Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-92/2022 10.02.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Samir İmamverdi oğlu (sədrlik edən), İsmayılov Eldar Herov oğlu və Hüseynov Cavid İbadulla oğlundan ibarət tərkibdə Məhkəmə iclasının katibi: Bayramlı Ləman Bünyad qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X3 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı və X16, Mülki iddiaçı: Şahid2 Rüsxət oğlunun, Müdafiəçilər: Fides Vəkil Bürosunun vəkili Müdafiəçi1, Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi4, “Kəngərli və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi5 iştirakları ilə xx xxxxxxx 1966-cı il tarixdə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 178.3.2, 178.3.2, 32.4, 312.2, 320.1, 320.2-ci maddələri ilə, 09 avqust 1966-ci ildə Zəngilan rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, ünvan 2 ünvanında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4, 29,178.3.2, 32.4, 312.2, 320.1, 320.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs1 Möhbəl oğlu etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşərək, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal qəsəbəsi, Xiyabani küçəsində yerləşən 4 sot torpaq sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən çıxarışın alınmasında köməklik göstərməsi ilə əlaqədar sonuncu vasitəsilə 2018-ci ilin oktyabr ayında özünə müraciət etmiş Şahid4 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində yüksək vəzifədə işləyən səlahiyyətli tanışının olmasını, həmin tanışının vasitəsilə qeyd edilən torpağın rəsmləşdirilməsi imkanına malik olduğunu yalandan bildirib, tanışı olan həmin vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid4 xeyrinə edəcəyi hərəkətə, yəni rəsmləşdirmənin aparılması üçün zəruri tədbirlərin həyata keçirilməsinə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 17.000 (on yeddi min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruriliyini Təqsirləndirilən şəxs2la birlikdə Şahid4 yalandan bildirərək, onunla razılaşmaqla sövdələşib, həmin niyyətlə 2018-ci ilin oktyabr ayında ünvan 3 ünvanının yaxınlığında yerləşən özünə məxsus ofisdə Şahid4 17.000 (on yeddi min) manat məbləğində pul vəsaitini alıb Təqsirləndirilən şəxs2la aralarında bölüb şəxsi ehtiyaclarına sərf edərək sonuncu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma və etibardan sui-istifadə etmə yolu ilə Şahid4 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, Təqsirləndirilən şəxs2la qabaqcadan əlbir olan bir qrup şəxs qismində vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar xeyrinə edəcəyi hərəkətin müqabilində birbaşa yolla özü vasitəsilə maddi nemət olan pulu rüşvət qismində verməyə Şahid4 təhrik etmişdir. Bundan başqa, o, təkrarən, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə başqaları ilə aralarında rol bölgüsü aparıb sonuncuların müraciət edən şəxsi özünə yönəltməsi, özünün isə həmin şəxslərlə danışıqlar apararaq onları inandırıb pul vəsaitini ələ keçirməsi barədə sövdələşərək qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə cinayətkar əlaqəyə girib torpaq sahəsi almaq üçün 2018-ci ilin oktyabr ayında Şahid7 Fərhad qızına müraciət etmiş Şahid2 Şahid7 və Zərifə Salmanovanın guya Bakı şəhəri, Qaradağ rayonu, "Meyvəli” ticarət mərkəzinin yaxınlığında müvafiq olaraq 0,605 ha və 0,38 ha ölçüdə mülkiyyət hüququna dair dövlət reyestrindən çıxarışı olmayan bir-birinə bitişik torpaq sahələrinin olması, həmin sahələrin 165.000 (bir yüz altmış beş min) manat məbləğində pul müqabilində satılması, eləcə də, özünün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin səlahiyyətli vəzifəli şəxsləri ilə yaxın münasibətlərinin olmasını, həmin münasibətlərindən istifadə edərək göstərilən Xidmətdə işləyən səlahiyyətli vəzifəli şəxsə xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar Şahid2 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 35.000 (otuz beş min) manat pul vəsaitinin veriləcəyi təqdirdə torpaq sahəsi üzərində sonuncunun mülkiyyət hüququnu qeydə alacağını başqaları ilə birlikdə yalandan bildirib aldadaraq, cinayətkar niyyətini həyata keçirmək, özünə olan inamı daha da möhkəmləndirmək məqsədilə 2018-ci ilin oktyabr ayında istintaqla dəqiq müəyyən edilməyən tarixdə ünvan 3 ünvanında yerləşən 1 saylı Bakı şəhər ərazi idarəsinin inzibati binası ilə üzbəüz yerləşən 5 mərtəbəli binanın 1-ci mərtəbəsində özünə məxsus ofisində başqaları ilə vahid niyyətlə istifadə etmək məqsədi ilə hüquq verən rəsmi sənədlər olan 116/94 nömrəli 20.X.1992-Cİ il tarixli məktubun məzmununa Azərbaycan Dəmir Yolu İdarəsinə məxsus 95 sot torpaq sahəsinin X26 istifadəsinə verilməsi barədə kiril qrafikasında çap üsulu ilə məlumat daxil edib Yol rəisinin müavini, yol xidmətinin rəisi T.Həsənov tərəfindən imzalanması görüntüsü yaradıb içərisində kiril qrafikasında “SSRİ Azərbaycan Dəmir Yolu Xidməti” yazılmış və istintaqa məlum olmayan mənbədən əldə etdiyi möhür ilə əksləri relyef klişedən sənədin üzərinə birbaşa vurulmaqla təsdiq edib hüquq verən rəsmi sənədi qanunsuz hazırlayıb, eyni niyyətlə, hüquq verən rəsmi sənəd olan П-64/170 nömrəli 8.X.1993-CÜ il tarixli Azərbaycan Dövlət Dəmir X23 Birliyinin rəisinin məktubuna dəmir yoluna məxsus 35 sot torpaq sahəsinin X9 verilməsi barədə məlumat əlavə edib Yol rəisinin müavini, yol xidmətinin rəisi T.Həsənov tərəfindən imzalanması görüntüsü yaradıb içərisində kiril qrafikasında “SSRİ Azərbaycan Dəmir Yolu Xidməti” yazılmış və istintaqa məlum olmayan mənbədən əldə etdiyi möhür ilə əksləri relyef klişedən sənədin üzərinə birbaşa vurulmaqla təsdiq edib hüquq verən rəsmi sənədi qanunsuz hazırlayıb, eyni niyyətlə, hüquq verən rəsmi sənəd olan Azərbaycan Dəmir Yolu Qaradağ-Heybət mənzilinin 516 km ПК-9, ПК-Ют. torpaq zolağının sxematik planının görüntüsünü yaratmaq niyyəti ilə sxematik təsvirlər tərtib edib Yol rəisinin müavini, yol xidmətinin rəisi Т.Н.Həsənov tərəfindən imzalanması görüntüsü yaradıb içərisində kiril qrafikasında “SSRİ Azərbaycan Dəmir Yolu Xidməti” yazılmış və istintaqa məlum olmayan mənbədən əldə etdiyi möhür ilə əksləri relyef klişedən sənədin üzərinə birbaşa vurulmaqla təsdiq edib hüquq verən rəsmi sənədi qanunsuz hazırlayıb, eyni niyyətlə, hüquq verən rəsmi sənəd olan Azərbaycan Dəmir Yolu Qaradağ-Biləcəri mənzilinin 517 km ПК-1- 20+60m. torpaq zolağının sxematik planı görüntüsünü yaratmaq niyyəti ilə sxematik təsvirlər tərtib edib Yol rəisinin müavini, yol xidmətinin rəisi Т.Н.Həsənov tərəfindən imzalanması görüntüsü yaradıb içərisində kiril qrafikasında “SSRİ Azərbaycan Dəmir Yolu Xidməti” yazılmış və istintaqa məlum olmayan mənbədən əldə etdiyi möhür ilə əksləri relyef klişedən sənədin üzərinə birbaşa vurulmaqla təsdiq edərək hüquq verən rəsmi sənədi qanunsuz hazırlayıb, eyni niyyətlə, hüquq verən rəsmi sənəd olan 179 nömrəli 10.06.2003cü il tarixli Həmkarlar Komitəsinin ümumi protokolundan çıxarışın məzmununa Azərbaycan X50 İdarəsi Həmkarlar Komitəsi X26, X17, X11, X1 istifadəsinə ayrılmış olan dəmir yol torpaq zolağına məxsus sahədə onların adına ayrılmış torpaq sahəsinin onların istifadəsinə verilməsinə dair məlumatlar əlavə edib Azərbaycan X50 Həmkarlar Komitəsinin sədri A.Turabov tərəfindən imzalanması görüntüsü yaradıb içərisində “Azərbaycan Respublikası Azərbaycan X50 Həmkarlar İttifaqı” yazılmış və istintaqa məlum olmayan mənbədən əldə etdiyi möhür əksinin təsvirlərini elektrofotoqrafik çap üsulu ilə təsdiqləyib hüquq verən rəsmi sənədi qanunsuz hazırlayıb, eyni niyyətlə, hüquq verən rəsmi sənəd olan 26.X.2003-CÜ il tarixli 245/168 nömrəli məktubun məzmuna 95 sot torpaq sahəsi X26 istifadəsinə verilmiş 20.10.1992-ci il tarixli P-116/94 saylı məktub sxemi ilə, öz qüvvəsində saxlanılması barədə məlumatlar əlavə edib Azərbaycan X50 Həmkarlar Komitəsinin sədri A.Turabov tərəfindən imzalanması görüntüsü yaradıb içərisində “Azərbaycan Respublikası Azərbaycan X50 Həmkarlar İttifaqı” yazılmış və istintaqa məlum olmayan mənbədən əldə etdiyi möhür əksinin təsvirlərini elektrofotoqrafik çap üsulu ilə təsdiqləyib hüquq verən rəsmi sənədi qanunsuz hazırlayıb, eyni niyyətlə, hüquq verən rəsmi sənəd olan Azərbaycan X50 İdarəsi Həmkarlar Komitəsinin 156 nömrəli 14.09.2002-ci il tarixli ümumi protokolundan çıxarışın məzmununa Azərbaycan X50 İdarəsi Həmkarlar Komitəsi X12, X9, X4, X20 istifadəsinə ayrılmış olan dəmir yol torpaq zolağına məxsus sahədə onların adına ayrılmış torpaq sahəsinin onların istifadəsinə verilməsi barədə məlumatlar daxil edib Azərbaycan X50 Həmkarlar Komitəsinin sədri A.Turabov tərəfindən imzalanması görüntüsü yaradıb içərisində “Azərbaycan Respublikası Azərbaycan X50 Həmkarlar İttifaqı” yazılmış və istintaqa məlum olmayan mənbədən əldə etdiyi möhür əksinin təsvirlərini elektrofotoqrafik çap üsulu ilə təsdiqləyib hüquq verən rəsmi sənədi qanunsuz hazırlayıb, eyni niyyətlə, hüquq verən rəsmi sənəd olan 08.05.2003-cü il tarixli 268 nömrəli məktubun məzmununa Azərbaycan X50 İdarəsi X26, X17, X13, X1 istifadəsində olan dəmir yolu torpaq zolağına məxsus sahəsinin onların adına özəlləşdirilməsinə Azərbaycan X50 İdarəsi etiraz etməməsi barədə məlumatlar əlavə edib Azərbaycan X50 İdarəsinin rəis müavini İ.Efendiyev tərəfindən imzalanması görüntüsü yaradıb içərisində “Azərbaycan Respublikası Azərbaycan X50” yazılmış və istintaqa məlum olmayan mənbədən əldə etdiyi möhür əksinin təsvirlərini elektrofotoqrafik çap üsulu ilə təsdiqləyib hüquq verən rəsmi sənədi qanunsuz hazırlayıb, eyni niyyətlə, hüquq verən rəsmi sənəd olan Azərbaycan X50nun 247 nömrəli 19.06.2003cü il tarixli məktubunun məzmununa Qaradağ-Heybət mənzilinin 516 km, PK-9, PK-10m. 517 km PK-1+20 m olan sahədə kilometr artımı istiqamətində yolun sağ tərəfində, dəmir yoluna məxsus 95 sot torpaq sahəsinin onun adına özəlləşdirilməsinə Azərbaycan X50 idarəsi etiraz etmir məzmunda məlumat daxil edib Azərbaycan X50 İdarəsinin rəis müavini İ.Efendiyev tərəfindən imzalanması görüntüsü yaradıb içərisində “Azərbaycan Respublikası Azərbaycan X50” yazılmış və istintaqa məlum olmayan mənbədən əldə etdiyi möhür əksinin təsvirlərini elektrofotoqrafik çap üsulu ilə təsdiqləyib hüquq verən rəsmi sənədi qanunsuz hazırlayıb, eyni niyyətlə, hüquq verən rəsmi sənəd olan Azərbaycan Dövlət Dəmir X45 İstehsalat Birliyinin 124/110 nömrəli 8.X.2002-Cİ il tarixli məktubuna X9 Qaradağ-Biləcəri mənzilinin 517km ПК 1-20m.-dən +60m qədər yolun km istiqaməti ilə sağ tərəfdə dəmir yoluna məxsus 35 sot torpaq sahəsi onun sərəncamına verilmiş P64/170 saylı 08.10.1993cü il tarixli məktub öz qüvvəsində saxlanılması məzmununda məlumatlar daxil edib Azərbaycan Dövlət Dəmir X45 İstehsalat Birliyinin rəisi T.Həsənovun imzası görüntüsü yaradaraq üzərində “Azərbaycan X50 X32 Birliyi” yazılmış və istintaqa məlum olmayan mənbədən əldə etdiyi möhür əksinin təsvirləri elektrofotoqrafik çap üsulu ilə təsdiqləyib hüquq verən rəsmi sənədi qanunsuz hazırlayıb, eyni niyyətlə, hüquq verən rəsmi sənəd olan 207 nömrəli 12.03.2003-cü Azərbaycan X50nun məktubunun məzmununa 35 sot torpaq sahəsinin X6 adına özəlləşdirilməsinə Azərbaycan X50 İdarəsinin etiraz etməməsi barədə məlumat daxil edib Azərbaycan X50 İdarəsinin rəis müavini İ.Efendiyev tərəfindən imzalanması görüntüsü yaradıb içərisində “Azərbaycan Respublikası Azərbaycan X50” yazılmış və istintaqa məlum olmayan mənbədən əldə etdiyi möhür əksinin təsvirlərini elektrofotoqrafik çap üsulu ilə təsdiqləyib hüquq verən rəsmi sənədi qanunsuz hazırlayıb, eyni niyyətlə, hüquq verən rəsmi sənəd olan Azərbaycan X50 İdarəsinin 189 nömrəli 08.02.2003-cü il tarixli məktubunun məzmununa “Azərbaycan X50 İdarəsi X12 və qeyrilərinin istifadəsində olan dəmir yol torpaq zolağına məxsus sahəsini onların adına özəlləşdirilməsinə Azərbaycan X50 İdarəsinin etiraz etməməsi barədə məlumat daxil edib Azərbaycan X50 İdarəsinin rəis müavini İ.Efendiyev tərəfindən imzalanması görüntüsü yaradıb içərisində “Azərbaycan Respublikası Azərbaycan X50” yazılmış və istintaqa məlum olmayan mənbədən əldə etdiyi möhür əksinin təsvirlərini elektrofotoqrafik çap üsulu ilə təsdiqləyib hüquq verən rəsmi sənədi qanunsuz hazırlayıb, özünə olan inamı daha da möhkəmləndirmək, törədəcəkləri dələduzluq əməlini asanlaşdırmaq məqsədilə 2018-ci ilin oktyabr ayında istintaqla dəqiq müəyyən edilməyən gündə göstərilən ünvanda yerləşən ofisində həmin sənədləri istifadə etmək məqsədilə Şahid2 göstərərək həmin torpaq sahələrinin sonuncunun adına rəsmləşdirilərək satılması müqabilində ümumilikdə 200.000 (iki yüz min) manat məbləğində pulun verilməsinə sonuncunun razılığını alaraq, onunla sövdələşib, həmin adla Şahid2 göstərilən ünvanda yerləşən ofisində 25 oktyabr 2018-ci il tarixdə ilkin olaraq 50.000 (əlli min) manat məbləğində pulu alıb həmin vəsaitindən 35.000 (otuz beş min) manat məbləğində pul vəsaitini vəzifəli şəxsə rüşvət qismində vermək üçün özünə götürüb, qalan 15.000 (on beş min) manat məbləğində pulu qabaqcadan əlbir olduğu başqasına verərək qanunsuz olaraq hazırladıqları həmin saxta sənədləri sonuncu və başqaları ilə ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında qəsdən istifadə edərək Şahid2 təqdim edib, eyni niyyətlə həmin yerdə 30 oktyabr 2018-ci il tarixdə sonuncudan 40.000 (qırx min) manat məbləğində pul vəsaitini alıb həmin pul vəsaitinin 22.000 (iyirmi iki min) manat məbləğində hissəsini özünə, qalan 18.000 (on səkkiz min) manat məbləğində pulu isə başqasına verdikdən sonra həmin niyyətlə 2019-cu ilin fevral ayında Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, “Aygün City” ticarət mərkəzində 10.000 (on min) manat, bir neçə gün sonra Bakı şəhəri Nərimanov rayonu, “N.Nərimanov” adına istirahət parkının yanında 4.000 (dörd min) manat məbləğində pulu Şahid2 alıb, başqaları ilə aralarında bölüb şəxsi ehtiyaclarına sərf edərək sonuncularla qabaqcadan əlbir olan bir qrup şəxs qismində aldatma və etibardan sui-istifadə etmə yolu ilə Şahid2 məxsus ümumilikdə 104.000 (bir yüz dörd min) manat məbləğində pul vəsaitini ələ keçirib ona külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, başqaları ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında istifadə etmək məqsədilə rəşmi sənədləri vahid niyyətlə qanunsuz olaraq saxtalaşdırmaqla hazırlamış, başqaları ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında biləbilə saxta sənədlərdən istifadə etmiş, başqaları ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında vəzifəli şəxsə xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar Şahid2 xeyrinə edəcəyi hərəkətin müqabilində özü vasitəsilə birbaşa yolla maddi nemət olan pul vəsaitini rüşvət qismində verməyə sonuncunu təkrarən təhrik etmiş, Şahid2 bir müddət sonra aldadıldığını və ona təqdim edilən sənədlərin saxta olmasını bilib, qalan pul vəsaitini verməkdən imtina etdiyindən, bilavasitə cinayət törətməyə yönələn qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyərək, başqaları ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma və etibardan sui-istifadə etmə yolu ilə Şahid2 məxsus ümumilikdə 200.000 (iki yüz min) manat məbləğində pul vəsaitini ona külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq yolu ilə ələ keçirməyə cəhd etmişdir. Bundan başqa, o, təkrarən, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşərək Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən 1 ha torpaq sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən çıxarışın alınmasında köməklik göstərməsi ilə əlaqədar sonuncu vasitəsi ilə 2019-cu ilin mart ayında özünə müraciət etmiş Şahid1 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində yüksək vəzifədə işləyən səlahiyyətli tanışının olmasını, həmin tanışının vasitəsilə qeyd edilən torpağın rəsmləşdirilməsi imkanına malik olduğunu yalandan bildirib, tanışı olan həmin vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid1 xeyrinə edəcəyi hərəkətə, yəni rəsmləşdirmənin aparılması üçün zəruri tədbirlərin həyata keçirilməsinə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 50.000 (əlli min) manat məbləğində pul vəsaitinin rüşvət qismində, eləcə də, özü üçün əlavə olaraq xidmət haqqı kimi 5.000 (beş min) manat məbləğində pulun verilməsinin zəruriliyini sonuncuya Təqsirləndirilən şəxs2la birlikdə yalandan bildirərək, onunla razılaşmaqla sövdələşib, həmin niyyətlə 2019-cu ilin mart ayında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ünvan 3 ünvanında yerləşən 1 saylı Bakı şəhər ərazi idarəsinin inzibati binasının qarşısında Şahid1 şəxsi avtomobilində sonuncudan ilkin olaraq 15.000 (on beş min) manat məbləğində pul vəsaitini alıb Təqsirləndirilən şəxs2 ilə aralarında bölüb şəxsi ehtiyaclarına sərf edərək, sonuncu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma və etibardan sui-istifadə etmə yolu ilə Şahid1 xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, Təqsirləndirilən şəxs2la qabaqcadan əlbir olan bir qrup şəxs qismində vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar xeyrinə edəcəyi hərəkətin müqabilində birbaşa yolla özünün vasitəsilə maddi nemət olan pul vəsaitini rüşvət qismində verməyə Şahid1 təkrarən təhrik etmiş, cinayətkar niyyətini həyata keçirmək, özlərinə olan inamı daha da möhkəmləndirmək məqsədilə 2019-cu ilin mart ayında istintaqla dəqiq müəyyən edilməyən tarixdə ünvan 3 ünvanının yaxınlığında yerləşən özünə məxsus ofisində Təqsirləndirilən şəxs2la qabaqcadan əlbir olan bir qrup şəxs halında vahid niyyətlə istifadə etmək məqsədi ilə hüquq verən rəsmi sənəd olan Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Sabunçu rayon şöbəsi tərəfindən verilməsi görüntüsü yaradan 10.02.2004-cü il tarixli, JN - 10646H KOD 00500026 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin məzmununa Bakı şəhəri 39 saylı Dövlət Notariat kontorunun 29 iyul 2003-cü il tarixli 4Ə/2- 170 saylı alqı-satqı müqaviləsi ilə 1.0 hektar torpaq sahəsinin fərdi yaşayış evi tikintisi üçün X21 mülkiyyətinə verilməsinə dair məlumatlar əlavə edib DTXK-nin Sabunçu rayon şöbəsinin vəzifəli şəxsi N.Məlikov adından imzalanması görüntüsü yaradıb üzərində “Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Sabunçu Rayon Şöbəsi” məzmunlu yazı həkk edilmiş möhürün əksini axınlı çap üsulu ilə çap qurğusunda hazırlayıb təsdiq edərək Təqsirləndirilən şəxs2la qabaqcadan əlbir olan bir qrup şəxs halında hüquq verən rəsmi sənədi qanunsuz olaraq təkrarən hazırlayıb, 2019-cu ilin mart ayında istintaqa məlum olmayan gündə ünvan 6 ünvanının yaxınlığında həmin saxta sənədi Şahid1 təqdim etməklə Təqsirləndirilən şəxs2la qabaqcadan əlbir olan bir qrup şəxs halında bilə-bilə saxta sənəddən təkrarən istifadə etmiş, Şahid1 bir müddət sonra aldadıldığını və ona təqdim edilən sənədin saxta olmasını bilib, qalan pul vəsaitini verməkdən imtina etdiyindən, bilavasitə cinayət törətməyə yönələn qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyərək, aldatma və etibardan sui-istifadə etmə yolu ilə Şahid1 məxsus ümumilikdə 55.000 (əlli beş min) manat məbləğində pul vəsaitini ona külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq yolu ilə ələ keçirməyə cəhd etmişdir. Təqsirləndirilən şəxs2 etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşərək Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal qəsəbəsi, Xiyabani küçəsində yerləşən 0,4 ha torpaq sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən çıxarışın alınmasında köməklik göstərilməsi ilə əlaqədar özü vasitəsilə 2018-ci ilin oktyabr ayında Təqsirləndirilən şəxs1 müraciət etmiş Şahid4 Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində yüksək vəzifədə işləyən səlahiyyətli tanışının olmasını, həmin tanışının vasitəsilə qeyd edilən torpağın rəsmiləşdirilməsi imkanına malik olduğunu yalandan bildirib, tanışı olan həmin vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid4 xeyrinə edəcəyi hərəkətə, yəni rəsmləşdirmənin aparılması üçün zəruri tədbirlərin həyata keçirilməsinə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 17.000 (on yeddi min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruriliyini Təqsirləndirilən şəxs1la birlikdə Şahid4 yalandan bildirərək, onunla razılaşmaqla sövdələşib, həmin niyyətlə 2018-ci ilin oktyabr ayında ünvan 3 ünvanının yaxınlığında yerləşən Təqsirləndirilən şəxs1 məxsus ofisdə Şahid4 17.000 (on yeddi min) manat məbləğində pul vəsaitini alıb Təqsirləndirilən şəxs1la aralarında bölüb şəxsi ehtiyaclarına sərf edərək sonuncu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma və etibardan sui-istifadə etmə yolu ilə Şahid4 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, Təqsirləndirilən şəxs1la qabaqcadan əlbir olan bir qrup şəxs qismində vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar xeyrinə edəcəyi hərəkətin müqabilində birbaşa yolla özü vasitəsilə maddi nemət olan pulu rüşvət qismində verməyə Şahid4 təhrik etmişdir. Bundan başqa, o, təkrarən, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə tanışı ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşərək, Suraxanı rayonu Günəşli qəsəbəsi “AB” 137 və 139 saylı binaların qarşısında yerləşən dayanacaq kimi istifadə olunan üzərində yarımtikili olan torpaq sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən çıxarışın alınmasında köməklik göstərilməsi ilə əlaqədar sonuncu vasitəsi ilə 2019-cu ilin mart ayında özünə müraciət etmiş Şahid3 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində yüksək vəzifədə işləyən səlahiyyətli tanışının olmasını, həmin tanışının vasitəsilə qeyd edilən torpağın rəsmiləşdirilməsi imkanına malik olduğunu yalandan bildirib, tanışı olan həmin vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid3 xeyrinə edəcəyi hərəkətə, yəni rəsmləşdirmənin aparılması üçün zəruri tədbirlərin həyata keçirilməsinə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 18.000 (on səkkiz min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruriliyini sonuncuya tanışı ilə birlikdə yalandan bildirərək, onunla razılaşmaqla sövdələşib, həmin niyyətlə 2019cu ilin mart ayında Bakı şəhəri, Suraxanı rayonu, Günəşli qəsəbəsi, “Xəzər market” adlanan mağazanın yaxınlığında Şahid3 18.000 (on səkkiz min) manat məbləğində pul vəsaitini alıb ələ keçirərək, tanışı ilə aralarında bölüb şəxsi ehtiyaclarına sərf etməklə, sonuncu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma və etibardan sui-istifadə etmə yolu ilə Şahid3 xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, tanışı ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar xeyrinə edəcəyi hərəkətin müqabilində birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitini rüşvət qismində verməyə Şahid3 təkrarən təhrik etmiş, cinayətkar niyyətini həyata keçirmək, özlərinə olan inamı daha da möhkəmləndirmək məqsədilə 2019-cu ilin mart ayında istintaqla dəqiq müəyyən edilməyən tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Günəşli qəsəbəsi, “Xəzər market” adlanan mağazanın yanında yerləşən “5 qardaş” kafesində tanışı ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında vahid niyyətlə istifadə etmək məqsədi ilə hüquq verən rəsmi sənəd olan Azərbaycan Respublikasının Dövlət-Tikinti və Arxitektura Komitəsinin Baş X10, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı idarəsi tərəfindən verilməsi görüntüsü yaradan 10 avqust 2004-cü il tarixli, 537 saylı qeydiyyat vəsiqəsinin məzmununa “Verilir Baş X10, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı idarəsi” tərəfindən ondan ötrü ki, Bakı şəhəri Suraxanı rayonu Günəşli qəsəbəsi “AB” 137 və 139 saylı binaların qarşısı ümumi sahəsi 188.3 m2 Şahid3 adına mülkiyyət hüququ verilməsinə dair məlumatlar əlavə edib X10, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı idarəsinin vəzifəli şəxsləri M.A.Maqsudov və İ.İ.Qurbanov adından imzalanması görüntüsü yaradıb üzərində “Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi X10, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı idarəsi” məzmunlu yazı həkk edilmiş möhürün əksini axınlı çap üsulu ilə çap qurğusunda hazırlayıb təsdiq edilməsi görüntüsü yaradaraq tanışı ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında hüquq verən rəsmi sənədi qanunsuz olaraq hazırlayıb, 2019-cu ilin mart ayında istintaqa məlum olmayan gündə Bakı şəhəri, Suraxanı rayonu, Günəşli qəsəbəsi, “Xəzər market” adlanan mağazanın yanında yerləşən “5 qardaş" kafesində həmin saxta sənədi Şahid3 təqdim etməklə tanışı ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında biləbilə saxta sənəddən istifadə etmişdir. Bundan başqa, o, təkrarən, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşərək Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən 1 ha torpaq sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən çıxarışın alınmasında köməklik göstərməsi ilə əlaqədar özü vasitəsi ilə 2019-cu ilin mart ayında Təqsirləndirilən şəxs1 müraciət etmiş Şahid1 Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində yüksək vəzifədə işləyən səlahiyyətli tanışının olmasını, həmin tanışının vasitəsilə qeyd edilən torpağın rəsmləşdirilməsi imkanına malik olduğunu yalandan bildirib, tanışı olan həmin vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid1 xeyrinə edəcəyi hərəkətə, yəni rəsmləşdirmənin aparılması üçün zəruri tədbirlərin həyata keçirilməsinə görə birbaşa yolla Təqsirləndirilən şəxs1 vasitəsilə maddi nemət olan 50.000 (əlli min) manat məbləğində pul vəsaitinin rüşvət qismində, eləcə də, Təqsirləndirilən şəxs1 üçün əlavə olaraq xidmət haqqı kimi 5.000 (beş min) manat məbləğində pulun verilməsinin zəruriliyini Şahid1 Təqsirləndirilən şəxs1la birlikdə yalandan bildirərək, onunla razılaşmaqla sövdələşib, həmin niyyətlə 2019-cu ilin mart ayında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ünvan 3 ünvanında yerləşən 1 saylı Bakı şəhər ərazi idarəsinin inzibati binasının qarşısında Şahid1 şəxsi avtomobilində sonuncudan ilkin olaraq 15.000 (on beş min) manat məbləğində pul vəsaitini Təqsirləndirilən şəxs1 alıb aralarında bölüb şəxsi ehtiyaclarına sərf edərək, sonuncu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma və etibardan sui-istifadə etmə yolu ilə Şahid1 xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, Təqsirləndirilən şəxs1la qabaqcadan əlbir olan bir qrup şəxs qismində vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar xeyrinə edəcəyi hərəkətin müqabilində birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitini rüşvət qismində verməyə Şahid1 təkrarən təhrik etmiş, cinayətkar niyyətini həyata keçirmək, özlərinə olan inamı daha da möhkəmləndirmək məqsədilə 2019-cu ilin mart ayında istintaqla dəqiq müəyyən edilməyən tarixdə ünvan 3 ünvanının yaxınlığında yerləşən Təqsirləndirilən şəxs1 məxsus ofisində sonuncu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında vahid niyyətlə istifadə etmək məqsədi ilə hüquq verən rəsmi sənəd olan Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Sabunçu rayon şöbəsi tərəfindən verilməsi görüntüsü yaradan 10.02.2004-cü il tarixli, JN -10646H KOD 00500026 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin məzmununa Bakı şəhəri 39 saylı Dövlət Notariat kontorunun 29 iyul 2003-cü il tarixli 4Ə/2-170 saylı alqı- satqı müqaviləsi ilə 1.0 hektar torpaq sahəsinin fərdi yaşayış evi tikintisi üçün X21 mülkiyyətinə verilməsinə dair məlumatlar əlavə edib DTXK-nin Sabunçu rayon şöbəsinin vəzifəli şəxsi N.Məlikov adından imzalanması görüntüsü yaradıb üzərində “Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Sabunçu Rayon Şöbəsi” məzmunlu yazı həkk edilmiş möhürün əksini axınlı çap üsulu ilə çap qurğusunda hazırlayıb təsdiq edərək Təqsirləndirilən şəxs1la qabaqcadan əlbir olan bir qrup şəxs halında hüquq verən rəsmi sənədi qanunsuz olaraq təkrarən hazırlayıb, 2019-cu ilin mart ayında istintaqa məlum olmayan gündə ünvan 6 ünvanının yaxınlığında həmin saxta sənədi Şahid1 təqdim etməklə Təqsirləndirilən şəxs1la qabaqcadan əlbir olan bir qrup şəxs halında bilə-bilə saxta sənəddən təkrarən istifadə etmiş, Şahid1 bir müddət sonra aldadıldığını və ona təqdim edilən sənədin saxta olmasını bilib, qalan pul vəsaitini verməkdən imtina etdiyindən, bilavasitə cinayət törətməyə yönələn qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyərək, aldatma və etibardan sui-istifadə etmə yolu ilə Şahid1 məxsus ümumilikdə 55.000 (əlli beş min) manat məbləğində pul vəsaitini ona külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq yolu ilə ələ keçirməyə cəhd etmişdir. Bundan başqa, o, təkrarən, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə Rəşad Əzizovun istifadəsində olan Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində yerləşən 0,3 ha torpaq sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən çıxarışın alınmasında köməklik göstərilməsi ilə əlaqədar 2019-cu ilin mart ayında özünə müraciət etmiş Şahid1 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində yüksək vəzifədə işləyən səlahiyyətli tanışının olmasını, həmin tanışının vasitəsilə qeyd edilən torpağın rəsmiləşdirilməsi imkanına malik olduğunu yalandan bildirib, tanışı olan həmin vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid1 xeyrinə edəcəyi hərəkətə, yəni rəsmləşdirmənin aparılması üçün zəruri tədbirlərin həyata keçirilməsinə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 30.000 (otuz min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruriliyini sonuncuya yalandan bildirərək, onunla razılaşmaqla sövdələşib, həmin niyyətlə 2019-cu ilin mart ayında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ünvan 3 ünvanında yerləşən 1 saylı Bakı şəhər ərazi idarəsinin inzibati binasının qarşısında yerləşən kafedə Şahid1 ilkin olaraq 20.000 (iyirmi min) manat məbləğində pul vəsaitini, bir neçə gün sonra isə Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində “Altun” şadlıq sarayının yanında yerləşən “Xəzər” market ilə üzbəüz kafedə iki dəfəyə hər dəfə 5.000 (beş min) manat olmaqla, cəmi 10.000 (on min) manat məbləğində, ümumilikdə qeyd edilən qaydada 30.000 (otuz min) manat məbləğində pul vəsaitini alıb şəxsi ehtiyaclarına sərf edərək, aldatma və etibardan sui-istifadə etmə yolu ilə Şahid1 xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar Şahid1 xeyrinə edəcəyi hərəkətin müqabilində birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitini rüşvət qismində verməyə sonuncunu təkrarən təhrik etmiş, cinayətkar niyyətini həyata keçirmək, özünə olan inamı daha da möhkəmləndirmək məqsədilə 2019-cu ilin mart ayında istintaqa məlum olmayan yerdə vahid niyyətlə istifadə etmək məqsədi ilə hüquq verən rəsmi sənədlər olan 29.03.2018-ci il tarixli ******* nömrəli çıxarışın məzmununa Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi “AB” Y/M ünvanında yerləşən 0.30 ha torpaq sahəsinə dair mülkiyyət hüquqlarının Şahid1 yaxın qohumu X33 verilməsinə dair məlumatlar əlavə edib Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ərazi İdarəsini rəisi Ş.Şahvələdov, Qeydiyyat İcraçısı R.Mirzəyev adından, torpaq sahəsinin planı və ölçüsündə T.Həsənov, M.Hüseynov adından imzalanması görüntüsü yaradıb üzərində “Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər ərazi İdarəsi” məzmunlu yazı həkk edilmiş möhürün əksini istintaqa məlum olmayan üsul ilə hazırlayıb təsdiq edərək, hüquq verən rəsmi sənədi qanunsuz olaraq təkrarən hazırlayıb, 2019-cu ilin mart ayında istintaqa məlum olmayan gündə ünvan 6 ünvanının yaxınlığında həmin saxta sənədi Şahid1 təqdim etməklə bilə-bilə saxta sənəddən təkrarən istifadə etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək, ifadəsində göstərmişdir ki, ona müracət edən şəxsləri rüşvət verməyə təhrik etməmiş, o, rəsmi sənədləri qanunsuz hazırlamamış və saxta sənədlərdən istifadə etməmişdir, əmlakın özəlləşdirilməsində hüquqi yardım göstərməyini xahiş edən şəxslərə məhz onların özlərinin ona təqdim etdiyi sənədlər vasitəsilə sənədləşmə prosesinin aparılmasında onlara lazımi sənədlərin təqdim olunması barədə məsləhətlər verib, mövcud nöqsan və çatışmazlıqların aradan qaldırlması barədə köməklik göstərmişdir. Saxta sənədlər onların özləri tərəfindən ona təqdim olunub və onun bundan məlumatı olmamışdır, hal-hazırda dələduzluq etdiyinə görə ittiham olunduğu əməlləri şərti məhkum olunduğu sınaq müddəti zamanı törətməmişdir. Həmin əməllər sonuncu dəfə törədilməsinə görə məhkum olunduğu əməllərlə əlaqəli olmuşdur, lakin müvafiq şəxslər həmin vaxt şikayət vermədiyindən indi həmin əməllərə görə mühakimə olunur. 2006-cı ildən etibarən daşınmaz əmlakın satışı sahəsində fəaliyyət göstərir. Bundan əlavə müəyyən pul müqabilində müştərilərə əmlakın özəlləşdirilməsi ilə bağlı hüquqi yardım göstərmiş. Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti idarəsinin yaxınlığında ofisi var. 2018-ci ilin sentyabr ayının əvvəllərində əvvəllər tanımadığı Şahid7 ofisə gəldi. O, atasının əvvəllər X50 idarəsində işlədiyini və ona həmin idarə tərəfindən Qaradağ rayonu ərazisində dəmir yoluna məxsus 60.5 sot torpaq sahəsinin ayrıldığını, lakin bunu təsdiq edən sənədlər olmasına baxmayaraq həmin torpaq sahəsinə dair çıxarış ala bilmədiyini söylədi. O Zenfiraya həmin torpaq sahəsinə çıxarış ala biləcəyini və bunun üçün onun Dəmir Yol İdarəsi tərəfindən verilmiş arxiv sənədləri və plan ölçüləri təqdim etməli olduğunu bildirdi. Təxminən 1 həftə keçdikdən sonra Zenfira ofisə gələrək, qeyd etdiyi sənədləri təqdim etdi və o da həmin sənədləri nəzərdən keçirib qeyd olunan sənədlərlə həmin torpaq sahəsini özəlləşdirməyi mümkünlüyünü bildirdi. Həmçinin həmin torpaq sahəsinin sənədləşdirilməsi üçün 35.000 manat məbləğində pul verməli olduğunu dedi. Zenfira isə hal-hazırda hər hansı bir ödəniş edə bilməyəcəyini, torpağı yalnız satmalı olduğunu və alıcı ilə qarşılıqlı razılığa gəlib əvvəlcədən müəyyən məbləğdə pul almaqla sənədləşməni həyata keçirə biləcəyini söylədi. Təxminən 1 ay keçdikdən sonra Zenfira ofisə Şahid2 Rüsxət oğlu öz aralarında alqı-satqı ilə bağlı razılığa gəldiklərini bu işin sənədləşmə prosesi barədə və həmin torpağa özəlləşdirilməklə çıxarış alınması üçün hansı məbləğdə pul lazım olmasını onlara məlumat verməyini istədilər. O torpağı satan və alan şəxsə bildirdi ki, həmin torpaq sahəsinə çıxarış almaq üçün 35.000 manat məbləğində pul lazımdır. Onlar da onun təklifi ilə razılaşıb 1-2 gün ərzində yenidən ofisinə gələcəklərini bildirdilər. 2 gün keçdikdən sonra yenidən Məqsəd və Zenfira birlikdə işlədiyi ofisə gəldilər. Həmin gün yəni 25 oktyabr 2018-ci il tarixdə Məqsəd 40.000 manat məbləğində pulu qardaşı Baratzadə Rəşad, dostu, o və Allahyar Abdullayevin yanında Zenfiraya təqdim etdi. Zenfira həmin pulu aldıqdan sonra oradan 35.000 manat məbləğində pulu çıxarış almaq üçün ona, 5.000 manat məbləğində pulu isə özünə götürdü. O 35.000 manat məbləğində pulu götürüb 3 ay müddətində işi həll edəcəyini vəd etdi. Lakin sonradan həmin torpaq sahəsini özəlləşdirə bilmədi. Təxminən 5-6 gün keçdikdən sonra Məqsəd yenidən Zenfira və onun tanışı Zərifə Salmanova ilə birlikdə ofisə gəlib Zərifəyə məxsus olan torpaq sahəsinin alqı-satqısını həyata keçirmək istədiklərini bildirdilər. Həmin torpaq sahəsi Zenfiranın torpaq sahəsinin yanında yəni, Bakı şəhəri, Qaradağ rayonu, Biləcəri Heybət mənzilinin 516-ci kilometrliyində yerləşən 38 sot torpaq sahəsi olmuşdur. Onlar həmin torpaq sahəsinin hansı məbləğə çıxarış alınmaqla sənədləşə biləcəyini soruşduqda, o, həmin torpaq sahəsinin 22.000 manata özəlləşdirə biləcəyini söylədi. Həmin torpaq sahəsinə görə 22.000 manat məbləğində pul Məqsəd tərəfindən ona təqdim olundu. Lakin həmin torpaq sahəsi də özəlləşdirə bilmədi, torpaq sahəsinin sərhədi bəlli olmadığı əsas götürülərək, torpağın özəlləşdirilməsindən imtina olunmuşdu. O, ümumilikdə Məqsəddən aldığı 57.000 manat məbləğində pulun bir qismini şəxsi ehtiyaclarına, bir qismini isə həmin sənədlərin tərtibatına sərf etdi. Sonradan çıxarışı düzəldə bilmədiyindən və bir sıra problemləri yarandığından həmin pulu Məqsədə qaytara bilmədi. Bundan əlavə Şahid1 Təqsirləndirilən şəxs2 vasitəsilə tanımış. 2019-cu ilin əvvəllərində Fizuli daşınmaz əmlakla bağlı çıxarışların alınmasında vasitəçilik etdiyini bildiyinə görə ona müraciət edərək, Zabrat qəsəbəsində yerləşən 1 ha torpaq sahəsini özəlləşdirmək istədiyini bildirdi. O həmin torpaq sahəsinin özəlləşdirilməsiylə bağlı xərclər üçün 55.000 manat pulun lazım olduğunu bildirdi, lakin o, 15.000 manat pulu olduğundan həmin məbləğdə pul verdi. Həmin torpaq sahəsini də özəlləşdirmək mümkün olmadığından 15.000 manat məbləğində pulu və torpaq sahəsinin sənədlərini Fizulinin özünə qaytardı. Daha sonra Fizuli əvvəlcədən tanıdığı Aybənizi onun yanında gördü, Aybənizin də bu işlərlə məşğul olduğunu bildiyinə görə həmin torpaq sahəsini özəlləşdirmək istədiyini ona da bildirdi. Aybəniz onun yanında torpaq sahəsini özəlləşdirə biləcəyini dedi, Fizuli ehtiyat etdiyindən pulun onun vasitəsilə Aybənizə verilməsini, əgər iş alınmasa pulu onun alıb özünə qaytarmağını istədi. Aybəniz Fizulidən 18.000 manat məbləğində pul aldı, sənədin hazırlanması üçün 2 ay vaxt istədi. Lakin Aybəniz torpaq sahəsini özəlləşdirə bilmədi, Fizuli verdiyi pulu geri tələb etdikdə isə həmin pulu da qaytara bilməmişdi. Buna görə də, Fizuli və Aybəniz arasında mübahisə olmuşdu. Məsələnin ciddiləşdiyini gördüyünə görə özü 18.000 (on səkkiz min) manat məbləğində pulu Aybənizin yanında Fizuliyə qaytardı. Sonra o Aybənizdən həmin məbləğin cəmi 7.000 (yeddi min) manatını geri ala bilmişdi. Şahid4 isə Yasamal rayonu, Yeni Yasamal qəsəbəsi, Xiyabani küçəsində yerləşən 0,04 ha torpaq sahəsini qardaşı X18 adına bələdiyyə sənədi əsasında özəlləşdirərək çıxarış almaq üçün müraciəti ilə əlaqədar tanımışdır. Bunun müqabilində Fikrətdən 17.000 manat məbləğində pul aldı. Həmin torpaq sahəsinin də özəlləşdirilməsi alınmadı. Fikrətdən aldığı həmin pulun 11.000 manat hissəsini Aybənizə verdi. Lakin Aybəniz pulu qaytarmadı, buna görə də Fikrətə pulu qaytarmaq imkanı olmadı. Hazırda Fikrətə 6.000 manat məbləğində borcu qalıb, Məqsədə olan 57.000 manat borcu və Fizuliyə olan 15.000 manat məbləğində borcunu ödəməmiş. Musa heç kəsdən onun yanında pul götürməyib, o, sadəcə onu Fikrət və Fizuli ilə tanış edib. Fikrətdən aldığı 17.000 manat məbləğində puldan Musaya pul verməmiş, çünki özəlləşdirməni həyata keçirə biləcəyi halda ona pul verəcəkdi. Pulları rüsum və digər xərclər üçün alırdı. Fikrətin ona verdiyi 17.000 manatın 11.000 manatını Fikrətin işinin həll olunması üçün Aybənizə vermişdi. 6.000 manatını isə şəxsi ehtiyacları üçün xərcləmişdir. Aybəniz ona 11.000 manat borcludur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək, ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 20 ilə yaxındırki tanıyır. Çingiz də əvvəllər Bayıl qəsəbəsində makler kimi işləmişdi, belə ki, həmin dövrdə onunla müştəri məsələsində əməkdaşlıq edirdilər. Çingizlə ara-sıra məsləhətləşərək, daşınmaz əmlakın qeydiyyatı məsələsində müştərilərə hüquqi xidmət göstərirdilər. Bəzən müştərilər daşınmaz əmlakın alqı-satqısı üçün sənədlərlə bağlı hüquqi məsləhət istədikdə, o müştəriləri Çingizin yanına aparırdı. O da sənədlərin qaydasında olub-olmamasına dair fikir bildirirdi. Çingiz hüquqi məsləhət verirdi və müraciət üçün sənədlərin toplanılmasında yardım edirdi. Şahid1 ilə 2013-cü ildə köhnə tanışlarından biri vasitəsilə tanış olmuşdur, Fizulini Yasamalda ona məxsus olan torpaq sahəsinin özəlləşdirilməsinə kömək etməsi məqsədi ilə Çingizlə o tanış etmişdir. Fizuli Zabrat qəsəbəsində yerləşən 1 ha torpaq sahəsini sənədləşdirmək üçün 15.000 manat məbləğində pulu Çingizə verdi. Lakin özəlləşdirmə baş tutmadığından Çingiz onun pulunu geri qaytardı. Fizulinin hal-hazırda onlara qarşı tələbi yoxdur. Şahid4 isə ona məxsus Yasamalda olan torpaq sahəsinin özəlləşdirilməsi ilə bağlı dostu Elnur vasitəsilə ona müraciət etdi, o da Fikrəti Çingizlə tanış etdi. Onlar arasında həmin torpaq sahəsinin özəlləşdirilməsi üçün 17.000 manat pul məbləğində razılıq əldə edildi. Həmin puldan 4.600 manat məbləğində Çingiz tərəfindən bələdiyyəyə verilməklə sənədlərin alınması üçün rüsum ödənilmişdi. Sonra özəlləşdirmə alınmadı və Çingiz şübhəli şəxs kimi tutulandan sonra Fikrət tərəfindən ödənilmiş 17.000 manat məbləğində pulu ödəmək üçün özü 4.000 manat məbləğində Fikrətə pulunu qaytardı. Şahid5 Şahid1 ilə o tanış etmişdir. Onlar arasında onun xəbəri olmadan müəyyən pul məbləğində razılıq əldə olunub və Fizuli Elşənə torpaq sahəsinin adına rəsmiləşdirilməsi üçün pul vermişdir. Bundan 6 ay sonra Fizuli ona müraciət edərək onun onu Elşənlə tanış etdiyinə görə həmin pula görə onun cavabdeh olduğunu bildirmişdi. Şahid3 torpaq sahəsinin adına rəsmiləşdirilməsinə kömək etmək məqsədilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində işləyən tanışı Elşən ilə o tanış etmişdir. Sadiq tərəfindən Elşənə verilmiş 18.000 manat onun vasitəsi ilə verilməmişdir və onun bu barədə məlumatı yoxdur. Fikrət Çingizə ödədiyi 17.000 manat məbləğində pulu Çingiz şübhəli şəxs kimi tutulandan sonra onu sonuncuyla o tanış etdiyinə görə ondan ödəməyini tələb etdi. Ona görə də, 4.000 manat ona olan borcdan o ödəniş etdi. Fikrətə olan borcun qalan hissəsi ödənilməyib. Fikrət Elnura verdiyi pulu hal-hazırda ondan istəmir, ona qarşı heç bir tələbi yoxdur. Sadiqin də ona qarşı heç bir tələbi yoxdur. Çingizlə tanış etdiyi şəxslərin işləri həll oluna bildikdə, Çingizlə aralarında razılığa uyğun olaraq ***-**** manat pul sonda ona çatırdı. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o Musanı 2018-ci ildən ev alqı-satqısı ilə əlaqədar tanıyır. Həmin vaxtlar tanışı Şahid3 tərəfindən ona Günəşli qəsəbəsində yerləşən torpağa dair çıxarışın alınmasına görə 100.000 manat pul verilmiş, lakin o, vədinə əməl etməyərək 100.000 manatı dələduzluq yolu ilə ələ keçirdiyi üçün məhkum olunmuşdur. Həmin iş üzrə bacısı oğlu Şahid3 zərərçəkmiş şəxs qismində tanınmışdır. Musa ziyanı qismən ödəsə də, ona verilən pulları tam olaraq qaytaracağına söz verdi. Buna görə də hər dəfəsində onunla əlaqə saxlayırdı. 2019-cu ilin əvvəllərində dostu Şahid6 iştirakı ilə Suraxanı rayonu Yeni Günəşli qəsəbəsində Xəzər market ilə üzbəüz çayxanada Musa ilə söhbət edərkən Musa ona Çingiz və Elşən adlı tanışı vasitəsilə əmlakın qeydiyyata alınması və sənədləşdirilməsi ilə bağlı köməklik edə biləcəyini bildirdi. Bununla da ona kömək etməklə əvvəldən borclu olduğu pulları da qayataracağını söylədi. O Musaya özünə və tanışlarına məxsus olan bir neçə torpağa dair çıxarışların alınmasında köməklik etməsini xahiş etdi. Tanışı Müsa bir adlı şəxsin istifadəsində olan lakin rəsmi sənədlərlə mülkiyyətində olmayan Sabunçu rayonu Zabrat qəsəbəsi ərazisində yerləşən 1 (bir) hektar torpaq sahəsini yeznəsi Sərdar Abbasovun mülkiyyətinə verilməsini, bundan başqa qaynı Rəşad Əzizovun istifadəsində olan Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində yerləşən 30 sot torpaq sahəsinin qaynı Rəşad Əzizovun mülkiyyətinə verilməsini, bundan başqa tanışı Emin Novruzovun istifadəsində olan Xətai rayonu, Ukrayna dairəsinin yuxarı hissəsində yerləşən 0.6 ha ölçüdə torpaq sahələrinə dair çıxarışların alınmasına dair nə kimi köməklik edə biləcəyini soruşdu. Təqsirləndirilən şəxs2 ona torpaq sahələrinə dair sənədlərin surətlərini ona verməyini və Musa müəyyən pul müqabilində rəsmiləşdirmə işlərini aparacağını söylədi. O Musanın dediyi kimi həmin torpaq sahələrinə dair sənədlərin surətlərini təqdim etdi. Bundan bir neçə gün sonra Musa ona zəng edərək, həmin torpaq sahələrinin koordinatlarının tam şəkildə müəyyən olunması, sonradan isə peykdən çəkilişləri çıxarılması üçün torpaq sahələrinə yerində baxılmalı olduğunu dedi. O dostu Şahid6 xahiş etdi ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən gələn işçilərə həmin üç torpağı yerində göstərsin. O da Musanın göndərdiyi adamlara həmin torpaq sahələrini göstərdi. 2019-cu ilin mart ayında Musa ona zəng edərək, əvvəllər tanımadığı Təqsirləndirilən şəxs1 ofisinə çağırdı. Musa həmin ofisdə onu Çingizlə tanış edərək, bildirdi ki, ofisi işlədən Təqsirləndirilən şəxs1dur, evlərin və torpaq sahələrinin mülkiyyətə verilərək çıxarışların alınması işinə baxır və onun Musadan xahiş etdiyi torpaqlara dair çıxarışların alınmasında köməklik edəcəkdir. Təqsirləndirilən şəxs1 orada Sabunçu rayonu Zabrat qəsəbəsi ərazisində yerləşən 1 (bir) hektar torpaq sahəsinə dair peykdən çəkilmiş şəkili ona təqdim etdi. Bundan sonra Çingiz Musanın yanında torpaq sahəsinin sənədləşdirilməsi üçün dövlət rüsumlarının ödənilməsi üçün 50.000 (əlli min) manat məbləğində pulu ondan tələb etdi. Çingiz əlavə olaraq 5.000 (beş min) manat məbləğində pulu özü üçün zəhmət haqqı olaraq istədi. O Çingiz və Musanın dedikləri ilə razılaşdı, dostu Şahid6 ilə təxminən 2019-cu ilin mart ayında Reyestr Xidmətinin 1 saylı Bakı ərazi idarəsinin yaxınlığında Təqsirləndirilən şəxs1la görüşdü. Çingiz və Musa onun maşınına oturdular və Nurlandan avtomobildən çıxmasını, bayırda gözləməsini xahiş etdilər. Əvvəldən danışdıqları kimi Zabrat qəsəbəsində olan 1 ha torpaq sahəsinin mülkiyyətə verilməsinə dair sənədin alınmasında ötrü ilkin olaraq 15.000 manat məbləğində pulu Musanın yanında sayaraq Təqsirləndirilən şəxs1 verdi. Çingiz 21 gün ərzində torpaq sahəsinə dair şəhadətnaməni verəcəyini bildirdi. Lakin onlar həmin torpaq sahəsi üçün çıxarışlar ala bilmədilər və o da verdiyi pulu tələb etdi, həmin ərəfələrdə 2019cu ilin mart ayında qaynı Rəşad Əzizovun istifadəsində olan Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində yerləşən 30 sot torpaq sahəsinin qaynı Rəşad Əzizovun mülkiyyətinə verilməsinə dair Musa ilə danışıqlar apardı. Musa Reyestr Xidmətinin 1 saylı idarəsində işləyən adını demədiyi tanışının vasitəsilə bu məsələni həll edə biləcəyini bildirdi. Bundan sonra Musa ona torpaq sahəsinin koordinatlarının tam şəkildə müəyyən olunması üçün torpaq sahəsinin peykdən çəkilmiş şəklini çəkib verdi. Musa 30.000 (otuz min) manat pul verəcəyi təqdirdə bu sənədləşmənin rəsmi şəkildə həll oluna biləcəyini və torpaq sahəsinə dair çıxarış ala biləcəyini dedi. 2019-cu ilin mart ayında ünvan 6 ünvanında yerləşən Reyestr Xidmətinin 1 saylı idarəsinin inzibati binasının yanında yerləşən çayxanada Musa ilə görüşərək, 20.000 manat məbləğində pulu Musaya verdi. Bir neçə gün sonra isə qalan 10.000 (on min) manat məbləğində pulu iki dəfəyə hər dəfə 5.000 (beş min) manat olmaqla Suraxanı rayonu Yeni Günəşli qəsəbəsində Altun Şadlıq sarayının yanında Xəzər market ilə üzbəüz çayxanada görüşərək Musaya verdi. Lakin bu işi də o həll edə bilmədi və o 30.000 manatı Musadan tələb etdi. Bundan başqa təxminən 2019-cu ilin mart ayında Musa ilə torpaqlara dair çıxarışların alınması ilə bağlı görüşlərin birində Şahid5 onun yanında olduğunu gördü. Onun Şahid5la əvvəllər heç bir münasibəti olmamışdır. Söhbət zamanı tanışı Emin Novruzovun istifadəsində olan Xətai rayonu, Ukrayna dairəsinin yuxarı hissəsində yerləşən 0.6 ha ölçüdə torpaq sahəsinə dair çıxarışların alınmasını Musaya bildirəndə Musa bu işlərin Şahid5 həll edə biləcəyini bildirdi. Şahid5 bu barədə deyəndə o, dövlət rüsumlarının və digər xərclərin ödənilməsi üçün 18.500 (on səkkiz yüz) manat məbləğində pul verəcəyi təqdirdə bu sənədləşmənin rəsmi şəkildə həll oluna biləcəyini dedi. İlkin olaraq sənədləşmə prosesinin başlanması üçün 2019-cu ilin mart ayında Elşən ondan Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində yerləşən Altun Şadlıq evinin yanında 2500 manat pul istədi və o həmin pulu Elşənə şəxsən Musanın yanında verdi. Bu hadisədən bir neçə gün sonra Elşənlə Reyestr Xidmətinin 1 saylı idarəsinin yanında görüşüb tanışı Şahid6 yanında 6.000 manat məbləğində pulu Elşənə verdi. Elşən qalan 10.000 manat məbləğində pulu istəyən zaman ona həmin pulları bir neçə günə verəcəyini söylədi. Elə də oldu, 2019-cu ilin mart ayının sonlarında qalan 10.000 manat məbləğində pulu Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində yerləşən Altun Şadlıq evinin yanında Elşənin idarə etdiyi “Mercedes-Benz” markalı E class modelli avtomaşının içində Musanın iştirakı ilə Elşənə 10.000 manat məbləğində pul verdi. Beləliklə, Ukrayna dairəsinin yuxarı hissəsində yerləşən 0.6 ha ölçüdə torpaq sahəsinə dair çıxarışların alınmasından ötrü şəxsən Elşənə ümumilikdə 18.500 manat məbləğində pul verdi. Həmin vaxt Elşən bildirdi ki, onun tanışının Badamdar qəsəbəsində 9 sot torpaq sahəsi var və o, həmin torpaq sahəsinə dair çıxarış almaq üçün 9000 manata ehtiyac vardır. Elşən bildirdi ki, həmin işə 9.000 manat verdiyi təqdirdə Badamdar qəsəbəsindəki 9 sot torpaq sahəsini rəsmiləşdirib satacaq və oradan əldə olunmuş 50.000 manat xeyirdən ona da pay verəcək. O Elşənlə razılaşıb ona 9000 manat məbləğində pulu 2019-cu ilin aprel ayında Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində yerləşən Altun Şadlıq evinin yanında Badamdar qəsəbəsində yerləşən torpağa dair çıxarışın alınması üçün verdi. Ümumilikdə o Elşənə 27.500 manat məbləğində pul vermişdir.Hal-hazırda Çingiz və Musa onun onlara verdiyi pulları geri qaytarmışdır və onun onlara qarşı heç bir tələbi və şikayəti yoxdur. Məhkəmə iclasında mülki idiaçı qismində dindirilmiş Şahid2 Rüsxət oğlu ifadəsində göstərmişdir ki, 2018-ci ilin oktyabr ayında sifariş əsasında Qaradağ rayonunda özünə məxsus texniki avadanlıqlar ilə qazıntı işləri həyata keçirirdi və iş gördüyü müddət ərzində “Meyvəli” ticarət mərkəzinin yaxınlığında yolun sağında boş torpaq sahəsi gördü və torpağı almaq məqsədi ilə həmin ərazinin yaxınlığında yerləşən əmlak alqı-satqısı ilə bağlı xidmətlər göstərən ofisə yaxınlaşdı, ofisdən torpağın sahibəsi ilə telefon vasitəsi ilə əlaqə saxlayıb torpağın sahibinə real alıcı olduğunu, yəni onunla danışmaq istədiyini və torpağı hansı məbləğə satacağını soruşdu. Təxminən 2018-ci ilin sonlarında torpağın sahibəsi Şahid7 Fərhada torpağı ümumilikdə 200.000 manata satacağını söylədi. O isə Z. Babayevadan torpağa dair hansı sənədlərin olması barədə maraqlandı, Şahid7 telefonda torpağa aid olan bütün sənədlərin Bakı şəhəri, Nərimanov rayonu, 1 saylı BTE ilə üzbəüz ofisə qoyduğunu söyləyib orada sənədləşmə işlərini aparan Çingiz adlı şəxsə yaxınlaşmağını və özünün də ora gələcəyini bildirdi. Bundan sonra Bakı şəhəri, Nərimanov rayonu, Arif Heydərov küçəsində yerləşən ofisə gəldi. Yolda olarkən qardaşı Rəşad Baratzadə və dostu X27 zəng edib Nərimanov rayonunda torpaq ilə bağlı ofisə getdiyini və onların qeyd olunan ünvana gəlmələrini xahiş etdi. Qeyd olunan ofisin qarşısında görüşüb birlikdə içəriyə daxil oldular. Çingiz adlı şəxs ilə görüşüb danışdıqdan sonra ondan torpağa aid hansı sənədlərin olması barədə maraqlandı. Çingiz qardaşı Baratzadə Rəşad, dostu Quliyev Kamal, birlikdə ofisə gələn Fərhadın adını bilmədiyi tanışının və Çingizin işçisi Musanın yanında torpağa dair sənədləri çıxararaq təqdim etdi. Çingiz sənədləri təqdim etdikdən sonra özünün hüquqşünas olmasını və təqdim etdiyi sənədlərdə hər hansı bir çatışmazlığın olmadığını söylədi və təqdim edilən sənədlər əsasında torpaq sahəsinin adına 21 gün ərzində özəlləşdirəcəyini bildirdi. O sənədlərə baxıb imzaları və möhürlərin olmasını görüb ona inandı. Bundan sonra Təqsirləndirilən şəxs1 öz mobil telefonu ilə mülkiyyətin sahibəsi Zenfira adlı qadın ilə əlaqə qurub onu ofisdə gözlədiyini bildirdi. Təxminən yarım saat keçdikdən sonra Şahid7 və tanışı Allahyar Abdullayev ofisə gəldilər. Şahid7 onunla tanış olub torpaq sahəsinin atasından qaldığını və həmin torpaq sahəsinin Azərbaycan X50 idarəsi tərəfindən atasına verildiyini və hal-hazırda özünə məxsus olduğunu bildirdi. Həmin torpaq sahəsi X50 idarəsinin nəzdində olsa da, onun ailəsinə ayrılmış və faktiki olaraq özünə məxsus olduğunu bildirdi. Bundan əlavə o bildirdi ki, qeyd olunan torpaq sahəsi xüsusi mülkiyyətə çevrilərək çıxarış alınmaqla adıma özəlləşdirilməlidir. Torpağa dair olan sənədləri Çingizə verdiyini söyləyib həmin torpaq sahəsini özəlləşdirmək üçün pul lazım olmasını bildirdi. Çingiz isə hamının yanında pul verilərsə, 21 gün müddətinə torpaq sahəsini adıma özəlləşdirəcəyini dedi. Bundan sonra o torpağın adına özəlləşdirilməklə hansı məbləğə satılacağını soruşduqda Şahid7 sənədləşmə işlərinin Çingiz tərəfindən həll olunacağını və mənim hər hansı bir yerə getmədən işlərimin həll olunacağını bildirdi. O, torpaq sahəsini ümumilikdə 200.000 manata adıma rəsmiləşdirməklə verəcəyini dedi. O həmin məbləğin həddən artıq çox olmasını bildirib qeyd olunan əraziyə ümumilikdə 150.000 manat verəcəyini söylədi. Danışığa görə çıxarışı aldıqdan sonra pulu tam şəkildə Şahid7 ödəyəcəkdi. Lakin Şahid7 hal-hazırda əlində pul olmadığını və torpağa dair çıxarışı almaq üçün sənədləşmə işlərini apara bilməyəcəyini dedi. Zenfira və Təqsirləndirilən şəxs1 təklif etdilər ki, ilkin olaraq 50.000 manat pulu torpağın adına sənədləşdirilməsi üçün onlara versin. Zenfira və Çingizin təklifi ilə razılaşıb qardaşı Baratzadə Rəşadı 50.000 manat pulu gətirmək üçün yaşadığı ünvana göndərdi. Qardaşı Rəşad 50.000 manat məbləğində pulu evdən götürüb gətirdi. Bundan sonra Bakı şəhəri, Nərimanov rayonu, Arif Heydərov küçəsində yerləşən Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı ərazi İdarəsinin qarşısında yerləşən Təqsirləndirilən şəxs1 işlədiyi ofisdə qeyd olunan şəxslərin yanında 50.000 manat məbləğində pulu Şahid7 verdi. O, həmin puldan 35.000 manatı Təqsirləndirilən şəxs1 sənədləşməyə, qalan 15.000 manat özünə götürdü. Bununla bağlı orada olan şəxslərin iştirakı ilə Təqsirləndirilən şəxs1 tərəfindən akt tərtib olundu. O pulu Zenfıraya verdikdən sonra Zenfıranın satdığı Qaradağ-Biləcəri mənzilinin 516km PK-9-10 yolun km istiqaməti ilə sağ tərəfdə dəmir yoluna məxsus 60.5 sot torpaq sahəsinin yanındakı, 38 sot torpaq sahəsinin də öz rəfiqəsinə məxsus olduğunu və həmin torpağı da ona təklif etdi. Həmin torpaq sahəsinin sənədlərini 4-5 gün ərzində təqdim edəcəyini bildirdi. Qeyd etdiyi 38 sot torpaq sahəsinin Salmanova Zərifə Qardaşxan qızına məxsus olduğunu, lakin Ağsu rayonunda olmasını əsaslandırıb hal-hazırda sənədləri təqdim edə bilməyəcəyini söylədi. O isə ümumilikdə bir qiymət danışmağı və hər iki torpaq sahəsini almaq istədiyini dedi. Şahid7 isə hər iki torpaq sahəsinin sənədləşdirilməsi birlikdə ümumilikdə 200.000 manata razı olacaqlarını söylədi. Bundan sonra o həmin torpaq sahəsinə baxıb onu almağı ilə bağlı cavab verəcəyini söylədi. Bundan sonra Şahid7 və Təqsirləndirilən şəxs1 ilə sağollaşıb qardaşı Rəşad, dostu Kamal ilə birlikdə Şahid7 torpaq sahəsinin yanındakı 38 sot torpaq sahəsinə baxmaq üçün Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Meyvəli” bazarın yaxınlığında əraziyə gəldilər. Həmin torpaq sahəsinə baxıb Şahid7 torpaq sahəsi ilə yanbayan olmasını görüb onu da almaq qərarına gəldi. Həmin günün axşamı Şahid7 zəng edib həmin torpaq sahəsini də almaq istədiyini və faktiki sahibi ilə görüşmək istədiyini söylədi. Şahid7 telefonda həmin torpaq sahəsinin sahibəsindən etibarnamə alacağını və alqı-satqını öz aralarında aparmağı təklif etdi. O razı olmadı və torpağın faktiki sahibini gətirməyini istəyəndə Zenfira həmin qadının Ağsu rayonunda olmasını və 3-4 gün müddətinə gələcəyini bildirdi. 29 oktyabr 2018-ci il tarixdə Şahid7 zəng edib həmin torpağın sahibəsinin Bakı şəhərində olduğunu və səhər Çingizin ofisində görüşməyini istəyib 50.000 manat məbləğində pul gətirməyini söylədi. O qeyd olunan şəkildə 30 oktyabr 2018-ci il tarixdə dostu Kamal, qardaşı Rəşad ilə birlikdə 40.000 manat məbləğində pul götürüb Çingizin ofisinə gəldi, Təqsirləndirilən şəxs1, Şahid7, almaq istədiyi torpağın faktiki sahibəsi Zərifə Salmanova ilə görüşdü. O Şahid7 təqdim etdiyi həmin torpağa dair sənədlərə baxıb torpağın Zərifə Salmanovaya ayrıldığını gördü. Bundan sonra 40.000 manat məbləğində pulu Zərifə Salmanovaya verdi. Zərifə pulu götürməyərək pulu saya bilmədiyini ona görə pulları Zenfiraya verməli olduğunu söylədi. Bundan başqa Zərifə Zenfira ilə eyni adam və hesabları da eyni olduğunu bildirdi. Bundan sonra pulu saymaq üçün Zərifə Salmanovanın yanında Zenfiraya təqdim etdi. Zenfira isə 40.000 manat məbləğində pulu götürüb 22.000 manatı adına özəlləşdirmək üçün Təqsirləndirilən şəxs1 verdi, 18.000 manatı isə özündə saxladı. Bundan sonra Təqsirləndirilən şəxs1 hər iki torpaq sahəsinin sənədləşdirilməsinin bir qədər çox müddət tələb etdiyini əsaslandırıb növbəti ilin yəni 2019-cu ilin yanvar ayının 15-dək bütün işlərin tam həllini tapacağını bildirdi. O da onlarla razılaşdı. Pulu ödəməyi ilə əlaqədar yenidən orada olan şəxslərin iştirakı ilə Təqsirləndirilən şəxs1 tərəfindən akt tərtib olundu. Bundan sonra onlarla sağollaşaraq ofisdən çıxdı. Təxminən 20 gün keçdikdən sonra Təqsirləndirilən şəxs1 ona bir sənəd təqdim etdi və bildirdi ki, işlər düzəlir və həmin sənəd torpağa dair olan sənədlərin əmlak idarəsindən götürülməsini təsdiq edir. O da həmin sənədi götürüb özündə saxladı. 2019-cu ilin fevral ayında Şahid7 ona zəng edərək, nəvəsi üçün toy etdiyini və təcili olaraq ona 10.000 manat məbləğində pul verməyini istədi. O da Zenfiraya həmin günü Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, “Aygün City” ticarət mərkəzində görüşüb 10.000 manat məbləğində pul verdi. Bundan 3-4 gün keçdikdən sonra Şahid7 yenidən zəng edib 4.000 manat pul istədi. O da 4.000 manat məbləğində pulu Bakı şəhəri Nərimanov rayonu, “N.Nərimanov” adına istirahət parkının yanında görüşüb Zenfiraya verdi. Beləliklə ümumilikdə 104.000 manat məbləğində pulu Şahid7, Təqsirləndirilən şəxs1 və Salmanova Zərifəyə qeyd olunan torpaq sahəsini almaq üçün vermişdir. Lakin müəyyən müddət keçdikdən sonra təqdim edilən sənədləri əmlak idarəsində yoxladan zaman saxta olmalarını bildi. O bundan sonra dəfələrlə onlarla əlaqə saxlasa da, müxtəlif bəhanələr gətirib onunla görüşməkdən yayındılar. Sonradan məlum oldu ki, Təqsirləndirilən şəxs1 digər şəxsləri də bu üsul ilə aldadıb və barəsində cinayət işi başlanılaraq həbs qətimkan tədbiri seçilib. Ona dəymiş ziyanın 57000 min manatın Çinqizdən alınıb ona qaytarılması barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, 2006-cı ildə Laçın rayonundan məcburi köçkün olan Rahil adlı şəxsdən Yasamal rayonu Yeni Yasamal qəsəbəsi Xiyabani küçəsində yerləşən qeyri-qanuni zəbt etdiyi 4 sot torpaq sahəsini qardaşı X18 adına bələdiyyə sənədi əsasında pul müqabilində almış, yalnız o vaxtdan torpağı istifadə etməmişdir. Rahil adlı şəxsə həmin sahə üçün nə qədər pul verdiyi yadında deyil. Həmin ərazi Bələdiyyə torpaqlarının ərazisinə aid olduğundan torpaq sahəsini aldıqdan sonra alqı-satqı müqaviləsi bağlamaq üçün Yasamal rayon Bələdiyyəsinə müraciət etmişdi. Yasamal rayon Bələdiyyəsi ilə alqı-satqı müqaviləsi bağladıqdan sonra Bələdiyyə tərəfindən Yasamal rayonu, Yeni Yasamal 1 ünvanında yerləşən 4 sot torpaq sahəsinin ona satılması barədə qərar qəbul edilmişdir. Həmin torpaq sahəsini almaqda məqsədi özü və ailəsi üçün fərdi yaşayış evi tikmək olmuşdur. Lakin maddi vəziyyəti ilə bağlı uzun müddət orada tikinti işləri apara bilmədi. 2018-ci ilin oktyabr ayında aldığı torpaq sahəsində tikinti işləri aparmaq və bunun üçün əvvəlcədən torpaq sahəsini özəlləşdirmək və mülkiyyət hüquq almaq qərarına gəldi. Həmin ilin oktyabr aylarında tanışı olan eyni ərazidə Yasamalda yaşayan makler kimi tanıdığı Elnur Fərzəliyevə bu barədə bildirdi. Elnur da öz tanışı makler olan Musa adlı şəxs vasitəsi ilə onu Təqsirləndirilən şəxs1 ilə tanış etdi və özünündə torpaq sahəsinə Çingizin köməklik etdiyini bildirdi. Təqsirləndirilən şəxs1la Nərimanov rayonu Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı ərazi idarəsinin yanında Təqsirləndirilən şəxs1 məxsus hüquq məsləhətxanasında söhbət etdikdən sonra o, Bələdiyyə sənədləri əsasında istifadəsində olan torpaq sahəsinə mülkiyyət hüququ verilməsində köməklik edəcəyini bildirərək bunun müqabilində 17.000 manat pul tələb etdi. Çingiz sənədlərə baxaraq torpaq sahəsinə dair çıxarış ala biləcəyini, lakin bununla bağlı digər sənədlərin toplanmasını və müsbət halda adını çəkmədiyi vəzifəli şəxsə müəyyən pul məbləği qarşılığında çıxarış ala biləcəyini dedi, torpağa dair bələdiyyə sənədinin surətini Çingizə təqdim etdi, Çingiz yaxın vaxtlarda işin həll olunma tarixi və pul məbləğini deyəcəyini bildirdi. Təqsirləndirilən şəxs1la ortaq tanışı,yəni Elnurun tanışı olduğundan və Dövlət Əmlak Komitəsinin yanında Reyestr Xidmətinə yaxın ərazisində Çingizin hüquq məsləhətxanası olduğundan ona inanaraq razılaşdı. Bundan sonra 2018-ci ilin oktyabr ayının axırları yoldaşının adına Nikoil bankdan 10.000 ABŞ dolları yəni 17.000 manat depozitdən götürüb sənədlərlə birlikdə Elnur və Musa adlı şəxslərin iştirakı ilə Çingizin ofisində ona verdi. Çingiz 60 iş günü ərzində torpaq sahəsini özəlləşdirəcəyini və torpaq sahəsinə dair mülkiyyət hüququ veriləcəyini bildirdi. Lakin bir neçə ay keçməsinə baxmayaraq Çingiz hər dəfə müxtəlif bəhanələr gətirərək, qısa zamanda sənədləri düzəldəcəyini bildirdi, o isə bir neçə ay, 2019-cu ilin aprel ayına kimi gözlədi. 2019-cu ilin aprel ayında Çingiz barəsində dələduzluq maddəsi ilə Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanılması barədə xəbər tutdu və idarəyə dəvət olundu. Musa ondan xahiş etdi ki, şikayət etməsin, etsə Çingizin vəziyyəti ağırlaşacaq və bildirdi ki, 1 may 2019-cu il tarixədək pulu qaytarılacaqdır. Bundan sonra Musa pulun qaytarılmasına köməklik edəcəyinə inandırdığından Baş prokurorluğa müraciət etmədi, lakin bir neçə ay keçməsinə baxmayaraq Çingiz pulu qaytarmadığından yenidən bu barədə müraciət etdi. 2 ay əvvəl, artıq Çingizin barəsində cinayət işi açıldıqdan sonra Musa 4.000 manat məbləğində qaytardı, lakin pulun qalan hissəsini geri qaytarmayıblar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o 2011-2015-ci illərdə qeyri-rəsmi olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı ərazi idarəsinin yaxınlığında yerləşən ofisdə işləyirdi. Fəaliyyəti vətəndaşlardan torpaq sahələrinə və digər daşınmaz əmlaklara dair çıxarış almaları üçün qeyri-rəsmi formada tələb olunan pul vəsaitlərini toplayaraq birbaşa olaraq idarənin rəisi Şəmsi Şahvələdov və Azərbaycan Respublikası Əmlak Komitəsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin işçisi Nazim adlı şəxsə vermək olmuşdur. Fizuli ilə 2016-cı ildə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı ərazi idarəsinin yaxınlığında yerləşən çayxanaların birində tanış olmuşdur. Fizuli hər zaman torpaq sahələrinə dair sənədləri Təqsirləndirilən şəxs1 gətirirdi. Borc pul ehtiyacı olanda adətən Fizuliyə müraciət edirdi. Övladı ürək xəstəsi idi və onun müalicəsi üçün pul lazım olduğuna görə 2019-cu ilin mart aylarında Fizuliyə müraciət edib ondan borc istədi. 2019-cu ilin müxtəlif vaxtlarında, müxtəlif məbləğlərdə ondan ümümilikdə faizə 27.000 manat məbləğində borc pul aldı. Həmin borcun hal-hazırda 14.000 manatını ödəyib. Çingizlə torpaq alqı-satqısı üzrə əməkdaşlıq etməmiş, Şahid3 tanımır və ondan 18.000 manat pul almamış, Musa ilə birlikdə kimsədən pul almamış və hər hansı şəxsə saxta sənəd təqdim etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, atası X5 Dəmir Yolu idarəsində maşinist vəzifəsində işləmişdir. Valideyini həmin idarədə uzun müddətlik iş stajı olduğu üçün qeyd olunan idarə tərəfindən ona Qaradağ-Biləcəri mənzilinin 516 km PK-9-10 yolun km istiqaməti ilə sağ tərəfdə dəmir yoluna məxsus 60,5 sot torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsinə aid olan sənədlər əvvəldən adına rəsmiləşdirilmişdir. Həmin torpaq sahəsinin çıxarışı olmasa da, Dəmir Yolu idarəsi tərəfindən verilmiş sənədlərdə onun üçün ayrılması nəzərdə tutulmuşdur. Həmin torpaq sahəsi qeyd olunan tarixdən ona məxsus olsa da, orada hər hansı bir tikinti işləri və digər təyinatlar üçün istifadə edilməmişdir. 2018-ci il tarixdə pul lazım olduğu üçün həmin torpaq sahəsini satmaq qərarına gəldi. Bunun üçün ilk növbədə torpaq sahəsini öz adına özəlləşdirməklə çıxarış əldə etmək üçün bir neçə şəxsdən maraqlandı. Tanıdığı hüquqşünaslardan bu barədə maraqlanan zaman ona həmin torpaq sahəsinə aid olan sənədlərin surətlərini təqdim etməyini bildirdilər. Bunun üçün o 2018-ci ilin iyul ayında torpaq sahəsinə aid olan sənədləri götürüb Bakı şəhəri, Yasamal rayonunda fəaliyyət göstərən 19 saylı notariat kontorunun yaxınlığında yerləşən tərcümə mərkəzinə sənədlərin surətlərini çıxaran zaman orada işləyən Təranə adlı qadınla söhbət əsnasında torpağını özəlləşdirmək üçün həmin sənədləri məhkəməyə təqdim edəcəyini bildirdi. Həmin qadın isə mənə həyat yoldaşı Çingiz adlı şəxsin Daşınmaz Əmlakın Dövlət Reystr Xidmətində (BTEl)də işlədiyini və özəlləşdirmə işlərini, yəni əmlaka dair çıxarışı ala biləcəyini söylədi. Bundan sonra o Çingizin mobil telefon nömrəsini götürüb Təranənin yanında onunla əlaqə saxladı. Çingiz isə işlədiyi Bakı şəhəri, Nərimanov rayonu, Arif Heydərov küçəsində yerləşən Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti idarəsinin yanındakı ofisdə olduğunu dedi, söhbətdən 2 gün keçdikdən sonra tanışı Allahyar ilə birlikdə Çingizin işlədiyi ofisə getdi, orada Çingizlə görüşüb özəlləşdirmək istədiyi X50 idarəsi tərəfindən ayrılmış torpaq sahəsinə aid olan sənədləri ona təqdim etdi. O Çingizə torpaq sahəsini öz adına özəlləşdirməklə çıxarış almaq istədiyini bildirdi. Çingiz isə ona köməklik edə biləcəyini bildirdi. Çingiz ona həmin idarə ilə danışdıqdan sonra nə lazım olacaqsa, deyəcəyini bildirib torpaq sahəsinə aid olan sənədlərin bir nüsxəsinin onda qalmasını istədi. O da Çingizin təklifi ilə razılaşıb sənədləri Çingizin ofisində qoyaraq sağollaşdı. Səhərisi gün Çingiz ilə əlaqə saxlayan zaman Çingiz bildirdi ki, 2 ay ərzində qeyd olunan sənədin düzəlibdüzəlməməsi barədə ona məlumat verəcək. 2 ay keçdikdən sonra o Çingizin işlədiyi ofisə gəlib sənəd barədə maraqlanda, Çingiz idarə ilə danışdığını, təqdim etdiyi sənədlər əsasında çıxarış ala biləcəyini, lakin 10.000 manat məbləğində pul verməli olduğunu söylədi. O isə həmin məbləğdə pulun olmadığını və təqaüd aldığını, təqaüd kartı əsasında bankdan kredit götürə biləcəyini söylədi. Bundan sonra Beynəlxalq banka kredit verilməsi ilə bağlı müraciət etsə də, ona həmin məbləğdə pulun kredit verilməsinin mümkün olmadığını bildirdilər. Artıq başqa yerdən pul tapa bilmədiyi üçün Çingizin ofisinə tanışı Allahyar ilə gedib sənədlərini geri verməsini və pul tapa bilmədiyini söylədim. Çingiz isə sənədlərin onda qalmasını və obyektə görə tez-tez onun ofisinə müraciət edildiyini söylədi. Çingiz ona torpağı kiməsə satmağını və sənədləşmənin alan şəxs tərəfindən aparılacağını bildirdi. O da də elə bir alıcı olarsa onunla razılığa gələ biləcəyini dedi. 2018-ci ilin oktyabr ayında Təqsirləndirilən şəxs1 mobil telefonuna yığaraq torpaq üçün alıcı tapdığını və onun ofisinə gəlməyini istədi. 24 oktyabr 2018-ci il tarixdə axşam saatlarında tanışı Allahyar ilə birlikdə Təqsirləndirilən şəxs1 işlədiyi ofisə gəldi. Ofisin içərisinə girdikdən sonra Çingiz ona masada əyləşən iki nəfər şəxsi təqdim edərək, torpaq sahəsini almaq istəyən şəxslər olduğunu bildirdi. Şahid2 həmin torpaq sahəsini özü üçün almaq istədiyini və torpağın qiyməti barədə ondan maraqlananda, torpaq sahəsini 250.000 manata satdığını, halhazırda çıxarışın olmadığını və sənədləşmə işlərinin Çingiz tərəfindən aparılacağını bildirdi. Şahid2 isə torpağın həddindən artıq baha qiymətə satdığını və ümumilikdə sənədləşmə işləri aparılaraq 150.000 manata almaq istədiyini bildirənda o da razılaşdı və səhəri gün yəni 25 oktyabr 2018-ci il tarixdə yenidən Çingizin ofisində görüşməyi təklif etdi. 25 oktyabr 2018-ci il tarixdə günorta saatlarında o tanışı Allahyar ilə yenidən Çingizin ofisinə getdilər. X41, Məqsədin qardaşı Rəşad və Çingizin yanında 40.000 manat məbləğində pul verdi və həmin puldan 35.000 manatı Çingiz sənədləşmə işləri üçün, 5.000 manatı isə özünə götürdü. Elə həmin tarixdə Təqsirləndirilən şəxs1 tərəfindən pulun verilməsinə dair, yəni 50.000 manat məbləğində akt iştirakçılar tərəfindən imzalansa da, real olaraq 40.000 manat məbləğində pul verilmişdi. Ona aid olan torpaq sahəsinin yan tərəfində tanışı Zərifə Salmanovaya məxsus 38 sot torpaq sahəsinin sənədini də Təqsirləndirilən şəxs1 təqdim etdi. Çingiz həmin torpaq sahəsini də sənədləşdirmək üçün sənədləri özündə saxladı. O Şahid2 həmin torpaq sahəsini də təklif etdi, Məqsəd də Çingiz və ona 40.000 manat məbləğində pul ödədikdən sonra həmin torpaq sahəsini də almaq istədiyini bildirdi. Belə ki, o torpağın sahibəsi Zərifə Salmanova ilə görüşmək istədiyini söylədi. O Zərifə ilə danışdı və birlikdə yenidən Çingizin ofisində görüşdülər. Onlar danışıb qarşılıqlı razılığa gəldilər. Bundan sonra isə Zərifə Ağsu rayonunda qaldığı üçün hər dəfə proseslərdə iştirak edə bilmədiyindən ona etibarnamə verdi. 30 oktyabr 2018-ci il tarixdə Şahid2 yenidən Çingizin ofisində 40.000 manat məbləğində pul ödədi. Həmin pul Zərifənin torpağına dair olan alqısatqıya görə idi. 40.000 manat məbləğində puldan 22.000 manatı Təqsirləndirilən şəxs1 çıxarış alınması üçün, 18.000 manatı isə Zərifəyə çatdı. Bundan sonra isə o xəstələndiyi üçün Şahid2 ilə əlaqə saxlayıb 2018-ci ilin noyabr ayında Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində Məqsəd ilə görüşüb 10.000 manat məbləğində pul aldı. Hər dəfə Şahid2 pul alan zaman ondan həmin pulu ümumilikdə nəzərdə tutulmuş 150.000 manatdan çıxmağını söyləyirdi. 2018-ci ilin dekabr ayının 25-i tarixində nəvəsinin toy mərasimi ilə əlaqədar olaraq Şahid2 yenidən Bakı şəhəri, Yasamal rayonu “İnşaatçılar” metrostansiyasının yaxınlığında 10.000 manat məbləğində pul aldı. Sonuncu 1.000 manat məbləğində pulu isə 2019-cu ilin yanvar ayında aldı. Şahid2 qeyd olunan torpaq sahəsinə görə 57.000 manat məbləğində pulu Təqsirləndirilən şəxs1, 44.000 manat məbləğində pulu isə o almışdır. Almış olduğu 44.000 manat məbləğində pulun 5.000 manatını Məqsədə qaytarmışdır. O heç bir saxta sənədi Şahid2 təqdim etməmiş, sənədləri qanuni idi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, onun Suraxanı rayonu Günəşli qəsəbəsi “AB” 137 və 139 saylı binaların qarşısında üzərində yarımtikili olan torpaq sahəsi var idi, həmin torpaq sahəsini sənədləşdirmək və çıxarış almaq istəyirdi. Bu barədə tanışları Təqsirləndirilən şəxs2 və Şahid5 danışdı. Təxminən 2019-cu ilin fevral mart aylarında Musa və Elşən hər ikisi ona Əmlak Komitəsində və Reyestr Xidmətində işləyən tanışlarının olduğunu, onlarla çox yaxın əlaqələrinin olduğunu qeyri-rəsmi olaraq sənədləşdirmə işində onlara icazə olduqlarını bildirdilər. Musa Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsinin rəisi X25 qohumu olduğunu da demişdi. Dediyinə görə Elşən ilə Şəmsi Şahvələdovun yaxın münasibətləri var idi və torpaq sahəsinin sənədləşməsində Elşən mənə köməklik edə bilərdi. Günəşli qəsəbəsində yerləşən 5 qardaş kafesində Musa və Elşənə torpağa çıxarış alınmasından ötrü 18.000 manat məbləğində pul verdi. Bir neçə gün sonra onlar torpaq sahəsinə dair Azərbaycan Respublikasının Dövlət Tikinti və Arxitektura Komitəsinin Baş X10, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrıı idarəsi tərəfindən verilmiş 10 avqust 2004-cü il tarixli, 537 saylı qeydiyyat vəsiqəsini təqdim etdilər. Mən çıxarış almaq istədiyini dedi, Elşən də bir həftə sonra həmin qeydiyyat vəsiqəsi ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsinə yaxınlaşıb çıxarış ala biləcəyimi dedi. Təxminən 10-15 gün sonra dayısı Fizuli həmin qeydiyyat vəsiqəsi ilə qeyd olunan idarəyə qeyri rəsmi müraciət etdi, ancaq ona həmin qeydiyyat vəsiqəsinin saxta olduğunu bildirdilər. Musa və Elşənə məsələni bildirdi, onlar da aldıqları pulu geri qaytaracaqlarını dedilər. Ancaq yalnız hüquq-mühafizə orqanlarına müraciət etdikdən sonra Musa 18.000 (on səkkiz min) manat məbləğində pulu geri qaytardı, dəymiş ziyan tamamilə ödənilib. Heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, o təqsirləndirilən şəxslərdən yalnız Təqsirləndirilən şəxs2 tanıyır. Təqsirləndirilən şəxs2 yaxın dostu Şahid1 yanında bir neçə dəfə görmüşdür, birlikdə oturub çörək yeyiblər. Onların münasibətinin hansı səviyyədə olmasından xəbərdar deyil. Şahid1 Təqsirləndirilən şəxs2 hər hansı məbləğdə pul verməsinin şahidi olmamış. Ancaq bir neçə dəfə onlarla birlikdə oturub çörək yediyi üçün aralarında hansısa səbəbdən pul məsələsi olduğunu bilirdi. Lakin pulun məbləği barədə heç bir məlumatı yoxdur, o sadəcə olaraq X36 İsmayılov arasında pul məsələsi olduğundan xəbərdar olmuşdur. Təqsirləndirilən şəxs1 törətdiyi cinayətin tövsifi məsələsinə gəldikdə, məhkəmə iş üzrə sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 178.3.2, 178.3.2, 32.4, 312.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli olması sübüta yetirilir və onun törətmiş olduğu cinayət əməlləri istintaq orqanı tərəfindən düzgün olaraq qeyd olunan maddələr ilə tövsif edilmişdir. Eyni zamanda ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması sübüta yetirilir və onun törətmiş olduğu cinayət əməlləri istintaq orqanı tərəfindən düzgün olaraq qeyd olunan maddə ilə tövsif edilmişdir. Lakin ona irəli sülmüş ittihamdan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə olan rəqəm ifadəsini əks etdirən hissəsi çıxarılmalıdır. Təqsirləndirilən şəxs2 törətdiyi cinayətin tövsifi məsələsinə gəldikdə, məhkəmə iş üzrə sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 178.3.2, 32.4, 312.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli olması sübüta yetirilir və onun törətmiş olduğu cinayət əməlləri istintaq orqanı tərəfindən düzgün olaraq qeyd olunan maddələr ilə tövsif edilmişdir.Eyni zamanda ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması sübüta yetirilir və onun törətmiş olduğu cinayət əməlləri istintaq orqanı tərəfindən düzgün olaraq qeyd olunan maddə ilə tövsif edilmişdir. Lakin ona irəli sülmüş ittihamdan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4 və 320.2-ci maddələri ilə olan rəqəm ifadəsini əks etdirən hissəsi çıxarılmalıdır. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 320.1 və 320.2-ci maddələri ilə, Təqsirləndirilən şəxs2 isə Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.2. 178.2.4, 29,178.3.2, 320.1 və 320.2-ci maddələri ilə elan olunmuş ittihama əsasən, onlar qabaqcadan əlbir olmuş bir qrup şəxs halında hüquq verən rəsmi sənədləri qanunsuz olaraq təkrarən hazırlayıb, bilə-bilə saxta sənədlərdən təkrarən istifadə etmiş, Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirib xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq yolu ilə ələ keçirməyə cəhd etmişdir. Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsində dələduzluğun anlayışı etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etməsi kimi verilmişdir. Həmin Məcəllənin 178.2-ci maddəsində eyni əməllərin aşağıdakı tövsifedici tərkib əlamətləri nəzərdə tutulur: 1.qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi; 2.təkrar törədilməsi; 3.şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədilməsi;4.xeyli miqdarda ziyan vurmaqla törədilməsi. Azərbaycan Respublikası CM-in 178.3-cü maddəsi bu Məcəllənin 178.1 və ya 178.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin mütəşəkkil dəstə tərəfindən törədilməsi və külli miqdarda ziyan vurmaqla törədilməsini ehtiva edir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli, 7 №-li qərarının 31-ci bəndinə əsasən şəxs hər dəfə müstəqil yaranmış niyyətlə həm ayrı-ayrı şəxslərə, həm də eyni şəxsə qarşı bir neçə dələduzluq cinayəti törətdikdə, ələ keçirilmiş əmlakın dəyərinin toplanmasına yol verilmir və bu əməllər hər bir epizod üzrə ələ keçirilmiş əmlakın məbləğindən asılı olaraq müstəqil qiymətləndirilməlidir. Dələduzluğun təkrarən törədilməsi nəticəsində zərər çəkmiş şəxslərə həm xeyli, həm də külli miqdarda ziyan vurulduqda hökmdə törədilmiş cinayətlər ayrı-ayrılıqda təsvir edilməklə təqsirkarın əməli cinayət qanununun daha ağır məsuliyyət nəzərdə tutan norması ilə tövsif edilir. Həmin Plenum qərarının 33-cü bəndinə əsasən şəxsin niyyəti xeyli və ya külli miqdarda əmlakın ələ keçirilməsinə yönəldikdə, lakin iradəsindən asılı olmayaraq o, həmin miqdarda əmlakı əldə edə bilmədikdə onun əməli ələ keçirilmiş əmlakın dəyərindən asılı olmayaraq işin hallarına görə xeyli və ya külli miqdarda ziyan vurmaqla dələduzluğa cəhd etmə kimi qiymətləndirilir. Bununla belə xeyli və ya külli miqdarda əmlakı ələ keçirmək niyyətində olan şəxs istədiyi miqdarda yox, bundan az, lakin yenə də xeyli və ya külli miqdar təşkil edən əmlakı ələ keçirdikdə təqsirkarın əməli başa çatmış cinayət kimi CM-in 178.2.4cü və ya 178.3.2-ci maddəsi ilə tövsif edilir. Eyni zamanda Azərbaycan Respublikası CM-nin 320.1-ci maddəsi hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satmanı ehtiva edir. Həmin Məcəllənin 320.2-ci maddəsində CM-in 320.1-ci maddəsində göstərilmiş biləbilə saxta sənədlərdən istifadə etmə nəzərdə tutulmuşdur. Beləliklə, qanunun yuxarıda şərh olunan normalarının mənasına görə, Azərbaycan Respublikası CM-in 320.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin subyekti rəsmi sənədləri özü saxtalaşdırmayan, digər şəxslər tərəfindən saxtalaşdırılan rəsmi sənədlərdən onların saxta olduğunu bilə-bilə istifadə edən şəxslər ola bilər. Rəsmi sənədi saxtalaşdırmış şəxs gələcəkdə ondan istifadə edərsə, onun əməli yalnız Azərbaycan Respublikası CM-in 320.1-ci maddəsi ilə tövsif edilməlidir. Qeyd edilən epizodlar üzrə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 verilmiş itihamın məzmunundan göründüyü kimi, onlar özləri qanunsuz olaraq hüquq verən sənədləri təkrarən hazırlayıb, onlardan təkrarən istifadə etmişlər. Göstərilənlərə əsasən, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə törətdiyi cinayət əməlləri Azərbaycan Respublikası CM-in 29,178.3.2-ci maddəsinin dispozisiyası ilə, onunla Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 320.2-ci maddəsi ilə törətdikləri cinayət əməli isə Azərbaycan Respublikası CM-in 320.1-ci maddəsi ilə tam əhatə olunduğundan, əməlləri həmin maddələr ilə tövsif edilməli və Təqsirləndirilən şəxs2 elan olunmuş ittihamdan Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.2, 178.2.4 və 320.2-ci maddələri ilə, Təqsirləndirilən şəxs1 elan olunmuş ittihamdan CM-in 320.2-ci maddəsi ilə olan rəqəm ifadəsini əks etdirən hissəsi çıxarılmalıdır. Məhkəmə eyni zamnda hesab edir ki, təqsirləndirilən şəxslərin hər biri barəsində təqsirli bilindikləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə onlara həmin maddə üzrə cəza təyin edilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Təqsirləndirilən şəxslərin təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1–ci maddə böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsində göstərilir ki, “böyük ictimai təhlükə törətməyən” cinayətin törədildiyi gündən iki il keçdikdə, şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Bu Məcəllənin 75.2 və 75.3-cü maddələrinin tələblərinə əsasən, müddətlər cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır və cinayət törətmiş şəxs istintaq orqanından və ya məhkəmədən gizlənərsə müddətin axımı dayanır. Bu halda müddətin axımı, həmin şəxs tutulduğu və ya könüllü gəlib təqsirini boynuna aldığı vaxtdan bərpa olunur. Göründüyü kimi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddələsinə əsasən, “böyük ictimai təhlükə törətməyən” cinayət əməlinə görə nəzərdə tutulmuş iki illik müddət başa çatmışdır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə prosesində onlara elan olunmuş ittiham üzrə özlərini rüşvət verməkdə təhrik etməmələrində və saxta sənədlərin hazırlama və istifadə etmədikləri barədə verdikləri ifadələrinə tənqidi yanaşaraq, onların təqsirli olmaları iş materiallarında olan sübutlarla öz təsdiqini tapdığından, ifadələrini inandırıcı saymır və onların ifadələrini özlərini müdafiə edilməsi kimi qiymətləndirir. Cinayət işində olan məhkəmə xətşünaslıq ekspertizasının 19 oktyabr 2020-ci il tarixli 4/854 nömrəli rəyi ilə müəyyən edilir ki, Bakı şəhəri, Suraxanı rayonu, Günəşli qəsəbəsi “AB” 137 və 139 saylı binanın qarşısında yerləşən 188,30 m2 qeyri yaşayış sahəsinin Şahid3 adına mülkiyyət hüququ əsasında qeydiyyat keçməsinə dair Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X8, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı idarəsinin 10 avqust 2004-cü il tarixli 537 saylı qeydiyyat vəsiqəsidə “Rəis” və “Qeydəalma üçün məsul şəxs” qrafalarındakı imzaların- Şahid5 tərəfindən, Təqsirləndirilən şəxs2 tərfindən və ya başqa şəxs(şəxslər) tərəfindən icra olunub-olunmamasını tədqiqat prosesinin təsviri hissəsində göstərilən səbəblərə görə müəyyən etmək mümkün olmamışdır. Əksləri Bakı şəhəri, Suraxanı rayonu, Günəşli qəsəbəsi “AB” YM də 0,30 ha ölçüdə torpaq sahəsinin X29 adına mülkiyyət hüququ əsasında qeydiyyat keçməsinə dair 29.03.2018-ci il tarixli RX ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın kserosurətində “Ərazi idarəsinin rəisi”, “Qeydiyyat icraçısı” qrafasında olan imzaların; X29 adına tərtib olunmuş “A№ 227876 saylı “Torpaq sahəsinin planı və ölçüsünün” kserosurətində “T.Həsənov” və “M.Hüseynov” soyadlarının qarşısında olan imzaların - Təqsirləndirilən şəxs2 tərəfindən və ya başqa şəxs (şəxslər) tərəfindən icra olunub-olunmaması tədqiqat prosesinin təsviri hissəsində göstərilən səbəblərə görə müəyyən etmək mümkün olmamışdır. Ekspertizaya təqdim edilmiş, Torpağın mülkiyyətə verilməsinə dair JN-10646H, Kod00500026 nömrəli şəhadətnamədə “N.Məlikov. və “F.Cəfərov” soyadlarının qarşısında imzaların - Təqsirləndirilən şəxs1 tərəfindən və ya başqa şəxs (şəxslər) tərəfindən icra olunub-olunmaması tədqiqat prosesinin təsviri hissəsində göstərilən səbəblərə görə müəyyən etmək mümkün olmamışdır. Cinayət işində olan sənədlərin məhkəmə-texniki ekspertizasının 18 noyabr 2020-ci il tarixli 5/760 nömrəli rəyi ilə müəyyən edilir ki, 10 avqust 2004-cü il tarixli 537 saylı qeydiyyat vəsiqəsindəki və Torpağın mülkiyyətə verilməsinə dair JN-10646H, Kod 00500026 nömrəli şəhadətnamədəki möhür əksləri axınlı çap üsulu ilə çap qurğusunda (printer, surətçıxaran qurğu) hazırlanmışdır. Təqdim edilmiş 29.03.2018-ci il tarixli RX1480932 nömrəli Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın kserosurətindəki və 29.03.2018-ci il tarixli A№227876 saylı Torpaq sahəsinin planı və ölçüsünün kserosurətindəki möhür əksi kserosurət olub surətçıxaran aparat vasitəsilə çıxarılmışdır. Cinayət işində olan sənədlərin məhkəmə-texniki ekspertizasının 11 yanvar 2021-ci il tarixli 5/957 nömrəli rəyi ilə müəyyən edilir ki, tədqiqata təqdim edilmiş 116/94 nömrəli 20.X.1992-Cİ il tarixli məktubdakı, Azərbaycan Dəmiryolu Qaradağ-Heybət mənzilinin 516km PK-9, PK-10m. torpaq zolağının sxematik planındakı, 64/170 nömrəli 8.X.1993-CÜ il tarixli Azərbaycan Dövlət Dəmir X23 Birliyinin rəisinin məktubundakı və Azərbaycan Dəmir Yolu Qaradağ-Biləcəri mənzilinin 517km. Torpaq zolağının sxematik planındakı möhür əksləri relyef klişedən sənədin üzərinə birbaşa vurulmuşdurlar. Təqdim edilmiş 179 nömrəli 10.06.2003-cü il tarixli Həmkarlar Komitəsinin ümumi protokolundan çıxarışdakı, 26.X.2003- CÜ il tarixli 245/168 nömrəli Azərbaycan X50 X32 birliyinin məktubundakı, 268 nömrəli 08.05.2003-cü il tarixli ümumi sərəncamından çıxarışdakı, 247 nömrəli 19.06.2003-cü il tarixli Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı Ərazi İdarəsinə X50ndan məktubdakı, 124/110 nömrəli 8.X.2002-Cİ il tarixli Azərbaycan Dövlət Dəmir X42 İstehsalat Birliyinin məktubundakı, 207 nömrəli 12.03.2003cü il tarixli Azərbaycan X50nun məktubundakı, 189 nömrəli 08.02.2003-cü il tarixli Azərbaycan X50 İdarəsinin ümumi sərəncamdan çıxarışdakı və 156 nömrəli 14.09.2002-ci il tarixli Həmkarlar Komitəsinin ümumi protokolundan çıxarışdakı möhür əksinin təsvirləri elektrofotoqrafik çap üsulu ilə (surətçıxaran, lazer printer) hazırlanmışdır. Cinayət işində olan 16 iyun 2020-ci il tarixli, **********10 nömrəli İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin məktubundan müəyyən olunur ki, Şahid3 və X29 adına qeydiyyat aparılması ilə bağlı məlumat aşkar edilməmişdir. Cinayət işində olan 18 iyun 2020-ci il tarixli **********60 nömrəli İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin məktubundan müəyyən olunur ki, Bakı şəhəri Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən 0,1 ha torpaq sahəsinə dair X21 adına JN - 10646H Kod00500026-saylı 03.02.2004-cü il tarixli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”-nin tərtib edilməsi ilə bağlı Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin arxiv materiallarında məlumat aşkar edilməmişdir. Bakı şəhəri Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən 0.02ha torpaq sahəsinə dair X19 adına JN-10646H Kod00500026 saylı 03.02.2004-cü il tarixli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə tərtib edilmişdir. Həmin şəhadətnamə əsasında Əliyeva(İbadova) Südabə Zöhrab qızının adına Dövlət Reyestrindən çıxarış verilmişdir. Cinayət işində olan 11 yanvar 2021-ci il tarixli 03/19 nömrəli Azərbaycan Respublikası Azərbaycan X2 İttifaqı Respublikası Komitəsindən daxil olmuş məktubundan müəyyən olunur ki, Azərbaycan Dəmir Yollar QSC tərəfindən Şahid7, X14 və X22 hər hansı torpaq sahəsinin ayrılıb-ayrılmaması barədə məlumat aşkar edilməmişdir. Həmkarlar İttifaqı Komitəsi tərəfindən isə yuxarıda göstərilən vətəndaşlara torpaq sahəsi verilməmişdir. Belə ki, vətəndaşlara torpaq sahəsinin ayrılması və istifadəsinə verilməsi Azərbaycan X2 İttifaqı Respublikası Komitəsinin səlahiyyətində heç bir vaxt olmamış və məktuba əlavə edilmiş sənədlər Azərbaycan X2 İttifaqı Respublikası Komitəsinin tərəfindən hazırlanmamışdır. Cinayət işində olan 11 yanvar 2021-ci il tarixli id-05/1 nömrəli Azərbaycan Respublikası Azərbaycan Dəmir Yolları QSC-dən daxil olmuş məktubundan müəyyən olunur ki, Şahid7, X7 və X22 dəmir yolunun təhkim zolağında torpaq sahəsinin ayrılması ilə əlaqədar məlumat aşkar edilməmişdir. Cinayət işində olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş məktubdan və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən görünür ki, Təqsirləndirilən şəxs1 Bakı Ağır Cinayətlər Məhkəməsinin 4 iyul 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 32.4,312.1-ci maddələri ilə təqsirli bilinib, həmin Məcəllənin 70-ci maddəsinə əsasən 2 (iki) il sınaq müddəti müəyyən edilməklə qəti olaraq 2 (iki) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə, 5 (beş) il 9 (doqquz) ay 21 (iyirmi bir) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cinayət işində olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş məktubdan və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən görünür ki, Təqsirləndirilən şəxs2 20 dekabr 2017-ci il tarixli hökmlə Azərbaycan Respublikası 178.3.2 və 318.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinməklə, 5 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 70-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzası şərti hesab olunmaqla 02 il sınaq müddəti təyin edilmişdir. Cinayət işindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 dekabr 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs2 barəsində ibtidai istintaqda seçilmiş polisin nəzarəti altına verilmə qətimkan tədbiri ləğv edilərək, barəsində həbs qətimkan tədbiri seçilməklə, cinayət işinin icraatı Təqsirləndirilən şəxs2 tutulanədək dayandırılmışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin 31.01.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs2 tutulduğundan icraat təzələnmişdir. Cinayət işindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 17.01.2021-ci il tarixdə tutulmuşdur. Cinayət işində olan həbs qətimkan tədbirinin seçilməsi haqqında Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 18.02.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 18.02.2021-ci il tarixdən hesablanmışdır. Məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən, onların hər birinin şəxsiyyətini, törətmiş olduqları cinayətin xarakteri və ictimai təhlükəliliyini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs1 etdiyi əməlindən peşman olmasını cəzanı yüngülləşdirən hal kimi, cinayətin təkrar törədilməsi, tərəfindən rüşvət verməyə təhrik etmə cinayətini qabaqcadan əl bir olaraq bir qrup şəxs halında törədilməsini isə cəzanı ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 etdiyi əməlindən peşman olmasını, tərəfindən vurulmuş ziyanın ödənilməsi cəzanı yüngülləşdirən hal kimi, cinayətin təkrar törədilməsi, tərəfindən rüşvət verməyə təhrik etmə cinayətini qabaqcadan əl bir olaraq bir qrup şəxs halında törədilməsini və təhlükəli residiv olmasını isə cəzanı ağırlaşdıran hal kimi nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4№-li qərarının 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Təqsirləndirilən şəxs1 hazırki cinayət əməllərini əvvəllər barəsində çıxarılmış hökmdən əvvəl törətmişdir, ona görə də onun əməli residiv kimi nəzərə alına bilməz və gəsdən cinayət törətməyə görə müəyyən edilmiş sınaq müddəti ləğv edilməməli və qeyd olunan Bakı Ağır Cinayətlər Məhkəməsinin 04 iyul 2019-cu il tarixli hökmü müstəqil icra olunmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi” haqqında Plenumun 2003-cü il 25 iyun tarixli 4 №-li qərarında deyilir ki, şərti məhkum edilmiş şəxslərin birinci iş üzrə hökm çıxarılanadək, başqa cinayət törədilməsində də təqsirli olması müəyyən edilərsə, bu halda AR CM-nin 65ci maddəsində nəzərdə tutulmuş qaydalar tətbiq edilmir, belə ki, CM-nin 71-ci maddəsində şərti məhkum etmənin ləğv edilməsi əsaslarının tam siyahısı verilmişdir. Belə hallarda, birinci və ikinci işlər üzrə hökmlər müstəqil icra olunur. Təqsirləndirilən şəxs2 hazırki cinayət əməllərini əvvəllər gəsdən cinayət törətməyə görə müəyyən edilmiş sınaq müddəti başa çatdmadıqda törətmişdir və buna görə də gəsdən cinayət törətməyə görə müəyyən edilmiş sınaq müddəti Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.5-ci maddəsinə əsasən ləğv edilməli və qeyd olunan Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 dekabr 2017-ci il tarixli hökmü hazırki hökmlə təyin edilmiş cəza ilə qismən birləşdirməklə cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.2.2-ci maddəsinə əsasən gəsdən ağır cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən ağır cinayətin törədilməsi cinayətin təhlükəli residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.5-ci maddəsinə əsasən şərti məhkum edilmiş şəxs sınaq müddətində qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə şərti məhkum etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən, cinayətin məqsədi və motivini, təqsirkarların cinayətin törədilməsində rolunu nəzərə alıb barələrində təqsirli bilindiyi cinayət qanununun normasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə ilə əlaqədar cəzanın seçilməsini və cəzalarını tutulduqları vaxtdan hesablanmaqla, ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkmələrini mümkün hesab edir. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının CM-də dəyişikliklər edilməsi haqqında” 07.03.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə müsadirə ediləsi əmlak müəyyən etməmişdir. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası CPM-nin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Həmin Məcəllənin 183.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir. Həmin Məcəllənin 354.1-ci maddəsinə əsasən məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq iddianın tam və ya qismən təmin edilməsi, iddianın rədd edilməsi və iddianın baxılmamış saxlanması barədə qərarlardan biri əks etdirilir. Məhkəmə verilmiş mülki iddianı müzakirə edib, iş üzrə təqdim edilmiş sübutlara məcmu halında tam və obyektiv hüquqi qiymət verərək, hesab edir ki, mülki iddia təmin edilməli, təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs1 57000 (əlli yeddi min) manat tutularaq Şahid2 Rüsxət oğlunun xeyrinə ödənilməlidir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və cinayət işinin materiallarında saxlanılan Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X8, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı idarəsinin 10 avqust 2004-cü il tarixli 537 saylı qeydiyyat vəsiqəsi, 29.03.2018-ci il tarixli RX ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın kserosurəti, X29 adına tərtib olunmuş “A№ 227876 saylı “Torpaq sahəsinin planı və ölçüsünün” kserosurəti, Torpağın mülkiyyətə verilməsinə dair JN-10646H, Kod00500026 nömrəli şəhadətnamə, 10 avqust 2004-cü il tarixli 537 saylı qeydiyyat vəsiqəsi, Torpağın mülkiyyətə verilməsinə dair JN-10646H, Kod 00500026 şəhadətnamə, 29.03.2018-ci il tarixli RX1480932 nömrəli Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın kserosurəti, 29.03.2018-ci il tarixli A№227876 saylı Torpaq sahəsinin planı və ölçüsünün kserosurəti, 116/94 nömrəli 20.X.1992-Cİ İl tarixli məktub, Azərbaycan Dəmir yolu Qaradağ-Heybət mənzilinin 516km PK-9, PK-10m. torpaq zolağının sxematik planı, 64/170 nömrəli 8.X.1993-CÜ il tarixli Azərbaycan Dövlət Dəmir X23 Birliyinin rəisinin məktubu, Azərbaycan Dəmir Yolu Qaradağ-Biləcəri mənzilinin 517km. Torpaq zolağının sxematik planı, 179 nömrəli 10.06.2003-cü il tarixli Həmkarlar Komitəsinin ümumi protokolu, 26.X.2003-CÜ il tarixli 245/168 nömrəli Azərbaycan X50 X32 birliyinin məktubu, 268 nömrəli 08.05.2003- cü il tarixli ümumi sərəncamından çıxarış, 247 nömrəli 19.06.2003-cü il tarixli Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı Ərazi İdarəsinə X50ndan məktub, 124/110 nömrəli 8.X.2002-Cİ il tarixli Azərbaycan Dövlət Dəmir X42 İstehsalat Birliyinin məktubu, 207 nömrəli 12.03.2003-cü il tarixli Azərbaycan X50nun məktubu, 189 nömrəli 08.02.2003-cü il tarixli Azərbaycan X50 İdarəsinin ümumi sərəncamdan çıxarış, 156 nömrəli 14.09.2002-ci il tarixli Həmkarlar Komitəsinin ümumi protokolu, 25 oktyabr 2018-ci il tarixli və 30 oktyabr 2018-ci il tarixli aktlar cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalı, ekspertiza xərci təşkil edən 207,30 (iki yüz yeddi manat otuz qəpik) Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada alınaraq dövlət büdcəsinə keçirillməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197 və 198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş üzrə mülki iddia verilməmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 178.3.2 və 178.3.2-ci maddələri ilə təqsirli bilinərək, 6(altı) il 6 (altı) ay müddətinə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 312.2-ci maddəsi ilə təqsirli bilinərək, 7(yeddi) il müddətinə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin lakin, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə ona qeyd olunan maddə ilə cəza təyin edilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 qəti olaraq 8 (səkkiz) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 18.02.2021-ci il tarixdən hesablansın. Bakı Ağır Cinayətlər Məhkəməsinin 4 iyul 2019-cu il tarixli hökmü ilə Təqsirləndirilən şəxs1 təyin edilmiş 5 (beş) il 9 (doqquz) ay 21 (iyirmi bir) gün müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 2 (iki) il sınaq müddətinə müəyyən edilmiş şərti məhkum etmə müstəqil icra edilsin. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 irəli sülmüş ittihamdan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə olan rəqəm ifadəsini əks etdirən hissəsi çıxarılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,178.3.2-ci maddəsi ilə təqsirli bilinərək, 7(yeddi) il müddətinə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 312.2-ci maddəsi ilə təqsirli bilinərək, 7(yeddi) il müddətinə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin lakin, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə ona qeyd olunan maddə ilə cəza təyin edilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 7 (yeddi) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 dekabr 2017-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası 178.3.2 və 318.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinməklə, 5 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəza, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 2 (iki) il sınaq müddətinə müəyyən edilmiş şərti məhkum etmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.5-ci maddəsinə əsasən ləğv edilsin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş cəza ilə qismən birləşdirməklə, Təqsirləndirilən şəxs2 qəti olaraq 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 17.01.2022-ci tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 barəsində olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4 və 320.2-ci maddələri ilə olan rəqəm ifadəsini əks etdirən hissəsi çıxarılsın. İş üzrə maddi sübut olan və cinayət işinin materiallarında saxlanılan Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X8, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı idarəsinin 10 avqust 2004-cü il tarixli 537 saylı qeydiyyat vəsiqəsi, 29.03.2018-ci il tarixli RX ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın kserosurəti, X29 adına tərtib olunmuş “A№ 227876 saylı “Torpaq sahəsinin planı və ölçüsünün” kserosurəti, Torpağın mülkiyyətə verilməsinə dair JN- 10646H, Kod00500026 nömrəli şəhadətnamə, 10 avqust 2004-cü il tarixli 537 saylı qeydiyyat vəsiqəsi, Torpağın mülkiyyətə verilməsinə dair JN-10646H, Kod 00500026 şəhadətnamə, 29.03.2018-ci il tarixli RX1480932 nömrəli Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın kserosurəti, 29.03.2018-ci il tarixli A№227876 saylı Torpaq sahəsinin planı və ölçüsünün kserosurəti, 116/94 nömrəli 20.X.1992-Cİ İl tarixli məktub, Azərbaycan Dəmir yolu Qaradağ-Heybət mənzilinin 516km PK-9, PK-10m. torpaq zolağının sxematik planı, 64/170 nömrəli 8.X.1993-CÜ il tarixli Azərbaycan Dövlət Dəmir X23 Birliyinin rəisinin məktubu, Azərbaycan Dəmir Yolu Qaradağ-Biləcəri mənzilinin 517km. Torpaq zolağının sxematik planı, 179 nömrəli 10.06.2003-cü il tarixli Həmkarlar Komitəsinin ümumi protokolu, 26.X.2003-CÜ il tarixli 245/168 nömrəli Azərbaycan X50 X32 birliyinin məktubu, 268 nömrəli 08.05.2003- cü il tarixli ümumi sərəncamından çıxarış, 247 nömrəli 19.06.2003-cü il tarixli Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı Ərazi İdarəsinə X50ndan məktub, 124/110 nömrəli 8.X.2002-Cİ il tarixli Azərbaycan Dövlət Dəmir X42 İstehsalat Birliyinin məktubu, 207 nömrəli 12.03.2003-cü il tarixli Azərbaycan X50nun məktubu, 189 nömrəli 08.02.2003-cü il tarixli Azərbaycan X50 İdarəsinin ümumi sərəncamdan çıxarış, 156 nömrəli 14.09.2002-ci il tarixli Həmkarlar Komitəsinin ümumi protokolu, 25 oktyabr 2018-ci il tarixli və 30 oktyabr 2018-ci il tarixli aktlar cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Şahid2 Rüsxət oğlu tərəfindən verilmiş mülki iddia təmin edilsin, təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs1 57000 (əlli yeddi min) manat tutularaq Şahid2 Rüsxət oğlunun xeyrinə ödənilsin. İş üzrə ekspertiza xərci təşkil edən 207,30 (iki yüz yeddi manat otuz qəpik) Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada alınaraq dövlət büdcəsinə keçirilsin. Hökmdən 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Bakı Ağır Cinayətlər məhkəməsinin hakimləri: Samir Əliyev (sədrlik edən) Eldar İsmayılov Cavid Hüseynov
Məhkəmə qərarları › İş №1(101)-92/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-92/2022
10.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver