçün 170.000 manat pul aldığını, lakin, mənzili vermədiyini, Təqsirləndirilən şəxs onun etibarından istifadə edərək, onu aldatdığını bildirərək, Təqsirləndirilən şəxs bir daha ifşa etmişdir. Buna görə məhkəmə həmin üzləşdirmə protokolunu da sübut növü kimi qəbul edir. Cinayət işinin 1-ci cild 247-251-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 16 sentyabr 2022-ci il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** nömrəsinə 01 yanvar 2021-ci il tarixdən 15 avqust 2022-ci ilədək olan müddət ərzində daxil olan və çıxan zənglərin siyahısı, həmçinin siyahıda əks olunan şəxslərin anket məlumatları, eləcə də həmin GSM nömrələrinə qeyd edilən dövr ərzində daxil olan və çıxan SMS-lərin mətnləri, eləcə də həmin GSM nömrəsinin qeyd edilən vaxtda anten məlumatlarının dairəsi “Azerceil Telecom“ MMC-dən götürülmüşdür. Baxış zamanı aşağıdakılar müəyyən edilmişdir; xx.xx.2021-ci ildə ***-***-**-** mobil nömrəsindən Təqsirləndirilən şəxs ***-***-**-** nömrəsinə “Mənə böyük udar vurdun”; xx.xx.2021-ci ildə ***-***-**-** mobil nömrəsindən Təqsirləndirilən şəxs ***-***-**-** nömrəsinə “Düzəlirmi vəzyət pisdir cavab de”; xx.xx.2022-ci ildə ***-***-**-** mobil nömrəsindən Təqsirləndirilən şəxs ***-***-**-** nömrəsinə “Vova yeke kişisen dediyin sözün üstünde dur”; xx.xx.2022-ci ildə ***-***-**-** mobil nömrəsindən Təqsirləndirilən şəxs ***-***-**-** nömrəsinə “Dünen kişi kimi söz vermişdin”; 18ş06ş2022-ci ildə ***-***-**-** mobil nömrəsindən Təqsirləndirilən şəxs ***-***-**-** nömrəsinə “firildaqci haram olsun bu həyatda yaşamaq sənə”; xx.xx.2022-ci ildə ***-***-**-** mobil nömrəsindən Təqsirləndirilən şəxs ***-***-**-** nömrəsinə “Valod sən məni də dolabın Telefonica söndürdüm sagol” məzmunlu və buna oxşar məzmunlu, həmçinin, çoxlu sayda rus dilində sms mətnləri göndərilmişdir. Cinayət işinin 2-ci cild 8-10-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 09 sentyabr 2022-ci il tarixli, 4/1254-5/1001 nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş xx.xx.2021-ci il tarixli, PB 27/21-A44 nömrəli mənzil alqısatqı müqaviləsində “Təqsirləndirilən şəxsŞ” qrafasındakı imza və xx.xx.2021-ci tarixli PB 27/21-A44/MA/039 nömrəli maliyyə arayışında “Təqsirləndirilən şəxsŞ” qrafasındakı imza Təqsirləndirilən şəxs tərəfindən icra edilmişdir. Tədqiqata təqdim edilmiş xx.xx.2021-ci il tarixli, PB 27/21-A44 nömrəli müqavilənin və xx.xx.2021-ci tarixli PB 27/21-A44/MA/039 nömrəli maliyyə arayışın üzərində olan möhür əksi relyef klişedən sənədlərin üzərlərinə birbaşa vurulmuşdur. Tədqiqata təqdim edilmiş xx.xx.2021-ci il tarixli, PB 27/21-A44 nömrəli müqavilənin və xx.xx.2021-ci tarixli PB 27/21-A44/MA/039 nömrəli maliyyə arayışının üzərində olan imzalar hər hansı bir texniki vasitənin köməyi ilə deyil, birbaşa qələm vasitəsilə icra edilmişdirlər. Cinayət işinin 3-cü cild 119-cu vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış sərhədkeçmə məlumatından çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs müxtəlif tarixlərdə ölkə ərazisini Gürcüstan, Türkiyə, Rusiya Federasiyası və Belarusiya istiqamətində keçmişdir. Cinayət işinin 3-cü cild 68-70-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 22 dekabr 2022-ci il tarixli ifadənin yerində yoxlanması haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs2 istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək, ünvan 3 ünvanında inşa edilən binanı göstərərək, Təqsirləndirilən şəxs guya həmin yaşayış binasından ona mənzil verəcəyini bildirdiyini qeyd etmişdir. Cinayət işinin 3-cü cild 77-79-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 08 oktyabr 2020-ci il tarixli, 20/1008 nömrəli müqavilənin kserosurətindən görünür ki, 1-ci Tərəf kimi "xxxx" MTK-nın sədri X25, 2-ci Tərəf kimi "X33 LLC" MMC-nin sədri Təqsirləndirilən şəxs çıxış edir. Tərəflər arasında bağlanan müqaviləyə görə, Səbail rayon İcra Hakimiyyəti tərəfindən "xxxx" MTK-ya verilmiş və “Qəzalı vəziyyətdə olan binanın sökülməsinə və yerində çoxmərtəbəli yaşayış evinin layihələndirilməsinə və tikintisinə icazə verilməsi haqqında” Sərəncama görə Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, X31 küçəsi 58, 60, 62, 62A, 64, Aqil Quliyev küçəsi 21-23, Xanlar küçəsi 51 və Xoşniqabi küçəsi 12-14-16 ünvanında yerləşən, tikinti sahəsi 2211.44 kv.m olan yaşayış binasının "X33 LLC" MMC tərəfindən cəlb edilmiş maliyyə vəsaiti hesabına tam şəkildə tikintisinin və hər iki tərəfin yazılı razılığı ilə həmin sahələrin satışının aparılması haqqında müqavilə bağlayır. Müqavilədə həm Elvin Rəhimov, həm də Təqsirləndirilən şəxs imzalarını qeyd etmiş və üzərində “Azərbaycan Respublikası, X33 LLC, Məhdud Məsuliyyətli Cəmiyyət” əksi olan möhür həkki vardır. Cinayət işinin 2-ci cild 22-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış X6 01 oktyabr 2022-ci il tarixli ərizəsindən görünür ki, sonuncu ərizə yazaraq, Təqsirləndirilən şəxs tərəfindən ona qarşı dələduzluq edilərək, 548.256 manat pulu ələ keçirilmişdir. Cinayət işinin 2-ci cild 29-31-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış zərərçəkmiş şəxs qismində tanınmış X6 ifadəsindən görünür ki, sonuncu, ünvan 3 ünvanında inşa edilən, 18 mərtəbəli "Panorama Bayıl" yaşayış kompleksində mənzil almaq üçün Təqsirləndirilən şəxs və tanışına 548.256 manat pul verdiyini, bu barədə müqavilə bağladıqlarını və ona maliyyə arayışı verildiyini, lakin, ona hər hansı mənzilin verilmədiyini bildirmişdir. Cinayət işinin 2-ci cild 32-33-cü mənzilin alqı-satqısı barədə 29 dekabr 2020-ci il tarixli, PB27/20-A37 nömrəli müqavilənin kserosurətindən görünür ki, Satıcı qismində "X33 LLC" MMC- nizamnamə əsasında fəaliyyət göstərən direktoru X3 tərəfindən, Alıcı qismində X20 çıxış edir, müqaviləyə əsasən, Satıcı ünvan 3 ünvanında inşa edilən, 18 mərtəbəli "Panorama Bayıl" yaşayış kompleksinin A blokunda, 5-ci mərtəbədə, ümumi sahəsi 115,18 kv.m olan mənzili Alıcıya 548.256 manat müqabilində verməyi öhdəsinə götürür. Həmin müqavilədə imza yerində imza və "X33 LLC" MMC direktor Müslümov.V.Ş və X4 və imza qeyd edilmiş və üzərində “Azərbaycan Respublikası, X33 LLC, Məhdud Məsuliyyətli Cəmiyyət” əksi olan möhür həkki vardır. Cinayət işinin 2-ci cild 34-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 29 dekabr 2020-ci il tarixli, PB27/20-A37/MA/042 nömrəli maliyyə arayışının kserosurətindən görünür ki, ünvan 3 ünvanında inşa edilən, 18 mərtəbəli "Panorama Bayıl" yaşayış kompleksinin A blokunda, 5-ci mərtəbədə, ümumi sahəsi 115,18 kv.m olan mənzilin dəyərini, yəni, 548.256 manatı X20 tam ödəmişdir və "X33 LLC" MMC-yə heç bir borcu yoxdur. Həmin maliyyə arayışında imza yerində imza və "X33 LLC" MMC direktor Müslümov.V.Ş qeyd edilmiş və üzərində “Azərbaycan Respublikası, X33 LLC, Məhdud Məsuliyyətli Cəmiyyət” əksi olan möhür həkki vardır. Cinayət işinin 2-ci cild 1107-110-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 17 noyabr 2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, zərərçəkmiş şəxs X20 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə zamanı, zərərçəkmiş şəxs X20 istintaq zamanı verdiyi ifadəsini Təqsirləndirilən şəxs üzünə qarşı bir daha təsdiq edərək, ünvan 3 ünvanında inşa edilən, 18 mərtəbəli "Panorama Bayıl" yaşayış kompleksində mənzil almaq üçün Təqsirləndirilən şəxs və tanışına 548.256 manat pul verdiyini, bu barədə müqavilə bağladıqlarını və ona maliyyə arayışı verildiyini, lakin, ona hər hansı mənzilin verilmədiyini bildirərək, Təqsirləndirilən şəxs bir daha ifşa etmişdir. Cinayət işinin 3-cü cild 127-156-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı Şəhər Baş polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Ağır cinayətlərin istintaqı şöbəsinin xüsusilə mühüm işlər üzrə baş müstəntiqi, polis mayoru X7 23 noyabr 2023-cü il tarixli cinayət işi üzrə sübutların qiymətləndirilməsi, əməlin tövsif edilməsi və cinayət işinin materiallarından başqa cinayət işinin ayrıca icraata ayrılması haqqında qərarından görünür ki; -X20na dəymiş ziyana görə cinayət hadisəsi üzrə Təqsirləndirilən şəxs və xx.xx.2021-ci ildə rəhmətə getmiş X21 ittiham elan etmək üçün sübutların kifayət etməməsini nəzərə alaraq, həmin epizoda cinayət işinin materiallarından ayrıca icraata ayrılmış ********* nömrəli cinayət işi ayrılmışdır. Cinayət işinin 2-ci cild 141-142-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin 1-ci şöbəsinin müstəntiqi, 3-cü dərəcəli hüquqşünas X11 20 sentyabr 2021-ci il tarixli təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi haqqında qərarından görünür ki, X24 barəsində axtarış elan edilmişdir. Cinayət işinin 1-ci cild 93-94-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış sorğunun çıxarışından görünür ki, X24 cinayət işi üzrə şübhəli şəxs qismində axtarışdadır. Cinayət işinin 1-ci cild 96-cı vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış sərhədkeçmə məlumatından çıxarışdan görünür ki, X24 08 aprel 2021-ci il tarixdə Azərbaycan Respublikasının sərhədini Rusiya Federasiyası istiqamətində keçmiş və ölkəyə geri qayıtmamışdır. Cinayət işinin 1-ci cild 223-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Sərhədkeçməyə məhdudiyyət qoyulması barədə 29 avqust 2022-ci il tarixli bildirişdən görünür ki, X12 ölkə ərazisindən sərhədi keçməsinə məhdudiyyət qoyulmuşdur. Cinayət işinin 2-ci cild 136-140-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 13 oktyabr 2021-ci il tarixli, 4(004)-599/2021 saylı qərarına əsasən, X12 barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəlinin tutulduğu tarixdən hesablanması nəzərə alınmışdır. Cinayət işinin 3-cü cild 127-156-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı Şəhər Baş polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Ağır cinayətlərin istintaqı şöbəsinin xüsusilə mühüm işlər üzrə baş müstəntiqi, polis mayoru X7 23 noyabr 2023-cü il tarixli cinayət işi üzrə sübutların qiymətləndirilməsi, əməlin tövsif edilməsi və cinayət işinin materiallarından başqa cinayət işinin ayrıca icraata ayrılması haqqında qərarından görünür ki; -X12 barəsində beynəlxalq axtarış elan edilməsi nəzərə alınaraq, cinayət işi materiallarından ayrıca icraata Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 320.1 və 320.2-ci maddələri ilə fakta görə 23020003 nömrəli cinayət işi ayrılmış; - iş materiallarına əlavə edilmiş müqavilələrin birinci vərəqəsində adın bilərəkdən Volodya kimi göstərilməsi nəzərə alınmışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Tahirlə ünvan 3 ünvanında Raqif və Emin adlı şəxslərlə ortaq yerlərində bina tikmək istəmişlər. Lakin, bunun üçün yer olsa da pul olmamış, Vəzir müəllim ona söz vermişdir ki, həmin binanın inşa edilməsi üçün ona "xxxx" ASC-dən 10.000.000 avro kredit verilməsinə kömək edəcək, bunun müqabilində 05 aprel 2021-ci il tarixdə Vəzir müəllimə Sumqayıt şəhərindəki ofisində rəhbərlik etdiyi şirkət adından inşa ediləcək faktiki olaraq olmayan yerdəki binanın A blokunda 6-cı mərtəbədə 4 otaqlı 178.00 m2 sahəsi olan 391.754 manat dəyərində mənzili pay verməyi barədə müqaviləni və şirkətə heç bir borcu olmadığı barədə maliyyə arayışını özü tərtib edərək Vəzirə vermişdir.Bunun əvəzində Vəzir ona 100.000 ABŞ dolları borc vermişdir. Sənədi Eminlə hazırlamışlar, imza edərək MMC-nin möhürü ilə möhürləmişlər. Sənədin heç bir hüquqi əsası yoxdur. Məhkəmə kollegiyası, Təqsirləndirilən şəxs məhkəmədə və ibtidai istintaq zamanı verdiyi ifadələrini ona elan edilmiş ittihamda nəzərdə tutulan cinayət əməllərininin törədilməsində iştirakını inkar etməsini araşdırılmış sübutların məcmusu və işin faktiki halları ilə müqayisəli təhlil edib onun məhkəmədəki ifadələrinin təkzib olunduğunu, ibtidai istintaq zamanı və məhkəmə iclasında verdiyi ifadələrini özünümüdafiə və məsuliyyətini yüngülləşdirmək xarakter daşıdığı qənaətinə gəlir. Belə ki, cinayət işinin 1-ci cild 84-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 06 avqust 2021-ci il tarixli notarial qaydada təsdiq olunmuş kredit müqaviləsinin kserosurətindən görünür ki, borc verən qismində Zərərçəkmiş şəxs2, borc alan qismində isə Təqsirləndirilən şəxs qeyd edilmiş, borc verən borc alana 100.000 ABŞ dolları vermişdir. Həmin müqaviləni Zərərçəkmiş şəxs2 və Təqsirləndirilən şəxs imzaları ilə təsdiq etmişlər. Məhkəmə kollegiyası hesab edir ki, borc adı ilə notarial qaydada rəsmiləşdirilən 06 avqust 2021-ci il tarixli müqaviləsinin bağlanması heç də həmin sənədin həqiqi mülki əqdin bağlanmasına aidiyyəti olduğuna dəlalət etmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Ə.Ə.İbrahimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2003-cü il tarixli qərarının qanuniliyinin yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarına görə, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsi etibarsız əqdlərin anlayışı və onun nəticələrini əks etdirmişdir. Belə ki, həmin maddədə qeyd edilmişdir ki, Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340-cı maddəsində göstərilmişdri ki, uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Cinayət işinin materiallarında olan 06 avqust 2021-ci il tarixli borc müqaviləsinin tarixinə nəzər yetirdikdə müəyyən olunur ki, borc müqaviləsi pulun verilməsindən bir neçə ay sonrakı dövrdə tərtib edilmiş və faktiki pulun verilməsi mənzilin alınmasına yönəlmişdir. Zərərçəkmiş şəxs2 məhkəmədə dindirilərkən bildirmişdir ki, Təqsirləndirilən şəxs verdiyi pulun müqabilində mənzili ala bilmədiyini və pulun qaytarılmadığını hiss edərək, əlacsız qalaraq əlində əsas olması üçün borc müqaviləsini notariat kontorunda rəsmiləşdirmişdir. Göstərilənlər bir daha sübut edir ki, Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs arasında 06 avqust 2021-ci il tarixdə bağlanmış borc müqaviləsi yuxarıda qeyd olunan Azərbaycan Respublikası Mülki Məcəlləsinin müddəallarına əsasən özlüyündə etibarsız olan əqddir. Bundan başqa, cinayət işi materiallarına əlavə edilmiş 05 aprel 2021-ci il tarixli, mənzilin alqı-satqısı barədə PB27/21-A44 nömrəli müqavilənin kserosurətindən görünür ki, Satıcı qismində Təqsirləndirilən şəxs tərəfindən, Alıcı qismində Zərərçəkmiş şəxs1 ünvan 3 ünvanında inşa edilən, 18 mərtəbəli "Panorama Bayıl" yaşayış kompleksinin A blokunda, 6-cı mərtəbədə, 4 otaqlı, ümumi sahəsi 178,07 kv.m olan mənzili Alıcıya 391,754 manat müqabilində verməyi öhdəsinə götürür. Həmçinin, 05 aprel 2021-ci il tarixli, PB27/21-A44/MA/039 nömrəli maliyyə arayışının kserosurətindən görünür ki, ünvan 3 ünvanında inşa edilən, 18 mərtəbəli "Panorama Bayıl" yaşayış kompleksinin A blokunda, 6-cı mərtəbədə, 4 otaqlı, ümumi sahəsi 178,07 kv.m olan mənzilin dəyərini, yəni, 391,754 manatı Zərərçəkmiş şəxs1 tam ödənildiyi "X33 LLC" MMC direktor Müslümov.V.Ş tərəfindən təsdiq edilmişdir. Məhkəmə zərərçəkmiş şəxslərin, şahidlərin ifadələrini, ekspert rəyini, istintaq hərəkəti protokollarını və əsaslılığı heç bir şübhə doğurmayan digər sübut əhəmiyyətli sənədləri ayrı-ayrılıqda tədqiq edərək belə nəticəyə gəlir ki, bütün bu sübutlar bir-biri ilə vəhdət təşkil edib uyğunlaşaraq verilmiş ittihama uyğun cinayət hadisəsinin ardıcıllığının və vahid mexanizminin tam şəkildə gerçək təsvirini formalaşdırmışdır. Beləliklə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələrini, ekspert rəyini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədlərin sübut növü kimi qəbuledilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə cinayət əməlini törətməsində təqsirli olması kifayət qədər sübuta yetirildi. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 320.1 və 320.2-ci maddələri ilə tövsif olunmuşdur. X8Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 320.1 və 320.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2015-ci il tarixli qərarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Belə ki, plenumun qərarının 1-ci bəndində qeyd edilmişdi rki, Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgəsinin əmlakını ələ keçirmək və ya əmlak hüquqlarını əldə etmə o halda dələduzluq hesab edilir ki, təqsirləndirilən şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirməsinə və yaxud əmlak hüquqları əldə etməsinə yönəlmiş olsun. Həmin plenum qərarının 2-ci bəndində qeyd edilmişdir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun törədilməsi zamanı həqiqətə uyğun olmayan və ya gizlədilən məlumatlar kimi müxtəlif hallar, məsələn hüquqi faktlar, əmlakın dəyərinə və keyfiyyətinə, təqsirkarın şəxsiyyətinə, onun səlahiyyətlərinə və niyyətinə dair məlumatlar çıxış edə bilər. Bununla yanaşı, məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1 və 320.2-ci maddələri cinayətlərin təsnifatına görə böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunurlar. Həmin maddələrdə azadlıqdan məhrumetmə cəzasının yuxarı həddi 02 il nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-nin 15.2-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1 və 75.1.1-ci maddələrinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Təqsirləndirilən şəxs verilmiş ittihamdan görünür ki, Təqsirləndirilən şəxs göstərilən maddələrdə nəzərdə tutulmuş cinayət əməllərini sonuncu dəfə 2021-ci ilin aprel ayında törədilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.2-ci maddəsinə əsasən müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır. Azərbaycan Respublikası CPM-nin 44.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 39.1.3-cü maddəsində (cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdikdə) nəzərdə tutulmuş halda məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etməməklə ittiham hökmü çıxarır. Qeyd olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1 və 320.2-ci maddələri ilə təqsirli bilinməli, lakin həmin maddələr ilə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən ona cəza təyin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs barəsində tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin 1-ci cild 240-242-ci vərəqələrində olan Azərbaycan Respublikası DİNnin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 13 sentyabr 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs cinayət işinin 3-cü cild 101-105-ci vərəqələrində olan Əzizbəyov Rayon Məhkəməsinin 11 aprel 2005-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 03 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş; Binəqədi Rayon Məhkəməsinin 12 may 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.1-ci maddəsi ilə təqsirli bilinərək, 01 il dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə, 01 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası CM-in 83.1-ci maddəsinə müvafiq olaraq cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. “Azərbaycan Respublikası CM-nin 83.2-ci maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 08 iyul 2008-ci il tarixli qərarında göstərilmişdir ki, CM-nin 83.1-ci maddəsindən göründüyü kimi məhkumluq cinayət törətməyə görə müəyyən cəza növünə məhkum edilmiş şəxs barəsində məhkəmənin ittiham hökmünün qanuni qüvvəyə mindiyi gündən başlanır və bütün cəzaçəkmə müddəti ərzində və cəzaçəkmə müddətindən sonrakı dövrdə qanunla müəyyən edilmiş müddətlər çərçivəsində davam edir. Azərbaycan Respublikası CM-nin 15.3-cü maddəsinə görə bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi 7 ildən artıq olmayan əməllər – az ağır cinayətlər hesab olunur. Azərbaycan Respublikası CM-in 83.3.3-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən 2 il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. Cinayət işinin 1-ci cild 243-cü vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanası publik hüquqi şəxsindən daxil olmuş 13 sentyabr 2022-ci il tarixli, 8449 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmayıb. Cinayət işinin 2-ci cild 53-cü vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsindən daxil olmuş 27 sentyabr 2022-ci il tarixli, xx/xx-12875 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs yuxarıda adı göstərilən mərkəzdə müalicədə olmayıb və qeydiyyatda yoxdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 05 aprel 2023-cü il tarixli ərizə ilə müraciət edərək ona dəymiş maddi ziyanın 391.754 manat maddi ziyanı Təqsirləndirilən şəxs tələb etdiyini bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ərizə ilə müraciət edərək ona dəymiş maddi ziyan 100.000 ABŞ dolları (170.00 manatı) Təqsirləndirilən şəxs tələb etdiyini bildirmişdir. Məhkəmə zərərçəkmiş şəxslərin həmin ərizələrini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs yalnız azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Cəzaçəkmə müəssisəsinin növü ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə növündə təyin ediləcək cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə görə, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Qeyd edilənlərlə yanaşı, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı müvafiq olaraq 15 avqust 2022-ci il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin 1-ci cild 159-160-cı vərəqələrində olan 15 avqust 2022-ci il tarixli tutulma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Həmçinin, cinayət işinin 1-ci cild 207-210-cu vərəqələrində olan Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 17 avqust 2022-ci il tarixli, 4(011)-430/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 15 avqust 2022-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 verdiyi xx.xx.2021-ci il tarixli PB 27/21-A44 nömrəli “Mənzilin alqı-satqısı” barədə müqaviləsi və xx.xx.2021-ci il tarixli PB27/21-A44/MA/039 nömrəli "Maliyyə arayışı”-nın cinayət işinin materiallarına əlavə edilib saxlanılması nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsində qeyd edilmişdir ki, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə d,övlətin nəfinə keçirilməlidir); terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; dəyəri olmayan digər əşyalar məhv edilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 126 (yüz iyirmi altı) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Məhkəmə həmçinin, Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək onlara dəymiş ziyanla bağlı mülki iddia vermədiyindən onlara Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 180.2-ci maddəsində nəzərdə tutulan mülki iddianı mülki mühakimə icraatı qaydasında vermək hüququ izah edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 183.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 183.2 maddəsinə əsasən Cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 183.3 maddəsinə əsasən mülki iddia yalnız yazılı formada verilə bilər. İddia ərizəsində hansı cinayət təqibi üzrə kimin kimə qarşı, hansı əsasla və hansı məbləğdə mülki iddia verməsi göstərilməli, həmçinin zərərin ödənilməsi üçün konkret məbləğin və ya əmlakın tutulması barədə xahiş öz əksini tapmalıdır. Məhkəmə işin faktiki hallarına və araşdırılmış sübutlara istinad edib zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 dəymiş maddi ziyanla bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun izah edilməsini əsaslı sayır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99.1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99.1.1-ci maddəsində qeyd edilmişdir ki, xüsusi müsadirə cinayət hüquqi tədbiri aşağıda göstərilən əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla); məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla). Azərbaycan Respublikası CM-nin 99-3.1-ci maddəsinə əsasən müsadirə məsələsi həll olunarkən ilk növbədə cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan ödənilməlidir. Cinayət işinin 1-ci cild 237-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X43 İdarəsindən daxil olmuş 01 sentyabr 2022-ci il tarixli, 016-110177-1222 nömrəli məktubdan görünür ki, DİN Baş X43 İdarəsinin komputer uçot bazasının məlumatlarına əsasən, Təqsirləndirilən şəxs, "X33 LLC" MMC-nin adında nəqliyyat vasitəsi qeydiyyatdan keçmir. Cinayət işinin 2-ci cild 37-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xismətininin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsindən daxil olmuş 26 sentyabr 2022-ci il tarixli, **********00 nömrəli məktubdan görünür ki, arxiv materiallarına əsasən Təqsirləndirilən şəxs adında qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. Təqsirləndirilən şəxs cinayət yolu ilə əldə etdiyi əmlakları müəyyən edilməmiş, iş üzrə mülki iddia yoxdur və istintaq zamanı ona məxsus hər hansı bir əmlak üzərinə həbs qoyulmamışdır. Buna əsasən məhkəmə hesab edir ki, ona xüsusi müsadirə tətbiq olunmamalıdır. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 46.2-ci maddəsinə əsasən. törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2, 46.3 və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.14-cü maddələrinin şərh olunmasına dair” 14 noyabr 2011ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14 və 353.2.8-ci maddələrinin tələblərinə görə cinayət qanununun müvafiq maddələrinin sanksiyasında müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzasının əlavə cəza kimi tətbiq edilməsi və ya edilməməsi nəzərdə tutulduğu hallarda, məhkəmələr onun təyin edilməsinin zəruri olub-olmaması məsələsini müzakirə etməli və hökmdə bu cəzanın təyin edilməsi haqqında qərarın motivlərini göstərməlidirlər. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs «X33 LLC» MMC-nin təsisçisi və direktoru olduğu dövr ərzində, öz qulluq mövqeyindən istifadə edib təqsirli bilindiyi cinayətləri törətdiyindən yuxarıda göstərilənləri nəzərə alıb Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46-cı maddəsi tətbiq edilərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinin sanksiyası daxilində azadlıqdan məhrumetmə növündə cəza təyin edərkən CM-nin 46.2-ci maddəsinə əsasən dövlət və yerli özünüidarə orqanlarında müəyyən vəzifə tutma və müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə əlavə cəza növü də təyin edilməlidir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2015-ci il tarixli və “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 320.1 və 320.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. O, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq edilməklə 02 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında müəyyən vəzifə tutma və müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1 və 320.2-ci maddələri ilə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən Təqsirləndirilən şəxs həmin maddələrlə cəza təyin edilməsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli çəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 15 avqust 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 verdiyi xx.xx.2021-ci il tarixli PB 27/21-A44 nömrəli “Mənzilin alqı-satqısı” barədə müqaviləsi və xx.xx.2021-ci il tarixli PB27/21-A44/MA/039 nömrəli "Maliyyə arayışı”-nın cinayət işinin materiallarına əlavə edilib saxlanılması nəzərə alınsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 126 (yüz iyirmi altı) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 dəymiş maddi ziyanla bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilsin. Hökmdən elan olunduğu vaxtdan, təqsirləndirilən şəxsə isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarıldıqdan 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Azad Məcidov Hakimlər: Səbinə Məmmədzadə Əli Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar