Məhkəmə qərarları › İş №1(101)-923/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-923/2023

10.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-923/2023 10.07.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Namazov Fərid Arif oğlunun sədrliyi, hakimlər Quliyev Əhməd Qəhrəman oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçıları- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokurorları X6, X7, Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri Mərkəz Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1984-cü il tarixdə Bakı şəhərində doğulmuş, evli, himayəsində iki azyaşlı uşağı olan, Azərbaycan Respublikasının vətəndaşı, məhkumluğu olmayan, işləməyən, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində seçilmiş həbs qətimkan tədbiri ilə əlaqədar Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra- Cinayət Məcəlləsi) 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və külli miqdarda psixotrop maddəni əldə edib saxlamaqla daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda 4,688 qram çəkidə narkotik vasitə olan heroini və külli miqdarda 4,712 qram çəkidə psixotrop maddə olan metamfetamini əldə edib özündə saxlamaqla daşımış, xx.xx.2022-ci il tarixdə Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün saat 14:40-da ünvan 2 ünvanın qarşısında saxlanılaraq Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis bölməsinin inzibati binasına gətirilmiş və orada üzərində şəxsi axtarış keçirilən zaman əynində olan şalvarın sağ yan cibindən 01 bükümdə təmiz çəkisi 4,688 qram təşkil edən kustar üsulla hazırlanmış külli miqdarda həmin narkotik vasitə olan heroin və 01 bükümdə təmiz çəkisi 4,712 qram təşkil edən kustar üsulla hazırlanmış külli miqdarda həmin psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. İşin halları: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində bildirmişdir ki, o, əvvəllər xuliqanlıq cinayəti törətdiyinə görə islah işləri cəzasına məhkum olunmuş, təxminən 2008-ci ildən narkotik vasitədən fasilələrlə istifadə etmişdir. Təxminən 2 ildir ki, narkoloji dispanserdə narkotik vasitənin aludəçisi kimi qeydiyyatda olduğuna görə 25 avqust 2022-ci il tarixdə saat 14 radələrində evdən çıxıb dövlət tərəfindən verilən “metadon” suyunu içməyə getmişdir. Belə ki, metadon suyunu içməklə narkotik vasitəni qəbul etmək istəyi azalır və əgər iradə güclüdürsə, tam tərgizmək də olur. Lakin o, narkotik vasitəni arabir qəbul etdiyindən, tam tərgidə bilməmişdir. Həmin gün o, “Semaşko” kimi tanınan xəstəxanasının həyətində avtomobilini saxlayıb növbəyə dayanmış, ondan qabaq iki nəfər olduğu üçün növbədə üçüncü olmuşdur. Həmin vaxt polis əməkdaşları içəri daxil olub hər üçünü tutaraq 20-ci Polis bölməsinə gətirmişlər. Orada ona nazirliyin əmrinin olduğunu, narkomanların sağalmalı olduqlarını, təqdim etdikləri heroini boynuna götürməli olduğunu dedikdə etiraz etdiyindən, ona avtomobilinin bayırda, açarının da özlərində olduğunu, etiraz etməyə davam etdiyi təqdirdə 1 kilo narkotik vasitəni də oradan çıxaracaqlarını demişlər. Həmin sözlər müdafiəçisinin yanında deyildiyi üçün məcbur qalıb az miqdarda olan heroin və metamfetaminin ona aid olduğunu boynuna götürüb imza etmişdir. Saxlanıldığı yerdə, binanın içində kameralar olmuş, onunla birgə Şahid1 da polis bölməsinə gətirilmişdir. Polis bölməsində ona müxtəlif çəkidə olan heroinləri təklif etdikdə o, daha az miqdarda olanı qəbul etmişdir. Həmin təklif Şahid1 da edilmişdir. O, heç vaxt narkotik vasitənin satışı ilə məşğul olmamış, satış ilə bağlı heç kimlə telefon əlaqəsi saxlamamışdır. Narkotik vasitəni eyni məhəllədə yaşadığı Vəli adlı şəxsdən qapını döyüb pəncərədən götürərək əldə etmişdir. Saxlanıldığı zaman idarə etdiyi avtomobil “Semaşko” kimi tanınan xəstəxanasının həyətində qalmış, polis əməkdaşları avtomobilin açarını cibindən götürüb bölmənin həyətinə gətirmiş, maşına videoçəkiliş olmadan axtarış keçirilən zaman heç nə aşkarlanmamışdır. O, həbs edildikdən sonra ailə üzvləri avtomobili polis bölməsindən götürmüşdür. Narkotik vasitə kimi yalnız “kakos”-dan, yəni heroindən istifadə etmiş, heç vaxt metamfetamini istifadə etməmişdir. İstintaq zamanı polis əməkdaşları onun əllərini bağlayıb sillə ilə vursalar da, o, həmin zorakılıqla bağlı heç bir orqana müraciət etməmiş, yalnız Bakı Apellyasiya Məhkəməsinə təzyiq olunduğunu bildirmişdir. Bakı İstintaq Təcridxanasına daxil olarkən boynunda, başında göyərti, cırmaq izləri olsa da, yüngül xəsarətlər olduğu üçün sənədləşdirilməmiş, müdafiəçisinin yanında ona narkotik vasitə təklif edilmiş, müdafiəçisinin yanında ona vurmuşlar. O, istintaq vaxtı verdiyi ifadəsində özündən uyduraraq Əli adlı şəxsdən 90 manata aldığını bildirmişdir. İstintaq vaxtı ifadəsini təzyiq altında vermişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra- Cinayət- Prosessual Məcəlləsi) 327.1.3-cü maddəsinə əsasən, təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi ifadə ilə məhkəmə iclasında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyət olduğundan, onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadəsində bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 14:40 radələrində tanışı Şahid1 ilə birlikdə ünvan 4 ünvanının qarşısında olarkən 2 nəfər mülki geyimli şəxs onlara yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını, özlərini narkotik vasitənin təsiri altında şübhəli apardıqlarını bildirib polis bölməsinə dəvət etmişlər. Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis bölməsinin inzibati binasında xidməti otaqlardan birində ona müdafiəçi təyin edilib üzərinə baxış keçirilməsi üçün mütəxəssis dəvət olunmuş, ondan üstündə, paltarında, paltarlarının ciblərində və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edildikdə, əynində olan şalvarın sağ yan cibindən 1 ədəd şəffaf sellofana bükülmüş ağ rəngli kristal maddə və 1 ədəd şəffaf sellofana bükülmüş qəhvəyi rəngli maddələri masanın üzərinə qoymuş, üzərindən əlavə olaraq bir ədəd Redmi markalı mobil telefon da aşkarlanmışdır. Bundan sonra həmin bükümlər zərfin içərisinə qoyularaq 7 nömrəli zərflər üçün möhürlə möhürlənib qablaşdırılmış, hər bir iştirakçı tərəfindən imzalanmışdır. O, üzərində aşkar olunan maddələri xx.xx.2022-ci il tarixdə Nəsimi rayon ərazisində “Əli” adlı şəxsdən 90 manata aldığını bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, aralarında ədavət, düşmənçilik olmamışdır. xx.xx.2022-ci il saat təxminən 14 radələrində daxil olmuş məlumat əsasında ünvan 2 ünvana gedib Təqsirləndirilən şəxs və Şahid1 “Semaşko” kimi tanınan, yəni “X15”-in yaxınlığındakı küçədə piyada gəzərkən yaxınlaşdıqdan sonra narkotik vasitədən istifadə etmələri ilə bağlı məlumat olduğunu bildirib üzərlərinə baxış keçirilməsi məqsədilə Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinə dəvət etmiş, bölmədə təhqiqatçı tərəfindən baxış keçirilən zaman Təqsirləndirilən şəxs şalvarının cibindən 01 ədəd şəffaf sellofana bükülmüş metamfetaminə bənzər və 01 ədəd şəffaf sellofana bükülmüş heroinə bənzər maddələr aşkar edilmiş, həmin maddələr qablaşdırılıb ekspertizaya göndərilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs cibində mobil telefon da olmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs narkotik və psixotrop maddələri şəxsi istifadəsi üçün xx.xx.2022-ci il tarixdə Nəsimi rayonu ərazisində “Əli” adlı şəxsdən 90 manata aldığını bildirmişdir. Saxlanıldığı zaman Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılan zaman təqdim etməsi üçün əlavə kütlə təklif olunmamış, ona heç bir fiziki və psixi zorakılıq edilməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, aralarında ədavət, düşmənçilik olmamışdır. Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid2 daxil olmuş əməliyyat məlumatı əsasında o, Şahid3 və Şahid5 oglundan ibarət tərkibdə əməliyyat qrupu yaradılmış, 25 avqust 2022-ci il tarixdə Təqsirləndirilən şəxs və Şahid1 Bakı şəhəri, Nəsimi rayonu, M.Mirqasımov küçəsində piyada hərəkətdə olarkən saxlanılaraq 20-ci Polis Bölməsinə gətirilmişdir. Müdafiəçisinin iştirakı ilə videoçəkilişlə baxış keçirilən zaman Təqsirləndirilən şəxs üzərindən 1 büküm metamfetamin, 1 büküm heroin və mobil telefon aşkar olunmuş, həmin narkotik və psixotrop maddələr zərfə qoyulub ekspertizaya göndərilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs müvafiq narkotik vasitə və psixotrop maddələri Əli adlı şəxsdən 90 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. O, Təqsirləndirilən şəxs həmin narkotik vasitə və psixotrop maddələri hansı məqsədlə, yəni satış və ya şəxsi istifadəsi məqsədilə əldə etməsindən məlumatsız olmuş, saxlanıldığı zaman müqavimət göstərməyərək bölməyə könüllü gəlmiş, Təqsirləndirilən şəxs qarşı heç bir psixoloji və ya fiziki təsir olmamış, qarşısına hər hansı seçim qoyulmamış, əlavə kütlə istintaq hərəkəti zamanı təqdim etməsi üçün təklif olunmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 və Şahid5 oglu şahidlər Şahid2 və Şahid4 məhkəmədə verdikləri ifadələrə oxşar məzmunda ifadə vermişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qonşusu olmaqla, aralarında ədavət, düşmənçilik olmamışdır. 25 avqust 2022-ci il tarixdə saat 14:30 radələrində Təqsirləndirilən şəxs onu evdən çağırdığına görə birlikdə “Semaşko” kimi tanınan xəstəxanaya narkomaniyadan müalicə olunması məqsədi ilə həkim göstərişi əsasında metadon suyu içməyə getmişlər. Həmin xəstəxananın içərisində olan balaca otağa ilk öncə o keçmiş, Təqsirləndirilən şəxs isə növbəni gözləmişdir. Həmin vaxt 2 nəfər polis əməkdaşı yaxınlaşıb heç nə demədən qolundan tutub otaqdan çölə çıxarmağa çalışmış, müqavimət göstərməyə çalışdığına görə 2 nəfər polis əməkdaşı da kömək üçün gəlmişdir. O, maşına əyləşdiriləndə Təqsirləndirilən şəxs da artıq başqa avtomobilə əyləşdirildiyini görmüş, onları Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinə aparmışlar. Həmin bölmədə qarşılarına narkotik vasitə qoyub özlərinə məxsus olmalarını deməyi tələb etmiş, Təqsirləndirilən şəxs narkotikin ona məxsus olduğunu deməsi üçün döymüşlər. Məcbur qalıb imzalamış, videoçəkiliş aparılmışdır. Saxlanıldığı zaman hər ikisində narkotik vasitə olmamış, metadon suyunu içmək üçün həmin xəstəxanaya getmişlər. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli raportdan görünür ki, etimad doğuran, məlum, qərəzsiz mənbədən Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik və psixotrop maddələri satış məqsədi ilə əldə edib Bakı şəhəri Nəsimi rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. (Cild 1, iş vərəqə 4) xx.xx.2022-ci il tarixli “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərardan və Baş Narkotiklərlə Mübarizə İdarəsinin həmin tarixli əmrindən görünür ki, Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməklə yaxalanmasından ötrü həmin İdarənin əməliyyat müvəkkilləri Şahid2, Şahid3, Şahid4 və Şahid5 ibarət əməliyyat qrupu yaradılmışdır. (Cild 1, iş vərəqə 5-6; 7) Bakı şəəhəri, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 5(006)-447/2022 nömrəli “Əməliyyat-axtarış tədbirinin aparılması barədə qərarın qanuniliyinin yoxlanılmasına dair” qərarından görünür ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid2 tərəfindən qəbul edilmiş və idarənin rəisi İslam Hümbətov tərəfindən təsdiq edilmiş 25 avqust 2022-ci il tarixli əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi barədə qərar qanuni hesab edilmişdir. (Cild 2, iş vərəqə 14-15) xx.xx.2022-ci il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs həmin gün saat 14:40 radələrində Bakı şəhəri, Nəsimi rayonu, M.Mirqasımov küçəsi 1 ünvanının yaxınlığında piyada hərəkət edərkən saxlanılmışdır. (Cild 1, iş vərəqə 10) xx.xx.2022-ci il tarixli “Şübhəli şəxsin tutulması haqqında” qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, tutulmanın əvvəli onun azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni xx.xx.2022-ci il tarixdə saat 14:40-dan hesablanmışdır. (Cild 1, iş vərəqə 21; 22) xx.xx.2022-ci il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” qərar və protokoldan görünür ki, müvafiq istintaq hərəkəti həyata keçirilərkən Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ yan cibindən 1 (bir) ədəd bükümdə açıq qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitə olan heroinə bənzər kütlə və 1 (bir) ədəd bükümdə ağ rəngli kristal şəkilli psixotrop maddə olan metamfetaminə bənzər kütləni təqdim edərək masanın üzərinə qoymuş, aşkar olunmuş həmin kütlələr ağ rəngli zərfə qoyulub qablaşdırılaraq DİN-in “7” nömrəli möhürü ilə möhürlənmiş, bütün proses videoçəkiliş vasitəsilə qeydə alınmaqla, müvafiq disk cinayət işinin materiallarına əlavə edilmişdir. (Cild 1, 30; 31-34) Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 6/4545 nömrəli ekspert rəyinin nəticəvi hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Vət. Təqsirləndirilən şəxs üzərindən...“sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisindəki bir ədəd bükümdə təmiz çəkisi 4,688 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Digər bir ədəd bükümdə təmiz çəkisi 4,712 qram olan ag rəngli kristallik formada kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Heroin xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in siyahısına (Siyahı İ) daxildir. Metamfetamin xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»in siyahısına (Siyahı İ) daxildir. Qeyd: Heroinin təmiz çəkisi 4,688 qr olmuş, 0,05 qr tədqiqata sərf edildikdən sonra 4,638 qr qalıq qalmış, metamfetaminin təmiz çəkisi 4,712 qr olmuş, 0,05 qr tədqiqata sərf edildikdən sonra 4,662 qr qalıq qalmışdır. (Cild 1, 40-46) 27 avqust 2022-ci il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, ona həmin maddə ilə ittiham elan olunmuşdur. Cild 1, iş vərəqə 53-54) Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(006)-438/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla, 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həmin məhkəmənin xx.xx.2022-ci il tarixli, 4(006)-662/2022 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 14 yanvar 2023-cü il tarixədək, həmin məhkəmənin xx.xx.2023-cü il tarixli, 4(006)-6/2023 nömrəli qərarı ilə isə 25 fevral 2023-cü il tarixədək uzadılmışdır. (Cild 1, iş vərəqə 77-82, 160-163; 177-178) Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” X10 ambulator məcburi-narkoloji tibbi yoxlama üzrə xx.xx.2022-ci il tarixli, 5717 nömrəli ekspert rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (Cild 1, iş vərəqə 115-116) Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statisik İnformasiya İdarəsindən təqdim olunmuş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 221.1-ci maddəsinə əsasən 06 ay müddətinə islah işləri cəzasına məhkum olunmuş, cəzasını çəkib qurtarmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 29, 180.1-ci maddəsinə əsasən 01 il 04 ay 06 gün müddətinə islah işləri cəzasına məhkum olunmuş, Azərbaycan Respublikasının Milli Məclisinin xx.xx.2016-cı il tarixli amnistiya qərarının 1.5 bəndinə əsasən təyin olunmuş islah işləri cəzasından azad edilmişdir. (Cild 1, iş vərəqə 118-119) xx.xx.2022-ci il tarixli, ***-*******22 nömrəli Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinin məktubundan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddənin satışında iştirak etməsi müəyyən edilməmişdir. (Cild 1, iş vərəqə 120) xx.xx.2023-cü il tarixli “Diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrədəki sms mətnlərinin məzmununda onun narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması barədə hər hansı məlumat aşkar olunmamışdır. (Cild 1, iş vərəqə 181) Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin 2 nömrəli X1 xx.xx.2023-cü il tarixli, 1/596 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs son 10 ildə stasionar müalicə üçün Bakı şəhəri 2 nömrəli X2 müraciət etməmişdir. (Cild 1, iş vərəqə 183) Bakı şəhəri Nəsimi rayon prokurorluğunun xx.xx.2023-cü il tarixli, 212-xid-23 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs saxlanılan zaman polis əməkdaşları tərəfindən təzyiqlərə məruz qalması ilə əlaqədar Nəsimi rayon prokurorluğunda araşdırma aparılmamışdır. (Cild 2, iş vərəqə 68) Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasının xx.xx.2023-cü il tarixli, 3-16-17/38/2-2664/2023 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmiş və ilkin tibbi müayinədən keçirilərkən onun adına tibbi kitabça açılmışdır. Müayinə zamanı xəsarət aşkar olunmamış, hər iki qasıq büküşündə postinyeksion döyənəklər, sol saiddə köhnə çapıq toxuma müşahidə olunmuşdur. (Cild 2, iş vərəqə 73) “X15” X10 xx.xx.2023-cü il tarixli, PHŞ-6-2/2-1956/2023 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə X11 qeydiyyat kitablarından qeydiyyatdan keçməmişdir. (Cild 2, iş vərəqə 92) Doğum haqqında şəhadətnamələrin kserosurətlərindən görünür ki, təqsirləndirilən şəxsin övladları-X4 xx.xx.2019-cu il tarixdə, X5 xx.xx.2017-ci il tarixdə doğulmuşdur. (Cild 1, iş vərəqə 114) xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərarlardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunmuş 1 ədəd bükümdə təmiz çəkisi 4,688 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə-heroin, 1 ədəd bükümdə təmiz çəkisi 4,712 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamin maddi sübut kimi tanınmaqla, ekspertiza tədqiqatından sonra qalıq qalmış 4,638 qram çəkidə narkotik vasitə olan heroin, 4,662 qram çəkidə psixotrop maddə olan metamfetamin Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, “Şəxsi axtarış və götürmə” istintaq hərəkətini əks etdirən 1 ədəd DVD disk, təqsirləndirilən şəxsin, şahidlərin ifadələri, ekspert rəyləri, şəxsi axtarış və götürmə, diskə baxış protokolları və digər istintaq sənədləri sübut növü kimi tanınmışdır. (Cild 1, iş vərəqə 121-131; 184-196) Əməlin tövsifi və hüquqi məsələlər: Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa məhkəməsinin vəsifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla, bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlüyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulub-pozulmamasının, pozuntu olduğu təqdirdə, onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların, o cümlədən maddi sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçi vasitəsi ilə suallar verilmiş, eyni zamanda öz lehinə ifadə verə biləcək şahidi dindirilmək imkanı təqdim edilmiş, öz alibisini sübut etmək üçün ona şərait yaradılmışdır. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarına əsasən, hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibətini öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Məhkəmə təqsirləndirilən şəxsin özünü müdafiə məqsədilə gətirdiyi dəlilləri araşdırmış, müdafiə tərəfi ittihamı mübahisələndirdiyi hissələrdəki mövqeyini ibtidai istintaq zamanı ona qarşı fiziki və psixi zorakılıq edilməsi ilə əlaqələndirmişdir. Belə ki, Təqsirləndirilən şəxs məhkəməyə verdiyi ifadəsində tutulduğu zaman polis əməkdaşları tərəfindən ona fiziki və psixi zorakılıq edildiyi səbəbindən ibtidai istintaq zamanı etirafedici ifadə verdiyini desə də, şahidlər Şahid3, Şahid5, Şahid2 və Şahid4 məhkəməyə verdikləri ifadələrində Təqsirləndirilən şəxs tutulmazdan əvvəl və ya sonra heç bir zorakılıq edilmədiyini bildirmişlər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin qərarından görünür ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən şəxsin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıbqaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində göstərdiyi həmin xüsusatın araşdırılması üçün müvafiq dövlət orqanlarına sorğu verilmiş və cavabları alınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Belə ki, Bakı şəhəri Nəsimi rayon prokurorluğunun xx.xx.2023-cü il tarixli, 212-xid-23 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs saxlanıldığı zaman polis əməkdaşları tərəfindən təzyiqə məruz qalması ilə bağlı prokurorluqda araşdırma aparılmamışdır. Bakı İstintaq Təcridxanasından daxil olmuş xx.xx.2023-cü il tarixli, 3-16-17/38/2- 2664/2023 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs təcridxanaya gətirildiyi zaman ilkin tibbi müayinədən keçirilərək adına tibbi kitabça açılmış, müayinə zamanı xəsarət aşkarlanmamışdır. Məktuba əlavə olunmuş tibbi kitabçanın “Həbs olunmadan əvvəl alınmış zədələr və bədən xəsarətləri barədə məlumatlar” adlı 12-ci qrafasında “Zədə almadığını bildirir” yazısı, “Baxış zamanı dəri səthində aşkar edilmiş çapıqların və zədələrin təsviri” adlı 13-cü qrafasında isə “hər iki qasıq büküşündə postinyeksion döyənəklər, sol saiddə köhnə çapıq toxuma” yazısı, “Obyektiv müayinə” adlı 14-cü qrafasında isə “Şikayəti yoxdur” yazısı qeyd olunmuşdur. Avropa İnsan Hüquqları Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.” Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olub-olmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür. Göründüyü kimi, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən ona fiziki və psixi zorakılıq edilməsi ilə bağlı məhkəmədə verdiyi ifadəsi hər hansı dəlillərə söykənməmiş, həmin halı təsdiq edən tibbi sənəd olmamış, əsaslı şübhə mövcud deyil. O, bu barədə məhkəməyədək icraatda qaldırmadığı halda məhkəmə baxışında bildirmiş, fikirlərini heç bir dəlillə möhkəmləndirməmiş, sadəcə ifadənin fiziki və psixi zorakılığın tətbiq edilməsi ilə alınmasını deməklə kifayətlənmişdir. Bu səbəbdən, məhkəmə həmin xüsusatla bağlı Təqsirləndirilən şəxs dediklərini özünü müdafiə xarakterli verdiyi ifadə kimi qiymətləndirir və göstərdiyi xüsusatı rədd etməklə, həqiqətə uyğun olmayan hesab edir. Bundan başqa, məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində göstərdiyi halları digər sübutlarla müqayisəli surətdə araşdıraraq qiymət vermişdir ki, onun həmin ifadəsi cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədi ilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadədir. Belə ki, Təqsirləndirilən şəxs məhkəməyə verdiyi ifadəsində xx.xx.2022-ci il tarixdə saat 14 radələrində metadon suyu içmək üçün “Semaşko” kimi tanınan xəstəxananın inzibati binasında otaqların birində növbədə dayandığı vaxt polis əməkdaşları tərəfindən saxlanılaraq 20-ci Polis Bölməsinə aparılaraq üzərində olmadığı halda qarşısına müxtəlif çəkidə narkotik vasitə qoyulub şəxsi axtarış zamanı təqdim etməyə məcbur edildiyini desə də, şahidlər Şahid3 Hial oğlu, Şahid4, Şahid5 və Şahid2 həmin xüsusatın baş vermədiyini, təqsirləndirilən şəxsin Bakı şəhəri, Nəsimi rayonu, M.Mirqasımov küçəsi 1 ünvanında piyada gəzərkən saxlandığını, şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılarkən təqdim etməsi üçün hər hansı çəkidə narkotik vasitə və ya psixotrop maddənin təqsirləndirilən şəxsə təklif olunmadığını, ona qarşı hər hansı zorakılıq edilmədiyini bildirmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 isə Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsinə oxşar məzmunda ifadə vermişdir. Məhkəmə qeyd edir ki, cinayət işinin materiallarının 10-cu vərəqində olan raportdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 14:40 dəqiqədə Bakı şəhəri, Nəsimi rayonu, M.Mirqasımov küçəsi 1 ünvanının yaxınlığında piyada hərəkət edərkən saxlanmış, həmin xüsusat məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxs tərəfindən mübahisələndirilməmişdir. Habelə, “X15” X10 xx.xx.2023-cü il tarixli, PHŞ-6- 2/2-1956/2023 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə X11 qeydiyyat kitablarından qeydiyyatdan keçməmişdir. Cinayət-Prosessual Məcəllənin 33.4, 338.1.2 və 349.5.1-ci maddələrinə müvafiq olaraq məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Göründüyü kimi, təqsirləndirilən şəxsin müvafiq xəstəxanada qeydiyyatda durması və xx.xx.2022-ci il tarixdə orada olması məhkəmə baxışı zamanı müəyyən edilməmiş, eləcə də məhkəmədəki ifadəsində göstərdiyi həmin xüsusatlar iş üzrə toplanmış digər sübutlarla təkzib olunmuşdur. Məhkəmə Şahid1 Təqsirləndirilən şəxs ilə yaxın münasibətdə olduğunu, özünün də barəsində olan digər cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edildiyini və barəsində Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham irəli sürüldüyünü nəzərə alaraq, Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsinə oxşar məzmunda ifadə verməsini müdafiə taktikası kimi qiymətləndirir və məhkəmədə verdiyi ifadəsini sübut növü kimi nəzərə almır. Odur ki, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda təsvir olunanlara zidd olaraq dəlil kimi göstərdiyi hallar mötəbər sübutlarla təkzib olunduğundan, məhkəmə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsini şübhə altına alır və ifadəsində göstərdiyi həmin xüsusatları həqiqətə uyğun olmayan, hər hansı dəlilə söykənməyən, özünümüdafiə xarakterli hesab edir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs ittihamda təsvir olunanlara zidd olaraq məhkəmə istintaqında başqa məzmunda ifadə verməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, bu alınmadıqda isə məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Bu səbəbdən, məhkəmə cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratmış, məhkəmə sübutetmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı zamanı verdiyi ifadəni əsas götürür. Məhkəmə baxışı zamanı təqsirsizlik prezumpsiyası rəhbər tutulmuş, Cinayət- Prosessual Məcəlləsində nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxılmış və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edilmiş, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanmış, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh ediləcəyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəlinmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs qarşı Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə, yəni istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamini əldə edib üzərində saxlamaqla daşımasına görə ittiham irəli sürülmüşdür. Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə görə, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etdikdə, saxladıqda, hazırladıqda, emal etdikdə, daşıdıqda müvafiq cinayətin tərkibi yaranır. Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinə görə isə bu Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə müvafiq cinayətin tərkibi yaranır. “Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.1-ci maddəsinə əsasən, narkotik vasitələr - BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilər, psixotrop maddələr- MT-nin 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatlarıdır. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər, 1.0.9-cu maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən edilir. Həmin Qanunun 21.3-cü maddəsinə əsasən isə şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq və külli miqdarı, habelə onların prekursorlarının və qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) xeyli və külli miqdarı müvafiq qanunlarla müəyyən edilir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2011-ci il tarixli qərarına əsasən, narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri qanunsuz olaraq əldə etmə, təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama, narkotik vasitənin, psixotrop maddənin və prekursorların şəxsin özündə nəqliyyat vasitələri ilə və ya belə vasitələrdən istifadə etməməklə yerinin dəyişdirilməsi daşınma kimi qiymətləndirilməlidir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd bükümdəki narkotik vasitə olan heroinin təmiz çəkisi 4,688 qram, 1 ədəd bükümdəki psixotrop maddə olan metamfetaminin təmiz çəkisi 4,712 qram təşkil edir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Siyahıların 1-ci Siyahısının 5-ci bəndinə əsasən - təmiz halda 2 (iki) qramdan artıq çəkidə narkotik vasitə olan heroin külli miqdar və 2-ci Siyahısının 67-ci bəndinə əsasən təmiz halda 2 (iki) qramdan artıq çəkidə psixotrop maddə olan metamfetamin külli miqdar təşkil edir. Göründüyü kimi, Təqsirləndirilən şəxs üzərindən aşkarlanmış heroinin və metamfetaminin hər birinin ayrı-ayrılıqda miqdarı külli miqdarda (təmiz halda qramlarla) istifadəsinin təmiz çəkisi üçün nəzərdə tutulmuş aşağı həddindən çoxdur. Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, məhkəmə ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, digər sənədləri də mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, iş üzrə məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmamışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - Cinayət-Prosessual Məcəlləsi) 144-cü maddəsinin tələblərinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Həmin Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadəsini, şahidlər Şahid3, Şahid4, Şahid5 və Şahid2 məhkəməyədək icraat və məhkəmə baxışı zamanı verdikləri ifadələri, müvafiq ekpert rəylərini, iş materiallarında olan digər sənədləri və predmetləri sübut kimi qəbul etməklə, təqsirləndirilən şəxsin şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı təqdim etdiyi narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetaminin çəkisinin külli miqdarda olmasına əsasən, cinayət təqibi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 234.1- 1-ci maddəsinə düzgün tövsif edilmiş, onun həmin cinayət əməlini törətməsi və əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsində və Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinin tələbinə görə, ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyu ilə təsdiq olunmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Cinayət-Prosessual Məcəlləsinin 351.3.4-cü maddəsinə əsasən, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli qərarından görünür ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. “Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2011-ci il tarixli Qərarına əsasən, cinayət qanunvericiliyinə görə, hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir. Cinayət Məcəlləsinin 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayətin bütün tərkib əlamətləri vardır. Həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət əməli məhz onun tərəfindən törədilmişdir. Həmçinin, bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinməklə həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin dispozisiyasına görə, həmin əməli törətmiş şəxs üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Cinayət Məcəlləsinin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hal kimi qəbul edir və qiymətləndirir. Məhkəmə tərəfindən onun əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən, cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, ondan aşkar edilmiş narkotik vasitə və psixotrop maddənin növünü, çəkisini, cəzasını yüngülləşdirən halın olmasını, cəzasını ağırlaşdıran halın olmamasını, eləcə də işin digər hallarını nəzərə alaraq hesab edir ki, ona Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş sanksiya həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Odur ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi üzrə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhz bu cəzanı ona təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Cinayətlərin təsnifatına görə Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində göstərilən cinayət əməli həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayətlər təsnifatına daxildir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum edilmiş şəxslərin cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi müəyyən edilir. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Cinayət-Prosessual Məcəlləsinin 158.6-ci maddəsinə əsasən, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(006)-438/2022 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs bugünədək davamlı olaraq həbsdə saxlanılır. Ona görə də, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməli və təyin ediləcək cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 25 avqust 2022ci il tarixdən hesablanmalıdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmə tərkibi Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə-fiziki-kimyəvi ekspertizası ilə əlaqədar Təqsirləndirilən şəxs 65 (altmış beş) manat məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən, şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə hesab edir ki, hazırki məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra maddi sübut kimi tanınaraq, Bakı şəhəri Nəsimi rayon Polis İdarəsində saxlanılan bir ədəd bükümdə ekspertiza tədqiqatından sonra qalıq qalmış 4,638 qram narkotik vasitə olan heroin, bir ədəd bükümdə ekspertiza tədqiqatından sonra qalıq qalmış 4,662 qram psixotrop maddə olan metamfetamin məhv edilməli, cinayət işi üzrə maddi sübut kimi tanınmış şəxsi axtarış və götürmə aparılması videosunu özündə əks etdirən 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll edir. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən, şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla); 99-1.1.2-ci maddəsinə əsasən isə şəxsin cinayət yolu ilə əldə etdiyi əmlak, habelə həmin əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalıdır. Bununla belə, hazırki iş üzrə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Başqa sözlə, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi məhkəmə mərhələsində “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Cinayət-Prosessual Məcəllənin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla məhkəmə mərhələsində göstərilmiş 36 iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi vəkil işlədiyi “Mərkəz” Vəkil Bürosunun hesabına 216 (iki yüz on altı) manat məbləğində pul köçürülməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 26-cı bəndində göstərilmişdir ki, məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Narkomaniyadan məcburi müalicənin belə şəxslərə zərərli təsir göstərməsi həkim rəyində qeyd olunduğu halda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2006-cı il tarixli 39 №-li qərarının 3-cü bəndində nəzərdə tutulan digər hallarda məhkəmə hökmdə Cinayət Məcəlləsinin 93.1.4-cü maddəsinin tətbiq edilməməsinin səbəblərini əsaslandırmalı, belə şəxslərin ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi təmin edilməlidir. Belə ki, cinayət işində olan Azərbaycan Respubikasının Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” X10 xx.xx.2022-ci il tarixli, 5717 nömrəli Ambulator məcburi məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 25 avqust 2022-ci il tarixdən hesablansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 65 (altmış beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut kimi Bakı şəhəri Nəsimi rayon Polis İdarəsində saxlanılan bir ədəd bükümdə ekspertiza tədqiqatından sonra qalıq qalmış 4,638 qram narkotik vasitə olan heroin, bir ədəd bükümdə ekspertiza tədqiqatından sonra qalıq qalmış çəkisi ümumilikdə 4,662 qram metamfetamin məhv edilsin, 1 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanısın. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Məhkəmə mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına “Mərkəz” Vəkil Bürosunun hesabına vəkil Müdafiəçi üçün 216 (iki yüz on altı) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim Fərid Namazov Hakimlər Əhməd Quliyev Telman Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar