Məhkəmə qərarları › İş №1(101)-918/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-918/2024

02.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-918/2024 02.05.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Məhkəmənin hakimləri Tağıyev Azər Heydər oğlunun sədrliyi, X16 və X2 ibarət tərkibdə, Bəşirli Pərvanə Böyükağa qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs3, müdafiəçi Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1986-cı il tarixdə Naxçıvan Muxtar Respublikası, Şərur rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində biri yetkinlik yaşına çatmayan iki uşağı olan, ali təhsilli, işləməyən, məhkumluğu olan, Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, Kərimbəyli kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2, 228.1 və 234.1-1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə zərərçəkmiş şəxslərin əmlakını ələ keçirərək təkrarən dələduzluq etmiş, satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan heroini əldə edib daşıyaraq saxlamış və qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatını əldə edib, saxlayaraq daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə heç bir səlahiyyəti olmadığı halda Zərərçəkmiş şəxs1 Xaçmaz rayonu, Xudat şəhəri, 4-cü şöbə ərazisində yerləşən 2,7 ha torpaq sahəsini onun adına sənəd dair yalan vəd verib aldadaraq etibardan sui-istifadə edib bu adla Zərərçəkmiş şəxs1 xx.xx.2021-ci il tarixdə Xaçmaz rayonu, Xudat şəhərində yerləşən “Elit” kafesində 5.000 manat pul vəsaitini alıb ələ keçirərək sonuncuya maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə heç bir səlahiyyətli olmadığı halda Zərərçəkmiş şəxs2 İsmail oğluna Xəzər RPİ-nin İŞ-də istintaqı aparılan cinayət işində köməklik edəcəyinə dair yalan vəd verib aldadaraq etibardan sui-istifadə edib bu adla Zərərçəkmiş şəxs2 2022-ci ilin fevral ayının sonlannda ünvan 3 ünvanın qarşısında 500 manat, bir gündən sonra, 2022-ci ilin fevral ayının sonlarinda Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, “Yeni Suraxanı” dairəsinin qarşısında 1000 manat, ümumilikdə vahid niyyətlə əhatə olunan qəsdlə 1.500 manat pul vəsaitini alıb ələ keçirərək Zərərçəkmiş şəxs2 maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə heç bir səlahiyyətli olmadığı halda Zərərçəkmiş şəxs3 Abşeron rayonu, 1 nömrəli Hövsan Zeytunçuluq sovxozu ərazisində 400 kvadrat metr arazida fərdi yaşayış evinin tikintisinə icazə alacağına dair yalan vəd verib aldadaraq ərazidə sui-istifadə edib bu adla xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Ramana yolunda “Buta Palace” şadlıq sarayının yaxınlığında onun cinayətkar niyyətindən xəbərsiz X12 vasitəsi ilə göndərdiyi 3500 manat pul vəsaitini sonuncudan alıb ələ keçirərək zərərçəkmiş şəxs A.İ.Xalilovaya maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs4 övladı X6 üçün 8000 manat dəyərində “Hyundai Sonata” markalı avtomobil almaqda köməklik edəcəyinə və guya həmin avtomobilin almması üçün ilkin olaraq 4500 manat ödəniş etmək lazım olmasına dair yalan vəd verib aldadaraq etibarından sui-istifada edib bu adla Zərərçəkmiş şəxs4 xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxani qəsəbəsi, 3-cü Köndalan küçəsi, 01 nömrəli evdə 2500 manat, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, 3-cü Köndələn küçəsi, 01 nömrəli evdə 1000 manat, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, 3-cü Köndalan küçəsi, 01 nömrəli evdə 1000 manat, ümumilikdə vahid niyyətlə əhatə olunan qəsdlə 4500 manat pul vəsaitini alıb ələ keçirərək Zərərçəkmiş şəxs4 maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən 1 ədəd ******* nömrəli 5,45 mm kalibrli keçmiş SSRİ dövlətində 1982-ci ildə zavod üsulu ilə istehsal olunmuş texniki cəhətdən saz və atəş üçün yararlı vəziyyətdə “kalaşnikov konstruksiyalı” “AK-74” modelli yivli odlu silah olan avtomatı, həmin avtomatın komplekt hissəsi olan, texniki cəhətdən saz və istifadə üçün yararlı vəziyyətdə zavod üsulu ilə hazırlanmış və 30 ədəd 5,45x39 mm kalibrli patronları yerləşdirmək üçün nəzərdə tutulmuş 1 ədəd darağı, keçmiş SSRİ dövründə 1977-ci ildə zavod üsulu ilə istehsal olunmuş döyüş sursatı hesab edilən atəş üçün yararlı olan 9 ədəd 5,45x39 mm kalibrli Kalaşnikov konstruksiyalı silahlara aid ştat patronları qanunsuz olaraq əldə edib, Bakı şəhəri, Nizami rayonu, Mikayıl Əliyev küçəsində yerləşən qəbirstanlığa daşımaqla kolkosun altında gizlədərək saxlamış, onun narkotik vasitələrin və odlu sılahın qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Nizami RPİ-nin 24-cü PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2023-cü il tarixdə, saat 12:30 radələrində Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 22 nömrəli ünvanın qarşısında şübhəli şəxs qismində saxlanılaraq Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 81A ünvanında yerləşən Nizami RPİ-nin 24-cü PŞ-nin inzibati binasına gətirildikdən sonra həmin tarixdə, saat 15:57-də Nizami RPİ-nin 24-cü PŞ-nin əməkdaşları tərəfinfən onun iştirakı ilə Bakı şəhəri, Nizami rayonu, Mikayıl Əliyev küçəsində yerləşən qəbirstanlığa baxış keçirilən zaman kol-kosun altından 1 ədəd ******* nömrəli 5,45 mm kalibrli keçmiş SSRİ dövlətində 1982-ci ildə zavod üsulu ilə istehsal olunmuş texniki cəhətdən saz və atəş üçün yararlı vəziyyətdə “Kalaşnikov konstruksiyalı” “AK-74” modelli yivli odlu silah olan avtomat, həmin avtomatın komplekt hissəsi olan, texniki cəhətdən saz və istifadə üçün yararlı vəziyyətdə, zavod üsulu ilə hazırlanmış və 30 ədəd 5,45x39 mm kalibrli patronları yerləşdirmək üçün nəzərdə tutulmuş 1 ədəd daraq, keçmiş SSRİ dövründə 1977-ci ildə zavod üsulu ilə istehsal olunmuş döyüş sursatı hesab edilən atəş üçün yararlı olan 9 ədəd 5,45x39 mm kalibrli Kalaşnikov konstruksiyalı silahlara aid ştat patronlar aşkar edilərək götürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda təmiz çəkisi 3,274 qram narkotik vasitə heroini əldə edib özündə saxlamaqla daşımış, onun narkotik vasitələrin və odlu silahın qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Nizami RPİ-nin 24-cü PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbriləri nəticəsində xx.xx.2023-cü il tarixdə, saat 12:30 radələrində Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 22 nömrəli ünvanın qarşısında şübhəli şəxs qismində saxlanılaraq Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 81A ünvanında yerləşən Nizami RPİ-nin 24cü PŞ-nin inzibati binasına gətirilmiş, həmin şöbədə üzərində şəxsi axtarış aparılan zaman əynində olan tünd göy rəngli gödəkçənin sol yan cibindən 1 ədəd bükümdə təmiz çəkisi 3,274 qram külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda yalnız 1, 2 və 4cü epizodlar üzrə özünü qismən təqsirli bilirək ifadəsində göstərmişdir ki, o, ittihamda nəzərdə tutulmuş 3, 5 və 6-cı epizodlər üzrə yəni zərərçəkmiş şəxs A.İ.Xalilovaya 3500 manat maddi ziyan vurmaqla dələduzluq etməsi, satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan heroini əldə edib daşıyaraq saxlaması və qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatını əldə edib, saxlayaraq daşıması cinayətlərində özünü təqsirli bilmir. 3, 5 və 6-cı epizodlər üzrə etiraf etməsinin səbəbi isə ona polis əməkdaşları tərəfindən göstərilmiş fiziki təzyiq nəticəsində olmuşdur. O, həmin təzyiqlərin nəticəsində istintaq dövründə etiraf edici ifadələr vermiş və həmin ifadələr əsasında tərtib edilmiş bəzi sənədləri imzalamışdır. O zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs3 hər hansı məbləğdə pul amamış və ümumiyyətçə əlaqəsi olmamışdır. Onun tərəfindən zərərçəkmiş şəxslərə vurulmuş ziyan ödənilmişdir. Özünü qismən təqsirli bilməsinə səbəb isə pis adamlara qoşulmasıdı. Bundan başqa 1-ci epizod üzrə həmin işdə ortada qohumu olmuş, həmin işə görə Zərərçəkmiş şəxs1 tanımış və sonuncudan qohumunun əli ilə 500 manat məbləğində pul almışdır. Üstündən bir müddət keçəndən sonra həmin 500 manatın 5000 manat olduğu üzə çıxmış, onu bu məsələ ilə bağlı Xaçmaza polis şöbəsinə çağırsalar da o, iştirakının olmadığını bildirərək ifadə verməkdən imtina etmiş və yalnız 500 manat aldığını bildirmişdir. Həmçinin onu Nizami RPİ-nin 23-cü PB-nin əməkdaşları saxladığı halda cinayət işində olan materiallarda onu Nizami RPİ-nin 24-cü PB-nin əməkdaşları tərəfindən saxlanıldığı göstərilmişdir. Polis əməkdaşları onu saxladıqdan sonra yarım saat döymüş, daha sonra da oradan onu Nizami RPİ-nin 24-cü PB-nə aparmışlar. Bölmədə yenə də, onu 2 saat döydükdən sonra qəbiristanlığa apararaq silahın basdırıldığı yerin göstərməsini tələb etmişlər. Daha sonra o, barəsində qətimkan tədbiri seçilməsi üçün məhkəməyə aparılmış, həmin zaman o, müdafiəçi və şahid tələb etsə də onu müdafiəçi ilə təmin etməyiblər. Bundan sonra tərtib etdikləri sənədləri özləri imzalamışlar. Həmçinin o, yalnız 4-5 sənədə və zərfin üzərini imzalamışdır. 24-cü PB-nin əməkdaşları ona 1 bükümdə 15 qram narkotik vasitə göstərək üzərinə götürməsini tələb etdikdə, o, narkotik vasitə istifadəçisi olmadığını demiş, bundan sonra ona fiziki təzyiq edilmiş və o, həmin narkotik vasitənin özünə aid olduğunu bildirmişdir. O, polis bölməsinə aparılarkən üzərində heç bir qanunsuz əşya və ya predmet olmamışdır. Onun silahdan da məlumatı olmamışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o ifadəsində göstərmişdir ki, o, 2021-ci ilin iyul ayından Zərərçəkmiş şəxs1 Xaçmaz rayonunda yaşayan qohumu İ.F.Müseyibovun vasitəsi ilə tanıyır. Sonuncu həmin ərəfədə ona iş yoldaşı Zərərçəkmiş şəxs1 Xaçmaz rayonu, Xudat şəhərində olan 2,7 ha torpaq sahəsini öz adına sənədləşdirmək istədiyini demiş, o da, bu işlə bağlı torpaq alqı-satqısı ilə məşğul olan bir neçə tanışı ilə danışaraq razılaşmışdır. Bundan sonra o, Xaçmaz rayonu, Xudat şəhərində yerləşən “Elit” kafesində İ.Müseyibov və Zərərçəkmiş şəxs1la görüşmüş və Zərərçəkmiş şəxs1 həmin torpaq sahəsini 15.000 manata sənədləşdirə biləcəyini, ilkin olaraq 5000 manat verilməli, qalan pul isə sənədləşmə işi düzələndən sonra verilməli olduğunu demiş, Zərərçəkmiş şəxs1 onunla razışlaraq bir neçə dəqiqədən sonra 5000 manat pulu və torpaq sahəsinin sənədlərini gətizdirmiş, o da pulu və sənədləri Zərərçəkmiş şəxs1 almış və sonuncuya danışıb bir söz deyəcəyini demişdir. Bir neçə gündən sonra o, həmin torpaq sahəsi ilə bağlı maraqlanmış və ona həmin torpaq sahəsinin alqı-satqı kimi sənədləşdirilə bilməyəcəyi, əvvəlcə 45 illik müqavilə bağlanmalı, sonra sənədləşmə aparılmalı və bunun üçün 30000 manat lazım olduğu məlum olmuşdur. O, mobil telefonla Zərərçəkmiş şəxs1 bir neçə gündən sonra Xaçmaz rayonu, Xudat şəhərinə gedib sonuncuyla görüşüb birdə demişdir. Zərərçəkmiş şəxs1 ona razılıq verməmiş və pulunu geri tələb etmişdir. O, Zərərçəkmiş şəxs1 pulunu öz ehtiyaclarına xərclədiyi üçün dərhal qaytara bilməmişdir. Zərərçəkmiş şəxs1 ona zəng vurub pulunu qaytarmasa şikayət edəcəyini demiş, o da sonuncuya pulunu qaytaracağını və ondan şikayət etməməsini demişdir. Sonradan Zərərçəkmiş şəxs1 pulunu hissə-hissə qaytarmağa başlamasına baxmayaraq sonuncu ondan Xaçmaz RPŞ-nə şikayət etmiş, o, Zərərçəkmiş şəxs1 aldığı 5000 manat puldan İ.Müseyibova verməmiş, nə də pulun ala keçirilməsi ilə bağlı sonuncuyla aralarında razılaşma olmamışdır. 2022-ci ilin fevral ayında Şahid3 ona bir nəfər tanışının olduğunu, onu Bakı şəhəri Xəzər RPİ-nə hansısa səbəbə görə çağırırlar və tanışı işi həll etmək üçün adam axtarır. Həmin vaxtı Məmməd bu işdə tanışına kömək edə biləcəyini soruşmuş, o, da maraqlanıb xəbər edəcəyini demişdir. O, bu işlə maraqlanmamış və yalandan Şahid3 bu işi həll etmək üçün 1500 manat lazım olduğunu demiş, bir gündən sonra sonuncu onunla əlaqə saxlamış və Zərərçəkmiş şəxs2 adlı tanışının razı olduğunu deyərək görüşməyi təklif etmişdir. O, xx.xx.2022-ci ildə axşam saatlarında Şahid3 və Zərərçəkmiş şəxs2la görüşmüşlər. Həmin vaxtı Şahid3 onu Zərərçəkmiş şəxs2la tanış etmiş və sonuncuya ona 1500 manatı vermişdir. O, Zərərçəkmiş şəxs2 1500 manat pulu almış və demişdir ki, işi qısa müddət ərzində həll edəcək. O, qeyd olunan işin həll olunması üçün heç bir iş görməmiş və 1500 manat pulu öz ehtiyaclarına xərcləmişdir. Bundan sonra Şahid3 və Zərərçəkmiş şəxs2 ona zəng edərək iş bərasində maraqlanmış və o, hər dəfə yalandan deyirmiş ki, narahat olmaym, işi həll edibdir. Əslində həmin işin həll üçün heç bir iş görməmişdir. 2022-ci ilin may ayının əvvəllərində o, A.Xalilovanın torpaq sahəsində tikinti aparmağa icazə alınması üçün Alim İsmayilovdan 3500 manat almamışdır. 2022-ci ilin may ayında Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində Ceyran Mammadovadan 4500 manat almışdır ki, C.Mammadovun oğlu Məhəmməd avtomobil almaqda köməklik etsin. Avtomobil işi alınmadığı üçün 4500 manat pulu qaytarmışdır. Onun bəzi adlarını qeyd etmək istəmədiyi və adlarını heç dəqiq də bilmədiyi ədavətli olduğu şəxslər vardır. Onlarla əvvəllər mübahisəsi düşmüş və bir-biri ilə ədavətli olaraq qalmışlar. Həmin şəxslər “kriminal aləm”la əlaqələrinin olmasınl bildirmişlər və ona ciddi xəsarətlər, onu öldürə biləcəklərini söyləmişlər. O, da buna göra özünü qorumaq üçün 2023-cü ilin fevral ayının ortalarında gizli yolla maraqlanaraq özünə odlu silah almaq qərarına gəlmişdir. O, dolayı yolla fevral ayının ortalarında axşam saatlarında telefon nömrəsini, anket məlumatlarını bilmədiyi, tiz cizgiləri və xarici görkəmini xatırlamadığı şəxslə Bakı şəhəri, Binəqədi rayonunda dəqiq ünvanı bilmədiyi həyət evlərinin kənarındakı ərazidə görüşmüş və orada özü üçün 1500 manat pul qarşılığında “Kalaşnikov” markalı avtomat silahı, həmin silaha aid 1 ədəd darağı və 9 ədəd gülləni bükülü vəziyyətdə almışdır. Həmin silahı, darağı və patronları tanimadığı taksi ilə Bakı şəhəri, Nizami rayonu, Mikayıl Əliyev küçəsində yerləşən qəbirstanlığa gətirmiş və qəbirstanlıqda bir yerdə kolkosun altında gizlətmiş, həmin yeri itirməmək və gələcəkdə rahat tapa bilmək üçün həmin yerə yaşıl rəngli parça qoymuşdur. Düşmənləri tərəfindən ona xəsarət yetirmək istəsələr, o, həmin avtomatı götürüb özünü müdafiə edəcəkdi. O, hardan “kakos” kimi tanıdığı narkotik vasitəni tüstüsünü iyləyərək qəbul edir. xx.xx.2023-cü ildə, saat 20 radələrində Bakı şəhəri, Nizami rayonu, 8-ci km qəsəbəsində yerləşən “Heydər Əliyev” adına olan parkda gəzərkən təsadüfən yerdən 1 ədəd şaffaf büküm tapmış və həmin bükümə diqqətlə baxdıqda “kakos” olaraq tanıdığı narkotik vasitə heroin olduğunu görmüş və həmin maddəni götürüb gələcəkdə ehtiyac olarsa istifadə etmək üçün üzərində saxlamışdır. xx.xx.2023-cü ildə, saat 12:30 radələrində Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 22 nömrəli ünvanın qarşısından olan zaman 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşmış və özlərini təqdim edərək Nizami RPİ-nin 24-cü PŞ-nin polis əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları ona odlu silah və narkotik vasitə əldə edib saxlamaqda şübhəli olduğunu bildirmiş və onu 24-cü PŞ-nə gətirmişlər. PŞ-də xidməti otaqların birində onun üzərində axtarış aparılarkən o, əynində olan tünd göy rəngli gödəkcənin sol yan cibində saxladığı 1 ədəd şəffaf sellofanda olan “kakos” kimi tanıdığı maddəni polis əməkdaşlarına təhvil vermişdir. Həmin maddəni nə üçün üzərində gəzdirməsi barədə verilmiş suala isə onu istifadə etmək üçün deyil, guya səbəbsiz yerə üzərində gəzdirməsini desə də faktiki həmin maddənin heroin olduğunu bilmiş və həmin heroindən özü istifadə etmək üçün üzərində saxlamışdır. Həmin heroinin çəkisini də dəqiq bilmirmiş və heroinin təxminən 1 qramdan çox olmasını güman etdiyi üçün üzərinə baxış zamanı həmin heroinin çəkisinin təxminən 1 qramdan çox olmasını bildirmişdir. Faktiki o, həmin heroini tərəzidə çəkib dəqiq çəkisini bilməmişdir. Polis əməkdaşları tərəfindən verilən sullara cavab olaraq həmin maddəni xx.xx.2023-cü ildə parkda yerdən taparaq üzərində saxladığını, həmin narkotik vasitəni istifadə etmədiyini bildirmişdir. Şəxsi axtarış zamanı ona qanunsuz odlu silah barədə sual verilərkən artıq bu barədə inkar etməyin mənasız olmasını, həmçinin onu polis amakdaşları saxlayarkən narkotik vasitələrin və odlu silahın qanunsuz olaraq üzərində və ya digər yerdə saxlamaq və gəzdirməkdə şübhəli olmağını bildirdikləri üçün polis əmakdaşlarında onun qanunsuz əldə edib gizlətdiyi “Kalaşnikov” markalı odlu silahı və onun hissələrini harada gizlətdiyi barədə dəqiq məlumat olmasını, o, etiraf etməzsə həmin odlu silahı da tapacaqlarını düşünmüş və buna görə də özü səmimi olaraq etiraf etmişdir ki, həmin silahı qəbristanliqda gizlətmişdir. O, güman etmişdir ki, onun odlu silahı əldə etməsini və qəbirstanlıqda gizlətməsini hansısa tanışı bilmiş və bu barədə polisə məlumat vermişdir. O, polis əməkdaşları ilə birlikdə Bakı şəhəri, Nizami rayonu, M.Əliyev küçəsində yerləşən qəbristanlığa getmişlər. Orada baxış zamanı videogörüntüdan istifadə edilmiş və o, polis əməkdaşlarına avtomat silahını gizlətdiyi yeri göstərmişdir. Həmin yerdə olan qara rəngli bağlamada onun gizlətdiyi “Kalaşnikov” markalı avtomat silah, həmin silaha aid 1 ədəd daraq və daraqda olan 9 ədəd patron polis amakdaşları tərəfindən götürülmüşdür. Həmin silah ona məxsusdur, onun düşmənləri olduğu üçün gələcəkdə baş verə biləcək neqativ hallara göra həmin silahı özü üçün gizlətmişdir. O həmçinin bildirmişdir ki, xx.xx.2021-ci ildə Xaçmaz rayonu, Xudat şəhəri, 4-cü şöbə ərazisində yerləşən 2,7 ha torpaq sahəsini Zərərçəkmiş şəxs1 adına sənədləşdirilməsi üçün Xudat rayonu, Xudat şəhərində yerləşən “Elit” kafesində tanışı İ.Müseyibovun yanında Zərərçəkmiş şəxs1 5000 manat almış, həmin torpaq sahəsinin sənədləşdirilməsi məsələsi alınmadığı üçün sonradan Zərərçəkmiş şəxs1 5000 manat pulu qaytarmışdır. 2022-ci ilin fevral ayında Zərərçəkmiş şəxs2 Xəzər RPİ-nin İŞ-nə çağırılmaması üçün Şahid3 yanında 1500 manat almış və həmin iş almmadığı üçün sonradan Zərərçəkmiş şəxs2 1500 manat pulunu qaytarmışdır. O, Asya Xalilovanı tanımır, onun Abşeron rayonu, 1 nömrəli Hövsan Zeytunçuluq sovxozunda olan 400 kv.metr torpaq sahəsində tikinti işlərinə icazə alınması üçün Şahid6 vasitəsi ilə 1500 manat almamışdır. 2022-ci ilin may ayında Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində C.Mammadovadan 4500 manat almışdır ki, sonuncunun oğlu Məhəmməd avtomobil almaqda köməklik etsin. Avtomobil işi alınmadığı üçün 4500 manat pulu qaytarmışdır. xx.xx.2023-cü ildə o, Bakı şəhəri, Nizami rayonu, Babək prospektində olan “Monte Karlo” şadlıq sarayının qarşısında Nizami RPİ-nin 23-cü PŞ-nin əməkdaşları Niyaməddin və qeyriləri və Nizami RPİ-nin NMB-nin əməkdaşları Eldar, Hikmət və Elvin tərəfindən tutulmuş, 23-cü PB-nin əməkdaşları getmiş, o, NMB-nin əməkdaşlarının yanında 1 saat 30 dəqiqə qaldıqdan sonra 24-cü PŞ-nin rəis müavini gəlmiş və onlarla birlikdə 24-cü PŞ-nə getmişlər. Orada ona narkotik vasitə heroini və odlu silahın ona məxsus olmasını etiraf etməsini məcbur etmişdir. O, da məcbur olub polis əməkdaşlarının dediyi kimi etmişdir. Onda narkotik vasitə və odlu silah olmamışdır. Həmçinin bildirmişdir ki, o, Baki şəhəri, Nizami rayonu, M.Əliyev küçəsində olan qəbirstanlığa Nizami RPİ-nin 24-cü PŞ-nin polis əməkdaşları ilə getmişlər və qəbirstanlığın qarşısında qara rəngli **-VM-*** dovlət qeydiyyat nişanlı avtomobilin arxa baqajindan odlu silah hesab olunan avtomatı çıxarıb qəbirstanlıqda şam agacının kol-kosu ilə basdırmışlar və ona demişlər ki, o, həmin avtomatı göstərib deyəcəksən ki, ona məxsusdur. O, da məcbur olub odlu silahın yerini göstərmiş və bildirmişdir ki, həmin avtomat ona məxsusdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, o, Zərərçəkmiş şəxs1 qohumu İmran vasitəsilə tanımışdır. X11 bir yerdə işləyir. İmran ona 500 manat pul xərcləməsi üçün vermişdir. Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 tanımır. Lakin Şahid6 torpaq alverçisi kimi tanıyır. O, 3500 manat pul almamışdır. O, Zərərçəkmiş şəxs4 dostu M.İ.Əsadullayevin anası kimi tanıyır və sonuncudan pul almamışdır. Bundan əlavə bildirmişdir ki, o, heç vaxt narkotik vasitədən istifadə etməmiş, üzərinə qoyulan silahda onun deyil. Tutulan zaman üzərində heç bir narkotik vasitə olmamış, ona fiziki təzyiq göstərən polis əməkdaşlarının adları Niyaməddin və Əlidir. Ona qarşı fiziki və psixi təzyiq edilməsi ilə bağlı prokurorluğa müraciət etmiş və Nizami rayon prokurorluğunun əməkdaşları onun müraciəti əsasında ifadəsini almışlar, həmçinin Təqsirləndirilən şəxs Şahid6 3500 manat məbləğdə pulun almadığını və sonuncunun dediyi vaxta və yerdə olmadığını bildirmişdir. Daha sonra ailəli olmaqla himayəsində biri yetkinlik yaşına çatmayan iki uşağının olmasını, zərərçəkmiş şəxslərə vurulmuş ziyanının ödənilməsini, sonuncuların ona qarşı hər hansı şikayət, tələb və mülki iddiasının olmamasını nəzərə alaraq barəsində ədalətli qərarın çıxarılmasını məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün qismən etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri, DVD diskində olan video görüntülər və iş materiallarında olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, o, oğlu Şahid5 torpaq sahəsi alıb ona ev tikmək istəyirmiş. 2019-cu ilin may ayının axırları Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində o, oğlu Ramal və gəlini Zarina ilə birlikdə torpaq sahəsi almaq üçün orada olan ev və torpaq sahəsi alqı-satqı ofisinin qarşısında olan bir kişi yaxınlaşmış və demişdir ki, torpaq sahəsi almaq istəyirsiniz? O, həmin kişiyə oğluna ucuz torpaq sahəsi almaq istədiyini demiş, sonuncu ona özünü Köçəri kimi təqdim etmiş və demişdir ki, o, ev və torpaq sahəsinin satışı ilə məşğul olur və onlara Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində ucuz torpaq sahəsi göstərəcəyini demişdir. Onlar Köçəri ilə razılaşmış və birlikdə Yeni Suraxanı qəsəbəsində olan ev və torpaq sahəsinin satışı ofisinə getmişlər. Orada Köçəri onlara Yeni Suraxanı qəsəbəsi, 14 iyul küçəsi, 4-cü döngədə 1 ha torpaq sahəsi olduğunu, nə qədər istəyirlərsə ala biləcəklərini təklif etdikdə o, Köçəriyə torpaq sahəsinin bir sotunun qiyməti neçəyə olduğunu soruşmuşdur. Köçəri torpaq sahəsinin bir sotunu 3000 manata satdığını bildirmiş, o, da imkanlarının olmadığını demişdir, bundan sonra Köçəri 2800 manata satacağını bildirmişdir. Bundan sonra Köçəri ilə birlikdə onu, oğlu Ramal və gəlini Zarinanı Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, 14 iyul küçəsi, 4-cü döngədə olan torpaq sahəsinə baxmağa aparmışdır. Onlar həmin torpaq sahəsini bəyənmiş və Köçəriyə 4 sot torpaq sahəsi alacaqlarını demişlər. Köçəri ona 2 gündən sonra alqı-satqı etməsi üçün gəlməsini demiş, o, Köçərinin istifadəsində olan ***-***-**-** nömrəsini götürmüş, sonucu isə oğlu Ramalın istifadəsində olan ***-***-**-** nömrəsini götürmüşdür. 2 gündən sonra Köçəri oğlu Ramala zəng vurub alqı-satqı edilməsi üçün “Azadliq” stansiyası metrosunun yaxınlığında olan 11 saylı notariat ofisinə gəlməsini demişdir. xx.xx.2019-cu ildə o, özünə məxsus 11200 manat götürmüş, oğlu Ramal və gəlini Zarina ilə birlikdə 11 saylı notariat ofisinin qarşısına gələrək orada Köçəri və Taleh adlı şəxslə götürmüşlər. Köçəri həmin zaman ona Talehin torpaq sahəsinin sahibi olduğunu, onlara etibarnamə verəcəyini demiş, o, oğlu Ramal, Köçəri və Taleh adlı şəxslə 11 saylı notariat ofisinə keçmiş və Taleh oğlu Ramala 1 ha torpaq sahəsindən 400 kv.metr torpaq sahəsinə dair etibarnamə vermişdir. O, 11 saylı ofisdə 11.200 manat pulu sayıb Talehin yanında torpaq sahəsinin alınmasına görə Köçəriyə vermiş, sonuncu da həmin pulu Talehə vermişdir. Bundan sonra onlar Köçərigildən ayrılmışlar. Bundan 1 həftə sonra aldığı torpaq sahəsinə traktor gətirib hamar etdirmiş, Köçəri ona onun icra hakimiyyətində tanışı olduğunu, tikintiyə 3000 manata icazə ala biləcəyini demiş, o da, Köçəriyə ilkin olaraq 2500 manat, tikintini qutarandan sonra da 500 manat verəcəyini bildirmişdir. Bundan sonra Köçəri onunla razılaşmış və 2019-cu ilin iyun ayında o, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində olan ev alqı-satqı ofisində 2500 manat pulu oğlu Ramalın və Köçərinin qohumu Alimin yanında Köçəriyə vermişdir. Bundan sonra o, torpaq sahəsində evin bünövrəsini qazdırıb beton tökdürən zaman Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin işçisi Baba və X5 işçisi Rasim adlı şəxslər gələrək onların tikintiyə icazələrinin olmadığını və tikintini dayandırmalarını demişdir. Bu zaman o, həmin şəxslərə tikintiyə icazə üçün 2500 manat pulu Köçəriyə verdiyini dedikdə onlar ona Köçərinin onu aldatdığını və Türkiyə Respublikasına qaçdığını demişdir. Bundan sonra o, Köçərinin anasına zəng vurub vəziyyəti danışmış, sonuncu ona oğluna pulunu göndərməsini deyəcəyini demişdir. Təxminən 20 gündən sonra Köçəri Ramala zəng vurub ofisə dəvət etmiş, sonuncu ofisə gedib kimdənsə 1200 manat götürmüş, 1300 manat Köçəridə qalmışdır. Bundan sonra o və gəlini Zarina ilə birikdə ev alqı-satqı ofisinə getmiş və orada Alimə aldığı torpaq sahəsində niyə tikintiyə icazə verilmədiyini soruşmuş, Alim isə cavabında ona adam tapacağını, 5000 manata tikintiyə icazə alacağını, Köçəridə qalan 1300 manatıda alıb onların 3500 manat pulun üzərinə qoyub icra hakimiyyətinə verəcəyəni və beləliklə tikintiyə icazə alacağını demişdir. O, da Alimə razılıq vermiş və xx.xx.2022-ci ildə o, 3500 manat pulu götürüb Alimə zəng vuraraq harada görüşəcəklərini soruşmuş, daha sonra o, gəlini Zarina və Alimlə Bakı şəhəri, Suraxanı rayonu, Ramana qəsəbəsi, Yeni Ramana yaşayış sahəsində görüşdükdə, o, Alimin idarə etdiyi qırmızı rəngli “Cherry” markalı avtomobilə yaxınlaşaraq sağ qabaq oturacaqda, gəlini isə arxa oturacaqda əyləşmişdir. Alim idarə etdiyi avtomobillə onları “Buta Palace” şadlıq sarayının yaxınlığına gətirmiş, həmin vaxt gümüşü rəngli “Mersedes- Benz” markalı, **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobil onlardan qabaqda yolun sağ tərəfində dayanmışdır. Alim ondan pulu istəyərək qabaqda duran maşındakı şəxsə aparıb verəcəyini demiş, o da 3500 manatı avtomobilin içində Zarinanın yanında Alimə vermişdir. Alim pulu alıb qabaqda dayanmış həmin “Mersedes-Benz” markalı avtomobilin arxa sağ qapısının açıb əyləşmiş və təxminən 5-6 dəqiqədən sonra avtomobildən düşüb “Cherry” markalı avtomobilin sol qabaq oturcağında əyləşərək onlara işlərinin düzəldiyini və torpaq sahəsində tikintini başlaya biləcəklərini, kim gəlsə həmin şəxsə Ümidin bacısı olduğunu bildirməsini demişdir. O, Alimdən Ümidin kim olduğunu soruşduqda sonuncu ona “sənin nəyinə lazımdır, Ümidi hamı tanıyır, sən tikiniti başla” demişdir. Bundan sonra o, gəlini Zarina ilə Alimdən ayrılıb getmiş, təxminən 5-6 gündən sonra həmin torpaq sahəsində tikintiyə başlamışdır. Həmin vaxtı Abşeron Rayon İcra Hakimiyyətinin işçiləri gəlib tikintini sökərək onlara tikintiyə icazələrinin olmadığını demiş, bundan sonra o, Alimə zəng vuraraq icazəni necə aldığını soruşmuş, tikintini Abşeron Rayon İcra Hakimiyyətinin işçilərinin sökdüyünü və tikintiyə icazə vermədiklərini bildirmiş, Alim isə hər yerdə söküntü aparıldığını, gözləməsini demişdir. Bundan sonra Alim Ümidə zəng vuraraq tikintiyə necə icazə aldığını, camaatın tikintisini sökdüyünü demişdir. Bundan sonra Alim ona Ümidi tapa bilmədiyini, pulunu alıb geri qaytaracağını demiş, lakin 3500 manat pulu qaytarmamışdır. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs3 ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, o, tikintiyə icazə alınması üçün 3.500 manat pulu Təqsirləndirilən şəxs deyil Şahid6 vermişdir, Ümid adlı şəxsi tanımır sadəcə Şahid6 pulu Ümüdə verdiyini bildirdiyi üçün onun adını eşitmişdir. Buna görə də Təqsirləndirilən şəxs şikayətçi deyil, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəməyədək istintaq dövründə zərərçəkmiş şəxs qismində dindirilmiş və məhkəmə iclasında iştirak etməyən Zərərçəkmiş şəxs1 məhkəməyə teleqram ünvanlayaraq səhhəti ilə bağlı məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirərək Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam şəkildə ödənilməsini və ona qarşı şikayəti və tələbi olmadığını bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində göstərmişdir ki, o, 2008-ci ildən Şahid2 tanıyır və sonuncu Xaçmaz Təhsil şöbəsində modedist işləyir və onların normal münasibəti var. Belə ki, o, Xudat şəhəri, 4-cü şöbə ərazisində yerləşən 2,19 ha torpaq sahəsinə bitişik 2,7 ha torpaq sahəsini alıb adına rəsmişləşdirmək istəyirmiş və bununla bağlı adam axtarırmış və bu haqda Şahid2 dedikdə sonuncu ona 2021-ci ilin iyul ayının əvvəlləri Bakı şəhərində yaşayan Ümid adlı qohumu olduğunu və ona köməklik edə biləcəyini demişdir. Bu zaman o, Şahid2 həmin şəxslə maraqlanıb ona bir söz deməsini xahiş etmiş sonuncu da onunla razılaşmışdır. Bir neçə gündən sonra Şahid2 ona zəng vurub Xudat şəhərində yerləşən “Elit” kafesinə gəlməsini, Ümidində ora gələcəyini və danışacaqlarını demiş, o da, həmin kafeyə getmişdir. Bu zaman Şahid2 bir nəfər kişi ilə əyləşdiyini görmüş, İmrangilin yanına gedib sonuncuyla görüşmüş və Şahid2 yanında olan şəxsi ona təqdim edərək həmin şəxsin qohumu Ümid və əlaqələrinin geniş olduğunu, torpaq sahəsini sənədləşdirmə işində köməlik edə biləcəyini bildirmişdir. Bundan sonra o, Ümidə torpaq sahəsinin Xaçmaz şəhəri, 4-cü şöbədə yerləşdiyini, dövlət mülkiyyətində olan 2,7 ha torpaq sahəsi və onun torpaq sahəsinə bitişik olduğunu, həmin torpaq sahəsini özəlləşdirmək istədiyini bildirmişdir. Bundan sonra Ümid mobil telefonu çıxarıb kiməsə zəng vurmuş və özünü kiminləsə danışırmış kimi göstərmiş, ancaq mobil telefonda əks tərəfin səsini eşitməmişdir. Daha sonra Ümid ona həmin torpaq sahəsini 15.000 manat sənədləşdirə biləcəyini, işə başlaması üçün ilkin olaraq 30 faiz pulu vemək lazım olduğunu bildirmişdir. O həmin zaman Ümidə razılıq vermiş və İ.FMuseyibovu kənara çəkib Ümidə inanmaq olarmı deyə soruşmuş, Şahid2 ona inana biləcəyini, Ümidin onun qohumu olduğunu demişdir. Həmin vaxtı kafenin yaxınlığında əvvəllər tanıdığı taksi sürücüsü Şükür adlı şəxsi görmüş və ona onlara getməsini və 5000 manat götürüb kafeyə gətirməsini demiş, Şükür razılıq verərək idarə etdiyi avtomobillə getmiş və təxminən 20-30 dəqiqədən sonra gəlib ona 5000 manat pul vermişdir. O, həmin 5000 manat pulu və şəxsiyyət vəsiqəsinin surətini Şahid2 yanında “Elit” kafesində Ümidə vermiş və daha sonra İmrangildən ayırılıb evə getmişdir. O, evə çatmamış Şahid2 ona zəng vuraraq bu işlər düzələndən sonra Ümidə 3000 manat şirinlik verməsini demiş, o, Şahid2 işlər düzələndən sonra Ümidə hörmət edəcəyini bildirmişdir. Bir neçə gündən sonra Ümid ona zəng vurub birbaşa alqı-satqı məsələsinin alınmadığını, torpaq sahəsini 45 illik icarəyə götürə bilib-bilməyəcəyini soruşmuş, o da, Ümidə fikirəşib bir söz deyəcəyini demişdir. Təxminən 3-4 gündən sonra Şahid2 ona zəng vurub Ümidin gəldiyini, “Elit” kafesinə gəlməsini demiş, o da həmin kafeyə tək gəlmiş və orada İ.F.Museyib və Ümidlə görüşmüşdür. Həmin vaxt Ümid ona birbaşa alqı-satqının alınmadığını, torpaq sahəsini 45 illik icarəyə götürə bilib-bilməyəcəyini soruşduqda o, da Ümiddən bu işin qiymətinin neçə manat olduğunu soruşmuşdur. Ümid ona torpaq sahəsinin icarə məsələsini 30.000 manat düzəldəcəyini demiş, o da Ümidlə razılaşmamış və souncuya onun 5000 manat pulunu qaytarmasını bildirmişdir. Bu zaman Ümid ona həmin pulu tanış adama verdiyini, həmin şəxsin də Naxçıvanda olduğunu, gələn həftə bura gələcəyini və pulu da alıb verəcəyini demişdir. O, bir neçə gündən sonra Ümidə zəng vurub pulunu geri tələb etmiş, Ümid müxtəlif bəhanələr gətirməyə başlamışdır. Bundan sonra Ümid onun mobil telefon zənglərinə cavab verməmiş və o, məcbur olub Xaşmaz RPŞ-nə Ümid barəsində şikayət etmişdir. Bundan başqa, o bildirmişdir ki, Ümid tərəfindən ələ keçirilmiş 5000 manat pul 2023-cü ilin aprel ayında Şahid2 tərəfindən ona verilmişdir. Onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur, sonuncu torpaq sahəsini sənədləşdirilməsi üçün vəzifəli şəxslərdən heç kimin adını çəkməmiş və pulu kimə verməsi barədə bir söz deməmişdir. Məhkəməyədək istintaq dövründə zərərçəkmiş şəxs qismində dindirilmiş və məhkəmə iclasında iştirak etməyən Zərərçəkmiş şəxs2 məhkəməyə ərizə ünvanlayaraq Təqsirləndirilən şəxs qarşı şikayəti və tələbi olmadığını bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində göstərmişdir ki, 2022-ci ilin fevral ayının sonlarında Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən “Leon Plaza” şadlıq sarayında iştirak etdiyi toyda dava olduğu üçün onu şahid qismində ifadə vermək üçün Bakı şəhəri Xəzər RPİ-nin İŞ-nə çağırmışlar. O, heç vaxt polis orqanında olmadığı üçün narahatçılıq keçirmiş və bu barədə qonşusu Şahid3 demiş, sonuncu ona bir nəfər tanışı olduğunu və polisdə işlədiyini, yir, ona deyəcəyini və bu işdə köməlik göstərəcəyini demiş, o, da Şahid3 razılıq vermiş və həmin günü yaşadığı evin yaxınlığında Şahid3 və sonradan adını Ümid bildiyi şəxslə görüşmüşdür. Həmin vaxt Ümid ona özünü Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin polis işçisi kimi təqdim etmiş və ondan nə olduğunu soruşmuş, o da Ümidə “Leon Plaza” şadlıq sarayında iştirak etdiyi və şadlıq sarayının çölündə dava-dalaş olduğunu, ancaq dava-dalaşı görmədiyini demişdir. Ümid də ona bu işlə maraqlanacağını, onu çağırmasınlar deyə bu işi 5000 manata həll edəcəyini bildirdikdə o, Ümidə davadalaşda olmadığını, heç kimi vurmadığını və onun 5000 manat pulu olmadığını demişdir. Bundan sonra onlar ayrılmış və həmin günü saat 17-18 radələrində o, Şahid3 ilə Yeni Suraxanı qəsəbəsində olan kafedə olan zaman Ümid sonuncuya zəng vurmuş, Şahid3 mobil telefonla danışandan sonra ona Ümidin onun işiylə maraqlandığını, 1500 manat həll olunacağını demiş, o da, Şahid3 razılıq vermiş və sonuncu Ümidə zəng vurub demişdir ki, Elsəvər razıdır. Təxminən 30 dəqiqədən sonra Ümid kafeyə gələrək ona 1500 manat pulun onun məsələsini həll edəcəyini demiş, o, Ümidə razılıq verərək bildirmişdir ki, 2 saata 500 manat düzəldib verər, 1000 manatı isə sabah verəcək. Ümid razılıq vermiş və çıxıb getmişdir. Bundan sonra o, da Məmməddə ayrılıb evə getmişdir. Həmin günü saat 19-20 radələrində o, evdə olan zaman M.Süleymalı ona zəng vuraraq Ümidlə onların evinin yanına gəldiklərini demiş, o da sonuncuya gəlmələrini bildirmiş və özünə məxsus 500 manatı götürüb yaşadığı evin qarşısında olan 14 iyul küçəsinə çıxmış, Məmməd və Ümidlə görüşmüşdür. O, Məmmədin yanında Ümidə 500 manat vermiş və demişdir ki, sabahda 1000 manat düzəldib verəcək. Səhəri günü saat 22 radələrində o, Məmmədə zəng vuraraq 1000 manat düzəltdiyini, Ümidə zəng vurmasını və görüşmək istədiyini demiş, 1 dəqiqədən sonra Məmməd ona zəng vurub demişdir ki, Ümid Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsinin girişində olan dairədə avtoyuma məntəqəsində avtomobilini yuduzdurur. Bundan sonra o, özünə məxsus 1000 manat pulu götürmüş və idarə etdiyi “Renault” markalı avtomobillə Məmmədin yaşadığı Yeni Suraxanı qəsəbəsi, 14 iyul küçəsi, döngə 4, 5 saylı evin qarşısına gəlmiş və sonuncunun idarə etdiyi avtomobilin sağ qabaq oturacağında əyləşərək Yeni Suraxanı qəsəbəsinin girişində olan dairəyə gəlmiş, orada Ümidlə görüşərək Məmmədin yanında 1000 manat pulu Ümidə vermişdir. Bu zaman Ümid ona narahat olmamasını, onu polisə çağırmayacaqlarını demişdir. Bundan 1-2 gün sonra onu Bakı şəhəri Xəzər RPİ-dən zəng vurub İŞ-nə dəvət etmişlər. Bundan sonra o, Məmmədə zəng vurub demişdir ki, Ümid onun işini neçə həll edib, onu polisə çağırırlar. Məmməd isə ona Ümidə zəng vurub danışacağını demişdir. Bundan sonra Məmməd ona zəng vurub demişdir ki, Ümid zənglərə cavab vermir. Bundan sonra o, Bakı şəhəri Xəzər RPİ-nə gedib İsintaq şöbəsində ifadə verərək dava-dalaşı görmədyini və ya iştirak etmədiyini bildirmişdir. Daha sonra o, başa düşmüşdür ki, Ümid tərəfindən aldanmışdır. Məmməd dəfələrlə Ümidə zəng vursada, Ümid zəngərə cavab verməmiş, cavab verəndə də deyirmiş ki, gəlir, ancaq gəlməmişdir. O, Ümidi çox gözləsə də Ümiddən bir xəbər çıxmamış və məcbur olub xx.xx.2022-ci ildə AR DİN-nin 102 Xidməti Zəng Mərkəzinə zəng vurub demişdir ki, özünü Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin işçisi kimi təqdim edən Ümid adlı şəxs onu aldadaraq 1500 manat pulunu ələ keçirmişdir. Bundan sonra onu BMCMİ-nə dəvət etmişlər və orada Ümid barəsində ərizə ilə müraciət etmiş, sonradan onu Suraxanı RPİ-nin İŞ-nə dəvət edərək Ümidlə bağlı ifadəsini almışlar. O, həmçinin bildirmişdir ki, Təqsirləndirilən şəxs yaxınları tərəfindən ona dəymiş ziyan ödənildiyi üçün sonuncudan şikayətçi deyil və onu qarşı tələbi yoxdur. Məhkəməyədək istintaq dövründə zərərçəkmiş şəxs qismində dindirilmiş və məhkəmə iclasında iştirak etməyən Zərərçəkmiş şəxs4 oğlu Şahid1 məhkəməyə teleqram ünvanlayaraq anası Zərərçəkmiş şəxs4 səhhəti ilə bağlı məhkəmə iclasında iştirak edə bilməyəcəyini, istintaqda verdiyi ifadəsini və ərizəsini təsdiq etdiyini, Təqsirləndirilən şəxs tərəfindən onlara dəymiş ziyanın ödənilməsini və ona qarşı şikayəti və tələbi olmadığını bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs4 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs oğlu Şahid1 vasitəsi ilə tanımışdır. 2022-ci ili may ayının əvvəllərində Təqsirləndirilən şəxs yaşadığı evin həyətinə “Hyundai Sonata” markalı avtomobillə gələrək ona demişdir ki, bu avtomobili 8000 manata satırlar, o, istəyirsə bu avtomobil Məmmədə qismət olsun, ilkin olaraq 4500 manat versin və qalan pulu isə hissə-hissə verərlər. Bundan sonra o, Təqsirləndirilən şəxs təklifi ilə razılaşmış və xx.xx.2022-ci ildə yaşadığı evin həyətində “Hyundai Sonata” markalı avtomobili almaq üçün sonuncuya 2500 manat pul, xx.xx.2022-ci ildə o, yaşadığı evin həyətində Təqsirləndirilən şəxs 1000 manat pul, xx.xx.2022-ci ildə oğlu M.Əsədulayevin yanında 1000 manat vermiş və Təqsirləndirilən şəxs ümumilikdə 4500 manat olduğunu, “Hyundai Sonata” markalı avtomobili nə vaxt oğlu Məmmədə verəcəyini soruşmuş, sonuncu da sabah avtomobilə görə Məmmədin adına etibarnamə verəcəyini demiş, qalan 3500 manat pulu isə hissə-hissə vermələrini bildirmişdir. O, Təqsirləndirilən şəxs razılıq vermiş və sonuncu idarə etdiyi “Hyundai Sonata” markalı avtomobillə getmişdir. Səhəri günü oğlu M.Əsdullayev Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** və ***-***-**-** nömərlərinə zəng vursada sonuncu zənglərə cavab verməmiş və bu bir neçə gün belə davam etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs oğlu M.Əsdullayevə başının qarışıq olduğunu, narahat olmamasını, avtomobilə görə ona etibarnamə verəcəyini demişdir. Bu minvalla 5-6 ay Təqsirləndirilən şəxs hər dəfə bir bəhanə gətirmişdir. 2023-cü ili yanvar ayında Təqsirləndirilən şəxs onun kart hesabına 1000 manat göndərmiş və yenədə əlaqə saxlamamışdır. Bundan sonra o, məcbur olub xx.xx.2023-cü ildə AR DİN-nin 102 Xidməti Zəng Mərkəzinə zəng vurub sonuncu barəsində şikayət etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, onun Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində ev alqı-satqı ofisi vardır. X7 onun bacısının qızının əridir. Sonuncu onun ev alqı-satqı işlərinə kömək etmişdir. K.V.Adıgözəlovla Asya adlı qadının arasında olan məsələdən məlumatı sonradan olmuşdur. Belə ki, 2022-ci ilin yaz aylarda ofisdə olarkən Asya adlı həmin qadın oraya gələrək Köçəriyə ev tikməyinə icazə verilməsi üçün 2500 manat pul verməsini, lakin onun ev tikməsinə icazə verilmədiyini, Köçərinin də onu pulunu qaytamamasını bildirmişdir. O, da Köçərinin ailəsi ilə Türkiyəyə getməsini və gözləməsini demişdir. Köçərinin Türkiyə nömrəsinə zəng etmiş və Asya xanımla danışdırmış və Köçəriyə Asya xanımın yanında pulu qaytarmasını demişdir. O, da həmin pulu Ceyhun adlı şəxsə verməsini, ona isə cəmi 200 manat pul çatmasını lakin Asya xanımın pulunu qaytaracağına söz vermişdir. Bundan sonrakı günlərdə Asya xanım dəfələrlə ofisinə gələrək ona ev tikməsinə kömək etməyini deyirmiş. Həmin müddətdə Köçəri onun 1200 manat pulunu qaytarmışdır. O, da həmin vaxtlar Təqsirləndirilən şəxs adlı şəxsi tanıyırmış və sonuncu guya Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətində tanıdığı şəxsin olmasını, Asya xanımın işini həll edəcəyini demişdir. O, da Ümidə inandığı üçün bir neçə dəfə Asya xanımı öz mobil telefonu ilə Ümidlə danışdırmış və onlar öz aralarında 3500 manat pula Ümid Asya xanımın işini həll edəcəyini bildirdiyi üçün onlar öz aralarında razılaşmışlar. 2022-ci ilin may ayının əvvəllərində Asya xanım gəlini ilə Bakı şəhəri, Suraxanı rayonu, SOCAR yanacaq doldurma məntəqəsnin yaxınlığında onunla görüşmüşlər. Onlar “Cherry” markalı avtomobilinə əyləşmiş və Ümid də metal rəngli “Merdeces” markalı taksi ilə həmin yerə gəlmiş və Asya xanımla gəlini onun avtomobildə əyləşmişlər. O, avtomobildən enib “Mercedes” markalı avtomobilə tərəf getmiş və Ümiddə avtomobildən enib gələn qadınlarla özünün görüşməsini və pulu onlardan almasını desə də, o Asya xanımın və gəlininin onu görməsini istəmədiyini və pulu onun alıb ona gətirməyini istəmişdir. O, da şübhəli bir şey düşünməyərək onun dediyi kimi etmiş və Asya xanımdan saymasa da onun deməsinə görə 3500 manat pulu alıb aparıb qarşıda avtomobildə əyləşmiş Ümidə vermişdir. Bu zaman Asya xanımla gəlini onun şəkillərini də çəkmişdir. Bunu sonradan Asya xanım özü ona demişdir. Daha sonra Asya xanımın ev tikdirməsini, lakin onun evini sökmələrini, Ümidin yalan danışmasını və onun işini görməməsini bilmişlər. O, həmçinin bildirmişdir ki, onun Asya xanıma kömək etməkdə məqsədi bir insan kimi köməkliyi olması imiş, həmin 3500 manat pulun hamısını Təqsirləndirilən şəxs vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, o, əvvəlcədən Təqsirləndirilən şəxsla razılaşdığı yerə Zərərçəkmiş şəxs3 və onun gəlini ilə birlikdə gəlmiş, bu zaman Zərərçəkmiş şəxs3 3500 manat pulu alaraq ondan qabaqda dayanan maşında olan Təqsirləndirilən şəxs şəxsən vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, qayınanası Zərərçəkmiş şəxs3 əri Şahid5 torpaq sahəsi alıb ona ev tikmək istəyirmiş. 2019-cu ilin may ayının axırları Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində o, əri Ramal və qayınanası Zərərçəkmiş şəxs3 ilə birlikdə torpaq sahəsi almaq üçün orada olan ev və torpaq sahəsi alqı-satqı ofisinin qarşısında olan zaman bir kişi onlara yaxınlaşaraq torpaq sahəsi almaq istəyib-istəmələrini soruşmuş, qayınanası Zərərçəkmiş şəxs3 həmin kişiyə oğluna ucuz torpaq sahəsi almaq istədiyini bildirmişdir. Həmin şəxs onlara özünü Köçəri kimi təqdim edərək ev və torpaq sahəsinin satışı ilə məşğul olduğunu və onlara Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində ucuz torpaq sahəsi göstərəcəyini bildirmişdir. Onlar Köçəri ilə razılaşmış və birlikdə Yeni Suraxanı qəsəbəsində olan ev və torpaq sahəsinin satışı ofisinə getmişlər. Orada Köçəri onlara Yeni Suraxanı qəsəbəsi, 14 İyul küçəsi, 4-cü döngədə 1 ha torpaq sahəsi olduğunu, nə qədər istəyirlərsə ala biləcəklərini dedikdə qayınanası Zərərçəkmiş şəxs3 torpaq sahəsinin bir sotunun qiyməti soruşmuş, Köçəridə cavabında torpaq sahəsinin bir sotunu 3000 manata satdığını bildirmişdir. Qayınanası Zərərçəkmiş şəxs3 Köçəriyə imkanlarının olmadığını dedikdə sonuncu ona 2800 manata onlara satacağını demişdir. Bundan sonra Köçəri, o, əri Ramal və qayınanası Zərərçəkmiş şəxs3 Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, 14 iyul küçəsi, 4-cü döngədə olan torpaq sahəsinə baxmış və həmin torpaq sahəsini bəyənmişlər. Qayınanası Zərərçəkmiş şəxs3 Köçəriyə 4 sot torpaq sahəsi alacaqlarını demiş, Köçəri qaynanasına 2 gün sonra alqı-satqı etmək üçün gəlməsini demiş, qayınanası Zərərçəkmiş şəxs3 Köçərinin istifadəsində olan ***-***-**-** nömrəsini, Köçəri isə əri Ramalın istifadəsində olan ***-***-**-** nömrəsini götürmüşdür. 2 gündən sonra Köçəri əri Ramala zəng vurub alıq-satqı edilməsi üçün “Azadlıq” metro stansiyasının yaxınlığında olan 11 saylı notariat ofisinə gəlməsini demiş, xx.xx.2019-cu ildə qayınanası Zərərçəkmiş şəxs3 özünə məxsus 11200 manat götürmüş, əri Ramal və onun birlikdə 11 saylı notariat ofisinin qarşısına gəlmiş, orada Köçəri və Taleh adlı şəxslə görüşmüşlər. Köçəri Talehin torpaq sahəsinin sahibi olduğunu, onlara etibarnamə verəcəyini demiş, qayınanası Zərərçəkmiş şəxs3, əri Ramal, o, Köçəri və Taleh adlı şəxs 11 saylı notarait ofisinə keçmiş və Taleh əri Ramala 1 ha torpaq sahəsindən 400 kv.metr torpaq sahəsinə görə etibarnamə vermişdir. Qayınanası Zərərçəkmiş şəxs3 11 saylı ofisdə 11200 manat pulu sayıb Talehin yanında Köçəriyə vermiş, Köçəridə həmin pulu Talehə vermişdir. Bundan sonra onlar ayrılmışlar. 1 həftədən sonra aldıqları torpaq sahəsinə traktor gətirib torpağı hamar etmişlər. Köçəri qayınanası Zərərçəkmiş şəxs3 İcra hakimiyyətində tanışı olduğunu, tikintiyə 3000 manata icazə ala biləcəyini demiş, qayınanası Zərərçəkmiş şəxs3 Köçəriyə ilkin olaraq 2500 manat, tikintini qutarandan sonra 500 manatda verəcəyini demişdir. Bu zaman Köçəri razılaşmış və 2019-cu ilin iyun ayında qayınanası Zərərçəkmiş şəxs3 Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində olan ev alqı-satqı ofisində 2500 manat pulu əri Ramalın və Köçərinin qohumu Alimin yanında Köçəriyə vermişdir. Bundan sonra qayınanası Zərərçəkmiş şəxs3 torpaq sahəsində evin bönüvrəsini qazdırıb beton tökdürən zaman Suraxanı Rayon İcra Hakimiyyətinin işçisi Baba və X3 işçisi Rasim adlı şəxs gələrək onların tikintiyə icazəsinin olmadığını və tikintini dayandırmalarını bildirmiş, qayınanası Zərərçəkmiş şəxs3 onlara tikintiyə icazə üçün 2500 manat pulu Köçəriyə verdiyini demişdir. Onlar qayınanası Zərərçəkmiş şəxs3 Köçərinin onu aldatdığını və Türkiyə Respublikasına qaçdığını dedikdə Zərərçəkmiş şəxs3 Köçərinin anasına zəng vurub vəziyyəti ona danışmış, sonuncu da ona oğluna pulunu göndərməsi ilə bağlı oğluna deyəcəyini demişdir. Təxminən 20 gündən sonra Köçəri əri Ramala zəng vurub ofisə dəvət etmiş, Ramal ofisə gedib kimdənsə 1200 manat götürmüş, 1300 manat Köçəridə qalmışdır. Bundan sonra qayınanası Zərərçəkmiş şəxs3 onunla birikdə ev alqısatqı ofisinə getmiş və orada Alimdən aldıqları torpaq sahəsində niyə tikintiyə icazə verilmədiyini soruşduqda sonunda onlara adam tapacağını, 5000 manata tikintiyə icazə alacağını, Köçəridə qalan 1300 manatıda alıb onların 3500 manat pulun üzərinə qoyub icra hakimiyyətinə verəcəyini demişdir. Bundan sonra qayınanası Zərərçəkmiş şəxs3 razılıq vermiş və xx.xx.2022-ci ildə sonuncu 3500 manat pulu götürüb Alimə zəng vuraraq harada görüşəcəklərini soruşmuş, Alim ona Bakı şəhəri, Suraxanı rayonu, Ramana qəsəbəsi, Yeni Ramana yaşayış sahəsinə gəlməsini, o, da avtomobillə gəlib onu götürəcəyini demişdir. Bundan sonra o, qayınanası Zərərçəkmiş şəxs3 ilə birlikdə Yeni Ramana yaşayış sahəsində gəlmiş və Alimin idarə etdiyi qırmızı rəng “Cherry” markalı avtomobilə yaxınlaşmışlar, Zərərçəkmiş şəxs3 sağ qabaq oturacaqda, o, isə arxa oturacağna əyləşmişlər. Alim idarə etdiyi avtomobillə “Buta Palace” şadlıq sarayının yaxınlığına gəlmiş, həmin vaxtı gümüşü rəngli “Mersedes-Benz” markalı **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobil onlardan qabaqda yolun sağ tərəfində saxlamışdır. Alim Zərərçəkmiş şəxs3 pulu verməsini, aparıb verəcəyini demiş, Zərərçəkmiş şəxs3 3500 manatı avtomobilin içində onun yanında Alimə vermişdir. Alim pulu alıb qabaqda dayanmış gümüşü rəngli “Mersedes-Benz” markalı avtomobilin arxa sağ qapısını açıb əyləşmiş və təxminən 5-6 dəqiqədən sonra Alim həmin avtomobildən düşüb öz avtomobilin sol qabaq oturcağında əyləşmişdir. Alim Zərərçəkmiş şəxs3 işlərinin düzəldiyini, torpaq sahəsində tikintini başlaya biləcəklərini, torpaq sahəsinə kim gəlsə Ümidin bacısı olduğunu deməsini demişdir. Bu zaman A.İ.X13 kim olduğunu soruşduqda Alim ona “sənin nəyinə lazımdır, Ümidi hamı tanıyır, sən tikiniti başla” demiş və bundan sonra onlar Alimdən ayrılıb getmişlər. Təxminən 5-6 gündən sonra həmin torpaq sahəsində tikintiyə başlamış, həmin vaxt Abşeron Rayon İcra Hakimiyyətinin işçiləri gəlib tikintini sökərək tikintiyə icazələrinin olmadığını demiş, bundan sonra qayınanası Zərərçəkmiş şəxs3 Alimə zəng vurub icazəni necə aldığını, tikintini Abşeron Rayon İcra Hakimiyyətinin işçilərinin sökdüyünü və tikintiyə icazə vermədiklərini demişdir. Alim isə hər yeri sökdüklərini, gözləməsini demişdir. Bundan sonra Alim Ümidə zəng vurub tikintiyə necə icazə aldığını, camaatın tikintisini sökdüyünü demişdir. Bundan sonra Alim Ümidi tapa bilmədiyini, pulu alıb qayınanası Zərərçəkmiş şəxs3 qaytaracağını demiş, lakin 3500 manat pulu qaytarmamışdır. O, həmçinin bildirmişdir ki, o, Təqsirləndirilən şəxs tanımır, onunla danışmamışdır. Sonuncu “Mersedes-Benz” markalı avtomobilə əyləşən zaman sağ qabaq oturacaqda əyləşmiş, o, Ümidi ötəri görmüşdür. Bundan başqa A.Şahid4 ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, 3.500 manat məbləğində pulu avtomaşında Şahid6 verərkən sonuncu həmin pulun Təqsirləndirilən şəxs tərəfindən istənildiyini və ona verdiyini bildirmişdir. O, şəxsən Ümid adlı şəxsi tanımır sadəcə Şahid6 pulu Ümüdə verdiyini onlara dəfələrlə bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ondan əvvəl məhkəmə iclasındə şahid qismində dindirilmiş Şahid4 ifadəsinə oxşar, eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nizami RPİ-nin 24-cü PŞ-nin Cinayətaxtarış üzrə əməliyyat müvəkkili Şahid7 ifadəsində göstərmişdir ki, 16 mart 2023-ci ildə Təqsirləndirilən şəxs Bakı şəhəri, Nizami rayonu, Babək prospektində yerləşən “Monte Karlo” şadlıq sarayının yaxınlığında odlu silah və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatı yoxlamaq və Təqsirləndirilən şəxs cinayət başında ifşa etmək məqsədi ilə o və 24-cü PŞ-nin cinayətaxtarış üzrə əməliyyat müvəkkili Şahid8 ibarət əməliyyat qrupu yaradılmışdır. xx.xx.2023cü il tarixdə, saat 12:30-da keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 22 nömərli ünvanda yerləşən “Monte Karlo” şadlıq sarayının qarşısında Təqsirləndirilən şəxs əlamətlərinə uyğun olan şəxsi görüb yaxınlaşaraq özlərini təqdim etmiş və həmin şəxsdə özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Sonuncunun üzərində şəxsi axtarış aparılması üçün Nizami RPİ-nin 24-cü PŞ-nə dəvət etmiş o, da etiraz etməyərək onlarla birlikdə bölməyə getmişdir. Xidməti otaqların birində 24-cü PŞ-nin baş təhqiqatçısı Nəriman Əzizov tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuş və sonuncunun hüquqlarının müdafiə edilməsi üçün Bakı şəhəri 06 nömrəli Vəkil bürosundan dövlət hesabına vəkil dəvət olunmuşdur. Vəkil tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunduqdan sonra vəkilin iştirakı ilə videoçəkiliş vasitəsilə üzərində şəxsi axtarış aparılması bildirilmişdir. Sonuncu üzərində şəxsi axtarış aparılarkən vəkilin iştirakına ehtiyacı olmadığını bildirərək bu barədə ərizə yazmışdır. Bundan sonra vəkilin iştirakı olmadan videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, baş təhqiqatçı Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunarkən yenidən vəkilin iştirakı olmadan üzərində şəxsi axtarış aparılmasına etirazının olub-olmaması soruşmuş, sonuncu vəkilin iştirakı olmadan üzərində şəxsi axtarış aparılmasına heç bir etirazının olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmamışdan qabaq üzərində qanunla qadağan olunmuş hər hansı əşya və ya predmetin olub-olmaması, olduğu təqdirdə təqdim edilməsi təklif edilmişdir. Sonuncu əynində olan tünd göy rəngli gödəkcənin sol yan cibindən 1 ədəd bükümü çıxarıb xidməti otaqda olan masanın üzərinə qoyub təqdim etmişdir. Sonuncu həmin bükümdə narkotik vasitə heroin olduğunu, xx.xx.2023-cü ildə Bakı şəhəri, Nizami rayonu, 8-ci kilometr qəsəbəsindəki parkda yerdən tapdığını və üzərində saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış və üzərindən qanunla qadağan olunmuş əşya və predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs aşkar olunmuş 1 ədəd bükümdə qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər maddə cinayət təqibi üzrə sübut əhəmiyyətli olduğundan zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri iştirakçılar tərəfindən imzalanmış və möhürlə möhürlənib götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə keçirilməsi ilə əlaqədar protokol tərtib edilmiş, ucadan oxunmuş, heç bir əlavə və qeyd daxil olmadığından protokol düzgün yazıldığı üçün iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah əldə etməsi və saxlamasını soruşduqda, sonuncu 2023-cü ilin fevral ayında 1 ədəd “Kalaşnikov” markalı avtomatı, 1 ədəd darağı və 9 ədəd patronu 1500 manata tanımadığı şəxsdən aldığını, gələcəkdə istifadə etmək üçün Bakı şəhəri, Nizami rayonu, Mikayəl Əliyev küçəsində yerləşən qəbirstanlıqda gizlətdiyini və saxladığı həmin avtomatın yeri göstərə biləcəyini bildirmişdir. Baş təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs vəkilin iştirakı ilə videoçəkiliş vasitəsilə göstərəcək yerə baxış keçirilməsini bildirmiş, sonuncu göstərəcəyi yerə baxış keçirilərkən vəkilin iştirakına ehtiyacı olmadığını bildirərək bu barədə ərizə yazmışdır. Bundan sonra Təqsirləndirilən şəxs bələdçiliyi ilə əməliyyat tədbirinin davamı olaraq xx.xx.2023-cü il tarixdə, saat 15:15 radələrində Bakı şəhəri, Nizami rayonu, Mikayəl Əliyev küçəsində yerləşən qəbirstanlığa baxış keçirilən zaman kol-kosun altından 1 ədəd parça bağlamaya bükülmüş ******* nömrəli 1 ədəd Kalaşnikov avtomatı, həmin avtomatın yanında 1 ədəd daraq və darağın içində 9 ədəd patron aşkar edilərək götürülmüş, baxış keçirildikdən sonra qablaşdırılmış və Nizami RPİ-nin 24-cü PŞ-nə gələrək protokol tərtib olunmuş və tərtib olunmuş protokol Təqsirləndirilən şəxs və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında Şahid7 ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs o, və Şahid8 Nizami rayonu Babək prospektinə saxlamışlar və Təqsirləndirilən şəxs saxlanılan, üzərində şəxsi axtarış aparılan və qəbirstanlıqda baxış keçirilən zaman o, fiziki və ya psixi zorakılığa məruz qalmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nizami RPİ-nin 24-cü PŞ-nin Cinayətaxtarış üzrə əməliyyat müvəkkili Şahid8 ondan əvvəl məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsinə oxşar, eyni məzmunlu ifadə verərək göstərmişdir ki, həqiqətəndə Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli gödəkcənin sol yan cibindən 1 ədəd bükümü çıxarıb xidməti otaqda olan masanın üzərinə qoyaraq həmin bükümdə narkotik vasitə heroin olduğunu, xx.xx.2023-cü ildə Bakı şəhəri, Nizami rayonu, 8-ci kilometr qəsəbəsindəki parkda yerdən tapdığını və üzərində saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah əldə etməsi və saxlamasını soruşduqda, sonuncu 2023-cü ilin fevral ayında 1 ədəd “Kalaşnikov” markalı avtomatı, 1 ədəd darağı və 9 ədəd patronu 1500 manata tanımadığı şəxsdən aldığını, gələcəkdə istifadə etmək üçün Bakı şəhəri, Nizami rayonu, Mikayəl Əliyev küçəsində yerləşən qəbirstanlıqda gizlətdiyini və saxladığı həmin avtomatın yeri göstərə biləcəyini bildirmişdir. xx.xx.2023-cü il tarixdə, saat 15:15 radələrində Bakı şəhəri, Nizami rayonu, Mikayəl Əliyev küçəsində yerləşən qəbirstanlığa baxış keçirilən zaman kol-kosun altından 1 ədəd parça bağlamaya bükülmüş ******* nömrəli 1 ədəd Kalaşnikov avtomatı, həmin avtomatın yanında 1 ədəd daraq və darağın içində 9 ədəd patron aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Şahid8 ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs o, və Şahid8 Nizami rayonu Babək prospektinə saxlamışlar və Təqsirləndirilən şəxs saxlanılan, üzərində şəxsi axtarış aparılan və qəbirstanlıqda baxış keçirilən zaman o, fiziki və ya psixi zorakılığa məruz qalmamışdır. Məhkəməyədək istintaq dövründə şahid qismində dindirilmiş və məhkəmə iclasında iştirak etməyən Şahid1 məhkəməyə teleqram ünvanlayaraq istintaqda verdiyi ifadəsini təsdiq etdiyini, məhkəmə iclasının onun iştirakı olmadan aparılmasını xahiş etmişdir. Məhkəmə iclasında Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs uşaqlıqdan tanıyır və onlar bir məhəllədə böyümüşlər. 2022-ci ili may ayının əvvəllərində Təqsirləndirilən şəxs onun yaşadığı evin həyətinə idarə etdiyi “Hyundai Sonata” markalı avtomobillə gəlmiş, həmin vaxt Təqsirləndirilən şəxs anası Zərərçəkmiş şəxs4 bu avtomobili 8000 manata satırlar, o, istəyirsə bu avtomobil Məmmədə qismət olsun, ilkin olaraq 4500 manat və qalan pulu hissə-hissə verərsiniz demiş, anası Zərərçəkmiş şəxs4 da Təqsirləndirilən şəxs təklifi ilə razılaşmışdır. xx.xx.2022-ci ildə anası Zərərçəkmiş şəxs4 ona yaşadığı evin həyətində “Hyundai Sonata” markalı avtomobili almaq üçün Təqsirləndirilən şəxs 2500 manat, xx.xx.2022-ci ildə 1000 manat, xx.xx.2022-ci ildə onun yanında 1000 manat vermiş və Təqsirləndirilən şəxs ümumilikdə 4500 manat olduğunu, avtomobili nə vaxt oğlu Məmmədə verəcəyəni soruşmuş, sonuncu sabah avtomobilinə görə oğlu Məmmədin adına etibarnamə verəcəyini, qalan 3500 manat pulu hissə-hissə verməsini demişdir. Anası Zərərçəkmiş şəxs4 Təqsirləndirilən şəxs razılıq vermiş və sonuncu idarə etdiyi “Hyundai Sonata” markalı avtomobillə getmişdir. Səhəri günü o, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** və ***-***-**-** nömrələrinə zəng vursada, sonuncu zənglərə cavab verməmiş və bu bir neçə gün belə davam etmişdir. Bundan sonra o, başqa nömrə ilə Təqsirləndirilən şəxs zəng vuraraq ondan niyə zənglərə cavab vermədiyini soruşmuş, sonuncu isə başının qarışıq olduğunu, narahat olmamasını və avtomobilə görə etibarnamə verəcəyini bildirmişdir. Bu minvalla 5-6 ay Təqsirləndirilən şəxs hər dəfə bir bəhanə gətirmişdir. 2023-cü ili yanvar ayında Təqsirləndirilən şəxs anası Zərərçəkmiş şəxs4 kart hesabına 1000 manat göndərsə də yenədə əlaqə saxlamamışdır. Bundan sonra anası Zərərçəkmiş şəxs4 məcbur olub xx.xx.2023-cü ildə AR DİN-nin 102 Xidməti Zəng Mərkəzinə zəng vurub Təqsirləndirilən şəxs barəsində şikayət etmişdir. Məhkəməyədək istintaq dövründə şahid qismində dindirilmiş və məhkəmə iclasında iştirak etməyən X8 məhkəməyə teleqram ünvanlayaraq səhhəti ilə bağlı məhkəmə iclasında iştirak edə bilməyəcəyini, istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmə iclasında şahid İ.F.Müseyibovun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, Zərərçəkmiş şəxs1 ifadəsinə oxşar, eyni məzmunlu ifadə vermişdir. Məhkəməyədək istintaq dövründə şahid qismində dindirilmiş və məhkəmə iclasında iştirak etməyən Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində göstərmişdir ki, 2022-ci ilin fevral ayının sonlarında Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən “Leon Plaza” şadlıq sarayında qonşu Zərərçəkmiş şəxs2 və digər digər qonşularla birlikdə iştirak etmişdir. Sonradan məlum olmuşdur ki, şadlıq sarayının çölündə daval-dalaş olmuş, o, həmin dava-dalaşı görməmişdir. 3-4 gündən sonra qonşu Zərərçəkmiş şəxs2 ona demişdir ki, həmin davadalaşla əlaqədar onu Xəzər RPİ-nə çağırırlar, o, heç vaxt polis orqanında olmamış və polis orqanına getmək istəməmişdir. O, Zərərçəkmiş şəxs2 bir nəfər tanışı olduğunu, polisdə işlədiyini, bu işdə ona köməlik göstərməsi üçün ona deyəcəyi demiş, o da Zərərçəkmiş şəxs2 razılıq verərək bu barədə Ümidə demişdir. O, Təqsirləndirilən şəxs 2-3 gün ondan qabaq qonşuluqda yaşayan Məhəmmədə görə tanımışdır. Ümid özünü polis işçisi olduğunu bildirirmiş, X22 qəsəbəsinə gələcəyini, Elsəvərlə görüşüb söhbət edəcəyini demişdir. Həmin gün o, X23 qəsəbəsində görüşmüş, Elsəvərə zəng vuraraq Ümidlə onların evin yanına gəldiklərini, məhəlləyə çıxmasını demiş, Elsəvər razılıq vermiş və o, Ümidlə Elsəvərin yaşadığı evin yanına gələrək Elsəvərlə görüşmüşlər. Həmin vaxt Ümid özünü BMCMİ-nin polis işçisi kimi təqdim etmiş və Elsəvərdən nə olduğunu soruşmuş, sonuncu “Leon Plaza” şadlıq sarayında iştirak etdiyini və şadlıq sarayının çölündə davadalaş olmasını, ancaq dava-dalaşı görmədiyini demişdir. Ümid ona bu işlə maraqlanacağını, onu çağırmasınlar deyə bu işi 5000 manat həll edəcəyini demişdir. Elsəvər Ümidə demişdir ki, o, dava-dalaşda olmamış və heç kimi vurmamışdır, onun 5000 manat pulu yoxdur. Bundan sonra onlar ayrılmışlar. Həmin gün saat 17-18 radələrində o, E.İ.X14 qəsəbəsində olan kafedə olan zaman Ümid ona zəng vurmuş və o, mobil telefonla danışandan sonra Elsəvərə demişdir ki, Ümid deyir, Elsəvərin işi ilə maraqlanmış, 1500 manat həll etmək olar. Elsəvər ona razılıq vermiş və o, Ümidə zəng vurub demişdir ki, Elsəvər razıdır. Təxminən 30 dəqiqədən sonra Ümid kafeyə gəlmiş və Ümid Elsəvərlə danışaraq 1500 manat onun məsələni həll edəcəyini demişdir. Elsəvər Ümidə razılıq verərək 2 saata 500 manat düzəldib, 1000 manatı isə sabah verəcəyini demişdir. Ümid razılıq verərək çıxıb getmiş, bundan sonra o, da Elsəvərdən ayrılaraq evə getmişdir. Həmin gün saat 19-20 radələrində Ümid ona zəng vurub Yeni Suraxanı qəsəbəsində olduğunu, görüşmək istədiyini, işi danışmaq üçün Elsəvərdən 500 manatı götürəcəyini demiş, o, razılıq verərək X23 qəsəbəsində görüşmüş və Elsəvərə zəng vuraraq onların evinin yanına gəldiklərini demişdir. O, Ümidlə Elsəvərin yaşadığı Yeni Suraxanı qəsəbəsi, 14 iyul küçəsi, 177 nömərli evin qarşısına gəlmiş, Elsəvər onun yanında Ümidə 500 manat verərək sabahda 1000 manat düzəldib verəcəyini demişdir. Səhəri günü saat 22 radələrində Elsəvər ona zəng vurub demişdir ki, 1000 manat düzəldibdir, Ümidə zəng vur, görüşək. O, Ümidə zəng vurub demişdir ki, Elsəvər 1000 manat pulu düzəldib və Ümidlə görüşmək istəmişdir. X22 qəsəbəsinin girişində olan dairədə avtoyuma məntəqəsində avtomobili yuduzdurduğunu onların həmin yerə gəlmələrini demidir. Bundan sonra o, yaşadığı evdən küçəyə çıxaraq Elsəvərin idarə etdiyi avtomobillə gəlmiş və o, avtomobilin sağ qabaq oturacağında əyləşmişdir. Elsəvərin idarə etdiyi avtomobillə Yeni Suraxanı qəsəbəsinin girişində olan dairədə avtoyuma məntəqəsinə gəlmişlər və orada Ümidlə görüşmüşlər. Elsəvər onun yanında Ümidə 1000 manat pulu vermiş, sonuncu pulu alıb Elsevərə narahat olmamasını, onu polisin çağırmayacağını demişdir. 1-2 gündən sonra ona Elsəvər zəng vurub Xəzər RPİ-də zəng vurub İŞ-nə dəvət olunduğunu, Ümidin onun işini neçə həll etdiyini soruşmuşdur. Bundan sonra o, Ümidin ***-***-**-** nömrəsinə zəng vurub demişdir ki, Elsəvəri Xəzər RPİ-də çağırırlar. Ümid isə ona işi həll etdiyini demiş, o da bu barədə Elsəvərə demişdir. Bundan sonra Elsəvər məcbur olub Xəzər RPİ-nin İŞ-də ifadə verərək dava-dalaş görmədiyini və ya dava-dalaşda iştirak etmədiyini bildirmişdir. O, dəfələrlə Ümidə zəng vursada, sonuncu zənglərə cavab verməmiş, cavab verəndə də demişdir ki, gəlir, ancaq gəlməmişdir. O və Elsəvər Ümidi çox gözləsələrdə sonuncudan bir xəbər çıxmamış və Elsəvər məcbur olub xx.xx.2022-ci ildə AR DİN-nin 102 Xidməti Zəng Mərkəzinə zəng vurub özünü BMCMİ-nin işçisi kimi təqdim edən Ümid adlı şəxsin onu aldadaraq 1500 manat pulunu ələ keçirdiyini bildirmişdir. Bundan sonra Elsəvər BMCMİ-nə dəvət etmişlər və orada Ümid barəsində ərizə ilə müraciət etmişdir. O, da həmin idarəyə gedib olan hadisə barədə izahat yazmışdır. Cinayət işinin 1-ci cild 19-20-ci vərəqələrində olan Nizami RPİ-nin 24-cü PŞ-nin CA üzrə əməliyyat müvəkkili Şahid7 xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməklə yaxanlanmasından ötrü əməliyyat qrupu yaradılmışdır. Cinayət işinin 1-ci cild 70-71-ci vərəqələrində olan Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 5(007)-179/2023 saylı qərarından görünür ki, Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair Nizami RPİ-nin 24-cü PŞ-nin CA üzrə əməliyyat müvəkkili Şahid7 tərəfindən qəbul edilmiş və Nizami RPİ-nin 24-cü PŞ-nin rəisi Seymur Qarayev tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli qərar qanuni hesab edilmişdir. Cinayət işinin 1-ci cild 258-ci vərəqəsində olan xx.xx.2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Suraxanı RPİ-nə könüllü gəlmiş və barəsində protokol tərtib edilmişdir. Cinayət işinin 2-ci cild 18-19-cu vərəqəsində olan Suraxanı RPİ-nin İŞ-nin baş müstəntiqi A.B.Qasımovun xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 1-ci cild 33-cü vərəqəsində olan xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 1-ci cild 99-103-cü vərəqələrində olan Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2023-cü il tarixdən hesablanmaqla 04 ay həddində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 2-ci cild 220-223-cü vərəqələrində olan Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti xx.xx.2023-cü il tarixədək uzadılmışdır. Cinayət işinin 3-cü cild 127-130-cu vərəqələrində olan Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti xx.xx.2023-cü il tarixədək uzadılmışdır. Cinayət işinin 4-cü cild 6-7-ci vərəqələrində olan Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri məhkəmə hazırlıq iclası keçirilənədək dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin 4-cü cild 18-19-cu vərəqələrində olan Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş olan həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin 1-ci cild 63-67-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 6/1641 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs...”sözləri və imzalar qeyd edilmiş kağız paketdə 1 ədəd bükümdə təmiz çəkisi – 3,274 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Qeyd: Heroinin təmiz çəkisi: 3,274 qram, tədqiqatlara sərf edildi -0,10 qram, qalıq- 3,174 qram. Müdafiə tərəfinin vəsatəti əsasında təyin və cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 4/166 saylı ekspert rəyindən görünür ki: 1. Ekspertizaya təqdim edilmiş, cinayət işinin İ cildinin 27-ci vərəqində xx.xx.2023-cü il tarixli şübhəli şəxsə müdafiəçi seçmək hüququnun izah edilməsi haqqında protokolda “şübhəli şəxs Təqsirləndirilən şəxs” yazıları arasında olan imza, 31-ci vərəqində xx.xx.2023-cü il tarixli vəkilin şübhəli şəxsə təqdim edilməsi haqqında protokolda “şübhəli şəxs: Təqsirləndirilən şəxs” yazıları arasında olan imza, 60-cı vərəqində xx.xx.2023-cü il tarixli şübhəli şəxsin ekspertiza təyin olunmasına dair qərarla tanış edilməsi haqqında protokolda “şübhəli şəxs: Təqsirləndirilən şəxs” yazıları arasında olan imza, İİ cildin 1-2-ci vərəqlərində xx.xx.2022-ci il tarixli şübhəli şəxsə hüquq və vəzifələrinin izah edilməsi barədə bildirişin 1-ci vərəqinin sonunda olan imza və 2-ci vərəqində “şübhəli şəxs: Təqsirləndirilən şəxs” yazıları arasında olan imza, 3-cü vərəqində xx.xx.2022-ci il tarixli şübhəli şəxsə hüquq və vəzifələrinin izah olunması, hüquq və vəzifələri haqqında yazılı bildirişin verilməsi haqqında protokolda “şübhəli şəxs: Təqsirləndirilən şəxs” yazıları arasında olan imza, 4-cü vərəqində xx.xx.2022-ci il tarixli etiraz edilə bilən şəxslərin soyadları və bu barədə digər məlumatların şübhəli şəxsə bildirilməsinə dair protokolda “şübhəli şəxs: Ümid arasında olan imza, 5-6-cı vərəqlərində olan xx.xx.2022-ci il tarixli şübhəli şəxsi dindirmə protokolunun 1-ci vərəqində 2 ədəd imza və 2-ci vərəqində “İmza: Təqsirləndirilən şəxs” yazıları arasında olan imza, 7-ci vərəqində olan xx.xx.2022-ci il təqsirləndirilən şəxsə müdafiəçinin təqdim olunması haqqında protokolda “Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs” yazıları arasında olan imza, 8-9-cu vərəqlərində olan xx.xx.2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərarın 2-ci vərəqində “Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs” yazıları arasında olan imza, 11-12-ci vərəqlərində olan xx.xx.2022-ci il tarixli təqsirləndirilən şəxsə hüquq və vəzifələrinin izah edilməsi haqqında bildirişin 1-ci vərəqinin sonundakı imza və 2-ci vərəqində “təqsirləndirilən şəxs:” qrafasındakı imza, 13-cü vərəqində olan xx.xx.2022-ci il tarixli təqsirləndirilən şəxsə ittihamın elan edilməsi haqqında qərarın surətinin, onun hüquq və vəzifələrinə dair bildirişin verilməsi haqqında protokolda “təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs” yazıları arasında olan imza, 14-cü vərəqində olan xx.xx.2022-ci il tarixli bildirişdə “təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs” yazıları arasında olan imza, 15-ci vərəqində olan xx.xx.2022-ci il tarixli etiraz edilə bilən şəxslərin soyadları və bu barədə digər məlumatların təqsirləndirilən şəxsə bildirilməsinə dair protokolda “təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs” yazıları arasında olan imza, İİİ cildin 19-21-ci vərəqlərində xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxsin dindirmə protokolunun 1-ci vərəqində 3 ədəd imza, 2-ci vərəqinin sonundaki imza, 3-cü vərəqin “İmza: Təqsirləndirilən şəxs” yazıları arasında olan imza, 63-cü vərəqində olan xx.xx.2023-cü il tarixli müdafiəçinin təqdim edilməsi haqqında protokolda “təqsirləndirilən şəxs: Qafarov Ü” yazıları qarşısındakı imza, 68-ci vərəqində olan xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxsə ittihamın elan edilməsi, hüquq və vəzifələrinin izah edilməsi, təqsirləndirilməsi barədə cəlb etmə qərarının surətinin verilməsi haqqında protokolun 1-ci vərəqinin sonundakı imza və həmin protokolun arxa tərəfindən “təqsirləndirilən şəxs: Qafarov Ü” yazıların qarşısındakı imza – Təqsirləndirilən şəxs tərəfindən icra olunmuşdur.

2. Ekspertizaya taqdim edilmiş, cinayət işinin İ cildin 45-ci vərəqində olan xx.xx.2023cü il tarixli baxış və götürmə aparılması haqqında qərarda “şübhəli şəxs: Təqsirləndirilən şəxs” yazıları arasında olan imzanın, 47-ci vərəqində olan xx.xx.2023-cu il tarixli baxış və götürmə haqqında protokolun sonunda soldan ikinci imzanın və 248-ci vərəqinda xx.xx.2022-ci il tarixli şəxsin könüllü gəlməsi haqqında protokolda “təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs” yazıları arasında olan imzanın – Təqsirləndirilən şəxs tərəfindən və ya başqa şəxs (şəxslər) tərəfindən icra olunub-olunmamasını tədqiqat prosesinin təsviri hissəsinin 2-ci bəndində götərilən səbəblərə görə müəyyən etmək mümkün olmadı. Cinayət işinin 1-ci cild 64-cü vərəqəsində və 4-cü cildinə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatların dəyəri 55 və 125 manat, cəmi olaraq 180(bir yüz səksən) manat müəyyən edilmişdir. Cinayət işinin 2-ci cild 199-203-cü vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2023-cü il tarixli, №23/221R saylı ekspert rəyindən görünür ki, 1. tədqiqata təqdim edilmiş 1 ədəd ******* nömrəli silah 5,45 mm kalibrli olmaqla, zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1982-ci ildə istehsal olunmuş, Kalaşnikov konstruksiyalı, AK-74 modelli avtomatdır, yivli odlu silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Silahın hissə və mexanizmlərinin üzərində sonradan təyinatını dəyişdirən heç bir əlavə dəyişiklik edilməmişdir. Təqdim edilmiş silah partlayıcı maddə və qurğu hesab edilmir. 2. Tədqiqata təqdim edilmiş 1 ədəd daraq zavod üsulu ilə istehsal olunmuş 30 ədəd 5,45x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Kalaşnikov konstruksiyalı avtomatların komplekt hissəsidir-darağıdır, döyüş sursatı hesab edilmir, texniki cəhətdən sazdır və istifadə üçün yararlıdır. Təqdim edilmiş daraq partlayıcı maddə və qurğu hesab edilmir. 3. Tədqiqata təqdim edilmiş 9 ədəd patron 1977-ci ildə zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 5,45x39 mm kalibrli olmaqla, həmin kalibrli Kalaşnikov konstruksiyalı silahların ştat patronlarıdır, döyüş sursatıdırlar və atəş üçü yararlıdır. Təqdim edilmiş patronlar partlayıcı maddə və qurğu hesab edilmir. Cinayət işinin 2-ci cild 204-205-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 ekspert komissiyasının xx.xx.2023-cü il tarixli, 3044 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabiodlərdən istifadə etmə halları olub. Lakin hal-hazırda souncuda müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı sonuncu narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 3-cü cild 34-61-ci vərəqələrində olan xx.xx.2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışı və baxış və götürmənin gedişatını əks etdirən 2 ədəd DVD disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarında saxlanılmış, iş üzrə maddi sübut kimi tanınmış keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış kustar üsulla hazırlanmış 3,174 qram narkotik vasitə olan heroin saxlanılması üçün Bakı şəhəri Nizami RPİ-nin maddi sübutların saxlanma anbarına təhvil verilmiş və iş üzrə digər maddi sübut 1 ədəd AK-74 markalı, 5,45 mm kalibrli, ******* nömrəli avtomat, 1 ədəd daraq və 9 ədəd 5,45x39 mm kalibrli patron Azərbaycan Respublikası DİN-nin Təchizat İdarəsinə təhvil verilmişdir. Cinayət işinin 1-ci cild 111-114-cü vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs: 1) Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək qazancının 20 faizi tutulmaqla 2 il müddətinə islah işləri cəzasına məhkum edilmiş; 2) Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək həmin Məcəllənin 67.1, 68.1.3 və 69.3-cü maddələri tətbiq edilməklə 03 il 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarı ilə hökm dəyişdirilərək 3.500 manat miqdarında cərimə cəzasına məhkum edilmiş; 3) Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək həmin Məcəllənin 62, 66.5 və 67.1-ci maddələri tətbiq edilməklə qazancının 20 faizi tutulmaqla 1 il 7 ay müddətinə islah işləri və 3.500 manat miqdarında cərimə cəzalarına məhkum edilmiş, Azərbaycan Respublikasının Milli Məclisinin xx.xx.2013-cü il tarixli Amnistiya Qərarına əsasən islah işləri cəzasından azad edilmiş və xx.xx.2013-cü ildə cərimə cəzasını tam ödəmişdir; 4) Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1ci maddəsi ilə təqsirli bilinərək həmin Məcəllənin 62.1-ci maddəsi tətbiq edilməklə 11 ay 27 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə 3 ay 10 gün vaxtından əvvəl şərti azad olunmuş; 5) Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək həmin Məcəllənin 62 və 69.3-cü maddələri tətbiq edilməklə 2 il 7 ay 10 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cinayət işinin 1-ci cild 117-ci vərəqəsində olan Bakı Şəhər Probasiya İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(005)-183/2021 saylı hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 2 il 7 ay 10 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikasının Milli Məclisinin xx.xx.2021-ci il tarixli Qərarının 5-ci bəndinin təsiri altına düşdüyündən Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 7(006)-13/2022 saylı qərarı ilə cəza müddəti 1 il azaldılmışdır. Məhkumun cəza müddəti xx.xx.2023-cü il tarixdə başa çatdığı üçün İdarənin qeydiyyatından çıxarılmış, ona tətbiq edilmiş elektron qolbaq üzərindən çıxarılaraq Elektron Monitorinq İdarəsi tərəfindən deaktiv edilmişdir. Cinayət işinin 1-ci cildinə əlavə edilmiş şəxsi axtarış və götürməni özündə əks etdirən DVD diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, həmin görüntülər xx.xx.2023-cü il tarixdə saat 14:20-dən 14:45-dək Nizami RPİ-nin 24-cü PŞ-də qeydə alınmışdır. Şöbənin baş təhqiqatçısı N.B.Əzizov özünü və digər iştirakçıları təqdim edir. Daha sonra Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunur, sonuncudan üzərindən hər hansı qanunsuz əşyanın olub olmaması soruşulur. Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli gödəkcənin sol yan cibindən 1 ədəd şəffaf sellofan bükümdə içərisindən qəhvəyi rəngli toz halında, spesifik iyə malik maddəni təqdim edir. O, həmin maddəni “kakos” olaraq tanıdığını, xx.xx.2023-cü il tarixdə, saat 20 radələrində 8-ci km qəsəbəsindəki parkda yerdən taparaq üzərində saxladığını, həmin narkotik vasitədən istifadə etdiyini bildirir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış davam etdirilir sonuncunun əynində olan tünd göy rəngli gödəkcənin sol yan cibindən 1 ədəd göy rəngli korpusu olan “Vertu” markalı, həmin gödəkcənin sağ yan cibindən qara rəngli işlək vəziyyətdə olmayan “Samsung” markalı mobil telefonlar və 2 ədəd qapı açarını təqdim edir. Aşkar olunmuş 1 ədəd şəffaf sellofan paketdə olan büküm təhqiqatçı tərəfindən kağız zərfə qoyulub bağlanır, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 164 saylı möhürü ilə möhürlənir, üzərində qeydlər aparılaraq iştirakçılar və tərəfindən imzalanır. Daha sonra mobil telefonlarda sübut əhəmiyyətli olduğundan götürülür. Cinayət işinin 1-ci cildinə əlavə edilmiş baxış və götürməni özündə əks etdirən DVD diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, həmin görüntülər xx.xx.2023-cü il tarixdə saat 15:15-dən 15:30-dək qeydə alınmışdır. Baxış zamanı Təqsirləndirilən şəxs Bakı şəhəri, Nizami rayonu, Mikayıl Əliyev küçəsində olan qəbirstanlıqdan kol-kos yığılmış yeri təqdim edərək həmin yerdə odlu silah gizlətməsini bildirir. Sonuncunun göstərdiyi yerə baxış keçirilir və 1 ədəd parça bağlamaya bükülmüş ******* seriya nömrəli “Kalaşnikov” avtomat silah, həmin silahın yanında 1 ədəd daraq, darağın içində olan 9 ədəd patron aşkar edilərək götürülür və ekspertizaya göndərilməsindən ötrü qablaşdırılır. Təqsirləndirilən şəxs həmin silahın “Kalaşnikov” markalı silah olduğunu, şəxsi istifadəsi üçün 2023-cü ilin fevral ayında dəqiq xatırlamadığı tarixdə tanımadığı şəxsdən 1500 manata aldığını və gələcəkdə istifadə etmək üçün M.Əliyev küçəsində yerləşən qəbiristanlıqda gizlətdiyini bildirir. Cinayət işinin 2-ci cild 67-68-ci vərəqələrində olan və 4-cü cildinə əlavə edilmiş Nizami rayon prokurorluğunun müstəntiqi C.İ.Kürəbəyovun xx.xx.2023-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarından və ona əlavə edilmiş sənədlərdən görünür ki, araşdırma zamanı cinayətin əlamətlərini özündə əks etdirən hadisə müəyyən edilmədiyindən toplanmış material üzrə AR CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Cinayət işinin 4-cü cildinə əlavə edilmiş Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında tərtib edilmiş məhkumun tibbi kitabçasının surətindən görünür ki, Təqsirləndirilən şəxs həbs edilən zaman heç bir xəsarət almadığını və şikayəti olmadığını bildirir. Sonuncu xx.xx.2023-cü il tarixdə təcridxanaya daxil olan zaman onda heç bir xəsarət aşkar edilməmişdir. Cinayət işinə əlavə edilmiş Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, məhkəmə tərəfindən müdafiəçinin vəsatəti təmin edilərək xx.xx.2023-cü il tarixində Şahid8 istifadəsində olan ***-***-**-**, ***-***-**-** və Şahid7 istifadəsində olan ***-***-**-** və ***-***-**-** saylı mobil telefon nömrələrinin anten əhatə dairəsi barədə məlumatlar (yazılı qaydada və elektron diskə köçürülməklə) "xxxx" MMCdən və "xxxx" MMC-dən götürülməsinə dair qərarlar qəbul edilmişdir. Cinayət işinə əlavə edilmiş xx.xx.2024-cü il tarixli ”Bakcell”MMC-nin, xx.xx.2024-cü il tarixli Azercell” MMC-nin Bakı Ağır Cinayətlər Məhkəməsinə həmin məhkəmənin xx.xx.2024-cü il tarixli qərarının icrası ilə bağlı göndərdikləri CD-diskləri məhkəmə iclasında tədqiq edilərək müəyyən edilmişdir ki, Nizami RPİ-nin 24-cü PB-nin əməliyyat müvəkkili Şahid7 istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinin anten məlumatları xx.xx.2023-cü il tarixdə saat 09:12-dən saat 12:43-dək Bakı şəhəri, Nizami rayonunda, saat 12:43:37-dən saat 19:46-dək Nizami rayonunda olmuş, digər əməliyyat müvəkkili Şahid8 istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinin anten məlumatlarından görünür ki, sonuncu xx.xx.2023-cü il tarixdə saat 11:30-dan saat 13:13-dək Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 126 ünvanında olmuşdur. Cinayət işinə əlavə edilmiş xx.xx.2024-cü il tarixli Azercell” MMC-nin məktubundan görünür ki, ***-***-**-** saylı nömrənin istifadəsi aşkar edilmədi. ********* saylı nömrə xx.xx.2017-ci ildən etibarən Bakcell şirkətinin abunəçisidir. Qeyd: hər hansı inzibati ərazi vahidi və ya onun bir hissəsində mövcud olan şanların əhatə dairəsi müvafiq inzibati ərazi vahidinin sərhədləri ilə üst-üstə düşməyə bilər, o cümlədən müxtəlif şanların əhatə dairəsi kəsişə də bilər. Bundan başqa telekommunikasiya xidmətlərindən istifadə zamanı, cihazın yeni nəsil texnologiyaları dəstəkləməyindən və eyni zamanda konkret əhatə dairəsində həmin an üçün mövcud olan istifadəçilərin sayından, həmçinin cihazda paralel aparılan istifadə/yükləmələrin sayından, cihazın keyfiyyət göstəricilərin və sair hallardan, xüsusən də kənar mane mənbələrinin təsirinə məruz qalmasından asılı olaraq cihazın istifadə zamanı hansı şanın ərazisində olma dəyişə bilər. Cinayət işinin 2-ci cild 196-cı vərəqəsində olan Zərərçəkmiş şəxs2 ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş 1500 manat tam olaraq ödənilmişdir, sonuncuyla barışmışdır, ona qarşı heç bir şikayət, tələb və ya iddiası yoxdur və gələcəkdə də olmayacaqdır. Cinayət işinin 3-cü cild 22-ci vərəqəsində olan qəbzdən görünür ki, R.Z.Qafarova oğlu Təqsirləndirilən şəxs məxsus 1 ədəd “Samsung” və 1 ədəd “Vertu” markalı mobil telefonları qəbul etmişdir. Cinayət işinin 3-cü cild 23-cü vərəqəsində olan AZ-İİ seriyalı, № 038746 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2008-ci ildə Bakı şəhərində anadan olmuş, atası Təqsirləndirilən şəxs, anası isə S.Ə.Qafarovadır. Cinayət işinin 3-cü cild 24-cü vərəqəsində olan AZ-İİİ seriyalı, № 642330 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X17 xx.xx.2015-ci ildə Bakı şəhərində anadan olmuş, atası Təqsirləndirilən şəxs, anası isə S.Ə.Qafarovadır. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsinin «Van Mexelen və başqalarının Niderlanda qarşı» işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən mili qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhs mili məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilibkeçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. B.Yusifavanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olubolmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPMnin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ictintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-nin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə qeyd edir ki, şəxsin əməlində bu və ya digər cinayətin tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə isə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Balakən Rayon Məhkəməsinin müraciətinə dair” 23 iyul 2021-ci il tarixli qərardadı). “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun: - 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. - 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. - 1.0.10-cu maddəsinə görə isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. - 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər kimi təsbit edildiyindən, narkotik vasitənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması dedikdə onun yaymaq məqsədi ilə əldə edilməsi, saxlanılması başa düşülməlidir. - 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahıları”na əsasən heroin Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitədir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahılar”a əsasən heroinin kütləsi 0,15 qram təşkil etdikdə - şəxsi istehlak miqdarından artıq miqdarda, 2 qram olduqda isə külli miqdarda narkotik vasitə hesab olunur. Beləliklə, təqsirləndirilən Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə zərərçəkmiş şəxslərin əmlakını ələ keçirərək təkrarən dələduzluq etmə cinayətini törətməsini qismən etiraf etsədə, satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan heroini əldə edib daşıma, saxlama və qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatını əldə etmə, saxlama və daşıma cinayətini törətməsini etiraf etməsə də, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin məhkəmə iclasında verdikləri ifadələri, cinayət işinə əlavə edilmiş şəxsi axtarışı, baxışı və götürməni özündə əks etdirən, məhkəmə istintaqı zamanı baxış keçirilmiş DVD disklərdə olan videogörüntülərlə, ekspert rəyləri və digər iş materialları ilə onun təqsirli olması tam sübuta yetirilmişdir. Sonuncunun əməlləri məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2, 228.1 və 234.1-1-ci maddələri ilə tövsif olunmalı və həmin maddələrin sanksiyası həddində cəzalanmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə zərərçəkmiş şəxslərin əmlakını ələ keçirərək təkrarən dələduzluq etməməsi, satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan heroini əldə edib daşıyaraq saxlamaması və qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatını əldə edib, saxlayaraq daşımaması barədə ifadələrini özünü müdafiə xarakterli vasitə kimi qiymətləndirir və iş üzrə mövcud olan sübutlarla təkzib edildiyini nəzərə alır. Belə ki, cinayət işinin materiallarında olan şəxsi axtarış, baxış və götürmə (1-ci cild, i/v 43-44, 47-48), şübhəli şəxsin izahatından (1-ci cild i/v 55-56), şübhəli və təqsirləndirilən şəxsin dindirmə (1-ci cild i/v 78-81, 88-91, 2-ci cild i/v 5-6, 16-17, 170-172, 3-cü cild, i/v 19- 21) protokollarından görünür ki, təqsirləndirilən şəxs məhkəməyədək istintaq dövründə dəfələrlə törətdiyi əməlləri tam etiraf edərək tərtib edilən sənədləri imzaları ilə təsdiq etmişdir. Həmçinin şübhəli şəxs qismində saxlanılarkən iş materialları ilə tanış olmuş, heç bir fiziki təzyiqə və zorakılığa məruz qalmadığını bildirmişdir. Bundan başqa məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs cinayət işinin 1-ci cild 27-ci vərəqində xx.xx.2023-cü il tarixli şübhəli şəxsə müdafiəçi seçmək hüququnun izah edilməsi haqqında, 31-ci vərəqində xx.xx.2023cü il tarixli vəkilin şübhəli şəxsə təqdim edilməsi haqqında, 60-cı vərəqində xx.xx.2023-cü il tarixli şübhəli şəxsin ekspertiza təyin olunmasına dair qərarla tanış edilməsi haqqında protokolda, 2-ci cild 1-2-ci vərəqlərində xx.xx.2022-ci il tarixli şübhəli şəxsə hüquq və vəzifələrinin izah edilməsi barədə bildirişdə, 3-cü vərəqində xx.xx.2022-ci il tarixli şübhəli şəxsə hüquq və vəzifələrinin izah olunması, hüquq və vəzifələri haqqında yazılı bildirişin verilməsi haqqında protokolda, 4-cü vərəqində xx.xx.2022-ci il tarixli etiraz edilə bilən şəxslərin soyadları və bu barədə digər məlumatların şübhəli şəxsə bildirilməsinə dair protokolda, 5-6-cı vərəqlərində olan xx.xx.2022-ci il tarixli şübhəli şəxsi dindirmə protokolda, 7-ci vərəqində olan xx.xx.2022-ci il təqsirləndirilən şəxsə müdafiəçinin təqdim olunması haqqında protokolda, 8-9-cu vərəqlərində olan xx.xx.2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərarda, 11-12-ci vərəqlərində olan xx.xx.2022-ci il tarixli təqsirləndirilən şəxsə hüquq və vəzifələrinin izah edilməsi haqqında bildirişdə, 13-cü vərəqində olan xx.xx.2022-ci il tarixli təqsirləndirilən şəxsə ittihamın elan edilməsi haqqında qərarın surətinin, onun hüquq və vəzifələrinə dair bildirişin verilməsi haqqında protokolda, 14-cü vərəqində olan xx.xx.2022-ci il tarixli bildirişdə, 15-ci vərəqində olan xx.xx.2022-ci il tarixli etiraz edilə bilən şəxslərin soyadları və bu barədə digər məlumatların təqsirləndirilən şəxsə bildirilməsinə dair protokolda, 3-cü cild 19-21-ci vərəqlərində xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxsin dindirmə protokolda, 63-cü vərəqində olan xx.xx.2023-cü il tarixli müdafiəçinin təqdim edilməsi haqqında protokolda, 68-ci vərəqində olan xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxsə ittihamın elan edilməsi, hüquq və vəzifələrinin izah edilməsi, təqsirləndirilməsi barədə cəlb etmə qərarının surətinin verilməsi haqqında protokolda imzaların ona məxsus olmamasını qətiyyətlə vurğulamışdır. Lakin məhkəmə tərəfindən müdafiəçinin vəsatəti əsasında keçirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 4/166 saylı məhkəmə - xətşünaslıq ekspertizasının rəyinə əsasən yuxarıda göstərilən bütün protokol və sənədlərdə olan imzaların sonuncu tərəfindən icra olunması öz təsdiqini tapmışdır. Bundan başqa məhkəmə iclasında baxış keçirilmiş şəxsi axtarış və götürməni özündə əks etdirən DVD diskdə olan video görüntülərdən də müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli gödəkcənin sol yan cibindən 1 ədəd şəffaf sellofan bükümdə içərisindən qəhvəyi rəngli toz halında, spesifik iyə malik maddəni təqdim edərək həmin maddənin “kakos” olduğini və xx.xx.2023-cü il tarixdə, saat 20 radələrində 8-ci km qəsəbəsindəki parkda yerdən taparaq üzərində saxladığını və həmin narkotik vasitədən istifadə etdyini bildirir (1-ci cild, i/v 43-44). Bundan başqa, məhkəmə iclasında baxış keçirilmiş baxış və götürməni özündə əks etdirən DVD diskdə olan video görüntülərdən də müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Nizami rayonu, Mikayıl Əliyev küçəsində olan qəbirstanlıqdan kol-kos yığılmış yeri göstərir və həmin yerə baxış keçirilərkən 1 ədəd parça bağlamaya bükülmüş ******* seriya nömrəli “Kalaşnikov” avtomat silah, həmin silahın yanında 1 ədəd daraq, darağın içində olan 9 ədəd patron aşkar edilir. Sonuncu həmin silahın “Kalaşnikov” markalı silah olduğunu, şəxsi istifadəsi üçün 2023-cü ilin fevral ayında dəqiq xatırlamadığı tarixdə tanımadığı şəxsdən 1500 manata aldığını və gələcəkdə istifadə etmək üçün M.Əliyev küçəsində yerləşən qəbiristanlıqda gizlətdiyini bildirir (1-ci cild, i/v 47-48). Bundan əlavə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında onu Nizami RPİ-nin 24-cü PB-nin əməkdaşları tərəfindən deyil, Nizami RPİ-nin 23-cü PŞ-nin əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixdə saxlandığını bildirsə də məhkəmə iclasında göstərdiyi faktlar öz təsdiqini tapmamışdır. Belə ki, Nizami RPİ-nin 24-cü PB-nin əməliyyat müvəkkili Şahid7 istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinin anten məlumatlarından müəyyən olunur ki, sonuncu xx.xx.2023-cü il tarixdə saat 09:12-dən saat 12:43-dək Bakı şəhəri, Nizami rayonunda, digər əməliyyat müvəkkili Şahid8 istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinin anten məlumatlarından müəyyən olunur ki, sonuncu xx.xx.2023-cü il tarixdə saat 11:30dan saat 13:13-dək Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 126 ünvanında olmuşdur. Məhkəmə əməliyyat müvəkkillərinin anten məlumatlarının hər hansı inzibati ərazi vahidi və ya onun bir hissəsində mövcud olan şanların əhatə dairəsinin müvafiq inzibati ərazi vahidinin sərhədləri ilə üst-üstə düşməməsinin olabiləcəyini qeyd edir (əsas xx.xx.2024-cü il tarixli Azercell”MMC-nin məktubu). Bundan əlavə məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında narkotik vasitə istifadə etməməsini bildirsə də, məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 ekspert komissiyasının xx.xx.2023-cü il tarixli, 3044 saylı rəyi ilə müəyyən olunmuşdur ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabiodlərdən istifadə etmə halları olub (2-ci cild, i/v 204-205). Məhkəmə həmçinin qeyd etmək istəyir ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs izahatında məhkəməyədək istintaq dövründə polis əməkdaşları tərəfindən ona qarşı qanunsuz hərəkət edilməsini bildirsə də, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasının məhkumun tibbi kitabçasının surətindən görünür ki, müayinə zamanı həbs edilmiş şəxs Təqsirləndirilən şəxs həbs olunmadan əvvəl zədə almadığını, şikayətinin olmadığı bildirir. Bundan başqa müəyyən edilmişdir ki, döyülmə faktı ilə bağlı Təqsirləndirilən şəxs müraciəti əsasında Bakı Şəhəri Nizami rayon prokurorluğunda araşdırılma aparılmış və xx.xx.2023-cü il tarixli qərara əsasən araşdırma zamanı cinayətin əlamətlərini özündə əks etdirən hadisə müəyyən edilmədiyindən toplanmış material üzrə AR CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Bununla da, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs tərəfindən məhkəmə iclasında verdiyi bu ifadələr cinayət məsuliyyətindən yaxa qurtarmaq üçün verilmişdir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il № 7 qərarında göstərilmişdir ki, məhkəmələrin nəzərinə çatdırılsın ki, dələduzluq cinayəti özgənin əmlakının təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Dələduzluq əmlaka olan hüququ ələ keçirmə formasında törədildikdə, cinayət təqsirkarın özgə əmlakına öz əmlakı kimi rəsmən (hüquqi əhəmiyyətli sənəd əsasında) sahib olmaq və onun üzərində sərəncam vermək imkanı əldə etdiyi andan, məsələn daşınmaz əmlaka mülkiyyət hüququ və yaxud qanuna görə qeydiyyat tələb olunduğu halda digər əmlaka hüquqlar qeydiyyata alındığı, müqavilənin bağlandığı, veksel üzərində köçürmə qeydinin (indossamentin) icra edildiyi andan, şəxsin əmlaka hüququnun tanınmasına dair məhkəmə qərarının qüvvəyə mindiyi gündən və yaxud digər səlahiyyətli orqan tərəfindən hüquq müəyyən edən aktın qəbul edildiyi vaxtdan başa çatmış hesab edilir. Məhkəmələrə izah edilsin ki, şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun. “Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 may 2005-ci il tarixli, 2 №-li qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, qanunvericilik Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinin dispozisiyasında sadalanan hərəkətlərin qanunsuz olaraq edilməsini nəzərdə tutur. Qanunsuzluq həmin hərəkətlərin «Xidməti və mülki silah haqqında» Qanunun və «Fərdi şəxslərin odlu silah əldə etməsi və saxlaması üzərində nəzarət haqqında» Avropa Konvensiyasının tələblərinin pozulması ilə yanaşı, «Xidməti və mülki silahın dövlət kadastrının aparılması Qaydası»nın,«Xarici dövlətlərin hüquqi şəxslərinin, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisində müvafiq olaraq xidməti və mülki silah əldə etməsi, saxlanılması və təyinatı üzrə istifadə etmə Qaydaları»nın, «Xidməti və mülki silahın Azərbaycan Respublikasına gətirilməsi və Azərbaycan Respublikasından aparılması Qaydaları»nın, «Azərbaycan Respublikasının ərazisində xidməti və mülki silahın satış Qaydaları»nın, «Xidməti və mülki silahın uçotu, saxlanılması, gəzdirilməsi, daşınması, göndərilməsi və təyinatı üzrə istifadə olunması Qaydaları»nın, «Silahın mühafizəsi ilə bağlı tələbləri»nin, «Mülki silahın kolleksiya edilməsi və ya onun sərgisinin keçirilməsi Qaydaları»nın, «Silahın geri alınması Qaydaları»nın və digər normativ aktların tələblərini pozmaqla törədilməsində ifadə olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların”prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin” Plenumunun” 04 mart 2011-ci il””tarixli 2 №-li qərarında göstərilmişdir ki, bəşəriyyəti düşündürən, cəmiyyətin ciddi bəlasına çevrilən, insan” cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran” narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq ən ağrılı problemlərdən biridir; Azərbaycan Respublikası narkotiklərin qanunsuz dövriyəsinə qarşı mübarizəni tənzimləyən beynəlxalq hüquq normalarını tam, hərtərəfli və sistemli şəkildə əks etdirən Birləşmiş Millətlər Təşkilatının Konvensiyalarına, o cümlədən 1972-ci il protokolu ilə edilmiş düzəlişlərlə “Narkotik vasitələrə dair 1961-ci il Vahid Konvensiyasına”, “Psixotrop maddələr haqqında” 1971-ci il Konvensiyasına və “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” 1988-ci il Konvensiyasına qoşulmaqla” bu cinayətlərə qarşı mübarizədə” öz üzərinə mühüm vəzifələr götürmüşdür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsinə əsasən təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək maddi ziyan vurmaqla dələduzluq cinayətini törətməsi – dörd min manatdan yeddi min”manatadək miqdarda cərimə və ya”bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş”ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 228.1-ci maddəsinə əsasən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə - iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 234.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə – üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna”ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti”iyirmi”ildən çox ola bilməz.”Cinayətlərin məcmusuna daxil olan cinayətlərdən birinə görə ömürlük azadlıqdan məhrum etmə növündə cəza və ya iyirmi il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edildikdə isə az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə qəti cəza təyin edilir. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilməsini, ailəli olmaqla himayəsində 2 uşağının olmasını, zərərçəkmiş şəxslərə vurulmuş ziyanının ödənilməsini, sonuncuların ona qarşı hər hansı şikayət, tələb və mülki iddiasının olmamasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs əməlində cinayətlərin təhlükəli residivi yaranmışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü və 83.3.4-cü maddələrinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə, ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluğu olmayan hesab edilir. Belə ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinərək həmin Məcəllənin 62.1-ci maddəsi tətbiq edilməklə 11 ay 27 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə, daha sonra Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə 3 ay 10 gün vaxtından əvvəl şərti azad olunmasına baxmayaraq 6 il keçmədən, yəni xx.xx.2023-cü il tarixdə yenidən qəsdən ağır cinayət törətmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 18.2-ci maddəsinə əsasən cinayətlərin residivi aşağıdakı hallarda təhlükəli sayılır: 18.2.1. qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda, 18.2.2. qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə. Məhkəmə həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olmasını cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, yüngülləşdirici və ağırlaşdırıcı halları, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, əvvəllər məhkum olunmasını və islah olunmamasını, təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2, 228.1 və 234.1-1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Yuxarıdakılara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2, 228.1 və 234.1-1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzlar qismən toplanılmaqla qəti cəza təyin edilməli və həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu xx.xx.2022-ci il tarixdən xx.xx.2022ci il tarixədək 01 (bir) gün müddət ona təyin ediləcək cəzadan çıxılmaqla onun üzərində qəti cəza saxlanılmalı və həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığı xx.xx.2023-cü il tarixdən faktiki olaraq məhdudlaşdırılması təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən həmin tarixdən hesablanmalıdır. Bundan başqa, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 ekspert komissiyasının xx.xx.2023-cü il tarixli, 3044 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır (2-ci cild, i/v 204-205). Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutlarla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanımış şəxsi axtarışın, baxış və götürmənin gedişatını əks etdirən 2 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə digər maddi sübut Bakı şəhəri Nizami RPİ-nin maddi sübutların saxlanma anbarında saxlanılan keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış kustar üsulla hazırlanmış 3,174 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə digər maddi sübut kimi tanınmış Azərbaycan Respublikası DİN-nin Təchizat İdarəsində saxlanılan 1 ədəd AK-74 markalı, 5,45 mm kalibrli, ******* nömrəli avtomat, 1 ədəd daraq və 9 ədəd 5,45x39 mm kalibrli patron hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilməli və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərcinin cəmi 180 (bir yüz səksən) manat sonuncudan tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 228.1 və 234.1-1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Şərh olunanlara və AzərbaycanRespublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə

HÖKMETDİ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2, 228.1 və 234.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, həmin Məcəllənin 178.2.2-ci maddəsi ilə 03 (üç) il 04 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, həmin Məcəllənin 228.1-ci maddəsi ilə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, həmin Məcəllənin 234.1-1-ci maddəsi ilə 05 (beş) il 04 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 07 (yeddi) il azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 16 dekabr 2022-ci il tarixdən 17 dekabr 2022-ci il tarixədək 01 (bir) gün müddət ona təyin ediləcək cəzadan çıxılaraq sonuncunun üzərində qəti olaraq 06 (altı) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 16 mart 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış 2 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış Bakı şəhəri Nizami RPİ-nin maddi sübutların saxlanma anbarında saxlanılan keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış kustar üsulla hazırlanmış 3,174 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Azərbaycan Respublikası DİN-nin Təchizat İdarəsində saxlanılan 1 ədəd AK-74 markalı, 5,45 mm kalibrli, ******* nömrəli avtomat, 1 ədəd daraq və 9 ədəd 5,45x39 mm kalibrli patron hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 180 (bir yüz səksən) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X4, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Hakimlər (sədrlik edən): Azər Tağıyev Elnur Nuriyev Kamran Muxtarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar