Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-92/2021 22.06.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Mahmudov İlham Ağa oğlu (sədrlik edən), Xankişiyev Mirzə Aslan oğlu və Qəniyev Faiq Əsəd oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi- X3, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı2, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhər 15 saylı vəkil burosunun vəkili Bayramov Rüstəm Abbasəli oğlunun iştirakı ilə, xx.xx.1983-cü il tarixdə Tovuz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, orta təhsilli, boşanmış, himayəsində 1 yetkinlik yaşına çatmayan və 1 azyaşlı uşaqğı olan, əvvəllər məhkum olunmamış, Tovuz rayonu, Qovlar qəsəbsi, Xəqani küçəsi, ev 5 də qeydiyyatda olmaqla yaşayan, barəsində «ev dustaqlığı» qətimkan tədbiri seçilmiş – X1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2, 144- 1.2.4-1, 144-1.2.5 və 144-3.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs əmisi qızı Şahid2 və tanışı, Türkiyə Respublikası vətəndaşı Tarkan Gursen ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 2017-cı ilin fevral ayının ortalarında X8 Respublikasının İstanbul şəhərində, yaşadığı mənzildə olan Zərərçəkmiş şəxs7 çılpaq video görüntülərini yayacağını bildirib həmin hədə-qorxu məcburetmə vasitəsindən istifadə edərək onu cinsi istismar edilməsi məqsədi ilə cəlb etmiş, bundan başqa Təqsirləndirilən şəxs təkrarən əmisi qızı Şahid2 və tanışı Tarkan Gursen ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 2017-ci ilin fevral ayının ortalarında Şahid2 Türkiyə Respublikasından Abşeron rayonu, Saray qəsəbəsi, Nəsimi küçəsi, ev 4-də yaşayan Zərərçəkmiş şəxs6 ilə telefon əlaqəsi saxlayıb 20 yanvar 2017-ci il tarixdən 11 fevral 2017-ci il tarixədək Türkiyə Respublikasında fahişəliklə məşğul olması barədə anasına məlumat veriləcəyini bildirib həmin hədə-qorxu məcburetmə vasitəsindən istifadə edərək onu cinsi istismar edilməsi məqsədi ilə cəlb etmiş, Təqsirləndirilən şəxs təkrarən əmisi qızı Şahid2 və tanışı Tarkan Gursen ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 2017-ci ilin fevral ayının ortalarında Şahid2 Türkiyə Respublikasından Bakı şəhəri, Xətai rayonu, A.Qurban küçəsi, bina 1, mənzil 42-də yaşayan, Zərərçəkmiş şəxs6 rəfiqəsi Zərərçəkmiş şəxs5 ilə telefon əlaqəsi saxlamaqla onu maddi imkansızlığı ilə əlaqədar zəiflik vəziyyətindən sui-istifadə edib Türkiyə Respublikasında yüksək maaşlı işə düzəldəcəyi adı ilə aldadaraq cinsi istismar edilməsi məqsədi ilə cəlb etmiş, Zərərçəkmiş şəxs6 və Zərərçəkmiş şəxs5 razılıq verdiklərindən 24 fevral 2017-ci il tarixdə, saat 19:40-da Bakı beynəlxalq hava limanında yerləşən sərhəd nəzarət məntəqəsindən Azərbaycan Respublikasının dövlət sərhədini keçərək təyyarə ilə Türkiyə Respublikasının İstanbul şəhərinə getmiş, Şahid2 onları qarşılayıb kirayə götürdüyü mənzildə yerləşdirdikdən sonra insan alveri məqsədi ilə Zərərçəkmiş şəxs5 pasportunu götürüb saxlamaqla gizlədərək 2017-ci ilin fevral ayının ortalarından Zərərçəkmiş şəxs7, 24 fevral 2017-ci il tarixdən isə Zərərçəkmiş şəxs6 və Zərərçəkmiş şəxs5 20 mart 2017-ci il tarixədək olan müddət ərzində Təqsirləndirilən şəxs ilə birlikdə İstanbul şəhərinin müxtəlif yerlərində pul qarşılığında kişi cinsindən olan şəxslərə təqdim etməklə cinsi istismar edərək tamah niyyəti ilə üç şəxs barəsində insan alveri cinayətini törətmişlər. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən əmisi qızı Şahid2 və sonuncunun tanışı Şahid1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 2017-ci ilin mart ayının əvvəllərində Şahid1 tanışı Zərərçəkmiş şəxs3 fahişəliklə məşğul olmasını Mingəçevir şəhərində yayacağını bildirib həmin hədə-qorxu məcburetmə vasitəsindən istifadə edərək onu cinsi istismar edilməsi məqsədi ilə Mingəçevir şəhəri, Heydər Əliyev prospekti, 72 nömrəli binanın yaxınlığında cəlb etmiş, Zərərçəkmiş şəxs3 razılıq verdiyindən 23 mart 2017-ci il tarixdə, saat 08:09-da Gəncə beynəlxalq hava limanında yerləşən sərhəd nəzarət məntəqəsindən Azərbaycan Respublikasının dövlət sərhədini keçərək təyyarə ilə Türkiyə Respublikasının İstanbul şəhərinə getmiş, Şahid2 Zərərçəkmiş şəxs3 hava limanında qarşılayıb kirayə götürdüyü mənzildə yerləşdirdikdən sonra həmin tarixdən 27 may 2017-cı il tarixədək olan müddət ərzində Təqsirləndirilən şəxs ilə birlikdə İstanbul şəhərinin müxtəlif yerlərində pul qarşılığında kişi cinsindən olan şəxslərə təqdim etməklə cinsi istismar edərək tamah niyyəti ilə dörd şəxs barəsində insan alveri cinayətini törətmişlər. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən əmisi qızı Şahid2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 2017-ci ilin aprel ayının əvvəllərində Şahid2 Türkiyə Respublikasından Mingəçevir şəhəri, Heydər Əliyev prospekti, bina 43, mənzil 15-də yaşayan Zərərçəkmiş şəxs11 ilə telefon əlaqəsi saxlamaqla onu maddi imkansızlığı ilə əlaqədar zəiflik vəziyyətindən sui-istifadə edib Türkiyə Respublikasında yüksək maaşlı işə düzəldəcəyi adı ilə aldadaraq cinsi istismar edilməsi məqsədi ilə cəlb etmiş, bundan başqa Təqsirləndirilən şəxs təkrarən əmisi qızı Şahid2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 2017-ci ilin aprel ayının əvvəllərində Şahid2 Türkiyə Respublikasından Mingəçevir şəhəri, Heydər Əliyev prospekti, ev 80/25, mənzil 3-də yaşayan Zərərçəkmiş şəxs10 ilə telefon əlaqəsi saxlamaqla onu maddi imkansızlığı ilə əlaqədar zəiflik vəziyyətindən sui-istifadə edib Türkiyə Respublikasında yüksək maaşlı işə düzəldəcəyi adı ilə aldadaraq cinsi istismar edilməsi məqsədi ilə cəlb etmiş, Zərərçəkmiş şəxs11 və Zərərçəkmiş şəxs10 razılıq verdiklərindən 11 aprel 2017-ci il tarixdə, saat 07:07-də Gəncə beynəlxalq hava limanında yerləşən sərhəd nəzarət məntəqəsindən Azərbaycan Respublikasının dövlət sərhədini keçərək təyyarə ilə Türkiyə Respublikasının İstanbul şəhərinə getmiş, Şahid2 onları qarşılayıb kirayə götürdüyü mənzildə yerləşdirdikdən sonra insan alveri məqsədi ilə pasportlarını götürüb saxlamaqla gizlədərək həmin tarixdən 09 may 2017-ci il tarixədək Zərərçəkmiş şəxs11, 27 may 2017-ci il tarixədək olan müddət ərzində isə Zərərçəkmiş şəxs10 Təqsirləndirilən şəxs ilə birlikdə İstanbul şəhərinin müxtəlif yerlərində pul qarşılığında kişi cinsindən olan şəxslərə təqdim etməklə cinsi istismar edərək tamah niyyəti ilə altı şəxs barəsində insan alveri cinayətini törətmişlər. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən əmisi qızı Şahid2 və sonuncunun tanışı Şahid1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 2017-ci ilin aprel ayının əvvəllərində Şahid1 Zərərçəkmiş şəxs4 fahişəliklə məşğul olmasını Mingəçevir şəhərində yayacağını bildirib həmin hədə-qorxu məcburetmə vasitəsindən istifadə edərək onu cinsi istismar edilməsi məqsədi ilə Mingəçevir şəhəri, X10 küçəsi, 16/15 nömrəli binanın yaxınlığında cəlb etmiş, Zərərçəkmiş şəxs4 razılıq verdiyindən 18 aprel 2017-ci il tarixdə, saat 07:24-də Gəncə beynəlxalq hava limanında yerləşən sərhəd nəzarət məntəqəsindən Azərbaycan Respublikasının dövlət sərhədini keçərək təyyarə ilə Türkiyə Respublikasının İstanbul şəhərinə getmiş, Şahid2 onu hava limanında qarşılayıb kirayə götürdüyü mənzildə yerləşdirdikdən sonra həmin tarixdən 27 may 2017-cı il tarixədək olan müddət ərzində Təqsirləndirilən şəxs ilə birlikdə İstanbul şəhərinin müxtəlif yerlərində pul qarşılığında kişi cinsindən olan şəxslərə təqdim etməklə cinsi istismar edərək tamah niyyəti ilə yeddi şəxs barəsində insan alveri cinayətini törətmişlər. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən əmisi qızı Şahid2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 2017-ci ilin may ayının əvvəllərində Şahid2 Türkiyə Respublikasından Mingəçevir şəhəri, Nizami prospekti, ev 14, mənzil 28-də yaşayan Zərərçəkmiş şəxs12 ilə telefon əlaqəsi saxlayıb 23 mart 2016-cı il tarixdən 20 aprel 2016-cı il tarixədək Türkiyə Respublikasında müştərilərlə cinsi əlaqədə olduğu zaman çəkdiyi video görüntülərini yayacağını bildirməklə həmin hədə-qorxu məcburetmə vasitəsindən istifadə edərək onu cinsi istismar edilməsi məqsədi ilə cəlb etmiş, Zərərçəkmiş şəxs12 razılıq verdiyindən 16 may 2017-ci il tarixdə, saat 07:04-də Gəncə beynəlxalq hava limanında yerləşən sərhəd nəzarət məntəqəsindən Azərbaycan Respublikasının dövlət sərhədini keçərək təyyarə ilə Türkiyə Respublikasının İstanbul şəhərinə getmiş, Şahid2 Zərərçəkmiş şəxs12 qarşılayıb kirayə götürdüyü mənzildə yerləşdirdikdən sonra həmin tarixdən 27 may 2017-ci il tarixədək olan müddət ərzində Təqsirləndirilən şəxs ilə birlikdə İstanbul şəhərinin müxtəlif yerlərində pul qarşılığında kişi cinsindən olan şəxslərə təqdim etməklə cinsi istismar edərək tamah niyyəti ilə səkkiz şəxs barəsində insan alveri cinayətini törətmişlər. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən əmisi qızı Şahid2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 2017-ci ilin iyun ayının əvvəllərində Şahid2 Türkiyə Respublikasından Mingəçevir şəhəri, Heydər Əliyev prospekti, bina 43, mənzil 15-də yaşayan Zərərçəkmiş şəxs11 ilə telefon əlaqəsi saxlayıb 11 aprel 2017-ci il tarixdən 09 may 2017-ci il tarixədək Türkiyə Respublikasında müştərilərlə cinsi əlaqədə olduğu zaman çəkdiyi video görüntülərini yayacağını bildirməklə həmin hədə-qorxu məcburetmə vasitəsindən istifadə edərək onu cinsi istismar edilməsi məqsədi ilə cəlb etmiş, Zərərçəkmiş şəxs11 razılıq verdiyindən 06 iyun 2017-ci il tarixdə, saat 07:13-da Gəncə beynəlxalq hava limanında yerləşən sərhəd nəzarət məntəqəsindən Azərbaycan Respublikasının dövlət sərhədini keçərək təyyarə ilə Türkiyə Respublikasının İstanbul şəhərinə getmiş, Şahid2 Zərərçəkmiş şəxs11 qarşılayıb kirayə götürdüyü mənzildə yerləşdirdikdən sonra həmin tarixdən 01 iyul 2017-ci il tarixədək olan müddət ərzində Təqsirləndirilən şəxs ilə birlikdə İstanbul şəhərinin müxtəlif yerlərində pul qarşılığında kişi cinsindən olan şəxslərə təqdim etməklə cinsi istismar edərək tamah niyyəti ilə səkkiz şəxs barəsində insan alveri cinayətini törətmişlər. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən əmisi qızı Şahid2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 2017-ci ilin iyun ayının əvvəllərində Şahid2 Türkiyə Respublikasından Mingəçevir şəhəri, Heydər Əliyev prospekti, bina 72, mənzil 10-da yaşayan Zərərçəkmiş şəxs3 ilə telefon əlaqəsi saxlayıb 23 mart 2017-cı il tarixdən 27 may 2017-ci il tarixədək Türkiyə Respublikasında müştərilərlə cinsi əlaqədə olduğu zaman çəkdiyi video görüntülərini yayacağını bildirməklə həmin hədə-qorxu məcburetmə vasitəsindən istifadə edərək onu cinsi istismar edilməsi məqsədi ilə cəlb etmiş, Zərərçəkmiş şəxs3 razılıq verdiyindən 08 iyun 2017-ci il tarixdə, saat 07:46-da Gəncə beynəlxalq hava limanında yerləşən sərhəd nəzarət məntəqəsindən Azərbaycan Respublikasının dövlət sərhədini keçərək təyyarə ilə Türkiyə Respublikasının İstanbul şəhərinə getmiş, Şahid2 Zərərçəkmiş şəxs3 qarşılayıb kirayə götürdüyü mənzildə yerləşdirdikdən sonra həmin tarixdən 08 sentyabr 2017-ci il tarixədək olan müddət ərzində Təqsirləndirilən şəxs ilə birlikdə İstanbul şəhərinin müxtəlif yerlərində pul qarşılığında kişi cinsindən olan şəxslərə təqdim etməklə cinsi istismar edərək tamah niyyəti ilə səkkiz şəxs barəsində insan alveri cinayətini törətmişlər. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən əmisi qızı Şahid2 və sonuncunun tanışı Şahid1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 2017-ci ilin iyun ayının əvvəllərində Şahid1 tanışları Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 fahişəliklə məşğul olmalarını Mingəçevir şəhərində yayacağını bildirib həmin hədə-qorxu məcburetmə vasitəsindən istifadə edərək hər ikisini cinsi istismar edilməsi məqsədi ilə Mingəçevir şəhəri, Təbriz döngəsi, 29 nömrəli binanın yaxınlığında cəlb etmiş, Zərərçəkmiş şəxs1 razılıq verdiyindən Şahid1 onun pasport almasına köməklik edərək 21 iyun 2017-ci il tarixdə Türkiyə Respublikasına yola salmış, Zərərçəkmiş şəxs1 saat 21:36-da avtobusla Şıxlı sərhəd nəzarət məntəqəsindən, Zərərçəkmiş şəxs2 isə 25 avqust 2017-ci il tarixdə, saat 05:53-də Bakı beynəlxalq hava limanında yerləşən sərhəd nəzarət məntəqəsindən Azərbaycan Respublikasının dövlət sərhədini keçərək təyyarə ilə Türkiyə Respublikasının İstanbul şəhərinə getmiş, Şahid2 onları qarşılayıb kirayə götürdüyü mənzildə yerləşdirdikdən sonra 23 iyun 2017-ci il tarixdən 03 noyabr 2017-cı il tarixədək Zərərçəkmiş şəxs1, 25 avqust 2017-ci il tarixdən 17 sentyabr 2017-cı il tarixədək olan müddət ərzində isə Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs ilə birlikdə İstanbul şəhərinin müxtəlif yerlərində pul qarşılığında kişi cinsindən olan şəxslərə təqdim etməklə cinsi istismar edərək tamah niyyəti ilə on şəxs barəsində insan alveri cinayətini törətmişlər. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən əmisi qızı Şahid2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 2017-ci ilin iyun ayının ortalarında Şahid2 Türkiyə Respublikasından Abşeron rayonu, Saray qəsəbəsi, Nəsimi küçəsi, ev 4-də yaşayan Zərərçəkmiş şəxs6 ilə telefon əlaqəsi saxlayıb 20 yanvar 2017-ci il tarixdən 11 fevral 2017-ci il tarixədək Türkiyə Respublikasında müştərilərlə cinsi əlaqədə olduğu zaman çəkdiyi video görüntülərini yayacağını bildirməklə həmin hədə-qorxu məcburetmə vasitəsindən istifadə edərək onu cinsi istismar edilməsi məqsədi ilə cəlb etmiş, bundan başqa Təqsirləndirilən şəxs təkrarən əmisi qızı Şahid2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 2017-ci ilin iyun ayının ortalarında Şahid2 Türkiyə Respublikasından Bakı Şəhəri, Xəzər Rayonu, Ş/Dres Qəsəbəsi, Dəniz döngəsi küçəsi, bina 2, mənzil 7-də yaşayan Zərərçəkmiş şəxs8 ilə telefon əlaqəsi saxlamaqla onu maddi imkansızlığı ilə əlaqədar zəiflik vəziyyətindən sui-istifadə edib Türkiyə Respublikasında yüksək maaşlı işə düzəldəcəyi adı ilə aldadaraq cinsi istismar edilməsi məqsədi ilə cəlb etmiş, Zərərçəkmiş şəxs6 və Zərərçəkmiş şəxs8 razılıq verdiklərindən 26 iyun 2017-ci il tarixdə, saat 17:53-də Bakı beynəlxalq hava limanında yerləşən sərhəd nəzarət məntəqəsindən Azərbaycan Respublikasının dövlət sərhədini keçərək təyyarə ilə Türkiyə Respublikasının İstanbul şəhərinə getmiş, Şahid2 onları qarşılayıb kirayə götürdüyü mənzildə yerləşdirdikdən sonra insan alveri məqsədi ilə Zərərçəkmiş şəxs8 pasportunu götürüb saxlamaqla gizlədərək həmin tarixdən 07 iyul 2017-ci il tarixədək Zərərçəkmiş şəxs8, 18 iyul 2017-ci il tarixədək olan müddət ərzində isə Zərərçəkmiş şəxs6 Təqsirləndirilən şəxs ilə birlikdə İstanbul şəhərinin müxtəlif yerlərində pul qarşılığında kişi cinsindən olan şəxslərə təqdim etməklə cinsi istismar edərək tamah niyyəti ilə on bir şəxs barəsində insan alveri cinayətini törətmişlər. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən əmisi qızı Şahid2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 2017-ci ilin avqust ayının ortalarında Şahid2 Türkiyə Respublikasından Abşeron rayonu, Saray qəsəbəsi, Nəsimi küçəsi, ev 4-də yaşayan Zərərçəkmiş şəxs6 ilə telefon əlaqəsi saxlayıb 20 yanvar 2017-ci il tarixdən 11 fevral 2017-ci il tarixədək Türkiyə Respublikasında müştərilərlə cinsi əlaqədə olduğu zaman çəkdiyi video görüntülərini yayacağını bildirməklə həmin hədə-qorxu məcburetmə vasitəsindən istifadə edərək onu cinsi istismar edilməsi məqsədi ilə cəlb etmiş, bundan başqa Təqsirləndirilən şəxs təkrarən əmisi qızı Şahid2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 2017-ci ilin avqust ayının sonlarında Şahid2 Türkiyə Respublikasından Bakı şəhəri, Xətai rayonu, A.Qurban küçəsi, bina 1, mənzil 42-də yaşayan Zərərçəkmiş şəxs5 ilə telefon əlaqəsi saxlayıb 24 fevral 2017-ci il tarixdən 20 mart 2017-ci il tarixədək Türkiyə Respublikasında müştərilərlə cinsi əlaqədə olduğu zaman çəkdiyi video görüntülərini yayacağını bildirməklə həmin hədə-qorxu məcburetmə vasitəsindən istifadə edərək onu cinsi istismar edilməsi məqsədi ilə cəlb etmiş, Zərərçəkmiş şəxs6 və Zərərçəkmiş şəxs5 razılıq verdiklərindən 28 avqust 2017-ci il tarixdə, saat 21:05-də Bakı beynəlxalq hava limanında yerləşən sərhəd nəzarət məntəqəsindən Azərbaycan Respublikasının dövlət sərhədini keçərək təyyarə ilə Türkiyə Respublikasının İstanbul şəhərinə getmiş, Şahid2 onları qarşılayıb kirayə götürdüyü mənzildə yerləşdirdikdən sonra həmin tarixdən 28 sentyabr 2017-ci il tarixədək Zərərçəkmiş şəxs5, 26 noyabr 2017-ci il tarixədək olan müddət ərzində isə Zərərçəkmiş şəxs6 Təqsirləndirilən şəxs ilə birlikdə İstanbul şəhərinin müxtəlif yerlərində pul qarşılığında kişi cinsindən olan şəxslərə təqdim etməklə cinsi istismar edərək tamah niyyəti ilə on bir şəxs barəsində insan alveri cinayətini törətmişlər. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən əmisi qızı Şahid2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 2017-ci ilin sentyabr ayının əvvəllərində Şahid2 Türkiyə Respublikasından Mingəçevir şəhəri, Nizami prospekti, ev 14, mənzil 28-də yaşayan Zərərçəkmiş şəxs12 ilə telefon əlaqəsi saxlayıb 23 mart 2016-cı il tarixdən 20 aprel 2016-cı il tarixədək Türkiyə Respublikasında müştərilərlə cinsi əlaqədə olduğu zaman çəkdiyi video görüntülərini yayacağını bildirməklə həmin hədə-qorxu məcburetmə vasitəsindən istifadə edərək onu cinsi istismar edilməsi məqsədi ilə cəlb etmiş, Zərərçəkmiş şəxs12 razılıq verdiyindən 07 sentyabr 2017-ci il tarixdə, saat 07:30-da Gəncə beynəlxalq hava limanında yerləşən sərhəd nəzarət məntəqəsindən Azərbaycan Respublikasının dövlət sərhədini keçərək təyyarə ilə Türkiyə Respublikasının İstanbul şəhərinə getmiş, Şahid2 Zərərçəkmiş şəxs12 qarşılayıb kirayə götürdüyü mənzildə yerləşdirdikdən sonra həmin tarixdən 05 oktyabr 2017-ci il tarixədək olan müddət ərzində Təqsirləndirilən şəxs ilə birlikdə İstanbul şəhərinin müxtəlif yerlərində pul qarşılığında kişi cinsindən olan şəxslərə təqdim etməklə cinsi istismar edərək tamah niyyəti ilə on bir şəxs barəsində insan alveri cinayətini törətmişlər. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən əmisi qızı Şahid2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 2017-ci ilin sentyabr ayının ortalarında Şahid2 Türkiyə Respublikasından Mingəçevir şəhəri, Heydər Əliyev prospekti, bina 72, mənzil 10-da yaşayan Zərərçəkmiş şəxs3 ilə telefon əlaqəsi saxlayıb 23 mart 2017-cı il tarixdən 27 may 2017-ci il tarixədək Türkiyə Respublikasında müştərilərlə cinsi əlaqədə olduğu zaman çəkdiyi video görüntülərini yayacağını bildirməklə həmin hədə-qorxu məcburetmə vasitəsindən istifadə edərək onu cinsi istismar edilməsi məqsədi ilə cəlb etmiş, Zərərçəkmiş şəxs3 razılıq verdiyindən 19 sentyabr 2017-ci il tarixdə, saat 07:49-da Gəncə beynəlxalq hava limanında yerləşən sərhəd nəzarət məntəqəsindən Azərbaycan Respublikasının dövlət sərhədini keçərək təyyarə ilə Türkiyə Respublikasının İstanbul şəhərinə getmiş, Şahid2 Zərərçəkmiş şəxs3 qarşılayıb kirayə götürdüyü mənzildə yerləşdirdikdən sonra həmin tarixdən 03 noyabr 2017-ci il tarixədək olan müddət ərzində Təqsirləndirilən şəxs ilə birlikdə İstanbul şəhərinin müxtəlif yerlərində pul qarşılığında kişi cinsindən olan şəxslərə təqdim etməklə cinsi istismar edərək tamah niyyəti ilə on bir şəxs barəsində insan alveri cinayətini törətmişlər. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən əmisi qızı Şahid2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 2017-ci ilin oktyabr ayının əvvəllərində Şahid2 Türkiyə Respublikasından Sumqayıt şəhəri, Corat qəsəbəsi, 2-ci məhəllə ev 154-də yaşayan Zərərçəkmiş şəxs9 ilə telefon əlaqəsi saxlamaqla onu maddi imkansızlığı ilə əlaqədar zəiflik vəziyyətindən sui-istifadə edib Türkiyə Respublikasında yüksək maaşlı işə düzəldəcəyi adı ilə aldadaraq cinsi istismar edilməsi məqsədi ilə cəlb etmiş, Zərərçəkmiş şəxs9 razılıq verdiyindən 09 oktyabr 2017-ci il tarixdə, saat 21:34-də Bakı beynəlxalq hava limanında yerləşən sərhəd nəzarət məntəqəsindən Azərbaycan Respublikasının dövlət sərhədini keçərək təyyarə ilə Türkiyə Respublikasının İstanbul şəhərinə getmiş, Şahid2 onu qarşılayıb kirayə götürdüyü mənzildə yerləşdirdikdən sonra insan alveri məqsədi ilə pasportunu götürüb saxlamaqla gizlədərək həmin tarixdən 15 noyabr 2017-ci il tarixədək olan müddət ərzində Təqsirləndirilən şəxs ilə birlikdə İstanbul şəhərinin müxtəlif yerlərində pul qarşılığında kişi cinsindən olan şəxslərə təqdim etməklə cinsi istismar edərək tamah niyyəti ilə on iki şəxs barəsində insan alveri cinayətini törətmişlər. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən əmisi qızı Şahid2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 11 oktyabr 2017-ci il tarixdə Şahid2 Türkiyə Respublikasından Bakı şəhəri, Xətai rayonu, A.Qurban küçəsi, bina 1, mənzil 42-də yaşayan Zərərçəkmiş şəxs5 ilə telefon əlaqəsi saxlayıb 24 fevral 2017-ci il tarixdən 20 mart 2017-ci il tarixədək Türkiyə Respublikasında müştərilərlə cinsi əlaqədə olduğu zaman çəkdiyi video görüntülərini yayacağını bildirməklə həmin hədə-qorxu məcburetmə vasitəsindən istifadə edərək onu cinsi istismar edilməsi məqsədi ilə cəlb etmiş, Zərərçəkmiş şəxs5 razılıq verdiyindən 14 oktyabr 2017-ci il tarixdə, saat 21:06-da Bakı beynəlxalq hava limanında yerləşən sərhəd nəzarət məntəqəsindən Azərbaycan Respublikasının dövlət sərhədini keçərək təyyarə ilə Türkiyə Respublikasının İstanbul şəhərinə getmiş, Şahid2 onu qarşılayıb kirayə götürdüyü mənzildə yerləşdirdikdən sonra həmin tarixdən 22 noyabr 2017-ci il tarixədək olan müddət ərzində Təqsirləndirilən şəxs ilə birlikdə İstanbul şəhərinin müxtəlif yerlərində pul qarşılığında kişi cinsindən olan şəxslərə təqdim etməklə cinsi istismar edərək tamah niyyəti ilə on iki şəxs barəsində insan alveri cinayətini törətmişlər. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən əmisi qızı Şahid2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 2017-ci ilin noyabr ayının ortalarında Şahid2 Türkiyə Respublikasından Mingəçevir şəhəri, Heydər Əliyev prospekti, bina 72, mənzil 10-da yaşayan Zərərçəkmiş şəxs3 ilə telefon əlaqəsi saxlayıb 23 mart 2017-cı il tarixdən 27 may 2017-ci il tarixədək Türkiyə Respublikasında müştərilərlə cinsi əlaqədə olduğu zaman çəkdiyi video görüntülərini yayacağını bildirməklə həmin hədə-qorxu məcburetmə vasitəsindən istifadə edərək onu cinsi istismar edilməsi məqsədi ilə cəlb etmiş, Zərərçəkmiş şəxs3 razılıq verdiyindən 21 noyabr 2017-ci il tarixdə, saat 08:31-də Gəncə beynəlxalq hava limanında yerləşən sərhəd nəzarət məntəqəsindən Azərbaycan Respublikasının dövlət sərhədini keçərək təyyarə ilə Türkiyə Respublikasının İstanbul şəhərinə getmiş, Şahid2 Zərərçəkmiş şəxs3 qarşılayıb kirayə götürdüyü mənzildə yerləşdirdikdən sonra həmin tarixdən 30 dekabr 2017-ci il tarixədək olan müddət ərzində Təqsirləndirilən şəxs ilə birlikdə İstanbul şəhərinin müxtəlif yerlərində pul qarşılığında kişi cinsindən olan şəxslərə təqdim etməklə cinsi istismar edərək tamah niyyəti ilə on iki şəxs barəsində insan alveri cinayətini törətmişlər. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən əmisi qızı Şahid2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 2017-ci ilin noyabr ayının sonlarında Şahid2 Türkiyə Respublikasından Sumqayıt şəhəri, Corat qəsəbəsi, 2-ci məhəllə ev 154-də yaşayan Zərərçəkmiş şəxs9 ilə telefon əlaqəsi saxlayıb 09 oktyabr 2017-ci il tarixdən 15 noyabr 2017-ci il tarixədək Türkiyə Respublikasında müştərilərlə cinsi əlaqədə olduğu zaman çəkdiyi video görüntülərini yayacağını bildirməklə həmin hədə-qorxu məcburetmə vasitəsindən istifadə edərək onu cinsi istismar edilməsi məqsədi ilə cəlb etmiş, Zərərçəkmiş şəxs9 razılıq verdiyindən 26 noyabr 2017-ci il tarixdə, saat 16:24-də Bakı beynəlxalq hava limanında yerləşən sərhəd nəzarət məntəqəsindən Azərbaycan Respublikasının dövlət sərhədini keçərək təyyarə ilə Türkiyə Respublikasının İstanbul şəhərinə getmiş, Şahid2 onu qarşılayıb kirayə götürdüyü mənzildə yerləşdirdikdən sonra həmin tarixdən 30 noyabr 2017-ci il tarixədək olan müddət ərzində Təqsirləndirilən şəxs ilə birlikdə İstanbul şəhərinin müxtəlif yerlərində pul qarşılığında kişi cinsindən olan şəxslərə təqdim etməklə cinsi istismar edərək tamah niyyəti ilə on iki şəxs barəsində insan alveri cinayətini törətmişlər. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən əmisi qızı Şahid2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 2017-ci ilin dekabr ayının əvvəllərində Şahid2 Türkiyə Respublikasından Bakı Şəhəri, Xəzər Rayonu, Ş/Dres Qəsəbəsi, Dəniz döngəsi küçəsi, bina 2, mənzil 7-də yaşayan Zərərçəkmiş şəxs8 ilə telefon əlaqəsi saxlayıb 26 iyun 2017-ci il tarixdən 07 iyul 2017-ci il tarixədək Türkiyə Respublikasında müştərilərlə cinsi əlaqədə olduğu zaman çəkdiyi video görüntülərini yayacağını bildirməklə həmin hədə-qorxu məcburetmə vasitəsindən istifadə edərək onu cinsi istismar edilməsi məqsədi ilə cəlb etmiş, Zərərçəkmiş şəxs8 razılıq verdiyindən 18 dekabr 2017-ci il tarixdə, saat 19:06-da Bakı beynəlxalq hava limanında yerləşən sərhəd nəzarət məntəqəsindən Azərbaycan Respublikasının dövlət sərhədini keçərək təyyarə ilə Türkiyə Respublikasının İstanbul şəhərinə getmiş, Şahid2 onu qarşılayıb kirayə götürdüyü mənzildə yerləşdirdikdən sonra həmin tarixdən 30 dekabr 2017-ci il tarixədək olan müddət ərzində Təqsirləndirilən şəxs ilə birlikdə İstanbul şəhərinin müxtəlif yerlərində pul qarşılığında kişi cinsindən olan şəxslərə təqdim etməklə cinsi istismar edərək tamah niyyəti ilə on iki şəxs barəsində insan alveri cinayətini törətmişlər. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən əmisi qızı Şahid2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 2018-ci ilin yanvar ayının əvvəllərində Şahid2 Türkiyə Respublikasından Mingəçevir şəhəri, Nizami prospekti, ev 14, mənzil 28-də yaşayan Zərərçəkmiş şəxs12 ilə telefon əlaqəsi saxlayıb 23 mart 2016-cı il tarixdən 20 aprel 2016-cı il tarixədək Türkiyə Respublikasında müştərilərlə cinsi əlaqədə olduğu zaman çəkdiyi video görüntülərini yayacağını bildirməklə həmin hədə-qorxu məcburetmə vasitəsindən istifadə edərək onu cinsi istismar edilməsi məqsədi ilə cəlb etmiş, Zərərçəkmiş şəxs12 razılıq verdiyindən 20 yanvar 2018-ci il tarixdə, saat 08:52-də Gəncə beynəlxalq hava limanında yerləşən sərhəd nəzarət məntəqəsindən Azərbaycan Respublikasının dövlət sərhədini keçərək təyyarə ilə Türkiyə Respublikasının İstanbul şəhərinə getmiş, Şahid2 Zərərçəkmiş şəxs12 qarşılayıb kirayə götürdüyü mənzildə yerləşdirdikdən sonra həmin tarixdən 17 fevral 2018-ci il tarixədək olan müddət ərzində Təqsirləndirilən şəxs ilə birlikdə İstanbul şəhərinin müxtəlif yerlərində pul qarşılığında kişi cinsindən olan şəxslərə təqdim etməklə cinsi istismar edərək tamah niyyəti ilə on iki şəxs barəsində insan alveri cinayətini törətmişlər. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs, özünü ona Azərbaycan Respublikası CM-in 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1, 144- 1.2.5 və 144-3.4-ci maddələri ilə elan edilmiş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, ilk dəfə Türkiyə Respublikasına 2006-cı ildə getmiş, Türkiyədə İstanbul şəhərində özü fahişəliklə məşğul olmuş, əmisi qızı Səidə də İstanbul şəhərində yaşamış, Şahid2 Türkiyə Respublikasının İstanbul şəhərində qadınları fahişəliyə cəlb etməklə məşğul olmuş, Səidənin yanına gedib gəldiyi zaman onun yanında fahişəliyə cəlb etdiyi qadınları görmüş, təxminən 2016-cı ildə Səidə ona onun fahişəliyə cəlb etdiyi qadınları öz tanışlarına təqdim etmiş, bundan özü də qazanc götürmüş, həmin ərəfədə o, özü fahişəliklə məşğul olmuş, ətrafında özünün cinsi əlaqədə olduğu müxtəlif şəxslər olmuş, maddi vəziyyəti yaxşı olmadığı üçün Səidənin təklifi ilə razılaşmış, bundan sonra Səidənin tanışı olan qadınları pul qarşılığında öz razılıqları ilə cinsi əlaqədə olmaq üçün müştərilərinə təqdim etməyə başlamış, Zərərçəkmiş şəxs7 o, Tarkan adlı şəxsin yanında görmüş, Elşanə həmin vaxt Tarkanın nəzarəti altında pul qarşılığında müştərilərlə cinsi əlaqədə olmuş, həmin vaxt Tarkan onu da pul qarşılığında cinsi əlaqədə olmaq üçün müştərilərinə təqdim etmiş, öz razılığı ilə Tarkanın müştəriləri ilə pul qarşılığında cinsi əlaqədə olmuş, Elşanənin Səidənin yanında Səidənin müştəriləri ilə pul qarşılığında cinsi əlaqədə olduğunu eşitmiş, xatırladığı qədər Elşanə bir neçə dəfə onun da müştəriləri ilə pul qarşılığında cinsi əlaqədə olmuş, Zərərçəkmiş şəxs6 və Zərərçəkmiş şəxs5 Səidə fahişəliyə cəlb etmiş, Fidan bir-iki dəfə onun müştəriləri ilə pul qarşılığında cinsi əlaqədə olmuş, Aygünü də müştərilərinə pul qarşılığında cinsi əlaqədə olmaq üçün təqdim etmiş, onların müştərilərlə cinsi əlaqədə olmasından qazanc götürmüş, Səidəyə zəng edib Fidan və Aygünü müştərilərinin olduğu hotellərə göndərməsini xahiş etmiş, Səidə də onları onun müştərilərinin yanına göndərmiş, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs11, Zərərçəkmiş şəxs10, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs12, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 Səidənin yanında görmüş, həmin qızlar Mingəçevir şəhərində yaşayan qızlar olmuş, onlar Mingəçevir şəhərindən olan bir nəfər oğlanın vasitəsilə Səidənin yanına gəlmiş, onların hamısını Səidəyə deməklə tanışı olan müştərilərə cinsi əlaqədə olmaq üçün təqdim etmiş, onların müştərilərlə cinsi əlaqədə olmasından qazanc götürmüşdür. Zərərçəkmiş şəxs9 və Zərərçəkmiş şəxs8 müştərilərinə cinsi əlaqədə olmaq üçün təqdim etmiş, Leyla əsasən Səidənin müştəriləri ilə pul qarşılığında cinsi əlaqədə olmuş, Leylanı Səidə Azərbaycandan Türkiyəyə çağırmış, Leylanı gördüyü zaman bəyəndiyi üçün Leylanı onun da müştərilərinin yanına göndərməsini Səidədən xahiş etmiş, Səidə də Leylanı onun müştərilərinin olduğu hotellərə göndərmiş, müştərilərin verdikləri pulun ona çatan hissəsini Səidə onun özünə göndərmiş, Zərərçəkmiş şəxs9 ilə Səidəyə görə tanış olmuş, Gülzar da Səidənin müştəriləri ilə pul qarşılığında cinsi əlaqədə olmuş, Gülzarı o, bir neçə dəfə müştərilərinə cinsi əlaqədə olmaq üçün təqdim etmiş, o, yuxarıda fahişəliyə cəlb etdiyini göstərdiyi qadınlara hədə-qorxu gəlməmiş, onları aldatmamış, onlara qarşı zor tətbiq etməmişdir. Səidə də eyni zamanda həmin qadınlara hədə-qorxu gəlməmiş, onları aldatmamış, onlara qarşı zor tətbiq etməmişdir. Həmin qadınların fahişəliklə məşğul olmasından çox az qazanc əldə etmiş, həmin qadınlar özləri öz razılıqları ilə Türkiyəyə Səidənin yanına gələrək Səidənin və onun müştəriləri ilə pul qarşılığında cinsi əlaqədə olaraq qazanc əldə etmişlər. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, 2015-ci ilin oktyabr ayının əvvəllərində Mingəçevir şəhərində Şahid1la tanış olmuş, aralarında olan söhbət zamanı, işsiz olduğunu, pula ehtiyacının olduğunu bildirmiş, Namiq isə imkanlı müştərilərinin olduğunu, onun həmin şəxslərlə pul qarşılığında cinsi əlaqədə olmasını təşkil edəcəyini, bununla yaxşı gəlir əldə edəcəyini qeyd etmiş, maddi cəhətdən çətinlik çəkdiyi üçün Namiqlə razılaşmış, həmin vaxt kirayə yaşadığı Mingəçevir şəhəri, X10 küçəsi, ev 16/15, mənzil 11-də olarkən Namiq istifadə etdiyi 051 746-18-35 və 050 889-76-21 rəqəmli mobil nömrələrindən onunla əlaqə saxlayaraq onu yaşadığı mənzildən götürərək müştərilərin olduğu ünvanlara və hotellərə aparmış, onu müştərilərə təqdim etmiş, cinsi əlaqədə olmağa görə çox vaxt pulu ona Namiqin özü vermiş, bəzi hallarda isə müştərilər pulu ona vermişlər. Onu və digər qadınları yanlarına apardığı üçün Namiqə müştərilər 30-50 manat pul vermiş, həmçinin müştəri təşkil etdiyi üçün ondan və fahişəliyə cəlb etdiyi digər qadınların hər birindən Namiq 5-10 manat pul almış, 2017-ci ilin aprel ayının əvvəllərində yaşadığı Mingəçevir şəhəri, M.F.Axundov küçəsi, ev 16/15-in yaxınlığında Namiqlə arasında olan söhbət zamanı Namiq onun Türkiyə Respublikasında olan tanışı Səidə adlı qadının yanına gedərək orada fahişəliklə məşğul olmasını və bununla yaxşı qazanc əldə etməsini təklif etmiş, lakin o, Türkiyəyə getmək istəmədiyini, uşağının körpə olduğunu, uşağını qoyub Türkiyəyə gedə bilməyəcəyini bildirmiş, Namiq isə Səidəyə görüntülü zəng etmiş, Səidə onu görərək bəyənmiş, yanına gəlməsini qeyd etmiş, O, Namiqə Türkiyəni tanımadığını, Türkiyəyə getməkdən qorxduğunu bildirmiş, Namiq isə onun fahişəliklə məşğul olması haqqında Mingəçevirdə söz yayacağı, onu biabır edəcəyi, onun atasının onun fahişəliklə məşğul olmağımdan xəbər tutacağı ilə hədələmiş, Mingəçevir şəhərində onun yaxınları yaşadığı üçün o, Mingəçevir şəhərində fahişəliklə məşğul olmamış, Namiq onu Yevlax, Ağdaş və Qəbələ rayonundan olan müştərilərinə pul qarşılığında cinsi əlaqədə olmaq üçün təqdim etmiş, Namiq onu şantaj etdiyi üçün razılaşmış, Namiqin göstərişi ilə özünə pasport almış, anasına Türkiyəyə xidmətçi işləmək üçün gedəcəyini bildirmiş, Səidə ilə əlaqə saxlamış, Səidənin aldığı biletlə 18 aprel 2017-ci il tarixdə Gəncə hava limanından İstanbul şəhərinə uçmuş, Səidə onu hava limanında qarşılayaraq Fındıqzadə adlanan ərazidə kirayə yaşadığı 5 mərtəbəli binanın birinci mərtəbəsində yerləşən mənzilinə aparmış, orada Namiqin fahişəliyə cəlb etdiyi Zərərçəkmiş şəxs3 da olmuşdur. Həmin gündən etibarən Səidə onu müştərilərinin olduğu hotellərə apararaq orada onu müştərilərinə təqdim etməyə başlamış, Səidə müştərilərdən onunla cinsi əlaqədə olmağa görə pulu almış, onu müştərilərinə təqdim etmiş, müştərilər onunla cinsi əlaqədə olduqdan sonra onu yenidən yaşadığı mənzilə gətirmişdir. Səidə onu və Ayseli öz müştəriləri ilə yanaşı əmisi qızı Natəvanın da müştərilərinə cinsi əlaqədə olmaq üçün təqdim etmişdir. Səidənin müştəridən aldığı pulu Nətavanla bölüşdürməsindən onun xəbəri yoxdur. Təxminən bir neçə gün sonra Moldovadan Səidənin yanına qadınlar gəldiyindən Səidə yeni kirayə mənzil tutmuşdur. 27 may 2017-ci il tarixədək Səidə onu və Ayseli müştərilərinə cinsi əlaqədə olmaq üçün təqdim etmiş, o, kök olduğu, müştərilər onu bəyənmədikləri üçün Azərbaycana qayıtmasına icazə vermiş, 29 may 2017-ci il tarixdə Aysellə birlikdə birlikdə Şıxlı sərhəd buraxılış məntəqəsindən keçərək Azərbaycan ərazisinə daxil olmuşdur. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, 2016-cı ilin fevral ayının ortalarında təsadüfən Mingəçevir şəhərində Şahid1la tanış olmuş, aralarında olan söhbət zamanı o, 17 yaşının olduğunu bildirmiş, Namiq isə imkanlı müştərilərinin olduğunu, ona həmin müştərilərlə pul qarşılığında cinsi əlaqədə olmasını təklif etmiş, bununla yaxşı pul qazanacağına inandırmışdır. Maddi cəhətdən çətinlik çəkdiyi üçün razılaşmış, həmin vaxt kirayə yaşadığı Mingəçevir şəhəri, Heydər Əliyev prospekti, bina 72, mənzil 10-da olarkən Namiq istifadə etdiyi 051 746-18-35 və 050 889-76-21 rəqəmli mobil nömrələrlə onunla əlaqə saxlamış, idarə etdiyi avtomobillə onu yaşadığı mənzildən götürərək müştərilərin olduğu ünvanlara və hotellərə aparmışdır. Çox vaxt müştərilərdən pulu Namiq özü almış və ona çatmalı olan pulu ona vermiş, bəzən isə müştərilər pulu onun özünə vermişlər. Cinsi əlaqədə olmağa görə o, 65- 90 manat arasında pul əldə etmişdir. Onu və digər qadınları yanlarına apardığı üçün müştərilər Namiqə 30-50 manat arasında pul vermiş, həmçinin müştəri təşkil etdiyi üçün Namiq ondan və fahişəliyə cəlb etdiyi digər qadınlardan 5-10 manat arasında pul almışdır. 2016-cı ilin təxminən iyul ayının sonlarında Namiqin fahişəliyə cəlb etdiyi qadınlardan biri olan Əfsanə ilə arasında olan söhbət zamanı Əfsanə Türkiyə Respublikasında Namiqin tanışı olan Səidə adlı qadının yanında olduğunu, Səidinin nəzarəti altında fahişəliklə məşğul olduğunu, yaxşı pul qazandığını bildirmiş, ona Səidənin yanına getməyi təklif etmiş, O, isə Türkiyəyə getməkdən qorxduğunu qeyd edərək razılaşmamışdır. Əfsanə Səidəyə videozəng etmiş, Səidə ona yanına gəlməyi təklif etmiş, lakin o, razılaşmamışdır. Təxminən 2017-ci ilin mart ayının əvvəllərində Namiq onu pul qarşılığında müştərisinə təqdim etmək üçün onun yaşadığı Mingəçevir şəhəri, Heydər Əliyev prospekti, bina 72-nin yaxınlığına gəlmiş, orada Namiq tanışı Səidə ilə danışdığını, Səidənin onu bəyəndiyini, onun Səidənin yanına getməyini bildirmiş, o, Türkiyəni tanımadığını, Türkiyəyə getməkdən qorxduğunu qeyd etmiş, Namiq isə onun fahişəliklə məşğul olması barədə Mingəçevirdə söz yayacağı, onu biabır edəcəyi ilə hədələmiş, Mingəçevir şəhərində onun qohumları olduğu üçün o, Mingəçevir şəhərində müştərilərlə görüşməmiş, hər zaman Namiq onu Yevlax, Ağdaş və Qəbələ rayonundan olan müştərilərinə təqdim etmiş, onun fahişəliklə məşğul olmasından kiminsə məlumatlı olmasından qorxduğunu Namiq bilmiş, Namiqin şantajlarından qorxaraq razılaşmış, Namiqin tapşırığı ilə özünə pasport almış, anasına isə Türkiyəyə xidmətçi işində işləmək üçün getdiyini demiş, Səidənin özü ilə də telefonda danışmışdır. Səidənin aldığı biletlə 23 mart 2017-ci il tarixdə Gəncə hava limanından İstanbul şəhərinə uçmuş, Səidə onu hava limanında qarşılayaraq Fındıqzadə adlanan ərazidə kirayə yaşadığı 5 mərtəbəli binanın birinci mərtəbəsində yerləşən mənzilə aparmış, Gəldiyi gündən etibarən Səidə onu müştərilərin olduğu hotellərə aparmış, müştərilərdən pulu alaraq, onu cinsi əlaqədə olmaları üçün müştərilərə təqdim etmiş, cinsi əlaqədə olduqdan sonra onu yenidən qaldıqları mənzilə qaytarmışdır. Səidənin onu həmçinin əmisi qızı Natəvanın müştərilərinə də pul qarşılığında cinsi əlaqədə olamaq üçün təqdim etmişdir. Həmin vaxtlarda Natəvan özü də müştərilərin olduğu hotelə gələrək müştərilərin verdiyi pulu Səidə ilə bölmüşdür. Təxminən bir ay sonra Səidənin yanına Moldovadan qadınlar gəldiyi üçün yeni mənzil kirayə tutmuşdur. 2017-ci ilin aprel ayında Səidənin yanına Mingəçevir şəhərindən tanıdığı, Namiqin fahişəliyə cəlb etdiyi Zərərçəkmiş şəxs4 də gəlmişdir. Namiq Ayseli də şantaj etməklə Türkiyəyə, Səidənin yanına göndərmişdir. Aysel onunla birlikdə Səidənin kirayə tutduğu mənzildə qalmışlar, Səidə onları özünün və əmisi qızı Natəvanın müştərilərinə cinsi əlaqədə olmaları üçün təqdim etmişlər. Səidə icazə verdikdən sonra 27 may 2017ci il tarixdə Aysellə birlikdə Azərbaycana yola düşmüşlər, 29 may 2017-ci il tarixdə Şıxlı sərhəd buraxılış məntəqəsindən keçərək Azərbaycan ərazisinə daxil olmuşlar. Səidə ilə arasında olan danışıq zamanı Səidə hər dəfə qadın göndərdikdə Namiqə 100 ABŞ dolları pul verdiyini, Namiqin Səidənin yanına qadın göndərməsində maddi marağının olduğunu bildirmiş, 2017-ci ilin iyun ayının əvvəllərində kirayə yaşadığı Mingəçevir şəhəri, Heydər Əliyev prospekti, bina 72-də olduğu zaman Səidə Türkiyə Respublikasından onunla telefon əlaqəsi saxlayaraq müştərilərlə cinsi əlaqədə olduğu zaman çəkilmiş video görüntülərinin olduğunu, geri qayıtmayacağı halda həmin video görüntüləri sosial şəbəkələrdə yayacağı ilə onu hədələmiş, məcburiyyət qarşısında Səidə ilə razılaşmış, 08 iyun 2017-ci il tarixdə Gəncədən hava limanından təyyarə ilə İstanbul şəhərinə uçmuşdur. Səidə onu hava limanında qarşılayaraq kirayə tutduğu mənzilə aparmış, həmin vaxt mənzildə çox sayda qadın olmuş, Səidə əvvəlki kimi onu tanışı olan müştərilərə cinsi əlaqədə olmaq üçün təqdim etməyə başlamış, müştərilərdən pulu Səidə almış, ona isə az miqdarda pul vermiş, kirayə və komunal xərcləri ödədiyini bildirmişdir. Türkiyədə olduğu zaman Mingəçevir şəhərindən tanıdığı, Namiqin fahişəliyə cəlb etdiyi Zərərçəkmiş şəxs1 da İstanbul şəhərinə gəlmiş, Aynuru da Namiq hədələyərək Səidənin yanına göndərdiyini bilmişdir. 08 sentyabr 2017-ci il tarixədək Səidə onu və Aynuru özünün və əmisi qızı Natəvanın müştərilərinə təqdim etmiş, 09 sentyabr 2017-ci il tarixdə təyyarə ilə Gəncə şəhərinə qayıtmış, 2017-ci ilin sentyabr ayının ortalarında kirayədə yaşadığı Mingəçevir şəhəri, Heydər Əliyev prospekti, bina 72, mənzil 10-da olduğu zaman Səidə Türkiyə Respublikasından onunla telefon əlaqəsi saxlayaraq yenidən yanına gəlməsini, əks halda müştərilərlə cinsi əlaqədə olduğu zaman çəkilmiş video görüntüləri sosial şəbəkələrdə yayacağını bildirmişdir. Məcburiyyət qarşısında razılaşmış, 19 sentyabr 2017-ci il tarixdə Gəncə hava limanından təyyarə ilə İstanbul şəhərinə uçmuş, Səidə onu hava limanında qarşılayaraq kirayə tutduğu mənzilə aparmışdır. Əvvəlki kimi Səidə onu tanışı olan müştərilərə pul qarşılığında cinsi əlaqədə olmaq üçün təqdim etməyə başlamış, pulu müştərilərdən Səidə özü almış, həmçinin onu Natəvanın da müştərinə təqdim etmişdir. 03 noyabr 2017-ci il tarixədək Səidə onu və Zərərçəkmiş şəxs1 tanışı olan müştərilərə pul qarşılığında cinsi əlaqədə olmaq üçün təqdim etmiş, Səidə icazə verdikdən sonra, 04 noyabr 2017-ci il tarixdə Mingəçevir şəhərinə qayıtmışdır. 2017-ci ilin noyabr ayının ortalarında kirayə yaşadığı Mingəçevir şəhəri, Heydər Əliyev prospekti, bina 72, mənzil 10-da olduğu zaman Səidə Türkiyə Respublikasından onunla telefon əlaqəsi saxlayaraq yenidən yanına gəlməsini tələb etmiş, müştərilərlə cinsi əlaqədə olduğu zaman çəkilmiş video görüntüləri sosial şəbəkələrdə yaymaqla hədələmişdir. Səidənin hədə-qorxularından qorxaraq 21 noyabr 2017-ci il tarixdə Gəncə hava limanından təyyarə ilə İstanbul şəhərinə uçmuş, Səidə onu qarşılayaraq kirayə tutduğu mənzilə aparmış, əvvəlki kimi pul qarşılığında cinsi əlaqədə olmaq üçün özünün və əmisi qızı Natəvanın müştərilərinə təqdim etməyə başlamışdır. Müştərilərdən pulu Səidə özü alaraq ona çox az pul vermiş, orada olarkən xəstələnmiş, Səidənin icazəsi ilə 31 dekabr 2017ci il tarixdə Azərbaycana qayıtmışdır. Məhkəmədə zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs12 ifadəsində göstərmişdir ki, təxminən 2016-cı ilin yanvar ayının əvvəllərində gözəllik salonundan çıxarkən əvvəllər tanımadığı Şahid1 idarə etdiyi, markasını unutduğu taksiyə əyləşmiş, aralarında münasibət yaranmış, Namiq onun istifadə etdiyi mobil nömrəni götürmüş, bundan sonra Namiq ona zəng etməyə, sms yazmağa başlamış, onu görüşə dəvət etmiş, aralarında olan söhbətlər zamanı Namiq ona pul qarşılığında tanışı olan müştərilərlə cinsi əlaqədə olmasını təklif etmiş və onun maddi ehtiyacı olduğundan razılaşmış, Namiqlə tanışlaqdan bir neçə gün sonra o, Mingəçevir şəhəri, Nizami prospekti ev 14, mənzil 28-də olarkən Namiq onunla əlaqə saxlamış və onu xatırlamadığı məbləğ qarşısında müştərisinə cinsi əlaqədə olmaq üçün təqdim etmiş, bundan sonra o, yaşadığı evdə olarkən Namiq onunla əlaqə saxlamış, idarə etdiyi taksi ilə onu evdən götürərək müştərilərin olduğu yerlərə aparmış, pul qarşılığında cinsi əlaqədə olmaq üçün müştərilərinə təqdim etmişdir. Namiq onu həmçinin Qəbələ rayonuna apararaq orada təxminən 35 yaşlı kişiyə təqdim etmiş, müştəridən Namiq 80 manat pul alaraq 60 manatını ona vermiş, müştəri təşkil etdiyi üçün 20 manat pulu özünə götürmüş, eyni qaydada bir neçə ay, demək olar hər gün Namiq onu rayonlara aparaq öz müştərilərinə təqdim etmiş, Namiq onunla yanaşı Aysel, Aysu, Sevinc və Aynur adlı qadınları da fahişəliyə cəlb etmiş, 2016-cı ilin mart ayının əvvəllərinə kimi Namiq onu fahişəliyə cəlb etmiş, Təxminən 2016-cı ilin mart ayının ortalarında yaşadığı binanın qarşısında Namiqlə söhbət etdiyi zaman X9 adlı tanışının olduğunu, Səidənin uzun müddətdir ki, Türkiyədə yaşadığını, onu Səidənin yanına göndərmək istədiyini, onun Səidənin yanına gedəcəyi halda Səidənin ona tibb bacısı kimi iş tapacağını, orada xəstə baxıcısı kimi işləməklə yaxşı pul qazanacağını bildirmiş, həmin ərəfədə maddi cəhətdən çətinlik çəkdiyi üçün Namiqlə razılaşmış, lakin yol pulunun olmadığını qeyd etmiş, Namiq isə yol pulunu Səidənin verəcəyini, onun Səidənin yanında qalacağını, işləyərək Səidəyə borcunu ödəyəcəyini bildirmiş, bundan sonra Səidə onun adına təxminən 200 manat pul göndərmiş, Namiqlə birlikdə həmin pulu təxminən 2016-cı ilin mart ayının ortalarında Mingəçevir şəhərində yerləşən xatırlamadığı bank filialından almış, həmin pulla özünə bilet alaraq 23 mart 2016-cı il tarixdə Gəncə şəhərindən İstanbul şəhərinə uçmuş, hava limanında Səidə onu qarşılayaraq kirayə tutduğu mənzilə aparmış, onun pasportunu almış, onun üçün heç bir iş olmadığını, nəzarəti altında fahişəliklə məşğul olacağını, Azərbaycana qayıtdıqda isə ona yaxşı pul verəcəyini bildirmiş, o, etiraz edərək geri qayıtmaq istədiyini qeyd etmiş, Səidə isə onun İstanbula getməsinə görə pul xərclədiyini, Namiqə onu göndərdiyi üçün pul yolladığını, buna görə onun borcunun olduğunu, fahişəliklə məşğul olmaqla həmin borcu ödəyəcəyini bildirmiş, başqa çıxış yolu olmadığını görüb razılaşmış, bundan sonra Səidə onu müxtəlif hotellərə aparaq orada müştərilərdən pulu almış, onu isə cinsi əlaqədə olmaları üçün müştərilərə təqdim etmiş, Səidə onu evdə qoyub harasa getdikdə isə qapını açarla bağlamış, təxminən 1 ay Səidə onu müştərilərinə cinsi əlaqədə olmaq üçün təqdim etmiş, onun Türkiyədə qalma müddətinin bitməsinə az vaxt qaldığı üçün 20 aprel 2016-cı il tarixdə Səidə özü ona bilet alaraq onu geri yola salmışdır. Səidə ona bir qədər pul verərək baş verənlər barədə heç kimə heç bir məlumat verməməsini tapşırmış, əks alda onun müştəri ilə cinsi əlaqədə olduğu zaman çəkilmiş videgörüntünü sosial şəbəkədə yayacağı, onun nə ilə məşğul olduğunu anasının və qohumlarının biləcəyi ilə onu hədəlmiş, dediyi zaman yanına qayıtmalı olduğunu bildirmişdir. 22 aprel 2016-cı il tarixdə o, Mingəçevir şəhərinə çatmışdır. Səidə onunla telefonun vhatApp proqramı vasitəsi ilə əlaqə saxlamış, onu nəzarətində saxlamışdır. 2016-cı ilin iyun ayının əvvəllərində yaşadığı evdə olduğu zaman Səidə onunla telefon əlaqəsi saxlayaraq yenidən onun yanına gəlməsini tələb etmiş, müştərilərlə cinsi əlaqədə olduğu zaman çəkilmiş video görüntüləri sosial şəbəkələrdə yaymaqla onu hədələmişdir. Razılaşaraq 11 iyun 2016-cı il tarixdə özünə bilet alaraq Gəncə şəhərindən təyyarə ilə İstanbul şəhərinə uçmuşdur. Səidə onu qarşılayaraq yenidən kirayə tutduğu mənzilə aparmış, həmin vaxt mənzildə çin və rus millətindən olan 2 qadın da olmuşdur. Səidə onu həmin qadınlarla birlikdə hotellərə aparaq müştərilərinə cinsi əlaqədə olmaq üçün təqdim etmişdir. O, Səidənin hədələrindən qorxaraq etiraz edə bilməmişdir. 08 iyul 2016-cı il tarixdə Səidə ona bir qədər pul verərək təyyarə ilə Gəncə şəhərinə yola salmışdır. Aralarında olan söhbət zamanı Səidə onu yanına göndərməsi üçün Namiqə pul göndərdiyini bildirmişdir. 2017-ci ilin may ayının əvvəllərində yaşadığı evdə olduğu zaman Səidə onunla telefon əlaqəsi saxlayaraq yenidən yanına gəlməsini bildirmiş, əks halda video görüntüləri sosial şəbəkələrdə yayacağı ilə onu hədələmişdir. 16 may 2017-ci il tarixdə Səidənin tapşırığı ilə yenidən özünə bilet alaraq Gəncə şəhərindən İstanbul şəhərinə uçmuş, Səidə onu qarşılayaraq kirayə tutduğu mənzilə aparmışdır. Mənzilə daxil olarkən Namiqin fahişəliyə cəlb etdiyi Zərərçəkmiş şəxs3, Aysu ləqəbli Zərərçəkmiş şəxs4 və Sevinc adlı qadınları görmüşdür. Onları Namiq pul qarşılığında Səidəyə satmışdır. Səidə əvvəlki qaydada onu digər qadınlarla birlikdə müştərilərinə cinsi əlaqədə olmaq üçün təqdim etməyə başlamış, onları öz nəzarəti altında saxlamış, hətta bir-biri ilə danışmağa imkan verməmiş, onlara təzyiqlər göstərmişdir. 27 may 2017-ci il tarixdə Səidə onu, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 avtobusla Azərbaycana yola salmışdır. 29 may 2017-ci il tarixdə onlar Mingəçevir şəhərinə çatmışlar. Bundan sonra yenə də Səidə tez-tez onunla telefonun vhatsApp proqramı vasitəsilə əlaqə saxlamış, ona nəzarət etmişdir. 2017-ci ilin sentyabr ayının əvvəllərində Səidə yenidən onunla telefon əlaqəsi saxlayaraq yanına gəlməli olduğunu demiş, 07 sentyabr 2017-ci il tarixdə Səidənin aldığı biletlə o, Gəncə şəhərindən təyyarə ilə İstanbul şəhərinə uçmuşdur. Səidə onu kirayə tutduğu mənzilə aparmışdır. Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 və Sevinc də orada olmuşlar. Səidə onları əvvəlki qaydada pul qarşılığında özünün və əmisi qızı Natəvanın müştərilərinə cinsi əlaqədə olmaq üçün təqdim etmiş, Natəvanın müştəriləri olduqda Səidə əldə etdiyi pulu Natəvanla yarı bölməsindən xəbəri yoxdur. 05 oktyabr 2017-ci il tarixdə Səidə onu təyyarə ilə Gəncə şəhərinə yola salmış, anasına heç nə deməməsi barədə hədə-qorxu gəlmişdir. 2018-ci ilin yanvar ayının əvvəllərində Səidə onu yenidən yanına çağırmış və o, 20 yanvar 2018-ci il tarixdə Səidənin aldığı biletlə Gəncə şəhərindən İstanbul şəhərinə uçmuşdur. Səidə yenə onu kirayə tutduğu mənzilə aparmış, əvvəlki qaydada onu hotellərə apararaq cinsi əlaqədə olmaları üçün müştərilərinə təqdim etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 2017-cı ilin yanvar ayının əvvəllərində təsadüfən Mingəçevir şəhərində Namiqin idarə etdiyi Vaz 21099 markalı avtomobilə əyləşmiş, aralarında ünsiyyət yaranmış, Namiq ondan bakirə olub-olmadığını soruşmuş, o, isə bakirə olmadığını bildirmiş, Namiq qadınları pul qarşılığında cinsi əlaqədə olmaq üçün tanışı olan şəxslərə cinsi əlaqədə olmaq üçün təqdim etdiyini, istədiyi halda tanışı olan şəxslərlə onun pul qarşılığında cinsi əlaqədə olmasını təşkil edə biləcəyini qeyd etmiş, maddi cəhətdən çətinlik çəkdiyi, anası xəstə olduğu üçün o, Namiqlə razılaşmış, bundan sonra o, həmin vaxt yaşadığı Mingəçevir şəhəri, Təbriz döngəsi, ev 29-da olarkən Namiq istifadə etdiyi 051 746-18-35 və 050 889-76-21 rəqəmli mobil nömrələrdən onunla telefon əlaqəsi saxlayaraq, ona hazırlaşmasını bildirmiş, idarə etdiyi avtombillə onu götürərərək müştərilərinin olduğu ünvanlara və hotellərə aparmış, onu müştərilərinə təqdim etmiş, müştərilərdən pulu alaraq ona 70-100 manat arasında pul vermiş, həmçinin müştərilər onu və digər qızları yanlarına gətirdiyi üçün Namiqə 30-50 manat arasında pul vermişlər. Namiq həmçinin müştəri tapdığı üçün hər dəfə ondan və fahişəliyə cəlb etdiyi digər qadınlardan 5-10 manat arasında pul almış, təxminən 2017-ci ilin iyun ayının əvvəllərində Namiq onu yaşadığı evin yaxınlığından götürmüş, həmin vaxt Namiqin fahişəliyə cəlb etdiyi Zərərçəkmiş şəxs2 də avtomobildə olmuş, aralarında olan söhbət zamanı Namiq Turkiyədə yaşayan Səidə adlı tanışının olduğunu, onun və Sevincin Səidənin yanına getmələrini, Səidənin nəzarəti altında fahişəliklə məşğul olmalarını bildirmiş, o, Namiqə Türkiyəyə getməkdən, başına iş gəlməsindən qorxduğunu bildirmiş, Namiq isə əks halda onun fahişəliklə məşğul olması haqqında Mingəçevirdə söz çıxardacağını, onu biabır edəcəyini, onun atasını məlumatlandıracağı ilə hədələmişdir. Namiq eyni zamanda Sevinci də şantaj etmiş, onun atası Mingəçevir şəhərində yaşadığı üçün o, heç vaxt müştəri ilə Mingəçevir şəhərində görüşməmiş, Namiq onu Yevlax, Ağdaş və Qəbələ rayonunda müştərilərinə təqdim etmiş, Namiqin hədələrindən qorxaraq o və Sevinc razılaşmış, Namiq ondan pasportunun olub-olmadığını soruşmuş, o, Namiqə pasportunun olmadığını bildirmiş, bundan sonra Namiq Səidə ilə danışmış, Səidə Türkiyədən 100 ABŞ dolları pul göndərmiş, həmin pulu bankdan götürdükdən sonra Namiq onu Mingəçevir şəhərinə gəlmiş səyyar asan xidmətə aparmış, pasport alması üçün bütün xərcləri Namiq ödəmiş, o, 15 günə pasport almış, 21 iyun 2017-ci il tarixdə Namiq onu Mingəçevir şəhərindən avtobusla Türkiyəyə yola salmış, 23 iyun 2017-ci il tarixdə o, İstanbul şəhərinə çatmış, Səidə onu qarşılayıb Fındıqzadə adlanan ərazidə kirayə tutduğu mənzilə aparmış, həmin vaxt Namiqin fahişəliyə cəlb etdiyi Zərərçəkmiş şəxs3 da mənzildə olmuş, o, Namiqin Ayseli də Səidənin yanına göndərməsindən məlumatlı olmuş, gəldiyi gündən etibarən Səidə onu müştərilərinin olduğu hotellərə apararaq müştərilərinə pul qarşılığında cinsi əlaqədə olmaq üçün təqdim etməyə başlamış, Səidə özü müştərilərdən pulu almış, cinsi əlaqədə olduqdan sonra onu yenidən mənzilə qaytarmış, eyni zamanda Səidə onu Natəvan adlı qadın müştərilərinə də pul qarşılığında cinsi əlaqədə olması üçün təqdim etmiş, həmin vaxtlarda Səidə əldə etdiyi pulu Natəvanla yarı bölməsindən xəbəri yoxdur. Səidənin yanında olduğu zaman Səidə Namiqlə əlaqə saxlamış, Namiq Sevinc adlı qadını razı saldığını bildirmiş, Səidə ondan Sevincin mobil nömrəsini alaraq Sevinclə danışmış, 25 avqust 2017-ci il tarixdə Sevinc Türkiyəyə gəlmiş, Səidə Sevinci də onun kimi tanışı olan şəxslərə cinsi əlaqədə olmaq üçün təqdim etməyə başlamışdır. Sevinc kök olduğu üçün müştərilər Sevinci bəyənməmiş, buna görə Səidə Sevincin qayıtmasına icazə vermiş, onu isə 03 noyabr 2017-ci il tarixədək tanışı olan müştərilərə cinsi əlaqədə olmaq üçün təqdim etmişdir. Səidənin mənzilində Moldovadan olan qızlar olduğu üçün Səidə onun qayıtmasına icazə vermiş, o, 04 noyabr 2017-ci il tarixdə İstanbuldan təyyarə ilə Gəncə şəhərinə gəlmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 verdiyi ifadəsində göstərmişdir ki, Şahid1la 2017-ci ilin təxminən mart ayının əvvəllərində tanış olmuş, Namiq ondan nə işlə məşğul olduğunu soruşmuş, o, qısa bir müddətlik evli olduğunu, ayrıldığını, hazırda işsiz olduğunu bildirmiş, Namiq qadınları pul qarşılığında cinsi əlaqədə olmaq üçün tanışlarına təqdim etməklə məşğul olduğunu, istədiyi təqdirdə tanışı olan şəxslərlə cinsi əlaqədə olmasını təşkil edə biləcəyini qeyd etmiş, maddi ehtiyacları olduğu üçün razılaşmış, bundan sonra o, yaşadığı Mingəçevir şəhəri, 20 Yanvar küçəsi, bina 33, mənzil 27-də olduğu zaman Namiq onunla telefon əlaqəsi saxlamış, onu yaşadığı evdən götürərək müştərilərinin olduğu ünvanlara və hotellərə aparmış, müştərilərlə cinsi əlaqədə olduqdan sonra ona çatmalı olan pulu Namiq özü ona vermişdir. Bəzən isə Namiqin müştəriləri pulu ona vermişlər. Müştərilər cinsi əlaqədə olmağa görə ona 70-100 manat arasında pul vermiş, onu və digər qadınları yanlarına apardığı üçün Namiqə apardığı yolun məsafəsindən asılı olaraq müştərilər 30-50 manat arasında pul vermiş, həmçinin müştəri tapdığı üçün Namiq ondan və digər fahişəliyə cəlb etdiyi qadınlardan 5-10 manat arasında pul almış, təxminən 2017-ci ilin iyun ayının əvvəllərində Nami onunla bir yerdə Aynuru yaşadığı evdən götürmüş, Aynurun evinin yaxınlığında Namiq Turkiyədə yaşayan Səidə adlı tanışının olduğunu, Səidənin yanına gedərək nəzarəti altında fahişəliklə məşğul olmalarını bildirmiş, onlar Namiqə Türkiyəyə getməkdən, başlarına iş gəlməsindən qorxduqlarını qeyd etmişlər. Namiq isə Səidə ilə danışdığını, onların Səidənin yanına getməli olduqlarını, onlar razılaşmayacaqları halda fahişəliklə məşğul olmaları haqqında Mingəçevirdə söz çıxardacağını, onları biabır edəcəyini bildirmiş, onlar ailə üzvlərinin və qohumlarının onların fahişəliklə məşğul olmalarını bilməsindən qorxaraq razılaşmışlar. Namiq Səidənin yanında qadınların çox olduğunu, ilk əvvəl Aynurun gedəcəyini, sonra isə onun Səidənin yanına gedəcəyini bildirmiş, Aynur üçün pasport alaraq Türkiyəyə yola salmış, 2017-ci ilin avqust ayının ortalarında Səidə Türkiyədən onunla telefon əlaqəsi saxlayaraq yanına gəlməsini, onu gözlədiyini qeyd etmiş, Namiq onu hədələdiyi üçün etiraz edə bilməmiş, 25 avqust 2017-ci il tarixdə Bakı şəhərinə gələrək Bakı hava limanından təyyarə ilə İstanbul şəhərinə uçmuş, Səidə onu hava limanında qarşılayaraq Fındıqzadə adlanan ərazidə kirayə tutduğu mənzilə aparmış, həmin vaxt Aynur, Zərərçəkmiş şəxs3 və Əfsanə adlı qadınlar orada olmuşlar. Həmin gündən etibarən Səidə onu müştərilərinin olduğu hotellərə aparıb orada müştərilərinə təqdim etməyə başlamış, müştərilərdən pulu Səidə özü almış, müştərilər onunla cinsi əlaqədə olduqdan sonra isə qaldıqları mənzilə gətirmişdir. Səidənin qohumu Natəvan da orada qadınları fahişəliyə cəlb etdiyinə görə bəzən Səidə onları Natəvanın müştərilərinin yanına göndərmiş, Natəvanın müştəriləri ilə cinsi əlaqədə olduqdan sonra əldə olunan pulu Səidə ilə Natəvan yarı bölməsindən xəbəri yoxdur. Kök olduğu üçün Səidə müştərilərin onu bəyənmədiklərini bildirmiş və onun Azərbaycana qayıtmasına icazə vermişdir. 17 sentyabr 2017-cı il tarixdə o, avtobusla yola düşmüş, 19 sentyabr 2017-ci il tarixdə Şıxlı sərhəd buraxılış məntəqəsindən ölkə ərazisinə daxil olmuşdur. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində göstərmişdir ki, təxminən 2017-ci ilin yanvar ayının əvvəllərində Elşanənin kirayə yaşadığı, Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi, ev 5, mənzil 10-da olduqları zaman Elşanə onun işsiz olduğunu bilmiş, Türkiyədə tanıdığı bir nəfər olduğunu, həmin şəxsin yanında yüksək maaşlı iş tapa biləcəyini bildirmiş, bundan sonra o, Elşanənin tanışı olan Tarkanla telefonda danışmış, Tarkan onu yüksək maaşlı işə düzəldəcəyini bildirmiş, o, Elşanəni tanıdığı üçün Elşanəyə inanmış, Elşanənin aldığı biletlərlə 20 yanvar 2017-ci il tarixdə Bakı şəhərindən İstanbul şəhərinə uçmuş, onları Tarkan adlı Türkiyə vətəndaşı qarşılayaraq İstanbul şəhərinin Bahçeşehir ərazisində yerləşən mənzilə aparmış, orada bir neçə azərbaycanlı qadın da olmuş, Tarkan iş üçün qeydiyyata düşməklə bağlı lazım olduğunu deyib onun pasportunu almış, sonra onun işinin kişilərlə cinsi əlaqədə olmaqdan ibarət olduğunu bildirmiş, Tarkana pula ehtiyacının olduğunu, normal bir işdə işləmək üçün gəldiyini, fahişəliklə məşğul olmayacağını qeyd etmiş, Tarkan polisə onun fahişəliklə məşğul olması barədə məlumat verib onu tutduracağı, pasportunu cıracağı ilə hədələmiş, məcburiyyət qarşısında o, Tarkanla razılaşmış, Elşanədən nə üçün onu aldatdığını soruşmuş, Elşanə isə ona bir söz deməmiş, Tarkan öz telefonu vasitəsilə müştərilərlə danışıb razılaşmış, onu, Elşanəni və digər qadınları öz avtomobili ilə müştərilərin olduğu ünvanlara apararaq müştərilərinə cinsi əlaqədə olmaq üçün təqdim etmiş, digər qadınların anket məlumatlarını bilməmiş, Tarkan müştəri ilə razılaşmasından asılı olaraq onları bir neçə saatlıq və ya gecəlik müştəriyə təqdim etmiş, bir saata görə müştəridən 600 TL pul almışdır. Gün ərzində Tarkan onu 4-5 müştəriyə təqdim etmiş, onu və digər qadınları daim nəzarətində saxlamış, harasa getməsinə icazə verməmiş, Tarkan yalnız azərbaycanlı qadınları cinsi istismar etmiş, o, Tarkana xəstə olduğunu bildirmiş, onu buraxması üçün çox yalvarmış, bundan sonra Tarkan onu çağırdığı zaman geri qayıtması şərti ilə Azərbaycana getməsinə icazə vermiş və 11 fevral 2017-ci il tarixdə o, Azərbaycana qayıtmış, 2017-ci ilin fevral ayının ortalarında yaşadığı evdə olduğu zaman Elşanə ona Türkiyədən zəng edərək yenidən geri qayıtmasını bildirmiş, Türkiyəyə getmək istəməmiş, lakin onun fahişəliklə məşğul olması barədə anasına məlumat verməklə onu hədələmiş, sonra onunla Elşanənin tanışı olan Səidə danışmış, Səidə onun nəzarəti altında fahişəliklə məşğul olacağını bildirmiş, həmçinin onun özü ilə bir yerdə başqa bir qadın da gətirməsini tapşırmış, o, anasının həqiqəti bilməsindən qorxduğu üçün rəfiqəsi Aygünə Türkiyədə yaxşı qazancı olan iş barədə yalan danışmış, Səidənin aldığı biletlərlə 24 fevral 2017-ci il tarixdə Aygünlə Bakı şəhərindən Türkiyəyə uçmuş, onları Səidə adlı qadın qarşılayaraq yaşadığı evə aparmış, həmin vaxt evdə Elşanə və bir neçə qadın da olmuş, Səidə onların işlərinin pul müqabilində kişilərlə görüşüb cinsi əlaqədə olmaqdan ibarət olduğunu bildirmiş, Elşanədən Səidənin kim olduğunu soruşmuş, Elşanə isə Tarkanın polislə probleminin olduğunu, bu səbəbdən onu Səidə ilə əlaqələndirdiyini, Səidənin müştəriləri ilə pul qarşılığında cinsi əlaqədə olacaqlarını qeyd etmiş, Aygünə vəziyyəti izah edərək ona hədə-qorxu gəlindiyini bildirmiş, növbəti gündən Səidə onu, Elşanəni və Aygünü müştərilərinə pul qarşılığında cinsi əlaqədə olmaq üçün təqdim etməyə başlamış, onları taksi ilə hotellərə apararaq özü ilə də geri gətirmiş, Səidə müştərilərdən 1 saat üçün 600 TL, 2 saat üçün 800 TL, gecəlik isə 1500 TL pul almış, həmin pulun yarısına özünə götürərək, qalan hissəsini onlara vermişdir. Səidə onlara müştərilərlə sərbəst ünsiyyət saxlamağa icazə verməmiş, vaxt tamam olan kimi onları aparmışdır. Səidə onları eyni zamanda əmisi qızı Natavanın da müştərilərinə təqdim etmiş, həmin vaxtlarda Səidə özünə çatan pulu Natəvanla yarı bölmüş, Türkiyədə qalma müddətləri bitdiyinə görə 20 mart 2017-ci il tarixdə o, Aygün və Elşanə Azərbaycana qayıtmışlar. 2017-ci ilin iyun ayının ortalarında yaşadığı evdə olduğu zaman Səidə onunla telefon əlaqəsi saxlayaraq yenidən yanına çağırmış, gəlmədiyi halda müştərilərlə cinsi əlaqədə olduğu zaman çəkilmiş video görüntülərini sosial şəbəkələrdə yayacağını demiş, məcburiyyət qarşısında onunla razılaşmış, Səidə özü ilə birlikdə qadın gətirməyini ondan tələb etmiş, o da rəfiqəsi Leylanı onunla əlaqələndirmiş, lakin Leylaya Səidənin onu Türkiyədə işə düzəldəcəyi barədə yalan danışmış, bunu o, Səidə ona hədə-qorxu gəldiyi üçün etmiş, 26 iyun 2017-ci il tarixdə Leyla ilə birlikdə hava limanından təyyarə ilə İstanbul şəhərinə getmiş, Səidə onları kirayə tutduğu mənzildə yerləşdirdikdən sonra Leylanın pasportunu almış, onu da fahişəliyə cəlb edəcəyini demiş, Leyla ondan nə baş verdiyini soruşduğu zaman Leylaya Səidənin ona hədə-qorxu gəldiyini, məcburiyyət qarşısında ona yalan dediyini bildirmiş, Leyla onu başa düşmüşdür. Əvvəlki qaydada Səidə onu Natavanla birlikdə müştərilərin olduğu hotellərə apararaq 18 iyul 2017-ci il tarixədək onlara cinsi əlaqədə olmaq üçün təqdim etmiş, xatırladığı qədər Leyla tez qayıtmış, 18 iyul 2017-ci il tarixdə Azərbaycana qayıtmış, təxminən 1 aydan sonra 2017-ci ilin avqust ayının ortalarında Səidə yenidən onunla telefon əlaqəsi saxlayaraq yanına çağırmış, Səidə onunla telefon əlaqəsi saxladığı zaman yaşadığı evdə olmuş, Səidə ondan sonra Aygünlə də telefon əlaqəsi saxlamış, Səidə əvvəlki kimi ona yenə də hədə-qorxu gəlmiş, 28 avqust 2017-ci il tarixdə Aygünlə birlikdə təyyarə ilə İstanbul şəhərinə getmiş, Səidə əvvəlki qaydada onları Natavanla birlikdə müştərilərinə cinsi əlaqədə olmaq üçün təqdim etmiş, sonradan Aygünün tanışı Gülzarın da Səidənin yanına getdiyini eşitmiş, 26 noyabr 2017-ci il tarixədək Səidə və Natavanın müştəri ilə cinsi əlaqədə olmuş, Bakı şəhərinə qayıtmış, Səidə onu zəng edərək narahat etdiyi üçün onların barəsində şikayət etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs11 ifadəsində göstərmişdir ki, Mingəçevir şəhərində müxtəlif mağazalarda satıcı işləmiş, Mingəçevir şəhərində yaşayan qızlardan İstanbul şəhəri haqqında eşitmiş, İstanbul şəhərinə gedib oradan müxtəlif geyim əşyaları gətirərək Mingəçevir və ona yaxın ətraf rayonlarda satmağı qərarlaşdırmış, buna görə də 06 aprel 2016-cı il tarixdə Mingəçevir şəhərindən Türkiyəyə gedən avtobusa minərək Şıxlı sərhəd buraxılış məntəqəsindən keçməklə 3 gün yol getdikdən sonra İstanbul şəhərinə çatmış, orada özünə hoteldə yer tutmuş, hoteldə qalan azərbaycanlılarla bir yerdə ticarət mərkəzlərinə gedib oradan müxtəlif paltarlar almağa başlamış, qaldığı hotelin yaxınlığında təsadüfən Səidə adlı əslən Azərbaycandan olan qadınla tanış olmuş, onunla aralarında münasibət yaranmış, Səidə istifadə etdiyi mobil nömrəni götürmüş, Səidə özünün də əvvəllər Mingəçevir şəhərində yaşadığını demiş, İstanbul şəhərində işlərini qutardığı üçün 04 may 2016-cı il tarixdə Azərbaycana qayıtmış, 2017-ci ilin aprel ayının əvvəllərində Mingəçevir şəhərində hazırda kirayədə yaşadığı mənzildə olduğu zaman Səidə Türkiyədən onunla telefon əlaqəsi saxlamış, həmin vaxt istifadə etdiyi mobil nömrəni unutmuş, Səidə maddi vəziyyəti ilə maraqlanmış, ona Türkiyədən aldığı əşyaları satmaqda çətinlik çəkdiyini, maddi vəziyyətinin ağır olduğunu, Türkiyədən gətirdiyi əşyaları heç kimin almadığını demiş, Səidə onun yanına gəlməyini, onu yüksək maaşlı işlə təmin edəcəyini, onun yaxşı əlaqələrinin olduğunu, mağazada satıcı kimi işə düzəldəcəyini demiş, Səidənin təklifi ilə razılaşmış, Səidə pasportunun surətini ona göndərməyini demiş, o da pasportunun surətini ona göndərmiş, Səidə onun üçün bilet almış, Səidə Mingəçevir şəhərindən olan tanışı Nərminin də onun yanına gələcəyini, bir yerdə onun yanına gəlmələrini demiş, etiraz etməmiş, 11 aprel 2017-ci il tarixdə Nərminlə bir yerdə Gəncə şəhərində olan hava limanından təyyarəyə minib təyyarə ilə İstanbul şəhərinə gəlmiş, İstanbul şəhərində hava limanında onları Səidə qarşılamış, bundan sonra Səidənin onlar üçün kirayə tutduğu mənzildə qalmış, Səidə işlə bağlı qeydiyyata düşmək üçün lazım olduğunu deyib pasportlarını onlardan almış, Səidədən harada işləyəcəklərini soruşduğu zaman Səidə onlar üçün hər hansı iş olmadığını, onun nəzarəti altında fahişəliklə məşğul olacaqlarını demiş, ona fahişəliklə məşğul olmaq üçün Türkiyəyə gəlmədiklərini desələr də Səidə dediklərini etmədikləri halda pasportlarını cıracağını, polisə fahişəliklə məşğul olmaları barədə məlumat verib onları tutduracağını demiş, məcburiyyət qarşısında onunla razılaşmış, Səidə onu və Nərmini özünün və əmisi qızı Natəvanın müştərilərinə cinsi əlaqədə olmaq üçün təqdim etmiş, müştərilərlə cinsi əlaqədə olmaq üçün müxtəlif hotellərə getmiş, müştərilərdən alınan pulun yarısını Səidə ona və Nərminə vermiş, Səidə qalan pulu isə Natəvanla aralarında yarı bölmüş, həmin vaxt Səidənin yanında Mingəçevir şəhərindən tanıdığı Aysel adlı iki qızı görmüş, Səidə həmin qızları onlardan ayrı saxlamış, Səidə onu 09 may 2017cil il tarixədək tanışı olan müştərilərə cinsi əlaqədə olmaq üçün təqdim etmiş, uşağı xəstə olduğu üçün Səidəyə onu buraxmasını demiş, Azərbaycana qayıtmış, Azərbaycanda olduğu zaman Səidə onunla telefon əlaqəsi saxlamış, 2017-ci ilin iyun ayının əvvəllərində Mingəçevir şəhərində kirayə yaşadığı mənzildə olduğu zaman Səidə onunla telefon əlaqəsi saxlayaraq yenidən yanına çağırmış, yanına qayıtmadığı halda müştərilərlə cinsi əlaqədə olduğu zaman çəkilmiş video görüntülərini sosial şəbəkələrdə yayacağı ilə ona hədə-qorxu gəlmiş, məcburiyyət qarşısında onunla razılaşmış, Səidənin aldığı biletlə 06 iyun 2017-ci il tarixdə Gəncə şəhərində yerləşən hava limanından təyyarə ilə İstanbul şəhərinə gəlmiş, İstanbul şəhərində onu Səidə qarşılayıb kirayə tutduğu mənzilə aparmış, əvvəlki kimi onu tanışı olan müştərilərə cinsi əlaqədə olmaq üçün təqdim etməyə başlamış, Səidə onu özünün və Natəvanın müştərilərinin yanına cinsi əlaqədə olmaq üçün aparmış, pulu müştərilərdən özü almış, pulun yarısını ona vermiş, yerdə qalan hissəsini isə Natəvanla aralarında yarı bölməsindən xəbəri olmamışdır. X5 şəhərindən olan Namiq adlı şəxsin vasitəsilə Aynur və Sevinc adlı qızları Mingəçevir şəhərinə gətizdirmiş, Səidə onları da müştərilərinə cinsi əlaqədə olmaq üçün təqdim etmiş, müştəridən çıxdığı zaman hotelin qabağında onun çantası oğurlanmış, pasportu da çantanın içində qalmış, Səidədən ona pasport düzəltməkdə köməklik etməsini xahiş etmiş, lakin Səidə işlərinin olduğunu, ona pasport düzəldə bilməyəcəyini, özünün səfirliyə getməyini demiş, Səidə onu 29 iyun 2017-ci il tarixədək müştərilərinə cinsi əlaqədə olmaq üçün təqdim etmiş, Səidə ilə dalaşdığı üçün müştəri kimi yanına getdiyi Türkiyə vətəndaşı ilə telefon əlaqəsi saxlayaraq ondan köməklik etməsini xahiş etmiş, həmin Türkiyə vətəndaşının köməkliyi ilə özünə qayıdış şəhadətnaməsi alaraq 01 iyul 2017-ci il tarixdə Azərbaycana qayıtmış, bundan sonra onunla əlaqə saxlamamışdır. Məhkəmədə ifadəsi elan edilərək tədqiq edilmiş, ibtidai istintaq zamanı zərər çəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs9 ifadəsində göstərmişdir ki, 2017-ci ilin oktyabr ayının əvvəllərində maddi cəhətdən çətinlik çəkmiş, anası ilə münasibəti yaxşı olmamış, təsadüfən instagram sosial şəbəkəsində Aygünü görmüş, Aygünün istifadə etdiyi mobil nömrəni almış, həmin vaxt istifadə etdiyi mobil nömrəni unutmuş, lakin xatırladığı qədər həmin mobil nömrə onun öz adına olmuş, Aygünə vhatsap vasitəsilə yazmış, Aygünlə uşaqlıqda NZS qəsəbəsində qonşu olmuş, Aygünə işsiz olduğunu, maddi cəhətdən çətinlik çəkdiyini, Türkiyəyə gedib bir işlə məşğul olmaq istədiyini, Türkiyədə tanışının olubolmadığını soruşmuş, Aygün onun Türkiyədə Səidə adlı tanışının olduğunu demiş, Aygünə Səidənin telefon nömrəsini ona verməsini demiş, çox təkid etdiyi üçün Aygün Səidənin nömrəsini mənə vermiş, Səidə ilə vhatsap vasitəsilə danışmış, Səidə ilə danışdığı zaman o, Sumqayıt şəhərində qeydiyyatda olduğu ünvanda yaşamış, Səidə ilə danışdığı zaman Səidə fotoşəkillərini göndərməyini xahiş etmiş, o da fotoşəkillərini ona göndərmiş, şəkillərini gördükdən sonra Səidə onu model kimi işə düzəldəcəyini bildirmiş, onunla razılaşmış, pasportunun surətini Səidəyə göndərmiş, Səidə ona bilet almış, 09 oktyabr 2017-ci il tarixdə Bakı hava limanından təyyarə ilə İstanbul şəhərinə getmiş, İstanbul şəhərində hava limanında düşdükdən sonra taksiyə Səidənin mobil nömrəsini onunla telefon əlaqəsi saxlaması üçün vermiş, taksi sürücüsü Səidə ilə danışdıqdan sonra onu Səidənin yaşadığı ünvana aparmış, Səidə bina evində birinci mərtəbədə yaşamış, gələn kimi Səidə işə düzəlməklə bağlı lazım olduğunu deyib pasportunu ondan almış, o da pasportunu ona vermiş, Səidə pasportunu aldıqdan sonra onun üçün hər hansı iş olmadığını, onun nəzarəti altında pul qarşılığında tanışları ilə cinsi əlaqədə olacağını demiş, ona belə bir işlə məşğul olmaq istəmədiyini, Türkiyəyə işləmək üçün gəldiyini demiş, lakin Səidə onun təklifi ilə razılaşmadığı halda fahişəliklə məşğul olmağı barədə polisə məlumat verib onu tutduracağını, pasportunu da cıracağını demiş, məcburiyyətdən onunla razılaşmış, bundan sonra Səidə onu kirayə tutduğu başqa bir mənzilə aparmış, həmin mənzildə moldovalı və rusiyalı başqa qadınlar da olmuş, növbəti gündən başlayaraq Səidə gəlib onu və digər milliyyətdən olan qadınları həmin mənzildən götürüb müştəriyə aparmağa başlamış, müştərilər onları hotellərdə gözləmiş, müştərilərlə hotellərdə cinsi əlaqədə olmuş, müştərilərlə cinsi əlaqədə olduqdan sonra Səidə müştərilərdən pulu almış, sonradan onları yenidən qaldıqları mənzilə aparmış, digər rusiyalı və moldovalı qadınların anket məlumatlarını bilməmiş, Səidə onu eyni zamanda əmisi qızı Natəvanın da müştərilərinin yanına aparmış, Natəvanı o, müştərilərin yanında görmüş, Səidə onu 15 noyabr 2017-ci il tarixədək müştərilərinə cinsi olmaq üçün təqdim etmiş, orada olduğu zaman Aygün özü də Səidənin yanına gəlmiş, Aygün onun qaldığı mənzilin yaxınlığında qalmış, Aygünü bir dəfə görmüş, Aygündən nə üçün ona həqiqətləri demədiyini soruşduğu zaman Aygün Səidənin onu da pul qarşılığında cinsi əlaqədə olmaq üçün müştərilərinə təqdim etdiyini, onu şantaj etdiyi üçün həqiqətləri deyə bilmədiyini bildirmiş, anası narahat olduğu üçün Səidədən onun Azərbaycana qayıtmağına icazə verməsini xahiş etmiş, Səidə onu avtobusla Azərbaycana yola salmış, yenidən onun yanına qayıtmağını, qayıtmadığı halda fahişəliklə məşğul olmağı barədə anasına məlumat verəcəyini demiş, onunla razılaşmaq məcburiyyətində qalmış, avtobusla Gürcüstan sərhəddinə qədər gəlmiş, sərhədi keçərkən artıq Türkiyə Respublikasında qaldığı üçün cərimə ödəmiş, 17 noyabr 2017-ci il tarixdə Şıxlı sərhəd buraxılış məntəqəsindən keçib Azərbaycana daxil olmuş, Azərbaycanda olduğu müddətdə Səidə onu tez-tez yığıb yanına qayıtmağını demiş, qayıtmadığı halda anasına fahişəliklə məşğul olmağı barədə məlumat verəcəyi ilə onu hədələmiş, Səidə ona 2017-ci ilin noyabr ayının sonlarında zəng etmiş, həmin vaxt Sumqayıt şəhərində qeydiyyatda olduğu evdə olmuş, Səidə ona dəfələrlə zəng edərək Türkiyəyə çağırdığı üçün onunla razılaşmış, Səidə gəlmədiyi halda müştərilərlə cinsi əlaqədə olduğu zaman çəkilmiş video görüntülərini sosial şəbəkələrdə yayacağını demiş, biyabır olmamaq üçün onunla razılaşmış, lakin anası Türkiyəyə getməyinə icazə vermək istəməmiş, çünki birinci dəfə Türkiyəyə gedəndə pulsuz Türkiyədən qayıtmış, anası da onun Türkiyədə başına iş gələcəyindən qorxmuş, hər hansı işlə məşğul olmamağından şübhələnmiş, lakin anasının təkidlərinə baxmayaraq 26 noyabr 2017-ci il tarixdə Bakı hava limanından təyyarə ilə İstanbul şəhərinə uçmuş, Səidənin evinə getmiş, Səidə onu yenidən kirayə tutduğu mənzildə yerləşdirmiş, əvvəlki kimi müştərilərinə cinsi əlaqədə olmaq üçün təqdim etməyə başlamış, lakin Səidənin hədələrindən bezdiyi üçün anası ilə telefon əlaqəsi saxlayaraq başına gələnləri danışmış, Səidənin mobil nömrəsini anasına vermiş, anası da Səidə ilə danışmış, onu buraxmayacağı təqdirdə polisə şikayət edəcəyini demiş, bundan sonra Səidə onun Azərbaycana qayıtmağına icazə vermiş, 30 noyabr 2017-ci il tarixədək Səidə onu pul qarşılığında cinsi əlaqədə olmaq üçün müştərilərinə təqdim etmiş, həmin tarixdə təyyarə ilə İstanbul şəhərindən Bakı şəhərinə gəlmiş, bundan sonra Səidə ilə əlaqə saxlamamış, sonra bir dəfə ticarət məqsədi ilə Gürcüstana gedib qayıtmış, Səidənin nömrəsini Aygündən almış, lakin Aygün onu Səidənin yanına göndərməmiş, sonradan Səidənin Aygünü da pul qarşılığında cinsi əlaqədə olmaq üçün müştərilərinə təqdim etdiyini bilmiş, Aygünə hədə-qorxu gəldiyi üçün Aygün də ona həqiqətləri deyə bilməmişdir. Şahid2 Türkiyə Respublikasında ondan aldığı C00775156 nömrəli pasportu itirdiyi üçün özünə yeni pasport almış, buna görə də həmin pasportu istintaqa təqdim edə bilməyəcəyini göstərmişdir. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunmuş Zərərçəkmiş şəxs5 ibtidai istintaq zamanı şahid qismində verdiyi ifadəsində göstərmişdir ki, 2017-ci ilin fevral ayının ortalarında yaşadığı ünvan 2 ünvanında olduğu vaxt rəfiqəsi Fidan istifadə etdiyi mobil nömrəsinə zəng edərək Türkiyə Respublikasına getdiyini, onunla bir yerdə Türkiyə Respublikasına getməyini, tanışı Səidə adlı qadının Türkiyədə yüksək maaşlı iş təşkil edəcəyini, Səidənin Türkiyədə çoxlu tanışlarının olduğunu bildirmiş, Fidan rəfiqəsi olduğu üçün onunla razılaşmış, Səidənin özü ilə də danışmış, 24 fevral 2017-ci il tarixdə Fidanla Bakı hava limanından təyyarə ilə Türkiyə Respublikasına getmiş, orada Səidə onları qarşıladıqdan sonra İstanbul şəhərində Fındıqzadə deyilən yerdə kirayə yaşadığı mənzilə aparmış, Səidə onlar üçün əlavə kirayə ev tutmuş, həmin evə gəldikdən sonra Səidə onun pasportunu işlə bağlı qeydiyyata düşmək üçün almış, Səidə pasportunu alandan sonra onun üçün hər hansı bir iş olmadığını, onun tanışları ilə pul qarşılığında cinsi əlaqədə olacağını bildirmiş, Səidəyə bu işlə məşğul olmaq istəmədiyini desə də Səidə onun dedikləri ilə razılaşmadığı təqdirdə polisə fahişəliklə məşğul olmağım barədə məlumat verib onu tutduracağını, pasportunu cıracağını demiş, məcburiyyətdən onunla razılaşmış, Fidan Səidənin ona hədə-qorxu gəldiyini, özü ilə qız gətirməyi tələb etdiyini, məcburiyyətdən ona yalan danışdığını demiş, bundan sonra Səidə onları tanışı olan şəxslərə cinsi əlaqədə olmaq üçün təqdim etməyə başlamış, Səidə onlarla yanaşı Elşanə adlı qadını da müştərilərinə cinsi əlaqədə olmaq üçün təqdim etmiş, Fidan onu Elşanənin aldadıb ora gətirdiyini demiş, Elşanədən nə üçün Səidənin sözü ilə belə bir hərəkət etdiyini soruşduğu zaman Elşanə Səidə və Tarkan adlı şəxsdə onun çılpaq video görüntülərinin olduğunu, həmin video görüntülərlə Səidə və Tarkanın onu şantaj etdiklərini, bu səbəbdən Səidənin dediyi hər şeyi etdiyini bildirmişdir. Səidə pulları alıb özündə saxlamış, 20 mart 2017-ci il tarixədək Səidə onları cinsi əlaqədə olmaq üçün müştərilərinə təqdim etmiş, Səidə onları 20 mart 2017-ci il tarixədək cinsi əlaqədə olmaq üçün müştərilərinə təqdim etmiş, Səidə cəmi 400 TL pul verərək onları Azərbaycana yola salmış, 2017-ci ilin avqust ayının sonlarında yaşadığı mənzildə olduğu zaman Səidə yenidən Türkiyədən onunla əlaqə saxlayaraq yanına gəlməyini demiş, ona gəlmək istəmədiyini desə də Səidə onda müştərilərlə cinsi əlaqədə olduğu zaman çəkilmiş video görüntülərinin olduğunu, gəlmədiyi halda həmin video görüntüləri sosial şəbəkələrdə yayacağını demiş, məcburiyyətdən onunla razılaşmış, Səidə Fidanla da danışmış, 28 avqust 2017-ci il tarixdə Fidanla birlikdə Bakı beynəlxalq hava limanından təyyarə ilə İstanbul şəhərinə Səidənin yanına getmiş, Səidə kirayə ev tutmuş, Fidanla birlikdə Səidənin kirayə tutduğu evə getmiş, gəldiyi gündən etibarən Səidə onları cinsi əlaqədə olmaq üçün müştərilərinin yanına göndərməyə başlamış, Səidənin əmisi qızı Natavan da qadınları pul qarşılığında cinsi əlaqədə olmaq üçün müştərilərinə təqdim etmiş, Səidə onları öz müştəriləri ilə yanaşı əmisi qızı Natavanın da müştərilərinin yanına aparmış, getdikləri zaman Natavanı da müştərilərin yanında görmüşlər. Pulu müştəriləridən Natavan almış, sonra Səidə ilə aralarında yarı bölmüşlər. Səidə 28 sentyabr 2017-ci il tarixədək onu müştərilərinə cinsi əlaqədə olmaq üçün təqdim etmiş, Azərbaycana qayıtmağına icazə vermiş, lakin Fidanı buraxmamış, 2017-ci ilin oktyabr ayının əvvəllərində Gülzar adlı tanışı ona instagram sosial şəbəkəsində yazışmış, sonra Gülzar onunla telefon əlaqəsi saxlayaraq vəziyyətinin pis olduğunu, təcili Türkiyə Respublikasına getməli olduğunu demiş, Türkiyədə tanışının olub-olmadığını soruşmuş, Səidə ona hədəqorxu gələrək qız gətirməyini tələb etdiyinə görə Gülzarla Səidəni əlaqələndirməyi fikirləşmiş, Səidənin nömrəsini Gülzara əlaqə saxlaması üçün vermiş, bundan sonra Gülzar özü Səidə ilə danışıb Türkiyəyə getmiş, bundan sonra təxminən 2017ci ilin oktyabr ayının 11-də Səidə onunla telefon əlaqəsi saxlayaraq yenidən onun yanına gəlməyini, gəlmədiyi halda video görüntülərini sosial şəbəkələrdə yayacağını demiş, həmin vaxt o, Bakı şəhərində yaşadığı evdə olmuş, onunla razılaşmış, Səidənin aldığı biletlə 14 oktyabr 2017-ci il tarixdə Bakı hava limanından Türkiyəyə getmiş, İstanbul şəhərinə Fidan və Gülzarın yaşadıqları mənzilə getmiş, getdiyim vaxtdan etibarən Səidə onu pul qarşılığında cinsi əlaqədə olmaq üçün müştərilərinə təqdim etməyə başlamış, İstanbul şəhərində olanda pasportu itmiş, Azərbaycan konsulluğundan özünə qayıdış şəhadətnaməsi alaraq Azərbaycana qayıtmışdır. Məhkəmədə ifadəsi tədqiq edilərək elan edilmiş, ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs7 ifadəsində göstərmişdir ki, 2015-ci ilin iyun ayının əvvəllərində facebook sosial şəbəkəsində Türkiyə Respublikası Tarkan Gursenlə tanış olmuş, Tarkan onu Türkiyəyə İstanbul şəhərinə dəvət etmiş, onunla razılaşmış, 21 iyun 2015-ci il tarixdə hava limanından keçib Türkiyəyə getmək istəsə də banka borcu olduğuna görə hava limanından onu buraxmamış, borcu ödənildikdən sonra Tarkanla əlaqə saxlamış, Tarkan Türkiyədən biletini almış, Tarkan İstanbul şəhərinə deyil, Ankara şəhərinə gəlməyini bildirmiş, onun Ankarada işlərinin olduğunu, bu səbəbdən Ankara şəhərində olacağını demiş, 31 iyul 2015-ci il tarixdə Türkiyəyə yola düşmüş, Ankara şəhərində onu Tarkan qarşılamış, Tarkanla bir yerdə hoteldə qalmış, onunla yaxınlıq etmiş, intim münasibətdə olmuşlar. Tarkan İstanbul şəhərinə qayıtmalı olduğu üçün avqustun 16-da Azərbaycana qayıtmış, 2015-ci ilin sentyabr ayının əvvəllərində Günel Çələbiyeva ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, Mir Cəlal küçəsi, ev 63A, mənzil 158-də kirayədə yaşamış, həmin vaxt Tarkan onunla telefon əlaqəsi saxlayaraq yanına gəlməyini demiş, Tarkan kobud biri olduğu üçün onun yanına getmək istəmədiyini demiş, Tarkan təkid etməyə başlamış, lakin o, onunla razılaşmamış, İnternet vasitəsilə aralarında görüntülü danışıqda Tarkan onun çılpaq video görüntülərini ona göstərmiş, ondan həmin görüntüləri nə vaxt çəkdiyini soruşduğu vaxt Tarkan bir yerdə olduqları zaman həmin görüntüləri çəkdiyini, onun yanına gəlmədiyi halda həmin görüntüləri sosial şəbəkələrdə yayacağını demiş, Tarkanın bu hərəkətindən çox qorxmuş, Tarkan bu barədə heç kimə heç bir söz deməməyini tapşırmış, Tarkana onunla razılaşdığını, onun yanına gələcəyini demiş, Tarkan özü ilə başqa bir qız da gətirməyini tapşırmış, Tarkan onun tanışları ilə pul qarşılığında cinsi əlaqədə olacaqlarını demiş, Tarkana elə bir tanışının olmadığını desə də Tarkana yanında olduğu zaman rəfiqələri haqqında danışdığı üçün Tarkan rəfiqələrindən birini özü ilə birlikdə gətirməyini demiş, kirayə yaşadıqları evdə Günelə onunla birlikdə Türkiyəyə İstanbul şəhərinə getməyi təklif etmiş, lakin Günel onunla Türkiyəyə getməyə razılaşmamış, Tarkan onu hədələdiyi üçün məcburiyyətdən Güneli qorxuzmuş, Günelə ilk dəfə birlikdə Türkiyəyə getdikləri zaman Ankara şəhərində fahişəliklə məşğul olması barədə anasına məlumat verəcəyi ilə onu hədələmiş, Günel bu barədə anasına məlumat verməməyini xahiş etmiş, Günel onunla razılaşmış, Tarkan onların biletlərini almış, 06 oktyabr 2015-ci ildə təyyarə ilə İstanbul şəhərinə getmişlər. Onları orada Tarkan qarşılayaraq yaşadığı mənzilə aparmış, orada onlardan başqa orta Asiya ölkələrindən olan qzılar da olmuş, qadınları Tarkan özü müştərinin olduğu ünvana aparmış, müştərilərdən cinsi əlaqədə olmağa görə pulu Tarkan özü almış, Tarkan eyni zamanda onları Aidə ləqəbli, əslən azərbaycanlı olan Səidə adlı qadının da müştərilərinin yanına aparmış, Tarkan onu və Güneli digər qızlar kimi müştərilərinə cinsi əlaqədə olmaq üçün təqdim etmiş, qorxduğuna görə Günelə həqiqətləri deyə bilməmiş, Günel Tarkanın onu müştərilərinə cinsi əlaqədə olmaq üçün təqdim etməsinin şahidi olmuş, Günel Azərbaycana qayıtmaq istədiyini demiş, Bu haqda Tarkana deməyini bildirmiş, Tarkandan Günelin getməyinə icazə verməsini xahiş etmiş, özünün isə qalıb onun müştəriləri ilə cinsi əlaqədə olacağını demiş, Günel Azərbaycana qayıtmış, özü isə 06 noyabr 2015-ci ildə Azərbaycana qayıtmış, həmin tarixədək Tarkan onu müştərilərinə cinsi əlaqədə olmaq üçün təqdim etmiş, 2016-cı ilin yanvar ayının ortalarında Tarkan onunla telefon əlaqəsi saxlayaraq yenidən onun yanına gəlməli olduqlarını, bu dəfə onun yox, Aidə ləqəbli Səidənin müştəriləri ilə cinsi əlaqədə olacaqlarını demiş, Tarkan Güneli də özü ilə birlikdə gətirməyini demiş, gəlmədiyi halda video görüntülərini sosial şəbəkələrdə yayacağını demiş, özü də Günellə danışmış, Güneli hədələdiyi üçün Günel getməyə razılaşmış, Tarkanla danışdığı zaman Günellə kirayə yaşadığı mənzildə olmuş, 21 yanvar 2016-cı il tarixdə təyyarə ilə İstanbula uçmuş, onlar Aidə adlı qadının yanına getmiş, Aidənin əsl adı Səidə olmuş, İlk dəfə Tarkanın yanında olduqları zaman Tarkan onları Səidənin də müştərilərinə cinsi əlaqədə olmaq üçün təqdim etmiş, həmin qadın onları şəraitsiz bir evə aparmış, 24 yanvar 2016-cı il tarixədək Səidə onları müştərilərinə cinsi əlaqədə olmaq üçün təqdim etmiş, 24 yanvar 2016-cı il tarixdə Azərbaycana qayıtmışlar. 2017-ci ilin yanvar ayının əvvəllərində kirayə yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi, ev 5, mənzil 10-da olduğu vaxt Tarkan telefon əlaqəsi saxlayaraq yanına gəlməli olduğunu demiş, gəlmədiyi təqdirdə çılpaq görüntülərini sosial şəbəkələrdə yayacağını demiş, Tarkanla razılaşmaq məcburiyyətində qalmış, Tarkan özü ilə birlikdə başqa bir qız da gətirməyini tapşırmış, həmin ərəfədə rəfiqəsi Fidan onun kirayə yaşadığı mənzilə gəlmiş, Fidana birlikdə Türkiyədə olan Tarkan adlı tanışının yanına işləmək üçün getməyi təklif etmiş, Tarkanın onlar üçün yüksək maaşı olan iş tapacağını demiş, Fidanı Tarkanla danışdırmış, Fidan Tarkanla telefonda danışıb razılaşmış, 20 yanvar 2017-ci il tarixdə təyyarə ilə İstanbula getmiş, onları Tarkan qarşılamış, yaşadığı mənzildə yerləşdirmiş, Tarkan digər qızlar kimi onları da cinsi əlaqədə olmaq üçün müştərilərinə təqdim etməyə başlamış, Fidana həqiqətləri danışa bilməmiş, çünki Tarkandan çox qorxmuş, Tarkan Fidanı 11 fevral 2017-ci il tarixədək müştərilərinə cinsi əlaqədə olmaq üçün təqdim etmiş və Azərbaycana yola salmışdır. Onun isə qayıtmağına icazə verməmiş, Tarkanın polislə problemi olduğu üçün Aidə ləqəbli Səidənin yanına gedib onun müştəriləri ilə pul qarşılığında cinsi əlaqədə olacağını demiş, Tarkan ona hədə-qorxu gəlmiş, onun dedikləri ilə razılaşmadığı halda video görüntülərini sosial şəbəkələrdə yayacağını demiş, Tarkan onu 2017-ci ilin fevral ayının ortalarına qədər müştərilərinə cinsi əlaqədə olmaq üçün təqdim etmiş, 2017-ci ilin fevral ayının ortalarında o, Səidənin İstanbul şəhərində kirayə yaşadığı evə getmiş, Səidə yanında olan qızları özü müştəriyə aparımış, pulun yarısını özünə götürüb, yarısını isə qıza vermiş, Səidə Tarkanın ona məlumat verdiyini, Fidan adlı rəfiqəsi olduğunu, Fidanın da onun yanına gələcəyini demiş, Tarkan ona zəng edərək Fidanı da çağırmağını demiş, Fidanla danışmış, Səidə özü də Fidanla danışmış, Səidə Fidanı onun yanına gəlmədiyi halda fahişəliklə məşğul olmağı barədə anasına məlumat veriləcəyi ilə hədələmiş, Səidə başqa bir rəfiqəsini gətirməyi Fidana tapşırmış, 24 fevral 2017-ci il tarixdə Fidan və Aygün adlı qız İstanbula gəlmiş, onları Səidə qarşılamış və digər qızlar kimi cinsi əlaqədə olmaq üçün müştərilərinə təqdim etməyə başlamış, Səidə onları eyni zamanda əmisi qızı Natavanın da müştərilərinə cinsi əlaqədə olmaq üçün təqdim etmiş, 20 mart 2017-ci il tarixədək Səidə onları müştərilərinə cinsi əlaqədə olmaq üçün təqdim etmiş, Tarkan, Səidə adlı qadın və Şahid2 onu cinsi istismar etdikləri üçün onlardan şikayətçi olduğunu göstərmişdir. Məhkəmədə ifadəsi elan edilərək tədqiq edilmiş, ibtidai istintaq zamanı zərər çəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs8 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs6 2016-cı ildən tanımış, Fidanla məclislərin birində tanış olmuş, həmin vaxtdan aralarında münasibət yaranmışdır. 2017-ci ilin iyun ayının ortalarında şəhərdə təsadüfən Fidanla rastlaşmış, aralarında olan söhbət zamanı Fidan Türkiyə Respublikasına gedib gəldiyini, orada Səidə adlı tanışının olduğunu, Səidənin yüksək maaşlı işə təşkil edəcəyini, istədiyi halda Səidənin ona da iş təşkil edəcəyini bildirmiş, O, Fidandan işin nədən ibarət olduğunu soruşduğu zaman Fidan Səidənin ona istədiyi işi düzəldəcəyini bildirmiş, həmin vaxt maddi cəhətdən çətinlik çəkdiyi üçün Fidandan Səidənin istifadə etdiyi mobil nömrəni almış, yaşadığı mənzildən Səidə ilə telefon əlaqəsi saxlamış, Səidə onu yanına dəvət etmiş, ingilis dilini bildiyi üçün onu yüksək maaşlı işlə təmin edəcəyini bildirmiş, sonra o, Fidana Səidənin yanına gedəcəyini bildirdikdə Fidan da Səidənin yanına gedəcəyini qeyd etmiş, Səidə Türkiyədən ona və Fidana bilet almış, 26 iyun 2017-ci il tarixdə Fidanla birlikdə Bakı hava limanından İstanbul şəhərinə uçmuşlar. Səidə onları qarşılayaraq kirayə tutduğu mənzilə aparmış, işlə bağlı qeydiyyata düşmək üçün lazım olduğunu deyib onun pasportunu almış, bundan sonra Səidə onun üçün heç bir iş olmadığını, nəzarəti altında fahişəliklə məşğul olacağını, əks halda onu şərləyərək tutduracağını, onun pasportunu cıracağını bildirmiş, O, Fidandan nə baş verdiyini soruşmuş, Fidan Səidənin hədəqorxu gəldiyi, müştərilərlə cinsi əlaqədə olduğu zaman çəkilmiş video görüntülərini sosial şəbəkələrdə yayacağı ilə hədələdiyi üçün ona yalan danışdığını bildirmişdir. Fidanın hansı vəziyyətdə olduğunu anlamış, Səidənin hədələrindən qorxaraq razılaşmışdır. Bundan sonra Səidə onu və Fidanı hotellərə apararaq özünün və əmisi qızı Natavanın müştərilərinə cinsi əlaqədə olmaq üçün təqdim etmiş, Natavanın müştəriləri olduqda əldə etdiyi pulu Natavanla yarı bölmüşdür. Səidə onu 07 iyul 2017-ci il tarixədək müştərilərinə cinsi əlaqədə olmaq üçün təqdim etmiş, həmin tarixdə geri qayıtmaq şərti ilə onu Azərbaycana yola salmış, Fidanı isə buraxmamışdır. 2017-ci ilin dekabr ayının əvvəllərində yaşadığı mənzildə olduğu zaman Səidə onunla telefon əlaqəsi saxlamış, yanına gəlməli olduğunu bildirmişdir. O, Səidəyə yanına qayıtmaq istədiyini bildirdikdə Səidə onun müştərilərlə cinsi əlaqədə olduğu zaman çəkilmiş video görüntüləri sosial şəbəkələrdə yayacağı ilə onu hədələmiş, həmin video görüntüləri ona göstərmişdir. O, biabr olmaqdan qorxaraq razılaşmış, Səidənin aldığı biletlə 18 dekabr 2017-ci il tarixdə İstanbul şəhərinə uçmuşdur. İstanbul şəhərində onu Səidə qarşılayaraq kirayə tutduğu mənzilə aparmış, əvvəlki qaydada özünün və əmisi qızı Natavanın müştərilərinə pul qarşılığında cinsi əlaqədə olmaları üçün təqdim etməyə başlamışdır. Səidə 30 dekabr 2017-ci il tarixədək onu müştərilərinə cinsi əlaqədə olmaq üçün təqdim etmiş, polislərlə problemi olduğu üçün həmin tarixdə Azərbaycana yola salmışdır. 2018-ci ilin iyun ayının sonlarında onu İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinə dəvət edərək Səidədən şikayətçi olub-olmadığını soruşmuşlar, ona fikirləşmək üçün vaxt vermişlər. Sonra o, Səidə barəsində şikayət etmişdir. Zərərçəkmiş şəxs6 onun cinsi istismarında rolu olmamış, Səidə və Natəvan onu müştərilərinə cinsi əlaqədə olmaq üçün təqdim etmişlər. Səidə və Natəvan Fidanı da onun kimi müştərilərinə cinsi əlaqədə olmaq üçün təqdim etmişlər, Fidana Səidə hədə-qorxu gəldiyi üçün Fidan ona yalan danışmış, bunu o, İstanbul şəhərində olduğu zaman görüb anlamış, Fidandan hər hansı şikayətinin olmadığını bildirmişdir. Məhkəmədə ifadəsi tədqiq edilərək elan edilmiş, ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs10 ifadəsində göstərmişdir ki, 2014-cü ildə Mingəçevir şəhərində olarkən Türkiyə Respublikasının vətəndaşı İsmayıl Kasımla tanış olmuş, aralarında yaxın münasibət yaranmış, onunla aralarında dini kəbin olmuş, bundan sonra bir neçə dəfə İsmayılın yanına yəni, İstanbul şəhərinə gedib-gəlmiş, 2016-cı ilin sonlarında İsmayıldan ayrılmış, maddi ehtiyacları olduğundan 13 mart 2017-ci il tarixdə özünə iş tapmaq üçün yenidən İstanbula getmiş, İstanbul şəhərində, Aksaray adlı yerdə yerləşən Bosfor hoteldə olarkən təsadüfən Şahid2 ilə tanış olmuş, Səidə onun istifadə etdiyi mobil nömrəni götürmüş, Səidə uzun müddət İstanbul şəhərində yaşadığını, ona iş tapmaqda köməklik edəcəyini demiş, oğlunun ad günü olduğundan 03 aprel 2017-ci il tarixdə Mingəçevir şəhərinə qayıtmış, bundan sonra 2017-ci ilin aprel ayının əvvəllərində yaşadığı evdə olduğu zaman Səidə telefonun whatsapp proqramı vasitəsi ilə onunla əlaqə saxlamış, ona yüksək maaşlı iş tapdığını bildirmiş, İstanbula getmək üçün pulu olmadığını demiş, Səidə isə narahat olmamağını, ona bilet təşkil edəcəyini, yanında qalacağını, xərclərinin çıxmayacağını, yanına Mingəçevir şəhərindən qadın gələcəyini, həmin qadınla birlikdə yanına gəlməsini bildirmiş, maddi ehtiyacları olduğundan razılaşmış, Səidə ilə aralarında olan danışıqlar zamanı Könül adlı qadının da onun yanına gələcəyini demiş, Könülün telefon nömrəsini ona verdiyi zaman Könülü tanımış, Könül də Mingəçevir şəhərində yaşamış, Könülün əvvəllər də İstanbulda olduğunu bilmiş, onun İstanbulda qeyrirəsmi ərdə olduğunu hesab etmiş, 11 aprel 2017-ci il tarixdə Könüllə zəngləşərək görüşmüş, birlikdə Gəncə hava limanına getmişlər. Səidənin aldığı biletlə Gəncə hava limanından İstanbula uçmuş, Səidə onları qarşılayaraq kirayə tutduğu mənzilə aparmış, işlə bağlı qeydiyyata düşmək üçün lazım olduğunu deyib Səidə pasportlarını almış, Səidədən harada işləyəcəklərini soruşduqları zaman Səidə onun müştəriləri ilə pul qarşılığında cinsi əlaqədə olacağını bildirmiş, belə bir söz gözləməmiş, etiraz edərək geri qayıtmaq istədiyini qeyd etmiş, Səidə isə yanında çox sayda azərbaycanlı qadın olduğunu, burada pul qazanmağın yeganə yolunun fahişəliklə məşğul olmaq olduğunu, müştərilərlə cinsi əlaqədə olmağından əldə olunan pulun yarsını sonda ona verəcəyini, yanına gəlməyinə görə pul xərclədiyini, razılaşmayacağı halda pasportunu cıracağını, polisə fahişəliklə məşğul olmağı barədə məlumat verib onu tutduracağını demiş, onun harasa getməyə pulu olmamış, məcbur olub onunla razılaşmış, bundan sonra Səidə onları hotellərə apararaq müştərilərinə təqdim etməyə başlamış, Səidə müştərilərdən pulu alaraq onu müştəriyə təqdim etmiş, müştəri onunla cinsi əlaqədə olduqdan sonra isə Səidə onu yenidən qaldıqları mənzilə gətirmiş, Səidənin nəzarəti altında müştərilərlə pul qarşılığında cinsi əlaqədə olan Aysel adlı 2 qadını da görmüş, Səidə onları başqa mənzildə saxlamış, ünsiyyət saxlamalarına icazə verməmiş, həmçinin Səidənin əmisi qızı Natəvanın da müştəriləri ilə pul qarşılığında cinsi əlaqədə olmuş, Natəvanın müştəriləri ilə cinsi əlaqədə olduqları zaman müştəridən alınan pulun yarısını Səidə ona verib, yerdə qalan pulu Natəvanla yarı bölmüş, həmin vaxt oğlunun 1 yaşı olmuş, bunu Səidə bilmiş, uşağını görmək istədiyini bildirmiş, Səidədən Azərbaycana qayıtmağına icazə verməsini xahiş etmiş, Səidə ona az miqdarda pul vermiş, özünə bilet alaraq 27 may 2017-ci il tarixdə Gəncə şəhərinə uçmuş, Səidə onu 27 may 2017-ci il tarixədək pul qarşılığında cinsi əlaqədə olmaq üçün müştərilərinə təqdim etmiş, Səidə ona baş verənlər barədə heç kimə məlumat verməməyini, dediyi vaxt yanına gəlməyi tapşırmış, dediklərini etməyəcəyi halda nə işlə məşğul olduğunu bütün Mingəçevirin biləcəyini demiş, o da qorxusundan baş verənlər barədə heç kimə heç nə deməmiş, Şahid2 istismar zamanı aldığı pasportu istintaqa təqdim edə biləcəyini göstərmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs12 iki ildir ki, tanımış, onlar Mingəçevir şəhərində yaşadıqları üçün onlarla münasibəti yaranmış, onların Mingəçevir şəhərində fahişəliklə məşğul olduqlarını bilmiş, onlarla münasibət saxlamağının səbəbi onları tanışlarının yanına cinsi əlaqədə olmaları üçün aparmağı ilə əlaqədar olmuş, tanışları dedikləri zaman Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs12 və Zərərçəkmiş şəxs1 onların yanına aparmış, tanışları qızları onların yanına apardığı üçün ona hörmət etmişlər. Təxminən mənə 5-10 manat arasında pul vermişlər. Adlarını çəkdiyi qızları müxtəlif hotellərə dostlarının yanına aparmış, ilk dəfə Səidə ilə Əfsanəni tanış etmiş, Səidəni uzun zamandır ki, tanımış, Səidə ilə aralarında olan söhbət zamanı Səidə ətrafında qızların çox olduğunu, qızları onunla əlaqələndirməyini, qızlar yanına gəldikləri təqdirdə yaxşı pul qazanacaqlarını bildirmiş, qızlar hamısı kasıb qızlar olduğu üçün onlara köməklik etməyi qərarlaşdırmış, ilk dəfə Səidənin istifadə etdiyi mobil nömrəni Əfsanəyə onunla danışması üçün vermiş, bundan sonra Əfsanə Səidənin yanına getmiş, sonradan Əfsanənin nə vaxt Səidənin yanına gedib gəlməyindən məlumatı olmamış, 2017-ci ilin fevral ayının sonlarında Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 Şahid2 Türkiyədə yaşaması, vəziyyətinin yaxşı olması, onun yanına gedəcəkləri halda yaxşı pul qazancaqları barədə məlumat vermiş, qızlara Səidənin nömrəsini özlərinin danışıb razılaşmaları üçün vermiş, bundan sonra qızlar özləri Səidə əlaqə saxlayaraq Türkiyə Respublikasına getmiş, Səidə ona qızları onunla tanış etməmişdən qabaq bir neçə dəfə pul göndərmiş, həmin pulları onun öz adına göndərmiş, o da həmin pulları Mingəçevir şəhərində olan Unibankdan götürmüş, qızlar Türkiyəyə getdikdən sonra da Səidə ona pul göndərmiş, Səidə həmin pulları ona dost kimi göndərmiş, bundan əlavə Səidə Aynura pasport düzəlməsi üçün pul göndərmiş, həmin pulu Unibankdan götürüb Aynurla birlikdə Mingəçevir şəhərinə gəlmiş, səyyar Asan Xidmətə gedib onun pasport düzəltməsinə köməlik etmiş, sonra Aynuru Mingəçevirdə stansiya deyilən yerə gətirərək Türkiyəyə yola salmış, Aynur avtobusa minərək Türkiyəyə Səidənin yanına getmiş, bildiyim qədər qızlar sonradan Səidənin yanına gedib qayıtmışlar. Lakin onların sonralar nə vaxt getmələrindən məlumatı olmamış, onlar özləri Səidə ilə danışıb sonralar onun yanına gedib qayıtmışlar. Məhkəmədə İfadəsi tədqiq edilərək elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 öz ifadəsində göstərmişdir ki, 2016-cı ildən etibarən daimi olaraq Türkiyə Respublikasında yaşamış, 2014-cü ildən Türkiyə Respublikasına gedərək orada ticarət və müxtəlif işlərdə işləmiş, lakin maddi vəziyyəti ağır olduğu üçün qadınları fahişəliyə cəlb etməyi qərarlaşdırmış, Türkiyə Respublikası, İstanbul şəhəri, Fatih rayonu, Fındıqzadə qəsəbəsində yaşamış, Şahid1 təxminən 2012-ci ildən tanımış, bir müddət Mingəçevir şəhərində yaşadığı zaman Şahid1la tanış olmuş, Namiq taksi kimi onu dediyi ünvanlara aparmış, onunla aralarında telefon əlaqəsi olmuş, onunla vhatsap vasitəsilə əlaqə saxlamış, 2016-cı mart ayının ortalarında Namiqlə aralarında olan telefon danışığı zamanı Namiq onun Əfsanə adlı tanışının olduğunu, Əfsanənin maddi vəziyyətinin yaxşı olmadığını, Əfsanənin Türkiyə Respublikasına gəlib fahişəliklə məşğul olmaq istədiyini bildirmiş, Əfsanənin Türkiyəyə yanına gəlməsinə etiraz etməmiş, 2016-cı ilin mart ayının sonlarında Əfsanə yanına gələrək nəzarəti altında fahişəliklə məşğul olmağa başlamış, bundan sonra Əfsanə bir neçə dəfə yanına gəlib nəzarəti altında fahişəliklə məşğul olmuş, Əfsanənin fahişəliklə məşğul olmaqla əldə etdiyi pulun bir hissəsini özünə götürüb qalan hissəsini Əfsanənin özünə vermiş, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs9 barəsində onu göstərmişdir ki, Elşanə ilə Türkiyədə tanış olmuş, Elşanə əslən azərbaycanlı olan Səidə və Tarkan adlı Türkiyə Respublikası vətəndaşının müştəriləri ilə pul qarşılığında cinsi əlaqədə olmuş, həmin Səidə adlı qadının anket məlumatlarını bilməmiş, Elşanəni Tarkana görə tanımış, Elşanə ilk dəfə onun yanına 2017-ci ilin fevral ayında gəlmiş, Elşanə onun mənzilinə gəldikdən sonra onunla birlikdə qalmış, bir neçə dəfə Elşanə onun müştəriləri ilə pul qarşılığında cinsi əlaqədə olmuş, Fidan və Aygünü Elşanəyə görə tanımış, onlar 2017-ci ilin fevral ayının ortalarında yanına gələrək nəzarəti altında fahişəliklə məşğul olmuş, Aygün vasitəsilə tanış olduğu rəfiqəsi Gülzar da onun yanına gələrək nəzarəti altında fahişəliklə məşğul olmuş, onların fahişəliklə məşğul olmaqla əldə etdikləri pulları onların özlərinə vermiş, pulun bir hissəsini də özünə götürmüş, onların eyni zamanda Natəvanın da müştəriləri ilə pul qarşılığında cinsi əlaqədə olduqlarını göstərmişdir. Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs1 Şahid1 görə tanımış, onları Namiq Mingəçevir şəhərində fahişəliyə cəlb etmiş, Namiqlə aralarında olan telefon əlaqəsi zamanı Namiq həmin qızların maddi cəhətdən vəziyyətlərinin yaxşı olmadığını, onların onun yanına gəlib fahişəliklə məşğul olmaq istədiklərini demiş, Namiqə qızları onun yanına göndərməsini demiş, bundan sonra Sevinc, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs1 yanına gələrək tanışı olan şəxslərlə pul qarşılığında cinsi əlaqədə olmuşlar. Hərdən onlar əmisi qızı Nətavanın da müştəriləri ilə pul qarşılığında cinsi əlaqədə olmuşlar. Onun nəzarəti altında Türkiyə Respublikasında fahişəliklə məşğul olan Zərərçəkmiş şəxs11, Zərərçəkmiş şəxs10 və Fidan vasitəsilə tanıdığı Zərərçəkmiş şəxs8 göstərə biləcəyini bildirmiş, Zərərçəkmiş şəxs11 iki dəfə, Zərərçəkmiş şəxs10 bir dəfə, Zərərçəkmiş şəxs8 isə iki dəfə yanına gələrək nəzarəti altında fahişəliklə məşğul olmuş, onlar öz istəkləri ilə onun nəzarəti altında fahişəliklə məşğul olmuş, heç kimə hədə-qorxu gəlməmiş, nə də heç kimi aldadıb yanına gətizdirməmiş, qızlar nəzarəti altında fahişəliklə məşğul olduqları zaman onların pasportlarının özlərində olduğunu bildirmişdir. İş materiallarındakı Unibank ASC-nin Mingəçevir filialından götürülmüş pul köçürmə sənədlərinə əsasən Şahid2 Türkiyə Respublikasından Şahid1 adına 14 mart 2017-ci il, 04 may 2017-ci il, 16 iyun 2017-ci il və 26 iyul 2017-ci il tarixlərdə 50 və 100 ABŞ dolları məbləğində pul köçürmələri etməsi müəyyən edilmişdir. İş materiallarındakı Daxili İşlər Nazirliyinin İAMAS xidmətindən götürülmüş sərhəd keçidinə dair sənədlərə baxış keçirilərkən Zərərçəkmiş şəxs3 23 mart 2017ci il tarixdə Gəncə hava limanından ölkə ərazisini tərk etməsi, 29 may 2017-ci il tarixdə Şıxlı sərhəd nəzarət məntəqəsindən ölkə ərazisinə daxil olması, Zərərçəkmiş şəxs4 18 aprel 2017-ci il tarixdə Gəncə hava limanından ölkə ərazisini tərk etməsi, 29 may 2017-ci il tarixdə Şıxlı sərhəd nəzarət məntəqəsindən ölkə ərazisinə daxil olması, Zərərçəkmiş şəxs1 21 iyun 2017-ci il tarixdə Şıxlı sərhəd nəzarət məntəqəsindən ölkə ərazisini tərk etməsi, 04 noyabr 2017-ci il tarixdə Gəncə hava limanından ölkə ərazisinə daxil olması, Zərərçəkmiş şəxs2 25 avqust 2017-ci il tarixdə Bakı hava limanından ölkə ərazisini tərk etməsi, 19 sentyabr 2017-ci il tarixdə Şıxlı sərhəd nəzarət məntəqəsindən ölkə ərazisinə daxil olması, Şahid2 17 yanvar 2016-cı il tarixdə Şıxlı sərhəd nəzarət məntəqəsindən ölkə ərazisini tərk etməsi, 15 may 2016-cı il tarixdə Gəncə hava limanından ölkə ərazisinə daxil olması, 20 may 2016-cı il tarixdə Gəncə hava limanından ölkə ərazisini tərk etməsi, 24 noyabr 2016-cı il tarixdə Bakı hava limanından ölkə ərazisinə daxil olması, 26 noyabr 2016-cı il tarixdə Bakı hava limanından ölkə ərazisini tərk etməsi, həmçinin Təqsirləndirilən şəxs 11 mart 2017-ci il tarixdə Gəncə hava limanından ölkə ərazisini tərk etməsi, Zərərçəkmiş şəxs12 23 mart 2016-cı il tarixdə, saat 08:37-də Gəncə beynəlxalq hava limanından ölkə ərazisini tərk etməsi, 22 aprel 2016-cı il tarixdə, saat 20:58-də Şıxlı sərhəd nəzarət məntəqəsindən ölkə ərazisinə daxil olması, 11 iyun 2016-cı il tarixdə, saat 07:32-də Gəncə beynəlxalq hava limanından ölkə ərazisini tərk etməsi, 08 iyul 2016-cı il tarixdə, saat 07:06-da Gəncə beynəlxalq hava limanından ölkə ərazisinə daxil olması, Zərərçəkmiş şəxs6 20 yanvar 2017-cı il tarixdə, saat 07:41-də Bakı beynəlxalq hava limanından ölkə ərazisini tərk etməsi, 11 fevral 2017-ci il tarixdə, saat 03:41-də Bakı beynəlxalq hava limanından ölkə ərazisinə daxil olması, Zərərçəkmiş şəxs6 və Zərərçəkmiş şəxs5 24 fevral 2017-cı il tarixdə Bakı beynəlxalq hava limanından ölkə ərazisini tərk etmələri, 20 mart 2017-ci il tarixdə Bakı beynəlxalq hava limanından ölkə ərazisinə daxil olmaları, Zərərçəkmiş şəxs3 23 mart 2017-ci il tarixdə, saat 08:09-da Gəncə beynəlxalq hava limanından ölkə ərazisini tərk etməsi, 29 may 2017-ci il tarixdə, saat 04:21-də Şıxlı sərhəd nəzarət məntəqəsindən ölkə ərazisinə daxil olması, Zərərçəkmiş şəxs11 və Zərərçəkmiş şəxs10 11 aprel 2017-cı il tarixdə Gəncə beynəlxalq hava limanından ölkə ərazisini tərk etmələri, Zərərçəkmiş şəxs11 09 may 2017-ci il tarixdə, saat 07:18-də, Zərərçəkmiş şəxs10 isə 27 may 2017-ci il tarixdə saat 08:02-də Gəncə beynəlxalq hava limanından ölkə ərazisinə daxil olmaları, Zərərçəkmiş şəxs12 16 may 2017-ci il tarixdə, saat 07:04-də Gəncə beynəlxalq hava limanından ölkə ərazisini tərk etməsi, 29 may 2017-ci il tarixdə, saat 04:32-də Şıxlı sərhəd nəzarət məntəqəsindən ölkə ərazisinə daxil olması, Zərərçəkmiş şəxs11 Mizağa qızının 06 iyun 2017-ci il tarixdə, saat 07:13-də Gəncə beynəlxalq hava limanından ölkə ərazisini tərk etməsi, 01 iyul 2017-ci il tarixdə, saat 00:31-də Bakı beynəlxalq hava limanından ölkə ərazisinə daxil olması, Zərərçəkmiş şəxs3 08 iyun 2017-ci il tarixdə, saat 07:46-da Gəncə beynəlxalq hava limanından ölkə ərazisini tərk etməsi, 09 sentyabr 2017-ci il tarixdə, saat 07:56-da Gəncə beynəlxalq hava limanından ölkə ərazisinə daxil olması, Zərərçəkmiş şəxs8 və Zərərçəkmiş şəxs6 26 iyun 2017-cı il tarixdə Bakı beynəlxalq hava limanından ölkə ərazisini tərk etmələri, Zərərçəkmiş şəxs8 07 iyul 2017-ci il tarixdə, saat 23:55-də, Zərərçəkmiş şəxs6 isə 18 iyul 2017-ci il tarixdə saat 02:45-də Bakı beynəlxalq hava limanından ölkə ərazisinə daxil olmaları, Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs6 28 avqust 2017-ci il tarixdə Bakı beynəlxalq hava limanından ölkə ərazisini tərk etmələri, Zərərçəkmiş şəxs5 28 sentyabr 2017-ci il tarixdə, saat 23:41-də, Zərərçəkmiş şəxs6 isə 26 noyabr 2017-ci il tarixdə saat 00:33-də Bakı beynəlxalq hava limanından ölkə ərazisinə daxil olmaları, Zərərçəkmiş şəxs12 07 sentyabr 2017-ci il tarixdə, saat 07:30-da Gəncə beynəlxalq hava limanından ölkə ərazisini tərk etməsi, 05 oktyabr 2017-ci il tarixdə, saat 07:58-də Gəncə beynəlxalq hava limanından ölkə ərazisinə daxil olması, Zərərçəkmiş şəxs3 19 sentyabr 2017-ci il tarixdə, saat 07:49-da Gəncə beynəlxalq hava limanından ölkə ərazisini tərk etməsi, 04 noyabr 2017-ci il tarixdə, saat 17:14-də Bakı beynəlxalq hava limanından ölkə ərazisinə daxil olması, Zərərçəkmiş şəxs9 09 oktyabr 2017-ci il tarixdə, saat 21:34-də Bakı beynəlxalq hava limanından ölkə ərazisini tərk etməsi, 17 noyabr 2017-ci il tarixdə, saat 00:14-də Şıxlı sərhəd nəzarət məntəqəsindən ölkə ərazisinə daxil olması, Zərərçəkmiş şəxs5 14 oktyabr 2017-ci il tarixdə, saat 21:06-da Bakı beynəlxalq hava limanından ölkə ərazisini tərk etməsi, 22 noyabr 2017-ci il tarixdə, saat 04:16-da Bakı beynəlxalq hava limanından ölkə ərazisinə daxil olması, Zərərçəkmiş şəxs3 21 noyabr 2017-ci il tarixdə, saat 08:31-də Gəncə beynəlxalq hava limanından ölkə ərazisini tərk etməsi, 31 dekabr 2017-ci il tarixdə, saat 03:45-də Bakı beynəlxalq hava limanından ölkə ərazisinə daxil olması, Zərərçəkmiş şəxs9 26 noyabr 2017-ci il tarixdə, saat 16:24-də Bakı beynəlxalq hava limanından ölkə ərazisini tərk etməsi, 30 noyabr 2017-ci il tarixdə, saat 04:28də Bakı beynəlxalq hava limanından ölkə ərazisinə daxil olması, Zərərçəkmiş şəxs8 18 dekabr 2017-ci il tarixdə, saat 19:06-da Bakı beynəlxalq hava limanından ölkə ərazisini tərk etməsi, 30 dekabr 2017-ci il tarixdə, saat 13:44-də Bakı beynəlxalq hava limanından ölkə ərazisinə daxil olması, Zərərçəkmiş şəxs12 qızının 20 yanvar 2018-ci il tarixdə, saat 08:52-də Gəncə beynəlxalq hava limanından ölkə ərazisini tərk etməsi, 17 fevral 2018-ci il tarixdə, saat 09:16-da Gəncə beynəlxalq hava limanından ölkə ərazisinə daxil olması, Şahid2 24 sentyabr 2018-ci il tarixdə, saat 14:42-də Bakı beynəlxalq hava limanından ölkə ərazisinə daxil olması müəyyən edilmişdir. İş materiallarındakı hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs və Şahid2 ilə qadınların cinsi istismarında qabaqcadan əlbir olan Şahid1 Şəki Ağır Cinayətlər Məhkəməsinin 25 oktyabr 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1 və 144-1.2.5-ci maddələri ilə təqsirli bilinib, Azərbaycan Respublikası CM-in 62-ci maddəsi tətbiq edilməklə 3 il 6 ay müddətə, Azərbaycan Respublikası CM-in 144-3.4-cü maddəsi ilə təqsirli bilinərək 2 il müddətə, Azərbaycan Respublikası CM-in 171.1-ci maddəsi ilə təqsirli bilinərək 3 il müddətə, Azərbaycan Respublikası CM-in 243.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il müddətinə azadlıq məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən Şahid1 təyin edilmiş azadlıqdan məhrum etmə cəzaları qismən toplanılmaqla ona qəti olaraq 4 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. İş materiallarındakı hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs ilə qadınların cinsi istismarında qabaqcadan əlbir olan Şahid2 Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 iyun 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1 və 144-1.2.5-ci maddələri ilə təqsirli bilinib, Azərbaycan Respublikası CM-in 62-ci maddəsi tətbiq edilməklə 3 il müddətə, Azərbaycan Respublikası CM-in 144-3.4-cü maddəsi ilə təqsirli bilinərək 2 il müddətə azadlıq məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən Şahid2 təyin edilmiş azadlıqdan məhrum etmə cəzaları qismən toplanılmaqla ona qəti olaraq 4 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası CM-in 70ci maddəsi əsasən Şahid2 barəsində şərti məhkumetmə tətbiq edilərək ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 2 il sınaq müddəti ilə şərti hesab edilmişdir. Məhkəmə mövcud sübutlara qiymət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1, 144-1.2.5 və 144-3.4cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsini, əməlində cinayət tərkibinin olmasını, bununla da onun təqsirliliyinin tam sübuta yetirilmiş hesab edir. İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikasının CM-nin 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1, 144-1.2.5 və 144-3.4cü maddələri ilə düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxs ittiham edildiyi cinayət əməllərini törətməsi məhkəmə istintaqında hərtərəfli araşdırılmışdır, özünün məhkəmədə qismən etirafedici, zərər çəkmiş şəxslərin, şahidlərin, həmçinin məhkəmədə ifadəsi elan olunmaqla tədqiq edilmiş zərər çəkmiş şəxsin ifadələri, üzləşdirmə protokolları, eləcə də iş üzrə başqa mötəbər sübutlarla tam təsdiq olunur. Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və törətdiyi əmələ görə təqsirli bilinib cəzalanmalıdır. Azərbaycan Respublikasının CM-nin 8.1.-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının CM-nin 41.2.-ci və 58.3-cü maddələrinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmədə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağın olması Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən onun cəzasın yüngülləşdirən hal hesab olunur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddələrinə əsasən onun cəzasını ağırlaşdıran hallar yoxdur. İş materiallarından görünür ki, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 04 iyun 2019-cu il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həmin məhkəmənin 27 avqust 2019-cu il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs əvvəli 22 avqust 2019-cu il tarixdən hesablanmaqla ev dustaqlığına buraxılmış, 10 dekabr 2019-cu il tarixli qərarı ilə isə ev dustaqlığında saxlanılma müddəti 1 ay olmaqla 15 yanvar 2020-ci il tarixədək uzadılmışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2.2-ci maddəsinə əssən təqsirləndirilən şəxsin ev dustaqlığında saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Beləliklə, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasının əvvəli 04 iyun 2019-cu il tarixdən hesablanmalıdır. İş materiallarından görünür ki, hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində Təqsirləndirilən şəxs barəsində digər bir cinayət işinin məhkəmə istintaqı aparılır. Həmin cinayət işi üzrə Təqsirləndirilən şəxs 28 yanvar 2020-ci il tarixdə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsi tərəfindən şübhəli şəxs qismində tutulmuş, 30 yanvar 2020-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 206.4, 234.4.1, 234.4.3 və 240.3.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrlə ittiham elan olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini həll edərkən habelə «İnsan alverinə və fahişəliyin üçüncü şəxslər tərəfindən istismarına qarşı mübarizə haqqında» Birləşmiş Millətlər Təşkilatının 1950-ci il 21 mart tarixli Konvensiyasının, «İnsan alverinə qarşı mübarizə haqqında» Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanununun, «Transmilli mütəşəkkil cinayətkarlığa qarşı Konvensiyanı tamamlayan, insan alverinin, xüsusən qadın və uşaq alverinin qarşısının alınması, aradan qaldırılması və cəzalandırılması haqqında» Birləşmiş Millətlər Təşkilatının 2000-ci il 15 noyabr tarixli Protokolunun (Azərbaycan Respublikası 2003-cü il 13 may tarixli Qanunla qeyd edilən Protokola qoşulmuşdur), «İnsan alverinə qarşı mübarizə haqqında» Avropa Şurasının 2005-ci il 16 may tarixli Konvensiyasının və həmin X2, «X4 iştirakçısı olan dövlətlər arasında insan alverinə, insan orqanları və toxumalarının qanunsuz ticarətinə qarşı mübarizə sahəsində əməkdaşlıq haqqında» 2005-ci il 25 noyabr tarixli Sazişin müddəalarını nəzərə alır. İş üzrə mülki iddia yoxdur. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsi əsasında, məhkəmə hər bir cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Azərbaycan Respublikası CPM-nin 132.0.1-ci maddəsinə uyğun olaraq, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Qeyd edilən normaların tələbləri isə ona dəlalət edir ki, əmlak müsadirəsi məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə ekspertiza xərci yoxdur. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 saylı Qərarının 18-ci bəndində göstərilir ki, müttəhimə azadlıqdan məhrumetmə cəzası təyin edilərkən hökmün nəticəvi hissəsində cəza çəkmə müddətinin hansı qaydada hesablanması məsələsi heç bir şübhə doğurmamalıdır. Nəzərə almaq lazımdır ki, hökmlə təyin olunan ümumi cəza müddətinə ibtidai həbs müddətində başqa müttəhimin şübhəli şəxs qismində saxlandığı, onun təhqiqat ibtidai istintaq dövründə, yaxud məhkəmənin qərardadı əsasında məhkəmə-tibb müəssisələrində müayinədə olduğu müddət, həmçinin hərbi qulluqçunun, daxili işlər nazirliyi əməkdaşının həmin işlə əlaqədar intizam qaydasında qauptvaxtda saxlandığı müddət də daxildir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli 5 nömrəli qərarının 15-ci bəndində göstərilir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır. Məhkəmə «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 saylı Qərarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsaslanaraq hesab edir ki, cəzaçəkmənin əvvəli Təqsirləndirilən şəxs tutulduğu gündən, yəni 28 yanvar 2020ci il tarixdən hesablanmalıdır. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 193cü, 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci maddələrini rəhbər tutaraq hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1, 144-1.2.5 və 144-3.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, ona Azərbaycan Respublikası CM-nin 144- 1.2.1, 144-1.2.2, 144-1.2.4-1, 144-1.2.5-ci maddələri ilə 08 (səkkiz) il müddətə Azərbaycan Respublikasının CM-nin 144-3.4-cü maddəsi ilə 02(iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq Təqsirləndirilən şəxs 08 (səkkiz) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilsin, barəsində “həbs” qətimkan tədbiri seçilməklə məhkəmə iclas zalından dərhal həbs edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının əvvəli 04 iyun 2019-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs hökmün surətinin verildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-92/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-92/2021
22.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver