Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-918/2020 06.11.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim - Mikayılov Eldar Əli oğlunun sədrliyi ilə Hakimlər - Abasov Əliövsəd Məzahir oğlu və Ağalarov Mahmud Muradxan oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi- X11, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyası Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxx 1984-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, ev 21/26-da qeydiyyatda olmaqla ünvan 1-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq külli miqdarda psixotrop maddə metafetamin əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq istintaqla müəyyən edilməmiş mənbə, vaxt və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq külli miqdarda “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına daxil edilən ümumi təmiz çəkisi 5,310 qram psixotrop maddə metafetamini əldə edib üzərində saxlamaqla daşımış, daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsinin əməkdaşları tərəfindən xx xxx 2020-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs həmin gün saat 16:15-də ünvan 2-də yerləşən evin qarşısında saxlanılaraq baş idarəyə gətirilib üzərinə şəxsi axtarış keçirilən zaman onun satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı şəxsi istehlak miqdarından artıq külli miqdarda, əynindəki gödəkçənin sağ yan cibindən 2 ədəd bükümdə, ayrılıqda təmiz çəkiləri 2,760 (iki tam mində yeddi yüz altmış) qram və 2,550 (iki tam mində beş yüz əlli) qram olmaqla ümumilikdə 5,310 (beş tam mində üç yüz on) qram çəkidə psixotrop maddə metafetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, xx xxx 2020-ci il tarixində dükana gedərkən evinin qarşısında, blokunun önündə təxminən 05 nəfər polis əməkdaşı ona yaxınlaşaraq, saxlamış və zorla maşına mindirərək onu Baş X2 İdarəsinə aparmışlar. Onu saxlayan şəxslərdən yalnız onun yaşadığı bina ilə qonşuluqda yaşayan “Hətəm” adlı polis əməkdaşını tanımışdır. Onun saxlanılmasına əsas guya özünün Xırdalan şəhərində vəziyyətə baxdığına dair polislərin iddiası olmuşdur. Belə ki, saxlanılmasından bir gün öncə yaşadığı binanın narkotik vasitənin satışı ilə məşğul olmalarında şübhə etdiyi şəxslərə yaxınlaşaraq onlarla mübahisə etmiş və bu zaman həmin “Hətəm” adlı şəxs də oraya yaxınlaşmış və aralarında mübahisə yaranmışdır. Narkotik vasitələrin satışı ilə məşğul olmalarından şübhələndiyi şəxslərin kimliyi barədə heç bir məlumatı yoxdur, həmin şəxsləri tanımamış, lakin hərəkətlərindən şübhələnmişdir. Üzərinə baxış keçirilən zaman heç bir narkotik vasitə aşkar olunmamışdır. Metafetamindən, eləcə də hər hansı bir digər narkotik vasitədən istifadə etməmiş, narkotik vasitə istifadəçisi deyil və heç vaxt satışı ilə məşğul olmamışdır. İbtidai istintaq zamanı ifadə verməmiş, ifadəsində qeyd olunan guya Xırdalan şəhərinin dairəsində narkotik vasitə almasına dair halı təsdiq etmir. İbtidai istintaq zamanı iş materialları ilə tanış olarkən ona verilmiş ittiham Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə qeyd olunmuş və o, həmin sənədlərə imza etmişdir. İbtidai istintaq zamanı ifadəsində qeyd olunan “Əliş” adlı şəxsi görməmiş, elə bir şəxsi tanımır. İfadədə göstərilən narkotik vasitəni əldə etdiyi tarixdə və saatda ümumiyyətlə Xırdalan şəhərinin dairəsi yaxınlığında olmamışdır. Son olaraq göstərdi ki, barəsində olan cinayət işinə düzgün baxılmaqla bəraət hökmünün çıxarılmasını xahiş edir. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi hallarla iş üzrə ibtidai istintaq zamanı şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələri arasında əhəmiyyətli ziddiyyətlər olduğundan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin iş üzrə ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilərək tədqiq edilmiş və bu zaman müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki,ünvan 1 ünvanda yaşamaqla, subaydır, əvvəllər 03 dəfə məhkum olunmuşdur. Təxminən 01 ildir ki, psixotrop maddə metafetamindən istifadə edir. Metafetamini folqanın üzərinə qoyub isitdikdən sonra yaranan tüstünü ağzına çəkməklə qəbul edir. Metafetamini yaşadığı Abşeron rayonu, Xırdalan şəhərində tanımadığı şəxslərdən alıb istifadə edir, psixotrop maddələri aldığı şəxslərin adları maraqlı olmadığına görə onların kim olduqlarını soruşmur, həmçinin mobil nömrələrini də götürmür. Psixotrop maddə lazım olanda “Xırdalan dairəsi” adlanan yerə gedir və orada tanımadığı şəxslər ona yaxınlaşır. Hər dəfə oraya gedəndə tanımadığı şəxslər ona yaxınlaşaraq narkotik vasitə və ya psixotrop maddə istəyib-istəmədiyini soruşmuşlar. xx xxx 2020-ci il tarixdə səhər saatlarında psixotrop maddə metafetamin almaq üçün yenə Abşeron rayonu, Xırdalan şəhərində yerləşən “Xırdalan dairəsi” adlanan yerə getmiş, oraya çatan zaman dayanıb gözləmiş və siqaret çəkməyə başlamışdır. Siqaret çəkən zaman bir nəfər əvvəllər tanımadığı şəxs ona yaxınlaşaraq ondan bir gilə siqaret istəmiş, ona cibində olan siqaretdən bir gilə vermiş, həmin şəxs siqaretini yandırmış və ona təşəkkür etmişdir. Bu zaman həmin şəxs adının “Əliş” olduğunu, özündə psixotrop maddə metafetamin və narkotik vasitə heroin olduğunu əgər istəsə ona sata biləcəyini demişdir. Ondan üzərində nə qədər psixotrop maddə olduğunu soruşanda o, üzərində təxminən 10 qrama yaxın şüşə olduğunu deyərək onları ümumilikdə 150 (yüz əlli) manata sata biləcəyini demişdir. Lakin cavabında üzərində 50 (əlli) manat olduğunu, pulun müqabilində ona 5 qram psixotrop maddə metafetamin verməsini xahiş etmişdir. Bu zaman “Əliş” ilk başlarda tərəddüd etsə də, sonradan onunla razılaşmış, “Xıradalan dairəsi” adlanan yerin yaxınlığında heç kimin olmadığı yerə getmiş və cibindən çıxarıb ona 50 manat pul vermişdir. Həmin şəxs də ona 2 ədəd bükümdə psixotrop maddə metafetamin vermişdir. “Əliş” psixotrop maddə metafetamini verən zaman onun çəkisinin 5 qramdan bir qədər artıq olduğunu bildirmiş, ona təşəkkürünü bildirib aldığı kütlələri cibinə qoyub oradan uzaqlaşmışdır. Planına görə həmin psixotrop maddədən həmin gün bir qədər istifadə etmək olmuş, lakin iş axtardığına görə psixotrop maddənin təsirində olmamaq üçün onlardan istifadə etmədən bir neçə yerə gedib iş axtarmağa başlamışdır. Lakin iş tapa bilməmiş və yaşadığı evə gedəndə saat 16:15 radələrində yaşadığı ünvan 2 ünvanının qarşısında olan zaman 2 nəfər mülki geyimli şəxslər ona yaxınlaşaraq kim olduğunu soruşmuşlar. Özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu demiş, bu zaman həmin şəxslər özlərini təqdim edərək xidməti vəsiqələrini göstərib polis əməkdaşı olduqlarını, narkotik vasitələrin və psixotrop maddələrin üzərində saxlamağı və satışı ilə məşğul olmağı barədə onlarda məlumat olduğunu deyərək BMCMİ-nə dəvət etmişlər. Vəziyyəti bilib onlara etiraz etməmiş və ifşa olduğunu bilib BMCMİ-nə gəlmişdir. Xidməti iş otağında olan zaman təhqiqatçı tərəfindən hüquqlarının müdafiə olunması məqsədi ilə Bakı şəhər 5 saylı vəkil Bürosunun vəkillərinin adlarının olduğu siyahını ona təqdim etmiş, siyahıda olan vəkillərdən istənilən biri tərəfindən hüquqlarımın müdafiə edilməsinə etirazının olmadığını demişdir. Bundan sonra təhqiqatçı vəkil Oktay Əliyev dəvət etmiş, vəkil gəldikdən sonra təhqiqatçı vəkilə etirazının olubolmadığını soruşmuş, etirazının olmadığını bildirmişdir. Daha sonra hüquq və vəzifələrin izah olunaraq üzərinə şəxsi axtarış aparılacağı bildirilmişdir. Buna etiraz etmədən razılaşmış, daha sonra təhqiqatçı tərəfindən üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış aparılan zaman təhqiqatçı ilkin olaraq üzərində olan əşyalarını təqdim etməyini xahiş etmiş, üzərində psixotrop maddə metafetamin (şüşə) olduğunu demiş, bu zaman əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən 2 ədəd bükümdə psixotrop maddə metafetamini, əynində olan şalvarının sağ yan cibindən özünə məxsus olan mobil telefonunu, şalvarının sol yan cibindən 25 manat pulu çıxarıb təqdim etmişdir. Təhqiqatçı həmin əşyaları təqdim etməyini istəmiş və onları təqdim edərək aşkar edilmiş bükümdəkilərin psixotrop maddə metafetamin olduğunu, şəxsi istifadəsi üçün 50 manata Xırdalan şəhərindən “Əliş” adlı şəxsdən aldığını, satmaq məqsədinin olmadığını, həmin kütlələrdən istifadə etmədiyini bildirmişdir. Bundan sonra üzərinə şəxsi axtarış aparılmış və üzərindən 01 ədəd kibrit qutusu, 01 ədəd cib dəsmalı, 01 ədəd alışqan, 02 ədəd qəbz, 02 ədəd folqa, 01 ədəd ətir, 01 ədəd kişi üzüyü və 01 ədəd daraq aşkar edilmişdir. Daha sonra sorğu zamanı folqalarla üzərindən aşkar edilmiş psixotrop maddə metafetaminləri istifadə etdiyini, 02 ədəd qəbzin özünə məxsus olan nömrəyə pul göndərdiyini, başqa bütün əşyaların özünə məxsus olduğunu demişdir. Bundan sonra həmin bükümlər və 02 ədəd folqa ağ rəngli zərfə qoyularaq bağlanıb möhürlənmiş, özünə məxsus olan mobil telefon götürülmüş, pullar və digər əşyalar özünə geri qaytarılmışdır. Bundan sonra videoçəkiliş dayandırılıb onlarla bərabər digər iştirakçılara da həmin videoçəkiliş nümayiş etdirilmiş, sonda isə bu barədə protokol tərtib olunaraq ucadan oxunmuş, düz yazıldığı üçün digər iştirakçılarla birlikdə həmin protokola imza etmişdir. (cild 01, iş vər. 69-72, 137-139) Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması, onun özünü təqsirli bilməsə də, cinayət işinin materiallarında olan obyektiv sübutların məcmusu ilə uzlaşan ibtidai istintaq zamanı vermiş olduğu etirafedici ifadələri, məhkəmədə tədqiq olunmuş şahidlərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, istintaq hərəkətinin keçirilməsinə dair tərtib olunmuş protokollar və “şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2020-ci il tarixli protokolun əyani olaraq qeydə alındığı video görüntü və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmişŞahid1 ifadəsində göstərdi ki, xx xxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə edərək üzərində saxlayaraq daşıması barədə əməliyyat məlumatı daxil olmuş, həmin məlumat tərəfindən rəsmiləşdirilmiş, raportla məruzə etdikdən sonra müvafiq əməliyyat qrupu yaradılmış, həmin qrupa o və şöbənin əməliyyat müvəkkili Şahid2 da daxil olmuşdur. Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvanında olması barədə əməliyyat məlumatı daxil olduqdan sonra həmin şəxsi müəyyən etmək məqsədi ilə qeyd olunan yerə getmişlər. Həmin yerdə olduqları vaxt saat 16:15 radələrində qeyd olunan ünvanda olan zaman xarici görünüşü Təqsirləndirilən şəxs oxşar şəxsə yaxınlaşıb özlərini təqdim edərək BMCMİ-nin əməkdaşları olduqlarını deyib onun adını və soyadını soruşaraq, sonuncunun Təqsirləndirilən şəxs olduğunu bildirmişlər. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etməsi, özündə saxlayaraq daşıması, istifadəsi və satışı ilə məşğul olması barədə məlumat daxil olduğunu bildirib onlarla birlikdə BMCMİ-nə getməsini xahiş etmişlər. Təqsirləndirilən şəxs etiraz etməyib onlarla birlikdə BMCMİ-nin inzibati binasına gəlmiş, Baş İdarədə Təqsirləndirilən şəxs üzərində narkotik vasitə saxlaması, qəbul etməsi və satışı ilə məşğul olmasında şübhəli olması ehtimal edildiyindən onun üzərinə şəxsi axtarış keçirilməsi məqsədilə raportla məruzə etmişdir. Həmin raportun icrası İstintaq və X6 Bölməsinin XMİÜ baş təhqiqatçısı Mirata Seyidova həvalə edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təhqiqatçı Mirata Seyidovun xidməti iş otağına aparmış, orada təhqiqatçı Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah edib vəkillərin siyahısını təqdim etmişdir. Təqsirləndirilən şəxs siyahıda olan vəkillərdən istənilən vəkil tərəfindən onun hüquqlarının müdafiə edilməsinə etiraz etmədiyini bildirmişdir. Bundan sonra Bakı şəhər 5 saylı Vəkil Bürosunun vəkillərindən Oktay Məmmədov dəvət edilmiş və Təqsirləndirilən şəxs təqdim olunaraq həmin vəkilə etirazının olub-olmaması soruşulmuşdur. Bu zaman Təqsirləndirilən şəxs vəkilə etiraz etmədiyini bildirmiş, bundan sonra Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah edilib üstünə şəxsi axtarış aparılacağını və şəxsi axtarış video çəkilişlə aparılacağını bildirilmişdir. Təqsirləndirilən şəxs etiraz etməmişdir. Bundan sonra təhqiqatçı Təqsirləndirilən şəxs üstündə olan əşyaları çıxarıb stolun üstünə qoymasını təklif etmiş, Təqsirləndirilən şəxs əynində olan gödəkcəsinin içərisində narkotik vasitə “şüşə” olduğunu deyərək əynindəki qara rəngli gödəkcəsinin sağ yan cibindən 2 ədəd sellofan bükümü çıxarıb masanın üzərinə qoyaraq onların içərisində “şüşə” olduğunu bildirmişdir. Həmin bükümlər açılanda onların içərisində psixotrop maddə metafetaminə oxşar maddələrin olması müşahidə edilmiş, daha sonra Təqsirləndirilən şəxs bir ədəd mobil telefonu, 25 manat pulu və bir ədəd açarı çıxararq masanın üzərinə qoymuşdur. Daha sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman üzərindən daraq, ətir, folqa, alışqan və s aşkar edilmiş, sorğu zamanı Təqsirləndirilən şəxs aşkar edilmiş psixotrop maddə metafetamini həmin gün 50 manata Abşeron rayonu ərazisində anket məlumatlarını dəqiq bilmədiyi “Əliş” adlı şəxsdən aldığını, aşkar edilmiş folqaları isə psixotrop maddə metafetamini çəkən zaman istifadə etdiyini bildirmişdir. Bundan sonra həmin psixotrop maddə metafetamin və folqalar qablaşdırılaraq götürülmüş, bir ədəd mobil telefon götürülsə də, digər əşyalar həmçinin pul Təqsirləndirilən şəxs özünə geri qaytarılmış, daha sonra bu barədə protokol tərtib edilmiş və ucadan oxunmuş, düzgün yazıldığı üçün hər bir iştirakçı tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs saxlandıqdan sonra tərəflərindən müvafiq əməliyyat tapşırığına əsasən aparılmış əməliyyat tədbirləri ilə Təqsirləndirilən şəxs narkotik vasitənin satışı ilə məşğul olması barədə məlumat öz təsdiqini tapmamışdır. Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı psixotrop maddəni 50 manata Əliş adlı şəxsdən aldığını bildirmişdir. Əməliyyat məlumatı şəxsən ona daxil olmuş, tərəfindən xx xxx 2020-ci il tarixdə bu barədə raportla məruzə olunmuşdur. Tərəflərindən Təqsirləndirilən şəxs saxlanıldıqdan sonra və idarəyə dəvət edərkən heç bir müqavimət göstərməmiş, Təqsirləndirilən şəxs qarşı heç bir zorakılıq edilməmişdir. Təqsirləndirilən şəxs İdarəyə dəvət etdikdən sonra üzərində təhqiqatçı tərəfindən şəxsi axtarış aparılmışdır. Belə ki, həmin vaxtadək Təqsirləndirilən şəxs müdafiəçisi olmamış, həmçinin əməliyyat müvəkkillərinin şübhəli şəxs qismində tutmağa və şəxsi axtarış aparmağa cinayət prosessual qanunverciliyə əsasən səlahiyyətləri olmadığından, üzərində axtarış aparmamışlar. Həmin hərəkətlərin keçirilməsi üçün Təqsirləndirilən şəxs idarəyə gətirildikdən sonra tərəfindən raportla idarə rəhbərliyinə məruzə olunmuşdur. Təqsirləndirilən şəxs saxlanması əməliyyat tədbiri zamanı iki nəfər, yəni o və Şahid2 olmuşdur. Əməliyyat məlumatı ona etibarlı mənbədən daxil olmuş, tərəfindən ilkin yoxlamalar aparılmış və bundan sonra raportla məruzə olunaraq sonrakı hərəkətlər həyata keçirilmişdir. Hətəm adlı DİN-in BMCMİ-də əməliyyat müvəkkili xidmət göstərsə də, Təqsirləndirilən şəxslə bağlı əldə etdiyi məlumatın həmin əməliyyat müvəkkili ilə heç bir bağlılığı olmamış, sonuncu əməliyyat tədbirinin keçirilməsində heç bir formada iştirak etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, idarənin digər əməkdaşı Şahid1 Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, əldə edərək üzərində saxlayaraq daşıması barədə əməliyyat məlumatı daxil olmuş, həmin məlumat Şahid1 tərəfindən rəsmiləşdirildikdən sonra, Şahid1 və ondan ibarət əməliyyat qrupu yaradılmışdır. Təqsirləndirilən şəxs olduğu yer müəyyən edildikdən sonra həmin şəxsi müəyyən etmək məqsədi ilə qeyd olunan yerə getmiş, saat 16:15 radələrində qeyd olunan ünvanda olan zaman xarici görünüşü Təqsirləndirilən şəxs oxşar şəxsi görüb sonuncuya yaxınlaşmışlar. Özlərini təqdim edərək BMCMİ-nin əməkdaşları olduqlarını deyib, sonuncunun şəxsiyyəti ilə maraqlandıqda həmin şəxsin əməliyyat məlumatında qeyd olunan Təqsirləndirilən şəxs olduğunu müəyyən etmişlər. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etməsi, özündə saxlayaraq daşıması, istifadəsi və satışı ilə məşğul olması barədə məlumat daxil olduğunu bildirib onlarla birlikdə BMCMİ-nə getməsini xahiş etmiş, bu zaman Təqsirləndirilən şəxs qarşı hər hansı zorakılıq göstərilməmişdir. Təqsirləndirilən şəxs etiraz etməyib onlarla birlikdə BMCMİ-nin inzibati binasına gəldikdə sonra, narkotik vasitə saxlaması, qəbul etməsi və satışı ilə məşğul olmasında şübhəli olması ehtimal edildiyindən onun üzərinə şəxsi axtarış keçirilməsi İstintaq və X6 Bölməsinin XMİÜ baş təhqiqatçısı Mirata Seyidova həvalə edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təhqiqatçının xidməti iş otağına aparmışlar. Orada təhqiqatçı Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah edib vəkillərin siyahısını təqdim etmiş, müdafiəçi olaraq Bakı şəhər 5 saylı Vəkil Bürosunun vəkillərindən Oktay Məmmədov dəvət edilmiş və Təqsirləndirilən şəxs təqdim olunmuşdur. Təqsirləndirilən şəxs vəkilə etiraz etmədikdən sonra hüquq və vəzifələri izah edilmiş və etirazı olmadığından üzərinə videoçəkiliş aparılmaqla şəxsi axtarış aparılmışdır. Bundan sonra təhqiqatçı Təqsirləndirilən şəxs üstündə olan əşyaları çıxarıb stolun üstünə qoymasını təklif etmiş, Təqsirləndirilən şəxs əynində olan gödəkcəsinin içərisində narkotik vasitə “şüşə” olduğunu deyərək əynindəki qara rəngli gödəkcəsinin sağ yan cibindən 2 ədəd sellofan bükümü çıxarıb masanın üzərinə qoyaraq onların içərisində “şüşə” olduğunu bildirmişdir. Həmin bükümlər açılanda onların içərisində psixotrop maddə metafetaminə oxşar maddələrin olması müşahidə edilmiş, daha sonra Təqsirləndirilən şəxs bir ədəd mobil telefonu, 25 manat pulu və bir ədəd açarı çıxararaq masanın üzərinə qoymuşdur. Daha sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman üzərindən daraq, ətir, folqa, alışqan və s aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs aşkar edilmiş psixotrop maddə metafetamini həmin gün 50 manata Abşeron rayonu ərazisində anket məlumatlarını dəqiq bilmədiyi, hazırda xatırladığı qədəri ilə Əli və ya Əliş adlı şəxsdən aldığını, aşkar edilmiş folqaları isə psixotrop maddə metafetamini çəkən zaman istifadə etdiyini bildirmişdir. Bundan sonra həmin psixotrop maddə metafetamin və folqalar qablaşdırılaraq götürülmüş, bir ədəd mobil telefon götürülsə də, digər əşyalar həmçinin pul Təqsirləndirilən şəxs özünə geri qaytarılmış, daha sonra bu barədə protokol tərtib edilmiş və ucadan oxunmuş, düzgün yazıldığı üçün hər bir iştirakçı tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs tərəflərindən saxlanılarkən, idarəyə gətirilərkən və idarədə olduğu müddətdə hər hansı zorakılıq və təzyiq göstərilməmişdir. Təqsirləndirilən şəxs həmin psixotrop maddəni Abşeronda tanışı Əli və ya Əliş adlı şəxsdən aldığını demişdir. Əliş adlı şəxsin kimliyi barədə məlumatı yoxdur. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən 02 ədəd sellofan bükümdə psixotrop maddə metafetamin aşkar edildi. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs həmin psixotrop maddəni özü təqdim etmiş, 50 manat müqabilində xatırladığı qədəri ilə Əli və ya Əliş adlı şəxsdən aldığını bildirmişdir. Şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş psixotrop maddəni özünün istifadə etməsini bildirmişdir. Təqsirləndirilən şəxs narkotik vasitə, psixotrop maddələrin satışı ilə məşğul olması barədə məlumatı olmamış, əməliyyat məlumatı digər əməliyyat müvəkkili Şahid1 daxil olmuşdur. Təqsirləndirilən şəxs saxlanmasına dair əməliyyat tədbirində iki nəfərdən ibarət qrup olaraq, Şahid1 və o, iştirak etmiş, digər polis əməkdaşları iştirak etməmişlər. Daxil olmuş məlumat barədə, həmin məlumatı birbaşa olaraq alan əməliyyat müvəkkili Şahid1 idarə rəhbərliyinə raportla məruzə etmişdir. Əməliyyat müvəkkilləri olaraq onlara daxil olan məlumatlar yoxlanılır və qərəzli olub-olmaması müəyyən edildikdən sonra müvafiq əməliyyat tədbirləri keçirilir. Xırdalanda yaşamadığı üçün təqsirləndirilən şəxsi tutduqları ərazinin dəqiq adresini hazırda xatırlamır, həmin ərazidə 5 mərtəbəli binalar olmuş, yolun kənarında, binanın qarşısında Təqsirləndirilən şəxs yaxınlaşmışlar. Yaxınlaşdıqdan sonra Təqsirləndirilən şəxs onlara heç bir müqavimət göstərməmiş, sonuncuya qarşı onlar tərəfdən hər hansı zorakılıq edilməmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış BMCMİ-də təhqiqatçı tərəfindən və müdafiəçinin iştirakı ilə həyata keçirilmişdir. Təqsirləndirilən şəxs saxladıqdan sonra birlikdə BMCMİ-yə getmişlər, bundan təxminən saat yarım, 2 saat sonra müdafiəçi dəvət edildikdən və işin icrası təhqiqatçıya verildikdən sonra üzərinə şəxsi axtarış həyata keçirilmişdir. Həmin müddətdə Təqsirləndirilən şəxs qarşı heç kim tərəfindən heç bir təsir və təzyiq göstərilməmişdir. Təqsirləndirilən şəxs yuxarıda qeyd edilən cinayət əməlini törətməkdə təqsirli olması cinayət işinin materiallarında olmaqla, məhkəmə istintaqı zamanı elan edilməklə və tərəflərə təqdim edilməklə tədqiq edilmiş aşağıda qeyd edilən digər sübutlarla da təsdiq olunur. Belə ki, “cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” xx xxx 2020-ci il tarixli qərardan görünür ki, toplanmış materiallar əsasında Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda güclü təsir edən psixotrop maddəni əldə etmə, saxlama, daşıma faktına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. (cild 01, iş vər. 1) BMCMİ-nin Adamları girov götürmə və hədə-qorxu ilə tələb etmə cinayətləri ilə mübarizə şöbəsinin baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 DİN-in BMCMİ-nin rəisinə olan xx xxx 2020-ci il tarixli raportundan görünür ki, baş əməliyyat müvəkkili Şahid1 tərəfindən həmin İdarənin rəisinə məruzə edilərək məlum və qərəzsiz mənbədən daxil olmuş məlumatda xx.xx.1984-cü ildə ünvan 4 ünvanında qeydiyyatda olmaqla, ünvan 5 ünvanında faktiki yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edərək üzərində saxlamasını və daşımasını bildirdiyini qeyd etmiş və daxil olmuş məlumatın əməliyyata yolu ilə yoxlanılması, Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa olunması, onun cinayət törədərkən yaxud törətdikdən bilavasitə sonra yaxalanması, narkotik vasitələrin, psixotrop maddələrin, cinayət izlərinin vaxtında aşkar edilərək götürülməsi məqsədi ilə əməliyyat qrupunun yaradılmasına və təxirəsalınmaz tədbirlər görülməklə qanunvericiliklə nəzərdə tutulmuş qaydada aşkar və gizli üsullarla müvafiq əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə icazə verilməsini xahiş etmiş, qeyd olunan raportun üzərinə xx.xx.2020-ci il tarixdə idarə rəisi tərəfindən dərkənar qoyulmaqla, “Əməliyyat-axtarış fəaliyyəti haqqında” qanuna müvafiq şəkildə tədbir görülməsi qeyd olunmuşdur. (cild 01, iş vər. 03) “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” xx xxx 2020-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş əsaslar olduğundan zəruri məlumatların alınmasının və haqqında tədbir keçirilməsi təklif edilən şəxsin ifşa edilməsinin adi təhqiqat üsulları vasitəsi ilə qeyri-mümkünlüyünü nəzərə alaraq xx.xx.1984-cü il ünvan 4 ünvanında qeydiyyatda olmaqla, ünvan 5 ünvanında faktiki yaşayan Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməklə yaxalanmasından ötrü əməliyyat qrupu yaradılması, operativ şəkildə lazımi qabaqlayıcı tədbirlər görülmədiyi halda Təqsirləndirilən şəxs qanunsuz olaraq özündə saxlamaqla daşıdığı külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin realizə olunacağı, gizlədiləcəyi, istifadə ediləcəyi və satılacağı ehtimalını nəzərə alaraq, daxil olmuş məlumatın əməliyyat yolu ilə yoxlanılması, həmin şəxsin cinayət əməllərinin ifşa olunması, onun cinayət törədərkən, yaxud törətdikdən bilavasitə sonra yaxalanması, narkotik vasitələrin və psixotrop maddələrin vaxtında aşkar edilərək götürülməsi məqsədilə yaradılmış əməliyyat qrupunun üzvlərinin iştirakı ilə təxirəsalınmaz tədbirlər görülməklə hakimin qərarı olmadan qanunvericilikdə nəzərdə tutulmuş qaydada aşkar və gizli üsullarla müvafiq əməliyyataxtarış tədbirləri keçirilməsi, Təqsirləndirilən şəxs olduğu yerin müəyyən edilməsi, tədbirin gedişi zamanı şəraitdən asılı olaraq onun olduğu yerin və nəqliyyat vasitələrinin müşahidəsinin aparılması, tutulduqdan dərhal sonra zərurət olduğu təqdirdə üstünün yoxlanılması, üzərinə, ondan aşkar edilmiş əşyalara, nəqliyyat vasitələrinə, yaşayış yerlərinə dərhal baxış keçirilməsi və polis orqanına gətirilməsi, Əməliyyat-axtarış tədbirləri həyata keçirilən zaman zərurət yarandığı halda mövcud şəraitdən asılı olaraq “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş digər əməliyyat tədbirlərinə istinad edilməklə qanunvericiliyə uyğun şəkildə tədbirin davam etdirilməsi qərara alınmışdır. (cild 01, iş vər. 4-5) BMCMİ-nin Adamları girov götürmə və hədə-qorxu ilə tələb etmə cinayətləri ilə mübarizə şöbəsinin baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 DİN-in BMCMİ-nin rəisinə olan xx xxx 2020-ci il tarixli raportundan görünür ki, baş əməliyyat müvəkkili Şahid1 tərəfindən həmin İdarənin rəisinə məruzə edilərək Keçirilmiş əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, daşınması və satılmasında şübhəli bilinən Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilərək, həmin günü saat 16.15-də ünvan 3 ünvanının yaxınlığında saxlanılaraq, Baş İdarəyə gətirilməsi qeyd etmiş və Şübhəli şəxs Təqsirləndirilən şəxs paltarında, əşyalarında, bədənində olması ehtimal edilən narkotik vasitələrin, psixotrop maddələrin və qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların, sənədlərin və cinayətin izlərinin aşkar olunaraq götürülməsi üçün müvafiq tədbirlərin görülməsi ilə bağlı aidiyyəti üzrə göstəriş verilməsini xahiş etmiş, qeyd olunan raportun üzərinə xx.xx.2020-ci il tarixdə idarə rəisi tərəfindən dərkənar qoyulmaqla, müvafiq tədbir görülməsinin təmin edilməsi qeyd olunmuşdur. (cild 01, iş vər. 06) “Şübhəli şəxsin tutulması haqqında” xx xxx 2020-ci il tarixli protokoldan görünür ki, xx.xx.1984-cü ildə ünvan 4 ünvanında qeydiyyatda olmaqla, ünvan 5 ünvanında faktiki yaşayan Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə BMCMİ-nin baş təhqiqatçısı, polis mayoru Seyidov Mirata Mirmöhsüm oğlu tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində xx xxx 2020-ci il tarixdə saat 17:30 dəqiqədə Baş Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasında tutulmuşdur.(cild 01, iş vər. 14) “Şəxsi axtarış və götürmə aparılması haqqında” xx xxx 2020-ci il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin Baş X2 idarəsinə daxil olmuş məlumat əsasında xx xxx 2020-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı saat 16:15-də ünvan 5 ünvanının yaxınlığında saxlanılaraq BMCMİ-yə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olaraq gətirilmiş və barəsində şübhəli şəxs qismində tutma haqqında qərar qəbul edilmiş Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində narkotik vasitələrin, psixotrop maddələrin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan “Şəxsi axtarış və götürmə aparılması haqqında” xx xxx 2020-ci il tarixli qərara əsasən Baş X2 idarəsinin inzibati binasında xidməti iş otağımda video çəkilişdən istifadə edilməklə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs barəsində xx xxx 2020-ci il tarixdə saat 17:55-də şəxsi axtarış və götürmə aparılmış, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağa edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir, Təqsirləndirilən şəxs əynində olan gödəkcəsinin cibində narkotik vasitə şüşə olduğunu bildirmiş, əynində olan qara rəngli gödəkcəsinin sağ yan cibindən çıxardığı iki ədəd şəffaf sellofan bükümü masanın üzərinə qoymaqla təqdim etmiş, təqdim etdiyi şəffaf sellofan bükümlərin içində narkotik vasitə olduğunu bildirmiş, həmin şəffaf sellofan bükümlər iştirakçıların şahidliyi ilə açıldıqda bükümlərin içərisində kristal şəkilli, ağ rəngli, psixotrop maddə metafetaminə oxşar maddələr olması müşahidə edilmiş, bundan başqa Təqsirləndirilən şəxs əynindəki şalvarının sağ yan cibində olan bir ədəd “Samsung S3” markalı mobil telefonu, şalvarının sol yan cibində olan 25 manat pulu və bir ədəd açarı çıxardıb təqdim etmişdir. Bundan başqa şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs əynində olan gödəkcəsinin sağ yan cibindən bir ədəd kibrit qutusu, gödəkcəsinin sol yan cibindən bir ədəd cib dəsmalı, əynində olan şalvarının sağ yan cibindən bir ədəd sınıq vəziyyətdə olan alışqan, şalvarının sağ arxa cibində iki ədəd qəbz, əynində olan gödəkcəsinin sol iç cibindən iki ədəd gümüşü rəngli folqa kağız parçası, bir ədəd ətir, bir ədəd kişi üzüyü və bir ədəd daraq aşkar olunmuşdur. Şifahi sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş iki ədəd şəffaf sellofan bükümdə olan psixotrop maddə metafetamini həmin günü, yəni xx xxx 2020-ci il tarixdə səhər vaxtı Abşeron rayonu, Xırdalan şəhərində anket məlumatlarını dəqiq bilmədiyi “Əliş” adlı şəxsdən 50 manata öz istifadəsi üçün aldığını və üzərində saxlayıb daşıdığını bildirmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş iki ədəd gümüşü rəngli folqa kağız parçasından psixotrop maddə olan metafetamini qəbul edən zaman istifadə etdiyini bildirmiş, Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üzərindən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və predmetlər aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş iki ədəd şəffaf sellofan bükümdə olan psixotrop maddə metafetaminə oxşar maddə və iki ədəd gümüşü rəngli folqa kağız parçası cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 6 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Eyni zamanda aşkar edilmiş 25 manat pul, bir ədəd açar, bir ədəd cib dəsmalı, bir ədəd kibrit qutusu, bir ədəd kişi üzüyü, bir ədəd sınıq vəziyyətdə olan alışqan, bir ədəd ətir, bir ədəd daraq və iki ədəd qəbz iş üzrə əhəmiyyət kəsb etmədiyindən Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd “Samsung S3” markalı mobil telefon əvvəlcə Təqsirləndirilən şəxs özünə qaytarılsa da, sonradan iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Şəxsi axtarış və götürmə aparılması video çəkilişi aparılmaışdır. Şəxsi axtarış keçirilməsi saat 18:25 dəqiqədə başlamış və saat 19:00 dəqiqədə başa çatmışdır. (cild 01, iş vər. 21-22) Məhkəmə-kimyəvi ekspertizasının xx xxx 2020-ci il tarixli, 6/671 №-li rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş” və s. qeydlər olan zərfdəki 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 2,760 qram və 2,550 qram, ümumi təmiz çəkisi 5,310 qram olam maddələr, Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən eyni tərkibli psixotrop maddə-metafetamin olduğu müəyyən edilmiş, həmin zərfdəki 2 ədəd folqa kağızı parçaları üzərində narkotik vasitə və psixotrop maddə izləri aşkar edilməmişdir. (cild 01, iş vər 40-44) Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 4(008)-548/2020 saylı, xx xxx 2020-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 243.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli xx xxx 2020-ci il tarixdən hesablanmaqla həbs qismində qətimkan tədbiri seçilmişdir. (cild 01, iş vər. 79-81) Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 5(005)-393/2020 saylı, xx xxx 2020-ci il tarixli qərarından görünür ki, Əməliyyat-axtarış tədbirinin aparılması barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsinin Adamları girov götürmə və hədə-qorxu ilə tələb etmə cinayətləri ilə mübarizə şöbəsinin baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 tərəfindən qəbul edilmiş və həmin İdarənin rəisi polis polkovniki Əbülfət Rzayev tərəfindən təsdiq edilmiş xx.xx.2020-ci il tarixli qərar qanunauyğun hesab edilmişdir.(cild 01, iş vər. 85) “Cinayət işinin istintaq materiallarına əlavə edilmiş mobil telefon aparatına baxış keçirilməsi haqqında” xx xxx 2020-ci il tarixli protokoldan görünür ki, müstəntiq tərəfindən Təqsirləndirilən şəxs məxsus bir ədəd “Samsung” markalı mobil telefon aparatına baxış keçirilmiş, baxış keçirilən zaman istintaq üçün əhəmiyyətli hallar aşkar edilməmişdir. (cild 01, iş vər. 89) DİN BMCMİ-nin müstəntiqi Ayaz Bayramovun xx.xx.2020-ci il tarixli əməliyyat tapşırığından görünür ki, Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiyi “Əliş” adlı şəxsin şəxsiyyətinin və olduğu yerin müəyyən edilərək istintaqa təqdim edilməsi, Təqsirləndirilən şəxs əvvəllər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satışı ilə məşğul olub-olmadığının yoxlanılması, müsbət halda əvvəllər narkotik vasitələr satması hallarının müəyyən edilməsi, Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satışı və ya istifadəsi ilə məşğul olmasını görə biləcək şahidlərin dairəsinin müəyyən olunması, Təqsirləndirilən şəxs narkotik vasitələrin, psixotrop maddələrin satışı və qəbulunda şübhəli olan şəxslərlə əlaqələrinin yoxlanması, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə etməsi, saxlaması, daşıması və satmasında iştirakı olan cinayətin digər iştirakçılarının şəxsiyyətinin, onların bu cinayətdə iştirakının və rolunun müəyyən edilməsi, külli miqdarda psixotrop maddənin mənbəyinin müəyyən edilməsi istiqamətində müvafiq əməliyyat axtarış tədbirlərinin keçirilməsi tapşırılmışdır. (cild 01, iş vər. 90-91) Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən verilmiş xx xxx 2020-ci il tarixli tələbnamədən və məhkəmə hökmünün surətindən görünür ki, Əliyev X10 Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli qərarı ilə cəzasının 05 ay 07 gün hissəsindən vaxtından əvvəl şərti azad olunmuş, daha sonra Abşeron Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək 07 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2013-cü il tarixdə cəzasının sonu ilə azad olunmuş, sonuncu dəfə isə xx.xx.2013-cü il tarixdə Abşeron Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 185.1 və 234.1-ci maddələri ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 04 ay 15 gün hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. xx xxx 2016-cı il tarixində cəzası başa çatmışdır. (cild 01, iş vər. 107-113) Abşeron RİH tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli xasiyyətnamədən görünür ki, Əliyev X10 rayon, Xırdalan şəhəri, 27-ci məhəllə ev 12, mənzil 52 ünvanında yaşamışdır və yaşadığı müddət ərzində onun barəsində 2 saylı Mənzil Təsərrüfatı İstehsalat X8 heç bir şikayət daxil olmamışdır.(cild 01, iş vər 117) Məhkəmə-narkoloji ekspertizasının xx xxxx 2020-ci il tarixli 1787 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs çətənə bitkisi preparatlarından və psixotrop maddə olan metafetamindən sui-istifadə edilməsi ilə nəticələnən asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur, məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür. (cild 01, iş vər. 118-119) BMCMİ-nin rəis müavini, polis polkovniki X9 və Təhqiqat İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Fikrət Quliyevə olan xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, xx.xx.2020-ci il tarixli, ********* nömrəli cinayət işi ilə bağlı əməliyyat tapşırığına cavab olaraq bildirilmişdir ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə bağlı məlumat daxil olsa da, həmin şəxslərin əhatə dairəsini, analoji cinayət əməllərini, əlbir olduğu şəxsləri, habelə onun cinayət əməllərinə şahid olmuş şəxslərin müəyyən edilməsi istiqamətində əməkdaşlar tərəfindən əməliyyat-axtarış tədbirləri keçirilsə də müsbət nəticə əldə olunmamışdır. (cild 01, iş vər. 120) «Sübutların qiymətləndirilməsi haqqında» xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx xxx 2020-ci il tarixdə elan edilmiş ittihama dəyişiklik edilməklə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə yenidən ittiham elan edilməsi və barəsində seçilmiş həbs qətimkan tədbirinin iş üzrə nəzərə alınması qərara alınmış, cinayət işi materiallarından Təqsirləndirilən şəxs külli miqdarda psixotrop maddə metafetamini əldə etdiyi mənbənin müəyyən edilməsi məqsəd ilə ********* saylı cinayət işindən material ayrılması Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin tərkib əlaməti olmadığından həmin xüsusat üzrə cinayət təqibinin başlanması rədd edilməsi qərara alınmışdır. (cild 01, iş vər. 121-126) “Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə yenidən ittiham elan olunması qərara alınmışdır. (cild 01, iş vər. 129) Məhkəmə baxışında tədqiq edilmiş 01 ədəd «DVD» diskdə olan video görüntülərdə “Şəxsi axtarış və götürmə aparılması haqqında” xx xxx 2020-ci il tarixli protokolun məzmununda qeyd olunan halların əyani olaraq video görüntülərdə öz əksini tapması müəyyən edilmişdir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxs və şahidləri dinləyərək iş materiallarını nəzərdən keçirib, iş üzrə əldə olmuş sübutlara hərtərəfli və obyektiv qiymət verməklə hesab edir ki, Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə, yəni satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq olmaqla külli miqdarda iki ədəd bükümdə olan ümumi təmiz çəkisi 5,310 qram psixotrop maddə metafetamini əldə edib özündə saxlayaraq daşıması məhkəmə istintaqı zamanı toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, şahidlərin məhkəmə iclasında verdikləri ifadələr, ekspertiza rəyləri, maddi sübutlar və məhkəmə iclasında elan edilmiş digər sənəd və iş materialları ilə tam sübuta yetirilmişdir. Bununla yanaşı, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda iki ədəd bükümdə olan ümumi təmiz çəkisi 5,310 qram psixotrop maddə metafetamini əldə etmiş, saxlamış, daşımış olduğu qənaətinə gəlinmiş və bununla bağlı ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ittiham irəli sürülmüşdür. Lakin, həmin iş üzrə aparılmış ibtidai istintaq və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs qanunsuz olaraq psixotrop maddə metafetamini məhz satış məqsədi ilə əldə edib saxlayıb daşımasını təsdiq edən hər-hansı bir mötəbər sübut əldə edilməmişdir. İlk növbədə qeyd olunmalıdır ki, ibtidai istintaq orqanı bu kimi nəticələrə gələrkən iş materiallarında olan heç bir təkzibolunmaz sübuta istinad etməmiş və iş üzrə toplanmış sübutların heç birində təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş psixotrop maddəni satış məqsədi ilə əldə etməsi, saxlaması və daşımasını təsdiq edən heç bir hal mövcud deyildir. Belə ki, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadələrindən, eləcə də şəxsi axtarış və götürmənin aparıldığı zaman qeydə alınan video görüntülərdən göründüyü kimi, Təqsirləndirilən şəxs üzərində olan psixotrop maddəni öz istifadəsi üçün əldə etdiyini və asılılığının olduğunu bildirmiş, ibtidai istintaqın gedişatında müstəntiq tərəfindən şəxsi axtarış zamanı təqsirləndirilən şəxsin üzərindən aşkar edilərək götürülmüş bir ədəd “Samsung” markalı mobil telefon aparatına baxış keçirilsə də, istintaq üçün əhəmiyyətli hallar aşkar edilməmişdir. İş üzrə ibtidai istintaq və məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsinə aidiyyəti barədə məlumatı əldə etmiş və bununla bağlı keçirilmiş müvafiq əməliyyat tədbirinə rəhbərlik edərək həyata keçirmiş polis əməkdaşı Şahid1, eləcə də əməliyyatda iştirak etmiş digər polis əməkdaşı Şahid2 məhkəmədə verdikləri ifadələrində göstərmişlər ki, Təqsirləndirilən şəxs onlar tərəfindən yaxalanıb sonuncunun barəsində cinayət təqibi başlandıqdan sonrakı vaxtlarda keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddəni kimlərə satmaq məqsədi ilə əldə etməsi, istehlakçıların və ya istehlakçının kim olması barədə heç bir məlumat əldə edilmədiyini göstərmişlər. Bununla yanaşı BMCMİ-nin rəis müavini, polis polkovniki X9 və Təhqiqat İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Fikrət Quliyevə olan xx.xx.2020-ci il tarixli məktubu ilə xx.xx.2020-ci il tarixli, ********* nömrəli cinayət işi ilə bağlı əməliyyat tapşırığına cavab olaraq keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə bağlı məlumat daxil olsa da, həmin şəxslərin əhatə dairəsini, analoji cinayət əməllərini, əlbir olduğu şəxsləri, habelə onun cinayət əməllərinə şahid olmuş şəxslərin müəyyən edilməsi istiqamətində əməkdaşlar tərəfindən əməliyyat-axtarış tədbirləri keçirilsə də müsbət nəticə əldə olunmadığı göstərilmişdir. Məhkəmə yuxarıda qeyd olunanları sadalamaqla qeyd edir ki, göstərilən hallar özlüyündə ibtidai istintaq orqanının Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə, yəni satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə edib, özündə saxlayaraq daşımasına dair irəli sürdüyü ittihamın, qeyd olunan cinayət əməlinin tərkib əlamətlərinin zəruri elementi olan məhz şəxsin əməlində satış məqsədi olmasına dair hissədə toplanmış sübutlarla sübuta yetmədiyi halda, yalnız mülahizələrə əsaslandığını təsdiq edir. Bu səbəbdən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin psixotrop maddəni hərhansı bir şəxsə satmaq niyyətində olması, bu barədə əvvəlcədən kimlərləsə sövdələşdiyi, yaxud faktiki olaraq buna cəhd etdiyi nə ibtidai istintaq, nə də ki, məhkəmə baxışı zamanı öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” x xxxx 2011-ci il tarixli, 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, “Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır”. Həmin qərarda həmçinin qeyd olunmuşdur ki, məhkəmələrin diqqəti narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizəyə yönəldilən qanunların düzgün tətbiq edilməsi, bu barədə X4 Konvensiyalarının tələblərindən irəli gələn müddəalarına ciddi əməl olunması, işin bütün hallarının tam, hərtərəfli və obyektiv araşdırılması sahəsində fəaliyyətinin təkmilləşdirilməsi zəruriliyinə cəlb edilsin. Azərbaycan Respublikasının xx xxxx 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» Siyahılarında Psixotrop maddələrin siyahısında metafetaminin çəkisinin 02 qramdan yuxarı olması külli miqdar hesab olunur. İş üzrə keçirilmiş məhkəmə-narkoloji ekspertizanın rəyindən də göründüyü kimi, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə əməliyyat nəticəsində üzərindən aşkar edilmiş psixotrop maddə olan metafetamindən sui-istifadə edilməsi ilə nəticələnən asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuş, məcburi müalicəyə ehtiyacının olduğu göstərilmişdir. Məhkəmə hesab edir ki, yuxarıda göstərilənlərlə yanaşı, Təqsirləndirilən şəxs üzərindən psixotrop maddənin qəbulu zamanı istifadə etdiyi 02 ədəd folqa kağızının aşkar olunması və sözügedən məhkəmə-ekspertiza rəyində qeyd olunan hallar, eləcə də işin digər faktiki halları qarşılıqlı şəkildə təhlil edildikdə, hazırki halda eksperti rəyi ilə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddədən sui-istifadə etməsi nəticəsində asılılıq sindromunun aşkar olunması, sonuncunun həmin psixotrop maddəni şəxsi istifadəsi üçün əldə etdiyinə dəlalət edən amil kimi qiymətləndirilməlidir. Qeyd edilən tövsiyələrə və cinayət-prosessual qanunvericiliyin tələblərinə əsaslanaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş 02 bükümdə psixotrop maddənin çəkisinin müvafiq növ üçün müəyyən edilmiş külli miqdarının minimal həddindən cüzi miqdarda çox olmaqla miqdar əlaməti belə, onun psixotrop maddəni satış məqsədilə əldə edib gəzdirməsi barədə nəticəyə gəlmək üçün kifayət etmir. Belə məqsədin olmasını təsdiq edən başqa hallar, yəni başqa istehlakçı və ya istehlakçıların olması, təqsirləndirilən şəxsin onunla əvvəlcədən sövdələşməsi, psixotrop maddənin çəkilib xırda bağlamalara bükülməsi isə ibtidai və məhkəmə araşdırmaları zamanı müəyyən edilməmiş, əksinə Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində psixotrop maddəni şəxsi istifadəsi üçün əldə edib saxlayaraq daşıdığını göstərmiş və bu hal heç bir sübutla təkzib olunmamışdır. Məhkəmə hesab edir ki, digər müvafiq mötəbər sübutların mövcud olmadığı şəraitdə, göstərilən halda Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman onun qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı külli miqdarda, 2 ədəd bükümdə, ayrılıqda təmiz çəkiləri 2,760 qram və 2,550 qram olmaqla ümumilikdə 5,310 qram çəkidə psixotrop maddə metafetaminin əynindəki gödəkcənin sağ yan cibindən aşkar olunması ilə bağlı xüsusatlar, Təqsirləndirilən şəxs ağır cinayət əməlini törətməkdə, yəni məhz satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə edib, saxlamaqla daşımaqda təqsirli bilinməsinə əsas verə bilməz. Bu səbəbdən də, məhkəmə Təqsirləndirilən şəxs aşkar edilmiş psixotrop maddənin qeyd edilən ölçüdə olmaqla külli miqdarda olması kriteriyasından yanaşılıb onun əməlinin satış məqsədi ilə törədilən əməl kimi qiymətləndirilməsi üçün hüquqi əsas olmadığı qənaətinə gəlir. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin psixotrop maddəni və yaxud onun bir hissəsini məhz satmaq məqsədi ilə əldə etmiş olduğu barədə heç bir mötəbər sübut əldə edilməmiş və onun Azərbaycan Respublikası CM-nin 234.4.3cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması nə ibtidai istintaq, nə də ki, məhkəmə istintaqı zamanı sübuta yetirilməmiş və bu barədə ibtidai istintaq orqanının gəldiyi nəticə heç bir mötəbər və təkzibolunmaz sübuta əsaslanmamaqla mülahizə xarakteri daşıyır və o da ittihamın əsasına qoyula bilməz. Məhkəmə belə nəticəyə gələrkən həmçinin «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında» xx xxxx 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11 maddəsini də nəzərə alır. Həmin qanunun tələblərinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması-miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrinin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətdir. Qanunun mənasına görə, narkotik vasitələrin satışı dedikdə yalnız qeyd olunan maddələrin əvəzli, qazanc əldə etmək, yaxud şəxsi maraq məqsədi ilə yayılması başa düşülür. Bu isə o deməkdir ki, şəxsin narkotik vasitələri satış üçün əldə edib gəzdirməsi haqqında nəticəyə gəlmək üçün onun məhz sadalanan məqsədlərin hər hansı birini izləyərək narkotik vasitələri əldə edib gəzdirməsi sübut edilməlidir. Yuxarıda qeyd edildiyi kimi həmin iş üzrə ibtidai istintaq və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs tərəfindən ondan aşkar edilmiş psixotrop maddəni əvəzli və ya qazanc əldə etmək, yaxud sair şəxsi maraq məqsədi ilə yayılmasına yönəlmiş hər hansı hərəkət edilməsini təsdiq edən heç bir sübut mövcud deyildir. «İnsan Hüquqlarının və X5 X7» -nın 6-cı maddəsinin müddəalarına əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” xx xxxx 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə, işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin qərarda həmçinin məhkəmələrin nəzərinə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli Qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Cinayət və Cinayət-Prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Eyni zamanda, həmin Məcəllənin 21.3cü maddəsinə əsasən, cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadələri müvafiq sübutlarla təkzib olunmadıqda və ya yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən, ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351.2 və 351.3.4-cü maddəsinə əsasən, ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxmaq hüququna malikdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 1997-ci il tarixli, 4 saylı Qərarının 4-cü bəndində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, ittiham hökmü mülahizələrə əsaslana bilməz. İttiham hökmü iş üzrə baş vermiş bütün rəvayətlər tədqiq edildikdən, bütün mövcud ziddiyyətlər aydınlaşdırılıb qiymətləndirildikdən sonra mötəbər sübutlar əsasında çıxarılmalıdır. “X1rşı” işində X12 Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin. X12 Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə xx xxxxxx 1970-ci il tarixli qərar, Piersack Belçikaya qarşı iş üzrə x xxxxxxx 1982-ci il tarixli qərar, X13rşı iş üzrə xx xxxxxxx 1984-cü il tarixli qərar) qeyd edir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli olması iş üzrə şahidlərin ifadələri, məhkəmə ekspertizalarının rəyi, istintaq hərəkətlərinin həyata keçirilməsi barədə protokollar, iş üzrə maddi sübutlar və həmçinin məhkəmə istintaqı zamanı tədqiq edilmiş yuxarıda qeyd edilən digər sübutlarla tam təsdiq olunmuşdur. Beləliklə, məhkəmə cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməli və o, həmin maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək ona həmin maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs həmin cinayət əməlində təqsirini təkzib edə biləcək hal məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə eyni zamanda Təqsirləndirilən şəxs üzərindən heç bir qanunsuz əşya aşkar olunmadığı, iş üzrə qeyd olunan psixotrop maddənin ona məxsus olmadığı, həmin psixotrop maddəyə heç bir aidiyyəti olmadığı barədə olan hissədəki məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələrinə tənqidi yanaşaraq hesab edir ki, onun bu kimi ifadələri məsuliyyətdən yaxa qurtarmaq məqsədi daşıyır və onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli olması iş üzrə şahidlərin ifadələri, məhkəmə ekspertizalarının rəyi, istintaq hərəkətlərinin həyata keçirilməsi barədə protokollar, iş üzrə maddi sübutlar, üzərində şəxsi axtarış və götürmə hərəkəti aparılarkən qeydə alınan video görüntülər və həmçinin məhkəmə istintaqı zamanı tədqiq edilmiş yuxarıda qeyd edilən digər sübutlarla tam təsdiq olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq onun törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə müvafiq olaraq məhkəmə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirməklə ona cəza təyin edərkən nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar məhkəmədə müəyyən edilməmişdir. Məhkəmə həmçinin Təqsirləndirilən şəxs əvvəllər də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinmiş şəxs olmaqla, məhkumluğu ödəndikdən sonra yenidən həmin cinayət əməlini törətməsini sonuncunun şəxsiyyətini səciyyələndirən və eyni zamanda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində qeyd olunan cəzanın məqsədlərinə nail olunması üçün Təqsirləndirilən şəxs münasibətdə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan cəzanın növünü və həddini müəyyən edərkən nəzərə alınmalı olan mühüm amil kimi qiymətləndirir. Təqsirləndirilən şəxs az ağır cinayət əməli törətməkdə təqsirli bilindiyi nəzərə alınaraq, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Yuxarıda qeyd edildiyi kimi, iş üzrə keçirilmiş məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi ilə yanaşı psixotrop maddə olan metafetamindən sui-istifadə etməsi nəticəsində asılılıq sindromu aşkar olunaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğu müəyyən olunduğundan, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübutlar: BMCMİ-nin maddi sübutların saxlanma kamerasında saxlanılan Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılan zaman aşkar edilərək götürülmüş, müvafiq ekspertiza tədqiqatından sonra qalıq qalmış,- 5,210 qram çəkidə psixotrop maddə metafetamin, 02 ədəd folqa kağızı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirildikdən sonra tərtib olunmuş şəxsi axtarış və götürmə protokoluna əlavə 01 ədəd DVD disk cinayət işi materiallarında saxlanmalıdır. İş üzrə ekspertiza xərcləri cəmi 108,46 (yüz səkkiz manat qırx altı qəpik) manat Təqsirləndirilən şəxs dövlətin xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 345-349, 351-353 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli xx xxx 2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsəsən Təqsirləndirilən şəxs barəsində narkomaniyadanməcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübutlar: BMCMİ-nin maddi sübutların saxlanma kamerasında saxlanılan Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılan zaman aşkar edilərək götürülmüş, müvafiq ekspertiza tədqiqatından sonra qalıq qalmış,- 5,210 qram çəkidə psixotrop maddə metafetamin, 02 ədəd folqa kağızı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirildikdən sonra tərtib olunmuş şəxsi axtarış və götürmə protokoluna əlavə 01 ədəd DVD disk cinayət işi materiallarında saxlansın. İş üzrə ekspertiza xərcləri cəmi 108,46 (yüz səkkiz manat qırx altı qəpik) manat Təqsirləndirilən şəxs dövlətin xeyrinə tutulsun. Hökmdən elan olunduğu, məhkuma isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Eldar Mikayılov Hakimlər: Əliövsəd Abasov Mahmud Ağalarov
Məhkəmə qərarları › İş №1(101)-918/2020
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-918/2020
06.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver