Məhkəmə qərarları › İş №1(101)-918/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-918/2021

18.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-918/2021 18.06.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Əliyev Hafiz Samir oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Telman Qulaməli oğlu və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuror-metodisti, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, iştirakı ilə, xx xxxxxx 1980-ci ildə Abşeron rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, həbs olunanadək fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həbs olunanadək həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan heroini əldə edib saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs 12.11.2020-ci il tarixdə saat 09-10 radələrində İran İslam Respublikası vətəndaşı «Rauf» adlı şəxs tərəfindən istintaqa məlum olmayan şəxs vasitəsi ilə Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi ərazisinə qoyulmuş dairəvi formalı plastik qabdakı 2 (iki) ədəd şəffaf polietilen torbalarda ayrı-ayrılıqda təmiz çəkiləri: 520 qram və 490 qram, ümumi təmiz çəkisi 1010 (1 kq 10 qr) qəhvəyi rəngli toz şəkilli xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eyni olub kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə olan heroini satış məqsədilə əldə edib üzərində saxlamaqla daşımış, həmin gün saat 19:15 radələrində DİN-nin Baş Narkotiklərlə Mübarizə idarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 2 ünvanın qarşısında saxlanılaraq Baş Narkotiklərlə Mübarizə idarəsinə aparılmış və orada üzərinə baxış keçirilən zaman həmin narkotik vasitə olan heroin üzərindən aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərdi ki, 2017-ci il tarixdən 2018-ci ilin mart ayının 23-nə qədər Rusiya Federasiyasında yaşamış, qeyd edilən tarixdə Azərbaycan Respublikasına qayıtmışdır. Rusiya Federasiyasında olan zaman almış olduğu “Zberbank” kartından onlayn istifadə etmək üçün Rusiya Federasiyasından aldığı mobil telefon nömrəsindən istifadə etmişdir. İki ay bundan əvvəl Rusiyada yaşayan dostlarından maddi kömək almaq və “Zberbank” kartına dostlarının pul köçürmələri məqsədi ilə Rusiya Federasiyasından almış olduğu mobil telefon nömrəsini aktiv etmiş, mobil telefon nömrəsini aktiv etdikdən sonra “Whatsapp” proqramı vasitəsi ilə Rusiya Federasiyasında olarkən nömrəsi ona məlum olan İran Respublikasının vətəndaşı və adının Rauf olduğunu bildiyi şəxsdən öz şəxsi istifadəsi üçün narkotik vasitə heroin almağa başlamışdır. 11 noyabr 2020-ci il tarixdə axşam saatlarında Raufla “Whatsapp" proqram vasitəsi ilə əlaqə saxlayıb şəxsi istifadəsi üçün 1-2 qram heroin istədiyini bildirmişdir. 12 noyabr 2020-ci il tarixdə səhər saat 09-10 radələrində bir nəfər “Whatsapp” vasitəsilə ona zəng edib Binəqədi rayonunda Rəsulzadə qəsəbəsinə getməyini bildirmişdir. O, qeyd olunan yerə getmiş, orada ona ara küçələrlə bir binanın yaxınlığına getməyini, həmin yerdə olan borunun yanında sellofan torba olduğunu oğlan ona demişdir. O, həmin borunun yanında olan sellofan torbanı götürüb özündə saxlamışdır. 12 noyabr 2020-ci il tarixdə saat 18 radələrində əlində içərisində heroin olan torba ilə taksiyə oturub Səbail rayonunun ərazisinə, Nemanzadə küçəsinə getmiş, taksidən düşüb mağazaya girmiş və bu vaxt iki nəfər mülki geyimdə olan orada dayanmış şəxs ona yaxınlaşaraq ondan adını soruşmuş, həmin şəxslərə adının Elnur olduğunu demişdir. Həmin şəxslər Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmiş və onu BNMİ-yə dəvət etmişlər. Əlində narkotik vasitə olan torba ilə birlikdə həmin polis əməkdaşları ilə polis idarəsinə gəlmişdir. Polis idarəsində üzərində olan əşyaları təqdim etməyi ona təklif etmişlər. O, “İphone” markalı mobil telefonu, şəxsiyyət vəsiqəsini və əlindəki içərisində narkotik vasitə heroin olan göy rəngli torbanı təqdim etmişdir. Ondan torbadakının nə olduğunu soruşduqda torbadakının heroin olduğunu, şəxsi istifadəsi üçün aldığını demişdir. İstintaqa verdiyi ifadəsində narkotik vasitə istifadə edən olmadığı barədə dedikləri yalandır. O, İran İslam Respublikasının vətəndaşı kimi tanıdığı, lakin üzdən görmədiyi Rauf adlı şəxsdən bir neçə dəfə özünün istifadə etməyi üçün narkotik vasitə olan heroin almışdır. Rauf ona hər dəfə heroini kiçik bükümlərdə, gündəlik normaya uyğun olaraq vermişdir. O, heroinin satışı ilə məşğul olmamış və heroin satıb Raufa heç vaxt pul verməmişdir. Üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə olan heroinin külli miqdarda olmasından ümumiyyətlə xəbəri olmamışdır. Raufun 12 noyabr 2020-ci il tarixdə ona satmış olduğu və plastik qabda olan heroinin çəkisindən məlumatsız olmuş və düşünmüşdür ki, Rauf onun bir həftəlik normasına uyğun olaraq qabda heroin qoymuşdur. O, zənn etmişdir ki, plastik torbada 1-2 qram narkotik vasitə vardır. Lakin polis idarəsində həmin torbalara baxış keçirilərkən 1 kq heroin olduğu ona məlum olmuşdur. Plastik qabda olan heroini satmaq niyyəti olmamış və ancaq şəxsi istifadəsi üçün əldə etmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq mərhələsində verdiyi və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş şübhəli şəxs qismində verdiyi ilkin ifadəsində törətdiyi cinayət əməlini tam etiraf edərək göstərmişdir ki, o, 2017-ci il tarixdən 2018-ci ilin mart ayının 23-nə qədər Rusyia Federasiyasında yaşamış, qeyd edilən tarixdə Azərbaycan Respublikasına qayıtmışdır. Onun sənəti zərgərlik olduğundan o, 2020-ci ilin mart ayına qədər həmin sənətlə məşğul olmuşdur. Koronovirus pandemiyası ilə əlaqədar işi bağlandığı üçün başqa işlə məşğul olmamışdır. Rusiya Federasiyasında olan zaman almış olduğu “Zberbank” kartından onlayn istifadə etmək üçün Rusiya Federasiyasından aldığı mobil telefon nömrəsindən istifadə etmişdir. İki ay bundan əvvəl Rusiyada yaşayan dostlarından maddi kömək alması və “Zberbank” kartına dostlarının pul köçürmələri məqsədi ilə o, Rusiya Federasiyasından almış olduğu mobil telefon nömrəsini aktiv etmişdir. Mobil telefon nömrəsini aktiv etdikdən təxminən iki saat keçmişdir ki, “Whatsapp”dan onun nömrəsinə zəng gəlmiş və o, nömrəni açıb danışmağa başlamışdır. Bir nəfər ona İran Respublikasının vətəndaşı və adının Rauf olduğunu bildirib onunla söhbət etmiş və söhbət zamanı ona iş təklif etmişdir. O, həmin şəxsdən nə iş olduğunu soruşduqda həmin şəxs narkotik vasitələrin onlayn satışı ilə məşğul olacağını və buna görə də onun kartına pul köçürəcəyini ona demişdir. Əvvəlcə o, Rauf adlı şəxslə razı olmamış, sonradan isə işsiz olduğunu və pula ehtiyacı olduğunu düşünüb Raufa razılıq vermişdir. Təxminən bir ay bundan əvvəl həmin nömrədən ona zəng gəlmiş və Rauf adlı şəxs ona bildirmişdir ki, Xırdalan şəhərində yerləşən “Vaz” təmir sexinin yaxınlığında olan dairədə qoyulmuş yol nişanının yanına sellofan torbada 30 qram çəkisi olan narkotik vasitə heroin qoyulub və həmin heroini oradan götürüb saxlamağı ona təklif etmiş və qarşılığında onun kart hesabına 1000 manat pul köçürəcək. O, buna etiraz etməyib qeyd edilən yerdə qoyulmuş narkotik vasitə heroini götürmüşdür. İki gün həmin narkotik vasitəni özündə saxlamış, daha sonra isə Raufun növbəti zəngində bildirdiyi yerin yaxınlığında narkotik olan heroini qoymuşdur. Onun kart hesabına pul köçürülmüş və köçürülmə adi bankomat aparatından edilmişdir. O, əvvəllər zərgər işləmiş və onunla həmin vaxt bilrikdə işləyən Cahangir adlı oğlanla onun münasibəti olmuşdur. Cahangir narkotik vasitə qəbul etdiyindən o, bu barədə Cahangirə də danışmışdır. 11 noyabr 2020-ci il tarixdə axşam saatlarında Rauf “Whatsapp” vasitəsilə ona zəng vuraraq sabah ona bir nəfərin zəng vuracağını, yerini bildirəcəyini və həmin yerdə narkotik vasitə heroin olduğunu, gedib heroini götürməsini və hara aparmalı olduğunu isə özünün ona deyəcəyəini demişdir. 12 noyabr 2020-ci il tarixdə səhər saat 09-10 radələrində bir nəfər “Whatsapp” vasitəsilə ona zəng edib Binəqədi rayonunda Kirov posyolkasına, yəni Rəsulzadə qəsəbəsinə getməyini bildirmişdir. O, qeyd olunan yerə getmiş, orada ona ara küçələrlə bir binanın yaxınlığına getməsini, həmin yerdə olan borunun yanında sellofan torba olduğunu oğlan ona demiş və o, həmin borunun yanında olan sellofan torbanı götürmüş və özündə saxlamışdır. Cahangirlə əlaqə saxlayıb Cahangirdən ona olan 400 manat borcunu istəmiş və danışıq zamanı Cahangirə bildirmişdir ki, üstündə mal var və gələ bilmir, buna görə də pulu gətirib onun özünə verməsini Cahangirdən xahiş etmişdir. Cahangir təkidlə özünün yaşadığı Səbail rayonu, Nemanzadə küçəsinə getməsini ona təklif etmişdir. O, 12 noyabr 2020-ci il tarixdə saat 18 radələrində əlində içərisində heroin olan torba ilə taksiyə oturub Cahangirin yaşadığı Səbail rayonunun ərazisinə, yəni Cahangirin dediyi Nemanzadə küçəsinə getmiş, taksidən düşüb mağazaya girmiş və bu vaxt iki nəfər mülki geyimdə orada dayanmış şəxs ona yaxınlaşaraq ondan adını soruşduqda o, həmin şəxslərə adının Elnur olduğunu demişdir. Həmin şəxslər onu saxlayıb ona özlərinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmişlər. O, əlində narkotik vasitə olan torba ilə birlikdə həmin polis əməkdaşları ilə BNMİ-nə gəlmişdir. Orada ona vəkil dəvət etmişlər və sonra üzərində olna əşyaları təqdim etməsini ona təklif etmişlər. O, “İphone” markalı mobil telefonunu, şəxsiyyət vəsiqəsini və əlindəki içərisində narkotik vasitə heroin olan göy rəngli torbanı təqdim etmişdir. Ondan torbadakının nə olduğunu soruşduqda torbadakının heroin olduğunu demişdir. O, narkotik vasitə qəbul etmir. (cild 1, vərəqə 57-59) Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlini ibtidai istintaq zamanı tam, məhkəmə istintaqı zamanı isə qismən etiraf edərək göstərdiyi xüsusatları, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvvəkkili Şahid1 ifadəsində göstərdi ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinə Təqsirləndirilən şəxs Bakı şəhəri ərazisində narkotik vasitələrin satışı ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Həmin şəxsin cinayət başında ifşa edilməsi və yaxalanması məqsədi ilə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi zərurəti yaranmışdır. Buna görə də BNMİ- nin rəisinə onun tərəfindən raportla məruzə edilmiş və bu barədə tərtib edilmiş əməliyyat- axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmişdir. Baş İdarənin rəisinin müvafiq əmri ilə ondan və idarənin əməliyyat müvəkkili, polis mayoru Şahid2 ibarət tərkibdə əməliyyat qrupu yaradılmış, Təqsirləndirilən şəxs zahiri əlamətləri barədə qrup üzvləri təlimatlandırılmış və həmin günü qrup üzvlərinin Bakı şəhəri, Səbail rayonu ərazisində əməliyyat mövqeyi müəyyən edilmişdir. 12 noyabr 2020-ci il tarixdə saat 19:15 radələrində ünvan 3 ünvanın qarşısında olarkən Təqsirləndirilən şəxs piyada hərəkət etdiyini və əlində göy rəngli sellofan torbanın olduğunu görüb ona yaxınlaşmışlar. BNMİ-nin əməkdaşları olduqlarını bildirib şəxsiyyəti barədə məlumat verməsini tələb etdikdən sonra saxlanılan şəxs Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Həmin şəxsin həqiqətən Təqsirləndirilən şəxs olması müəyyən edildiyindən Təqsirləndirilən şəxs narkotik vasitənin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumatın olmasını və bu məqsədlə də üzərinə şəxsi axtarış aparılacağı izah edildikdən sonra Təqsirləndirilən şəxs onlarla birlikdə BNMİ-nin inzibati binasına gətirilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmasına zərurət yarandığı üçün onun tərəfindən raportla BNMİ-nin rəisinə məruzə edilmiş, raport əsasında araşdırmanın aparılması BNMİ-nin təhqiqatçısına həvalə edilmişdir. Əvvəlcə təhqiqatçı tərəfindən müdafiəçi dəvət edilmişdir. Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlər şəxsi axtarış aparılmışdır. Təqsirləndirilən şəxs üzərində dövriyyəsi qadağan edilmiş narkotik vasitə və ya iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli qısa qol gödəkçəsinin sağ yan cibindən 1 ədəd ağ rəngli “İphone” markalı mobil telefon aparatını təqdim etmiş, daha sonra isə Təqsirləndirilən şəxs əlində olan göy rəngli sellofan torbanı təqdim edərək sellofan torbanın içində narkotik vasitə heroin olduğunu bildirmişdir.Mobil telefon aparatı iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs üzərində hər hansı bir əşya və maddənin olmadığı müəyyən edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan torbaya baxış aparılmış və torbanın içərisində üzərində “M” hərfi yazılmış, üzəri və qapağı lentlə bağlı vəziyyətdə olan plastik qabın olduğu aşkar edilmişdir. Plastik qab açıldıqda qabın içərisində iki ədəd sellofan bükümün olduğu müəyyən edilmişdir. Hər iki büküm açıldıqda bükümlərin içərisində spesifik iyi gələn qəhvəyi rəngli maddə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs hər iki sellofan bükümdəkinin heroin olduğunu, həmin heroini həmin günü saat 9-10 radələrində satış məqsədi ilə Binəqədi rayonu ərazisindən götürdüyünü, heroin olan qabı həmin yerə Rauf adlı İran İslam Respublikasının vətəndaşının qoydurduğunu, heroinin qramını isə 11 manatdan aldığını və həmin heroini isə özünün 15 manata satacağını demişdir. Bundan sonra həmin bükümlər zərfə qoyularaq qablaşdırılmış və zərf möhürlənmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvvəkkili Şahid2 dindirilmiş digər Şahid1 ifadəsinə uyğun məzmunda ifadə verməklə onun ifadəsini təsdiq etmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 12 noyabr 2020-ci il tarixli “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələri əldə edib qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş və həmin məlumatın yoxlanması üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır. Səbail rayon məhkəməsinin 17 noyabr 2020-ci il tarixli qərarı ilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında 12 noyabr 2020-ci il tarixli qərar qanuni hesab edilmişdir. (cild 1, vərəqə 4-5, 82-83) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş “Şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması haqqında” 12 noyabr 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli qısa qol gödəkçənin sağ yan cibindən “GSM” nömrəsi ilə birlikdə 01 ədəd ağ rəngli “İphone” markalı mobil telefon və sağ əlində saxladığı göy rəngli sellofan torbanı təqdim edərək içərisində narkotik vasitə olan heroin olduğunu bildirdi. Baxış zamanı həmin sellofan torbanın içərisindən 01 ədəd üzərində “M” hərfi yazılmış, üzəri və qapağı lentlə bağlanmış plastik qab aşkar edildi, həmin qabın ağzı açıldıqdan sonra içərisindən 2 (iki) ədəd sellafan büküm aşkar edildi. Həmin bükümlərə baxış keçirilən zaman içərilərində qəhvəyi rəngli kəskin iyli narkotik vasitə olan heroinə bənzər kütlə aşkar edildi. Təqsirləndirilən şəxs sellofan paketdən aşkar edilmiş maddənin özünə məxsus, narkotik maddə heroin olduğunu, satış məqsədilə Binəqədi rayon ərazisindən götürdüyünü, həmin yerə narkotik maddə qoyulmasını ona əvvəllər tanıdığı “Rauf” kimi bildiyi İran İslam Respublikası vətəndaşının qoyduğunu bildirdi. O Rauf adlı şəxsdən narkotik maddənin 11 manata aldığını, özünün isə 15 qrama satdığını qeyd etdi. (cild 1, iş vərəqə 30-32) “Şəxsi axtarış və götürmə aparılması haqqında” 12 noyabr 2021-ci il tarixli protokolda qeyd olunan xüsusatların həqiqiliyi, həmin istintaq hərəkətinin qeydə alındığı videogörüntülərin əks olunduğu diskə məhkəmədə baxış keçirilərkən öz təsdiqini tapmışdır. (cild 1, iş vərəqə 33,) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəməkimyəvi ekspertizasının ekspertizasının 13.11.2020-ci il tarixli 6/2458 №-li rəyindən göründüyü kimi ekspertiza tədqiqatına təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş” yazısı olan bağlamada, dairəvi formalı plastik qabdakı 2 (iki) ədəd şəffaf polietilen torbalarda ayrı-ayrılıqda təmiz çəkiləri 520 qram və 490 qram, ümumi təmiz çəkisi 1010 qram ( 1 kq 10 qr) qəhvəyi rəngli tozşəkilli maddələr kütlələri xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroinin təmiz çəkisi 1010 qram olmuş, tədqiqata 0,2 qram sərf edilmiş və 1009,8 qram qalıq qalmışdır. (cild 1, iş vərəqə 40-45) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmənarkoloji ekspertizasının 01.02.2021-ci il tarixli 291 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (cild 1, iş vərəqə 135-136) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş 05 mart 2021-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarla Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman çəkilmiş videogörüntünün köçürüldüyü 1 ədəd “DVD” formatlı disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş qalıq çəkisi 1009,8 qram narkotik vasitə heroin maddi sübut kimi tanınaraq məhkəmənin yekun qərarına kimi Səbail rayon polis idarəsində məsul saxlanışa verilmişdir. (cild 1, iş vərəqə 141-151) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin cavabından gürünür ki, Təqsirləndirilən şəxs məhkum olunması barədə məlumat yoxdur. (cild 1, iş vərəqə 87) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Abşeron rayon İcra Hakimiyyəti başçısının Saray qəsəbəsi üzrə ərazi nümayəndəliyi tərəfindən verilən xasiyyətnamə ilə Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. (cild 1, iş vərəqə 103) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş arayışdan və sənədlərin surətindən görünür ki, Təqsirləndirilən şəxs evlidir və himayəsində 3 azyaşlı uşağı- 2008-ci il təvəllüdlü X3, 2011-ci il təvəllüdlü X4 və 2014-cü il təvəllüdlü X5 vardır. (cild 1, iş vərəqə səh 104-110) Məhkəmə, Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş narkotik vasitələri satmaq məqsədinin olmaması barədə məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, Təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla – cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmədə öz müdafiəsi üçün gətirdiyi dəlillər, yəni üzərində aşkar olunmuş narkotik vasitəni satmaq məqsədinin olmaması, ibtidai istintaq zamanı təzyiq nəticəsində etirafedici ifadələr verməsi kimi gətirdiyi dəlillər əsasızdır və özünü müdafiə xarakteri daşıyır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə bağlı ibtidai istintaq zamanı dindirilərkən verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş etiraf ifadəsi iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadəni də sübut kimi qəbul edir. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 04.03.2011-ci il tarixli qərarının izah və tələblərini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 04.03.2011-ci il tarixli Qərarının 9-cu bəndinə əsasən, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən «heroin» narkotik vasitəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram müəyyən edilmişdir. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs evli olmasını, himayəsində 3 (üç) azyaşlı uşağının olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır və qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddələsinə əsasən təqsirləndirilən şəxs X2 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar CM-nin 9.2-ci maddəsində isə deyilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 12 noyabr 2020-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 14 noyabr 2020-ci il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəlinin 12 noyabr 2020-ci il tarixdən hesablanması qərara alınmışdır. (cild 1, iş vərəqə 19-21, 79-81). Ona görə də məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 12 noyabr 2020-ci il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğluna təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməlidir və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.0.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Bakı şəhəri Səbail rayon Polis İdarəsində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi-1009,8 qram narkotik vasitə heroin məhv edilməli, maddi sübut kimi tanınmış 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 114 (yüz on dörd) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. (cild 1, iş vərəqə 41). Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25.06.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» 27.12.1996-cı il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25.06.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» 30.03.2006-cı il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 04.03.2011-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 10 il (on il) müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 12 noyabr 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut kimi tanınmış Bakı şəhəri Səbail rayon Polis İdarəsində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi-1009,8 qram narkotik vasitə olan heroin məhv edilsin, maddi sübut kimi tanınmış 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 114 (yüz ön dörd) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Hafiz Əliyev Hakimlər: Telman Hüseynov Əli Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar