Məhkəmə qərarları › İş №1(101)-922/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-922/2025

28.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-922/2025 28.10.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, X6 və X1 ibarət tərkibdə, X10 oğlunun katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhər 21 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında xx xxxxxxx 1978-ci ildə Ermənistan Respublikası, Zəngibasar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq xüsusilə külli miqdarda narkotik vasitə olan metadon və külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib saxlamaqla daşımışdır. Belə ki, o, məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq xüsusilə külli miqdarda narkotik vasitə olan metadon və külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib saxlamaqla daşımış, 25 sentyabr 2024-cü il tarixdə, saat 01:50 radələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X3 Şöbəsinin əməkdaşları tərəfindən Bakı-Astara-İran sərhədi yolunun 32-ci km-də yerləşən Bakı şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsinə gedən körpünün yaxınlığında saxlanılıb, həmin tarixdə saat 01:55-də video çəkiliş vasitəsilə üstünün yoxlanılması zamanı əlindəki qara rəngli torbaya yığılmış 1600 ədəd bilstrdə (1599 ədəd blistrdə hər birində 10 ədəd, 01 ədəd blistrdə isə 06 ədəd olmaqla) ümumi sayı 15996 ədəd üzərində “F/M40” yazısı həkk olunmuş bozumtul- qəhvəyi rəngli dərman tabletlərinin tərkibində təsiredici maddəsinin miqdarı 639,84 qram olan narkotik vasitə metadon və 04 ədəd bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri 995 qram, 950 qram, 900 qram və 450 qram, ümumi təmiz çəkisi 3295 qram olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür İşin halları: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə ittiham ona görə irəli sürülmüşdür ki, o, satış məqsədi ilə qanunsuz olaraq xüsusilə külli miqdarda narkotik vasitə olan metadon və külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib saxlamaqla daşımışdır. Cinayət işi üzrə məhkəmə araşdırması zamanı Təqsirləndirilən şəxs tərəfindən ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə elan edilmiş ittiham mübahisələndirilərək, onun tərəfindən həmin ittiham qəbul edilməmişdir. Məhkəmədə ittiham tərəfini təmsil edən dövlət ittihamçısı ittiham tərəfinin təqdim etdiyi sübutların qanuniliyini, həmçinin təqsirləndirilən şəxsin cinayət əməlinin Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə tövsif edilməsini müdafiə etmişdir. Cinayət prosesi tərəflərinin dəlilləri, sübutların təsviri: İşdə iştirak edən şəxslərin hüquq və qanuni mənafelərinin müdafiəsi üçün əhəmiyyətli olan bütün halların hərtərəfli, tam və obyektiv tədqiqinin aparılmasından və iş üzrə həqiqətin müəyyən edilməsindən ötrü, həmçinin məhkəmə araşdırması zamanı proses tərəflərinin birini digəri qarşısında zəif duruma salmayacaq şərtlər daxilində hər bir tərəfin (həm ittiham, həm müdafiə tərəfinin) sübutlarını və mövqeyini təqdim etməsi şəraitində keçirilmiş məhkəmə araşdırmasında cinayət prosesi tərəflərinin dəlilləri, sübutların təsviri aşağıdakılardan ibarət olmuşdur. Cinayət işi üzrə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, “X13”-da yeddi ildir ki, qəlibçi işləyir. Orada hər ay işçilərdən test nümunələri götürülür, əgər o, narkoman olsa həmin testdə bununla bağlı məlumat aşkar olunardı. 25 sentyabr 2024-cü il tarixdə axşam vaxtı öz şəxsi avtomobili ilə işdən çıxıb Xocahəsənə-anasıgilə gedirmiş. Evə çatana yaxın bir nəfər qadın, bir nəfər yaşlı kişi və bir körpə uşağın yolda dayandığını görmüşdür. Kişi əli ilə işarə etdiyi üçün o, idarə etdiyi avtomobili saxlamışdır, orada dayanmış şəxs artıq ictimai nəqliyyatın olmadığını bildirərək onu Lökbatan dairəsinə aparmağını xahiş etmişdir. O isə həmin kişiyə kəndin sonuna kimi apara biləcəyini demişdir. Həmin şəxs kəndin sonundan sonra da avtomobil tapa bilməyəcəyini demiş və onu Lökbatan dairəsində düşürməyini xahiş etmişdir. O da razılaşıb həmin şəxsi Lökbatan dairəsinə kimi aparmışdır. Lökbatan dairəsinə çatdıqda orada heç bir taksi olmadığını görmüşdür. O, həmin şəxsdən hara gedəcəyini soruşduqda Ümid qəsəbəsinə gedəcəyini bildirmişdir. O, həmin şəxsi yaşadığı qəsəbəsinə düşürəcəyini bildirmişdir. Bu zaman həmin şəxs taksiyə verəcəyi 5 manatı ona verəcəyini demişdir. O isə ehtiyac olmadığını bildirmiş, onu körpə uşaqla olduğuna görə aparıb dediyi yerdə yol kənarında düşürtmüşdür. O, idarə etdiyi avtomobillə dönüb geri gəlmiş və təbii ehtiyacını ödəmək üçün arxa bir yerə keçmişdir. Həmin vaxt avtomobili ilə arasında təxminən iki metr məsafə olmuşdur. O, avtomobilinə qayıtmaq istədikdə bu zaman onu arxadan təpiklə vuraraq yerə yıxmışlar. Ona bildirmişlər ki, güya o, həmin adamları görüb qaçmışdır. Onun üstünə hücum etmişlər. Onu təpiklə vurub yerə yıxdıqdan sonra yolun kənarında yerdə uzandırmışlar. Bu zaman qara rəngli avtomobil yaxınlaşmışdır. Avtomobildən düşən şəxs onun məlumatlarını portala daxil edib əvvəllər həbsdə olduğunu bildirib “bağlayın belinə getsin, onsuz da yeşikdə almanın sayının biri az gəlir” deyə ifadə işlətmişdir. O nədən söhbət getdiyini anlamamışdır. Daha sonra həmin şəxs torbanı gətirib yanına qoymalarını bildirmişdir. Torbanı gətirib yanına qoyduqda onun dizləri əsmiş və “bu nə idi gətirdiniz yanıma qoydunuz?” deyə soruşmuşdur. Ona qarşı fiziki təzyiqlər göstərilmişdir. Onu döyərək bildirmişlər ki, həmin torbadakı maddənin ona məxsus olmasını və həmin maddəni aparıb Əcəmi ərazisinə qoyması müqabilində 500 manat məbləğində pul vəsaiti alacağını deməlidir. O, işgəncəyə məruz qaldığından polis əməkdaşlarının dediklərini etiraf etməli olmuşdur. Onu əslində saat 22-də tutub, gecə saat 02-də çəkiliş aparmışlar. Təqsirləndirilən şəxs daha sonra verilən suallara cavab olaraq göstərmişdir ki, onu Qaradağ rayon Polis İdarəsinə apardıqdan sonra özünü pis hiss etdiyinə görə X11 gəlmişdir. O, narkotik vasitələrdən istifadə etmir və satışı ilə məşğul olmur. Təqsirləndirilən şəxs məhkəmənin sonrakı iclaslarında verilən suallara cavab olaraq göstərmişdir ki, Bakı İstintaq Təcridxanasından göndərilmiş barəsində olan tibbi kitabçada göstərilmiş çapıqlar əvvəlki illərdə yaranmış və həmin çapıqların hazırki cinayət işi ilə heç bir əlaqəsi yoxdur. Təqsirləndirilən şəxs daha sonra verilən suallara cavab olaraq göstərmişdir ki, onun istifadə etdiyi mobil telefon nömrəsi ilə bağlı, həmçinin telefonunda aşkar edilmiş mesajlar boş-boşuna yazılmışdır. Həmin mesajları sadəcə zarafat məqsədi ilə yazmışdır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı vermiş olduğu izahatı və ifadələri arasında müəyyən olunan ziddiyyətlərlə bağlı onun ibtidai istintaq mərhələsində verdiyi izahatı, şübhəli və təqsirləndirilən şəxs qismində dindirilməsinə dair protokollar elan olunmaqla tədqiq edilmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 25 sentyabr 2024-cü il tarixdə şübhəli şəxs qismində dindirilərkən müdafiəçisinin iştirakı ilə verdiyi və şəxsən özünün imzaları ilə təsdiq etdiyi ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə yuxarıda göstərilən ünvanda yerləşən evdə yaşayır. Evlidir, heç yerdə işləmir, əvvəllər məhkum olunmuşdur. 25 sentyabr 2024-cü il tarixdə, saat 01:50 radələrində Ələt-Bakı avtomobil yolunun Bakı şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsinə gedən körpünün yaxınlığında küçədə əlində içərisində narkotik maddələr olan bir ədəd qara rəngli sintetik torba olarkən mülki geyimdə olan şəxslər ona yaxınlaşmışlar, özlərini polis əməkdaşı kimi təqdim etmişlər və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğunu ona bildirmişlər. Sonra ona hüquq və vəzifələri izah olunmuş, video çəkilişlə üzərinə baxış keçirilərkən təklif olunmuşdur ki, üzərində qanunsuz əşya və maddə varsa təqdim etsin. Bu təklifdən sonra saxlanılarkən əlində olan sintetik torbadakı narkotik maddələri təqdim etmişdir. Üzərinə baxış keçirilərkən üzərindən bir ədəd «Redmi» markalı mobil telefonu və cəmi 30 qəpik pul aşkar olunmuşdur. Pul ona qaytarılmışdır, mobil telefonu isə götürülmüşdür. Təqdim etdiyi sintetik torbanın içərisinə baxıldıqda 04 ədəd bükülüdə narkotik maddə marixuana, 04 ədəd bükülüdə üstlərində metadon tabletləri aşkar olunmuşdur. Marixuana kütlələri elektron tərəzidə çəkilmiş, sonra marixuana və metadon tabletləri aşkar olunmuş sintetik tobaya yerləşdirilmiş, torbanın üstü möhürlənmiş, üzərində qeydlər aparılmış və imzalanmışdır. Verilən suallara cavab olaraq aşkar olanmuş narkotik maddələri İran vətəndaşı Əli adlı şəxslə telefon vasitəsi ilə danışıb 500 manat qarşılığında Qaradağ rayonu ərazisindən götürüb, Bakı şəhəri, Memar Əcəmi metrosunun yaxınlığına aparıb deyiləcək yerə qoyacaqmış. Sonra bildirmişdir ki, saxlanıldıqdan sonra polis əməkdaşları tərəfindən ona qarşı hər hansı bir qanunsuz hərəkətlər edilməmiş, zor tətbiq olunmamışdır. (iş vərəqə: cild İ, səh.32-33). Daha sonra, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 25 sentyabr 2024cü il tarixdə şübhəli şəxs qismində dindirilərkən və 26 sentyabr 2024-cü il tarixdə təqsirləndirilən şəxs qismində ifadə verərkən müdafiəçisinin iştirakı ilə verdiyi və şəxsən özünün imzaları ilə təsdiq etdiyi ifadələrində Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan ittihamda özünü təqsirli bilməyərək göstərmişdir ki, idarə etdiyi “Vaz 2106” markalı avtomaşınla taksi fəaliyyəti ilə məşğul olmuşdur. Əvəllər başqa cinayətlər törətdiyi üçün bir neçə dəfə məhkum olunmuşdur. Xeyli vaxtdır ki, narkotik maddə olan qurudulmuş marixuana qəbul edir, narkotik maddəni müxtəlif yerlərdə və müxtəlif vaxtlarda tanımadığı şəxslərdən alırmış. xx.xx.2024-cü il tarixdə, saat 23:00 radələrində idarə etdiyi avtomaşınla Bakı şəhəri, Xocasən dairsində olarkən bir nəfər şəxs yaxınlaşaraq onları Lökbatan dairəsinə aparmağı xahiş etmiş, o da gediş haqqı olaraq həmin şəxsdən 5 manat pul alacağını bildirmiş, razılaşdıqdan sonra avtomaşını sürüb Lökbatan dairəsinə gəlmişdir. Lökbatan dairəsində olarkən həmin şəxs onları bir qədər də irəliyə aparmasını xahiş etmiş, o da müştərinin dediyi yerə, yəni Bakı şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsi yaxınlığına gəlmiş, yol kənarında olan dükanın qarşısında avtomaşını saxlamış, sərnişinlər avtomaşından düşüb getmiş, o da geri, yəni Bakı şəhərinə qayıtmaq üçün qarşısındakı körpüdən dönüb geri qayıtmış, körpünün yanında maşını saxlamış, təbii ehtiyaclarını ödəmək üçün maşından düşüb körpünün altına getmişdir. Körpünün altında olarkən bir neçə nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşmış, xidməti vəsiqələrini göstərib Baş Narkotiklərlə Mübariz İdarəsinin X3 Şöbənin əməkdaşları olduqlarını bildirmiş, sonra ondan anket məlumatlarını soruşmuşlar, o da polis əməkdaşlarına Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Bundan sonra polis əməkdaşları onda körpünün altında niyə dayandığımı soruşmuş, o da polis əməkdaşlarına təbii ehtiyaclarını ödəmək üçün dayandığını demişdir. Bundan sonra polis əməkdaşları bir ədəd qara rəngli torbanı gətirib ona vermişdir ki, torbanın içərisində narkotik vasitələr olduğunu, indi çəkiliş olacağını, çəkiliş zamanı narkotik vasitələrin özünə məxsus olmasını, İran vətəndaşının sifarişi ilə bura gəldiyini, həmin narkotik vasitələri Memar Əcəmi metrostansiyası yaxınlığında deyəcəyi yerə qoyub bunun müqabilində 500 manat pul alacağını deməsini tələb etmişlər. O da bu təkliflə razılaşmadığı üçün polis əməkdaşları onu döyərək təzyiq göstərmişlər. Polis əməkdaşlarından qorxduğu üçün çəkiliş zamanı polis əməkdaşlarının dediyi kimi məlumat verərək narkotik vasitələri İran vətəndaşının sifarişi ilə götürdüyünü, İran vətəndaşının dediyi yerə, yəni Memar Əcəmi metrostansiyası yaxınlığında deyəcəyi yerə qoyacağını, bunun müqabilində ona 500 manat pul verəcəyini bildirmişdir. Bundan sonra qara rəngli torba açılmış, torbanının içərisindən 04 ədəd sellofan bükümdə içərisində yaşıl rəngli narkotik vasitə qurudulmuş marixuanaya oxşar ot kütləsi aşkar edilmiş, narkotik vasitə qurudulmuş marixuanaya oxşar kültə qara rəngli torbaya yığılaraq tərəzi vasitə ilə çəkilərkən ümumi çəkisi 3565 qram olması müəyyən edilmişdir. 04 ədəd sellofan bükümdə üzərində “Metodon M40” yazısı olan narkotik vasitə olan metodona oxşar 1600 ədəd listdə həblər aşkar edilmişdir. Əslində həmin narkotik vasitələr ona məxsus olmamış, o, heç bir İran vətəndaşı ilə əlaqə saxlamamış, həmin yerdə narkotik vasitə olmasını görməmiş, bu barədə heç bir məlumatı olmamışdır (iş vərəqə: cild İ, səh. 54-56, 81-84). Bundan başqa, Təqsirləndirilən şəxs 18 noyabr 2024-cü il tarixdə təqsirləndirilən şəxs qismində ifadə verərkən onun istifadə etdiyi telefonundan aşkar edilmiş narkotik maddələrin satışına dəlalət edən mesajlarla bağlı ona verilmiş suallara cavab verməkdən imtina etmişdir (iş vərəqə: cild İ, səh. 167-169). Məhkəmə baxışı zamanı elan olunan ifadələrinə və müəyyən olunan ziddiyyətlərə münasibət bildirməsi Təqsirləndirilən şəxs təklif edilərkən o, ibtidai istintaq zamanı verdiyi ifadələrini təsdiq etmədiyini, həmin ifadələri oxumadığını və fiziki təzyiqlər nəticəsində ifadəyə imza etdiyini bildirmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Baş Narkotiklərlə Mübarizə İdarəsinin CBRŞ-nin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Bununla bağlı əməliyyat qurupu yaradılmışdır. Təqsirləndirilən şəxs ola biləcəyi yerlər nəzarətə götürülmüşdür. Təqsirləndirilən şəxs Qaradağ rayonu ərazisində körpünün yaxınlığında gecə saat təxminən 01 radələrində yolun kənarında hərəkət edən zaman tərəflərindən saxlanılmışdır. Videoçəkiliş vasitəsi ilə saxlanıldığı yerdə üzəri yoxlanılmışdır və üzərində olan qara sellofan torbanın içərisində 4 bükümdə marixuanaya bənzər kütlə və 4 bükümdə metadon tabletə bənzər kütlələr aşkar olunaraq götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, götürdüyü həmin narkotik tərkibli vasitələri aparıb İran vətəndaşı ilə olan razılığına əsasən 500 manat pulun müqabilində Memar Əcəmi metrostansiyasının yaxınlığına qoyacaqmış. Şahid1 daha sonra verilən suallara cavab olaraq göstərmişdir ki, əməliyyat məlumatı onlara daxil olmuş və onlar əməliyyat qrupunda dörd nəfərdən ibarət olmuşlar. Saxlanılan zaman Təqsirləndirilən şəxs tək olmuşdur. Təqsirləndirilən şəxs saxlanılarkən onlara heç bir etiraz etməmişdir. Təqsirləndirilən şəxs təxminən saat 01 radələrində saxlanılmış və videoçəkilişdən istifadə edilməklə onun üstü yoxlanılmışdır. Onlar təqsirləndirilən şəxsə qarşı heç bir zorakılıq etməmişlər. Təqsirləndirilən şəxs ifadəsində polis əməkdaşları tərəfindən fiziki təzyiqlərə məruz qalması bağlı bildirdikləri tamamilə yalandır. Təqsirləndirilən şəxs saxlanılaraq üstü yoxlanmağa başlandıqdan etibarən hər bir hərəkət videoçəkilişlə həyata keçirilmiş və təqsirləndirilən şəxsə qarşı heç bir qanunsuz hərəkətlərə yol verilməmişdir. Həmin əməliyyat qrupunun rəhbəri özü olmuş, əməliyyat zamanı şəraitə uyğun qərarları o, vermiş və orada heç bir qanunsuz hərəkətlərə yol verilməmişdir. Bundan başqa, məhkəmə istintaqı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid2, Şahid3 və Şahid4 eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişlər. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan: _ Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkilinin 24 sentyabr 2024-cü il tarixli raportundan görünür ki, Təqsirləndirilən şəxs külli miqdarda qanunsuz olaraq narkotik vasitələr və psixotrop maddələr əldə edib Bakı şəhəri Qaradağ rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə əməlyyat məlumatı daxil olmuşdur (iş vərəqə: cild İ, səh.4). _25 sentyabr 2024-cü il tarixli “əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair protokol”dan görünür ki, Təqsirləndirilən şəxs videoçəkiliş vasitəsi ilə üstü yoxlanılarkən Təqsirləndirilən şəxs qara rəngli sintetik torbanı təqdim etmiş, torbanın içərisinə baxış keçirildikdə 04 ədəd bükülüdə narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələr və 04 ədəd bağlamada içərisində metadon tabletlərinə bənzər kütlələr aşkar olunmuşdur. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs torbadakı narkotik maddələri telefon vasitəsi ilə danışdığı Əli adlı iranlı tərəfindən Bakı şəhəri, Qaradağ rayonu ərazisində yol kənarına qoydurulduğunu və özü tərəfindən götürüldüyünü, həmin torbanı 500 manat qarşılığında Bakı şəhəri, Memar Əcəmi metrostansiyasının yanına aparıb deyiləcək yerə qoyacağını bildirmişdir. Təqsirləndirilən şəxs həmin vaxt polis əməkdaşları tərəfindən ona qarşı hər hansı bir qanunsuz hərəkətlər edilmədiyini, zor tətbiq olunmadığını, bu barədə heç bir şikayəti və tələbi olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs üstünün yoxlanılması Ələt-Bakı avtomobil yolunun kənarında Bakı şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsinə gedən körpünün yaxınlığında həyətdə keçirilmişdir (iş vərəqə: cild İ, səh.9-11). _25 sentyabr 2024-cü il tarixli “Təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında protokol”dan görünür ki, təqdim olunan 1 (bir) ədəd qara rəngli sintetik torbaya, 1 (bir) mobil telefona və 1 (bir) ədəd DVD diskdə olan videogörüntüyə baxış keçirilmiş, üzərində Təqsirləndirilən şəxs aşkar olunmuş qurudulmuş marixuanaya bənzər kütlə və metadon tabletinə bənzər kütlələr sözləri yazılmış torbada 4 (dörd) ədəd bükülüdə spesifik iyə malik qurudulmuş marixuanaya bənzər kütlələr və hər birində 10 ədəd olmaqla, 1600 ədəd listdə metadon tabletinə bənzər kütlələr aşkar olunmuşdur. Həmin kütlələr sintetik torbada yenidən qablaşdırılıb möhürlənmiş, həmçinin 1 (bir) ədəd “Redmi” markalı mobil telefon götürülmüşdür. 1 (bir) ədəd DVD diskdə olan videogörüntüyə baxış keçirilmişdir (iş vərəqə: cild İ, səh.13-14). _Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25 sentyabr 2024-cü il tarixli, 6/4702 nömrəli məhkəmə fiziki-kimyəvi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim AR DİN “Zərflər üçün № 7(1) ” möhür əksi, “Vətəndaş Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 ədəd sumkada içərisində 4 büküm marixuanaya bənzər kütlə və 4 bükümdə M40 yazısı olan metadon həbinə bənzər kütlə qablaşdırıldı və möhürləndi: Saxlanılan şəxs: /imza/ Təqsirləndirilən şəxs; Qablaşdırdı baş ə\m-li polis mayoru Şahid1 /imza/ xx.xx.2024” yazılar olan bağlamadakı 1600 ədəd blistrdə (1599 ədəd bilstrdə hər birində 10 ədəd, 01 ədəd blistrdə isə 6 ədəd olmaqla) ümumi sayı: 15996 ədəd üzərində “F/M40 yazısı həkk olunmuş bozumtul-qəhvəyi rəngli dərman tabletlərinin tərkibində təsir edici maddənin miqdarı 639,84 qram olan narkotik vasitəmetodon müəyyən edildi, metodonlar kimyəvi komponentlərinə görə öz aralarında eynilik təşkil edir (iş vərəqə: cild İ, səh.41-44). _Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə bioloji ekspertizasının 25 sentyabr 2024-cü il tarixli, 3-16-16-2-7/1603 nömrəli rəyindən görünür ki: tədqiqata təqdim edilmiş ağ kağız üzərində “Vətəndaş Təqsirləndirilən şəxs üzərindən...4 bükümdə... ” yazısı və imzalar olan qara rəngli sintetik torbadakı 04 ədəd bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri 995 qram, 950 qram, 900 qram və 450 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (cannabis) bitkisindən kustar üsülla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuanaların ümumi çəkisi 3295 qramdır. Təqdim edilmiş marixuanalar tərkibinə görə eynidirlər (iş vərəqə: cild İ, səh.47-50). _Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi X8 məhkəmə-narkoloji ekspertizasının 14 oktyabr 2024-cü il tarixli, 6820 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərdən istifadə etmə halları olub. Lakiin hal-hazırda Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (iş vərəqə: cild İ, səh. 146-147). _25 sentyabr 2024-cü il tarixli “diskdə olan videoçəkilişə baxış keçirilməsi haqqında protokol”dan görünür ki, Təqsirləndirilən şəxs üstünün yoxlanılması və əməliyyat-axtarış tədbirinin keçirilməsi zamanı çəkilmiş videoyazıya baxış zamanı müəyyən olunmuşdur ki, çəkiliş zamanı Təqsirləndirilən şəxs üzərindəki əşyaları təqdim etməsi təklif olunmuş, o, əlindəki qara rəngli sellofan torbanı təqdim etmiş, qara rəngli sellofan torba açıldıqda içərisindən 04 ədəd sellofan bükümdə içərisində yaşıl rəngli narkotik vasitə qurudulmuş marixuanaya oxşar ot kütləsi aşkar edilmiş, həmin marixuanaya oxşar kültə qara rəngli torbaya yığılaraq tərəzi vasitə ilə çəkilərkən ümumi çəkisi 3565 qram olması müəyyən edilmişdir. Bundan başqa, 04 ədəd sellofan bükümdə üzərində “Metodon M40” yazısı olan narkotik vasitə olan 1600 ədəd listdə metodona oxşar həblər aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin bükümlərdəki narkotik vasitələr olduğunu, narkotik vasitəni əvəllər həbsxana yoldaşı olmuş İran vətəndaşının ona bildirdiyi yerdən Memar Əcəmi metrostansiyası yaxınlığında ona bildirəcəyi yerə qoymaq üçün götürdüyünü, bunun müqabilində İran vətəndaşının ona 500 manat pul verəcəyini bildirmişdir. Narkotik vasitə qurudulmuş marixuana və metodon həblərinə oxşar kütlələr qara rəngli torbaya qablaşdırlaraq götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs üstü yoxlanılarkən əynindəki cins şalvarının sağ yan cibindən “Redmi” markalı mobil telefon və sol yan cibindən 30 qəpikdən ibarət pul aşkar edilir. Mobil telefon sübut əhəmiyyəti kəsb etdiyindən götürülmüşdür (iş vərəqə: cild İ, səh.57). _25 sentyabr 2024-cü il tarixli “diskdə olan videogörüntüyə baxış keçirilməsi haqqında protokol”dan görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi əşyalara baxış keçirilməsi və götürülməsi zamanı çəkilmiş videoyazı olan bir ədəd “CD” diskə baxış keçirilmişdir. Baxış zamanı müəyyən olunmuşdur ki, çəkiliş zamanı təhqiqatçı keçirilmiş əməliyyat tədbirləri zamanı narkotik vasitələnin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün Təqsirləndirilən şəxs Bakı şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsinə gedən körpü yaxınlığında saxlanılmış, saxlanıldığı yerdə Təqsirləndirilən şəxs əlində narkotik vasitələr olan qara rəngli torba aşkar edilərək götürülmüş, təqdim edilmiş qara rəngli torbaya baxış keçiriləcəyi bildirildikdən sonra qara rəngli torba açıldıqda torbanının içərisində 04 ədəd sellofan bükümdə içərisində yaşıl rəngli narkotik vasitə qurudulmuş marixuanaya oxşar ot kütləsi aşkar edilmişdir. Bundan başqa sellofanlara qablaşdırılmış ümumilikdə üzərində “Metodon M40” yazısı olan narkotik vasitə olan 1600 ədəd listdə metodona oxşar həblər aşkar edilmişdir. Narkotik vasitə qurudulmuş marixuana və metodon həblərinə oxşar külətlər qara rəngli torbada qablaşdırılaraq götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs məxsus “Redmi” markalı mobil telefon sübut əhəmiyyəti kəsb etdiyindən götürülmüşdür (iş vərəqə: cild İ, səh.58). _25 sentyabr 2024-cü il tarixli “əşyanın maddi sübut hesab edilməsi haqqında qərar”lardan görünür ki, Təqsirləndirilən şəxs üstünün yoxlanılması zamanı qeydə alınmış video görüntünün köçürüldüyü bir ədəd “DVD” disk, həmçinin Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik vasitələrə baxış və götürmə istintaq hərəkəti zamanı qeydə alınmış video görüntünün köçürüldüyü bir ədəd “DVD” disk maddi sübut hesab edilərək cinayət işi materiallarına əlavə edilmişdir (iş vərəqə: cild İ, səh.59, 60). _26 sentyabr 2024-cü il tarixli “əşyanın maddi sübut hesab edilməsi haqqında qərar”lardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq 15981 ədəd narkotik vasitə-metodon və qalıq çəkisi 3294,6 qram narkotik vasitə qurudulmuş marixuana maddi sübut kimi tanınaraq saxlanılması üçün Qaradağ rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir (iş vərəqə: cild İ, səh.65-66, 67). _24 oktyabr 2024-cü il tarixli “elektron daşıyıcıya baxış keçirilməsi haqqında protokol”dan görünür ki, "xxxx" MMC-dən daxil olmuş, içərisində anten məlumatları, sms mətnləri, giriş-çıxış zəngləri olan bir ədəd “CD” diskə baxış keçirilmiş, baxış zamanı həmin diskdə Təqsirləndirilən şəxsla digər şəxslər arasında narkotik vasitələrin qanunsuz dövriyyəsi, alış və satışı barədə yazışmalar öz əskini tapmışdır. Həmin sms mətnləri aşağıdakılardan ibarətdir: xx.xx.2024-cü il tarixdə, saat 21:24:02-də ***-***-**-** nömrəsindən Təqsirləndirilən şəxs məxsus ***-***-**-** nömrəsinə “ora gəlmə orda qismət var mal buraxan onu guduler gələn gedəni tutlar”. xx.xx.2024-cü il tarixdə, saat 20:52:34də ***-***-**-** nömrəsindən Təqsirləndirilən şəxs məxsus ***-***-**-** nömrəsinə “çatanda de çıxım heyetde oturum atan kimi götürüm” (iş vərəqə: cild İ, səh.126-128). _24 oktyabr 2024-cü il tarixli “əşyanın maddi sübut hesab edilməsi haqqında qərar”dan görünür ki, "xxxx" MMC-dən daxil olmuş, bir ədəd “CD” disk maddi sübut kimi tanınaraq saxlanılması üçün Qaradağ rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir (iş vərəqə: cild İ, səh.129). _18 noyabr 2024-cü il tarixli “mobil telefona baxış keçirilməsi haqqında protokol”dan görünür ki, Təqsirləndirilən şəxs məxsus “Redmi” markalı mobli telefona baxış keçirilmiş və müəyyən edilmişdir ki, “Whatsapp” tətbiqində “Saşa” adlı ***-***-**-** abunə ilə Təqsirləndirilən şəxs arasında xx.xx.2024-cü il tarixdə, saat 11:38-dən həmin gün saat 13:53-dək yazışma, zəngləşmə və bir-birilərinə ismarıc göndərmələri aşkar edilmişdir. Həmin ismarıcların məzmunu aşağıdakılardan ibarətdir: xx.xx.2024-cü il, saat 12:07 “Saşa” adlı ***-***-**-** abunə- “danışdın qağa mən dünən danışdım mənə dedi qonağıva nə qədər lazımdırsa verim özün də iki qatın, mənim qonağıma yeddi dənə lazımdır, mənə də altı dənə lazımdır, hardasa on üç dənə- on dord dənə lazımdır.” xx.xx.2024-cü il, saat 12:10 Təqsirləndirilən şəxs ***-***-**-**- “yuxudan durubdur, yığdım açmadı, gecə saat 2-də məni yığıb deyib ki, sabah saat 9-da Saşa gələcək ona səkkiz dənə daş ver, mənə dəqiq say deyib əgər deməsəydi olardı, indi mən özüm danışacam, alınmasa özün zəng et birdən verərəm mənə deyər ki, mən sənə səkkiz dənə demişəm, sən niyə çox vermisən” “Saşa” cavab olaraq- “hə lap yaxşı, durubsa zor” xx.xx.2024-cü il, saat 12:12 “Saşa” adlı ***-***-**-** abunə- “aydındı qaqa aydındı, sən özüynən danış əgər yenə səkkiz dənə desə mənə xəbər elə ki, mən özüm yığıb danışacam”. xx.xx.2024-cü il saat 12:14 Təqsirləndirilən şəxs ***-***-**-**- “Saşa, zəng vurub danışdım özüynən dedi ki, səkkiz dənə ver bizdə də azdır, klientlər üçün qalsın da. Gələn klientləri əliboş qaytarmayaq, səkkiz dənəni ver, sən özün zəng et danış mal yiyəsi odur, mənim üçün nə fərqi var, özü mənə desin ki, on üç-on dörd dənə yox, iyirmi dənə ver, mən də verim, mənim üçün tafotu yoxdur”. xx.xx.2024-cü il saat 12:21 “Saşa” adlı ***-***-**-** abunə- “aydındı brat ayndıdır, zəng eləmədi sənə” xx.xx.2024-cü il saat 12:25 M.lsmayılov ***-***-**-**- “yox qaqa fikrini dedi ki, səkkiz dənə ver, öz klientlərimizə çatmayacaq, ona görə, gələn dəfə götürəndə yenə verərik”. xx.xx.2024-cü il saat 12:26 “Saşa” adlı ***-***-**-** abunə- “aydındı”. Bundan başqa, mobil telefonun Qaleriya qutusunda çoxsaylı çəkilməsi üçün tərəzi üzərinə qoyulmuş narkotik vasitə qurudulmuş marixuanaya oxşar ot kütlələrinin fotoşəkilləri vardır. Bundan başqa, Qalariya qutusunda Təqsirləndirilən şəxs narkotik vasitənin keyfiyyətli olmasını nümayiş etdirən və reklam xarakterli iki ədəd video görüntü aşkar olunmuşdur (iş vərəqə: cild İ, səh.148-164). _18 noyabr 2024-cü il tarixli “əşyanın maddi sübut hesab edilməsi haqqında qərar”dan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş “Redmi” markalı mobli telefon maddi sübut kimi tanınaraq cinayət işi materiallarına əlavə edilmişdir (iş vərəqə: cild İ, səh.165-166). _19 noyabr 2024-cü il tarixli “üzləşdirmə protokol”larından görünür ki, Təqsirləndirilən şəxs ilə şahidlər Şahid1 Qara oğlu, Şahid2 və Şahid3 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, şahidlər Şahid1, Şahid2 və Şahid3 istintaq zamanı verdiyi ifadələrini bir daha təsdiq edərək bildirmişlərr ki, Təqsirləndirilən şəxs saxlanıldıqdan sonra onun əlindəki qara torbada 04 ədəd sellofan bükümdə qurudulmuş marixuana və 04 ədəd sellofan bükümdə metadon həbləri aşkar edilmişdir (iş vərəqə: cild İ, səh.175-201). _12 dekabr 2024-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında qərar”dan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələri əldə etdiyi mənbənin müəyyən olunmasından ötrü cinayət işindən ayrıca icraata cinayət işi ayrılmışdır (iş vərəqə: cild İ, səh.188-198, 200-201). _25 sentyabr 2024-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında protokol”ndan görünür ki, Təqsirləndirilən şəxs 25 sentyabr 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (iş vərəqə: cild İ, səh.24). _Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 26 sentyabr 2024-cü il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində əvvəli 25 sentyabr 2024-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir (iş vərəqə: cild İ, səh.98-103). _Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 02 oktyabr 2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 dekabr 2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 170.3, 181.3.2, 177.3.2-ci maddələri ilə təqsirli bilinib 10 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Xətai Rayon Məhkəməsinin 05 mart 2018-ci il tarixli qərarı ilə 816 VQD saylı 20 oktyabr 2017-ci il tarixli Azərbaycan Respublikasının Qanunu tətbiq edilərək onun əməli Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3, 181.2.4, 181.2.5, 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4 və 170.3-cü maddələrinə tövsif edilməklə ona qəti olaraq 08 il 06 ay müddətinə azadlıqdan məhrum etmə təyin edilmiş, o, 04 iyun 2020-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur (iş vərəqə: cild İ, səh.113-114). _Şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində iki nəfər yetkinlik yaşına çatmayan uşaqları var (cinayət işi materialları). Hüquqi məsələlər. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə hazırki cinayət işi üzrə təqdim edilmiş sübutların qəbuledilən olubolmamasını, onların çəkisini və kifayət qədərliyini tənzimləyən qayda və prinsiplərə istinad etməklə, işin faktiki hallarını yalnız həqiqiliyinə və əldə edilməsi hallarına heç bir şübhələr olmayan sübutları əsas götürmək yolu ilə müəyyən etməklə, tam, hərtərəfli və obyektiv araşdırmaya əsaslanan yekun qərarın qəbul edilməsi və məhkəmənin ittiham olunan şəxsin təqsirli və ya təqsirsizliyinə dair hökmünü formalaşdırmaq üçün yalnız qanunun istifadə etməyə icazə verdiyi hüquqi vasitələrə əsaslanmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının: 125-ci maddəsinin Vİİ hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir; 127-ci maddəsinin İV hissəsinə əsasən ədalət mühakiməsi vətəndaşların qanun və məhkəmə qarşısında bərabərliyi əsasında həyata keçirilir. Avropa İnsan Hüquqları Məhkəməsinin qəbul etdiyi çoxsaylı qərarlarında sərgilədiyi mövqeyə əsasən, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasında müəyyən edilmiş ədalətli məhkəmə araşdırması hüququnun təmin edilib-edilməməsi ilk öncə məhkəmə prosesləri zamanı çəkişmə prinsipinə riayət edilibedilməməsi, tərəflərin bərabərliyi prinsipinin təmin edilib-edilməməsi ilə, məhkəmə iclasında şəxsən iştirak etmək hüququnun, sübutların bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməsi ilə birbaşa əlaqədardır. Avropa Məhkəməsi çəkişmə prinsipinə riayət edilib-edilmədiyini müəyyənləşdirmək üçün adətən daxili məhkəmələrdəki araşdırmaların keyfiyyətini təhlil edərək müdafiə tərəfinin istər birinci instansiyada, istərsə də apellyasiya instansiyasında ərizəçiyə qarşı sübut qismində istifadə edilən materialları təkzib etmək imkanına malik olub-olmadığını (Rouv və Devisin işi), habelə daxili məhkəmələrin qərar çıxararkən müvafiq maraqları nə dərəcədə balanslaşdırdıqlarını müəyyənləşdirir. Tərəflərin bərabərliyi prinsipi tərəflərin hər birinə onu digər tərəfin qarşısında əlverişsiz vəziyyətə salmayan şərtlərlə öz mövqeyini əsaslandırması üçün ağlabatan imkanların yaradılmasını nəzərdə tutur (Brandştetter Avstriyaya qarşı). Açıq məhkəmə prosesində şəxsən iştirak etmək isə cinayət törətməkdə ittiham olunan şəxsin bu cür məhkəmə iclasında özünün xüsusi hüquqlarını şəxsən icra etmə imkanının tanınmasını nəzərdə tutur. Beləliklə də, məhkəmə, şərh edilən prinsiplər və əlamətlərlə səciyyələndirilən ədalətli məhkəmə araşdırması hüququnun hazırki cinayət işi üzrə məhkəmə araşdırması zamanı təmin edilməsi baxımından qeyd etməyi zəruri hesab edir ki, təqsirləndirilən şəxs iş üzrə keçirilmiş açıq məhkəmə iclaslarında özünü şəxsən və vəkili vasitəsilə müdafiə etmiş, şahidlərin dindirilməsində, onun əleyhinə olan sübutların tədqiqində şəxsən iştirak etmiş, ona qarşı təqdim edilmiş sübutlarla bağlı öz dəlillərini bildirmişdir. Məhkəmə xüsusilə qeyd edir ki, cinayət işinin araşdırılması və məhkəmədə baxılıb həll edilməsinə münasibətdə istinad edilən əməlin törədilməsi, həmin əməldə cinayət tərkibinin və onu cinayət kimi xarakterizə edən bütün əlamətlərin olub-olmaması sübutların köməyilə müəyyən edilir. Cinayət işi və bununla bağlı materiallar üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsi üçün kifayət edən sübutların cəmi sübutetmə həddini xarakterizə edir. Beləliklə, təqdim edilmiş obyektiv sübutların məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, həqiqətən də cinayət hadisəsi baş vermiş və təqsirləndirilən şəxslə əlaqəsi, onların əməlində cinayətin əlamətlərinin olması kifayət qədər sübutlarla təsdiq olunmuşdur. Məhkəmə həyata keçirilən mühakimə fəaliyyəti nəticəsində heç bir şübhəyə yer verməyən mütləq həqiqətin aşkarlanmasından ötrü ittiham tərəfinin təqdim etdiyi sübutları, təqsirləndirilən şəxsin özünün müdafiəsi ilə bağlı göstərdiyi dəlilləri cinayət işinin materialları ilə qarşılıqlı şəkildə araşdırmış və hesab edir ki, məhkəmə araşdırmasının nəticələrinə uyğun olaraq Təqsirləndirilən şəxs ittiham olunduğu Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsinə münasibətdə onun əməlinə hüquqi qiymət verilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin məhkəmə araşdırması zamanı hər bir tərəf (həm ittiham, həm də müdafiə) bərabər hüquqlar və imkanlarla məhkəmədə öz mövqeyini müdafiə etmiş, hər bir tərəf öz mövqeyini müdafiə edən sübutları məhkəmədə təqdim etmiş, həmçinin məhkəmə cinayət prosesi tərəflərinin vəsatətləri ilə əlavə olaraq zəruri materialların əldə edilib iş materiallarına əlavə edib tədqiq edərək cinayət prosesi tərəflərinin qanunvericiliklə nəzərdə tutulmuş qaydada prosessual çəkişməsini təmin etmişdir. Məhkəmə cinayət-prosessual qanunvericiliklə müəyyən edilmiş müvafiq hüquqi prosedurlara uyğun olaraq tərəflərin təqdim etdikləri bütün sübutları, faktları, işin faktiki hallarını tərəflərin iştirakları ilə araşdırmış və həm ittiham, həm də müdafiə tərəfin təqdim etdiyi dəlillərə hüquqi qiymət verilməsini zəruri hesab edir. Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq xüsusilə külli miqdarda narkotik vasitə olan metadon və külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib saxlamaqla daşıması cinayət əməlini törətməsi ilə bağlı ittiham tərəfinin təqdim etdiyi sübutlar istintaq hərəkətlərinin protokolları, “əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair protokol”, “təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında protokol”, həmin prosessual hərəkətlərin videoçəkilişlərinin əks olunduğu disk, həmin videoçəkilişə baxış keçirilməsi haqqında protokollar, “üzləşdirmə protokol”ları, “mobil telefona baxış keçirilməsi haqqında protokol”, "xxxx" MMC-dən daxil olmuş içərisində təqsirləndirilən şəxsin mobil nömrəsi ilə bağlı sms mətnlərinin olduğu disk, həmin diskə baxış protokolu, ekspert rəyləri (məhkəmə fiziki-kimyəvi və bioloji ekspertizasının rəyləri, məhkəmə-narkoloji ekspertizasının rəyi), maddi sübutlar (ekspertiza tədqiqatından sonra qalıq çəkiləri ümumilikdə 3294,6 qram narkotik vasitə qurudulmuş marixuana, 15981 ədəd metadon həbi), şahid ifadələri, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində etirafedici ifadəsi və iş materiallarına əlavə edilmiş sübut əhəmiyyətli sənədlərlə əhatə olunur. Cinayət işi üzrə müdafiə tərəfinin mövqeyi ittihamın təkzib olunduğu və bununla bağlı gətirilmiş dəlillər təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələrinin polis əməkdaşlarının fiziki təzyiqləri nəticəsində verməsi, cinayət işinin materiallarında Təqsirləndirilən şəxs şübhəli şəxs qismində verdiyi etirafedici ifadəsi onun tərəfindən oxunmadan və fiziki təzyiqlər nəticəsində imza edildiyi barədə məhkəmədə verdiyi ifadəsindən ibarət olmuşdur. Məhkəmə müdafiə tərəfinin ibtidai istintaq orqanı tərəfindən təqdim edilmiş sübutların qanuniliyini şübhə altına almasına dair göstərdiyi bütün dəlillərin hər birini araşdıraraq, bununla bağlı zəruri sorğular verilərək əldə edilmiş sənədlər və işin faktiki halları əsasında göstərilən dəlillər məhkəmə kollegiyası tərəfindən cinayət işinin materialları ilə qarşılıqlı şəkildə tədqiq edilərkən gəldiyi nəticələrlə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Cinayət işinin materialları əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılarkən videoçəkilişlə onun üstünün yoxlanılması zamanı Təqsirləndirilən şəxs ondan aşkar edilmiş narkotik maddələri telefon vasitəsi ilə danışdığı Əli adlı İranlı şəxs tərəfindən yolun kənarına qoydurulduğunu və onun tərəfindən götürüldüyünü, 500 manat pulun qarşılığında həmin maddələri həmin şəxsin deyəcəyi yerə qoyacağını bildirmişdir. Təqsirləndirilən şəxs həmin vaxt polis əməkdaşları tərəfindən ona qarşı hər hansı bir qanunsuz hərəkətlər edilmədiyini, zor tətbiq olunmadığını, bu barədə heç bir şikayəti və tələbi olmadığını bildirmişdir (iş vərəqə: cild İ, səh.9-11), bundan sonra Təqsirləndirilən şəxs 25 sentyabr 2024-cü il tarixdə şübhəli şəxs qismində müdafiəçisinin iştirakı ilə verdiyi və şəxsən özünün imzası ilə təsdiq etdiyi ifadəsində həmin xüsusatları bir daha təkrar etmiş və həmin cinayət əməlini hansı qaydada törətdiyini təfərrüatlı şəxildə göstərmişdir (iş vərəqə: cild İ, səh.32-33), daha sonra, Təqsirləndirilən şəxs 26 sentyabr 2024-cü il tarixdə təqsirləndirilən şəxs qismində ifadə verərkən heç bir cinayət əməli törətmədiyi və əvvəlki ifadəsini təkzib etdiyini göstərsə də, o, həmin ifadəsini imza etməkdən imtina etmişdir (iş vərəqə: cild İ, səh. 81-84), bundan başqa, Təqsirləndirilən şəxs 18 noyabr 2024-cü il tarixdə təqsirləndirilən şəxs qismində ifadə verərkən onun istifadə etdiyi telefonundan aşkar edilmiş narkotik maddələrin satışına dəlalət edən mesajlarla bağlı ona verilmiş suallara cavab verməkdən də imtina etmişdir (iş vərəqə: cild İ, səh. 167-169). Təqsirləndirilən şəxs məhkəmədə ibtidai istintaq zamanı etirafedici ifadəsini həmin vaxt ona qarşı göstərilən fiziki təzyiqlər nəticəsində verdiyini bildirmişdir. Bununla əlaqədar məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 25-ci bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Həmin Qərarın 26-cı bəndinə əsasən CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3 cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı”işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.” Təqsirləndirilən şəxs məhkəmədə ibtidai istintaq zamanı etirafedici ifadəsini polis əməkdaşlarının fiziki təzyiqləri nəticəsində məcbur qalaraq bildirməsi ilə bağlı göstərdiklərinin araşdırılmasından ötrü məhkəmənin sorğusu əsasında Bakı İstintaq Təcridxanasından daxil olmuş tibbi kitabçadan görünür ki, Təqsirləndirilən şəxs sol saidin ön, arxa, sağ saidin arxa səthində köhnə çapıqlar aşkar olunmuşdur (cinayət işinin materialları). Bundan başqa, məhkəmənin sorğusu əsasında Qaradağ rayon Polis İdarəsindən daxil olmuş “MSY-də saxlanılan şəxslər barədə tibbi müayinənin keçirilməsinə dair kitab”ın müvafiq səhifələrindən görünür ki, Təqsirləndirilən şəxs xayasında şişkinlik aşkar edilmişdir (cinayət işinin materialları). Həmçinin Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi həmin xüsusatlarla bağlı məhkəmənin sorğusu əsasında “Respublika Təcili və X2 Mərkəzi” X5 məhkəməyə daxil olmuş 03 fevral 2025-ci il tarixli, 346/2025 nömrəli məktubdan görünür ki, xx.xx.2024-cü il tarixində, saat 21:05-də “Respublika Təcili və X2 Mərkəzi” X8 Mərkəzi Çağrı Xidmətinə (103) Qaradağ rayonu Polis Şöbəsindən çağırış daxil olmuş, həmin çağırış icra edilmiş, xəstə Təqsirləndirilən şəxs “miozit” diaqnozu qoyulmuş, bununla bağlı ilkin tibbi yardım göstərilmişdir, həmin məktubdan görünür ki, Təqsirləndirilən şəxs hər hansı xəsarət aşkar edilməmişdir (cinayət işinin materialları). Məhkəmə Təqsirləndirilən şəxs müəyyən edilmiş həmin xəsarətlərin iş üzrə effektiv araşdırmanın və gəlinmiş qənaət üzrə əhəmiyyətinin nədən ibarət olması ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı etirafedici ifadəsinin hər hansı zorakılıq hərəkətlərinin tətbiq edilməsi ilə verilməsinin hansı faktlarla təsdiq olunmasının araşdırılmasından ibarətdir. Cinayət törətməkdə şübhəli olan şəxsdə hər hansı xəsarətin mövcudluğu (yalnız bu halın özü) özü-özlüyündə təqdim edilmiş sübutun həqiqiliyinə təsir göstərdiyi və ya sübut əldə edilərkən məhz zorakılıq nəticəsində əldə edilməsini təsdiq edən hal deyil, vacibdir ki, sübutun (iş üzrə konkret təqsirləndirilən şəxsin etirafedici ifadəsinin) zorakılıq nəticəsində əldə edilməsi iş üzrə digər sübutların məcmusu ilə təkzib edilməsin. Bununla bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Bakı İstintaq Təcridxanasına daxil olunarkən onun barəsində tibbi kitabçada göstərilmiş onun sol saidin ön, arxa, sağ saidin arxa səthində köhnə çapıqlarla bağlı məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsə bununla bağlı verilmiş suala cavab olaraq həmin çapıqların əvvəlki illərdə yarandığını və hazırki cinayət işi ilə heç bir əlaqəsinin olmadığını bildirmişdir. Eyni zamanda, təqsirləndirilən şəxs ona fiziki təzyiqlər göstərilməsi ilə bağlı X4 qəbul olunarkən X11 Mərkəzinə müraciət edildiyini göstərsə də, “Respublika Təcili və X2 Mərkəzi” X7 məktubu ilə onda həmin vaxt hər hansı xəsarətin aşkar edilmədiyi müəyyən edilmişdir. Bundan başqa, Qaradağ rayon Polis İdarəsindən daxil olmuş “MSY-də saxlanılan şəxslər barədə tibbi müayinənin keçirilməsinə dair kitab”ında Təqsirləndirilən şəxs xayasında şişkinlik aşkar edilməsi ilə bağlı hər hansı araşdırmanın aparılıbaparılmamasına dair məhkəmənin sorğusu əsasında göndərilmiş Azərbaycan Respublikasının Baş Prokurorluğunun Xidməti araşdırmalar idarəsinin 23 noyabr 2024-cü il tarixli qərarı məhkəmə istintaqı zamanı tədqiq edilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi həmin xüsusatlarla əlaqədar, yəni məhkəməyədək icraat zamanı onun polis əməkdaşları tərəfindən fiziki təzyiqlərə məruz qalıb-qalmaması ilə əlaqədar olaraq onun izahatı alınmış və həmin material üzrə araşdırma zamanı Təqsirləndirilən şəxs verdiyi izahatında göstərmişdir ki, o, 25 sentyabr 2024-cü il tarixdə polis əməkdaşları tərəfindən saxlanılarkən ona qarşı psixoloji təzyiqlər göstərilsə də, heç bir polis əməkdaşı tərəfindən işgəncə və fiziki zor tətbiqinə məruz qalmamışdır. Bununla da, Təqsirləndirilən şəxs qarşı polis əməkdaşları tərəfindən işgəncələrə və digər qanunsuzluğa yol verilmədiyi müəyyən olunduğu üçün toplanmış həmin material üzrə cinayət hadisəsi olmaması ilə bağlı qərar qəbul edilmişdir. Eyni zamanda həmin qərardan nə təqsirləndirilən şəxs, nə də onun müdafiəçisi tərəfindən məhkəmə nəzarəti qaydasında şikayət verilməmişdir. Göründüyü kimi, müdafiə tərəfinin ittihamın təkzib olunmasına dair mövqeyi ilə bağlı göstərdiyi bütün dəlillər heç bir sübutlarla və hər hansı faktlarla də öz təsdiqini tapmamışdır. Beləliklə də, məhkəmə Təqsirləndirilən şəxs ibtidai istintaqın sonrakı mərhələsində və məhkəmədə ifadəsində həmin göstərdiyi inkaredici hallarla bağlı xüsusatları cinayət işinin materialları ilə qarşılıqlı şəkildə tədqiq edərək müəyyən etmişdir ki, onun özünü müdafiə üçün gətirdiyi həmin dəlillər məhkəmə baxışı zamanı araşdırılan mötəbər və təkzibedilməz sübutlarla nəinki tam inkar olunur, əksinə, onun təqsirliliyini təsdiq edir. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq xüsusilə külli miqdarda narkotik vasitəni əldə edib saxlamaqla daşıması digər sübutlarla yanaşı, həmçinin Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil telefon nömrəsi ilə bağlı "xxxx" MMC-dən daxil olmuş sms mətnlərinin məzmunu ilə (onun nömrəsinə göndərilmiş “çatanda de çıxım həyətdə oturum atan kimi götürüm” və sair məzmunlu mesajlar), bundan başqa Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil telefona baxış keçirilərkən “Whatsapp” tətbiqində aşkar edilmiş mesaj mətinlərinin məzmunu (xx.xx.2024-cü il tarixdə onun nömrəsinə göndərilmiş “mənim qonağıma yeddi dənə lazımdır, mənə də altı dənə lazımdır, hardasa on üç dənə- on dord dənə lazımdır.”, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs göndərdiyi “Saşa, zəng vurub danışdım özüynən. Səkkiz dənə ver bizdə də azdır, klientlər üçün qalsın da. Gələn klientləri əliboş qaytarmayaq, səkkiz dənəni ver, sən özün zəng et danış mal yiyəsi odur, mənim üçün nə fərqi var, özü mənə desin ki, on üç-on dörd dənə yox, iyirmi dənə ver, mən də verim, mənim üçün tafotu yoxdur” və sair məzmunlu mesaj mətinləri), yəni onun digər şəxslərlə narkotik vasitələrin qanunsuz dövriyyəsi, alış və satışı barədə yazışmalarla da bir daha sübuta yetirilmişdir. Məhkəmə həmin mesaj mətinlərinin təqsirləndirilən şəxsin qeyd edilən cinayəti törətməsini təsdiq edən sübut növlərindən biri kimi nəzərə alarkən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı həmin mesajların göndərildiyi tarixlə həqiqətən də Təqsirləndirilən şəxs həmin narkotik maddələrin aşkar edildiyi tarixlərin uzlaşmasını, həmin mesaj mətinlərində həmin maddələrin müştərilərə verilməsinin təşkil edilməsi ilə bağlı göstərilən sübut növlərini və həmin sübut növlərinin mötəbərliyini təsdiq edən işin faktiki hallarının (həmin mesaj mətinləri ilə bağlı ibtidai istintaq zamanı verilmiş suallara cavab verməkdən imtina etməsi, məhkəmə istintaqı zamanı isə onun tərəfindən yazılan həmin mesajların boş-boşuna yazıldığı, sadəcə zarafat məqsədi ilə yazılmış mesajlar oldiğunu bildirməsi) cinayət işinə aid yuxarıda göstərilmiş mötəbər sübutlarla birlikdə birbiri ilə vəhdət təşkil edib, təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsində nəzərə tutulmuş cinayət əməlinə uyğun cinayət hadisəsinin ardıcıllığının və vahid mexanizminin tam şəkildə gerçək təsvirini formalaşdırdığını müəyyən etmişdir. Beləliklə də, Təqsirləndirilən şəxs barəsində Baş Narkotiklərlə Mübarizə İdarəsinə onun qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı əməliyyat məlumatı daxil olduqdan sonra, onun 25 sentyabr 2024-cü il tarixdə Qaradağ rayonu ərazisində saxlanılaraq videoçəkilişdən istifadə edilməklə üstü yoxlanılarkən həmin vaxt aşkar edilmiş həmin narkotik maddələri pul müqabilində daşımasını bildirərkən, həmçinin sonradan şübhəli şəxs qismində həmin cinayət əməlini törətməsinə dair etirafedici ifadə verərkən ona qarşı hər hansı fiziki təzyiqlərin göstərilməsi yuxarıda şərh edilən qaydada tamamilə öz təsdiqini tapmadığından və ona qarşı hər hansı qanunsuz təzyiqlərin göstərilməsi sübut olunmadığından onun həmin etirafedici ifadəsi mötəbər sübut növü kimi qəbul olunur. Odur ki, məhkəmə araşdırması zamanı cinayət işi üzrə təqsirləndirilən şəxsin ittiham olunduğu cinayət əməlini törətməsini təsdiq edən yuxarıda sadalanan mötəbər sübutların qanuniliyini şübhə altına alacaq hər hansı hal müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs ifadələrində göstərdiyi inkaredici hallar iş üzrə istintaq hərəkətlərinin protokolları, “əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair protokol”, “əşyaya baxış keçirilməsi və götürmə haqqında protokol”, həmin prosessual hərəkətlərin videoçəkilişlərinin əks olunduğu disk, həmin videoçəkilişə baxış keçirilməsi haqqında protokollar, “mobil telefona baxış keçirilməsi haqqında protokol”, sms mətnlərinin olduğu disk, həmin diskə baxış protokolu, ekspert rəyləri, maddi sübutlar, şahid ifadələri və iş materiallarına əlavə edilmiş sübut əhəmiyyətli sənədlərlə, həmçinin cinayət işinin obyektiv halları ilə tam olaraq təkzib edilməklə, təqsirləndirilən şəxs tərəfindən cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıdığından və heç bir mötəbər sübutla təsdiq olunmadığından inandırıcı hesab olunmamaqla təqsirləndirilən şəxsin verdiyi inkaredici ifadələr sübut növü kimi qəbul edilmir. Bundan başqa, məhkəmə təqsirləndirilən şəxsin əməlinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahıya”nın konkret müddəalarını, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli, 8 nömrəli qərarının müddəalarını rəhbər tutmuşdur. Belə ki, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahıya” əsasən metadon narkotik maddəsinin xeyli miqdar daxil olmaqla aşağı həddi 0,02 qram, külli miqdar daxil olmaqla aşağı həddi 1,6 qram, xüsusilə külli miqdar daxil olmaqla aşağı həddi 160 qram, “qurudulmuş marixuana” narkotik vasitəsinin isə xeyli miqdar daxil olmaqla aşağı həddi 5 qram, külli miqdar daxil olmaqla aşağı həddi 500 qram müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş ümumilikdə tərkibində təsir edici maddənin miqdarı 639,84 qram olmaqla 15996 ədəd həbdə narkotik vasitə metodon “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahı”da müəyyən edilmiş narkotik və psixotrop maddələrin xüsusilə külli miqdar həddindən dəfələrlə artıq miqdarda olmuş, həmçinin ümumi çəkisi 3295 qram narkotik vasitə qurudulmuş marixuananın da miqdarı külli miqdar həddindən dəfələrlə artıq miqdarda olmuşdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun: 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir; 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir; 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir; 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli, 8 nömrəli qərarının doqquzuncu bəndində məhkəmələrə tövsiyə olunur ki, “ ... Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır”. Məhkəmə Təqsirləndirilən şəxs aşkar edilmiş həmin narkotik vasitələri məhz satış məqsədilə əldə edib daşıması qənaətinə gələrkən ondan aşkar edilmiş həmin maddələrin xüsusilə külli miqdar həddindən dəfələrlə artıq miqdarda olmasını, həmin maddələrin müxtəlif növlərdə olmasını və ayrı-ayrı bükümlərdə qablaşdırılmasını, həmçinin onun istifadə etdiyi mobil nömrəsində və telefonunda narkotik maddələrin satışına dəlalət edən mesajların aşkar edilməsi kimi işin faktiki hallarını nəzərə alır. Qeyd edilən göstərilən xüsusatlar təqsirləndirilən şəxsin həmin maddələri məhz satış məqsədilə əldə edib daşımasından başqa nəticəyə gəlinməsini mümkünsüz edir. Odur ki, cinayət işinin məhkəmə baxışı zamanı tədqiq edilmiş həmin sübutlar iş materiallarına uyğun və əsaslı olmaqla biri-digərini əlaqəli şəkildə tamamlamaqla mötəbər sayılmağa və yekun nəticəyə gəlməyə imkan verir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs xüsusilə külli miqdarda narkotik vasitə olan metadon və külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq satış məqsədilə əldə edib saxlayıb daşımaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsi məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə düzgün ixtisaslaşdırılmışdır. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar və onu cinayət məsuliyyətindən azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 dekabr 2012-ci il tarixli hökmü ilə olan məhkumluğu ilə bağlı qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.3.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həmin məhkumluğu ödənilməmişdir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Odur ki, ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş Təqsirləndirilən şəxs həmin cəzanı çəkib qurtardığı 04 iyun 2020-ci il tarixdən altı il müddət keçmədiyindən onun həmin məhkumluğu ödənilməmişdir. Bundan başqa, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.3.3-cü maddəsinə əsasən, qəsdən ağır və ya xüsusilə ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən xüsusilə ağır cinayət törətdikdə cinayətlərin residivi xüsusilə təhlükəli sayılır. Odur ki, qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs tərəfindən yenidən qəsdən xüsusilə ağır cinayət törədilməsi onun əməlində cinayətin xüsusilə təhlükəli residivini yaradır. Təqsirləndirilən şəxs himayəsində iki nəfər yetkinlik yaşına çatmayan uşaqlarının olması onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınır. Təqsirləndirilən şəxs əməlində cinayətlərin xüsusilə təhlükəli residivinin olması Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi qiymətləndirilir. Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, həmçinin Təqsirləndirilən şəxs qəsdən xüsusilə ağır cinayət törətməsini nəzərə alınaraq, həm sosial ədalətin bərpası, həm də onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsinin sanksiyası daxilində, cinayətlərin xüsusilə təhlükəli residivinə görə cəza təyin etmənin prinsipləri nəzərə alınmaqla, şəxsiyyətinə uyğun, ədalətli müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsini məqsədə uyğun hesab edir. Bundan başqa, məhkəmə təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.4-cü maddəsinin tələblərinə əsasən azadlıqdan məhrum etmə cəzasını xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.4-cü maddəsinə əsasən cinayətlərin xüsusi təhlükəli residivi zamanı və ya ömürlük azadlıqdan məhrum etmə cəza növü müəyyən müddətə azadlıqdan məhrum etmə cəza növü ilə əvəz edildikdə azadlıqdan məhrum etmə cəzasını xüsusi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi müəyyən edilmişdir. Bununla yanaşı, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin başlanğıcı ilə əlaqədar məsələni müzakirə edib qeyd edir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun çübhəli şəxs qismində tutulduğu 25 sentyabr 2024-cü il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs 25 sentyabr 2024-cü il tarixdə şübhəli şəxs qismində tutularaq, Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 26 sentyabr 2024-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçildikdən hazırki məhkəmə hökmü çıxarılanadək fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Ona görə də, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı 25 sentyabr 2024-cü il tarixdən hesablanmalı, həbsdə saxlanıldığı bütün müddət isə məhkəmə tərəfindən ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2, 158.2.1 və 158.2.2-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə təqsirlilik və cəza məsələsi ilə yanaşı, həm də belə nəticəyə gəlir ki, işdə olan məhkəmə-narkoloji ekspertizasının 14 oktyabr 2024-cü il tarixli, 6820 nömrəli rəyi əsas götürülməli, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəyə mindikdən sonra maddi sübut qismində tanınmış və Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsində saxlanca verilmiş 639,84 qram narkotik maddə metadon həblərinin ekspertiza tədqiqatından sonra qalıq qalmış 15981 ədədi və qalıq çəkisi 3294,6 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilməli, cinayət işinin materiallarına əlavə edilmiş bir ədəd “Redmi” markalı mobil telefon aparatı Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılmalı, bundan başqa Təqsirləndirilən şəxs üstünün yoxlanılması və əməliyyat-axtarış tədbirinin keçirilməsi və təqdim olunan əşaya baxış keçirilməsi və götürülməsi ilə bağlı prosessual hərəkətlərin video görüntülərinin qeydə alındığı 02 (iki) ədəd “DVD” disk və "xxxx" MMC-dən göndərilmiş 01 (bir) ədəd “CD” disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, iş üzrə 138 (yüz otuz səkkiz) manat məbləğində ekspertiza xərci mövcuddur ki, qeyd olunan bu məbləğ hökm qanuni qüvvəyə mindikdən sonra məhkəmə məsrəfləri olaraq Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamış, həmçinin Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak müəyyən edilməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-347, 349, 351-354, 356, 381, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 11 (on bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanması müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilməklə cəza çəkməsinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 25 sentyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut –Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsində saxlanca verilmiş 639,84 qram narkotik maddə metadon həblərinin ekspertiza tədqiqatından sonra qalıq qalmış 15981 ədədi və qalıq çəkisi 3294,6 qram olan narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, cinayət işinin materiallarına əlavə edilmiş bir ədəd “Redmi” markalı mobil telefon aparatı Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılsın, bundan başqa Təqsirləndirilən şəxs üstünün yoxlanılması və əməliyyat-axtarış tədbirinin keçirilməsi, təqdim olunan əşaya baxış keçirilməsi və götürülməsi ilə bağlı prosessual hərəkətlərin video görüntülərinin qeydə alındığı 02 (iki) ədəd “DVD” disk və "xxxx" MMC-dən göndərilmiş 01 (bir) ədəd “CD” disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri – 138 (yüz otuz səkkiz) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Roman Ələkbərli (sədrlik edən) Elnur Nuriyev Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar