Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-92/2025 03.02.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, hakimlər Məcidov X10 və Məmmədzadə Səbinə Adil qızından ibarət tərkibdə, X9 oğlunun katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında xx xxxx 2002-ci ildə Cəlilabad rayonuna anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşamış, hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddə əldə edib üzərində saxlayaraq daşımışdır. Belə ki, o, məlum olmayan mənbədən və vaxtda satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda 5,942 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla ünvan 4 ünvana daşımış, Təqsirləndirilən şəxs barəsində daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 25 may 2023-cü il tarixdə, saat 20:15-də ünvan 4 ünvanın yaxınlığında olduğu zaman saxlanılaraq Baş İdarəyə gətirilib xidməti otaqların birində Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarının sol yan cibindən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı bir ədəd bükümdə külli miqdarda ümumi təmiz çəkisi 5,942 qram psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 25 may 2023-cü il tarixdə əsgərlik dostunun ad günü məclisində olmuşdur. Hazırda həmin dostu müddətli həqiqi hərbi xidmətdədir. Məclisin baş tutduğu kafedən çıxan zaman polis əməkdaşları onu saxlamışlar. Həmin vaxt onun yanında həmin dostu da var imiş. Bundan başqa, göstərir ki, onu saxlayan polis əməkdaşlarının iki nəfər olmasına baxmayaraq, şahid kimi üç nəfər göstərilmişdir. O, heç bir narkotik vasitəni tanımır. O, idmançıdır, Azərbaycan Respublikasını bir neçə dəfə təmsil etmişdir. Azərbaycan çempionudur və Dünya çempionatı üzrə bürünc medal mükafatçısıdır. Ona elan edilmiş ittihamda qeyd edilib ki, onun üzərindən psixotrop maddə aşkarlanmışdır. Lakin bu, doğru deyil, o, heç siqaret belə çəkmir. Polis əməkdaşları ona yaxınlaşıb “Təqsirləndirilən şəxs sənsən?” deyə soruşmuşlar. Onu Polis İdarəsinə aparmışlar. Avtomobilə əyləşdikdə ondan telefonunu istəmişlər, polis əməkdaşları onun telefonuna baxdıqda heç bir şübhəli hal müəyyən etməmişlər. Bundan sonra onu Baş Mütəşəkkil Cinayətkarlıqa Mübarizə İdarəsinə aparmışlar. Orada onun üzərinə şəxsi axtarış keçirilərkən cibindən telefon, vəsiqə, bank kartı, pul və açar aşkar olunmuşdur. Polis əməkdaşları onun sol cibinə psixotrop maddə qoymuşlar. Daha sonra ona kağız təqdim edərək kağızda yazılanları eynilə kameraya oxumağını bildirmişlər. Polis əməkdaşları tərəfindən ona edilən fiziki təzyiqlərdən sonra o, məcbur olub həmin psixotrop maddənin ona məxsus olduğunu etiraf etmişdir. Təqsirləndirilən şəxs daha sonra verilən suallara cavab olaraq göstərmişdir ki, hesab edir ki, polis əməkdaşlarının onun üzərinə psixotrop maddə qoymalarının səbəbi onun əmisi nəvəsi 15 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkir, həmin şəxsin anası xəstə olduğu üçün əmisi nəvəsinin yanına lazım olan şeyləri o, aparırmış. Bu zaman oranın əməkdaşları ondan ora niyə gəldiyini soruşmuşlar. O da bildirmişdir ki, əmisi nəvəsinin yanına gəlmişdir. Polis əməkdaşları tərəfindən saxlanılması üçün başqa səbəb görmür. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı vermiş olduğu ifadələri arasında müəyyən olunan ziddiyyətlərlə bağlı onun ibtidai istintaq mərhələsində verdiyi izahat, şübhəli və təqsirləndirilən şəxs qismində dindirilməsinə dair protokollar elan olunmaqla tədqiq edilmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 26 may 2023-cü il tarixdə verdiyi izahatında, sonra həmin tarixdə şübhəli şəxs qismində dindirilərkən, eyni zamanda Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə cəlb edilərkən təqsirləndirilən şəxs qismində verdiyi və şəxsən özünün imzaları ilə təsdiq etdiyi ifadələrində məhkəmə iclasındakı ifadəsindən fərqli olaraq göstərmişdir ki, o, elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilir. Arada narkotik vasitə marixuana və psixotrop maddə metamfetamindən çəkmək yolu ilə istifadə etmişdir. Hər hansı narkoloji və ya psixiatrik müəssisədə müalicədə və qeydiyyatda olmamışdır. Təxminən xx.xx.2023-cü il tarixdə anket məlumatlarını bilmədiyi bir nəfər tanışının vasitəsilə Bakı şəhəri, Səbail rayonu ərazisində “İçərişəhər” metrostansiyası yaxınlığında bir nəfər şəxslə tanış olmuşdur. Həmin tanışı ona həmin şəxsin psixotrop maddəsi olduğunu, əgər istəyirsə ona da sata biləcəyini bildirmişdir və ondan öz şəxsi istifadəsi üçün bir ədəd bükümdə adını “patı” kimi bildiyi psixotrop maddə metamfetamin götürmüşdür. Bunun müqabilində həmin şəxsə 50 manat pul vermişdir. Həmin şəxs 20-25 yaşlarında biri idi və ilk dəfə idi ki, ondan psixotrop maddə almışdır. Əldə etdiyi psixotrop maddənin bir hissəsini özü istifadə etmiş və qalan hissəsini isə cibinə qoymuşdur. Daha sonra xx.xx.2023-cü il tarixdə, saat 20 radələrində ünvan 4 ünvanın qarşısında olduğu zaman 3 nəfər mülki geyimdə olan şəxs yaxınlaşıb özlərini təqdim edib Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirib anket məlumatlarını soruşmuşlar. Özünü təqdim etdikdən sonra polis əməkdaşları onun narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu bildirib, barəsində qəbul edilmiş "Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında" qərarla tanış etmişlər. Yalan danışmağın əhəmiyyət kəsb etmədiyini başa düşüb səmimi olaraq etiraf edib, hazırda üzərində psixotrop maddə "patı" olmasını bildirmişdir. Bundan sonra polis əməkdaşları onu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmişlər. Buna etiraz etməyib polis əməkdaşları ilə həmin Polis İdarəsinə gəlmişdir. Daha sonra Polis İdarəsində hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Hüquq və vəzifələri izah olunmuş, sonra video çəkilişdən istifadə edilməklə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı üstündə psixotrop maddə "patı" olduğunu bildirmişdir. Daha sonra əynində olan göy rəngli cins şalvarının sol yan cibindən iki ədəd plastik bank kartını, özünə məxsus olan şəxsiyyət vəsiqəsini, bir ədəd şəffaf sellofan bükümü, həmin cins şalvarının sağ yan cibindən bir ədəd mobil telefonu çıxarıb təqdim etməklə masanın üzərinə qoymuşdur. Daha sonra üzərinə şəxsi axtarış həyata keçirilsə də, əlavə əşya və ya predmet aşkar edilməmişdir. Təqdim etdiyi əşya və predmetlərə polis tərəfindən ardıcıllıqla baxış keçirilməyə başlanmışdır. İlk əvvəl təqdim etdiyi bir ədəd "İphone" markalı mobil telefona baxış keçirilmişdir. Mobil telefonun özünə məxsus olmasını və içərisində ***-***-**-** saylı mobil nömrəsinin olmasını bildirmişdir. Daha sonra təqdim etdiyi iki ədəd plastik bank kartlarına baxış keçirilmişdir. Birinci bank kartının üzərində "Unibank" yazısı, ikinci bank kartının üzərində isə "xxxx" yazısı olması müəyyən edilmişdir. Daha sonra təqdim olunan bir ədəd şəffaf sellofan bükümə baxış keçirilmişdir. Büküm iştirakçıların şahidliyi ilə açılmışdır. Bu zaman həmin sellofan bükümün içərisində "patı" adı ilə tanıdığı maddə olması müəyyən edilmişdir. Şifahi sorğu zamanı üstündən aşkar edilmiş bir ədəd sellofan bükümdə olan maddəni təxminən 2-3 gün əvvəl, Bakı şəhəri, Səbail rayonu, "İçərişəhər" metrosu yaxınlığında olarkən əvvəllər tanımadığı şəxsdən əldə etdiyini, buna görə həmin şəxsə 50 manat pul verdiyini, həmin maddənin "patı" olaraq adlanmasını, özünün bu maddələri kiməsə satmaq, hədiyyə və ya pay qismində vermək kimi bir niyyətinin olmadığını, yalnız şəxsi istifadəsi üçün bu maddəni əldə edib üzərində saxladığını bildirmişdir. Bundan sonra üstündən aşkar olunmuş bir ədəd sellofan bükümdə olan maddə polis tərəfindən bir ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Eyni zamanda üstündən aşkar edilmiş bir ədəd "İphone" markalı mobil telefon, iki ədəd plastik bank kartı və şəxsiyyət vəsiqəsi iş üzrə əhəmiyyət kəsb etdiyindən polis tərəfindən götürülmüşdür (iş vərəqə: cild İ, səh.43-44, 63-66, 80-83). Təqsirləndirilən şəxs yalnız ibtidai istintaqın sonunda elan edilmiş ittihamla razı olmadığına görə ifadə verməkdən və protokola imza etməkdən imtina etmişdir (iş vərəqə: cild İ, səh.181-185). Məhkəmə baxışı zamanı elan olunan ifadələrinə və müəyyən olunan ziddiyyətlərə, imza etməkdən imtina etməsi ilə bağlı xüsusatlara münasibət bildirməsi Təqsirləndirilən şəxs təklif edilərkən o, ibtidai istintaq zamanı fərqli ifadələr verməsinin səbəbini həmin vaxt onun saxlanılmasında iştirak edən polis əməkdaşlarının ona qanunsuz təzyiqlər etməsi ilə əlaqədar olduğunu, buna görə də ibtidai istintaqda etirafedici ifadələr verməyə məcbur qaldığını bildirmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. 2023-cü ilin may ayında Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasına dair əməliyyat məlumatı daxil olmuşdur. Əməlliyat məlumatı daxil olduqdan sonra Təqsirləndirilən şəxs Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində tərəflərindən saxlanılaraq, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilmişdir. İdarədə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən bir bükümdə psixotrop maddə metamfetaminə bənzər maddə aşkarlanaraq götürülmüşdür. Təqsirləndirilən şəxs həmin psixotrop maddə metamfetamini tanımadığı şəxsdən aldığını bildirmişdir. Şahid1 daha sonra verilmiş suallara cavab olaraq göstərmişdir ki, onlar Təqsirləndirilən şəxs saxlayarkən sonuncu tək olmuşdur. Təqsirləndirilən şəxs saxlayarkən üç nəfər polis əməkdaşları olmuşlar. Təqsirləndirilən şəxsi saxlayarkən, üzərinə şəxsi axtarış keçirilərkən sonuncuya qarşı heç bir qanunsuz təsir, təzyiqlər olmamışdır. Həmçinin bildirir ki, Təqsirləndirilən şəxs barəsində daxil olmuş əməliyyat məlumatının məzmunu Təqsirləndirilən şəxs narkotik vasitələrin əldə etməsi, satışı ilə məşğul olması ilə əlaqədar olsa da, satışla bağlı məlumatlar öz təsdiqini tapmamış, Təqsirləndirilən şəxs həmin maddələrin satışı ilə məşğul olmasına dair real məlumat əldə edə bilməmişlər. Eyni zamanda ibtidai istintaqda verdiyi ifadəsini də təsdiq etdiyini bildirir. Məhkəmə istintaqı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid2 və Şahid3 eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişlər, həmçinin bildirmişlər ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat məlumatı sonuncunun narkotik vasitənin satışı ilə məşğul olması ilə əlaqədar olsa da, Təqsirləndirilən şəxs narkotik vasitənin satışını həyata keçirməsini müəyyən edə bilməmişlər və satışla bağlı məlumat öz təsdiqini tapmamışdır. Məhkəmənin əvvəlki iclaslarında müdafiə tərəfin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X2 ifadəsindən görünür ki, o, göstərmişdir ki, Təqsirləndirilən şəxs onun dostudur. Onlar 25 may 2023-cü il tarixdə ad günü məclisinə getmək üçün görüşmüşlər. Məclisdə təxminən 1-1,5 saat ərzində yemək yeyib, söhbət etmişlər. Sonra evə gedərkən iki nəfər naməlum şəxs onlara yaxınlaşmışlar. Həmin şəxslər özlərini təqdim etdikdən sonra Təqsirləndirilən şəxs saxlamışlar, o isə çıxıb getmişdir. Sonra hadisə ilə bağlı Təqsirləndirilən şəxs ailəsinə xəbər etmişdir. Onların heç vaxt narkotik vasitə ilə əlaqəsi olmamışdır. O özü təhsilə yönəlmişdir, Süleyman isə idmançıdır. Polis əməkdaşları Təqsirləndirilən şəxs hər hansı fiziki güc tətbiq etmədən aparmışlar. Həmçinin ona qarşı da heç kim fiziki güc tətbiq etməmişdir. O, əmin imiş ki, Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olmayıb, çünki Təqsirləndirilən şəxs uşaqlıqdan tanıyır. Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 25 may 2023-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında protokol”dan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində Təqsirləndirilən şəxs üzərinə müdafiəçisinin iştirakı ilə və video çəkiliş vasitəsilə şəxsi axtarış keçirilən zamanı onun əynində olan göy rəngli cins şalvarının sol yan cibindən 02 ədəd plastik bank kartı, 01 ədəd şəffaf sellofan bükümü, həmin cins şalvarının sağ yan cibindən 01 ədəd mobil telefon aşkar edilmişdir. Daha sonra təqdim olunan 01 ədəd şəffaf sellofan bükümə baxış keçirilmiş, bu zaman həmin sellofan bükümün içərisində ağ rəngli, kristal şəkilli, psixotrop maddə metamfetaminə oxşar maddə olması müəyyən edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd sellofan bükümdə olan maddəni təxminən 2-3 gün əvvəl Bakı şəhəri, Səbail rayonu, “İçərişəhər" metrosu yaxınlığında olarkən əvvəllər tanımadığı şəxsdən əldə etdiyini, buna görə həmin şəxsə 50 manat pul verdiyini, həmin maddənin “patı” olaraq adlanmasını, özünün bu maddəni kiməsə satmaq, hədiyyə və ya pay qismində vermək kimi bir niyyətinin olmadığını, yalnız şəxsi istifadə üçün bu maddəni əldə edib üzərində saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üstündən aşkar olunmuş 01 ədəd sellofan bükümdə olan psixotrop maddə metamfetaminə oxşar maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan 01 ədəd kağız zərfdə qablaşdırılaraq möhürlənmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd “İphone” markalı mobil telefon, 02 ədəd plastik bank kartı və şəxsiyyət vəsiqəsi iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüşdür (cild 1, iş vərəqə: 29-32). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 30 may 2023-cü il tarixli qərarından görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbiri ilə bağlı 25 may 2023-cü il tarixli qərar qanunauyğun hesab edilmişdir (cild 1, iş vərəqə: 114). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının 26 may 2023-cü il tarixli, 6/3029 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №6” dairəvi möhür əksi, “Təqsirləndirilən şəxs aşkar olunan maddə ..Təqsirləndirilən şəxs (imza)” yazısı və imzalar olan paketdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 5,942 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir (cild 1, iş vərəqə: 36- 40). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-tibbi Ekspertiza və X3” X6 məhkəmə-kimyəvi ekspertizasının 31 may 2023-cü il tarixli, 1901/K nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan və sidik nümunələrinin tərkibində tiryək qrupuna aid olan morfin aşkar edilmişdir. Barbitur turşusu törəmələri, kannabinoid (çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən), fenilalkilamin qrupuna aid olan amfetamin və metamfetamin, fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir (cild 1, iş vərəqə: 144-147). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi X6 məhkəmə-narkoloji ekspertizasının 26 may 2023-cü il tarixli, 3070 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərdən istifadə etmə halları olduğu müəyyən olunmuşdur. Lakin hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqə: 152-153). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-tibbi Ekspertiza və X3” X6 məhkəmə-tibbi ekspertizasının 26 may 2023-cü il tarixli, 214/MEŞ nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində xəsarət aşkar edilməmişdir (cild 1, iş vərəqə: 148-151). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya X4 Şəxsindən əldə olunmuş 10 iyun 2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər adı göstərilən xəstəxanada müalicədə olmamışdır (cild 1, iş vərəqə: 133). Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə tədqiq edilmiş Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin 07 iyun 2023-cü il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddə satdığı şəxslərin dairəsini, eyni zamanda onun narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmasını görə biləcək şəxslərin dairəsini müəyyən etmək mümkün olmamışdır (cild 1, iş vərəqə: 131). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 19 iyul 2023-cü il tarixli “telefon zəngləri üzrə aparılmış danışıqlar barədə məlumatlara baxış keçirilməsi haqqında protokol”dan görünür ki, "xxxx" MMC-dən göndərilmiş 1 ədəd CD diskə baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə ilə başqa mobil telefonlar vasitəsi ilə edilmiş giriş və çıxış zənglərin, həmin zənglərin nömrələrinin sahiblərinin anket məlumatlarının, nömrələrin anten dairələrinin, həmin nömrələrdən göndərilən və daxil olan SMS-lərin mətnləri ilə bağlı CD diskdə Təqsirləndirilən şəxs satış məqsədilə narkotik vasitə və ya psixotrop maddə əldə etməsini təsdiq edən hər hansı məlumat aşkar edilməmişdir (cild 1, iş vərəqə: 143). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 11 iyul 2023-cü il tarixli “bank məlumatları barədə diskə baxış keçirilməsi haqqında protokol”dan görünür ki, "xxxx" ASCdən daxil olmuş Təqsirləndirilən şəxs istifadəsində olmuş bank kartı ilə aparılmış əməliyyatları özündə əks etdirən CD diskdə Təqsirləndirilən şəxs satış məqsədilə narkotik vasitə və ya psixotrop maddə əldə etməsini təsdiq edən hər hansı məlumat aşkar edilməmişdir (cild 1, iş vərəqə: 140). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 27 may 2023-cü il tarixli “maddi sübut hesab edilməsi haqqında qərar”dan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunub götürülmüş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 5,842 qram psixotrop maddə olan metamfetamin maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanca təhvil verilmişdir (cild 1, iş vərəqə: 107-108). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 24 iyul 2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında qərar”dan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı video görüntülərin qeydə alındığı bir ədəd “DVD” disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqə: 154-166). Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış 25 may 2023cü il tarixli “şübhəli şəxsin tutulması haqqında protokol”dan görünür ki, Təqsirləndirilən şəxs 25 may 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (cild 1, iş vərəqə: 21). Cinayət işinin materiallarına əlavə edilmiş Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 26 may 2023-cü il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində əvvəli 25 may 2023-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir (iş vərəqə: cild İ, səh.93-97). Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 08 iyun 2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqə: 132). Azərbaycan Respublikasının Konstitusiyasının: 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir; 127-ci maddəsinin İV bəndinə əsasən ədalət mühakiməsi vətəndaşların qanun və məhkəmə qarşısında bərabərliyi əsasında həyata keçirilir. Avropa İnsan Hüquqları Məhkəməsinin qəbul etdiyi çoxsaylı qərarlarında sərgilədiyi mövqeyə əsasən, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasında müəyyən edilmiş ədalətli məhkəmə araşdırması hüququnun təmin edilib-edilməməsi ilk öncə məhkəmə prosesləri zamanı çəkişmə prinsipinə riayət edilibedilməməsi, tərəflərin bərabərliyi prinsipinin təmin edilib-edilməməsi ilə, məhkəmə iclasında şəxsən iştirak etmək hüququnun, sübutların bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməsi ilə birbaşa əlaqədardır. Avropa Məhkəməsi çəkişmə prinsipinə riayət edilib-edilmədiyini müəyyənləşdirmək üçün adətən daxili məhkəmələrdəki araşdırmaların keyfiyyətini təhlil edərək müdafiə tərəfinin istər birinci instansiyada, istərsə də apellyasiya instansiyasında ərizəçiyə qarşı sübut qismində istifadə edilən materialları təkzib etmək imkanına malik olub-olmadığını (Rouv və Devisin işi), habelə daxili məhkəmələrin qərar çıxararkən müvafiq maraqları nə dərəcədə balanslaşdırdıqlarını müəyyənləşdirir. Tərəflərin bərabərliyi prinsipi tərəflərin hər birinə onu digər tərəfin qarşısında əlverişsiz vəziyyətə salmayan şərtlərlə öz mövqeyini əsaslandırması üçün ağlabatan imkanların yaradılmasını nəzərdə tutur (Brandştetter Avstriyaya qarşı). Açıq məhkəmə prosesində şəxsən iştirak etmək isə cinayət törətməkdə ittiham olunan şəxsin bu cür məhkəmə iclasında özünün xüsusi hüquqlarını şəxsən icra etmə imkanının tanınmasını nəzərdə tutur. Beləliklə də, məhkəmə, şərh edilən prinsiplər və əlamətlərlə səciyyələndirilən ədalətli məhkəmə araşdırması hüququnun hazırki cinayət işi üzrə məhkəmə araşdırması zamanı təmin edilməsi baxımından qeyd etməyi zəruri hesab edir ki, təqsirləndirilən şəxs iş üzrə keçirilmiş açıq məhkəmə iclaslarında özünü şəxsən və vəkili vasitəsilə müdafiə etmiş, şahidlərin dindirilməsində, onun əleyhinə olan sübutların tədqiqində şəxsən iştirak etmiş, ona qarşı təqdim edilmiş sübutlarla bağlı öz dəlillərini bildirmişdir. Bununla bağlı həmçinin qeyd edilir ki, məhkəmə hazırki cinayət işi üzrə təqdim edilmiş sübutların qəbuledilən olub-olmamasını, onların çəkisini və kifayət qədərliyini tənzimləyən qayda və prinsiplərə istinad etməklə, işin faktiki hallarını yalnız həqiqiliyinə və əldə edilməsi hallarına heç bir şübhələr olmayan sübutları əsas götürmək yolu ilə müəyyən etməklə, tam, hərtərəfli və obyektiv araşdırmaya əsaslanan yekun qərarın qərarın qəbul edilməsi və məhkəmənin ittiham olunan şəxsin təqsirli və ya təqsirsizliyinə dair hökmünü formalaşdırmaq üçün yalnız qanunun istifadə etməyə icazə verdiyi hüquqi vasitələrə əsaslanmışdır. Məhkəmə kollegiyası tərəfindən məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında araşdırılıb tədqiq edilmiş, sübutlar toplusuna məcmu halında qiymət verilərək müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddə əldə edib üzərində saxlayaraq daşımışdır. Təqdim edilmiş obyektiv sübutların məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, həqiqətən də cinayət hadisəsi baş vermiş və təqsirləndirilən şəxslə əlaqəsi, onun əməlində cinayətin əlamətlərinin olması kifayət qədər sübutlarla təsdiq olunmuşdur. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham ona görə irəli sürülmüşdür ki, o, satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, məlum olmayan mənbədən və vaxtda satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda 5,942 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla ünvan 4 ünvana daşımış, Təqsirləndirilən şəxs barəsində daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 25 may 2023-cü il tarixdə, saat 20:15-də ünvan 4 ünvanın yaxınlığında olduğu zaman saxlanılaraq Baş İdarəyə gətirilib xidməti otaqların birində Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarının sol yan cibindən satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı bir ədəd bükümdə külli miqdarda ümumi təmiz çəkisi 5,942 qram psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirildiyi Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi üzrə münasibətdə onun əməlinə hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, hər bir cinayət əməlinin araşdırılmasında onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi əmələ hüquqi qiymət verilməsində mühüm əhəmiyyət kəsb edir. Məhkəmə kollegiyası iş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparıb, sübutlar toplusuna məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün ixtisaslaşdırılmamış, onun əməlinə düzgün hüquqi qiymət verilməmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddə əldə edib üzərində saxlayaraq daşıması təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməli, Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmaqla o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinərək ona cəza təyin edilməlidir. Belə ki, məhkəmə baxışı nəticəsində Təqsirləndirilən şəxs qanunsuz olaraq psixotrop maddənin hər hansı miqdarda satışı ilə məşğul olması və ya həmin maddəni məhz satış məqsədilə əldə etməsi nə şahid ifadələri, nə digər sübutlarla, nə də onun barəsində daxil olan əməliyyat məlumatı ətrafında keçirilən əməliyyat axtarış tədbirləri ilə təsdiq olunmamışdır. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları Şahid1, Şahid3, Şahid2 ifadələrində Təqsirləndirilən şəxs psixotrop maddə alqı-satqısı zamanı aşkar edə bildiklərini, onun psixotrop maddə satmasına dair və yaxud həmin maddələrin satışı ilə əlaqədar kimləsə hər hansı sövdələşməsinin olmasına, bu məqsədlə müəyyən hərəkət etməsinə dair hər hansı məlumat və sübutlara malik olmasını bildirməmişlər, Təqsirləndirilən şəxs həmin maddələrin satışı ilə məşğul olmasına dair real məlumat da əldə edə bilmədiklərini bildirmişlər. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı tədqiq olunan, onun ibtidai araşdırma zamanı verdiyi izahatından, həmçinin şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən verdiyi ifadələrindən görünür ki, o, psixotrop maddələrin satışı ilə məşğul olduğunu, konkret olaraq kiməsə həmin maddələri satdığını və ya belə bir məqsədinin olduğunu ümumiyyətlə göstərməmişdir. Məhkəmə təqsirləndirilən şəxsin əməlinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahıya”nın konkret müddəalarını, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli, 8 nömrəli qərarının müddəalarını rəhbər tutmuşdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi dedikdə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlər başa düşülür. Satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni və ya narkotik vasitələri külli miqdarda əldə etmə və saxlama Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlidir ki, qeyd olunan bu əməl də «Narkotik vasitələrin, psixotrop maddələrin və onlarin prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikası Qanunun 1.0.5-ci maddəsinin təsiri altına düşən hərəkətlərdəndir. Bundan başqa, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024cü il tarixli, 8 nömrəli qərarının doqquzuncu bəndində məhkəmələrə tövsiyə olunur ki, “ ... Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır”. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahıya” əsasən “metamfetamin” psixotrop maddəsinin xeyli miqdar daxil olmaqla aşağı həddi 0,15 qram, külli miqdar daxil olmaqla aşağı həddi 2 qram müəyyən edilmişdir, yəni, Təqsirləndirilən şəxs götürülən psixotrop maddə metamfetaminin kütləsi 5,942 qram olduğundan külli miqdar kimi qəbul edilməlidir. Lakin Təqsirləndirilən şəxs götürülən psixotrop maddə metamfetaminin kütləsinin 5,942 qram olmaqla külli miqdar kimi qəbul edilməsi, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarından da göründüyü kimi, təqsirləndirilən şəxsin həmin maddəni satış məqsədilə əldə etməsi kimi qiymətləndirilə bilməz. Belə ki, nə ibtidai istintaq zamanı, nə də məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs satış məqsədilə psixotrop maddə əldə edib saxlaması, konkret şəxslərlə həmin maddələrin alqı-satqısı ilə bağlı hər hansı razılaşması, onun hansısa istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi, həmin maddələrin satışını həyata keçirmək məqsədilə onun hər hansı şəxslə əvvəlcədən razılaşması, konkret olaraq kiməsə psixotrop maddə və ya narkotik vasitə satması, hər hansı bir sövdələşmə və ya satışa yönəlmiş digər hallar müəyyən edilməmiş, təqsirləndirilən Təqsirləndirilən şəxs özündə həmin maddənin çəkilməsinə, onun bağlamalara bükülməsinə dair və ya onun satışına dəlalət edən hər hansı avadanlıq aşkar edilməmişdir. Bundan başqa, təqdim edilmiş sübutların məcmusu və cinayət işinin materialları qarşılıqlı şəkildə tədqiq edilərkən müəyyən olunmuşdur ki, 25 may 2023-cü il tarixdə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilərkən o, aşkar edilmiş psixotrop maddə metamfetamini özünün istifadəsi üçün üzərində saxladığını, həmin maddəni 01 ədəd bükümdə əvvəllər tanımadığı şəxsdən özünün istifadəsi üçün aldığını və həmin maddələrdən kiməsə satmaq, hədiyyə və ya pay qismində vermək niyyətinin olmadığını bildirmiş (cild 1, iş vərəqə: 29-31), daha sonra 26 may 2023-cü il tarixdə verdiyi izahatında, həmçinin şübhəli şəxs və təqsirləndirilən şəxs kimi dindirilərkən ondan aşkar edilmiş həmin maddəni istifadəsi üçün alıb üzərində saxladığını, heç kimə satmaq, hədiyyə və ya pay qismində vermək kimi niyyətinin olmadığına dair ifadəsini bir daha təsdiq etmiş (cild 1, iş vərəqə: 43-44, 63-66, 80-83), bundan başqa "xxxx" MMC-dən göndərilmiş Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil nömrəyə daxil olan və xaric olan zənglər barədə məlumatlara baxış keçirilərkən, həmçinin onun istifadəsində olmuş bank kartları ilə bağlı əldə edilmiş məlumatlara baxış keçirilərkən də Təqsirləndirilən şəxs satış məqsədilə psixotrop maddə və ya narkotik vasitə əldə etməsini təsdiq edəcək hər hansı məlumatlar müəyyən edilməmişdir (cild 1, iş vərəqə: 138-143), eyni zamanda verilmiş əməliyyat tapşırığına cavab məktubunda da Təqsirləndirilən şəxs narkotik vasitə və ya psixotrop maddə satdığı şəxslərin dairəsinin, həmin maddələrin satışı ilə məşğul olmasını görə biləcək şəxslərin dairəsinin müəyyən edilməsinin mümkün olmadığı göstərilmişdir (cild 1, iş vərəqə: 131). İbtidai araşdırma orqanı Təqsirləndirilən şəxs satış məqsədi ilə külli miqdarda psixotrop maddə əldə edib üzərində saxlayaraq daşıması nəticəsinə gələrkən qanunun tələblərinə, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qeyd olunan Qərarının tövsiyələrinə əhəmiyyət verməyərək, heç bir fakta və ya şahid ifadələrinə əsaslanmadan, yalnız həmin maddənin külli miqdarda olması əsası ilə düzgün olmayaraq Təqsirləndirilən şəxs əməlini həmin maddəni satış məqsədi ilə əldə edib saxlayıb daşıması kimi qiymətləndirmişdir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş həmin maddə külli miqdarda olsa da, Təqsirləndirilən şəxs tutulub, üzərində videoçəkilişlə şəxsi axtarış keçirildiyi vaxtdan başlayaraq izahatında və ifadələrində həmin maddələri öz şəxsi istifadəsi üçün aldığını, satmaq məqsədinin olmadığını bildirmiş, ibtidai istintaq orqanı tərəfindən isə təqsirləndirilən şəxsin həmin maddəni özünün istifadəsi üçün deyil, məhz satış məqsədi ilə əldə etdiyini təsdiq edə biləcək hər hansı fakt, sübut əldə edilib təqdim edilməmiş, məhkəmə araşdırması zamanı da bu cür hər hansı sübutlar müəyyən edilməmiş, bununla da təqsirləndirilən şəxsin cinayət əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməsi üçün məhkəmə araşdırması zamanı heç bir əsas olmamışdır. Psixotrop maddə olan metamfetaminin külli miqdarda aşkar edilməsi əsasına görə, satış məqsədinə dair heç bir sübutlar olmadığı təqdirdə, yalnız ehtimal və fərziyyələrə əsaslanmaqla onun məqsədinin psixotrop maddəni məhz satış məqsədi ilə əldə etməsi qənaətinə gəlinməsi tamamilə əsassızdır. Bir daha xüsusilə qeyd edilməlidir ki, təqsirləndirilən şəxsdən aşkar edilmiş 5,942 qram psixotrop maddə metamfetaminin yalnız külli miqdarda olmasına görə onun məqsədinin həmin maddəni məhz satış məqsədilə saxlaması qənaətinə gəlinməsi və əməlinin Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməsi tamamilə əsassız yanaşmadır. Cinayət işinin materiallarına əsasən Təqsirləndirilən şəxs hər hansı şəxsə psixotrop maddə satmasının müəyyən olunmasının mümkün olmadığı, eləcə də ibtidai araşdırmanın ilkin mərhələsindən başlayaraq ibtidai istintaqın sonuna qədər təqsirləndirilən şəxsin psixotrop maddəni məhz satış məqsədilə əldə etməsinə və saxlamasına dair heç bir sübutlar əldə edilmədiyi təqdirdə onun əməli Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilərkən ibtidai araşdırma orqanı tərəfindən gəlinmiş nəticə tamamilə əsassız olmaqla heç bir sübuta əsaslanmamış və işin faktiki hallarına uyğun olmamışdır. Beləliklə də, nə ibtidai istintaq zamanı, nə də məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs psixotrop maddənin satışı ilə məşğul olması və ondan aşkar olunmuş psixotrop maddə metamfetamini satış məqsədi ilə əldə edib üzərində saxlamaqla daşımasını təsdiq edən real məlumatlar və faktlar, həmin maddəni kimə və necə satması və ya satış məqsədinin mövcudluğu barədə də heç bir sübut müəyyən olunmamışdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, təsdiq olunmadığı halda, təqsirləndirilən Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham irəli sürülməsi ibtidai istintaq orqanının yalnız fərziyyə və şübhələri üzərində qurulmuşdur. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, cinayət işinin materiallarında olan raportda Təqsirləndirilən şəxs psixotrop maddəni və narkotik vasitələri satış məqsədilə üzərində saxlaması və daşıması barədə əməliyyat məlumatı daxil olduğu göstərilsə də (cild 1, iş vərəqə: 4), cinayət işinin materiallarında daxil olmuş əməliyyat məlumatının mötəbərliliyini təsdiq edə biləcək heç bir sübut, sənəd, material və sair mövcud deyildir. Belə ki, cinayət işinin materiallarından əməliyyat məlumatının nədən ibarət olması, həmin məlumatın Təqsirləndirilən şəxs təqsirini hansı qaydada təsdiq etməsi və onun hansı qaydada sübut kimi qəbul edilməsini müəyyən etmək mümkün deyildir. Yalnız cinayət işinə əlavə edilmiş raportda bir cümlə ilə ifadə edilmiş əməliyyat məlumatına istinad etməklə Təqsirləndirilən şəxs psixotrop maddəni satış məqsədilə saxlaması qənaətinə gəlmək mümkün deyildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin mənasına görə narkotik vasitələri və ya psixotrop maddəni yalnız satış məqsədi ilə külli miqdarda əldə edildikdə, saxlanıldıqda, hazırlandıqda, istehsal və emal edildikdə, daşındıqda, göndərildikdə və yaxud satıldıqda təqsirkar şəxsin əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməlidir. Cinayət Məcəlləsində narkotik vasitələrin və ya psixotrop maddələrin satış məqsədi olmadan külli miqdar həddində əldə edilməsi, saxlanması, daşınması cinayət əməlinin dispozitiv əlamətləri isə Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuşdur. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülən 5,942 qram psixotrop maddə metamfetamin külli miqdar təşkil etdiyindən, həmin maddəni satış məqsədilə qanunsuz olaraq əldə edib saxlaması təsdiq olunmadığından, onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə tövsif edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-huquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından,cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks halda təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb olar. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusiyon prinsiplərin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmənin hökmü, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olduqda əsaslı hesab edilir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxarmaq hüququna malikdir. Beləliklə də, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddə əldə edib üzərində saxlayaraq daşımaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsi məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun cinayət əməli Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə tövsif olunmalıdır. Göstərilənlərdən başqa, qeyd edilməlidir ki, cinayət işinin məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamı mübahisələndirərək, onun saxlanılmasında iştirak edən polis əməkdaşlarının ona fiziki təzyiqlər göstərərək etirafedici ifadələr verməsinə məcbur edilməsinə, polis əməkdaşları tərəfindən onun üzərinə şəxsi axtarış keçirilərkən üzərindən psixotrop maddə olmamasına, polis əməkdaşları tərəfindən ona edilən təzyiqlərin nəticəsində məcbur olub həmin maddələrin ona məxsus olduğunu etiraf etməsinə, onun saxlanılmasında üç nəfər deyil, iki nəfər polis əməkdaşlarının olduğunu və ümumiyyətlə cinayət əməli törətmədiyini bildirmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 33-cü bəndində göstərilmişdir ki, “Hökmün təsviriəsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir.” Məhkəmə Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatları cinayət işinin materialları ilə qarşılıqlı şəkildə tədqiq edərək müəyyən etmişdir ki, onun özünü müdafiə üçün gətirdiyi həmin dəlillər məhkəmə baxışı zamanı araşdırılan mötəbər və təkzibedilməz sübutlarla nəinki tam inkar olunur, əksinə, onun təqsirliliyini təsdiq edir. Belə ki, cinayət işinin materiallarından görünür ki, ibtidai araşdırmanın ilkin mərhələsində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış istintaq hərəkəti müdafiəçisinin iştirakı ilə və videoçəkilişdən istifadə edilməklə keçirilmiş (iş vərəqə: cild 1, səh.29-31), 26 may 2023-cü il tarixdə müdafiəçisinin iştirakı ilə izahat verərkən psixotrop maddə metamfetaminin ondan aşkar edildiyini etiraf etmiş (cild 1, iş vərəqə:43-44), daha sonra şübhəli şəxs qismində dindirilərkən və təqsirləndirilən şəxs qismində ifadə verərkən də həmin psixotrop maddənin ondan aşkar olunduğunu bildirmiş, həmçinin polis əməkdaşları tərəfindən ona qarşı hər hansı təzyiqlər olmadığını göstərmişdir (cild 1, səh. 63-66, 80-83). Təqsirləndirilən şəxs yalnız ibtidai istintaqın sonunda Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə yenidən ittiham elan edilən zaman həmin maddə ilə özünü təqsirli bilməyərək, ifadə verməkdən və protokola imza etməkdən imtina etsə də (iş vərəqə: cild İ, səh.181-184), onun həm ibtidai istintaqın sonunda, həm də məhkəmə araşdırması zamanı ifadəsində göstərdiyi həmin təkzibedici hallar cinayət işinin bütün materialları ilə qarşılıqlı şəkildə araşdırılıb tədqiq edilərkən heç bir dəlillərlə öz təsdiqini tapmamışdır Bundan başqa, cinayət işinin materiallarına əlavə edilmiş məhkəmə-tibbi ekspertizasının 26 may 2023-cü il tarixli, 214/MEŞ nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində hər hansı xəsarət aşkar edilməmiş (cild 1, iş vərəqə: 149-151), eyni zamanda qeyd edilməlidir ki, məhkəmənin sorğusu əsasında Təqsirləndirilən şəxs Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına daxil olunarkən üzərində xəsarətlərin olub-olmamasının müəyyən edilməsi üçün Bakı İstintaq Təcridxanasından məhkəməyə göndərilmiş Təqsirləndirilən şəxs barəsində tibbi kitabçadan görünür ki, Təqsirləndirilən şəxs baxış zamanı hər hansı xəsarət aşkar edilməmişdir, həmçinin məhkəmənin sorğusu əsasında Təqsirləndirilən şəxs Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Müvəqqəti Saxlama Yerinə daxil olarkən bədənində xəsarətlərin olub-olmamasının müəyyən edilməsi ilə əlaqədar Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən məhkəməyə göndərilmiş 30 dekabr 2024-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Müvəqqəti Saxlama Yerinə qəbul edilərkən onda hər hansı xəsarətlər müəyyən edilməmişdir (cinayət işinin materialları). Qeyd edilənlərdən başqa, cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatlarla əlaqədar, yəni onun saxlanılmasında iştirak edən polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs qarşı hər hansı təzyiq edilərək və ya digər qanunsuz hərəkətlərə yol verilərək ondan aşkar edilmiş psixotrop maddə metamfetaminin ona məxsus olduğunu etiraf etməsinə məcbur edildiyinə dair göstərdikləri ilə əlaqədar Azərbaycan Respublikasının Baş Prokurorluğunun Xidməti araşdırmalar idarəsində 2361-C-24 nömrəli material əsasında araşdırma aparılmış, Təqsirləndirilən şəxs göstərdiyi xüsusatlarla əlaqədar, yəni məhkəməyədək icraat zamanı onun Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən fiziki təzyiqlərə məruz qalıb-qalmaması ilə əlaqədar olaraq onun barəsində əməliyyat-axtarış fəaliyyətini həyata keçirən polis əməkdaşının izahatları alınmışdır. Təqsirləndirilən şəxsa qarşı polis əməkdaşları tərəfindən işgəncələrə və digər qanunsuzluğa yol verilmədiyi müəyyən olunduğu üçün toplanmış həmin material üzrə cinayət hadisəsi olmadığından 28 noyabr 2024-cü il tarixdə “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar qəbul edilmişdir (cinayət işinin materialları). Beləlikə də, Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi inkaredici hallar şahidlərin ifadələri, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələr, “şəxsi axtarış və götürmə haqqında” protokol, şəxsi axtarışın video görüntülərinin əks olunduğu disk, həmin diskə baxış protokolu, maddi sübutlar, ekspert rəyləri, həmçinin cinayət işinin obyektiv halları ilə tam olaraq təkzib edildiyindən və heç bir faktla təsdiq olunmadığından inandırıcı hesab olunmamaqla məhkəmə tərəfindən sübut növü kimi qəbul edilmir və onun göstərdiyi həmin halları həqiqi olmayan, yalan və özündən uydurma məlumatlar olmaqla, cinayət törətməyə görə cinayət məsuliyyətindən və cəzadan azad oluna bilmək üçün seçmiş olduğu müdafiə üsulu (taktikası) kimi qiymətləndirir. Məhkəmə eyni zamanda məhkəmənin əvvəlki iclaslarında müdafiə tərəfin vəsatəti əsasında dindirilmiş əlavə şahid X2 vеrdiyi ifadəsinin sübut növü kimi mötəbərliyinin müəyyən еdilməsini zəruri hеsab еdir. Həmin şahidin ifadəsindən görünür ki, o, Təqsirləndirilən şəxslə yaxın münasibətləri olmaqla sonuncunun dostudur. Həmin şəxs ifadəsində polis əməkdaşları tərəfindən hər hansı fiziki təzyiqlərə yol verilməməsini bildirsə də, onun ifadəsində Təqsirləndirilən şəxs üzərində psixotrop maddə olmamasına dair göstərdikləri cinayət işinin materialları və iş üzrə toplanmış sübutlarla, cinayət işinin obyektiv halları ilə öz təsdiqini tapmadığı və heç bir faktla təsdiq olunmadığı müəyyən edilmişdir, odur ki, həmin şahidin ifadəsi mötəbər sübut kimi qəbul edilmir, belə ki, həmin şəxs təqsirləndirilən Təqsirləndirilən şəxslə yaxın münasibətdə olmaqla cinayət işinin nəticəsində maraqlı olmasını və məhkəmə baxışı zamanı da Təqsirləndirilən şəxs mənafeyinə uyğun ifadələr verməsinin qeyd edilən hallarla əlaqədar olması müəyyən edildiyindən və qeyd edilən həmin hallar cinayət işi üzrə digər sübutlarla və cinayət işinin faktiki halları ilə təsdiq edilmədiyindən və həqiqətə uyğun olmadığından məhkəmə onun həmin ifadəsini sübut növü kimi qəbul etmir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar və onu cinayət məsuliyyətindən azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən ağır cinayət törətməsi, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyası daxilində, şəxsiyyətinə uyğun müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli cəza təyin olunmalıdır. Məhkəmə, eyni zamanda təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə əsasən azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkməsi müəyyən edilmişdir. Bundan başqa, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli ilə əlaqədar məsələni müzakirə edib qeyd edir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu 25 may 2023-cü il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs 25 may 2023-cü il tarixdə şübhəli şəxs qismində tutularaq, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 26 may 2023-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçildikdən hazırki məhkəmə hökmü çıxarılanadək fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Ona görə də, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun tutulduğu 25 may 2023-cü il tarixdən hesablanmalı, həbsdə saxlanıldığı bütün müddət isə məhkəmə tərəfindən ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2, 158.2.1 və 158.2.2-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə təqsirlilik və cəza məsələsi ilə yanaşı, həm də belə nəticəyə gəlir ki, işdə olan məhkəmə-narkoloji ekspertizasının 26 may 2023-cü il tarixli, 3070 nömrəli rəyi əsas götürülməli, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi narkoloji dispanserində profilaktiki qeydiyyata alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəyə mindikdən sonra maddi sübut qismində tanınmış və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanca təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 5,842 qram psixotrop maddə olan metamfetamin məhv edilməli, cinayət işinin materiallarına əlavə edilmiş “şəxsi axtarış və götürmə” istintaq hərəkətinin video görüntüsünün əks olunduğu bir ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, iş üzrə 114 (yüz on dörd) manat məbləğində ekspertiza xərci mövcuddur ki, qeyd olunan bu məbləğ məhkəmə məsrəfləri olaraq Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamış, həmçinin Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak müəyyən edilməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-347, 349, 351-354, 356, 381, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 3 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanması müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu 25 may 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut – Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanca təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 5,842 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, cinayət işinin materiallarına əlavə edilmiş “şəxsi axtarış və götürmə” istintaq hərəkətinin video görüntüsünün əks olunduğu bir ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri – 114 (yüz on dörd) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Roman Ələkbərli (sədrlik edən) Azad Məcidov Səbinə Məmmədzadə
Məhkəmə qərarları › İş №1(101)-92/2025
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-92/2025
03.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver