Məhkəmə qərarları › İş №1(101)-92/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-92/2023

24.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-92/2023 24.01.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Cavid İbadulla oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclası katibləri X12 və X9, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər (mülki iddiaçılar) - Zərərçəkmiş şəxs1 və X1 və onların nümayəndəsi - Bakı şəhəri, 19 saylı Vəkil bürosunun Vəkili Nümayəndə2, zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4 nümayəndələri - “A.İ.M” Vəkil bürosunun vəkili Nümayəndə3 və X10, təqsirləndirilən şəxslər (mülki cavabdehlər) Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, müdafiəçilər - Bakı şəhəri, 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Bakı şəhəri, 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi4 iştirakı ilə, xx xxxx 1964-cü ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi, Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 iyul 2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.3.2, 46.2, 308.2, 66.3 və 66.4-cü maddələri ilə təqsirli bilinərək 2 il müddətə dövlət və yerli özünüidarə orqanlarında maddi məsul və rəhbər vəzifə tutmaqdan məhrum edilməklə 11 il müddətə azadlıqdan məhrum etmə cəzasına, Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 may 2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.3.2, 46.2, 308.2, 66.3, 66.4 və 66.5-ci maddələri ilə təqsirli bilinərək 3 il müddətə dövlət və yerli özünüidarə orqanlarında maddi məsul və rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 12 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri, Naxçıvanski küçəsi ev 88, mənzil 48-də qeydiyyatda olmaqla Bakı şəhəri, Xətai rayonu, S.Vəzirov küçəsi ev 11 F, mənzil 25-də yaşamış, hazırkı iş üzrə 24 yanvar 2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, azadlıqdan məhrum etmə növündə cəza çəkdiyindən barəsində qətimkan tədbiri seçilməmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 6 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən, hazırda həmin Xidmətin Müalicə Müəssisəsində saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 308.2 və 313-cü maddələri ilə, xx xxxxxx 1965-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru, Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 iyul 2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.3.2, 46.2, 308.2, 66.3 və 66.4-cü maddələri ilə təqsirli bilinərək, 2 il müddətə dövlət və yerli özünüidarəorqanlarında maddi məsul və rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 10 il 11 ay 27 gün müddətə azadlıqdan məhrum etmə cəzasına, Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 may 2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.3.2, 46.2, 308.2, 66.3, 66.4 və 66.5-ci maddələri ilə təqsirli bilinərək, 3 il müddətə dövlət və yerli özünüidarə orqanlarında maddi məsul və rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 12 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 yaşamış, hazırkı iş üzrə 25 yanvar 2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, azadlıqdan məhrum etmə növündə cəza çəkdiyindən barəsində qətimkan tədbiri seçilməmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 13 saylı cəzaçəkmə müəssisəsində cəza çəkməklə hazırda həmin Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 308.2 və 313-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını külli miqdarda ziyan vurmaqla ələ keçirərək təkrar dələduzluq etmiş, vəzifəli şəxs kimi qabaqcadan əlbir olan bir qrup şəxs halında xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxs üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib fiziki şəxslərin hüquqlarına və qanuni mənafelərinə tamah niyyətilə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla təkrar vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, vəzifəli şəxs kimi qabaqcadan əlbir olan bir qrup şəxs halında vahid tamah niyyəti ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil edərək təkrar vəzifə saxtakarlığı törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 xx.xx.2003-cü il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin Kommersiya hüquqi şəxslərinin dövlət qeydiyyatı idarəsi tərəfindən ********** №-li VÖEN-lə vergi ödəyicisi kimi qeydiyyata alınmış "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi kimi cəmiyyətin ümumi yığıncağında iştirak etmək, orqanlarını seçmək (təyin etmək), onlara seçilmək, səsvermədə (şəxsən) iştirak etmək və ya müəyyən edilmiş qaydada təyin etdiyi nümayəndə vasitəsi ilə təmsil olunmaq, nizamnaməni və onun nizamnamə kapitalının miqdarını dəyişdirmək, icra orqanlarını yaratmaq və onların səlahiyyətlərinə vaxtından əvvəl xitam vermək, o cümlədən direktor və baş mühasibi təyin etmək və geri çağırmaq, icra orqanlarının səlahiyyətlərini kənar idarəçiyə vermək, illik hesabatları və mühasibat balanslarını təsdiq etmək, mənfəəti və gəliri bölüşdürmək, yenidən təşkil və ya ləğv haqqında qərar qəbul etmək, təftiş komissiyasını (müfəttiş) seçmək, üçüncü şəxsi (şəxsləri) təsisçiliyə qəbul etmək, nizamnamə kapitalına ödənilən pul olmayan əmanətlərin dəyərini təsdiq etmək, cəmiyyətin fəaliyyətinin əsas istiqamətlərini müəyyən etmək, onların yerinə yetirilməsinə dair plan və hesabatları təsdiq etmək, onun filial və nümayəndəlikləri də daxil olmaqla cəmiyyətin fəaliyyətinin illik nəticələrini, auditor rəy və hesabatlarını təsdiq etmək, zərərin ödənilməsi qaydasını müəyyən etmək səlahiyyətlərinə malik təşkilati-sərəncamverici funksiyaları yerinə yetirən rəhbər vəzifəli şəxs kimi xx.xx.2006-cı il tarixdən cəmiyyətin direktoru olan Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə cinayətkar əlaqəyə girib, xidməti vəzifələrinin icrası ilə əlaqədar Təqsirləndirilən şəxs2 və özü üçün qanunsuz üstünlük, yəni qazanc əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə edərək, "xxxx" Mənzil Tikinti Kooperativi ilə MMC arasında bağlanmış xx.xx.2006-cı il tarixli podrat müqaviləsinə əsasən ünvan 5ci məhəllədə yerləşən bir girişli 60 mənzilli yaşayış binasında əvvəlcədən başqa şəxsə satılmış mənzilin təkrarən digər şəxsə satılması ilə əlaqədar qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını Təqsirləndirilən şəxs2la qabaqcadan əlbir olan bir qrup şəxs qismində ələ keçirməyə dair cinayətkar niyyətlərinə uyğun olaraq, ünvan 4ci məhəllədə yerləşən bir girişli 60 mənzilli yaşayış binasının 9-cu mərtəbəsində yerləşən, ümumi sahəsi 140,6 kv.m. olan 3 otaqlı 27 nömrəli mənzilin 80.000 (səksən min) manat müqabilində Şahid2 xx.xx.2011-ci il tarixdə sonuncu ilə cəmiyyətin direktoru Təqsirləndirilən şəxs2 arasında bağlanmış xx.xx.2011-ci il tarixli çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında müqavilə əsasında özünün göstərişi və razılığı ilə satılmasına və mənzilin dəyərinin Şahid2 tərəfindən tam ödənilməsinə baxmayaraq, 2011-ci ilin iyun ayında cinayətdən xəbərsiz X4 vasitəsilə mənzil almaq üçün özünə müraciət etmiş Zərərçəkmiş şəxs1 aldadıb ona olan inam və etibarından istifadə edərək eyni mənzili göstərməklə heç kimə satılmadığına və tam əminliklə ona sata biləcəyinə Təqsirləndirilən şəxs2la birlikdə onu inandırıb, Zərərçəkmiş şəxs1 mənzilin ona satılması adı ilə xx.xx.2011-ci il tarixdə cəmiyyətin ünvan 3 ünvanında yerləşən ofisində 92.000 (doxsan iki min) manat məbləğində pul vəsaitini alıb Təqsirləndirilən şəxs2la aralarında bölərək şəxsi ehtiyaclarına sərf edib, cinayət əməllərinin aşkar olunmasının qarşısını almaq və qanuni görüntü vermək məqsədilə həmin ofisdə rəsmi sənəd olan mənzilin payçının mülkiyyətinə verilməsi, tərəflərin müqavilə üzrə öhdəliklər daşıması barədə xx.xx.2011-ci il tarixli 59 nömrəli çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında müqaviləni, pay haqqı kimi 92.000 (doxsan iki min) manat pul vəsaitinin ödənilməsini təsdiq edən xx.xx.2011-ci il tarixli 67 nömrəli kassa mədaxil orderi qəbzinin qabaqcadan əlbir olduğu cəmiyyətin direktoru Təqsirləndirilən şəxs2 tərəfindən imzalanmasını və MTK-ya məxsus möhürlə təsdiq olunub Zərərçəkmiş şəxs1 təqdim olunmasını təmin edib, Təqsirləndirilən şəxs2la qabaqcadan əlbir olan bir qrup şəxs qismində vahid tamah niyyətilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil edərək vəzifə saxtakarlığı törətmiş, Təqsirləndirilən şəxs2la qabaqcadan əlbir olan bir qrup şəxs halında öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs1 məxsus 92.000 (doxsan iki min) manat məbləğində pul vəsaitini ona külli miqdarda ziyan vurmaqla ələ keçirib dələduzluq etmiş, həmin mənzilin Şahid2 tərəfindən 28 noyabr 2018-ci il tarixdə Bakı şəhəri, 9 saylı Notariat kontorunda reyestrdə 4Ə-1373 nömrəsi ilə rəsmiləşdirilmiş AN-İ ******* nömrəli alqı-satqı müqaviləsi əsasında 275.000 manata Zərərçəkmiş şəxs3 satılması ilə əlaqədar mənzilin qanuni əsaslarla mülkiyyətçisi olan Zərərçəkmiş şəxs3 ona məxsus mənzildən kənar şəxsin hər hansı təsiri olmadan sərbəst şəkildə maneəsiz istifadə etmək kimi qanunla qorunan əmlak hüquqlarına və qanuni mənafelərinə vahid niyyətlə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, qeyd edilən səlahiyyətlərə malik təşkilatisərəncamverici funksiyaları yerinə yetirən vəzifəli şəxs kimi, təkrar, cəmiyyətin direktoru Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə xidməti vəzifələrinin icrası ilə əlaqədar Təqsirləndirilən şəxs2 və özü üçün qanunsuz üstünlük, yəni qazanc əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə edərək, "xxxx" Mənzil Tikinti Kooperativi ilə MMC arasında bağlanmış xx.xx.2006-cı il tarixli podrat müqaviləsinə əsasən ünvan 5ci məhəllədə yerləşən bir girişli 60 mənzilli yaşayış binasında əvvəlcədən başqa şəxsə satılmış mənzilin təkrar digər şəxsə satılması ilə əlaqədar təkrar qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını Təqsirləndirilən şəxs2la qabaqcadan əlbir olan bir qrup şəxs qismində ələ keçirməyə dair cinayətkar niyyətlərinə uyğun olaraq, ünvan 5ci məhəllədə yerləşən bir girişli 60 mənzilli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 140,6 kv.m. olan 3 otaqlı 3 nömrəli mənzilin 89.725 (səksən doqquz min yeddi yüz iyirmi beş) manat müqabilində X2 xx.xx.2011-ci il tarixdə sonuncu ilə cəmiyyətin direktoru Təqsirləndirilən şəxs2 arasında bağlanmış xx.xx.2011-ci il tarixli 44 nömrəli çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında müqavilə əsasında özünün göstərişi və razılığı ilə satılmasına və mənzilin dəyərinin Cəlaləddin Ələsgərov tərəfindən tam ödənilməsinə baxmayaraq, 2013-cü ilin dekabr ayında cinayətdən xəbərsiz X16 vasitəsilə mənzil almaq üçün özünə müraciət etmiş Zərərçəkmiş şəxs4 aldadıb ona olan inam və etibarından istifadə edərək eyni mənzili göstərməklə heç kimə satılmadığına və tam əminliklə ona sata biləcəyinə Təqsirləndirilən şəxs2la birlikdə onu inandırıb, Zərərçəkmiş şəxs4 mənzilin ona satılması adı ilə xx.xx.2013-cü il tarixdə cəmiyyətin ünvan 3 ünvanında yerləşən ofisində 175.750 (bir yüz yetmiş beş min yeddi yüz əlli) manat məbləğində pul vəsaitini alıb Təqsirləndirilən şəxs2la aralarında bölüb şəxsi ehtiyaclarına sərf edərək, cinayət əməlinin aşkar olunmasının qarşısını almaq və qanuni görüntü vermək məqsədilə həmin ofisdə rəsmi sənəd olan mənzilin payçının mülkiyyətinə verilməsi, tərəflərin müqavilə üzrə öhdəliklər daşıması barədə xx.xx.2013-cü il tarixli 110 nömrəli çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında müqaviləni, pay haqqı kimi 175.750 (bir yüz yetmiş beş min yeddi yüz əlli) manat pul vəsaitinin ödənilməsini təsdiq edən xx.xx.2013-cü il tarixli 122 nömrəli kassa mədaxil orderinin qəbzinin qabaqcadan əlbir olduğu cəmiyyətin direktoru Təqsirləndirilən şəxs2 tərəfindən imzalanmasını və MTK-ya məxsus möhürlə təsdiq olunub Zərərçəkmiş şəxs4 həmin mənzillə birlikdə təqdim olunmasını təmin edib, Təqsirləndirilən şəxs2la qabaqcadan əlbir olan bir qrup şəxs qismində vahid tamah niyyətilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil edərək təkrar vəzifə saxtakarlığı törətmiş, Təqsirləndirilən şəxs2la qabaqcadan əlbir olan bir qrup şəxs halında öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan suiistifadə etmə yolu ilə Zərərçəkmiş şəxs4 məxsus 175.750 (bir yüz yetmiş beş min yeddi yüz əlli) manat məbləğində pul vəsaitini ona külli miqdarda ziyan vurmaqla ələ keçirməklə təkrar dələduzluq etmiş, qeyd edilən mənzilin Zərərçəkmiş şəxs4 təqdim edilməsində ifadə olunan hərəkətləri ilə Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında X1 ona məxsus mənzildən maneəsiz istifadə etmək, ona sahiblik etmək kimi qanunla qorunan əmlak hüquqlarına və qanuni mənafelərinə vahid niyyətlə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla təkrar vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını külli miqdarda ziyan vurmaqla ələ keçirərək təkrar dələduzluq etmiş, vəzifəli şəxs kimi qabaqcadan əlbir olan bir qrup şəxs halında xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxs üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib fiziki şəxslərin hüquqlarına və qanuni mənafelərinə tamah niyyətilə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla təkrar vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, vəzifəli şəxs kimi qabaqcadan əlbir olan bir qrup şəxs halında vahid tamah niyyəti ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil edərək təkrar vəzifə saxtakarlığı törətmişdir. Belə ki, o, xx.xx.2003-cü il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin Kommersiya hüquqi şəxslərinin dövlət qeydiyyatı idarəsi tərəfindən ********** №-li VÖEN-lə vergi ödəyicisi kimi qeydiyyata alınmış "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisinin xx.xx.2006-cı il tarixli 2 nömrəli əmrinə əsasən cəmiyyətin direktoru kimi cəmiyyətin adından vəkalətnaməsiz fəaliyyət göstərmək, cəmiyyətin operativ idarə edilməsini həyata keçirmək, üçüncü şəxslərlə münasibətdə, o cümlədən məhkəmədə cəmiyyəti təmsil etmək, cəmiyyətin adından əqdlər bağlamaq, rəsmi sənədləri imzalamaq, cəmiyyətin işçilərini vəzifəyə təyin etmək, başqa işə keçirmək vəzifəsindən azad etmək, qanunvericiliklə və cəmiyyətin nizamnaməsi ilə ümumi yığıncağın və təftiş komisiyasının səlahiyyətiərinə aid edilməyən digər səlahiyyətləri həyata keçirmək, cəmiyyətin hər hansı bir təsisçisinin tələbi ilə müəssisəyə vurduğu zərəri qanunvericiliklə müəyyən edilmiş qaydada ödəmək və digər səlahiyyətlərə malik təşkilatisərəncamverici funksiyaları yerinə yetirən rəhbər vəzifəli şəxs kimi xx.xx.2006-cı il tarixdən cəmiyyətin təsisçisi olan Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə cinayətkar əlaqəyə girib, xidməti vəzifələrinin icrası ilə əlaqədar Təqsirləndirilən şəxs1 və özü üçün qanunsuz üstünlük, yəni qazanc əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə edərək "xxxx" Mənzil Tikinti Kooperativi ilə MMC arasında bağlanmış xx.xx.2006-cı il tarixli podrat müqaviləsinə əsasən ünvan 4ci məhəllədə yerləşən bir girişli 60 mənzilli yaşayış binasında əvvəlcədən başqa şəxsə satılmış mənzilin təkrarən digər şəxsə satılması ilə əlaqədar qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını Təqsirləndirilən şəxs1la qabaqcadan əlbir olan bir qrup şəxs qismində ələ keçirməyə dair cinayətkar niyyətlərinə uyğun olaraq, ünvan 5ci məhəllədə yerləşən bir girişli 60 mənzilli yaşayış binasının 9-cu mərtəbəsində yerləşən, ümumi sahəsi 140,6 kv.m. olan 3 otaqlı 27 nömrəli mənzilin 80.000 (səksən min) manat müqabilində Şahid2 xx.xx.2011-ci il tarixdə sonuncu ilə özü arasında bağlanmış xx.xx.2011-ci il tarixli çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında müqavilə əsasında cəmiyyətin təsisçisi Təqsirləndirilən şəxs1 göstərişi və razılığı ilə satılmasına və mənzilin dəyərinin Şahid2 tərəfindən tam ödənilməsinə baxmayaraq, 2011-ci ilin iyun ayında cinayətdən xəbərsiz X4 vasitəsilə mənzil almaq üçün Təqsirləndirilən şəxs1 müraciət etmiş Zərərçəkmiş şəxs1 aldadıb ona olan inam və etibarından istifadə edərək eyni mənzili göstərməklə heç kimə satılmadığına və tam əminliklə ona sata biləcəyinə Təqsirləndirilən şəxs1la birlikdə onu inandırıb, Zərərçəkmiş şəxs1 mənzilin ona satılması adı ilə xx.xx.2011-ci il tarixdə cəmiyyətin ünvan 3 ünvanında yerləşən ofisində 92.000 (doxsan iki min) manat məbləğində pul vəsaitini alıb Təqsirləndirilən şəxs1la aralarında bölərək şəxsi ehtiyaclarına sərf edib, cinayət əməllərinin aşkar olunmasının qarşısını almaq və qanuni görüntü vermək məqsədilə həmin ofisdə rəsmi sənəd olan mənzilin payçının mülkiyyətinə verilməsi, tərəflərin müqavilə üzrə öhdəliklər daşıması barədə xx.xx.2011-ci il tarixli 59 nömrəli çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında müqaviləni, pay haqqı kimi 92.000 (doxsan iki min) manat pul vəsaitinin ödənilməsini təsdiq edən xx.xx.2011-ci il tarixli 67 nömrəli kassa mədaxil orderi qəbzini şəxsən imzalayıb MTK-ya məxsus möhürlə təsdiq olunub Zərərçəkmiş şəxs1 təqdim olunmasını təmin edib, Təqsirləndirilən şəxs1la qabaqcadan əlbir olan bir qrup şəxs qismində vahid tamah niyyətilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil edərək vəzifə saxtakarlığı törətmiş, Təqsirləndirilən şəxs1la qabaqcadan əlbir olan bir qrup şəxs halında öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs1 məxsus 92.000 (doxsan iki min) manat məbləğində pul vəsaitini ona külli miqdarda ziyan vurmaqla ələ keçirib dələduzluq etmiş, həmin mənzilin Şahid2 tərəfindən 28 noyabr 2018-ci il tarixdə Bakı şəhəri, 9 saylı Notariat kontorunda reyestrdə 4Ə-1373 nömrəsi ilə rəsmiləşdirilmiş AN-İ ******* nömrəli alqı-satqı müqaviləsi əsasında 275.000 manata Zərərçəkmiş şəxs3 satılması ilə əlaqədar mənzilin qanuni əsaslarla mülkiyyətçisi olan Zərərçəkmiş şəxs3 ona məxsus mənzildən kənar şəxsin hər hansı təsiri olmadan sərbəst şəkildə maneəsiz istifadə etmək kimi qanunla qorunan əmlak hüquqlarına və qanuni mənafelərinə vahid niyyətlə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, qeyd edilən səlahiyyətlərə malik təşkilatisərəncamverici funksiyaları yerinə yetirən vəzifəli şəxs kimi, təkrar, cəmiyyətin təsisçisi Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə xidməti vəzifələrinin icrası ilə əlaqədar Təqsirləndirilən şəxs1 və özü üçün qanunsuz üstünlük, yəni qazanc əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə edərək "xxxx" Mənzil Tikinti Kooperativi ilə MMC arasında bağlanmış xx.xx.2006-cı il tarixli podrat müqaviləsinə əsasən ünvan 5ci məhəllədə yerləşən bir girişli 60 mənzilli yaşayış binasında əvvəlcədən başqa şəxsə satılmış mənzilin təkrar digər şəxsə satılması ilə əlaqədar təkrar qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını Təqsirləndirilən şəxs1la qabaqcadan əlbir olan bir qrup şəxs qismində ələ keçirməyə dair cinayətkar niyyətlərinə uyğun olaraq, ünvan 5ci məhəllədə yerləşən bir girişli 60 mənzilli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 140,6 kv.m olan 3 otaqlı 3 nömrəli mənzilin 89.725 (səksən doqquz min yeddi yüz iyirmi beş) manat müqabilində X2 xx.xx.2011-ci il tarixdə sonuncu ilə özü arasında bağlanmış xx.xx.2011-ci il tarixli 44 nömrəli çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında müqavilə əsasında cəmiyyətin təsisçisi Təqsirləndirilən şəxs1 göstərişi və razılığı ilə satılmasına və mənzilin dəyərinin Cəlaləddin Ələsgərov tərəfindən tam ödənilməsinə baxmayaraq, 2013-cü ilin dekabr ayında cinayətdən xəbərsiz X16 vasitəsilə mənzil almaq üçün Təqsirləndirilən şəxs1 müraciət etmiş Zərərçəkmiş şəxs4 aldadıb, ona olan inam və etibarından istifadə edərək eyni mənzili göstərməklə heç kimə satılmadığına və tam əminliklə ona sata biləcəyinə Təqsirləndirilən şəxs1la birlikdə onu inandırıb, Zərərçəkmiş şəxs4 mənzilin ona satılması adı ilə xx.xx.2013-cü il tarixdə cəmiyyətin ünvan 3 ünvanında yerləşən ofisində 175.750 (bir yüz yetmiş beş min yeddi yüz əlli) manat məbləğində pul vəsaitini alıb Təqsirləndirilən şəxs1la aralarında bölüb şəxsi ehtiyaclarına sərf edərək, cinayət əməlinin aşkar olunmasının qarşısını almaq və qanuni görüntü vermək məqsədilə həmin ofisdə rəsmi sənəd olan mənzilin payçının mülkiyyətinə verilməsi, tərəflərin müqavilə üzrə öhdəliklər daşıması barədə xx.xx.2013-cü il tarixli 110 nömrəli çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında müqaviləni, pay haqqı kimi 175.750 (bir yüz yetmiş beş min yeddi yüz əlli) manat pul vəsaitinin ödənilməsini təsdiq edən xx.xx.2013-cü il tarixli 122 nömrəli kassa mədaxil orderinin qəbzini şəxsən imzalayıb MTK-ya məxsus möhürlə təsdiq olunub Zərərçəkmiş şəxs4 həmin mənzillə birlikdə təqdim olunmasını təmin edib, Təqsirləndirilən şəxs1la qabaqcadan əlbir olan bir qrup şəxs qismində vahid tamah niyyətilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil edərək təkrar vəzifə saxtakarlığı törətmiş, Təqsirləndirilən şəxs1la qabaqcadan əlbir olan bir qrup şəxs halında öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs4 məxsus 175.750 (bir yüz yetmiş beş min yeddi yüz əlli) manat məbləğində pul vəsaitini ona külli miqdarda ziyan vurub ələ keçirməklə təkrar dələduzluq etmiş, qeyd edilən mənzilin Zərərçəkmiş şəxs4 təqdim edilməsində ifadə olunan hərəkətləri ilə Təqsirləndirilən şəxs1la qabaqcadan əlbir olan bir qrup şəxs halında X1 ona məxsus mənzildən maneəsiz istifadə etmək, ona sahiblik etmək kimi qanunla qorunan əmlak hüquqlarına və qanuni mənafelərinə vahid niyyətlə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla təkrar vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 elan olunmuş ittihamlar üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, onun ittihamda qeyd olunan mənzillərlə bağlı heç bir əlaqəsi yoxdur. Birinci epizod üzrə göstərilən mənzili onlar Şahid2 satmışlar. Həmin qadın da mənzilin pulunu tam şəkildə ödəmişdir. Buna görə də həmin mənzilin birinci mülkiyyətçisi Almazdır. Onların həmin mənzilə görə nə qədər pul ödədiklərini xatırlamır, ancaq yadındadır ki, həmin mənzillə bağlı almazgil onun da yanına gəlmiş, onlara ödənişə görə vaxt da vermişdir. Almazın əri xəstə olduğu üçün onların özləri mənzili satışa qoymuşlar. Zərərçəkmiş şəxs4la bağlı epizod üzrə isə onun məlumatı yoxdur. O, Xalidə və Cəlaləddinlə heç vaxt görüşməmiş, onlardan hər hansı məbləğdə pul almamışdır. Müstəntiq istintaq zamanı üç dəfə onun yanında olmuşdur. Birinci dəfə onunla tanış olmağa gəlmiş, iki dəfə isə cəmi 15 dəqiqə onun yanında olaraq getmişdir. Verilmiş ittihamla razı olmadığına görə istintaq zamanı müstəntiqə ifadə verməmişdir. Bununla bağlı məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı şahid qismində verdiyi ifadəsi tədqiq olunmuşdur. Həmin ifadəsində Təqsirləndirilən şəxs1 göstərmişdir ki, 2002-ci ildən hazırkı vaxtadək "xxxx" MMC-nin təsisçisidir. Əsas vəzifəsi tikintinin maliyyələşməsi olmuşdur. ünvan 4ci məhəllədə yerləşən bina 2018-ci ildə zəruri dövlət qurumlarından keçərək Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə təhvil verilmiş, həmin ildən də sakinlər mənzillərə dair çıxarış almaq hüquqlarına malik olmuşlar. Zərərçəkmiş şəxs1 və X4 adlı şəxsləri tanımır. Həmin binadakı 27 nömrəli mənzilin ilkin sahibi Şahid2 olmuş, hətta həmin mənzili alan zaman əri boğazında bədxassəli şiş olmaqla xərçəng xəstəsi olmuşdur. 2011-ci ilin əvvəllərində 27 nömrəli mənzili aldıqdan təxminən bir il sonra Şahid2 əri ölmüşdür. 2017-ci ildə azadlıqda olan zaman Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin təşkilatçılığı ilə "xxxx" MMC-nin binasının idarəçiliyini həmin binada yaşayan Qivami adlı sakinə həvalə etmişlər. 2018-ci ildə "xxxx" MMC-də yaşayan sakinlərdən əksəriyyəti mənzillərə dair çıxarış aldıqdan sonra həmin vaxt Penitensiar Xidmətin 2 saylı Cəzaçəkmə müəssisəsində cəza çəkən "xxxx" MMC-nin sahibi X24 vəkilləri vasitəsilə məhkəməyə müraciət edərək adıçəkilən binadan satılmış mənzillərin düzgün satılmaması barədə iddia qaldırmışdır. Lakin bildiyi qədəri ilə Rauf Kərimovun vəkilləri vasitəsilə qaldırdığı iddialar təmin edilməmişdir. "xxxx" MMC-nin binasının 3-cü mərtəbəsində yerləşən, 3 otaqlı, 3 nömrəli mənzilin ilkin və ya sonrakı sahiblərinin kimlər olması barədə heç bir məlumatı yoxdur. Onu MMC-nin direktoru Təqsirləndirilən şəxs2 bilər. "xxxx" MMC-nin binasının 3 və 9-cu mərtəbələrində yerləşən, 3 otaqlı, 140,6 kvadrat metr sahəli 3 və 27 nömrəli, müvafiq olaraq X4 və Zərərçəkmiş şəxs1 adına rəsmiləşdirilmiş müqavilə və kassa mədaxil orderinin qəbzi ilə tanış olaraq bildirir ki, hər iki mənzillə bağlı maliyyə arayışı olmamış, müqavilələrə gəldikdə isə möhür sanki "xxxx" MMC-nin möhürünə oxşamadığı üçün ona şübhəli gəlmişdir. Müqavilə üzrə dolğun cavabı MMC-nin direktoru Təqsirləndirilən şəxs2 verə bilər. X3 tanımır, heç vaxt onunla ünsiyyətdə olmamış, bu səbəbdən Cəlaləddin Ələsgərov qeyd olunan mənzillərə dair ona pul verməmişdir(cild 1, iş vərəqi 165-168). Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 elan olunmuş ittihamlar üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, istintaq zamanı verdiyi ifadəsini təsdq edir. O, həqiqətən də həmin MMC-də direktor vəzifəsində işləmiş, təsisçi isə Təqsirləndirilən şəxs1 olmuşdur. İşlədiyi müddətdə onlar binanın təxminən 15-20 mənzilini Rasim adlı şəxslə müqavilə bağlayıb nisyə baha qiymətə vermişlər, o da, həmin mənzilləri sonradan satıb pulları onlara verməyi öhdəsinə götürmüşdür. Lakin sonradan bu baş verməmiş və belə bir vəziyyət yaranmışdır. O, Xalidə və Cəlaləddini tanımamış, onlardan pul almamış, müqaviləni Rasim özü aparıb həmin şəxslərə imza etdirib gətirmişdir. Ona görə də göstərilən epizodlarla bağlı ona verilən ittihamları qəbul etmir və istintaq zamanı müstəntiqə ifadə verməmişdir. Bununla bağlı məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı şahid qismində verdiyi ifadəsi tədqiq olunmuşdur. Həmin ifadəsində Təqsirləndirilən şəxs2 göstərmişdir ki, 2007-ci ildən 2017-ci il avqust ayının 18-dək "xxxx" MMC-nin direktoru olmuş, əsas vəzifəsi binanın tikintisinə, ustaların işə cəlb edilməsinə, işçilərin davamiyyətinə nəzarət etmək, mənzillərin satılmasını həyata keçirmək və sairdən ibarət olmuşdur. O, direktor olaraq təxminən 550 manat məbləğində əmək haqqı almışdır. Mənzillər və ya qeyri-yaşayış sahələri satılarkən, direktor olaraq bu prosesi imzası ilə təsdiq etsə də, ödənilən puldan ona verilməmişdir. Təqsirləndirilən şəxs1 onun bibisi oğludur. ünvan 5ci məhəllədə yerləşən binanın tikintisinə 2008-ci ildən başlanılmış, binada 60 mənzil olmuşdur. 2017-ci ildə o, həbs edilməmişdən əvvəl bina tam hazır olmuş, sakinlərin əksəriyyəti mənzillərini təmir etdirmişdir. Zərərçəkmiş şəxs1 və sonuncunun qardaşı X3 tanımır. Xatırladığı qədərilə həmin binadakı 27 nömrəli mənzilin ilk sahibi Şahid2 olmuşdur. Hətta həmin mənzili alan zaman Almaz əri ilə gəlmişdir. Lakin 27 nömrəli mənzilin Şahid2 başqa şəxsə satılmasını xatırlamır, çünki üstündən 10 il vaxt keçmişdir. "xxxx" MMC-nin binasının 3-cü mərtəbəsində yerləşən, 3 otaqlı, 3 nömrəli mənzilin ilkin sahibi və ya sonrakı sahiblərinin kim olması barədə heç bir məlumatı yoxdur. O, həm də "xxxx" MMC-nin direktoru olduğundan, orada da 2000-dən çox yaşayış və qeyri-yaşayış sahələrinin satışını həyata keçirdiyindən, hansı mənzilin və ya hansı obyektin kimə satılmasını yadda saxlaya bilməmişdir. Ona təqdim olunmuş xx.xx.2011ci il tarixli 44 saylı müqavilə, kassa mədaxil orderinin qəbzi, xx.xx.2011-ci il tarixli 48 saylı müqavilə, maliyyə arayışı, xx.xx.2011-ci il tarixli 59 saylı müqavilə, kassa mədaxil orderinin qəbzi, xx.xx.2013cü il tarixli 110 saylı müqavilə, maliyyə arayışı və xx.xx.2014-cü il tarixli 2 ədəd razılaşma ilə tanış olaraq bildirir ki, orada olan bütün imzalar ona məxsusdur, həmçinin möhür "xxxx" MMC-yə aiddir. X3 tanımır, heç vaxt sonuncu ilə ünsiyyətdə olmamışdır. Ümumiyyətlə, mənzil satışı həyata keçiriləndə mənzili alan şəxs ödənişi mühasibatlığa ödəmişdir. Həmin vaxt da mühasibatlıqda işçi Şahin Vəliyev olmuşdur. Uzun müddət cəzaçəkmə müəssisəsində saxlanılmaqla gündəlik eyni həyatı yaşadığından, yaddaşında da unutqanlıqlar yaranmışdır. Bibisi oğlu Təqsirləndirilən şəxs1 vasitəsilə tanıdıqları Rasim Məmmədov adlı şəxs İsa ilə razılaşmaya gəlmişlər ki, tikintisini həyata keçirdikləri Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi, 717-ci məhəllədə yerləşən binada 15-ə yaxın mənzil nisyə və baha qiymətə Rasimə verilsin. Bu razılaşma əsasında hazırda xatırlamadığı mənzillərlə bağlı Rasimlə şirkət arasında müqavilələr bağlanmış və həmin mənzillər Rasimə verilmişdir. Razılaşmada qeyd olunmuşdur ki, Rasim həmin mənzilləri baha qiymətə satandan sonra mənzillərin pullarını müəyyən müddətə onlara verəcək. Həmin vaxta kimi Rasim mənzillərin əksər hissəsini müxtəlif şəxslərə satmışdır. Rasim həmin mənzilləri ucuz qiymətə sataraq özünə pul lazım olduğu üçün pulları özünə götürmüşdür. İsa isə Rasimin başqa çoxmənzilli binada 8000 kv.metr mənzillərinin olduğunu bilib satışa qarışmamışdır. Lakin qeyd olunan vaxt gəlib çatdıqda Rasim mənzillərin pulunu verə bilməyəcəyini bildirmiş və onlara hər hansı bir məbləğdə pul verməmişdir. Bundan sonra isə İsa Rasimlə bağlanılan müqavilələri ləğv etmişdir. Bununla bağlı Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaq getmişdir. O, güman etmişdir ki, Xalidəyə və Cəlaləddinə satılmış mənzillər həmin qaydada satılmışdır. Müqavilələr ləğv edildikdən sonra yenidən digər şəxslərlə müqavilə bağlanmış və mənzillər həmin şəxslərə satılmışdır. Konkret olaraq isə 3 və 27 saylı mənzillərin Rasim tərəfindən satılıb-satılmadığını dəqiq bilməmişdir (cild 1, iş vərəqi 159-163). Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, 2011-ci ildə qardaşı Cəlaləddin Ələsgərov ünvan 5ci məhəllədə 3 otaqlı mənzil almışdır. Qardaşı mənzil aldığı bina Səməd Vurğun adına bağa yaxın yerləşdiyi üçün onun da binadan xoşu gəlmişdir. O, qardaşı ilə qonşu olmaq, həm də ki, geniş evə köçmək istədiyi üçün qardaşına həmin binadan mənzil almaq istədiyini bildirmişdir. Cəlaləddin həmin binanın 9-cu mərtəbəsində 3 otaqlı 140,6 kvadrat metr sahəli 27 nömrəli mənzilin hələ satılmadığını öyrənmişdir. 2011-ci il iyun ayının 24-də qardaşı Cəlaləddinlə birlikdə “İdeal-V“ MMC-nin ofisinə gedərək adını xatırlamadığı bir oğlanla görüşmüşlər. Həmin oğlanla söhbət əsnasında onlara 27 nömrəli mənzilin həqiqətən boş olduğunu, binanın təxminən 3-4 aya təhvil veriləcəyini bildirmişdir. 27 nömrəli mənzil qardaşının mənzili ilə eyni ölçüdə və eyni layihədə olduğundan mənzilə baxmamışdır. Mənzilin 1 kv.m. təxminən 650 manatdan hesablanaraq 92.000 manat pul ödəməli olduqlarını onlara bildirmişlər. Əri işdən çıxa bilmədiyinə görə mənzil almaq məsələsini onunla qardaşına həvalə etmişdir. O, razılığını bildirdikdən sonra həmin gün "xxxx" MMC-nin ofisində 92.000 manat pulu adını xatırmadığı həmin əməkdaşa vermişdir. Təxminən yarım saat sonra 27 nömrəli mənzilə dair müqavilə və maliyyə arayışı onun adına rəsmiləşdirilərək həmin oğlan tərəfindən ofisdə ona təqdim edilmişdir. Həmin vaxt ofisdə otaqda ondan və qardaşı Cəlaləddindən başqa, həmin oğlan və mühasib qadın olmuşdur. Müqavilədə zəruri yerləri imzalamışdır. Binanın nə vaxt təhvil veriləcəyi ilə maraqlananda ona 2011-ci il dekabr ayının axırında, daha sonra isə 2012-ci il may ayında binanın təhvil veriləcəyini bildirmişlər. 2012-ci ilin iyun ayından sonra isə artıq MMC-nin ofisinin bağlı olduğunu görmüşlər. Sonradan bir neçə il şəxsi işlərinə və ailə həyatına başı qarışdığından mənzillə maraqlana bilməmişdir. 2014-cü il aprel ayının 1-də "xxxx" MMC-nin direktoru Təqsirləndirilən şəxs2 onu və qardaşı Cəlaləddin Ələsgərovu MMC-nin ofisinə çağıraraq "xxxx" MMC-nin 9-cu mərtəbəsində yerləşən və sənəd üzrə onun adına rəsmiləşdirilmiş 27 nömrəli mənzilin, həmçinin həmin binanın 3-cü mərtəbəsində yerləşən eynilə qardaşı Cəlaləddin Ələsgərovun adına rəsmiləşdirilmiş 3 nömrəli mənzilin anlaşılmazlıq olaraq başqa şəxslərə satıldığını və qeyd olunan mənzillərin yeni sahibləri tərəfindən təmir olunduğunu və mənzillərin yeni açarlarının həmin şəxslərdə olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs2 narahat olmamalarını və əgər razılıq varsa, dərhal onların hər birinə 10.000 manat məbləğində pul verəcəyini, mənzillərin 1 kvadrat metrini də 1000 manatdan hesablayaraq xx.xx.2014-cü il tarixə kimi hər birinə əlavə olaraq qalan 130.600 manat məbləğində pul verəcəyini bildirmişdir. Onlar dava tərəfdarı olmadığından, həmçinin çarəsiz qaldıqlarına görə razılaşmışlar. Şirkətin ofisində onunla və qardaşı Cəlaləddinlə razılaşma bağlanmışdır. Təqsirləndirilən şəxs2 həmin razılaşmalara imza edərək "xxxx" MMC-nin möhürü ilə təsdiq etmişdir. Lakin bu günə kimi Təqsirləndirilən şəxs2 və şirkətin hər hansı səlahiyyətli şəxsi razılaşmada qeyd olunan məbləğdə pul vəsaitini onlara verməmişlər. 2017-ci ildə "xxxx" MMC-nin binasına gedərək komendanta yaxınlaşıb 27 nömrəli mənzilin ona məxsus olduğunu və əlində olan müqavilə, həmçinin maliyyə arayışını ona göstərərkən komendant ona həmin mənzilin başqa şəxsə məxsus olduğunu bildirmişdir. O, ümumiyyətlə heç bir halda "xxxx" MMC-nin təsisçisi və direktorunun qəbulunda olmamış və onları görməmişdir. Yalnız bilir ki, əvvəllər həmin MMC-nin təsisçisi Təqsirləndirilən şəxs1 olmuşdur. 27 nömrəli mənzildə yaşayışın olub-olmaması barədə məlumatı yoxdur, lakin vəkili vasitəsilə məlumatlıdır ki, həmin mənzilin sənəd üzrə ondan əvvəl alıcısı olmuş Şahid2 2018-ci ilin noyabr ayında 27 nömrəli mənzili Zərərçəkmiş şəxs3 adlı qadına satmışdır. Hazırda ona vurulmuş maddi ziyan ödənilməmiş qalır və ziyanın ödənilməsini tələb edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X4 ifadəsində göstərdi ki, 2011-ci ilin fevral ayında "xxxx" MMC-yə məxsus binadan ev almaq qərarına gəlmiş, binanın ofisinə gedərək MMC-nin təsisçisi Təqsirləndirilən şəxs1la görüşüb 3 otaqlı mənzil almaq istədiyini bildirmişdir. Təqsirləndirilən şəxs1 bir neçə mənzillərin boş olduğunu dedikdən sonra həmin binanın 3-cü mərtəbəsində yerləşən 3 otaqlı, 140.6 kvadrat metr sahəli, 3 nömrəli mənzilə baxmış və xoşuna gəldiyinə görə oranı almaq qərarına gəlmişdir. Mənzilin dəyəri 89725 manat müəyyən edilmiş, İsanın sözünə görə 70000 manatı şirkətin ofisində əyləşən qadına vermişdir. Qalan pulu 4 ay müddətinə verməyə razılaşmışlar. Təxminən yarım saat sonra mənzilə dair müqaviləni və mədaxil orderinin qəbzini ona təqdim etmişlər. Qalan məbləği isə 4 ay ərzində İsanın ofisində həmin qadına ödəmişdir. Həmin vaxt MMC-nin direktoru olan Təqsirləndirilən şəxs2 möhür və imzası ilə sənədləri təsdiq etsə də, MMC-nin təsisçisi və işləri aparan Təqsirləndirilən şəxs1 olmuşdur. Bundan sonra o, bu barədə bacısı Zərərçəkmiş şəxs1 demiş və sonuncu da həmin binadan mənzil almaq istədiyini bildirmişdir. Buna görə də, o, yenidən "xxxx" MMC-nin ofisinə getmiş və orada İsaya bacısı Xalidə üçün də eyni layihə ilə ev almaq istədiyini bildirmişdir. Bundan sonra İsa binanın 9-cu mərtəbəsində həmin layihədə mənzil olduğunu bildirmiş, bacısı onun mənzilinin layihəsini gördüyü və xoşuna gəldiyi üçün öz mənzilinə qalxıb baxmamış və həmin mənzili almaq qərarına gəlmişdir. 24 iyun 2011-ci il tarixdə bacısı 92000 manat pul vəsaitini İsanın göstərişi ilə həmin ofisdə işləyən qadın və kişiyə vermişdir. Onlar yenə həmin qaydada pulları saydıqdan sonra bacısı ilə müqavilə bağlamışlar və kassa mədaxil orderinin qəbzini təqdim etmişlər. Təxminən 6-7 ay sonra o, aldığı mənzildə təmir işləri görmək üçün binaya getmişdir. İsa və Çingiz binada işlərin yekunlaşmadığını bildirərək mənzili hələ təmir etdirə bilməyəcəyini bildirmişlər. Bundan sonra o, mənzilini təmir etdirmək fikrindən daşınmışdır. Lakin İsagilin təmirə icazə verməmələri onda şübhə yaratmış və ona görə aldığı mənzili satmaq qərarına gəlmişdir. Bir nəfər şəxs onun mənzilini almaq istədiyindən onunla birlikdə alqı-satqı etmək üçün yenidən "xxxx" MMC-nin ofisinə getmişlər. Orada İsa və Çingiz onlara həmin mənzili sata bilməyəcəyini bildirmiş, səbəbini binanın tikintisinin davam etməsi ilə əlaqələndirmişlər. Bundan sonra o, mənzilində problem olduğunu bilib vəkil tutmuşdur. Hazırda adını xatırlamadığı vəkili onların ofisinə getmiş və onlardan pullarını tələb etmişdir. İsa və Çingiz onları bir qədər süründürəndən sonra pullarını qaytaracaqlarını bildirmiş və onlarla xx.xx.2014-cü ildə razılaşma bağlamışlar. Həmin razılaşmada göstərilmişdir ki, onlar ona və bacısına mənzillərə görə ilkin olaraq 10.000 manat və qalan 130.600 manatı xx.xx.2014-cü ilə kimi ödəyəcəklər. Həmin razılaşmanı onlara İsa və Təqsirləndirilən şəxs2 təklif etmişdir. Onlar da həmin təkliflə razılaşmışlar və Çingizin imzası və möhürü ilə razılaşma bağlanmışdır. Onlar ona və bacısına hərəyə 10.000 manat pul vermişlər. Daha sonra isə pulun qalan hissəsini tələb etsələr də, İsa və Çingiz hər dəfə müxtəlif bəhanələr gətirərək onların pullarını verməmiş və hal-hazıra kimi pullarını qaytarmamışlar. Həmçinin 2017-ci ildə onlara məlum olmuşdur ki, İsa və Çingiz onların mənzilini onlardan sonra da digər şəxslərə satmışlar. Zərərçəkmiş şəxs Cəlaləddin Ələsgərov ifadəsində həmçinin göstərmişdir ki, o, özünə və bacısına mənzil alarkən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qəbulunda olmuş, ona mənzili Təqsirləndirilən şəxs1 satsa da, rəsmiləşdirmə işləri Təqsirləndirilən şəxs2 imzası ilə aparılmışdır. O, bununla bağlı Nəsimi rayon Məhkəməsindən başqa hər hansı bir dövlət qurumuna müraciət etməmişdir. 3 nömrəli mənzildə yaşayışın olub-olmaması barədə məlumatı yoxdur. Lakin həmin mənzilin sənəd üzrə ondan sonra tanımadığı Zərərçəkmiş şəxs4 satılmasını bilmişdir. O, 2017-ci ilə kimi həmin mənzilin özünə aid olmasını bildiyinə və binanın tam təhvil verilməsini gözlədiyinə görə hüquq mühafizə orqanlarına müraciət etməmişdir. Lakin 2011-ci ildən 2014-cü ilə kimi mütəmadi olaraq ofisə getmiş və daha sonra onlarla razılaşma əldə etmişdir. Razılaşmadan sonra isə yenə mütəmadi olaraq qalan pullarını Çingiz və İsadan tələb etmiş, lakin hər dəfə Təqsirləndirilən şəxs1 xaricdə olması bildirildiyinə görə İsanın gəlməsini gözləmişdir. Həmçinin, o, BƏƏ-də yaşadığına görə və Azərbaycana gec-gec gəldiyinə görə mütəmadi olaraq mənzil ilə bağlı maraqlana bilməmişdir. Onların barəsində 2017-2018-ci illərdə cinayət işinin getməsindən də məlumatsız olmuşdur. Hazırda ona vurulmuş maddi ziyan ödənilməmişdir və ziyanın ödənilməsini tələb edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, 2018-ci ildə həyat yoldaşı Şahid1 Bakı şəhərində ev almaq istəmiş, tanışlıq vasitəsilə yoldaşına məlum olmuşdur ki, Nəsimi rayonunda "xxxx" MMC-yə məxsus 17 mərtəbəli binanın 9cu mərtəbəsində, 3 otaqlı 138,3 kvadrat metr sahəli 27 nömrəli mənzil satılır. Mənzilin layihəsi və yerləşdiyi ərazi yoldaşının xoşuna gəlsə də, qiymətlə bağlı Şahid2 adlı qadınla aralarında fikir ayrılığı yaranmış, çünki Almaz mənzili 290.000 manata satacağını bildirmişdir. Həmin vaxt yoldaşı mətbuatda və televiziyada gedən xəbərlərdə MMC sahibləri tərəfindən bir mənzilin iki və ya daha çox şəxsə satıldığını gördüyündən, Almaz xanımdan həmin mənzilin ondan əvvəlki və ya sonrakı sahibinin olub-olmamasını soruşmuş, sonuncu narahat olmamağı, həmin mənzilin ondan başqa sahibinin olmadığını bildirmişdir. Almaz xanımla danışıqdan sonra mənzilin qiymətini 275.000 manata razılaşmışlar. 28 noyabr 2018-ci il tarixdə o, yoldaşı Şahid1 və Şahid2 Bakı şəhəri, Nərimanov rayonunda yerləşən 9 saylı Notariat kontoruna gedərək oranın daxilində yerləşən bank vasitəsilə 275.000 manat məbləğində pulu Şahid2 vermişlər və 27 nömrəli mənzil onun adına rəsmiləşdirilmişdir. Mənzili alan zaman orada heç bir təmir işləri getməmişdir. Təxminən 2 ay sonra təmir işlərinə başlamışlar və 2019-cu ilin sonuna yaxın həmin mənzilə köçmüşlər. Mənzildə təmir gedən müddətdə və bu günə kimi yaşadıqları 27 nömrəli mənzilə gələrək həmin mənzilin kiməsə məxsus olmasını bildirmə halları olmamış və bu məqsədlə mənzildə yaranmış problemlə bağlı heç bir dövlət qurumuna çağırılmamışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 zərərçəkmiş şəxs arvadı Zərərçəkmiş şəxs3 ifadəsinə oxşar məzmunlu ifadə verərək, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, 717-ci məhəllədə inşa edilmiş "xxxx" MMC-yə məxsus 17 mərtəbəli binanın 9-cu mərtəbəsində yerləşən 27 nömrəli mənzili 28 noyabr 2018-ci il tarixdə Şahid2 aldıqlarını bildirdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs4 nümayəndəsi - qardaşı X17 ifadəsində göstərdi ki, "xxxx" MMC-nin Nəsimi rayonu, D.Əliyeva küçəsi, 717-ci məhəllədə insa edilmiş çoxmənzilli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən 3 otaqlı 140,6 kvadrat metr sahəli 3 nömrəli mənzil qardaşı Zərərçəkmiş şəxs4 adına olmaqla, onun sahibliyində və mülkiyyətindədir. Qardaşı Zülfüqar 2004-cü ildən ailəliklə Moskva şəhərində yaşamış, 2013-cü ilin dekabr ayında qardaşı Bakı şəhərinə gəlişi zamanı mərkəzdə 3 otaqlı mənzil almaq istədiyini bildirmişdir. O, qardaşı ilə metronun “28 May” stansiyasının yaxınlığında inşa edilmiş binalara baxmaq qərarına gəlmiş, Nəsimi rayonu, D.Əliyeva küçəsi, 717-ci məhəllədə inşa edilmiş binanın üzərində mənzillər satılması barədə elanı görüb, binanın həyətinə daxil olmuşlar. Orada özünü Rasim deyə onlara təqdim edən şəxs həmin binada bir neçə mənzilin boş olduğunu bildirərək onlara həmin mənzilləri göstərdikdə, qardaşı Zülfüqarın binanın 3-cü mərtəbəsində yerləşən 3 otaqlı, 140,6 kvadrat metr sahəli, 3 nömrəli mənzil xoşuna gəlmişdir. Rasim adlı şəxs mənzilin 1 kvadrat metrinin 1350 manat olduğunu onlara bildirdikdə, 1250 manata ala biləcəklərini müdiriyyətə bildirmələrini xahiş etmişlər. Onlar Rasimə mənzilin pulunu tam olaraq ödəyə biləcəklərini bildirdikdə, Rasim onların əlaqə nömrələrini götürərək, bir neçə saatdan sonra bu barədə dəqiq məlumat verəcəyini söyləmişdir. Təxminən 3 saat sonra Rasim ona zəng edərək 1250 manatdan alındığını və "xxxx" MMC-nin ofisinə yaxınlaşmağı məsləhət görmüşdür. Səhəri gün o, qardaşı Zülfüqarla Rasimin dediyi yerə gedərək ofisə daxil olmuşlar. Orada MMC-nin direktoru Çingiz və təsisçisi İsa adlı şəxslərlə görüşmüşlər. Daha sonra Çingizin otağında mənzilin 1 kvadrat metrini 1250 manatdan razılaşdıqdan sonra qardaşı Zülfüqara məxsus olan 175.750 manat məbləğində pulu ofisdə Çingiz və İsa adlı şəxslərin yanında rus dilli xanım və digər kişi əməkdaşa vermişlər, onlar da pulu sayaraq qəbul etmişlər. Təxminən yarım saat gözlədikdən sonra Çingizlə İsa 3 nömrəli mənzilə dair qardaşı Züfüqar Baxışovun adına rəsmiləşdirilmiş müqaviləni, müqaviləyə 1 nömrəli əlavəni, maliyyə arayışını və kassa mədaxil orderinin qəbzini qardaşı Zülfüqara vermişlər. Mənzili alan zaman mənzildə heç bir təmir işləri görülməmişdir. Ondan sonra MMC rəhbərliyi tərəfindən bir neçə il təmir işlərinə icazə verilməmişdir. 2017-ci ildə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həmin şirkətin təsisçisi İsa adlı şəxs həbs olunduğu zaman həmin binada eyni mənzilin birdən çox şəxsə satılmasını eşitmişlər. 2017-ci ilin ortalarında Korrupsiya idarəsindən Nəsimi rayonu, D.Əliyeva küçəsi, 717-ci məhəllədə inşa edilmiş çoxmənzilli yaşayış binasına gəlmişlər və bina sakinlərinin demək olar ki, hamısının iştirakı ilə keçirilmiş iclasda idaənin əməkdaşı hansı mənzillərin problemli, yəni birdən çox şəxsə satılmasını qeyd edərkən, 3 nömrəli mənzilin, yəni qardaşı Zərərçəkmiş şəxs4 məxsus mənzilin ondan əvvəl və ya sonra heç kəsə satılmadığından təmir etmək üçün icazə verildiyini bildirmişdir. X19 şəhərinə getdiyindən onun pulu ilə təxminən bir neçə ay sonra 3 nömrəli mənzildə təmir işlərini başlatmışdır. Mənzili aldıqdan bu günə qədər heç kəs həmin mənzilin ona məxsus olması ilə bağlı ona, qardaşı Zülfüqara və komendanta müraciət etməmişdir. Məhkəmə iclasında Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi tədqiq olundu. Həmin ifadəsində Şahid2 göstərmişdir ki, 2011-ci ildə əri Valeh Əhmədovun xəstəliyi ilə əlaqədar əməliyyat olunması zərurət yarandığından Bakı şəhəri, Nəsimi rayonu, Q.Quliyev küçəsi 21-də inşa edilmiş yeni tikilidə olan 3 otaqlı mənzili sataraq, ünvan 5ci məhəllədə inşa edilmiş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin binasının 9-cu mərtəbəsində 3 otaqlı, 140 kvadrat metr sahəli, 27 nömrəli mənzili almışlar. Mənzilin pulunu yəni, 80.000 manatı əri Valeh Əhmədovla birlikdə Bakı şəhəri, Xətai rayonu, S.Vəzirov küçəsində “X25”nın yaxınlığında mərtəbəsini xatırlamadığı binanın birinci mərtəbəsində yerləşən “İdeal-V“ MMC-nin ofisinə gedərək pulu mühasibə vermişlər. Otaqda olan bir qadın pulu saymış, daha sonra mühasib 27 nömrəli mənzilə dair müqavilə və maliyyə arayışını digər otaqda MMC-nin direktoru Təqsirləndirilən şəxs2 imzaladaraq ona təqdim etmişdir. MMC-nin təsisçisi Təqsirləndirilən şəxs1 söz vermişdir ki, bir ildən sonra bina təhvil veriləcək, həmin vaxt yaxınlaşanda isə bina hazır olmamışdır. Daha sonra əri Valeh Əhmədov vəfat etmiş, 2018-ci ildə isə mənzili Zərərçəkmiş şəxs3 adlı xanıma 275.000 manata satmışdır. O, mənzil alan zaman "xxxx" MMC-nin təsisçisi və direktorunun qəbulunda olmamışdır. Lakin həmin vaxt əri Valeh Məmmədov Təqsirləndirilən şəxs1 yanında olmuşdur. 27 nömrəli mənzildə yaşayışın olub-olmaması barədə məlumatı yoxdur (cild 1, iş vərəqi 133-135). Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. İş materiallarında olan xx.xx.2017-ci il tarixdə ********* nömrəli cinayət işi üzrə şahid qismində dindirilmiş X11 ifadəsindən görünür ki, tikinti işləri ilə məşğul olduğuna görə Təqsirləndirilən şəxs1 tanımış, tikinti işlərini aparan bir şəxs kimi münasibəti olmuşdur. İsaya görə də Təqsirləndirilən şəxs2 tanımışdır. 2016-cı ilin avqust-sentyabr aylarında Təqsirləndirilən şəxs2 onu dəvət edərək onlara kömək etməyini xahiş etmişdir. Çingiz ona ünvan 5ci məhəllədə inşa etdikləri binada problemlər olduğunu, onun adına köhnə tarixə müqavilələr tərtib edəcəklərini, onları imzalamasını xahiş etmişdir. O, Çingizdən həmin müqavilələrin onlara nə verəcəyini soruşduqda, Çingiz ona sənlik heç nə olmayacaq demiş, yalnız sənədlərə imza etməsini bildirmişdir. O, bunu başa düşməmiş və Təqsirləndirilən şəxs2 köhnə tarixə tərtib etdiyi sənədləri imzalamışdır. O, ümumiyyətlə "xxxx" MMC-dən mənzil almamış, sadəcə olaraq 2016-cı ildə Çingizin təkidi ilə köhnə tarixə olan sənədləri imzalamışdır. Onun Çingizlə yaxın münasibəti olduğuna görə həmin sənədləri imzalamış, Çingizin marağının nə olmasını bilməmiş, sadəcə ona mənzil almış bəzi şəxslərin pullarını qaytarılma sənədləri olduğu deyilmişdir. Şahid2 tanımamış, kim olması barədə məlumatsız olmuşdur (cild 1, iş vərəqi 21-24). Cinayət işinə əlavə edilmiş 11 fevral 2011-ci il tarixli 44 saylı çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında podratçı-sifarişçi müqaviləsindən görünür ki, podratçı "xxxx" MMC-nin direktoru Təqsirləndirilən şəxs2 ünvan 4ünvanında yerləşən çoxmərtəbəli bir bloklu yaşayış evinin 3-cü mərtəbəsində ümumi sahəsi 140.6 m2 olan 3 otaqlı 3 nömrəli mənzili sifarişçi X2 89.725 (səksən doqquz min yeddi yüz iyirmi beş) manata satmış, sonuncu, mənzilə görə "xxxx" MMC-yə 89.725 (səksən doqquz min yeddi yüz iyirmi beş) manat pul ödəmişdir (cild 1, iş vərəqi 121-123). Cinayət işində olan 24 dekabr 2013-cü il tarixli 110 saylı çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında podratçı-sifarişçi müqaviləsindən görünür ki, podratçı "xxxx" MMC-nin direktoru Təqsirləndirilən şəxs2 ünvan 4ünvanında yerləşən çoxmərtəbəli bir bloklu yaşayış evinin 3-cü mərtəbəsində ümumi sahəsi 140.6 m2 olan 3 otaqlı 3 nömrəli mənzili sifarişçi Zərərçəkmiş şəxs4 175.750 (yüz yetmiş beş min yeddi yüz əlli) manata satmış, sonuncu, mənzilin dəyərini tam ödəmiş və həmin mənzilə görə "xxxx" MMC-yə borcu qalmamışdır (cild 1. iş vərəqi 107-110). İş materiallarına əlavə edilmiş 16 mart 2011-ci il tarixli 48 saylı çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında podratçı-sifarişçi müqaviləsindən görünür ki, podratçı "xxxx" MMC-nin direktoru Təqsirləndirilən şəxs2 ünvan 4ünvanında yerləşən çoxmərtəbəli bir bloklu yaşayış evinin 9-cu mərtəbəsində ümumi sahəsi 140.6 m2 olan 3 otaqlı 27 nömrəli mənzili sifarişçi Şahid2 80.000 (səksən min) manata satmış, Şahid2 mənzilin dəyərini tam ödəmiş və həmin mənzilə görə "xxxx" MMC-yə borcu qalmamışdır (cild 1, iş vərəqi 30-32). Cinayət işinə əlavə edilmiş 24 iyun 2011-ci il tarixli 59 saylı çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında podratçı-sifarişçi müqaviləsindən görünür ki, podratçı "xxxx" MMC-nin direktoru Təqsirləndirilən şəxs2 ünvan 4ünvanında yerləşən çoxmərtəbəli bir bloklu yaşayış evinin 9-cu mərtəbəsində ümumi sahəsi 140.6 m2 olan 3 otaqlı 27 nömrəli mənzili sifarişçi Zərərçəkmiş şəxs1 89.725 (səksən doqquz min yeddi yüz iyirmi beş) manata satmış, sonuncu, mənzilə görə "xxxx" MMC-yə 92.000(doxsan iki min) manat pul ödəmişdir (cild 1, iş vərəqi 117- 119). Cinayət işinə əlavə edilmiş 05 iyun 2018-ci il tarixli ******* nömrəli çıxarışdan görünür ki, ünvan 4ünvanında yerləşən çoxmərtəbəli bir bloklu yaşayış evinin 9-cu mərtəbəsində ümumi sahəsi 140.6 m2 olan 3 otaqlı 27 nömrəli mənzil Şahid2 adına rəsmiləşdirilmişdir (cild 1, iş vərəqi 29). Cinayət işində olan 28 noyabr 2018-ci il tarixli Bakı şəhəri, 9 saylı Notariat kontorunda reyestrdə 4Ə-1373 nömrəsi ilə rəsmiləşdirilmiş AN-İ ******* nömrəli alqı-satqı müqaviləsindən görünür ki, Şahid2 28 noyabr 2018-ci ildə ünvan 5ünvanında yerləşən çoxmərtəbəli bir bloklu yaşayış evinin 9-cu mərtəbəsində ümumi sahəsi 140.6 m2 olan 3 otaqlı 27 nömrəli mənzili Zərərçəkmiş şəxs3 satmışdır (cild 1, iş vərəqi 26-28). İş materiallarına əlavə edilmiş 01 aprel 2014-cü il tarixli razılaşma sənədlərindən görünür ki, Zərərçəkmiş şəxs1 və X4 ünvan 4ünvanında yerləşən çoxmərtəbəli bir bloklu yaşayış evinin 9cu mərtəbəsində ümumi sahəsi 140.6 m2 olan 3 otaqlı 3 nömrəli və 3 otaqlı 27 nömrəli mənzilləri podratçı "xxxx" MMC-yə geri qaytarır və şirkətdən hər biri 10.000 (on min) manat məbləğində pul vəsaitini həmin tarixdə alır, hər biri üçün qalan 130.600 (yüz otuz min altı yüz) manat məbləğində pul vəsaitləpini isə xx.xx.2014-cü il tarixədək şirkətdən alacaqlar (cild 1, iş vərəqi 120, 124). Cinayət işinin materiallarına əlavə olunmuş "xxxx" MMC-yə məxsus vergi sənədlərindən görünür ki, "xxxx" MMC xx.xx.2003-cü il tarixdə Təqsirləndirilən şəxs1 tərəfindən alınmış, təsis payı sonuncuya keçmiş və Cəmiyyətə faktiki rəhbərlik etmiş, cəmiyyətin icra orqanları yaratmaq, direktorun, baş mühasibin təyin edilməsi və çıxarılması hüquqlarına malik olmuş, direktoru Təqsirləndirilən şəxs2 olmuş, əsas fəaliyyəti bina və yaşayış evlərinin, komplekslərin, qurğuların tikintisi, yolların salınması, o, cümlədən digər tikinti xidmətlərinin göstərilməsi və s ibarətdir, cəmiyyətin adından vəkalətnaməsiz fəaliyyət göstərmək, idarə edilməsini həyata keçirmək, cəmiyyətin adından əqdlər bağlamaq, rəsmi sənədləri imzalamaq hüquqlarına malikdir (cild 2, iş vərəqi 1-24). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzrə Bakı Bölgəsində təsdiq edilmiş 24 iyun 2002-ci il tarixli Nizamnamədən görünür ki, ********** №-li VÖEN-lə vergi ödəyicisi kimi qeydiyyata alınmış "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət həmin nizamnaməyə əsasən Azərbaycan Respublikasının qanunvericilik aktları ilə qadağan olunmamış təsərrüfat fəaliyyətinin istənilən növü ilə məşğul olmaq hüququna malikdir (cild 2, iş vərəqi 7-14). Cinayət işinə əlavə olunmuş 05 mart 2006-cı il tarixli müştərək fəaliyyət üçün razılaşdırma müqaviləsindən görünür ki, "xxxx" MTK-nın sifarişi əsasında podratçı "xxxx" MMC öz vəsaiti və riski ilə Bakı şəhər İcra Hakimiyyəti başçısının 237 nömrəli xx.xx.2004-cü tarixli sərəncamına əsasən Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi, 717-ci məhəllədəki qeyri-yaşayış obyektinin Bakı Mehmanxanasının yerləşdiyi 0,673 ha torpaq sahəsinin Dilarə Əliyeva küçəsinə çıxan yerində 1 bloklu, 16 mərtəbəli, ümumi sahəsi 10242 kv.m, yaşayış sahəsi 8022 kv.m, yaşayış binası və 2220 kv.m ticarət obyekti inşa edilməsi razılaşdırılmışdır (cild 2, iş vərəqi 16-20). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 iyul 2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.3.2, 46.2, 308.2, 66.3 və 66.4-cü maddələri ilə təqsirli bilinərək, 2 il müddətə dövlət və yerli özünüidarə orqanlarında maddi məsul və rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 11 il müddətə azadlıqdan məhrum etmə cəzasına, Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 may 2019-cu il tarixli hökmünə əsasən CM-nin 178.3.2, 46.2, 308.2, 66.3, 66.4 və 66.5-ci maddələri ilə təqsirli bilinərək, 3 il müddətə dövlət və yerli özünüidarə orqanlarında maddi məsul və rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 12 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir (cild 1, iş vərəqi 171). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 iyul 2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.3.2, 46.2, 308.2, 66.3 və 66.4-cü maddələri ilə təqsirli bilinərək, 2 il müddətə dövlət və yerli özünüidarə orqanlarında maddi məsul və rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 10 il 11 ay 27 gün müddətə azadlıqdan məhrum etmə cəzasına, Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 may 2019-cu il tarixli hökmünə əsasən CM-nin 178.3.2, 46.2, 308.2, 66.3, 66.4 və 66.5-ci maddələri ilə təqsirli bilinərək, 3 il müddətə dövlət və yerli özünüidarə orqanlarında maddi məsul və rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 12 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir (cild 1, iş vərəqi 170). İbtidai istintaq orqanının 23 yanvar 2022-ci il tarixli qərarı ilə Cəlaləddin Ələsgərovla "xxxx" MMC arasında bağlanılmış xx.xx.2011-ci il tarixli 44 saylı müqavilə, kassa mədaxil orderinin qəbzi, xx.xx.2011-ci il tarixli Şahid2 ilə "xxxx" MMC arasında bağlanılmış 48 saylı müqavilə, maliyyə arayışı, xx.xx.2011-ci il tarixli Zərərçəkmiş şəxs1 ilə "xxxx" MMC arasında bağlanılmış 59 saylı müqavilə, kassa mədaxil orderinin qəbzi, xx.xx.2013-cü il tarixli Zərərçəkmiş şəxs4la "xxxx" MMC arasında bağlanılmış 110 saylı müqavilə, maliyyə arayışı, xx.xx.2018-ci il tarixli Şahid2 ilə Zərərçəkmiş şəxs3 arasında bağlanılmış AN-İ ******* nömrəli alqı-satqı müqaviləsi, xx.xx.2014-cü il tarixli Cəlaləddin Ələsgərovla "xxxx" MMC arasında və Xalidə Niftulayeva ilə "xxxx" MMC arasında bağlanılmış 2 ədəd razılaşma maddi sübut kimi tanınmış və iş materiallarına əlavə edilmişdir (cild 2, iş vərəqi 27-60). Cinayət işinin materiallarına əlavə olunmuş Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 iyul 2018ci il tarixli və 22 may 2019-cu il tarixli hökmlərindən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər də, qeyd olunan binada mənzil satmaq adı ilə X6, X7, X14, X8, X5, X15 və qeyrilərinə qarşı da dələduzluq əməlləri törətmiş və digər cinayət əməllərinə yol vermişlər (cild 1, iş vərəqi 179-276). Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs1 özünü təqsirli bilməyərək, cinayətin törədilməsindən xəbərsiz olduğunu, hər hansı bir sənəddə imzası olmadığını, Zərərçəkmiş şəxs1 və Cəlaləddin Ələsgərovu tanımadığını, onlarla heç vaxt görüşmədiyini və onlardan pul almadığını bildirərək öz müdafiəsi üçün dəlillər gətirdi. Həmçinin Təqsirləndirilən şəxs2 da məhkəmə iclasında özünü təqsirli bilməyərək, cinayətin törədilməsindən xəbərsiz olduğunu, Zərərçəkmiş şəxs1 və Cəlaləddin Ələsgərovu tanımadığını, onlarla heç vaxt görüşmədiyini bildirərək müdafiəsi üçün dəlillər gətirdi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli Qərarının 33-cü bəndində məhkəmələrə tövsiyyə edilir ki, hökmün təsviriəsaslandırıcı hissəsində təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxslərin yuxarıda göstərilən dəlilləri ilə bağlı qeyd etməyi lazım bilir ki, məhkəmə baxışı zamanı onlar verilmiş ittihamlar üzrə özlərini təqsirli bilməyərək, zərərçəkmiş şəxsləri tanımadıqlarını və onlardan mənzil satışı adı ilə pul almadıqlarını bildirsələr də, onların təqsiri məhkəmədə dindirilmiş zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə, maddi sübut kimi tanınmış çoxsaylı sənədlərlə, həmçinin onların eyni cinayət hadisəsi üzrə analoji dələduzluq cinayətlərinə görə müxtəlif vaxtlarda iki dəfə təqsirli bilinib cəzalanmalırı barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmləri ilə təsdiq olunur. Qeyd olunan səbəblərə görə, məhkəmə kollegiyası təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmədə gətirdikləri dəlilləri özlərini müdafiə etmək və cinayət məsuliyyətindən yayınmaq üçün seçdikləri müdafiə taktikası kimi qiymətləndirir. Yuxarıda qeyd olunan sübutlara və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxslərin törətdikləri əməllər düzgün tövsif edilmişdir, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayətlərdir, təsnifatına görə böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlər kateqoriyalarına aiddir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən, qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər, həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər, 15.4-cü maddəsinə uyğun olaraq, qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən, şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərinin cinayət olmasını aradan qaldıran hallar, onların cinayət məsuliyyətindən və Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə cəzadan azad olunmaları üçün əsaslar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 308.2 və 313-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini qəsdən törətmələri tam sübuta yetirilmişdir. Onlar qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidirlər. Onların cinayət məsuliyyətindən azad olunmaları üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 308.2 və 313-cü maddələri ilə verilmiş ittihamlara münasibətdə məhkəmə aşağıdakıları qeyd etməyi lazım bilir: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75-ci maddəsinə əsasən, cinayət törətdiyi gündən aşağıda müəyyən edilən müddətlər keçdikdə, şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz: 75.1.1. böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə; 75.1.2. az ağır cinayətin törədildiyi gündən yeddi il keçdikdə; 75.1.3. ağır cinayətin törədildiyi gündən on iki il keçdikdə; 75.1.4. xüsusilə ağır cinayətin törədildiyi gündən iyirmi il keçdikdə. Həmin Məcəllənin 75.2-ci maddəsinə əsasən müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 verilmiş ittihamların məzmunundan görünür ki, cinayət epizodları üzrə CM-nin 313 və 308.2-ci maddələri ilə nəzərdə tutulmuş sonuncu cinayət əməlləri 2013-cü ilin dekabrında törədilmişdir və həmin cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2 və 15.3-cü maddələrinə əsasən, böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlər kateqoriyasına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1 və 75.1.2-ci maddələrinə əsasən, böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il, az ağır cinayətin törədildiyi gündən isə yeddi il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.3-cü maddəsinə əsasən, cinayət məsuliyyətinə cəlbetmə müddətlərinin keçməsi cinayət təqibini istisna edən hallardan biridir və belə hallarda, cinayət təqibi başlana bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir. Həmin Məcəllənin 44.2.1-ci maddəsinin tələblərinə görə, bəraət hökmü və ya cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılması üçün bu Məcəllənin 42 və 43-cü maddələrində göstərilən əsaslar mövcud olmadıqda, məhkəmə CPM-nin 39.1.3-cü maddəsində nəzərdə tutulmuş halda təqsirləndirilən şəxsə cəza təyin etməməklə ittiham hökmü çıxarır. Qeyd olunanları ümumiləşdirən məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1 və 75.1.2-ci maddələrinə əsasən, cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçdiyinə görə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313 və 308.2-ci maddələri ilə cəza təyin olunmamalıdır. Bununla belə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-nin 178.3.2-ci maddəsi təqsirliliyi sübuta yetirildiyindən, həmin maddə ilə onlar cəzalandırılmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən onların törətdikləri cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətlərini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzaların onların islah olunmalarına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59.1.14-cü maddəsinə əsasən, cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsini təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində cəzanı yüngülləşdirən hallar kimi nəzərə alıır. İstintaq orqanının təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığı cinayət əməllərini qabaqcadan əlbir olmuş bir qrup şəxs qismində törətmələrini Azərbaycan Respublikası CM-nin 61.1.3-cü maddəsinə əsasən, vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığı cinayət əməllərini təkrar törətmələrini CM-nin 61.1.1-ci maddəsinə əsasən, vəzifə səlahiyyətlərindən sui-istifadə cinayətini tamah niyyətilə törətmələrini isə CM-nin 61.1.6-cı maddəsinə əsasən onların cəzasını ağırlaşdıran hallar kimi qiymətləndirməsi ilə bağlı gəldiyi nəticəyə qiymət verən məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxslərin Cinayət Məcəlləsinin 313 və 308.2-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçdiyindən və həmin maddələrlə onlara cəza təyin olunmayacağı səbəbindən, qeyd olunan hallar təqsirləndirilən şəxslərə münasibətdə cəzanı ağırlaşdıran hallar kimi nəzərə alınmamalıdır. Məhkəmə kollegiyası təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirli bilindikləri Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə cəza təyin olunması məsələsini müzakirə edib aşağıdakıları qeyd etməyi lazım bilir: Belə ki, Təqsirləndirilən şəxs1 Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 iyul 2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.3.2, 46.2, 308.2, 66.3 və 66.4-cü maddələri ilə təqsirli bilinərək, 2 il müddətə dövlət və yerli özünüidarə orqanlarında maddi məsul və rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 11 il müddətə azadlıqdan məhrum etmə cəzasına, Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 may 2019-cu il tarixli hökmünə əsasən CM-nin 178.3.2, 46.2, 308.2, 66.3, 66.4 və 66.5-ci maddələri ilə təqsirli bilinərək, 3 il müddətə dövlət və yerli özünüidarə orqanlarında maddi məsul və rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 12 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmçinin, Təqsirləndirilən şəxs2 Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 iyul 2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.3.2, 46.2, 308.2, 66.3 və 66.4-cü maddələri ilə təqsirli bilinərək, 2 il müddətə dövlət və yerli özünüidarə orqanlarında maddi məsul və rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 10 il 11 ay 27 gün müddətə azadlıqdan məhrum etmə cəzasına, Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 may 2019-cu il tarixli hökmünə əsasən CM-nin 178.3.2, 46.2, 308.2, 66.3, 66.4 və 66.5-ci maddələri ilə təqsirli bilinərək, 3 il müddətə dövlət və yerli özünüidarə orqanlarında maddi məsul və rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 12 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir Məhkəmədə müəyyən edildi ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər ikisinə Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 iyul 2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə maksimum həddə, yəni 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası CM-nin 66.1-ci maddəsinə əsasən, cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən, cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin tələbinə görə, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Cinayət qanunvericiliyinin qeyd olunan müddəalarını rəhbər tutan məhkəmə kollegiyası hesab edir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 iyul 2018-ci il tarixli hökmünə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 178.3.2ci maddəsi ilə maksimum həddə, yəni 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edildiyindən, hazırkı iş üzrə Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə onlara cəza təyin edilməsinin mümkünsüzlüyü nəzərə alınmalı və cəza yuxarıda qeyd olunan hökmlə təyin olunmuş 10 il müddətə azadlıqdan məhrum etmə cəzası əhatə edilməlidir. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 may 2019cu il tarixli hökmü ilə Cinayt Məcəlləsinin 66.5-ci maddəsinə uyğun olaraq təyin edilmiş 3 il müddətə dövlət və yerli özünüidarə orqanlarında maddi məsul və rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 12 il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin olunması nəzərə alınmalıdır. İş materiallarından görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 18 avqust 2017-ci il tarixdən həbsdə saxlanılırlar. Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 18 avqust 2017-ci il tarixdən başlayaraq həbsdə saxlanıldıqları bütün müddət onlara təyin olunacaq qəti cəza müddətlərinə daxil edilməli, onların azadlıqdan məhrum etmə cəzalarının başlanğıcı qeyd olunan tarixdən hesablanmalıdır. Eyni zamanda təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 azadlıqdan məhrum etmə növündə cəza çəkmələri səbəbindən barələrində qətimkan tədbirinin seçilməməsi nəzərə alınmalıdır. Məhkəmə kollegiyası cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin olunacaq azadlıqdan məhrum etmə cəzası ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, ilk dəfə ağır cinayət törətməyə görə məhkum olunmuş şəxsər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Cinayət işi üzrə məhkəmə baxışı zamanı zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və X4 hər biri 130.600 (yüz otuz min altı yüz) manat maddi zərərin və mülki iddiaya görə ödədikləri 421 (dörd yüz iyirmi bir) manat pul vəsaitinin təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 alınaraq onlara qaytarılması barədə mülki iddia qaldırmışlar. "Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli 7 №-li qərarının 38-ci bəndində məhkəmələrə tövsiyyə edilir ki, dələduzluğun törədilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi ilə bağlı zərərçəkmiş şəxs cinayət təqibi mərhələsində CPM-nin 179-183-cü maddələrinin tələblərinə əməl etməklə mülki iddia verdikdə, həmin iddialara cinayət işi ilə birlikdə baxılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli qərarında məhkəmələrə tövsiyyə edilir ki, cinayət-prosessual qanuna əsasən məhkəmə hökmün təsviri-əsaslandırıcı hissəsində mülki iddianın tam və ya qismən təmin edilməsi və yaxud rədd edilməsi üzrə motivlərini, müvafiq maddi və prosessual hüquqi normaları və zəruri hallarda təmin edilmiş tələblərə aid olan hesablamaları göstərməklə gəldiyi nəticəni əsaslandırır. Belə əsaslandırma aparılarkən cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə və yaxud əməlin törədilməsi ilə əlaqədar vurulmuş ziyanın xarakteri və təmin edilməli olan tələblər üzrə ödənişlərin məbləği (o cümlədən, mülki cavabdeh mülki iddianı qəbul etdiyi hallarda) məhkəmə baxışında tədqiq edilmiş sübutlar göstərilməklə onların məcmusu ilə əsaslandırılmalıdır. Bir neçə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş mülki iddia (mülki iddialar) təmin edildiyi halda ittiham hökmünün nəticəvi hissəsində hansı hissənin (konkret məbləğin) müştərək, hansı məbləğlərin isə hər bir təqsirləndirilən şəxsdən paylar üzrə, eləcə də hansı mülki iddiaçının xeyrinə tutulması göstərilməlidir. Mülki iddianın tələbləri ittihamda göstərilən maddi ziyanla bilavasitə bağlı olmadıqda və yaxud ittihamda göstərilən maddi ziyanın miqdarından artıq olduqda və mülki iddia üzrə ödənilməli olan məbləğlərin dəqiqləşdirilməsi üçün zəruri olan əlavə araşdırmalar məhkəmə baxışının həddindən artıq uzanmasına səbəb ola bildikdə, məhkəmə əsaslandığı motivləri hökmün təsviriəsaslandırıcı hissəsində göstərməklə mülki iddiaçının həmin iddia ilə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnu təmin etmək üçün mülki iddianın baxılmamış saxlanılmasına dair qərar qəbul edə bilər. Məhkəmə verilmiş mülki iddialarla bağlı məsələni müzakirə edərək belə hesab edir ki, hazırkı məhkəmə iclasında zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və X2 qarşı dələduzluq əməllərinin təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən törədilməsi öz təsdiqini tapsa da, məhkəmədə zərərçəkmiş tərəf adları çəkilən təqsirləndirilən şəxslərin vurulmuş maddi ziyana hansının hansı həcmdə mülki məsuliyyət daşımaları, həmçinin vurulmuş maddi ziyanla digər şəxslərin əlaqəsinin olub-olmaması barədə sübutlar təqdim etmədi. Bu hallar isə aydınlaşdırılmadan məhkəmədə qeyd olunan mülki iddiaların həlli ilə bağlı yekun nəticəyə gəlmək mümkünsüzdür. Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, zərərçəkmiş şəxs-mülki iddiaçılar Zərərçəkmiş şəxs1 və X1 məhkəmədə qaldırdığı mülki iddialar baxılmamış saxlanılmalı, Zərərçəkmiş şəxs1 və Cəlaləddin Ələsgərova mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüquqları izah olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. Cinayət-prosessual qanunvericiliyinin qeyd olunan müddəasına əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut hesab edilmiş və öz xüsusiyyətinə, əlamətlərinə, habelə üzərində hadisənin izlərini saxladığına görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən xx.xx.2011-ci il tarixli Cəlaləddin Ələsgərovla "xxxx" MMC arasında bağlanılmış 44 saylı müqavilə, kassa mədaxil orderinin qəbzi, xx.xx.2011-ci il tarixli Şahid2 ilə "xxxx" MMC arasında bağlanılmış 48 saylı müqavilə, maliyyə arayışı, xx.xx.2011-ci il tarixli Zərərçəkmiş şəxs1 ilə "xxxx" MMC arasında bağlanılmış 59 saylı müqavilə, kassa mədaxil orderinin qəbzi, xx.xx.2013cü il tarixli Zərərçəkmiş şəxs4la "xxxx" MMC arasında bağlanılmış 110 saylı müqavilə, maliyyə arayışı, xx.xx.2018-ci il tarixli Şahid2 ilə Zərərçəkmiş şəxs3 arasında bağlanılmış AN-İ ******* nömrəli alqı-satqı müqaviləsi, xx.xx.2014-cü il tarixli Cəlaləddin Ələsgərovla "xxxx" MMC arasında və Xalidə Niftulayeva ilə "xxxx" MMC arasında bağlanılmış 2 ədəd razılaşma cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə məsrəflərinin müəyyən edilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 308.2 və 313-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1 və 75.1.2-ci maddələrinə əsasən, cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçdiyinə görə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313 və 308.2-ci maddələri ilə cəza təyin olunmasın. Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 iyul 2018-ci il tarixli hökmünə əsasən, eyni cinayət hadisəsi üzrə dələduzluq epizodlarına görə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş maksimum həddə, yəni 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edildiyindən, hazırkı iş üzrə Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə cəza təyin edilməsinin mümkünsüzlüyü nəzərə alınsın və Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 iyul 2018-ci il tarixli hökmünə əsasən təyin olunmuş 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə əhatə edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs1 Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 may 2019-cu il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə uyğun olaraq 3 (üç) il müddətə dövlət və yerli özünüidarə orqanlarında maddi məsul və rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 12 (on iki) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin olunması nəzərə alınsın. Təqsirləndirilən şəxs1 təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 18 avqust 2017-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 hazırda azadlıqdan məhrum etmə növündə cəza çəkdiyindən barəsində qətimkan tədbirinin seçilməməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 308.2 və 313-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1 və 75.1.2-ci maddələrinə əsasən, cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçdiyinə görə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313 və 308.2-ci maddələri ilə cəza təyin olunmasın. Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 iyul 2018-ci il tarixli hökmünə əsasən, eyni cinayət hadisəsi üzrə dələduzluq epizodlarına görə Əkbər Məmmədova Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş maksimum həddə, yəni 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edildiyindən, hazırkı iş üzrə Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə cəza təyin edilməsinin mümkünsüzlüyü nəzərə alınsın və Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 iyul 2018-ci il tarixli hökmünə əsasən təyin olunmuş 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə əhatə edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs2 Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 may 2019-cu il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə uyğun olaraq 3 (üç) il müddətə dövlət və yerli özünüidarə orqanlarında maddi məsul və rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 12 (on iki) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin olunması nəzərə alınsın. Təqsirləndirilən şəxs2 təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 18 avqust 2017-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 hazırda azadlıqdan məhrum etmə növündə cəza çəkdiyindən barəsində qətimkan tədbirinin seçilməməsi nəzərə alınsın. İş üzrə zərərçəkmiş şəxslər (mülki iddiaçılar) Zərərçəkmiş şəxs1 və X1 təqsirləndirilən şəxslər (mülki cavabdehlər) Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı mülki iddiaları baxılmamış saxlanılsın, Zərərçəkmiş şəxs1 və Cəlaləddin Ələsgərova mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüquqları izah olunsun. İş üzrə maddi sübutlar - Cəlaləddin Ələsgərovla "xxxx" MMC arasında bağlanılmış xx.xx.2011-ci il tarixli 44 saylı müqavilə, kassa mədaxil orderinin qəbzi, xx.xx.2011-ci il tarixli Şahid2 ilə "xxxx" MMC arasında bağlanılmış 48 saylı müqavilə, maliyyə arayışı, xx.xx.2011-ci il tarixli Zərərçəkmiş şəxs1 ilə "xxxx" MMC arasında bağlanılmış 59 saylı müqavilə, kassa mədaxil orderinin qəbzi, xx.xx.2013-cü il tarixli Zərərçəkmiş şəxs4la "xxxx" MMC arasında bağlanılmış 110 saylı müqavilə, maliyyə arayışı, xx.xx.2018-ci il tarixli Şahid2 ilə Zərərçəkmiş şəxs3 arasında bağlanılmış AN-İ ******* nömrəli alqı-satqı müqaviləsi, xx.xx.2014-cü il tarixli Cəlaləddin Ələsgərovla "xxxx" MMC arasında və Xalidə Niftulayeva ilə "xxxx" MMC arasında bağlanılmış 2 ədəd razılaşma cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəflərinin olmaması, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Cavid Hüseynov Samir Əliyev Əsli ilə düzdür Hakim Eldar İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar