Məhkəmə qərarları › İş №1(101)-919/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-919/2024

19.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-919/2024 19.01.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Muxtarov Kamran Nüsrət oğlunun sədrliyi, X13 və X6 ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi, xx.xx.1987-ci il tarixdə Göyçay şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, subay, əvvəllər məhkum olunmuş, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Yusif İmanov küçəsi ev 12A-da qeydiyyatda olan, hazırda barəsində “həbs” qətimkan tədbiri seçilməklə Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və psixotrop maddəni əldə edib üzərində saxlayaraq daşımışdır. Belə ki, o, 13 aprel 2023-cü il tarixində saat 17 radələrində Bakı şəhəri Nəsimi rayonu ərazisindəki “Papanin” adlanan ərazidə istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan təmiz çəkisi 3,373 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və təmiz çəkisi 1,648 qram ağ rəngli kristalardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edərək daşıyıb üstündə saxlamış, xx.xx.2023-cü il tarixdə saat 18:30 radələrində idarə etdiyi «Toyota Prius» markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə ünvan 1 ünvanda yol hərəkəti qaydalarını pozduğu üçün Bakı şəhər BPİ-nin DYPİ-nin yol-patrul xidməti əməkdaşı tərəfindən saxlanılmış və sorğu zamanı üzərində narkotik vasitə olmasını etiraf etdiyi üçün müvafiq məlumatlandırma əsasında Yasamal RPİ-nin 26-cı PB-nin əməkdaşlarının müşaiyəti ilə polis bölməsinə gətirilmiş və polis şöbəsində onun üzərinə şəxsi axtarış və götürmə aparılarkən onun əynindəki qara rəngli şalvarının sağ yan cibindən ağ kağıza bükülmüş halda olan 2 ədəd şəffaf polietilen bükümlərdə təmiz çəkisi 3,373 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin külli miqdarda və təmiz çəkisi 1,648 qram ağ rəngli kristalardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan ona edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadələrində göstərmişdir ki, Yasamal rayonu 5 mərtəbə deyilən ərazidən Sovetski deyilən ərazi istiqamətində olduğu zaman avtomobilini X16 əməkdaşı onu saxlamışdır. Avtomobili saxladıqdan sonra həmin şəxs ondan avtomobildən aşağı düşməsini bildirmiş, o da avtomobildən düşmüşdür. Həmin əməkdaş onun özündə olmadığını görmüşdür. Ondan üzərində nəsə olmasını soruşduqda o da olmasını bildirmişdir. Cibindən çıxardıb həmin polis əməkdaşına təqdim etmişdir. Lakin ittihamda qeyd olunub ki, guya 100 manata əldə etmişdir. Azərbaycanda 100 manata 5 qram narkotik var? Üzərində o miqdarda narkotik olmayıb. Polis Bölməsinə getmiş orada sənədləşmə olmuş, daha sonra ayılmışdır ki, Kürdəxanıdadır. Gündəlik 25 manata icarəyə avtomobil götürmüşdür ki, taksi fəaliyyəti ilə məşğul olsun. Lakin qismət olmamışdır. Avtomobili idarə etdiyi zaman narkotikdən istifadə etməmiş, lakin gecəni yatmamış, yuxusuz və yorğun olmuşdur. Üzərində narkotik olub, lakin ittihamda qeyd olunan miqdarda olmayıb. Üzəridə 1 selofanda 2 büküm narkotik olub.Onları 100 manata Papanin deyilən ərazidən almışdır. Kakos deyilən heroinin miqdarı 2 qram olmuşdur. Həmçinin əlavə olaraq üzərində az miqdar da metamfetmin olmuşdur. Heç vaxt narkotikin satışı ilə məşğul olmamışdır. Həmin o tək polis hər ikisini də öz avtomobilinə əyləşdirib polis bölməsinə gətirmişdir. DYP-nin əməkdaşı avtomobili saxladıqdan sonra özü üzərinə axtarmağa başlamış, narkotiki onun üzərindən o, özü götürmüşdür. Polis Bölməsində videoçəkiliş olmuşdur. Narkotikin alışı və satışı ilə bağlı kiminləsə sms yazışmaları olmayıb. Videoçəkiliş zamanı özündə olmamışdır. Həmin gün necə formada məhkəməyə getdiyini xatırlamır. Narkotikin təsirinin (lomkanın) ağrısından Polis Bölməsinə girdiyini xatırlamır. DYP-nin əməkdaşı onu saxlayan zaman oraya Polis Bölməsinin əməkdaşları gəlməmiş, DYP əməkdaşı hər ikisini öz avtomobilinə əyləşdirib Polis Bölməsinə aparmışdır. Polis əməkdaşları tərəfindən ona qarşı hər hansı zorakılığa yol verilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi özünün ifadəsindən başqa ibtidai araşdırma dövründə qanuni üsullarla toplanmış və hazırki məhkəmə iclasında tam, hərtərəfli və obyektiv şəkildə tədqiq edilmiş sübutlarla, yəni şahidlərin ifadələri, şəxsi axtarış və götürmə aparılması haqqında protokol, məhkəmə ekspertizasının rəyləri, maddi sübutlar və digər sənədlərlə tam təsdiq edilmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid1 göstərmişdir ki, Təqsirləndirilən şəxs Nəriman Nərimanov prospektində Toyota Prius markalı avtomobil ilə hərəkətdə olduğu zaman yol hərəkəti qaydasını pozduğundan saxla əmrini verib onu saxlamışdır. İlk öncə şəxs özünü şübhəli aparmışdır. Həm maşının içindən, həm də özündən qəribə iy gəlmişdir. Daha sonra şəxs özü etiraf etmişdir ki, avtomobilində narkotik var. Dərhal həmin məlumarla bağlı ərazi üzrə polis bölməsinə məlumat vermişdir. Əməliyyat qrupu gəlmiş, şübhəli şəxsi bölməyə aparmışdır. O, şəxsin üzərinə baxış keçirilən zaman iştirak etmiş və Elnurun üzərindən iki ədəd ağ bükümdə maddə aşkar olunmuşdur. Şəxsi günün 2-ci yarısı saxlamış və xidmətdə olan zaman tək olmuşdur. Nəqliyyat vasitəsini Elnur idarə etmiş və sonuncunun yanında başqa şəxs də olmuşdur. Elnur narkotikin səhv eləmirsə avtomobilin qapı hissəsində olmasını demişdir. Növbətçi hissəyə məlumat vermiş, onlar da əməliyyat qrupu yollamışdır. Qrup gələnə kimi Elnur xidməti avtomobilində olmuşdur. Avtomobilə baxış keçirilərkən iştirak etməyini tam dəqiq xatırlaya bilmir. Gələn şəxslər patrul maşınında polis formasında gəlmişlər. Polis bölməsinə xidməti avtmobili ilə getmişdir. X11 prospektində olan heykələ çatmamış yerdə saxlamışdır. Elnur saxlandıqdan sona qaçmağa cəhd göstərməmiş, həmçini qaçmağıda mümkün deyildi. Elnur avtomobilinə əyləşən kimi qapılar bağlamışdır. Polis bölmsində olduğu zaman raport müraciət etmişdir. Avtomobilə baxış keçirməmişdir. Şəxsin üzərinə baxış keçirilməsi ilə bağlı videoçəkilişdə iştirak etmiş və üzərindən ağ bükümdə maddə aşkar olunmuşdur. Elnur özü etiraf elədi ki, onda narkotik vasitə var. O,da nə təbirlər lazım idi onu da görmüşdür. Elnur dedi ki, üzərində narkotik vasitə var. İbtidai istintaq zamanı verdiyi ifadəsindəkilər doğrudur. Üzərindən xeyli zaman keçib. Məhkəmədə ola bilər elə şeylər var ki, yadından çıxmış, amma istintaq zamanı verdyiy ifadəsi hadisəyə daha yaxın olduğu üçün tamamilə doğrudur. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki Bakı şəhər BPİ-nə bilavasitə tabe olan BDYPİ-nin YPXA-nın 2-ci tağımının YPX-nin inspektoru vəzifəsində, polis baş serjantı rütbəsində xidmət edir. Belə ki, 13 aprel 2023-cü il tarixdə saat 18:30 radələrində **-YP-*** dövlət qeydiyyat nişanlı xidməti avtomobil ilə xidmətdə olarkən, ünvan 1 ünvanda hərəkətdə olan **-BC-*** dövlət qeydiyyat nişanlı, Toyota Prius markalı avtomobil yol hərəkəti qaydasını pozduğu üçün onun tərəfindən saxlanılmışdır. O, həmin avtomobilin sürücüsü, adı sonradan ona məlum olan Təqsirləndirilən şəxs yaxınlaşaraq, özünü təqdim edib, yol hərəkəti qadasını pozması ilə bağlı həmin sürücüdən avtomobilə dair sənədlərini təqdim etməsini xahiş etmişdir. Həmin vaxt sürücü Təqsirləndirilən şəxs özünü şübhəli apardığından, o bunun səbəbini soruşduqda, Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olmasını etiraf etmişdir. Bununla əlaqədar olaraq, o bu barədə dərhal Yasamal RPİ-nin 26-cı PB-nə məlumat vermiş və əməliyyat qrupunu oraya dəvət etmişdir. Bir qədər sonra 26-cı PB-nin əməkdaşları olan əməliyyat müvəkkili Şahid2 və sahə inspektoru Fərid Abbasov həmin yerə gəlmişlər. Bundan sonra, onların təklifi ilə avtomobilin sürücüsü Təqsirləndirilən şəxs və yanında olan sərnişin adı sonradan ona məlum olan Ağababa Əsgərov 26-cı polis bölməsinə dəvət edilmişlər. Polis bölməsinə gəldikdə, o və digər polis əməkdaşları birgə raportla bu barədə bölmə rəhbərliyinə məruzə etdikdən sonra, Təqsirləndirilən şəxs və Ağababa Əsgərovun hüquqları izah olunaraq, üzərlərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Belə ki, ilkin olaraq onun və sahə inspektoru Fərid Abbasovun iştirakı ilə xidməti otaqlardan birində X5 üzərinə şəxsi axtarış keçirilmiş, lakin onun üzərindən hər hansı qeyri-qanuni əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra, xidməti otaqların birində onun və əməliyyat müvəkkili Şahid2 iştirakı ilə Təqsirləndirilən şəxs üzərində videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarının sağ yan cibindən ağ kağıza bükülmüş halda olan 2 ədəd şəffaf sellofan bükümləri çıxarıb təqdim edərək, həmin bükümlərdən birində narkotik vasitə heroin və digər sellofan da isə metamfetamin olduğunu bildirmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs aşka edilmiş həmin bükümlər qablaşdırılaraq götürülmüş və keçirilmiş şəxsi axtarışla bağlı müvafiq protokol tərtib edilmişdir. Həmin protokol ucadan oxunduqdan sonra, doğruluğu bütün iştirakçılar tərəfindən imza edilmişdir. Bundan sonra, həmçinin Təqsirləndirilən şəxs razılığı ilə onun idarə etdiyi **-BC-*** dövlət qeydiyyat nişanlı, Toyota Prius markalı avtomobilə də baxış keçirilmiş, lakin avtomobildən hər hansı qeyri-qanuni əşya və ya narkotik vasitələr aşkar edilməmişdir. Təqsirləndirilən şəxs və X1 və ya polis bölməsinə gətirildikdən sonra, onlara qarşı hər hansı bir fiziki və ya psixi təsir göstərilmiş, hər hansı formada zor tətbiq edilməmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid2 göstərmişdir ki, 13 aprel 2023-cü il tarixdə baş təhqiqatçı Elnur Heydərov, sahə inspektoru Fərid Abbasovla birlikdə əməliyyat qrupunun üzvü kimi Yasamal Polis İdarəsinin 26-cı Polis Bölməsində növbədə olmuşdur. Axşam saatlarında Yol Patrul Xidmətinin əməkdaşları bir nəfər sürücü və bir nəfər sərnişini Polis Bölməsinə gətirib təhvil vermişlər. Həmin şəxslərin şəxsiyyətləri müəyyən edildikdən sonra məlum olmuşdur ki, sürücü Təqsirləndirilən şəxs Etibar oğlu, yanındakı sərnişin isə X7r. Xidməti otaqda həmin şəxslərin üzərinə baxış keçirildi. Yasamal Polis İdarəsinin 26-cı Polis Bölməsində keçirlmiş baxış zamanı Elnur üzərində olan iki ədəd bükümü könüllü olaraq otaqda təqdim etmişdir. O, həmçinin videoçəkiliş vasitəsilə keçirilən şəxsi axtarışda iştirak etmədiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şəxsi axtarışın keçirilməsinə dair 01 ədəd DVD diskə baxış keçirildikdən sonra müəyyən olmuşdur ki, iş üzrə Şahid2 Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı iştirak etmişdir. Şahid2 təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarışın keçirlməsindən uzun müdddət keçdiyindən, orada iştirak etməsini unutduğunu şəxsi axtarış zamanı iştirak etdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, Yasamal RPİ-nin 26-cı PB-nin əməliyyat müvəkkili vəzifəsində, polis kapitanı rütbəsində xidmət edir. Belə ki, 13 aprel 2023-cü il tarixdə saat təxminən 18:30 radələrində polis bölməsində əməliyyat qrupunun üzvü kimi xidmətdə olmuşdur. Həmin vaxt polis bölməsinə YPX əməkdaşı Şahid1 tərəfindən bir nəfər sürücünün saxlanılması və sürücünün etiraf edərək üzərində narkotik vasitə olmasını bildirməsi ilə bağlı 26-cı PB-nin sahə inspektoru Fərid Abbasovla birlikdə hadisə yerinə, yəni Yasamal rayonu, Nəriman Nərimanov prospekti 54 saylı ünvana gəlmişlər. Orada YPX əməkdaşı tərəfindən Şahid1 tərəfindən **-BC-*** dövlət qeydiyyat nişanlı, Toyota Prius markalı avtomobilin saxlanılması və avtomobildə bir sürücü ilə sərnişin olması müəyyən edilmiş və YPX əməkdaşı tərəfindən həmin sürücünün üzərində narkotik vasitə olması barədə etiraf etməsi ilə bağlı məlumat əsasında sürücüdən, bu barədə soruşduqda, sürücü adı sonradan onlara məlum olan Təqsirləndirilən şəxs bir daha etiraf edərək üzərində narkotik vasitə olmasını bildirmişdir. Bundan sonra, həmin sürücü Təqsirləndirilən şəxs və yanında sərnişin olan adı sonradan məlum olan Ağababa Əsgərov 26-cı polis bölməsinə dəvət edilmişlər. Polis bölməsinə gəldikdən sonra, Təqsirləndirilən şəxs və Ağababa Əsgərovun ilkin olaraq şəxsiyyətləri yoxlanılmış və raportla bu barədə bölmə rəhbərliyinə məruzə etdikdən sonra, Təqsirləndirilən şəxs və Ağababa Əsgərovun hüquqları izah olunaraq, üzərlərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. İlkin olaraq YPX əməkdaşı Şahid1 və sahə inspektoru Fərid Abbasovun iştirakları ilə X5 üzərinə şəxsi axtarış keçirilmiş, daha sonra isə onun və YPX-nin əməkdaşı Şahid1 iştirakı ilə xidməti otaqların birində Təqsirləndirilən şəxs üzərində videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarının sağ yan cibindən ağ kağıza bükülmüş halda olan 2 ədəd şəffaf sellofan bükümləri çıxarıb təqdim edərək, həmin bükümlərdən birində narkotik vasitə heroin və digər sellofan da isə metamfetamin olduğunu bildirmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs aşka edilmiş hmin bükümlər qablaşdırılaraq götürülmüş və keçirilmiş şəxsi axtarışla bağlı müvafiq protokol tərtib edilmişdir. Həmin protokol ucadan oxunduqdan sonra, doğruluğu bütün iştirakçılar tərəfindən imza edilmişdir. Bundan sonra, həmçinin Təqsirləndirilən şəxs razılığı ilə onun idarə etdiyi **-BC-*** dövlət qeydiyyat nişanlı, Toyota Prius markalı avtomobilə də baxış keçirilmiş, lakin avtomobildən hər hansı qeyriqanuni əşya və ya narkotik vasitələr aşkar edilməmişdir. Təqsirləndirilən şəxs və X1 və ya polis bölməsinə gətirildikdən sonra, onlara qarşı hər hansı bir fiziki və ya psixi təsir göstərilmiş, hər hansı formada zor tətbiq edilməmişdir. O, eləcə də xidmət etdiyi bölmənin digər əməkdaşları bununla bağlı müvafiq qaydada təxirəsalınmaz əməliyyataxtarış tədbirlərini həyata keçirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə heroinin əldə etdiyi mənbəni müəyyən etmək mümkün olmamışdır. Həmçinin əldə etdiyi narkotik vasitə olan heroinin satmaq istəməsi və ya satmağa hazırlaşması haqqında əməliyyat məlumatları olmuşdur. Şahid2 əməliyyat qrupunun üzvü kimi təqsirləndirilən Təqsirləndirilən şəxs Polis Bölməsinə aparmaması və daha sonra videoçəkilişdə iştirak etməməsinə dair məhkəmə iclasındakı ifadəsi ilə istintaq zamanı vermiş olduğu ifadəsi arasında ziddiyyətli məqamlar vardır. Məhkəmə məhz istintaq zamanı verilmiş ifadəsini mötəbər sübut kimi qəbul edir. Belə ki, hadisədən uzun müddət keçdiyindən şahidin hadisə barədə məlumatları dəqiq xatırlamaması, yaddan çıxarması halları mümkündür. Elə bunun təsdiqi kimi şahidin videoçəkilişdə iştirak etməməsini desə də, videoçəkilişə baxış zamanı Şahid2 orada iştirak etməsi görünür və sonuncu də həmin şəxsin özü olmasını təsdiq etmişdir. İş materiallarında olan Şahid1 tərəfindən yazılmış raportdan görünür ki, xx.xx.2023cü il tarixdə saat 18:30 radələrində **-YP-*** dövlət qeydiyyat nişanlı avtomobillə xidmətdə olan zaman Yasamal rayonu Nəriman Nərimovanov prospekti 34 ünvanında **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobil qayda pozması nəticəsində saxlanılmış və sürücü özünü şübhəli apardığına görə səbəbi soruşulduqda üzərində narkotik vasitə olduğunu etiraf etmiş və buna görə 26-cı PB-nin növbətçi hissəsi ilə əlaqə saxlamış, əməliyyat qrupu dəvət etmiş və əməliyyat qrupunun üzvləri ilə birlikdə sürücü Təqsirləndirilən şəxs və sərnişin X5 bölməyə gəlməsi təmin edilmişdir. (i.v 3) İş materiallarında olan 13 aprel 2023-cü il tarixli tutma protokolundan görünür ki, həmin gün saat 20:00-da (faktiki saxlanma 18:30) Təqsirləndirilən şəxs 13 aprel 2023-cü il tarixdə Yasamal RPİ-nin 26-cı PB-nin təhqiqatçısı, polis polkovnik-leytenantı Məhəmməd Cəfərov tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. (i.v. 51) İş materiallarında olan 15 aprel 2023-cü il tarixli Yasamal rayon məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmiş və həmin məhkəmənin qərarı ilə 13 oktyabr 2023-cü il tarixdək uzadılmışdır. Həbs seçilərkən Təqsirləndirilən şəxs özünü təqsirli bilmişdir. (İ.v. 98-102, 169-172) İş üzrə Yasamal RPİ-nin 26-cı PB-nin təhqiqatçısı, polis mayoru Məhəmməd Cəfərov tərtib etdiyi 13 aprel 2023-cü il tarixli şəxsi axtarış və götürmə haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılarkən əynindəki qara rəngli şalvarının sağ yan cibindən ağ kağıza bükülmüş halda olan 2 ədəd şəffaf polietilen büküm təqdim etmiş, selofan bükümün birində heroinə bənzər narkotik vasitə, digər bükümdə isə metamfetaminə bənzər psixotrop maddə aşkar edilmiş və götürülmüşdür. (İ.v. 55-57) İş materiallarnda olan xx.xx.2023-cü il tarixli avtomobilə baxış protokolundan görünür ki, avtomobilə baxış zamanı sübut əhəmiyyətinə malik hər hansı əşya və sənədlər aşkar edilmədi. (i.v 60-61) Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs üzərinə keçirilmiş «şəxsi axtarış və götürmə», həmçinin «avtomobilə baxış keçirilməsi» istintaq hərəkətlərinə dair videogörüntülər olan CD diskə baxış keçirilmiş və müəyyən edilmişdir ki, baxış zamanı diskin yaddaşında «AUDİO_TS» və «VİDEO_TS» adlı 02 ədəd qovluq olması müəyyən olunur, həmin qovluqlardan «AUDİO_TS» qovlubuna daxil olduqda, hər hansı bir fayl yoxdur. «VİDEO_TS» adlı qoyluğa daxil olduqda, içərisində 08 ədəd video görüntülərə dair fayllar olması müşahidə edilir. Həmin fayllardan VİDEO_TS adlı 2-ci fayla daxil olduqda həmin görüntülərdə Yasamal RPİ-nin 26-cı PB-nin inzibati binasında xidməti otaqların birində çəkiliş aparılması və otaqda 5 nəfər şəxsin olduğu görünür. Yasamal RPİ-nin 26-cı PB-nin baş təhqiqatçısı Elnur Heydərov özünü təqdim etdikdən sonra, orada iştirak edən, Bakı şəhəri 22 saylı vəkil Bürosunun vəkili Nofəl Əhmədovu, Yasamal RPİ-nin 26-cı PB-nin əməliyyat müvəkkili Şahid2, Bakı şəhər BPİ-nə bilavasitə tabe olan BDYPİ-nin YPXA-nın 2-ci tağımının YPX-nin inspektoru Şahid1 və saxlanılan şəxs Təqsirləndirilən şəxs təqdim edir. Daha sonra təhqiqatçı tərəfindən iştirakçıların hüquq və vəzifələri izah edilir, həmçinin Təqsirləndirilən şəxs üzərində «şəxsi axtarış və götürmə» aparılmasının əsaslarını izah edir. Təhqiqatçı tərəfindən saxlanılan şəxs Təqsirləndirilən şəxs üzərində olan əşyaları təqdim etməsi təklif olunur. Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarının sağ yan cibindən bir dəd avtomobilə məxsus açar və ağ kağız təqdim edir. Həmin ağ kağız təhqiqatçı tərəfindən açıldıqda içərsində 2 ədəd şəffaf polietilen büküm olması aşkar olunur, həmin bükümlərlə bağlı şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükümlərdən birində narkotik vasitə heroin olmasını, digərində isə metamfetamin olduğunu, həmin maddələri həmin gün saat 5 radələrində “Papanin”dən tanımadığı şəxsdən 100 manata aldığını bildirir. Təqsirləndirilən şəxs üzərinə keçirilmiş axtarış zamanı başqa əşya və ya predmet aşkar edilmir. Aşkar edilmiş bir ədəd büküm zərfdə qablaşdırılaraq götürülür. Baxış keçirilmiş faylda olan çəkiliş 07 dəqiqə 45 saniyədə bitir. Həmin fayllardan “VTS_02_0 adlı 7-ci fayla daxil olduqda Yasamal RPİ-nin 26-cı PB-nin inzibati binasının qarşısında çəkiliş aparılması və həmin yerdə “Prius” markalı avtomobilin yanında Yasamal RPİ-nin 26-cı PB-nin baş təhqiqatçısı Elnur Heydərov özünü təqdim etdikdən sonra, orada iştirak edən, Bakı şəhəri 22 saylı vəkil Bürosunun vəkili Nofəl Əhmədovu, Yasamal RPİ-nin 26-cı PB-nin əməliyyat müvəkkili Şahid2, Bakı şəhər BPİ-nə bilavasitə tabe olan BDYPİ-nin YPXA-nın 2-ci tağımının YPX-nin inspektoru Şahid1 və saxlanılan şəxs Təqsirləndirilən şəxs təqdim edir. Daha sonra təhqiqatçı tərəfindən iştirakçıların hüquq və vəzifələri izah edilir, həmçinin Təqsirləndirilən şəxs idarə etdiyi həmin avtomobilə baxış keçiriləcəyini bildirir. Daha sonra avtomobilə baxış keçirilir, lakin baxış zamanı avtomobildən hər hansı qeyriqanuni əşya və ya predmet aşkar edilmir. Baxış keçirilmiş faylda olan çəkiliş 03 dəqiqə 17 saniyədə bitir. Bununla bağlı müvafiq protokol tərtib olunaraq cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 14 aprel 2023-cü il tarixli 6/2197 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: “Azərbaycan Respublikası DİN Zərflər üçün № 170”- li dairəvi möhür əksi, “şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olummuş... Elnur ( imza) ” yazısı və imzalar olan zərfdəki ağ kağıza bükülmüş 2(iki) ədəd şəffaf polietilen bükümdə təmiz çəkisi 3,373 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və təmiz çəkisi 1,648 qram ağ rəngli kristalardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. (i.v 70-71) İş materiallarında olan ambulator məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 4474 №-li rəyi ilə müəyyən edilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v 175-177) İş materiallarında olan ambulator məhkəmə-psixatrik ekspertizasının xx.xx.2023-cü il tarixli, 2683 saylı rəyi ilə müəyyən edilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işinin materialları, həmin cinayət işindəki anamnestik məlumatlar və hal-hazırki psixiatrik müayinənin nəticələri və sair sübut edir. Belə ki, o əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, şahid ifadələrində onda hər hansı bir psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiqi üçün əsas yoxdur. Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törədən zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, yaxud onları idarə etmək qabiliyyətində olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham elan olunan əməl barəsində anlaqlı hesab edilməlidir. (i.v. 181-182) Tibbi kartoçkaya baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs qarşı zor tətbiq edilib-edilməməsi, üzərində xəsarət izi olub-olmaması ilə əlaqədar Bakı İstintaq Təcridxanasına qəbul edilərkən tərtib edilmiş tibbi kartoçkasına baxış keçirilmiş və müəyyən edilmişdir ki, həmin kartoçkada Təqsirləndirilən şəxs üzərində xəsarət izi aşkar edilməmiş, həmçinin ona hər hansı zor tətbiq edilməsi ilə bağlı hər hansı qeyd olması müəyyən edilmədi. (i.v. 115) İş materiallarında olan 21 sentyabr 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkarlanmış və aparılmış tədqiqatlardan sonra qalıq qalmış 3,373 qram heroin və 9.948 qram metamfetamin maddi sübut kimi tanınmış və saxlanması üçün məhkəmə baxışınadək Nərimanov RPİ-nin saxlancına təhvil verilmişdir. Həmçinin Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılan zaman çəkilmiş video görüntünün əks olunduğu 1 ədəd disk də maddi sübut kimi tanınaraq cinayət işi materiallarına əlavə edilmişdir. (İ.v: 185-195) DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən və Nəsimi rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmündən və Salyan rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Nəsimi rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və Salyan rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə 06 ay 23 gün vaxtından əvvəl şərti azad edilmişdir. Həmin qərar alınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. (i.v 124-126) Elektron məhkəmə sistemindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2010-cu il təvəllüdlü X10 adında bir yetkinlik yaşına çatmayan övladı vardır. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Şenk İsveçrəyə qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 12 iyul 1988- ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir. “Yallo Almaniyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 11 iyul 2016-cı il tarixli qərarında göstərilir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özülyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların, o cümlədən maddi sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçisi vasitəsi ilə suallar vermişdir. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349-cu maddəsinə əsasən, məhkəmə hökmü qanuni olmalıdır, yəni Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosesual Məcəlləsinin, Cinayət Məcəlləsinin və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının CM-nin 3-cü maddəsinə əsasən yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın 1-ci Siyahısının 5-ci bəndinə əsasən - təmiz halda 2 (iki) qram və daha artıq çəkidə narkotik maddə heroin külli miqdar, 2-ci siyahısının 67-ci bəndinə əsasən təmiz halda 0,15 qramdan artıq çəkidə psixotrop maddə metamfetamin xeyli miqdar, 2 (iki) qram və daha artıq çəkidə psixotrop maddə metamfetamin külli miqdar təşkil edir. Məhkəmə ilk olaraq tutma prosesinin və şəxsi axtarışın qanunun tələblərinə müvafiq aparılıb-aparılmamasını, eləcə də, təqsirləndirilən şəxsin gətirdiyi dəlilərin əsaslı olubolmamasını araşdırmağı zəruri hesab edir. Mövcud vəziyyətdə təqsirləndirilən Təqsirləndirilən şəxs tutulması CPM-nin 148-ci maddəsinin tələbdərinə əsasən qanuna uyğun formada aparılmışdır. Belə ki, 148.2.3-ci maddəsində əsasən şəxsin bədənində, üstündə, paltarında və ya istifadə etdiyi digər əşyalarda, yaşayış yerində, nəqliyyat vasitəsində cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsini göstərən aşkar izlər müəyyən olunduqda cinayət törətməsinə bilavasitə şübhə yarandığına görə təhqiqatçı tərəfindən tutulma tətbiq edilə bilər. Belə ki, özü üzərində narkotik vasitə olmasını etiraf etmiş, daha sonra şəxsi axtarış və götürmə zamanı könüllü olaraq heroin və metanfetamini təqdim etmişdir. Həmçinin CPM-nin 207-ci maddəsinə əsasən də cinayət işi başlamadan şəxsin üzərində axtarış keçirilməsi qanununun tələblərinə uyğun olmuşdur. Belə ki, CPM-nin 207.4-cü maddəsində göstərilmişdir ki, …cinayət törətməkdə şübhələnildiyinə görə tutulmuş şəxsə münasibətdə bu Məcəllənin 90.11.2-90.11.5-ci maddələrində müəyyən edilmiş vəzifələrin yerinə yetirməsi ilə bağlı həyata keçirilən prosessual hərəkətlər istisna olmaqla cinayət işinin başlanmasından əvvəl digər istintaq hərəkətlərinin aparılması, habelə tutulma istisna olmaqla digər prosessual məcburiyyət tədbirlərinin tətbiqi qadağandır. CPM-nin 90.11.2-ci maddəsində isə şübhəli şəxsin tutularkən baxışa və şəxsi axtarışa məruz qalmaq vəzifəsi təsbit olunmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs şəxsi axtarışı zamanı CPM-nin 246-cı maddəsinin tələblərinə də riayət edilmişdir. Belə ki, şəxsi axtarış videoçəkilişlə aparılmış və təqsirləndirilən Təqsirləndirilən şəxs videoçəkilişlə üzərindən çıxan həm heroini, həm də metamfetamini könüllü təqdim etməsini məhkəmə baxışı zamanı təsdiq etmişdir. Həmçinin məhkəmə baxışı zamanı polis əməkdaşları tərəfindən hər hansı təzyiqə məruz qalmadığını bildirmişdir. O, məhkəmə baxışı zamanı üzərindən aşkar edilmiş heroin və metamfetaminin satış məqsədilə deyil, şəxsi istifadə üçün əldə edib, saxlayıb, daşıdığını bildirməklə ittihamın bu hissəsi ilə razı olmadığını göstərmişdir. Həmçinin üzərində ittihamda qeyd olunan miqdada narkotik vasitə və psixotrop maddə olmadığını göstərmişdir. Beləliklə də, istər təqsirləndirilən şəxsin özünün ifadəsi, istərsə də digər sübutlarla Təqsirləndirilən şəxs heroini və metamfetamini əldə etməsi, saxlaması və daşıması təsdiq olunur. Narkotik vasitənin çəkisi ilə bağlı qeyd edilməlidir ki, videoçəkilişlə aparılan şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs könüllü təqdim etdiyi heroin və metanmetamin zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş, sonuncu həmin zərfi imzalamış və zərf məhkəmə kimyəvi-ekspertizasına göndərilmişdir. Məhkəmə-kimyəvi ekspertizası rəyinin təsviri hissəsində göstərilmişdir ki, tədqiqat obyekti Mərkəzə üzərində Azərbaycan Respublikası DİN-nin 170 №-li dairəvi möhür əksi olan 1 ədəd zərfdə təqdim olunmuşdur. Tədqiqata təqdim edilmiş: “şübhəli Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş .. Elnur (imza)” yazısı və imzalar olan zərfi açdıqda içərisində ağ kağıza bükülmüş 2 ədəd şəffaf polietilen bükümdə təmiz çəkisi 3,373 qram qəhvəyi rəngli tozşəkilli maddə və təmiz çəkisi 1,648 qram ağ rəngli kristal şəkilli maddə aşkar edildi. Həmin maddələrin ayrı-ayrılıqda təmiz çəkilərini əməliyyat müvəkkili R.Tağıyevin iştirakı ilə ekspert tərəfindən «CAS CUX 420H» markalı elektron tərəzi vasitəsilə müəyyən edildi və bu barədə akt tərtib edilərək həmin şəxslər tərəfindən imzalandı. Göründüyü kimi Təqsirləndirilən şəxs təqdim etdiyi heroin zərfə qoyulduqdan sonra heç bir tamlığı pozulmadan məhkəmə-kimyəvi ekspertizasına göndərilmiş və orada isə çəkisi dəqiqliyi ilə müəyyən olunmuşdur. Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsinin dispozisiyasında satış məqsədi subyektiv cəhətin zəruri əlaməti kimi nəzərdə tutulmuş və təqsirləndirilən məhz satış məqsədi olmadığını mübahisələndirmişdir. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs satış məqsədinin olmasının sübuta yetirilməsini araşdırmalıdır. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə: miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarında məhkəmələrə tövsiyyə olunur ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. İbtidai istintaq orqanı satış məqsədini belə əsaslandırmış: “Təqsirləndirilən şəxs həm narkotik vasitə heroin, həm də psixotrop maddə metamfetamin aşkar edilmiş, həmçinin üzərindən aşkar edilmiş narkotik vasitə heroin külli miqdarda, yəni 3,373 qram olmuş və bu da onun ayrı-ayrı bükümlərdə həmin narkotik vasitə və psixotrop maddələrin özü istifadə etmək məqsədilə deyil, satış məqsədilə əldə etməsinə dəlalət edir”. Məhkəmə hesab edir ki, narkotik vasitənin külli miqdarda olması özlüyündə satış məqsədinin olmasına dəlalət edə bilməz. Belə ki, hazırki işdə əldə edilmiş 3,373 qram heroin külli miqdar təşkil etsə də, təxminən bir neçə gün istifadə edilə bilməsini, təqsirləndirilən Təqsirləndirilən şəxs da həmin narkotik və psixotrop maddəni həmin müddətdə istifadə edəcəyini satış məqsədi olmadan əldə edib saxlamasına dəlalət edir. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs 13 aprel 2023-cü il tarixdə tutulanadək onun narkotik vasitə və psixotrop maddələri satması, habelə onun tərəfindən satış məqsədi ilə narkotik vasitə və psixotrop maddələrin əldə edilməsi ilə bağlı polis əməkdaşlarının məlumatı olmamış, bununla bağlı hər hansı bir polis orqanına əməliyyat məlumatı daxil olmamış, onun cinayət əməlinin aşkara çıxarılması məqsədi ilə təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qanunla müəyyən edilmiş qərar qəbul edilməmişdir. Başqa sözlə, 13 aprel 2023-cü il tarixədək əməliyyat və istintaq orqanında Təqsirləndirilən şəxs narkotik və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə onun tərəfindən dövriyyəsi qadağan olunmuş predmetlərin əldə edib, saxlaması və daşıması ilə bağlı heç bir məlumatı olmamışdır. Belə ki, 13 aprel 2023cü il tarixdə «Toyota Prius» markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə ünvan 1 ünvanda yol hərəkəti qaydalarını pozduğu üçün Bakı şəhər BPİ-nin DYPİ-nin yol-patrul xidməti əməkdaşı Şahid1 tərəfindən saxlanılmış Təqsirləndirilən şəxs hərəkəti narkotik vasitənin təsiri altında olması təsüratı yaratdığından və özünü şübhəli apardığından polis bölməsinə dəvət edilmiş və daha sonra isə üzərindən narkotik vasitə və psixotrop maddə aşkar edilmişdir. Qeyd olunan halı həm təqsirləndirilən Təqsirləndirilən şəxs, həm də Şahid1 təsdiq etmişlər. Bundan başqa, üzərindən 2 müxtəlif növdə maddənin (həm heroin, həm də metamfetamin) aşkar edilməsi də onun satış məqsədi olmasına dəlalət edə bilməz. Belə ki, Təqsirləndirilən şəxs barəsində olan narkoloji ekspertizanın rəyi ilə də müəyyən olunur ki, opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Bu da onu göstərir ki, Təqsirləndirilən şəxs həm heroin (opioid maddə sinifinə daxil olan), həm də metamfetamin (psixostimulyatorlar sinifinə daxil olan) istifadəçisi olmuşdur. Təqsirləndirilən şəxs da ifadəsində həm heroin, həm də metamfetamin istifadəçisi olmasını təsdiq etmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs satış məqsədini birbaşa təsdiq edən sübutları əldə etmədən, başqa sözlə, lazımı sübutları toplamadan ona ağır cinayətin törədilməsi ilə bağlı ittiham irəli sürmüşdür. Cinayət mühakimə icraatında ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmələrin üzərinə düşən başlıca vəzifələrdən biri məhz təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin düzgün tövsif edilməsidir. Əməlin düzgün tövsif edilməsi üçün əsas isə yalnız qanun əsasında toplanılmış sübutlardır. Məhkəmə istintaqında tədqiq edilmiş və obyektiv araşdırılmış sübutlar əsasında Təqsirləndirilən şəxs satış məqsədi ilə heroin və metamfetamini əldə etməsi, üzərində saxlaması və daşıması, başqa sözlə, məhkəmə ibtidai istintaq orqanının gəldiyi nəticə və təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamla qəti şəkildə razılaşmır və hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham onun tərəfindən törədilmiş cinayət əməlinə uyğun deyil. Belə olan halda məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı təqsirləndirilən şəxsin satış məqsədi ilə narkotik vasitə və psixotrop maddə əldə etməsi, saxlaması və daşıması nəticəsinə gələrkən iş üzrə toplanmış mötəbər sübutlara deyil, ehtimal və şübhələrinə əsaslanmışdır. Həmin şübhələri isə iş üzrə toplanmış digər sübutlarla aradan qaldırmaq mümkün deyildir. Ona görə də, məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsində və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.2 maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Cinayət Prosessual Məcəllənin 351.3.4-cü maddəsinə əsasən məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən - məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət hadisəsi məhz onun tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cinayət əməlini törətməsini səmimi etiraf etməsini və yetkinlik yaşına çatmayan övladının olmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal cinayətin residividir. Belə ki, Nəsimi rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və Salyan rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə 06 ay 23 gün vaxtından əvvəl şərti azad edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il tarixli Qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını özündə əks etdirən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərindən görünür ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyasında üç ildə səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini cəzanın məqsədlərinə çatmaq baxımından qanuni, əsaslı və eləcə də ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Ona görə də, məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş ağır cəzanın yuxarı həddinin yarısından az olmayaraq cəza təyin etməlidir. Təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkmə müddətinin əvvəli onun faktiki tutulduğu vaxtdan, yəni 13 aprel 2023-cü il tarixdən hesab edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1 və 93.1.2-ci maddələrinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Bundan başqa, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli Qərarının 26-cı bəndinə görə məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Məhkəmə narkoloji ekspertizasının rəyini və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Həmin Məcəllənin 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin Məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspert tədqiqatından sonra qalıq qalmış 3,273 qram heroin və 1,548 qram metamfetamin məhv edilməli, 2 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə-kimyəvi ekspertizasına sərf edilmiş 114 (yüz on dörd manat) manat məbləğində ekspertiza xərci təqsirləndirilən Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin büdcəsinə keçirilməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs üquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi təyin edilmişdir. Cinayət-Prosessual Məcəllənin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin h quqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla məhkəmə mərhələsində göstərilmiş 58 iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına ödənilməsi üçün 348 (üç yüz qırx səkkiz) manat məbləğində pul köçürülməlidir. Hazırki iş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə, H Ö K M E T D İ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 13 aprel 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış təqsirləndirilən Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspert tədqiqatından sonra qalıq qalmış 3,273 qram heroin və 1,548 qram metanfetaminin məhv edilsin, 2 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə-kimyəvi ekspertizasına sərf edilmiş 114 (yüz on dörd manat) manat məbləğində ekspertiza xərci təqsirləndirilən Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin büdcəsinə keçirilsin. (Az.MEM, VÖEN **********, Hesab № AZ43CTRE******************** Büdcə təsnifatının kodu 142319 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X4, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ34NABZ013601**********3944 SWİFT BİK CTREAZ22) Məhkəmə mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi üçün 348 (üç yüz qırx səkkiz) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Kamran Muxtarov Hakimlər: Elnur Nuriyev Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar