Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-922/2024 14.06.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər, X13 (sədrlik edən), X12 və X6 ibarət tərkibdə, məhkəmə iclasının katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X4 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1, onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, “Femida” Vəkil Bürosunun vəkili X1, Təqsirləndirilən şəxs2, onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, “Femida” Vəkil Bürosunun vəkili Müdafiəçi3, Təqsirləndirilən şəxs3, onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi6, Təqsirləndirilən şəxs4, onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi5 iştirakı ilə xx xxxx 2000-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, heç bir yerdə işləməyən, məhkumluğu olmayan, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, X24 küçəsi, ev 73A ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanda yaşayan, 07 iyun 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)-250/2023 saylı, 09 iyun 2023-cü il tarixli qərarı ilə barəsində 07 oktyabr 2023-cü il tarixədək ev dustaqlığı qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.2.1-ci, 181.2.3-cü, 181.2.5-ci, 182.2.1-ci, 182.2.2-ci, 182.2.3-cü və 326.2-ci maddələri ilə, xx xxxxx 1996-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, himayəsində 1 azyaşlı uşağı olan, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, X24 küçəsi, ev 73A ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanda yaşayan, 18 iyul 2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)-287/2023 saylı, 18 iyul 2023-cü il tarixli qərarı ilə barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.2.1-ci, 181.2.3-cü, 181.2.5-ci, 182.2.1-ci, 182.2.2-ci, 182.2.3-cü və 326.2-ci maddələri ilə xx xxxx 1988-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində dörd azyaşlı uşağı olan, orta təhsilli, heç bir yerdə işləməmiş, ünvan 3 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, 07 iyun 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)-249/2023 saylı, 09 iyun 2023-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.2.1-ci, 181.2.3-cü, 181.2.5-ci, 182.2.1-ci, 182.2.2-ci, 182.2.3-cü və 326.2-ci maddələri ilə, xx xxxxxx 1992-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, heç bir yerdə işləməmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)- 260/2024 saylı, 28 fevral 2024-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CMnin 177.2.1-ci və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, ünvan 4 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, ünvan 5cü il tarixli qərarı ilə barəsində əvvəli 14 avqust 2023-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.2.1-ci, 181.2.3-cü, 181.2.5-ci, 182.2.1-ci, 182.2.2-ci, 182.2.3-cü və 326.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs1 06 iyun 2023-cü il tarixdə Bakı şəhərində bacısı Təqsirləndirilən şəxs2, tanışları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 ilə quldurluq, yəni özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla və ya belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın etmək barədə qabaqcadan əlbir olub ünvan 6 ünvanında yaşayan Zərərçəkmiş şəxs yaşayış sahəsinə qanunsuz girməklə quldurluq etmək barədə razılaşandan sonra planlaşdırdıqları qaydada hərəkət edərək, həmin gün saat 14 radələrində X16 Kişiyevlə əlaqə saxlayıb gecə saat 23-dən sonra sonuncunun yaşadığı ünvanda görüşmələri barədə razılaşaraq, 7 iyun 2023-cü il tarixə keçən gecə saat 01 radələrində Təqsirləndirilən şəxs4 idarə etdiyi “Hyundai Accent” markalı **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə həmin ünvana gəlib aşkar olunmamaq üçün girişdən aralıda dayanmışlar. Təqsirləndirilən şəxs2 avtomobildən düşüb onu evdə gözləyən Zərərçəkmiş şəxs yanına gedərək, orada bir müddət olub ayaqyoluna getmək bəhanəsi ilə həyətə çıxaraq, küçədə gözləyən qrupun digər üzvlərinə məlumat verib evə qayıdandan bir neçə dəqiqə sonra Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4, onların ardınca özü də evə daxil olmuş, Təqsirləndirilən şəxs4 silah qismində istifadə etdiyi naməlum nümunəli bıçağı tətbiq etməklə həyatı və sağlamlığı üçün təhlükəli zor tətbiq ediləcəyi ilə hədələyərək Zərərçəkmiş şəxs hücum edib bədəninin müxtəlif nahiyələrinə yumruqla zərbələr vurub yerə yıxmış, sonra Təqsirləndirilən şəxs4la birlikdə Zərərçəkmiş şəxs yıxıldığı yerdə yumruq və təpiklə vurmaqda davam edərək, Təqsirləndirilən şəxs1 zorlamaqda ittiham etmiş və buna görə cəzalandırılacağını bildirmişlər, Zərərçəkmiş şəxs onu zorlamadığını deməsi ilə razılaşmayaraq yerdən qaldırmış və Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs4 verdiyi kapron qaytanla Zərərçəkmiş şəxs qollarını arxasında bağlayaraq divana oturtmuş, bədəninin müxtəlif nahiyələrinə vurduqları zərbələrin təsiri və bıçaqla zor tətbiq ediləcəyi hədəsi altında sonuncunu onunla cinsi əlaqədə olduğunu etiraf edərək danışmağa məcbur edib onun və Təqsirləndirilən şəxs3 telefonları ilə danışıqların videoçəkilişini aparmış, eyni zamanda evdə olan pulların və qiymətli əşyaların yerlərini soruşaraq birgə hərəkətləri ilə 870 manat nağd pulu, üstündə bir ədəd qiyməti 400 manat olan “Azərsel” mobil rabitə şəbəkəsinin 050 *** ** ** nömrəli sim kartı, bir ədəd qiyməti 100 manat olan “Azərfon” mobil rabitə şəbəkəsinin sim kartı olan, özünün qiyməti 850 manat olan “Samsung A 53” markalı mobil telefonu, qiyməti 150 manat olan “Nokia” markalı mobil telefonu üstündəki qiyməti 15 manat olan yaddaş kartı ilə birlikdə, qiyməti 60 manat olan “Kgtel” markalı mobil telefonu, qiyməti 600 manat olan “Hoffman” markalı televizoru, qiyməti 300 manat olan gümüş kişi qol saatını, qiyməti 50 manat olan göy dəri bağlı kişi qol saatını, qiyməti 90 manat olan qəhvəyi dəri bağlı kişi qol saatını, qiyməti 200 manat olan “Carteer” brendli kişi eynəyini, qiyməti 40 manat olan göy rəngli kişi eynəyini, qiyməti 40 manat olan optik eynəyi, hər qutusunun qiyməti 10 manat, ümumi qiyməti 140 manat olan 14 qutu “Parlament” markalı siqareti, hər birinin qiyməti 15 manat olmaqla ümumi qiyməti 60 manat olan 4 ədəd suvenir qaz alışqanlarını, qiyməti 20 manat olan bir ədəd flaşkartı, ümumi qiyməti 60 manat olan iki ədəd Ərəbistan ətirini, qiyməti 50 manat olan bir ədəd qara rəngli dəridən kişi əl çantasını, eləcə də onun Zərərçəkmiş şəxs barmağından çıxartdığı qiyməti 700 manat olan kişi qızıl üzüyü və boynundan qırıb götürdüyü qiyməti 40 manat olan sadə metaldan zəncirə formalı kişi boyunbağısını, ələ keçirib talayaraq, ümumilikdə Zərərçəkmiş şəxs 4835 (dörd min səkkiz yüz otuz beş) manat məbləğində ziyan vurmaqla quldurluq etmişdir. Bundan əlavə o, 07 iyun 2023-cü il tarixdə saat 01 radələrində bacısı Təqsirləndirilən şəxs2, tanışları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 ilə ünvan 6 ünvanda yaşayan Zərərçəkmiş şəxs yaşayış sahəsinə qanunsuz girməklə quldurluq etdikləri zaman, ümumi niyyətlə hərəkət edən bir qrup şəxs halında birgə hərəkətləri ilə Zərərçəkmiş şəxs adına ASAN-4 xidməti tərəfindən xx.xx.2015-ci il tarixdə verilmiş, xx.xx.2027-ci il tarixədək etibarlı olan AZE №******** seriya və nömrəli Azərbaycan Respulikası vətəndaşının şəxsiyyət vəsiqəsini və Daxili İşlər Nazirliyi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş, xx.xx.2030-cu il tarixədək etibarlı olan C03175767 seriya və nömrəli pasportu ələ keçirərək talamışdır. Bundan əlavə o, 07 iyun 2023-cü il tarixdə saat 01 radələrində bacısı Təqsirləndirilən şəxs2, tanışları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında ünvan 6 ünvanda yaşayan Zərərçəkmiş şəxs hücum edərək əmlakını ələ keçirmə məqsədi ilə həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla və ya belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın edəndən sonra qabaqcadan əlbir olan bir qrup şəxs halında, təkrarən, hədə-qorxu ilə tələb etmə, yəni zərər çəkmiş şəxsin üzərində zor göstərmə, onun haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə əmlakını tələb edərək, Təqsirləndirilən şəxs4 bıçaqla Zərərçəkmiş şəxs hədələməkdə davam etdiyi vəziyyətdə o, daha bir neçə yumruq zərbəsi vurub əvvəlki zərbələrlə yetirilən xəsarətlər də nəzərə alınmaqla, Zərərçəkmiş şəxs ümumilikdə başın alın nahiyəsinin sıyrıqları, sol üst göz qapağının qançırı, burunun yumşaq toxumasının qançırı və burun belinin sıyrığı, sol bazunun bir xətt üzrə yerləşmiş nöqtə şəkilli sıyrıqları kimi sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilməyən xəsarətlər yetirməklə zor tətbiq edərək, onunla ilə cinsi əlaqədə olmasını etiraf etməsinin videoyazısını sosial şəbəkələrdə yaymaqla qohumları və tanışları arasında rüsvay edəcəkləri ilə hədələyərək, 07 iyun 2023-cü il tarixdə saat 17-dək onlara 5000 (beş min) manat pul verməsini tələb etmişdir. Təqsirləndirilən şəxs2 06 iyun 2023-cü il tarixdə Bakı şəhərində bacısı Təqsirləndirilən şəxs1, tanışları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 ilə quldurluq, yəni özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla və ya belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın etmək barədə qabaqcadan əlbir olub ünvan 6 ünvanında yaşayan Zərərçəkmiş şəxs yaşayış sahəsinə qanunsuz girməklə quldurluq etmək barədə razılaşandan sonra planlaşdırdıqları qaydada hərəkət edərək həmin gün saat 14 radələrində o, Zərərçəkmiş şəxslə əlaqə saxlayıb gecə saat 23-dən sonra sonuncunun yaşadığı ünvanda görüşmələri barədə razılaşaraq 7 iyun 2023-cü il tarixə keçən gecə saat 01 radələrində Təqsirləndirilən şəxs4 idarə etdiyi “Hyundai Accent” markalı 77- PJ-814 dövlət qeydiyyat nişanlı avtomobil ilə həmin ünvana gəlib aşkar olunmamaq üçün girişdən aralıda dayanmışlar. O, avtomobildən düşüb onu evdə gözləyən Zərərçəkmiş şəxs yanına gedərək orada bir müddət olub ayaqyoluna getmək bəhanəsi ilə həyətə çıxaraq küçədə gözləyən qrupun digər üzvlərinə məlumat verib evə qayıdandan bir neçə dəqiqə sonra Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4, onların ardınca Təqsirləndirilən şəxs1 evə daxil olmuş, Təqsirləndirilən şəxs4 silah qismində istifadə etdiyi naməlum nümunəli bıçağı tətbiq etməklə həyatı və sağlamlığı üçün təhlükəli zor tətbiq ediləcəyi ilə hədələyərək Zərərçəkmiş şəxs hücum edib bədəninin müxtəlif nahiyələrinə yumruqla zərbələr vurub yerə yıxmış, sonra Təqsirləndirilən şəxs4la birlikdə Zərərçəkmiş şəxs yıxıldığı yerdə yumruq və təpiklə vurmaqda davam edərək Təqsirləndirilən şəxs1 zorlamaqda ittiham etmiş və buna görə cəzalandırılacağını bildirmişlər, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs1 zorlamadığını deməsi ilə razılaşmayaraq yerdən qaldırmış və Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs4 verdiyi kapron qaytanla Zərərçəkmiş şəxs qollarını arxasında bağlayaraq divana oturtmuş, bədəninin müxtəlif nahiyələrinə vurduqları zərbələrin təsiri və bıçaqla zor tətbiq ediləcəyi hədəsi altında sonuncunu Təqsirləndirilən şəxs1 ilə cinsi əlaqədə olduğunu etiraf edərək danışmağa məcbur edib onun və Təqsirləndirilən şəxs3 telefonları ilə danışıqların videoçəkilişini aparmış, eyni zamanda evdə olan pulların və qiymətli əşyaların yerlərini soruşaraq birgə hərəkətləri ilə 870 manat nağd pulu, üstündə bir ədəd qiyməti 400 manat olan “Azercell” mobil rabitə şəbəkəsinin 050 *** ** ** nömrəli sim kartı, bir ədəd qiyməti 100 manat olan “Azerfon” mobil rabitə şəbəkəsinin sim kartı olan, özünün qiyməti 850 manat olan “Samsung A 53” markalı mobil telefonu, qiyməti 150 manat olan “Nokia” markalı mobil telefonu üstündəki qiyməti 15 manat olan yaddaş kartı ilə birlikdə, qiyməti 60 manat olan “Kgtel” markalı mobil telefonu, qiyməti 600 manat olan “Hoffman” markalı televizoru, qiyməti 300 manat olan gümüş kişi qol saatını, qiyməti 50 manat olan göy dəri bağlı kişi qol saatım, qiyməti 90 manat olan qəhvəyi dəri bağlı kişi qol saatını, qiyməti 200 manat olan “Carteer” brendli kişi eynəyini, qiyməti 40 manat olan göy rəngli kişi eynəyini, qiyməti 40 manat olan optik eynəyi, hər qutusunun qiyməti 10 manat, ümumi qiyməti 140 manat olan 14 qutu “Parlament” markalı siqareti, hər birinin qiyməti 15 manat olmaqla ümumi qiyməti 60 manat olan 4 ədəd suvenir qaz alışqanlarını, qiyməti 20 manat olan bir ədəd Haşkartı, ümumi qiyməti 60 manat olan iki ədəd Ərəbistan ətirini, qiyməti 50 manat olan bir ədəd qara rəngli dəridən kişi əl çantasını, eləcə də onun Zərərçəkmiş şəxs barmağından çıxartdığı qiyməti 700 manat olan kişi qızıl üzüyü və boynundan qırıb götürdüyü qiyməti 40 manat olan sadə metaldan zəncirə formalı kişi boyunbağısını, ələ keçirib talayaraq, ümumilikdə Zərərçəkmiş şəxs 4835 (dörd min səkkiz yüz otuz beş) manat məbləğində ziyan vurmaqla quldurluq etmişdir. Bundan əlavə o, 07 iyun 2023-cü il tarixdə saat 01 radələrində bacısı Təqsirləndirilən şəxs1, tanışları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 ilə ünvan 7 ünvanında yaşayan Zərərçəkmiş şəxs yaşayış sahəsinə qanunsuz girməklə quldurluq etdikləri zaman ümumi niyyətlə hərəkət edən bir qrup şəxs halında birgə hərəkətləri ilə Zərərçəkmiş şəxs adına ASAN-4 xidməti tərəfindən xx.xx.2015-ci il tarixdə verilmiş, xx.xx.2027-ci il tarixədək etibarlı olan AZE № ******** seriya və nömrəli Azərbaycan Respulikası vətəndaşının şəxsiyyət vəsiqəsini və Daxili İşlər Nazirliyi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş, xx.xx.2030-cu il tarixədək etibarlı olan C03175767 seriya və nömrəli pasportu ələ keçirərək talamışdır. Bundan əlavə o, 07 iyun 2023-cü il tarixdə saat 01 radələrində bacısı Təqsirləndirilən şəxs1, tanışları X9 və Təqsirləndirilən şəxs4 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında ünvan 6 ünvanda yaşayan Zərərçəkmiş şəxs hücum edərək, əmlakını ələ keçirmə məqsədi ilə həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla və ya belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın edəndən sonra, qabaqcadan əlbir olan bir qrup şəxs halında, təkrarən, hədə-qorxu ilə tələb etmə, yəni zərər çəkmiş şəxsin üzərində zor göstərmə, onun haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə əmlakını tələb edərək, Təqsirləndirilən şəxs4 bıçaqla Zərərçəkmiş şəxs hədələməkdə davam etdiyi vəziyyətdə o, daha bir neçə yumruq zərbəsi vurub əvvəlki zərbələrlə yetirilən xəsarətlər də nəzərə alınmaqla, Zərərçəkmiş şəxs ümumilikdə başın alın nahiyəsinin sıyrıqları, sol üst göz qapağının qançırı, burunun yumşaq toxumasının qançırı və burun belinin sıyrığı, sol bazunun bir xətt üzrə yerləşmiş nöqtə şəkilli sıyrıqları kimi sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilməyən xəsarətlər yetirməklə zor tətbiq edərək, Təqsirləndirilən şəxs1 ilə cinsi əlaqədə olmasını etiraf etməsinin videoyazısını sosial şəbəkələrdə yaymaqla qohumları və tanışları arasında rüsvay edəcəkləri ilə hədələyərək, 07 iyun 2023-cü il tarixdə saat 17-dək onlara 5000 (beş min) manat pul verməsini tələb etmişdir. Təqsirləndirilən şəxs3 06 iyun 2023-cü il tarixdə Bakı şəhərində Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 ilə quldurluq, yəni özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla və ya belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın etmək barədə qabaqcadan əlbir olub, ünvan 6 ünvanında yaşayan Zərərçəkmiş şəxs yaşayış sahəsinə qanunsuz girməklə quldurluq etmək barədə razılaşandan sonra planlaşdırdıqları qaydada hərəkət edərək həmin gün saat 14 radələrində Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxslə əlaqə saxlayıb gecə saat 23-dən sonra sonuncunun yaşadığı ünvanda görüşmələri barədə razılaşaraq 7 iyun 2023-cü il tarixə keçən gccə saat 01 radələrində Təqsirləndirilən şəxs4 idarə etdiyi “Hyundai Accent” markalı 77-PJ-S14 dövlət qeydiyyat nişanlı avtomobil ilə həmin ünvana gəlib aşkar olunmamaq üçün girişdən aralıda dayanmışlar. Təqsirləndirilən şəxs2 avtomobildən düşüb onu evdə gözləyən Zərərçəkmiş şəxs yanına gedərək, orada bir müddət olub ayaqyoluna getmək bəhanəsi ilə həyətə çıxaraq, küçədə gözləyən qrupun digər üzvlərinə məlumat verib evə qayıdandan bir neçə dəqiqə sonra özü və Təqsirləndirilən şəxs4, onların ardınca Təqsirləndirilən şəxs1 evə daxil olmuş, Təqsirləndirilən şəxs4 silah qismində istifadə etdiyi naməlum nümunəli bıçağı tətbiq etməklə həyatı və sağlamlığı üçün təhlükəli zor tətbiq ediləcəyi ilə hədələyərək Zərərçəkmiş şəxs hücum edib bədəninin müxtəlif nahiyələrinə yumruqla zərbələr vurub yerə yıxmış, sonra Təqsirləndirilən şəxs4la birlikdə Zərərçəkmiş şəxs yıxıldığı yerdə yumruq və təpiklə vurmaqda davam edərək Təqsirləndirilən şəxs1 zorlamaqda ittiham etmiş və buna görə cəzalandırılacağını bildirmişlər, Zərərçəkmiş şəxs qadını zorlamadığını deməsi ilə razılaşmayaraq yerdən qaldırmış və Təqsirləndirilən şəxs4 verdiyi kapron qaytanla Zərərçəkmiş şəxs qollarını arxasında bağlayaraq divana oturtmuş, bədəninin müxtəlif nahiyələrinə vurduqları zərbələrin təsiri və bıçaqla zor tətbiq ediləcəyi hədəsi altında sonuncunu Təqsirləndirilən şəxs1 ilə cinsi əlaqədə olduğunu etiraf edərək danışmağa məcbur edib onun və Təqsirləndirilən şəxs1 telefonları ilə danışıqların videoçəkilişini aparmış, eyni zamanda evdə olan pulların və qiymətli əşyaların yerlərini soruşaraq, birgə hərəkətləri ilə 870 manat nağd pulu, üstündə bir ədəd qiyməti 400 manat olan “Azercell” mobil rabitə şəbəkəsinin 050 *** ** ** nömrəli sim kartı, bir ədəd qiyməti 100 manat olan “Azerfon” mobil rabitə şəbəkəsinin sim kartı olan, özünün qiyməti 850 manat olan “Samsung A 53” markalı mobil telefonu, qiyməti 150 manat olan “Nokia” markalı mobil telefonu üstündəki qiyməti 15 manat olan yaddaş kartı ilə birlikdə, qiyməti 60 manat olan “Kgtel” markalı mobil telefonu, qiyməti 600 manat olan “Hoffman” markalı televizoru, qiyməti 300 manat olan gümüş kişi qol saatını, qiyməti 50 manat olan göy dəri bağlı kişi qol saatını, qiyməti 90 manat olan qəhvəyi dəri bağlı kişi qol saatını, qiyməti 200 manat olan “Carteer” brendli kişi eynəyini, qiyməti 40 manat olan göy rəngli kişi eynəyini, qiyməti 40 manat olan optik eynəyi, hər qutusunun qiyməti 10 manat, ümumi qiyməti 140 manat olan 14 qutu “Parlament” markalı siqareti, hər birinin qiyməti 15 manat olmaqla ümumi qiyməti 60 manat olan 4 ədəd suvenir qaz alışqanlarını, qiyməti 20 manat olan bir ədəd flaşkartı, ümumi qiyməti 60 manat olan iki ədəd Ərəbistan ətirim, qiyməti 50 manat olan bir ədəd qara rəngli dəridən kişi əl çantasını, eləcə də Təqsirləndirilən şəxs1 onun barmağından çıxartdığı qiyməti 700 manat olan kişi qızıl üzüyü və boynundan qırıb götürdüyü qiyməti 40 manat olan sadə metaldan zəncirə formalı kişi boyunbağısını, ələ keçirib talayaraq, ümumilikdə, Zərərçəkmiş şəxs 4835 (dörd min səkkiz yüz otuz beş) manat məbləğində ziyan vurmaqla quldurluq etmişdir. Bundan əlavə o, 07 iyun 2023-cü il tarixdə saat 01 radələrində Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4 ilə ünvan 6 ünvanında yaşayan Zərərçəkmiş şəxs yaşayış sahəsinə qanunsuz girməklə quldurluq etdikləri zaman ümumi niyyətlə hərəkət edən bir qrup şəxs halında birgə hərəkətləri ilə Zərərçəkmiş şəxs adına ASAN-4 xidməti tərəfindən xx.xx.2015-ci il tarixdə verilmiş, xx.xx.2027-ci il tarixədək etibarlı olan AZE № ******** seriya və nömrəli Azərbaycan Respulikası vətəndaşının şəxsiyyət vəsiqəsini və Daxili İşlər Nazirliyi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş, xx.xx.2030-cu il tarixədək etibarlı olan C03175767 seriya və nömrəli pasportu ələ keçirərək talamışdır. Bundan əlavə o, 07 iyun 2023-cü il tarixdə saat 01 radələrində Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında ünvan 6 ünvanında yaşayan Zərərçəkmiş şəxs hücum edərək əmlakını ələ keçirmə məqsədi ilə həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla və ya belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın edəndən sonra qabaqcadan əlbir olan bir qrup şəxs halında, təkrarən, hədə-qorxu ilə tələb etmə, yəni zərər çəkmiş şəxsin üzərində zor göstərmə, onun haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə əmlakını tələb edərək, Təqsirləndirilən şəxs4 bıçaqla Zərərçəkmiş şəxs hədələməkdə davam etdiyi vəziyyətdə o, daha bir neçə yumruq zərbəsi vurub əvvəlki zərbələrlə yetirilən xəsarətlər də nəzərə alınmaqla Zərərçəkmiş şəxs ümumilikdə başın alın nahiyəsinin sıyrıqları, sol üst göz qapağının qançırı, burunun yumşaq toxumasının qançırı və burun belinin sıyrığı, sol bazunun bir xətt üzrə yerləşmiş nöqtə şəkilli sıyrıqları kimi sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilməyən xəsarətlər yetirməklə zor tətbiq edərək, Təqsirləndirilən şəxs1 ilə cinsi əlaqədə olmasını etiraf etməsinin videoyazısını sosial şəbəkələrdə yaymaqla qohumları və tanışları arasında rüsvay edəcəkləri ilə hədələyərək, 07 iyun 2023-cü il tarixdə saat 17-dək onlara 5000 (beş min) manat pul verməsini tələb etmişdir. Cinayət işinin ibtidai istintaq materiallarına görə Təqsirləndirilən şəxs4 qabaqcadan əlbir olan bir qrup şəxslə, yaşayış sahəsinə qanunsuz olaraq girməklə, silah qismində istifadə edilən əşya tətbiq etməklə, quldurluq, yəni özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın etmiş; qabaqcadan əlbir olan bir qrup şəxslə, təkrarən, zor tətbiq etmə ilə, hədə-qorxu ilə tələb etmiş, yəni zərərçəkmiş şəxsin şəxsiyyəti üzərində zor göstərmə, onun haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə özgənin əmlakını tələb etmiş; vətəndaşın şəxsiyyət vəsiqəsini, pasportunu talamışdır. Təqsirləndirilən şəxs4 06 iyun 2023-cü il tarixdə Bakı şəhərində Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə quldurluq, yəni özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla və ya belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın etmək barədə qabaqcadan əlbir olub ünvan 6 ünvanında yaşayan Zərərçəkmiş şəxs yaşayış sahəsinə qanunsuz girməklə quldurluq etmək barədə razılaşandan sonra planlaşdırdıqları qaydada hərəkət edərək, həmin gün saat 14 radələrində Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxslə əlaqə saxlayıb gecə saat 23-dən sonra sonuncunun yaşadığı ünvanda görüşmələri barədə razılaşaraq, 7 iyun 2023-cü il tarixə keçən gecə saat 01 radələrində onun idarə etdiyi “Hyundai Accent” markalı **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə həmin ünvana gəlib aşkar olunmamaq üçün girişdən aralıda dayanmışlar. Təqsirləndirilən şəxs2 avtomobildən düşüb onu evdə gözləyən Zərərçəkmiş şəxs yanına gedərək, orada bir müddət olub ayaqyoluna getmək bəhanəsi ilə həyətə çıxaraq, küçədə gözləyən qrupun digər üzvlərinə məlumat verib evə qayıdandan bir neçə dəqiqə sonra özü və Təqsirləndirilən şəxs3, onların ardınca Təqsirləndirilən şəxs1 evə daxil olmuş, o, silah qismində istifadə etdiyi naməlum nümunəli bıçağı tətbiq etməklə həyatı və sağlamlığı üçün təhlükəli zor tətbiq ediləcəyi ilə hədələyərək, Zərərçəkmiş şəxs hücum edib bədəninin müxtəlif nahiyələrinə yumruqla zərbələr vurub yerə yıxmış, sonra Təqsirləndirilən şəxs3la birlikdə Zərərçəkmiş şəxs yıxıldığı yerdə yumruq və təpiklə vurmaqda davam edərək, Təqsirləndirilən şəxs1 zorlamaqda ittiham etmiş və buna görə cəzalandırılacağını bildirmişlər, Zərərçəkmiş şəxs qadını zorlamadığını deməsi ilə razılaşmayaraq yerdən qaldırmış və Təqsirləndirilən şəxs3 onun verdiyi kapron qaytanla Zərərçəkmiş şəxs qollarını arxasında bağlayaraq divana oturtmuş, bədəninin müxtəlif nahiyələrinə vurduqları zərbələrin təsiri və bıçaqla zor tətbiq ediləcəyi hədəsi altında sonuncunu Təqsirləndirilən şəxs1 ilə cinsi əlaqədə olduğunu etiraf edərək danışmağa məcbur edib Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 telefonları ilə danışıqların videoçəkilişini aparmış, eyni zamanda evdə olan pulların və qiymətli əşyaların yerlərini soruşaraq, birgə hərəkətləri ilə 870 manat nağd pulu, üstündə bir ədəd qiyməti 400 manat olan “Azercell” mobil rabitə şəbəkəsinin 050 *** ** ** nömrəli sim karlı, bir ədəd qiyməti 100 manat olan “Azerfon” mobil rabitə şəbəkəsinin sim kartı olan, özünün qiyməti 850 manat olan “Samsung A 53” markalı mobil telefonu, qiyməti 150 manat olan “Nokia” markalı mobil telefonu üstündəki qiyməti 15 manat olan yaddaş kartı ilə birlikdə, qiyməti 60 manat olan “Kgtel” markalı mobil telefonu, qiyməti 600 manat olan “Hoffman” markalı televizoru, qiyməti 300 manat olan gümüş kişi qol saatını, qiyməti 50 manat olan göy dəri bağlı kişi qol saatını, qiyməti 90 manat olan qəhvəyi dəri bağlı kişi qol saatını, qiyməti 200 manat olan “Cartecr” brendli kişi eynəyini, qiyməti 40 manat olan göy rəngli kişi eynəyini, qiyməti 40 manat olan optik eynəyi, hər qutusunun qiyməti 10 manat, ümumi qiyməti 140 manat olan 14 qutu '‘Parlament” markalı siqareti, hər birinin qiyməti 15 manat olmaqla ümumi qiyməti 60 manat olan 4 ədəd suvenir qaz alışqanlarını, qiyməti 20 manat olan bir ədəd flaşkartı, ümumi qiyməti 60 manat olan iki ədəd Ərəbistan ətrini, qiyməti 50 manat olan bir ədəd qara rəngli dəridən kişi əl çantasını, eləcə də Təqsirləndirilən şəxs1 onun barmağından çıxartdığı qiyməti 700 manat olan kişi qızıl üzüyü və boynundan qırıb götürdüyü qiyməti 40 manat olan sadə metaldan zəncirə formalı kişi boyunbağısını ələ keçirib talayaraq, ümumilikdə Zərərçəkmiş şəxs 4835 (dörd min səkkiz yüz otuz beş) manat məbləğində ziyan vurmaqla quldurluq etmişdir. Bundan əlavə o, 07 iyun 2023-cü il tarixdə saat 01 radələrində Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 İlə ünvan 6 ünvanda yaşayan Zərərçəkmiş şəxs yaşayış sahəsinə qanunsuz girməklə quldurluq etdikləri zaman ümumi niyyətlə hərəkət edən bır qrup şəxs halında birgə hərəkətləri ilə Zərərçəkmiş şəxs adına ASAN-4 xidməti tərəfindən xx.xx.2015-ci il tarixdə verilmiş, 30,04.2027-ci il tarixədək etibarlı olan AZE № ******** seriya və nömrəli Azərbaycan Respulikası vətəndaşının şəxsiyyət vəsiqəsini və Daxili İşlər Nazirliyi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş, xx.xx.2030-cu il tarixədək etibarlı olan C03175767 seriya və nömrəli pasportu ələ keçirərək talamışdır. Bundan əlavə o, 07 iyun 2023-cü il tarixdə saat 01 radələrində Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında ünvan 6 ünvanda yaşayan Zərərçəkmiş şəxs hücum edərək əmlakını ələ keçirmə məqsədi ilə həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla və ya belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın edəndən sonra qabaqcadan əlbir olan bir qrup şəxs halında, təkrarən, hədə-qorxu ilə tələb etmə, yəni zərər çəkmiş şəxsin üzərində zor göstərmə, onun haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə əmlakım tələb edərək, o, bıçaqla Zərərçəkmiş şəxs hədələməkdə davam etdiyi vəziyyətdə Təqsirləndirilən şəxs3 daha bir neçə yumruq zərbəsi vurub,əvvəlki zərbələrlə yetirilən xəsarətlər də nəzərə alınmaqla Zərərçəkmiş şəxs ümumilikdə başın alın nahiyəsinin sıyrıqları, sol üst göz qapağının qançırı, burunun yumşaq toxumasının qançırı və burun belinin sıyrığı, sol bazunun bir xətt üzrə yerləşmiş nöqtə şəkilli sıyrıqları kimi sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilməyən xəsarətlər yetirməklə zor tətbiq edərək, Təqsirləndirilən şəxs1 ilə cinsi əlaqədə olmasını etiraf etməsinin videoyazısını sosial şəbəkələrdə yaymaqla qohumları və tanışları arasında rüsvay edəcəkləri ilə hədələyərək 07 iyun 2023-cü il tarixdə saat 17-dək onlara 5000 (beş min) manat pul verməsini tələb etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 özünü ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, Zərərçəkmiş şəxs ilə ortaq tanışları vardır və o, sonuncunu uşaq yaşlarından tanıyır, atasının dayısı oğlunun Zərərçəkmiş şəxs ilə dostluq münasibətləri olmuşdur. O, “Music Hall” adlı restoranda ofisiant işlədiyi dövrdə Zərərçəkmiş şəxs işlədiyi restorana gəlmişdir. O, orada Elçinə tanışlıq vermiş, atasının dayısı oğlu Seyfəddin ilə dost olduqlarını və Elçini uşaqlıqdan tanıdığını bildirmişdir. Daha sonra Elçin ona zəng edərək işlədiyi yerin ona uyğun olmadığını, ona başqa yerdə iş tapacağını demiş, daha sonra onu “Ədalət” adlı şəxsin restoranına işə düzəltmişdir. Bir gün Ədalət ona Elçinin o, bura işə düzəldikdən sonra teztez gəlib-getdiyini demiş, bu zaman o, sonuncuya Elçin ilə heç bir şəxsi münasibətlərinin olmadığını bildirmişdir. Bir gün Elçin onu evinə dəvət etmiş, o da sonuncunun bu dəvətini qəbul etmişdir. Elçinin evində olarkən sonuncu ona ağzı açıq şəkildə olan “Red Bull” içkisini təqdim etmişdir. O, həmin içkini içdikdən sonra özünü qəribə hiss etmiş və bundan sonra nə baş verdiyini xatırlamamış, oyandıqdan sonra artıq Zərərçəkmiş şəxs ilə yataqda olduğunu görmüşdür. Əvvəl bu barədə heç kəsə heç nə deməmiş, lakin sonradan bacısı Rəhiməyə danışmışdır. O, bacısı Rəhimə, Heydər və sonuncunun tanışı, hadisə günü tanıdığı Zeynal birlikdə Elçinin evinə yollanmışlar. Əvvəlcə Rəhimə evə, bundan bir müddət sonra Heydər və Zeynal hasardan tullanaraq evin həyətinə daxil olmuşlar. Evin içərisindən səslər gəldiyini eşitdiyindən o da evə daxil olmuş, bu zaman Heydərin Elçini vurduğunun şahidi olmuşdur. Ona verilmiş suallara cavab olaraq göstərmişdir ki, Elçinə qarşı hər hansı xəsarət yetirməmiş, lakin mobil telefonla Elçinin videosunu çəkmişdir. Zeynalın 5.000 manat məbləğində pulun tələb edilməsindən, ümumiyyətlə, xəbəri olmamışdır. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 özünü ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, Təqsirləndirilən şəxs1 bacısıdır, onunla birlikdə yaşayır. Təqsirləndirilən şəxs3 2016-cı ildən tanımış, qonşusudur, tutulmalarından bir neçə gün əvvəl Heydərlə səmimi münasibəti yaranmışdır. Təqsirləndirilən şəxs4 Heydər vasitəsi ilə tanıyır, onların yaxın münasibətləri vardır. Zərərçəkmiş şəxs bacısı Hökümə vasitəsi ilə tanıyır. Belə ki, bir dəfə bacısı Hökümə ona Elçin tərəfindən zorlandığını demişdir. O, Elçindən bacısına qarşı etdiyi bu hərəkətə görə qisas almaq istəmiş, bu hadisəni qonşusu Heydərlə danışmış, həyata keçirmək istədiyi qisasını planlamışdır. Burada onun məqsədi Elçində qisas almaq, Heydərin məqsədi isə Elçinin əmlakını ələ keçirmək olmuş, 5.000 manat pulu da Heydər tələb etmişdir. Bacısı Hökümə və Heydərin tanışı Zeynalın isə hadisədən, ümumiyyətlə, xəbərləri olmamışdır. Həmçinin zərər çəkmiş şəxs hadisədən sonra ona zəng edərək 4.000 manat məbləğində pulu hazır etdiyini deyəndə o, sonuncuya nə barədə danışdığından xəbərsiz olduğunu bildirmişdir. Zeynalın 5.000 manat məbləğində pulun tələb edilməsindən, zənnincə, xəbəri olmamışdır. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 özünü ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 qonşusudur, təxminən 10 il olar ki, tanışdırlar, qonşu kimi münasibətləri yaxşı olmuşdur. Təqsirləndirilən şəxs1, bacısı Təqsirləndirilən şəxs2 və sonuncunun azyaşlı qızı Əsnad ilə birlikdə yaşayır. 06 iyun 2023-cü il tarixdə tanışı Təqsirləndirilən şəxs4 ilə birlikdə yaşadığı evin yaxınlığında həyətdə olarkən Hökümə onları evinə dəvət edərək demişdir ki, söhbətləşmək istəyir. O da Hökmənin evinə getmiş, həmin vaxt bacısı Rəhimə də olmuşdur. Rəhimə ona bildirmişdir ki, Hökümənin Elçin adlı tanışı var və tanışı Höküməni zorlayıb. Bundan sonra söhbət zamanı Hökümə də Elçin tərəfindən zorlandığını, sonradan Elçinin onun bacısı ilə də yaxınlıq etmək istədiyini bildirmiş və buna görə Elçini cəzalandırmaq istədiyini demişdir. Hökümə bildirmişdir ki, bacısı Rəhimə ilə Elçin arasında sonuncunun yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsində yerləşən evində görüş təyin etmək və onu bacısı ilə görüş vaxtı tutub cəzalandırmasını istəyir. Əvvəlcədən hazırlanmış planı həyata keçirmək üçün avtomobil lazım olduğundan, bunun üçün tanışı Zeynala taksi kimi onları Elçinin ünvanına aparması üçün Zeynala 30 manat pul vermişdir. Yol boyu ünvana gedərkən Zeynala sözügedən məsələni danışmış, onu tək qoymamaq üçün Zeynal da onunla birlikdə evə daxil olmaq qərarına gəlmişdir. 07 iyun 2023-cü il tarixə keçən gecə təxminən saat 00:30 radələrində o, Hökümə, sonuncunun bacısı Rəhimə və sonuncunun azyaşlı qızı Əsnad tanışı Zeynalın idarə etdiyi “Hyundai” markalı maşında Zərərçəkmiş şəxs yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Bül-Bülə qəsəbəsində yerləşən ünvana getmiş, o və digər təqsirləndirilən şəxslər hadisəni törətmişlər. Ona verilmiş suallara cavab olaraq göstərmişdir ki, Elçinin etiraf videosunu Hökümə çəkmişdir, video çəkilərkən Rəhimə də orada olmuşdur, Elçindən 5.000 manat məbləğində pul tələb edərək, həmin videonu yaymaqla təhdid etmişlər. Lakin bundan Zeynalın xəbəri olmamışdır və sonuncuya həmin puldan verilməyəcəkdi, bunu o, Rəhimə və Hökümə bacıları planlaşdırmışlar, bu niyyət onlarda birdən-birə yaranmışdır. Elçinin evindən götürdükləri əşyaları isə müvafiq polis bölməsinə təhvil vermişdir. Bundan başqa hadisəni törədərkən üzərində bıçaq olmamışdır. Zeynalın 5.000 manat məbləğində pulun tələb edilməsindən, ümumiyyətlə, xəbəri olmamışdır. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs4 özünü ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs3 uzun müddətdir ki, tanıyır, dostluq münasibəti vardır. Təqsirləndirilən şəxs1 və bacısı Əşrəf-zadə Hökümə İsfəndiyar qızını isə hadisə günü, yəni 06 iyun 2023-cü il tarixdə tanımışdır. Həmin gün tanışı Heydər ona zəng edərək bildirmişdir ki, taksi lazımdır, 30 manat müqabilində onu, tanışları olan başqa iki nəfəri Bülbülə qəsəbəsi ərazisində yerləşən ünvana aparsın. O da Heydərlə ilə razılaşmış, sonuncu ilə birlikdə sonradan adlarını öyrəndiyi Hökümə və Rəhimə bacılarını və sonununcunun azyaşlı qızını yaşadıqları ünvandan götürərək Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsində yerləşən evin qarşısına gətirmişdir. Bu zaman onun Heydərin və bacıların niyyətlərindən xəbəri olmamışdır, lakin ona nəql edilən məlumatlar üzrə azyaşlı hesab etdiyi Höküməyə kömək etmək qərarına gəlmişdir. Elçinin yaşadığı evin həyətinə də ilk olaraq o daxil olmuşdur. Həyətə daxil olarkən Elçin onu görmüş, bu zaman o, ani bir hərəkətlə sonuncuya zərbə endirmişdir və Elçin aldığı zərbənin təsirindən yerə yıxılmışdır. Bu zaman Rəhimə evin içində, Hökümə isə çöldə olmuşdur. O, Heydərlə birlikdə Elçini evinə aparmış, sonuncular Elçinin əllərini bağlayaraq stula oturtmuşlar. Daha sonra Hökümə də evə daxil olmuşdur. Elçinin huşu yerinə gəldikdən sonra, sonuncu Höküməni zorlamadığını bildirmişdir. Ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, Elçinin evindən televizordan başqa heç nə götürməyib və hadisə zamanı əlində bıçaq olmayıb, lakin həm o, həm də Heydər Elçinə bədən zərbələri yetirmişlər. Elçinin evinə gedərkən digər təqsirləndirilənlərin niyyətlərindən xəbəri olmamış və zərər çəkmiş şəxsdən hər hansı bir məbləğdə pul tələb etməmişdir. Hadisədən sonra Rəhiməgilə getmiş, sonuncudan bacısının neçə yaşında olmasını soruşmuş, bu zaman Hökümənin azyaşlı olmamasını öyrənmişdir. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsləri, onların müdafiəçilərini dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-nin 181.2.1-ci, 181.2.3-cü, 181.2.5-ci, 182.2.1-ci, 182.2.2-ci, 182.2.3-cü və 326.2-ci maddələri ilə müəyyən edilmiş cinayət əməllərini törətmişdir, onların təqsiri aşağıda göstərilən sübutlarla təsdiq edilir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, təxminən 2022-ci ilin dekabr ayında Dərnəgül qəsəbəsində yerləşən “Music Hall” restoranında ifa etdiyi zaman özünü ona “Aysun” kimi təqdim edən, sonradan adını bildiyi Təqsirləndirilən şəxs1 ilə tanış olmuşdur. Həmin vaxtdan Hökümə ilə aralarında münasibəti bir dost kimi olmuş, hətta sonuncunu kafelərin birinə ofisiant kimi işə düzəltmişdir. Hökümə ondan dəfələrlə pul istəmiş, o da dəfələrlə köməklik məqsədilə pul vermişdir. Təxminən 2023-cü il tarixdə may ayının axırlarında Hökümə onun 050 *** ** ** nömrəli mobil telefonuna zəng edib köməklik məqsədilə 100 manat pul istəmiş, həmin vaxt pulu olmadığından Höküməyə 100 manat verə bilməyəcəyini bildirmişdir. Pul verə bilməyəcəyini deyəndən sonra Hökümə ondan incimiş, hətta telefonla danışanda kobudluq da etmiş, “yekə kişisən, sənin pulun var, niyə mənə pul vermirsən, gündə toydasan, yalandan mənə deyirsən ki, pulum yoxdur” demişdir. Höküməyə bir az səbirli olmağı və 100 manat pulu verəcəyini demişdir. Odur ki, o vaxtdan münasibətlərində müəyyən soyuqluq yaranmışdır. 06 iyun 2023-cü il tartixdə saat 14 radələrində Hökümənin bacısı Rəhimə ona zəng vurmuş, amma özünü Təhminə kimi təqdim etmişdir. Bacıların özlərini tanışlıq zamanı uydurma adlarla təqdim etmələrinə görə düşünür ki, əvvəldən şübhəli müəmmalı davranışlı olduqlarına görə əsil adlarını gizlətmişlər. Rəhimə zəng vurub özünü Hökümənin bacısı kimi təqdim edəndən sonra razılıq edərək demişdir ki, “yaxşı ki, sən varsan, sənin kimi insanlar məni və bacımı pis yoldan çəkindirir, çox sağol ki, bizə köməklik göstərirsiniz”, bu tərzdə danışıq əsnasında Rəhimə bacısı Hökümənin psixoloji problemləri olduğunu, təcili olaraq onunla görüşmək istədiyini bildirmişdir. Həmin gün toyda olduğunu, işdən gec çıxacağını deyəndə, Rəhimə demişdir ki, işi təcili olduğu üçün axşam da olsa görüşməyə razıdır. 06 iyun 2023-cü il tarixdə saat 23 radələrində Rəhiməyə zəng vurub bildirmişdir ki, işdən indi çıxmış, gec ola bilər, görüş sonraya qalsın, Rəhimə isə görüşə təkid etmiş və o, ünvan 10 ünvanında yerləşən fərdi yaşayış evinin ünvanını Rəhiməyə göndərmişdir. Evdə olduğu zaman saat 00:30 radələrində Rəhimə zəng vurub gəldiyini bildirəndə çıxıb onu qarşılamış, ardınca həyət qapısını bağlayıb evə gəlmişlər. Rəhimə ilə qonaq otağında təxminən 45 dəqiqə bacısı Hökümə haqqında söhbət etmişlər. Rəhimə ona evsə suyun açıq qaldığını, qonşuya zəng etməli olduğunu, lakin zəng etmək üçün balansında vəsait olmadığını bildirmiş və ondan mobil telefonunu istəmişdir. Sonradan ona məlum olmuşdur ki, Rəhimə qonşu adı ilə Heydərə zəng edib. Rəhiməyə çay təklif edib qonaq otağından çıxıb dəhliz ilə mətbəxə çay süzmək üçün gedərkən birdən evin giriş qapısından o vaxtadək tanımadığı Heydər və Zeynal içəri daxil olmuşlar, Zeynal bir əlində bıçaq tutmuş, digər əli ilə yumruqla sifətindən vurmuş, zərbədən yerə yıxılmışdır. Onların ardınca Hökümənin və Rəhimənin 3-4 yaşlı azyaşlı qızının da evə gəldiklərini görmüşdür. Yıxıldığı yerdə Zeynal və Heydər onu yumruq, təpiklə sifətindən, bədəninin müxtəlif yerlərindən vurmağa başlamışlar, o, nə istədiklərini, nə üçün vurduqlarını soruşsa da, qulaq asan olmamışdır. Onu bir qədər vurandan sonra yerdən qaldırıb evin qonaq otağına aparmış və orada divana oturtmuşlar, Heydər koprondan olan qaytanı Zeynaldan götürərək qollarını arxada bağlamışdır. Onların bütün bu hərəkətlərini Rəhimə və Hökümə də görmüşlər, uşaq da onların yanında olmuşdur. Qollarını bağlayandan sonra Heydər üstünə qışqıraraq güya Höküməni zorladığını demiş, nə üçün zorladığını soruşmuşdur. O, heç kimi zorlamadığını deyib niyə şər və böhtan atdığını soruşmuş, Heydər isə yumruqla sifətindən daha bir dəfə vurmuş, eyni zamanda Zeynal yaxınlaşıb əlindəki bıçağı sol qoluna dirəyib saxlamışdır ki, bir hərəkət etməsin. Bu qaydada üstünə qışqıraraq və zorlamada təqsirləndirərək Heydər sifətinə, başına bir neçə yumruq da vuraraq tələb etmişdir ki, Höküməni zorladığını boynuna alsın. Qolları bağlı halda Zeynal da, Heydər də onu hədələmişlər ki. Höküməni zorladığını boynuna almasa onu daha pis vəziyyətə salacaqlar. Bundan sonra zorakılığa dözməyib, məcbur olub yalandan demişdir ki, guya Hökümə ilə öz xoşuna, yəni könüllü olaraq cinsi əlaqədə olmuş, hər halda zorlamanı etiraf etməməmişdir. Ondan bu sözləri alandan sonra Heydər və Hökümə mobil telefonlarını çıxardaraq videoçəkiliş üçün bir daha Hökümə ilə cinsi əlaqədə olmasını təsdiq etməyə və Hökümədən üzr istəməyə məcbur etmişlər və o, danışdıqca telefonları ilə videoya çəkmişlər. Hökümə özü video çəkəndə - “baxın buda tanınmış müğənni Elçin Zəkanın aqibəti” sözlərini deyərək, boynundakı sadə metaldan olan boyunbağını dartıb götürmüşdür. Zeynal və Heydər onu vurub özünü müdafiə etməyə heç bir imkan vermədən qollarını bağlayandan sonra yenə də vurmuşlar və heç vaxt olmayan bir işi, yəni Höküməni zorlamasını etiraf etməyə məcbur edənədək vurmaqda davam etmişlər, sonra evdə pul və qiymətli əşyaların harada olduğunu soruşmuşlar, o da məcbur olub servantda pulun yerini demiş, amma başqa qiymətli əşyalarının olmadığını bildirmişdir. Artıq məcburiyyət altında bunu deyəndə Heydər və Hökümə videoçəkiliş apardıqları məqamda Zeynal və Rəhimə evin otaqlarını axtarıb hər yeri alt-üst etməyə başlamışlar, onların necə servantdan suvenir əşyaları, 14 qutu Parlament siqaretlərini və 870 manat pulu götürüb Heydərə verdiklərini görmüşdür. Heydər isə pulu cibinə qoyub suvenirləri və siqaretləri özü ilə gətirdiyi qara çantaya yığmışdır. Daha sonra isə Hökümə Heydərə onun barmağındakı üzüyü göstərib demişdir ki, üzüyü götürmək istəyir, Heydər üzüyü götürməyi tapşırandan sonra Hökümə sol əlinin adsız barmağında olan qızıl üzüyü çıxardıb özündə saxlamışdır. Rəhimə, Hökümə və Heydər onu hədələməkdə davam edərək demişlər ki, -“səni soyundurub başına oyun açıb videoya çəkəcəyik, sonra səni qohumların və tanışların yanında rüsvay etmək üçün həmin videonu sosial şəbəkələrdə paylaşacağıq. Əgər belə olmağını istəmirsənsə, bizə evdə olan pulların yerini deməlisən”. O, demişdir ki, “evdə olan pulu artıq götürmüsüz, mənim başqa pulum yoxdur”. Bu zaman Heydər demişdir ki, “ vaxtımız azdır, biz gedirik, özün bilirsən ki, videoların da bizdədir, əgər videonun sosial şəbəklərdə paylaşmağı istəmirsənsə, sabahı günü, yəni 07 iyun 2023-cü il tarixdə saat 17 radələrinədək bizə 5000 manat pul çatdırmalısan”. O, artıq özünə qarşı hərəkətlərini gördüyünə və dediklərini edə biləcəklərini bildiyinə görə, istəməmişdir ki, o vəziyyətdə danışdıqlarının videosu yayılsın, çünki bu şəxsi nüfuzunun alçalmasına, biabır olmasına səbəb olardı. Ona görə də rüsvayçılıqdan qorxmuş, razılaşıb demişdir ki, videonu yaymasınlar, çalışıb dedikləri 5000 manat pulu tapıb gətirib onlara verəcəkdir. Bundan sonra Heydər onun üstündə ***-***-**-**, ***-***-**-** mobil nömrələr olan “Samsung A53” markalı mobil telefonunu da götürüb əlaqə saxlamaq üçün öz mobil telefonuna zəng etməsini bildirmiş və mobil telefonu öz çantasına qoymuşdur. Pul və əşyalardan başqa basqın edənlər onun AZE******** nömrəli şəxsiyyət vəsiqəsini və C03175767 nömrəli pasportunu da talamışlar, bunlar onun rəsmi sənədləridir, çünki şəxsiyyət vəsiqəsi 30 aprel 2027-ci il tarixədək, pasportu İsə 17 mart 2030-cu il tarixədək etibarlıdır. Hədə-qorxu ilə məcburiyyət altında 5000 manat gətirmək barədə razılığını da alandan sonra onu evin yataq otağına aparmış və orada qolunu açıb və beş dəqiqə otaqdan çıxmamağı tapşırmışlar. Bundan sonra Heydər, Zeynal, Hökümə, Rəhimə və azyaşlı qızı onun yaşadığı evdən çıxıb getmişlər. Onlar gedəndən bir neçə dəqiqə sonra qardaşı Şahid1 zəng vurub başına gələnləri danışmışdır. Rövşən dərhal onun yaşadığı evə gəlmiş, evin dağınıq vəziyyətdə olan otaqlarını və özünü döyülmüş halda olduğunu görmüşdür. Hadisəni Rövşənə danışmış, bundan sonra qardaşı özünün 055-476-1976 nömrəli telefonundan DİN-nin 102 xidmətinə onunla əlaqədar məlumat vermişdir. Polisə məlumat veriləndən sonra Suraxanı RPİ-nin 31-ci PB-nin əməkdaşları gəlib evinə hadisə yeri kimi baxış keçirtmişlər, hər şeyi özləri görmüşlər, fotoşəkillər çəkmişlər. Ondan yazılı ərizə və izahat almışlar. Ona verilmiş suallara cavab olaraq göstərmişdir ki, ona xəsarət yetirənlər Hökümə, Zeynal və Heydər olmuşdur. Rəhimənin evdən nə isə götürdüyünü görməmişdir. Rəhiməni həmin hadisədək bir dəfə görmüşdür, onların arasında “Whatsapp” vasitəsilə əlaqə olmuşdur. Zeynal tərəfindən ona iki dəfə zərbə endirilib. Polis əməkdaşları Rəhiməyə zəng etmiş, o, sonuncuya müəyyən qədər pulu hazır etdiyini bildirmiş, Rəhimədən telefonunu istəmiş, Rəhimə də ona “okey” deyərək cavab vermişdir. Ondan hədə-qorxu ilə pul tələb edən şəxslər Rəhimə, Hökümə və Heydər orada olmuş, digər təqsirləndirilən şəxs isə olmamışdır. Sonda təqsirləndirilən şəxsdən Rəhimə, Hökümə və Heydərlə aralarında barışıq əldə etdiklərini, sonunculara qarşı şikayətçi olmadığını və tərəflərindən ona dəymiş maddi ziyanın ödənildiyini, digər Təqsirləndirilən şəxs4la isə barışıq əldə etmədiklərini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs qardaşıdır, münasibətləri yaxşıdır, qardaş kimi həmişə əlaqə saxlayırlar. Elçinin peşəsi müğənnidir, öz işi ilə məşğul olur. Hal-hazırda ünvan 11 ünvanında tək yaşayır. 2023-cü ilin iyun ayının 7-nə keçən gecə saat 03 radələrində qardaşı Elçindən mobil telefonuna zəng gəlmiş, gecənin belə bir vaxtı gələn zəngdən narahat olmuş, telefonu açanda Elçin çox narahat bir səslə demişdir ki, “Rövşən, dur gəl bizə, evimə basqın ediblər, özümü döydülər, evi də yığışdırıb apardılar”. O, yubanmadan Elçingilə getmək üçün yığışıb evdən çıxmışdır. Elçinin evinə gələndə qardaşı özü onu qarşılamış, evdə başqa heç kim olmamışdır. Elçinlə görüşən kimi sifətinin zədələrini dərhal nəzərə çarpdığını görmüş, evdə isə bir qarmaqarışıqlıq olmuş, görünmüşdür ki, evi axtarıblar. Elçindən nə baş verdiyini soruşanda qardaşı demişdir ki, tanıdığı “Aysun” adlı qadının “Təhminə” adlı bacısı gündüz ona zəng vurub təcili görüşmək istədiyini bildirmiş, həmin gün toyda olduğuna görə işdən gec çıxacağını bildirmişdir, qadın isə nə vaxt olarsa görüşməyin vacib olduğunu demişdir. Artıq məlumdur ki, qadınların hər ikisi Elçinə uydurma ləqəbləri ilə özlərini təqdim etmişlər, belə ki, sonradan polisdə araşdırma aparılanda məlum olmuşdur ki, Aysun adı ilə təqdim olunan qadının əsil adı Hökümə, özündən böyük bacısı olan ikinci qadının adı isə Rəhimədir. Həmin gecə Elçin toydan saat 23-dən sonra çıxmış və Rəhiməyə zəng vurub demişdir ki, artıq gecdir, səhərə saxlasın görüşü, amma Rəhimə təkid etmişdir. Bundan sonra Elçin ünvanı barədə telefonla ona bildirmiş və Rəhimə artıq gecə saat 12-dən sonrakı vaxtlarda onun evinə gəlmiş, bir az evdə oturub son vaxtlar Elçindən incimiş bacısının Hökümə ilə bağlı danışandan sonra ayaqyoluna getmək adı ilə həyətə çıxıb qayıtmış və bir neçə dəqiqı ondan sonra bacısı Hökümə və Elçinin tanımadığı iki nəfər kişi evə girib dərhal Elçini üstünə hücum çəkib bıçaqla qorxudaraq yumruq, təpiklə vurub yerə yıxmışlar. Sonra Elçinin qollarını bağlayıb məcbur etmişlər ki, Höküməni zorladığını etiraf etsn və Elçinin etirazlarına baxmayaraq döyə-döyə onu tələb etdikləri ifadələri məcbur edib videosunu yazmışlar, evdə olan pulunun yerini öyrənib pulunu və başqa əşyalarını götürmüşlər, əlindəki üzüyünü çıxartmışlar, gedəndə isə videonu paylayacaqları ilə hədələyib demişlər ki, səhər saat 17 radələrinədək 5000 manat gətirib onlara verməlidir. Bütün bunları qardaşından eşidəndən sonra qərara gəlmişdir ki, dərhal polisə məlumat verilməlidir, özünün ***-***-**-** nömrəli telefonundan Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng vurub qardaşı Elçinin ünvanını bildirməklə demişdir ki, evinə dörd nəfər-iki nəfər kişi və iki nəfər qadın hücum edib Elçini qadını zorlamaqda təqsirləndirib döymüşlər, əl-qolunu bağlayıb videoçəkiliş aparmışlar, evindən pulunu, əşyalarım aparmış, səhər saat 17-dək daha 5000 manat pul gətirməsini tələb etmişlər. Onun məlumatı 102 xidmətinin operatoru tərəfindən qəbul olunandan az sonra Suraxanı RPİ-nin 31-ci polis şöbəsinin əməkdaşları Elçinin ünvanına gəlmişlər, Elçindən baş verənlər barədə məlumat alıb hadisə yerinə baxış keçirtmişlər, Elçindən ərizə və izahat almışlar. Elə həmin gün polis əməkdaşları cinayəti törətmiş şəxslərin kimliyini müəyyən edib qadınları və kişilərdən bir nəfəri saxlamışlar, ikinci kişi iştirakçının avtomaşınını götürüb polisə gətirmişlər və maşında qardaşı Elçinin evindən götürdükləri bəzi əşyalar və Elçinin sənədləri aşkar olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhər Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis şöbəsinin cinayət axtarışı üzrə baş əməliyyat müvəkkili Şahid3 Teyyub oğlu ifadəsində göstərmişdir ki, 07 iyun 2023-cü il tarixə keçən gecə DİN-nin 102 xidmətinə müraciət etmiş Kişiyev X11 qəsəbəsi, Səttar Bəhlulzadə küçəsi, 15/15 ünvanda yaşayan qardaşı Zərərçəkmiş şəxs evinə basqın olması və basqın edənlərin qardaşının əmlakını ələ keçirməklə yanaşı 5000 manat pul gətirmək barədə tələb qoyduqlarını bildirmişdir. Hadisə ilə bağlı Zərərçəkmiş şəxs özü də yazılı ərizə vermiş və istintaq şöbəsində cinayət işi başlanmışdır. Ağır cinayətin açılması istiqamətində dərhal əməliyyataxtarış tədbirləri keçirilməyə başlanılmışdır. Keçirilən tədbirlər nəticəsində alınmış məlumatlarla, eləcə də zərər çəkmiş şəxsin istintaqa verdiyi İfadələrində olan məlumatlardan istifadə edərək müəyyən edilmişdir ki, Elçin evinə basqın edənlərdən biri olan Təqsirləndirilən şəxs1 ilə tanışdır və uzun müddət münasibət saxlamışlar, son vaxtlar münasibətləri pozulmuşdur. Əməliyyat müvəkkili Şahid2la birlikdə keçirdikləri tədbirlər zamanı müəyyən etmişlər ki, Təqsirləndirilən şəxs1 Rəhimə adlı bacısı və sonuncunun azyaşlı qız uşağı ilə birlikdə yaşayırlar, hər ikisi subaydır, amma nikahdankənar münasibət qurduqları şəxslərlə əlaqələri olur. Bacılar Bakı şəhəri Sabunçu rayonu, Nardaran qəsəbəsi, X25 küçəsi, ev 73 ünvanda qeydiyyatda olsalar da, Xəzər rayonu, Binə qəsəbəsi, Bakıxanov küçəsində nömrəsiz fərdi evdə yaşadıqları barədə məlumatlar alıb evdə olduqlarını dəqiqləşdirəndən sonra həmin ünvana getmişlər. Eyni zamanda alınmış məlumatlarda Rəhimə və Hökümənin son vaxtlar Binə qəsəbə sakini olan Heydər və Zeynal adlı şəxslərlə əlaqələri olduğu göstərilmişdir. Binə qəsəbəsinə gələndə Rəhimə və Hökümə, onların tanışları Heydər və Zeynal da evdə olmuşlar. Onların gəlişini görən Heydər və Zeynal qaçıb aradan çıxmağa cəhd etmişlər, Heydəri tutub saxlamış, sonuncu ilə məşğul olduqları zaman Zeynal qaçıb aradan çıxa bilmişdir. Müəyyən etmişlər ki, Zeynal idarə etdiyi “Hyundai Accent” markalı 77PJ814 dövlət qeydiyyat nişanlı avtomobili avtoyuma yerində saxlamışdır, avtomobil həmin yerdən götürülüb polis şöbəsinə gətirilmişdir. Beləliklə, müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs evinə basqında iştirak edənlər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 olmuşlar. Hadisə yerinə və cinayəti törədəndən sonra oradan getmək üçün Zeynalın idarə etdiyi “Hyundai Accent” markalı 77PJ814 dövlət qeydiyyat nişanlı avtomobildən istifadə etmişlər. saxlanıldıqları zaman Rəhimə, Hökümə və Heydər ötən gecə müğənni Elçinin evinə basqın etdiklərini etiraf etmişlər. Saxlanılan şəxslər və aşkar edilmiş avtomobil 31-ci polis şöbəsinə gətirilmiş və müvafiq qaydada məruzə ediləndən sonra istintaqa təqdim olunmuşlar. “Hyundai Accent” markalı 77PJ814 dövlət qeydiyyat nişanlı avtomobil istintaqa təqdim olunandan sonra müstəntiqin qərarı ilə avtomobilə baxış keçirilərək salonundan və baqaj hissəsindən Zərərçəkmiş şəxs evinə 07 iyun 2023-cü il tarixə keçən gecə basqın zamanı ələ keçirdikləri əşyalardan “Hoffman” markalı televizor, qara rəngli əl çantası və içində Zərərçəkmiş şəxs adına olan AZE№******** seriya və nömrəli Azərbaycan Respulikası vətəndaşının şəxsiyyət vəsiqəsi və C03175767 seriya və nömrəli pasport, Samsung A53 markalı mobil telefon üstündə “Azersel” və “Azerfon” şirkətlərinin mobil telefon nömrələri ilə, “Kgtel” markalı mobil telefon, qaz alışqanı, bir ədəd eynəkqabı, bir ədəd telefon batareyası aşkar edilib götürülmüşdür. Bir müddət sonra barəsində axtarış elan edilmiş Təqsirləndirilən şəxs4 da tutulub istintaqa təqdim edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis şöbəsinin cinayət axtarışı üzrə əməliyyat müvəkkili Şahid2 Şahid3 ilə oxşar məzmunlu ifadə verərək sonuncunun göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. İş materiallarında olan “Tanımaya təqdim etmə haqqında” protokoldan görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs istintaq zamanı ona tanınma üçün təqdim edilmiş təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 təqdim edilən şəxslər arasından 07 iyun 2023-cü il tarixdə evinə basqın etmiş şəxslər kimi tanımışdır. İş materiallarında olan “Üzləşdirmə haqqında” protokoldan görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 ilə üzlşmələrdə ifadələrini təsdiq edərək, onların hər birini ittiham olunduğu cinayətləri törətməkdə ifşa etmişdir. İş materiallarında olan “İfadələrin yerində yoxlanması haqqında” protokoldan görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, X3, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 ifadələri yerində yoxlanılmış və onlar hadisə vaxtı ifadəsində qeyd etdikləri xüsusatları hadisə yerində göstərərək bir daha təsdiq etmişdir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 07-10 iyun 2023-cii il tarixli 472№-li rəyinə əsasən, Zərərçəkmiş şəxs başın alın nahiyəsinin sıyrıqları, sol üst göz qapağının qançırı, burunun yumşaq toxumasının qançırı və burun belinin sıyrığı, sol bazunun bir xətt üzrə yerləşmiş nöqtə şəkilli sıyrıqları müəyyən edildi. Xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarda göstərilmiş xx.xx.2023-cü il tarixdə özünün qeyd etdiyi şəraitdə törənə bilər, sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Xarakterinə və lokalizasiyasına görə qeyd edilən xəsarətlərin özü tərəfindən özünə yetirilməsi nəticəsində alınmaları inkar olunur. İş materiallarında olan 07 iyun 2023-cü il tarixli “Hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs iştirakı ilə hadisə yerinə baxış zamanı sonuncunun yaşadığı ünvan 15 ünvanda yerləşən fərdi yaşayış evinin hasarlı həyətdə yerləşməsi, evin otaqlarında axtarış aparılaraq qarışdırılması, televizorun yerində olmamasını təsdiq edən hallar müəyyən edilmiş, eyni zamanda evin pəncərə və qapılarının, eləcə də həyət qapısının zədələri müəyyən edilməmişdir. İş materiallarında olan 07 iyun 2023-cü il tarixli “Götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs4 istifadəsində olmuş “Hyundai Accent” markalı **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məxsus “Hoffman” markalı televizor, “Kgtel” markalı mobil telefon “SamsungA53” markalı mobil telefon üzərindəki ***-***-**-** və ***-***-**-** mobil nömrələrlə, “Georgia” markalı alışqan, eynək qabı, dəri çanla, lelefon cərəyanı elementi, AZE******** nömrəli şəxsiyyət vəsiqəsi və C03175767 nömrəli pasport aşkar edilib götürülmüşdür. İş materiallarında olan qəbzdən görünür ki, istintaq zamanı götürülmüş “Hoffman” markalı televizor, “Kgtel” markalı mobil telefon, “SamsungA53” markalı mobil telefon üzərindəki ***-***-**-** və ***-***-**-** mobil nömrələrlə, “Georgia” markalı alışqan, eynəkqabı, dəri çanta, telefon cərəyanı elementi, AZE******** nömrəli şəxsiyyət vəsiqəsi və C03175767 nömrəli pasport zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs təhvil verilmişdir. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 18 avqust 2023-cü il tarixli 9/5777№-li rəyinə əsasən “Hoffman” markalı LED-40A3300 modelli televizorun qiyməti 300 manat, “KGTEL” markalı K5606 modelli mobil telefonun qiyməti 10 manat, “Samsung” markalı telefona məxsus qidalandırım elementin qiyməti 3 manat, üstündə “GEORGİA” yazısı olan alışqanın qiyməti 3 manat, eynək qabının qiyməti 5 manat, üstündə “Samuch” yazısı olan çantanın qiyməti 20 manat, “SamsungA53” markalı tədqiqata təqdim edilməmiş mobil telefonun qiyməti (nəzəri) 350 manatdır. İş materiallarında olan məhkəmə-psixiatrik ekspertizasının 10 avqust 2023-cü il tarixli 2230№-li rəyinə əsasən yoxlanılan şəxs Təqsirləndirilən şəxs1 xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik müəyyən edilmir. H.İ. Əşrəfzadədə xasiyyətin isterik cizgiləri aşkar olunur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs1 ona istinad edilən cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterinin və ictimai təhlıikəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs1 ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs1 barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. İş materiallarında olan məhkəmə-psixiatrik ekspertizasının 10 avqust 2023-cü il tarixli 2231№-li rəyinə əsasən yoxlanılan şəxs Təqsirləndirilən şəxs2 xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs2 xasiyyətin psixopatik cizgiləri aşkar olunur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs2 ona istinad edilən cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterinin və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs2 ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs2 barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. İş materiallarında olan məhkəmə-psixiatrik ekspertizasının 17 avqust 2023-cü il tarixli 2303№-li rəyinə əsasən Təqsirləndirilən şəxs4 xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik qeyd olunmur. Təqsirləndirilən şəxs4 törətdiyi əməl dövründə xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik aşkar olunmayıb. Təqsirləndirilən şəxs4 törətdiyi əməl dövründə öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs4 törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs4 hal-hazırda öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs4 əməli Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs4 hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs4 əməli törətdiyi zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək qabiliyyətində olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs4 törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs4 əməli Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. İş materiallarında olan məhkəmə-psixiatrik ekspertizasının 25 avqust 2023-cü il tarixli 2402№-li rəyinə əsasən Yoxlanılan şəxs Təqsirləndirilən şəxs3 xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik müəyyən edilmir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs3 ona istinad edilən cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs3 ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs3 hazırda da öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs3 əməli Azərbaycan Respublikası CMnin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs3 barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin məlumatından görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin məlumatından görünür ki, Təqsirləndirilən şəxs3 Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 17 sentyabr 2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci, 177.2.2-ci, 177.2.4-cü, 185.2.1-ci, 185.2.2ci, 326.2-ci maddələri ilə təqsirli bilinərək 01 (bir) il 03 (üç) ay 08 (səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, 02 may 2022-ci il tarixdə cəza müddəti başa çatmışdır. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin törətdikləri əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir, həmin əməllər qəsdən törədilmişdir, başa çatmış cinayətlərdir, təsnifata görə ağır cinayətlərdir. Məhkəmə hesab edir ki, ona qarşı irəli sürülmüş ittihamın heç bir hissəsində özünü təqsirli bilməməsi barədə Təqsirləndirilən şəxs1 ifadəsi işdə olan sübutlarla təsdiq olunmadığına görə qəbul edilə bilməz və cinayət məsuliyyətindən yayınmaq üçün özünümüdafiə məqsədi ilə verilmiş sayılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsini mötəbər sübut qismində qəbul edir və sonuncunun ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, təxminən 2021-ci ilin sonundan “Elçin Zəka” ləqəbli toy müğənnisi Zərərçəkmiş şəxs tanıyır, Dərnəgül qəsəbəsində yerləşən “Musical” adlı klubda tanış olmuşlar, təxminən bir ilə yaxın qeyri-rəsmi olaraq ər-arvad kimi yaşamışlar. 06 iyun 2023-cü il tarixdə bacısı ilə birlikdə istifadə etdikləri mobil telefona baxdıqda görmüşdür ki, Zərərçəkmiş şəxs Rəhiməyə müxtəlif məzmunlu mesajlar yazaraq yaxın münasibətlər qurmaq istədiyinə işarə etmişdir. Bu barədə Rəhimədən soruşanda, bacısı bildirmişdir ki, Elçin bir müddətdir onunla yaxınlıq etmək istəyir, lakin Elçinin təkliflərini rədd edərək razılıq verməmişdir. Bacısı ilə yaxınlıq etmək istədiyinə görə Elçini cəzalandırmaq istəmiş, həmin vaxt əsəbi halda Elçindən necə qisas almağı və cəzalandırmağı fikirləşmişdir. 06 iyun 2023-cü il tarixdə gündüz vaxtı qonşuluğunda yaşayan Təqsirləndirilən şəxs3 görmüş, qərara gəlmişdir kİ, Elçinin hərəkətləri barədə qonşuya danışsın və kömək etməsini xahiş etsin. Heydər tanışı Təqsirləndirilən şəxs4 ilə birlikdə olmuş, amma özü Zeynalı o vaxta qədər tanımamışdır. Heydərə demişdir ki, onlara gəlsinlər, vacib bir söhbəti vardır. Heydər və Zeynal onlara gəlmişlər, bacısı Rəhimə də evdə olmuşdur. O, Heydərə və Zeynala demişdir ki, Elçin adlı bir müğənni tanışı vardır, onu zorladığına görə cəzalandırmaq istəyir və istəyir ki, bu işdə ona kömək etsinlər. Onun dedikləri artıq tanışlarına təsir etmiş, Heydər də təklif etmişdir ki, bacısı Rəhimənin adından Zərərçəkmiş şəxslə danışıb görüş təyin etsin, Rəhimə görüşə gedəndən sonra onlar gedib üstünə çıxsınlar və Elçini tutub əllərini bağlayacaq, sonra mobil telefonla Elçini videoya çəkərək məcbur edərlər ki, videoda onu zorlamasını etiraf etsin, bundan sonra isə həmin videonu sosial şəbəkələrdə yaymamaq üçün Elçindən 5000 manat pul istəyəcəklər, məcbur olub rüsvay olmamaq üçün pulu verəcəkdir. Heydərin təklifini bəyənmiş və razılaşmışdır. Bacısı Rəhimə və Heydərin dostu Zeynal da razılaşmışlar və birlikdə Elçinin evinə basqın edib onu qorxutmağı qərara almışlar. Bundan sonra bacısı ilə birlikdə istifadə etdikləri 070 *** ** ** nömrəli mobil telefonun “Whatsapp” tətbiqi ilə Rəhimənin adı ilə Elçinlə danışıb görüş təyin etmişlər və razılaşmışlar ki, həmin günü yəni 06 iyun 2023-cü il tarixdə axşam saatlarında Elçinin yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsində yerləşən evində görüşsünlər. Elçinlə danışıb görüş təyin etdikdən sonra bu barədə Heydərə demiş, sonra Rəhiməyə tapşırmışlar ki, getsin Elçinlə görüşsün və görüş zamanı onlar qəflətən evə girib Elçinin ona xəyanət etməsini tutacağını deyəcək. Elçin həmin gün toydan gec çıxdığını bildirmiş və görüş gecə yarını keçəndən sonraya düşmüşdür. 07 iyun 2023-cü il tarixə keçən gecə saat 00:30 radələrində o, bacısı Rəhimə, bacısı qızı Əsnad, Heydər və Zeynal ilə birlikdə Zeynalın idarə etdiyi minik avtomaşınında Zərərçəkmiş şəxs yaşadığı Bakı şəhəri Suraxanı rayonu, Bülbülə qəsəbəsində yerləşən evinin yanma gəlmişdir. Maşını bir az aralıda saxlamışlar, Rəhimə avtomaşından düşüb Elçinin yaşadığı evə getmişdir. Təxminən 15 dəqiqə sonra Heydər və Zeynal hasardan aşıb Elçinin həyətinə düşmüşlər, sonra qapını açmış və o da Əsnad ilə birlikdə həmin qapıdan evin həyətinə daxil olmuşdur. Heydər tanışı Zeynal ilə birlikdə Elçinin yaşadığı evə onlardan qabaqda evə yaxınlaşıb kilidlənməmiş açıq qapıdan içəri daxil olmuşlar, o isə bacısı qızı ilə evin həyətində qalmışdır. Təxminən 5 dəqiqə sonra evin içərisində səs-küy gəldiyi üçün evə daxil olmuş və evdə olan qonaq otağında görmüşdür ki, Zərərçəkmiş şəxs əlləri bağlı vəziyyətdə divanda oturub, sifətindən döyüldüyü bilinmişdir. Zeynal əlində olan bıçağı Elçinə tərəf tutaraq hədələmiş, Heydər də hədələyib vuraraq əlindəki mobil telefonla videoçəkiliş etmiş və Elçindən tələb etmişdir ki, onu zorlamağa görə üzr istəsin. Elçin danışmaq istəməyəndə bir iki yumruq da vurmuşlar, amma bıçaqla vurmamışlar. Bu zaman o da öz mobil telefonunu ilə çıxardaraq Elçinin necə üzr istəməsini telefonuna videoya çəkmiş, amma sonradan telefonundan pozmuşdur. Elçin məcbur qalıb qorxudan onunla cinsi əlaqədə olduğunu etiraf edib danışmağa başlamışdır. Bu zaman Heydər Elçindən pul və qiymətli əşyalarının yerini soruşmuş və Zeynala, Rəhiməyə evi axtarmağı tapşıraraq özü Elçinlə məşğul olmuşdur. O da Elçinin yanında olmuş və demişdir ki, hərəkətlərinə görə onu cəzalandırırlar. O, Elçinin barmağındakı üzükdən danışanda Heydər üzüyü çıxartmağı tapşırmış, o da üzüyü çıxartmış, sonra boyunbağısını da qırıb götürmüşdür. Rəhimə və Zeynal evdən yığdıqları əşyaları Heydərin çantasına qoymuşlar, sonra Zeynal bıçaqla qolları bağlı olan Elçinin yanında dayanmış və Heydər də servantdan pul, qol saatları götürmüşdür. Evdən götürdükləri bütün əşyaları dəqiqliklə yadda saxlamamış, amma deyə bilər ki, elan olunmuş ittihamda göstərilənləri doğurdan da götürmüşlər. Televizoru sona yaxın Zeynal götürmüşdür. Elçinin sənədləri başqa əşyalarla birlikdə götürülmüşdür ki, 5000 manatı alandan sonra özünə qaytarılsın. Axırda gedən zaman Elçinin qabağına tələb qoymuşlar ki, əgər danışıqlarının videosunu yaymalarını istəmirsə, rüsvayçılıq lazım deyilsə, 07 iyun 2023-cü il tarixdə saat 17:00 qədər həmin 5000 manatı gətirib onlara, yəni Heydərə verməlidir. Heydər xəbərdar etmişdir ki, polisə şikayət etmək istəsə də videoları sosial şəbəkələrdə yayacaqlar. Elçin onlarla razılaşıb Heydərə bildirmişdir ki, buraxılandan sonıa sabah deyilən vaxta qədər həmin pulu Heydərə çatdıracaqdır. Təxminən 15-20 dəqiqəyə evdəki hərəkətləri başa çatandan sonra götürdükləri əşyaları da apararaq oradan çıxmışlar. Onlar evdən çıxan zaman Heydər Elçinin qolunu açıb bir daha bildirmişdir ki, sabah saat 17:00-a kimi vaxtı var 5000 manatı çatdırsın, yoxsa çəkdiyi videonu sosial şəbəkələrdə yayacaq. Bundan sonra onlar çıxıb Zeynalın idarə etdiiyi avtomaşına minmişlər, orada Heydər ondan Elçinin barmağından çıxartdığı üzüyü götürmüş və bundan sonra onun yaşadığı evə gəlmişlər. Orada Heydər və Zeynal onu, bacısını və bacısı qızını düşürüb getmişlər. Heydər Elçinin evindən oğurladığı pullardan və əşyalardan ona verməmişdir, həmçinin o, Elçini bacısı ilə danışdığı üçün sadəcə olaraq cəzalandırmaq və qorxutmaq istəmişdir. evindən hər hansı bir şey oğurlamaq və ya ondan hədə-qorxu ilə nəsə tələb etmək niyyəti olmamışdır, amma sonradan göstərdiyi kimi alınmışdır. 07 iyun 2023-cü il tarixdə saat 10-11 radələrində polis əməkdaşları onu və bacısı Rəhiməni aparmaq üçün onlara gələndə Heydər və Zeynal da onlarda olmuş, amma maşını hardasa kənarda saxlamışlar. Polislərin gəldiyini hiss edən kimi, qaçmağa başlamışlar, Heydər tutulmuş, Zeynal isə qaçıb aradan çıxdı. Sonra onları Suraxanı RPİnin 31-ci PB-nə aparmışlar. Zeynalın maşınını da polis əməkdaşları tapıb polisə gətirmişlər. Həmçinin məhkəmə hesab edir ki, məhz digər Təqsirləndirilən şəxs3 zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs hədə-qorxu ilə pul tələb etməsi, özünün ittihamın bu hissəsində təqsirsiz olması barədə Təqsirləndirilən şəxs2 ifadəsi işdə olan sübutlarla təsdiq olunmadığına görə qəbul edilə bilməz və cinayət məsuliyyətindən yayınmaq üçün özünümüdafiə məqsədi ilə verilmiş sayılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 məhkəmə və ibtidai istintaq zamanı vermiş olduğu etirafedici ifadələri mötəbər sübut qismində qəbul edir və Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs1 bacısıdır, onunla birlikdə yaşayır. Təqsirləndirilən şəxs3 2016-cı ildən tanımış, qonşusudur, tutulmalarından bir neçə gün əvvəl Heydərlə səmimi münasibəti yaranmışdır. Təqsirləndirilən şəxs4 Heydər vasitəsi ilə tanıyır, onların yaxın münasibətləri vardır. Zərərçəkmiş şəxs bacısı Hökümə vasitəsi ilə tanıyır, Hökümə demişdir ki, Elçinin ondan xoşu gəlib və razılıqla ərarvad kimi yaşayırlar. Hökümənin deməsinə görə Elçin müğənnidir, toylarda oxuyur, ona yaxşı münasibət göstərir, hər görüşəndə 50-60 manat pul verir. Onu da bildirir ki, Hökümə həmin pullardan evə ərzaq almağa xərcləməyə, uşağı üçün bir şey almaq lazım olanda vermişdir. Sonradan elə olmuşdur ki, Hökümə bir müddət Elçinlə görüşməmiş, bacısından səbəbini soruşanda Hökümə demişdir ki, özü Elçindən uzaqlaşıb. Buna baxmayaraq Elçin bacısı Höküməyə zəng vurmuş, evdə hər ikisinin istifadə etdiyi telefona Elçindən zənglər gələndə görmüşdür ki, Hökümə telefonu götürmür. O, telefonu açıb Elçinə demişdir ki, Hökümə xəstə olduğundan xalasıgildə qalır. Hökümə isə dəfələrlə bildirmişdir ki. Elçindən uzaqlaşmaq istəyir. Qızı Əsnadın 05 iyun 2023-cü il tarixdə ad günü olduğundan bacısı Hökümə Elçinə zəng vurub pul istəmiş, Elçin bildirmişdir ki, pulu bir şərtlə verəcəkdir ki, Hökümə onunla görüşməyə razılaşsın. Hökmə də buna acıqlanıb demişdir ki, “mən səndən pul istəyirəm, görüşmək istəmirəm, biz cinsi əlaqədə olmadan da görüşüb pulu verə bilərsən”. Elçin təkrarən bildirmişdir ki, görüşüb cinsi əlaqədə olsalar, sonra pul verəcəkdir, onun bu danışığından sonra Hökümə telefonu söndürüb əlaqəni kəsmişdir. Bundan sonra Hökümə çox gərgin və əsəbi olmuşdur. 06 iyun 2023-cü il tarixdə gündüz vaxtı Hökümə qonşu Təqsirləndirilən şəxs3 və sonuncunun tanışı Təqsirləndirilən şəxs4 ilə evə gəlmişlər. Hökümə onlara Elçinlə olan münasibətləri barədə danışmış və Elçinin onu zorladığını bildirmiş, Heydər və Zeynal danışıqlardan sonra Elçinin hərəkətlərini pisləmişlər, Heydər bildirmişdir ki, Elçini tanımır, amma bu hərəkətinə görə cəzalandırılmalı adamdır. O da, bacısı Hökümə də demişlər ki, Elçinin cəzalandırılmasını istərdilər, Hökümə Heydərdən xahiş etmişdir ki, bu işdə ona kömək etsin. Heydər kömək edəcəyini, Elçini cəzalandıracağını bildirmiş, dostu Zeynal da bu işdə kömək edəcəyini demişdir. Bundan sonra necə hərəkət etməli olduqları barədə Heydərin və Hökümənin təklifləri ilə belə razılaşmışlar ki, o, Hökümənin bacısı kimi Elçinlə sonuncunun evində görüş təyin edib oraya getsin, sonra isə Hökümə tanışları Heydər və Zeynal ilə oraya gəlib Elçini xəyanət edən kimi tutsun, eləcə də plana görə bundan sonra Heydər və Zeynal Elçini sıxışdırıb əl-qolunu bağlamalı və onu videoya çəkərək Höküməni zorlamasını boynuna almağa məcbur etməli, sonra videonu yaymaqla hədələyib bunu etməmək üçün 5.000 manat pul tələb etməli olmuşlar. Həmin günü günorta vaxtlarında o, Elçinə zəng vurub görüşmək istədiyini, telefonla deyilməsi mümkün olmayan vacib sözü olduğunu bildirmişdir. Elçin isə onun istifadəsində olan 050 *** ** ** mobil telefonun vatsap nömrəsinə səs göndərərək bildirmişdir ki, toyda olduğuna görə gec çıxacaq, ondan sonra da görüşmək üçün evə baş çəkib çıxmalıdır, onunla əlaqə saxlayacaqdır. Bundan sonra təxminən saat 00:20-də Elçinlə danışmış, Elçin gec olduğunu deyəndə demişdir ki, fərqi yoxdur, ünvanı desin özü yanına gələcəkdir. Bundan sonra Elçin vaçapla məkan atıb olduğu ünvanı bildirmişdir. O, Hökümə, Heydər və Zeynal birlikdə, Zeynalın idarə etdiyi avtomaşınla Elçinin ünvan 16 ünvandakı evinin qarşısına gəlmişlər. Zeynal avtomaşının kənarda saxlamış, əvvəlcədən razılaşdıqları kimi, Elçinə zəng vurmuş, sonuncu həyətə çıxıb onu qarşılamış, birlikdə evə girmişlər. Elçin evinin qapsını arxadan bağlamışdır. Mənzilə keçəndən sonra Elçinin göstərdiyi divanın üstündə oturmuş, Elçin də yanında oturmuşdur. Bir qədər danışandan sonra ayaqyoluna getmək üçün həyətə çıxmış və qayıdanda evin giriş qapısını kilidlənməmiş açıq saxlamışdır. Onun qayıtmasından bir neçə dəqiqə sonra Heydər, Zeynal və Hökümə evə daxil olmuşlar. Heydər və Zeynal mənzilə girən kimi Heydər təpiklə Elçinin sinəsinə vurmuş, Elçin yerə yıxılmışdır. Zeynal və Heydər yumruq, təpiklə Elçini vuraraq xəsarətlər yetirmişlər. X22 yaxınlaşaraq ayağa qaldırıb əlindəki bıçaqla hədələyərək üzünü divara sıxmış, verdiyi qaytanla Heydər arxadan Elçinin qollarını bağlamış və divanda oturtmuşlar. Heydər stul götürərək Elçinin qarşısında oturdu və dedi ki, “Sən belə qudurmusan ki, başqasının qızı ilə cinsi əlaqədə olursan, Höküməni məcbur edirsən ki, istədiyin vaxtda səninlə əlaqədə olsun?”. Elçin əvvəl etiraf etməmiş, bunu görən Zeynal bıçaqla Elçinin hədələyib demişdir ki, -“səsini çıxartsan səni öldürərəm, şalvarını çıxarıb zorlayaram, sonra da videonu çəkib səni sosiyal şəbəkələrdə biyabır edərəm. Əgər Hökməni zorladığım etiraf etsən, bunu etmərəm”. Elçin qorxusundan Hökməni zorlamasını etiraf etmiş, Hökümə və Heydər telefonları ilə etiraf sözlərinin videoçəkilişini aparmışlar. Bu zaman Heydər Elçindən pul və qiymətli əşyalarının yerini soruşmuş, ona və Zeynala evi axtarmağı tapşırmış, onlar evi axtarıb əliə keçən telefon, eynək, alışqanları, ətirləri götürüb Heydərin çantasına yığmışlar. Zeynal və Heydər evdə pul da tapıb götürmüşlər, sonradan eşitmişdir ki, Elçin evdən 870 manat pul götürüldüyünü yazıb, amma özü pulun sayını bilməmişdir. Heydərin göstərişi ilə Hökümə stolun üstündə olan “Samsung A53” markalı mobil telefonu götürmüş, sonra Zeynal stolun üzərində olan Nokia markalı mobil telefonu və qonaq otağında stolun üzərində olan “Hofman” markalı televizoru götürmüş, bundan əlavə bir neçə qol saatım Heydərlə Hökmə götürmüşlər, götürülənlərdən ona nə verilmişsə, Heydərin çantasına qoymuşdur. Elçinin əlində olan qızıl kişi üzüyünü, bacısı Hökümə çıxardıb özündə saxlamış, Elçinin boynunda olan sadə metal boyunbağını da Hökümə dartıb qırmışdır. X7 zorlamasını etiraf etdikdən sonra Heydər Elçindən tələb etmiş ki, axşam saat 17 radələrinə kimi 5000 (beş min) manat pul ona verilməsə əlində olan həmin vidiogörüntüləri sosial şəbəkələrdə yayılacaqdır. Bundan sonra Elçin razılaşmış, Heydər Elçinin bağlı əllərini açıb hədələmişdir ki, 5000 manat pulu axşama kimi düzəltsin, əgər polisə şikayət etsə, əlində olan vidiogörüntülər sosial şəbəkələrdə yayılacaqdır. Onlar Elçini evdə tək qoyaraq mənzilindən çıxmışlar, Zeynalın avtomobili ilə hadisə yerindən uzaqlaşmışlar. Heydərlə Zeynal onu və bacısı Höküməni uşaqla birlikdə yaşadıqları Binə qəsəbəsi, Bakıxanov küçəsindəki evin qarşısnda saxlamışlar. Həmin vaxt Heydər bacısı Hökümədən Elçindən aldığı qızıl kişi üzüyünü almış, götürdükləri əşyaları Zeynalın idarə etdiyi avtomaşının baqajında saxlamışlar ki, sonra bölüşdürsünlər. Bundan sonra Heydərlə Zeynal çıxıb getmişlər. Onlar səhəri gün gəlmişlər, bir yerdə olanda onun 070 *** ** ** mobil telefon nömrəsinə Elçindən zəng gəlmiş və demişdir ki, tələb etdikləri 5000 min manat puldan 4000 min manatını düzəldib, Heydər və Hökmə ilə görüşüb pulu vermək istəyir. Heydərlə məsləhətləşib Elçinə demişdir ki, 15 dəqiqəyə danışarlar.Yaşadığıqları evdən çıxmaq istədikdə Suraxanı RPİ- nin 31-ci PB-nin əməkdaşları onu, Hökməni, Heydəri tutaraq saxlamışlar, Zeynal isə evin hasarından çıxaraq qaçmışdır. Onları polis bölməsinə gətirmişlər. Həmçinin məhkəmə hesab edir ki, ittihamda qeyd edilənin əksinə hadisə vaxtı üzərində bıçaq olmaması barədə Təqsirləndirilən şəxs3 ifadəsi işdə olan sübutlarla təsdiq olunmadığına görə qəbul edilə bilməz və özünümüdafiə məqsədi ilə verilmiş sayılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs3 məhkəmə və ibtidai istintaq zamanı vermiş olduğu etirafedici ifadələri mötəbər sübut qismində qəbul edir və Təqsirləndirilən şəxs3 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs1 qonşusudur, təxminən 10 il olar ki, tanışdırlar, qonşu kimi münasibətləri yaxşı olmuşdur. Təqsirləndirilən şəxs1 bacısı Təqsirləndirilən şəxs2 və sonuncunun azyaşlı qızı Əsnad ilə birlikdə yaşayır. 06 iyun 2023-cü il tarixdə tanışı Təqsirləndirilən şəxs4 ilə birlikdə yaşadığı evin yaxınlığında həyətdə olarkən Hökümə onları evinə dəvət edərək demişdir ki, söhbətləşmək istəyir. O da Zeynal ilə birlikdə qonşunun evinə getmiş, həmin vaxt bacısı Rəhimə də olmuşdur. Rəhimə ona bildirmişdir ki, Hökümənin Elçin adlı tanışı var və tanışı Höküməni zorlayıb. Bundan sonra söhbət zamanı Hökümə də tanışı Elçin tərəfindən zorlandığını, sonradan Elçinin onun bacısı ilə də yaxınlıq etmək istədiyini bildirmiş və buna görə Elçini cəzalandırmaq istədiyini demişdir. Hökümə bildirmişdir ki, bacısı Rəhimə ilə Elçin arasında Elçinin yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsində yerləşən evində görüş təyin etmək və onu bacısı ilə görüş vaxtı tutub cəzalandırmasını istəyir, həmin görüşə onların, yəni onun və Zeynalın da getmələrini, yəni ona kömək etmələrini istəmişdir. Hökümənin dediklərini dinləyib təklif etmişdir ki, Elçin ilə görüş baş tutandan sonra o gəlib Elçini tutaraq əllərini bağlasın və mobil telefonla videoya çəkərək məcbur etsin ki, Höküməni zorlamasını videoda etiraf etsin, bundan sonra isə həmin videonu sosial şəbəkələrdə yaymamaq üçün Elçindən 5.000 manat pul istəsin. Hökümə onunla razılaşdıqdan sonra 07 iyun 2023-cü il tarixə keçən gecə təxminən saat 00:30 radələrində o, Hökümə, bacısı Rəhimə və azyaşlı qızı Əsnad tanışı Zeynalın idarə etdiyi “Hyundai” markalı maşında Zərərçəkmiş şəxs yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Bül- Bülə qəsəbəsində yerləşən evinin yanına gəlmiş və evdən bir az aralıda dayanmışlar. Rəhimə avtomaşından düşüb Elçinin yaşadığı evə getmişdir. Təxminən 15 dəqiqə sonra o, Zeynal ilə birlikdə evin hasarından keçməklə Elçinin həyətinə düşmüşlər, birlikdə evə yaxınlaşıb açıq olan giriş qapısından içəri daxil olmuşlar. Elçin evin mətbəxində olmuş, onlar Elçini görən kimi Zeynal yaxınlaşıb yumruqla sinəsindən vurmuş, zərbədən Elçin yerə yıxılmış, bu zaman özü də yaxınlaşıb Elçinə bir-iki zərbə vurandan sonra birlikdə yerdən qaldırmışlar, Zeynal kaprondan hazırlanmış qaytanı ona vermiş və Elçinin qollarını arxasında bağlamışlar, sonra qonaq otağında olan divana oturtmuşlar. Həmin vaxtı Hökümə ilə bacısı qızı da evə gəlmişlər, onlara kimin qapını açdığını dəqiq xatırlamır. Hökümə elə orada Elçinin ona qarşı əxlaqsızlıq etdiyini üzünə bildirmiş və demişdir ki, buna görə cəzasını alır. Bundan sonra Zeynal özü ilə gətirdiyi bıçağı Elçinin sağ qoluna dirəyib qorxutmuş, amma bıçaqla vurmamışdır. Onlar Elçindən tələb etmişlər ki, Hökümə ilə etdiyi hərəkətləri, yəni zorlamasını etiraf etsin, Elçin belə hərəkətlər etməsini boynuna almayanda o, Zeynal ilə birlikdə Elçinə bir-iki yumruq da vurmuşlar, bundan sonra Elçin danışmağa başlamış və Hökümə ilə razılıqla cinsi əlaqədə olduqlarını demişdir. Bu zaman o, Elçindən evdə pul və qızılın harada olduğunu soruşmuş, Elçin servantda pulun yerini deyəndən sonra Zeynal və Rəhimə evi axtarıb pulu və əşyaları yığmağa başlamışlar. O isə Elçinə Hökümə ilə bağlı dediklərini təkrar etdirib telefonu ilə videoya yazmış, Hökümə də Elçindən çox acıqlı olduğundan öz telefonu ilə video çəkmişdir. Bu zaman Hökümə demişdir ki, Elçinin barmağındakı üzük xoşuna gəlir, o, demişdir ki, çıxartsın üzüyü, Hökümə də üzüyü çıxartmış, sonra da Elçinin boğazındakı zəncirini qırıb götürmüşdür. Daha sonra o, Elçinin qonaq otağında olan şkafdan təxminən 400 manat pulu götürmüş, Hökümə ilə bacısı Rəhimə isə həmin otaqda olan şkafdan bir neçə ədəd müxtəlif markada kişi qol saatlarını götürüb onda olan qara çantasına qoymuşlar. Bir müddət Zeynal əlində bıçağı Elçinin sağ qoluna dirəyib ona nəzarət etmiş, sonda isə çıxanda Zeynal qonaq otağında olan televizoru götürüb özü ilə aparmışdır. Onlar evdən çıxan zaman o, Elçinin qolunu açıb demişdir ki, sabah saat 17:00-a kimi vaxtı var, 5000 manatı çatdırmalıdır onlara, əks halda çəkdikləri videonu sosial şəbəkələrdə yayacaqlar. Eyni zamanda xəbərdar etmişlər ki, polisə məlumat vermək fikrinə düşməsin, yoxsa videoları yayılacaqdır. Gedəndə Elçinə tapşırmışlar ki, onlardan sonra 5-10 dəqiqə heç bir hərəkət etməsin. Bundan sonra onlar çıxıb Zeynalın idarə etdiyi avtomaşına minmişlər, orada Hökümədən Elçinin barmağından çıxartdığı üzüyü götürüb qara çantasına qoymuş bundan sonra Hökümənin yaşadığı ünvana gəlmişlər. Orada Höküməni, bacısını və bacısı qızını düşürdüb getmişlər. Bildirir ki, o və Zeynal Elçinin evində ələ keçirdikləri pul və əşyalardan Hökümə ilə bacısı Rəhiməyə verməmişlər. Səhəri günü, yəni 07 iyun 2023-cü il tarixdə saat 10 radələrində Zeynal ilə birlikdə Hökümənin yaşadığı evdə olanda Elçin Rəhiməyə zəng vurmuş və tələb edilən pulun 4000 manatının hazır olduğunu demişdir. Rəhimə bunu deyəndə o, demişdir ki, Elçin onların zəngini gözləsin, 10-15 dəqiqəyə deyəcəklər. Onlar evdən çıxmaq istəyəndə Suraxanı RPİ-nin 31-ci PB-nin əməkdaşları gəlib onları saxlamışlar, bu zaman Zeynal qaçmışdır. Ona elan olunmuş ittihamda göstərilən əşyaları və pulu, sənədləri ələ keçirdiklərini təsdiq edir, amma əşyaların hamısı yadında qalmamışdır, çünki hər biri nəyisə götürmüş, kimin hansı əşyanı haradan götürdüyünü dəqiq xatırlamır. Onu da bildirir ki, sənədləri istifadə etmək və ya məhv etmək fikirləri olmamışdır, sadəcə 5000 manatı gətirəndən sonra özünə verəcəkdilər. Həmçinin məhkəmə hesab edir ki, ittihamda qeyd edilənin əksinə hadisə vaxtı üzərində bıçaq olmaması barədə Təqsirləndirilən şəxs4 ifadəsi işdə olan sübutlarla təsdiq olunmadığına görə qəbul edilə bilməz və cinayət məsuliyyətindən yayınmaq üçün özünümüdafiə məqsədi ilə verilmiş sayılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs4 məhkəmə və ibtidai istintaq zamanı vermiş olduğu etirafedici ifadələri mötəbər sübut qismində qəbul edir və Təqsirləndirilən şəxs4 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Hökümə bacısı Rəhimə Əşrəfzadə ilə bir ünvanda yaşayır. 06 iyun 2023-cü il tarixdə o, Heydər ilə sonuncunun yaşadığı evin yaxınlığında dayanıb söhbət edən zaman həmin məhəllədə yaşayan Təqsirləndirilən şəxs1 görmüşlər, Hökümə onları öz yaşadığı evə söhbət etməyə dəvət etmiş, amma nədən söhbət edəcəyini onlar bilməmişlər. Heydərlə birlikdə Hökümənin yaşadığı evə getmiş, bacısı Rəhimə də orada olmuşdur. Rəhimə bildirmişdir ki, Hökümənin Elçin adlı tanışı var, toylarda müğənni kimi oxuyandır, həmin şəxs Höküməni zorlayıb. Bundan sonra söhbət zamanı Hökümə özü də tanışı Elçin tərəfindən zorlandığını və Elçinin sonradan onun bacısı ilə də yaxınlıq etmək istədiyini bildirmiş və buna görə də Elçini cəzalandırmaq istədiyini demişdir. Bundan sonra Hökümə bildirmişdir ki, bacısının adından Elçin ilə onun Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsində yerləşən evində görüş təyin edilib, həmin görüşə onlarla getmək istəyir ki, orada Elçini cəzalandırmağa kömək etsinlər. Bundan sonra Heydər təklif etmişdir ki, Elçin ilə Rəhimə görüş təyin etsin, bu zaman o, Heydər ilə gəlib Elçini tutub əllərini bağlasınlar və mobil telefonla videoya çəkərək onu məcbur etsinlər ki, videoda Höküməni zorlamağı etiraf etsin və buna görə Elçinin boynuna qoysunlar ki, onlara 5000 manat pul versin. Onun pula ehtiyacı olduğu üçün bu təkliflə razılaşmışdır. Hökümə və Rəhimə də bu təkliflə razılaşmışlar. 07 iyun 2023-cü il tarixə keçən gecə təxminən saat 00:30 radələrində Hökümə, Rəhimə və azyaşlı qızı Əsnad, dostu Heydər onun idarə etdiyi “Hyundai” markalı avtomaşınla Zərərçəkmiş şəxs yaşadığı Bakı şəhəri Suraxanı rayonu, Bülbülə qəsəbəsində yerləşən evinin yanına getmişlər. Orada Rəhimə avtomaşından düşüb razılaşdıqları kimi Elçinlə görüşə sonuncunun yaşadığı evə getmişdir. Təxminən 15 dəqiqə sonra o. Heydərlə birlikdə hasardan aşaraq Elçinin həyətinə düşmüşlər, bundan sonra Heydərlə birlikdə Elçinin evin açıq qapısından içəri daxil olmuşlar. Həmin vaxt Elçinin evin mətbəxində olduğunu görmüşlər, əvvəlcə özü yaxınlaşıb Elçinin sinəsinə yumruqla vurmuş, Elçin yerə yıxılmış və bu zaman Heydərlə birlikdə bir-iki zərbə də vurandan sonra kaprondan hazırlanmış qaytanı götürüb Elçinin əllərini bağlayıb qonaq otağına apararaq divana oturtmuşlar. Həmin vaxt Hökümə azyaşlı bacısı qızı ilə çöldə olduqları üçün o, evin açarım Elçindən götürmüş və qapını açıb Hökümə ilə bacısı qızını həyət buraxmış, onlar da evə gəlmişlər. Bundan sonra Heydər ilə birlikdə Elçini hədələyərək Höküməni zorlamağa görə üzr istəməsini tələb etmişlər, Elçin zorlamanı etiraf etməyəndə yenə ona bir-iki zərbə vurmuşlar, bundan sonra Elçin razılaşıb demişdir ki, Hökümə ilə cinsi əlaqədə olmuş və üzrxahlıq edir. Bundan sonra Heydər və Hökümə öz telefonları ilə Elçini təkrar danışdıraraq Höküməni zorlaması və üzr istəməsi barədə danışıqlarının videosunu iki telefonla çəkmişlər. Eyni zamanda Heydərin tələbi ilə Elçinin evdə olan pulun və əşyalarını yerini demiş və o, Rəhimə ilə birlikdə servantdan 400-500 manat pulu, mobil telefonlar, alışqanlar, eynəklər, və başqa əşyaları yığıb Heydərin özü ilə gətirdiyi çantaya qoymuşlar. Heydər orada Höküməyə Elçinin sol əlindəki adsız barmağında olan qızıl üzüyü çıxartmağı demiş, Hökümə də həmin üzüyü Elçinin barmağından çıxardıb əlində saxlamışdır. Daha sonra Heydər Elçinin yaşadığı evindəki qonaq otağında olan şkafın dolabından nə isə götürmüş, Hökümə ilə bacısı Rəhimə isə həmin otaqda olan şkafdan bir neçə ədəd müxtəlif markada kişi qol saatlarını götürüb Heydərdə olan qara çantaya yığmışlar. O, həmin vaxt yorğun olduğu üçün divanda oturmuş və bir müddət diqqəti yayındığına görə onunla birlikdə olanların nə etdiklərini bilməmiş, bir də Heydər getməli olduqlarını deyəndə otaqdakı televizoru əlinə götürüb evdən çıxmışdır. Onlar evdən çıxan zaman Heydər Elçinin qolunu açmış və onları polisə verməmək barədə tapşırmışdır. Bundan sonra onlar çıxıb həmin evin qarşısında saxladığı avtomaşına əyləşərək oradan Hökümənin yaşadığı ünvana gəlmişlər. X18 Elçinin barmağından çıxartdığı üzüyü də götürüb əlindəki qara çantaya qoymuşdur. Onlar Höküməni, bacısını və bacısı qızını düşürdüb oradan uzaqlaşmışlar. Bir az kənarlaşdıqdan sonra avtomobili saxlamış və Heydərlə birlikdə Elçinin evindən götürdükləri əşyaları saymışlar. Bildirir ki, həmin əşyalardan və ya puldan Hökümə və ya onun bacısı Rəhiməyə heç nə verməmişlər, bir ədəd sadə “Nokia” markalı mobil telefonu özünə götürmüşdür. Səhəri gün onlar Höküməgildə olanda polis əməkdaşlarının gəldiyini görüb qaçmış, maşınını da parkladığı yerdən götürməyə imkan olmamışdır. Polislər Heydəri orada tutmuşlar, Hökümə və Rəhimə ilə birlikdə polisə aparmışlar. Bir müddət polisdən yaymandan sonra 15 avqust 2023-ci il tarixdə tutulmuşdur. Ona elan edilmiş ittihamda göstərilən əşya və pulun onlar tərəfdən götürülməsini təsdiq edir. Elçinə quldurluq basqını etmək niyyəti ilə evinə getməmiş, sadəcə əxlaqsızlıq etdiyini Hökümədən eşidəndə Elçini cəzalandırmaqda Höküməyə kömək etmək istəmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-nin 181.2.1-ci, 181.2.3-cü, 181.2.5-ci, 182.2.1-ci, 182.2.2-ci, 182.2.3-cü və 326.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi sübuta yetirilmişdir. Sonuncular qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxslərə qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin təqsirli bilindikləri müvafiq maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəzalar təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, zərərçəkmiş şəxslə aralarında barışıq əldə etdiklərini, sonuncuya dəymiş maddi ziyanı ödədiyini və zərər çəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ilə aralarında barışıq əldə etdiklərini, sonuncuya dəymiş maddi ziyanı ödədiyini və zərər çəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hal hesab edir. Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, himayəsində bir azyaşlı uşağının olmasını, 20 həftəlik hamilə olmasını, zərərçəkmiş şəxslə aralarında barışıq əldə etdiklərini, sonuncuya dəymiş maddi ziyanı ödədiyini və zərər çəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarında olan “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə olunmuş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs2 05 iyun 2020-ci il təvəllüdlü bir azyaşlı uşağı var. Cinayət işinin materiallarında olan 12 iyun 2024-cü il tarixli "xxxx" Tibb Müəssisəsi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 20 həftəlik hamilədir. Məhkəmə Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxslə aralarında barışıq əldə etdiklərini, sonuncuya dəymiş maddi ziyanı ödəməsini və zərər çəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, himayəsində bir azyaşlı uşağının olmasını və 20 həftəlik hamilə olmasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddələrində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs3 cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, himayəsində dörd azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxslə aralarında barışıq əldə etdiklərini, sonuncuya dəymiş maddi ziyanı ödədiyini və zərər çəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarında olan “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə olunmuş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs3 X10 ilə birgə nikahlarından 23 may 2015-ci il, 05 noyabr 2016-cı il, 19 aprel 2018-ci il, 13 oktyabr 2020-ci il təvəllüdlü dörd azyaşlı uşağı var. Məhkəmə Təqsirləndirilən şəxs3 himayəsində dörd azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxslə aralarında barışıq əldə etdiklərini, sonuncuya dəymiş maddi ziyanı ödəməsini və zərər çəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Təqsirləndirilən şəxs3 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddələrində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs3 Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 17 sentyabr 2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci, 177.2.2-ci, 177.2.4-cü, 185.2.1-ci, 185.2.2-ci, 326.2-ci maddələri ilə təqsirli bilinərək 01 (bir) il 03 (üç) ay 08 (səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, 02 may 2022-ci il tarixdə cəza müddəti başa çatmışdır. Azərbaycan Respublikası CM-nin 18.4 və 18.4.4-cü maddələrinə əsasən residivin müəyyən edilməsi zamanı azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Buna görə də məhkəmə hesab edir ki, əvvəllər qəsdən cinayət törətməyə görə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 17 sentyabr 2021-ci il tarixli hökmü ilə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs3 həmin cinayət əməlinə, yəni azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətə görə məhkumluğu cinayətin residivi növündə cəzanı ağırlaşdıran hal kimi nəzərə alına bilməz. Məhkəmə Təqsirləndirilən şəxs4 cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, mənfi xarakterizə olunmayan şəxsiyyətini, zərərçəkmiş şəxslə aralarında barışıq əldə etməməsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarında olan Bakı şəhər Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının Maştağa qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 24 avqust 2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs4 qəsəbədə yaşadığı müddət ərzində barəsində qonşulardan və ya sakinlərdən heç bir şikayət daxil olmamışdır. Təqsirləndirilən şəxs4 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu və 61-ci maddələrində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır, tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxil edilir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 07 iyun 2023-cü il taixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)- 250/2023 saylı, 09 iyun 2023-cü il tarixli qərarı ilə barəsində 07 oktyabr 2023-cü il tarixədək ev dustaqlığı qətimkan tədbiri seçilmiş, həmin məhkəmənin 4(010)-384/2023 saylı, 05 oktyabr 2023-cü il tarixli qərarı ilə ev dustaqlığı qətimkan tədbirinin müddəti 27 oktyabr 2023-cü il tarixədək uzadılmış, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)- 2259/2023 saylı, 26 oktyabr 2023-cü il tarixli qərarı ilə barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri məhkəmənin hazırlıq iclasınadək təsdiq edilmiş, həmin məhkəmənin 1(101)-2259/2023 saylı, 02 noyabr 2023-cü il tarixli qərarı ilə barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri qüvvədə saxlanılmışdır. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 tutulduğu və ev dustaqlığında saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməli və cəzaçəkmə müddətinin başlanğıcı 07 iyun 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 azadlıqdan məhrum etmə növündə cəza təyin edildiyinə görə hökmün icrasının təmin edilməsinə nail olmaq məqsədilə təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək həbs növündə qətimkan tədbiri ilə əvəz edilməli, Təqsirləndirilən şəxs1 hökm elan edildikdən dərhal sonra məhkəmə iclası zalında həbs edilməlidir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 18 iyul 2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)-287/2023 saylı, 18 iyul 2023-cü il tarixli qərarı ilə barəsində 07 oktyabr 2023-cü il tarixədək ev dustaqlığı qətimkan tədbiri seçilmiş, həmin məhkəmənin 4(010)-385/2023 saylı, 05 oktyabr 2023-cü il tarixli qərarı ilə ev dustaqlığı qətimkan tədbirinin müddəti 27 oktyabr 2023-cü il tarixədək uzadılmış, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-2259/2023 saylı, 26 oktyabr 2023-cü il tarixli qərarı ilə barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri məhkəmənin hazırlıq iclasınadək təsdiq edilmiş, həmin məhkəmənin 1(101)-2259/2023 saylı, 02 noyabr 2023-cü il tarixli qərarı ilə barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri qüvvədə saxlanılmışdır. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 ev dustaqlığında saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməli və cəzaçəkmə müddətinin başlanğıcı 18 iyul 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 azadlıqdan məhrum etmə növündə cəza təyin edildiyinə görə hökmün icrasının təmin edilməsinə nail olmaq məqsədilə təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək həbs növündə qətimkan tədbiri ilə əvəz edilməli, Təqsirləndirilən şəxs2 hökm elan edildikdən dərhal sonra məhkəmə iclası zalında həbs edilməlidir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs3 07 iyun 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)-249/2023 saylı, 09 iyun 2023-cü il tarixli qərarı ilə barəsində 07 oktyabr 2023-cü il tarixədək həbs qətimkan tədbiri seçilmiş, həmin məhkəmənin 4(010)-383/2023 saylı, 05 oktyabr 2023-cü il tarixli qərarı ilə həbs qətimkan tədbirinin müddəti 27 oktyabr 2023-cü il tarixədək uzadılmış, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-2259/2023 saylı, 26 oktyabr 2023-cü il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri məhkəmənin hazırlıq iclasınadək təsdiq edilmiş, həmin məhkəmənin 1(101)-2259/2023 saylı, 02 noyabr 2023-cü il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri qüvvədə saxlanılmışdır. Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs3 təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 07 iyun 2023cü il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Həmin Məcəllənin 66.5-ci maddəsinə görə cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-260/2024 saylı, 28 fevral 2024-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs4 oglu Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-260/2024 saylı, 28 fevral 2024-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1-ci və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs4 Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-260/2024 saylı, 28 fevral 2024-cü il tarixli hökmü ilə təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablanaraq 01 (bir) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə növündə cəzaya bərabər tutularaq bu hökm üzrə təyin edilmiş cəzaya qismən birləşdirilməklə Təqsirləndirilən şəxs4 müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza müəyyən edilməlidir. Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs4 ünvan 5cü il tarixli qərarı ilə barəsində əvvəli 14 avqust 2023-cü il tarixdən hesablanmaqla 07 oktyabr 2023cü il tarixədək həbs qətimkan tədbiri seçilmiş, həmin məhkəmənin 4(010)-382/2023 saylı, 05 oktyabr 2023-cü il tarixli qərarı ilə həbs qətimkan tədbirinin müddəti 27 oktyabr 2023-cü il tarixədək uzadılmış, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-2259/2023 saylı, 26 oktyabr 2023-cü il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri məhkəmənin hazırlıq iclasınadək təsdiq edilmiş, həmin məhkəmənin 1(101)-2259/2023 saylı, 02 noyabr 2023-cü il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri qüvvədə saxlanılmışdır. Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs4 təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 14 avqust 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs4 təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Həmçinin məhkəmə hesab edir ki, iş üzrə maddi sübut qismində tanınmış “Hoffman” markalı televizor, “Kgtel” markalı mobil telefon, “SamsungA53” markalı mobil telefon üzərindəki ***-***-**-** və ***-***-**-** mobil nömrələrlə, “Georgia” markalı alışqan, eynəkqabı, dəri çanta, telefon cərəyanı elementi, AZE******** nömrəli şəxsiyyət vəsiqəsi və C03175767 nömrəli pasportun zərər çəkmiş şəxs Kişiyev təhvil verilməsi nəzərə alınmalıdır. Bundan başqa zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs4 qarşı mülki icraat qaydasında məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 50 (əlli) manat məbləğində ekspertiza xərci müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs4 məhkəmə iclasınlarında hüquqlarını dövlət hesabına müdafiə etmiş «Femida» Vəkil Bürosunun vəkili Müdafiəçi4, Təqsirləndirilən şəxs1 məhkəmə iclasınlarında hüquqlarını dövlət hesabına müdafiə etmiş “Femida” Vəkil Bürosunun vəkili X2, Təqsirləndirilən şəxs2 məhkəmə iclasınlarında hüquqlarını dövlət hesabına müdafiə etmiş “Femida” Vəkil Bürosunun vəkili Müdafiəçi3, Təqsirləndirilən şəxs3, məhkəmə iclasınlarında hüquqlarını dövlət hesabına müdafiə etmiş “Femida” Vəkil Bürosunun vəkili Müdafiəçi1 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 06 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 məhkəmə iclaslarında göstərdiyi pulsuz hüquqi yardıma görə 100 (yüz) iş saatı üçün 600 (altı yüz) manat məbləğində vəsait «Femida» Vəkil Bürosunun vəkili X2, Təqsirləndirilən şəxs2 məhkəmə iclaslarında göstərdiyi pulsuz hüquqi yardıma görə 100 (yüz) iş saatı üçün 600 (altı yüz) manat məbləğində vəsait «Femida» Vəkil Bürosunun vəkili Müdafiəçi3, Təqsirləndirilən şəxs3 məhkəmə iclaslarında göstərdiyi pulsuz hüquqi yardıma görə 100 (yüz) iş saatı üçün 600 (altı yüz) manat məbləğində vəsait «Femida» Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs4 məhkəmə iclaslarında göstərdiyi pulsuz hüquqi yardıma görə 16 (on altı) iş saatı üçün 96 (doxsan altı) manat məbləğində vəsait «Femida» Vəkil Bürosunun vəkili Müdafiəçi4 ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına «Femida» Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.2.1-ci, 181.2.3-cü, 181.2.5-ci, 182.2.1-ci, 182.2.2-ci, 182.2.3-cü və 326.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.2.1-ci, 181.2.3-cü, 181.2.5-ci maddələri ilə 08 (səkkiz) il müddətə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182.2.1-ci, 182.2.2-ci, 182.2.3-cü maddələri ilə 05 (beş) il müddətə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 326.2-ci maddəsi ilə 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 təyin olunmuş cəzaları qismən toplamaq yolu qəti olaraq 08 (səkkiz) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə növündə cəza müəyyən edilsin. Təqsirləndirilən şəxs1 məhkəməyədək və məhkəmə icraatı zamanı ev dustaqlığında saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilsin və cəzaçəkmə müddətinin başlanğıcı 07 iyun 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs1 barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilsin və Təqsirləndirilən şəxs1 hökm elan edildikdən dərhal sonra məhkəmə iclası zalında həbs edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. Təqsirləndirilən şəxs1 həbsdə saxlanma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanası müəyyən edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.2.1-ci, 181.2.3-cü, 181.2.5-ci, 182.2.1-ci, 182.2.2-ci, 182.2.3-cü və 326.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.2.1-ci, 181.2.3-cü, 181.2.5-ci maddələri ilə 08 (səkkiz) il müddətə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182.2.1-ci, 182.2.2-ci, 182.2.3-cü maddələri ilə 05 (beş) il müddətə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 326.2-ci maddəsi ilə 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 təyin olunmuş cəzaları qismən toplamaq yolu qəti olaraq 08 (səkkiz) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə növündə cəza müəyyən edilsin. Təqsirləndirilən şəxs2 məhkəməyədək və məhkəmə icraatı zamanı ev dustaqlığında saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilsin və cəzaçəkmə müddətinin başlanğıcı 18 iyul 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs2 barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilsin və Təqsirləndirilən şəxs2 hökm elan edildikdən dərhal sonra məhkəmə iclası zalında həbs edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. Təqsirləndirilən şəxs2 həbsdə saxlanma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanası müəyyən edilsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.2.1-ci, 181.2.3-cü, 181.2.5-ci, 182.2.1-ci, 182.2.2-ci, 182.2.3-cü və 326.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.2.1-ci, 181.2.3-cü, 181.2.5-ci maddələri ilə 08 (səkkiz) il müddətə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182.2.1-ci, 182.2.2-ci, 182.2.3-cü maddələri ilə 05 (beş) il müddətə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 326.2-ci maddəsi ilə 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs3 təyin olunmuş cəzaları qismən toplamaq yolu qəti olaraq 10 (on) il müddətə azadlıqdan məhrum etmə növündə cəza müəyyən edilsin. Təqsirləndirilən şəxs3 məhkəməyədək və məhkəmə icraatı zamanı həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilsin və cəzaçəkmə müddətinin başlanğıcı 07 iyun 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs3 ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.2.1-ci, 181.2.3-cü, 181.2.5-ci, 182.2.1-ci, 182.2.2-ci, 182.2.3-cü və 326.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.2.1-ci, 181.2.3-cü, 181.2.5-ci maddələri ilə 08 (səkkiz) il müddətə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182.2.1-ci, 182.2.2-ci, 182.2.3-cü maddələri ilə 05 (beş) il müddətə, və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 326.2-ci maddəsi ilə 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs4 təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə növündə cəza müəyyən edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci və 68.1.1-1-ci maddələri tətbiq edilməklə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-260/2024 saylı, 28 fevral 2024-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs4 təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablanaraq 01 (bir) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə növündə cəzaya bərabər tutulmaqla bu hökm üzrə təyin edilmiş cəzaya qismən birləşdirilsin və Təqsirləndirilən şəxs4 çəkilməsi üçün qəti olaraq 09 (doqquz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə növündə cəza müəyyən edilsin. Təqsirləndirilən şəxs4 məhkəməyədək və məhkəmə icraatı zamanı həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilsin və cəzaçəkmə müddətinin başlanğıcı 14 avqust 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs4 ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs4 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. İş üzrə maddi sübut qismində tanınmış “Hoffman” markalı televizor, “Kgtel” markalı mobil telefon, “Samsung A53” markalı mobil telefon üzərindəki ***-***-**-** və ***-***-**-** mobil nömrələrlə, “Georgia” markalı alışqan, eynəkqabı, dəri çanta, telefon cərəyanı elementi, AZE******** nömrəli şəxsiyyət vəsiqəsi və C03175767 nömrəli pasportun zərər çəkmiş şəxs Kişiyev qaytarılması nəzərə alınsın. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs4 qarşı mülki icraat qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilsin. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 50 (əlli) manat məbləğində ekspertiza xərci müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilsin. Təqsirləndirilən şəxs1 məhkəmə iclaslarında göstərdiyi pulsuz hüquqi yardıma görə 100 (yüz) iş saatı üçün 600 (altı yüz) manat məbləğində vəsait «Femida» Vəkil Bürosunun vəkili X2, Təqsirləndirilən şəxs2 məhkəmə iclaslarında göstərdiyi pulsuz hüquqi yardıma görə 100 (yüz) iş saatı üçün 600 (altı yüz) manat məbləğində vəsait «Femida» Vəkil Bürosunun vəkili Müdafiəçi3, Təqsirləndirilən şəxs3 məhkəmə iclaslarında göstərdiyi pulsuz hüquqi yardıma görə 100 (yüz) iş saatı üçün 600 (altı yüz) manat məbləğində vəsait «Femida» Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs4 məhkəmə iclaslarında göstərdiyi pulsuz hüquqi yardıma görə 16 (on altı) iş saatı üçün 96 (doxsan altı) manat məbləğində vəsait «Femida» Vəkil Bürosunun vəkili Müdafiəçi4 ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına «Femida» Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxslərə isə hökmün surətinin onlara verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Elnur Nuriyev (sədrlik edən) Azər Tağıyev Kamran Muxtarov
Məhkəmə qərarları › İş №1(101)-922/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-922/2024
14.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver