Məhkəmə qərarları › İş №1(101)-923/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-923/2024

01.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-923/2024 01.02.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Kərimova Mahirə Nəzər qızının sədrliyi ilə, Hakimlər: Məmmədov Fəxri Afiq oğlu və X2 ibarət tərkibdə, Abbasov Fəxrəddin Səlahəddin oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri 32 saylı Vəkil Bürosunun vəkili X3, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1993-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, məhkumluğu olan, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, orta təhsilli, subay, işləməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (təsviri əsaslandırıcı hissədə – CM) 234.1, 234.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə edib daşıyaraq üzərində saxlamış və satış məqsədi olmadan, qanunsuz olaraq psixotrop maddəni və külli miqdarda narkotik vasitəni əldə edib daşıyaraq üzərində saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs 17 aprel 2023-cü il tarixdə, səhər saatlarında Bakı şəhəri, Yasamal rayonu, Şamaxinka adlanan yerdə istintaqa məlum olmayan mənbədən naməlum şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 0,156 qram çəkidə narkotik vasitə heroini əldə edib üzərində daşıyaraq saxlamış, 17 aprel 2023-cü il tarixdə, saat 16:30-da Bakı şəhər Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Yasamal rayonu, V.Əliyev küçəsi 170 ünvanının qarşısında saxlanılaraq Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal 1 ünvanında yerləşən Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinin inzibati binasına gətirilmiş, orada həmin tarixdə, saat 18.30-da üzərinə şəxsi axtarış aparılarkən əynindəki tünd göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0,156 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilib götürülmüşdür. Bundan başqa o, «watsapp» internet sosial şəbəkəsi vasitəsilə tanış olduğu özünü İİR vətəndaşı kimi təqdim edən « Aslan» adlı şəxsin hesabına 50 manat pul ödədikdən sonra 07 iyun 2023-cü il tarixdə, saat 03 radələrində sonuncu tərəfindən gizlədilmiş Bakı şəhəri, Binəqədi rayonu, Motodrom yaşayış sahəsi, ara məhəllədəki daş hasarın yanından satış məqsədi olmadan, qanunsuz olaraq 0, 739 qram çəkidə psixotrop maddə metamfetamini və külli miqdarda 2,761 qram çəkidə narkotik vasitə heroini əldə edib daşıyaraq üzərində saxlamış, 07 iyun 2023-cü il tarixdə, saat 03.30 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Motodrom yaşayış sahəsində xidmət aparan Binəqədi RPİ PPXB-in əməkdaşları tərəfindən saxlanılaraq Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsində yerləşən Binəqədi RPİ 40-cı PB-nə gətirilərək həmin gün saat 05.40-da üzərinə şəxsi axtarış keçirilərkən əynindəki göy rəngli şalvarın sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofanın içərisində iki ədəd şəffaf sellofana bükülmüş təmiz çəkisi 0, 739 qram olan, kustar üsulla hazırlanmış həmin psixotrop maddə metamfetamin və təmiz çəkisi 2,761 qram olan, külli miqdarda kustar üsulla hazırlanmış həmin narkotik vasitə heroin aşkar edilib götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-nin 234.1, 234.1-1-ci maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilib, CM-nin 234.1-1-ci maddəsi ilə təqsirli bilməyərək göstərmişdir ki, birinci dəfə xx.xx.2023-cü il tarixdə Binəqədi rayonu ərazisində Şamaxinka adlanan yerin yaxınlığında polis əməkdaşları tərəfindən saxlanılmışdır. Həmin vaxt üzərindən 1 büküm narkotik vasitə aşkar olunmuşdur. Sonra onu Binəqədi rayon Prokurorluğuna aparmışlar, ordan da azadlığa buraxmışlar. xx.xx.2023-cü il tarixdə isə gecə saat 03:00 radələrində polis əməkdaşları tərəfindən saxlanılmışdır. Öz istifadəsi üçün narkotik vasitə metamfetamin götürməyə getmişdir, amma narkotik vasitəni tapıb götürə bilməmişdir. Sonra polis əməkdaşları dayısı oğlu ilə ona yaxınlaşıb onları xidməti avtomobillərinə əyləşdirmişlər. Telefonunda sifariş verdiyi narkotik vasitənin məkanını gördükdən sonra polis əməkdaşları həmin narkotik vasitəni gedib tapıb gətirmişlər. Sonra onları Binəqədi RPİ-nin 6-cı PB-yə aparmışlar. Binəqədi RPİ-nin 6-cı PB-də video çəkilişlə onun üzərinə axtarış aparılan zaman polis əməkdaşlarının cibinə qoyduqları narkotik vasitə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs suallara cavab olaraq bildirmişdir ki, o, 17 mart 2023-cü il tarixdə saxlanılmağı ilə bağlı heç bir mübahisələndirdiyi məqam yoxdur. xx.xx.2023-cü il tarixdə saxlanıldığı vaxt polis əməkdaşları tərəfindən ona qarşı heç bir fiziki, psixoloji təsir və ya təzyiq göstərilməmişdir. xx.xx.2023-cü il tarixdə saxlanıldığı vaxt 50 manata 0.7 qram narkotik vasitə metamfetamin götürməyə getmişdir. O, azadlığa təzə çıxdığından heç yerdə işləmir, pulu valideynlərindən almışdır. 1 qram narkotik vasitə sifariş edəndə 50 manata vermişlər. Çox miqdarda narkotik vasitə sifariş edəndə ucuz qiymətə vermişlər. Valideynləri azadlığa təzə çıxdığı üçün pulu xərcləmək üçün vermişlər. O, 50 manat pulu 1 qram narkotik vasitə üçün atmışdır. Narkotik vasitəni İran İslam Respublikasının vətəndaşından sifariş vermişdir. Həmin günü dayısı oğlu ilə birgə tutulmuşdur və sonuncunun buraxılması üçün polis əməkdaşlarının dediklərinin heç birinə etiraz bildirməmişdir. Dayısı oğlu buraxıldıqdan sonra da CM-nın 234.1-ci maddəsi ilə ittiham olunacağına görə etiraz etməmişdir. Sosial şəbəkələrdə narkotik vasitə satan İran İslam Respublikasının vətəndaşı çoxdur, lakin o, narkotik sifariş verdiyi İran İslam Respublikasının vətəndaşını əvvəlki məhkumluğundan tanıyır, keçmiş tanışıdır. xx.xx.2023-cü il tarixdə də polis əməkdaşları tərəfindən saxlanılan zaman heç bir fiziki, psixoloji təsir və ya təzyiqlərə məruz qalmamışdır. xx.xx.2023-cü il tarixdə saxlanıldığı vaxt üzərindən aşkar olunan narkotik vasitə özünə məxsus olmuşdur. Həmin vaxt aşkar olunan narkotik vasitənin çəkisi və növü ilə bağlı heç bir mübahisələndirdiyi məqam yoxdur. xx.xx.2023-cü il tarixdə isə aşkar olunan narkotik vasitəni o, sifariş etsə də gedib götürə bilməmişdir, çünki axtarıb tapa bilməmişdir. Polis əməkdaşları onları saxladıqdan sonra öz xidməti avtomobillərinə əyləşdirib özləri gedib tapıb gətirmişlər. Polis əməkdaşlarının xidməti avtomobillərində əyləşdikləri yerdən polis əməkdaşlarının narkotik vasitəni gedib gətirdikləri yer arasında 15 metr məsafə olardı. O, həmin günü 50 manatlıq narkotik vasitə üçün getmişdir. Özü narkotik vasitə istifadəçisidir. Polis əməkdaşları tərəfindən saxlanılan zaman heç bir fiziki, psixoloji təsir və ya təzyiqlərə məruz qalmamışdır. Dayısı oğlunun buraxmaqları üçün polis əməkdaşlarının dedikləri ilə razılaşmışdır, çünki sonuncunu da tutacaqları ilə onu təhdid etmişlər. Onu saxlayan şəxslərdən biri Şahid2 olmuşdur. Şahid2 dedikləri yalandır, çünki üzərindən aşkar olunan narkotik vasitəni özü gedib, tapıb, gətirib ona vermişdir. Saxlanıldığı vaxt telefonu da şəxsiyyətini təsdiq edən sənəd də üzərində olmuşdur. Şahid4, Şahid5 tərəfindən ona qarşı heç bir fiziki, psixoloji təsir və ya təzyiq olmamışdır. O, öz istifadəsi üçün getmişdir. Həmin bükümlərdən sadəcə metamfetamin ona məxsus olmuşdur. O, 1 qram narkotik vasitə ilə bağlı verilməli olan cəza ilə razıdır. O, barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-nin 234.1, 234.1-1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində göstərmişdir ki, ona CM-nin 234.1 və 234.1-1-ci maddələri ilə elan edilmiş ittihamla özünü təqsirli bilir, narkotik vasitələrdən çoxdan istifadə edir. xx.xx.2023-ci il tarixdə, səhər saatlarında Yasamal rayonu, “Şamaxinka” adlanan ərazidə piyadalılar üçün nəzərdə tutulan səkinin yaxınlığında üzdən tanıdığı lakin adını bilmədiyi şəxsdən 10 manat dəyərində şəffaf sellofana bükülü narkotik vasitə heroin almış və sonradan istifadə etməyi üçün üzərində saxlamışdır. xx.xx.2023-ci il tarixdə, saat 16:30-da ünvan 4 ünvanın qarşısında dəyanan zaman ona iki nəfər mülki geyimdə olan şəxslər yaxınlaşaraq özlərini 29-cu PŞ-nin əməkdaşları kimi təqdim edib, onu 29-cu PŞnə gətirmişlər. PŞ-də şəxsiyyəti müəyyən olunduqdan sonra polis əməkdaşları vəkilin iştirakı ilə üzərinə baxış keçirilməsinin zəruri olmasını bildirmişlər. O, da buna etiraz etməmişdir. Ona hüquq və vəzifələri izah olunmuş, sonra isə polis əməkdaşları xidməti otaqların birində müdafiəçinin iştirakı ilə video çəkiliş aparılaraq üzərinə baxış keçirilmişdir. Baxış zamanı ona üzərində hər hansı bir qanunsuz maddə və ya əşya olubolmaması barədə sual verilmişdir. O da üzərində cins şalvarının sağ yan cibində gümüşü kağızın içərisində heroini təqdim etmişdir. Ondan aşkar edilmiş narkotik maddə polis əməkdaşları tərəfindən götürülərək, müdafiəçinin və iştirakçıların iştirakı ilə zərfə qoyularaq qablaşdırılmış, qablaşdırılmış zərf 169 saylı möhürlə möhürlənmiş, bu barədə protokol tərtib edilmiş, tərtib edilmiş protokol və qablaşdırılmış zərf o, müdafiəçi və iştirakçılar tərəfindən imzalanaraq tərkibinin ekspertiza vasitəsilə müəyyən ediləcəyi bildirilmişdir. Bundan əlavə qeyd etmək istəyir ki, keçirilən bütün prosesslər müdafiəçi iştirak etmişdir. Üzərindən aşkar edilmiş narkotik vasitəni xx.xx.2023-ci il tarixdə, səhər saatlarında Bakı şəhəri, Yasamal rayonu, “Şamaxinka” adlanan ərazidə piyadalılar üçün nəzərdə tutulan səkinin yaxınlığında üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 10 manata almışdır. Bundan başqa bildirmişdir ki, 07 iyun 2023-cü il tarixdə, saat 01 radələrində o, sosial şəbəkədə təsadüfən İran Respublikasının vətəndaşı olan özünü ona Aslan kimi təqdim edən şəxslə tanış olmuşdur. Həmin şəxslə “Whatsapp” da +98-990- 593-7240 saylı mobil nömrə vasitəsi ilə əlaqə saxlamışdır. Həmin tanımadığı şəxsdən öz istifadəsi üçün narkotik vasitə və ya psixotrop maddə istəmişdir. Həmin tanımadığı şəxs ona kart nömrəsi göndərərək demişdir ki, həmin karta 50 manat pul atısın və bunun müqabilində sonuncu ona narkotik vasitə olan yeri göstərəcək və gedib götürər. Eyni zamanda da ona demişdir ki, narkotik vasitəni əldə etdikdən sonra həmin məlumatları dərhal mobil nömrəsindən silsin. Sonuncuya narkotik vasitə və psixotrop maddə olan “patı” və “kakosu” almaq üçün ümumilikdə 50 manat məbləğində pul vəsaitini Bakı şəhəri, Nəsimi rayonunda yerləşən “Araz” marketdəki “MilliÖn” ödəmə terminalından ödəmişdir. Bundan sonra həmin şəxs onun mobil telefonuna konum atmış və bundan sonra bilmişdir ki, narkotik vasitə “Matadrom” yaşayış massivində ara küçələrin birindədir. Daha sonra dayısı oğlu Şahid3 zəng vuraraq ondan xahiş etmişdir ki, idarə etdiyi “Mercedes” markalı avtomobillə onu “Matadrom” yaşayış massivinə aparsın. Tərlan etiraz etməmiş və 07 iyun 2023-cü il tarixdə, saat 03 radələrində gəlib öz maşını ilə onu evdən götürmüşdür. Tərlanla “Matadrom” yaşayış massivinə gəlmişlər. Yolda Tərlan ona hansı məqsədlə Motodrom yaşayış sahəsinə getməyini deyəndə sonuncuya bildirmişdir ki, təzə tanış olduğu qadınla görüşəcək. İranlı ona dediyi ara küçələrin birinə gəlib çatanda Tərlandan avtomobili saxlamağı xahiş etmiş və maşından düşmüşdür. Tərlandan onu gözləməyini xahiş etmişdir. O, İranlının konum atdığı istiqamətə, narkotik vasitə olduğu yerə doğru getmişdir. Motodrom yaşayış massivindəki ara küçələrin birində, daş hasarın yanından bir ədəd şəffaf sellofana bükülmüş bükülünü götürərək əynində olan göy rəngli cins şalvarın sağ yan cibinə qoymuşdur. Bükülünün içərisindəkinin narkotik vasitə olduğuna əmin olmuşdur. Bükülünü götürəndən dərhal sonra mobil telefondakı konumu, İran İslam Respublikası vətəndaşının ona göndərdiyi məlumatları silmiş və Tərlanın avtomobilinə tərəf gəlmişdir. Avtomobilə əyləşəndə ərazidə xidmət aparan post-patrul xidməti əməkdaşları qəflətən ona yaxınlaşmışlar. Onu sorğu-sual etdikdə özünü itirmiş, tutulmağından qorxub dərhal Tərlanın idarə ediyi avtomobilə əyləşmişdir ki, çıxıb getsinlər. Buna baxmayaraq polis əməkdaşları buna imkan verməmişlər. Onu, Tərlanı, Tərlanın idarə etdiyi avtomobillə birlikdə 40-cı polis bölməsinə gətirmişlər. 40-cı polis bölməsində otaqların birində üzərinə baxış keçirilməmişdən öncə ona hüquqları izah olunmuş, dövlət hesabına hüquqlarını müdafiə etməsi üçün vəkil siyahısın təqdim olunmuş və o, siyahıda göstərilən hər hansı bir vəkilin hüquqlarımı müdafiə etməsinə etiraz etməmişdir. Bundan sonra videoçəkilişlə üzərində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofan bükülü aşkar olunmuşdur. Həmin şəffaf rəngli sellofan bükülü açıldıqda oradan iki ədəd şəffaf rəngli kiçik sellofan bükülü aşkar olunmuşdur. Həmin bükülülərin birinin içərisindən ağ rəngli, kristal şəkilli, spesifik qoxuya malik kütlə olan psixotrop maddə metamfetamin aşkar olunmuşdur. Digər bükülünün içərisindən qəhvəyi rəngli, toz şəkilli, spesfik qoxuya malik kütlə olan narkotik vasitə heroin aşkar olunmuşdur. Sol yan cibindən isə göy rəngli “Samsung A21S” markalı mobil telefonu çıxararaq təqdim etmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, hadisə baş verən günü Binəqədi RPİ-nin 10-cu sahəsində xidmətdə olmuşlar. Xidməti avtomobillin sayrışan işıqları yanılı vəziyyətdə ərazidə xidmət aparan zaman 1 nəfər şəxs onları görüb qaçmağa çalışmışdır. Həmin şəxsin qaçması onlarda şübhə yaratdığı üçün tərəflərindən saxlanılmışdır. Saxlanılan şəxs verdikləri suallara qeyri-səmimi cavab verdiyi üçün işin dəqiq araşdırılması üçün Binəqədi RPİ-nin 40-cı PB-yə şübhəli şəxs qismində təmin etmişlər. Şahid1 verilmiş suallara cavab olaraq bildirmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Onlar təqsirləndirilən şəxsin telefonunda narkotik vasitə ilə bağlı məkan görməmiş və gedib götürməmişlər. Təqsirləndirilən şəxs sadəcə özünü müdafiə etmək üçün yalan ifadə vermişdir. Onlar saxladıqları vaxt təqsirləndirilən şəxsin üzərinə baxış keçirtməmişlər və keçirtməyə də qanunla icazə verilmir. Onlar saxladıqları hər hansı bir vətandaşın üzərinə vizual baxış keçirdə bilərlər. Təqsirləndirilən şəxsi Binəqədi RPİ-nin 40-cı PB-yə gətirib raportla NH-a təhvil vermişlər. 40-cı PB-nin NH-da təqsirləndirilən şəxsin üzərinə baxış keçirtməmişlər. Təqsirləndirilən şəxsin üzərinə video çəkilişlə baxış keçirtmişlər və onları da baxışa dəvət etmişlər. Video çəkiliş zamanı təqsirləndirilən şəxsin üzərindən plastik qabın içində nəsə aşkar olunmuşdur. Aşkar olunanın nə olmasının müəyyən olunması üçün ekspertizaya göndərilmişlər. Təqsirləndirilən şəxsin üzərindən neçə büküm narkotik vasitə aşkar olunması, plastik qabın təqsirləndirilən şəxsin hansı cibindən çıxması yadında deyil. Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin olunmuş və video çəkilişdə də iştirak etmişdir. Onlar təqsirləndirilən şəxsi görəndə qaçmağa cəhd göstərdiyi üçün saxlamışlar. O, heç yerdən narkotik vasitə götürməmiş və təqsirləndirilən şəxsə verməmişdir. Onun tərəfindən təqsirləndirilən şəxsə qarşı heç bir fiziki, psixoloji təsir və ya təzyiq göstərilməmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, xx.xx.2023cü il tarixdə, saat 03:00 radələrində Binəqədi RPİ-nin 40-cı PB-nin inzibati ərazisində xidmətdə olmuşlar. Saat 02:30 radələrində Binəqədi rayon ərazisində yerləşən Motodrom yaşayış məntəqəsinə daxil olanda Təqsirləndirilən şəxs 1 nəfər şəxslə görmüşlər. Təqsirləndirilən şəxs və yanındakı şəxs onları görəndə avtomobillərinə əyləşib həmin ərazidən uzaqlaşmaq istəmişlər, lakin hər ikisi də tərəflərindən saxlanılmışdır. Həmin şəxslər verdikləri suallara qeyri-səmimi cavab verdikləri üçün və ərazidə tez-tez baş verən cinayət hadisləri ilə bağlı sonuncular onlarda əsaslı şübhələr yaratmışdır. Bu səbəbdən də, Təqsirləndirilən şəxs və yanındakı şəxsi Binəqədi RPİ-nin 40-cı PB-yə dəvət etmişlər. 40cı PB-yə daxil olduqda aidiyyatı üzrə saxladıqları şəxsləri 40-cı PB-nin NH-yə təhvil vermişlər. Şahid2 verilmiş suallara cavab olaraq bildirmişdir ki, hadisə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə keçən gecə ola bilər, amma tam yadında qalmamışdır. Təqsirləndirilən şəxsi və yanındakı 1 nəfər şəxsi onları görəndə qaçdıqları üçün saxlamışlar. Onlar narkotik vasitə tapmamış və gətirib Təqsirləndirilən şəxs verməmişlər. Təqsirləndirilən şəxs narkotik vasitə ilə tutsaydılar, raportda narkotik vasitə ilə saxlanıldığını qeyd edərdilər. Hər ikisini də şübhəli şəxs qismində saxlamışlar. Təqsirləndirilən şəxs və yanındakı 1 nəfər şəxsin üzərinə saxladıqları vaxt baxış keçirtməmişlər. Təqsirləndirilən şəxs üzərinə video çəkilişlə baxış keçirilib və o da həmin baxışda iştirak etmişdir. Video çəkiliş zamanı narkotik vasitə Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuşdur. Təqsirləndirilən şəxs saxlanılması ilə bağlı heç bir narazılığı olmamışdır. Onun tərəfindən Təqsirləndirilən şəxs qarşı heç biri fiziki, psixoloji təsir və ya təzyiq göstərilməmişdir. Binəqədi rayonunda yerləşən Motodrom yaşayış massivinə daxil olanda saxladıqları şəxslər dayanmışlar. Təqsirləndirilən şəxs və yanındakı 1 nəfər şəxsin saxlanılma səbəblərindən biri polisin xidməti avtomibilini görən kimi öz avtomobillərinə əyləşib qaçmaq olmuşdur. Təqsirləndirilən şəxs üzərinə keçirilən baxışda iştirak etmişdir. Saxladıqları şəxsləri Binəqədi RPİ-nin 40-cı PB-yə gətirərək raportla NH-a təhvil vermişlər. Binəqədi RPİ-nin 40-cı PB-nin NH-da gətirdikləri şəxslərin üzərinə baxış keçirilibkeçirilmədiyini bilmir. Təqsirləndirilən şəxs şəxsiyyətini portal vasitəsi ilə müəyyən etmişlər. Video çəkiliş zamanı Təqsirləndirilən şəxs çəkisi tam yadında qalmayan bükümdə nəsə təqdim etmiş, aşkar olunanın nə olmasının müəyyən olunması üçün ekspertizaya göndərmişlər. Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin olunmuşdur. Video çəkiliş zamanı Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuş, video çəkiliş zamanı narkotik vasitəni Təqsirləndirilən şəxs özü təqdim etmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Məhkəmə baxışı zamanı dindirilmiş şahid ƏlŞahid4 ifadəsində göstərmişdir ki, 17.04.203-cü il tarixdə bir nəfər şəxsin narkotik vasitələrin istifadəsi və daşınması barədə məlumat daxil olmuşdur. Daxil olmuş məlumatı Yasamal RPİ-nin 29-cu PŞ-nin rəisə məruzə etdikdən sonra qeyd olunan şəxs ətrafında əməliyyat axtarış tədbirləri keçirtdikdən sonra şəxsiyyətini və yerini müəyyən etmişlər. Daxil olmuş məlumat əsasında Təqsirləndirilən şəxs Bakı şəhəri, Yasamal rayonu, V.Əliyev küçəsi 170 saylı ünvanda tərəflərindən saxlanılaraq Yasamal RPİ-nin 29-cu PŞ-yə dəvət etmişlər. Yasamal RPİ-nin 29-cu PŞ-də saxlanılan şəxsin hüquqlarının müdafiə olunması üçün müdafiəçi təyin edilmişdir. Müdafiəçinin iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman narkotik vasitə aşkar olunmuşdur. Şahid ƏlŞahid4 verilmiş suallara cavab olaraq bildirmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Təqsirləndirilən şəxs saxladıqları vaxt üzərinə baxış keçirtməmişlər. Təqsirləndirilən şəxs üzərinə baxışı video çəkilişlə Yasamal RPİ-nin 29-cu PŞ-də müdafiəçinin iştirakı ilə keçirtmişlər. Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə heroin aşkar olunmuşdur. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, 17.04.203-cü il tarixdə, təxminən günorta radələrində daxil olmuş məlumat əsasında Yasamal RPİ-nin 29-cu PŞ-nin əməliyyat müvəkkili Şahid4 ilə ünvan 6 ünvanda narkotik vasitələrin istifadəsi və daşınmasında şübhəli bilinən Təqsirləndirilən şəxs tərəflərindən saxlanılaraq Yasamal RPİ-nin 29-cu PŞ-yə gətirilmişdir. Yasamal RPİ-nin 29-cu PŞ-də saxlanılan şəxsin hüquqlarının müdafiə olunması üçün müdafiəçi təyin edilmişdir. Müdafiəçinin iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman 1 büküm narkotik vasitə heroinə bənzər maddə aşkar olunmuşdur. Aşkar olunan narkotik vasitə təhqiqatçı tərəfindən qablaşdırılaraq götürülmüşdür. Şahid5 verilmiş suallara cavab olaraq bildirmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Təqsirləndirilən şəxs Yasamal RPİ-nin 29-cu PŞ-nin əməliyyat müvəkkili Şahid4 ilə birgə Bakı şəhəri, Yasamal rayonu, V.Əliyev küçəsi 170 saylı ünvanda saxlamışlar. Bundan başqa, qanunla müəyyən olunan qaydada məhkəmənin yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq, Azərbaycan Respublikasında olmadığından məhkəmə baxışı zamanı iştirak etməmiş, məhkəməyədək icraat zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində göstərmişdir ki, Oğuz rayonu, Qumlaq kəndində qeydiyyatdadır və ünvan 7 ünvanında bibisi oğlu Təqsirləndirilən şəxs yaşadığı ünvanda yaşayır. Bakı şəhərində qaldığı müddət ərzində etibarnamə ilə idarə etdiyi “Mercedes” **- US-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə taksi fəaliyyəti ilə məşğul olur. 07 iyun 2023cü il tarixdə, saat təxminən 03 radələrində Toğrul ona bildirmişdir ki, həmin avtomobillə onu Binəqədi rayonu, “Matadrom” yaşayış massivinə aparsın, qızla görüşəcək. O da razılaşıb idarə etdiyi avtomobil ilə “Matadrom” yaşayış massivinə getmişlər. Orada olarkən ara məhəllərinin birində avtomobilini saxlamış və Toğrul avtomobildən enərək orada olan daş hasarın yanından əyilib yerdən nəsə götürmüş, lakin onun nə götürməsini görməmişdir. Həmin əşyanı götürüb avtomobilə əyləşmək istəyərkən polis əməkdaşları onlara yaxınlaşaraq onları idarə etdiyi avtomobillə birlikdə Binəqədi RPİ-nin 40-cı PB-nə gətirmişlər. Polis bölməsində ona məlum olmuşdur ki, narkotik vasitələrin istifadəsində və saxlamasında şübhəlidirlər. 40-cı polis bölməsində videoçəkilişlə üzərinə baxış keçirilmiş, lakin üzərindən hər hansı bir narkotik vasitə və ya digər psixotrop maddə aşkar edilməmişdir. Şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində göstərmişdir ki, Binəqədi RPİ PPXB-də polis nəfəri işləyir, polis serjantıdır. Xidmət apardıqları ərazi üzrə dislokasiyaları Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsinin ərazisidir. Belə ki, 6467 saylı marşrut üzrə avto patruluq və təhkim olunmuş avtomobili o, idarə etmiş, iş yoldaşı Şahid2 də onunla xidmətdə olmuşdur. 07 iyun 2023-cü il tarixdə, gecə saat 03.30 radələrində Xocasən qəsəbəsində xidmətdə olarkən idarə etdiyi xidməti avtomobilin faralarının sayrışan işığında bir nəfər şəxsin qaçaraq “Mercedes” markalı avtomobilə əyləşməsini görmüşlər. Belə ki, həmin şəxs özünü şübhəli aparması, qaçaraq maşına əyləşmək istəməsi onlarda şübhə doğurmuşdur. O, dərhal avtomobili saxlayaraq iş yoldaşı Şahid2lə maşından düşüb ona yaxınlaşmışlar. Həmin şəxs artıq avtomobilə minməyə hazırlaşanda sonuncunu saxlamışlar. Həmin şəxsə və avtomobilin sürücüsünə onlarla birlikdə Binəqədi RPİ 40-cı PB-nə getməklərinin vacibliliyini bildirərək sonunculara özlərini şübhəli apardıqları üçün həmin tədbirə əl atmaqlarını bildirmişlər. Həmin şəxslər heç biri etiraz etməmişlər. Şahid2 həmin şəxslərin avtomobilinə əyləşmişdir. O da xidməti avtomobili idarə edərək yaxınlıqdakı Binəqədi RPİ 40-cı PB-nə gəlmişlər və hər iki şəxsi Binəqədi RPİ 40-cı PB-nin növbətçi hisəssinə raportla təhvil vermişlər. Polis bölməsində həmin iki nəfər şəxsin Təqsirləndirilən şəxs və Şahid3 olduğu müəyyənləşmişdir. PB-nin inzibati binasında təhqiqatçı Hacı Musayev tərəfindən müvafiq prosessual hərəkətlər həyata keçirilmişdir. Təhqiqatçı tərəfindən şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs, bu barədə qərarla tanış edilərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edildi. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofanın içərisində olan bir ədəd şəffaf rəngli sellofana bükülmüş, ağ rəngli, kristal şəkilli, spesfik qoxuya malik olan psixotrop maddəyə bənzər kütlə və bir ədəd şəffaf rəngli sellofanın içərisində olan qəhvəyi rəngli, toz şəkilli, spesfik qoxuya malik olan narkotik vasitəyə bənzər kütləni və digər sol cibindən göy rəngli “Samsung A21S” markalı mobil telefonu təqdim etdi. Həmin bükümü 07 iyun 2023-cü il tarixdə İran Respublikasının vətəndaşı olan özünü Aslan kimi təqdim edən şəxslə “Whatsapp” sosial şəbəkəsində +98- 990-593-7240 saylı mobil nömrə vasitəsi ilə əlaqə saxlamış, sonuncuya narkotik vasitə olan “kakosu” və psixotrop maddə olan “patını” almaq üçün ümumilikdə 50 manat məbləğində pul vəsaitini Bakı şəhəri, Nəsimi rayonunda yerləşən “Araz” marketdəki “MilliÖn” ödəmə terminalından ödədiyini, daha sonra narkotik vasitəni və psixotrop maddəni Bakı şəhəri, Binəqədi rayonu, “Matadrom” yaşayış sahəsində ara küçədə daş hasarın yanından götürdüyünü bildirdi. Bundan sonra həmin bükülülərin içərisində olan kütlələrin maddələrin çəkisini müəyyən etmək məqsədi ilə ekspertiza tədqiqatına göndərilməsi üçün zərfə qoyularaq qablaşdırılacağı və möhürlənərək götürüləcəyi bildirildi. Əvvəlcə zərfin içərisi iştirakçılara göstərildi və həmin zərfin içərisinin boş olduğu müəyyən edildi. Bundan sonra həmin iki ədəd büküm zərfə qoyularaq möhürləndi və hər bir iştirakçı tərəfindən həmin zərflərin üzəri imzalanmışdır. Şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadələrindən görünür ki, digər Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadələri təkrarlayaraq, ibtidai istintaq zamanı eyni məzmunda ifadə vermişdir. Şahid qismində dindirilmiş Şahid4 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində göstərmişdir ki, Bakı şəhər Yasamal rayonu sakini Təqsirləndirilən şəxs narkotik vasitə istifadə etməsi, üzərində saxlayaraq daşıması barədə PŞ-nə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatını rəhbərliyə məruzə etdikdən sonra əvvəlcədən dəqiqləşdirilmiş məlumat əsasında iş yoldaşı Şahid5 ilə birlikdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2023-ci il tarixdə, saat 16:30-da Təqsirləndirilən şəxs Bakı şəhəri, Yasamal rayonu, V.Əliyev küçəsi 170 saylı ünvanın qarşısında üzərində narkotik vasitə saxlayaraq daşımaqda şübhəli olduğu üçün saxlanılaraq Bakı şəhəri Yasamal RPİ-in 29-cu Polis Şöbəsinə gətirildi. Polis şöbəsində hüquq və vəzifələri ona izah edildi, daha sonra dövlət hesabına təmin edilmiş müdafiəçinin iştirakı ilə iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək əşyaları və ya predmetləri könüllü surətdə verməyi təklif edildi. Bundan sonra Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş bükülünü təqdim edib bildirdi ki, narkotik vasitə heroindir, xx.xx.2023cü il tarixdə, səhər saatlarında Bakı şəhəri, Yasamal rayonu, Şamaxinka adlanan ərazidən üzdən tanıdığı, lakin anket məlumatlarını bilmədiyi şəxsdən şəxsi istifadəsi üçün 10 manata almışdır. Təhqiqatçı tərəfindən həmin bükülüyə baxış keçiriləndə bükülünün içərisində narkotik vasitə heroinə oxşar kütlə aşkar edilib qablaşdırılaraq götürüldü. Bu barədə protokol tərtib olunur iştirakçılar tərəfindən imza olunmuşdur. Şahid qismində dindirilmiş Şahid5 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadələrindən görünür ki, digər Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadələri təkrarlayaraq, ibtidai istintaq zamanı eyni məzmunda ifadə vermişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli qərardan görünür ki, CM-nin 234.1-1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmışdır. (İ cild, i.v. 1) xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 05:05-də CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni xx.xx.2023-cü il tarixdə, saat 03.30-dan tutulmuş hesab edilmişdir. (İ cild, i.v. 24-25) xx.xx.2023-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması barədə” protokoldan, xx.xx.2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş diskdən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofanın içərisində olan bir ədəd şəffaf rəngli sellofana bükülmüş, ağ rəngli, kristal şəkilli, spesfik qoxuya malik olan kütlə və bir ədəd şəffaf rəngli sellofanın içərisində olan qəhvəyi rəngli, toz şəkilli, spesfik qoxuya malik olan kütləni və digər sol cibindən göy rəngli “Samsung A21S” markalı mobil telefonu təqdim etmişdir. Həmin bükümü 07 iyun 2023- cü il tarixdə İran Respublikasının vətəndaşı olan özünü ona Aslan kimi təqdim edən şəxslə “whatsapp” sosial şəbəkəsində +98-990-593-7240 saylı mobil nömrə vasitəsi ilə əlaqə saxlamış, sonuncuya narkotik vasitə olan “patı” və “kakosu” almaq üçün, ümumilikdə 50 manat məbləğində pul vəsaitini Bakı şəhəri, Nəsimi rayonunda yerləşən “Araz” marketdəki “MilliÖn” ödəmə terminalından ödədiyini, daha sonra narkotik vasitəni Bakı şəhəri, Binəqədi rayonu, “Matadrom” yaşayış massivində yerləşən ara məhlədən götürdüyünü bildirmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, 10 ilə yaxındır ki, narkotik maddə istifadəçisidir, el arasında “patı” və “kakos” kimi tanınan narkotik maddələri iynə ilə vuraraq istifadə edir. Bu məqsədlə də həmin narkotik vasitələri şəxsi istifadəsi üçün üzərində gəzdirmişdir. (İ cild, i.v. 31-33, 147) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 6/3223 saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, Azərbaycan Respublikası DİN-nin “Zərflər üçün № 234” möhür əksi, “...Təqsirləndirilən şəxs...” qeydli kağız paketdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,739 qram ağ rəngli kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, 01 ədəd bükümdə təmiz təmiz çəkisi 2,761 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş siyahılar üzrə heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ), Metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir. (İ cild, i.v. 77-81) xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Şahid3 ifadəsində qeyd olunanları Təqsirləndirilən şəxs üzünə qarşı deməklə bir daha təsdiq etmişdir. (İ cild, i.v. 94-97) xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. (İ cild, i.v. 102-103) Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 4(001)-599/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. (İ cild, i.v. 127-130) Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli tələbnaməsindən və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(004)-155/2022 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə CM-in 234.2-ci maddəsi ilə təqsirli bilinərək, CM-in 69.3-cü maddəsinə əsasən 02 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2015-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli hökmü ilə CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. (İ cild, i.v. 144-145, İİ cild, i.v. 18-24) xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi ********* saylı cinayət işi ilə bir icraatda birləşdirilməklə ibtidai istintaq CM-nin 234.1-1 və 234.1-ci maddələri ilə ********* saylı altında davam etdirilmişdir. (İ cild, i.v. 154-155) xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-nin 234.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmışdır. (İ cild, i.v. 159) xx.xx.2023-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Yasamal rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə Yasamal RPİ-nin 29-cu PŞ-yə daxil olmuş məlumat əsasında sonuncunun müəyyən edilib ifşa edilməsi istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və həmin tədbirlərin keçirilməsi məqsədi ilə əməliyyat qrupunun yaradılması qərara alınmışdır. (İ cild, i.v. 164) xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 18:00-da CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni xx.xx.2023-cü il tarixdə, saat 16:30-dan tutulmuş hesab edilmişdir. (İ cild, i.v. 183) xx.xx.2023-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması barədə” protokoldan, xx.xx.2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş diskdən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarın sağ cibindən bir ədəd şəffaf sellofana bükülmüş bükümü çıxardıb təqdim etmişdir. Bükülüyə baxan zaman içərisində toz şəkilli qəhvəyi rəngli olan maddə aşkar edilmişdir. O, həmin maddənin heroin kimi tanıdığı narkotik maddə olduğunu, bu narkotik maddəni xx.xx.2023ci il tarixdə, səhər saatlarında Yasamal rayonu, “Şamaxinka” adlanan ərazidə üzdən tanıdığı, adını bilmədiyi şəxsdən 10 manata aldığını və şəxsi istifadəsi üçün üzərində daşıyaraq xx.xx.2023-ci il tarixdə, saat 16:30 dəqiqədə polis əməkdaşları tərəfindən ünvan 4 ünvanının qarşısında saxlanıldığını bildirmişdir. (İ cild, i.v. 193-194, 251) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 6/2267 saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №169” dairəvi möhür əks olan, “Təqsirləndirilən şəxs” sözləri, soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində bir ədəd bükümdə təmiz çəkisi 0,156 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. (İ cild, i.v. 202-206) Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 5(004)-335/2023 saylı qərarından görünür ki, Daxili İşlər Nazirliyinin Bakı şəhəri Yasamal RPİ-in 29-cu PŞnin əməliyyat müvəkkili, Elmar Ələkbərli tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərarı qanuni hesab edilmişdir. (İ cild, i.v. 208) xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. (İ cild, i.v. 217-219) xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş və o, saxlandığı Bakı şəhər Yasamal RPİ-nin MSY-dən azad edilmişdir. (İ cild, i.v. 235-236) xx.xx.2023-cü il tarixli “CD diskə baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə edilmiş diskdən müəyyən edilmişdir ki, ***-***-**-** saylı nömrə ilə sonuncu dəfə 05 iyun 2023-cü il tarixdə digər nömrələrlə əlaqənin olması müəyyən olunmuş, ***-***-**-** saylı nömrəyə həmin tarixdə ***- ***-**-** saylı nömrə ilə əlaqə yaradılmasından başqa mesajlaşmanın da olduğu aşkar edilmişdir. Həmin mesajda “qaqa burdayam mənzil başında” sözlərinin yazıldığı müəyyən olunmuşdur. (İİ cild,i.v. 30) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi, X8 Ambulator X1 ekspert komissiyasının xx.xx.2023-cü il tarixli, 4042 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (İİ cild, i.v. 33-34) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixitarik X4 Hüquqi Şəxsin xx.xx.2023-cü il tarixli, 1951 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövürdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. (İİ cild, i.v. 36-37) xx.xx.2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılarkən qeydə alınmış video görüntülərinin köçürüldüyü 02 ədəd disk, texniki vasitələrlə ötürülən məlumatların ələ keçirilməsi barədə "xxxx" MMC-dən daxil olmuş 01 ədəd disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarında saxlanılmış, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkiləri 2,761 qram olan narkotik vasitə heroin, 0,739 qram psixotrop maddə metamfetamin, 0,156 qram narkotik vasitə heroin maddi sübut kimi tanınmış və tədqiqatdan sonra qalıq çəkiləri 2,661 qram olan narkotik vasitə heroin, 0,689 qram psixotrop maddə metamfetamin, 0,126 qram narkotik vasitə heroin saxlanılması üçün Binəqədi RPİ-nin saxlanc yerinə təhvil verilmişdir. (İİ cild, i.v. 38-45) xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 234.1, 234.1-1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmişdir. (İİ cild, i.v. 60-61) Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 4(001)-1018/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 20 gün müddətə, yəni xx.xx.2023-cü il tarixədək uzadılmışdır. (İİ cild, i.v. 101-102) Cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı və məhkəmə istintaqı zamanı CM-in 234.1-ci maddəsinə münasibətdə verdiyi ifadələri, şahidlərin ifadələrini, ekspertiza rəyləri, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkəmə belə nəticəyə gəlir ki; Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə CM-in 234.1 və 234.1-1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsində təqsirli olması kifayət qədər sübuta yetirildi. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməllərinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri CM-in 234.1 və 234.1-1-ci maddələri ilə düzgün olaraq tövsif olunmuş və o, həmin maddələrdə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Həmin əməllər qəsdən törədilmişdir, başa çatmış cinayətlərdir, təsnifata görə az ağır (CM 234.1) və ağır (CM 234.1-1) cinayətlərdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü CM-in 234.1-1-ci maddəsi ilə təqsirli bilməməsi, psixoloji təhdidlərə məruz qaldığından ibtidai istitaq zamanı CM-in 234.1-1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə etirafedici ifadələr verməsi və s. ilə bağlı verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən şəxsi mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yayınmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddə olan metamfetamini və külli miqdarda narkotik vasitə heroini əldə etməsini, saxlamasını və daşımasını sübuta yetirilmiş hesab edir. Təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla - şahidlərin ifadələri, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları, cinayət işinin digər materialları ilə təkzib olunur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri ilə bağlı ibtidai istintaq zamanı dindirilərkən verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş etirafedici ifadəsi iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadəni də sübut kimi qəbul edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanuna əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 23-cü bəndində qeyd edilir ki, “Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Deveyer Belçikaya qarşı» iş üzrə qərarında göstərmişdir ki, «ittiham» termininə formal cəhətdən deyil, məzmun cəhətdən anlayış verilməlidir və Məhkəmə ittihamın zahiri təzahürlərinin arxasında nəyin durduğunu nəzərdən keçirməli və ittihamın irəli sürülməsi prosedurunun reallıqlarını araşdırmalıdır. CM-nin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. CM-nin 59-cu maddəsinə maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. İş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və götürülməmişdir. CM-in 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs qəsdən az ağır cinayət törətməyə görə əvvəllər məhkum olunmuş və qanunvericilikdə nəzərdə tutulan müddət keçmədən yenidən qəsdən cinayət törətmişdir. CM-in 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun CM-in 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair 18 mart 2013-cü il tarixli qərarının nəticəvi hissəsindən görünür ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən eyni və ya həmcins cinayətin törədilməsi cinayətin residivi kimi qəbul edilməlidir. Həmin şəxsin əməli eyni zamanda cinayətlərin təkrar törədilməsi əlaməti ilə tövsif edilə bilməz. Cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkəmə, CM-in 61.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olması onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. CM-in 18.5-ci maddəsinə əsasən cinayətlərin residivinə görə bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və hədlərdə daha sərt cəza tətbiq edilir. CM-in 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. CM-in 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 234.1, 234.1-1-ci maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcələrini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzanı ağırlaşdıran halı nəzərə alaraq Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərinə görə ittiham olunduğu maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs faktiki azadlığı xx.xx.2023-cü il tarixdə, saat 16:30-da məhdudlaşdırılaraq, həmin tarixdə şübhəli şəxs qismində tutulmuş və xx.xx.2023-cü il tarixdə saxlanıldığı Yasamal RPİ-nin MSY-dən azad edilərək barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs 02 gün müddətində şübhəli şəxs qismində tutulmuşdur. Sadalanan iş materiallarından müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 05:05-də şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni xx.xx.2023-cü il tarixdə, saat 03:30-dan tutulmuş hesab edilmişdir. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmış, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 20 gün müddətə, yəni xx.xx.2023-cü il tarixədək uzadılmışdır. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 02 gün müddət, həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. CPM-in 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanma müddətinin əvvəli onun azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalı və həbsdə saxlanması müddəti ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Təqsirləndirilən Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. CM-in 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisəsində cəzasını çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı, CM-in 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 175 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə, CM-in 93.1.2-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Binəqədi RPİ-nin saxlanc yerində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 2,661 qram olan narkotik vasitə heroin, 0,689 qram psixotrop maddə metamfetamin, 0,126 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılarkən qeydə alınmış video görüntülərinin köçürüldüyü 02 ədəd disk, texniki vasitələrlə ötürülən məlumatların ələ keçirilməsi barədə "xxxx" MMC-dən daxil olmuş 01 ədəd disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1 və 234.1-1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətinə, Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə 04 (dörd) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət, həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq, üzərində qəti olaraq 4 (dörd) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla həbsdə saxlama müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınmış və Binəqədi RPİ-nin saxlanc yerində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 2,661 qram olan narkotik vasitə heroin, 0,689 qram psixotrop maddə metamfetamin, 0,126 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılarkən qeydə alınmış video görüntülərinin köçürüldüyü 02 ədəd disk, texniki vasitələrlə ötürülən məlumatların ələ keçirilməsi barədə "xxxx" MMC-dən daxil olmuş 01 ədəd disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 175 (yüz yetmiş beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Cinayət işi üzrə xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən hakim Mahirə Kərimova Hakimlər: Fəxri Məmmədov Anar Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar