Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-919/2023 11.05.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ saat 14:35-də Hakim Quliyev Əhməd Qəhrəman oğlunun sədrliyi, hakimlər Hüseynov Telman Qulaməli oğlu və Namazov Fərid Arif oğlundan ibarət tərkibdə, Əlizadə Orxan Arzuxan oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi “Yusifbəyli və Partnyorları Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1985-ci il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, Yevlax rayonu, Aeroport qəsəbəsində qeydiyyatda olan, Bakı şəhəri, Xətai rayonu, Kənd Əhmədli qəsəbəsində günlük evlərdə kirayə yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilərək Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan külli miqdarda, xalis çəkisi 2.648 qram narkotik vasitə heroini qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşımış, Nizami rayon Polis idarəsinin 24-cü Polis şöbəsinin polis əməkdaşları tərəfindən 11 oktyabr 2022-ci il tarixdə saat 21:30 radələrində ünvan 1 ünvanının qarşısında şübhəli şəxs qismində saxlanılaraq, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 81A ünvanında yerləşən Nizami rayon Polis idarəsinin 24-cü Polis şöbəsinə gətirilmiş, orada üzərinə keçirilmiş şəxsi axtarış zamanı, əynində olan tünd boz rəngli şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofan paketinə bükülü halda təmiz çəkisi 2.648 qram külli miqdarda qəhvəyi rəngli toz şəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, əvvəllər narkotik vasitələrin istifadəsində və daşınmasında məhkum olunmuş, 3-4 ilə yaxındır ki, narkotik vasitələrin aludəçisidir. O, 11 oktyabr 2022-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, Nizami rayonu, Neftçilər metrostansiyasının yaxınlığında tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 20 manat pul müqabilində “kokos” kimi tanıdığı 0,5 qram çəkidə narkotik vasitə heroini almışdır. Həmin gün saat 21:30 radələrində Bakı şəhəri Nizami rayonu, C.Naxçıvanski küçəsində piyada hərəkətdə olan zaman iki nəfər mülki geyimli şəxslər ona yaxınlaşaraq polis əməkdaşları olduqlarını bildirib özlərini təqdim edərək xidməti vəsiqələrini göstərdikdən sonra onun narkotik vasitələrin qanunsuz olaraq istifadəsi və daşınmasında şübhəli olduğunu izah etdikdən sonra polis şöbəsinə dəvət etmişlər. O da Polis əməkdaşlarının qanuni tələblərinə tabe olaraq Polis şöbəsinə getmiş, 20 manat müqabilində aldığı narkotik vasitə heroin şəffaf sellofan bükümdə olmaqla çəkisi 0,5 qram olmuşdur. Çəkilişdən öncə polis əməkdaşları həmin bükümü ondan götürmüş, çəkiliş başlamamışdan qabaq isə polis əməkdaşları onun cibinə özündə olan bükümə oxşar, lakin, çəkisi daha çox olan bükümü qoymuşlar. Ona çəkiliş zamanı təqdim etməli olduğunu bildirərək, həmin narkotik vasitənin də ondan aşkar edilmiş narkotik vasitə ilə eyni çəkidə olmasını demişlər. O, həmin zaman ağrıları olduğu üçün məsələni uzatmamaqdan ötəri, həmçinin, polis əməkdaşlarına inandığı üçün onların təklifi ilə razılaşmışdır. Onun üzərində ittihamda qeyd edildiyi kimi 2,648 qram narkotik vasitə olmamış, yalnız 0,5 qram narkotik vasitə heroin olmuşdur. Şəxsi axtarış zamanı videoçəliş aparılarkən onun yanında vəkil iştirak etməmiş, qolları isə bağlı vəziyyətdə olmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Nizami RPİ-nin 24-cü PŞ-nin təhqiqatçısı Şahid2 ifadəsində göstərdi ki, Əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 11 oktyabr 2022-ci il tarixdə saat 21:30 radələrində Nizami rayonu C.Naxçıvanski küçəsi 9 saylı binanın yaxınlığında saxlanaraq 24-cü Polis şöbəsinə gətirilmişdir. Polis şöbəsində Təqsirləndirilən şəxs saxlanılan zaman paltarında, əşyalarında və ya bədənində narkotik vasitənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan «Şəxsi axtarış və götürmə aparılması haqqında» 11 oktyabr 2022-ci il tarixli qərara əsasən Nizami RPİ- nin 24-cü PŞ-nin inzibati binasında xidməti iş otaqlarından birində video çəkilişdən istifadə edilməklə şübhəli şəxs qismində şəxsi axtarış və götürmə aparılmışdır. Barəsində şəxsi axtarış və götürmə aparılan şübhəli şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CPM-in 19-cu maddəsinə əsasən hüquqi yardım almaq, həmin Məcəllənin 26-cı maddəsinə əsasən cinayət mühakimə icraatının aparıldığı dili bilmədiyi halda öz ana dilindən istifadə etmək, ibtidai araşdırma zamanı tərcüməçinin köməyindən pulsuz istifadə etmək hüquqları, həmin Məcəllənin 90-cı maddəsi ilə nəzərdə tutulmuş şübhəli şəxsin hüquq və vəzifələri izah edilmişdir. Eyni zamanda izah edilmişdir ki, Azərbaycan Respublikası CPM-in 20-ci maddəsinə əsasən heç kəs şəxsən özünün və yaxın qohumlarının əleyhinə ifadə verməyə məcbur edilə bilməz və buna görə hər hansı təqibə məruz qala bilməz. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim edilməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs 3-4 ilə yaxındır ki, narkotik vasitələrin aludəçisi olduğunu, 11 oktyabr 2022-ci il tarixdə səhər radələrində Bakı şəhəri, Nizami rayonu, Neftçilər metrostansiyasının yaxınlığında Rövşən adlı üzdən tanıdığı şəxsdən 20 manat pul müqabilində “kokos” kimi tanıdığı heroin narkotik vasitə aldığını, xx.xx.2022-ci il tarixdə saat 21:30 radələrində Bakı şəhəri Nizami rayonu C.Naxçıvanski küçəsində piyada hərəkətdə olan zaman iki nəfər mülki geyimdə şəxslər ona yaxınlaşaraq polis əməkdaşları olduqlarını bildirib özlərini təqdim edərək xidməti vəsiqələrini göstərdikdən sonra narkotik vasitələrin qanunsuz olaraq istifadə və daşınmasında şübhəli bilindiyini ona izah etdikdən sonra polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində otaqların birində olarkən hər kəsin iştirakı ilə ona üzərində olan qeyri qanuni əşyalar varsa təqdim olunması təklif olunduqdan sonra o, əynindəki qara rəngli tünd boz rəngli şalvarın sağ yan cibindən 01 ədəd şəffaf selofan paketinə bükülü halda içərisində “kokos” kimi tanıdığı narkotik vasitə olan heroini təqdim etmişdir. Həmin bükülünün içərisində olan maddənin narkotik vasitə kimi tanınan “kokos” olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs götürülən kütlə içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-in 164 saylı möhürü ilə möhürlənmiş, üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış və götürmə Nizami RPİ-nin 24-cü PŞ-nin xidməti iş otaqların birində keçirilmiş, şəxsi axtarış və götürmə zamanı onun özü tərəfindən «Redmi» markalı telefonun videokamerasından istifadə etməklə çəkiliş aparılmış, tərtib olunmuş protokol iştirakçılara ucadan oxunmış, protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunaraq, iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs vəkilin iştirakı olmadan üzərinə şəxsi axtarış keçirilməsi barədə ərizə verdiyi üçün müdafiəçi iştirak etməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Nizami RPİ-nin 24-cü PŞ-nin əməliyyat müvəkkili Şahid3 ifadəsində göstərdi ki, «Siyavuş» adlı şəxsin qanunsuz olaraq narkotik vasitələrin satışı ilə məşğul olması, satış məqsədi ilə qanunsuz olaraq müxtəlif növ narkotik vasitələri əldə etməsi, saxlaması barədə etimad doğuran, məlum qərəzsiz mənbədən ona əməliyyat məlumatı daxil olmuşdur. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində «Siyavuş» adlı şəxsin xx.xx.1985-ci il tarixdə Ermənistan respublikasında anadan olmuş, Yevlax rayonu, Aeroport qəsəbəsində qeydiyyatda olan Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. Bundan sonra əməliyyat qrupu yaradılmış, bu haqda müvafiq sənədləşmə aparıldıqdan sonra Təqsirləndirilən şəxs müəyyən edilib saxlanılması üçün əməliyyat-axtarış tədbirləri həyata keçirilmişdir. Əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 21:30 radələrində Nizami rayonu C.Naxçıvanski küçəsi 9 saylı binanın yaxınlığında saxlanılaraq 24-cü Polis şöbəsinə gətirilmişdir. Polis şöbəsində Təqsirləndirilən şəxs saxlanılan zaman paltarında, əşyalarında və ya bədənində narkotik vasitənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan «Şəxsi axtarış və götürmə aparılması haqqında» 11 oktyabr 2022-ci il tarixli qərara əsasən Nizami RPİ- nin 24-cü PŞnin inzibati binasında xidməti iş otaqlarından birində video çəkilişdən istifadə edilməklə şübhəli şəxs qismində şəxsi axtarış və götürmə aparılmışdır. Barəsində şəxsi axtarış və götürmə aparılan şübhəli şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CPM-in 19cu maddəsinə əsasən hüquqi yardım almaq, həmin Məcəllənin 26-cı maddəsinə əsasən cinayət mühakimə icraatının aparıldığı dili bilmədiyi halda öz ana dilindən istifadə etmək, ibtidai araşdırma zamanı tərcüməçinin köməyindən pulsuz istifadə etmək hüquqları, həmin Məcəllənin 90-cı maddəsi ilə nəzərdə tutulmuş şübhəli şəxsin hüquq və vəzifələri izah edilmişdir. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim edilməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs 3-4 ilə yaxındır ki, narkotik vasitələrin aludəçisi olduğunu, xx.xx.2022ci il tarixdə səhər radələrində Bakı şəhəri, Nizami rayonu, Neftçilər metrostansiyasının yaxınlığında Rövşən adlı üzdən tanıdığı şəxsdən “kokos” kimi tanıdığı heroin narkotik vasitə aldığını, xx.xx.2022-ci il tarixdə saat 21:30 radələrində Bakı şəhəri Nizami rayonu C.Naxçıvanski küçəsində piyada hərəkətdə olan zaman iki nəfər mülki geyimdə şəxslər ona yaxınlaşaraq polis əməkdaşları olduqlarını bildirib özlərini təqdim edərək xidməti vəsiqələrini göstərdikdən sonra narkotik vasitələrin qanunsuz olaraq istifadə və daşınmasında şübhəli bilindiyini ona izah etdikdən sonra polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində otaqların birində olarkən hər kəsin iştirakı ilə ona üzərində olan qeyri qanuni əşyalar varsa təqdim olunması təklif olunduqdan sonra o, əynindəki qara rəngli tünd boz rəngli şalvarın sağ yan cibindən 01 ədəd şəffaf selofan paketinə bükülü halda içərisində “kokos” kimi tanıdığı narkotik vasitə olan heroini təqdim etmiş, həmin bükülünün içərisində olan maddənin narkotik vasitə kimi tanınan “kokos” olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs götürülən kütlə içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-in 164 saylı möhürü ilə möhürlənmiş, üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış və götürmə Nizami RPİ-nin 24-cü PŞ-nin xidməti iş otaqların birində keçirilmiş, şəxsi axtarış və götürmə zamanı «Redmi» markalı telefonun videokamerasından istifadə etməklə çəkiliş aparılmış, tərtib olunmuş protokol iştirakçılara ucadan oxunmış, protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunaraq, iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs vəkilin iştirakı olmadan üzərinə şəxsi axtarış keçirilməsi barədə ərizə verdiyi üçün müdafiəçi iştirak etməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Nizami RPİ-nin 24-cü PŞ-nin sahə rəisi Şahid1 da şahidlər Şahid3 və Şahid2 ilə eyni məzmunlu ifadə verərək, onların ifadələrində göstərdiklərini təsdiq etdi. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli 6/5879 saylı rəyindən görünür ki, “Təhqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN zərflər üçün №164“ dairəvi möhür əksi, “Təqsirləndirilən şəxs (imza) yazısı və imzalar olan kağız zərfdəki 01 (bir) ədəd bükümdə təmiz çəkisi 2,648 qram qəhvəyi rəngli toz şəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılara əsasən Azərbaycan Respublkasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısına (Siyahı İ) daxildir. (iş vərəqə 39-42) İş materiallarında olan ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx.xx.2022-ci il tarixli 6908 saylı rəyindən görünür ki, “Müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görünür.” (iş vərəqə 108-109) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Məhkəmə Psixatrik Ekspertiza X1 Şəxsin xx.xx.2022-ci il tarixli 3443 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir Psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Aparılmış eksperimental-psixoloji müayinə gedişində Təqsirləndirilən şəxs əqliintellektual imkanlarının normaya uyğun olması, həmçinin xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Emosional-iradi sferasında hövsələsizlik, qıcığa qarşı həssaslıq, emosional reaksiyalara meyillilik aşkar olunur. Təqsirləndirilən şəxs hazırda hər hansı bir Psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə ifadə vermək və baş verənləri düzgün qavrayıb təsvir edə bilmək iqtidarındadır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs əqli-intellektual imkanları normaya uyğundur. Emosional iradi-sferasında qıcığa qarşı həssaslıq, emosional qeyrisabitlik aşkar olunmaqla xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Fərdi-psixi xüsusiyyətlərində özündən uydurmağa və başqalarının təsiri altında hərəkət etməyə meyillilik əlamətləri müşahidə olunmamışdır. Təqsirləndirilən şəxs cinayət əməlini törədən zaman fizioloji affekt vəziyyətində olmamışdır. Təqsirləndirilən şəxs cinayət əməlini törətdiyi zaman şüuruna və fəaliyyətinə təsir göstərə bilən psixi-emosional vəziyyətdə olmamışdır. (iş vərəqə 110-113) İş materiallarında olan «Şəxsi axtarış və götürmə haqqında» xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən ona üzərində qanunla qadağan olunmuş maddə və ya əşya varsa təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs heç bir etiraz bildirmədən könüllü olaraq əynində olan tünd boz rəngli şalvarın sağ yan cibindən 01 ədəd şəffav selofan paketinə bükümdə qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin spefsik iyə malik olan heroini çıxararaq təqdim edib, Bakı şəhəri, Nizami rayonu, Neftçilər metrostansiyasının yaxınlığında üzdən tanıdığı Rövşən adlı şəxsdən 20 manat pul müqabilində aldığını bildirmişdir. Baxış zamanı videoçəkilişdən istifadə edilmişdir. (iş vərəqə 32-33) İş materiallarında olan «Video görüntüyə baxış keçirilməsi haqqında» xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən ona üzərində qanunla qadağan olunmuş maddə və ya əşya varsa təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs heç bir etiraz bildirmədən könüllü olaraq əynində olan tünd boz rəngli şalvarın sağ yan cibindən 01 ədəd şəffaf selofan paketinə bükümdə qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin spesefık iyə malik olan heroini çıxararaq təqdim edib, Bakı şəhəri, Nizami rayonu, Neftçilər metrostansiyasının yaxınlığında üzdən tanıdığı Rövşən adlı şəxsdən 20 manat pul müqabilində aldığını bildirmişdir. (iş vərəqə 94) İş materiallarında olan xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı müdafiəçinin iştirakını tələb etməmiş və müdafiəçinin iştirakı olmadan şəxsi axtarışın keçirilməsini xahiş etmişdir. (iş vərəqə 29) İş materiallarında olan Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, AR DİN Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli qərar qanuni hesab edilmişdir. (iş vərəqə 46) Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmədə özünü qismən təqsirli bilərək, onun üzərində ittihamda qeyd edildiyi kimi 2,648 qram narkotik vasitəni olmaması, yalnız 0,5 qram narkotik vasitə heroin olması, şəxsi axtarış zamanı videoçəliş aparılarkən onun qollarının bağlı vəziyyətdə olması və 2,648 qram narkotik vasitənin olduğu bükümün polis əməkdaşı tərəfindən onun cibinə qoyulması ilə əlaqədar ifadəsinə hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, onun bu ifadəsi məsuliyyətini yüngülləşdirmək məqsədi daşımaqla, həqiqəti əks etdirməyərək, Təqsirləndirilən şəxs özünün ibtidai istintaq zamanı verdiyi ifadəsi, iş üzrə şahidlərin ifadələri, məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli 6/5879 saylı rəyi, ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx.xx.2022-ci il tarixli 6908 saylı rəyi, «Şəxsi axtarış və götürmə haqqında» xx.xx.2022-ci il tarixli protokol, «Video görüntüyə baxış keçirilməsi haqqında» xx.xx.2022-ci il tarixli protokol, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixli ərizəsi, Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı və digər mötəbər sübutlarla tam təkzib edilir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ona Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, əvvəllər narkotik vasitələrin istifadəsində və daşınmasında məhkum olunmuş, 3-4 ilə yaxındır ki, narkotik vasitələrin aludəçisidir. xx.xx.2022- ci il tarixdə səhər saatlarında Bakı şəhəri, Nizami rayonu, Neftçilər metrostansiyasının yaxınlığında tanıdığı şəxsdən 20 manat pul müqabilində “kokos” kimi tanıdığı heroin narkotik vasitə almış, həmin gün saat 21:30 radələrində Bakı şəhəri Nizami rayonu C.Naxçıvanski küçəsində piyada hərəkətdə olan zaman iki nəfər mülki geyimdə şəxslər yaxınlaşaraq polis əməkdaşları olduqlarını bildirib özlərini təqdim edərək xidməti vəsiqələrini göstərdikdən sonra onun narkotik vasitələrin qanunsuz olaraq istifadəsi və daşınmasında şübhəli bilindiyini izah etdikdən sonra polis şöbəsinə dəvət etmişlər. Polis əməkdaşlarının qanuni tələblərinə tabe olaraq Polis şöbəsinə getmişdir. Otaqların birində olarkən hüquq vəzifələri izah edilmiş, dövlət hesabına müdafiəçi təyin olunmuş, həmin otaqda hər kəsin iştirakı ilə ona üzərində olan qeyri qanuni əşyaların olduğu halda təqdim edilməsi təklif edilmişdir. Buna görə də əynindəki qara rəngli tünd boz rəngli şalvarın sağ yan cibindən 01 ədəd şəffav selofan paketinə bükülü halda içərisində “kokos” kimi tanıdığı narkotik vasitə olan heroini çıxararaq təqdim edib, həmin bükülünün içərisində olan maddənin narkotik vasitə kimi tanınan “şüşə” olduğunu qeyd etmişdir. Bundan sonra üzərinə axtarış keçirilmiş və qanunla dövriyyəsi qadağan olunmuş əşya və predmet aşkar olunmamışdır. Həmin narkotik vasitə onun və iştirakçıların iştirakı ilə içərisi boş zərfə qoyularaq qablaşdırılmış o, və iştirakçılar tərəfindən imzalanmışdır. Qeyd etmişdir ki, narkotik maddələrin satışı ilə məşğul olmur, Polis əməkdaşları tərəfindən saxlanılarkən, hər hansı fiziki və psixiki təzyiqlərə məruz qalmamış, narkotik vasitəni guya Rövşən adlı şəxsdən aldığını göstərməsi məsuliyyətdən yayınması və məsuliyyəti sonuncunun üzərinə yıxması olmuşdur, həqiqətdə isə narkotik vasitəni tanımadığı şəxsdən 20 manata almışdır. Saxlanılan zaman hər hansı fiziki və ya psixi təzyiqlərə məruz qalmamışdır. (iş vərəqə 61- 62) Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə qeyd edir ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışı dəqiq və birmənalı şəkildə müəyyənləşdirilmişdir. Belə ki, qeyd olunan qanunun həmin maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekurslarının dövriyyəsi haqqında” xx.xx.2011-ci il tarixli qərarında izah edilir ki, “narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Nəzərə alınmalıdır ki, narkotik vasitələrin qanunsuz dövriyyəsinin anlayışı «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 1.0.5-ci maddəsində dəqiq müəyyən edilmişdir. Belə ki, həmin maddəyə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlər başa düşülür. Göründüyü kimi, bu Qanunun mənasına görə qanunsuz dövriyyə geniş anlayışdır və satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarda əldə edilməsi əməlini də özündə ehtiva edir. Təqsirləndirilən şəxs götürülmüş 01 bükümdə təmiz çəkisi 2,648 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə-heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları»na əsasən şəxsi istehlak miqdarından artıq olmaqla, külli miqdar təşkil edir. Beləliklə, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş külli miqdarda narkotik vasitə heroini satış məqsədi olmadan əldə etmiş və üzərində saxlamaqla daşımışdır. Odur ki, Təqsirləndirilən şəxs AR CM-in 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. İş materiallarında olan DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2016-cı ildə Bakı şəhəri Nizami rayon Məhkəməsinin hökmü ilə AR CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 06 ay müddətə azadlıqdan məhrum edilmiş, Xəzər rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2016-cı il tarixli Amnistiya qərarına əsasən cəzası 06 ay azaldılmış, xx.xx.2017-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən 02 (iki) il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Odur ki, Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59 və 61-ci maddələrini rəhbər tutaraq, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah edilməsi mümkün olmadığından ona təqsirli bilindiyi maddənin sanksiyası daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan və Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 4(007)-546/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 11 oktyabr 2022-ci il tarixdən hesablanmışdır. (iş vərəqə 28, 68-71) Odur ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 11 oktyabr 2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlakı müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” publik hüquqi şəxsindən daxil olmuş xx.xx.2022-ci il tarixli 6908 saylı rəyə əsasən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan müalicə üçün tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq işi üzrə aparılmış ekspertiza xərcinin dəyərini təşkil edən 114 (yüz on dörd) manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə AR Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən, maddi sübutlarla bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Bakı şəhəri Nizami rayon Polis İdarəsində saxlanılan Təqsirləndirilən şəxs aşkar olunub götürülmüş 2,648 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroindən ekspertiza tədiqatından sonra qalıq qalmış 2,548 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə şəxsi axtarış və götürmə protokolunun videoyazısı olan 01 ədəd DVD disk cinayət işinin materialarında saxlanılmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Müdafiəçi Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci tarixli qərarına və həmin qərara (sonrakı dəyişikliklərə və əlavələrə) əsasən təqsirləndirilən şəxsə göstərilmiş 25 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun hesabına 150 manat miqdarında pul ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345-347, 349, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 11 oktyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan müalicə üçün tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübutlar – Bakı şəhəri Nizami rayon Polis İdarəsində saxlanılan Təqsirləndirilən şəxs aşkar olunub götürülmüş ekspertiza tədiqatından sonra qalıq çəkisi 2,548 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, iş üzrə şəxsi axtarış və götürmə protokolunun videoyazısı olan 01 ədəd DVD disk cinayət işinin materialarında saxlanılsın. İş üzrə məhkəmə xərcləri - ekspertiza tədqiqatının dəyərini təşkil edən 114 (yüz on dörd) manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Müdafiəçi təqsirləndirilən şəxsə göstərilmiş 25 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun hesabına 150 manat miqdarında pul ödənilsin. Hökmdən 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən hökmündən apellyasiya şikayəti hökmün ona verildiyi andan 20 (iyirmi) gün müddətində verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Əhməd Quliyev hakimlər: Telman Hüseynov Fərid Namazov
Məhkəmə qərarları › İş №1(101)-919/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-919/2023
11.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver