Məhkəmə qərarları › İş №1(101)-919/2020

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-919/2020

13.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-919/2020 13.10.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Samir İmamverdi oğlu (sədrlik edən), Hüseynov Cavid İbadulla oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə Məhkəmə iclasının katibi: Hüseynova Aytac Faiq qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə X2 məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin hüquqi varisi-mülki iddiaçı Dövlətov İbrahim Əli oğlunun Təqsirləndirilən şəxs müdafiəçisi: Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxxx 1993-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta-ixtisas təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Zeytunluq sovxozu 1, Abidə küçəsi 6 nömrəli evdə qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixdə saat 21 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Hovsan qəsəbəsi, Dənizkənarı küçəsi 68 nömrəli evdə yaşayan Zərərçəkmiş şəxs ilə görüşmək üçün həmin ünvana gələrək yaxınlıqdan keçən dəmir yolu xəttinin üzərində dayanaraq sonuncunu gözləyən tanışı Şahid2 ilə həmin yerdə rastlaşan zaman ona həmin ərazidə özünün «vəziyyətə baxdığını» və nə səbəbə qeyd olunan əraziyə gəlməsinə və yolunun üstündə durmasına görə öz iradını bildirərək onunla sözlə mübahisə etmiş, bu zaman yaşadığı ünvandan çıxaraq onlara yaxınlaşan Zərərçəkmiş şəxs gecə vaxtı onun yanına gəlmiş adamla nəyə görə mübahisə etməsini soruşduqda, yenə də həmin ərazidə özünün «vəziyyətə baxdığmı» bildirdikdə Zərərçəkmiş şəxs ona cavab qaytarmasını, habelə onunla mübahisə etməsini özü üçün qəbul edilməz hal hesab edib, qeyd edilənləri cüzi səbəb kimi bəhanə edərək spirtli içkinin təsiri altında öz şəxsiyyətini başqalarının şəxsiyyəti fövqündə qoyaraq öz üstünlüyünü sonuncuya nümayiş etdirməklə onu xuliqanlıq niyyəti ilə qəsdən öldürmək məqsədilə istintaqa məlum olmayan mənbədən əldə edib üzərində gəzdirdiyi istintaqa məlum olmayan bıçağı şalvarının cibindən çıxararaq sonuncuya çoxsaylı bıçaq zərbələri vuraraq sol bazunun deşilmişkəsilmiş yarası kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmanın əlamətlərinə aid, Ölümlə birbaşa səbəbli əlaqəsi olan döş qəfəsinin sol yan səthinin döş və qarın boşluğuna nüfuz edərək mədənin və diafraqmanm zədələnməsi ilə müşayiət olunan 2 ( iki) ədəd həm ümumilikdə, həm də ayrı-ayrılıqda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvufmamn əlamətlərinə malik deşilmiş-kəsilmiş yaralar yetirməklə Dövlətov İlkimİbrahim oğlunu xuliqanlıq niyyəti ilə qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək, ifadəsində göstərmişdir ki, o ünvan 1 nömrəli ünvanda atası, anası və bacısı ilə birlikdə yaşayır. Bir il olar ki, işləmir və 7 ildir boksla məşğuldur. Zərərçəkmiş şəxs uzun müddətdir ki, tanıyır və əvvəllər aralarında heç bir ədavət olmayıb. İlkin onun evinin yaxınlığında yaşayır. Şahid1 də iki il olar ki, tanıyır. Şahid2 isə ancaq hadisə baş verən gün görmüşdür. xx xxxxxx 2019-cu il tarixdə bayram olduğu üçün yarım litr araq içdikdən sonra, hava almaq üçün məhəlləyə çıxdı, gecə 12 olmamışdı. Küçədə məhəllə uşağı Şahid1 ilə qarşılaşdım Ramin adlı şəxs dəmiryolu xəttinin üzərində dayanmışdı. Ona yolun ortasında yox kənarda dayanmasını dedi. Ramin isə ona aqresiv şəkildə cavab verdi və dedi ki, “başqa yolla get, gərək bura ilə gedəsən”. Ramin ona İlkini gözlədiyini, İlkinin tanışı olduğunu demədi. Buna görə Raminlə mübahisələri yarandı. Cavid yaxınlaşıb onları sakitləşdirdikdə, bu vaxt Zərərçəkmiş şəxs yaşadığı evdən çıxıb onlara tərəf gəldi və ona onun yanıma gələn adama nəyə görə hörmətsizlik etdiyini soruşdu. İlkin də içkili idi. O İlkinə “Hörmətsizlik etmirəm, sən də içkilisən, mən də içkiliyəm bir-birimizi incitməyək, bayram günüdür” dedikdə, İlkin valideyinlərinin ünvanına nalayiq ifadələr işlətməyə başladı. Bu da ona pis təsir etdiyindən, hər ikisi içkili olduqları üçün səbrli davranmasına baxmayaraq, İlkin söyməyə davam etdi və ona bir neçə yumruq zərbəsi vurdu. Onun üzərində çaxır açmaq üçün olan vasitə ilə İlkinin qoluna xəsarət yetirdi. Ona daha sonradan zərbə endirib-endirmədiyi içkili olduğu üçün yadında deyil. Hadisədən sonra İlkin yaşadığı ev istiqamətində getdi. Cavidə dedi ki, onun telefonunda konturu yoxdur, təcili yardıma zəng vursun ki, İlkini müalicə etsinlər. Onun mərhum İlkini öldürmək niyyətində deyildi. Hadisədən sonra evə getdi, bıçağı isə tulladı. Törətdiyi əməldən peşmandır. Məhkəmə təqsirləndirilən şəxsin ifadəsinidinləyib, iş materiallarını araşdıb, işdə olan sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Məhkəmə Təqsirləndirilən şəxs mərhum Zərərçəkmiş şəxs öldürmək istəməməsinə dair verdiyi ifadəsi ilə məhkəmə iclasında şahid qismində dindirilmiş şəxslərin biri birinə, habelə işin faktiki hallarına uyğun olan ifadələri ilə təkzib olunduğundan, məhkəmə təqsirləndirilən şəxsin ifadəsinə tənqidi yanaşır və onun ifadəsini özünümüdafiə edilməsi kimi qiymətləndirir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş Dövlətov İbrahim Əli oğlu ifadəsində göstərmişdir ki, mərhum Zərərçəkmiş şəxs onun oğludur. İlkin arvadı və iki övladı ilə yaxınlıqlarında öz evində yaşayırdı. Oğlu İlkinin heç kimlə düşmənçiliyi və ədavəti olmayıb, heç kimə borclu qalmayıb. İlkin spirtli içki qəbul edir, siqaret çəkirdi, ancaq narkotik vasitə qəbul etmir, qumar oynamırdı. Təqsirləndirilən şəxs bir-iki ildir tanıyır, onunla düşmənçiliyi olmayıb. Hadisə yerində olan Ramin və Cavidi isə əvvəllər ümumiyyətlə tanımırdı. xx xxxxxx 2019-cu il tarixdə, yəni bayram günü axşam saatlarında digər oğlu İlqar qardaşı İlkingilə getmişdi və orada birlikdə bayramı qeyd edib spirtli içki qəbul etmişdilər. Saat 20 radələrində İlqar İlkinin uşaqlarını onlara gətirdi və təxminən 30 dəqiqədən sonra İlkinin uşaqlarını öz evlərinə apardı. Saat 21 radələrində öz evində olan zaman arvadı qışqıraraq dedi ki, İlkinin arvadı zəng edib ki, İlkinə nəsə olub. Arvadı ilə birlikdə oğlu İlkinin evinə getdikdə orada oğlu İlkini həyətdə üstü başı qanlı vəziyyətdə gördü. Nə baş verdiyini soruşanda İlkin heç nə demədi. Başa düşdü ki, demək istəmir ki, qardaşı İlqar bilsə, gedib kimdənsə qisas alar. Oğlu İlqar həkimə zəng etmişdi, ancaq İlkinin qanı çox axdığına görə onu özləri həkimə apardılar. Yolda o və oğlu İlqar İlkindən onu kimin və nəyə görə bıçaqladığını soruşsalar da, İlkin heç nə demədi. Oğlunu saat 11 radələrində xəstəxanada əməliyyata aldılar. Növbəti gün səhər saat 5 radələrində əməliyyat bitdi. Həkim bizə həyati təhlükəsi olduğunu demişdi. Səhər saat 10-da isə oğlu artıq dünyasını dəyişmişdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Hovsan qəsəbəsi, Dənizkənarı küçəsi nömrəsiz evdə ailə və valideynləri ilə birlikdə yaşayır. Böyük qardaşı Zərərçəkmiş şəxs ailəli idi və iki övladı var. Qardaşı ailəsi ilə birlikdə onun evinin yaxınlığında yaşayırdı. Qardaşı İlkinin heç kimlə düşmənçiliyi və ədavəti olmayıb. Təqsirləndirilən şəxs 3-4 ildir tanıyır. Əsgərin atası Mübarizi daha əvvəllərdən tanıyır və yaxşı münasibəti olub. Ramini də təxminən 1 il olar ki, tanıyır və münasibəti normal idi. xx xxxxxx 2019-cu il tarixdə, saat 18-19 radələrindən saat 20 radələrinə kimi qardaşı İlkingildə yeyib-içib birlikdə bayramı qeyd elədilər. Çörək yeyəndə Ramin qardaşı İlkinə bir neçə dəfə zəng gəldi. Növbəti zəngdə qardaşı telefonu açdı və Ramin onu çağırdı ki, gəl gedək çay içək. İlkin isə dedi ki, evdə qonağı var. Çörək yeyib qurtardıqdan sonra İlkinin övladlarını öz evinə qonaq apardı, təxminən 30 dəqiqə sonra uşaqları evlərinə qaytaranda gördü ki, İlkin evdə yatıb. Səs olmaması üçün uşaqları parka apardı. Parkdan çıxanda saat 21:25- də “WhatsApp” proqramı vasitəsi ilə qardaşı İlkini oyatması üçün yoldaşına yazdı və İlkinin yoldaşı isə cavab yazdı ki, İlkin çıxıb çölə. 5-10 dəqiqə sonra İlkin özü ona zəng edib dedi ki, «tez gəl, məni bıçaqlayıblar». Sonra tələsik qardaşı İlkingilə getdi və İlkini evin girəcəyində pilləkanlarda üst-başı qanlı vəziyyətdə gördü. Sol tərəfində enli 2 deşik yarası gördü, gözünün altı partlamışdı, qolunda isə çapıq var idi. Onu kimin vurduğunu soruşduqda, İlkin ona sonra deyəcəyini bildirdi. Bir qədər sonra ata və anası gəldi, sonra o təcili tibbi yardıma zəng etdi. Ancaq qanaxması çox olduğuna görə həkimi gözləməyib özü İlkini maşın ilə xəstəxanaya apardı. Hadisədən sonra o dəmiryolu tərəfdə idi, Təqsirləndirilən şəxs ona yaxınlaşdı. Əlində spirtli içki var idi, ondan nə baş verdiyini soruşduqda, o da ondan İlkini yaralayanın kim olduğunu bilib-bilmədiyini soruşdu. Əsgər isə ona “Mən desəm pis çıxar” dedi. İlkinin yaraları çox dərin idi və başa düşdü ki, o enli bıçaqla yaralanıb. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 Əliqasım qızı ifadəsində göstərmişdir ki, mərhum Zərərçəkmiş şəxs onun həyat yoldaşı idi. Beş ildir ki, Suraxanı rayonu, Hovsan qəsəbəsi, Dənizkənarı küçəsi 68 nömrəli evdə iki övladları ilə yaşayırdılar. Yoldaşı İlkin Hövsan qəsəbəsində dəmir sexi işlədirdi. Heç kimlə düşmənçiliyi yox idi. Hadisəni törədən Əsgəri tanımırdı, ancaq atası Mübarizi tanıyırdı. Ramin Baxşıyevi isə meyvə alıb-satmaqla məşğul olduğu üçün tanıyırdı. Yoldaşı İlkin qardaşı İlqarla xx xxxxxx 2019-cu il tarixdə, saat 18-dən saat 20 radələrinə onların evində oturub yeyib-içib bayramı qeyd etdilər. Saat 19 radələrində Ramin yoldaşına zəng edib bir yerdə oturub çörək yeməyi təklif etdi. Yoldaşı isə evdə qonağ olduğu üçün imtina etdi Qaynı İlqar uşaqları saat 20 radələrində özü ilə birlikdə yaxınlıqda yaşayan qaynatası gilə apardı. İlkin isə təzyiqi olduğu üçün yatmaq istədiyini dedi və getmədi. İlkin yatandan təxminən 30 dəqiqə sonra Ramin yenə İlkinə zəng edib onu bayramı qeyd etməyə çağırdı. İlkin Raminə dedi ki, qardaşı İlqar uşaqları aparıb atası gilə gəlsin, bir yerdə gələrlər. Təxmini 15-20 dəqiqə sonra İlqar uşaqları evə qaytardı, İlkinin yatdığını görüb uşaqları sakitçilik olsun deyə parka apardı. İlqar uşaqları parka aparandan sonra Ramin yenə zəng edib İlkini çağırdı və İlkin evdən çıxdı. O İlkini yola salandan sonra “WhatsApp”da İlqara sms yazdı ki, uşaqları gətirsin, İlkin çölə çıxıb. İlkin evdən çıxandan təxminən 10 dəqiqə sonra İlkin qışqıraraq onu çağırdığı üçün səsinə evin giriş qapısından çölə çıxdı. Çölə çıxanda İlkini həyətdə üstü-başı qanlı vəziyyətdə gördü. İlkin həyətdə “Ramin gəl mənə kömək elə hara gedirsən” deyirdi. İlkin əski gətirməyini istədi, evdən əski gətirməyə gedəndə İlkinə Ramin zəng etdi. Telefonu İlkinə verdi, o da Raminə “adam kişi olar, niyə məni qoyub getdin” dedi. Sonra İlkin qardaşı İlqara zəng edib bıçaqlandığını və tez gəlməsini dedi. O özü isə qayınatasina zəng edib çağırdı. Bir qədər sonra İlqar və qayınatası İbrahim gəldi, İlqar həkimə zəng elədi, ancaq gec gələcəyini fikirləşdiyi üçün İlkini İlqar öz maşını ilə xəstəxanaya apardı. Bir gün sonra İlkin xəstəxanada vəfat etdi. Yoldaşı ona onu Mübarizin oğlunun bıçaqladığını demişdi. Ancaq ona tapşırdı ki, heç kimə deməsin. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində göstərmişdir ki, 2014-cü ildən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA ETTB-nin Publik hüquqi şəxsi, Suraxanı rayon şöbəsinin rəisi vəzifəsində işləyir. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən bıçaqla qətlə yetirilməsi faktına görə Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə ibtidai istintaqı aparılan cinayət işi üzrə məhkəmə-tibbi ekspertizasının keçirilməsinə dair təyin olunmuş qərar əsasında məhkəmə-tibb eksperti olaraq mərhum Zərərçəkmiş şəxs müayinəsini aparmış və müayinə zamanı Zərərçəkmiş şəxs bədəni üzərində döş qəfəsinin sol yan səthinin 02 ədəd döş və qarın boşluğuna nüfuz edərək mədənin və diafraqmanın zədələnməsi ilə müşayiət olunan deşilmiş-kəsilmiş yaraları və sol bazunun 01 ədəd deşilmiş-kəsilmiş yarası xəsarətlərini aşkar etmişdir. Qeyd olunan xəsarətlərdən başqa mərhum Zərərçəkmiş şəxs bədəni üzərində hər hansı bir digər xəsarət və ya xəsarət izləri aşkar olunmamışdır. Zərərçəkmiş şəxs meyitinin müayinəsi zamanı sağ göz nahiyyəsində hər hansı bir xəsarət və ya xəsarət izləri aşkar olunmamışdır. Zərərçəkmiş şəxs adına 3 saylı şəhər kliniki xəstəxanasında tərtib olunmuş xəstəlik tarixində də bununla bağlı hər hansı bir qeydiyyat aparılmamışdır. Mərhumun ölümünə yuxanda qeyd etdiyi 2 ədəd daxilə nüfuz edən xəsarətlər səbəb olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, o mərhum Zərərçəkmiş şəxs 3 ilə yaxın idi tanıyırdı, onunla dostluq münasibətləri var idi. xx xxxxxx 2019-cu il tarixdə günorta vaxtı İlkinlə qəsəbədə görüşəndə axşam görüşüb birlikdə çay içmək üçün razılaşdılar. Axşam dayısıgilə bayram təbriki üçün gedən zaman evdən çıxanda, İlkinə zəng vurub birlikdə çay içmək üçün görüşməyi təklif etdi. İlkin razılaşdığı üçün onların evi istiqamətdə getdi. İlkingilin yaşadığı evin yaxınlığında dəmiryolu xəttinin üzərində olanda əvvəllər tanımadığı, təxminən 24-25 yaşlarında olan, sonradan adının Əsgər olduğunu öyrəndiyi şəxslə rastlaşdı. Əsgər ondan kimi gözlədiyini soruşduqda, o Əsgərə qonşuluqda yaşayan İlkini gözlədiyini bildirdi. İlkinin içkili vəziyyətdə olduğu hiss olunurdu və ona buralarda vəziyyətə onun baxdığını bildirdi. Bir qədər sonra qəsəbə sakini kimi tanıdığı, Cavid adlı şəxs yaxınlaşdı. Onların mübahisə etdiklərini düşünüb «bayram günüdür, qan-qaraçılıq olmasın» dedi. Həmin vaxt İlkin də qapıdan çıxdı, onlarla salamlaşdı. İlkin Əsgərə «mənim qapıma gələn qonağa niyə hörmətsizlik edirsən» dedi. Əsgərlə İlkin arasında söz-söhbət yarandı və Əsgər İlkinə qarşı nalayiq ifadələr işlətdi. Mərhum İlkin də Əsgəri əli ilə sinəsindən itələdi və dedi ki, «ayıbdır, yaşadığı evin qarşısında söyüş söymə». O Əsgərin əlini şalvarının belinə tərəf apardığını gördü və Əsgərin belindən bıçaq çıxaracağını düşünüb qorxdu və oradan qaçmağa başladı. Bir qədər sonra İlkinə zəng vurub vəziyyəti soruşanda, İlkin yaralı olduğunu dedi. Təxminən 5 dəqiqə sonra yenidən İlkinə zəng vuranda telefona oğlu cavab verdi, dedi ki, atası yaralıdır. Bir qədər sonra yenə İlkinin telefonuna zəng vuranda, telefona İlkinin yoldaşı cavab verdi və İlkinin yaralı olduğunu dedi. Daha sonra İlkinin qardaşı İlqar ona zəng vurub qardaşı İlkinin bıçaqlandığını dedi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, İkin Dövlətov və Təqsirləndirilən şəxs məhəllə sakini kimi tanımış və hər ikisi ilə normal münasibəti olmuşdur. xx xxxxxx 2019-cu il tarixdə, saat 21 radəiərində qardaşı Fuad ilə yaşadıqları evdə şam yeməyi yeyib qarşıdan gələn yeni ili qeyd etmək üçün spirtli içki qəbul etmiş, sonra isə hava almaq üçün məhəlləyə çıxmış və məhəllədə təsadüfən Təqsirləndirilən şəxs ilə rastlaşmışdır. Əsgərlə gəzişməyə başlayan vaxt, məhəllə uşaqlarını görüb onlarla bayramlaşmış və bundan sonra Əsgərin arxasınca dəmiryolu ilə getməyə başlamışdır. Zərərçəkmiş şəxs yaşadığı evə təxminən 50 metr qalmış dəmiryolunun üstündə əvvəllər tanıdığı və aralarında normal münasibətlər olan Ramin ilə Əsgərin yanma çatanda onların mübahisə etdiyini görmüşdür. Əsgər Raminə yolundan çəkilməsini bildirmiş və Ramin çəkilmədiyinə görə aralarında sözlə mübahisə yaranmışdır. Bayram günü olduğu üçün hər ikisini sakitləşdirməyə çalışırdı. Bu ərəfədə İlkin öz evi tərəfdən onlara tərəf gəldi. Saat təxminən 22 radələri olardı, İlkin onlara yaxınlaşdı və yüksək tonla Əsgərə «mənim tanışım ilə nə üçün evimin qabağında mübahisə edirsən» dedi. İlkin və Əsgər arasında mübahisə yarandı və İlkin qəflətən Əsgərin sinəsinə yumruq vurdu. O da üzü İlkinə tərəf durub onu geriyə çəkdi ki, onları aralasın. Əsgər isə onu kənara çəkdi və İlkin ilə dalaşmağa başladılar. Ramin isə qaçıb getdi. Əsgər İlkin ilə dalaşdıqdan sonra dediki «bir dəqiqə gözləyin, gedirəm qardaşımı çağıram». O İlkinin arxasıca gedib ona ehtiyac olmadığını, bayram günü olduğunu, söhbət uzanmamasını dedi. Əsgər isə öz evləri istiqamətində hərəkət etməyə başladı. O Raminlə İlkin arasında mübahisə başlayanda orada deyildi, sonradan gəldi, onlar sadəcə sözlə mübahisə edirdilər. Əsgərin isə İlkinə xəsarət yetirməsini görmədi, onları ancaq ayırmağa çalışırdı. Cinayət işində olan “şəxsin tutulması haqqında” xx xxxxxx 2020-ci il il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2020-ci il tarixli, 02 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşağıdakı xəsarətlər aşkar edilmişdir: döş qəfəsinin sol yan səthinin 2 (iki) ədəd döş və qarın boşluğuna nüfuz edərək, mədənin və diafraqmanın zədələnməsi ilə müşayiət olunan deşilmiş-kəsilmiş yaraları və sol bazunun 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası. Qeyd edilən xəsarətlər deşici-kəsici əşya (alət) təsirindən törənmişlər, qərarda göstərilən xx.xx.2019-cu il tarixdə əmələ gələ bilərdilər və dərəcələrinə görə canlı şəxslərdə mədənin və diafraqmanın zədələnməsi ilə müşayiət olunan döş qəfəsinin sol yarısının 2 ədəd deşilmiş-kəsilmiş yaralan həm ümumilikdə, həm də ayrı-ayrılıqda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmamn əlamətlərinə, sol bazunun deşilmiş-kəsilmiş yarası İsə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmanın əlamətlərinə malikdirlər. Mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb almış olduğu xəsarətlər nəticəsində inkişaf etmiş kəskin ürək-ağ ciyər çatışmamazlığı olmuşdur. Cinayət işində olan məhkəmə-tibbi bioloji ekspertizasının xx.xx.2020-cu il tarixli, 35/2020-MTBŞ nömrəli rəyindən görünür ki, zərərçəkmiş Zərərçəkmiş şəxs təqdim olunan şəxsiyyət vəsiqəsinin kserusurətinə əsasən qan qrupu - AB/İV/, Təqsirləndirilən şəxs təqdim olunan şəxsiyyət vəsiqəsinin kserusurətinə əsasən qan qrupu - O/İAdir. Ekspertizaya təqdim olunan Zərərçəkmiş şəxs məxsus gödəkçə, şalvar, kofta, Şahid1 məxsus şalvar üzərində və hadisə yerindən 03 pambıq tampona hopdurulmuş ləkələrdə insan qanı aşkar olunmuşdur. Tədqiq olunan qan ləkələrində qrup antigenləri və aqqlyutininləri ABO sistemi üzrə təyin olunduqda «A» və «B» antigenləri alınmışdır. Bu qan ləkələri AB/İV/ qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs məxsus ola bilər. Cinayət işində olan məhkəmə-tibbi kriminalistik ekspertizasının xx.xx.2020-ci il tarixli, 18- MTKŞ/2020 nömrəli rəyində göstərilmişdir: ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus gödəkçə və köynəyin ön səthinin sol yarsmın aşağı hissəsində 02 ədəd, sol qolunun arxa səthində 01 ədəd və gödəkçənin arxa səthinin sol yarısının aşağı hissəsində və gödəkçənin yalnız üst qatmı zədələyən deşilmiş-kəsilmiş zədələr aşkar olunmuşdur. Bu zədələr kafi itilikli ucu və ülgücü və Özünü kafi biruzə verən küpü olan yastı tiyə tipli deşicikəsici alətin (alətlərin) təsirindən əmələ gəlmişdirlər. Zərərçəkmiş şəxs məxsus gödəkçənin ön səthinin sol yarısının aşağı hissəsində 01 ədəd kəsilmiş zədə aşkar olundu. Bu zədə iti kənarı olan hər hansı bir kəsici alətin təsirindən əmələ gələ bilərdi. Zərərçəkmiş şəxs məxsus gödəkçə və köynəyin ön səthinin sol yarısının aşağı hissəsində aşkar edilmiş cəmi iki ədəd deşilmiş-kəsilmiş zədələr onun bədən səthinin döş qəfəsinin sol yan səthinin iki ədəd deşilmiş-kəsilmiş yarası ilə və gödəkçənin və köynəyin sol qolunun arxa səthinin yuxarı hissəsində olan bir ədəd deşilmiş-kəsilmiş zədə onun bədəninin sol bazunun bir ədəd deşilmiş-kəsilmiş yarası ilə yerləşməsinə görə nisi olaraq üst-üstə düşürlər. Zərərçəkmiş şəxs məxsus gödəkçənin arxa səthinin sol yarısının aşağı hissəsində, gödəkçənin yalnız üst qatmı zədələyən bir ədəd və gödəkçənin ön səthinin sol yarısının aşağı hissəsində bir ədəd kəsilmiş zədə var, bu zədələr onun bədəni üzərində öz əksini tapmamışdır, bu da yalnız gödəkçənin zədələnməsi ilə izah oluna bilər. Zərərçəkmiş şəxs məxsus gödəkçənin sol aşağı azad kənarında geniş yayılmış qan ləkələri vardır. Bu ləkələr qan mənbəyi ilə və ya qanlı səth iiə dinamik (hərəkətli) kontakt nəticəsində əmələ gəlmişlər, yaxma xarakterlidir. Bəzi ləkələr toxuma daxilinə hopmuşdur. Şalvarın bütün səthində fasiləli yerləşən, əsasən Ön yuxarı orta hissəsində və sol avağm aşağı hissəsində geniş sahədə qan ləkələri vardır. Bu ləkələr qan mənbəyi ilə (qanlı səth ilə) statik (hərəkətsiz) kontakt nəticəsində əmələ gəlmiş, sonra isə fiziki kapilarlıq faktoru üzrə səthə hopmuşdur. Köynək üzərində aşkar edilmiş qan ləkələri qan mənbəyi ilə (qanlı səth ilə) statik (hərəkətsiz) kontakt nəticəsində əmələ gəlmiş, sonra isə fiziki kapilarlıq faktoru üzrə səthə hopmuşdur.Şahid1 məxsus şalvarın ön sağ ayağının dizdən yuxarı hissədə, yan tikişinə yaxın və sol arxa cibin yuxarı hissəsində yerləşən qan ləkəsi qeyd olunur. Bu ləkə qan mənbəyi ilə və ya qanlı səthdə statik (hərəkətsiz) kontrakt nəticəsində əmələ gəlmişdir, yaxma xarakterlidir. Cinayət işində olan kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının xx.xx.2020-ci il tarixli, 187 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk edə və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində 'anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs ona ittiham olunan əməlindən sonra hər hansı psixi pozuntudan əziyyət çəkməmişdir. Təqsirləndirilən şəxs hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs hazırda öz hərəkətlərinin xaarkterini dərk etmək və onları idarə etmək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 21.3-cü maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs Mübäriz oğlu barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiqinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs intellektual- mnestik imkanları normaya uyğundur. Emosional-iradi sferasında, hərəkət və davranışım iradı olaraq tənzimləməsində; hər hansı bir dəyişiklik aşkar olunmur. Emosionallıq, kobudluq, çılğınlıq, hövsələsizlik kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs hadisə baş verən zaman psixi-emosional sferasında hirslilik yaranmış, həmin halın yaranması situasiya ilə; şərtləşmişdir. Müayinə gedişatında psixi-emosional vəziyyəti ilə əlaqədar şüurun daralması, intellektual imkanlarının enməsi halları müəyyən edilmədiyindən o, hadisə baş verən vaxt emosional halından, intellektual imkanlarından asılı olaraq öz hərəkətlərini tam dərk etmək, etdiyi hərəkətlərin mənasını və xarakterini anlamaq, hərəkət və davranışını tənzimləmək və onlara iradi nəzarət etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədərkən fizioloji affekt (qəflətən baş vermiş güclü ruhi həyəcan) halında olmamışdır. Məhkəmə iş üzrə sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması sübüta yetirilir və onun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəliliyini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin məcələnnin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin məcəllənin ümumi hissələrinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin məqsədi və motivini, təqsirkarın cinayətin törədilməsində rolunu, cinayətin içtimai təhlükəliliyini nəzərə alıb barəsində təqsirli bilindiyi cinayət qanununun normasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə ilə əlaqədar cəzanın seçilməsini və cəzasını tutulduğu vaxtdan, yəni xx xxxxxx 2020-ci il tarixdən hesablanmaqla, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini mümkün hesab edir. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrumetmə növündə cəza çəkmişsə ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşman olmasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsi ilə nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının CM-də dəyişikliklər edilməsi haqqında” xx.xx.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla ) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Cinayət işində olan zərərçəkmiş şəxsin hüquqi varisi Dövlətov İbrahim Əli oğlu tərəfindən yazılmış iddia ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ona vurduğu maddi və mənəvi zərərin əvəzi olaraq 215400 (iki yüz on beş min dörd yüz) manat məbləğində ziyanın Təqsirləndirilən şəxs tutularaq ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə verilmiş mülki iddianı müzakirə edib, iş üzrə təqdim edilmiş sübutlara məcmu halında tam və obyektiv hüquqi qiymət verərək, hesab edir ki, mülki iddia baxılmamış saxlanılmalıdır. Belə ki, iddia ərizəsinə əlavə olunmuş sənədlərdən görünür ki, sənədlər əslləri deyildir və notarial qaydada təsdiq olunmamışdır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Həmin Məcəllənin 354.1-ci maddəsinə əsasən məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq iddianın tam və ya qismən təmin edilməsi, iddianın rədd edilməsi və iddianın baxılmamış saxlanması barədə qərarlardan biri əks etdirilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 89.3 maddəsinə əsasən məhkəməyə lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübutlar olan və Suraxanı rayon prokurorluğunda saxlanılan zərərçəkmiş Zərərçəkmiş şəxs əynində olan gödəkçə, şalvar və kofta, Təqsirləndirilən şəxs əynində olan kofta və şalvar hökm qanuni qüvvəyə mindikdən sonra müsadirə olunaraq, dəyərləri olmadığı və eyni zamanda geri qaytarılması barədə vəsatət olmadığı üçün məhv edilməlidir. İş üzrə məhkəmə məsrəfləri yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib, 17 (on yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübutlar olan və Suraxanı rayon prokurorluğunda saxlanılan zərərçəkmiş Zərərçəkmiş şəxs əynində olan gödəkçə, şalvar və kofta, Təqsirləndirilən şəxs əynində olan kofta və şalvar hökm qanuni qüvvəyə mindikdən sonra müsadirə olunaraq dəyərləri olmadığı və eyni zamanda geri qaytarılması barədə vəsatət olmadığı üçün məhv edilsin. Dövlətov İbrahim Əli oğlu tərəfindən verilmiş mülki iddia ərizəsi baxılmamış saxlanılsın. Hökmdən 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasi protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar