Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-920/2025 03.06.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri İmanova Nigar Arzu qızı (sədrlik edən), X10 və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X6, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1 və müdafiəçisi Bakı şəhəri 24 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, təqsirləndirilən şəxs X4 və müdafiəçisi Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx xxxxxx 2000-ci il tarixdə Cəlilabad rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olmaqla ünvan 2vanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 və xx xxxx 1992-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 3 ünvanda qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ:
1. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmiş, saxlamış və daşımışlar.
İşin faktiki halları
2. Təqsirləndirilən şəxs1 satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmə, saxlama, daşıma və satma barədə tanışı Təqsirləndirilən şəxs2 və şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikası vətəndaşı ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, İran İslam Respublikası vətəndaşının verdiyi məlumat əsasında Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 istintaqa məlum olmayan vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 13461,824 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı əldə etdikdən sonra aralarında olan cinayətkar sövdələşməyə əsasən satıb əldə olunacaq pulu bölmək məqsədi ilə Təqsirləndirilən şəxs1 əldə etdikləri narkotik vasitə qurudulmuş marixuananın xeyli miqdarda 7,740 qram hissəsini ayırıb 02 ədəd bükümdə olmaqla üzərində, Təqsirləndirilən şəxs2 əldə etdikləri narkotik vasitə qurudulmuş marixuananın xeyli miqdarda 9,084 qram hissəsini ayırıb 02 ədəd bükümdə olmaqla üzərində, narkotik vasitənin qalan hissəsini törədilən cinayətdən xəbərsiz Şahid4 idarə etdiyi “Chevrolet Aveo” markalı. **-VP-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa oturacağının üzərinə qoyub orada saxlamaqla daşımış, bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 02 may 2024cü il tarixdə, saat 01:55-də Bakı şəhəri, Qaradağ rayonu, Xocasən-Lökbatan yolunda yerləşən elektrik yarımstansiyasının yaxınlığında Şahid4 idarə etdiyi “Chevrolet Aveo” markalı, **-VP-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanında saxlanılaraq Baş İdarəyə gətirilməklə orada həmin gün saat 04:00-dan etibarən üzərlərinə keçirilən şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 əynində olan gödəkçənin sağ yan cibindən 02 ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri 4,670 qram və 3,07 qram olmaqla ümumilikdə xeyli miqdarda 7,740 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, Təqsirləndirilən şəxs2 əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 02 ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri 4,027 qram və 5,057 qram olmaqla ümumilikdə xeyli miqdarda 9,084 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Keçirilmiş əməliyyataxtarış tədbirinin davamı olaraq 02 may 2024-cü il tarixdə saat 05:15- dən etibarən cinayətdən xəbərsiz Şahid4 idarə etdiyi “Chevrolet Aveo” markalı, **-VP-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış zamanı avtomobilin arxa oturacağının üzərindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məxsus 01 ədəd narıncı rəngli sintetik torbadan 14 ədəd bağlamada ayrı-ayrılıqda çəkiləri 995 qram, 1030 qram, 975 qram, 1015 qram, 1005 qram, 985 qram, 1010 qram, 1015 qram, 1005 qram, 985 qram, 1005 qram, 995 qram, 1005 qram və 420 qram olmaqla ümumilikdə külli miqdarda 13445 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür.
3. Təqsirləndirilən şəxs2 Bakı şəhəri, Suraxanı rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsinə, həmin məhkəmənin 10.03,2023-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş 01 ay 14 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilməsinə baxmayaraq məhkumluğu ödənilmədən və qanunla müəyyən edilmiş qaydada götürülmədən yenidən qəsdən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmə, saxlama, daşıma və satma barədə tanışı Təqsirləndirilən şəxs1 və şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikası vətəndaşı ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, İran İslam Respublikası vətəndaşının verdiyi məlumat əsasında Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 istintaqa məlum olmayan vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 13461,824 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana əldə etdikdən sonra aralarında olan cinayətkar sövdələşməyə əsasən satıb əldə olunacaq pulu bölmək məqsədi ilə Təqsirləndirilən şəxs1 əldə etdikləri narkotik vasitə qurudulmuş marixuananın xeyli miqdarda 7,740 qram hissəsini ayırıb 02 ədəd bükümdə olmaqla üzərində, Təqsirləndirilən şəxs2 əldə etdikləri narkotik vasitə qurudulmuş marixuananın xeyli miqdarda 9,084 qram hissəsini ayırıb 02 ədəd bükümdə olmaqla üzərində, narkotik vasitənin qalan hissəsini cinayətdən xəbərsiz Şahid4 idarə etdiyi “Chevrolet Aveo” markalı, **-VP-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa oturacağının üzərinə qoyub orada saxlamaqla daşımış, bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 02 may 2024cü il tarixdə, saat 01:55-də Bakı şəhəri, Qaradağ rayonu, Xocasən-Lökbatan yolunda yerləşən elektrik yarımstansiyasının yaxınlığında Şahid4 idarə etdiyi “Chevrolet Aveo“ markalı, **-VP-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanında saxlanılaraq Baş İdarəyə gətirilməklə orada həmin gün saat 04:00-dan etibarən üzərlərinə keçirilən şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 əynində olan gödəkçənin sağ yan cibindən 02 ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri 4,670 qram və 3,07 qram olmaqla ümumilikdə xeyli miqdarda 7,740 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, Təqsirləndirilən şəxs2 əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 02 ədəd bükümdə ayrı- ayrılıqda çəkiləri 4,027 qram və 5,057 qram olmaqla ümumilikdə xeyli miqdarda 9,084 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Keçirilmiş əməliyyataxtarış tədbirinin davamı olaraq 02 may 2024-cü il tarixdə, saat 05:15- dən etibarən cinayətdən xəbərsiz Şahid4 idarə etdiyi “Chevrolet Aveo“ markalı, **-VP- *** dövlət qeydiyyat nişanlı avtomobilə baxış zamanı avtomobilin arxa oturacağının üzərindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məxsus 01 ədəd narıncı rəngli sintetik torbadan 14 ədəd bağlamada ayrı-ayrılıqda çəkiləri 995 qram, 1030 qram, 975 qram, 1015 qram, 1005 qram, 985 qram, 1010 qram, 1015 qram, 1005 qram, 985 qram. 1005 qram, 995 qram, 1005 qram və 420 qram olmaqla ümumilikdə külli miqdarda 13445 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür.
Təqsirləndirilən şəxslərin təqsirliliyinə dəlalət edən və məhkəmə iclasında tədqiq edilmiş sübutlar aşağıdakılardan ibarətdir:
4. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində bildirmişdir ki, 02 may 2024-cü il tarixdə hər iki təqsirləndirilən şəxslər barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmalarına dair məlumat daxil olmuşdur. Həmin şəxslər Bakı şəhəri, Qaradağ rayonu, Xocasən adlanan ərazidə maşında olarkən saxlanılaraq Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətirilərək videoçəkiliş zamanı üzərilərinə baxış keçirilmiş və hər ikisinin üzərindən 01 büküm bağlamada narkotik vasitə aşkar olunmuş, daha sonra qalan narkotik vasitələrin maşının arxa hissəsində olduğunu bildirmişlər. Bundan sonra saxlanıldıqları maşına baxış keçirilmiş və həmin maşının arxa hissəsindən təxminən 14 kiloqram miqdarında narkotik vasitə aşkarlanmış, təqsirləndirilən şəxslər bu bükümləri İran İslam Respublikası vətəndaşı olan Əli adlı şəxsin göstərişinə əsasən müxtəlif yerlərə qoyacaqlarını və bunun müqabilində 600 manat məcavib alacaqlarını söyləmişlər.
5. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxslər barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmalarına dair məlumat daxil olmuşdur. Həmin şəxslər 02 may 2024-cü il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Xocasən adlanan ərazidə maşında olarkən saxlanılaraq Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətirilərək videoçəkiliş zamanı üzərilərinə baxış keçirilmiş və hər ikisinin üzərindən 01 büküm bağlamada narkotik vasitə aşkar olunmuş, daha sonra qalan narkotik vasitələrin maşının arxa hissəsində olduğunu bildirmişlər. Bundan sonra saxlanıldıqları maşına baxış keçirilmiş və həmin maşının arxa hissəsindən təxminən 14 kiloqram miqdarında narkotik vasitə aşkarlanmış, təqsirləndirilən şəxslər bu bükümləri İran İslam Respublikası vətəndaşı olan Əli adlı şəxsin göstərişinə əsasən müxtəlif yerlərə qoyacaqları təqdirə 600 manat məcavib alacaqlarını söyləmişlər. Təqsirləndirilən şəxslər tutulan zaman onların yanında olmuş sürücünün təqsirləndirilən şəxslərin niyyətindən xəbəri yox idi.
6. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxslər barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmalarına dair məlumat daxil olmuşdur. Həmin şəxslər 02 may 2024-cü il tarixdə, gecə saat 02 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Xocasən adlanan ərazidə maşında olarkən saxlanılaraq Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətirilərək videoçəkiliş zamanı üzərilərinə baxış keçirilmiş və hər ikisinin üzərindən 01 büküm bağlamada narkotik vasitə aşkar olunmuş, daha sonra qalan narkotik vasitələrin maşının arxa hissəsində olduğunu bildirmişlər. Bundan sonra saxlanıldıqları maşına baxış keçirilmiş və həmin maşının arxa hissəsindən təxminən 14 kiloqram miqdarında narkotik vasitə aşkarlanmış, təqsirləndirilən şəxslər bu bükümləri İran İslam Respublikası vətəndaşı olan Əli adlı şəxsin göstərişinə əsasən müxtəlif yerlərə qoyacaqları təqdirə 600 manat məcavib alacaqlarını söyləmişlər.
7. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, hadisə günü o, mağazanın qabağında dayanmışdır. Mirdamət ona yaxınlaşmış və maşınla onu Lökbatana aparmağımı xahiş etmişdir. Mirdamət bildirmişdir ki, oradan da Biləcəri və ya Binəqədiyə gedəcək. Hazırda Mirdamətin nə dediyi yadında deyil. Həmin vaxt yanında Məhəmməd var idi. Lakin o, həmin günədək Məhəmmədi tanımamışdır. Saat gecə 23:00-24:00 radələri idi. Lökbatan ərazisində Meyvəli deyilən ünvana getmişlər. Yolda olan zaman Məhəmməd ona avtomobili saxlamasını demişdir. Məhəmməd qaranlıq bir yolun kənarında maşından enmiş, qısa zaman sonra geri qayıtmışdır. Yenidən qabaq oturacağa əyləşmiş və əlində heç nə olmamışdır. Məhəmməd maşına əyləşdikdən 100-150 metr keçəndən sonra yol polis əməkdaşı onu saxlamışdır. Sənədlərini yoxlamış və onu başqa maşınla idarəyə aparmışlar. İdarədə nə baş verdiyini soruşanda bildirdilər ki, onun istifadəsidə olan avtomobildən narkotik vasitə aşkar olunduğu bildirilmişdir. O demişdir ki, həmin narkotik vasitənin ona heç bir aidiyyəti yoxdur və maşında da elə bir şey görməmişdir. Növbəti gün o, idarədə bir neçə sənədi imzalamış və evə qayıtmışdır.
8. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq Şahid4 ibtidai istintaq zamanı ona təsir-təzyiq göstərildiyini, ifadəsini oxumadan imzaladığını, ifadəsini oxumağa şərait yaradılmadığını, ona göstərilən təzyiqlərlə bağlı hər hansı aidiyyəti orqana müraciət etmədiyini bildirmişdir.
9. Şahid3 məhkəmə iclasında iştirak etmədiyindən onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir.
10. “Şəxsi axtarış və götürmə aparılması haqqında” 02 may 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 02 may 2024-cü il tarixdə saat 01:55-də Bakı şəhəri, Qaradağ rayonu, Xocasən-Lökbatan yolu elektrik yarımstansiyasının yaxınlığında Şahid4 idarə etdiyi “Chevrolet” markalı **-VP-*** qeydiyyat nişanlı avtomobilin yanında saxlanılaraq Baş İdarəyə gətirilmişlər. Baş İdarədə üzərlərinə keçirilən şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 əynindəki gödəkçənin sağ yan cibindən 02 ədəd bükümdə narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddə, Təqsirləndirilən şəxs2 əynindəki gödəkçənin sağ yan cibindən 02 ədəd bükümdə narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddə aşkar edilərək götürülmüşdür (cild 01; i.v.49-52).
11. “Avtomobilə baxış və götürmə aparılması haqqında” 02 may 2024-cü il tarixli protokoldan görünür ki, Şahid4 idarə etdiyi “Chevrolet” markalı **-VP-*** qeydiyyat nişanlı avtomobilə baxış zamanı arxa oturacağın üzərindən 01 ədəd torbada 14 ədəd bağlamada narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddə aşkar edilərək götürülmüş, Təqsirləndirilən şəxs1 və X9 verilən suallara cavab olaraq avtomobildən aşkar edilmiş kütlələrin özlərinə məxsus olduğunu, həmin kütlələri İran İslam Respublikası vətəndaşı olan “Əli” adlı şəxsin vasitəsi ilə saxlanılmamışdan əvvəl Bakı şəhəri, Qaradağ rayonu, Xocasən qəsəbəsində əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə deyilən ünvanlara çatdırmaq məqsədi ilə əldə etdiklərini, bunun müqabilində onlara 600 manat pul veriləcəyini, həmin pulu aralarında böləcəklərini bildirmişlər (cild 01; i.v.58-60).
12. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə kimyəvi ekspertizasının 02 may 2024-cü il tarixli, 3-16-16/2-7/674 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş “Təqsirləndirilən şəxs1 təqdim etdiyi kütlələr...” yazı və imzalar olan zərfdə 2 ədəd üzəri şəffaf yapışqan lentlə yapışdırılmış bükümdə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 4,670 qram və 3,07 qram olmaqla, ümumi çəkisi 7,740 qram bitki mənşəli kütlələr çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs2 təqdim etdiyi kütlələr...” yazı və imzalar olan zərfdə 2 ədəd üzəri şəffaf yapışqan lentlə yapışdırılmış bükümdə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 4,027 qram və 5,057 qram olmaqla ümumi çəkisi 9,084 qram bitki mənşəli kütlələr çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 avtomobildən təqdim etdiyi kütlələr...” yazı və imzalar olan narıncı rəngli sintetik torbada 14 ədəd üzəri sellefon bağlamada hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 995 qram, 1030 qram. 975 qram, 1015 qram, 1005 qram, 985 qram. 1010 qram, 1015 qram, 1005 qram, 985 qram, 1005 qram, 995 qram, 1005 qram, 420 qram olmaqla ümumi çəkisi 13445 qram olan bitki mənşəli kütlələr çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs1 götürülmüş marixuana ilə X2 götürülmüş marixuana və **-VP-*** dövlət qeydiyyat nişanlı avtomobildən götürülmüş 14 ədəd bağlamada olan marixuanalar tərkiblərinə görə eynidirlər (cild 01; i.v.78-82).
13. “Maddi sübut kimi tanıma haqqında” 03 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 aşkar edilərək götürülmüş ümumi çəkisi 13461,824 qram qurudulmuş marixuana iş üzrə maddi sübut hesab edilmiş, tədqiqata sərf edildikdən sonra qalıq qalmış 13460,924 qram qurudulmuş marixuana saxlanılması üçün DİN-nin Baş Mütşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilmişdir (cild 01; i.v.169-170).
14. “Mobil telefon aparatına baxış keçirilməsi haqqında” 01 avqust 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 məxsus “İphone” markalı mobil telefona baxış keçirilmiş, telefonda iş üçün əhəmiyyət kəbs edəcək hər hansı məlumat aşkar edilməmişdir (cild 01; i.v.237).
15. “Mobil telefon aparatına baxış keçirilməsi haqqında” 01 avqust 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 məxsus “Redmi” markalı mobil telefona baxış keçirilmiş, telefonda iş üçün əhəmiyyət kəbs edəcək hər hansı məlumat aşkar edilməmişdir (cild 01; i.v.238).
16. “Baxış keçirilməsi haqqında” 05 avqust 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsi ilə olan danışıqlara baxış zamanı iş üçün əhəmiyyət kəbs edəcək hər hansı məlumat aşkar edilməmişdir (cild 01; i.v.240)
17. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 25 iyul 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 polis bölməsində döyülməsi ilə bağlı cinayət işinin başlanması rədd edilmişdir (cild 01; i.v.241-242).
18. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 07 avqust 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 polis bölməsində döyülməsi ilə bağlı cinayət işinin başlanması rədd edilmişdir (cild 01; i.v.243-244).
19. Məhkəmə-narkoloji ekspertizasının 03 iyun 2024-cü il tarixli, 3932 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur (cild 01; i.v. 246-247).
20. Məhkəmə-narkoloji ekspertizasının 03 iyun 2024-cü il tarixli, 3945 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 kannabinoidlərin qəbulu nəticəsində yaranan aslılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 01; i.v. 248-249).
21. Baxış keçirilməsi haqqında” 17 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsi ilə olan danışıqlara baxış zamanı iş üçün əhəmiyyət kəbs edəcək hər hansı məlumat aşkar edilməmişdir (cild 02; i.v.80)
22. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X18 tərəfindən verilmiş 07 oktyabr 2024-cü il tarixli, 2923 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs1 xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik müəyyən edilmir,ictimai təhlükəli əməli törətdiyi zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur, ona ittiham olunan əməl barəsində anlaqlı hesa edilməlidir, əməli Azərbaycan Respublikası CM-in 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs1 barəsində tibbi xarakterli məcburi müalcə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur (cild 02; i.v.117-120).
23. “Sübutların qiymətləndirilməsi haqqında” 14 dekabr 2024-cü il tarixli qərardan görünür ki, şəxsi axtarış və götürmə, o cümlədən, avtomobilə baxış və götürmə zamanı qeydə alınmış videogörüntüləri özündə əks etdirən 02 ədəd disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilməsi qərara alınmışdır (cild 02; i.v.181-198).
Təqsirləndirilən şəxslərin müdafiələri üçün irəli sürdüyü dəlillər aşağıdakılardır:
24. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, tutulan zaman onun üzərindən 7 qram miqdarında narkotik vasitə marixuana çıxsa da, həmin narkotik vasitə onun şəxsi istifadəsi üçün olmuşdur. Onun narkotik vasitələri satmaq kimi bir niyyəti olmamışdır. Mirdamət Ağayev onun dostudur. 5 aydan bir narkotik vasitə marixuanadan istifadə edir. Hadisə günü Mirdamətlə Hövsanda görüşərək çayxanada oturmuşlar. Daha sonra ortaq dostları olan Əli ilə Xocasəndə görüşməyə getmişlər. Lakin yolda polis əməkdaşları tərəfindən saxlanıldıqlarından Əli ilə görüşə bilmədilər. Polis əməkdaşları onları saxlayan zaman polis əməkdaşlarının göstərişinə əsasən maşından düşdükdə 15-16 nəfər polis əməkdaşı gələrək onları döymüşlər. Əslində onların yol getdikləri avtomobildə narkotik vasitə olmamışdır. Sadəcə onlar polis əməkdaşları tərəfindən döyüldüklərindən və təzyiqlərə dözmədiklərindən avtomobildə narkotik vasitə olduğunu bildirmişlər.
25. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq Kərimov X3 narkotik vasitələrin istifadəçisi olub-olmadığını bilmədiyini, Mirdamətin də onun narkotik vasitələrdən istifadə etdiyini bilmədiyini, tutulduqları gün avtomobili idarə edən şəxsi tanımadığını, hadisə günü həmin avtomobildə heç bir narkotik vasitə olmadığını, videoçəkiliş zamanı polis əməkdaşlarının ona dediklərini təkrarladığını, videoçəkiliş zamanı guya narkotik vasitəni İran İslam Respublikası vətəndaşından götürərərək onun dediyi yerlərə qoyacağını dediyini, videoçəkilişdən öncə döyüldüyündən polis əməkdaşlarının ona dedikləri hər şeyi etdiyini, yol boyu cəmi bir dəfə avtomobili saxlatdırıb Xocasəndə ayaqyoluna getdiyini, Mirdamətin avtomobildə arxada oturdğunu, maşında heç bir bağlama və ya paketin olmadığını, Bakı İstintaq Təcridxanasında xəsarətlərinin olmadığını dediyindən orada işləyən əməkdaşların onun üzərinə baxış keçirmədiklərini, xəsarətləri başının arxa tərəfində oduğundan heç bir diqqət cəlb etmədiyini, tutulduğu zaman üzərindən cəmi 07 qram narkotik vasitə qurudulmuş marixuana çıxdığını, həmin narkotik vasitəni yoldan tapdığını, üzərindən çıxmış narkotik vasitə ilə avtomobildən aşkar edilmiş narkotik vasitənin eyni tərkibli olmasının səbəbini izah edə bilmədiyini bildirmişdir.
26. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, hadisə günü onunla Məhəmmədi əvvəlcə yol polisi saxlamış, onlar polis əməkdaşlarının göstərişinə əsasən maşından düşmüşlər. Həmin vaxt nə onun üzərində, nə də maşında narkotik vasitə olmamışdır. Polis idarəsində olan zaman ikisinin də cibinə narkotik vasitə qoymuşlar. O, özü 6-7 ildir ki, narkotik vasitə istifadəçisidir. Əvvəllər məhkumluğum olmuş, 2023-cü ildə cəzaçəkmə müəssisəsindən çıxdıqdan sonra Məhəmmədlə tanış olaraq dostlaşmışlar. Məhəmməd onun narkotik vasitə istifadə etdiyini bilmirdi. Onları polis əməkdaşları döydüklərindən və onlar təzyiqlərə tab gətirə bilmədiklərindən polis əməkdaşlarının dediklərini etmişlər, həm üzərlərinə qoyulmuş, həm də avtomobilə qoyulmuş narkotik vasitənin onlara məxsus olduğunu bildirmişlər.
Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Məcəlləsi:
27. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinə əsasən bu Məcəllənin 234.2, 234.3 və 234.3-1-ci maddəsində nəzərdə tutulmuş əməllər qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən və külli miqdarda törədilkdə beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
28. Həmin Məcəllənin 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmaüç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
29. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahısına əsasən təmiz çəkisi 5 qram olan qurudulmuş marixuana şəxsi istehlak miqdarından artıq miqdar, 500 qram olduqda isə külli miqdar, 50000 qram olduqda isə xüsusilə külli miqdar hesab olunur.
30. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə psixotrop maddələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli qərarının 9-cu bəndində göstərilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə psixotrop maddələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin psixotrop maddələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın psixotrop maddələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və psixotrop maddələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, psixotrop maddənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır.
31. Həmin Qərarın 12-ci bəndində göstərilmişdir ki, CM-in 234.4-cü maddəsində əməlin tövsifedici əlamətləri kimi CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində sadalanan əməllərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədilməsi, təkrar törədilməsi, külli miqdarda törədilməsi, habelə mediadan, o cümlədən internet informasiya ehtiyatlarından və ya informasiya-telekommunikasiya şəbəkələrindən istifadə etməklə törədilməsi nəzərdə tutulmuşdur. Cinayətin qeyd olunan tövsifedici əlamətlərlə törədilibtörədilməməsi məsələsi həll olunarkən “cinayətin təkrar törədilməsi”, “qabaqcadan əlbir olan bir qrup şəxs” və 12 “mütəşəkkil dəstə” anlayışlarını təsbit edən CM-in 16, 34.2 və 34.3-cü maddələri ilə yanaşı, həmin cinayət-hüquqi kateqoriyaların, habelə cinayətin mediadan, o cümlədən internet informasiya ehtiyatlarından və ya informasiya-telekommunikasiya şəbəkələrindən istifadə etməklə törədilməsi əlamətinin təfsirinə həsr olunmuş, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun (bundan sonra – Konstitusiya Məhkəməsi) müvafiq olaraq “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 18-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2021-ci il 25 yanvar tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 15 mart tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 6 may tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsində nəzərdə tutulan “mütəşəkkil dəstə” anlayışının şərh edilməsi haqqında” 1999-cu il 20 aprel tarixli və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.4 və 236-cı maddələrinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.10-cu maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il 14 iyul tarixli qərarlarında ifadə olunmuş hüquqi mövqelər rəhbər tutulmalıdır. Qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi dedikdə, bu cinayətdə onu birlikdə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin qəsdən birgə iştirak etməsi başa düşülməlidir. CM-in 34.2-ci maddəsinin mənasına görə, CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, yəni cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərin icra edilməsinə başlanılana qədər cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Yalnız CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində göstərilən hərəkətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi CM-in 234.4.1-ci maddəsinin tərkibini yaratdığı üçün təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Odur ki, digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyi, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlib-gəlməməsi, özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsi araşdırılmalıdır.
Cəza təyini zamanı nəzərə alınmalı olan hallar:
32. “Şübhəli şəxsin tutulması haqqında” 02 may 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 02 may 2024-cü il tarixdə, saat 01:55-dən tutulmuş hesab edilmişdir (cild 01; i.v.22).
33. “Şübhəli şəxsin tutulması haqqında” 02 may 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 02 may 2024-cü il tarixdə, saat 01:55-dən tutulmuş hesab edilmişdir (cild 01; i.v.39).
34. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 03 may 2024-cü il tarixli, 4(005)- 599/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbsetmənin əvvəli 02 may 2024-cü il tarixdən hesablanmaqla 04 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir (cild 01; i.v.159-161).
35. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 03 may 2024-cü il tarixli, 4(005)- 598/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbsetmənin əvvəli 02 may 2024-cü il tarixdən hesablanmaqla 04 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir (cild 01; i.v.162-164).
36. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 05 iyul 2022-ci il tarixli, 1(010)- 94/2022 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs2 AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir (cild 01; i.v.220-228).
37. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 10 mart 2023-cü il tarixli, 7(010)- 104/2023 saylı qərarından görünür ki, , Təqsirləndirilən şəxs2 ona Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 05 iyul 2022-ci il tarixli, 1(010)-94/2022 saylı hökmü ilə təyin edilmiş cəzanın 01 ay 14 gün hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir (cild 01; i.v.229-232).
38. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 27 avqust 2024-cü il tarixli, 4(005)- 1056/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 həbsdə saxlanılma müddəti 03 ay olmaqla, 02 dekabr 2024-cü il tarixədək uzadılmışdır (cild 02; i.v.37-39).
39. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 27 avqust 2024-cü il tarixli, 4(005)- 1057/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs2 həbsdə saxlanılma müddəti 03 ay olmaqla, 02 dekabr 2024-cü il tarixədək uzadılmışdır (cild 02; i.v.40-42).
40. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 28 noyabr 2024-cü il tarixli, 4(005)- 1401/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 həbsdə saxlanılma müddəti 02 ay olmaqla, 02 fevral 2025-ci il tarixədək uzadılmışdır (cild 02; i.v.105- 107).
41. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 28 noyabr 2024-cü il tarixli, 4(005)- 1402/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs2 həbsdə saxlanılma müddəti 02 ay olmaqla, 02 fevral 2025-ci il tarixədək uzadılmışdır (cild 02; i.v.108- 110).
42. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış 16 dekabr 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 22 noyabr 2016-cı il tarixli hökmünə əsasən AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 01 mart 2017-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə cəzası 01 il 06 aya endirilmiş, 22 aprel 2017-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 05 iyul 2022-ci il tarixli hökmünə əsasən AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 19 mart 2023-cü il tarixdə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin qərarı ilə cəzasının çəkilməmiş 01 ay 14 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, 20 aprel 2023-cü il tarixdə cəza müddəti başa çatmışdır (cild 02; i.v.121-123).
43. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış 16 dekabr 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır (cild 02; i.v.124-125).
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin:
44. 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır;
45. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir;
46. 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər.
47. 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkirlər.
48. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir.
49. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.
50. 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir.
51. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır.
52. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir.
53. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir.
54. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır.
55. 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır.
56. 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır;
57. 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz;
58. 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir;
59. 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur.
60. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur.
61. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 25 may 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur.
Məhkəmənin hüquqi dəyərləndirməsi:
62. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146).
63. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 özünü ona elan edilmiş ittihamda təqsirli bilmədiyini, narkotik vasitələrin satışı ilə məşğul olmadığını, polis əməkdaşları tərəfindən saxlanılan zaman üzərində 7 qram qurudulmuş marixuana olduğunu, həmin narkotik vasitəni şəxsi istifadəsi üçün əldə etdiyini, polis əməkdaşları tərəfindən döyüldüyündən videoçəkiliş zamanı avtomobildən aşkar edilmiş narkotik vasitələrin onlara aid olduğunu bildirdiyini, çəkiliş zamanı dediklərinin polis əməkdaşlarının sözləri olduğunu, fiziki təzyiqlərə dözmədiyindən onların dediklərini təkrarladığını bildirsə də, məhkəmə təqsirləndirilən şəxsin ifadəsini işin faktiki halları və iş materiallarında olan mötəbər sübutlarla uzlaşmayan özünümüdafiə xarakterli ifadə kimi qiymətləndirir.
64. Belə ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs1 özünü ona elan edilmiş ittihamda təqsirli bilərək ifadəsində göstərmişdir ki, mebel sexində rənglənmə işlərində köməklik etməklə qazanc əldə edir. Əvvəllər avtoyuma yerində işləmişdir. Təqsirləndirilən şəxs2 da həmin avtoyuma yerindən tanıyır. Əvvəllər Hövsan qəsəbəsində birlikdə işləmişlər. Arada narkotik vasitə olan marixuanadan istifadə edir. Təxminən bir ay əvvəl sosial şəbəkə vasitəsi ilə İran İslam Respublikası vətəndaşı "Əli’' adlı şəxslə tanış olmuşdur. Əli sonralar onun maddi imkanı olduğunu bilib narkotik vasitələrin dövriyyəsi ilə məşğul olmağı təklif etmişdir. Belə ki, İranlı müxtəlif növ narkotik vasitələr göndərməli, o da həmin maddələri bir yerdən götürüb başqa yerə qoymalı idi. Aralarındakı razılaşmaya görə gördüyü işə görə həm pul, həm də öz istifadəsi üçün narkotik vasitə qurudulmuş marixuana veriləcəkdi. Əlinin təklifi ilə razılaşmış və danışığa əsasən Əli ilkin olaraq 150 manat pul verəcəyini bildirmişdir. Təxminən 10 gün əvvəl İranlı Əlinin göndərdiyi təxminən 1 kq çəkidə narkotik vasitəni Lökbatan qəsəbəsi istiqamətində yerdən götürüb Dərnəgül yolu deyilən yerə atmışdır. 01 may 2024cü il tarixdə səhər saatlarında İranlı watsapp proqramı vasitəsi ilə zəng edib bildirmişdir ki, böyük çəkidə narkotik vasitə marixuana göndərəcək, onları götürüb deyiləcək yerə qoymalıdır. Bu işin qarşılığında 600 manat pul təklif etmişdir. Çəkinin cox oldu&nnn v3 ehtiyacı olduğunu fikirləşib bu barədə Mirdametlə görüşüb ona demişdir. Mirdametlə Əlinin verəcəyi 600 manat məbləğində pulu bərabər şəkildə bölmələri barədə razılığı gəlmişlər. Özlərinin avtomobili olmadığı üçün Mirdamet öz tanıdığı Ceyhun adlı taksi sürücüsündən xahiş etmişdir ki, axşam saatlarında onları bildirəcəkləri ünvana aparıb gətirsin. X12 hər hansı başqa məlumat verməmişdir. 01 may 2024-cü il tarixdən 02 may 2024-cü il tarixə keçən gün Şahid4 idarə etdiyi “Chevrolet” markalı **-VP-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhərindən Lökbatan-Xocasən qəsəbəsi istiqamətində gəlmişlər. Mirdamet və özü yolun kənarına qoyulmuş narkotik vasitələrin olduğu bir ədəd torbanı gətirib Ceyhunun idarə etdiyi avtomobilin arxa oturacağına qoymuşlar. 02 may 2024-cü il tarixdə saat 01 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Xocasən-Lökbatan yolu elektrtik yarımstansiyasının yaxınlığında avtomaşının yanında olduqları zaman 4 nəfər mülki geyimli şəxs onlara yaxınlaşaraq özlərini təqdim edərək qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin dövriyyəsində şübhəli olduqlarını bildirərək barələrində əməliyyataxtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış edib onları BNMİ-nin inzibati binasına dəvət etmişlər, Şahid4 də Baş İdarəyə dəvət edilmiş, avtomobil isə İdarənin həyətinə yerləşdirilmişdir. Burada dəvət olunmuş müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutulmuşlar. Onlara hüquq və vəzifələrimi elan olunmuş, buna dair bildiriş təqdim edilmişdir. Bundan sonra üzərlərinə şəxsi axtarış aparılmağa başlanılmışdır. Şəxsi axtarış zamanı üzərlərində olan qanunla qadağan olunmuş əşya varsa onları təqdim etmələri təklif olunmuşdur. Bu təklifdən sonra əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 02 ədəd bükümdə qurudulmuş marixunanı təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan şalvarın sol yan cibindən içərisində 055 ***-**-** simkart nömrəsi olan “İphone” markalı mobil telefon aşkar edilərək götürülmüşdür. Daha sonra şəxsi axtarış zamanı üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Sonra aşkar olunmuş həmin kütlələr içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış və möhürlənmiş, üzəri iştirakçılar tərəfindən imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 01 ədəd “İphone” markalı mobil telefon bu barədə izah verildikdən sonra götürülmüşdür. Sonra Mirdameti qərarla tanış edərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim edilməsi təklif edilmişdir. Bu təklifdən sonra Mirdamet əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 02 ədəd bükümdə qurudulmuş marixunanı təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan şalvarın sol yan cibindən içərisində 070 ***-**-** simkart nömrəsi olan “Redmi” markalı mobil telefon və 100 manat pul aşkar edilərək götürülmüşdür. Sonra şübhəli şəxsin üzərinə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Sonra aşkar olunmuş həmin kütlələr içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılaraq möhürlənmiş, üzəri iştirakçılar tərəfindən imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 01 ədəd “Redmi” markalı mobil telefon bu barədə izah verildikdən sonra götürülmüş, 100 manat pul isə özünə geri qaytarılmışdır. Verilən suallara cavab olaraq üzərlərindən aşkar olunmuş kütlələrin özlərinə məxsus olduğunu, həmin kütlələri İran İslam Respublikası vətəndaşı “Əli” adlı şəxsin bildirdiyi yerdən saxlanılmamışdan əvvəl Bakı şəhəri, Qaradağ rayonu, Xocasən qəsəbəsində əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə deyilən ünvanlara çatdırmaq məqsədi ilə əldə etdiklərini, “Əli” adlı şəxsin göstərişi ilə narkotik vasitələri müəyyən ünvanlara qoymalarına görə onlara 600 manat pul verəcəyini, həmin pulu öz aralarında yarı böləcəklərini, həmçinin Şahid4 idarə etdiyi avtomobildə də narkotik maddə saxladıqlarını, həmin narkotik maddəni təqdim edə biləcəklərini, avtomobilə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etirazlarının olmadığını, verilən sualları tam başa düşdüyünü, onlara qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir.
65. Onun ifadəsində göstərdiyi xüsusatlar digər Təqsirləndirilən şəxs2 həm şübhəli şəxs, həm də təqsirləndirilən şəxs qismində verdiyi ilkin ifadələrində göstərdiyi xüsusatlarlarla da öz təsdiqini tapmışdır.
66. Bununla yanaşı, iş materiallarında olan (cild 01; i.v.159-161) Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 03 may 2024-cü il tarixli, 4(005)-599/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət və təqdimata məhkəmə iclasında baxılan zaman təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittihamda təqsirli bilərək polis əməkdaşları tərəfindən üzərindən aşkar edilərək götürülmüş narkotik vasitəni İran İslam Respublikası vətəndaşından aldığını, onun dediyi ünvanlara qoymalı olduğunu, əvvəl də eyni qaydada bir dəfə narkotik vasitəni götürüb deyilən yerə atdığını, polis əməkdaşları tərəfindən saxlanılan zaman fiziki təzyiqə və şiddətə məruz qalmadığını bildirmişdir.
67. Bundan savayı, istər təqsirləndirilən şəxslərin üzərlərinə baxış və götürmə, istər avtomobilə baxış keçirilən zaman Təqsirləndirilən şəxs1 tam sərbəst şəkildə həm üzərindən, həm də avtomobildən aşkar edilmiş narkotik vasitənin onlara İran Respublikası vətəndaşı tərəfindən göndərildiyini, həmi narkotik vasitəni iranlının dediyi konuma qoyacaqlarını bildirmişdir.
68. Bundan savayı təqsirləndirilən şəxsə üzərində aşkar edilmiş narkotik vasitə ilə avtomobildə olan narkotik vasitələrin eyni tərkibli olmasının səbəbi ilə bağlı sual ünvanlandıqda (nəzərə alınsa ki, Təqsirləndirilən şəxs1 avtomobildə narkotik vasitənin olmasını qəbul etməsə də, üzərində 7 qram qurudulmuş marixuana olduğunu etiraf etmişdir) o, həmin suala cavab verə bilməyəcəyini və bunun səbəbini özünün də bilmədiyini göstərmişdir.
69. Məhkəmə iclasında təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyüldüyündən etirafedici ifadələr verdiyini iddia etsə də, məhkəmənin sorğusuna əsasən Bakı İstintaq Təcridxanası tərəfindən verilmiş 04 may 2025-ci il tarixli, 3786/2024 nömrəli məhkumun tibbi kitabçasından görünür ki, Təqsirləndirilən şəxs1 Bakı İstintaq Təcridxanasına daxil olan zaman zədə almadığını bildirmiş, onun bədəninə baxış zamanı qarının sağ yan tərəfində köhnə çapıq törəməsi aşkar edilmiş, başqa hər hansı xəsarət aşkar edilməmişdir.
70. Məhkəmə iclasında təqsirləndirilən şəxs ona ünvanlanmış suala cavab olaraq onda olan xəsarətlərin istintaq təcridxanasına daxil olan zaman qeydə alınmadığını və bu barədə orada bir söz demədiyini bildirsə də, məhkəmə təqsirləndirilən şəxsdə həqiqətən də xəsarətlərin olduğu halda həmin xəsarətlərin qeydə alınmamasının mümkün olmadığını və tibbi müayinədən sonra yoxlanılan hər bir təqsirləndirilən şəxsdə aşkar edilmiş xəsarətlərin mütləq qaydada istintaq təcridxanası tərəfindən qeydə alındığını xüsusi olaraq vurğulayır.
71. Bundan savayı, yuxarıda qeyd olunan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 03 may 2024-cü il tarixli, 4(005)-599/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət və təqdimata məhkəmə iclasında baxılan zaman polis əməkdaşları tərəfindən saxlanılan zaman fiziki təzyiqə və şiddətə məruz qalmadığını bildirmişdir.
72. Bununla yanaşı, təqsirləndirilən şəxslərin üzərlərinə şəxsi axtarış və götürmə, o cümlədən, avtomobilə baxış aparılmasına dair videodisklərdə olan görüntülərlə də təqsirləndirilən şəxsdə hər hansı xəsarətin olması öz təsdiqini tapmamışdır.
73. Həmçinin, iş materiallarında olan (cild 01; i.v.241-242) “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 25 iyul 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 polis bölməsində döyülməsi ilə bağlı cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərarda göstərilmiş “MTE və PA Birliyi” PHŞnin 742 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində 02 may 2024-cü il tarixə uyğun hər hansı xəsarət aşkar olunmamış, onun adına tərtib edilmiş 3786/2024 nömrəli tibb kitabçasında da 02 may 2025-ci il tarixə uyğun xəsarətlə bağlı heç bir qeydiyyat olmamışdır.
74. Göründüyü kimi, hazırki iş üzrə təqsirləndirilən şəxs ona qarşı polis bölməsində qanunsuz hərəkətlərin edilməsini iddia etsə də, məhkəmə onun tibb kartına əsasən onda xəsarətlərin olmasının müəyyən edilmədiyini, bu halın müvafiq ekspert rəyi ilə də öz təsdiqini tapdığını, onun tərəfindən bu halı təsdiq edə biləcək hər hansı sübutun məhkəməyə təqdim edilmədiyini nəzərə alaraq göstərilən xüsusata təqsirləndirilən şəxs tərəfindən cinayət məsuliyyətindən yayınmaq üçün formal olaraq istinad olunması qənaətinə gəlir.
75. Məhkəmə iclasında digər Təqsirləndirilən şəxs2 özünü ona elan edilmiş ittihamda təqsirli bilmədiyini, narkotik vasitələrin satışı ilə məşğul olmadığını, polis əməkdaşları tərəfindən saxlanılan zaman nə onun, nə də Məhəmmədin üzərində qanunsuz predmetin olmadığını, narkotik vasitənin onların üzərlərinə polis bölməsində qoyulduğunu, polis əməkdaşları tərəfindən döyüldüyündən videoçəkiliş zamanı avtomobildən aşkar edilmiş narkotik vasitələrin onlara aid olduğunu bildirdiyini, çəkiliş zamanı dediklərinin polis əməkdaşlarının sözləri olduğunu, fiziki təzyiqlərə dözmədiyindən onların dediklərini təkrarladığını bildirsə də, məhkəmə Təqsirləndirilən şəxs2 da hazırki ifadəsini işin faktiki halları və iş materiallarında olan mötəbər sübutlarla uzlaşmayan özünümüdafiə xarakterli və qeyri-səmimi ifadə kimi qiymətləndirir.
76. Belə ki, ibtidai istintaq zamanı təqsirləndirilən şəxs X9 həm şübhəli şəxs qismində, həm də təqsirləndirilən şəxs qismində dindirilərkən verdiyi ilkin ifadəsində özünü ona elan edilmiş ittihamda təqsirli bilərək göstərmişdir ki, Hovsan qəsəbəsində avtoyuma yerində işləyir. Əvvəllər narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayət törətdiyi üçün iki dəfə məhkum olunmuşdur. Təqsirləndirilən şəxs1 birlikdə işlədikləri avtoyuma məntəqəsindən tanıyır. Narkotik vasitə olan marixuanadan istifadə edir. Məhəmməd də təsadüf hallarda qurudulmuş marixuanadan istifadə edir. 01 may 2024-cü il tarixdə səhər saatlarında Məhəmməd onunla görüşmüş və bildirmişdir ki, İranlı Əli adlı şəxslə sosial şəbəkədə tanış olmuşdur. İranlı watsapp proqramı vasitəsi ilə ona zəng edib bildirmişdir ki, axşam böyük çəkidə narkotik vasitə olan marixuana göndərəcək, onları götürüb deyiləcək yerə qoyacağı halda xidmət haqqı kimi 600 manat pul verəcəkdir. Məhəmməd bu işi görmk üçün ona kömək edəcəyi halda qazanacaq 600 manat məbləğində pulu öz aralarında yarıbayarı böləcəyini demişdir. Məhəmmədin təklifi ilə razılaşmışdır. Özlərinin avtomobili olmadığı üçün yaşadığı Hövsan qəsəbəsində taksi fəaliyyəti ilə məşğul olan tanışı Ceyhun adlı taksi sürücüsündən xahiş etmişdir ki, axşam saatlarında deyəcəyi yerə aparıb gətirsin. Lakin Ceyhuna hər hansı başqa məlumat verməmişdir. 01 may 2024-cü il tarixdən 02 may 2024-cü il tarixə keçən gün Şahid4 idarə etdiyi “Chevrolef’ markalı **-VP-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhərindən Lökbatan- Xocasən qəsəbəsi istiqamətində gəlmişlər. Özü və Məhəmməd yolun kənarına qoyulmuş narkotik vasitələrin olduğu bir ədəd torbam gətirib Ceyhunun idarə etdiyi avtomobilin arxa oturacağına qoymuşlar. 02 may 2024-cü il tarixdə saat 01:55 dəqiqədə Bakı şəhəri, Qaradağ rayonu, Xocasən-Lökbatan yolu elektrtik yarımstansiyasının yaxınlığında avtomobilin yanında olduqları zaman 4 nəfər mülki geyimli şəxs onlara yaxınlaşaraq özlərini təqdim edərək külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduqlarını bildirərək barələrində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış edib BNMİ-nin inzibati binasına dəvət etmişlər, Burada dəvət olunmuş müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutulmuşlar. Onlara hüquq və vəzifələrimiz elan olunmuş, buna dair bildiriş təqdim edilmişdir. Bundan sonra üzərlərinə şəxsi axtarış aparılmağa başlanılmışdır. Şəxsi axtarış zamanı üzərlərində olan qanunla qadağan olunmuş əşya varsa onları təqdim etmələri təklif olunmuşdur. Bu təklifdən sonra Məhəmməd əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 02 ədəd bükümdə qurudulmuş marixuananı təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan şalvarın sol yan cibindən “İphone” markalı mobil telefon aşkar edilərək götürülmüşdür. Daha sonra şəxsi axtarış zamanı Məhəmmədin üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Sonra aşkar olunmuş həmin kütlələr içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış və möhürlənmiş, üzəri iştirakçılar tərəfindən imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 01 ədəd “İphone” markalı mobil telefon bu barədə bizə izah verildikdən sonra götürülmüşdür. Bundan sonra özünə paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 2 ədəd bükümdə qurudulmuş marixunanı təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan şalvarın sol yan cibindən içərisində 070 ***-**-** simkart nömrəsi olan “Redmi” markalı mobil telefon və 100 manat pul aşkar edilərək götürülmüşdür. Sonra üzərinə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Sonra aşkar olunmuş həmin kütlələr içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılaraq möhürlənmiş, üzəri iştirakçılar tərəfindən imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 01 ədəd “Redmi” markalı mobil telefon bu barədə izah verildikdən sonra götürülmüş, 100 manat pul isə özünə geri qaytarılmışdır. Verilən suallara cavab olaraq üzərlərindən aşkar olunmuş kütlələrin özlərinə məxsus olduğunu, həmin kütlələri İran İslam Respublikası vətəndaşı olan “Əli” adlı şəxsin vasitəsi ilə saxlanılmamışdan əvvəl Bakı şəhəri, Qaradağ rayonu, Xocasən qəsəbəsində əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə deyilən ünvanlara çatdırmaq məqsədi ilə əldə etdiklərini, “Əli” adlı şəxsin göstərişi ilə narkotik vasitələri müəyyən ünvanlara qoymalarına görə 600 manat pul verəcəyini, həmin pulu öz aralarında yarı böləcəklərini, həmçinin Şahid4 idarə etdiyi avtomobildə də narkotik maddə saxladıqlarını, həmin narkotik maddəni təqdim edə biləcəklərini, avtomobilə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etirazının olmadığını bildirmişlər Sonra avtomobilin yanında olarkən onlara avtomobildə saxladıqları narkotik maddələri təqdim etmələri təklif olunmuşdur. Bu təklifdən sonra avtomobilin arxa oturacağından 01 ədəd torbadan 14 ədəd bağlamada qurudulmuş marixuananı təqdim etmişlər. Həmin kütlələrə baxış keçirildikdən sonra qablaşdırılaraq möhürlənmiş və üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra avtomobilin digər hissələrinə baxış keçirilmiş və qanunla qadağan olunuş hər hansı əşya, predmet və ya maddə aşkar olunmamışdır. Verilən suallara cavab olaraq avtomobildən aşkar olunmuş kütlələrin özlərinə məxsus olduğunu, həmin kütlələri İran İslam Respublikası vətəndaşı olan “Əli” adlı şəxsin vasitəsi ilə saxlanılmamışdan əvvəl Bakı şəhəri, Qaradağ rayonu, Xocasən qəsəbəsində əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə deyilən ünvanlara çatdırmaq məqsədi ilə əldə etdiklərini bildirmişlər.
77. Onun ifadəsində göstərdiyi xüsusatlar digər Təqsirləndirilən şəxs1 həm şübhəli şəxs, həm də təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində göstərdiyi xüsusatlarlarla da öz təsdiqini tapmışdır.
78. Bununla yanaşı, iş materiallarında olan (cild 01; i.v.162-164) Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 03 may 2024-cü il tarixli, 4(005)-598/2024 saylı qərarından görünür ki, X9 barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət və təqdimata məhkəmə iclasında baxılan zaman təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittihamda qismən təqsirli bilərək narkotik vasitəni İran vətəndaşından əldə etdiyini, 500-600 manat müqabilində narkotik vasitəni İran vətəndaşının deyəcəyi yerə aparıb verməli olduğunu bildirmişdir.
79. Bundan savayı, istər təqsirləndirilən şəxslərin üzərlərinə baxış və götürmə, istər avtomobilə baxış keçirilən zaman X9 tam sərbəst şəkildə həm üzərindən, həm də avtomobildən aşkar edilmiş narkotik vasitənin onlarab İran Respublikası vətəndaşı tərəfindən göndərildiyini, iranlının dediyi konuma qoyacaqlarnı, bunun müqabilində pul alacaqlarını bildirmişdir.
80. Məhkəmə iclasında təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyüldüyündən etirafedici ifadələr verdiyini iddia etsə də, məhkəmənin sorğusuna əsasən Bakı İstintaq Təcridxanası tərəfindən verilmiş 04 may 2025-ci il tarixli, 3787/2024 nömrəli məhkumun tibbi kitabçasından görünür ki, X9 Bakı İstintaq Təcridxanasına daxil olan zaman zədə almadığını bildirmiş, onun bədəninə baxış zamanı köhnə çapıq toxumaları aşkar edilmişdir.
81. Məhkəmə iclasında təqsirləndirilən şəxs ona ünvanlanmış suala cavab olaraq digər təqsirləndirilən şəxslə eyni cavabı verərək onda olan xəsarətlərin istintaq təcridxanasına daxil olan zaman qeydə alınmadığını və bu barədə orada bir söz demədiyini bildirsə də, məhkəmə təqsirləndirilən şəxsdə həqiqətən də xəsarətlərin olduğu halda həmin xəsarətlərin qeydə alınmamasının mümkün olmadığını və tibbi müayinədən sonra yoxlanılan hər bir təqsirləndirilən şəxsdə aşkar edilmiş xəsarətlərin mütləq qaydada istintaq təcridxanası tərəfindən qeydə alındığını xüsusi olaraq vurğulayır.
82. Bununla yanaşı, təqsirləndirilən şəxslərin üzərlərinə şəxsi axtarış və götürmə, o cümlədən, avtomobilə baxış aparılmasına dair videodisklərdə olan görüntülərlə də təqsirləndirilən şəxsdə hər hansı xəsarətin olması öz təsdiqini tapmamışdır.
83. Həmçinin, iş materiallarında olan (cild 01; i.v.243-244) “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 07 avqust 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 polis bölməsində döyülməsi ilə bağlı cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərarda göstərilmiş məhkəmə-tibbi ekspertizasının 827 nömrəli rəyindən görünür ki, X4 məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində hər hansı xəsarət aşkar olunmamış, onun adına tərtib edilmiş nömrəli tibb kitabçasında da xəsarətlə bağlı heç bir qeydiyyat olmamışdır.
84. Göründüyü kimi, hazırki iş üzrə təqsirləndirilən şəxs ona qarşı polis bölməsində qanunsuz hərəkətlərin edilməsini iddia etsə də, məhkəmə onun tibb kartına əsasən onda xəsarətlərin olmasının müəyyən edilmədiyini, bu halın müvafiq ekspert rəyi ilə də öz təsdiqini tapdığını, onun tərəfindən bu halı təsdiq edə biləcək hər hansı sübutun məhkəməyə təqdim edilmədiyini nəzərə alaraq göstərilən xüsusata təqsirləndirilən şəxs tərəfindən cinayət məsuliyyətindən yayınmaq üçün formal olaraq istinad olunması qənaətinə gəlir.
85. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 25-ci bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-cü maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıbqaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıbyoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır.
86. Göründüyü kimi, hazırki iş üzrə təqsirləndirilən şəxslər onlara qarşı polis bölməsində qanunsuz hərəkətlərin edilməsi ilə aidiyyəti orqanlara müraciət etməmişlər, istintaq təcridxanasına daxil olan zaman bədənlərində hər hansı xəsarətin olmadığını bildirmişlər, məhkəmə iclasında isə ümumi sözlərlə polis bölməsində fiziki təsirə məruz qaldığını iddia etmişlər ki, məhkəmə təqsirləndirilən şəxslərin ibtidai istintaq zamanı verdikləri ifadələri, şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılan zaman özlərinin göstərdikləri xüsusatları, şahid ifadələrini, digər istintaq hərəkəti protokollarını, aşkar edilmiş narkotik vasitələrin miqdarını nəzərə alaraq təqsirləndirilən şəxslərin arqumentlərinə münasibətdə hesab edir ki, təqsirləndirilən şəxslərin polis bölməsində təsir-təzyiqə məruz qalmasına dair məhkəmə iclasında irəli sürdükləri dəlil onların sadəcə AR CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cəzaya məruz qalmasından yayınmalarına yönəlik dəlil kimi qiymətləndirilməklə məhkəmə iclasında verdikləri ifadələrində səmimi olmaması qənaətinə gəlmək üçün əsasdır.
87. Məhkəmə təqsirləndirilən şəxslərin ifadələrində səmimi olmaması qənaətinə gələrkən onların ifadələri arasında olan ziddiyyətləri də nəzərə alır.
88. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 polis əməkdaşları tərəfindən saxlanılan zaman üzərində təxminən 7 qram qurudulmuş marixuana olduğunu bildirsə də, digər təqsirləndirilən şəxs Ağayev X5 Kərimovun üzərində narkotik vasitə olmadığını, onun üzərindəki narkotik vasitənin də polis əməkdaşları tərəfindən qoyulduğunu bildirmişdir ki, bu hal bir daha Təqsirləndirilən şəxs2 məhkəmədə nəinki işin həqiqi halları ilə uzlaşmayan, həm də üzərində narkotik vasitə olduğunu etiraf edən Təqsirləndirilən şəxs1 ifadəsindəki xüsusatla da uyğun olmayan, yalnız özünün deyil, hər ikisinin məsuliyyətdən kənarda qalmasına xidmət edən ifadə verməsinə dəlalət edir.
89. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 33-cü bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır.
90. Hazırki halda məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərilən qərardakı müddəaları nəzərə alaraq təqsirləndirilən şəxslərin həm ibtidai istintaq dövründə, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrini işdə toplanmış digər sübutlarla-yuxarıda sadalanan istintaq hərəkətinin protokolları, o cümlədən, iş üzrə dindirilmiş şahid ifadələri ilə müqayisəli şəkildə tədqiq edərək Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdikləri məzmunu yuxarıda qeyd olunan ifadələrini inandırıcı hesab edir və onların məhkəmə istintaqı zamanı verdikləri ifadələri özünümüdafiə xarakterli ifadələr kimi qiymətləndirir.
91. Bundan savayı, məhkəmə Şahid4 məhkəmə istintaqı zamanı verilmiş ifadəsinə münasibətdə isə onun ibtidai istintaq zamanı verdiyi izahat və ifadəni, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş sübutları nəzərə alaraq onun məhkəmə iclasında verdiyi ifadəsinin təqsirləndirilən şəxslərin məsuliyyətdən kənarda qalmasına xidmət edən ifadə kimi qiymətləndirir.
92. Belə ki, Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, İdarə etdiyi “Chevrolet Aveo” markalı **-VP-*** dövlət qeydiyyat nişanlı avtomobili 10 gündür ki, icarəyə götürmüşdür. Uzun müddətdir ki, həmkəndlisi X7 tanıyır. Onunla yaxın münasibəti olmuşdur. 02 may 2023-cü il tarixdə gecə saatlarında Mirdamət onu onu Lökbatan qəsəbəsi istiqamətində aparıb gətirə biləcəyini soruşmuşdur. Həmin vaxt xidmət haqqı barədə danışmamışdır. Mirdamət ilə münasibətləri olduğu üçün ona taksi xidməti göstərəndən sonra zəhmət haqqını verəcəyini bilmişdir. Həmin vaxt Mirdamətin yanında əvvəllər görmədiyi şəxs dayanmışdır. Onları idarə etdiyi avtomobil ilə Suraxanı rayonu Hovsan qəsəbəsindən Qaradağ rayonu, Xocasən Lökbatan yolunda yerləşən elektrik yarımstansiyasının yaxınlığına gətirmişdir. Orada Mirdamət və Məhəmməd avtomobildən enib bir az sonra geri qayıtmışlar. Həmin vaxt onların əlində kisə olmuşdur. Onlar həmin kisəni avtomobilin arxa oturacağının üzərinə qoymuşlar. Daha sonra ön oturacaqda Məhəmməd, arxa oturacaqda Mirdamət əyləşmişdir. Təxminən 50-100 metr irəli hərəkət etdikdən sonra avtomobili saxlayıb düşən zaman onları 4 nəfər mülki geyimdə şəxs saxlamışdır. Onlar özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər. Onlar Mirdamət və Məhəmmədə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduqlarını bildirmişlər. Bundan sonra onları idarəyə aparmışlar. Orada avtomobildən qeyd olunan maddələr kisənin içərisindən aşkar edilmişdir. Aşkar edilən maddələrdən məlumatsız olduğumu, Mirdamət və Məhəmmədə taksi kimi xidmət göstərdiyini demişdir. Mirdamət və Məhəmməd isə həmin narkotik vasitələri İran İslam Respublikası vətəndaşı Əli adlı şəxsin göstərişi ilə götürdüklərini bildirmişlər.
93. Şahid məhkəmə iclasında ona ünvanlanmış suallara cavab olaraq həmin ifadəsinin polis əməkdaşlarının ona göstərdikləri təsir-təzyiq nəticəsində imzalandığını bildirsə də, məhkəmə onun özünə qarşı olan təsir-təzyiqin nədə ifadə olunmasını konkret göstərə bilmədiyini, ötən uzun müddət ərzində bununla bağlı hər hansı səlahiyyətli orqana müraciət etmədiyini, o cümlədən, avtomobilə baxış və götürmə həyata keçirilməsini özündə əks etdirən videodikdə olan görüntüdəki halları nəzərə alaraq şahidin məhkəmə iclasında səmimi olmaması qənətinə gəlir.
94. Belə ki, avtomobilə baxış və götürmə həyata keçirilməsini özündə əks etdirən videodikdə olan görüntülərdən görünür ki, Şahid4 ona ünvanlanmış suallara cavab olaraq tam sərbəst şəkildə Mirdaməti Hövsan ərazisindən tanıdığını, Məhəmmədi tanımadığını, 20 manat taksi pulu müqabilində onları dedikləri yerə aparmağa razılaşdığını, onların avtomobilə qoyduqları torbanın nə olduğunu onlardan soruşmadığını bildirmişdir.
95. Bundan savayı, şahid məhkəmə iclasında avtomobilinin polis əməkdaşları tərəfindən idarə edilərək İdarənin həyətinə aparıldığını, avtomobilinin açarının polis əməkdaşlarında olduğunu bildirsə də, avtomobilə baxış və götürmə həyata keçirilməsini özündə əks etdirən videodikdə olan görüntülərdən görünür ki, avtomobilə baxış keçirilmədən öncə Şahid4 əlində olan pultla şəxsən avtomobilin qapılarını açır və ondan sonra avtomobilə baxış keçirilməyə başlayır.
96. Göstərilən bu hallar Şahid4 öncədən tanışı olan Mirdamət Ağayevin xeyrinə ifadə verməsinə və tanışının onu gözləyəcək cəzaya məruz qalmasının qarşını almaq naminə məhkəmə iclasında fərqli ifadə verməsinə dəlalət edir.
97. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslərin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxslərin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri əməl Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur.
98. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, onlara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir.
99. Məhkəmə Təqsirləndirilən şəxs1 ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, əməlini qismən etiraf edərək səmimi peşman olmasını (CM-59.2) onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır.
100. Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir.
101. Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir.
102. Təqsirləndirilən şəxs2 əməlində cinayətin residivinin olması cəzasını ağırlaşdıran hal kimi nəzərə alınmalıdır (CM-61.1.1).
103. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs1 AR Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin ibtidai istintaq zamanı tutulduğu tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır.
104. Məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs2 AR Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halların olmaması, cəzasını ağırlaşdıran hal, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin ibtidai istintaq zamanı tutulduğu tarixdən hesablanmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır.
105. İş üzrə maddi sübut narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə maddi sübut – 02 ədəd disk iş materiallarında saxlanılmalıdır.
106. Ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxslərdən tutulub dövlət büdcəsinə keçirilməlidir.
107. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər.
108. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur.
109. İş üzrə mülki iddia yoxdur.
110. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir.
111. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq,
HÖKM ETDİ:
Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 06 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 02 may 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 07 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 02 may 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut – DİN-nin Baş Mütşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerinə verilmiş 13460,924 qram qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut – 02 ədəd disk iş materiallarında saxlanılsın. Ekspertiza tədqiqatlarının dəyəri 70 manat Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birinindən 35 manat olmaqla tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxslərə hökmün təqdim edildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Sədrlik edən: Nigar İmanova Hakimlər: Kamil Əliyev Vüqar Seyidov