Məhkəmə qərarları › İş №1(101)-920/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(101)-920/2024

17.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(101)-920/2024 17.04.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Ağakərim oğlu Kərimovun sədrliyi ilə, hakimlər Rasim Əkrəm oğlu Sadıxovdan və X6-Məmmədovadan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X1, X4, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin prokuroru X5, cinayət əməlini anlaqsız vəziyyətdə törətdiyi iddia olunan şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə3, müdafiəçi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 27 saylı Vəkil Bürosunun vəkil Müdafiəçi, Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi Qanuni nümayəndə1 iştirakları ilə məhkəmə, Təqsirləndirilən şəxs, xx xxxxxx 1983-cü ildə Bakı şəhərində anadan olmuş, subay, əvvəllər məhkum olunmamış, natamam orta təhsilli, Azərbaycan Respublikası vətəndaşı, Bakı şəhəri, ünvan 1 ünvanda da yaşamış, hazırda Azerbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan, Azərbaycan Respublikası CM-nin 126.2.3 və 126.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini anlaqsız vəziyyətdə törətməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs 20 iyun 2023-cü il tarixdə saat 16:30 radələrində ünvan 2 ünvanda heç bir əsaslı səbəb olmadan ictimai yerdə, küçədə özündə olan soyuq silah hesab edilməyən mətbəx bıçağı ilə aşkar surətdə köməksiz vəziyyətdə olan 2012-ci il təvəllüdlü Zərərçəkmiş şəxs vuraraq ona hemorragik şok, mədənin, qaraciyərin, dalağın (dalaq cərrahi yolla çıxarılmışdır), diafraqmanın zədələnməsi ilə müşayiət həyat üçün təhlükəli olan dərəcəsinə görə sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirərək qəsdən xuliqanlıq niyyətiylə onun üçün aşkar surətdə köməksiz vəziyyətdə olan Zərərçəkmiş şəxs sağlamlığına ağır zərər vurmuşdur. Cinayət əməlini anlaqsız vəziyyətdə törətdiyi iddia olunan şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.2.3 və 126.2.4-cü maddələrində nəzərdə tutulan əməlləri törətdiyiyni etiraf edib ifadələrində göstərdi ki, məhkəmədə ona zərərçəkmiş şəxs qismində təqdim olunan Zərərçəkmiş şəxs tanıyır. Onunla qonşu olmuşdur. Zərərçəkmiş şəxs məhlədəki qızlara qarşı əxlaqsız hərəkətlər etdiyi üçün ona dəfələrlə bu hərəkətindən əl çəkməsinə dair xəbərdarlıq etmişdir. Ömər isə əxlaqsız hərəkətlərini davam etdirdi. O da Ömərin bu hərəkətlərinə görə onu bıçaqla vurmuşdur. Ömər azyaşlı olmasına baxmayaq etdiyi hərəkətləri o yaşına uyğun etmirdi. O, əvvəl Maştağa qəsəbəsində ruhi əsəb dispanserində müalicədə olmuşdur. İfadələrinə əlavəsi yoxdur. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində cinayət əməlini anlaqsız vəziyyətdə törətdiyi iddia olunan şəxs Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı özübü təqsirli bilərək göstərmişdir ki, göstərilən ünvanda ailəsiylə yaşayır, natamam orta təhsillidir, məhkumluğu yoxdur, işləmir, psixi xəstəliyi vardır, anasıyla birlikdə yaşayır, qardaşları və bacılan vardır, onlar ayrı yaşayırlar. Evinin yaxınlığında Qanuni nümayəndə1 yaşayır, onun oğlu Öməri də tanıyır, 11 yaşı var, nadinc və əxlaqsız uşaqdır, daima aktivdir, həmişə onun qız uşaqlarına sataşması, onlara öz əli ilə toxunmasını görmüşdür. Həmişə ona irad tutmuş, lakin onun atasına bu barədə heç nə deməmişdir. 20 iyun 2023 tarixdə saat 16 radələrində o, evinin yaxınlığında olan İsrayıl Cəfərzadə küçəsi 12 saylı ünvanda tək olaraq dayanmış, sonra orada gəzişmiş, bir qədər sonra Ömərin orada uşaqlarla oynamasını görmüş, sonra onun yanına başqa bir azyaşlı tanımadığı uşaq da görmüş, sonra o, evinə getmiş, evdən mətbəxdən bıçaq götürmüş, cibinə qoymuş, əsəbləşmiş niyə Ömərin onların məhəlləyə gəlməsini, orada dayanmasını aydınlaşdırmaq istəmiş, ona görə uşağa tərəf getmiş, Öməri səsləyib yanına çağırmış, o, həmin uşağın yanından durub ona tərəf gəlmiş, Ömər ona yaxınlaşanda, cibində olan bıçağı çıxarıb qəsdən onun qarın nahiyəsindən bir bıçaq zərbəsi vurmuş, sonra bıçağı cibinə qoyub çıxıb getmiş, uşaq isə yerə yıxılmışdı. Sonrakı dəqiqələrdə o, könüllü olaraq polisə getmişdir. Etdiyi əməldən peşmandır. Hadisə ünvan 2 ünvanda 20 iyun 2023 tarixdə saat 16-30 radələrində baş verib. Adlarını və anket məlumatını bilmədiyi azyaşlı qız uşaqlarına Ömərin son aylar ərzində əli ilə toxunub əxlaqsız hərəkətlər etməsinə görə o, onu cəzalandırıb bir daha belə əməl etməməsini istəmiş ,onu öldürmək niyyəti olmayıbdır. Qəsdən ona bir bıçaq zərbəsi vurmuşdur. Orada kimlərin şahid olmasını bilmir, şahidin olmasını görməmişdir. Onun Öməri qəsdən bıçaqla vurmağının səbəbi onun, azyaşlı qızlara qarşı əxlaqsız hərəkətlər etməsi olubdur. Öməri vurarkən o, köməksiz vəziyyətdə olmuşdur, bilir ki, ona qarşı xuliqanlıq etmişdir. Zərərçəkmiş şəxs ifadələrində göstərdi ki, məhkəmədə ona təqdim olunan Təqsirləndirilən şəxs tanıyır. Həmin şəxs onların qonşuluğunda yaşamış, əvvəllər onun adını bilməmiş, lakin onu bıçaqla vurduqdan sonra onun adının Sərkar olduğunu bilmişdir. Onu Sərkar bıçaqla 20 iyun 2023-cü il tarixdə vurub verib. Sərkar onu söydü, itələdi və qarnından bıçaq vurub çıxartdı. Ona xəsarət yetirən şəxs məhkəmədə ona təqdim olunan Təqsirləndirilən şəxsdur. Hadisə 20 iyun 2023-cü il tarixdə saat 16-30 radələrində ünvan 3 ünvanda baş verib. O,Sərkarla mübahisə etməmişdir. Təqsirləndirilən şəxs onu heç bir səbəb olmadan bıçaqla vurmuşdur. O, heç bir uşaqla münaqişə etməmiş, heç bir qıza da söz deməmişdir. Sərkar özü onu hər dəfə görəndə söymüşdür. O isə Sərkara cavab verməmişdir. Sərkar onun yanında məhəllədə Yusifin qardaşı Onuru da qovmuş, orada oynamağa qoymamışdır. Onur bu barədə atası Familə deyibdir. Sərkar uşaqları oynamağa qoymurdu. İfadələrinə başqa əlavəsi yoxdur. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı göstərmişdir ki, göstərilən ünvanda ailəsiylə yaşayır. Atatürk liseyinin 6-cı sinif şagirdidir, ifadəsini atasının iştirakıyla verir. Ailədə ondan başqa 6 yaşlı bacısı vardır, həmçinin nənəsi və babası da onlarla yaşayır. Yaşadığı məhəllədə yay aylarında çıxıb gəzir, yoldaşlarıyla, oynayır. Yaşadığı məhəllədə Yusif adlı ondan bir yaş böyük uşaqla bir ildir ki, yoldaşlıq edir, hava şəraiti yaxşı olanda çıxıb evinin yaxınlığında oynayır. Təqsirləndirilən şəxs 2 ilə yaxındır ki, tanıyır, evinin yaxınlığında yaşayır, anası və xalasını da tanıyır, daima onlara salam verib, salamlarını alır, Sərkarla da aralarında salam-sağol münasibəti vardır, heç zaman aralarında münaqişə və ya mübahisə olmayıbdır, onun yaşıdı deyil. Bu hadisəyədək iyun ayının əvvəllərindən hadisə olanadək olan müddət ərzində Sərkar onu təxminən 4 dəfə ayrıayrı günlər ərzində “rolik” sürərkən sürdüyü yerdən qovmuş, orada oynamamağını demiş, “maşallah hər şeyiniz var, get kef elə “ demişdir. O, bu barədə nə babasına nə də atasına məlumat vermişdir. Hadisədən bir gün öncə 19 iyun 2023 tarixdə o, təkərli rolik sürərkən Sərkar onu qolundan tutub itələmiş, o, yerə yıxılmışdır, Sərkar ona buradan çıxıb getməyini tələb etmiş, onu bıçaqlayacağını və öldürəcəyini demiş, sonra o, evə gəlmiş, bu barədə evdə ailə üzvlərinə demiş, lakin onun onu bıçaqlayacağını və öldürmək sözünü ailə üzvlərinə deməmişdir. Ailə üzvləri isə orada oynamamağını, ona yaxın getməməyini ondan istəmişlər. 20 iyun 2023 tarixdə saat 14-30 radələrində məhəllədə rolik sürmüş, Yusiflə görüşüb söhbət etmiş, sonra tək olaraq rolik sürərkən Sərkar onun yanına gəlib yenə ona buradan çıxıb getməyini tələb etmiş, o da ona heç nə deməyib, evə gəlmiş, nənəsi Çimnaza onun bu hərəkəti barədə demiş nənəsi isə o tərəfə getməməyini, ona fikir verməməyini demişdir. Təxminən saat 16 radələrində o, Yusiflə evinin yaxınlığında olan İsrayıl Cəfərzadə küçəsində görüşmüşdür. Sonra o, üzərində olan “iphone” markalı mobil telefonunda oyun oynamış, 2 mərtəbəli binanın giriş hissəsində olan pilləkanlarda əyləşmişlər, saat təxminən 16:30 radələrində ayağa qalxmış, bir neçə metr o, ayaqla yavaş-yavaş hərəkət etmiş, oraya Sərkar gəlmiş, əli ilə onun boyun nahiyəsindən tutmuş, onu və ailə üzvlərini təhqir edib, əlində olan bıçaqla qəsdən qəflətən onun qarın nahiyəsindən bir bıçaq zərbəsi vurmuş, o, əli ilə qarın nahiyəsindən tutub oradan qaçıb çıxıb təxminən 100 metr aralıqda olan evə gəlmiş, o, evə gələrkən arxasıyca təxminən bir neçə metr Sərkərin əlində bıçaqla gəlməsini görmüş, o, ona “gəl buraya “ demiş, o, evdə olan nənəsinə Sərkarın onu bıçaqlamasını demiş, sonrakı dəqiqələrdə özündə olmadığından hadisələri xatırlamır. Hadisə 20 iyun 2023-cü il tarixdə saat 16-30 radələrində ünvan 3 ünvanda baş verib, Təqsirləndirilən şəxs onu heç bir əsaslı səbəb olmadan göstərdiyi ünvanda bir bıçaq zərbəsi ilə vuraraq ona ağır xəsarət yetirmişdir. Heç zaman heç bir uşaqla o, münaqişə etməmiş, heç kimə sataşmamışdır. Həmçinin heç bir qıza da söz deməmişdir. Sərkar bundan əvvəlki yay aylarında ona heç zaman heç nə deməmişdir. Qeyd edir ki, iyunun ortalarında Sərkar onun yanında məhəllədə Yusifin qardaşı Onuru da qovmuş, orada oynamamağını deyibdir. Onur bu barədə atası Familə deyibdir. Şahid ifadələrində göstərdi ki, məhkəmədə ona təqdim olunan Təqsirləndirilən şəxs tanıyır. Onların qonşuluqda yaşamışdır, Zərərçəkmiş şəxs isə onun dostudur. Hadisənin tarixini tam dəqiqliyi ilə xatırlamır. Təxmini yay tətilinin sonları idi. Sərkar Öməri bıçaqla vurdu. Ömərə xəsarət yetirən şəxs Təqsirləndirilən şəxsdır. İfadələrinə başqa əlavəsi yoxdur. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Şahid ibtidai istintaq zamanı göstərmişdir ki, 148 saylı orta məktəbin 7-ci sinif şagirdidir, ailədə ondan başqa balaca bacısı və ondan yaşca böyük 2008-ci il təvəllüdlü Onur adlı qardaşı vardır, idmanla məşğul olmuşdur. Təxminən 2 ildir ki, məhəllədə yaşayan Zərərçəkmiş şəxs adlı oğlanla dostluq edir, hava şəraiti yaxşı olanda onlar birlikdə məhəllədə oynayırlar. Təqsirləndirilən şəxs adlı şəxsi bir neçə ildir ki, üzdən məhəllələrində yaşayan şəxs kimi tanıyır, onu görəndə, üzbəüz gələndə salam verir, bu ilin iyun ayından savayı heç zaman o, ona heç nə deməmiş, məhəllədən uzaqlaşdırmaq istəməmişdir. Lakin iyun ayının əvvəllərində o, qonşusu 11 yaşlı Nabatla onun nənəsinin xahişinə əsasən aptekə getmiş, sonra evin yaxınlığında olarkən Sərkar onun qarşısını kəsmiş, ona bildirmişdi ki, qız uşaqlarıyla oynamayın, Nabatdan uzaq gəzin, sonra oradan Nabatla çıxıb getmiş, Nabat bu barədə nənəsinə demişdir. Sonrakı gün isə Sərkarın evinin yaxınlığında o, uşaqlarla oynayarkən Sərkar ona yaxınlaşmışdı, ona heç bir səbəb olmadan burada oynamamağını, gedib öz evinin qarşısında oynamağını, orada olmağını istəmiş, o da ona qulaq asaraq ordan çıxıb getmişdir, həmçinin Sərkarın yaxın qohumlarından o, eşitmişdir ki, onun psixiki xəstəliyi var, onun dediklərini etmək lazımdır. Eləcə də qeyd edir ki, böyük qardaşı Onuru da təxminən bu ilin aprel ayında onun yanında qolundan tutub oynadığı yerdən uzaqlaşdırmışdır. Həmin dayandığı yedə olmamağı Onurdan tələb etmişdir, Onur da evdə olarkən atasına bu barədə demişdir. 20 iyun 2023-cü il tarixdə saat 16 radələrində o, Ömərlə görüşüb evinin yaxınlığında olan 12 saylı binanın blokunun qabağında telefonla oynamış, sonra saat 16-30 radələrində o, pilləkanlarda Ömərlə əyləşmiş, sonra Ömər ayağa qalxıb bir neçə metr hərəkət etmiş, sonrakı dəqiqələrdə oraya Sərkar gəlmiş, onun bir neçə metrliyində olan Ömərin boyun nahiyəsindən tutmuş və əlində olan onun gördüyü uzun tiyəli bıçaqla bir zərbə vurub Ömərin bədəninə xəsarət yetirmiş, sonra isə Ömər oradan qaçıb çıxıb getmiş, Sərkar isə oradan başqa istiqamətə getmiş, o, dərhal bloka girib, pilləkanları qalxıb orada gizlənmişdir. Bundan sonra o, evə getmiş, valideynlərinə bu hadisə barədə məlumat vermişdir. Təqsirləndirilən şəxs heç bir söz demədən 20 iyun 2023-cü il tarixdə saat 16-30 radələrində 11 yaşlı tanışı Zərərçəkmiş şəxs bir bıçaq zərbəsi ilə bədən xəsarəti yetirmişdir. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş məhkəmətibbi ekspertizasının 23 iyun 2023-cü il tarixli 1457 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs hemorragik şok, mədənin, qaraciyərin, dalağın (dalaq cərrahi yolla çıxarılmışdır), diafraqmanın zədələnməsi ilə müşayiət olunan qarının ön divarının daxilə nüfuz edən 1 ədəd, deşilmişkəsilmiş yarası müəyyən edildi. Həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərərvurmaya aiddir. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş kriminalistik ekspertizasının 01 avqust 2023-cü il tarixli 3/1106 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 ədəd bıçaq zavod üsulu ilə hazırlanmış bir tərəfi kəsici ucu deşici xassəyə malik olan təsərrüfat-məişət təyinatlı mətbəx bıçağıdır. Üzərində təyinatını dəyişdirən əlavə və dəyişiklik edilməmişdir. Soyuq silah hesab edilmir. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs məxsus bir ədəd bıçaq maddi sübut kimi tanınmış və saxlanılması üçün RPİ-nə təhvil verilmişdir. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş kompleks məhkəmə psixiatrik və məhkəmə psixoloji ekspertizasının 01 avqust 2023-cü il tarixli 2134 saylı rəyində görünür ki, Zərərçəkmiş şəxs əqli və psixi inkişafı, intelektual imkanları normaya uyğundur, gerilik əlaməti aşkar olunmur. O, iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavraya, təsvir edə və bu barədə düzgün məlumat verə bilər. Fərdi-psixiki xüsusiyyətlərinə görə ekstravertə daha yaxtndır (psixiki fəaliyyətin xarici aləmə yönəlməsi). Ünsiyyətçilik,emosionallıq, inadkarlıq kimi xarakterik xüsusiyyətlərə malikdir. Zərərçəkmiş şəxs yaş xüsusiyyətləri və intelektual inkişafı nəzərə alınmaqla, onunla edilən hərəkətlərin xarakter və mənasını hazırda anlamaq qabiliyyətinə malikdir. Zərərçəkmiş şəxs başqalarının təsiri altında hərəkət etməyə və özündən uydurmağa meyillik əlamətləri aşkar olunmadı. Zərərçəkmiş şəxs azyaşlı olduğundan ona qarşı edilən hərəkətlərin mahiyyətini tam həcmdə dərk etmək qabiliyyətinə malik olmamışdır. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş kompleks məhkəmə psixiatrik və məhkəmə psixoloji ekspertizasının 25 iyul 2023-cü il tarixli 2041 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırki psixiki vəziyyətini ambulator şəraitdə düzgün qiymətləndirmək, törətdiyi əməl dövründə anlaqlı olub-olmamasını müəyyənləşdirmək çətinlik törətdiyindən daha əsaslı və uzun müddətli müayinə məqsədi ilə onun stasionar məhkəmə psixiatrik ekspertiza şöbəsinə göndərilməsi zəruridir. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş kompleks stasionar məhkəmə psixiatrik ekspertizasının xx.xx.2023-cü il tarixli 125 saylı rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda “Paranoid Şizofreniya”(psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxışında kdu F20.0) müəyyən edilir. Bunu cinayət işi materialları, həmin cinayət işindəki tibbi sənədlər,verilmiş ifadələr,anamnestik məlumatlar və hal-hazırki müayinələrin nəticələrisübut edir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs aşkarlanan psixi patologiya tezliklə qüvvəyə minəcək klassifikatordapsixi,davranış və yaxud neyroinkişaf pozuntularının beynəlxalq təsnifatının 11-ci baxışında şizofreniya və ya digər birincili psixotik pozuntular rubrikasında 6a20 kodu altında şizofreniya olaraq qeyd edilir. Təqsirləndirilən şəxs cinayət əməlini törədən zaman paranoid şizofreniya xəstəliyindən əziyyət çəkmişdir. Öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmamışdır.Buna görə də Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməli barəsində anlaqsız hesab edilməlidir. Onun əməli CM-nin 21.1-ci maddəsinin təsiri altına düşür. Onun barəsində CM-nin 95.0.3-cü maddəsinə əsasən ixtisaslaşdıırlmış psixiatriya stasionarında məcburi müəlicə şəklində tibbi xarakterli məcburi tədbirinin tətbiq edilməsi məsləhət görülür. Təqsirləndirilən şəxs hal-hazırki psixi durumu onunla istintaq hərəkətlərinin aparılmasına imkan vermir. Belə ki, o, cinayət hadisəsini və iş üçün əhəmiyyət kəsb edən halları, etdiyi hərəkətləri düzgün qavramaq və təsvir etmək hərəkətlərinin məsuliyyətini dərk etmək onlara cavab vermək və rəhbərlik etmək həmçinin öz prosesual hüquq və vəzifələrini şəxsən həyata keçirmək və onları lazımi səviyyədə yerinə yetirmək digər məhkəmə-istitanq hərəkətlərinə iştirak etmək qabiliyyətinə malik deyildir. Məhkəmə, yuxarıda göstərilən ekspertiza rəyini nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda nəzərdə tutulan cinayət əməllərini anlaqsız vəziyyətdə törətmişdir və o, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşür. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, ictimai təhlükəli əməli (hərəkət və ya hərəkətsizliyi) törətdiyi zaman anlaqsız vəziyyətdə olmuş, yəni xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik nəticəsində öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etməyən və ya onu idarə edə bilməyən şəxs cinayət məsuliyyətinə cəlb edilmir. Həmin Məcəllənin 95.0 və 95.0.3-cü maddələrinə əsasən, məhkəmə psixi pozuntusu olan şəxslərə ixtisaslaşmış psixiatriya stasionarında məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirləri təyin edə bilər. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 477.3-cü maddəsinə əsasən şəxs tərəfindən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin anlaqsız vəziyyətdə törədilməsini sübuta yetirilmiş hesab etdikdə, məhkəmə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi və barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi barədə qərar çıxarır. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsini zəruri hesab edir və bu səbəbdən də istintaq orqanının onun barəsində qətimkan tədbiri qismində seçilmiş həbsin qərar qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmasını əsaslı sayır. Məhkəmə, iş üzrə maddi sübut kimi tanınıb saxlanılması üçün Sabunçu RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs hadisə zamanı istifadə etdiyi bıçaq istehlak dəyərini itirmiş əşya kimi məhv edilməsini əsaslı sayır. Məhkəmədə cinayət əməlini anlaqsız vəziyyətdə törətdiyi iddia olunan şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 27 saylı Vəkil Bürosunun vəkil Müdafiəçi tərəfindən göstərilən 70 ( yetmiş ) saat hüquqi yardıma görə ona ona ödənilməsi üçün 420 (dörd yüz iyirmi) manat Azərbaycan Respublikası Vəkillər X3 bə Tədris Mərkəzinin hesabına ödənilməsini, Təqsirləndirilən şəxs həmin ödəmədən azad olunmasını əsaslı sayır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 468, 470-474, 477-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, qəraraaldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.3 və 126.2.4-cü maddələri ilə nəzərdə tutulan əməllərini anlaqsız vəziyyətdə törətdiyindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21.1-ci maddəsinə əsasən cinayət məsuliyyətindən və cəzadan azad edilsin. Təqsirləndirilən şəxs ixtisaslaşmış psixiatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbir təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri qərar qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 1 saylı Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilsin, qərarın icrası Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 1 saylı Respublika Psixiatriya Xəstəxanasına və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə həvalə edilsin. İş üzrə maddi sübut kimi tanınıb saxlanılması üçün Sabunçu RPİ-nin maddi sübutlar otağında saxlanılan, Təqsirləndirilən şəxs hadisə zamanı istifadə etdiyi bıçaq istehlak dəyərini itirmiş əşya kimi məhv edilsin. Dövlət büdcəsi hesabına Əməli anlaqsız vəziyyətdə törətdiyi iddia olunan şəxs Təqsirləndirilən şəxs məhkəmədə göstərmiş olduğu hüquqi yardıma görə Azərbaycan Respublikası Vəkilllər Kollegiyasının üzvü, Bakı şəhəri 27 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün 420 (dörd yüz iyirmi) manat Azərbaycan Respublikası Vəkilllər X3 və Tədris Mərkəzinin hesabına ödənilsin. Qərardan elan olunduğu andan, Təqsirləndirilən şəxs isə qərarın surəti ona əqdim edildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Qərardan apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Novruz Kərimov Hakimlər: Rasim Sadıxov Leyla Əsgərova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar