Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-923/2022 01.09.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ hakim İradə Xəlil qızı Həsənzadənin sədrliyi ilə hakimlər Azər İslah oğlu Paşayevdən və Əhməd Qəhrəman oğlu Quliyevdən ibarət tərkibdə Zülfiyyə Asif qızı Salmanzadənin katibliyi ilə dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə 1992-ci il mayın 01-də Biləsuvar şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum edilməmiş, işləməmiş, Biləsuvar şəhərinin Çaylı kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Vüqar Quliyev küçəsi, ev 67/1 ünvanında yaşamış, barəsində həbs qismində qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1.-ci və 234.4.3.-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İbtidai araşdırma orqanı tərəfindən ittiham irəli sürülmüşdür ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddə metamfetamini əldə edib özündə saxlamaqla daşımışdır. Belə ki, istintaqla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən cinayət əlaqəsinə girdiyi, istintaq tərəfindən müəyyən olunmayan Babək adlı şəxs ilə qabaqcadan əlbir olduğu bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələr heroini və metadonu, psixotrop maddə metamfetamini əldə edib əynində olan şalvarın sol yan cibində və yaşadığı, ünvan 1 ünvanında yerləşən evdə saxlamaqla daşımış, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 2021-ci il dekabrın 13-də saat 19:10-da həmin ünvanın yaxınlığında saxlanaraq Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasına gətirilmiş, orada üzərində aparılan şəxsi axtarış zamanı əynindəki şalvarın sol yan cibindən bir ədəd bükümdəki 19,815 qram təmiz çəkidə açıq qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroin, davam edən tədbirlər nəticəsində sonuncunun yaşadığı ünvandan bir ədəd sellofan torbadakı üç ədəd bağlamada ayrıayrılıqda 1.005 qram, 1.010 qram və 1.005 qram, ümumilikdə 3.020 qram təmiz çəkidə açıq qəhvəyi rəngli xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olub kustar üsulla hazırlanmış narkotik vasitə heroin, bir ədəd bükümdə 505 qram təmiz çəkidə ağ rəngli kristallik formalı kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, üzərində «F/M40» göstəricisi olan 2.500 ədəd qəhvəyi rəngli dairəvi formalı dərman həblərində təsir maddəsinin miqdarı 100 qram təşkil edən xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olmaqla narkotik vasitə metadon, bir ədəd qara rəngli «Hausberg» göstəricili və bir ədəd ağ rəngli «WY-220» göstərəcili üzərində narkotik vasitə heroinə məxsus, həmçinin bir ədəd gümüşü rəngli «PCS MODE ON/OFF TARE» göstəricili üzərində psixotrop maddə metamfetaminə məxsus izlər olan elektron tərəzilər, ümumilikdə isə onun üzərindən və yaşadığı evdən aşkar olunan 3.039,815 qram təmiz çəkidə qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış, bir-biriləri ilə eynilik təşkil edən narkotik vasitə heroin, ümumilikdə miqdarı 100 qram təşkil edən narkotik vasitə metadon və ümumilikdə 505 qram təmiz çəkidə ağ kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.4.1.-ci və 234.4.3.-cü maddələri ilə ona elan edilən ittihamda özünü təqsirli bilməyib ifadəsində göstərdi ki, o, heç vaxt narkotik vasitə və ya psixotrop maddə satışı ilə məşğul olmamışdır. X3 onunla ədavəti olmuş, sonuncu dəfələrlə onun qeyri-rəsmi ər-arvad münasibətlərində olduğu qadından ayrılmasını istəmiş, ona zəng etməklə Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsinə danışığa çağırmışdır, o, oraya getdikdə Babək adlı şəxs və Azər onu avtomaşına mindirmişlər, sonuncu onu ölümcül şəkildə döymüşdür. Bundan sonra polis əməkdaşları onu tutmuşlar, yaşadığı evdən aşkarlanan qanunsuz predmetlərin sonuncuların təzyiqi nəticəsində ona məxsus olmasını bildirmişdir. İttiham olunduğu narkotik vasitələr, psixotrop maddələr və tərəzilər onun deyildir. İş üzrə şahid qismində dindirilən hadisə ərəfəsində polis polkovnik-leytenantı olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsində baş əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edib Bakı şəhəri Suraxanı rayonunun ərazisində qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olan məlumatı yoxlamaq üçün onun rəhbərliyi ilə baş əməliyyat müvəkkili polis mayoru Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. 2021-ci il dekabrın 13-də saat 19:10da Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Vüqar Quliyev küçəsi, ev 67/1 ünvanının ətrafında piyada hərəkət edən Təqsirləndirilən şəxs yaxınlaşmaqla özlərini təqdim etmiş, sonuncunun qanunsuz olaraq narkotik vasitələr və psixotrop maddə əldə edib saxlamaqda, daşımaqda və satışı ilə məşğul olmaqda şübhəli olduğunu bildirməklə göstərilən şəxsi Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət etmişlər. Orada videoçəkilişlə müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparıldıqda sonuncu əynindəki şalvarın sağ yan cibindən iki ədəd açarı, 21 manat məbləğində pulu, özünə məxsus şəxsiyyət vəsiqəsini və plastik bank kartını, sol yan cibindən bir ədəd bükümü çıxararaq təqdim edib bükümdəki özünə məxsus narkotik vasitə heroini internetdə tanış olduğu İran İslam Respublikasının vətəndaşı Babək adlı şəxsin vasitəsi ilə tutulmamışdan üç gün əvvəl Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsindən deyiləcək ünvanlara qoymaq üçün əldə etdiyini, gördüyü işin qarşılığında sonuncunun ona 700 manat məbləğində pul göndərəcəyini, yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Vüqar Quliyev küçəsi, ev 67/1 ünvanında da narkotik maddələr saxladığını bildirmişdir. İki ədəd açar və 21 manat məbləğində vəsait Təqsirləndirilən şəxs qaytarılmaqla şəxsiyyət vəsiqəsi və plastik bank kartı iş üzrə əhəmiyyət kəsb etdiyindən saxlanılmış, aşkar olunan büküm zərfə qablaşdırılaraq götürülmüşdür. Daha sonra sonuncunun razılığı ilə yaşadığı ünvana baxış keçirilərkən Təqsirləndirilən şəxs evin giriş hissəsindən sol tərəfdə yerləşən ikinci çarpayının döşəyinin alt hissəsindəki sellofan torbanın içərisindən üç ədəd elektron tərəzini, 2.500 ədəd üzərində «Metadon 40» yazısı olan həbi, üç ədəd bağlamadakı narkotik vasitə heroin və bir ədəd bağlamadakı psixotrop maddə metamfetamin olduğunu bildirdiyi kütlələri çıxarıb təqdim etməklə həmin predmetlərin özünə məxsus olaraq onları İran İslam Respublikasının vətəndaşı Babək adlı şəxsin vasitəsi ilə üç gün bundan qabaq Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsindən deyiləcək ünvanlara qoymaqdan ötrü əldə etdiyini, gördüyü işin qarşılığında sonuncunun onun bank kartına 700 manat məbləğində pul göndərəcəyini, elektron tərəziləri isə göstərilən maddələrin çəkisini müəyyən etməyə görə özündə saxladığını göstərmişdir. Aşkarlananlar və baxış zamanı üzərində ***-***-**-** mobil nömrəsi olan «Samsung» markalı mobil telefon iş üçün əhəmiyyət kəsb etdiyindən götürülüb tərtib edilən protokolların düzgünlüyü iştirakçıların imzaları ilə təsdiqlənmişdir. İş üzrə şahid qismində dindirilən hadisə ərəfəsində polis mayoru olmaqla Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsində baş əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid2 Şahid1 ilə oxşar ifadə verdi. İş üzrə əlavə şahid qismində dindirilən hadisə ərəfəsində polis polkovnik-leytenantı olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsində xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili vəzifəsində işləyən X4 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs narkotik satışı ilə məşğul olan şəxslərin ifşa olunmasında ona kömək etmişdir. Sonuncu ilə aralarında hər hansı qadınla bağlı problem olmamışdır. Təqsirləndirilən şəxs tutularkən nədənsə onun adını vermiş, o, sonuncunun tutulmasında iştirak etməmişdir. Məhkəmə iclasında elan olunub tədqiq edilən Təqsirləndirilən şəxs ibtidai istintaqda verdiyi 2021-ci il 13 dekabr tarixli izahatda, 2021-ci il 14 dekabr tarixli şübhəli şəxs və 2021-ci il 15 dekabr tarixli təqsirləndirilən şəxs qismindəki ifadələrdə Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsi ilə ittiham olunduğu əməli etiraf edib özünü tam təqsirli bilməklə 2021-ci il dekabrın 13-də saat 19:10 radələrində yaşadığı ünvan 3 ünvanın ətrafında piyada hərəkət edən vaxt özlərini polis əməkdaşı kimi təqdim edən iki nəfər mülki geyimli şəxsin yaxınlaşaraq narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib onu Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət etməklə orada videoçəkilişlə müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış aparılarkən əynində olan şalvarın sağ yan cibindən iki ədəd açarı, 21 manat məbləğində pulu, özünə məxsus şəxsiyyət vəsiqəsini və plastik bank kartını, sol yan cibindən bir ədəd bükümü çıxararaq təqdim edib bükümdəki narkotik vasitə heroinin özünə məxsus olmaqla internet vasitəsilə tanıdığı İran İslam Respublikasının vətəndaşı Babək adlı şəxsin vasitəsi ilə üç gün bundan əvvəl Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsindən deyiləcək yerlərə qoymaqdan ötrü əldə etdiyini, gördüyü işin qarşılığında sonuncunun onun bank kartına 700 manat məbləğində pul göndərəcəyini, həmçinin yaşadığı evdə də narkotik maddələr saxladığını, göstərilən ünvanda polis əməkdaşları tərəfindən baxış keçirilməsinə heç bir etirazının olmadığını, baxış keçirilərkən yaşadığı evin giriş hissəsindən sol tərəfdə yerləşən ikinci çarpayının döşəyinin alt hissəsindəki sellofan torbanın içərisindən üç ədəd elektron tərəzini, 2.500 ədəd üzərində «Metadon 40» yazısı olan həbi, üç ədəd bağlamadakı narkotik vasitə heroini və bir ədəd bağlamadakı psixotrop maddə metamfetamini çıxararaq təqdim etdiyini, onun işlətdiyi, üzərində ***-***-**-** mobil nömrəsi olan «Samsung» markalı mobil telefonun aşkar edildiyini, aşkarlanan predmetlərin ona məxsus olub onların mövcudluğunu eyni ilə izah etməklə elektron tərəziləri narkotik maddələrin çəkisini müəyyən etməyə görə saxladığını, hər iki halda aşkar edilənlərin müvafiq qaydada kağız zərfə və boş sellofan torbaya qablaşdırılaraq üzərlərinin iştirakçılar və onun tərəfindən imzalarla təsdiqləndiyini, ona qarşı heç bir fiziki və psixi zor tətbiq olunmadığını bildirmiş; 2022-ci il 17 mart tarixli təqsirləndirilən şəxs qismindəki eyni məzmunlu ifadədə ittiham olunduğu Azərbaycan Respublikasının CM-nin 234.4.1.-ci və 234.4.3.-cü maddələri ilə özünü tam təqsirli bildiyini göstərmişdir (iş vərəqi 1-ci cild, 42-43, 53-55, 81-83 və 173- 175). İş materiallarında olan Azərbaycan Respublikası Baş Narkotiklərlə Mübarizə İdarəsinin 2021-ci il 13 dekabr tarixli raportlarından, əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərarından, Ə337-008-21 №-li əməliyyat qrupunun yaradılması haqqında əmrindən, habelə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2021-ci il 15 dekabr tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edib Bakı şəhəri Suraxanı rayonunun ərazisində dövriyyəsi ilə məşğul olması barədə daxil olan məlumatı yoxlamaq üçün əməliyyat-axtarış qrupu yaradılmış, adı çəkilən şəxs 2021-ci il dekabrın 13-də saat 19:10-da Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Vüqar Quliyev küçəsi, ev 67/1 ünvanının yaxınlığında saxlanmaqla idarənin inzibati binasına gətirilmiş, məhkəmə tərəfindən əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair qərarı qanuni hesab edilmişdir (1-ci cild, iş vərəqi 6, 8-9, 12-13 və 182-184). İş materiallarındakı Azərbaycan Respublikası Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat Qrupunun tərtib etdiyi 2021-ci il 13 dekabr tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 19:10-da Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuş, sonuncunun bacısı X2 xəbər vermək hüququ təmin edilmiş, protokola əlavə və qeydlər daxil olmamışdır (1-ci cild, iş vərəqi 23). İş materiallarındakı Azərbaycan Respublikası Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat Qrupunun tərtib etdiyi 2021-ci il 13 dekabr və Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2021-ci il 15 dekabr tarixli protokollardan görünür ki, videoçəkilişlə müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılarkən sonuncu əynindəki şalvarın sol yan cibindən bir ədəd bükümü, sağ yan cibindən iki ədəd açarı, 21 manat məbləğində pulu, özünə məxsus şəxsiyyət vəsiqəsini, **********342593 nömrəli plastik bank kartını çıxarıb təqdim etməklə bükümdəki narkotik vasitə heroini Babək adlı İran İslam Respublikasının vətəndaşının vasitəsi ilə üç gün əvvəl Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsindən deyilən ünvanlara qoymaq üçün əldə etdiyini, görülən işin əvəzində ona 700 manat məbləğində pul vəd edildiyini, yaşadığı ünvanda da narkotik maddələri saxladığını, polis əməkdaşları tərəfindən ona qarşı hər hansı fiziki və psixi zor tətbiq olunmadığını bildirmiş, iki ədəd açar və 21 manat məbləğində pul qaytarılaraq aşkar edilən büküm və digər predmetlər zərfə qablaşdırılıb götürülmüş, şikayət, təklif və qeydlər daxil olmamış, birinci protokola əlavə edilən bir ədəd DVD diskindəki videogörüntü ilə qeyd olunanlar təsdiqlənmişdir (1-ci cild, iş vərəqi 32-34 və 84). İş materiallarındakı şübhəli şəxs Təqsirləndirilən şəxs 2021-ci il 13 dekabr tarixli razılıq ərizəsindən, Azərbaycan Respublikası Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat Qrupunun tərtib etdiyi eyni və Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2021-ci il 15 dekabr tarixli protokollardan görünür ki, videoçəkilişlə müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Vüqar Quliyev küçəsi, ev 67/1 ünvanında baxış və götürmə keçirilərkən sonuncu özünə məxsus «Samsung» markalı mobil telefonu, evin giriş hissəsindən sol tərəfdə yerləşən ikinci çarpayının döşəyinin alt hissəsindən bir ədəd sellofan torbanı çıxarmaqla təqdim edərək içərisində üç ədəd elektron tərəzi, 2.500 ədəd narkotik vasitə metadon, üç ədəd bağlamada narkotik vasitə heroin, bir ədəd bağlamada psixotrop maddə metamfetamin olduğunu, göstərilən maddələri Babək adlı İran İslam Respublikasının vətəndaşının vasitəsi ilə üç gün əvvəl Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsindən deyilən ünvanlara qoymaqdan ötrü əldə etdiyini, görülən işin əvəzində ona 700 manat məbləğində pul vəd edildiyini, elektron tərəziləri isə narkotik maddələri çəkmək üçün istifadə etdiyini, polis əməkdaşları tərəfindən ona qarşı hər hansı fiziki və psixi zor tətbiq olunmadığını, səmimi və doğru cavablar verdiyini bildirmiş, aşkarlanan predmetlər qablaşdırılıb götürülmüş, şikayət, təklif və qeydlər daxil olmamış, birinci protokola əlavə edilən bir ədəd DVD diskindəki videogörüntü ilə qeyd olunanlar təsdiqlənmişdir (1-ci cild, iş vərəqi 35, 37-38 və 85). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 2021-ci il 14 dekabr tarixli 6/5489 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilən, üzərində «Təqsirləndirilən şəxs təqdim etdiyi…» sözləri, ad, soyad və imzalar olan bir ədəd zərfdəki bir ədəd bükümdə 19,815 qram təmiz çəkidə açıq qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir; üzərində «Təqsirləndirilən şəxs axtarış zamanı təqdim etdiyi…» sözləri olan bir ədəd sellofan torbadakı üç ədəd bağlamada ayrı-ayrılıqda 1.095 qram, 1.010 qram və 1.005 qram, ümumi 3.020 qram təmiz çəkidə açıq qəhvəyi rəngli maddələr xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olmaqla kustar üsulla hazırlanmış narkotik vasitə heroin və bir ədəd bükümdə 505 qram təmiz çəkidə olan ağ rəngli kristallik formada maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, üzərində «F/M40» göstəricisi olan 2.500 ədəd qəhvəyi rəngli dairəvi formalı dərman həbində metadonun təsir maddəsinin miqdarı 100 qram təşkil edərək xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynidir; tədqiqata təqdim edilən narkotik vasitə heroin xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynilik təşkil edir; bir ədəd qara rəngli «Hausberg» göstəricili və bir ədəd ağ rəngli «WY-220» göstəricili tərəzilərin üzərində narkotik vasitə heroinə, bir ədəd gümüşü rəngli «PCS MODE ON/OFF TARE» göstəricili tərəzinin üzərində isə narkotik vasitə heroinə və psixotrop maddə metamfetaminə məxsus izlər vardır, iz mikrohissəcikləri cüzi miqdarda olduğundan onların maddə nümunələri ilə müqayisəli tədqiqatının aparılması mümkün olmamışdır; narkotik vasitə heroinin, psixotrop maddə metamfetaminin və metadon həblərinin tədqiqatdan sonrakı qalıqları müvafiq qaydada 3.039,615 qram, 504,950 qram və 2.450 ədəd təşkil edir, ekspertiza tədqiqatının dəyəri 91,76 manatdır (1-ci cild, iş vərəqi 45-48). İş materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2021-ci il 15 dekabr tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb olunub ona Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsində nəzərdə tutulan ittiham elan olunmuşdur (1-ci cild, iş vərəqi 72-73). İş materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2021-ci il 15 dekabr tarixli qərarının surətindən görünür ki, Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində əvvəli 2021-ci il dekabrın 13-dən hesablanmaqla həbs qismində qətimkan tədbiri seçilmişdir (1-ci cild, iş vərəqi 102-104). İş materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2021-ci il 15 dekabr tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs aşkar olunub götürülən narkotik vasitə heroinin, psixotrop maddə metamfetaminin və metadon həblərinin tədqiqatdan sonrakı müvafiq qaydada 3.039,615 qram, 504,950 qram və 2.450 ədəd qalıqları, habelə üç ədəd elektron tərəzi maddi sübut kimi tanınaraq idarənin saxlanc anbarına təhvil verilmişdir (1-ci cild, iş vərəqi 105-108). İş materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin 2022-ci il 13 yanvar tarixli 099-4650-1122 №-li məktubundan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə heroini, psixotrop maddə metamfetamini və üç ədəd elektron tərəzini əldə etdiyi mənbəni, yəni Babək adlı İran İslam Respublikasının vətəndaşını müəyyənləşdirmək mümkün olmamışdır (1-ci cild, iş vərəqi 119). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 2022-ci il yanvarın 26-da tərtib etdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir (1-ci cild, iş vərəqi 125- 126). İş materiallarındakı Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2022-ci il 14 mart tarixli protokoldan görünür ki, üzərində ***-***-**-** saylı mobil nömrə olan Təqsirləndirilən şəxs məxsus «Samsung» markalı mobil telefona baxış zamanı iş üzrə əhəmiyyət kəsb edən hər hansı məlumat aşkarlanmamışdır (1-ci cild, iş vərəqi 136-137). İş materiallarındakı Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2022-ci il 14 mart tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus «Kapital Bank» məhdud məsuliyyətli cəmiyyətinin **********342993 nömrəli plastik bank kartını Bakı şəhərinin Suraxanı rayonundakı filialının qarşısındakı bankomatda yoxladıqda kartda pul məbləği olmaması aşkarlanmışdır (1-ci cild, iş vərəqi 138-139). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Respublika Narkoloji Mərkəzi» publik hüquqi şəxsinin ambulator məcburi-narkoloji tibbi yoxlamasının 2022-ci il 25 fevral tarixli 966 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunmamaqla məcburi müalicəyə ehtiyacı yoxdur (1-ci cild, iş vərəqi 140- 141). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika «Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi» publik hüquqi şəxsinin ambulator məhkəməpsixiatrik ekspertizasına dair 2022-ci il 25 fevral tarixli 470 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs ittiham olunduğu əməllərin törədildiyi dövrdə hər hansı psixi xəstəliyin, eləcə də psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəliyin əlamətləri aşkar edilməmişdir, o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olduğundan anlaqlı hesab olunmalıdır, məcburi müalicəyə ehtiyacı yoxdur (1-ci cild, iş vərəqi 143-144). İş materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2022-ci il 16 mart tarixli cinayət işi üzrə sübutların qiymətləndirilməsi və cinayət əməlinin tövsif edilməsi haqqında, 2022-ci il 17 mart tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında, habelə eyni tarixli ********* nömrəli cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında qərarlarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.4.1.-ci və 234.4.3.-cü maddələri ilə yenidən ittiham elan olunmuş, iş üzrə maddi sübut kimi tanınmaqla Təqsirləndirilən şəxs aşkar olunub götürülən narkotik vasitə heroinin, psixotrop maddə metamfetaminin və metadon həblərinin tədqiqatdan sonrakı müvafiq qaydada 3.039,615 qram, 504,950 qram və 2.450 ədəd qalıqları, habelə üç ədəd elektron tərəzi maddi sübut kimi tanınıb idarənin saxlanc anbarına təhvil verilmiş, Təqsirləndirilən şəxs məxsus «Kapital Bank» məhdud məsuliyyətli cəmiyyətinin **********342993 nömrəli plastik bank kartının və iki ədəd DVD diskinin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmış, sonuncudan aşkar olunub götürülən narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin mənbəyini müəyyən etmək üçün cinayət işinin materiallarından ayrıca icraata ********* nömrə ilə başqa cinayət işi ayrılmış, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CM-nin 32.4., 206.3.2.-ci maddəsi ilə cinayət təqibi üzrə icraata xitam verilmişdir (1-ci cild, iş vərəqi 153-166 və 176-180). Məhkəməyə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasının 2022-ci il 24 may tarixli 20-12/260 №-li məktubu ilə təqdim olunan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin məhkumun tibbi kitabçasından çıxarışın kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs sol ayaq pəncəsində qəlpə yarasından sonrakı çapıq izi aşkarlanmaqla sonuncu həbs olunan vaxt xəsarət almadığını bildirmişdir. Məhkəməyə təqdim olunan «Bakcell» məhdud məsuliyyətli cəmiyyətinin 2022-ci il 24 iyun tarixli BKC/LGL-9209/22 №-li məktubundan görünür ki, X3 istifadəsində olan ***-***- **-** saylı nömrə 2018-ci il aprelin 20-də Bakcell şəbəkəsindən Azercell şəbəkəsinə daşındığı üçün 2021-ci il dekabrın 13-də saat 19:10-dan 2021-ci il dekabrın 13-də saat 22:10-dək Bakcell şəbəkəsində istifadə olunmamışdır. Məhkəməyə təqdim olunan «Azercell Telekom» məhdud məsuliyyətli cəmiyyətinin 2022-ci il 19 iyul tarixli 12721 №-li məktubundan görünür ki, 2018-ci il aprelin 20-də Bakcell şəbəkəsindən Azercell şəbəkəsinə daşınan X3 istifadəsindəki ***-***-**-** saylı nömrə 2021-ci il dekabrın 13-də saat 19:10-dan 2021-ci il dekabrın 13-də saat 22:10-dək Bakı şəhərinin Abbasqulu Abbaszadə küçəsində anten dairəsində olmaqla həmin nömrədən saat 20:13:02-də ***-***-**-** saylı, saat 20:23:15-də və saat 20:28:44-də ***- ***-**-** saylı, saat 21:06:12-də ***-***-**-** saylı və saat 21:15:03-də ***-***-**-** saylı nömrələrə zəng olunmuş, habelə ***-***-**-** saylı nömrəyə saat 20:53:55-də ***-***-**-** saylı, saat 21:11:51-də ***-***-**-** saylı və saat 21:28:17-də ***-***-**-** saylı nömrədən zəng daxil olmuşdur. Məhkəməyə təqdim olunan Bakı şəhəri Suraxanı Rayon Prokurorluğunun 2022-ci il 06 iyun tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlandıqdan sonra polis əməkdaşları tərəfindən ona qarşı zor tətbiq edilməsi və xəsarət yetirilməsi barədə müraciəti ilə bağlı qeyd olunan xüsusiyyət öz təsdiqini tapmadığından cinayət işinin başlanması rədd edilmişdir. Məhkəməyə təqdim olunan 2022-ci il 01 sentyabr tarixli hesabatdan görünür ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında hüquqlarının müdafiəsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 60 iş saatı müddətində həyata keçirilmişdir. Məhkəmə mövcud sübutlara qiymət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.4.1.-ci və 234.4.3.-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsini, əməllərində cinayət tərkibinin olduğunu, bununla da onun təqsirliliyini tam sübuta yetirilmiş hesab edir. İbtidai araşdırma orqanı tərəfindən təqsirləndirilən şəxsin əməlləri Azərbaycan Respublikasının CM-nin 234.4.1.-ci və 234.4.3.-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətdə özünü təqsirli bilməməsinə, yəni heç vaxt narkotik vasitə və ya psixotrop maddə satışı ilə məşğul olmaması, onunla ədavəti olan X3 dəfələrlə onun qeyri-rəsmi ər-arvad münasibətlərində olduğu qadından ayrılmasını istəməsi, Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsinə danışığa çağırıb orada sonuncu və Babək adlı şəxsin onu avtomaşına mindirmələri və Azərin onu ölümcül şəkildə döyməsi, bundan sonra polis əməkdaşlarının onu tutmaları, yaşadığı evdən aşkarlanan qanunsuz predmetlərin sonuncuların təzyiqi nəticəsində ona məxsus olmasını bildirməsi, ittiham olunduğu narkotik vasitələrin, psixotrop maddələrin və tərəzilərin onun olmaması barədə dediklərinə tənqidi yanaşaraq hesab edir ki, onun göstərdikləri işin faktiki hallarına uyğun deyildir və digər mötəbər sübutlarla təkzib olunur. Məhkəmə onun bu ifadələrini özünümüdafiə xarakteri daşımaqla cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə yalan ifadələr verməsi qənaətinə gəlir. Məhkəmə eyni zamanda hesab edir ki, X3 istifadəsindəki ***-***-**-** saylı nömrənin 2021-ci il dekabrın 13-də saat 19:10-dan 2021-ci il dekabrın 13-də saat 22:10-dək sonuncunun işlədiyi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin yerləşdiyi Bakı şəhərinin Abbasqulu Abbaszadə küçəsində anten dairəsində olması heç də sonuncunun Təqsirləndirilən şəxs qərəzli həbs olunmasını, tutulmasında iştirakını sübut etmir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanununun 1.0.11.-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlərdir. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234-cü maddəsinin həmin Məcəllənin 237-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2021-ci 6 iyul tarixli qərarına əsasən, toplanılan narkotik tərkibli bitkilərdən və ya onların hissələrindən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda və yaxud satış məqsədi ilə istənilən miqdarda narkotik vasitənin hazırlanması və bundan sonra onun saxlanılması, daşınması, göndərilməsi, emal edilməsi, yaxud satılması kimi cinayət əməlləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 17.1-ci maddəsinin tələblərinə müvafiq olaraq bu Məcəllənin 234 və 237-ci maddələri ilə tövsif edilməlidir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2011-ci il 4 mart tarixli 2 nömrəli Qərarının 9cu bəndinə görə, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə eedilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun həmin Qərarının 4-cü bəndinə görə, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qeyd edilən Qərarında həmçinin göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında» 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanununun şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə İ siyahısında narkotik vasitə heroinin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 2 qram, narkotik vasitə metadon şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,02 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 1,6 qram, İİ siyahısında psixotrop maddə metamfetamin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 2 qram müəyyən olunmuşdur. Beləliklə, Təqsirləndirilən şəxs ittiham edildiyi cinayət əməllərini törətməsi məhkəmə istintaqında hərtərəfli araşdırılmışdır, şahidlərin ifadələri, məhkəmə istintaqında elan edilərək tədqiq olunmuş özünün ibtidai araşdırmadakı ilkin izahatı, şübhəli və təqsirləndirilən şəxslər qismindəki ifadələri, şahid ifadəsi, maddi sübutların mövcudluğu, ekspert və tibbi yoxlamanın rəyləri, eləcə də iş üzrə başqa mötəbər sübutlarla tam təsdiq olunur. Təqsirləndirilən şəxs törətdiyi əməllərin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikasının CM-nin 8.1.-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının CMnin 41.2.-ci və 58.3.-cü maddələrinə əsaslanaraq cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsi əsasında Təqsirləndirilən şəxs ilk məhkumluğunu cəzanı yüngülləşdirən hal kimi qəbul edir. Məhkəmə habelə hesab edir ki, Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə görə Təqsirləndirilən şəxs əməllərində cəzasını ağırlaşdıran yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əməllərə görə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 56.1.2.-ci maddəsini əsas tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrumetmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işi üzrə məcburi-narkoloji tibbi yoxlamaya əsasən Azərbaycan Respublikasının CM-nin 93.1.-ci və 93.1.2.-ci maddələrinə müvafiq olaraq Təqsirləndirilən şəxs narkomaniyadan müalicə edilmək üçün tibbi xarakterli məcburi tədbirlər təyin olunmamalıdır. İş üzrə mülki iddia və ya üzərinə həbs qoyulmuş əmlak yoxdur. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 2012-ci il 7 mart tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2.-ci maddəsi əsasında, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Azərbaycan Respublikasının CPM-nin 132.0.1.-ci maddəsinə uyğun olaraq, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Qeyd edilən normaların tələbləri isə ona dəlalət edir ki, əmlak müsadirəsi məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 99- 1.1.-ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq saxlanılmaq üçün Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin maddi sübutların saxlanc anbarına təhvil verilməklə Təqsirləndirilən şəxs aşkar olunub götürülən narkotik vasitə heroinin, psixotrop maddə metamfetaminin və metadon həblərinin tədqiqatdan sonrakı müvafiq qaydada 3.039,615 qram, 504,950 qram və 2.450 ədəd qalıqları, üzərində narkotik vasitə heroinin izləri olan bir ədəd qara rəngli «Hausberg» göstəricili və bir ədəd ağ rəngli «WY-220» göstəricili, üzərində narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin izləri olan bir ədəd gümüşü rəngli «PCS MODE ON/OFF TARE» göstəricili elektron tərəzilər məhv edilməli, Təqsirləndirilən şəxs məxsus «Kapital Bank» məhdud məsuliyyətli cəmiyyətinin **********342993 nömrəli plastik bank kartı sonuncunun yaxın qohumlarına qaytarılmalı, iki ədəd DVD diskinin cinayət işinin materiallarına əlavə olunması nəzərə alınmalıdır. İş üzrə 91,76 manat təşkil edən ekspertiza tədqiqatının dəyəri Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 3 may tarixli 202 №-li qərarına uyğun olaraq, təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Azərbaycan Respublikasının CPM-nin 193.2.-ci və 193.4.-cü maddələrinə müvafiq olaraq, müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Bununla da Təqsirləndirilən şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun nəfinə (VÖEN: **********) 360 manat köçürülməlidir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2021-ci il 24 dekabr tarixli 15 saylı Qərarının 56-cı bəndində göstərilir ki, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzası təyin edilərkən hökmün nəticəvi hissəsində cəza çəkmə müddətinin hansı qaydada hesablandığı heç bir şübhə doğurmamalıdır. Nəzərə almaq lazımdır ki, hökmlə təyin olunan cəza müddətinə ibtidai həbs müddətindən başqa təqsirləndirilən şəxsin azadlığı faktiki məhdudlaşdırıldığı zaman da daxil olmaqla şübhəli şəxs qismində tutulduğu müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarına əsasən prosessual məcburiyyət tədbirlərinin tətbiqi qaydasında tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlanıldığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək davam edən müddət də daxildir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2006-cı il 30 mart tarixli 5 №-li qərarının 15-ci bəndində göstərilir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır. Məhkəmə «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2021-ci il 24 dekabr tarixli 15 saylı Qərarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq Azərbaycan Respublikasının CPM-nin 158.2.-ci maddəsinə əsaslanaraq hesab edir ki, cəzaçəkmənin əvvəli Təqsirləndirilən şəxs tutulduğu gündən, yəni 2021-ci il dekabrın 13-dən hesablanmalıdır. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 193-cü, 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci, 384-cü maddələrini rəhbər tutaraq hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.4.1.-ci və 234.4.3.-cü maddələri ilə təqsirli bilinərək 11 (on bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 2021-ci il dekabrın 13-dən hesablansın. İş üzrə 91,76 manat təşkil edən ekspertiza tədqiqatının dəyəri Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Təqsirləndirilən şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun nəfinə (VÖEN: **********) 360 manat köçürülsün. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınaraq saxlanılmaq üçün Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilməklə Təqsirləndirilən şəxs aşkar olunub götürülən narkotik vasitə heroinin, psixotrop maddə metamfetaminin və metadon həblərinin tədqiqatdan sonrakı müvafiq qaydada 3.039,615 qram, 504,950 qram və 2.450 ədəd qalıqları, üzərində narkotik vasitə heroinin izləri olan bir ədəd qara rəngli «Hausberg» göstəricili və bir ədəd ağ rəngli «WY-220» göstəricili, üzərində narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin izləri olan bir ədəd gümüşü rəngli «PCS MODE ON/OFF TARE» göstəricili elektron tərəzilər məhv edilsin, Təqsirləndirilən şəxs məxsus «Kapital Bank» məhdud məsuliyyətli cəmiyyətinin **********342993 nömrəli plastik bank kartı sonuncunun yaxın qohumlarına qaytarılsın, iki ədəd DVD diskinin cinayət işinin materiallarına əlavə olunması nəzərə alınsın. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən İradə Həsənzadə Hakimlər Azər Paşayev Əhməd Quliyev
Məhkəmə qərarları › İş №1(101)-923/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-923/2022
01.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver