Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-921/2021 03.08.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Mahmudov İlham Ağa oğlu (sədrlik edən), Xankişiyev Mirzə Aslan oğlu vә Qəniyev Faiq Əsəd oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokurorları X2 və Dövlət ittihamçısı, Müdafiəçi – Xırdalan şəhər Vəkil Bürosunun vəkili Hüseynova Pərvanə Valeh qızının iştirakı ilə, xx xxxxxx 1989-cu ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmayan, Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, yataqxana 1, S.Vurğun küçəsi, ev 24-də qeydiyyatda olan və Sumqayıt şəhəri, 5-ci mikrorayon, ev 27/61, mənzil 61-də yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İstintaq zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq ümumilikdə 21,895 qram çəkidə külli miqdarda narkotik vasitə olan heroini satış məqsədi ilə əldə edib daşıyaraq üzərində saxlamış, 02 dekabr 2020-ci il tarixdə saat 23:15-də Sumqayıt şəhəri 18-ci məhəllə ərazisində Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin və Suqmayıt ŞPİ-nin CAŞ-nın əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı saxlanılıb Sumqayıt ŞPİ-nin 3-cü PBnə gətirildikdən sonra, saat 00:05-də polis bölməsinin xidməti otaqlarının birində üzərinə şəxsi axtarış aparılarkən, əynində olan göy rəngli gödəkcənin sağ yan cibindən satış məqsədilə əldə edib daşıyaraq üzərində saxladığı 23 ədəd şəffaf rəngli sellofan bükümlərdə və 08 ədəd gümüşü rəngli siqaret kağızı bükümlərdə ümumi təmiz çəkisi 21,895 qram olan külli miqdarda qəhvəyi rəngli tozşəkilli hissəciklərdən ibarət, eyni tərkibli tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 01 ədəd tərəzi aşkar edilərək götürülmüşdür. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, narkotik tərkibli maddələr qəbul edir. O, 02.12.2020-ci il tarixdə, təxminən saat 23:15-də Sumqayıt şəhəri, 18-ci məhəllə ərazisində olan zaman üç nəfər mülki geyimli və iki nəfər polis formasında olan şəxslərin video çəkiliş ilə ona yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını, onu narkotik vasitlərin qanunsuz olaraq əldə etməkdə, üzərində gəzdirməkdə, istifadə etməkdə, eləcə də satışı ilə məşğul olmağında şübhəli olduğundan saxlandığını bir daha polis əməkdaşlarının bildirdiyini, hüquq və vəzifələrini izah etməklə ona hüquq və vəzifələrinin izahına dair yazılı bildiriş təqdim etdiklərini bildirmişdir. Həmin vaxt onun üzərinə şəxsi axtarış keçirilməsi üçün video çəkiliş davam etməklə yanaşı onu Sumqayıt ŞPİ-nin 3-cü PB-nə dəvət etmişlər. PB-nin xidməti otaqlarının birində təkrar hansı səbəbdən saxlanıldığını bildirilməklə yanaşı ona hüquqlarının müdafiəsi üçün Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X4 təqdim edilmişdir. O, təqdim edilmiş vəkilə etiraz etməmiş, sonra şəxsi axtarış keçiriləcəyi bildirilərək üzərində hər hansı əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməyi təklif edilən zaman əynində olan göy rəngli gödəkcənin sağ yan cibində saxlamış olduğu 23 ədəd şəffaf rəngli sellafona bükülmüş qəhvəyi rəngli spesifik iyə malik maddələri, 8 ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş spesifik iyə malik maddələri və qırmızı rəngli kibrit qutusunun içərisində ki, yaşıl rəngli spesifik iyə malik bitki kütləsini təqdim etmişdir. Sorğu zamanı üzərindən aşkar olunan 23 ədəd şəffaf rəngli sellofana bükülmüş spesifik iyə malik maddələrin və 8 ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş maddələrin narkotik vasitə olan “kakos” yəni “heroin” olduğunu, kibrit qutusundakı bitki kütləsinin isə “marixuana” olduğunu bildirmişdir. Bundan sonra 23 ədəd şəffaf rəngli sellofan bükümlərdə olan, 8 ədəd gümüşü rəngli siqaret kağızı bükümlərdə olan maddələr çəkilərək qablaşdırılmış və çəkisinin ümumi 20 qram olduğu müəyyən olunmuşdur. Bundan sonra qırmızı rəngli kibrit qutusunun içərisindəki kütlə kibrit qutusu ilə birlikdə çəkilmiş və çəkisinin 5.5 qram olması müəyyən edilmişdir. Bundan sonra həmin kütlələr Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-nə göndərilməsi üçün qablaşdırılmış və DİN-in 127 saylı möhürü ilə möhürlənmişdir. Həmçinin polis əməkdaşları üzərində şəxsi axtarış aparılması ilə bağlı protokol tərtib etmiş, həmin protokol ucadan oxunmuş, protokola əlavə və düzəlişlər daxil olmadığı üçün üzərində imzalar edilmiş, o da öz növbəsində protokolu imzalamışdır. Bildirmişdir ki, həmin vaxt onun üzərindən çıxan narkotik vasitələrin hamısı ona məxsus deyildir. Həmin vaxt onu polis əməkdaşları tutan zaman onun üzərində yalnız 2 qram heroin olmuşdur. Təqsirləndirilən şəxs ilkin ifadədə ona verilən suallara cavab olaraq üzərindən aşkar olunan narkotik vasitəni yalnız adını bildiyi Emin adlı şəxsdən 7-8 gün əvvəl aldığını, Emilin anket məlumatlarını bilmədiyini, üzərində götürülmüş narkotik vasitəni özü istifadə etmək üçün əldə etdiyini, gündəlin 0,1 və 0,2 qram narkotik vasitə heroini çəkərək qəbul etdiyini, üzərindən aşkar edilmiş narkotik vasitəni harasa gedən zaman rahat istifadə edə bilməsi üçün hissələrə böldüyünü bildirmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilən şəxs Təqsirləndirilən şəxs ifadə verərək narkotik maddələrdən qəbul etdiyini bildirmişdir. 02.12.2020-ci il tarixdə, təxminən saat 23:15-də yaşadığı evin podezdində ona üç nəfər mülki geyimli və iki nəfər mülki paltarda polis yaxınlaşıb, polis olduqlarını və onda narkotik olması barədə şübhələnmələrini bildirmişlər. Onlar söhbət etmək üçün evə keçmişlər. Ona demişlər ki, “ indi videoçəklişə başlayacayıq, buna görə küçəyə çıxmalıyıq, sənə verilən narkotiki də boynuna götürsən işin yüngül olacaq.” Onu çölə çıxarıb videoçəkiliş aparmağa başlamışlar. Onu Sumqayıt ŞPİ-nin 3-cü PB-nə aparmışlar. Bölmədə ona təklif etmişlər ki, üstündə qanunsuz bir əşya varsa təqdim etsin. O da gödəkcəsinin sağ yan cibindən 2 qram heroini çıxarıb stola qoymuşdur. Qalan narkotiki polislər onun boynuna qoymuşlar. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində satış məqsədinin olmaması və üzərinnən cəmi bir büküm narkotik vasitənin çıxması barədə dediklərinə tənqidi yanaşaraq hesab edir ki, onun göstərdikləri işin faktiki hallarına uyğun deyildir, digər mötəbər sübutlarla təkzib olunur və məhkəmə onun bu ifadələrini özünü müdafiə xarakteri daşımaqla cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə verilmiş yalan ifadələr kimi qiymətləndirir. Məhkəmədə cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Sumqayıt ŞPİ-nin CAŞ-da əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 02.12.2020-ci il tarixində Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, yataqxana 1, S.Vurğun küçəsi, ev 24-də qeydiyyatda olan və Sumqayıt şəhəri, 5-ci mikrorayon, ev 27/61, mənzil 61-də yaşayan əvvəllər məhkum edilməmiş Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbulu, üzərində gəzdirilməsi, əldə olunmasında vasitəçilik etməsi, eləcədə satması barədə məlumat daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə ondan, Azərbaycan Respublikası DİN BNMİ-nin baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid3, əməliyyat müvəkkili, polis mayoru Şahid2, Sumqayıt ŞPİ-nin 3-cü PB-nin təhqiqatçısı, polis kapitanı Rəşad Behbudovdan, Sumqayıt ŞPİ-nin kriminlastik təhqiqatlar bölməsinin inspektor-kriminalisti, polis kapitanı Orxan Aslanovdan ibarət əməliyyat qrupu təşkil etdiklərini və Sumqayıt şəhər 1 saylı Vəkillər Bürosunun vəkili Polad Məhərrəmovun iştirakını təmin etdiklərini bildirmişdir. Saat 23:00 radələrində Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 18-ci məhəllə ərazisində olması barədə təkrar məlumat daxil olmuşdur. Məlumat əsasında 23:15 radələrində əməliyyat qrupu ilə birlikdə Sumqayıt şəhəri, 18-ci məhəllə ərazisində gəldik və orada olan zaman inspektor-kriminalist Orxan Aslanov tərəfindən “Panasonik” markalı videokamera işə salınmışdır. Təxminən bir neçə dəqiqədən sonra Təqsirləndirilən şəxs gəldiyini görmüşlər. Onlar Təqsirləndirilən şəxs görüb saxlamış və özlərini təqdim edərək özünü təqdim etməsini xahiş etdiklərini qeyd etmişdir. Həmin şəxsin özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Onlar Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama, əldə etməkdə vasitəçilik etmə və gəzdirməkdə şübhəli bilindiyini bildirmişlər. Bundan sonra Təqsirləndirilən şəxs hüquq və vəzifələrinin izah edilməsi ilə bağlı bildiriş təqdim edilmiş, həmçinin, Təqsirləndirilən şəxs şərait olmadığı üçün videoçəkiliş dayandırılmadan PB-nə gedərək orada üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs onlarla birlikdə xidməti avtomobillə videoçəkiliş dayandırılmadan Sumqayıt ŞPİ-nin 3-cü PB-nə gətirildiyini bildirmişdir. PB-də xidməti otaqların birində videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılacağını izah edərək ondan videoçəkilişlə üzərində şəxsi axtarış aparılmasına dair etirazının olub-olmamasını soruşduqlarını bildirmişdir. Təqsirləndirilən şəxs heç bir etirazının olmadığını bildirdikdən sonra videoçəkiliş davam etməklə üzərində olan əşyaları qoyması xahiş etdikərini qeyd etmişdir. Təqsirləndirilən şəxs bu zaman əynində olan göy rəngli gödəkcəsinin sağ yan cibindən 23 (iyirmi üç) ədəd şəffaf sellofana və 08 (səkkiz) ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş narkotik vasitəyə bənzər qəhvəyi rəngli kütləni, qırmızı rəngli kibrit qutusunun içərisindəki yaşıl rəngli bitki kütləsini təqdim etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 23 ədəd şəffaf sellofan bükülülərin, 08 ədəd gümüşü rəngli siqaret kağızında olan bükülülərin və qırmız rəngli kibrit qutusunun içərisində nə olduğu soruşuldu, o, həmin 23 ədəd şəffaf sellofan bükülülərin və 08 ədəd gümüşü rəngli siqaret kağızındakı bükülülərin içərisində “kakos” yəni “heroin” olduğunu, qırmızı rəngli kibrit qutusunun içərisindəki bitki kütləsinin isə “marixuana” olduğunu bildirdi. Həmin 23 ədəd şəffaf sellofan bükülülərin, 08 ədəd gümüşü rəngli siqaret kağızındakı bükülülərin içərisinə baxarkən qəhvəyi rəngli toz şəklində kütlə və 01 ədəd kiçik ölçülü tərəzi aşkar olundu. Sorğu zamanı Təqsirləndirilən şəxs qırmızı rəngli kibrit qutusunun içərisində olan bitkinin nə olması, haradan, kimdən, nə vaxt, neçəyə əldə etməsi və nə məqsədlə üzərində saxlaması barədə suallara cavab olaraq bildirdi ki, üzərindən aşkar olunmuş kütlə narkotik vasitə nəşə yəni marixuanadır, həmin narkotik vasitəni tanımadığı şəxsdən 50 manata aldığını, həmin kütləni istifadə etmək üçün üzərində gəzdirdiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 23 (iyirmi üç) ədəd şəffaf sellofan bükümlərin və 08 (səkkiz) ədəd gümüşü rəngli siqaret bükümlərinin içərisindəki qəhvəyi rəngli, söpesifik iyə malik kütlə haqqında verilən nə olması, haradan, kimdən, nə vaxt, neçəyə əldə etməsi və nə məqsədlə üzərində saxlaması barədə suallara cavab olaraq bildirdi ki, üzərindən aşkar olunmuş kütlə narkotik vasitə kakos yəni heroindir, həmin narkotik vasitəni tanımadığı şəxsdən özü isifadəsi üçün ucuz qiymətə aldığını, həmin kütləni istifadə etmək üçün üzərində gəzdirdiyini bildirmişdir. Sonra qırmızı kibrit qutusunun içərisindəki bitki kütlə kibrit qutusu ilə birlikdə elektron tərəzidə çəkildi və çəkisi 5,5 qram olması müəyyən olundu. Daha sonra şəffaf rəngli sellafon bükümlər çəkildi və çəkilərinin ayrı-ayrılıqda 07 ədədinin çəkisinin 0,4 qram, 05 ədədinin 05,5 qram, 05 ədədinin 0,9 qram, 1 ədədinin 7,5 qram, 02 ədədinin 0,3 qram, 01 ədədinin 0,8 qram, 01 ədədinin 1 qram, 01 ədədinin 2,8 qram ümumilikdə 22,5 qram olması müəyyən olundu. Daha sonra gümüşü rəngli siqret kağızındakı bükümlər elektron tərəzidə çəkildi və ümumi çəkisinin 0,03 qram olması müəyyən olundu. Bundan sonra aşkar edilmiş narkotik vasitələr qablaşdırıldı, möhürləndi və iştirakçılar tərəfindən imzalandı, sonra protokol tərtib olundu, ucadan oxundu və onlar həmin protokolu imzaları ilə təsdiq etdiklərini bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkilləri, polis polkovnik-leytenantı Şahid3 və polis mayoru Şahid2 Bəhruz Musayevin göstərdiyi xüsusatları təstiq edərək onun ifadəsinə bənzər məzmunlu ifadə vermişlər. İş materiallarındakı məhkəmə-kimyavi ekspertizasının 03.12.2020-ci il tarixli, 6/2634 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Təqsirləndirilən şəxs üzərindən» yazısı olan zərfdəki 23 (iyirmi üç) ədəd şəffaf polietilen bükümdə və 08 (səkkiz) ədəd gümüşü rəngli kağız bükümdə ümumi təmiz çəkisi 21,895 qram qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Tədqiqata təqdim edilmiş 23 (iyirmi üç) ədəd şəffaf polietilen bükümdə və 08 (səkkiz) ədəd gümüşü rəngli kağız bükümdəki heroinlr xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eynidir. Məhkəmə-kimyəvi ekspertizasının 03.12.2020-ci il tarixli, 6/2634 saylı rəyi iş üzrə sübut əhəmiyyət kəsb etdiyindən, sübut növü kimi qiymətləndirilmiş və istintaq materiallarına əlavə edilmişdir. İş materiallarındakı Məhkəmə-narkoloji ekspertizasının 17.12.2020-ci il tarixli, 3477 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə-narkoloji ekspertizasının 17.12.2020-ci il tarixli, 3477 saylı rəyi iş üzrə sübut əhəmiyyət kəsb etdiyindən, sübut növü kimi qiymətləndirilmiş və istintaq materiallarına əlavə edilmişdir. Cinayət işini materiallarına əlavə edilmiş 09 dekabr 2020-ci il tarixli “CD” diskə baxış protokolunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə keçirilərkən sonuncu əynindəki göy rəngli gödəkçəsinin sağ yan cibindən bir ədəd elektron tərəzi, 23 ədəd şəffaf sellofana və 08(səkkiz) ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş narkotik vasitəyə bənzər qəhvəyi rəngli kütləni, qırmızı rəngli kibrit qutusunun içərisindəki yaşıl rəngi bitki kütləsini təqdim etmişdir. Məhkəmə qeyd edir ki, cinayət işinin materiallarına əlavə edilmiş "xxxx" MMC-i tərəfindən təqdim edilmiş, yaddaşında isə 05 ədəd birincisi “Nömrənin_Məxsusluq_Tarixçəsi”, ikincisi “SMS_Tarixçəsi_”, üçüncüsü “SMS_Tarixçəsi_”, dördüncüsü “Zənglərin detallaşması_”, beşincisi “Zənglərin_Məxsusluq_Tarixçəsi_” adlı fayllar olan 01 (bir) ədəd diskdə təqsirləndirilən şəxsin satış məqsədi ilə telefon yazışmaları apardığı məlum olmuşdur. İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tərtib etdiyi 22.01.2021-ci il tarixli arayışa(tələbnamə) əsasən Təqsirləndirilən şəxs barəsində Abşeron RPİ-nin İŞ-də Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə başlanmış cinayət işi istintaq olunaraq 23.09.2018-ci il tarixdə təsdiq edilərək məhkəməyə göndərilməsi üçün Abşeron rayon Prokurorluğuna göndərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Abşeron rayon Polis İdarəsi 08.02.2021-ci il tarixli məktubuna əsasən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə başlanmış cinayət işi təkmili istintaqa qaytarılmışdır. Qeyd olunanlara əsasən Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmayan şəxsdir. İş materiallarına əlavə edilmiş Sumqayıt şəhər Polis İdarəsinin “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 02 dekabr 2020-ci il tarixində şübhəli şəxs qismində tutulmuşdur. Sumayıt şəhər Məhkəməsinin 04.12.2020-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs 02 dekabr 2020-ci il tarixdən barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilməklə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Məhkəmə mövcud sübutlara qiymət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsini, əməlində cinayət tərkibinin olmasını, bununla da onun təqsirliliyini tam sübuta yetirilmiş hesab edir. İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanununun 1.0.11.-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlərdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2011-ci il 4 mart tarixli 2 №-li Qərarının 9-cu bəndinə görə, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Beləliklə, Təqsirləndirilən şəxs ittiham edildiyi cinayət əməlini törətməsi məhkəmə istintaqında hərtərəfli araşdırılmışdır, şahidlərin ifadələri, baxış keçirilməsi və maddi sübut əhəmiyyətinə malik olan əşyaların götürülməsi haqqında protokollar, ekspertiza rəyləri, maddi sübutların mövcudluğu, habelə iş üzrə digər mötəbər sübutlarla tam təsdiq olunur. Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, eləcə də iş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs məsuliyyətini Azərbaycan Respublikası CM-nin 59cu maddəsinə əsasən yüngülləşdirən hallar müəyyən olunmamışdır. Məhkəmədə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsini əsas tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrumetmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işi üzrə verilmiş ekspertiza rəyinə əsasən Azərbaycan Respublikası CM-nin 93.1.4-cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülmədir. İş üzrə mülki iddia yoxdur. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsi əsasında, məhkəmə hər bir cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Azərbaycan Respublikası CPM-nin 132.0.1-ci maddəsinə uyğun olaraq, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Qeyd edilən normaların tələbləri isə ona dəlalət edir ki, əmlak müsadirəsi məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. İş materiallarına əlavə edilmiş Sumqayıt şəhər Məhkəməsinin 04 dekabr 2020-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində həbsetmənin başlanğıcı 02 dekabr 2020-ci il tarixdən olmaqla 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, saxlanılmaq üçün Sumqayıt ŞPİ-nin saxlanc yerinə təhvil verilməklə maddi sübut kimi tanınan, Təqsirləndirilən şəxs üzərindən» yazısı olan zərfdəki 23 (iyirmi üç) ədəd şəffaf polietilen bükümdə və 08 (səkkiz) ədəd gümüşü rəngli kağız bükümdə ümumi təmiz çəkisi 21,585 qalıq çəkisi qalmış narkotik vasitə olan heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə "xxxx" MMC-i tərəfindən təqdim edilmiş, yaddaşında isə 05 ədəd birincisi “Nömrənin_Məxsusluq_Tarixçəsi”, ikincisi “SMS_Tarixçəsi_”, üçüncüsü “SMS_Tarixçəsi_”, dördüncüsü “Zənglərin detallaşması_”, beşincisi “Zənglərin_Məxsusluq_Tarixçəsi_” adlı fayllar olan 01 (bir) ədəd disk, İş üzrə şəxsi axtarış zamanı çəkilmiş videogörüntü olan 01 (bir) ədəd disk cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən cinayət işinin materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə ekspertiza tədqiqatlarının dəyəri- 180,46 (bir yüz səksən manat qırx altı qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 saylı Qərarının 18-ci bəndində göstərilir ki, müttəhimə azadlıqdan məhrumetmə cəzası təyin edilərkən hökmün nəticəvi hissəsində cəza çəkmə müddətinin hansı qaydada hesablanması məsələsi heç bir şübhə doğurmamalıdır. Nəzərə almaq lazımdır ki, hökmlə təyin olunan ümumi cəza müddətinə ibtidai həbs müddətində başqa müttəhimin şübhəli şəxs qismində saxlandığı, onun təhqiqat ibtidai istintaq dövründə, yaxud məhkəmənin qərardadı əsasında məhkəmə-tibb müəssisələrində müayinədə olduğu müddət, həmçinin hərbi qulluqçunun, daxili işlər nazirliyi əməkdaşının həmin işlə əlaqədar intizam qaydasında qauptvaxtda saxlandığı müddət də daxildir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli 5 nömrəli qərarının 15-ci bəndində göstərilir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır. Məhkəmə «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 saylı Qərarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsaslanaraq hesab edir ki, cəzaçəkmənin əvvəli Təqsirləndirilən şəxs tutulduğu gündən, yəni 02 dekabr 2020-ci il tarixdən hesablanmalıdır. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 193-cü, 344- 347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci, 384-cü maddələrini rəhbər tutaraq hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 07(yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının əvvəli 02 dekabr 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsində nəzərdə tutulmuş narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə ekspertiza tədqiqatlarının dəyəri- 180,46 (bir yüz səksən manat qırx altı qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Saxlanılmaq üçün Sumqayıt ŞPİ-nin saxlanc yerinə təhvil verilməklə maddi sübut kimi tanınan, Təqsirləndirilən şəxs üzərindən» yazısı olan zərfdəki 23 (iyirmi üç) ədəd şəffaf polietilen bükümdə və 08 (səkkiz) ədəd gümüşü rəngli kağız bükümdə ümumi təmiz çəkisi 21,585 qalıq çəkisi qalmış narkotik vasitə olan heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə "xxxx" MMC-i tərəfindən təqdim edilmiş, yaddaşında isə 05 ədəd birincisi “Nömrənin_Məxsusluq_Tarixçəsi”, ikincisi “SMS_Tarixçəsi_”, üçüncüsü “SMS_Tarixçəsi_”, dördüncüsü “Zənglərin detallaşması_”, beşincisi “Zənglərin_Məxsusluq_Tarixçəsi_” adlı fayllar olan 01 (bir) ədəd disk, İş üzrə şəxsi axtarış zamanı çəkilmiş videogörüntü olan 01 (bir) ədəd disk cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs hökmün surətinin verildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-921/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-921/2021
03.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver