Məhkəmə qərarları › İş №1(101)-921/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-921/2024

19.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-921/2024 19.02.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Muxtarov Kamran Nüsrət oğlunun sədrliyi, X10 və X4 ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən Təqsirləndirilən şəxs, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri şəhəri 26 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1992-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkum olunmayan, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində Suraxanı rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilməklə 03 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2-ci və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs satış məqsədi ilə təkrarən qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroin əldə edib, saxlamış və daşımışdır. Belə ki, o, satış məqsədi ilə qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda ümumi təmiz çəkisi 1,328 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini alaraq əldə edib daşımaqla üzərində saxlamış və Suraxanı RPİ-nin 31-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat- axtarış tədbirləri nəticəsində 27 avqust 2022-ci il tarixdə saat 13:45 dəqiqədə Bakı şəhəri, Suraxanı rayonu, Ramana qəsəbəsi, S.Əliyev küçəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün saxlanılıb ünvan 3 ünvanında yerləşən Suraxanı RPİ-nin 31 -ci PB-nin inzibati binasına gətirilərək orada üzərində şəxsi axtarış və götürmə həyata keçirilən zaman əynində olan mavi rəngli şalvarın sol yan cibindən 05 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,297 qram, 0,301 qram, 0,245 qram, 0,223 qram və 0,262 qram olmaqla, ümumi təmiz çəkisi 1,328 qram qəhvəyi rəngli maddələr, xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 01 ədəd üzərində narkotik vasitə heroinin izləri olan elektron tərəzi aşkar edilərək götürülmüşdür. Bundan başqa o, təkrarən satış məqsədi ilə qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən külli miqdarda ümumi təmiz çəkisi 40,420 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini alaraq əldə edib, daşımaqla üzərində saxlamış və Suraxanı RPİ-nin 31-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 12 sentyabr 2022-ci il tarixdə saat 10:25 dəqiqədə Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Əliyev küçəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün saxlanılıb ünvan 3 ünvanında yerləşən Suraxanı RPİnin 31-ci PB-nin inzibati binasına gətirilərək orada üzərində şəxsi axtarış və götürmə həyata keçirilən zaman əynində olan qara rəngli şalvarın sağ yan cibindən 04 ədəd bükümdə ayrı- ayrılıqda təmiz çəkiləri 10,270 qram, 10,055 qram, 10,065 qram və 10,030 qram olmaqla, ümumi təmiz çəkisi 40,420 qram qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı Azərbaycan Respublikası CM-nin 234.4.2 və 234.4.3-cü maddələri ilə elan ona edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadələrində göstərmişdir ki, 4-5 aydır ki “kokos” kimi tanıdığı psixotrop maddə metamfetamindən istifadə edir. Həbs olunanadək fəhlə işləmiş, günlük 20-25 manat qazancı olmuşdur. Həmin qazancın 10 manatını narkotik vasitələr əldə etmək üçün xərcləmişdir. Ona qarşı irəli sürülmüş cinayət işi üzrə 1-ci epizodla bağlı bildirmişdir ki, 27 avqust 2022-ci tarixində saat 11:00 radələrində Suraxanı RPİ-nin 31-ci PB-nin Pərvin və adını bilmədiyi digər polis əməkdaşı tərəfindən narkotik vasitələrin qanunsuz əldə edilib saxlanmasında şübhəli bilinərək Suraxanı RPİ-nin 31-ci PB-ə aparılmışdır. O, bu cinayət işi ilə bağlı həmçinin bildirmişdir ki, əmisi oğlu ilə eyni həyətdə yaşayır. Narkotik vasitələrin qəbulu ilə əlaqədar əmisioğlu ilə mübahisəsi yaranmış, bu səbəbdən sonuncu narkotik vasitədən istifadə etdiyinə görə ondan polis bölməsinə şikayət etmişdir. Əmisi oğlu ondan şikayət etdiyi polis bölməsinin əməliyyatçıları ilə tanışdır. Qonşusu Fərid adlı şəxsin yaşadığı evin həyətində işləyərkən əmisioğlu polis bölməsinə zəng vuraraq onun tutulmasını xahiş etmişdir. Bu hadisədən sonra polis əməkdaşları onu Suraxanı RPİ-nin 31-ci PB-ə aparmışlar. Polis Bölməsində onun üzərinə videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı üzərindən 04 ədəd bükümdə narkotik vasitə və elektron tərəzi aşkar edilmişdir. Lakin həmin narkotik vasitə və elektron tərəzi ona məxsus olmamışdır. Polis əməkdaşları tərəfindən edilən təzyiqlər nəticəsində narkotik vasitələrin ona məxsus olmasının etiraf etmişdir. Şəxsi axtarış keçirildikdən sonra buraxılmışdır. O, həmçinin qonşusu Fərid, əmisioğlu və digər şəxslərin tutularkən onu gördüyünü, həmçinin polis bölməsinə aparılma anının yaxın ərazidə yerləşən videomüşahidə kameralarında görünəcəyini bildirmişdir. MSY-dən sərbəst buraxıldıqdan sonra Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən Respublika Narkoloji Mərkəzində 21 günlük müalicə almışdır. Narkomaniya xəstəliyindən müalicə aldıqdan sonra işləmək məqsədilə ailəsilə birlikdə Türkiyə Cümhuriyyətinə getmişdir. Penitensiar Xidmətin 03 saylı İstintaq Təcridxanasında tibbi müayinədən keçərkən həkimdən analizin nəticələrini soruşmuş, həkim ona artıq narkomaniya xəstəliyindən əziyyət çəkmədiyini demişdir. Lakin ibtidai istintaqı aparan müstəntiq onun narkomaniya xəstəliyindən əziyyət çəkdiyini cinayət işinin materiallarında qeyd etmişdir. Bu hadisədən təxminən 10 gün sonra, 12 sentyabr 2022-ci il tarixdə saat 09:00 radələrində Suraxanı RPİ-nin 31-ci PB-nin həmin əməliyyatçıları onu yaşadığı evdə saxlayaraq yenidən həmin bölməyə aparmışlar. Polis bölməsində olarkən polis əməkdaşları onun ayağının altından lapatka sapı ilə vurmuşlar. Onun cibinə 40 qram miqdarda narkotik vasitə heroin qoymuşlar. Bundan sonra o, şəxsi axtarış zamanı həmin 40 (qırx) qram narkotik vasitənin ona məxsus olmasını etiraf etmişdir. Həmin gün axşam saatlarında polis böməsindən azadlığa buraxılmışdır. 12 sentyabr tarixində tutularkən əmisi Telman, Tahir və digər şəxslərin onu gördüyünü bildirmişdir. O, 40 qram narkotik vasitə heroinin ona məxsus olmadığını, həmçinin ittiham aktında onun narkotik vasitəni 50 manata aldığının qeyd edildiyini, 40 qram narkotik vasitənin 50 manata əldə etməyin ağlabatan olmadığını bildirmişdir. Polis əməkdaşları tərəfindən yenidən daha artıq külli miqdarda narkotik vasitə ilə yüklənmək istəmədiyi üçün narkotik vasitələrin ona məxsus olmasını etiraf etmiş və bundan qorxduğundan edilən təzyiqlər barədə prokurorluğa və barəsində həbs qətimkan tədbiri seçilərkən məhkəməyə məlumat verməmişdir. Təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmə iclasında elan edilərək tədqiq edilmiş ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, 27 avqust 2022-ci il tarixdə səhər saatlarında Yeni Ramana qəsəbəsində tanımadığı şəxsdən cəmi 25 manata öz istifadəsi üçün 05 ədəd bükümdə narkotik vasitə kokos almış və sonra istifadə etməyi üçün üzərində saxlamışdır. 27 avqust 2022-ci il tarixdə təxminən saat 13:45 radələrində Suraxanı rayonu, Ramana qəsəbəsi, S.Əliyev küçəsində olan zaman mülki geyimli şəxslər ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edib şübhəli şəxs qismində polis bölməsinə dəvət etmişlər. Ona Suraxanı RPİ-nin 31-ci PB-nin xidməti otaqların birində hüquq və vəzifələri izah edildikdən sonra dövlət hesabına müdafiəçi dəvət olunmuşdur. Müdafiəçi ilə görüşdükdən sonra videoçəkilişdən istifadə etməklə üzərində şəxsi axtarış keçirilmişdir. Əvvəlcə ondan üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya varsa könüllü olaraq həmin əşyaları təqdim etməyi bildirilmişdir. O da əynində olan mavi rəngli şalvarın sağ yan cibindən 05 ədəd bükümü və 01 ədəd elektron tərəzini çıxararaq təqdim etmişdir. Polis əməkdaşları tərəfindən həmin bükümlər açılaraq içərisinə baxıldıqdan sonra ondan həmin 05 ədəd bükümün içərisində nə olması, nə vaxt, kimdən və hansı məqsədlə əldə etməyi barədə, eləcə də, elektron tərəzini hansı məqsədlə üzərində saxladığı soruşulmuşdur. O da həmin 05 ədəd bükümün içərisində kokos kimi tanıdığı narkotik vasitə olduğunu, onu 27 avqust 2022-ci il tarixdə səhər saatlarında Yeni Ramana qəsəbəsində tanımadığı şəxsdən cəmi 25 manata öz şəxsi istifadəsi üçün alıb əldə edərək üzərində saxladığını və elektron tərəzini isə aldığı narkotik vasitəni çəkmək üçün istifadə etdiyini bildirmişdir. Üzərindən aşkar olunmuş içərisində 05 ədəd büküm və 01 ədəd elektron tərəzi onun iştirakı ilə götürülərək qabşaldırılmış və üzəri imzalarla təsdiq edilmişdir. Daha sonra isə bu barədə protokol tərtib olunmuş və onunla birlikdə bütün iştirakçılar tərəfindən imzalanmışdır. Həmin 05 ədəd narkotik vasitəni Suraxanı rayonu, Ramana qəsəbəsində tanımadığı şəxsdən cəmi 25 manata öz şəxsi istifadəsi üçün götürüb üzərində saxlamışdır. O, narkotik maddələrin satışı ilə məşğul olmamışdır. Bundan başqa, 12 sentyabr 2022-ci il tarixdə səhər saatlarında Ramana qəsəbəsində tanımadığı şəxsdən cəmi 50 manata öz istifadəsi üçün 04 ədəd bükümdə narkotik vasitə kokos almış və sonra istifadə etməyi üçün üzərində saxlamışdır. 12 sentyabr 2022-ci il tarixdə təxminən saat 10:25 radələrində Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Əliyev küçəsində yaşadığım evin qarşısında olan zaman mülki geyimli şəxslər ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edib onu şübhəli şəxs qismində polis bölməsinə dəvət etmişlər. Ona Suraxanı RPİ-nin 31-ci PB-nin xidməti otaqların birində hüquq və vəzifələri izah edildikdən sonra dövlət hesabına müdafiəçi dəvət olunmuşdur. Müdafiəçi ilə görüşdükdən sonra videoçəkilişdən istifadə etməklə üzərində şəxsi axtarış keçirilmişdir. Əvvəlcə ondan üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya varsa könüllü olaraq həmin əşyaları təqdim etməyi bildirilmişdir. O da əynində olan qara rəngli şalvarın sağ yan cibindən içərisində 04 ədəd büküm olan bir ədəd siqaret qutusunu çıxararaq təqdim etmişdir. Polis əməkdaşları tərəfindən həmin bükümlər açılaraq içərisinə baxıldıqdan sonra ondan həmin 04 ədəd bükümün içərisində nə olması, nə vaxt, kimdən və hansı məqsədlə əldə etməyi barədə soruşulmuşdur. O da həmin 04 ədəd bükümün içərisində kokos kimi tanıdığı narkotik vasitə olduğunu, onu 12 sentyabr 2022-ci il tarixdə səhər saatlarında Ramana qəsəbəsində tanımadığı şəxsdən cəmi 50 manata öz şəxsi istifadəsi üçün alıb əldə edərək sonra istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Üzərindən aşkar olunmuş içərisində 04 ədəd büküm və siqaret qutusu onun iştirakı ilə götürülərək qablaşdırılmış və üzəri imzalarla təsdiq edilmişdir. Daha sonra isə bu barədə protokol tərtib edilmiş və onunla birlikdə bütün iştirakçılar tərəfindən imzalanmışdır. Həmin 04 ədəd narkotik vasitəni Suraxanı rayonu, Ramana qəsəbəsində tanımadığı şəxsdən cəmi 50 manata öz şəxsi istifadəsi üçün götürüb üzərində saxlamışdır. O, narkotik maddələrin satışı ilə məşğul olmamışdır. Saxlanıldığı zaman və Suraxanı RPİ-nin 31-ci PB-də olarkən ona qarşı hər hansı bir formada təzyiq və ya təsir olmamışdır. Təqsirləndirilən şəxs istintaq zamanı verdiyi sonuncu, yəni xx.xx.2023-cü il tarixli ifadəsində göstərmişdir ki, hər iki hal üzrə polis əməkdaşları tərəfindən saxlanıldığı zaman üzərində narkotik vasitə olmamışdır. Polis əməkdaşları onu saxladıqdan sonra 31-ci PB-nə gətirərək orada üzərinə baxış keçirmiş, lakin üzərindən qanunsuz heç bir əşya və ya maddə aşkar olunmamışdır. Daha sonra polis əməkdaşları ona narkotik vasitə verərək cibinə qoyub saxlamağını və videogörüntü ilə üzərinə baxış keçirilərkən çıxarıb təqdim etməyini, içində narkotik vasitə olmasını deməyini istəmişlər. O, əvvəlcə buna etiraz etdikdə polis əməkdaşları onu döymüş və onların dediyi kimi etməyə məcbur etmişlər. Bundan sonra o, məcbur qalıb həmin narkotik maddələri götrüb cibində saxlamış və videogörüntü ilə üzərinə baxış keçirilən zaman çıxarıb təqdim edərək içində narkotik vasitə olmasını bildirmişdir. Əsl həqiqətdə üzərindən aşkar edilmiş narkotik vasitələr ona məxsus olmamışdır. Həmin narkotik maddələri polis əməkdaşları zorla onun üzərinə qoymuşlar. O, polislərdən qorxduğu üçün bu barədə indiyə kimi heç vaxt bildirməmişdir. Ancaq hazırda verdiyi ifadə düzgündür. Polis əməkdaşları ona psixi və fiziki təsir göstərmişlər və üzərindən aşkar edilmiş narkotik vasitələri ona vermişlər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi özünün ifadəsindən başqa ibtidai araşdırma dövründə qanuni üsullarla toplanmış və hazırki məhkəmə iclasında tam, hərtərəfli və obyektiv şəkildə tədqiq edilmiş sübutlarla, yəni özünün istintaq zamanı verdiyi ilkin ifadələri, şahidlərin ifadələri, şəxsi axtarış və götürmə aparılması haqqında protokol, məhkəmə ekspertizasının rəyləri, maddi sübutlar və digər sənədlərlə tam təsdiq edilmişdir. Belə ki, məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, iş üzrə təqsirləndirilən şəxs qismində çıxış edən Təqsirləndirilən şəxs tanıyır. Suraxanı RPİ-nin 6-cı PB-ə daxil olan əməliyyat məlumatı əsasında 2022-ci il avqustun sonunda saat 14:00 radələrində Ramana qəsəbəsi Samir Əliyev küçəsində yaşadığı evin yaxınlığında saxlayaraq 31-ci polis bölməsinə aparmışlar. Həmin bölmədə təhqiqatçının iştirakı ilə videoçəkiliş vasitəsilə keçirilmiş şəxsi axtarış zamanı içərisində 05 ədəd bükümdə narkotik vasitə olan siqaret qutusu təqdim etmişdir. Polis bölməsində olarkən təqsirləndiriən şəxsə qarşı heç bir fiziki təzyiqlər edilməmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2022-ci il sentyabr ayında Suraxanı RPİ-nin 6-cı PB-ə Təqsirləndirilən şəxs adlı şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olan məlumat əsasında bölmə rəhbərliyinə məruzə olunduqdan sonra ondan və Şahid2 ibarət əməliyyat məlumatı daxil olmuşdur. Suraxanı rayonu Ramana qəsəbəsində xarici əlamətləri Təqsirləndirilən şəxs oxşar şəxsə yaxınlaşaraq özlərini təqdim etmişlər. Daha sonra Murada narkotik vasitələrin istifadəsi və üzərində saxlamasında şübhəli olduğunu üçün 31-ci Polis Bölməsinə dəvət etmişlər. Həmin bölmədə xidməti otaqların birində Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs könüllü olaraq üzərində olan 04 ədəd bükümdə narkotik vasitəni təqdim edərək tanımadığı şəxsdən əldə etdiyini bildirmişdir. O, həmçinin Muradı küçədə olarkən saxladıqlarını, sonuncunun evinə daxil olmadıqlarını bildirmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz əldə edilməsində şübhəli şəxs qismində saxlayarkən görmüşdür. Təqsirləndirilən şəxsin saxlanılmasından uzun müddət keçdiyi üçün hadisələri tam xatırlaya bilmir. Lakin Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanması ilə əlaqədar keçirilən əməliyyat tədbirində iştirak etmişdir. Daha sonra Təqsirləndirilən şəxs saxlayaraq Polis Bölməsinə aparmışdır. Polis Bölməsində videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində olan narkotik vasitəni könüllü olaraq təqdim etmişdir. O, narkotik vasitənin miqdarını və hansı növdə olmasını xatırlamır. O, ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsi şübhəli şəxs qismində saxladıqları vaxtdan 1 il yarımdan çox vaxt keçdiyi üçün xatırlamır. O, həmçinin hadisə vaxtı Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsində Cinayət Axtarış şöbəsində əməliyyat müvəkkili işləmiş, hal-hazırda Sabuncu rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinin sahə inspektoru işləyir. O, İsmayılovun Muradın saxlanılmasında iştirak etdiyini bildirmişdir. O, ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq etmişdir. Şahid4 ibtidai istintaq zamanı vermiş olduğu və məhkəmə iclasında tədqiq edilərək araşdırılmş ifadəsindən görünür ki, Suraxanı RPİ-nin 31 -ci PB-nin CA üzrə əməliyyat müvəkkili vəzifəsində çalışır və polis kapitanı xüsusi rütbəsi daşıyır. 27 avqust 2022-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş və bu barədə rəisə raportla məruzə olunduqdan sonra ondan və Suraxanı RPİ-nin 31-ci PB-nin CA üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Şöhrət Məmmədovdan ibarət əməliyyat qrupu yaradılmışdır. Bundan sonra həmin gün saat 13:45 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Əliyev küçəsində xarici əlamətlərindən Təqsirləndirilən şəxs bənzəyən şəxsə yaxınlaşaraq özlərini təqdim edərək polis əməkdaşı olduqlarını bildirmiş və ondan özünü təqdim etməsini istəmişlər. Həmin şəxs də özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Ona narkotik maddələrin istifadəsi və üzərində saxlanılmasında şübhəli olduğu bildirərək üzərində şəxsi axtarış həyata keçirilməsi zərurətinin yarandığını deyib onu Suraxanı RPİ-nin 31-ci PB-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs da razı olaraq onlarla birlikdə 31-ci PB-nə gəlmişdir. Suraxanı RPİ-nin 31-ci PB-də xidməti otaqların birində hüquq və vəzifələri izah edildikdən sonra onun hüquqlarının müdafiə edilməsi üçün dövlət hesabına müdafiəçi dəvət edilmişdir. O, müdafiəçi ilə görüşdükdən sonra Təqsirləndirilən şəxs üzərində videoçəkiliş ilə şəxsi axtarış həyata keçirilmişdir. İlk öncə Təqsirləndirilən şəxs üzərində qanunsuz hər hansı bir əşya varsa könüllü olaraq təqdim etməsi təklif olunmuşdur. Bu vaxt Təqsirləndirilən şəxs əynində olan mavi rəngli şalvarının sol yan cibindən 05 ədəd sellofan bükümü və 01 ədəd elektron tərəzini çıxarıb təqdim etmişdir. Həmin bükümlər açılaraq içərisində baxıldıqdan sonra ondan təqdim etdiyi bükümlərin içərisində nə olması və nə vaxt, kimdən, hansı üsulla əldə etməsi barədə soruşulmuşdur. Bu zaman Təqsirləndirilən şəxs həmin 05 ədəd bükümün içərisində heroin kimi tanıdığı narkotik maddə olduğunu, həmin narkotik maddələri həmin gün Yeni Ramana qəsəbəsində üzdən tanıdığı, lakin adını və digər məlumatlarını bilmədiyi şəxsdən cəmi 25 manata öz istifadəsi üçün aldığını və sonra istifadə etməsi üçün üzərində saxladığını, elektron tərəzini isə narkotik maddələri alan zaman aldadılmaması üçün üzərində gəzdirdiyini bildirmişdir. Bundan sonra aşkar edilmiş həmin 05 ədəd büküm və 01 ədəd elektron tərəzi götürülərək qablaşdırılmışdır. Sonra isə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış həyata keçirilmiş və qanunsuz hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra keçirilmiş əməliyyat tədbirlərinin nəticəsinə dair protokol tərtib olunmuş və protokol iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən və Suraxanı RPİ-nin 31-ci PB-də olduğu zaman ona qarşı hər hansı bir fiziki və ya psixi təsir olmamışdır. Müdafiə tərəfinin vəsatəti əsasında məhkəmə iclasına çağrılaraq dindirilmiş şahid X3 ifadəsində göstərmişdir ki, Muradla eyni ərazidə yaşayır, sonuncu ilə qonşudur. Hadisə günü Murad qonşu həyətdən onun həyətinə qum daşımışdır. Bir müddət keçikdən sonra Muradın işləri yarımçıq dayandırdığını görmüşdür. Daha sonra Muradın polis əməkdaşları tərəfindən saxlanıldığını eşitmişdir. Müdafiə tərəfinin vəsatəti əsasında məhkəmə iclasına çağrılaraq dindirilmiş şahid X6 ifadəsində göstərmişdir ki, Muradla eyni ərazidə yaşayır, sonuncu ilə qonşudur. Hadisə günü Murad araba ilə torpaq daşımışdır. İki nəfər mülki geyimli şəxs darvazadan çöldə Murada yaxınlaşıb, sonuncunun qolunu burub avtomobilə əyləşdirib aparmışlar. Bu zaman Muradın istifadə etdiyi araba yolda qalmışdır. O, həmin arabanı yoldan götürərərk yerinə qoymuşdur. O, ifadəsində həmçinin Muradın əvvəllər narkomaniya xəstəliyindən müalicə aldığını bildirmişdir. İş materiallarında olan 27 avqust 2022-ci il tarixli raportdan görünür ki, Suraxanı RPİnin 31-ci PB-ə Murad adlı şəxsin Suraxanı rayonu, Ramana qəsəbəsi, S.Əliyev küçəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. (i.v. 97) İş materiallarında olan 27 avqust 2022-ci il tarixli tutma protokolundan görünür ki, həmin gün saat 15:00-də (faktiki saxlanılma saat 13:45-də) Təqsirləndirilən şəxs Suraxanı RPİ-nin 31-ci PB-nin təhqiqatçı polis baş leytenantı İbrahimov Pərvin tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şübhəli bilindiyi üçün şübhəli şəxs qismində tutulmuşdur (i.v. 121) İş materiallarında olan 29 avqust 2022-ci il tarixli Suraxanı rayon məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə Suraxanı rayon prokurorunun təqdimatı təmin edilməmişdir (İ.v. 169-171) İş materiallarında olan 29 avqust 2022-ci il tarixli təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs saxlanıldığı Suraxanı RPİ-nin MSY-dən azad edilmiş və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (İ.v. 171-172) İş materiallarında olan cinayət işlərinin bir icraatda birləşdirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair 22010071 nömrəli cinayət işi onun barəsində olan ********* nömrəli cinayət işi ilə birləşdirilmişdir. (i.v. 92-93) İş materiallarında olan 08 sentyabr 2022-ci il tarixli raportdan görünür ki, Suraxanı RPİ-nin 31-ci PB-ə Murad adlı şəxsin Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Əliyev küçəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. (i.v. 3) İş materiallarında olan 12 sentyabr 2022-ci il tarixli tutma protokolundan görünür ki, həmin gün saat 11:50-də (faktiki saxlanılma saat 10:25-də) Təqsirləndirilən şəxs Suraxanı RPİ-nin 31-ci PB-nin təhqiqatçı polis baş leytenantı İbrahimov Pərvin tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şübhəli bilindiyi üçün şübhəli şəxs qismində tutulmuşdur (i.v. 29) İş materiallarında olan 14 sentyabr 2022-ci il tarixli Suraxanı rayon məhkəməsinin qərarından görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə Suraxanı rayon prokurorunun təqdimatı təmin edilməmişdir (İ.v. 81-85) İş materiallarında olan 14 sentyabr 2022-ci il tarixli təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs saxlanıldığı Suraxanı RPİ-nin MSY-dən azad edilmiş və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (İ.v. 86-87) İş materiallarında olan 04 avqust 2023-cü il tarixli Suraxanı rayon məhkəməsinin qərarından və axtarışda olan şəxsin tutulması protokolundan görünür ki, Təqsirləndirilən şəxs ölkə hüdudlarından kənarda olduğuna görə onun iştirakı olmadan barəsində 01 (bir) ay 10 (on) gün müddətə həbs qətimkan tədbiri seçimiş və xx.xx.2023-cü il tarixdə tutularaq Suraxanı RPİ-nin MSY təhvil verilmişdir. (İ.v. 216-221) İş materiallarında olan 12 sentyabr 2022-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmənin müdafiəçinin iştirakı olmadan aparılmasını xahiş etmişdir. (i.v. 33) İş materiallarında olan 27 avqust 2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynindəki mavi rəngli şalvarın sağ yan cibindən içərisində 05 (beş) ədəd şəffaf sellofana bükülmüş bükümü olan kibrit qutusu və bir ədəd tərəzi təqdim etmişdir. O, həmin 05 (beş) ədəd şəffaf sellofana bükülmüş bükümün içərisində narkotik maddə sayılan heroin olduğunu, həmin gün Yeni Ramana qəsəbəsində şəxsi istifadəsi üçün üzdən tanıdığı adını bilmədiyi şəxsdən 25 manata şəxsi istifadəsi üçün alaraq saxlayıb gəzdirdiyini və çəkidə aldadılması üçün gəzdirdiyini bildirmişdir. Aşkar edilmiş 05 (beş) ədəd şəffaf sellofana bükülmüş narkotik maddə sayılan heroinə oxşar madə 01 (bir) ədəd tərəzi bir ədəd kağız zərfdə qablaşdırılaraq DİN-in “Zərflər üçün” 195 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. (i.v. 126-127) İş materiallarında olan 12 sentyabr 2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarın sağ yan cibindən içərisində 04 (dörd) ədəd şəffaf sellofana bükülmüş bükümü olan ağ rəngli siqaret qutusu təqdim etmişdir. O, həmin 04 (dörd) ədəd şəffaf sellofana bükülmüş bükümün içərisində narkotik maddə sayılan heroin olduğunu, həmin gün Ramana qəsəbəsində şəxsi istifadəsi üçün üzdən tanıdığı adını bilmədiyi şəxsdən 50 manata şəxsi istifadəsi üçün alaraq saxlayıb gəzdirdiyini bildirmişdir. Aşkar edilmiş 04 (dörd) ədəd şəffaf sellofana bükülmüş büküm bir ədəd kağız zərfdə qablaşdırılaraq DİN-in “Zərflər üçün” 195 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. (i.v. 34-35) İş materiallarında olan 12 sentyabr 2022-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçriilməsinə etiraz etməmişdir. (i.v. 37) İş materiallarında olan 12 sentyabr 2022-ci il tarixli baxış və götürülmə aparılması haqqında protokoldan görünür ki, ünvan 6 ünvanına baxış keçirilmiş və cinayıt işi üzrə əhəmiyyət kəsb edən hər hansı predmet aşkar edilməmişdir. (i.v. 38-39) İş materiallarında olan 05 sentyabr 2023-cü il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı əynində olan qara rəngli şalvarın sağ yan cibindən içərisində 04 (dörd) ədəd bükümü çıxarıb təqdim etmiş, o, həmin bükümlərin içərisində heroin kimi tanıdığı narkotik maddə olduğunu və Ramana qəsəbəsinə üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 50 manata öz şəxsi istifadəsi üçün əldə edərək saxladığını bildirmişdir. (İ.v 238) İş materiallarında olan 05 sentyabr 2023-cü il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı əynində olan mavi rəngli şalvarın sağ yan cibindən içərisində 05 (beş) ədəd bükümü və 01 ədəd elektron tərəzini çıxarıb təqdim etmiş, o, həmin bükümlərin içərisində heroin kimi tanıdığı narkotik maddə olduğunu və Yeni Ramana qəsəbəsinə üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 25 manata öz şəxsi istifadəsi üçün əldə edərək saxladığını, elektron tərəzini isə çəkidə aldadılmaması üçün üzərində saxladığını bildirmişdir. (İ.v 239) İş materiallarında olan məhkəmə fiziki-kimyəvi ekspertizasının 27 avqust 2022-ci il tarixli, 6\4585 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Arayışlar üçün №196” dairəvi möhür əksi olan “Şübhəli şəxs Təqsirləndirilən şəxs” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd kibrit qutusunda 05 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,297 qram, 0,301 qram, 0,245 qram, 0,223 qram və 0,262 qram olmaqla, ümumi təmiz çəkisi 1.328 qram olan qəhvəyi rəngli maddə xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Bir ədəd elektron tərəzidə narkotik vasitə olan heroinin izləri vardır. Heroin iz şəklində olduğu üçün onun çəkisini müəyyən etmək mümkün deyildir. (i.v. 135-137) İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 13 sentyabr 2022-ci il tarixli, 6\5134 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “...Şübhəli şəxs Təqsirləndirilən şəxs o. ...” sözləri olan zərfdəki bir ədəd siqaret qutusunun içərisində dörd ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 10,270 qram, 10,055 qram, 10,065 qram və 10,030 qram olmaqla, ümumi təmiz çəkisi 40,420 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroindir. Bir ədəd siqaret qutusunda narkotik vasitə heroinə məxsus izlər vardır. İz mikrohissəcikləri cüzi miqdarda olduğu üçün onların çəkisini müəyyən etmək mümkün olmadı. (i.v. 45-46) İş materiallarında olan ambulator məhkəmə-narkoloji ekspertizasının 12 dekabr 2022-ci il tarixli, 7536 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v 196-197) İş materiallarında olan ambulator məhkəmə-narkoloji ekspertizasının 13 sentyabr 2023-cü il tarixli, 5874 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (cild 02 i.v 11-12) DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Tərtər rayon Hərbi Məhkəməsinin 20 sentyabr 2010-cu il tarixli hökmü ilə CM-nin 332.1-ci maddəsi ilə 06 ay müddətə intizam xarakterli hərbi hissədə saxlama cəzasına məhkum edilmişdir. Ona təyin edilmiş 06 ay müddətə intizam xarakterli hərbi hissədə saxlama cəzası CM-nin 70-ci maddəsinə əsasən şərti hesab edilmiş və 06 (altı) ay sınaq müddəti müəyyən edilmişdir. (i.v.199-200) Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı çəkilmiş videogörüntünün olduğu 02 ədəd diskə baxılmışdır. 27 avqust 2022-ci il tarixli şəxsi axtarış və götürmə protokoluna dair diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, özünü Təqsirləndirilən şəxs kimi təqdim edən şəxsi axtarış aparılan zaman o, təhqiqatçının təklifi ilə mavi rəngli şalvarının sol yan cibindən 05 (beş) ədəd şəffaf sellofana bükülmüş bükümü olan kibrit qutusu və 01 (bir) ədəd işlək olan tərəzini təqdim etmiş və daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi maddələr boş zərfə qoyularaq üzəri imzalarla təsdiq edilib təhqiqatçı tərəfindən götürülür. O, şəxsi axtarış zamanı göstərdi ki, polisə gətiriləndə heç bir fiziki təsir olmamış, il yarım olar ki narkotik vasitədən istifadə edir, üzərindən aşkar olunmuş narkotiki həmin tarixdə tanımadığı şəxsdən 25 manata özü istifadəsi üçün almış, tərəzini isə çəkidə aldadılmaması üçün gəzdirdiyini bildirmişdir. Həmçinin 12 sentyabr 2022-ci il tarixli şəxsi axtarış və götürmə protokoluna dair diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, özünü Təqsirləndirilən şəxs kimi təqdim edən şəxsi axtarış aparılan zaman o, təhqiqatçının təklifi ilə qara rəngli şalvarının sağ yan cibindən 04 (dörd) ədəd bükümdə narkotik vasitə heroinə bənzər maddəni təqdim etmiş və daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi maddələr boş zərfə qoyularaq üzəri imzalarla təsdiq edilib təhqiqatçı tərəfindən götürülür. O, hər iki şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı göstərdi ki, polisə gətiriləndə heç bir fiziki təsir olmamışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Şenk İsveçrəyə qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 12 iyul 1988- ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir. “Yallo Almaniyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 11 iyul 2016-cı il tarixli qərarında göstərilir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlüyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların, o cümlədən maddi sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçisi vasitəsi ilə suallar vermişdir. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349-cu maddəsinə əsasən, məhkəmə hökmü qanuni olmalıdır, yəni Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosesual Məcəlləsinin, Cinayət Məcəlləsinin və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının CM-nin 3-cü maddəsinə əsasən yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin qanunsuz əldə edilməsi dedikdəm : həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın 1-ci Siyahısının 83-cü bəndinə əsasən - təmiz halda 0,15 (sıfır tam yüzdə on beş) qramdan 2 (iki) qramadək çəkidə narkotik maddə heroin xeyli miqdar, təmiz halda 2 (iki) qramdan 800 (səkkiz yüz) qramadək çəkidə narkotik maddə heroin külli miqdar təşkil edir. Məhkəmə ilk olaraq şəxsi axtarışın qanunun tələblərinə müvafiq aparılıbaparılmamasını, eləcə də, təqsirləndirilən şəxsin gətirdiyi dəlilərin əsaslı olub-olmamasını araşdırmağı zəruri hesab edir. CPM-nin 207-ci maddəsinə əsasən də cinayət işi başlamadan Təqsirləndirilən şəxs üzərində axtarış keçirilməsi qanununun tələblərinə uyğun olmuşdur. Belə ki, CPMnin 207.4-cü maddəsində göstərilmişdir ki, …cinayət törətməkdə şübhələnildiyinə görə tutulmuş şəxsə münasibətdə bu Məcəllənin 90.11.2-90.11.5-ci maddələrində müəyyən edilmiş vəzifələrin yerinə yetirməsi ilə bağlı həyata keçirilən prosessual hərəkətlər istisna olmaqla cinayət işinin başlanmasından əvvəl digər istintaq hərəkətlərinin aparılması, habelə tutulma istisna olmaqla digər prosessual məcburiyyət tədbirlərinin tətbiqi qadağandır. CPM-nin 90.11.2-ci maddəsində isə şübhəli şəxsin tutularkən baxışa və şəxsi axtarışa məruz qalmaq vəzifəsi təsbit olunmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs şəxsi axtarışı zamanı CPM-nin 246-cı maddəsinin tələblərinə də riayət edilmişdir. Belə ki, həm 27 avqust 2022-ci il, həm də 12 sentyabr 2022-ci il tarixli şəxsi axtarış videoçəkilişlə aparılmış və orada təqsirləndirilən Təqsirləndirilən şəxs videoçəkilişlə üzərindən çıxan heroini könüllü təqdim etmişdir. O, məhkəmə baxışı zamanı əvvəllər narkotik vasitə istfadəçisi olsa da, narkomaniya xəstəliyindən müalicə aldığını, üzərindən aşkar edilmiş heroinin ona məxsus olmadığını, polis əməkdaşları tərəfindən onun üzərinə qoyulduğunu bildirmişdir. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs istintaq zamanı, o cümlədən tutularkən, şəxsi axtarışa məruz qalarkən, dindirilərkən polis əməkdaşları tərəfindən fiziki təzyiqə məruz qalıb-qalmamasını, daha sonra bəraət hökmünün qəbul edilməsinə səbəb olan Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitənin ona məxsus olubolmamasını, eləcə də, satış məqsədinin sübuta yetirilməsini araşdırmalıdır. Təqsirləndirilən şəxs istintaq zamanı polis əməkdaşları tərəfindən fiziki təzyiqə məruz qalması ilə bağlı qeyd edilməlidir ki, Suraxanı rayon Polis İdarəsi tərəfindən gönədrilmiş məktubdan görünür ki, Təqsirləndirilən şəxs həmin idarənin X7 daxil olarkən üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir. Barəsində hər iki halda həbs qətimkan tədbiri seçilməyərək istintaq təcridxanasına daxil olmadığından oradan xəsarət alması ilə bağlı hər hansı sənəd almağa zərurət olmamış, bundan başqa özü də xəsarət alması ilə bağlı hər hansı xəstəxanaya müraciət etməsini bildirməmiş və sənəd təqdim etməmişdir. Narkotik vasitənin təqsirləndirilən şəxsə məxsus olub-olmaması ilə bağlı qeyd edilməlidir ki, videoçəkilişlə aparılan 27 avqust 2022-ci il şəxsi şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində olan və könüllü təqdim etdiyi heroin zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş, sonuncu həmin zərfi imzalamış və zərf məhkəmə fizikikimyəvi ekspertizasına göndərilmişdir. Məhkəmə fiziki-kimyəvi ekspertizası rəyinin təsviri hissəsində göstərilmişdir ki, tədqiqat obyekti Mərkəzə üzərində Azərbaycan Respublikası DİN-nin 196 №-li dairəvi möhür əksi… “Şübhəli şəxs Təqsirləndirilən şəxs” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd kibrit qutusunda 05 ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri 0,297 qram, 0,301 qram, 0,245 qram, 0,223 qram və 0,262 qram olmaqla, ümumi təmiz çəkisi 1.328 qram olan heroin və elektron tərəzi təqdim edilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs təqdim etdiyi heroin zərfə qoyulduqdan sonra heç bir tamlığı pozulmadan məhkəmə fiziki-kimyəvi ekspertizaya göndərilmiş və orada isə çəkisi dəqiqliyi ilə müəyyən olunmuşdur. Bundan başqa videoçəkilişlə aparılan 12 sentyabr 2022-ci il tarixli şəxsi şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində olan və könüllü təqdim etdiyi heroin zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş, sonuncu həmin zərfi imzalamış və zərf məhkəmə kimyəvi-ekspertizasına göndərilmişdir. Məhkəmə-kimyəvi ekspertizası rəyinin təsviri hissəsində göstərilmişdir ki, tədqiqat obyekti Mərkəzə üzərində Azərbaycan Respublikası DİN-nin 195 №-li dairəvi möhür əksi… “...Şübhəli şəxs Təqsirləndirilən şəxs o. ...” sözləri olan zərfdəki bir ədəd siqaret qutusunun içərisində dörd ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 10,270 qram, 10,055 qram, 10,065 qram və 10,030 qram olmaqla, ümumi təmiz çəkisi 40,420 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə təqdim edilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs təqdim etdiyi heroin zərfə qoyulduqdan sonra heç bir tamlığı pozulmadan məhkəmə-kimyəvi ekspertizaya göndərilmiş və orada isə çəkisi dəqiqliyi ilə müəyyən olunmuşdur. Beləliklə, məhkəmə isitntaqı zamanı Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən fiziki təzyiqə məruz qalması və narkotik vasitənin onun üzərinə polis əməkdaşları tərəfindən qoyulması öz təsdiqini tapmamış və məhkəmə baxışı zamanı vermiş olduğu ifadəsi deyil, ibtidai istintaq zamanı vermiş olduğu xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2023-ci il tarixli ifadələri daha mötəbər və inandırıcı hesab edilməlidir. Belə ki, üzərindən heroinin aşkar edilməsi ilə bağlı istintaq zamanı vermiş olduğu həmin ifadələri digər sübutlarla - videoçəkiliş zamanı aparılmış şəxsi axtarış protokolları, şahidlərin ifadələri də dəstəklənmişdir. Həmçinin istintaq zamanı vermiş olduğu ifadəsinin inandırıcılığı ilə bağlı qeyd edilməlidir ki, nəzəriyyədə inandırıcılığın kriterlərinin ən önəmlisi ayrıntıdır. Burada önəmli olan təqsirləndirilən hadisənin ayrıntılı bir şəkildə anlada bilməsidir. Hazırki iş üzrə də görünür ki, Təqsirləndirilən şəxs isintaq zamanı yuxarıda qeyd olunan ifadələrində və videoçəkilişlə aparılmış şəxsi axtarışlar zamanı hadisə ilə, yəni narkotik vasitənin əldə edilməsi, saxlanılması bağlı halları bir-biri ilə əlaqəli, zəncir kimi bağlı, detallı ayrıntılarla anlatmış, özü könüllü şəkildə üzərində olan narkotik vasitəni təqdim etmişdir. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə: miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarında məhkəmələrə tövsiyyə olunur ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs heroini satış məqsədi ilə əldə edib saxlaması və daşıması ilə bağlı qeyd edir ki, sonuncu 27 avqust 2022-ci il tarixli şəxsi axtarış zamanı tanımadığı şəxsdən 25 manata və 12 sentyabr 2022-ci il tarixli şəxsi axtarış zamanı tanımadığı şəxsdən 50 manata aldığını bildirmişdir. Həmçinin 27 avqust 2022-ci tarixli şəxsi axtarış zamanı onun üzərindən 1 ədəd tərəzi aşkar edilmişdir. Hər iki şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs təqdim etdyi narkotik vasitələrin kiçik bükümlərə ayrılması, birinci halda tərəzinin aşkar olunması, ikinci halda narkotikin çəkisinin 40,420 qram olması satış məqsədinin olmasına dəlalət edir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət hadisəsi məhz onun tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələrinin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hal müəyyən etməmişdir. Təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən etməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il tarixli Qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını özündə əks etdirən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərindən görünür ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələrinin sanksiyasında beş ildə on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.4.2 və 234.4.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini cəzanın məqsədlərinə çatmaq baxımından qanuni, əsaslı və eləcə də ədalətli hesab edir. Təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkmə müddətinin əvvəli onun faktiki tutulduğu vaxtdan, yəni 04 sentyabr 2023-cü il tarixdən hesab edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1 və 93.1.2-ci maddələrinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Bundan başqa, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli Qərarının 26-cı bəndinə görə məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Məhkəmə narkoloji ekspertizasının rəyini və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Həmin Məcəllənin 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin Məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra Suraxanı RPİ-nin saxlanc otağında saxlanılan iş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərindən iki dəfə aşkar edilərək götürülmüş ekspert tədqiqatından sonra qalıq qalmış ümumilikdə 41.528 qram olan narkotik vasitə heorin, və bir ədəd tərəzi məhv edilməli, 2 ədəd disk cinayət işinin materiallarında salanılmaılıdır. İş üzrə məhkəmə fiziki-kimyəvi və məhkəmə-kimyəvi ekspertizalarına sərf edilmiş ümumilikdə 146 (yüz qırx altı) manat məbləğində ekspertiza xərci təqsirləndirilən Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin büdcəsinə keçirilməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 26 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təyin edilmişdir. Cinayət-Prosessual Məcəllənin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla məhkəmə mərhələsində göstərilmiş 40 iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi üçün vəkil işlədiyi Bakı şəhəri 26 saylı Vəkil Bürosunun hesabına ödənilməsi üçün 240 (iki yüz qırx) manat məbləğində pul köçürülməlidir. İş üzrə xüsusi müsadirə edilməli əmlak müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, H Ö K M E T D İ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək və xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 4 (dörd) gün müddət təyin edilmiş cəza müddətinə daxil edilməklə həmin cəzadan çıxılsın və onun üzərində 4 (dörd) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın və cəzaçəkmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Hökm qanuni qüvvəyə mindikdən sonra Suraxanı RPİ-nin saxlanc otağında saxlanılan iş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspert tədqiqatından sonra qalıq qalmış 41,528 qram heorin və bir ədəd tərəzi məhv edilsin, 2 (iki) ədəd disk cinayət işinin materiallarında salanılsın. İş üzrə məhkəmə-kimyəvi ekspertizalarına sərf edilmiş 146 (yüz qırx altı) manat məbləğində ekspertiza xərci təqsirləndirilən Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin büdcəsinə keçirilsin. Məhkəmə mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 26 saylı Vəkil Bürosunun hesabına vəkil Müdafiəçi üçün 240 (iki yüz qırx) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Kamran Muxtarov Hakimlər: Elnur Nuriyev Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar