Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-917/2024 15.01.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Əli İrfan oğlunun sədrliyi, hakimlər Məcidov X9 və Məmmədzadə Səbinə Adil qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi - Bakı şəhəri 38 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxx 1992-ci ildə Ağdam rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, natamam orta təhsilli, subay, fərdi əməklə məşğul olmuş, məcburi köçkün, əvvəllər məhkum olunmayan, Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsi, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs 07 aprel 2023-cü il tarixdə, saat 23:00 radələrində Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsində fəaliyyət göstərən «Xan Çinar» restoranının 7 nömrəli otağında Zərərçəkmiş şəxs ilə onun ailəli olan xalası qızı Şahid3 arasında sevgi münasibətlərinin olmasından şübhələnib otaqda hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakıların şəxsiyyətinin fövqündə qoyub ümumi davranış qaydalarına saymamazlıq nümayiş etdirərək xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs sifət nahiyəsinə bıçaqla, baş nahiyəsinə isə bıçağın arxa hissəsi ilə zərbələr vurub sonuncuya başın sol-təpə gicgah, çənəaltı və sol bud nahiyələrində deşilmiş-kəsilmiş yaralarla müşayiət edilən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərər vurduqdan sonra həmin otaqdan çıxaraq otağın qarşısında üzərində gəzdirdiyi bıçaqla Zərərçəkmiş şəxs bədən nahiyəsinə zərbələr vuraraq sonuncuya döş qəfəsinin sol yarısının ön divarının daxilə-sol plevra boşluğuna nüfuz edən, sağ ağciyərin yuxarı payının və diafraqmanın sol yarısının deşilmiş-kəsilmiş yarası və sol tərəfli hemopnevmotoroks ilə müşayiət olunan həyat üçün təhlükəli olan xəsarətlər yetirməklə qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərdi ki, cinayət hadisəsi onun evli olan xalası qızı Aygülə görə baş vermişdir. Belə ki, Zərərçəkmiş şəxs onun xalası qızının qayınanasının iş yoldaşıdır. Turan onun xalası qızı Aygülə ərindən ayrılmağını, özünün də arvadından ayrılacağını bildirərək Aygül ilə birlikdə ailə həyatı qurmağı təklif etmişdir. Xalası qızı Aygül isə Turanın bu təklifini rədd etmiş və ona bu barədə məlumat vermişdir. O, Turanın Aygülə bu cür təklif etdiyini öyrəndikdən sonra Turana zəng edərək sonuncunu kafeyə görüşə çağırmışdır. O, Turana sonuncunun evli olmaqla, uşaqlarının olduğunu bildirmiş və xalası qızı Aygülə evlilik təklifi etməkdə, məqsədinin nə olduğunu soruşmuşdur. Turan isə ona öz arvadından boşandıqdan sonra Aygül ilə evlənəcəyini demişdir. Buna görə də o, əsəbiləşərək Turanı bıçaqla vurmuşdur. Çünki onun xalası qızı Aygülün Turanla ailə həyatı qurmaq fikri olmamışdır. Aygülə bu təklifi zərərçəkmiş şəxs Turan etmişdir. O, Zərərçəkmiş şəxs “Xan Çinar” kafesində bıçaqla vurmuş, həmin bıçaq isə balaca bıçaq olmuşdur. Həmin bıçağı üzərində götürməkdə məqsədi zərərçəkmiş şəxs Turanı qorxutmaq olmuşdur. O, Turanı bıçaqla hansı nahiyəsindən vurduğunu dəqiq olaraq xatırlamır, səhv etmirsə Turana bıçaqla 1 (bir) və ya 2 (iki) dəfə xəsarət yetirmişdir. Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiklərinin nəzərə alınaraq əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsindən həmin Məcəllənin 126.1-ci maddəsinə tövsif edilməsini və həmin maddə ilə ona yüngül cəza təyin edilməsini məhkəmədən xabiş etdi. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqında elan olunmuş ittiham üzrə özünü təqsirli bilməməsi, yəni xuliqanlıq niyyəti ilə zərərçəkmiş şəxsə qəsdən həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarət yetirməməsi ilə bağlı hissədə verdiyi ifadəsini cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir və qeyd edilən hissədə təqsirləndirilən şəxsin məhkəmə istintaqında verdiyi ifadəsini mötəbər sübut hesab etmir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında belə məzmunda ifadə verməklə məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Belə ki, məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Şahid3 qayınanası onunla birlikdə çörək sexində işləmişdir. Bəzi hallarda Aygülün qayınanasının mobil telefonu üzərində olmadıqda, sonuncu onun telefonu ilə öz gəlini Aygül ilə mobil telefon vasitəsilə əlaqə saxlamışdır. Lakin o, heç vaxt Aygülün özü ilə danışmaq üçün sonuncu ilə əlaqə saxlamamışdır. Hadisə ilə əlaqədar o, bildirmişdir ki, Təqsirləndirilən şəxs onunla zəngləşərək görüşmək istəmiş və o da Həmidlə görüşmək qərarına gəlmişdir. Onunla Həmidin arasında yanlış anlaşılma olmuşdur. Ona görə də onlar həmin yanlış anlaşılmanı aydınlaşdırmaq üçün görüşmüşlər. Onlar görüşdükləri zaman Həmid ona guya onun Aygülü istədiyini və ona görə də Aygülü həyat yoldaşından boşandırıb sonuncu ilə evlənəciyi kimi fikirləri olduğunu bildirmişdir. Lakin o, Həmidə belə bir məsələnin olmadığını izah etmişdir. Sadəcə olaraq həmin an hər ikisi də əsəbi olduğundan onlar bir-birilərini başa düşə bilməmişlər və nəticədə Təqsirləndirilən şəxs ona bıçaqla xəsarət yetirmişdir. O, Təqsirləndirilən şəxs ilə barışmış, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs ifadəsində qeyd etdiklərinin nəzərə alınaraq Təqsirləndirilən şəxs yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxs ibtidai istintaq orqanına vermiş olduğu ifadəsindən görünür ki, o, Təqsirləndirilən şəxs təxminən 2 (iki) ilə yaxındır ki, tanıyır. Həmidin xalası qızının qayınanası onun əvvəllər işlədiyi Günəşli qəsəbəsində yerləşən restoranda işləmişdir. O, həmin gəlini də dəfələrlə görmüşdür. Həmin gəlinin telefon nömrəsi də onda olmuşdur. Çünki qayınanasının telefonu olmadığından sonuncu öz gəlini ilə onun telefonu ilə əlaqə saxlamışdır. Təqsirləndirilən şəxs xalası qızı ilə onun arasında heç bir sevgi və məhəbbət kimi ülvi hisslər və yaxud həmin tipli söhbətləri, yazışmaları olmamışdır. 07 aprel 2023-cü il tarixdə, axşam saat 20:00 radələrində Həmid onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə ***-***-**-** saylı mobil nömrədən zəng etmiş və onunla Əhmədli qəsəbəsində yerləşən «Xan Çinar» restoranında görüşmək istədiyini bildirmişdir. O da Həmidlə razılaşmışdır. Sonra onlar həmin gün saat 23:00 radələrində «Xan Çinar» restoranın 07 saylı kabinetində görüşmüşlər. Görüş zamanı Həmid xalası qızı Aygül ilə sevgi münasibətində olub-olmadığını ondan soruşduqda, o, Həmidə belə bir şeyin olmadığını demişdir. Sonra Həmid ona elə bir söhbət eşitdiyini bildirmişdir. O, Həmidə «elə bir söhbət olsaydı, mən boşanardım və onunla evlənmək qərarı verərdim» demişdir. Həmid ondan evli olub-olmadığını soruşduqda, o, Həmidə «hə» cavabı vermişdir. Daha sonra Həmid ona kəlləsi ilə sifət nahiyəsinə, daha sonra bıçaqla qarın və bədəninin digər nahiyələrinə vurmuşdur. Bundan sonrasını o, xatırlamamır. Təqsirləndirilən şəxs onu yanlış anlamışdır. O, Həmidi qınamır, çünki hər ikisi çox əsəbi olmuşdur. O, Təqsirləndirilən şəxs bağışlamışdır. Həmin hadisə zamanı o, çox əsəbi olmuş və həqiqətən hadisəni yaxşı xatırlamamış, amma Həmid ona kəllə və bıçaq zərbələri endirmişdir. O, Həmidə heç bir xəsarət yetirməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs tez-tez onun işlədiyi kafeyə çay içmək üçün gəlmişdir. Hadisə baş verən gün Təqsirləndirilən şəxs yenidən onun işlədiyi kafeyə gəlmiş və ayrı otaqda əyləşmişdir. O, Həmidə çay vermiş və sonra otaqdan çıxıb getmişdir. Lakin qısa müddət sonra o, işlədiyi kafedə səs-küy eşitmişdir. O, əvvəlcə başqa bir otağa yaxınlaşmışdır. Lakin o, orada heç nəyin baş vermədiyini görmüşdür. O, digər otağa yaxınlaşan zaman Vüsal adı ilə tanıdığı Təqsirləndirilən şəxs qapıdan çıxdığını görmüşdür. Bu vaxt o, Həmidin bıçaqladığı oğlanın qapıdan çölə çıxaraq yıxıldığını görmüşdür. Həmin an o, qorxudan qışqırmağa başlamışdır. Həmid isə ona narahat olmamağını və hadisə yerindən kənara çəkilməsini bildirmişdir. O da qorxduğu üçün Həmidə oradan kənarlaşmasını bildirmişdir. Daha sonra kafenin rəhbərliyi hadisə yerinə gəlmişdir. Qısa müddət sonra da X7 maşını hadisə yerinə gələrək zərərçəkmiş şəxsi xəstəxanaya aparmışdır. O, zərərçəkmiş şəxsi əvvəllər tanımamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxsli Zəfər oğlu onun xalası oğludur. Zərərçəkmiş şəxs isə onun qayınanasının iş yoldaşı olmuşdur. Həmçinin Zərərçəkmiş şəxs onun qayınanasının ailəsi ilə yaxın dost münasibətlərində olmuşdur. Hətta Zərərçəkmiş şəxs onun qayınanasına yaşadığı mənzildən digər mənzilə köçən zaman ev əşyalarının daşınmasında da köməklik etmişdir. Zərərçəkmiş şəxs onun xalası oğlu Həmidi də tanımış, çünki onun qayınanasının ev əşyalarının daşınmasında Həmid də Turan ilə birlikdə kömək etmişdir. Həmçinin onun həyat yoldaşının da anasının iş yoldaşı kimi Turanla ünsiyyəti olmuşdur. Turan onun ailəsi ilə yaxın dost münasibətlərində olduğu zaman ona və onun ailə üzvlərinə qarşı hörmətsizlik etməmişdir. Eyni zamanda onun Turanla sevgi münasibəti olmamışdır. O, Turanı sadəcə öz qayınanasının iş yoldaşı kimi tanımışdır. Şahid3 ibtidai istintaq orqanına vermiş olduğu ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs onun xalası oğludur, onun Həmidlə münasibəti çox yaxşı olmuşdur. O, Zərərçəkmiş şəxs 7-8 aydır ki, qayınanasının iş yoldaşı kimi tanıyır. Qayınanasının əlaqə nömrəsi olmadığından o, istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsi ilə qayınanası ilə əlaqə saxlamışdır. xx.xx.2023-cü il tarixdə xalası oğlu Həmid həmişəki kimi onun əvvəllər yaşadığı ünvan 2 ünvanına gəlmişdir. Orada onlar ailə və işləri barədə söhbət etmişlər. Hər şey qaydasında olmuşdur. Təxminən axşam saat 21:00-22:00 radələrində Həmid onun yaşadığı ünvandan çıxıb getmişdir. Həmid evdən çıxıb getdikdən sonra o, xəbər almışdır ki, Həmid bir nəfəri bıçaqlamışdır. Maraqlandıqdan sonra ona məlum olmuşdur ki, onun xalası oğlu Həmid Zərərçəkmiş şəxs xəsarət yetirmişdir. Onun Zərərçəkmiş şəxs ilə heç bir münasibəti olmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, cinayət hadisəsinin baş verdiyi “Xan Çinar” restoranı onun dostuna məxsusdur. O da teztez həmin restorana gedir. O, yenə həmin restoranda olan zaman orada işləyən xanımlardan biri restoranda dava olduğunu bildirmişdir. O, hadisə yerinə gələn zaman artıq hər kəs çöldə olmuşdur. Onun bildiyinə görə hadisə zamanı Vüsal adı ilə tanıdığı, əslində isə təqsirləndirilən şəxs qismində çıxış edən Təqsirləndirilən şəxs adını bilmədiyi bir nəfər zərərçəkmiş şəxsi bıçaqlamışdır. O, ümumiyyətlə bıçaqlanan şəxsi hadisə yerində əvvəllər görməmişdir. Bundan sonra qanaxmanı dayandırmaq üçün o, zərərçəkmiş şəxsin ayağını bağlamışdır. Sonra X7 çağırmışlar və hadisə barədə polisə məlumat vermişlər. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli raportdan (cild 1, iş vərəqə 03) görünür ki, Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsində nömrəsiz ünvanda yaşayan Zərərçəkmiş şəxs həmin gün Bakı şəhəri, Xətai rayonu, Lütfizadə küçəsində yerləşən “Xan Çinar” restoranında Təqsirləndirilən şəxs tərəfindən bıçaqla xəsarət yetirilməsi faktı ilə əlaqədar Xətai RPİ-nin müstəntiqi, polis leytenantı Mahir Hacıyev hadisə yerinə çıxmışdır. xx.xx.2023-cü il tarixli raportdan (cild 1, iş vərəqə 05) görünür ki, həmin gün saat 00:58-də 03 saylı Sabunçu şəhər xəstəxanasından həkim Zərbəliyev (012)-450-21-72 nömrədən Xətai RPİ-nin 34-cü PŞ-nin növbətçi hissəsinə zəng edərək bildirmişdir ki, Nizami rayonu ərazisində nömrəsiz evdə yaşayan 1993-cü il təvəllüdlü Zərərçəkmiş şəxs “döş qəfəsinin sol yarısının kəsilmiş deşilmiş yarası” diaqnozu ilə xəstəxanaya müraciət etmişdir. Vət.Zərərçəkmiş şəxs xəstəxanaya məlumat verərək xx.xx.2023-cü il tarixdə, saat 23:55-də Bakı şəhəri, Xətai rayonu, Lütfizadə küçəsində yerləşən “Xan Çinar” kafesində tanımadığı şəxs tərəfindən bıçaqla vurularaq xəsarət aldığını bildirmişdir. xx.xx.2023-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan və həmin protokola əlavə edilmiş fotocədvəldən (cild 1, iş vərəqə 8-12) görünür ki, həmin gün cinayət hadisəsi baş verən və Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsində yerləşən “Xan Çinar” restoranının 7-ci kabinetinə baxış keçirilmişdir. xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 1, iş vərəqə 34-35) görünür ki, həmin gün Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X5 X6 X5 PHŞ-6-17/2-617/2023 saylı məktubundan (cild 1, iş vərəqə 46) görünür ki, xəstə Zərərçəkmiş şəxs cərrahiyyə şöbəsinə xx.xx.2023-cü il tarixdə, saat 23:35-də “Döş qəfəsinin sol yarısının ön divarının sol plevra boşluğuna nüfüz edən kəsilmiş-deşilmiş yarası. Sol ağciyərin yuxarı payının kəsilmiş-deşilmiş yarası. Diafraqmanın sol yarısının kəsilmiş-deşilmiş yarası. Sol tərəfli hemopnefmotoraks. Başın tüklü hissəsinin təpə gicgah nahiyəsinin kəsilmiş-deşilmiş yarası. Çənəaltı nahiyyənin kəsilmiş-deşilmiş yarası. Sol budun yuxarı 1/3-nin bayır səthinin kəsilmiş-deşilmiş yarası” diaqnozu ilə stasionar müalicəyə qəbul edilmişdir. Zərərçəkmiş şəxs tanımadığı şəxs tərəfindən həmin xəsarətlərin yetirildiyini bildirmişdir. xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan (cild 1, iş vərəqə 47-48) görünür ki, həmin gün Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə ittiham elan edilmişdir. xx.xx.2023-cü il tarixli Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)-250/2023 saylı qərarından (cild 1, iş vərəqə 66-70) görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 08 aprel 2023-cü il tarixdən hesablanmışdır. xx.xx.2023-cü il tarixli ərizədən (cild 1, iş vərəqə 84) görünür ki, Zərərçəkmiş şəxs Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi, polis leytenantı Mahir Hacıyevə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş maddi və mənəvi ziyanın ödənildiyini, onun Təqsirləndirilən şəxs heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. xx.xx.2023-cü il tarixli DVD diskə baxış keçirilməsi haqqında protokoldan (cild 1, iş vərəqə 85) görünür ki, görüntülər Bakı şəhəri, Xətai rayonu, Lütfizadə küçəsində yerləşən “Xan Çinar” restoranının içəri həyətində quraşdırılmış müşahidə kamerasına düşmüş görüntüləri əks etdirir. Həmin görüntülərdən məlum olur ki, xx.xx.2023-cü il tarixdə, saat 23:02-də restoranın 07 nömrəli otağından 2 (iki) nəfər şəxs mübahisə edə-edə restoranın həyətinə çıxır və bundan sonra şəxsiyyətləri sonradan istintaqla müəyyən edilmiş Təqsirləndirilən şəxs üzərində olan kəsici-deşici alətlə Zərərçəkmiş şəxs bədəninin müxtəlif yerlərindən vurmaqla xəsarətlər yetirir. Aldığı xəsarətlərdən Zərərçəkmiş şəxs yerə yıxılır, daha sonra isə Təqsirləndirilən şəxs onu yerdən qaldıraraq qoluna girib restoranın çıxışına tərəf aparır. Zərərçəkmiş şəxs isə Həmid Əlyevə sarılıb onun köməkliyi ilə birlikdə restoranın çıxışına tərəf gedir. Daha sonra baş verənlər kameranın çəkiliş bucağı altına düşmədiyindən görmək mümkün deyil. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən (cild 1, iş vərəqə 88) görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X5 1291 nömrəli ekspertiza rəyindən (cild 1, iş vərəqə 102- 103) görünür ki, Təqsirləndirilən şəxs müayinə zamanı hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 21 və 22-ci maddələrinin təsiri altına düşmür, hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə- Tibbi Ekspertiza və X3” X5 Xətai rayon şöbəsinin 536 nömrəli ekspertiza rəyindən (cild 1, iş vərəqə 104-108) görünür ki, Zərərçəkmiş şəxs aldığı xəsarətlər - döş qəfəsinin sol yarısını ön divarının daxilə-sol plevra boşluğuna nüfuz edən, sol ağciyərin yuxarı payının və diafraqmanın sol yarısının deşilmiş-kəsilmiş yarası və sol tərəfli hemopnevmotoraks ilə müşayiət olunan 1 (bir) ədəd daxilə keçən deşilmiş-kəsilmiş yara; başın sol təpə-gicgah, çənəaltı və sol bud nahiyələrində deşilmiş-kəsilmiş yaralar deşici-kəsici əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən və xəstəlik tarixinin kserosurətlərində qeyd olunan xx.xx.2023-cü il tarixdə və şəraitdə, yəni kənar şəxs tərəfindən deşici-kəsici alətlə (alətlərlə), ola bilsin bıçaqla yetirilə bilərdilər, qeyd olunan xəsarətlərdən - döş qəfəsinin sol yarısını ön divarının daxilə-sol plevra boşluğuna nüfuz edən, sol ağciyərin yuxarı payının və diafraqmanın sol yarısının deşilmiş-kəsilmiş yarası və sol tərəfli hemopnevmotoraks ilə müşayiət edilən 1 (bir) ədəd daxilə keçən deşilmişkəsilmiş yara dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir, digər yaralar isə ümumilikdə və ayrı-ayrılıqda dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. xx.xx.2023-cü il tarixli cinayət əməlinin tövsif edilməsi haqqında qərardan (cild 1, iş vərəqə 113-115) görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsindən həmin Məcəllənin 126.2.4-cü maddəsinə tövsif edilmişdir. xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxs qismində yenidən cəlb etmək haqqında qərardan (cild 1, iş vərəqə 117-118) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə yeni məzmunda ittiham elan edilmişdir. xx.xx.2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan (cild 1, iş vərəqə 132-135) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə elan edilmiş ittihamın dəyişdirilmədən saxlanılması, onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120 və 221.3-cü maddələri ilə cinayət təqibinin başlanmasının rədd edilməsi, Təqsirləndirilən şəxs cinayət törətdiyi anın görüntülərini əks etdirən 1 (bir) ədəd DVD-R diskin maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə olunması qərara alınmışdır. xx.xx.2023-cü il tarixli Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)-503/2023 saylı qərarından (cild 1, iş vərəqə 151-154) görünür ki, həmin gün Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 28 avqust 2023-cü il tarixədək uzadılmışdır. xx.xx.2023-cü il tarixli Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1899/2023 saylı qərarından (cild 1, iş vərəqə 196-201) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilmiş və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmış, habelə onun həbsdə saxlama müddəti xx.xx.2023cü il tarixədək uzadılmışdır. xx.xx.2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan (cild 1, iş vərəqə 232-239) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə yenidən ittiham elan edilməsi, onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120, 221 və 228.4-cü maddələri ilə cinayət təqibinin başlanmasının rədd edilməsi, Təqsirləndirilən şəxs cinayət törətdiyi anının görüntülərini əks etdirən 1 (bir) ədəd DVD-R diskin maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə olunması qərara alınmışdır. xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxs qismində yenidən cəlb etmək haqqında qərardan (cild 1, iş vərəqə 240-241) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə yeni məzmunda ittiham elan edilmişdir. xx.xx.2023-cü il tarixli Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)-642/2023 saylı qərarından (cild 1, iş vərəqə 272-276) görünür ki, həmin gün Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 31 oktyabr 2023-cü il tarixədək uzadılmışdır. xx.xx.2023-cü il tarixli ərizədən (cild 2, iş vərəqə 55) görünür ki, Zərərçəkmiş şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın ödənildiyini, ona görə də onun Təqsirləndirilən şəxs heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X2 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin xx.xx.2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində müdafiə tərəfinə imkan yaradılmış, təqsirləndirilən şəxs və onun müdafiəçisi həmin sübutlara dair öz etirazlarını bildirmişlər, habelə məhkəmə istintaqında tədqiq edilmiş sübutları və irəli sürülmüş ittihamı mübahisələndirmişlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Həmin Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda hüquqi qiymət verərək Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Belə ki, məhkəmədə araşdırılmış mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 07 aprel 2023-cü il tarixdə, saat 23:00 radələrində Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsində fəaliyyət göstərən «Xan Çinar» restoranının 07 nömrəli otağında Zərərçəkmiş şəxs sifət nahiyəsinə bıçaqla, baş nahiyəsinə isə bıçağın arxa hissəsi ilə zərbələr vurub sonuncuya başın sol-təpə gicgah, çənəaltı və sol bud nahiyələrində deşilmiş-kəsilmiş yaralarla müşayiət edilən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərər vurduqdan sonra həmin otaqdan çıxaraq otağın qarşısında üzərində gəzdirdiyi bıçaqla yenidən Zərərçəkmiş şəxs bədən nahiyəsinə zərbələr vuraraq sonuncuya döş qəfəsinin sol yarısının ön divarının daxilə-sol plevra boşluğuna nüfuz edən, sağ ağciyərin yuxarı payının və diafraqmanın sol yarısının deşilmiş-kəsilmiş yarası və sol tərəfli hemopnevmotoroks ilə müşayiət olunan həyat üçün təhlükəli olan xəsarətlər yetirməklə Zərərçəkmiş şəxs sağlamlığına qəsdən ağır zərər vurmuşdur. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarıdır. Belə ki, 07 aprel 2023-cü il tarixdə, saat 23:00 radələrində Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsində fəaliyyət göstərən «Xan Çinar» restoranının 07 nömrəli otağında Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sağlamlığına qəsdən ağır zərər vurması Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs, şahidlər Şahid1 və Şahid2 həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı vermiş olduqları ifadələri əsasında tam şəkildə təsdiq olunmuşdur. Bu səbəbdən də Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sağlamlığına qəsdən ağır zərər vurması cinayət işinin mübahisəsiz halını təşkil edir. İş üzrə mübahisəli hal kimi – cinayət hadisəsinin baş verməsinə səbəb çıxış edir. Belə ki, Təqsirləndirilən şəxs məhkəmədə ona Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə elan olunmuş ittihamı mübahisələndirərək iddia etmişdir ki, o, Zərərçəkmiş şəxs ona görə xəsarət yetirmişdir ki, Zərərçəkmiş şəxs onun evli olan xalası qızı Şahid3 öz arvadından boşanacağını bildirərək Aygülə də ərindən boşanmağını və birlikdə yaşamağı təklif etmişdir. O, bunu bildikdən sonra Zərərçəkmiş şəxs görüşə dəvət edərək ona bıçaqla xəsarət yetirmişdir. Təqsirləndirilən şəxs göstərilən hissədə iddia etdiyi hallar ittihamın qanuniliyinə və əsaslılığına, eləcə də əməlin tövsifinə bilavasitə təsir etdiyindən bu məsələ məhkəmədə araşdırılmış və araşdırma nəticəsində Təqsirləndirilən şəxs iddia etdiyi halların həqiqət olması müəyyən edilməmişdir. Belə ki, həm Şahid3, həm də Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı və məhkəmə istintaqı zamanı ifadə verməklə Təqsirləndirilən şəxs iddia etdiyi halları təkzib edərək sevgi münasibətlərində olmadıqlarını, eləcə də Zərərçəkmiş şəxs Şahid3 qarşı əxlaqsız hərəkətlər etmədiyini bildirmişlər. Bundan başqa, Şahid3 Zərərçəkmiş şəxs əxlaqsız hərəkətləri barədə Təqsirləndirilən şəxs müraciət etməmiş və sonuncudan hər hansı formada köməklik istəməmişdir. Bu isə o deməkdir ki, Təqsirləndirilən şəxs özünə aid olmayan və məhkəmə istintaqında həqiqiliyi təsdiq olunmayan məsələ ilə əlaqədar xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs haqq-hesab etmək məqsədi ilə “Xan Çinar” kafesinə dəvət etmiş və orada buna hər hansı əsaslı səbəb olmadan əvvəlcədən üzərində daşıdığı bıçaqla Zərərçəkmiş şəxs sağlamlığına qəsdən ağır zərər vurmuşdur. Belə olduğu təqdirdə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs qarşı həqiqətən də xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma cinayət əməlini törətmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xuliqanlıq niyyəti onun zərərçəkmiş şəxsə qarşı sərgilədiyi zorakı, qəddar və kobud hərəkətlərində, o cümlədən zərərçəkmiş şəxsə qarşı hörmətsizlik göstərən eqoizmini açıq nümayiş etdirməsində ifadə olunmuşdur. Belə ki, xuliqanlıq motivi şəxsin azğınlığında, qəddarlığında, cinayət törətdiyi şəxsə qarşı hörmətsizlik göstərən eqoizmin açıq nümayiş etdirilməsində və ona qarşı sair kobud hərəkətlərində ifadə olunur. Xuliqanlıq niyyəti ilə cinayət çox vaxt heç bir səbəb olmadan, yaxud cüzi səbəbi bəhanə etməklə törədilir. Təqsirləndirilən şəxs xuliqanlıq niyyəti ilə cinayət törətməsi həm də onunla təsdiq olunur ki, cinayət hadisəsinin baş verməsinə nəyinki əsaslı səbəb olmuş, əksinə ümumiyyətlə heç bir səbəb olmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 avqust 2014-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Ağır, az ağır və yüngül xəsarət növlərinin” Siyahısına əsasən şəxsin sağlamlığına vurulmuş xəsarətin iki forması müəyyən edilmişdir. Biri həyat üçün təhlükəli olan xəsarətlər, ikincisi isə həyat üçün təhlükəli olmayan, lakin nəticələrinə görə ağır hesab edilən xəsarətlərdir. “Ağır, az ağır və yüngül xəsarət növlərinin” Siyahısının 1-ci maddəsinə əsasən Zərərçəkmiş şəxs yetirilmiş xəsarətlər, yəni onun döş qəfəsinin sol yarısının ön divarının daxilə-sol plevra boşluğuna nüfuz edən, sağ ağciyərin yuxarı payının və diafraqmanın sol yarısının deşilmiş-kəsilmiş yarası və sol tərəfli hemopnevmotoroks ilə müşayiət olunan həyat üçün təhlükəli olan xəsarətlər sağlamlığa ağır xəsarət dərəcəsinə aid edilmişdir. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2002-cı il tarixli 3 №-li qərarının 6-cı bəndində məhkəmələrə tövsiyə olunmuşdur ki, qəsdən adam öldürmə cinayəti xuliqanlıq niyyəti ilə o vaxt tövsif edilməlidir ki, təqsirkar öz davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törətmiş olsun (məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə). Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsində nəzərdə tutulan cinayətin əlamətləri var, həmin cinayət hadisəsi həqiqətən baş vermiş və cinayət hadisəsi məhz onun tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Bu səbəbdən də məhkəmə Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə tövsif edir. Bundan başqa, Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Həmçinin onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə təqsirli bilinməklə həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, məcburi köçkün olmasını, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, zərərçəkmiş şəxsə vurulmuş ziyanın ödənilməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs yalnız azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə, o cümlədən pozulmuş sosial ədalətin bərpasına nail olmaq olar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsində göstərilən cinayət cinayətlərin təsnifatına görə ağır cinayətlər sırasına daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi nəzərdə tutulmuşdur. Qanunun qeyd edilən tələbi baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Onun cəzasının əvvəli onun tutulduğu vaxtdan, yəni 08 aprel 2023-cü il tarixdən hesablanmalıdır. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Maddi sübut olub cinayət işinə əlavə edilmiş və Təqsirləndirilən şəxs cinayət törətdiyi anın görüntülərini əks etdirən 1 (bir) ədəd DVD-R disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza xərci və mülki iddia yoxdur. İş üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakı məhkəmə tərəfindən müəyyən edilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasının əvvəli onun tutulduğu vaxtdan, yəni 08 aprel 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Maddi sübut olub cinayət işinə əlavə edilmiş və Təqsirləndirilən şəxs cinayət törətdiyi anın görüntülərini əks etdirən 1 (bir) ədəd DVD-R disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim Əli Məmmədov Hakimlər Azad Məcidov Səbinə Məmmədzadə
Məhkəmə qərarları › İş №1(101)-917/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-917/2024
15.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver