Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-917/2025 20.11.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Namazov Fərid Arif oğlunun sədrliyi, hakimlər Hüseynov Telman Qulaməli oğlu və X2 ibarət tərkibdə, məhkəmə iclasının katibi X4, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər- Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, xx xxxxxxxx 1985-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının Şərur şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində 03 (üç) azyaşlı uşağı olan, orta təhsilli, işsiz, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 1(99)-257/2018 nömrəli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.2-ci, 234.4.1-ci və 234.4.3-cü maddələri ilə təqsirli bilinib 06 (altı) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 1(106)-517/2018 nömrəli qərarı ilə həmin cəza 05 (beş) il 06 (altı) ay müddətinə azaldılmış, Şabran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 7(031)-64/2022 nömrəli qərarı ilə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan 01 (bir) il 21 (iyirmi bir) gün hissəsindən vaxtından əvvəl şərti azad edilmiş, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə, xx xxxxxxxx 1989-cu il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində 01 (bir) azyaşlı uşağı olan, ali təhsilli, işsiz, məhkumluğu olmayan, ünvan 2 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ:
1. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib saxlayaraq daşımaqla Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilirlər.
İşin faktiki halları
2. İttiham aktına görə, Məmmədov X3 Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək qəti olaraq 06 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə cəzasının 05 il 06 ay müddətə qədər azaldılmasına və Şabran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməklə azadlığa buraxılmasına baxmayaraq, məhkumluğu ödənilmədən və ya qanunla nəzərdə tutulmuş qaydada götürülmədən yenidən qəsdən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmə, saxlama, daşıma və satma barədə tanışı Təqsirləndirilən şəxs1, eləcə də şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikasının vətəndaşı “Sadiq” adlı şəxs və qeyriləri ilə razılıq əldə edib cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən İran İslam Respublikası vətəndaşı “Sadiq” adlı şəxsin və qeyrilərinin külli miqdarda 21 kq 345 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı gizlədildiyi yerdən götürüb özlərində saxlamaq və digər şəxslərə satışını təşkil etmək barədə verdiyi təlimatına, həmçinin bu qanunsuz fəaliyyəti yerinə yetirmək müqabilində qazanc olaraq pul vədinə əsasən qeyd edilən narkotik vasitələri əldə etmək qərarına gəldikdən sonra “Sadiq” adlı şəxsin “Whatsapp” mobil tətbiqi vasitəsilə ona, onun isə öz növbəsində Təqsirləndirilən şəxs1 göndərdiyi koordinatlar əsasında 16 avqust 2024-cü il tarixdə Təqsirləndirilən şəxs1 Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi ərazisinə gedib İran İslam Respublikası vətəndaşı “Sadiq” adlı şəxsin və qeyrilərinin göndərdiyi qeyd edilən külli miqdarda narkotik vasitəni gizlədildiyi, istintaqla müəyyən edilməmiş yerdən götürüb idarə etdiyi “Toyota Prado” markalı **-LV-*** dövlət qeydiyyat nişanlı avtomobildə saxlamaqla Təqsirləndirilən şəxs2 yaşadığı ünvan 1 ünvanının yaxınlığına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 16 avqust 2024-cü il tarixdə saat 23:23-də yuxarıda qeyd olunan ünvanda saxlanılaraq hər iki şəxsin razılıq və iştirakları ilə sonuncunun idarə etdiyi “Toyota Prado” markalı **-LV-*** qeydiyyat nişanlı avtomobilə baxış zamanı avtomobilin arxa yük hissəsindən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə əldə edib saxladıqları 02 ədəd torbada, 21 ədəd qara rəngli sellofan bükümdə ümumilikdə külli miqdarda təmiz çəkisi 21 kq 345 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür.
3. İttiham aktına görə, Təqsirləndirilən şəxs1 satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmə, saxlama, daşıma və satma barədə tanışı Təqsirləndirilən şəxs2, eləcə də şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikasının vətəndaşı “Sadiq” adlı şəxs və qeyriləri ilə razılıq əldə edib cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən İran İslam Respublikası vətəndaşı “Sadiq” adlı şəxsin və qeyrilərinin külli miqdarda 21 kq 345 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı gizlədildiyi yerdən götürüb özlərində saxlamaq və digər şəxslərə satışını təşkil etmək barədə verdiyi təlimatına, həmçinin bu qanunsuz fəaliyyəti yerinə yetirmək müqabilində qazanc olaraq pul vədinə əsasən qeyd edilən narkotik vasitələri əldə etmək qərarına gəldikdən sonra 16 avqust 2024-cü il tarixdə “Sadiq” adlı şəxsin “Whatsapp” mobil tətbiqi vasitəsilə Təqsirləndirilən şəxs2, sonuncunun isə öz növbəsində ona göndərdiyi koordinatlar əsasında Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi ərazisinə gedib İran İslam Respublikası vətəndaşı “Sadiq” adlı şəxsin və qeyrilərinin göndərdiyi qeyd edilən külli miqdarda narkotik vasitəni gizlədildiyi, istintaqla müəyyən edilməmiş yerdən götürüb idarə etdiyi “Toyota Prado” markalı **-LV-*** dövlət qeydiyyat nişanlı avtomobildə saxlamaqla Təqsirləndirilən şəxs2 yaşadığı ünvan 1 ünvanının yaxınlığına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 16 avqust 2024-cü il tarixdə saat 23:23-də yuxarıda qeyd olunan ünvanda saxlanılaraq hər iki şəxsin razılıq və iştirakları ilə sonuncunun idarə etdiyi “Toyota Prado” markalı **-LV-*** qeydiyyat nişanlı avtomobilə baxış zamanı avtomobilin arxa yük hissəsindən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə əldə edib saxladıqları 02 ədəd torbada, 21 ədəd qara rəngli sellofan bükümdə ümumilikdə külli miqdarda təmiz çəkisi 21 kq 345 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür.
Təqsirləndirilən şəxsə qarşı ittiham tərəfinin təqdim etdiyi sübutlar aşağıdakılardan ibarətdir:
4. Məhkəmə istintaqı zamanı elan olunmaqla tədqiq edilmiş xx.xx.2024-cü il tarixli əməliyyat raportuna, “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərara, “Əməliyyat qrupunun yaradılması haqqında” əmrə və əməliyyat raportuna əsasən etimad doğuran, məlum, qərəzsiz mənbədən daxil olmuş malumatda Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olaraq qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edib Bakı şəhəri, Sabunçu rayonu ərazisində dövriyyəsi ilə məşğul olmaları, həmçinin Təqsirləndirilən şəxs1 idarə etdiyi Toyota Prado markalı, **-LV-*** dövlət qeydiyyat nişanlı avtomobilində gizlətməsi barədə məlumat daxil olduğundan, onların ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməklə yaxalanmasından ötrü Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid1 rəhbərliyi ilə digər əməliyyat müvəkkiləri X12, X11, X9 və X5 ibarət əməliyyat qrupu yaradılmış, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 16 avqust 2024-cü il tarixdə, saat 23:23 dəqiqədə ünvan 1 ünvanın yaxınlığında Təqsirləndirilən şəxs1 idarə etdiyi Toyota Prado markalı, **-LV-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanında piyada hərəkətdə olan zaman saxlanılaraq Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətirilmişlər. (Cild 1, iş vərəqi 7; 8-9; 11; 12-16; 17)
5. Məhkəmə istintaqı zamanı elan olunmaqla tədqiq edilmiş “Əməliyyat-axtarış tədbirinin keçirilməsinə, şübhəli şəxsin üstünün yoxlanılmasına və avtomobilinə baxış keçirilməsinə dair” xx.xx.2024-cü il tarixli protokoldan, xx.xx.2024-cü il tarixli “Təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında” protokoldan və “Baxış və götürmə hərəkətlərinin qeydə alındığı CD disk daşıyıcısında olan videogörüntülərə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, müvafiq istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barələrində şəxsi axtarış və götürmə aparılmışdır: - Təqsirləndirilən şəxs2 barəsində şəxsi axtarış və götürmə aparılmazdan əvvəl bu barədə tərtib olunmuş qərarla tanış edilmiş, paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi ona təklif edilmişdir. Bundan sonra o, sağ əlində saxladığı 01 (bir) ədəd üzərində ***-***-**-** simkart nömrəsi olan “Samsung” markalı mobil telefonu, əynində olan boz rəngli şalvarın sol cibindən 220 (iki yüz iyirmi) manat pulu təqdim etmişdir. Daha sonra Təqsirləndirilən şəxs2 üzəri yoxlanılmış, sonuncunun üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və predmetə rast gəlinməmişdir. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 01 (bir) ədəd mobil telefon sonuncudan götürülmüş, pul isə sonuncuya geri qaytarılmışdır; - Təqsirləndirilən şəxs1 barəsində şəxsi axtarış və götürmə aparılmazdan əvvəl bu barədə tərtib olunmuş qərarla tanış edilmiş, paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi ona təklif edilmişdir. Bundan sonra o, sol əlində saxladığı 01 (bir) ədəd üzərində ***-***-**-** saylı mobil nömrə olan “İphone” markalı mobil telefonu, 01 (bir) ədəd üzərində **********397119 nömrəli bank kartı, sağ əlində saxladığı 01 (bir) ədəd avtomobil açarını təqdim etmişdir. Daha sonra Təqsirləndirilən şəxs1 üzəri yoxlanılmış, sonuncunun üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və predmetə rast gəlinməmişdir. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 01 (bir) ədəd mobil telefon və 01 (bir) ədəd bank kartı sonuncudan götürülmüş, digər əşya sonuncuya geri qaytarılmışdır. - Daha sonra sonra Təqsirləndirilən şəxs1 idarə etdiyi “Toyota Prado” markalı, **-LV- *** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilməmişdən əvvəl avtomobildə ola biləcək külli miqdarda narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik olan digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs1 idarə etdiyi “Toyota Prado” markalı, **-LV-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa yük yerində saxladığı 02 (iki) ədəd kisənin içərisindən 21 (iyirmi bir) ədəd bağlamada narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütləni təqdim etmiş, daha sonra həmin kütlələr kisələrdə qablaşdırılmaqla möhürlənib götürülmüşdür. Bundan sonra avtomobilin digər hissələrinə baxış keçirilmiş, avtomobilin digər hissələrində iş üçün əhəmiyyət kəsb edən hər hansı predmetə rast gəlinməmişdir. Təqsirləndirilən şəxs1 verilən suallara cavab olaraq, avtomobilindən aşkar olumuş narkotik vasitənin qurudulmuş marixuana olmasını, həmin kütlələri qohumu Şərifin göstərişi ilə xx.xx.2024-cü il tarixdə Binəqədi rayonu ərazisindən gizlədilmiş yerdən əldə etdiyini və qardaşı Şahid2 bu kütlələrdən xəbərinin olmamasını bildirmişdir. Təqsirləndirilən şəxs2 verilən suallara cavab olaraq, avtomobildən aşkar olunmuş narkotik vasitənin “Sadiq” adlı İran İslam Respublikasının vətəndaşının vasitəsi ilə, qohumu Əzəməti göndərərək əldə etdiyini, həmin kütlələri ünvanlara çatdıracağını bildirmişdir. (Cild 1, iş vərəqi 12-16; 19-20)
6. Məhkəmə istintaqı zamanı elan olunmaqla tədqiq edilmiş Məhkəmə biolojiekspertizasının xx.xx.2024-cü il tarixli, 3-16-16/2-7/1371 saylı rəyində aşağıdakılar göstərilmişdir: - Tədqiqata təqdim edilmiş ağ kağız üzərində “Şübhəli şəxsin avtomobilindən aşkar olunmuş... Saxlanılan şəxs imza Təqsirləndirilən şəxs2. Saxlanılan şəxs imza Təqsirləndirilən şəxs1...” sözləri yazılmış birinci sintetik torbada skoçla bağlanmış 10 (on) ədəd qara rəngli sellofanda ayrı-ayrılıqda təmiz çəkiləri: 1) 1030 qram, 2) 1020 qram, 3) 1035 qram, 4) 1015 qram, 5) 1020 qram, 6) 905 qram, 7) 1020 qram, 8) 1020 qram, 9) 1020 qram, 10) 1025 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Ümumi çəkisi – 10 kq 110 qramdır; - Tədqiqata təqdim olunmuş ikinci sintetik torbada skoçla bağlanmış 11 (on bir) ədəd qara rəngli sellofanda ayrı-ayrılıqda təmiz çəkiləri: 1) 1015 qram, 2) 1020 qram, 3) 1015 qram, 4) 1025 qram, 5) 1030 qram, 6) 1025 qram, 7) 1015 qram, 8) 1035 qram, 9) 1015 qram, 10) 1020 qram, 11) 1020 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Ümumi çəkisi-11 kq 235 qramdır. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş siyahılara əsasən, marixuana “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən “narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir Qeyd: Marixuananın təmiz çəkisi 21345 qram olmuş, 1,05 qram (hər obyektdən 0,05 qram) tədqiqata sərf edildikdən sonra 21343,95 qram qalıq qalmışdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 89 (səksən doqquz) manat təşkil edir. (Cild 1, iş vərəqi 69-72; Cild 2, iş vərəqi 56)
7. Məhkəmə istintaqı zamanı elan olunmaqla tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “Üzləşdirmə” protokolundan görünür ki, həmin istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs2 üzləşdirilmişdir. (Cild 1, iş vərəqi 101-103)
8. Məhkəmə istintaqı zamanı elan olunmaqla tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “Üzləşdirmə” protokolundan görünür ki, həmin istintaq hərəkəti zamanı Şahid2 ilə Təqsirləndirilən şəxs2 üzləşdirilmişdir. (Cild 1, iş vərəqi 104-107)
9. Məhkəmə istintaqı zamanı elan olunmaqla tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “Üzləşdirmə” protokolundan görünür ki, həmin istintaq hərəkəti zamanı Şahid2 ilə Təqsirləndirilən şəxs1 üzləşdirilmişdir. (Cild 1, iş vərəqi 108-111)
10. Məhkəmə istintaqı zamanı elan olunmaqla tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmək və ittiham elan etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, ona həmin maddələrlə ittiham elan olunmuşdur. (Cild 1, iş vərəqi 112-114)
11. Məhkəmə istintaqı zamanı elan olunmaqla tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmək və ittiham elan etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, ona həmin maddələrlə ittiham elan olunmuşdur. (Cild 1, iş vərəqi 115-117)
12. Məhkəmə istintaqı zamanı elan olunmaqla tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “Maddi sübut hesab edilməsi haqqında” qərardan görünür ki, cinayət işi üzrə baxış zamanı aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış 21343,95 qram narkotik vasitə qurudulmuş marixuana maddi sübut hesab edilməklə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinat məsələsi həll edilənədək Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilmişdir. (Cild 1, iş vərəqi 187-188)
13. Məhkəmə istintaqı zamanı elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “Respublika Psixiatriya Xəstəxanası” X14 xx.xx.2024cü il tarixli, 10664 və 10665 nömrəli məktublarından görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmamışlar. (Cild 1, iş vərəqi 243; 245)
14. Məhkəmə istintaqı zamanı elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “2 nömrəli Psixiatriya Xəstəxanası” X14 xx.xx.2024cü il tarixli, 1/3536 və 1/3537 nömrəli məktublarından görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 son 10 ildə stasionar müalicə üçün həmin xəstəxanaya müraciət etməmişlər. (Cild 1, iş vərəqi 246; 247)
15. Məhkəmə istintaqı zamanı elan olunmaqla tədqiq edilmiş Abşeron Rayon İcra Hakimiyyətindən verilmiş xx.xx.2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 barəsində heç bir şikayət daxil olmamışdır. (Cild 1, iş vərəqi 248- 249)
16. Məhkəmə istintaqı zamanı elan olunmaqla tədqiq edilmiş Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinin Zabrat qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xx.xx.2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 barəsində heç bir şikayət daxil olmamışdır. (Cild 2, iş vərəqi 6)
17. Məhkəmə istintaqı zamanı elan edilməklə tədqiq olunmuş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin xx.xx.2024cü il tarixli, 3-13-7/2-6405/2024 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 əvvəlcədən tanışı Təqsirləndirilən şəxs1 ilə razılıq əldə edərək narkotik vasitəni satış məqsədilə əldə edib saxlamış, bu kimi maddənin qanunsuz ticarət dövriyyəsində İran İslam Respublikasının vətəndaşı olan “Sadiq” adlı şəxslə birgə əlaqəsinin olmasına və fəaliyyət göstərməsində “Sadiq” adlı şəxsin həmin narkotik vasitəni cinayətdə əlbir olduğu digər naməlum şəxslər vasitəsilə İrandan qaçaqmalçılıq yolu ilə Təqsirləndirilən şəxs2 göndərdikdən sonra, sonuncunun isə narkotik vasitəni tanışı Təqsirləndirilən şəxs1 ilə birgə Sabunçu rayonu, Zabrat qəsəbəsi ərazisində satışını həyata keçirərkən tutulmuşlar. Lakin, onların “Sadiq” adlı şəxslə birgə əlaqələrinin olmasına və fəaliyyət göstərməsində, eləcə də cinayətin digər iştirakçılarının, onların yaxın əlaqələrinin şəxsiyyətlərinin müəyyən edilməsi mümkün olmamışdır. (Cild 2, iş vərəqi 11)
18. Məhkəmə istintaqı zamanı elan edilməklə tədqiq olunmuş xx.xx.2024-cü il tarixli “Telefon zəngləri üzrə aparılmış danışıqlar barədə məlumatlara baxış keçirilməsi haqqında” protokoldan görünür ki, həmin istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəyə dair "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli, BKC/LGL-13607/24 nömrəli məktubuna əlavə edilmiş 01 ədəd CD diskə baxış keçirilən zaman xx.xx.2024-cü il tarixdə saat 21:33:19-da ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəyə “Ata qadan alaram 30 manatim var idi seher iwe aparacam iw yoldawlarimla nese mumkundu gelib deyerdim” məzmununda mətnin yazılması, həmin tarixdə saat 21:34:22-də Təqsirləndirilən şəxs2 “Qaracxrda ol gerrem 20 deqe tapdigin arasinan cixarsan yola” məzmunda mətnin yazılması, həmin tarixdə saat 21:34:56-da ***-***-**-** saylı mobil nömrədən “Yaxwi ata mehledeyem gozluyurem gelende de cixim” məzmununda, xx.xx.2024-cü il tarixdə saat 21:00:58-də “Ata qadan alaram belke men yuxari deyim gelim seher iwdeyem sen gelene gec olacaq 30 varim idi isdiyirsen karta atim.gedim” məzmununda mətnlərin yazılması müəyyən edilmişdir. (Cild 2, iş vərəqi 18-19)
19. Məhkəmə istintaqı zamanı elan edilməklə tədqiq olunmuş xx.xx.2024-cü il tarixli “Telefon zəngləri üzrə aparılmış danışıqlar barədə məlumatlara baxış keçirilməsi haqqında” protokoldan görünür ki, həmin istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəyə dair "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli, AZF/LGL-7503/24 nömrəli məktubuna əlavə edilmiş 01 ədəd CD diskə baxış keçirilən zaman həmin mobil nömrənin anten məlumatlarına əsasən sözügedən mobil nömrə xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsinin inzibati ərazisində aktiv olmuşdur. (Cild 2, iş vərəqi 33-34)
20. Məhkəmə istintaqı zamanı elan edilməklə tədqiq olunmuş xx.xx.2024-cü il tarixli “Mobil telefona baxış keçirilməsi barədə” protokoldan görünür ki, müvafiq istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs2 götürülmüş 01 ədəd “Samsung Galaxy A52” markalı mobil telefona baxış keçirilmişdir. Mobil telefon qara rəngli olmaqla işlənmiş vəziyyətdədir, plastmas-metal gövdəli, sensor dizaynlı, daxili antennalı, daxili yaddaşlı və rəqəmsal fotokameralıdır. Üzərində qara rəngli üzlük vardır. Mobil telefonun sağ yan tərəfində ekranı kilidləmə düyməsinin və səs tənzimi düymələrinin olması müəyyən edildi. Mobil telefon işlək vəziyyətə gətirilərək daxilində olan məlumatlara baxış keçirilən zaman “Whatsapp” mobil tətbiqinin “Söhbətlər” bölməsində adı “Brat” kimi qeyd edilmiş İran İslam Respublikasının mobil operatoruna məxsus “+98-***-***-**-**” saylı mobil nömrənin istifadəçisi (Fotoşəkil №1) ilə Təqsirləndirilən şəxs2 arasında yazışmalar müəyyən edildi. Belə ki, həmin nömrənin istifadəçisi 16 avqust 2024-cü il tarixdə saat 21:50-də Təqsirləndirilən şəxs2 səsli mesaj göndərərək bildirmişdir ki, “qardaşım, uşağa de, qalanını da götürsün, Götürüb 21 “tema”nın hamısın atıb ora. Uşağa de, “tema”-nın hamısını götürsün ordan. Bir dənə “meşok”u götürübdür, bir dənə “meşok” qalıbdır. De, “tema”-nın hamısın götür. Götürüb hirsindən xalasıoğlu ilə dava edib, götürüb “tema”-nın hamısın qoyubdur ora”. Həmin tarixdə adı “Brat” kimi qeyd olunmuş şəxs saat 21:52-də “Aye, on dənə birindədir, on bir dana birindədir. De, qayıtsın, bir dənəsini götürsün. Bilmirəm, ya “onluğu götürüb, ya “onbirliyi” məzmunlu (Fotoşəkil №2), saat 21.59-da isə “He, de, tez gəl. De, problem yoxdur, man güdürəm. De, tez gəl. Özü gəldi, gördü də rahatcana de, tez gəl” məzmunlu səsli mesajlar yönləndirmiş, Təqsirləndirilən şəxs2 saat 22:04-də cavab olaraq səsli mesaj göndərərək bildirmişdir ki, “Aye, uşaq nə s...dirir. Uşaq qayıtdı, onu da götürdü. “Uje” çıxıb gəlir bəri. Götürüb çıxıb gedib uşaq “uje” ikincini də” (Fotoşəkil №3). Həmin tarixdə adı “Brat” kimi qeyd edilmiş şəxs saat 22:32-də “Nə xəbər, ata? Gəldi, çıxdı uşaq, qadan alım?” məzmununda səsli mesaj göndərmiş, Təqsirləndirilən şəxs2 da cavab olaraq yazılı mesaj göndərib bildirmişdir ki, “15 deqeye.” Bundan sonra həmin tarixdə saat 22:46, 23:00 və 23:02-də adı “Brat” kimi qeyd edilmiş şəxs “Na xabar qardaşim”, “Qardaşim”, “Bidana Zang ele” məzmunlu mesajlar göndərmiş, Təqsirləndirilən şəxs2 cavab kimi səsli mesaj göndərərək bildirmişdir ki, “Sən mənə səslə at, nə lazımdı. Mən danışa bilmirəm indi, rahat deyiləm. Səslə at, nə bağlamaq lazımdır, nə etmək lazımdır mənə səslə, yaz, at. Nə etmək lazımdır edim”. Həmin şəxs cavab kimi “Sənin başına dolanım. Deyirəm, bir dənə əvvəl onun hamısının bir dənə videosunu çək. Səsin. düşməsin də. Düşsə də, problem deyil, səsin qət edə bilirəm. Çün burda mal yiyəsi yoxdur, ona izah edim ki, məsələn bunlardır da götürdüyüm. Bir dənə onun videosunu çək hamısının. Bir dənə yeddi dənə bağla, sonra bir dənə beş dənə. Bir dənə yeddi kilo, bir dənə beş kilo. Sənin qadanı alım” məzmunlu səsli mesaj, “7k gol” və “5k gol” məzmunlu yazılı mesaj və “Ata, bir-iki dənə mal olacaq, qadan alım. Bağlamalar da qara sellofanda olsun ki, məsələn qaranlıq yerdə olsun. Day özün bilirsən də, sənə deməyə yoxdur ki. Bir dənə o videonu at mana, dayıya atım ki, bilsin nə var nə yox” məzmunlu səsli mesaj göndərmişdir. (Cild 2, iş vərəqi 36-40)
21. Məhkəmə istintaqı zamanı elan olunmaqla tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “Maddi sübut hesab edilməsi haqqında” qərardan görünür ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs2 aşkar edilərək götürülmüş “Samsung” markalı mobil telefon maddi sübut hesab edilməklə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinat məsələsi həll edilənədək Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilmişdir. (Cild 2, iş vərəqi 41)
22. Məhkəmə istintaqı zamanı elan olunmaqla tədqiq edilmiş AZ İV № 965640 nömrəli “Doğum haqqında şəhadətnamənin” surətindən görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində xx.xx.2023-cü il təvəllüdlü 1 azyaşlı uşağı vardır. (Cild 2, iş vərəqi 49)
23. Məhkəmə istintaqı zamanı elan olunmaqla tədqiq edilmiş Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 6116 nömrəli rəyinə əsasən, müayinə zamanı Təqsirləndirilən şəxs1 narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmamış, narkomaniya xəstəliyindən əziyyət çəkməmişdir. Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicəyə ehtiyacı olmamışdır. (Cild 2, iş vərəqi 52-53)
24. Məhkəmə istintaqı zamanı elan olunmaqla tədqiq edilmiş Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 6126 nömrəli rəyinə əsasən, müayinə zamanı Təqsirləndirilən şəxs2 kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuş, narkomaniyadan məcburi müalicəyə ehtiyacı olmuş, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür. (Cild 2, iş vərəqi 54-55)
25. Məhkəmə istintaqı zamanı elan olunmaqla tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə yeni məzmunda ittiham elan edilmişdir. (Cild 2, iş vərəqi 112-114)
26. Məhkəmə istintaqı zamanı elan olunmaqla tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə yeni məzmunda ittiham elan edilmişdir. (Cild 2, iş vərəqi 133-135)
27. Məhkəmə istintaqı zamanı elan olunmaqla tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “Üzləşdirmə” protokolundan görünür ki, müvafiq istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 ilə üzləşdirilən zaman ifadəsində göstərdiklərini sonuncunun üzünə qarşı deməklə ifşa etmişdir. (Cild 2, iş vərəqi 191-195)
28. Məhkəmə istintaqı zamanı elan olunmaqla tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkotik vasitəni əldə etdikləri “Sadiq” adlı şəxs və qeyrilərinin barəsində CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə ayrıca cinayət işinin icraata ayrılması qərara alınmış, təqsirləndirilən şəxslərin, şahidlərin ifadələri, istintaq hərəkətlərinin protokolları, ekspertiza rəyləri və digər istintaq sənədləri sübut növü kimi qiymətləndirilmişdir. (Cild 2, iş vərəqi 215-235)
29. Məhkəmə istintaqı zamanı elan olunmaqla tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “Cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkotik vasitəni əldə etdikləri “Sadiq” adlı şəxs və qeyrilərinin barəsində CM-in 234.4.1 və 234.4.3cü maddələri ilə ayrıca cinayət işi icraata ayrılmışdır. (Cild 2, iş vərəqi 238-239)
30. Təqsirləndirilən şəxs1 məhkəmədə verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı vermiş olduğu ifadələr arasında kəskin ziddiyyətlər olduğundan onun həmin ifadəsi Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən elan edilməklə tədqiq edilmişdir. Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi həmin ifadəsində bildirmişdir ki, 16 avqust 2024-cü il tarixdə axşam saat 21 radələrində qohumu Təqsirləndirilən şəxs2 ona zəng edib tanışının “nəşə” adı ilə tanıdığı narkotik vasitə göndərdiyini, həmin narkotik vasitəni gedib götürmək və Şərifin yaşadığı evə aparmaq lazım olduğunu, bunun qarşılığında Şərifin ona pul verəcəyini dediyindən, o, sonuncunun “Whatsapp” mobil tətbiqi vasitəsilə göndərdiyi konum üzrə hərəkət edib həmin yerə, yəni Xocəsən qəsəbəsi ərazisinə getmiş və orada 02 ədəd torba olduğunu görmüşdür. O, həmin torbaları götürüb idarə etdiyi “Toyota Prado” markalı **-LV-*** qeydiyyat nişanlı avtomobilin yük yerinə qoyduqdan sonra Təqsirləndirilən şəxs2 yaşadığı Zabrat qəsəbəsi istiqamətində hərəkət etməyə başlamış, yolüstü qardaşını işlədiyi “Panorama” restoranından götürmüşdür. Lakin avtomobildə narkotik vasitə olması barədə qardaşına heç bir məlumat verməmiş, saat təxminən 23 radələrində Şərifin yaşadığı evə çatmışdır. 16 avqust 2024-cü il tarixdə, saat 23:23 dəqiqədə ünvan 1 ünvanın yaxınlığında idarə etdiyi “Toyota Prado” markalı, 90-LV- 057 dövlət qeydiyyat nişanlı avtomobilin yanında piyada olan zaman bir neçə nəfər mülki geyimdə polis əməkdaşları ona, qardaşına və qohumu Şərifə yaxınlaşaraq özlərini təqdim etmiş, o və qohumu Şərifin narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli olduqlarını bildirərək, üzərilərində narkotik vasitə olub olmadığını, varsa təqdim etmələrini təklif etdikdən sonra Təqsirləndirilən şəxs2 əlində saxladığı 1 (bir) ədəd “Samsung” markalı mobil telefonu, əynində olan şalvarın cibindən pul vəsaitlərini təqdim etmiş, daha sonra Şərifin üzəri yoxlanılmış, üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya predmetə rast gəlinməmişdir. Aşkar edilmiş 1 (bir) ədəd mobil telefon götürülmüş və pul vəsaitləri geri qaytarılmışdır. Ona da eyni təklif edildikdən sonra o, sol əlində saxladığı 1 (bir) ədəd üzərində ***-***-**-** saylı mobil nömrə olan “İphone” markalı mobil telefonu, 1 (bir) ədəd bank kartı, sağ əlində saxladığı 1 (bir) ədəd avtomobil açarını təqdim etmiş, daha sonra üzəri yoxlanılmış, üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya predmetə rast gəlinməmişdir. Aşkar edilmiş 1 (bir) ədəd mobil telefon və 1 (bir) ədəd bank kartı ondan götürülmüş və avtomobil açarı ona geri qaytarılmışdır. Bundan sonra qardaşı Şahid2 da eyni təklif edildiyindən, sonuncu əynində olan şalvarın cibindən 1 (bir) ədəd “Samsung” markalı mobil telefonu təqdim etmiş, daha sonra sonuncunun da üzəri yoxlanıldıqda üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya predmetə rast gəlinməmişdir. Aşkar edilmiş 1 (bir) ədəd mobil telefon Mərhəmətdən götürülmüşdür. Daha sonra ona idarə etdiyi “Toyota Prado” markalı, **-LV-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilməmişdən əvvəl avtomobildə ola biləcək külli miqdarda narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik olan digər əşyaları və ya sənədləri verməyi təklif olunduqdan sonra o, idarə etdiyi avtomobilin arxa yük yerində saxladığı 2 (iki) ədəd kisənin içərisindən 21 (iyirmi bir) ədəd bağlamada narkotik vasitə olan qurudulmuş marixuanaları təqdim etmişdir. Daha sonra qurudulmuş marixuana elektron tərəzidə çəkilmiş, həmin kütlələr kisələrdə qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra avtomobilin digər hissələrinə baxış keçirilmiş, avtomobilin digər hissələrində iş üçün əhəmiyyət kəsb edən hər hansı bir predmetə rast gəlinməmişdir. O, verilən suallara cavab olaraq, avtomobilindən aşkar olumuş narkotik vasitənin qurudulmuş marixuana olmasını, həmin kütlələri qohumu Şərifin göstərişi ilə Binəqədi rayonu ərazisindən gizlədilmiş yerdən əldə etdiyini və qardaşı Şahid2 bu kütlələrdən xəbərinin olmamasını bildirmiş, Təqsirləndirilən şəxs2 da onun dediklərini təsdiq eləmiş, əlavə olaraq İran İslam Respublikasının vətəndaşı olan “Sadiq” adlı şəxsin vasitəsi ilə həmin narkotik vasitələrin onun tərəfindən götürüldüyünü bildirmişdir. Daha sonra onları polis əməkdaşları Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparmışlar. Orada ona hüquq və vəzifələri izah olunaraq, müdafiəçi ilə təmin olunmuş və verilən suallara cavab olaraq bildirmişdir ki, aşkar olunmuş maddələri qohumu Şərifin sifarişi ilə Şərifə çatdırmaq üçün əldə etmişdir. İranlı “Sadiq” adlı şəxslə görüşməmişdir və anket məlumatlarını bilmir. O, narkotik vasitə və va psixotrop maddələrin satısı ilə məşğul olmur. O, narkotik vasitə və psixotrop maddə istifadə etmir. Şərif narkotik vasitələrdən istifadə edir, sonuncunun narkotik vasitələrin satışı ilə məşğul olması barədə məlumatı yoxdur. Avtomobilində narkotik vasitə olmasından yalnız o və Şərifin xəbəri olmuşdur. Başqa heç yerdə narkotik vasitə və ya psixotrop maddə saxlamır. "xxxx" MMC-yə məxsus ***-***-**-** mobil nömrəsindən istifadə etmişdir. Qardaşı Şahid2 bu cinayəti törətməkləri barədə heç bir məlumatı olmamışdır. Nə saxlanılan zaman, nə üzərinə, nə də avtomobilə baxış keçirilən zaman heç bir fiziki və ya psixi təyziqə məruz qalmamışdır. Saxlanılan zaman polis əməkdaşlarına heç bir müqavimət göstərməmişdir.
31. Təqsirləndirilən şəxs2 məhkəmədə verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı vermiş olduğu ifadələr arasında kəskin ziddiyyətlər olduğundan onun həmin ifadəsi Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən elan edilməklə tədqiq edilmişdir. Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi həmin ifadəsində bildirmişdir ki, bir müddət əvvəl “Sadiq” adlı iranlı şəxslə tanış olmuşdur. O, narkotik vasitə istifadəçisi olduğu üçün “Sadiq” adlı şəxsdən tez-tez narkotik vasitə qurudulmuş marixuana almışdır. Təxminən 4-5 gün əvvəl “Sadiq” ona narkotik vasitə qurudulmuş marixuana olduğunu, həmin narkotik vasitəni deyəcəyi yerdən götürüb Bakı şəhərində müəyyən yerlərə qoyub konum göndərmək lazım olduğunu deyib, əlavə olaraq təklif etmişdir ki, əgər razılaşsa, bunun qarşılığında ona 2000 manat pul verəcəkdir. O, tutulmaqdan qorxduğu üçün “Sadiq” adlı şəxslə razılaşmamışdır. Bundan sonra “Sadiq” adlı şəxs ona bildirmişdir ki, əgər güvənə biləcəyi qohumu varsa, təklif etdiyi işi həmin şəxsə tapşırsın. Bundan sonra o, xalası oğlu Təqsirləndirilən şəxs1 ilə əlaqə saxlamış və “Sadiq” adlı şəxsin ona dediklərini olduğu kimi Əzəmətə çatdırmışdır. Əzəmət onunla razılaşmış və o, bu işin qarşılığında “Sadiq” adlı şəxsdən alacağı pulu Əzəmətlə bölməyə razılıq vermişdir. 16 avqust 2024-cü il tarixdə “Sadiq” adlı şəxs ona konum göndərmiş və o, həmin konumu Əzəmətə göndərib bildirmişdir ki, həmin maddələri götürüb onun yaşadığı evə gətirsin. Bir neçə saatdan sonra Əzəmət qardaşı Mərhəmət ilə birlikdə onun yaşadığı evə gəlmişlər. 16 avqust 2024-cü il tarixdə saat 23:23 dəqiqədə ünvan 1 ünvanın yaxınlığında Təqsirləndirilən şəxs1 idarə etdiyi “Toyota Prado” markalı, **-LV-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanında piyada olan zaman bir neçə nəfər mülki geyimdə polis əməkdaşları o, Mərhəmət və Əzəmətə yaxınlaşaraq özlərini təqdim etmişlər. O və Əzəmətin narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli olduqlarını bildirərək, üzərilərində narkotik vasitə olub olmadığını, varsa təqdim etməyini təklif etdikdən sonra o, sağ əlində saxladığı 1 (bir) ədəd üzərində ***-***-**-** mobil nömrə olan “Samsung” markalı mobil telefonu, əynində olan boz rəngli şalvarın sol cibindən 220 (iki yüz iyirmi) manat pulu təqdim etmişdir. Daha sonra üzəri yoxlanılmış, üzərindən qanunla qadağan edilmiş hər hansı bir əşya predmetə rast gəlinməmişdir. Aşkar edilmiş 1 (bir) ədəd mobil telefon ondan götürülmüş və pul vəsaitləri ona geri qaytarılmışdır. O, əlində saxladığı 1 (bir) ədəd İphone markalı mobil telefonu, 1 (bir) ədəd bank kartı, 1 (bir) ədəd avtomobil açarını təqdim etmişdir. Daha sonra üzəri yoxlanılmış, üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya predmetə rast gəlinməmişdir. Aşkar edilmiş 1 (bir) ədəd mobil telefon və 1 (bir) ədəd bank kartı götürülmüş, avtomobil açarı geri qaytarılmışdır.
32. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadələri ilə oxşar məzmunlu ifadə verərək göstərmişdir ki, o, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əvvəllər tanımamaqla, aralarında ədavət və düşmənçilik olmamışdır. 16 avqust 2024-cü il tarixdə Baş Narkotiklərlə Mübarizə İdarəsinə daxil olmuş əməliyyat məlumatı əsasında təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi ərazisində yaşadıqları evin yaxınlığında saxlanılmış, həmin vaxt orada 3 nəfər, yəni Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və sonuncunun qardaşı Şahid2 olmuşlar. Həmin yerdə adları çəkilən şəxslərin üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilsə də, heç bir qanunsuz maddə aşkar edilməmişdir. Daxil olmuş əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs1 idarə etdiyi avtomobilə baxış keçirilərkən narkotik tərkibli maddələr aşkar edilmişdir. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs1 qohumu Təqsirləndirilən şəxs2 alkoqollu içkinin təsiri altında olduğundan, sonuncunun göstərişi əsasında həmin narkotik tərkibli maddələri Bakı şəhəri, Binəqədi rayonu ərazisindən əldə edib həmin şəxsə çatdırmasını öhdəsinə götürmüş, lakin həmin maddələrin narkotik tərkibli maddə olduğunu həmin vaxt bilməmişdir. O, yolda gələrkən qardaşı Şahid2 də avtomobilə əyləşdirmiş və birgə Təqsirləndirilən şəxs2 yaşadığı evə gəlmişlər. Əzəmət, Şərif və Mərhəmət polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətirilmiş və aşkarlanmış predmetlər qablaşdırılaraq ekspertizaya göndərilmişdir. Şahid1 həmçinin bildirmişdir ki, əməliyyat tədbirində 5 nəfər polis əməkdaşı, yəni o, X12, X11, X9 və X13 iştirak etmişlər. Saxlanılarkən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 polis əməkdaşlarına hər hansı müqavimət göstərməmiş, polis əməkdaşları tərəfindən həmin şəxslərə heç bir fiziki və ya psixi zorakılıq edilməmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkotik tərkibli maddələrin özlərinə məxsus olmasını könüllü şəkildə etiraf etmişlər. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 saat 23 radələrində yaşadıqları evin yaxınlığında, avtomobilin ətrafında olan vaxt saxlanılmışlar. Təqsirləndirilən şəxslər saxlanılan vaxt avtomobilin “baqajı”, yəni yük yeri bağlı olmuş, saxlanılarkən təqsirləndirilən şəxslərin heç biri qaçmağa cəhd etməmişdir. Təqsirləndirilən şəxslər saxlanılarkən videoçəkiliş vasitəsilə narkotik tərkibli maddələrin aşkarlanması qeydə alınmış, daha sonra həmin qanunsuz maddələr qablaşdırılaraq ekspertizaya göndərilmişdir. Saxlanılan şəxslərin heç birinin yaşadığı evə polis əməkdaşları tərəfindən baxış keçirilməmiş, daxil olmuş əməliyyat məlumatında narkotik tərkibli maddələrin təqsirləndirilən şəxslərin üzərində və ya avtomobillərində olması göstərilmiş, bu səbəbdən təqsirləndirilən şəxslərin yaşadıqları evlərə baxış keçirilməmişdir. Təqsirləndirilən şəxslərin üzərlərinə və avtomobilə baxış keçirilən vaxt ətrafda kənar şəxslər olmamışdır. O, ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir, həmin ifadədəki imzalar ona məxsusdur.
33. Məhkəmədə dindirilmiş şahidlər X11, X12 və X13 Şahid1 məhkəmədə verdiyi ifadəsinə əsasən oxşar məzmunda ifadə verməklə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı fiziki və psixi zorakılıq olmadığını, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 videoçəkilişdə nümayiş etdirilməsi üçün hər hansı kütlənin təqdim edilmədiyini, Təqsirləndirilən şəxs1 idarə etdiyi avtomobildən cinayət işinin materiallarında qeyd olunan narkotik tərkibli maddələrin aşkarlandığını bildirmişlər.
34. Məhkəmədə məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsi elan edilmiş şahid X9 həmin ifadəsində göstərmişdir ki, 16 avqust 2024-cü il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs2 Abşeron rayonu, Novxanı kəndində yaşayan Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olmaqla satış məqsədi ilə külli miqdarda narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaları bərədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat raportla rəhbərliyə məruzə edildikdən sonra Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün qərar qəbul edilmiş, həmin qərarın icrası ilə bağlı olaraq Baş İdarənin əməliyyat müvəkkili Şahid1 rəhbərliyi altında əməliyyat qrupu yaradılmış, əməliyyat qrupunun digər üzvləri X11, X13, X12 və o olmuşdur. 16 avqust 2024-cü il tarixdə saat 23 radələrində Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Zərkənd küçəsi ərazisində olmaları müəyyən edilmiş, həmin ünvana gedilərək “Toyota Prado” markalı **- LV-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanında Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 oxşar iki nəfər şəxs müəyyən edilmişdir. Həmin vaxt orada başqa bir nəfər şəxs də olmuş, onlar həmin şəxslərə yaxınlaşaraq özlərini təqdim etmiş, həmin şəxslərdən də özlərini təqdim etmələrini xahiş etmişlər. Həmin şəxslər özlərini təqdim edərək Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Şahid2 olduqlarını bildirmiş, bundan sonra Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 satış məqsədi ilə külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduqları bildirilib barələrində qəbul edilmiş qərarla tanış edilmişlər. Həmin şəxslərin üzərinə qeyd olunan ünvanda baxış keçirilmiş, həmin şəxslərə üzərlərində narkotik vasitə, psixotrop maddə və ya qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet varsa, təqdim etmələri təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs2 01 ədəd mobil telefonu, əynində olan şalvarının cibindən pul vəsaitlərini çıxarıb təqdim etmiş, yoxlama zamanı Təqsirləndirilən şəxs2 üzərindən başqa hər hansı predmet aşkar edilməmişdir. 01 ədəd mobil telefon götürülmüş, pul vəsaitləri isə Təqsirləndirilən şəxs2 özünə geri qaytarılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs1 01 ədəd mobil telefonu, 01 ədəd bank kartını və 01 ədəd avtomobil açarını təqdim etmişdir. Yoxlama zamanı Təqsirləndirilən şəxs1 üzərindən başqa hər hansı predmet aşkar edilməmiş, 01 ədəd mobil telefon və 01 ədəd bank kartı götürülmüş, 01 ədəd avtomobil açarı Təqsirləndirilən şəxs1 özünə geri qaytarılmışdır. Bundan sonra göstərilən şəxslərin iştirakı ilə Təqsirləndirilən şəxs1 idarə etdiyi “Toyota Prado” markalı **-LV-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilməsinə başlanılmış, baxış zamanı Təqsirləndirilən şəxs1 həmin avtomobilin arxa yük yerində saxladığı 02 ədəd kisəni təqdim etmişdir. Həmin kisələrə baxış zamanı içərilərində 21 ədəd bağlamada narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə olması müşahidə edilmiş, həmin kütlələr elektron tərəzidə çəkilmiş, qablaşdırılaraq götürülmüşdür. Avtomobilin digər hissələrinə baxış zamanı iş üzrə əhəmiyyət kəsb edən hər hansı əşya və ya predmet müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs1 verilən suallara cavab olaraq, avtomobilindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuanaları qohumu Təqsirləndirilən şəxs2 göstərişi ilə Binəqədi rayonu ərazisindən götürüdüyünü və qardaşı Şahid2 həmin kütlələrdən xəbərsiz olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs2 verilən suallara cavab olaraq, avtomobildən aşkar olunmuş narkotik vasitə qurudulmuş marixuananı “Sadiq” adlı İran İslam Respublikası vətəndaşının vasitəsilə, qohumu Əzəməti “Sadiq” adlı şəxsin göndərdiyi konuma yönləndirməklə əldə etdiyini, həmin kütlələri ünvanlara çatdıracağını bildirmişdir. Bundan sonra Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasında üstünü yoxlama və baxış hərəkətlərinin nəticəsi barədə protokol tərtib olunmaqla iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra Baş İdarənin təhqiqatçısı Anar Aslanov tərəfindən təqdim olunan əşyalara və 01 ədəd DVD diskə baxış keçirilmiş, baxış keçirilməsi barədə protokol tərtib edilməklə iştirakçılar tərəfindən imzalanmışdır.
35. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 göstərmişdir ki, Təqsirləndirilən şəxs1 onun qardaşı, Təqsirləndirilən şəxs2 isə onun qohumudur. Həmin təqsirləndirilən şəxslərlə aralarında ədavət və düşmənçilik olmamışdır. 2024-cü ilin avqust ayında dəqiq xatırlamadığı tarixdə qardaşı Təqsirləndirilən şəxs1 ona zəng edib xalasının oğlu Təqsirləndirilən şəxs2 atasının səhhətində problem olduğuna görə sonuncunu ziyarət etməyə getməli olduqlarını söyləmiş, o, həmin ərəfədə Abşeron rayonu, Novxanı kəndi ərazisində yerləşən “Panorama” adlı restoranın administratoru (inzibatçı) vəzifəsində işləyərkən, təxminən saat 22 radələrində qardaşı Təqsirləndirilən şəxs1 avtomobillə gəlib onu işlədiyi “Panorama” adlı restorandan götürdükdən sonra Təqsirləndirilən şəxs2 evinə, yəni Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi ərazisinə aparmışdır. Həmin evə daxil olarkən Təqsirləndirilən şəxs2 qaynatası və qaynanasının, habelə xəstə ziyarəti məqsədilə çoxlu insanların orada olduğunu görmüş, həyətdə oturub çay içməyə başladıqdan, gəldiklərindən təxminən 10-15 dəqiqə sonra darvazadan polis əməkdaşları içəri daxil olmuşlar. Həmin polis əməkdaşları ailə arasında “Ramal” deyə adlandırdıqları Təqsirləndirilən şəxs2 yerə yıxmış, onlar nə baş verdiyini anlamamışlar. Oturduqları yerdən, yəni masadan polis əməkdaşları onları da qaldıraraq həyətin mərkəzinə gətirib qollarına qandal vurub yerə yıxmışlar. Daha sonra o, Təqsirləndirilən şəxs2, sonuncunun qaynatası və Təqsirləndirilən şəxs1 darvazadan çölə çıxararaq videoçəkiliş etməyə başlamışlar. Videoçəkiliş zamanı polis əməkdaşları avtomobildən külli miqdarda narkotik tərkibli maddə aşkar olunmasını səhnələşdirmişdir. Şahid2 həmçinin bildirmişdir ki, qardaşı Təqsirləndirilən şəxs1 gəlib onu restorandan götürdüyü avtomobil atası Mədət Əhmədzadəyə məxsus olmuş, həmin avtomobili qardaşı Təqsirləndirilən şəxs1 idarə etmiş, avtomobilin 1 açarı olmaqla həmin açar da Təqsirləndirilən şəxs1 olmuşdur. Qardaşı onu işlədiyi restorandan götürərək Zabrat qəsəbəsinə aparmış, polis əməkdaşları gələnə kimi avtomobilin açarı qardaşı Təqsirləndirilən şəxs1 olmuş, polis əməkdaşları gəldikdən sonra açarın kimdə olduğunu, kimin avtomobili açdığını bilməmişdir. Avtomobilin içərisində narkotik tərkibli maddə olub-olmamasına dair heç bir məlumatı olmamış, təxminən 6-7 nəfər polis əməkdaşı darvazadan içəri girərək onları saxlamış, polis əməkdaşları qardaşı Təqsirləndirilən şəxs1 əlində olan avtomobilin açarını almışlar. Avtomobilin içərisində narkotik tərkibli maddə olub-olmadığını bilməmiş, videoçəkilişdə iştirak etmiş, hansı növ narkotik tərkibli maddənin aşkar olunduğunu bilməmiş, polis əməkdaşları onu da Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparmış, növbəti gün onu buraxmışlar. O, polis əməkdaşlarına aşkarlanmış narkotik tərkibli maddələrlə heç bir əlaqəsinin olmadığını söyləmiş, qardaşına məxsus olan avtomobil “Hyundai Accent” markalı avtomobil olmuş, narkotik tərkibli maddənin aşkar olunduğu avtomobil “Toyota Prado” markalı avtomobil olmaqla həmin avtomobil də atasına məxsus olmuşdur. “Toyota Prado” markalı avtomobilin qeydiyyat nömrəsi **-LV-*** olmuş, həmin narkotik tərkibli maddə avtomobilin baqaj hissəsindən aşkarlanmış, polis əməkdaşlarının onlara qarşı heç bir fiziki təsiri olmamışdır. Şərifin qaynatasına da qarşı polis əməkdaşları heç bir zorakılıq etməmiş, içəri girən zaman qardaşı Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 əlavə heç bir məlumat verməmiş, konfidensial söhbət etməmişdir. Hadisə günü Təqsirləndirilən şəxs2 ailəsi də evdə olmuşdur. Yolda olarkən, yəni Təqsirləndirilən şəxs2 evinə gələn vaxt qardaşı Təqsirləndirilən şəxs1 vəziyyətində heç bir qeyri-adilik olmamış, cinayət işinin materiallarında olan ifadənin məzmunu ona aid deyil, lakin həmin ifadədəki imzalar ona məxsusdur. Avtomobildə o və qardaşı Təqsirləndirilən şəxs1 başqa heç kim olmamışdır.
Təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürdüyü və müdafiə tərəfinin vəsatəti əsasında əldə edilmiş sübutlar aşağıdakılardır:
36. Təqsirləndirilən şəxs1 məhkəmə baxışında Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, 16 avqust 2024-cü il tarixdə saat 19 radələrində Təqsirləndirilən şəxs2 ona mobil telefon vasitəsilə zəng edərək atasının vəziyyətinin ağır olduğuna görə yaşadığı evə dəvət etdiyini söyləmişdir. Həqiqətən də, Təqsirləndirilən şəxs2 atası Nəsrulla adlı şəxs 17 avqust 2024-cü il tarixdə vəfat etmişdir. 16 avqust 2024-cü il tarixdə sosial şəbəkədə tanış olduğu bir qadınla Abşeron rayonu, Xocəsən ərazisində görüşməyi planlaşdırdığından, həmin tarixdə saat 20 radələrində aptekdən dərman aldıqdan sonra üzü Xocəsən istiqamətində irəliləmiş, lakin saat 21 radələrində Təqsirləndirilən şəxs2 ona zəng edib harada olduğunu soruşmuş, o da təcili şəkildə qardaşı Şahid2 də götürərək üzü Bakı şəhəri, Sabunçu rayonu Zabrat qəsəbəsi istiqamətində getmişdir. Təxminən saat 22:30 radələrində Zabrat qəsəbəsində yerləşən Təqsirləndirilən şəxs2 evinin həyətinə qardaşı Şahid2 ilə birgə daxil olduqdan 5 dəqiqə sonra polis əməkdaşları içəri girmiş və onları tutub əllərini qandalladıqdan sonra yerə yıxmış, təxminən 9 nəfər polis əməkdaşı evdə və həyətdə axtarış etməyə başlamışlar. Daha sonra qapının yaxınlığındakı avtomobilin kimə məxsus olmasını soruşduqda o, avtomobilin atasına məxsus olduğunu, lakin onun idarə etdiyini söyləmişdir. Polis əməkdaşları ondan haradan gəlib hansı istiqamətə getdi barədə soruşduqdan sonra ona onunla bağlı hər hansı məsələnin olmadığını, Təqsirləndirilən şəxs2la əlaqədar oraya gəldiklərini deyib Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparmışlar. Həmin Baş İdarədə onlara polis əməkdaşları ilə əməkdaşlıq etmək təklif edilmiş, gecə həmin Baş İdarədə saxlanıldıqdan sonra onu məsələni həll etmək və əməkdaşlıq yaratmaq məqsədilə rəisin otağına aparılacağı bildirilsə də, hadisələrin axımı danışılan kimi olmamışdır. Təqsirləndirilən şəxs1 həmçinin bildirmişdir ki, “**-LV-***” dövlət qeydiyyat nişanlı, “Toyota Prado” markalı avtomobil atasına məxsus olsa da, həmin gün sözügedən avtomobili o idarə etmişdir. Avtomobilin açarı həmin vaxt masanın üzərində, videoçəkiliş zamanı isə avtomobilin açarı onun üzərində olmuşdur. Polis əməkdaşları açarı və mobil telefonları götürdükdən sonra geri qaytarmışlar. İbtidai istintaq zamanı qeyd olunan ifadəni oxumadan imzalamış, belə ki, polis əməkdaşları onu sərbəst buraxacaqlarını, ona aid heç bir məsuliyyətin olmadığını deməklə inandırmışlar. Təqsirləndirilən şəxs2 onun mobil telefonuna hər hansı konum göndərməmiş, o, təsadüfən qardaşı Şahid2 götürüb Zabrat qəsəbəsinə getmişdir. Təqsirləndirilən şəxs2 ona narkotik tərkibli maddəni götürməsinə dair göstəriş verməmiş, sonuncunun narkotik tərkibli maddələrin satışına görə əvvəllər məhkum olduğunu bilmişdir. O, polis əməkdaşlarına müqavimət göstərmədiyinə görə, onu yerə yıxmamış və qoluna qandal vurmamışlar. Avtomobildən marixuana adlı narkotik tərkibli maddə aşkarlanmış, lakin onun narkotik tərkibli maddə ilə heç bir əlaqəsi olmamış, narkotik tərkibli maddələrin avtomobilinə necə qoyulduğunu bilməmişdir. “**-LV-***” qeydiyyat nişanlı avtomobilinin siqnal sistemi işlək vəziyyətdə olduğundan, avtomobilə kənar müdaxilə olduğu təqdirdə həmin siqnal işə düşməli idi. Polis əməkdaşları gəldikdən sonra həmin avtomobilin açarını götürmüş, həmin şəxslər təxminən 40-45 dəqiqə ərzində həyətdə qalmış, qardaşı Mərhəmət əvvəlki məhkəmə iclasında həyəcanlı olduğuna görə səhvən avtomobilin açarının əvvəldən sona kimi onda olmasını bildirmişdir. Şərif doğru söyləmiş, hadisədən 1 gün əvvəl Şəriflə birlikdə narkotik tərkibli maddə qəbul etmişlər.
37. Təqsirləndirilən şəxs1 dindirilərkən verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs2 bildirmişdir ki, Təqsirləndirilən şəxs1 tam doğu danışmır. Belə ki, həm o, həm də xalasıoğlu Təqsirləndirilən şəxs1 narkotik tərkibli maddə istifadəçisi olmuş və çox vaxt birlikdə narkotik tərkibli maddə qəbul etmişlər. Təqsirləndirilən şəxs1 Xocəsən qəsəbəsi ərazisinə 20 qram şəxsi istifadəsi məqsədilə narkotik tərkibli maddə marixuana əldə etmək məqsədilə getmiş, bu zaman polis əməkdaşları sonuncunu saxlamış, Təqsirləndirilən şəxs1 hüquq mühafizə orqanının keçmiş əməkdaşı olduğunu və həmin ünvana şəxsi istifadəsi məqsədilə narkotik tərkibli maddə əldə etməyə getdiyini bildirdikdə, polis əməkdaşları Təqsirləndirilən şəxs1 hüquq mühafizə orqanının keçmiş əməkdaşı olduğuna görə buraxmaq istədiklərini, lakin bunun qarşılığında başqa bir narkotik tərkibli maddə istifadəçisini təqdim etməli olduğunu söylədiyindən, Təqsirləndirilən şəxs1 onun barəsində məlumatları vermişdir. Təqsirləndirilən şəxs1 onun yaşadığı ünvana gələrkən yaşadığı evin yaxınlığında qara rəngli avtomobil dayanmış və həmin avtomobilin içərisində çoxlu sayda şəxslər olmuşdur. O, Təqsirləndirilən şəxs1 həmin şəxslərin tanışı olubolmadığını soruşduqda, sonuncu həyəcanlı şəkildə tanımadığını söyləmişdir. Saxlanılmazdan 1 gün əvvəl Təqsirləndirilən şəxs1 ilə birlikdə narkotik tərkibli maddə qəbul etmiş, həmin maddəni şəxsən özü əldə etmişdir. O, Təqsirləndirilən şəxs1 zəng etməmiş, sonuncu ona zəng edib nə etdiyini soruşduqdan sonra yaşadığı evə gəlmək istədiyini bildirmişdir. Təqsirləndirilən şəxs1 qardaşı Şahid2 və atası Mədət kişinin tutulmağından qorxduğuna görə həqiqəti söyləməmiş, onun Zabrat qəsəbəsi ərazisində yerləşən həyət evinə polis əməkdaşları basqın etmiş, polis əməkdaşları onu qaynatası ilə qorxutmuşlar. Polis əməkdaşları onun telefonunu götürərək müvafiq yerlərə qanunsuz mesajlar yazmışlar.
38. Təqsirləndirilən şəxs2 məhkəmə baxışında Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, o, marixuana adlı narkotik tərkibli maddə istifadəçisidir. O, heç vaxt narkotik tərkibli maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmamışdır. Saxlanıldığı gün yaşadığı evinin həyətində qohumları ilə əyləşərkən saat 22:20 radələrində polis əməkdaşları evin darvazasından həyətə daxil olub o, xalası oğlu, qaynı və qaynatasının qoluna qandal vuraraq onları yerə yıxmışlar. Daha sonra polis əməkdaşları onun evində axtarış keçirməyə başlamışlar. Mobil telefonuna baxış keçirilən zaman guya onun İran vətəndaşı ilə mesajları aşkar edilmişdir. Həmin yazışmalar ilə onun heç bir əlaqəsi olmamışdır. İttiham aktında saxlanılma saatı kimi saat 23:30 radələri göstərilmiş, halbuki, o, saat 22:20 radələrində yaşadığı evdə saxlanılmışdır. İttiham aktında 17 avqustda İran vətəndaşı ilə narkotik tərkibli maddələrin qanunsuz dövriyyəsi ilə bağlı mesajlar yazması göstərilmişdir. Polis əməkdaşları ayın 16-sı onu yaşadığı evdən çıxarmış və 1 gün polis idarəsində saxlamışlar. Necə ola bilər ki, o, ayın 17-si İran vətəndaşına narkotik tərkibli maddə əldə etmək məqsədilə mesaj yazmışdır? Polis əməkdaşları təxminən 30 dəqiqə yaşadığı evə baxış keçirmiş, lakin heç nə aşkar etməmişlər. Daha sonra polis əməkdaşları xalası oğlunun, yəni Təqsirləndirilən şəxs1 və onun masanın üzərində olan avtomobil açarlarını götürərək evdən çıxmışlar. Təxminən 40 dəqiqə keçdikdən sonra onları küçəyə çıxararaq hədə-qorxu gəlməyə başlamışlar. Polis əməkdaşları ona dedikləri ilə razı olmazsa, onun 60 yaşlı qaynatasını da narkotik tərkibli maddələrin qanunsuz dövriyyəsi ilə rəsmiləşdirəcəklərini demiş, o da məcbur qalaraq polis əməkdaşları nə demişlərsə onu edərək narkotik tərkibli maddələri üzərinə götürmüşdür. Təqsirləndirilən şəxs2 həmçinin bildirmişdir ki, 2018-ci ildə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi üzrə məhkum olunmuş, 2021-ci ilə cəzasının sonu ilə azadlığa çıxmış, “Toyota Prado” markalı avtomobil ona məxsus olmamış, polis əməkdaşları onları evlərinin həyətindən çay içdikləri yerdən götürmüşlər. İbtidai istintaq zamanı hüquqlarının müdafiəsi üçün vəkil təyin edilməmiş, mobil telefonda əks olunmuş səs yazıları ona məxsus olmamış, polis əməkdaşı onu məcbur edərək İran vətəndaşına 1 səs yazısı göndərməsini tələb etmiş, o da polis əməkdaşlarının dediklərini edərək “Hə, gəlib çatdı. İndi nə edim?” deyə səs yazısını İran vətəndaşına yollamışdır. O, heç vaxt kiməsə mesaj yazaraq narkotik tərkibli maddə əldə etməmişdir. Polis əməkdaşları tərəfindən ona qarşı fiziki zorakılıq edilməmiş, 17 avqust 2024-cü il tarixli ifadəki sözlərin, cümlələrin heç biri ona aid olmamış, həmin ifadəni polis əməkdaşları özləri yazaraq ona məcburi şəkildə imza çəkdirmişlər. Müstəntiq onu kənara çəkərək xalasıoğlu Təqsirləndirilən şəxs1 onun ziddinə ifadə verdiyini söyləyərək ona elan edilən məzmunda ifadə verməli olduğunu söyləmiş, eyni sözləri Təqsirləndirilən şəxs1 da onunla bağlı söyləmişdir.
39. Məhkəmədə müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X10 göstərmişdir ki, Təqsirləndirilən şəxs2 onun qızının əri, Təqsirləndirilən şəxs1 isə onun qohumudur. Həmin şəxslərlə onun arasında ədavət və düşmənçilik yoxdur. Şahid Etibar Məmmədov verilmiş suallara cavab olaraq bildirmişdir ki, hadisə günü Təqsirləndirilən şəxs2 evinə qonaq getmiş, hər şey onun gözü qarşısında baş vermişdir. Təqsirləndirilən şəxs1 və Şahid2 gəldiyinə görə Təqsirləndirilən şəxs2 evin darvazasını açdıqdan qısa müddət keçdikdən sonra içəri 7-8 nəfər şəxs daxil olub polis əməkdaşları olduqlarını bildirmişlər. Bundan sonra polis əməkdaşları onu da yerə yıxaraq qolunu qandallamış, daha sonra Təqsirləndirilən şəxs2 onun qayınatası olduğunu bildirdikdən sonra onu buraxmışlar. Polis əməkdaşları Təqsirləndirilən şəxs2 fiziki təsir göstərmiş, sonuncunu yerə yıxaraq vurmuşlar. Təqsirləndirilən şəxs1 də hadisə zamanı Şərifin yanında olmuş, hadisə təxminən saat 22-23 radələrində baş vermişdir. Polis əməkdaşları içəri daxil olduqdan sonra həyətdə əyləşərək çay içmiş, onlar tərəfindən polis əməkdaşlarına çay verilmişdir. Polis əməkdaşları bütün evi, həyətdəki avtomobili, həyəti gəzmiş, o da baş verənləri gözləri ilə görmüşdür. Hadisənin dəqiq baş vermə tarixini xatırlamamış, o, hadisə günü Təqsirləndirilən şəxs2 evinə qonaq getmiş, hadisə 2024-cü ildə baş vermiş, o, avtomobilə baxış keçirilmə prosesinin şahidi olmamış, polis əməkdaşları digər şəxsləri içəri salmışlar. Polis əməkdaşları tərəfindən ona fiziki zorakılıq olunmamış, baş vermiş hadisə ilə bağlı heç bir hüquq-mühafizə orqanına müraciət etməmişdir.
40. Məhkəmədə müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X6 göstərmişdir ki, Təqsirləndirilən şəxs2 onun əri, Təqsirləndirilən şəxs1 isə onun qohumudur. Həmin şəxslərlə aralarında ədavət və düşmənçilik yoxdur. Şahid Ayşən Məmmədova verilmiş suallara cavab olaraq bildirmişdir ki, o, əri Təqsirləndirilən şəxs2, və atası Etibar Məmmədovla birgə həyətdə əyləşərkən Təqsirləndirilən şəxs1 əri Şərifə zəng edib yaşadığı evə gəlmişdir. Daha sonra 2 nəfər şəxs həyətə daxil olub əri Təqsirləndirilən şəxs2 və onun atası Etibar Məmmədovu yerə yıxaraq əllərinə qandal vurmuşlar. Həmin vaxt Təqsirləndirilən şəxs1 heç nə etməmiş və sakit şəkildə kənarda dayanmışdır. İçəri daxil olan kimi gələn şəxslər orada onlara məxsus olan bütün mobil telefonları topladıqdan sonra evi axtarmağa başlamışlar. Polis əməkdaşlarından biri əri Təqsirləndirilən şəxs2 boğub mobil telefonunu yaxınlaşdıraraq nə isə deməyi tələb etmişdir. Polis əməkdaşları 16 avqust 2024-cü il tarixdə saat 22 radələrində yaşadığı evə gəlmişdir.
41. Məhkəmədə müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X1 göstərmişdir ki, Təqsirləndirilən şəxs2 onun bacısının yoldaşı, Təqsirləndirilən şəxs1 isə onun qohumudur. Həmin şəxslərlə aralarında ədavət və düşmənçilik yoxdur. Şahid Yeganə Məmmədova verilmiş suallara cavab olaraq bildirmişdir ki, polis əməkdaşları evə daxil olarkən o da evdə olmuş, yəni Təqsirləndirilən şəxs1 həmin evə gəldikdən təxminən 2 dəqiqə sonra polis əməkdaşları evə gələrək onların mobil telefonlarını yığmışlar. Təxminən 7-8 nəfər polis əməkdaşı evə daxil olmuş, polis əməkdaşları Təqsirləndirilən şəxs2 və Etibar Məmmədovu yerə yıxmış, Təqsirləndirilən şəxs1 isə yerə yıxmamışlar. Hüquqi məsələlər:
Azərbaycan Respublikasının Cinayət Məcəlləsi:
42. CM-in 234.4.1-ci və 234.4.3-cü maddələrinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma; Narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz hazırlanmasında və emalında istifadə etmək məqsədi ilə prekursorları satma, yaxud prekursorları eyni məqsədlə xeyli miqdarda hazırlama, əldə etmə, saxlama, göndərmə və ya daşıma; Yetkinlik yaşına çatmayanlara qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma, habelə bu Məcəllənin 234.2-ci və 234.3-cü maddələrində nəzərdə tutulmuş əməlləri təhsil və ya tibb müəssisələrində, eləcə də cəzaçəkmə müəssisələrində yaxud həbs yerlərində törətmə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən və yaxud külli miqdarda törədildikdə beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
43. Maddə 8.1. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.
44. Maddə 41.1. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir.
45. Maddə 41.2. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.
46. Maddə 56.1.2. Qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir.
47. Maddə 56.1.3. Xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ciddi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir.
48. Maddə 58.3. cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır.
49. Maddə 69.3. Hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır.
50. Maddə 15.4, 18.1, 83.3.4 və 83.6. Cinayət Məcəlləsi ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə onların məhkumluğu ödənilmiş hesab olunur. Məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir.
Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi:
51. Maddə 28.5. Şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır.
52. Maddə 44.1. Məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.
53. Maddə 124. İstintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini, maddi sübutlar və digər sənədləri sübut növləri kimi qəbul edilir.
54. Maddə 125.8. Cinayət-Prosessual Məcəlləsinin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür.
55. Maddə 132. Məhkəmə yekun qərar çıxararkən maddi sübutlar barədə məsələni həll etməlidir.
56. Maddə 145. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir.
57. Maddə 146.1. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin.
58. Maddə 158.2. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir.
59. Maddə 158.6. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir.
60. Maddə 198.1. Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1-197.1.9-cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər.
61. Maddə 327.1.3. Təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduqda (belə halda təqsirləndirilən şəxsin ifadələrinin elan edilməsi yalnız onun sərbəst ifadə verməsindən və verilmiş suallara cavab verməsindən sonra mümkündür) təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı, davam edən məhkəmə baxışı zamanı əvvəllər keçirilmiş məhkəmə iclasında və ya cari məhkəmə iclasında verdiyi ifadələr və həmin ifadələrin audio yazısı, video və ya kino çəkilişi elan edilə və ya göstərilə bilər.
62. Maddə 347.1. Məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır.
63. Maddə 349. Məhkəmə hökmü qanuni olmalıdır, yəni Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosesual Məcəlləsinin, Cinayət Məcəlləsinin və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır.
64. Maddə 351.2. Məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır.
65. Maddə 351.3.4. Məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu:
66. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən, narkotik vasitə qurudulmuş marixuananın təmiz halda 500 qramdan 50000 qramadək hissəsi külli miqdar hesab olunur.
“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu
67. Maddə 1.0.1. narkotik vasitələr - BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərdir (onların hissələridir).
68. Maddə 1.0.8. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir.
69. Maddə 1.0.9. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir.
70. Maddə 1.0.10. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir.
71. Maddə 1.0.11. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 26 fevral tarixli 63 nömrəli qərarı ilə təsdiq edilmiş “İstintaq təcridxanalarının daxili intizam Qaydaları”
72. Həmin Qaydaların 5.7-ci bəndinə əsasən, istintaq təcridxanasının müdiriyyəti istintaq təcridxanasına gətirilmiş həbs edilmiş şəxsi qəbul etməli və aşağıdakı məlumatları qeydə almalıdır: 5.7.5. bənd. həbs edilmiş şəxsin üzərində müşahidə olunan hər hansı bədən xəsarətləri və onun istintaq təcridxanasına daxil olanadək məruz qaldığı hər hansı işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar barədə şikayəti. 21.8. bənd. İstintaq təcridxanasının müdiriyyəti həbs edilmiş şəxsdə prosessual hərəkətin keçirilməsindən əvvəl və sonra müşahidə olunan bədən xəsarətləri və prosessual hərəkət zamanı yol verilən hər hansı işgəncə və ya digər qəddar, qeyriinsani, yaxud ləyaqəti alçaldan rəftar barədə şikayətləri qeydə alır və Qanunda (“Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Qanun) nəzərdə tutulmuş qaydada tədbirlər görür.
Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2024-cü il tarixli 8 saylı Qərarı
73. Qərarın 9-cu bəndi. Məhkəmələrə tövsiyə edilir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır.
74. Qərarın 12-ci bəndi. Cinayətin qeyd olunan tövsifedici əlamətlərlə törədilibtörədilməməsi məsələsi həll olunarkən “cinayətin təkrar törədilməsi”, “qabaqcadan əlbir olan bir qrup şəxs” və “mütəşəkkil dəstə” anlayışlarını təsbit edən CM-in 16, 34.2 və 34.3cü maddələri ilə yanaşı, həmin cinayət-hüquqi kateqoriyaların, habelə cinayətin mediadan, o cümlədən internet informasiya ehtiyatlarından və ya informasiya-telekommunikasiya şəbəkələrindən istifadə etməklə törədilməsi əlamətinin təfsirinə həsr olunmuş, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun müvafiq olaraq “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 18-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2021-ci il 25 yanvar tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 15 mart tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 6 may tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsində nəzərdə tutulan “mütəşəkkil dəstə” anlayışının şərh edilməsi haqqında” 1999-cu il 20 aprel tarixli və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.4 və 236-cı maddələrinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.10-cu maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il 14 iyul tarixli qərarlarında ifadə olunmuş hüquqi mövqelər rəhbər tutulmalıdır. Qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi dedikdə, bu cinayətdə onu birlikdə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin qəsdən birgə iştirak etməsi başa düşülməlidir. CM-in 34.2-ci maddəsinin mənasına görə CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, yəni cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərin icra edilməsinə başlanılana qədər cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin.
Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarı
75. Qərarın 25-ci bəndi (2-ci abzas). Cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət veribverməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır.
76. Qərarın 26-cı bəndi. CPM-nin 125.8-ci maddəsinə əsasən, bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Həmin maddənin İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz.
Avropa Məhkəməsinin president hüququ:
77. Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər”. Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir.
Məhkəmənin hüquqi dəyərləndirməsi:
78. Məhkəmə müdafiə tərəfinin irəli sürdüyü iddiaları araşdırmışdır.
79. Belə ki, Təqsirləndirilən şəxs1 məhkəmə iclasında verdiyi ifadəsində polis əməkdaşlarının gəldiyi vaxtı, təxminən saat 22:30 radələrində gəldiklərini deməklə mübahisələndirmiş, eləcə də təxminən 9 nəfər polis əməkdaşlarının Təqsirləndirilən şəxs2 yaşadığı evdə və həmin evin həyətində axtarış keçirdiyini, polis əməkdaşlarının onun istifadəsində olan avtomobilin açarını götürdükdən bir müddət sonra geri qaytardığını, ona əməkdaşlıq etməyi təklif etdiklərini bildirmişdir.
80. Məhkəmə təqsirləndirilən şəxsin mövqeyi ilə bağlı qeyd edir ki, cinayət işinin materiallarında olan həmin tarixli “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərara əsasən Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkilləri Şahid1, X12, X11, X9 və X5 ibarət tərkibdə əməliyyat qrupu yaradılmış, həmin əməliyyat müvəkkillərindən başqa hər hansı şəxsin təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 saxlanılmasında iştirakı həm şahid ifadələri, həm də cinayət işinin materialları ilə müəyyən edilməmişdir. Bu səbəbdən, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 daha çox polis əməkdaşları tərəfindən saxlanılması ilə bağlı iddiası əsassızdır, bu, hər hansı sübuta söykənməmişdir.
81. Bundan başqa, məhkəmə müdafiə tərəfinin polis əməkdaşlarının xx.xx.2024-cü il tarixdə saat 22:30-da evə daxil olub axtarış keçirmələri ilə mövqeyinə münasibət bildirməklə qeyd edir ki, cinayət işinin materiallarında ünvan 3 ünvanında yerləşən evə və onun həyətində axtarış və ya baxış keçirilməsinə dair hər hansı sənəd yoxdur. Bu halı məhkəmə iclasında dindirilmiş şahidlər Şahid1, X12, X11 və X13 təsdiqləməmişlər.
82. Həmin xüsusatla bağlı müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində X10, X6 və X1 dindirilərkən müdafiə tərəfinin mövqeyinə oxşar məzmunda ifadə vermişlər.
83. Məhkəmə bununla bağlı qeyd edir ki, müdafiə tərəfinin təqdim etdiyi əlavə şahidlər, yəni X6 Təqsirləndirilən şəxs2 yaxın qohumu, yəni arvadı, digər şahidlər Dövlət ittihamçısı və Y.Q.Məmmədova isə həmin təqsirləndirilən şəxsin arvadı A.Dövlət ittihamçısının anası və atalarıdır, yəni Təqsirləndirilən şəxs2 qohumudurlar.
84. Həmçinin məhkəmə qeyd etməyi zəruri bilir ki, cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli, 215 nömrəli raportdan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 16 avqust 2024-cü il tarixdə saat 23:23-də ünvan 4 ünvanın yaxınlığında “Toyota Prado” markalı, “**-LV-***” dövlət nömrə nişanlı avtomobilin yanında piyada hərəkətdə olan zaman saxlanılmış və müvafiq protokol tərtib edilmişdir.
85. Məhkəmə hesab edir ki, müdafiə tərəfinin ifadəsində göstərdikləri hər hansı dəlilə söykənməmiş, yalnız mülahizələrə əsaslanmışdır.
86. Bundan başqa məhkəmə şahid qismində dindirilmiş X10, X6 və X1 məhkəmədə verdiyi ifadələrinə tənqidi yanaşmaqla onların ifadələrinin Təqsirləndirilən şəxs2 ilə qohumluq münasibəti olması səbəbindən sonuncunun cinayət məsuliyyətindən yaxa qurtarması və ya onun məsuliyyətini yüngülləşdirmək məqsədilə verilmiş ifadə olduğu qənaətinə gəlir.
87. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs1 ifadəsində göstərdiyi həmin xüsusatları təkzib etməklə, işin hallarına uyğun olmayan hesab edir və sübut kimi qiymətləndirmir.
88. Bundan başqa, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs2 cinayət işinin materiallarında olan mobil telefona baxış keçirilməsi haqqında protokolda qeyd edilənləri mübahisələndirdiyindən, məhkəmə müdafiə tərəfinin vəsatəti əsasında Təqsirləndirilən şəxs2 götürülmüş 01 ədəd “Samsung Galaxy A52” markalı mobil telefonu istintaq orqanından əldə edərək məhkəmə iclasında tədqiq etmişdir.
89. Təqsirləndirilən şəxs2 məxsus həmin mobil telefonda sonuncu tərəfindən səsləndirilən “Ayə, uşaq nə s**dirir. Uşaq qayıtdı, onu da götürdü. “Uje” çıxıb gəlir bəri. Götürüb çıxıb gedib uşaq “uje” ikincini də”; “Sən mənə səslə at, nə lazımdı. Mən danışa bilmirəm indi, rahat deyiləm. Səslə at, nə bağlamaq lazımdır, nə etmək lazımdır mənə səslə, yaz, at. Nə etmək lazımdır edim” məzmunlu səs yazılarının olması müəyyən edilmiş, həmin məhkəmə iclasında Təqsirləndirilən şəxs2 əvvəlcə müvafiq səs yazılarının özünə aid olmadığını bildirmiş, daha sonra həmin səs yazılarının özünə aid olduğunu, lakin polis əməkdaşlarının təsiri altında həmin səsləri göndərdiyini iddia etmişdir.
90. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 ziddiyətli mövqeyi, yəni səs yazılarının əvvəlcə özünə aid olmamasını bildirməsi, sonradan özünə aid olsa da, təsir altında göndərmiş olduğunu söyləməsi onun müdafiə mövqeyinə söykənən, qeyri-səmimi ifadə olmuş, törətdiyi ağır cinayət əməlinə görə cəzadan yaxa qurtarmaq məqsədilə ilə irəli sürülmüşdür.
91. Təqsirləndirilən şəxs2 narkotik vasitənin satışı ilə məşğul olmadığını bildirsə də, yuxarıda sadalanan xx.xx.2024-cü il tarixli “Mobil telefona baxış keçirilməsi barədə” protokolun məzmundan, habelə onun istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəyə “Ata qadan alaram 30 manatim var idi seher iwe aparacam iw yoldawlarimla nese mumkundu gelib deyerdim”, “Qaracxrda ol gerrem 20 deqe tapdigin arasinan cixarsan yola”, “Yaxwi ata mehledeyem gozluyurem gelende de cixim”, “Ata qadan alaram belke men yuxari deyim gelim seher iwdeyem sen gelene gec olacaq 30 varim idi isdiyirsen karta atim.gedim” məzmununda mətnlərin yazılmasından müəyyən edilir ki, Təqsirləndirilən şəxs2 həmin mövqeyi əsassızdır.
92. Bundan başqa Təqsirləndirilən şəxs1 ifadəsində göstərmişdir ki, narkotik vasitənin aşkarlandığı **-LV-*** dövlət nömrə nişanlı, “Toyota Prado” markalı avtomobilin açarı və mobil telefonu masanın üzərində olmuş, polis əməkdaşları avtomobilin açarını və mobil telefonu götürdükdən bir müddət sonra ona qaytarmışdır. Təqsirləndirilən şəxs1 tərəfindən irəli sürülmüş həmin iddia məhkəmə araşdırması zamanı hər hansısa dəlilə əsaslanmamış, onun tərəfindən sübuta yetirilməmişdir.
93. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş ittiham toplanmış sübutlarla tam olaraq təsdiq olunur. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən cinayətin törədilməsinə dair ittiham əsaslıdır. Bununla bağlı ittiham tərəfinin təqdim etdiyi sübutların şübhə altına alınması üçün əsaslar yoxdur.
94. Təqsirləndirilən şəxslərin özlərini müdafiə üçün gətirdiyi dəlillər keçərli deyil.
95. Məhkəmə müdafiə tərəfinin təqdim etdiyi dəlilləri hərtərəfli, tam və obyektiv araşdırmışdır.
96. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxslər tutulduqdan sonra onlara psixoloji, fiziki təsir göstərilməsi barədə məhkəməyədək icraat dövründə etirazlar etməmişlər. Bu barədə ibtidai araşdırma zamanı, məhkəmədə barələrində həbs qətimkan tədbiri seçilərkən nə özləri, nə vəkilləri nə də başqa şəxslər bildirməmişdir. Nəzərə almaq lazımdır ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək vəzifəsindən azad edən hal deyil.
97. Göründüyü kimi, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 xx.xx.2024-cü il tarixli “Əməliyyat-axtarış tədbirinin keçirilməsinə, şübhəli şəxsin üstünün yoxlanılmasına və avtomobilinə baxış keçirilməsinə dair” protokolun tərtibində, həmin istintaq hərəkəti zamanı kənar təsirdən azad, könüllü şəkildə aşkarlanmış predmetləri təqdim etmiş və əldə etmə şəraiti barədə məlumat vermişlər. Lakin hər iki təqsirləndirilən şəxs məhkəmə araşdırması zamanı məsuliyyətdən yaxa qurtarmaq, bu mümkün olmadıqda məsuliyyətlərini yüngülləşdirmək məqsədilə həqiqətə uyğun olmayan ifadə vermişlər.
98. Məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əldə edib saxladıqları narkotik vasitə marixuananın ümumi çəkisinin 21345 qram, yəni şəxsi istehlak miqdarından 4269 dəfədən, külli miqdarından isə təxminən 42,69 dəfədən çox olması, narkotik vasitənin çoxlu bükümlərdə olması, narkotik vasitənin satışına dair mesaj mətnlərinin mövcudluğu və cinayət işinin materiallarında olan digər sübutlar onların məqsədinin məhz satışla bağlı olduğunun bilavasitə təzahürüdür.
99. Beləliklə, məhkəmə təqsirləndirilən şəxslərin əməllərini qiymətləndirərkən o nəticəyə gəlir ki, narkotik vasitənin satışına dair çoxlu mesajların, habelə əldə edilmə prosesinə dair yazışmaların mövcudluğunu, təhqiqat orqanına təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 narkotik vasitələrin satışı ilə bağlı qabaqcadan əlbirliyinə dair əməliyyat məlumatının daxil olmasını, narkotik vasitənin məhz Təqsirləndirilən şəxs1 avtomobilindən aşkarlanmasını, narkotik vasitəni əldə etdiyi şəxslə isə Təqsirləndirilən şəxs2 əlaqə saxlamasını, narkotik vasitəni müvafiq yerdən götürdükdən sonra Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs2 nəzərə almaqla təqsirləndirilən şəxslər narkotik vasitələrin satışı barədə əvvəlcədən razılığa gəlmişlər.
100. Məhkəmə göstərilənlərə nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında bu cinayəti törətmişlər.
101. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 narkotik vasitələrin qanunsuz dövriyyəsi, o cümlədən satışı ilə məşğul olmaması və hazırki hökmlə münasibət bildirilmiş digər xüsusatlarla bağlı ifadələrində göstərdiyi halları və gətirdiyi ziddiyyətli dəlilləri onların müdafiə mövqelərinə söykənən subyektiv mülahizələri, törətdikləri ağır cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdləri kimi qiymətləndirərək, onların əməllərinin ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinə tövsif edilməsi qənaətinə gəlir və onların ittiham olunduğu Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə olan cinayət əməllərini törətməsini tam sübuta yetirilmiş hesab edir.
102. Narkotik vasitənin Təqsirləndirilən şəxs1 idarə etdiyi “Toyota Prado” markalı avtomobildən aşkar edilməsi, qablaşdırılması, həmin narkotik tərkibli maddənin kimyəvi tərkibinin müəyyən edilməsi ilə bağlı ilkin sübutların əldə edilməsi ilə əlaqədar istintaq hərəkətlərinin etibarsız hesab olunması üçün əsaslar müəyyən edilmədiyindən həmin hərəkətlərin nəticələri, habelə təqsirləndirilən şəxslərin ibtidai istintaq zamanı verdiyi ifadələri, şahidlərin ifadələri, istintaq hərəkəti protokolları iş üzrə mötəbər sübutlar kimi qəbul edilir.
103. Məhkəmənin mövqeyinə görə müdafiə tərəfinin irəli sürdüyü dəlillər heç bir sübutla dəstəklənmədiyi, ittiham tərəfinin təqdim etdiyi sübutlar isə zorakılığın mövcud olmaması və sübutun yolverilənliyini təsdiq etdiyindən müdafiə tərəfinin dəlilləri əsassız hesab edilməlidir.
104. Məhkəmə baxışı gedişində tədqiq olunmuş yuxarıda qeyd olunan sübutların məcmusu təqsirləndirilən şəxslərin cinayətdə təqsirini təsdiq etdiyi üçün məhkəmə ittiham hökmü çıxarmaq qənaətinə gəlir.
105. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 təqsirli bilindikləri cinayət qanunun müvafiq normasının sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur.
106. Məhkəmə cəza təyin edərkən cəza təyini ilə bağlı cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərini nəzərə alır.
107. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. (Cild 2, iş vərəqi 209-210)
108. Məhkəmə kollegiyası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən himayəsində 01 (bir) azyaşlı uşağının olmasını, Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən əvvəllər cinayət məsuliyyətinə cəlb edilməməklə məhkum olunmamasını, müsbət xarakterizə edilməsini, məhkəməyədək icraat və məhkəmə icraatı dövründəki davranışını Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır.
109. Məhkəmə kollegiyası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 əməlində cəzasını ağırlaşdıran halın olmadığını qeyd edir.
110. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli tələbnaməsindən görünür ki, Məmmədov X3 Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 206.3.2-ci, 234.4.1-ci və 234.4.3-cü maddələri ilə təqsirli bilinib 06 (altı) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 1(106)-517/2018 nömrəli qərarı ilə həmin cəza 05 (beş) il 06 (altı) müddətinə azaldılmış, Şabran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə 01 (bir) il 21 (iyirmi bir) gün vaxtından əvvəl şərti azad edilməklə xx.xx.2023-cü il tarixdə cəza müddəti başa çatmışdır. CM-in 83.3.4-cü maddəsinə əsasən onun məhkumluğu ödənilməmişdir.
111. Məhkəmə Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin himayəsində 3 azyaşlı uşağının olmasını, Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən məhkəməyədək və məhkəmə icraatı zamanı davranışını Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hal kimi nəzərə alır.
112. Məhkəmə Təqsirləndirilən şəxs2 əməlində cinayətlərin təhlükəli residivinin olmasını CM-in 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alınır.
113. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, həmin təqsirləndirilən şəxslərin şəxsiyyətini, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzalarını yüngülləşdirən halların olmasını, Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran halların olmadığını, Təqsirləndirilən şəxs2 oğlunun cəzasını ağırlaşdıran halın olmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 təqsirləndirildikləri maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının hüdudları daxilində cəza təyin edilməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar.
114. İşdə olan tutma protokolu və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs2 16 avqust 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 17 avqust 2024-cü il tarixli qərarı ilə barəsində həmin tarixdə həbs qətimkan tədbiri seçilmiş və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır. (Cild 1, iş vərəqi 41; 181-186). Təqsirləndirilən şəxs hökm çıxarılanadək həbsdə saxlandığı üçün həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə bir günə bir gün hesablanmaqla daxil edilməlidir.
115. İşdə olan tutma protokolu və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs1 16 avqust 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 17 avqust 2024-cü il tarixli qərarı ilə barəsində həmin tarixdə həbs qətimkan tədbiri seçilmiş və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır. (Cild 1, iş vərəqi 35; 175-180). Təqsirləndirilən şəxs hökm çıxarılanadək həbsdə saxlandığı üçün həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə bir günə bir gün hesablanmaqla daxil edilməlidir.
116. Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs2 cəza çəkməsinin başlanğıcı onun tutulduğu 16 avqust 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir.
117. Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs1 cəza çəkməsinin başlanğıcı onun tutulduğu 16 avqust 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir.
118. Təqsirləndirilən şəxs1 ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs hesab edildiyindən cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilməlidir.
119. Təqsirləndirilən şəxs2 əməli cinayətin təhlükəli residivini yaratdığından cəzanın çəkilmə yeri ciddi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilməlidir.
120. İş üzrə mülki iddia, həbs edilməli və xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir.
121. İş üzrə maddi sübut olmaqla Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalan 21343,95 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana məhv edilməli, cinayət işinin materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs2 məxsus 01 ədəd “Samsung Galaxy A52” markalı mobil telefon həmin təqsirləndirilən şəxsin yaxın qohumlarından birinə qaytarılmalıdır.
122. Məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs1 ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır.
123. Məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs2 barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır.
124. İbtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizası ilə əlaqədar 89 (səksən doqquz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada, yəni hər birindən 44,5 (qırx dörd manat əlli qəpik) manat olmaqla tutularaq dövlət büdcəsinə ödənilməlidir.
125. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinsin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə 09 (doqquz) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 ibtidai həbs müddəti, yəni hazırki iş üzrə tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli onun hazırkı iş üzrə tutulduğu 16 avqust 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanısın. Təqsirləndirilən şəxs2 ona təyin edilən azadlıqdan məhrumetmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə 07 (yeddi) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 ibtidai həbs müddəti, yəni hazırki iş üzrə tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli onun hazırkı iş üzrə tutulduğu 16 avqust 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanısın. Təqsirləndirilən şəxs1 ona təyin edilən azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 89 (səksən doqquz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada, yəni hər birindən 44,5 (qırx dörd manat əlli qəpik) manat olmaqla tutulub Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra maddi sübut kimi tanınaraq, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalan 21343,95 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. Cinayət işinin materiallarına əlavə olunmuş Təqsirləndirilən şəxs2 məxsus 01 ədəd “Samsung Galaxy A52” markalı mobil telefon həmin təqsirləndirilən şəxsin yaxın qohumlarından birinə qaytarılsın. İş üzrə mülki iddia, həbs edilməli və xüsusi müsadirə edilməli olan digər əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Sədrlik edən hakim Fərid Namazov Hakimlər Telman Hüseynov Aygün Qurbanova