Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-919/2022 17.05.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hacıyev Siyavuş Həbib oğlu (sədrlik edən), Salmanov Rahib Vaqif oğlu və Ağalarov Mahmud Muradxan oğlundan ibarət tərkibdə məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs və tərcüməçi X3 iştirakı ilə, 5 iyun 1979-cu ildə Ağsu rayonu, Kəndoba kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Ağsu rayonu, Kəndoba kəndində qeydiyyatda olan, Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsində yerləşən müxtəlif evlərdə kirayədə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq etməklə bağlı basqın edib quldurluq etmişdir; belə ki, o, özgənin əmlakını ələ keçirmək məqsədilə 13 oktyabr 2021 -ci il tarixdə saat 23 radələrində Zərərçəkmiş şəxs izləyərək Bakı şəhəri, Nizami rayonu B.Nuriyev küçəsi, 17 nömrəli binanın 1 saylı blokunun girişində sonuncunun əlində tutduğu əl çantasını yerə qoyaraq pişiklərə yem verməsini görüb Zərərçəkmiş şəxsə yaxınlaşaraq əvvəlcə yumruq zərbəsi ilə hücuma məruz qalmış Zərərçəkmiş şəxsin sifət nahiyəsindən vurduqdan sonra qəsdən əlləri ilə itələyərək sonuncunu blokun giriş hissəsinin divarına çırpıb sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid olan sağ gözaltı nahiyənin əzilmiş yarası, sağ gözaltı və sol almacıq ətrafı nahiyələrin hematomasından ibarət xəsarətlər yetirərək həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın edib həmin vaxt Zərərçəkmiş şəxsin yerə qoyduğu içərisində 100 manat nağd pul olan 5 manat dəyərində əl çantasını götürüb ələ keçirməklə quldurluq etmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilir. Azərbaycan Respublikasının CPM-in 143-145-ci maddələrinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir; hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir; məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri iş üzrə sübut növləri kimi qəbul edir. Təqsirləndirilən şəxs məhkəmə zamanı özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə təqsirli bilməyərək göstərmişdir ki, Zərərçəkmiş şəxsi tanımamış, onunla ünisiyyəti olmamış, 13 oktyabr 2021-ci il tarixdə saat 23 radələrində Zərərçəkmiş şəxs izləməmiş, sonuncunun yaşadığı Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, 17 nömrəli binanın 1 saylı blokunun girişinə qədər getməmiş, Zərərçəkmiş şəxsə qarşı zor tətbiq etməmiş və onun əmlakını ələ keçirməmişdir, ümumiyyətlə qeyd edilən tarixdə və vaxtda o, tamamilə başqa yerdə olmuşdur; Zərərçəkmiş şəxsə qarşı kim tərəfindən quldurluq edildiyini bilmir, ibtidai istintaq zamanı verdiyi ifadələrini oxumadan imza etmişdir və hazırda təsdiq etmir. Təqsirlənirilən şəxs Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmə zamanı elan olunaraq tədqiq edilmiş ifadəsində göstərmişdir ki, ailə üzvləri Ağsu rayonu, Kəndoba kəndində yaşasalarda o, bir müddətdir ki, Bakı şəhərinə işləmək üçün gəlmişdir. Əvəllər müxtəlif fərdi işlərdə işləsə də, son vaxtlarda işsiz qaldığından maddi vəziyyəti pis olduğu üçün, dolanışığını təmin etməyə görə hər hansı bir cinayət törədib maddi gəlir əldə etmək qərarına gəlmişdir. Buna görə də 13 oktyabr 2021-ci il tarixdə tək olmaqla Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən adını xatırlamadığı kafelərdən birinə gedib yemək yeyib spirtli içki qəbul etdikdən sonra, həmin kafedən çıxaraq mağazaya daxil olub 1 ədəd banka qabda olan pivə spirtli içkisi alaraq Nizami rayon ərazisində yerləşən Heydər Əliyev adına parka getmişdir. O, parkda olarkən oturacaqların birində oturub küçə pişiklərini yemləyən bir nəfər rus miliyyətindən olan yaşlı qadının olmasını görmüşdür. Həmin qadının əlində əl çantası olması onda maraq yaratmış və düşünmüşdür ki, həmin çantanın içərisində nağd pul vardır. O, həmin qadına yaxınlşaraq onunla söhbət etməyə cəhd etmişdir. Lakin o, rus miliyyətindən olduğu üçün rus dilində yaxşı danışa bilmədiyi üçün onlar bir-birilərini başa düşmürdülər. Qadın pişikləri yemlədikdən sonra oturacaqdan duraraq Bəhruz Nuriyev küçəsi istiqamətinə piyada yavaş addımlarla getməyə başlamış, o isə həmin qadının əlində olan çantanı ondan almaq məqsədi ilə onu təqib etməyə başlamışdır. Rus milliyətindən olan qadın Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, 17 saylı binanın 1-ci blokun yaxınlığında çantasını yerə qoyub blokun qarşısındakı pişiyə yem vermək üçün əyilmişdir. Bu zaman o, arxadan həmin qadına yaxınlaşarkən həmin qadın ona tərəf çevriləndə yumruqla onun sifətinə vurub daha sonra onu divara çırpmışdır. Daha sonra yerdə olan əl çantasını götürüb qaçaraq oradan uzaqlaşmışdır. Bir qədər getdikdən sonra çantanı açıb içərisində 100 manat nağd pul olduğunu görmüşdür. Başqa heç bir pul, əşya və sənəd olmamışdır. O, piyada gedərkən həmin çantaya ehtiyacı olmadığından zibilxanaların birinə tullamışdır. 100 manat nağd pulu isə öz ehtiyaclarına xərcləmişdir. 30 oktyabr 2021-ci il tarixdə ünvan 1 ünvanın yaxınlığında piyada gəzərkən iki nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olmalarını bildirmişlər və onu 24-cü polis şöbəsinə dəvət etmişlər. O, heç bir etiraz etmədən polis əməkdaşları ilə birlikdə 24-cü PŞ-nə getmiş və orada törətdiyi cinayət əməli barədə geniş məlumat vermişdir. Həmin rus qadın da polis şöbəsində olmuşdur. Həmin qadın onu orada görüb tanımış və həmin ona qarşı cinayət hadisəsi törədən şəxs olmasını bildirmişdir. Məhkəmə zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs Sergeyevana ifadə verərək göstərmişdir ki, təqaüdçüdür, ünvan 2 ünvanınada tək yaşayır, 13.10.2021-ci il tarixdə 23 radələrində yaşadığı B.Nuriyev 17 ünvanının yaxınlığında olan Heydər Əliyev adına olan parka gedərək parkda olan pişikləri yemləyirmiş; hər gün müxtəlif saatlarda parka gedərək həm təmiz hava alır, həm də çöldə gəzən pişiklərə yemək verir, 13.10.2021-ci il tarixdə saat 23 radələrində parkda pişikləri yemləyərkən 1 nəfər tanımadığı şəxsin onun yanındakı skamyada oturduğunu görmüş, həmin şəxs oturduğu yerdən qalxıb onun oturduğu skamyada oturaraq ondan rus dilində hal-əhval tutmağa başlamış, lakin həmin şəxs rus dilində güclə danışdığı üçün onu başa düşməmişdir; o, parkda təxminən 30 dəqiqə pişikləri yemlədikdən sonra ayağa durub yaşadığı B.Nuriyev 17 ünvanına tərəf getmiş; yaşadığı 1-ci blokun qarşısına çatdıqda, binanın girişində pişik görmüş və əlindəki çantanı və sellofan torbanı yerə qoyub pişiyə yemək verdikdən sonra bir nəfər şəxsin ona arxadan yaxınlaşdığı hiss etmişdir. O geri döndükdə həmin şəxs onu yumruqla vuraraq, daha sonra onu tutub divara çırpmış, o, yerə yıxılmış, lakin özünü itirməyib geri dönüb baxdıqda həmin şəxsin qaçdığını görmüş, qaçan zaman sonunsu onun yerə qoyduğu əl çantasını da özü ilə götürmüş, əl çantasının içərisində 100 manat pul olmuş, həmin şəxsin arxasınca iti addımlarla 5-ci bloka qədər getmiş, lakin həmin şəxsin hara getdiyini görmədiyi üçün onun 5-ci bloka girdiyini zənn edib, həmin bloka girərək 5-ci mərtəbəyə qədər qalxmış, lakin orada olmadığını görüb aşağı düşmüş, ağzı və burnu qan içində olduğu üçün ona kömək etməsi üçün yaşadığı binanın yaxınlığındakı binada yaşayan rəfiqəsi Svetlananın evinə getmiş, dir. Onun evinə çatdıqda başına gələnləri danışmışdır; Svetlana dərhal 103 təcili tibbi yardım xidmətinə zəng edərək bu barədə məlumat vermiş, daha sonra DİN-in 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermiş, təcili tibbi yardım briqadası onu “Leyla Şıxlinskaya” adına xəstəxanaya aparmış, tibbi yardım göstərildikdən sonra sağ gözünün altına tikiş qoyulmuşdur. Həmin gün onu xəstəxanadan buraxmışlar və o yaşadığı B.Nuriyev küçəsi - 17 ünvanına qayıtmış, 30 oktyabr 2021-ci il tarixdə polis əməkdaşları onu 24-cü PŞ-nə dəvət etdiklərində bir nəfəri göstərib ona qarşı cinayət törətmiş şəxsin həmin şəxs olubolmadığını soruşduqlarında, həmin şəxsin ona qarşı cinayət törətmiş şəxs olduğunu bildirmişdir; ona vurulmuş ziyan ödənilsə də Təqsirləndirilən şəxs qarşı şikayətçidir, sonuncu ilə barışmamışdır. Məhkəmə zamanı şahid qismində dindirilmiş Şahid Yuryevna ifadə verərək göstərmişdir ki, ünvan 3 ünvanında qeydiyyatda olsa da ünvan 4ir işlə məşğul deyil, evdar qadındır, 13.10.2021-ci il tarixdə saat 23 radələrində uzun müddət onunla qonşu olan Zərərçəkmiş şəxs qapını döydüyünü görüb qapını açmış, qapını açıdqda sonuncunun üzünün qan içində olduğunu, gözünün alt hissəsinin cırıldığını görüb nə olduğunu soruşmuş, Zərərçəkmiş şəxs cavabında yaşadığı B.Nuriyev küçəsindəki 17 №-li evin qarşısında olarkən binanın qarşısında pişik görüb əlində olan çantasını yerə qoyub pişiyə yemək vermək üçün əyildiyini, yemək verib qurtardıqdan sonra isə ayağa qalxdıqda bir nəfər şəxsin ona yaxınlaşaraq yumruqla sifət nahiyəsinə vurduqdan sonra onu binanın giriş divarına çırpdığını, daha sonra yerdə olan çantasını götürərək hadisə yerindən qaçdığını bildirmişdir. Zərərçəkmiş şəxs çantasında nə olduğunu soruşduqda çantada 100 manat pul olduğunu bildirmişdir; Zərərçəkmiş şəxsnmın sifətindəki qanı bir qədər təmizlədikdən sonra onun vəziyyətinin yaxşı olmadığını görmüş və dərhal 103 təcili tibbi yardım xdmətinə zəng vuraraq məlumat vermişdir, bundan sonra DİN-in 102 xidmətinə zəng vuraraq hadisə barədə məlumat vermiş, təcili tibbi yardım xidmətinin əməkdaşları gəlib Zərərçəkmiş şəxs ilk tibbi yardım göstərdikdən sonra onu xəstəxanaya aparmışlar. İşdə olan 09 mart 2022-ci il üzləşdirmə protokolundan görünür ki, 09 mart 2022-ci il tarixdə Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında aparılmış üzləşdirmə zamanı Zərərçəkmiş şəxs istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdirr (1-ci cild iş vərəqi 189- 192). İşdə olan 26 yanvar 2022-ci il tarixli ifadənin yerində yoxlanılması haqqında protkoldan görünür ki, Təqsirləndirilən şəxs bildirmişdir ki, 13 oktyabr 2021 -ci il tarixdə saat 23 radələrində özgənin əmlakını ələ keçirmək məqsədi ilə ünvan 5 ünvanında saat 23 radələrində Zərərçəkmiş şəxs binanın giriş divarına zərblə çırpdıqdan sonra içərisində 100 manat pul olan əl çantasını götürərək hadisə yerindən qaçıb getmişdir; İfadənin yerində yoxlanması zamanı Təqsirləndirilən şəxs zərərçəkəni vurduğu yeri sərbəst şəkildə göstərib təsvir etmişdir. Təqsirləndirilən şəxs ifadəsində göstərilənləri hadisə yerində göstərməklə bir daha təsdiq etmişdir (1-ci cild iş vərəqi 128-129). İşdə olan məhkəmə-tibb ekspertiza üzrə 1 noyabr 2021-ci il tarixli 912 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs sağ gözaltı nahiyənin əzilmiş yarası, sağ gözaltı və sol almacıq ətrafı nahiyələrinin hematomaları - bərk küt əşyanın (əşyaların( təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni 13.102021 -ci il tarixdə kənar şəxs tərəfindən vurulması nəticəsində yaranmaları istisna olunmur, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər (1-ci cild iş vərəqi 60-62). İşdə olan 14 oktyabr 2021-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisə ünvan 5 saylı 5 mərtəbəli yaşayış binasının 1-ci blokunun qarşısında baş vermişdir (1-ci cil iş vaərəqi 12-13) İşdə olan 31 oktyabr 2021-ci il tarixli götürmə və baxış keçirilməsi haqqında protokoldan görünür ki, 31 oktyabr 2021-ci il tarixdə Nizami RPİ-nin 24-cu PŞ-nin təhqiqatçısı polis kapitanı Hüseyn Quliyev tərəfindən HK-1/3013 saylı material üzrə Təqsirləndirilən şəxs spirtli içki almaq üçün Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsində yerləşən girdiyi “NV” marketdən video görüntülər götürülmüşdür. Götürülmüş video görüntüyə Nizami RPİ-nin 24-cu PŞ-nin təhqiqatçısı polis kapitanı Hüseyn Quliyev tərəfindən baxış keçirilərkən 13.10.2021-ci il tarixdə təxminən 165-175 sm boylarında kişi cinsinə mənsub, dolu bədən quruluşlu, seyrək saçları və üzərində qara rəngli gödəkçə, boz cins şalvar, qara rəngli idman ayaqqabısı olan bir nəfər şəxsin mağazadan spirtli içki aldığı müəyyən edilmişdir (1-ci cild iş vərəqi 41) İşdə olan ambulator məhkəmə-psixiatrik ekspertiza üzrə 19 noyabr 2021-ci il tarixli 2724 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işinin materialları, həmin cinayət işindəki anamnestik məlumatlar və hal-hazırki psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törədən zaman öz əməliinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hər hansı psixi xəstəliyin əlamətləri müəyyən edilmir, barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 21-ci maddəsinin təsiri altına düşmür (1-ci cild iş vərəqi 108-110). İşdə olan videogörüntüyə baxış keçirilməsi haqqında 1 noyabr 2021-ci il tarixli protokoldan görünür ki, 01.11.2021-ci il tarixdə 1 ədəd «DVD» diskə yazılmış videoçəkilişə Nizami Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin inzibati binasının xidməti otağında Azərbaycan Respublikası CM-in 180.2.4-cü maddəsi ilə Təqsirləndirilən şəxs və onun müdafiəçisi X1 iştirakları ilə baxış keçirilmişdir. DVD diskdə 1 ədəd videogörüntü vardır. Videogörüntü 2 dəqiqə 34 saniyə davam edir. Videogörüntünün 1-ci saniyəsində 13 oktyabr 2021-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev 29 ünavnında yerləşən “NV” marketə 1 nəfər 165-175 sm boylarında kişi cinsinə mənsub, dolu bədən quruluşlu, seyrək saşları və üzərində qara rəngli gödəkçə, boz cins şalvar, qara rəngli idman ayaqqabısı olan bir nəfər şəxsin mağazaya daxil olduqdan bir neçə dəqiqə sonra üzərində “Xırdalan’' sözləri yazılan soyuducudan spirtli içki götürüb pulunu ödədikdən sonra marketdən çıxdığı müəyyən edilmişdir. 1 ədəd DVD diskində yazılmış videogörüntülər cinayət təqibi üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmışdır (1-ci cild iş vərəqi 77). İşdə olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış 15 noyabr 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs 17.04.2009-cu il tarixdə Rusiya Federasiyası CM-in 135-ci maddəsinə əsasən Moskva şəhəri Preobrajenski rayon məhkəməsinin hökmü ilə 02 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bundan əlavə Qax rayon məhkəməsinin 2 iyul 2013-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 177.2.3-cü və 69.4-cü maddələrinə əsasən 2500 manat cərimə cəzası təyin dilmişdir; Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 29,177.2.3-cü maddəsinə əəsasən 5 il müddətə azadlıqdan məhrum etmə cəzası və 2.500 manat cərimə cəzası təyin edilmişdir; Ağsu rayon Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarına əsasən 06.05.2016-cı il tarixli qanunun tətbiqi ilə əlaəqdar Qax rayon Məhkəməsinin 2 iyul 2013-cü il tarili hökmü ilə təyin edilmiş 2.500 manat cərimə cəzasında azad edilmişdir; Bakı Apellyasiya Məhkəməsinin 28 mart 2019-cu il tarixli qərarına əsasən cəzası 3 il 7 ay 11 gün azadlıqdan məhrum etmə cəzasına endirilmişdir; 1 oktyabr 2019-cu il tarixdə cəzasının sonu ilə azad olunmuşdur; Bakı Ağır Cinayətlər Məhkəməsi 24 iyun 2016-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 29, 180.2.3, 67.1, 68.2-ci maddələri ilə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına və 2500 manat cərimə cəzasını məhkum edilmişdir; Ağsu rayon məhkəməsinin 27.07.2016-cı il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinə dəyişiklik edilməsi haqqında 06.05.2016-cı il tarixli qanunun tətbiqi ilə əlaqədar Qax rayon məhkəməsinin 02.07.2013-cü il tarixli hökmü ilə CM-in 177.2.3, 69,4-cü maddələri ilə təyin edilmiş 2500 manat cərimə cəzasından azad edilib və həmin maddəyə əsasən məhkumluğu olmayan şəxs hesab edilmişdir; Bakı Apellyasiya Məhkəməsinin 28.03.2019-cu il tarixli qərarı ilə 03 il 07 ay 11 gün azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. 01.10.2019-cu il tarixdə cəzasının sonu ilə azad olunmuşdur (1-ci cild iş vərəqi 104-106). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə növündə cəzanın çəkilib qurtardığı gündən iki il keçdikdə məhkumluq ödənilir. Cinayətlərin təsnifatına görə Təqsirləndirilən şəxs sonuncu məhkumluğu üzrə Azərbaycan Respublikası CM-in 29, 180.2.3-cü maddələri az ağır cinayətlər kateqoriyasına daxildir. Təqsirləndirilən şəxs hazırki iş üzrə cinayət əməlini 13 oktyabr 2021-ci il tarixdə törətmişdir. Təqsirləndirilən şəxs əvvəllər qəsdən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduğundan və cəzasını çəkib qurtardığı gündən, 01.10.2019-cu il tarixdən iki ildən çox vaxt, yəni 2 il 13 gün keçdiyindən məhkumluğu ödənilmişdir. İşdə olan 30 oktyabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 30 oktyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (1-ci cild iş vərəqi 50). İşdə olan Bakı şəhəri Nizami rayon Məhkəməsinin 1 noyabr 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 (üç) ay müddətinə həbs qətimkan tədbirinin seçilmiş, həbsin əvvəli 30 oktyabr 2021-ci il tarixdən hesablanmışdır (1-ci cild iş vərəqi 85-87). Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələblərinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. İş üzrə təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin ifadələrinə, ekspert rəylərinə, iş üzrə toplanmış digər sübutların məcmusuna əsasən Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq etməklə bağlı basqın edib quldurluq etməsi təsdiqini tapmışdır. Qeyd olunan sübutlara əsaslanmaqla məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi özünü müdafiə xarakteri daşıyır, işin faktiki hallarına uyğun gəlmir, törətdiyi cinayət əməlinə görə məsuliyyətini yüngülləşdirmək məqsədi daşıyır, ibtidai stintaq zamanı verdiyi ifadəsi işin faktiki hallarına daha uyğun gəlir. Beləliklə, məhkəmə toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 181.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və məhkəmə zamanı tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası CM-in 181.1-ci maddəsinin sankisyasında dörd ildən səkkiz ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası CM-in 181.1-ci maddəsi ağır cinayətlər kateqoriyasına daxildir. Azərbaycan Respublikası CM-in 15.4-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur.http://eqanun.az/alpidata/code/data/0/c_c_11.htm “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli 1 №-li qərarının 23-cü bəndinə əsasən CM-in 181.1-ci maddəsində «həyat və sağlamlıq üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi hədəsi hücuma məruz qalmış şəxsi (şəxsləri) öldürməklə, sağlamlığına zərər vurmaqla, onlara işgəncə verməklə və bu kimi psixi təsirləri ehtiva edir. Belə hədə həm sözlərlə, həm də hərəkətlərlə (məsələn zərərçəkmişin boğazına kəndir keçirməklə və s.) ifadə oluna bilər; Həyat və sağlamlıq üçün təhlükəli zorakılıq (CM-in 181-ci maddəsi) dedikdə, elə zorakılıq başa düşülməlidir ki, təqsirkarın hərəkətləri zərərçəkmişə ağır, az ağır zərər vurma, həmçinin sağlamlığın qısa müddət pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş sağlamlığa yüngül zərər vurma ilə nəticələnmiş olsun; özgənin əmlakını ələ keçirmək məqsədilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı basqın o zaman CM-in 181.1-ci maddəsi ilə tövsif edilir ki, zərərçəkmişin sağlamlığına zərər yetirilməsə də, basqın anında onun həyatı və ya sağlamlığı üçün real təhlükə yaranmış olsun; quldurluq basqını nəticəsində zərərçəkmişin sağlamlığına qəsdən yüngül və ya az ağır zərər yetirilərsə, həmin əməl quldurluq cinayətinin tərkibi ilə əhatə olunur və əməlin əlavə olaraq CM-in 127, 128-ci maddələri ilə də tövsif edilməsi tələb olunmur. Belə halda, CM-in 181.2, 181.3-cü maddələrində nəzərdə tutulmuş ağırlaşdırıcı hallar mövcud deyildirsə, əməl CM-in 181.1-ci maddəsi ilə tövsif edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1-ci maddəsində nəzərdə tutulan cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Belə ki, həmin Məcəllənin 8-ci maddəsinin tələbinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət - hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə kollegiyası işin hallarına əsasən, Azərbaycan Respublikası CM-in tələblərinə riayət etməklə, ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsinə və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqla preventiv rol oynamasını və təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə kollegiyası xüsusilə vurğulayır ki, qanuni əsaslandırılmış və ədalətli cəzanın təyin edilməsi cinayətkarlıqla mübarizə aparılması və hüquq qaydalarının möhkəmləndirilməsi üçün vacib vasitə olmaqla, lazımi cəzalandırma tədbirini təmin edir. Məhkumun islah edilməsi - cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumun yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyillərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası CM-in 8 və 9-cu maddələrinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza ədalət və humanizm prinsiplərinə əsaslanaraq, hər bir halda zərər çəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Təsadüfi deyil ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə kollegiyası istinad edilən qanunvericilik nomalarını əsas tutaraq qeyd edir ki, təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti, təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri də nəzərə alınmalıdır. Qeyd etmək lazımdır ki, ədalətli cəzanın təyin edilməsi ilk növbədə cəzanın məqsədlərinə, yəni ədalətin bərpasına və məhkumun islah olunmasına nail olmaq sahəsində mühüm vasitədir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1-ci maddəsində nəzərdə tutulan cəzanı yüngülləşdirən və Cinayət Məcəlləsinin 61.1-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmamasını, təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, onun cəza çəkmədən islah olunmasını mümkün saymır, törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-in 181.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməyi cəzanın məqsədlərinə uyğun hesab edir. Azərbaycan Respublikası CM-in 60.1-ci maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 59.1.8, 59.1.10-59.1.13-cü maddələrində tutulan cəzasını yüngülləşdirən halların olmaması səbəbindən Cinayət Məcəlləsinin 60-cı maddəsinin tələblərinin tətbiq edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsində birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalıdır. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi plenumunun 30 mart 2006-cı il tarixli 5 saylı qərarının 15-ci bəndində göstərilir ki, «İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır». Məhkəmə Avropa Məhkəməsinin hüquqi mövqeyini və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsini əsas tutaraq hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı 30 oktyabr 2021-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinin tələblərinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələri müəyyən edilir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, onun cəza çəkmədən islah olunmasını mümkün saymır, törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-in 181.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməyi, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəzaçəkməsinin başlanğıcının 30 oktyabr 2021-ci il tarixdən hesablanmasını və həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzanı ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməsini cəzanın məqsədlərinə uyğun hesab edir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CMin 62 və 70-ci maddələrinin tətbiqinə əsas görmür. Məhkəmə kollegiyası hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının CM-in 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Azərbaycan Respublikasının CM-in 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının CPM-in 132.0.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. İş üzrə maddi sübutlar yoxdur. İş üzrə ekspertiza xərci yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkminləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli sərəncamının, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 65-ci maddəsinə əsasən məhkəmənin məhkum etdiyi hər bir şəxsin öz barəsində çıxarılmış hökmə qanunla nəzərdə tutulan qaydada yuxarı məhkəmədə yenidən baxılması, habelə özünün əfv edilməsi və cəzasının yüngülləşdirilməsi haqqında müraciət etmək hüququ vardır. Məhkəmə gəldiyi nəticələri “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 345-349, 351-353, 356, 358, 383-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinsin və ona 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı 30 oktyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İş üzrə maddi sübutların və ekspertiza xərclərinin olmaması nəzərə alınsın. Hökmdən Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə elan olunduğu andan, həbsdə saxlanılan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Siyavuş Hacıyev hakimlər: Rahib Salmanov Mahmud Ağalarov
Məhkəmə qərarları › İş №1(101)-919/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-919/2022
17.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver