Məhkəmə qərarları › İş №1(101)-919/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-919/2025

17.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-919/2025 17.03.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əsgərova-X7 (sədrlik edən), Sadıxov Rasim Əkrəm oğlu və Kərimov Novruz Ağakərim oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X4, dövlət ittihamçıları- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı1 və Dövlət ittihamçısı2, müdafiəçi – Azərbaycan Respublikasının Vəkillər Kollegiyası Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxx 1993-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Zaqulba prospekti 22 ünvanında yaşamış, barəsində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 09 avqust 2024-cü il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş və hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsi qəsdən həyatdan məhrum etmişdir. Belə ki, o, 07 avqust 2024-cü il tarixdə, təxminən saat 19 radələrində icarəyə götürməklə etibarnamə əsasında idarə etdiyi “Hyundai Elantra” markalı, “**-EQ-***” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi ərazisində yerləşən “Qazilər” çimərliyinə gələrək törədəcəyi əməlin ictimai təhlükəli olduğunu dərk edərək, onun nəticələrini qabaqcadan görərək və bunları arzu edərək, qisas motivi ilə, qəsdən öldürmək məqsədi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlüksizlik İdarəsinin 27 yanvar 2024-cü il tarixli 338 nömrəli şəhadətnaməsi əsasında daşıma və gəzdirmə hüququ əldə etdiyi 01 (bir) ədəd **-AZ- ***95№-li, Türkiyə Respublikasında, ‘'DERYA ARMS LTD” Şirkətində istehsal olunmuş, “MK-12” modelli, 12 kalibrli öz-özünə dolan, hamar lüləli, odlu yivsiz, texniki cəhətdən saz və atəş üçün yararlı ov tüfəngini götürüb avtomaşından enərək dənizkənarında kölgəlikdəki stulda əyləşən tanışı - xx xxx 1972-ci il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşı Zərərçəkmiş şəxs tuşlayıb sonuncunu şəxsi münasibətlərin pozulması zəmnində açdığı atəşlərlə istər birlikdə, istərsə də ayrı-ayrılıqda həyat üçün təhlükəli olan sağlamlığa ağır dərəcəli zərərvurmanın əlamətlərinə malik, həyati və baş vermiş ölümlə birbaşa səbəbli əlaqəli olan ənsə-alın-təpə sümüklərinin, kəllə əsası sümüklərinin çoxqəlpəli açıq sınıqları, baş-beyin toxumasına və beyin qişalarına geniş qansızmalar və baş-beyinin əzilib-dağılması ilə müşayiət olunan ənsə nahiyyəsinin 01 (bir) ədəd kəllə boşluğunu dəlib-keçən odlu silah güllə yarası, sağ ağciyərin zədələnməsi, kəskin qanitirmə ilə nəticələnmiş, İİİ-İV qabırğaların ön qoltuqaltı xətt üzrə qapalı, sağ bazu sümüyünün qapalı, qəlpəli sınıqları ilə müşayiət olunan sağ bazunun yuxarı üçdə birinin arxa-bayır səthinin döş boluğuna keçən 01 (bir) ədəd kor odlu silah güllə yaraları, sol ağciyərin zədələnməsi, kəskin qanitirmə ilə nəticələnmiş, sol bazu sümüyünün qapalı, qəlpəli sınığı ilə müşayiət olunan sol bazunun yuxarı üçdə birinin ön-bayır səthinin döş boşluğuna keçən 01 (bir) ədəd kor odlu silah - güllə yarası, sol ağciyərin zədələnməsi. kəskin qanitirmə ilə müşayiət olunan sol kürək nahiyyəsinin döş boşluğuna keçən 01 (bir) ədəd kor odlu silah güllə yarası, bağırsaq müsariqələrinin zədələnməsi, kəskin qanitirmə ilə müşayiət olunan sol bel nahiyyəsinin qarın boşluğuna keçən 01 (bir) ədəd kor odlu silah güllə yarası, sol bud sümüyünün qapalı, qəlpəli sınığı ilə müşayiət olunan sol budun yuxarı üçdə birinin önbayır səthinin qarın boşluğuna keçən 03 (bir) ədəd kor odlu silah güllə yarası xəsarətlərini yetirərək Zərərçəkmiş şəxs qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittiham üzrə təqsirli bilərək göstərmişdir ki, qardaşı Pərviz Xudaverdiyevin qohumu ilə ailə həyatı qurmuşdur. Sonradan münasibətlər pozulduğu üçün qardaşı həmin qadından ayrılmışdır. Qardaşı boşanmamışdan əvvəl ailələr arasında mülk mübahisələri başlanmışdır. Qardaşının arvadı boşanmaq üçün məhkəməyə müraciət etdikdən sonra qardaşı boşanmaq istəmədiyindən həmin məhkəmə iclaslarında iştirak etməmiş, lakin 2-3 dəfə məhkəmə iclası olduqdan sonra qardaşı ilə arvadı boşanmışlar. Pərviz Xudaverdiyev qohumlar arasında olan mülk mübahisələri zəminində onun atasını öldürmüşdür. Onların dəniz qırağında torpaqları olmuşdur. Zərərçəkmiş şəxs həmin torpağı ona satmağa məcbur etmişdir. Həmin torpaq atasından yadigar qaldığı üçün o, torpağı satmaq istəməmişdir. Amin adlı şəxs qardaşının boşandığı qadının əmisi olmuşdur. O, uzun müddət atasının öldürülməsi ilə razılaşmamış, utandığından xeyir işlərdə iştirak edə bilməmişdir. Atasını Aminin qardaşı öldürmüşdür. Aminlə bir müddət sonra aralarında münaqişələr yaranmağa başlamışdır. Sonuncu dəfə icarəyə götürdüyü avtomobillə Zərərçəkmiş şəxs izləməyə başlamışdır. O, Aminin obyektində oturduğunu görüb hadisəni törətmişdir. Təqsirləndirilən şəxs məhkəmədə ona ünvanlanmış sualları cavablandırarkən bildirdi ki, hadisədən sonra yolda olarkən o, “102” xidmətinə zəng etmişdir. Daha sonra yolda olarkən Polis İdarəsindən ona zəng gəlmişdir. O, polis əməkdaşlarına dayanacaqda olmalarını, özünün gələcəyini bildirmişdir. O, silahı polis əməkdaşlarına vermiş, onların avtomobili ilə Polis İdarəsinə getmişdir.Hadisədən dərhal sonra Polis İdarəsinə özü ona görə getməmişdir ki, qarşı tərəfin ona qarşı nəsə edəcəyini düşünmüşdür. Onların aralarında barışıq var. O, qisas almaq məqsədilə qarşı tərəfi öldürmüşdür. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli ilə bağlı etirafedici ifadələrini, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından zərərçəkmiş şəxsin hüquqi varisi, şahidlərin ifadələrini də iş üzrə sübut növü kimi qəbul edir. Məhkəmə iclasında elan edilərək tədqiq edilən ölmüş zərərçəkmiş şəxsin hüquq varisi X3 ifadəsindən görünür ki, mərhum Zərərçəkmiş şəxs onun doğma qardaşıdır. Onlar ailədə beş qardaş, iki bacıdırlar. Qardaş-bacılar içərisində yaşca böyük olan odur. Zərərçəkmiş şəxslə arasında hər hansı bir düşmənçilik və şəxsi ədavət olmamış, əksinə, Aminlə araları həm qardaş, həm dost kimi çox mehriban olmuşdur. Təqsirləndirilən şəxs uşaqlığından tanıyır. Ruhullanın atası Cavanşirlə dost olmuşdur. Ruhulla həm də onun qohumu olmuşdur. Belə ki, Ruhullanın qardaşı Elməddin onun kürəkəni olmuş, yəni Elməddin onun qızı ilə evli olmuşdur. Lakin nəsillikcə elə zənn edilir ki, qızı Münəvvər Aminin qızıdır. Çünki qızını saxlaması üçün Aminə vermişdir və qızı Aminin yanında böyümüşdür. Təqsirləndirilən şəxs ilə də arasında hər hansı bir düşmənçilik və şəxsi ədavət olmamışdır. Bildirmişdir ki, sonradan ailə münasibətlərinin pozulması zəminində Elməddin və qızı Münəvvər ayrılsalar da, buna baxmayaraq, aralarında düşmənçilik və şəxsi ədavət olmamışdır. Lakin 01 noyabr 2023-cü il tarixdə qardaşı Pərviz Ruhullanın atası Cavanşiri öldürmüşdür. Ruhullanın Aminlə və onun yaxınları ilə ailə münasibətləri pozulsa belə, düşünür ki, Ruhulla hər şeyə rəğmən Aminə, yaxud qohumlarına qarşı hər hansı bir düşmənçilik və ədavət bəsləməmişdir. Hadisə baş verən gün, yəni 07 avqust 2024-cü il tarixdə o, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, “Makaronnu” adlı ərazidə yerləşən çayxanada tanışları ilə əyləşmişdir. Həmin vaxt qardaşı Zaur çayxanaya gələrək ona demişdir ki, “Amini vurublar, deyəsən, ölüb”. Lakin o, Zaurun bu məlumatı haradan əldə etdiyini bilmir. O, dərhal “Land Cruiser” markalı, “**-UU-***” dövlət qeydiyyat nişanlı avtomaşına qardaşı Zaurla birlikdə əyləşərək hadisə yerinə, yəni Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi ərazisində yerləşən “Qazilər” çimərliyinə getmişdir. O, hadisə yerinə çatdıqda orada səhv etmirsə, çimərlik ərazisində yerləşən obyekti işlədən bir nəfər kişi cinsli şəxsi görmüşdür. Daha sonra Aminin meyitini yerdə uzanıqlı vəziyyətdə görmüşdür. Amin başından xəsarət aldığı üçün hadisə yerində ölmüşdür. Daha sonra hadisə yerinə polis və prokurorluq əməkdaşları gəlmişdirlər. Bundan sonra Aminin meyiti ölüm səbəbinin dəqiqləşdirilməsi məqsədilə morqa aparılmışdır. Həmin vaxt hamıya məlum olmuşdur ki, qardaşı Amini Ruhulla silahla atəş açaraq öldürmüşdür. Hadisə yerində olmadığı üçün Ruhullanın Amini dəqiq olaraq hansı şəraitdə öldürməsi barədə məlumatı olmamışdır. Qardaşı Zərərçəkmiş şəxs qəsdən öldürülməsi faktı üzrə Təqsirləndirilən şəxs, eyni zamanda hər hansı bir şəxsdən şikayəti və tələbi yoxdur. Xahiş edir ki, qeyd etdiyi xüsusatlar nəzərə alınsın. Düşünür ki, Ruhulla vəqin Amini atası Cavanşirin ölümünə görə öldürmüşdür (cild 1, iş vərəqə 115-124). Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 göstərmişdir ki, zərərçəkmiş şəxslə 12 il idi ki, yaxınlıq etmişlər. Hadisə günü axşam saat 8 radələrində dəniz kənarında söhbətgahda oturarkən birdən silah səsi eşidilmişdir. Silahdan ikinci dəfə atəş açıldıqdan sonra o, həmin yerdən qaçmışdır. Silahdan birinci dəfə atəş açılan zaman zərərçəkmiş şəxs ayağa qalxmışdır. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsi onun yanında vursa da, o, təqsirləndirilən şəxsi orada görməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid9 göstərmişdir ki, o, hadisə yerindən 200 metr uzaqda olmuşdur. O, istirahət mərkəzində inzibatçı vəzifəsində çalışmışdır. Hadisə baş verdikdən sonra hadisə yerinə yaxınlaşan zaman orada heç kim olmamışdır. O, 4-5 dəfə silah səsi eşitmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 göstərmişdir ki, o, istirahət mərkəzində çayçı vəzifəsində işləmişdir. İşdə olarkən 2-3 dəfə silah səsi eşitmişdir. O, hadisə yerinə gedərkən orada heç kim olmamışdır. Məhkəmə iclasında elan edilərək tədqiq edilən Şahid2 ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs onun doğma qardaşıdır. Onlar ailədə üç qardaşdırlar. Qardaşlar içərisində yaşca kiçiyi odur. Təqsirləndirilən şəxs ilə arasında hər hansı bir düşmənçilik və şəxsi ədavət olmamış, əksinə Ruhulla ilə arası həm qardaş, həm dost kimi çox mehriban olmuşdur. Zərərçəkmiş şəxs uşaqlığından bəri tanıyır. X13 dost olmuşdur. Amin həm də onun qohumu olmuşdur. Belə ki, qardaşı Elməddin Aminin qardaşı Şahinin kürəkəni olmuş, yəni Elməddin Şahinin qızı ilə evli olmuşdur. Lakin nəsillikcə elə zənn edilir ki, Şahinin qızı Münəvvər Aminin qızıdır. Çünki Şahin qızını saxlaması üçün Aminə vermişdir və bundan əvvəlki dövrdə qızı Aminin yanında böyümüşdür. Zərərçəkmiş şəxs ilə də arasında hər hansı bir düşmənçilik və şəxsi ədavət olmamışdır. Bildirmişdir ki, sonradan ailə münasibətlərinin pozulması zəmnində Elməddin və Münəvvər ayrılsalar da buna baxmayaraq, aralarında düşmənçilik və şəxsi ədavət olmamışdır. Lakin 01 noyabr 2023-cü il tarixdə Aminin qardaşı Pərviz atası Cavanşiri öldürmüşdür. Ruhullanın, ümumiyyətlə, ailələrinin Aminlə və Aminin yaxınları ilə ailə münasibətləri pozulsa belə, Ruhulla və ailə üzvləri hər şeyə rəğmən Aminə, yaxud Aminin qohumlarına qarşı hər hansı bir düşmənçilik və ədavət bəsləməmişdir. Hadisə baş verən gün, yəni 07 avqust 2024-cü il tarixdə o, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Xaqulba prospekti 22 ünvanında yerləşən evdə olmuşdur. Həmin gün saat təxminən 20 radələrində qardaşı Ruhulla evə gəlmişdir. İçəri daxil olduqdan sonra demişdir ki, “Amini öldürdüm və sizinlə halallaşmağa gəlmişəm”. Ruhulla həmin vaxt bildirmişdir ki, “atamın qisasını aldım və Amini güllələyərək öldürdüm. Sizinlə halallaşıb polisə təslim olmağa gedirəm”. Ruhulla onlara Amini hansı şəraitdə, necə öldürməsi barədə başqa hər hansı bir məlumat verməmişdir. Ruhulla Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102 Qaynar Xətt”inə zəng edərək bildirmişdir ki, “hadisə törətmişəm, gəlin məni aparın”. Təxminən 10 dəqiqədən sonra düşünmüşdürlər ki, polis əməkdaşlarının gəlməsini gözləsələr Ruhullanın həyatı üçün təhlükə yaranar və Aminin tanışları evlərinə gələr. Məhz bu səbəblə də Ruhulla bibisi oğlu Zaura məxsus olan “BMW” markalı, dövlət qevdiyyat nişanı yadında qalmayan avtomobillə Polis İdarəsinə gedərək könüllü şəkildə təslim olmuşdur, silahını təhvil vermişdir və törətdiyi cinayət əməlini etiraf etmişdir. X14 ataları Cavanşirin ölümünə görə qisas məqsədilə öldürmüşdür. Qardaşı Təqsirləndirilən şəxs qohumları və tanışları Zərərçəkmiş şəxs öldürməzdən əvvəl ona və ya hər hansı bir yaxınına heç bir məlumat verməmişdir. Təqsirləndirilən şəxs törədəcəyi hadisə barəsində əvvəldən xəbəri olmamışdır. Ümumiyyətlə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs silahdan atəş açaraq öldürməsi, yəni hadisə şəraiti, hadisənin necə törədilməsi ilə bağlı hər hansı bir məlumatı yoxdur (cild 1, iş vərəqə 125-128). Məhkəmə iclasında elan edilərək tədqiq edilən Şahid3 ifadəsindən görünür ki, 02 avqust 2024-cü il tarixdən etibarən Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi ərazisində yerləşən “Qazilər” çimərliyi ərazisindəki istirahət zonasında əmək müqaviləsi olmadan ofisiant kimi işləyir. O, həmin obyektdə ofisiant kimi səhər saat 08 radələrindən 21 radələrinə kimi işləmişdir. Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs tanımır, onlarla hər hansı bir münasibəti, o cümlədən düşmənçilik və şəxsi ədavəti olmamışdır. Hadisə baş verən gün, yəni 07 avqust 2024-cü il tarixdə o işdə, yəni Bakı şəhəri, Xəzər rayonu. Mərdəkan qəsəbəsi ərazisində yerləşən çimərlik ərazisində olmuşdur. Həmin gün işdə, daha dəqiq obyekt ərazisində o, digər ofisiantlardan Tunar, Nurlan, Vasif, kassir Ramin, aşpaz Rəna, eyni zamanda administrator Seymur olmuşdur. Belə ki, 07 avqust 2024-cü il tarixdə, təxminən saat 19 radələrində Zərərçəkmiş şəxs idarə etdiyi qara rəngli, “Audi” markalı, sedan tipli, dövlət qeydiyyat nişanı yadında qalmayan avtomaşınla çimərlik ərazisinə daxil olmuşdur. Həmin vaxt Aminin yanında tanımadığı qadın cinsli şəxs də olmuşdur. Amin çimərlik ərazisinə daxil olan zaman birbaşa avtomaşınla mətbəxə tərəf yaxınlaşmışdır və idarə etdiyi avtomobili orada saxlamışdır. Amin həmin vaxt avtomaşından yerə enməmişdir. X16 yaxınlaşaraq Aminlə görüşüb salamlaşmışdır. Bundan sonra Ramin Aminə qulluq etməsi üçün ofisiant kimi Nurlanı Aminin yanına göndərmişdir. Amin avtomaşınla çimərlik ərazisinə yaxın olan kölgəliklərdən birində, yanındakı qadın cinsli şəxslə birlikdə stulda əyləşmişdirlər. Vurğulamışdır ki, fəaliyyət göstərdiyi obyektin ərazisində olan işlərini asanlaşdırmaq məqsədilə ərazini şərti olaraq iki yerə bölmüşdürlər: A ərazisi və B ərazisi. Hər iki ərazinin ortasında isə qəlyanxana yerləşir. Amin B adlı ərazidə əyləşmişdir. O, orada cəmi beş gündür idi ki, işləmişdir. Gördüyü qədəri ilə isə Amin obyektin hörmətli müştərilərindən olmuşdur. Məhz bu səbəblə də Ramin Aminə qulluq etməyi ondan daha təcrübəli işçi olan Nurlana tapşırmışdır. Amin çimərlik ərazisinə daxil olub kölgəlikdə əyləşdikdən təxminən beş-altı dəqiqə keçdikdən sonra bir nəfər tanımadığı kişi cinsli şəxs idarə etdiyi səhv etmirsə, ağ, yaxud boz-metallik rəngli, markası və dövlət qeydiyyat nişanı yadında qalmayan avtomaşınla obyektin ərazisinə daxil olmuşdur. O, dərhal həmin kişi cinsli şəxsə yaxınlaşmışdır. Həmin kişi cinsli şəxsin Təqsirləndirilən şəxs olduğunu polis və prokurorluq əməkdaşlarından öyrənmişdir. Ruhulla içəri daxil olduqdan sonra o, Ruhullaya yaxınlaşmışdır. Ruhulla ondan soruşmuşdur ki, “sizin obyektdə küləksiz olan yer var?”. O, Ruhullaya “elə bir yerimiz təəssüf ki, yoxdur, lakin əgər istəsəniz, mən sizin üçün kölgəliyin ətrafına həsir yerləşdirə bilərəm” demişdir. Ruhulla ona demişdir ki, “onda sən mənim arxamca gəl, mən obyekt ərazisində bır az gəzinim, xoşuma gələn yer olsa, deyərəm, oranı təmizləyib həsir çəkərsən”. O, Ruhulla ilə razılaşmışdır. Bu vaxt Ruhulla əli ilə beş manat məbləğində pulu götürərək əlində sıxmışdır. Daha sonra Ruhulla obyekt ərazisində avtomaşınını idarə edərək bir neçə yerə baxmışdır. O da iti addımlarla Ruhullanın arxasıyca gələrək izləmişdir ki, Ruhullanın hansı kölgəlikdə əyləşmək istədiyini görsün. Ruhulla həmin vaxt A adlı ərazidə olmuşdur. Ruhulla idarə içərisindən çıxarmadan ona “sağ ol” deyə əl işarəsi göstərmişdir. O elə zənn etmişdir ki, Ruhulla artıq obyektdən çıxıb gedir. Daha sonra o, mətbəxə qayıdaraq işlərini görməyə davam etmək istəmişdir. Bir neçə dəqiqədən sonra güllə səsləri eşitmişdir. Güllə səslərini eşidən kimi hamı, eyni zamanda Tunar da arxaya doğru qaçaraq mətbəxə tərəf hərəkət etmişdir. Əvvəlcə elə zənn etmişdirlər ki, kimsə itləri güllə ilə vurub öldürür, çünki həmin ərazidə itlərin sayı çox olmuşdur. Obyekt ərazisindən avtomaşın sürətli çıxdığına görə onlar obyektdən ərazisindən çıxaraq sürətlə hərəkət edən avtomaşına tərəf boylansalar da, həmin avtomobilin dövlət qeydiyyat nişanını görə bilməmişdirlər. Bu zaman Aminin vurulduğunu bilmişlər. Bundan sonra Ramin Seymura xəbər vermişdir. Seymur gəldikdən sonra Aminin meyiti olan kölgəlik tərəfə doğru hərəkət etmişdir. Seymur demişdir ki, “süfrə gətirin, üstünə sərək”. O, dərhal mətbəxdən süfrə gətirərək Aminin üzərinə sərməsi üçün Seymura vermişdir. Bundan sonra hadisə yerinə polis və prokurorluq əməkdaşları gəlmişdirlər. Aminin meyiti ölüm səbəbinin dəqiqləşdirilməsi məqsədilə morqa aparılmışdır. Mərhum Zərərçəkmiş şəxs atəş açılaraq öldürülmüşdür. Atəş açan şəxsi hadisə yerində olanda da avtomaşının içərisində görmüşdür. Avtomaşını həmin şəxs idarə elmişdir və avtomaşında başqa şəxsi görməmişdir. Polis idarəsində Ruhullanı gördükdə bilmişdir ki, avtomaşını sürən şəxs həmin şəxs olmuşdur. Sonradan eşitmişdir ki, Amini Ruhulla güllələmişdir. Hamının danışmasına görə bilmişdir ki, Ruhulla yəqin Amini atası Cavanşirin ölümünə görə öldürmüşdür. İfadəsində göstərdiyi hadisə baş verən zaman onun və ya başqa şəxsin əlində hər hansı bir kəsici-deşici yaxud sair alət və silah olmamışdır. Hadisə zamanı Amindən başqa hər hansı bir şəxs xəsarət almamışdır. Amin aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür. Hava küləkli olduğu üçün çimərlikdə çox şəxs olmamışdır. Çimərlikdə işləyən şəxslər də, içi o qarışıq hadisəni təfərrüatı ilə görməmişdirlər. Hadisənin şahidləri barədə dəqiq bir fikri yoxdur. Hadisə zamanı atəş açan şəxs Ruhulla Abdulllazadənin yanında və ya avtomaşında başqa hər hansı bir şəxs görməmişdir (cild 1, iş vərəqə 138- 142). Məhkəmə iclasında elan edilərək tədqiq edilən Şahid4 ifadəsindən görünür ki, 15 iyul 2024-cü il tarixdən etibarən Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi ərazisində yerləşən “Qazilər” çimərlik ərazisindəki istirahət zonasında ofisiant kimi işləmişdir. O, həmin obyektdə ofisiant kimi səhər saat 08 radələrindən 21 radələrinə kimi işləmişdir. Obyekti işlədən şəxs Seymurdur. Zərərçəkmiş şəxs və X1 tanımır. Amin və Ruhulla ilə hər hansı bir münasibəti, o cümlədən düşmənçilik və şəxsi ədavəti olmamışdır. Hadisə baş verən gün, yəni 07 avqust 2024-cü il tarixdə o işdə, yəni Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi ərazisində yerləşən “Qazilər” çimərliyinin ərazisində olmuşdur. Həmin gün işdə, daha dəqiq desə obyekt ərazisində o, digər ofisiantlardan Tunar, Süleyman, Vasif, aşpaz Rəna, evni zamanda administrator Seymur olmuşdur. Bildiyinə görə 07 avqust 2024-cü il tarixdə, təxminən saat 19 radələrində Zərərçəkmiş şəxs idarə etdiyi qara rəngli, “Audi" markalı, sedan tipli, dövlət qeydiyyat nişanı yadında qalmayan avtomaşınla çimərlik ərazisinə daxil olaraq obyektə gəlmişdir. Amin obyektə daxil olan zaman o, mətbəxdə olmuşdur, həmin vaxt Aminin yanında tanımadığı qadın cinsli şəxs də olmuşdur. Bundan sonra Ramin Aminə qulluq etməsi üçün ofisiant kimi onu Aminin yanına göndərmişdir. Amin avtomaşınla çimərlik ərazisinə yaxın olan kölgəliklərdən birində, yanındakı qadın cinsli şəxslə birlikdə stulda əyləşmişdirlər. Vurğulamaq istəmişdir ki, fəaliyyət göstərdiyi obyektin ərazisində olan işlərini asanlaşdırmaq məqsədilə ərazini şərti olaraq iki yerə bölmüşdürlər: A ərazisi və B ərazisi. Hər iki ərazinin ortasında isə qəlyanxana yerləşir. Amin B adlı ərazidə əyləşmişdir. O, orada iyirmi gün, Süleyman isə cəmi beş gündür ki, işləmişdir. Gördüyü qədəri ilə isə Amin obyektin hörmətli müştərilərindən olmuşdur. Məhz yanındakı qadın cinsli şəxsin əyləşdiyi kölgəliyə yaxınlaşmışdır. Amin ondan kölgəliyin içərisindəki stol-stulun üzərindəki qumları silib təmizləməyini xahiş etmişdir və çay- mürəbbə sifariş etmişdir. O, stolu silib təmizlədikdən sonra çay gətirmək üçün mətbəxə tərəf getmişdir. O, mətbəxə doğru gedən zaman bir nəfər tanımadığı kişi cinsli şəxs idarə etdiyi səhv elmirsə, ağ yaxud boz-metallik rəngli, “Hyundai Elantra” markalı və dövlət qeydiyyat nişanı yadında qalmayan avtomaşınla obyektin ərazisinə daxil olmuşdur. Süleyman dərhal həmin kişi cinsli şəxsə yaxınlaşmışdır. Qeyd etmişdir ki, həmin kişi cinsli şəxsin Təqsirləndirilən şəxs olduğunu polis və prokurorluq əməkdaşlarından öyrənmişdir. Daha sonra Ruhulla obyekt ərazisində avtomaşınını idarə edərək bir neçə yerə baxmışdır. Süleyman da iti addımlarla Ruhullanın arxasıyca gələrək izləmişdir ki, görsün Ruhulla hansı kölgəlikdə əyləşmək istəmişdir. Daha sonra o, mətbəxdən çıxaraq Aminin əyləşdiyi kölgəliyə doğru hərəkət etmişdir və Amingilə yaxınlaşaraq çayları servis etmişdir. Bu vaxt o, Ruhullanı və Ruhullanın idarə etdiyi avtomaşının harada olduğunu bilməmişdir. Həmin vaxt, daha dəqiq desə, çay servisi edərkən Amingilin ətrafında hər hansı bir şəxs, avtomaşın, yaxud diqqətini cəlb edən, o cümlədən şübhə çəkən nə isə görməmişdir. Çayları servis edib digər işlərini görmək məqsədilə üzünü çevirib mətbəxə doğru getmək istəyən zaman güllə səsləri eşitmişdir. Güllə səslərini eşidən kimi hamı, eyni zamanda Tunar və Nurlan da arxaya doğru qaçaraq mətbəxə tərəf hərəkət etmişdirlər. Əvvəlcə elə zənn etmişdirlər ki, kimsə itləri güllə ilə vurub öldürür, çünki həmin ərazidə itlərin sayı çox olmuşdur. Həmin vaxt onlar çölə çıxmışdırlar. Bundan sonra Ramin demişdir ki, “Amini vurdular”. Seymur gəldikdən sonra Aminin meyiti olan kölgəlik tərəfə doğru hərəkət etmişdirlər. Seymur demişdir ki, “süfrə gətirin, üstünə sərək”. Süleyman dərhal mətbəxdən süfrə gətirərək Aminin üzərinə sərməsi üçün Seymura vermişdir. Bundan sonra hadisə yerinə polis və prokurorluq əməkdaşları gəlmişdirlər. Aminin meyiti ölüm səbəbinin dəqiqləşdirilməsi məqsədilə morqa aparılmışdır. Mərhum Zərərçəkmiş şəxs atəş açılaraq öldürülmüşdür. Atəş açan şəxsi hadisə yerində olanda da dəqiq sifətini görə bilməmişdir. Sonradan eşitmişdir ki, Amini Ruhulla güllələmişclir. Amini tanıyanların deməsinə görə Ruhulla yəqin Amini atası Cavanşirin ölümünə görə öldürmüşdür. İfadəsində göstərdiyi hadisə baş verən zaman onun və ya başqa şəxsin əlində hər hansı bir kəsici-deşici, yaxud sair alət və silah olmamışdır. Hadisə zamanı Amindən başqa hər hansı bir şəxs xəsarət almamış, Amin aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür. Hava küləkli olduğu üçün çimərlikdə çox şəxs olmamışdır. Çimərlikdə işləyən şəxslər də, içi o qarışıq hadisəni təfərrüatı ilə görməmişdirlər. Hadisənin şahidləri barədə dəqiq bir fikri yoxdur. Hadisə zamanı atəş açan şəxs Ruhulla Abdulllazadənin yanında və ya avtomaşında başqa hər hansı bir şəxs görməmişdir (cild 1, iş vərəqə 145-149). Məhkəmə iclasında elan edilərək tədqiq edilən Şahid5 ifadəsindən görünür ki, 21 iyun 2024-cü il tarixdən etibarən Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi ərazisində yerləşən “Qazilər” çimərliyi ərazisindəki istirahət zonasında ofisiant kimi işləmişdir. O, həmin obyektdə ofisiant kimi səhər saat 08 radələrindən 21 radələrinə kimi işləmişdir. Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs tanımır. Amin və Ruhulla ilə hər hansı bir münasibəti, o cümlədən düşmənçilik və şəxsi ədavəti olmamışdır. Hadisə baş verən gün, yəni 07 avqust 2024-cü il tarixdə o işdə, yəni Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi ərazisində yerləşən “Qazilər” çimərliyi ərazisində olmuşdur. Həmin gün işdə, daha dəqiq desə, obyekt ərazisində o, digər ofisiantlardan Nurlan, Süleyman, Vasif, aşpaz Rəna, kassir Ramin, eyni zamanda administrator Seymur olmuşdur. 07 avqust 2024-cü il tarixdə, təxminən saat 19 radələrində Zərərçəkmiş şəxs idarə etdiyi qara rəngli, “Audi" markalı, sedan tipli, dövlət qeydiyyat nişanı yadında qalmayan avtomaşınla çimərlik ərazisinə daxil olaraq obyekə gəlmişdir. Amin idarə etdiyi avtomaşından düşmədən Raminlə görüşdükdən sonra o, işlərini görmək məqsədilə mətbəxə getmişdir. Həmin vaxt Aminin yanında tanımadığı qadın cinsli şəxs də olmuşdur. Həmin qadın cinsli şəxs Aminin idarə etdiyi avtomaşının arxa oturacağında əyləşmişdir. Bundan sonra Ramin Aminə qulluq etməsi üçün ofisiant kimi Nurlanı Aminin yanına göndərmişdir. Amin avtomaşınla çimərlik ərazisinə yaxın olan kölgəliklərdən birində, yanındakı qadın cinsli şəxslə birlikdə stulda əyləşmişdirlər. Vurğulamışdır ki, fəaliyyət göstərdiyi obyektin ərazisində olan işlərini asanlaşdırmaq məqsədilə ərazini şərti olaraq iki yerə bölmüşdürlər; A ərazisi və B ərazisi. Hər iki ərazinin ortasında isə qəlyanxana yerləşir. Amin B adlı ərazidə əyləşmişdir. Qeyd etmişdir ki. Nurlan orada iyirmi gün, Süleyman isə cəmi beş gündür ki, işləmişdir. Gördüyü qədəri ilə isə Amin obyektin hörmətli müştərilərindən olmuşdur. Məhz bu səbəblə də Ramin Aminə qulluq etməyi Nurlana tapşırmışdır. Bildiyinə görə Nurlan Aminin və Aminin yanındakı qadın cinsli şəxsin əyləşdiyi kölgəliyə yaxınlaşmışdır. Amin Nurlandan kölgəliyin içərisindəki stol-stulun üzərindəki qumları silib təmizləməyini xahiş etmişdir və çaymürəbbə istəmişdir. Nurlan stolu silib təmizlədikdən sonra çay gətirmək üçün mətbəxə tərəf getmişdir. O, obyekt ərazisində yerləşən, qaldığı otağın yaxınlığında olan zaman bir nəfər tanımadığı kişi cinsli şəxs idarə etdiyi səhv etmirsə, ağ yaxud boz-metallik rəngli, “Hyundai Elantra” markalı və dövlət qeydiyyat nişanı yadında qalmayan avtomaşınla obyektin ərazisinə daxil olmuşdur. Süleyman dərhal həmin kişi cinsli şəxsə yaxınlaşmışdır. Qeyd etmişdir ki, həmin kişi cinsli şəxsin Təqsirləndirilən şəxs olduğunu polis və prokurorluq əməkdaşlarından öyrənmişdir. Daha sonra Ruhulla obyekt ərazisində avtomaşını idarə edərək bir neçə yerə baxmışdır. Süleyman da iti addımlarla Ruhullanın arxasıyca gələrək izləmişdir ki, görsün ki, Ruhulla hansı kölgəlikdə əyləşmək istəyir. Daha sonra o, Süleymana demişdir ki, “mən müştəriyə yaxınlaşaram”. Bundan sonra Ruhullanın arxası ilə hərəkət etməyə başlamışdır. Ruhulla A adlı ərazidən çıxaraq B adlı əraziyə doğru hərəkət etmişdir. O, Ruhullanın arxasıyca gəlmişdir. Həmin vaxt B adlı ərazinin 27-ci kölgəliyin arxasında dayanmışdır. Ruhulla isə Aminin əyləşdiyi, yəni B adlı ərazinin 20-ci kölgəliyi olan tərəfə doğru hərəkət etmişdir və idarəetdiyi avtomaşını saxlamışdır. O, həmin yerdən təxminən 50 metr aralıda dayanmışdır. Bundan sonra Ruhulla avtomaşından yerə enərək əlindəki avtomata oxşar silahla Aminin əyləşdiyi kölgəliyə yaxınlaşmışdır və silahı kölgəliyə yaxınlaşdıraraq atəş açmışdır. Birinci atəşdən sonra Aminin yanındakı qadının söhbətgahdan uzaqlaşdığını görmüşdür. Daha sonra bir neçə dəfə də atəş açılmışdır. Yadında qalan qədəri ilə sonuncu atəşi Ruhulla kölgəliyin ön tərəfinə keçərək açmışdır. Güllə səslərindən sonra o, eyni zamanda Süleyman və Nurlan da arxaya doğru qaçaraq mətbəxə tərəf hərəkət etmişdirlər. Obyektdə işləyən hamı demək olar ki, mətbəxə tərəf qaçmışdırlar. Bir qədər keçdikdən sonra onlar çölə çıxmışdırlar. Bundan sonra Ramin demişdir ki, “Amini vurdular”. Seymur gəldikdən sonra Aminin meyiti olan kölgəlik tərəfə doğru hərəkət etmişdirlər. Seymur demişdir ki, “süfrə gətirin, üstünə sərək”. Süleyman dərhal mətbəxdən süfrə gətirərək Aminin üzərinə sərməsi üçün Seymura vermişdir. Bundan sonra hadisə yerinə polis və prokurorluq əməkdaşları gəlmişdirlər. Aminin meyiti ölüm səbəbinin dəqiqləşdirilməsi məqsədilə morqa aparılmışdır. Mərhum Zərərçəkmiş şəxs atəş açılaraq öldürülmüşdür. Atəş açan şəxsi hadisə yerində olanda da görmüşdür ki., Ruhulladır. Həmin şəxsin Ruhulla olduğunu Polis İdarəsində olarkən öyrənmişdir. Amini tanıyanların sözündən bilmişdir ki, Ruhulla yəqin Amini atası Cavanşirin ölümünə görə öldürmüşdür. İfadəsində göstərdiyi hadisə baş verən zaman onun və ya başqa şəxsin əlində hər hansı bir kəsici-deşici yaxud sair alət və silah olmamışdır. Hadisə zamanı Amindən başqa hər hansı bir şəxs xəsarət almamışdır. Amin aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür. Hava küləkli olduğu üçün çimərlikdə çox şəxs olmamışdır. Çimərlikdə işləyən şəxslər də, içi o qarışıq hadisəni təfərrüatı ilə görməmişdirlər. Amma o, dəqiq görmüşdür ki, Ruhulla avtomaşından enərək əlində silahla Amin oturduğu kölgəliyə yaxınlaşmışdır, demək olar ki, silahı kölgəliyə dirəyərək Aminə atəş açmışdır. Hadisənin şahidləri barədə dəqiq bir fikri yoxdur. Hadisə zamanı atəş açan şəxs Ruhulla Abdulllazadənin yanında və ya avtomaşında başqa hər hansı bir şəxs görməmişdir (cild 1, iş vərəqə 150-154). Məhkəmə iclasında elan edilərək tədqiq edilən Şahid7 ifadəsindən görünür ki, 2024-cü ilin xatırlamadığı aydan etibarən Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi ərazisində yerləşən “Qazilər” çimərliyi ərazisindəki istirahət zonasında qabyuyan kimi işləmişdir. Səhhəti ilə əlaqədar olaraq normal formada işləyə bilmədiyi üçün sadəcə olaraq, yəni ayaqlarında olan xəstəliyə görə özünü yaxşı hiss etdiyi zaman xahiş etmişdir ki, gedib orada bir az işləsin. Həmin obyektdə, ümumilikdə, səhv etmirsə, təxminən 3-4 nəfərə yaxın ofisiant fəaliyyət göstərmişdir. Zərərçəkmiş şəxs tanımır, həmin şəxslə münasibəti, eyni zamanda düşmənçilik və şəxsi ədavəti olmamışdır. Hadisə baş verən gün, yəni 07 avqust 2024-cü il tarixdə o, işdə, yəni Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi ərazisində yerləşən “Qazilər” çimərliyi ərazisində olmuşdur. Həmin gün işdə, daha dəqiq desə obyekt ərazisində o, ofisiantlardan Tunar, Nurlan, Süleyman, Vasif, çayçı Ramin, eyni zamanda administrator Seymur olmuşdur. Hadisə baş verən gün, yəni 07 avqust 2024-cü il tarixdə təxminən saat 10 radələrində o, obyekt ərazisindəki otaqda olmuşdur. Həmin gün o, işə gec gəlmişdir. Lakin görmüşdür ki, onsuzda müştəri yoxdur, həm də hava küləklidir. Məhz bu səbəblə də icazə alıb evə getmək istəmişdir. Obyekt ərazisindəki otaqda olan zaman birdən-birə partlayış səsinə bənzər bir neçə səs eşitmişdir. Əvvəlcə, elə zənn etmişdir ki, kimsə itlərə el arasında “zırpaket” kimi adlanan qurğudan atmışdır. Bu zaman obyekt ərazisində işləyən, adı yadında qalmayan ofisiant içəri daxil olaraq ona “bibi, adam vurdular demişdir”. O, ofisianta demişdir ki, “vuran adam avtomaşınla idisə, heç olmasa, dövlət qeydiyyat nişanına baxardın ki, polisə xəbər verək”. Bundan sonra obyektin işçiləri çölə çıxmışdırlar. O, səhhəti ilə əlaqədar, eyni zamanda meyitdən qorxduğu üçün hadisə baş verən yerə getməmişdir. Hətta oradakı ofisiantlardan xahiş etmişdir ki, ona asfalt yola qədər çıxmağa kömək etsinlər. Bundan sonra “VAZ” markalı taksi avtomaşınına əyləşərək çıxıb evə getmişdir. Sonradan öyrənmişdir ki, ölən şəxs Zərərçəkmiş şəxsdir. Qeyd etmişdir ki, həmin hadisədən sonra o, işə getməmişdir. Bundan başqa, həmin gün obyekt ərazisində olduğu müddət ərzində hər hansı bir şübhə çəkən, diqqət cəlb edən məqama rast gəlməmişdir. Qətlə yetirilən Zərərçəkmiş şəxs və qətlə yetirən tərəfin heç birini tanımır, eyni zamanda onların obyektə nə zaman, necə və hansı formada daxil olmasını görməmişdir və bu barədə hər hansı bır şəxsdən nə isə eşitməmişdir. Mərhum Zərərçəkmiş şəxs atəş açılaraq öldürülmüşdür. Atəş açan şəxsi hadisə yerində olanda da görməmişdir. Sonradan eşitmişdir ki, Amini Ruhulla güllələmişdir. Oradakıların sözlərinə görə Ruhulla Amini yəqin Amini atası Cavanşirin ölümünə görə öldürmüşdür. İfadəsində göstərdiyi hadisə baş verən zaman onun və ya başqa şəxsin əlində hər hansı bir kəsici-deşici, yaxud sair alət və silah olmamışdır. Hadisə zamanı Amindən başqa hər hansı bir şəxs xəsarət almamışdır. Amin aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür. Hava küləkli olduğu üçün çimərlikdə çox şəxs olmamışdır. Çimərlikdə işləyən şəxslər də, içi o qarışıq hadisəni təfərrüatı ilə görməmişdirlər. Hadisənin şahidləri barədə dəqiq bir fikri yoxdur. Hadisə zamanı atəş açan şəxs Təqsirləndirilən şəxs yanında və ya avtomaşında başqa hər hansı bir şəxs görməmişdir (cild 1, iş vərəqə 159-162). Məhkəmə iclasında elan edilərək tədqiq edilən Şahid8 ifadəsindən görünür ki, 10 iyul 2024-cü il tarixdən etibarən Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi ərazisində yerləşən “Qazilər” çimərliyi ərazisindəki istirahət zonasında ofisiant kimi işləyir. O, həmin obyektdə ofisiant kimi səhər saat 08 radələrindən 21 radələrinə kimi işləmişdir. Zərərçəkmiş şəxs və X2 tanımır. Amin və Ruhulla ilə hər hansı bir münasibəti, o cümlədən düşmənçilik və şəxsi ədavəti olmamışdır. Həmin şəxslərin adlarını Polis İdarəsində olarkən öyrənmişdir. Hadisə baş verən gün, yəni 07 avqust 2024-cti il tarixdə o işdə, yəni Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi ərazisində yerləşən “Qazilər” çimərliyi ərazisində olmuşdur. Əslində həmin gün o, obyekt ərazisində olsa da, həmin gün istirahət günü olmuşdur və o, obyekt ərazisindəki otaqda yatmışdır. Həmin gün işdə, obyekt ərazisində o, digər ofisiantlardan Tunar, Nurlan, Süleyman, kassir Ramin, xadimə Rəna, eyni zamanda administrator Seymur olmuşdur. Obyekt ərazisindəki otaqda yatmış vəziyyətdə olan zaman səs-küyə oyanmışdır. Həmin səslər partlayış səsinə bənzəmişdir. Elə zənn etmişdir ki, kimsə itləri güllə ilə vurub öldürür, çünki həmin ərazidə itlərin sayı çox olmuşdur. Məhz bu səbəblə də həmin səslərə fikir verməmişdir. Ərazidən qışqırıq səsi və sair səslər də eşitməmişdir, çünki onun yatdığı otağın yerləşdiyi yer hadisə yerindən çox uzaqda yerləşmişdir. Lakin otaqdan çıxdıqdan sonra hamının “Amini vurdular” dediyini görmüşdür. Polis idarəsində bilmişdir ki, Amini Ruhulla adlı şəxs vurmuşdur. O, hadisədən əvvəl hər hansı bir şübhə çəkən məqam, obyekt ərazisinə gələrək diqqət cəlb edən hər hansı şəxs görməmiş, eyni zamanda kimdənsə nə isə eşitməmişdir. Mərhum Zərərçəkmiş şəxs atəş açılaraq öldürülmüşdür. Atəş açan şəxsi hadisə yerində olanda da görməmişdir. Sonradan eşitmişdir ki, Amini Ruhulla güllələmişdir. Danışılanlara görə bilir ki, Ruhulla yəqin Amini atası Cavanşirin ölümünə görə öldürmüşdür. İfadəsində göstərdiyi hadisə baş verən zaman onun və ya başqa şəxsin əlində hər hansı bir kəsici-dcşici, yaxud sair alət və silah olmamışdır. Hadisə zamanı Amindən başqa hər hansı bir şəxs xəsarət almamışdır. Amin aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür. Hava küləkli olduğu üçün çimərlikdə çox şəxs olmamışdır. Çimərlikdə işləyən şəxslər də, içi o qarışıq hadisəni təfərrüatı ilə görməmişdirlər. Hadisənin şahidləri barədə dəqiq bir fikri yoxdur. Hadisə zamanı atəş açan şəxs Ruhulla Abdulllazadənin yanında və ya avtomaşında başqa hər hansı bir şəxs görməmişdir. Ümumiyyətlə, o, hadisəni görməmişdir (cild 1, iş vərəqə 163-166). Məhkəmə iclasında elan edilərək tədqiq edilən Şahid10 ifadəsindən görünür ki, mərhum Zərərçəkmiş şəxs təxminən iyirmi ildir ki, kənd sakinlərindən biri kimi tanımışdır. Aminlə yaxın münasibətləri isə son beş-altı ildir ki, yaranmış və Aminin ölümünə kimi həmin yaxın münasibət davam etmişdir. Zərərçəkmiş şəxslə arasında hər hansı bir düşmənçilik və şəxsi ədavət olmamış, əksinə Aminlə arası dost kimi çox mehriban olmuşdur. Təqsirləndirilən şəxs onun əmisi oğludur. Təqsirləndirilən şəxs ilə də arasında hər hansı bir düşmənçilik və şəxsi ədavət olmamışdır. Ruhullanın qardaşı Elməddin Aminin qardaşı Şahinin kürəkəni olmuş, yəni Elməddin Şahinin qızı ilə evli olmuşdur. Lakin nəsillikcə elə zənn edilir ki, Şahinin qızı Münəvvər Aminin qızıdır. Çünki Şahin qızını saxlaması üçün Aminə vermişdir və qızı Aminin yanında böyümüşdür. Bildirmişdir ki, sonradan ailə münasibətlərinin pozulması zəmnində Elməddin və Şahinin qızı Münəvvər ayrılmışdırlar, buna görə də, ailələr arası münasibətlər soyumuşdur. Lakin 01 noyabr 2023-ci il tarixdə Aminin qardaşı Pərviz Ruhullanın atasını, yəni əmisi Cavanşiri öldürmüşdür. Ruhullanın Aminlə və Aminin yaxınları ilə ailə münasibətləri pozulsa belə, düşünür ki, Ruhulla hər şeyə rəğmən Aminə, yaxud Aminin qohumlarına qarşı hər hansı bır düşmənçilik və ədavət bəsləməmişdir. Ruhulla onun doğma əmisi oğlu olmasına baxmayaraq, aralarındakı münasibət nisbətən soyuq olmuşdur, yəni ailəvi olaraq onlar Ruhulla və Ruhullanın ailəsi ilə elə də çox əlaqə qurmamışdırlar. Lakin Aminlə çox yaxın olmuşdur və Amin ona çox etibar etmişdir. Bu səbəblə də müxtəlif yerlərə gedən zaman ona güvənərək birlikdə getmişdirlər. O, Amini sonuncu dəfə ölümündən bir gün əməl, yəni 06 avqust 2024-cü il tarixdə görmüşdür. Həmin gün o, Aminin Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi ərazisində yerləşən evinə qonaq getmişdir. Aminlə görüşləri zamanı aralarında xoş söhbət keçmişdir. Hadisə baş verən gün, yəni 07 avqust 2024-cü il tarixdə o, Şağan qəsəbəsində yerləşən çay evində olmuşdur. Hadisədən əvvəl, hadisə zamanı və hadisədən sonra o, Ruhulla ilə, eyni zamanda Ruhullaya yaxın olan hər hansı bir şəxslə üzbəüz, yaxud başqaları vasitəsi ilə eyni zamanda mobil telefonla əlaqə saxlamamış, heç kimlə danışmamış, ünsiyyət qurmamışdır. Aminin ölüm xəbərini də o, yuxanda qeyd etdiyi çay evində olan zaman Aminin qardaşı oğlu Cavidan mobil telefonla zəng etdiyi zaman öyrənmişdir. Düşünür ki, Ruhulla Amini atası Cavanşirin qisasını almaq üçün öldürmüşdür, Ruhullanın başqa niyyətlə Amini öldürdüyünü zənn etmir (cild 1, iş vərəqə 175-178). Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, ekspert rəylərini, habelə digər sənədləri də sübut növü kimi qəbul edir. 07 avqust 2024-cü il tarixli hadisə yerinə, avtomaşına və meyitə baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi ərazisində yerləşən çimərliyin ərazisidir. Çimərlik ərazisinin iki giriş hissəsi nəzərdə tutulmuşdur. Birinci girişin üzərində “Qazilər” sözləri yazılmış reklam lövhəsi quraşdırılmışdır. İkinci giriş hissəsində isə “Mərdəkan” sözləri yazılmış reklam lövhəsi yerləşdirilmişdir. Hər iki girişdən daxil olan zaman bir neçə metr hərəkət etdikdən sonra həmin yollar sonunda birləşir. Hadisə “Qazilər” çimərliyinin ərazisində baş vermişdir. Çimərlik ərazisinə gedən yol və çimərlik ərazisi qum örtükdən ibarətdir. Çimərlik ərazisində dəniz kənarına yaxın olan hissədən etibarən ara məsafəsi 2- 2.5 metr olan, taxta materialdan hazırlanmış hündürlüyü 2.5, eni isə 3,5 metr olan taxta konstruksiyalarkölgəliklər yerləşdirilmişdir. Taxta materialdan hazırlanmış həmin kölgəliklərin içərisində patronla enerji təchizatı həyata keçirilən sadə məişət lampaları quraşdırılmışdır. Kölgəliklərin dəniz sahilinə doğru yerləşdirilmiş tərəfi açıq olmaqla, digər tərəflər ara məsafələri olan (deşik-deşik) kubşəkilli taxta materialla əhatələnmişdir. Hadisə yerində iştirak edən çimərliyin administratoru Şahid9 hadisə yeri olan 27-ci kölgəliyi göstərərək hadisənin həmin kölgəliyin içərisində baş verdiyini bildirdi. Həmin kölgəliyin içərisində xx xxx 1972-ci il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşı Zərərçəkmiş şəxs meyiti qum örtüklü yer səthində, üzü üstündə uzanıqlı vəziyyətdə aşkar edilmişdir. Zərərçəkmiş şəxs meyitinin olduğu kölgəliyin içərisində 01 ədəd plastik materialdan hazırlanmış stol və 02 ədəd plastik materialdan hazırlanmış stul vardır. Stol və stullar dağınıq vəziyyətdədir. Qum üzərində dağınıq vəziyyətdə olan çaynik, stəkan və nəlbəkilər aşkar edilmişdir. Kölgəliyin ətrafında yerdən 05 ədəd və zibil qabının içərisindən 01 ədəd, ümumi 06 ədəd giliz aşkar edilmişdir və həmin gilizlər maddi sübut əhəmiyyətli olduğu üçün götürülmüşdür. Hadisə baş verən kölgəliyin dənizə tərəf istiqamətdə olarkən sol tərəfində 01 ədəd qara rəngli, “AUDİ A4” markalı, “**-MO-***” dövlət qeydiyyat nişanlı avtomobil aşkar edilmişdir. Baxış keçirilərkən avtomobildə maddi sübut əhəmiyyətinə malik hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra mərhum Zərərçəkmiş şəxs meyiti əlavə xarici və daxili müayinə edilməsi məqsədilə ekspertizaya göndərilmişdir. Həmin istintaq hərəkəti zamanı müvafiq fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur ( cild 1, iş vərəqə 3-17). 08 avqust 2024-cü il tarixli silaha baxış keçirilməsi haqqında protokoldan görünür ki, silah yivsiz lüləli ov silahıdır. Həmin silahı Təqsirləndirilən şəxs cinayət əməlini törətdikdən sonra təslim olarkən könüllü olaraq polis orqanına təqdim etmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin 27 yanvar 2024-cü il tarixli, 338 nömrəli şəhadətnaməsi əsasında daşıma və gəzdirmə hüququ əldə etmişdir. **-AZ-***95 nömrəlidir, Türkiyə Respublikasında, “DERYA ARMS LTD” şirkətində istehsal olunmuşdur, “MK-12” modelli 12 kalibrlidir. Silahın patrondaşında “MESCO” sözləri yazılmış, 12 mm-lik 03 (üç) ədəd patron aşkar edilmişdir. Həmin istintaq hərəkəti zamanı müvafiq fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur ( cild 1, iş vərəqə 57-61). 08 avqust 2024-cü il tarixli şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsində bildirdiyi xüsusatları bir daha əyani şəkildə hadisə yerində göstərmişdir. Həmin istintaq hərəkəti zamanı müvafiq fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur (cild 1, iş vərəqə 62-69). 07 avqust 2024-cü il tarixli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, mərhum Zərərçəkmiş şəxs meyitində-ənsə-alın-təpə sümüklərinin, kəllə əsası sümüklərinin çoxqəlpəli açıq sınıqları, baş-beyin toxumasına və beyin qişalarına geniş qansızmalar və baş-beyinin əzilib-dağılması ilə müşayiət olunan ənsə nahiyyəsinin 1 ədəd kəllə boşluğunu dəlib-keçən odlu silah güllə yarası, sağ ağciyərin zədələnməsi, kəskin qanitirmə ilə nəticələnmiş, İİİ-İV qabırğaların qoltuqaltı xətt üzrə qapalı, sağ bazu sümüyünün qapalı, qəlpəli sınıqları ilə müşayiət olunan sağ bazunun yuxarı üçdə birinin arxa- bayır səthinin döş boşluğuna keçən 1 ədəd odlu silah-güllə yaraları, sol ağciyərin zədələnməsi, kəskin qanitirmə ilə nəticələnmiş, sol bazu sümüyünün qapalı, qəlpəli sınığını ilə müşayiət olunan sol bazunun yuxarı üçdə birinin ön-bayır səthinin döş boşluğuna keçən 1 ədəd kor odlu silah-güllə yarası, sol ağciyərin zədələnməsi, kəskin qanitirmə ilə müşayiət olunan sol kürək nahiyəsinin döş boşluğuna keçən 1 ədəd kor odlu silah-güllə yarası, bağırsaq müsariqələrinin zədələnməsi, kəskin qanitirmə ilə müşayiət olunan sol bel nahiyyəsinin qarın boşluğuna keçən 01 ədəd kor odlu silah- güllə yarası, sol bud sümüyünün qapalı, qəlpəli sınığı ilə müşayiət lunan sol budun yuxarı üçdə birinin önbayır səthinin qarın boşluğuna keçən 1 ədəd kor odlu silah-güllə yarası aşkar edilmişdir. Qeyd olunan odlu silah güllə yaraları mərhum Zərərçəkmiş şəxs meyitinin meyitxanada məhkəmə-tibbi ekspertizadan az əvvəl odlu silahdan açılmış atəş nəticəsində törənmişlər, həyati olmuş, qərarda göstərilən 07 avqust 2024-cü il tarixə uyğun gəlirlər. Mərhum Zərərçəkmiş şəxs meyitində aşkar edilmiş ənsə nahiyəsinin kəllə tağı və əsası sümüklərinin çox qəlpəli sınıqları, beyin qişalarına və beyin toxumasına geniş qansızma, beyin toxumasının hissəvi evakuasiyası ilə müşayiət olunan 1 ədəd dəlib-kəçən odlu silah - güllə yarasının istiqaməti arxadan önə, bir qədər aşağıdan yuxarıya və soldan az sağa doğrudur. Sağ bazunun yuxarı üçdə birinin arxa-bayır səthinin İİİ-İV qabırğaarası sahədən döş boşluğuna keçən və sağ ağciyərin yuxarı payında kor qurtaran yaranın, yara kanalının istiqaməti sağdan sola, bir qədər yuxarıdan aşağıya və öndən arxaya doğrudur. Sol bazunun yuxarı üçdə birinin ön-bayır səthinin İİİ qabırğaarası sahədən döş boşluğuna keçən və sol ağciyərin yuxarı payında kor qurtaran yaranın, yara kanalının istiqaməti soldan sağa, bir qədər öndən arxaya, aşağıdan yuxarıyadır. Sol kürək nahiyəsinin V-Vİ qabırğaları zədələyərək sol ağciyərin aşağı payında kor qurtaran yaranın, yara kanalının istiqaməti arxadan önə doğrudur. Sol bel nahiyəsinin qarın boşluğuna daxil olan kor odlu silah güllə yaranın, yara kanalının istiqaməti arxadan önə doğrudur. Sol budun yuxarı üçdə birinin qarın boşluğuna daxil olaraq bağırsaq müsariqəsində kor qurtaran odlu silah yaranın, yara kanalının istiqaməti öndən arxaya, bir qədər aşağıdan yuxarıya doğrudur. Qeyd olunan xəsarətlər dərəcələrinə görə istər birlikdə, istərsə də ayrı ayrılıqda həyat üçün təhlükəli olan sağlamlığa ağır dərəcəli zərərvurmanın əlamətlərinə malik, həyati və baş vermiş ölümlə birbaşa səbəbli əlaqəlidirlər. Mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb həyatla bir araya sığmayan xəsarət - başın odlu-silah güllə yarası nəticəsində ənsə-alıntəpə sümüklərinin çoxqəlqəli açıq sınıqları, baş-beyin toxumasına və beyin qişalarına geniş qansızmalar, baş-beyinin əzilib-dağılması olmuşdur.Meyit əlamətlərinin inkişaf dərəcəsinə əsasən demək olar ki. ölüm mərhum Zərərçəkmiş şəxs meyitinin meyitxanada müayinəsindən 2-5 saat əvvəl baş vermişdir. Odlu silah güllə yaralarının xarakterik xüsusiyyətlərinə əsasən demək olar ki, atəş atəşin əlavə faktorlarının təsir etmədiyi məsafədən açılmışdır. Atəş açılan zaman mərhum Zərərçəkmiş şəxs bədənin əsasən arxa və sol yan səthi atəş açan şəxsə doğru olmuşdur. Xəsarətlər yetirilən anda mərhum Zərərçəkmiş şəxs bədənin əsasən arxa və sol yan səthi atəş açan şəxsə tərəf olmaqla bədənin müxtəlif duruş vəziyyətlərində (ayaq üstə, yarıoturaq, yarıuzanıqlı və.s) ola bilərdi. Hadisə haqqında olan məlumatlara, xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, mərhum Zərərçəkmiş şəxs bədənində aşkar olunan xəsarətlər-odlu silah yaraları kənar şəxs tərəfindən odlu silahdan açılmış azı altı atəş nəticəsində törənmişdirlər. Mərhum Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti, narkotik maddələr və güclü təsircdicilər aşkar edilməmişdir (cild 1, iş vərəqə 199-207). 26 avqust 2024-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya X9 Şəxsin məktubundan görünür ki, Təqsirləndirilən şəxs göstərilən xəstəxanada müalicədə olmamışdır (cild 1, iş vərəqə 174). 02 sentyabr 2024-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X15 Şəxsin məktubundan görünür ki, Təqsirləndirilən şəxs göstərilən mərkəzdə narkoloji qeydiyyatda olmamışdır (cild 1, iş vərəqə 209). 03 sentyabr 2024-cü il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin məktubundan görünür ki,tədqiqata təqdim edimiş əl izləri Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin ADİS-in məlumat bankında olan şəxslərin əl əksləri ilə müqayisə edilmişdir.Müqayisəli tədqiqat nəticəsində yararlı olan əl izlərindən 03 ədədi Təqsirləndirilən şəxs sol əlinin ovuc, sağ əlinin böyük və şəhadət barmaqlarının əksi ilə eynilik təşkil etmişdir (cild 1, iş vərəqə 210). 07 noyabr 2024-cü il tarixli kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, əqli gerilik və sair psixi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə elmək iqtidarına malikdir. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə özünə və ətrafdakılara zərər yetirmək təhlükəsi qeyd edilmir. Təqsirləndirilən şəxs cinayət əməlini törədən zaman şüuruna və fəaliyyətinə mühüm təsir göstərə bilən emosional vəziyyətdə olmamışdır. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt vəziyyətində olmamışdır (cild 1, iş vərəqə 225-227). 28 noyabr 2024-cii il tarixli məhkəmə-ballistik eksperizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 (bir) ədəd **-AZ-***95 №-li silah Türkiyə Respublikasında “DERYA ARMS LTD" şirkətində istehsal olunmuş “MK-12” modelli 12 kalibrli özü-özünə dolan, yivsiz, hamar lüləli ov tüfəngidir, odlu yivsiz silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Silahın hissə-mexanizmlərinin üzərində sonradan silahın təyinatını dəyişdirən heç bir əlavə dəyişiklik edilməmişdir. Tədqiqata təqdim edilmiş 03 ədəd patron zavod üsulu xarici dövlətdə istehsal olunmuş, 12x70 kalibrli ov patronlarıdır, həmin kalibrli hamar lüləli ov silahlarından atəş açmaq üçün nəzərdə tutulmuş ov döyüş sursatıdırlar və atəş üçün yararlıdırlar. Tədqiqata təqdim edilmiş 01 ədəd daraq zavod üsulu ilə istehsal olunmuş, 12 kalibrli ov patronları yerləşdirmək üçün nəzərdə tutulmuş “MK-12” modelli ov silahlarının komplekt hissəsidir - darağıdır, texniki cəhətdən sazdır və təyinatı üzrə istifadə üçün yararlıdır. Tədqiqata təqdim edilmiş 06 ədəd giliz zavod üsulu ilə xarici dövlətdə istehsal olunmuş 12x70 mm kalibrli olmaqla, həmin kalibrli hamar lüləli ov silahlarından atəş açmaq üçün nəzərdə tutulmuş ov patronlarının bir hissəsidir - atılmış gilizləridir. Həmin gilizlər tədqiqata təqdim edilmiş 12 kalibrli **-AZ-***95 №-li “MK-12” modelli ov tüfəngindən atılmışdır. Tədqiqata təqdim edilmiş 03 ədəd metal əşya zavod üsulu ilə xarici dövlətdə istehsal olunmuş, ov patronunun daxilində yerləşən komponentlərindən bir hissəsidir - atılmış güllənin deformasiyaya uğramış, parçalanmış hissələridir, döyüş sursatı hesab edilmir və təyinatı üzrə istifadə üçün yararsızdır. Tədqiqata təqdim edilmiş silah texniki cəhətdən saz, onun hissə-mexanizmlərinin bir-birilə qarşılıqlı əlaqəsi və işləməsi normal olduğundan, tüfəngin tətiyini çəkmədən ondan özü-özünə atəşin açılması mümkün deyildir. Qərarın 9-cu sualında qeyd olunan “təqdim edilən tüfəngin tətiyinə hansı qüvvə ilə təsir etdikdə ondan atəşin açılması mümkündür?“ sualına cavab olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsində xüsusi avadanlıq olmadığından həmin suala cavab verilməmişdir. Qərarın 13-cü sualında qeyd olunan suala cavab olaraq bildirilmişdir ki, təqdim edilmiş tüfəngdən eksperimental atəşlər zamanı müəyyən edilmişdir ki, atəşlərdən sonra silahın tullayıcısı gilizi sağ istiqamətdə təxminən 3-5 m məsafəyə qədər tullayır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsində “məhkəmə-trasoloji ekspertizası” keçirilmədiyindən, həmçinin təqdim edilmiş metal qırıntılarının əvvəllər vahid tamlıq təşkil etməsi müəyyən edilmədiyindən qərarın 19-cu və 20-ci suallarına cavab verilməmişdir (cild 1, iş vərəqə 228-239). 28 noyabr 2024-cü il tarixli məhkəmə bioloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs ABO sistemi üzrə qrup göstəricisi: A(İİ)/ şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən/. Zərərçəkmiş şəxs ABO sistemi üzrə qrup göstəricisi: B(İİİ)/ elektron sorğu sənədinin kserosurətinə əsasən/. Ekspertizaya təqdim edilmiş, Zərərçəkmiş şəxs məxsus uzunqol köynək və şalvar üzərində insan qanı ləkələri aşkar olunmuşdur. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə yalnız “B” antigeni alınmışdır. “A” antigeni və aqqlyutininlər isə alınmamışdır. Bu qan ləkələri Balfa (İİİ) qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs məxsus ola bilər. Bu ləkələrdə Təqsirləndirilən şəxs qanının olması inkar olunmur (cild 1, iş vərəqə 240-243). 29 noyabr 2024-cü il tarixli məhkəmə tibbi kriminalistik ekspertizasının rəyindən görünür ki, təqdim edilmiş mərhum Zərərçəkmiş şəxs məxsus uzunqol köynəyin arxa səthinin sol yarısının yuxarı hissəsində 01 ədəd, arxa səthinin sol yarısının aşağı hissəsində 01 ədəd, sağ qolunun arxa səthində 01 ədəd, sol qolunun ön səthində 01 ədəd dəlib-keçən zədələr, şalvarın ön səthinin sol yan nahiyyəsində 01 ədəd dəlib-keçən zədə var. Bu zədələr odlu silah zədələridir və patronu qurğuşun tərkibli mərmi (qırma) ilə doldurulmuş ov tüfəngindən açılmış atəşlər nəticəsində törənmişdir. Mərhum Zərərçəkmiş şəxs məxsus paltarların (uzunqol köynəyin və şalvarın) üzərində olan odlu silah zədələri ilə mərhumun bədən səthində olan odlu silah xəsarətləri yerləşməsinə görə üst-üstə düşür (baş nahiyəsində olan xəsarətlər istisna olmaqla). Mərhum Zərərçəkmiş şəxs meyitinin baş nahiyyəsində olan xəsarətlər paltarlarla örtülü nahiyədə olmadığından, təqdim edilmiş paltarlar üzərində əks olunmamışdır. Mərhum Zərərçəkmiş şəxs məxsus şalvarın ön səthində, belin sağ yarısında olan düymə qopmuşdur. Bu zədə küt mexanizmlə dartılma nəticəsində törənmişdir (cild 1, iş vərəqə 244-248). 29 noyabr 2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs meyitinin daxili müayinəsi zamanı aşkar edilərək götürülmüş 03 ədəd metal qırıntısı, hadisə yerinə baxış zamanı çimərlik ərazisində aşkar edilmiş 06 ədəd giliz, Təqsirləndirilən şəxs istintaqa təqdim etdiyi patrondaşında “MESCO” sözləri yazılmış, 12 mm-lik 03 ədəd kalibrli patron olan 01 ədəd 12 kalibrli “DERYA” markalı, **-AZ-***95 nömrəli yivsiz lüləli ov silahı, hadisə zamanı Zərərçəkmiş şəxs əynində olmuş 01 ədəd açıq-göy rəngli uzunqol köynək, 01 ədəd qara rəngli şalvar maddi sübut kimi tanınmış və saxlanılması üçün rayon prokurorluğunun maddi sübutlar otağına təhvil verilmişdir (cild 2, iş vərəqə 1-37). Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyəti Başçısının Şağan qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs barəsində heç bir şikayət daxil olmadığı göstərilmişdir (cild 1, iş vərəqə 132). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqə 70, 144). Cinayət işinin materiallarına əlavə edilmiş 13 mart 2025-ci il tarixli notariat qaydasında təsdiq edilmiş ərizədən görünür ki, X6 Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və maddi tələbinin olmadığını bildirmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349-cu maddəsinə əsasən məhkəmə hökmü qanuni olmalıdır, yəni Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosesual Məcəlləsinin, Cinayət Məcəlləsinin və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəllənin 3-cü maddəsinə əsasən yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsində qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə əməlinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarına əsasən qəsdən adam öldürməni ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan qəsdən sağlamlığa ağır zərər vurmadan fərqləndirmək lazımdır. Nəzərə almaq lazımdır ki, qəsdən adam öldürmədə təqsirkarın niyyəti zərərçəkmişi həyatdan məhrum etməyə yönəldiyi halda, Azərbaycan Respublikası CM-nin 126.3-cü maddəsində nəzərdə tutulan əməldə ölümün baş verməsinə münasibəti ehtiyatsızlıqda ifadə olunur. Burada təqsirkarın niyyətinin məhz nəyə yönəlməsi məsələsi həll edilərkən işin bütün halları, o cümlədən cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətlərinin sayı, xarakteri və lokalizasiyası (məsələn həyat üçün mühüm orqana xəsarət yetirilməsi), həmçinin təqsirkarın və zərərçəkmiş şəxsin hadisədən əvvəlki qarşılıqlı münasibətləri, təqsirkarın hadisədən sonrakı hərəkətləri nəzərə alınmalıdır. Həmin qərarın 4-cü hissəsinə əsasən Azərbaycan Respublikası CM-nin 120.2-ci maddəsindəki tövsifedici əlamətlər və CM-nin 121-123, 135-ci maddələrində göstərilən yüngülləşdirici hallar olmadan törədilən qəsdən adam öldürmə cinayətləri (məsələn, xuliqanlıq niyyəti olmadan, mübahisə və dalaşma zamanı, qısqanclıq üzündən, qisas almaq məqsədilə, şəxsi münasibətlər zəminində yaranmış nifrət, paxıllıq, ədavət üzündən törədilən) Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə tövsif edilməlidir. Məhkəmə, məhkəmənin təqsirləndirilən şəxsin etiraf edici ifadələrini iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekpertiza rəyləri ilə birgə müqayisə edərək, gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsində göstərilən cinayət əməli həmin Məcəllənin 15-ci maddəsinə əsasən xüsusilə ağır cinayətdir. Qeyd olunan əməl təqsirləndirilən şəxs tərəfindən qəsdən törədilmişdir və başa çatmış cinayətdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs ittiham olunduğu maddə ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalı, barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. 07 avqust 2024-cü il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs həmin gün saat 20:17-də Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng edərək Mərdəkan çimərliyi ərazisində onu öldürmək istəyən Zərərçəkmiş şəxs Cabir oğlunu ov silahı ilə öldürdüyünü bildirmişdir ( cild 1, iş vərəqə 130). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli qərarına əsasən Cinayət Məcəlləsinin 59.1.10-cu maddəsində nəzərdə tutulan könüllü gəlib təqsirini boynuna alma halının mövcud olub-olmaması məsələsinə baxarkən məhkəmələr “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəlarının şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2012-ci il tarixli qərarında “könüllü gəlib təqsirini boynuna alma” müddəasının “törədilmiş və ya hazırlanan cinayətdə iştirak etməsi barədə şəxsin azad və könüllü surətdə (hər hansı bir psixi və ya fiziki təsirə məruz qalmadan) istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanlara və ya digər dövlət orqanına gələrək yazılı və ya şifahi şəkildə məlumat verməsi” kimi təfsir olunduğunu nəzərə almalı və bu təfsirlə şərtləndirilən halların, o cümlədən şəxsin qeyd olunan orqanlara gəlməsinin onun azad iradə ifadəsi, verdiyi məlumatın isə düzgün olubolmamasını tam, hərətərfli və obyektiv yoxlamalıdırlar. Nəzərə almaq lazımdır ki, Konstitusiya Məhkəməsinin Plenumunun qərarına görə cinayət təqibini həyata keçirən orqanda cinayət hadisəsinin baş verməsi, hətta hadisəni törədənin şəxsiyyəti barədə digər mənbələrdən məlumatın olması təqsirkarın yuxarıda qeyd olunan orqanlara könüllü gəlməsi və törədilmiş və ya hazırlanan cinayətdə iştirak etməsi barəsində düzgün məlumat verməsi halında bunun Cinayət Məcəlləsinin 59.1.10cu maddəsinə müvafiq olaraq cəzanı yüngülləşdirən hal kimi qiymətləndirilməsinə mane olmur. Cinayət törətmiş şəxsin müvafiq orqana gəlməsi və əməlini etiraf etməsi onun azad iradə ifadəsi olduğu halda, sözügedən cəzanı yüngülləşdirən hal barədə məsələnin həlli üçün onun hansı motivlərlə bu cür davranması əhəmiyyət kəsb etmir. Məhkəmə könüllü gəlib təqsirini boynuna alma halının olub-olmamasını müvafiq sübutları tədqiq etməklə araşdırmalı, o cümlədən buna dair ibtidai araşdırma dövründə tərtib olunmuş protokolu Cinayət-Prosessual Məcəllənin 144-cü maddəsinin tələblərinə müvafiq qaydada yoxlamalı, həmin cəzanı yüngülləşdirən halın müəyyən edilməsi və yaxud mövcud olmaması haqqında nəticələrini bu məsələ üzrə qəti qənaətə gəlmək üçün kifayət edən mümkün və mötəbər sübutların məcmusu üzərində qurmalıdır. Elektron məhkəmə sistemi vasitəsilə əldə edilmiş məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs himayəsində 14 avqust 2016-cı il və 17 oktyabr 2018-ci il təvəllüdlü iki azyaşlı uşağı vardır. Cəza təyin edərkən məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü, könüllü gəlib təqsirini boynuna almasını Cinayət Məcəlləsinin 59.1.10-cu, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmasını, sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır və qiymətləndirir. Təqsirləndirilən şəxs tərəfindən qəsdən adam öldürmə cinayəti odlu silahdan istifadə etməklə törədildiyindən həmin hal Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61.1.10-cu maddəsinə əsasən cəzanı ağırlaşdıran hal qismində nəzərə alınmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olması, könüllü gəlib təqsirini boynuna alması, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmasını, sonuncunun ona qarşı şikayət və tələbinin olmaması kimi cəzasını yüngülləşdirən halların, cinayətin odlu silahdan istifadə edilməklə törədilməsi kimi cəzanı ağırlaşdıran halın olmasını nəzərə alaraq hesab edir ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində 07 avqust 2024-cü il tarixdə tutulmuş (cild 1,iş vərəqə 36-37), Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 09 avqust 2024-cü il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 07 avqust 2024-cü il tarixdən hesablanması qərara alınmışdır (cild 1, iş vərəqə 102-106). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 07 avqust 2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən, şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, Bakı şəhəri Xəzər rayon prokurorluğunun maddi sübutları saxlama otağına təhvil verilmiş Zərərçəkmiş şəxs meyitinin daxili müayinəsi zamanı aşkar edilərək götürülmüş 03 ədəd metal qırıntısı, hadisə yerinə baxış zamanı çimərlik ərazisində aşkar edilmiş 06 ədəd giliz, hadisə zamanı Zərərçəkmiş şəxs əynində olmuş 01 ədəd açıq-göy rəngli uzunqol köynək, 01 ədəd qara rəngli şalvar məhv edilməli, Təqsirləndirilən şəxs istintaqa təqdim etdiyi patrondaşında “MESCO” sözləri yazılmış, 12 mm-lik 03 ədəd kalibrli patron olan 01 ədəd 12 kalibrli “DERYA” markalı, **-AZ-***95 nömrəli yivsiz lüləli ov silahı xüsusi müsadirə edilməli və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maddi-texniki Təminat Baş İdarəsinin Silahsursat anbarına təhvil verilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmə zamanı onun hüquqlarını dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Cinayət-Prosessual Məcəllənin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla məhkəmə mərhələsində 36 (otuz altı) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Müdafiəçi işlədiyi Bakı şəhəri 20 saylı Vəkil Bürosunun hesabına 216 (iki yüz on altı) manat məbləğində pul köçürülməlidir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2002-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə 11 (on bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 07 avqust 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İş üzrə maddi sübut- Bakı şəhəri Xəzər rayon prokurorluğunun maddi sübutları saxlama otağına təhvil verilmiş Zərərçəkmiş şəxs meyitinin daxili müayinəsi zamanı aşkar edilərək götürülmüş 03 ədəd metal qırıntısı, hadisə yerinə baxış zamanı çimərlik ərazisində aşkar edilmiş 06 ədəd giliz, hadisə zamanı Zərərçəkmiş şəxs əynində olmuş 01 ədəd açıq-göy rəngli uzunqol köynək, 01 ədəd qara rəngli şalvar məhv edilsin; - Bakı şəhəri Xəzər rayon prokurorluğunun maddi sübutları saxlama otağına təhvil verilmiş Təqsirləndirilən şəxs istintaqa təqdim etdiyi patrondaşında “MESCO” sözləri yazılmış, 12 mm-lik 03 ədəd kalibrli patron olan 01 ədəd 12 kalibrli “DERYA” markalı, **- AZ-***95 nömrəli yivsiz lüləli ov silahı müsadirə edilsin və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maddi-texniki Təminat Baş İdarəsinin Silah-sursat anbarına təhvil verilsin. Məhkəmə mərhələsində göstərilmiş 36 (otuz altı) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Müdafiəçi işlədiyi Bakı şəhəri 20 saylı Vəkil Bürosunun hesabına 216 (iki yüz on altı) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (sədrlik edən) Leyla Əsgərova-Məmmədova Rasim Sadıxov Novruz Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar