Məhkəmə qərarları › İş №1(101)-922/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-922/2023

10.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-922/2023 10.05.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Ağakərim oğlu Kərimovun sədrliyi ilə, hakimlər Rasim Əkrəm oğlu Sadıxovdan və X7-Məmmədovadan ibarət tərkibdə, məhkəmə iclasının katibi X6, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxsin hüquqi varisi X3 iştirakları ilə məhkəmə, Təqsirləndirilən şəxs, xx xxxxx 1989-cu ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli (4 övladı var), orta təhsilli, işsiz (fəhləliklə məşğul olan), əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 29 sentyabr 2022-ci il tarixdə təxminən saat 01-02 radələrində Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yaşadığı evin yaxınlığında əmisi Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı bıçaqla Zərərçəkmiş şəxs bədən nahiyəsinə bir dəfə zərbə endirərək sonuncuya həyat üçün təhlükəli olan sağlamlığa ağır dərəcəli döş qəfəsinin ön səthinin sağ yarısının aşağı üçdə birinin daxilə, qarın boşluğuna nüfuz edən və qaraciyərin sağ payının zədələnməsinə səbəb olan kəskin qanitirmə ilə müşayiət olunan bir deşilmiş-kəsilmiş yara xəsarəti yetirib Zərərçəkmiş şəxs qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Təqsirləndirilən şəxs ifadələrində göstərdi ki, Zərərçəkmiş şəxs onun əmisidir. Onun əmisi ilə heç bir ədavəti olmayıb. Əmisi isə içki aludəçisi olduğu üçün həmişə onun, valideynlərini yersiz yerə təhqir etmişdir. Hadisə olan günü də, yəni sentyabr ayının 29-u gecə o, evdə olmuşdur. Əmisi Zərərçəkmiş şəxs onların həyətlərinə gələrək, nalayiq ifadələr işlətmişdir. Buna görə onların aralarında münaqişə yaranmışdır. Münaqişə zamanı onun üzərində bıçaq olmamışdır. Əmisi Valeh bıçaqla onun üzərinə gələrək, ona zərbə vurmaq istəyəndə o, həmin bıçağı əmisinin əlindən alıb yerə atmaq istəyərkən bıçaq zərbəsi əmisinin qarın nahiyəsinə dəymişdir. Onun əmisini qəsdən öldürmək niyyəti olmayıb. O, polis bölməsində izahatında da eyni şeyləri demişdir. Əmisi onu təhqir etdiyinə görə belə hadisə yaşandı. Əmisi onun atasını söymüşdü. Əmisi əvvəllər də onlara içkili vəziyyətdə gəlmişdir. O, əmisinə onların həyətlərinə içkili vəziyyətdə gəlməməyi tapşırmışdır. Həmin həyətdə ondan başqa qardaşları və ailəsi yaşayır. Hadisə günü əmisi içkili həyətə gələndə qardaşları olmayıb. Qardaşları da əmisinə həyətə içkili gəlməməsi ilə bağlı irad bildirmişdilər. Əmisi onların həyətindən çıxdıqdan sonra o, əmisigilə getmişdir. Evə qayıdanda dalanda əmisi Valeh onu gördü və onun rəhmətə getmiş atasını təhqir etdi, sonra da kürəyindən bıçaq çıxardıb onun üstünə gəldi. O da bıçağı əmisinin əlindən alıb, ona “get səhər danışarıq” demişdir. Əmisi isə getməyib onun üstünə gəlmişdir. Onun əlindəki bıçaq da əmisi Valehə dəymişdir. O, əmisinə bir zərbə vurmuşdur. O, əmisini bıçaqla vurduqda Valeh yıxılmamış, həyətə doğru getmişdir. O da Salehə Valehi vurduğunu deyib təcili tibbi yardım çağırmaq lazım olduğunu bildirmişdir. Hadisə sentyabr ayının 29-u gecə saatlarında baş verib. Törətdiyi əməldən peşmandır. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Təqsirləndirilən şəxs 13 yanvar 2022-ci il tarixdə ona Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək göstərmişdir ki, “ Əmisi Zərərçəkmiş şəxs qəsdən öldürmək istəməmişdir. Onun əmisi Zərərçəkmiş şəxs yalnızca xəsarət yetirmək fikri olmuşdur. Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yaşayır. Şahid2 ilə 2013-cü ildə rəsmi nikaha daxil olaraq evlənmiş və birgə nikahlarından 2015ci il təvəllüdlü Günay Qədəşova, 2016-cı il təvəllüdlü Nuray Qədəşova, 2017-ci il təvəllüdlü Bahadur Qədəşov və 2022-ci il təvəllüdlü Bahar Qədəşova adlı övladları vardır. Onlar Buzovna qəsəbəsində yerləşən ata həyətində qalırlar. Həmin həyətdə 3 ev vardır. Evlərdən birində böyük qardaşı Ağahüseyn öz ailəsi ilə, o biri evdə anası subay qardaşı Cavanşirlə və o biri evdə isə onlar qalırlar. Ağahüseyn həyat yoldaşı Aygün və birgə nikahdan olan övladları 3 yaşlı Lətiflə birlikdə yaşayır. Anası Ədilə qardaşı Cavanşirlə birlikdə yaşayır. Atası Bahadur 2016-cı ildə xəstəliyi ilə əlaqədar ölmüşdür. Onun 4 əmisi vardır. Böyük əmisi Manaf onlarla qonşuluqda öz ailəsi ilə birlikdə yaşayır. O biri əmisi Vahab öz ailəsi ilə birlikdə Buzovna qəsəbəsi, Albalılıq yaşayış massivində yaşayır. O biri əmisi Saleh ailəsi ilə birlikdə demək olar ki, qonşuluqda yaşayır. Salehgillə onların evi arasında olan məsafə təxminən 5-10 dəqiqəlik yoldur. Mərhum əmisi Valeh isə Salehin yaşadığı həyətdə yerləşən başqa evdə tək halda yaşayır. Bundan başqa beş bibisi var və bibiləri də ailələri ilə birlikdə Buzovna qəsəbəsi və Maştağa qəsəbəsi ərazilərində yaşayırlar. Əmisi Valeh əvvəllər Xədicə adlı qadınla evli olmuş, həmin nikahdan Cəmalə adlı qızı olmuş, sonra nikahları pozulmuş və arvadından ayrılmışdır. Daha sonra Valeh Zümrüd adlı qadınla qeyri-rəsmi ər-arvad kimi yaşamış və birgə nikahlarından Ayşən və Taleh adlı övladları olmuşdur. Lakin Valeh həmin qeyri rəsmi yaşadığı Zümrüd adlı qadından da ayrılmışdır. Valeh spirtli içki aludəçisi olmuş, demək olar ki, tüfeyli həyat tərzi keçirmişdir. Eşitdiyinə görə Valeh narkotik maddələrdən də istifadə etmişdir. Valehlə aralarında hər hansı bir düşmənçilik və ədavət olmamışdır. Amma son zamanlarda yaşadığı həyətdən bəzi əşyalarının oğurlandığını hiss edirmiş. O, əşyaları götürən şəxsin əmisi olduğunu bildiyi üçün bu barədə polisə şikayət etmirmiş. Əmisi Valehin götürdüyü ev əşyalarının qiyməti baha olmasa da, yəni qaz balonu, qazan, tava, çaynik və bu kimi əşyalar olsa da və ümumi dəyərləri təxminən 100 manatı keçməsə də, Valehə iradlarını bildirmişdir. Valeh isə onun həyətindən və evindən əşya götürdüyünü inkar etmişdir. Son zamanlarda Valeh sərxoş vəziyyətdə yaşadığı evə gələrək onun ünvanına, rəhmətlik atasının ünvanına və ailəsinin ünvanına dilə gətirilə bilinməyəcək ifadələrlə söyüşlər söyüb təhqir etmişdir. O, heç vaxt əmisi Valehin təhqirlərinə qarşılıq verməmiş və bir böyük kimi həmişə yola verməyə çalışmışdır. Lakin bu hal, yəni Valehin onun şərəf və ləyaqətini hər hansı bir səbəb olmadan söyüb təhqir etməsi mütəmadilik təşkil etmişdir. 2016-cı il atası öldüyündən Valeh özü ölənədək onu mütəmadi olaraq söyüb təhqir etmiş, həmişə səbəb olmadan şərəf və ləyaqətini təhqir etmişdir. Atası yaşadığı dövrlərdə atasından qorxub çəkinmişdir və həmin vaxtlarda onlarla işi olmamışdır. Həmişə atasının xətrinə Valeh əmisinə bir cavab qaytarmamışdır. Valeh ayıq vaxtlarında demişdir ki, “sərxoş olanda mən nə etdiyimin fərqində olmuram”. O, həmişə Valehə sual qarışıq demişdir, “əmi, sən həmişə onsuz da sərxoş olursan, onda məni həmişə təhqir etməlisən?!” Sonuncu dəfə həyətindən “çarpayı setkası”-nın götürüldüyünü hiss etmişdir. Yəni həmin çarpayının o qədər də maddi dəyəri olmasa da, həyətdə istifadə edirmişlər. Bilmişdir ki, həmin “setkanı” da əmisi Valeh götürmüşdür. Lakin bu sözü gedib Valehə deməmişdir. Valeh narkoloji dispanserdə stasionar müalicə almamışdan öncə təxminən 2022-ci ilin avqust ayında əmisigilin evinə gedəndə öz ev əşyalarını əmisi Valehgildə görmüşdür. Həmin vaxt əşyalarının Valeh tərəfindən götürüldüyünü bilmiş və elə Valehin özündən xəbərsiz əşyalarını, yəni tava, qazan, çaynik və “çarpayı setka”sını götürüb evinə gətirmişdir. Valeh özü 28 sentyabr 2022-ci il tarixdə axşam yenə təxminən saat 23 radələrində sərxoş halda onlara gəlmişdir. Arvadı və uşaqları yatmışlar. Həmin vaxt Valeh ondan bir ədəd siqaret istəmiş və o da bir ədəd siqareti əmisinə vermişdir. Həmin vaxt əmisi Valeh ona demişdir ki, “sən uje …. edirsən, evimdən girib qazan-çayniki götürürsən. Mən səni vuracağam, … gəda.” O, əmisinə onunla söyüşlə danışmamasını bildirmiş və əlavə olaraq qeyd etmişdir ki, “əmi, mən də kasıbçılıqla dolanan adamam, sən mənim həyətimdə olan-qalanım nə varsa, götürürsən, mən əlacsız qalıram. Narkolojidən təzə çıxıb gəlmisən, yenə başlamısan spirtli içki içməyə, belə hərəkətlər etmə, kənddə hamı səndən danışır ki, Valeh içib əyyaş və tüfeyli həyat tərzi keçirir”. Valeh yenə adəti üzrə onu və ailəsini təhqir etməyə başlamış və onu yenə öldürəcəyi ilə hədələyərək demişdir ki, “mən əşyaları oğurlamaq üçün götürməmişəm, istifadə edib qaytaracaqdım”. Əmisi Valeh həmin vaxt onun ünvanına nalayiq ifadələr işlətməyə davam etmişdir. O, Valehə demişdir ki, “sərxoşsan, get, sabah ayıq olanda danışarıq”. Bu minvalla Valehi yola salmışdır. Daha sonra Valeh 28 sentyabr 2022-ci il tarixdən 29 sentyabr 2022-ci il tarixə keçən gecə təxminən 00-01 radələrində yenidən onların evinə gəlmişdir. Valeh yenə onu söyüb təhqir etməyə başlamışdır. O, yenə Valehi sakitləşdirirək evinə tərəf yola salmağa başlamışdır. Elə bu zaman yarı yolda Valeh demişdir ki, “gedək mənim evimə gör sənin ağzını necə …..” Həmin vaxt Valeh ölmüş atasının qəbrini söyərək və anasını təhqir edərək bildirmişdir ki, “sənin atanın qəbrini … , atanın gorunu …., ananın ağzını …, …. oğlu ….., səni öldürəcəyəm.” Bundan sonra Valehi yarı yolda qoyub evə qayıtmışdır. Təxminən 6 ildir ki, Valehin təhqirlərinə dözən o, artıq əmisinin atasının qəbrini söyməsini qəbul edə bilməmiş və əmisini qorxutmaq məqsədilə evdən bıçaq götürüb Valehin yanına qayıtmışdır. Həmin vaxt 29 sentyabr 2022-ci il təxminən 01-02 radələri olmuşdur. Əmisinə çatanda görmüşdür ki, əmisi artıq yaşadığı ev yerləşən məhlənin yaxınlığındadır. Əmisi onu görəndə demişdir ki, “bura gəl, küçük”. O, ağlayaraq əmisinə demişdir ki, “əmi həmişə sənə böyük kimi hörmət etmişəm və neçə illərdir ki, məni təhqir etməyinə baxmayaraq sənə bir dəfə də olsun ki, cavab qaytarmamışam və əl qaldırmamışam. Amma sən isə mənim atamın qəbrini söydün. Buna görə məndən üzr istə.” Əmisi Valeh ona demişdir ki, “səndən nə üzrü istəyəcəm, ay … oğlu, atanın gorunu da …, … ananın ağzını da ….” Bundan sonra bütün əsəbləri korlanmış və demək olar ki, bir anlıq dünya başına fırlanmışdır. Yenə də əmisini öldürmək istəməmiş, lakin qorxutmaq və yüngül cəzalandırmaq üçün evdən götürdüyü və şalvarının sağ yan cibinə qoyduğu bıçağı çıxarıb Valehin təxminən qarın nahiyəsindən bir ədəd zərbə vurmuşdur. Zərbəni vurduqdan sonra Valeh əmisinə demişdir ki, “bu səni cəzalandırmaq üçündür, bir də atamın goruna söysən və məni təhqir etsən, səni öldürərəm.” Bundan sonra evə tərəf qayıtmışdır. Özündə olmadığı üçün əlində olan bıçağı küçədə haraya tullaması dəqiq yadında qalmamışdır. Bundan sonra əmisi Salehə zəng edib əmisinə Valehi bıçaqladığını bildirmişdir. Əmisi Saleh ona sual vermişdir ki, “Valehi öldürmüsən?” O da Salehə demişdir ki, “yox, öldürməmişəm, özüm qarın nahiyəsindən vurmuşam ki, onu cəzalandırım.” X15 vurduğu təxmini yeri demişdir. Əmisi Saleh də ona oraya gəlməsini demişdir. Lakin o, evdə gözləyib son dəfə evdəkilərə baxmaq istəmişdir. Səhərə kimi evdəkilər yata-yata onlara baxmış və yatmamışdır. Demişdir ki, səhər açılan kimi polisə təslim olmağa gedəcəkdir. Elə gecə əmisi Saleh ona zəng vurub demişdir ki, “Valeh ölüb”. Həmin vaxt Valehin ölümünə peşman olmuşdur. Səhər açılan kimi polislər özləri evə gəlmişlər və o, törətdiyi cinayəti polislərə etiraf etmiş və cinayəti törətdiyi alət olan bıçağı da yolda yadında qalmayan yerə tulladığını bildirmişdir. Onun əmisi Valehi qəsdən öldürmək fikri və niyyəti olmamışdır. O, əmisi Valehi illərdir ki, onu təhqir etməsinə və hadisədən az əvvəl atasının qəbrinə, o cümlədən anasının ünvanına söydüyü söyüşlərə görə cəzalandırmaq üçün bədənin boşluq nahiyəsinə, yəni qarın tərəfindən bıçaqla bir dəfə zərbə vurmuşdur ki, Valeh xəsarət alsın, lakin ölməsin. Valehin ölməsinə görə çox peşmandır. Hadisəni törətdiyi vaxt Valehin əynində səhv etmirsə, qara rəngli kurtka, qara rəngli köynək və qara rəngli şalvar olmuşdur. Həmin vaxt onun əynində isə qolları və kürək hissəsi qara, ön hissədən zəncirbəndli və qəhvəyi rəngli jaket, ağ rəngli, 3 düyməli qısaqol köynək, açıq göy rəngli cins şalvar olmuşdur. Həmin geyim əşyalarında hər hansı zədə izi və qan ləkəsi olmamışdır. Hadisə zamanı və hadisədən sonra da onun geyim əşyalarında və bədən səthində də hər hansı bir xəsarət olmamışdır. O, əmisi Zərərçəkmiş şəxs bıçaqladıqdan sonra həyəcanlı olmuş və küçədə bıçağı haraya tullaması yadında qalmamışdır. Hazırda bıçağın harada olmasını bilmir. Cinayəti törətdikdən sonra bıçağı cibinə qoymamış, bıçağı əlində saxlamış və yadında qalmayan yerə tullamışdır. O, əmisi Zərərçəkmiş şəxs xəsarət yetirdiyi bıçağı evdə mətbəxdə bıçaqların arasından götürmüşdür. Həmin bıçaq adi mətbəx bıçağı olmuşdur. Amma bıçağın dəstəyinin və tiyəsinin rəngi yadında qalmamışdır. Tiyəsinin uzunluğu təxminən 10-12 sm olmuşdur. O, əmisi Zərərçəkmiş şəxs bıçaqla xəsarət yetirərkən gecə saatları olduğundan, həmçinin hava da qaranlıq olduğundan hadisəni hər hansı bir şəxs görməmişdir. O, əmisi Valehə bıçaqla xəsarət yetirəcəyi barədə əvvəlcədən hər hansı bir şəxsə məlumat verməmişdir. Hadisəni törətdikdən sonra əmisi Şahid1 zəng edib əmisi Valehi bıçaqladığını bildirmişdir. Əmisi Saleh də ona polisə təslim olmasını məsləhət görmüşdür. O da əmisinə evində oturub təslim olmaq üçün polisin evə gəlməsini gözlədiyini demişdir. Əmisi Zərərçəkmiş şəxs bıçaqla xəsarət yetirərkən hər ikisi ayaqüstə üzbəüz dayanmışlar. O, əmisi Valehə sağ əliylə bıçaqla zərbə endirmişdir. Onun əmisi Zərərçəkmiş şəxs qəsdən öldürmək məqsədi və niyyəti olmamışdır. O, əmisi Valehə yalnız bıçaqla xəsarət yetirmək istəmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi X4 ifadədələrində göstərdi ki, o, Buzovna qəsəbəsində yaşayır. Qətlə yetirilən Zərərçəkmiş şəxs qardaşıdır. Təqsirləndirilən şəxs da qardaşı Bahadurun oğludur. Onun nə Valehlə, nə də Şahinlə ədavəti olmamışdır. Valehin ailə həyatı gətirmirdi. Spirtli içki aludəçisi idi. Son vaxtlar spirtli içkini həddindən çox qəbul etməyə başlamışdı. Valeh sərxoş olmayanda çox sakit, mehriban olurdu. Şahinin özü də çox qanacaqlı, qabiliyyətli və böyük-kiçik yeri bilən şəxsdir. Hər qohuməqrəba arasında olduğu kimi onların da qohumlar arasında yüngül anlaşılmazlıqlar olmuşdur, lakin böyüklər arasında məsləhətli şəkildə bütün problemləri həll etməyə nail olmuşlar. Şahin Gövhər adlı qadınla 2013-cü ildə rəsmi nikaha daxil olaraq evlənmiş və nikahdan dörd azyaşlı övladı var. Şahin ailəsi ilə Buzovna qəsəbəsində yerləşən ata həyətində qalırlar. Qardaşı, yəni Şahinin atası Bahadur 2016-cı ildə xəstəlikdən vəfat etmişdir. Digər qardaşı Manaf Buzovna qəsəbəsində Şahingilə yaxın ərazidə öz ailəsi ilə birlikdə yaşayır. Bir qardaşı Vahab öz ailəsi ilə Albalılıq yaşayış massivində yaşayır. O biri qardaşı Saleh isə ailəsi ilə birlikdə Şahingillə qonşuluqda yaşayır. Salehgillə Şahingilin evi arasında olan məsafə təxminən 5-10 dəqiqəlik yoldur. Mərhum qardaşı Valeh də Salehin yaşadığı həyətdə yerləşən başqa evdə tək yaşayırdı. Bundan başqa onun dörd bacısı var və bacıları da ailələri ilə birlikdə Buzovna qəsəbəsi və Maştağa qəsəbəsi ərazilərində yaşayırlar. Valeh əvvəllər Xədicə adlı qadınla evli olmuş, həmin nikahdan Cəmalə adlı qızı olmuş, sonra nikahları pozulmuş və arvadından ayrılmışdır. Daha sonra Valeh Zümrüd adlı qadınla qeyri-rəsmi ər-arvad kimi yaşamış və Ayşən və Taleh adlı övladları olmuşdur, lakin Valeh Zümrüd adlı qadından da ayrılmışdır. Valeh spirtli içki aludəçisi olduğuna görə tüfeyli həyat tərzi keçirirdi. Bacı və qardaşları Valehə çox köməklik etmişlər, çox məsləhətlər vermişlər, lakin Valeh spirtli içki içməkdən əl çəkməmişdir. Şahin ona son zamanlar onun evindən Valehin qab-qacağı icazəsiz götürdüyünü deyirdi. O da Şahinə “əmindir, sən kiçiklik et, onunla mübahisə etmə, nə götürübsə, istifadə edib qaytarar, ya da lazımın olduğu vaxt, sən də gedib Valehgildən götürərsən.” Valehin əvvəllər məhkumluğu da olmuşdur. Valehin narkotik vasitələrdən istifadə etdiyini də eşitmişdir. Valeh sonuncu dəfə 25 noyabr 2021-ci il tarixdə oğurluq etdiyinə görə məhkum olunmuşdu. 29 sentyabr 2022-ci il tarixdə səhərə yaxın saatlarda qardaşı Saleh ona zəng vuraraq Valehin Şahin tərəfindən bıçaqlandığını və Valehin öldüyünü dedi. O da hadisə baş verən yerə gəlmişdir. Hadisə Valehin yaşadığı yerin yaxınlığında küçədə baş vermişdi. X10 zəng edərək Valehi bıçaqla vurduğunu bildirdiyini dedi. Saleh Şahindən bunun səbəbini soruşduqda Valehin Şahinin rəhmətlik atasının goruna və anasına söydüyü üçün özünü saxlaya bilməyib bıçaqla Valehi vurduğunu dediyini bildirdi. Salehin sözlərinə görə Şahin hadisədən sonra öz evlərində polisin gəlib onu aparmasını gözləmişdir. Daha sonra xəbəri olmuşdur ki, Şahin polislərə təslim olmuş və törətdiyi cinayət əməlini etiraf etmişdir. İnanır ki, Şahin heç vaxt Valehi qəsdən öldürmək istəməzmiş. Allahdan Valeh qardaşına rəhmət diləyir, Valehin ölümü ilə bağlı hər hansı bir şəxsdən şikayət və tələbi yoxdur. Şahinin bu hadisəni törətməsi onu çox məyus etmişdir. O, Şahini dörd uşağına bağışlayır. Ondan şikayəti yoxdur. Şahid3 zərərçəkmiş şəxsin hüqüqi varisi X4 ilə eyni məzmunlu ifadələr verib onun ifadələrində göstərdiyi halları təsdiq etdi. Məhkəmədə elan edilib araşdırılmış ifadələrində Şahid4 da zərərçəkmiş şəxsin hüqüqi varisi X4 ilə eyni məzmunlu ifadələr verib onun ifadələrində göstərdiyi halları təsdiq etdi. Şahid2 ifadələrində göstərdi ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yaşayır. Təqsirləndirilən şəxs ilə 2013-cü ildə rəsmi nikaha daxil olaraq evlənmiş və nikahlarından 2015-ci il təvəllüdlü Günay Qədəşova, 2016-cı il təvəllüdlü Nuray Qədəşova, 2017-ci il təvəllüdlü Bahadur Qədəşov və 2022-ci il təvəllüdlü Bahar Qədəşova adlı dörd övladları vardır. Onlar Buzovna qəsəbəsində yerləşən Şahingilin ata həyətlərində qalırlar. Həmin həyətdə üç ev vardır. Evlərdən birində Şahinin böyük qardaşı Ağahüseyn öz ailəsi ilə, o biri evdə anası Şahinin subay qardaşı Cavanşirlə və digər bir evdə isə onlar qalır. Şahinin atası 2016-cı ildə xəstəlikdən vəfat etmişdir. Şahinin dörd əmisi vardır. Onun böyük əmisi Manaf onlarla qonşuluqda öz ailəsi ilə birlikdə yaşayır. O biri əmisi Vahab öz ailəsi ilə birlikdə Buzovna qəsəbəsi, Albalılıq yaşayış massivində yaşayır. O biri əmisi Saleh ailəsi ilə birlikdə qonşuluqda yaşayır. Salehgillə onların evləri arasında olan məsafə təxminən beş-on dəqiqəlik yoldur. Mərhum Valeh isə Salehin yaşadığı həyətdə yerləşən başqa evdə tək yaşayır. Şahinin beş bibisi var. Onlar ailələri ilə birlikdə Buzovna qəsəbəsi və Maştağa qəsəbəsi ərazilərində yaşayırlar. Şahinin əmisi Valeh əvvəllər Xədicə adlı qadınla evli olmuşdur. Həmin nikahdan Cəmalə adlı qızı olmuş, sonra nikahları pozulmuş və ayrılmışlar. Bundan sonra Valeh Zümrüd adlı qadınla qeyri-rəsmi ər-arvad kimi yaşamağa başlamış və onların iki uşağı olmuşdur. Valeh Zümrüddən də ayrıldı. Valeh spirtli içki aludəçisi idi, tüfeyli həyat tərzi keçirirdi. Eşitdiyinə görə, Valeh narkotik maddələrdən də istifadə edirdi. Valehlə aralarında hər hansı ədavət olmamışdır. Amma son zamanlar yaşadıqları həyətdən bəzi əşyalar yoxa çıxmışdır. Onlar əşyaları götürən şəxsin Valeh olduğunu bildikləri üçün bu barədə polisə şikayət etməmişlər. Şahin Valehə iradlarını bildirmişdir. Valeh isə həyətdən və evdən əşya götürdüyünü inkar edirdi. Son zamanlarda Valeh sərxoş vəziyyətdə yaşadıqları evə gələrək Şahinin ünvanına, onun rəhmətə getmiş atasının ünvanına və ailəsinin ünvanına dilə gətirilə bilinməyəcək ifadələrlə söyüşlər söyüb təhqir edirdi. Şahin isə Valehin təhqirlərinə cavab qaytarmırdı, bir böyük kimi həmişə yola verməyə çalışmışırdı. Şahinin atası Bahadur yaşadığı dövrlərdə Valeh Bahadurdan qorxub çəkinirdi. Bahadur rəhmətə gedəndən sonra Valeh onları söyüb təhqir etməyə başlamışdır. Şahin də atasının xətrinə Valeh əmisinə cavab qaytarmırdı. Hadisədən qabaq onlar həyətlərindən çarpayı setkasının yerində olmadığını görmüşlər. Həmin çarpayı setkasının maddi dəyəri olmasa da, həyətdə istifadə etmişlər. Onlar setkanı da Valehin götürdüyünü bilmişlər, lakin bu barədə Valehə heç nə deməmişlər. Bir qədər əvvəl Valeh narkoloji dispanserdə stasionar müalicə alırdı. Müalicədən qabaq, təxminən 2022-ci ilin avqust ayında Şahin Valehgilə gedəndə öz ev əşyalarını orada görmüş və həmin vaxt əşyaları Valehgildən götürüb evə gətirmişdir. Valeh özü 28 sentyabr 2022-ci il tarixdə axşam yenə təxminən saat 23:00 radələrində sərxoş halda onlara gəlmişdir. Həmin vaxt o və uşaqları yatılı olmuşlar. Bunu ona səhərə yaxın polislərə təslim olarkən Şahin danışmışdır. X11 siqaret istədiyini, Şahinin də əmisinə siqaret verdiyiyni, həmin vaxt Valehin Şahinə "sən uje oğraşlıq edirsən, evimdən girib qazan-çayniki götürürsən. Mən səni vuracağam” dediyini bildirib sonra da Şahini təhqir etdiyini dedi. Şahin Valehə “söyüş söymə” dedikdə Valeh Şahini təhqir edib Şahini öldürəcəyi demişdir. Şahin Valehə “sərxoşsan, get, sabah ayıq olanda danışarıq.” demişdir. Bu minvalla Valehi yola salmışdır. Daha sonra Valeh 28 sentyabr 2022-ci il tarixdən 29 sentyabr 2022-ci il tarixə keçən gecə təxminən 00-01 radələrində yenidən onların evinə gəlmişdir. Həmin vaxt yenə o və uşaqları yatmışdır. Şahinin deməsinə görə Valeh yenə Şahini söyüb təhqir etməyə başlamışdır. Şahin yenə Valehi sakitləşdirirək evinə tərəf yola salmağa başlamışdır. Elə bu zaman yarı yolda Valeh Şahini təhqir etmişdir. Valeh Şahinin ölmüş atasının qəbrini söyərək və anasını təhqir edərək valideynlərini ağır sözlərlə təhqir etmişdir. Bundan əsəbləşən Şahin Valehi yarı yolda qoyub evə qayıtmış və evdən mətbəx bıçağını götürüb Valehin yanına qayıtmışdır. Həmin vaxt, yəni 29 sentyabr 2022-ci il təxminən 01-02 radələrində Şahin Valehin yaşadığı evin yaxınlığında küçədə Valehə üzr istəməsini bildirmişdir. Valeh Şahindən üzr istəməyərək yenə valideynlərini söymüşdür. Bundan sonra Şahin əsəbiləşib Valehi qorxutmaq üçün evdən götürdüyü mətbəx bıçağı ilə Valehə bir dəfə vurub evə qayıdıb əmisi Salehə zəng edərək Valehi bıçaqladığını demişdir. Az sonra Saleh zəng edib demişdir ki, Valeh ölüb. Şahin də evdə oturub polislərin gəlməsini gözləmişdir. Bir qədər sonra polis əməkdaşları evə gəldilər. Şahin polis əməkdaşarına Valehi bıçaqladığını, bıçağı küçədə yadında qalmayan yerə tulladığını dedi. Şahin əmisi Valehi bıçaqladığma görə və əmisinin öldüyünə görə çox peşman olmuşdu. Şahinin ona dediyinə görə Valehi qəsdən öldürmək fikri və niyyəti olmamışdır. Şahid1 ifadəsində göstərdi ki, Buzovna qəsəbəsində yaşayır. Zərərçəkmiş şəxs onun qardaşıdır. Təqsirləndirilən şəxs onun qardaşı Bahadurun oğludur. Onun nə Valehlə, nə də Şahinlə ədavət və ya dava-dalaşı olmamışdır. Qardaşı Valehin ailələri dağıldıqdan sonra spirtli içki aludəçisi olmuşdur. Valeh sərxoş olmayanda çox sakit, mehriban biri olmuşdur. Şahin özü də çox qanacaqlı, qabiliyyətli və böyük-kiçik yeri bilən adam idi. Şahin evlidir. Dörd azyaşlı övladı var. Onlar Buzovna qəsəbəsində yerləşən ata həyətində yaşayırlar. Şahinin atası Bahadur 2016-cı ildə ölüb. Onun yaşadığı evlə Şahingilin evi arasında olan məsafə təxminən beş-on dəqiqəlikdir. Valeh də Şahinin yaşadığı həyətdə yerləşən başqa evdə tək yaşayırdı. Valeh spirtli içki aludəçisi olduğuna görə tüfeyli həyat tərzi keçirirdi. Şahin də son zamanlar Valehin evdən qab-qacağı icazəsiz götürdüyünü deyib şikayətlənirdi. O da Şahinə səbrli olmasını, Valehin oğurlamaq məqsədi ilə əşyaları götürmədiyini, yəqin istifadə edib qaytaracağını demişdir. Valehin əvvəllər məhkumluğu olmuşdur. Valehin narkotik vasitələrdən istifadə etdiyini də eşitmişdir. Valeh sonuncu dəfə 25 noyabr 2021-ci il tarixdə oğurluğa görə məhkum olunmuşdu. 29 sentyabr 2022-ci il tarixdə gecə təxminən 02-03 radələrində Şahin zəng vuraraq Valehi yaşadığı evin yaxınlığında küçədə bıçaqladığını dedi. O, Şahinə özünün hadisə yerinə getdiyini deyib onu da ora çağırıb küçəyə çıxdıqda Valehin qarın hissəsi qana bulaşmış halda öldüyünü görüb Şahinə zəng edib Valehin öldüyünü deyib, özü təcili tibbi yardıma və polisə məlumat vermişdir. Təcili tibbi yardım maşınında gələn həkimlər Valehin artıq öldüyünü bildirdiilər. Daha sonra eşitmişdir ki, polislər Şahingilə getmiş və Şahin təslim olmuşdur. Məhkəmədə elan edilib araşdırılmış Məhkəmə tibbi ekspertizasının 26 oktyabr 2022-ci il tarixli, 145 saylı rəyindən görünür ki, mərhum Zərərçəkmiş şəxs meyitində aşkar edilmiş xəsarət, qaraciyərin sağ payının zədələnməsi, kəskin qanitirmə ilə müşayiət olunan döş qəfəsinin ön səthinin sağ yarısının aşağı üçdə birinin daxilə, qarın boşluğuna nüfuz edən 1 ədəd deşilmiş-kəsilmiş yarası yetirilmişdir. Qeyd olunan döş qəfəsinin 1 ədəd deşilmiş-kəsilmiş yarası deşici-kəsici alətin (ola bilsin bıçağın) təsirindən törənmiş, həyatidir, törənmə müddəti onun meyitinin meyitxanada məhkəmətibbi müayinəsindən əvvəl olmaqla qərarda göstərilən xx.xx.2022-ci il tarixə uyğun gəlir. Mərhum Zərərçəkmiş şəxs meyitində aşkar olunmuş xəsarət, döş qəfəsinin ön səthinin sağ yarısının aşağı üçdə birinin daxilə, qarın boşluğuna nüfuz edən və qaraciyərin sağ payının zədələnməsi, kəskin qanitirmə ilə müşayiət olunan bir ədəd deşilmiş-kəsilmiş yarası həyat üçün təhlükəli olan sağlamlığa ağır dərəcəli zərərvurmamn əlamətinə malikdir və baş vermiş ölümlə birbaşa səbəbli-əlaqəlidir. Yara kanalının istiqaməti öndən arxaya, sağdan az sola, yuxarıdan bir qədər aşağıya doğrudur, yara kanalının uzunluğu təxminən 8-9 sm-dir. Mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb qaraciyərin sağ payının zədələnməsi nəticəsində baş vermiş kəskin qanitirmə olmuşdur. Meyit əlamətlərinin inkişaf dərəcəsinə əsasən ölüm mərhum Zərərçəkmiş şəxs meyitxanada müayinəsindən 4-6 saat əvvəl baş vermişdir. Hadisə haqqında olan məlumatlara, xəsarətin xarakterinə və lokalizasiyasma əsasən demək olar ki, mərhum Zərərçəkmiş şəxs bədənində aşkar olunan xəsarət kənar şəxs tərəfindən yetirilmişdir. Xəsarətlər yetirilərkən mərhum Zərərçəkmiş şəxs bədənin müxtəlif duruş vəziyyətlərində (ayaqüstü, yarıoturaq, yarıuzanıq və s.) ola bilərdi. Mərhum Zərərçəkmiş şəxs meyitinin arxa keçəcəyindən götürülmüş tamponda spermotozoidlər aşkar edilməmişdir. Mərhum Zərərçəkmiş şəxs meyitinin müayinəsi zamanı arxa keçəcək nahiyəsindən qeyri-təbii yolla cinsi əlaqədə olmanın əlamətləri (sfınktorun boşalması, şüavari büküşlərin hamarlaşması və selikli qişanın zədələnməsi) aşkar edilməmişdir. Hadisə vaxtı mərhum Zərərçəkmiş şəxs əynində olmuş paltardakı zədələrlə bədənində aşkar olunmuş xəsarət uyğunluq təşkil edir. Mərhum Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində 1,6 % 0 etil spirti aşkar edilmişdir. Rəsmi cədvəl üzrə bu miqdar etil spirti sağkən orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətinə uyğundur. Narkotik maddələr və güclü təsiredicilər aşkar edilməmişdir. Məhkəmədə elan edilib araşdırılmış üzrə kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının 26 noyabr 2022-ci il tarixli, 3133 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törədən zaman və sonrakı dövrlərdə psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Onun əqli-intellektual imkanlarının nornaya uyğundur. Emosional-iradi sferasında, fərdi-psixi xüsusiyyətlərində, hərəkət və davranışını iradi olaraq tənzimləməsində hər hansı bir dəyişiklik aşkar olunmur. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməllər barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarına malikdir. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə özünə və ətrafdakılara zərər yetirmək təhlükəsi qeyd edilmir. Təqsirləndirilən şəxs cinayət əməlini törətdikdən sonra onda hər hansı bir psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və s. psixi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs cinayət hadisəsi baş verən zaman fizioloji affekt vəziyyətində olmamışdır. Cinayət törədildiyi zaman Təqsirləndirilən şəxs şüuruna və fəaliyyətinə mühüm təsir göstərə bilən psixi-emosional vəziyyətdə olmamışdır. Məhkəmədə Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda nəzərdə tutulan cinayət əməlini törətməkdə özünü qismən təqsirli bilib ziddiyyətli ifadələr verib göstərdi ki, o, Zərərçəkmiş şəxs bıçaqla vurmaq niyyətində olmamışdır. Zərərçəkmiş şəxs onun üstünə bıçaqla gəldikdə, o, Zərərçəkmiş şəxs əlindən bıçağı almış, sonuncu onun üstünə gəlməkdə davam edərəkən bıçaq təsadüfən Zərərçəkmiş şəxs dəymişdir. O, həmin ifadəsində də əmisini bir dəfə bıçaqla vurduğunu, lakin sonuncunun yıxılmadığını göstərdi. Onun bu ifadələri araşdırılarkən Təqsirləndirilən şəxs özünün ibtidai istintaq zamanı ifadələrində Zərərçəkmiş şəxs xəsarət yetirdiyi bıçağı öz evindən götürdüyünü, götürməkdə məqsədinin Zərərçəkmiş şəxs bıçaqla vurub qorxutmaq olduğunu göstərməsi müəyyən olundu. Onun ibtidai istintaq zamanı verdiyi bu ifadələri onun sözlərinə əsasən istər ibtidai istintaq zamanı, istərsə də məhkəmə də həmin halları təsdiq edən Şahid2 ifadələri və işin faktiki halları ilə təsdiq olundu. Onun inkar edici ifadələri əsaslı şübhələrlə müşahidə olundu. Çünki məhkəmənin qənaətinə görə Təqsirləndirilən şəxs X1 bıçağı ilə vurduğu halda həmin bıçağı gizlətməsi ağlabatan deyildir. Bu səbəbdən də məhkəmə, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs öldürmək niyyəti ilə deyil, qoxutmaq məqsədi ilə vurduğu, digər əmisi Şahid1 məlumat verib həkim çağırmağı deməsinin sübuta yetirilmədiyi qənaətinə gəlir. Məhkəmənin bu qənaəti Şahid1 ifadələri baxımından da əsaslıdır. Çünki o, ifadələrində Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vurduğunu, vurduğu yeri dediyini göstəri. Təqsirləndirilən şəxs tərəfindən ona təcili yardım həkimlərinə zəng etməsi barəsində məlumat verməyib, hadisə yerinə gəlib qardaşı Valehin öldüyünü görüb təcili yardıma və polis orqanlarını məlumat verdiyini göstərdi. Məhkəmə göstərilənləri nəzərə alıb Təqsirləndirilən şəxs ittihamı inkar edilməsinə yönələn ifadələrini özünün müdafiəsinə yönələn ifadələr kimi qiymətləndirir. Məhkəmə qeyd edir ki, gəldiyi bütün nəticələri əsaslandırmalıdır, lakin bu o demək deyildir ki, məhkəmə gəldiyi nəticəyə əsas olmuş bütün halları təsvir etməlidir. Məhkəmənin bu qənaəti İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin X9rşı (19 aprel 1994-cü il) işində (51 b bəndi) gəldiyi qənaəti baxımından da əsaslıdır. Məhkəmə həmin qərarında qeyd etmişdir ki, ədalətli məhkəmə araşdırması hüquqi tələb edir ki, məhkəmə çıxardığı qərarları əsaslandırsın. Bu o, demək deyil ki, tərəflərin irəli sürdüyü hər bir arqumentə ətraflı cavab verilməlidir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda nəzərdə tutulan cinayət əməllərinin anlaqlı vəziyyətdə qəsdən törətməsi qənaətinə gəlib, onun təqsirli bilinməsi və onun həmin əməllərinin Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə tövsif edilməsini əsaslı sayır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məxsus cinayət qanununun tələblərinə uyğun müsadirə edilə bilən əmlak müəyyən edilmədi. İş üzrə mülki iddia verilməmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 50 (əlli)saat hüquqi yardım göstərilməsi müəyyən olundu. Buna görədə hər saata 6 (altı) manat hesablanmaqla ona 300 (üç yüz) manat ödənilməlidir. Məhkəmə həmin məbləğin dövlət büdcəsi hesabına ödənilib, Təqsirləndirilən şəxs həmin ödəmədən azad olunmasını əsaslı sayır. Çünki onun həmin məbləği ödəmək üçün maddi imkanının olmaması müəyyən olundu. Məhkəmə, iş üzrə maddi sübut kimi tanınıb, saxlanılması üçün Bakı şəhəri Xəzər rayon prokurorluğunun maddi sübutların saxlanc yerinə təhvil verilmiş Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş 1 ədəd qara rəngli, öndən zəncirbəndlə bağlanan gödəkçə, 1 ədəd yerliyi qara rəngli, bozumtul rəngli üfüqi zolaqları olan sviter, 1 ədəd qara rəngli şalvar istehlak dəyərlərini itidikləri üçün məhv olunmasını, Təqsirləndirilən şəxs hadisə zamanı əynində olmuş 1 ədəd, qolları və kürək hissəsi qara, ön hissədən zəncirbəndli, qəhvəyi-bənövşəyi rəngli jaket, 1 ədəd, ağ rəngli, 3 düyməli qısaqol köynək və 1 ədəd açıq göy rəngli jeans şalvar onun ailə üzvülərinə qaytarılmasını əsaslı sayır. Məhkəmədə araşdırılmış cinayət işin materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən və əlavə olunmuş arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkmədə Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirən hal kimi təqsirli bilindiyi əməli zərərçəkmiş şəxsin əxlaqsız hərəkətələri nəticəsində törətməsi, törətdiyi əməldən peşman olması, himayəsində dörd azyaşlı uşağının olması, zərərçəkmiş şəxsin hüqüqi varisi ilə barışması, əvvəllər məhkum olunmaması müəyyən olundu. Məhkmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmə, göstərilənləri Təqsirləndirilən şəxs şəxsiyyətini xarakterizə edən hallar kimi qiymətləndirib ona təyin olunacaq cəzaya təsir edən hallar kimi nəzərə alır və ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini əsaslı sayır. Çünki məhkəmənin qənaətinə görə Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzasından nisbətən daha yüngül cəza təyin etmək üçün əsaslar müəyyən olunmadı. Məhkəmədə elan olunub, araşdırılmış cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırkı iş üzrə 29 sentyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 30 sentyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib barəsində həbs qətimkan tədbiri seçilib hazırkı vaxta qədər həbsdə saxlanılması müəyyən olundu. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən və cəzanın başlanğıcını müəyyən edərkən həmin halı nəzərə alır. Məhkəmə, yuxarıda göstərilən halları, həmçinin, cinayət əməlinin xarakterini və Təqsirləndirilən şəxs ilk dəfə qəsdən xüsusi ilə ağır cinayət törətməyə görə azadlıqdan məhrumetmə cəzasına məhkum olunduğunu nəzərə alıb, ona təyin edilmiş cəzanın onun tərəfindən Azərbaycan Respublikası CM-nin 56.1.3-ci maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəndə çəkməli olmasını nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cəzalandırılmalı və barəsində azadlıqdan məhrumetmə cəzası tətbiq edilməli olması qənaətinə gəldiyindən, hökm qanuni qüvvəyə minənə qədər onun barəsində qətimkan tədbiri qismində seçilmiş həbsin dəyişdirilmədən saxlanılmasını əsaslı sayır. Məhkəmə, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın müddətini müəyyən edərkən, onun tərəfindən törədilmiş cinayət əməlinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, onun cəzasını yüngülləşdirən halların olmasını, ağırlaşdıran halın olmamasını, o cümlədən də, təyin ediləcək cəzanın onun islah olunmasına, həyat və ailə şəraitinə təsirini, onun cəmiyyətə reinteqrasiyasını nəzərə alır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 10 (on) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin olunsun. Təqsirləndirilən şəxs təyin olunmuş cəzanın başlanğıcı 29 sentyabr 2022-ci il tarixdən hesablansın. O, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri qismində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Dövlət büdcəsindən Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi 300 (üç yüz) manat Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Hüquqi yardım və Tədris mərkəzinin hesabına ödənilsin. Təqsirləndirilən şəxs həmin məbləği ödəməkdən azad olunsun. İş üzrə maddi sübut qismində tanınmış Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş 1 ədəd qara rəngli, öndən zəncirbəndlə bağlanan gödəkçə, 1 ədəd yerliyi qara rəngli, bozumtul rəngli üfüqi zolaqları olan sviter, 1 ədəd qara rəngli şalvar istehlak dəyərlərini itirdikləri üçün məhv edilsinlər. Təqsirləndirilən şəxs hadisə zamanı əynində olmuş 1 ədəd qolları və kürək hissəsi qara, ön hissədən zəncirbəndli, qəhvəyi-bənövşəyi rəngli jaket, 1 ədəd, ağ rəngli, 3 düyməli qısaqol köynək və 1 ədəd, açıq göy rəngli cins materiallı şalvar Təqsirləndirilən şəxs qohumlarına qaytarılsın.. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün sürəti ona təqdim olunduğu andan, andan 20 (iyirmi) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm yuxarıdakı müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Novruz Kərimov Hakimlər Rasim Sadıxov Leyla Əsgərova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar