Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-921/2023 23.05.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), X3 və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X4, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının 38 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1982-ci ildə Oğuz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olmuş, Bakı şəhəri, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə edib saxlayaraq daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən 7 oktyabr 2022-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, Yasamal rayonu, “Şamaxinka” adlanan ərazidən külli miqdarda narkotik vasitə olan heroini satış məqsədi olmadan əldə edib üzərində saxlayaraq daşımış, həmin gün saat 11:30 radələrində ünvan 2 ünvanın qarşısında Yasamal RPİ-nin 29-cu PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində saxlanılaraq Yasamal RPİ-nin 29-cu PŞ-nin inzibati binasına gətirilərək orada üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd qızılı rəngli kağız bükümün içərisində təmiz çəkisi 2,103 qram olan maddə kütləsi kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 7 oktyabr 2022-ci il tarixdə səhər saat 10-11 radələrində yaşadığı evin qapısı döyülmüş, qapının gözcüyündən baxanda qapını döyən şəxsin qonşusu Akif dayı olduğunu görmüşdür. Akif dayı binanın 5-ci mərtəbəsində yaşayır, o isə 7-ci mərtəbədə yaşamışdır. Mənzilin qapısını açmadan o, Akif dayıdan nə lazım olduğunu soruşduqda sonuncu, qardaşı Şəmmədin evdə olubolmamasını soruşmuş, o da qardaşının evdə olmadığını demişdir. Akif dayı binanın liftinə tərəf gedərkən o, qapını açmışdır. Bu zaman 3 nəfər polis əməkdaşı yaşadığı mənzilə zorla daxil olaraq ona narkotik vasitələrin satışı ilə məşğul olmasını bildirmişlər. O da polis əməkdaşlarına narkotik vasitələrin satışı ilə məşğul olmadığını bildirsə də, onlar evi axtarmağa başlamış, ancaq nə üzərindən, nə də yaşadığı evdən narkotik vasitə tapmamışlar. Bundan sonra polis əməkdaşları yaşadığı evin qapısını bağlayıb onu polis bölməsinə gətirmişlər. Bölmədə ona söz vermişlər ki, onu çox az miqdarda narkotik vasitə ilə ittiham edəcəklər. O da narkotik vasitələrdən uzaqlaşmaq üçün bu təkliflə razılaşmışdır. O, 7-8 ay narkotik vasitələrdən uzaqlaşıb müalicə olunmaq istəmişdir. Maştağa qəsəbəsində yerləşən reabilitasiya mərkəzində narkotik vasitə istifadəçiləri ilə çox kobud şəkildə davrandıqları üçün o, həmin mərkəzə getmək yerinə məhkum olunmağını istəmişdir. Bölmədə olarkən polis əməkdaşları ilə razılaşdığı üçün sənədlərə oxumadan imza etmiş və şəxsi axtarış zamanı narkotik vasitəni şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Bakı İstintaq Təcridxanasında olarkən onu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham etdiklərini bilmişdir. Buna görə də özünü təqsirli bilmir. Məhkəmə iclasında danışdıqlarını ibtidai istintaq zamanı yazılı şəkildə bildirmişdir. Tutulmazdan əvvəl heroindən istifadə etmiş, “21-ci əsr” Klinikasında, Müdafiə Nazirliyinin Stomatoloji Klinikasında həm diş həkimi, həm də diş texniki vəzifəsində çalışmışdır. Tutulmazdan 4-5 gün əvvəl narkotik vasitəni tanımadığı şəxsdən əldə edib istifadə etmişdir. ***-***-**-** və ***-***-**-** saylı nömrələr ona məxsusdur. Tutulan ərəfədə mobil telefondan istifadə etməmişdir. Onu səhər saat 10-11 radələrində evdə tutmuşlar. O, saxlanılan zaman evdə tək olmuş, polis əməkdaşları ilə razılaşdığı üçün bölmədə şəxsi axtarış zamanı narkotik vasitəni “Şamaxinka” adlanan ərazidən aldığını bildirmişdir. Ona xəsarət yetirən şəxslər məhkəmə iclasına gələrsə, onları tanıya bilər. Mobil nömrələri itirdiyi üçün tez-tez yeni nömrə almış, bəzən isə istifadə etdiyi mobil operator sərf etməmişdir. Şəxsi axtarış zamanı üzərindən mobil telefon aşkar edilməmişdir. Qapını açmayaraq Akif dayıdan nə lazım olduğunu soruşmuş, o isə qardaşı Şəmmədi axtardığını demiş, o da narahat olub qapını açaraq Akif dayıdan Şəmmədi nə üçün axtardığını soruşmaq istəyəndə polis əməkdaşları evə daxil olmuşlar. Yəqin ki, polislərin orada olduğundan Akif dayının xəbəri olmuş, polislər evə daxil olan zaman Akif dayı liftə minmişdir. Polis əməkdaşlarının biri mülki geyimdə, digər ikisi isə polis formasında olmuşlar. Əvvəl evli olmuş, hal-hazırda subaydır. Anası xəstəliyə tutulduqdan sonra narkotik vasitələrdən istifadə etməyə başlamışdır. Müalicə olunmaq istədiyi üçün narkotik vasitənin onun olduğunu qəbul etmişdir. Narkoloji Dispanserdə müalicə olunmaq istəməmiş, çünki həmin dispanserin rejimi çox ağır olmuşdur. Ona ibtidai istintaq zamanı fiziki zor tətbiq etmişlər. Bakı İstintaq Təcridxanasına daxil olarkən xəsarət yetirildiyini bildirmişdir. Polislər evə daxil olan zaman Akif dayı müdaxilə etməyərək getmişdir. Akif dayının polis əməkdaşlarını görüb-görmədiyini xatırlamamış, şəxsi axtarış zamanı polislərin dediklərini demədiyi üçün ona fiziki zor tətbiq etmişlər. İbtidai istintaq zamanı yazılan ifadəyə oxumadan imza etmişdir. Çox güman ki, onun qapını açdığını Akif Abbasov eşitmişdir. Polis bölməsində yaxın qohumları ilə əlaqə saxlamaq üçün polis əməkdaşları ona şərait yaratmışlar. Polis əməkdaşları mənzildə narkotik vasitə axtarsalar da, heç nə tapmamış, mənzilə daxil olarkən ona qərar təqdim etməmişlər. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsini iş materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirərək təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsini mötəbər hesab etmir. Məhkəmədə ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, narkotik vasitələri öz istifadəsi üçün “Şamaxinka” adlanan ərazidə tanımadığı müxtəlif şəxslərdən alaraq istifadə etmişdir. 7 oktyabr 2022-ci il tarixdə səhər saatlarında şəxsi istifadəsi üçün “Şamaxinka” adlanan ərazidə üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 1 büküm narkotik vasitə olan heroini 20 manata alıb əynindəki qara rəngli şalvarının cibinə qoymuşdur ki, axşam saatlarında istifadə etsin. Həmin tarixdə saat 11:30-da ünvan 2 ünvanın qarşısında olan zaman polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edərək onu Yasamal rayonu 29-cu PŞ-nə dəvət etmişlər. O da polis əməkdaşları ilə birlikdə 29-cu PŞ-nə gəlmişdir. Polis şöbəsində ona hüquq və vəzifələri izah olunaraq müdafiəçi təqdim olunmuş və şübhəli şəxs qismində tutulduqdan sonra xidməti otaqların birində polis əməkdaşları ona təqdim edilmiş müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı əynində olan qara rəngli cins şalvarının sağ yan cibində olan 1 büküm siqaretin qızılı kağızına bükülmüş vəziyyətdə narkotik vasitə olan heroini polis əməkdaşlarına könüllü olaraq təqdim etmiş və həmin maddə təhqiqatçı tərəfindən götürülmüşdür. Ondan aşkar edilmiş büküm müdafiəçinin iştirakı ilə zərfə qoyularaq möhürlənmiş, bu barədə protokol tərtib olunmuş, müdafiəçinin iştirakı ilə zərf və protokol iştirakçılar tərəfindən imzalanmışdır. Heç vaxt narkotik vasitənin satışı ilə məşğul olmamışdır. Əldə etdiyi narkotik maddəni kiməsə satmaq, bağışlamaq və ya kiməsə hədiyyə etmək fikri olmamışdır. Narkotik aludəçisi olduğuna görə həmin maddəni almış, özü istifadə etmək üçün üzərində saxlamışdır. Saxlanılarkən və PŞ-nə gətirilərkən, eyni zamanda PŞ-də ona qarşı heç bir qanunsuz hərəkət olmamışdır. Cinayət işi üzrə sənədlərdə olan imzalar ona məxsusdur, həmin sənədlərə heç bir təsir olmadan imza etmişdir (cild 1, iş vərəqə 69-73). Həmin ifadənin məzmunundan görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı törətdiyi cinayət əməlini etiraf etmiş və işin faktiki hallarına uyğun ifadə vermişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi iş materiallarına və işin faktiki hallarına uyğun olduğundan, obyektiv həqiqəti əks etdirdiyindən məhkəmə onun ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsini mötəbər hesab edir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Yasamal RPİ-nin 29-cu PŞ-də CA əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 7 oktyabr 2022-ci il tarixdə qərəzsiz mənbədən daxil olmuş məlumata görə xx xxxxxx 1982-ci ildə Oğuz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, işləməyən, ünvan 4 ünvanda yaşayan Təqsirləndirilən şəxs Yasamal rayonunun inzibati ərazisində qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Məlumat əməliyyat marağı kəsb etdiyindən yoxlanılması, həmçinin Təqsirləndirilən şəxs cinayət başında yaxalanması məqsədi ilə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi zərurəti yaranmışdır. Onun tərəfindən raportla Yasamal RPİ-nin 29-cu PŞ-nin rəisinə məruzə edilmiş, polis şöbəsinin rəisi tərəfindən 7 oktyabr 2022-ci il tarixdə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmişdir. Həmin qərara əsasən Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa edilməsi məqsədi ilə əməliyyat qrupu təşkil edilmiş, əməliyyat qrupuna o və şöbənin polis sahə inspektoru Şahid2 daxil edilmişdir. Şöbə rəisi tərəfindən əməliyyat mövqeyi müəyyən edilmiş və Təqsirləndirilən şəxs barəsində dəqiq əməliyyat məlumatı daxil olduğundan onun şəxsiyyəti haqqında tam məlumatlar qrup üzvlərinə təqdim edilmişdir. 7 oktyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs müəyyən edilərək cinayət başında saxlanması məqsədi ilə əməliyyat tədbirinə başlanılmışdır. Həmin tarixdə saat 11:00-dan saat 11:30-dək olan müddət ərzində Təqsirləndirilən şəxs soraqlaşması həyata keçirilmiş, keçirilmiş tədbir nəticəsində Təqsirləndirilən şəxs görüb ona yaxınlaşaraq Yasamal RPİ-nin 29-cu PŞ-nin əməkdaşları olduqlarını bildirmişlər. Bundan sonra saxlanılan şəxsdən şəxsiyyəti haqqında məlumat verməsini tələb etdikdə həmin şəxs onlara Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs onun narkotik vasitənin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat olduğunu izah edib üzərinə şəxsi axtarış aparılması məqsədi ilə onlarla birlikdə Yasamal RPİ-nin 29-cu PŞ-nə getməli olduğunu demişlər. Təqsirləndirilən şəxs kimi özünü onlara təqdim edən şəxs buna etiraz etməyib onlarla birlikdə 29-cu PŞ-nin inzbati binasına gəlmişdir. Şöbədə Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuş, ona hüquq və vəzifələri elan olunmuş və buna dair bildiriş təqdim edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmağa başlanılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində olan qanunla qadağan olunmuş əşya olduğu halda onları təqdim etməyi təklif edilmişdir. Bu təklifdən sonra o, əynində olan qara rəngli cins şalvarının cibindən içərisində narkotik vasitə heroinə bənzər kütlə olan 1 ədəd bükülünü təqdim etmişdir. Təqsirləndirilən şəxs ünvan 6 ünvanının qarşısında saxlamışlar. Təqsirləndirilən şəxs barəsində soraqlaşma həyata keçirmiş, Təqsirləndirilən şəxs barəsində yaşadığı məhəllənin sakinlərindən heç nə soruşmamış, digər əməkdaşın soruşub-soruşmadığını bilməmişdir. Onlardan əvvəl yaşlı bir kişi Təqsirləndirilən şəxs yaşadığı mənzilin qapısını döydüyünü, lakin Qalibin qapını açmadığını demişdir. Təqsirləndirilən şəxs yaşadığı mənzilin olduğu mərtəbəyə qalxmışdır. Təqsirləndirilən şəxs ünvan 6 saylı binanın neçənci mərtəbəsində yaşadığını xatırlamamışdır. Təqsirləndirilən şəxs yaşadığı binanın girişində gözləmişlər. Təqsirləndirilən şəxs barəsində daxil olmuş məlumat narkotik vasitələrin qanunsuz istifadəsi və satışı ilə bağlı olmuş, Təqsirləndirilən şəxs yaşadığı mənzilə baxış keçirilməmişdir. Təqsirləndirilən şəxs yaşadığı evə getməmişdir. Onlar binanın girişinə daxil olan zaman yaşlı bir kişinin Təqsirləndirilən şəxs yaşadığı mənzilin qapısını döydüyünü görüb Qalibi binanın girişində gözləmişlər. Yaşlı kişi getdikdən sonra onlar binanın girişində gözləməyə davam etmiş, bundan az müddət sonra Təqsirləndirilən şəxs binadan çıxarkən onu saxlamışlar. Yaşlı kişi getdikdən sonra Təqsirləndirilən şəxs saxlamaq üçün binanın içində və ətrafında əməliyyat mövqeyi seçmiş, təqsirləndirilən şəxsə qarşı heç bir fiziki və psixi təsir göstərilməmiş, şəxsi axtarış videoçəkiliş aparılmaqla həyata keçirilmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid2 Şahid1 ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxsla uzun müddət eyni binada yaşamışdır. 7 oktyabr 2022-ci il tarixdə 10-11 radələrində Qalibin qardaşı Şəmməddə verdiyi borc pulu geri almaq üçün Qalibin yaşadığı evə getmiş, binanın qarşısında olarkən 3 nəfər polis əməkdaşı Qalibin bu binada yaşayıb-yaşamadığını ondan soruşmuşlar. O da Qalibin bu binada yaşadığını və onun yaşadığı mənzilə getdiyimi bildirmişdir. Polis əməkdaşları nəyə görə Qalibin yaşadığı evə getdiyini soruşduqda sonuncunun qardaşı Şəmmədin ona borcu olduğunu bildirmişdir. Polislər isə ona Qaliblə işləri olduğunu demişlər. Polis əməkdaşları Qalib barəsində ondan soruşduqda Qalibi yaxından tanımadığını bildirmişdir. Sonra onlar birlikdə Qalibin yaşadığı mənzilə getmiş, o, polis əməkdaşlarından xahiş etmişdir ki, “mənzilə ilk mən yaxınlaşıb işimi həll edim, işimi həll etdikdən sonra siz gələrsiniz”. Bundan sonra polis əməkdaşları aşağı mərtəbəyə düşüb orada gözləmiş, o da qapını döyüb Qalibdən Şəmmədin evdə olub-olmadığını soruşmuşdur. Qalib isə Şəmmədin evdə olmadığını və qapının açarı olmadığı üçün qapını aça bilmədiyini bildirmişdir. Bundan sonra pilləkənlə aşağı düşməyə başlamış, polislərlə Qalib arasında nə baş verdiyini görməmişdir. Polis əməkdaşlarının Qalibin qollarını burub evdən çıxardıqlarını görməmiş, yaşadıqları binanın qarşısında gənclərin yığışdığını görməmişdir. O, arabir yaşadığı ərazinin yaxınlığında olan avtomobil dayanacağında işləyən şəxsə kömək etmişdir. Şəmmədin ona 420 manat borcu olmuş, Şəmməd hadisədən 10-12 gün əvvəl ondan borc pul götürmüşdür. O, başqa şəxsdən borc alıb Şəmmədə verdiyi üçün borc aldığı şəxs ondan pulunu geri istəmiş, buna görə də o, səhər saatlarında Şəmməddən pulu almaq üçün onun yaşadığı evə getmişdir. Şəmməd borcundan 80 manatını ödəmiş, qalan hissəsini isə qaytarmamışdır. Qalibin narkotik vasitə istifadə etdiyini ona polis əməkdaşları demiş, o, 3 nəfər polis əməkdaşı ilə birlikdə liftlə Qalibin yaşadığı mənzilə qalxmışdır. Polis əməkdaşları xüsusi geyimdə olmuşdur. Qalibin yaşadığı mənzildə əvvəllər olmamış, onların yaşadıqları binanın hər mərtəbəsində 2 mənzil olmaqla mənzillər 2 və 3 otaqlıdır. Uzun müddət həmin binada yaşadığından Şəmmədin hansı mənzildə yaşadığını bilmişdir. Polislərdən icazə istəmişdir ki, Şəmmədin evdə olubolmadığını soruşsun. Şəmmədə verdiyi 420 manat pulun 300 manatını borc götürmüş, 120 manat isə ona məxsus olmuşdur. Şəmmədin evdə olmadığını bildikdən sonra pilləkənlə aşağı düşməyə başlamış, çünki 3-cü mərtəbədə yaşayan şəxslə də işi olmuşdur. Əvvəllər tikintidə işləmiş, 15 ildir ki, təqaüd alır. Əvvəllər heç bir məhkəmədə ifadə verməmişdir. Nə polis əməkdaşlarının binanı tərk etməsini, nə də Qalibin polis əməkdaşları tərəfindən saxlanıldığını görməmişdir. Məhkəmə şahid X5 ifadəsində göstərdiyi polis əməkdaşları ilə birlikdə Qalibin yaşadığı mənzilə getməsi, polis əməkdaşlarından “mənzilə ilk mən yaxınlaşıb işimi həll edim, işimi həll etdikdən sonra siz gələrsiniz” xahiş etməsi, polis əməkdaşlarının aşağı mərtəbəyə düşüb orada gözləmələri kimi hissələri məhkəmə istintaqında tədqiq edilərək araşdırılmış sübutlarla təsdiq edilmədiyindən mötəbər hesab etmir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 qızı ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs həm anası, həm atası, həm də bacısı olmuşdur. Təqsirləndirilən şəxs tutulmazdan əvvəl narkotik vasitələrdən istifadə etdiyini bilmiş, bu səbəbdən evə daxil olarkən üzərində narkotik vasitə olub-olmamasını yoxlamışdır. Buna görə də Qalib yaşadıqları evə narkotik vasitələri gətirə bilməzdi. Hadisə baş verən gün, yəni 7 oktyabr 2022-ci il tarixdə saat 18:00 radələrində evə gəldikdə evin dağınıq vəziyyətdə olduğunu görmüş və narahat olmuşdur. Evdə olan bütün şkafların siyirtmələrinin açıq olduğunu görmüşdür. Həmin gün saat 19:30 radələrində Qalib yaşadıqları mənzilin şəhər nömrəsinə zəng edərək polis əməkdaşları tərəfindən mənzilin daxilində saxlanıldığını bildirmişdir. Qalibin dediyinə görə yaşadıqları küçədə avtodayanacağa nəzarət edən şəxs Qalibdən böyük qardaşının evdə olub-olmadığını soruşmuş, Qalib mənzilin qapısını açan zaman polis əməkdaşları evə daxil olaraq evdə axtarış aparmış, sonra isə polis əməkdaşları mənzilin qapısını bağlayıb Qalibi polis bölməsinə aparmışlar. Qalib tutulduqdan sonra o, dərin sarsıntı keçirmiş, buna görə də həmişə çantasında dərman gəzdirmişdir. Qalib saxlanıldıqdan sonra ona fiziki təzyiqlər olmuş, Qalib küçədə piyada hərəkət edərkən yox, yaşadığı mənzildə saxlanılmış, işin faktiki halları cinayət işinin materiallarında öz əksini tapmamışdır. Qalib uzun müddət işsiz olduğundan iki gündən bir o, sonuncuya sadəcə çörək pulu verdiyindən Qalib ittiham aktında qeyd edilən narkotik vasitə əldə edə bilməzdi. O, işdən evə saat 18:00 radələrində qayıtmış, evə daxil olanda evin dağınıq vəziyyətdə olduğunu və şkafların siyirtmələrinin açıq olduğunu görmüşdür. Qalib polis bölməsindən yaşadıqları evin şəhər nömrəsinə zəng edərək polis əməkdaşları tərəfindən evdə saxlanıldığını bildirmişdir. Onların maddi imkanı yaxşı olmadığından Qalib evi axtarıb narkotik vasitə almaq üçün pul tapmayacağını bilmişdir. Qardaşı Qalibin qanunsuz həbs edilməsi ilə bağlı Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinə şikayət etmişdir. Qalib tutulmazdan əvvəl günün çox hissəsində evdə olmuş, o, işdən evə gəldikdə mənzilin giriş qapısı bağlı olduğu üçün qapını açarla açaraq içəri daxil olmuşdur. Qalib son zamanlar mobil telefondan istifadə etməmişdir. Məhkəmə şahid qismində dindirilmiş Şahid4 qızının məhkəmə istintaqı zamanı verdiyi ifadəsini iş materiallarına uyğun olmayan, qardaşı olan Təqsirləndirilən şəxs müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirərək şahidin məhkəmə istintaqı zamanı verdiyi ifadəsini mötəbər hesab etmir. Cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq zamanı şahidlər Şahid1, Şahid2 və X6 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə zamanı onlar ifadələrində göstərdikləri xüsusatları təsdiq etmişlər (cild 1, iş vərəqə 162-171). Cinayət işinin materiallarında olan “şəxsi axtarış və götürmə aparılması haqqında” 7 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, 7 oktyabr 2022-ci il tarixdə saat 13:50 radələrində Bakı şəhəri Yasamal RPİ-nin 29-cu PŞ-nin inzibati binasında Yasamal RPİnin 29-cu PB-nin təhqiqatçısı Natiq Abdullayev tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılarkən o, əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd qızılı kağızda olan bükülünü təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin kütlənin adı heroin adlanan narkotik vasitədir, öz şəxsi istifadəsi üçün 7 oktyabr 2022-ci il tarixdə səhər saatlarında “Şamaxinka” adlanan ərazidə üzdən tanıdığı, lakin adını bilmədiyi, əvvəllər də narkotik vasitə aldığı şəxsdən öz şəxsi istifadəsi üçün 20 manata alaraq üzərində gəzdirmişdir. Təqsirləndirilən şəxs götürülmüş büküm zərfə qoyularaq qablaşdırılmış, DİN-in zərflər üçün olan 169 saylı möhürü ilə möhürlənmiş, baxışın nəticəsi barədə protokol tərtib edilmiş, tərtib edilmiş protokolun düzgünlüyü Təqsirləndirilən şəxs və baxış iştirakçılarının imzaları ilə təsdiq edilmişdir. Bu barədə protokol tərtib edildikdən sonra şəxsi axtarış və götürmənin gedişatını əks etdirən görüntülər “CD” diskə köçürülərək iş materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqə 31-32). Cinayət işinin materiallarında olan “baxış aparılması haqqında” 8 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, diskə baxış zamanı Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılan zaman o, əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd qızılı kağızda olan bükülünü təqdim etmişdir (cild 1, iş vərəqə 59-60). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 8 oktyabr 2022-ci il tarixli 6/5794 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş üzərində “...(imza) Təqsirləndirilən şəxs ...” sözləri olan zərfədəki 1 ədəd bükümdə təmiz çəkisi 2,103 qram olan maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir (Qeyd: heroinin təmiz çəkisi 2,103 qram, tədqiqata sərf edildi 0,1 qram, qalıq 2,003 qram, cild 1, iş vərəqə 40-42). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X10 Şəxsi Ambulator X1 23 dekabr 2022-ci il tarixli 7789 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür (cild 1, iş vərəqə 125-126). Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək ona narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X9 23 dekabr 2022-ci il tarixli 3430 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri və s. sübut edir. Hal-hazırda Təqsirləndirilən şəxs öz hərəkətlərinin mənasını dərk etmək və onu idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs ittiham edilən əməl dövründə öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə kəmağıllılıq, hər hansı bir psixi xəstəliyin və ya psixi fəaliyyətin müvəqqəti pozulmasının əlamətləri aşkar olunmamışdır. Təqsirləndirilən şəxs törətiyi əməl dövründə anlaqlı hesab olunmalıdır. Onun hərəkəti Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə ehtiyac yoxdur (cild 1, iş vərəqə 129-131). Cinayət işinin materiallarında olan “Rabitə və digər texniki vasitələrlə ötürülən məlumatların əks olunduğu CD diskə baxış keçirilməsi haqqında” 18 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, "xxxx" MMC mobil operatoru tərəfindən istintaqa təqdim edilmiş zərfin daxilində olan 1 ədəd diskə köçürülmüş məlumatlardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** və 051- ***-**-** saylı mobil nömrələr sorğulanan tarixdə “Azerfon” şəbəkəsində istifadə edilməmişdir. Baxış zamanı iş üzrə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələrdən iş üzrə istintaq əhəmiyyəti kəsb edən hər hansı bir zənglərin daxil olması, çıxması və SMS yazışmalarının olması müəyyən edilməmişdir (cild 1, iş vərəqə 146-148). İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham verilmişdir ki, o, külli miqdarda narkotik vasitəni satış məqsədi ilə qanunsuz olaraq əldə etmiş, saxlamış və daşımışdır. Məhkəmə baxışı zamanı dövlət ittihamçısı çıxış edərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə cinayət təqibindən imtina edərək, onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə olan cinayət əməlinin həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilərək cinayət təqibinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə davam etdirilməsini təklif etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 41.3-cü maddəsinə əsasən dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edən və bu Məcəllənin 40.3-cü və 40.4-cü maddələrində göstərilən cinayət təqibinin həyata keçirilməməsinə imkan verən halları aşkar edərsə, təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmçinin Cinayət-Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144-cü və 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin sübutların yoxlanılması və qiymətləndirilməsindən bəhs edən müddəalarının tələbləri baxımından da gəldiyi nəticələri əsaslı hesab edir. Belə ki, cinayət-prosessual qanunvericiliyə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir (maddə 145.3). Hakim sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir (maddə 145.2). Bundan əlavə məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır (maddə 351.2). Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli, 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, “Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışı dəqiq və birmənalı şəkildə müəyyənləşdirilmişdir. Belə ki, qeyd olunan Qanunun həmin maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə, miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Lakin məhkəmə baxışı zamanı araşdırılmış sübutlarda və işin materiallarında Təqsirləndirilən şəxs tərəfindən ondan aşkar edilmiş narkotik vasitəni əvəzli və ya qazanc əldə etmək, yaxud sair şəxsi maraq məqsədi ilə yayılmasına yönəlmiş hər hansı hərəkət edilməsini təsdiq edən heç bir sübut aşkar olunmadı. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham elan olunmuş Təqsirləndirilən şəxs qarşı elan olunmuş ittihamdan Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən qismən imtina edilməsi və həmin maddə üzrə ittihamın Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə davam etdirilməsi barədə dövlət ittihamçısının təklifini qanuni və əsaslı hesab edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinə tövsif olunmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə tam təqsirli olması ibtidai istintaq zamanı etirafedici ifadəsi ilə yanaşı məhkəmə istintaqı zamanı şahidlərin ifadələri, ekspertiza rəyləri və digər sübutlarla öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasından daxil olmuş 14 mart 2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Bakı İstintaq Təcridxanasına daxil olarkən onun təxirəsalınmaz tibbi müayinəsi zamanı bədəninə baxış keçirilərkən o, həbs olunan zaman xəsarət almadığını bildirmiş, bədəninə baxış keçirilən zaman xəsarət aşkar olunmamışdır. Sol qalça nahiyəsində köhnə çapıq toxuma və hər iki aşağı ətrafda trofik yaralar müşahidə olunmuşdur (cild 2). Cinayət işinin materiallarında olan “sübutların qiymətləndirilməsi haqqında” 20 yanvar 2023-cü il tarixli görünür ki, Təqsirləndirilən şəxs aşkar olunmuş və tədqiqatdan sonra qalıq çəkisi 2,003 qram olan narkotik vasitə heroin maddi sübut kimi tanınaraq Bakı şəhəri Yasamal RPİ-nin maddi sübutların saxlanılması kamerasına təhvil verilmiş, 2 ədəd CD disk isə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqə 176-188). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal rayon məhkəməsinin 6 oktyabr 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib 3 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və 15 oktyabr 2018-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsində edilmiş dəyişiklik tətbiq olunmuş və onun cəzası 2 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzasına endirilmiş, 31 oktyabr 2018-ci il tarixdə Bakı şəhəri Xəzər rayon məhkəməsinin qərarı ilə cəzasının qalan hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir (cild 1, iş vərəqə 99-100). Təqsirləndirilən şəxs törətdiyi həmin cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinin tələbinə əsasən “az ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinin tələbinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən 2 il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.4-cü maddəsinin tələbinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər az ağır cinayət törətməyə görə məhkum olunmuş və vaxtından əvvəl cəza çəkməkdən azad edildikdən 2 il keçdikdən sonra hazırkı cinayəti törətdiyindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3 və 83.4-cü maddələrinin tələblərinə əsasən məhkumluğu ödənilmişdir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrində nəzərdə tutulan cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 7 oktyabr 2022-ci il tarixdə tutulmuşdur (cild 1, iş vərəqə 22). Cinayət işinin materiallarında olan Bakı şəhəri Yasamal rayon məhkəməsinin 9 oktyabr 2022-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 7 oktyabr 2022-ci il tarixdən hesablanmışdır (cild 1, iş vərəqə 90-94). Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinin tələbinə əsasən “ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Bu normaların tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 7 oktyabr 2022-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməməlidir. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 81 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə maddi sübutlar: -Bakı şəhəri Yasamal RPİ-nin maddi sübutların saxlanılması kamerasında saxlanılan Təqsirləndirilən şəxs aşkar olunmuş və tədqiqatdan sonra qalıq çəkisi 2,003 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, -2 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197, 198, 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 7 oktyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 81 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutlar: -Bakı şəhəri Yasamal RPİ-nin maddi sübutların saxlanılması kamerasında saxlanılan Təqsirləndirilən şəxs aşkar olunmuş və tədqiqatdan sonra qalıq çəkisi 2,003 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, -2 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək ona narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınsın. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-921/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-921/2023
23.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver