Məhkəmə qərarları › İş №1(101)-922/2020

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-922/2020

25.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-922/2020 25.09.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Əli İrfan oğlunun sədrliyi, hakimlər Qəribov Fikrət Atlıxan oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X5, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs oğlunun iştirakları ilə, xx xxxxxx 1988-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 2 mənzil 16-da qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs oğlu təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddəni əldə etmə, üzərində daşıma və saxlama cinayət əməlini törətmişdir. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, yəni 4 (dörd) ədəd polietilen bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 1,913 qram, 0,425 qram, 0,378 qram, 0,416 qram qəhvəyi rəngli toz şəkilli maddələr və 1 (bir) ədəd “qara” rəngli kağız bükümdə təmiz çəkisi 0,060 qram tünd qəhvəyi rəngli maddə olmaqla, ümumilikdə 3,192 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini, 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,360 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini və zavod üsulu ilə qablaşdırılmış konvalyutdakı 4 (dörd) ədəd, üzərlərində F/M40 yazısı həkk olunmuş qəhvəyi rəngli dairəvi formalı həblərdə ibarət metadon tərkibli dərman preparatını əldə edərək üzərində saxlamış və daşımaqla gəzdirmişdir. xx xxxxx 2020-ci il tarixdə gecə saat 02:00 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsində yerləşən “Abidə” deyilən yerin yaxınlığında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin ƏÇPA-nin 7-ci Polis bölməsinin polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs özünü şübhəli apardığı üçün saxlanılaraq Suraxanı RPİ-nin 33-cü Polis bölməsinə dəvət edilmişdir. Polis bölməsində onun üzərində şəxsi axtarış keçirilərkən onun əynindəki gödəkçənin iç sol cibində olan “Vinston” siqaret qutusunun içərisindən yuxarıda qeyd edilən miqdarda narkotik vasitələr və psixotrop maddələr aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərdi ki, o, hadisəyə qədər 5-6 ay idi ki, narkotik vasitə olan kokosdan çəkmək yolu ilə istifadə edirmiş. Tutulmamışdan təxminən iki həftə əvvəl o, axşam saatlarında Ağstafa rayonunda olduğu zaman tanımadığı şəxs ona öz istifadəsi üçün bir bükümdə narkotik vasitə heroin, bir bükümdə psixotrop maddə metamfetamin və dörd ədəd metadon həbləri vermişdir. O, həmin gün də Bakı şəhərinə qayıtmışdır. O, Bakı şəhərinə qayıtdıqdan sonra narkotik vasitə heroindən iki həftə ərzində hərdən az miqdarda istifadə etmişdir. Evdə onun narkotik vasitə və psixotrop maddədən istifadə etməsinin heç kimin bilməməsi üçün o, narkotik vasitələri üzərində gəzdirmişdir. xx xxxxx 2020-ci il tarixdən xx xxxxx 2020-ci il tarixə keçən gecə təxminən saat 02:00 radələrində o, tanışı Əli ilə birlikdə sonuncuya məxsus olan “Opel Vectra” markalı avtomobillə Əlinin yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsində yaşadığı evdən çıxmış və özünün yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi istiqamətinə hərəkət etməyə başlamışdır. Həmin vaxt avtomobili Əli idarə etmiş, o isə avtomobilin ön sərnişin oturacağında əyləşmişdir. Onlar Zığ qəsəbəsinin çıxışında karantin rejiminə uyğun olaraq polis əməkdaşları tərəfindən yolda post qoyulduğunu görmüşlər. Polis əməkdaşları tərəfindən digər nəqliyyat vasitələri kimi onların da avtomobili saxlanılmışdır. Bu vaxt polis əməkdaşları onlara yaxınlaşmışlar. O, polis əməkdaşlarının onların olduğu avtmobilə yaxınlaşdıqlarını görmüş və həmin vaxt cibində olan siqaret qutusundan siqaret çıxarıb çəkmək istəmişdir. Lakin səhvən içərisində siqaret olan qutunu deyil, içərisində narkotik vasitələr saxladığı siqaret qutusunu çıxartmışdır. O, səhv etdiyini başa düşərək siqaretin qapağını bağlamış və həmin siqaret qutusunu cəld cibinə qoymaq istəmişdir. Bu vaxt polis əməkdaşları onun özünü şübhəli apardığını görüb, həmin siqaret qutusunu polis əməkdaşlarına təqdim etməsini istəmişlər. O, siqaret qutusunu təqdim etdikdən sonra polislər siqaret qutusunun içərisində narkotik vasitələr olduğunu bilmişlər və siqaret qutusunu özlərində saxlayaraq onu Suraxanı RPİnin 33-cü Polis bölməsinə aparmışlar. O, Polis bölməsində bir gün qaldıqdan sonra onu xidməti otaqların birinə aparmışlar. Sonra polis əməkdaşları ona siqaret qutusunu vermişlər və ona videoçəkilişlə keçiriləcək baxış zamanı siqaret qutusunun içərisindən çıxan narkotik vasitələrin ona aid olduğunu etiraf etməsini ona bildirmişlər. O da baxış zamanı içərisində narkotik maddələr olan siqaret qutusunu açıb içərisindən çıxan dörd ədəd bükümdə narkotik vasitə heroini, bir ədəd siqaretin qara rəngli kağızına bükülmüş qara rəngli tiryəki, bir ədəd ağ rəngli kağız parçasına bükülmüş içərisində şüşə kimi tanıdığı narkotik maddə metamfetamini və dörd ədəd metadon həblərini masanın üzərinə qoyaraq həmin əşyaların ona məxsus olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs ifadəsində, həmçinin bildirmişdir ki, onun üzərində ittiham aktında göstərilmiş çəkidə narkotik vasitələr olmamışdır. O, saxlanılanda onun üzərində cəmi bir büküm narkotik vasitə heroin və bir bükümdə psixotrop maddə metamfetamin, eləcə də dörd ədəd metadon həbləri olmuşdur. Polislər ona Polis bölməsində təzyiq etdiklərindən sonra o, qorxmuş və özünə məxsus olan sadaladığı narkotik vasitələrdən başqa digər narkotik vasitələrin də ona məxsus olduğunu bildirmişdir. O, həmçinin bildirmişdir ki, onun üzərindən çıxan iki büküm narkotik vasitə heroini təxminən 10-15 dəfə istifadə etmək mümkün idi. O, heroini tərgitmək üçün metadon əldə etmişdir. Hadisə vaxtı onun üzərindən heroin və metadondan başqa metamfetamində aşkar olunmuşdur. Lakin onun üzərindən aşkar edilmiş narkotik vasitə və psixotrop maddələr ittiham aktında göstərildiyi qədər olmamışdır. Onun üzərindən aşkar edilmiş narkotik vasitə heroin təxminən 2-2.5 qram olmuşdur. Təqsirləndirilən şəxs oğlu qeyd etdiyi halların nəzərə alınmasını, onun əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməsini və barəsində azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmişŞahid2 ifadəsində göstərdi ki, o, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Əlahiddə X8 polis nəfəri kimi xidmət edir. O, təqsirləndirilən şəxsi hadisə ilə əlaqədar tanımışdır. xx xxxxx 2020-ci il tarixdə saat 02:00 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsində yerləşən “Abidə” kimi tanınan yerin yaxınlığında o, iş yoldaşları Şahid3 və Şahid4 ilə birlikdə karantin vəziyyəti ilə bağlı xidmət aparmışdır. Xidmətdə olduqları vaxt onlar hərəkət edən nəqliyyat vasitələrini saxlayıb, sürücülərin karantin qaydalarına əməl edib-etməmələrini yoxlamışlar. Bu vaxt o, bir avtomobilin onların yanında dayandığını görmüşdür. Həmin avtomobildə olan şəxslərin karantin rejimini pozub-pozmamalarını yoxlamaq məqsədi ilə o və digər polis əməkdaşları həmin şəxslərə yaxınlaşmışlar. Bu vaxt sürücü və sərnişin də avtomobildən düşüb onlara yaxınlaşmışlar. Təqsirləndirilən şəxs həmin vaxt avtomobildə ön oturacaqda oturmuşdur. Avtomobildə olan şəxslər avtomobildən düşüb onlara yaxınlaşdıqları vaxt o, Təqsirləndirilən şəxs əlində olan nəyisə şübhəli və cəlb şəkildə cibinə qoyduğunu görmüşdür. O, bu barədə Seymurdan soruşduqda, Seymur cibinə qoyduğu əşyanın özünə məxsus əşya olduğunu bildirmiş və həmin əşyanı onlara təqdim etməmişdir. Təqsirləndirilən şəxs özünü şübhəli aparması onlarda olan şübhəni artırmış və onlar şübhəli məqamı aydınlaşdırmaq məqsədi ilə Seymuru və Seymurun yanında olan şəxsi ərazi aidiyyəti üzrə Suraxanı RPİ-nin 33-cü Polis bölməsinə dəvət etmişlər. 33-cü Polis bölməsinin xidməti iş otaqlarının birində Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildikdən sonra sonuncu üçün dəvət edilmiş müdafiəçinin iştirakı ilə videogörüntüdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Əvvəlcə Seymura üzərində qadağan olunmuş əşya və ya predmet varsa təqdim edilməsi təklif olunmuş və bu zaman heç bir etiraz etmədən Təqsirləndirilən şəxs könüllü olaraq əynində olan gödəkçəsinin cibindən bir ədəd siqaret qutusunu çıxararaq masanın üzərinə qoymuşdur. O, Təqsirləndirilən şəxs təqdim etdiyi digər əşyaları xatırlamır. Sonra Təqsirləndirilən şəxs təqdim etdiyi siqaret qutusunu açıb içində olan bükümlərin narkotik vasitə olduğunu və həmin narkotik vasitələri öz şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Bundan sonra aşkar edilmiş bükümlər götürülərək qablaşdırılmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 və Şahid4 oxşar məzmunlu ifadə verməklə Şahid2 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişlər. Şahid1 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, o, Təqsirləndirilən şəxs təxminən iki ilə yaxındır ki, tanımış və onların arasında normal münasibət olmuşdur. xx xxxxx 2020-ci il tarixdə axşam saatlarında Seymur onun yaşadığı evə qonaq gəlmişdir. Onlar bir neçə saat söhbət etdikdən sonra xx xxxxx 2020-ciil tarixdən xx xxxxx 2020-ci il tarixə keçən gecə təxminən saat 02:00 radələrində o, Seymuru öz avtomobili ilə sonuncunun yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi istiqamətinə aparmışdır. Həmin vaxt Seymur avtomobilin ön sərnişin oturacağında əyləşmişdir. Onlar Zığ qəsəbəsinin çıxışında karantin rejiminə uyğun olaraq polis əməkdaşları tərəfindən yolda post qoyulduğunu görmüşlər və polis əməkdaşları tərəfindən digər nəqliyyat vasitələri kimi onların da olduqları avtomobil saxlanılmışdır. Bu vaxt polis əməkdaşları onlara yaxınlaşmışlar və özlərini təqdim etdikdən sonra karantin vəziyyəti ilə bağlı yoxlama apardıqlarını deyərək onlardan şəxsiyyətlərini təsdiq edən sənədi tələb etmişlər. Bu vaxt Seymur özünü şübhəli apardığı üçün polis əməkdaşları Seymura suallar verməyə başlamışlar və Seymurun cibinə qoyduğu əşyanın nə olduğunu soruşmuşlar. Seymur özünü şübhəli apardığına və suallara cavab verə bilmədiyinə görə polis əməkdaşları onları Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis bölməsinə dəvət etmişlər. Onlar da polis əməkdaşları ilə razılaşaraq polis əməkdaşları ilə birlikdə 33-cü Polis bölməsinə getmişlər. Polis bölməsində ona Seymurun üzərində həmin vaxt narkotik vasitə olması məlum olmuşdur. O, özü narkotik maddələrdən istifadə etməmiş və narkotik maddələrin satışı ilə də məşğul olmamışdır. Onun Seymurun üzərinə narkotik maddə olması barədə 33-cü Polis bölməsində baxış keçirildikdən sonra məlumatı olmuşdur. Seymur özü ona bu barədə əvvəlcədən heç bir məlumat verməmişdir. O, həmçinin ifadəsində göstərmişdir ki, Seymurun üzərindən aşkar edilmiş narkotik vasitələr yəqin ki, Seymurun özünə məxsus olmuşdur. Seymurun narkotik vasitələr satıb-satmaması barədə onun məlumatı olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxx 2020-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan (cild 1, iş vərəqə 12) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməsində şübhəli bilindiyinə görə onun tutulması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxx 2020-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 1, iş vərəqə 13) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətdiyinə görə həmin gün şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxx 2019-cu il tarixli şəxsi axtarış və götürmə haqqında protokoldan (cild 1, iş vərəqə 22-23) görünür ki,Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman o, əynində olan gödəkçəsinin iç sol cibindən bir ədəd siqaret qutusunu, gödəkçənin sağ cibindən bir ədəd “Samsung A3” markalı mobil telefonu, belindəki kəmərə sancılmış bir ədəd bıçağı, əynində olan göy rəngli cins şalvarının sol cibindən 454 (dörd yüz əlli dörd) manat pulu, bir ədəd üzüyü və bir ədəd qol saatını təqdim edərək həmin əşyaları masanın üzərinə qoymuşdur. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi siqaret qutusunu açıb içərisində olan dərman preparatlarını və bükümləri masanın üzərinə düzərək dörd ədəd ağ rəngli polietilen bükümdə kakosun, bir ədəd siqaretin qara rəngli kağızı ilə örtülmüş bükümdə tiryəkin, bir ədəd ağ rəngli kağız parçası ilə örtülmüş bükümdə “şüşənin” və dörd ədəd həbin metadon dərman pereparatı olduğunu bildirmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxx 2020-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 6/416 nömrəli rəyindən (cild 1, iş vərəqə 29-31) görünür ki,tədqiqata təqdim edilmiş, üzərində “Vət. Təqsirləndirilən şəxs..” yazısı olan zərfdə, 4 (dörd) ədəd polietilen bükümdə, ayrıayrılıqda təmiz çəkisi 1,913 qram, 0,425 qram, 0,378 qram, 0,416 qram qəhvəyi rəngli tozşəkilli maddələr və 1 (bir) ədəd “qara” rəngli kağız bükümdə, təmiz çəkisi 0,060 qram olan tünd qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir, 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,360 qram olan ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir və zavod üsulu ilə qablaşdırılmış konvalyutdaki 4 (dörd) ədəd, üzərində “F/M40” yazısı həkk olunmuş qəhvəyi rəngli dairəvi formalı həblər metadon tərkibli dərman preparatıdır. Dörd ədəd həbdən ibarət təsiredici maddəsi metadonun ümumi miqdarı 0,16 qram (bir həbdə 0,04 qram metadon olmaqla) və beş ədəd bükümdə olan heroinin ümumi təmiz çəkisi 3,192 qram təşkil edir. Heroinin ümumi təmiz çəkisi: 3.192 qram (sərf edildi ümumi 0.15 qram, qalıq çəkisi 3.102 qram),metamfetaminin təmiz çəkisi 0.360 qram (sərf edildi 0.050 qram, qalıq çəkisi 0.310 qram), dörd həbdən bir həb istifadə edildi, qalıq 3 həb təşkil edir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxx 2020-ci il tarixli, 1/2084 nömrəli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan (cild 1, iş vərəqə 36) görünür ki, tibbi müayinə zamanı həmin günTəqsirləndirilən şəxs sərxoşluq əlamətləri olmadan narkotik vasitə olan opiydən (tiryək) istifadə etməsi aşkar edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxx 2020-ci il tarixli axtarış aparılması haqqında protokoldan (cild 1, iş vərəqə 40) görünür ki,Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 mənzil 16-da axtarış aparılmış və axtarış zamanı dövriyyəsi qadağan olunmuş heç bir əşya aşkar edilməmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxx 2020-ci il tarixli cinayət əməlinin tövsif edilməsi haqqında qərardan (cild 1, iş vərəqə 52-53) görünür ki, hazırki cinayət işi üzrə əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-cü maddəsindən həmin Məcəllənin 234.4.3-cü maddəsinə tövsif edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxx 2020-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 1, iş vərəqə 56-57) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxx 2020-ci il tarixli Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 4(010)-79/2020 saylı qərarından (cild 1, iş vərəqə 76-78) görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs müddətinin əvvəli xx xxxxx 2020-ci il tarixdən hesablanmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxx 2020-ci il tarixli Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 4(010)-90/2020 saylı qərarından (cild 1, iş vərəqə 81-83) görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş və o, məhkəmə iclas zalından dərhal azad olunmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxx 2020-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X2 tələbnaməsindən (cild 1, iş vərəqə 89-90) görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxx 2020-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X7 Şəxsin 1173 saylı rəyindən (cild 1, iş vərəqə 100-101) görünür ki,Təqsirləndirilən şəxs oğlunda tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən, çətənə bitkisi preparatlarından və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxx 2020-ci il tarixli qəbzdən (cild 1, iş vərəqə 105) görünür ki,Təqsirləndirilən şəxs ona məxsus olan bir ədəd “Samsung Galaxy A3 2017” markalı mobil telefonu ibtidai istintaq orqanından şəxsən almışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxx 2020-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 258 nömrəli rəyindən (cild 1, iş vərəqə 127-128) görünür ki, təqdim edilmiş qatlanan bıçaq zavod üsulu ilə hazırlanmış turist təyinatlı cib bıçağıdır və soyuq silah hesab edilmir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxx 2020-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan (cild 1, iş vərəqə 130-138) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittihamın dəyişdirilmədən saxlanılması, onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi üzrə cinayət təqibinin başlanmasının rədd edilməsi, Təqsirləndirilən şəxs götürülmüş bir ədəd bıçağın,Təqsirləndirilən şəxs aşkar edilmiş 4 (dörd) ədəd polietilen bükümdə, ayrı-ayrılıqda təmiz çəkisi 1,913 qram, 0,425 qram, 0,378 qram, 0,416 qram qəhvəyi rəngli tozşəkilli maddələr və 1 (bir) ədəd “qara” rəngli kağız bükümdə, təmiz çəkisi 0,060 qram tünd qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroinin, 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,360 qram ağ rəngli kristalşəkilli maddə olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminin və zavod üsulu ilə qablaşdırılmış konvalyutdaki 4 (dörd) ədəd, üzərində “F/M40” yazısı həkk olunmuş qəhvəyi rəngli dairəvi formalı həblərdən ibarət metadon tərkibli dərman preparatının maddi sübut qismində tanınması və ekspertiza tədqiqatından sonra qalıq çəkiləri 3,102 qram olan narkotik vasitə heroinin, 0,310 qram olan psixotrop maddə metamfetaminin və 3 (üç) ədəd həbdən ibarət metadon tərkibli dərman preparatının saxlanılması üçün Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilməsi, eləcə də Təqsirləndirilən şəxs üzərində axtarış keçirilməsi ilə bağlı hazırlanmış 1(bir) ədəd diskin maddi sübut kimi tanınması və cinayət işinə əlavə olunması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2020-ci il tarixli təqsirləndirilən şəxsin barəsində ev dustaqlığı qətimkan tədbirinin müddətinin uzadılmasına dair vəsatətin təmin edilməsindən imtina edilməsi və təqsirləndirilən şəxsin barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi haqqında qərardan (cild 1, iş vərəqə 164-165) görünür ki, təqsirləndirilən şəxsin barəsində ev dustaqlığı qətimkan tədbirinin müddətinin uzadılmasına dair vəsatətin təmin edilməsi Suraxanı rayon prokuroru tərəfindən imtina olunmuş və həmin gün təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - Hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Andrey X1rşı” işi üzrə X6 Məhkəməsinin xx xxxx 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə verən şahidlərə bilavasitə, həmçinin müdafiəçisi vasitəsi ilə suallar vermiş və ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” xx xxxx 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixtrop maddələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmçinin sözügedən Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə: miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının 1-ci Siyahısının 5-ci bəndinə əsasən - təmiz halda 2 (iki) qramdan artıq çəkidə narkotik vasitə heroin külli miqdar təşkil edir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs oğlunun əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Belə ki, məhkəmə istintaqında araşdırılmış mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq istintaqa məlum olmayan vaxtda, məlum olmayan mənbədən və məlum olmayan çəkidə narkotik vasitə heroin, psixotrop maddə metamfetamin və metadon dərman preparatını alaraq əldə etmişdir. O, əldə etdiyi narkotik vasitə heroinin, psixotrop maddə metamfetaminin və metadon dərman preparatının bir hissəsini şəxsən istifadə etmişdir. Bundan sonra o, əldə etdiyi narkotik vasitə və psixotrop maddələrin qalığını, yəni 4 (dörd) ədəd polietilen bükümdə ayrıayrılıqda təmiz çəkisi 1,913 qram, 0,425 qram, 0,378 qram, 0,416 qram və 1 (bir) ədəd “qara” rəngli kağız bükümdə təmiz çəkisi 0,060 qram olan, ümumilikdə çəkisi 3,192 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini, 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,360 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini və zavod üsulu ilə qablaşdırılmış konvalyutdakı 4 (dörd) ədəd, üzərlərində F/M40 yazısı həkk olunmuş qəhvəyi rəngli dairəvi formalı həblərdən ibarət metadon tərkibli dərman preparatını üzərində saxlamış, həmin vasitələri və maddələri daşımaqla gəzdirmişdir. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarıdır. Məhkəmə istintaqındaTəqsirləndirilən şəxs haradan, hansı qiymətə, kimdən, hansı şəraitdə və nə vaxt külli miqdarda narkotik vasitə heroini, psixotrop maddə olan metamfetamini və metadon dərman preparatını əldə etməsini müəyyən etmək mümkün olmadı. İbtidai istintaq dövründə bu hissədə ibtidai istintaq orqanı tərəfindən bir neçə dəfə əməliyyat tapşırıqlarının verilməsinə baxmayaraq, əməliyyat yolu ilə qeyd edilən hallar müəyyən edilməmişdir. Lakin xx xxxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs üzərindən külli miqdarda narkotik vasitə heroinin, eləcə də psixotrop maddə olan metamfetaminin və metadon dərman preparatının aşkar edilməsi məhkəmə istintaqında tam şəkildə öz təsdiqini tapmışdır. Məhkəmənin qarşısında duran başlıca vəzifə Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə heroini, psixotrop maddə metamfetamini, eləcə də metadon dərman preparatını əldə edərkən, üzərində saxlayarkən və daşıyarkən məqsədinin və niyyətinin nədən ibarət olmasının müəyyən edilməsidir. Məhz bu halların müəyyən edilməsi Təqsirləndirilən şəxs əməlinin tövsifində mühüm və başlıca rol oynayır. Bu səbəbdən də məhkəməTəqsirləndirilən şəxs tutulmasından əvvəl onun hərəkətlərini, tutulma şəraitini və tutulması üçün səbəbləri ayrı-ayrılıqda və məcmu halda təhlil edilməsini vacib hesab edir. İlk növbədə məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs tutulanadək onun narkotik vasitə və psixotrop maddələri satması, habelə onun tərəfindən satış məqsədi ilə narkotik vasitə və psixotrop maddələrin əldə edilməsi ilə bağlı polis əməkdaşlarının məlumatı olmamış, bununla bağlı hər hansı bir polis orqanına əməliyyat məlumatı daxil olmamış, onun cinayət əməlini ifşa edilməsi məqsədi ilə təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qanunla müəyyən edilmiş qərar qəbul edilməmiş və əməliyyat qrupu yaradılmamışdır. Başqa sözlə, xx xxxxx 2020-ci il tarixədək əməliyyat və istintaq orqanında Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə onun tərəfindən dövriyyəsi qadağan olunmuş əşyaların əldə edilməsi ilə bağlı heç bir məlumat olmamışdır. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarıdır. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılmasına səbəb xx xxxxx 2020-ci il tarixdə gecə saat 02:00 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsində yerləşən “Abidə” deyilən yerin yaxınlığında polis əməkdaşları tərəfindən onun olduğu avtomobil saxlanıldığı zaman onun özünü şübhəli aparması, içərisində narkotik vasitə və psixotrop maddələrin olduğu siqaret qutusunu cəld cibinə qoyması və bununla bağlı sair şübhəli hərəkətləri olmuşdur. Onun özünü şübhəli aparması polis əməkdaşlarının haqlı olaraq diqqətini çəkmiş və nəticədə onu Polis bölməsinə dəvət etmişlər. Polis bölməsində də onun üzərindən külli miqdarda narkotik vasitə heroin, eləcə də psixotrop maddə metamfetamin və metadon dərman preparatı aşkar edilərək götürülmüşdür. Göründüyü kimi Təqsirləndirilən şəxs özünü şübhəli hərəkətləri ilə “ifşa etmiş” və nəticədə polis əməkdaşları tərəfindən haqlı olaraq saxlanılmışdır. Təqsirləndirilən şəxs xx xxxxx 2020-ci il tarixdə saxlanılmasına qədər onun narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmasını sübuta yetirən və ya başqa formada təsdiq edən hər hansı bir sübut mövcud deyil. Bundan başqa, o, tutulduğu gün tibbi müayinədən keçirilmiş və xx xxxxx 2020-ci il tarixli, 1/2084 nömrəli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokoluna əsasən tibbi müayinə zamanı həmin gün Təqsirləndirilən şəxs sərxoşluq əlamətləri olmadan narkotik vasitə olan opiydən (tiryək) istifadə etməsi halı aşkar edilmişdir. Həmçinin, xx xxx 2020-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X7 Şəxsin 1173 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən, çətənə bitkisi preparatlarından və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanıldığı vaxt onun opiydən istifadə etməsi halının müəyyən edilməsi, yəni onun tutulmamışdan əvvəl narkotik vasitə olan heroindən istifadə etməsi və onun narkomaniya xəstəsi olması ona dəlalət edir ki, o, həqiqətən də qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini, eləcə də psixotrop maddə metamfetamini və metadon dərman preparatını öz istifadəsi üçün əldə etmişdir. Onun üzərindən müxtəlif növlü vasitə və maddələrin aşkar edilməsi isə qətiyyən onun tərəfindən həmin narkotik vasitə və psixotrop maddələri satış məqsədi ilə əldə etməsinə dəlalət etmir. Məhkəmə hesab edir ki, hər hansı bir şəxsin qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitə və psixotrop maddəni əldə etməsi mütləq qaydada mötəbər sübut və ya sübutlarla (məsələn, tərəzi, “müştəri” ilə telefon danışıqları, sms yazışmaları, “gizli agentin” məlumatı və sair) təsdiq olunmalıdır. Şəxsin üzərindən bir neçə bükümdə bir neçə narkotik vasitə və psixotrop maddələrin aşkarlanması özü-özlüyündə onun həmin vasitə və maddələrin satışı ilə məşğul olmasını, eləcə də onun tərəfindən həmin vasitə və maddələrin satış məqsədi ilə əldə edilməsini təsdiq etmir və edə də bilməz. Məhkəmə istintaqında müəyyən edilmiş iki hal, yəni tutulduğu gün onun narkotik vasitədən istifadə etməsi və xx xxx 2020-ci il tarixli,1173 saylı rəydə müəyyən edildiyi kimi onun tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən, çətənə bitkisi preparatlarından və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində narkomaniya xəstəsi olması ona dəlalət edir ki, Təqsirləndirilən şəxs onun üzərindən aşkar edilmiş narkotik vasitə və psixotrop maddələri həqiqətən də öz istifadəsi üçün qanunsuz olaraq əldə etmiş, saxlamış, daşıyaraq gəzdirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkarlanmış narkotik vasitə heroinin ümumi təmiz çəkisi külli miqdar təşkil etsə də, qeyd edilən çəkidə narkotik vasitə uzun müddət narkomaniya xəstələyindən əziyyət çəkən Təqsirləndirilən şəxs bir neçə dəfəlik dozasını təşkil etmişdir. Bundan başqa, məhkəmə istintaqında şahid qismində dindirilmiş polis əməkdaşları ayrı-ayrılıqda ifadələrində göstərmişlər ki, Təqsirləndirilən şəxslun tutulmasına səbəb sonuncunun şübhəli hərəkətləri olmuşdur. Şahidlər daha sonra ifadələrində göstərmişlər ki, Polis bölməsində Təqsirləndirilən şəxs üzərində olan narkotik vasitə və psixotrop maddələri polis əməkdaşlarına təqdim edərkən həmin vasitə və maddələri öz istifadəsi üçün əldə etdiyini bildirmişdir. Hazırki cinayət işi üzrə şahid ifadələri də kifayət qədər ciddi sübutları təşkil edir. Belə ki, şahid ifadələri əsasında da Təqsirləndirilən şəxs məhz satış məqsədi ilə külli miqdarda narkotik vasitə və psixotrop maddələri əldə etməsini, eləcə də onun qadağan olunmuş həmin vasitə və maddələrin satışı ilə məşğul olmasını müəyyən etmək mümkün olmamışdır. İbtidai istintaq orqanı yuxarıda qeyd edilən halları nəzərə almadan belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə narkotik vasitə heroini, psixotrop maddə olan metamfetamini və metadon dərman preparatını əldə etmiş, saxlamış və daşıyaraq gəzdirmişdir. İbtidai istintaq orqanı belə bir nəticəyə gəlsə də, gəldiyi nəticəni təsdiq edəcək heç bir sübut əldə etməmiş və həmin sübutları cinayət işinin materiallarına əlavə etməmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs satış məqsədini birbaşa təsdiq edən sübutları əldə etmədən, başqa sözlə, lazımı sübutları toplamadan ona ağır cinayətin törədilməsi ilə bağlı ittiham irəli sürmüşdür. Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayətlə bağlı ittiham irəli sürərkən mütləq qaydada birbaşa və mötəbər sübutlara əsaslanmalı idi. Lakin həm ittiham aktından, həm də cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs irəli sürülmüş ittihamın əsasını yalnız aşkar edilmiş narkotik vasitə heroinin çəkisi, yəni külli miqdarda olması və onun üzərindən müxtəlif növlü qadağan olunmuş vasitə və maddələrin aşkar edilməsi təşkil etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu andan ibtidai istintaqın sonunadək, o cümlədən məhkəmə istintaqında eyni məzmunlu ifadələr verərək, bildirmişdir ki, ondan aşkar edilmiş narkotik vasitə və psixotrop maddələr ona məxsus olmuşdur. Lakin onun həmin vasitə və maddələri satmaq kimi məqsədi olmamışdır. Əksinə o, narkomaniya xəstəsi olduğundan ağrıları olmuş və həmin vasitə və maddələri məhz öz istifadəsi üçün əldə etmişdir. Təqsirləndirilən şəxs eyni məzmunlu ifadələr verməsinə baxmayaraq, ibtidai istintaq orqanı onun dəlillərini nəzərə almamış, həmin dəlilləri digər sübutlarla əlaqəli şəkildə araşdırmamış və ittihamın əsaslılığını təsdiq edə biləcək heç bir sübutu əldə etməmişdir. Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmasını təsdiq edəcək hər hansı bir sübutun olmadığı halda, onun tərəfindən məhz satış məqsədi ilə narkotik vasitə və psixotrop maddələrin əldə edilməsi, saxlanması və daşınması qənaətinə gəlmək mümkün düyil. Əks yanaşma təqsirləndirilən şəxsin hüquqlarının ciddi şəkildə pozulmasına, o cümlədən onun törətmədiyi cinayət əməlinə görə məsuliyyətə cəlb edilməsinə və daha ağır şəkildə cəzalanmasına yol açar bilər. Bu isə həm ədalətsiz, həm də yolverilməzdir. Cinayət mühakimə icraatında ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmələrin üzərinə düşən başlıca vəzifələrdən biri məhz təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin düzgün tövsif edilməsidir. Əməlin düzgün tövsif edilməsi üçün əsas isə yalnız qanun əsasında toplanılmış sübutlardır. Məhkəmə istintaqında tədqiq edilmiş və obyektiv araşdırılmış sübutlar əsasında Təqsirləndirilən şəxs məhz satış məqsədi ilə narkotik vasitə və psixotrop maddələr əldə etməsini, üzərində saxlamasını və daşıyaraq gəzdirməsini müəyyən və təsdiq etmək mümkün olmadı. Başqa sözlə, məhkəmə ibtidai istintaq orqanının gəldiyi nəticə və təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamla qəti şəkildə razılaşmır və hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham onun tərəfindən törədilmiş cinayət əməlinə uyğun deyil. Belə olan halda məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı təqsirləndirilən şəxsin satış məqsədi ilə narkotik vasitə və psixotrop maddə əldə etməsi, saxlaması və daşıyaraq gəzdirməsi nəticəsinə gələrkən iş üzrə toplanmış mötəbər sübutlara deyil, öz şəxsi mülahizələrinə, ehtimal və şübhələrinə əsaslanmışdır. Həmin şübhələri isə iş üzrə toplanmış digər sübutlarla aradan qaldırmaq mümkün deyildir. Ona görə də məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsində və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.2 maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Cinayət Prosessual Məcəllənin 351.3.4-cü maddəsinə əsasən məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş və cinayət hadisəsi məhz onun tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə az ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən - məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs oğluna cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cavan olmasını və törətdiyi cinayətdən səmimi peşman olmasını (özünü təqsirli bildiyi Cinayət Məcəlləsinin 234.1-ci maddəsi üzrə) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində nəzərdə tutulmuş onun cəzasını yüngülləşdirən hallar kimi qəbul edir və qiymətləndirir. Onun əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal və ya hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsində təqsiri tam sübuta yetirildiyindən və o, ilk dəfə cinayət məsuliyyətinə cəlb edildiyindən məhkəmə hesab edir ki, ona həmin maddə üzrə məhz azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Belə ki, azadlığın məhdudlaşdırılması cəzasına nisbətdə ona daha ağır cəzanın, yəni azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi onun üzərində daha çox məhrumiyyətlər yaradacaq. Bu isə ona mənfi təsir göstərəcək. Bu səbəbdən də məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzası onu islah etməyə kifayət edəcək. Bundan başqa, Təqsirləndirilən şəxs təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından onun xx xxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək həbsdə və ev düstaqlığında saxlanıldığı 3 (üç) ay 23 (iyirmi üç) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesablamaqla çıxılmalıdır. Eyni zamanda, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 1 mənzil 16 ünvanında çəkməli, cəzanın çəkildiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün gecə saat 23:00-dan səhər saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, eləcə də Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək onun yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Bundan başqa, cinayət işində olan olan rəyə əsasən Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən, çətənə bitkisi preparatlarından və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində aslılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməlidir və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hazırki məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra maddi sübut kimi Bakı şəhəri Suraxanı rayon Polis İdarəsində saxlanılan 1 (bir) ədəd bıçaq, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 3,102 qram olan narkotik vasitə heroin, qalıq çəkisi 0,310 qram olan psixotrop maddə metamfetamin və qalığı 3 (üç) ədəd həbdən ibarət olan metadon tərkibli dərman preparatı məhv edilməli, Təqsirləndirilən şəxs üzərində axtarış keçirilməsi ilə bağlı hazırlanmış bir ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Eyni zamanda məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 264 (iki yüz altmış dörd) manat məbləğində ekspertiza xərci var və həmin məbləğ Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyərini təşkil edən 264 (iki yüz altmış dörd) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 2 (iki) il 10 (on) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx xxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək həbsdə və ev düstaqlığında saxlanıldığı 3 (üç) ay 23 (iyirmi üç) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla 7 (yeddi) ay 16 (on altı) gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 2 (iki) il 10 (on) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına daxil edilərək həmin cəzadan çıxılsın və onun üzərində 2 (iki) il 2 (iki) ay 14 (on dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşadığı ünvan 2 mənzil 16 ünvanını gecə saat 23:00dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq və kütləvi tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs üzərində saxlanılan cəzanın əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs oğluna cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Bakı şəhəri Suraxanı rayon Polis İdarəsində saxlanılan 1 (bir) ədəd bıçaq, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 3,102 qram olan narkotik vasitə heroin, qalıq çəkisi 0,310 qram olan psixotrop maddə metamfetamin və qalığı 3 (üç) ədəd həbdən ibarət olan metadon tərkibli dərman preparatı məhv edilsin. Təqsirləndirilən şəxs üzərində axtarış keçirilməsi ilə bağlı bir ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 264 (iki yüz altmış dörd) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar