Məhkəmə qərarları › İş №1(101)-924/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-924/2022

14.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-924/2022 14.11.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi - Salmanov Rahib Vaqif oğlunun sədrliyi ilə, hakimlər - Hacıyev Siyavuş Həbib oğlu və Ağalarov Mahmud Muradxan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi - X4, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, təqsirləndirilən şəxsin müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə,, xx xxxx 1988-ci ildə Zəngilan rayonunun Mincivan qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Zəngilan rayonu, Mincivan qəsəbə ərazi dairəsi, Mincivan qəsəbəsində qeydiyyatda olmaqla ünvan 1anında kirayədə yaşamış, barəsində “həbs” qismində qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib daşıyaraq saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs ani mesajlaşma mübadilə sistemi üçün nəzərdə tutulmuş “İnstagram” proqramı vasitəsilə tanış olduğu “Mehdi” adlı İran İslam Respublikasının vətəndaşı və qeyriləri ilə külli miqdarda narkotik vasitə heroin, tiryək və külli miqdarda psixotrop maddə metamfetamin əldə edib satmaq məqsədi ilə qabaqcadan əlbir olub, cinayət əlaqəsinə girərək, bir qrup şəxs halında, aralarında aparılmış vəzifə bölgüsünə əsasən, “Mehdi” adlı şəxsə məxsus külli miqdarda narkotik vasitə heroini, tiryəki və külli miqdarda psixotrop maddə metamfetamini mənfəət olaraq özünün istifadə etməsi üçün həm narkotik vasitə, həm psixotrop maddə və həm də müəyyən məbləğdə pulun müqabilində Bakı şəhərində satışını həyata keçirəcəyi barədə “Mehdi” adlı şəxslə razılığa gəlib sonuncunun tapşırığı ilə 2021-ci ilin noyabr ayının sonlarında Cəlilabad rayonuna gedərək şəxsiyyəti istintaqa məlum olmayan şəxs tərəfindən qoyulmuş idman çanatsının içərisində ümumi təmiz çəkisi 616,6 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroini, ümumi təmiz çəkisi 2014,861 qram olan ağ rəngli kristallardan ibarət maddələr kütlələri kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetamini, ümumi təmiz çəkisi 410 qram olan tünd qəhvəyi rəngli qətranabənzər, spesifik iyi maddə xaşxaş bitkisindən kustar üsulla alınmış külli miqdarda narkotik vasitə tiryəki satış məqsədi ilə qanunsuz olaraq istintaqa məlum olmayan ünvandan əldə edərək yaşadığı ünvan 1anına daşıyaraq saxlamış, 03 dekabr 2021 -ci il tarixdə saat 15:30 radələrində “Mehdi” adlı şəxsin tapşırığına əsasən yaşadığı evdə saxladığı narkotik vasitə heroindən 1 ədəd və psixotrop maddə metamfetamindən 1 ədəd şəffaf polietilen bükümə ayıraraq satmaq məqsədi ilə üzərində saxlamaqla yaşadığı mənzildən çıxaraq ünvan 2 ünvanın yaxınlığında piyada hərəkətdə olan zaman Azərbaycan Respublikası DİN-nin BNMİ-nin əməkdaşlarının həyata keçirmiş olduqları əməliyyat tədbiri nəticəsində saxlanılaraq ünvan 3 ünvanda yerləşən BNMİ-nin inzibati binasına gətirilib üzərində keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli qısa qol qalın gödəkçəsinin sağ yan cibindən 01 ədəd sellofana bükülmüş təmiz çəkisi 101.600 qram qəhvəyi rəngli tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin, gödəkçənin sol yan cibindən 01 ədəd bükümdə ümumi təmiz çəkisi 109.861 ağ rəngli kristallardan ibarət maddə kütlələri kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetamin aşkar edilib götürüldükdən sonra, əməliyyat tədbirinin davamı olaraq qeyd edilən gün, yəni 03 dekabr 2021-ci il tarixdə saat 19:20 radələrində onun yaşadığı ünvan 1anında Azərbaycan Respublikası DİN-nin BNMİ-nin əməkdaşları tərəfindən baxış aparılan zaman mənzilin qonaq otağında yerləşən qəhvəyi rəngli taxta konstruksiyalı dolabda saxladığı idman çantasının içərisindən 01 bükümdə üzərindən aşkar olunmuş narkotik vasitə ilə eyni tərkibli ümumi təmiz çəkisi 515 qram qəhvəyi rəngli toz şəkilli maddə kütləsi kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin, 02 ədəd bağlamada üzərindən aşkar olunmuş psixotrop maddə metamfetaminlə eyni tərkibli ümumi təmiz çəkisi 1905 qram ağ rəngli kristallardan ibarət maddələr kütlələri kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetamin, 01 ədəd bağlamada ümumi təmiz çəkisi 410 qram tünd qəhvəyi rəngli qətranabənzər spesifik iyi maddə xaşxaş bitkisindən kustar üsulla alınmış külli miqdarda narkotik vasitə tiryək və sellofan paketin içərisindən üzərində narkotik vasitə heroin və psixotrop maddə metamfetamin izləri olan 03 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilmiş və ittiham aktında olan ifadəsini təstiq etdiyini bildirmişdir. O, törətdiyi əmələ görə səmimi peşmançılıq çəkir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ittiham aktında olan ifadəsi elan və tədqiq olunmuşdur. O, ifadəsində göstərmişdir ki, göstərmiş olduğu ünvanda tək yaşayır. Qeyri-rəsmi evlidir, lakin həyat yoldaşı anası ilə birlikdə Bakı şəhəri, Nizami rayonunda yerləşən “lallar məktəbi” adlanan ərazidə məcburi köçkünlərin yerləşdirildiyi binada yaşayır. Onun evliliyindən uşağı yoxdur. Hal-hazırda heç bir xəstəliyi yoxdur və heç bir klinikada qeydiyyatda deyil. Təxminən 1 ilə yaxındır ki narkotik və psixotrop vasitələrdən istifadə edir. 2 ay bundan qabağa qədər Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospektində yerləşən 8-ci km. bazarında fəhləlik edərək pul qazanıb şəxsi istifadəsi üçün narkotik vasitələr alaraq istifadə etmişdir. Həmin narkotik vasitələri sosial şəbəkələrdə tanış olduğu şəxslər vasitəsi ilə əldə etmişdir. O, sosial şəbəkələrdə tanış olduğu şəxslərin ona göndərdiyi bank kartlarına müxtəlif miqdarda pul atdıqdan sonra həmin şəxslər də ona Bakı şəhərində yerləşən müxtəlif ünvanlarda çəkilmiş və üzərində müxtəlif qeydlər olan şəkillər atırmışlar, onun özü həmin yerə gedib atmış olduğu pula uyğun narkotik və psixatrop maddəni götürərək istifadə etmişdir. Həmin vaxtlarda sosial şəbəkələrdə Mehdi adlı şəxs ilə tanış olmuş və həmin şəxs ona iş təklif etmişdir. Belə ki, narkotik vasitələri Mehdinin ona dediyi yerdən götürüb sonra Mehdinin deyəcəyi yerlərə aparıb qoymalı və bunun qarşılığında isə ona həm pul, həm də narkotik və ya psixtrop maddələr verəcəyini Mehdi ona bildirmişdir. Ona Mehdi adlı şəxsin bu təklifi çox yaxşı gəldiyi üçün və eyni zamanda həm pul qazanacağı, həmdə ki, narkotik vasitələri pulsuz əldə edəcəyini düşünərək sonuncu ilə razılaşmışdır. Dəqiq tarixini xatırlamadığı günlərdə Mehdi ona bir qədər narkotik vasitənin yerləşdiyi yerin şəklini göndərmiş və o da həmin yerə gedərək narkotik vasitəni götürüb yaşadığı ünvana getmişdir. Həmin gün ona tərəzi lazım olacağını bilərək 8-ci km. bazarında yerləşən mağazalardan 3 ədəd müxtəlif formalı tərəzilər almışdır. Evdə olan zaman Mehdi ona müxtəlif ünvanların çəkilmiş şəkillərini göndərmişdir. Həmin şəkillərin üzərində konkret yeri göstərən ox olmuşdur. Daha sonra Mehdi adlı şəxs həmin ünvanlara müxtəlif çəkilərdə narkotik və psixatrop maddələr yerləşdirməyini ona demişdir. O, əvvəlcədən götürmüş olduğu narkotik və psixatrop maddələri Mehdi adlı şəxsin dediyinə əsasən sonuncunun dediyi çəkilərdə bölmüş və Mehdinin dediyi ünvanlara gedərək böldüyü bağlamaları ünvanda sonuncunun dediyi yerlərə qoymuşdur. Həmin günü Mehdi onun kartına ilkin olaraq 300 manat göndərmişdir. Bu minvalla təxminən 2 ay o, Mehdinin vasitəsi ilə narkotik və psixatrop maddələrin satışı ilə məşğul olmuşdur. Bununla yanaşı olaraq o, Mehdidən əlavə özündə keçmiş narkotik və psixtrop maddələrin istifadəçiləri olan tanışlarına da narkotik və psixatrop maddələr satmışdır. Təxminən 1 həftə bundan qabaq Mehdi ona soisal şəbəkədə olan “instagram”da zəng vuraraq ümumilikdə 4 kiloqrama yaxın narkotik vasitənin Cəlilabad rayonunda olduğunu, lakin Bakıya gətirməyə adamın olmadığını bildirib gedib həmin narkotiki Cəlilabaddan götürməyini ona demişdir. O, Mehdi ilə razılaşaraq lizing ilə almış olduğu dövlət nömrə nişanını dəqiq xatırlamadığı avtomobili ilə səhər saatlarında Bakıdan çıxaraq Cəlilabad rayonuna getmiş, orada olan zaman Mehdi adlı şəxsin ona atdığı şəkildəki ünvana gedib bir ədəd idman çantasını gördükdə yaxınlaşaraq həmin idman çantasını açmış və içərisində 3-4 bağlama olmasını gördükdən sonra cəld həmin çantanı götürərək avtomobilniin yük hissəsinə yerləşdirərək Bakı istiqamətində yola çıxmışdır. Bakı şəhərinə çatan zaman yaşadığı ünvana getmiş və evdə olan zaman götürmüş olduğu idman çantasını açmışdır. İdman çantasının içərisində bir bağlama narkotik vasitə olan heroin, bir bağlama narkotik vasitə olan tiryək və bir bağlamada psixatrop maddələr olan metamfetamin olduğunu görmüşdür. Həmin idman çantasını mənzildə olan qonaq otağındakı şkafın içərisinə qoymuş və Mehdi adlı şəxsin dediyi vaxtlarda həmin bağlamaların üzərindən dediyi çəkidə narkotiki götürərək Mehdinin dediyi ünvanlara qoymağa başlamışdır. 03 dekabr 2021-ci il tarixdə saat 15:30-da Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 26 ünvanında olan zaman 3 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərinin polis olduqlarını bildirərək onu Baş Narkotiklərlə Mübarizə idarəsinə dəvət etmişlər. Baş İdarədə olan zaman polis əməkdaşları ona narkotik vasitələrlərin qanunsuz dövriyəsi ilə məşğul olmaqda şübhəli olduğunu bildirib onu barəsində əməliyyataxtarış tədbirlərinin keçirilməsi barədə qəbul edilmiş qərarla tanış etdikdən sonra hüquqlarının müdafiəsi üçün onun razılığı əsasında ona müdafiəçi təyin edilmişdir. Müdafiəçi dəvət edildikdən sonra müdafiəçi ona təqdim edilmiş və baxış aparılmışdır. Polis əməkdaşları bundan sonra ondan üzərində hər hansı qanunla qadağan edilmiş predmentin olub-olmamasını soruşmuş və varsa, həmin əşyaları və predmetləri təqdim etməyini bildirmişlər. O, heç bir çıxış yolunun olmadığını görmüş və üzərində satış məqsədi ilə saxladığı bir bükümdə metamfetamini və bir bir büküm heroni, eyni zamanda üzərində olan digər şəxsi əşyalarını, yəni yaşadığı ünvanın açarlarını, narkotik vasitələrin satışı zamanı istifadə etdiyi bir ədəd özünə məxsus “Kapital” banka aid bank kartını və valideyninə məxsus “Unibanka” aid pensiya kartını, 2 ədəd mobil telefonunu, həyat yoldaşına məxsus olan qızıl sırğanı, 71 ABŞ dolları, 1000 rus rublu, 835 manat nəğd pulu çıxardaraq təqdim etmişdir. Bundan sonra isə polis əməkdaşları ondan üzərindən çıxan narkotikdən başqa da narkotik və psixatrop maddənin olub olmadığını soruşduqda, yaşadığı, yəni yuxanda qeyd etdiyi ünvanda da narkotik və psixatrop maddələrin olduğunu bildirmiş, bundan sonra isə onun razılıq ərizəsi alındıqdan sonra müdafiəçisi və polis əməkdaşları ilə birlikdə yaşadığı ünvana getmişlər. Yaşadığı ünvanda olan zaman mənzilin qonaq otağında yerləşən əvvəlcədən gizlətdiyi dolabın içərisindəki idman çantasını polis əməkdaşlarına təqdim etmişdir, idman çantasının içərisində 1 bağlama tiryək, 1 bağlama heroin, 2 bağlama metamfetamin və narkotik vasitələrin satışı zamanı istifadə etdiyi 3 ədəd elektron tərəzini sonunculara təqdim etmişdir. Daha sonra polis əməkdaşları həmin bağlamaları qablaşdıraraq iştirakçılara, eyni zamanda ona imza etdirmiş və ekspertizaya göndərəcəklərini bildirmişlər. Üzərindən aşkar edilmiş pullar narkotik vasitələrin satışı zamanı Mehdi adlı şəxsin ona məxsus “Kapital” banka aid kartına göndərmiş olduğu pullardır və o, həmin pulları bankomatdan çıxardaraq əldə etmişdir. Saxlanılan zaman üzərindən aşkar edilmiş narkotik və psixatrop maddələr olan ümumilikdə 02 bükümü yaşadığı evdə olan bağlamaların üzərindən götürərək qablaşdırıb Mehdi adlı şəxsin ona atmış olduğu ünvana aparmalı idi. Üzərində və yaşadığı ünvanda aşkar edilmiş narkotik və pixatrop maddələri sosial şəbəkədlərdən birində tanış olduğu İran İslam Respublikasının vətəndaşı olan Mehdi adlı şəxs vasitəsi ilə təxminən 7 gün bundan qabaq Cəlilabad rayonunda Mehdinin dediyi ünvana gedib oradan əldə etmişdir. Üzərindən aşkar edilmiş 4169-7385-2437-8738 nömrəli “Kapital" banka aid bank kartının içərisindəki pulları narkotik vasitələrin satışı zamanı əldə etmişdir və kartın içərisində 3.000 (üç min) manat pul vardır. Mehdi adlı şəxslə “İnstagram" sosial şəbəkəsi vasitəsilə tanış olmuşdur. İttiham olunduğu cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi aşağıdakı dəlillərlə tam sübuta yetirilir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Azərbaycan Respublikası DİN-in BNMİ-nİn XMİÜ baş əməliyyat müvəkkili vəzifəsində çalışır və polis mayoru xüsusi rütbəsi daşıyır. Sonradan adını bildiyi Təqsirləndirilən şəxs əvvəllər tanımamış, heç bir ədavəti və ya qohumluğu olmamışdır. 03 dekabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs adlı şəxsin külli miqdarda narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat raportla BNMİ-nin rəisinə məruzə olunduqdan sonra əməliyyat tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuş və qərar əsasında yaradılmış əməliyyat qrupunun üzvləri ilə birlikdə həmin gün ünvan 2 ünvanın qarşısında xarici əlamətləri Təqsirləndirilən şəxs adlı şəxsin əlamətləri ilə üst-üstə düşən şəxsə yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olmalarını bildirərək, həmin şəxsə özünü təqdim etməsini təklif etmişlər. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olmasını bildirdikdən sonra həmin şəxsə külli miqdarda narkotik vasitələrinin qanunsuz dövriyyəsində şübhəli olması bildirilərək birlikdə BNMİ-ə gəlməsini dəvət etmişlər. Təqsirləndirilən şəxs təkliflə razılaşdıqdan sonra onlarla birlikdə BNMİ-nə gəlmiş və BNMİ-də hüquqlarının müdafiəsinin təmin edilməsi məqsədi ilə müdafiəçi dəvət olunduqdan sonra sonuncuya üzərinə şəxsi axtarış keçiriləcəyi elan edilmişdir. Təqsirləndirilən şəxs təkliflə razılaşaraq əynində olan qara rəngli qısaqol qalın qış gödəkcəsinin sol yan cibindən 1 ədəd sellofan bükümdə psioxtrop maddə metamfetaminə bənzər kütləni, sağ yan cibindən 1 ədəd sellofan bükümdə narkotik vasitə heroinə bənzər kütləni, əynindəki şalvarının sol yan cibindən özünə məxsus 1 ədəd «Samsung» markalı mobil telefonu, sağ yan cibindən yaşadığı evin açarını, 1 ədəd «Redmi» markalı mobil telefonu, 1 ədəd həyat yoldaşına məxsus qızılı rəngli sırğanı, arxa sağ cibindən isə içərisində özünə məxsus sürücülük vəsiqəsi, 71 ABŞ dolları, 1000 rus rublu, 835 manat pul məbləğində nağd pul vəsaitini, 1 ədəd «Unibank» bankına məxsus və 1 ədəd «Kapital» Banka məxsus bank kartları olan qara rəngli pul kisəsini təqdim edərək masanın üzərinə qoymuşdur. Bundan sonra tərəflərindən Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən hər hansı bir qanunsuz əşya müəyyən edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi mənzilin açarları, 71 ABŞ dolları, 1000 rus rublu və 835 manat pulun 235 manatı özünə qaytarılmış, 2 ədəd mobil telefon aparatı iş üçün əhəmiyyəti kəsb etdiyindən götürülmüşdür. Təqsirləndirilən şəxs iştirakı ilə bükümlərə baxış keçirilərkən birinin içərisində qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər, digərində isə ağ kristal şəkilli psixotrop maddə metamfetaminə bənzər kütlə olması müəyyən edilmişdir. Həmin sellofan bükümlərdə aşkar olunmuş maddələrin çəkisi müəyyən edilməsi üçün elektron tərəzi vasitəsi ilə çəkildikdə metamfetaminin çəkisinin 113 qram, narkotik vasitə heroinin çəkisinin isə 110 qram olması müəyyən edilərək həmin maddələr qablaşdırılmaqla götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitələrin dövriyyəsindən əldə olunmuş 600 manat nağd pulu və plastik kartlardakı hesablarda ümumilikdə təxminən 3400 manat pulu narkotik vasitələrin dövriyyəsindən əldə etdiyini, həmin pulları Mehdi adlı şəxsin göndərdiyini qeyd etdiyindən 600 manat nağd pul və 2 ədəd plastik kartlar zərfə qoyularaq qablaşdırılmışdır. Təqsirləndirilən şəxs narkotik vasitələri təxminən 4 ay əvvəl tanış olduğu İran İslam Respublikası vətəndaşı olan Mehdi adlı şəxsin göndərdiyini, 7 gün əvvəl Mehdi adlı şəxsin deməsinə əsasən narkotik vasitəni Bakı-Astara yolunun Cəlilabad rayonu ərazisindən keçən hissəsində yolun kənarından götürdüyünü, bir qismini Mehdinin tapşırığına əsasən deyilən yerlərə qoyduğunu, qalan hissəsini isə yaşadığı evdə saxlamasını, bu hərəkəti törətməkdə niyyəti öz istifadəsi üçün narkotik vasitə və pul əldə etmək olduğunu bildirmişdir. Bundan sonra bu barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Daha sonra həmin gün saat 20.20 radələrində birlikdə Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 evin 410 saylı mənzilinin qarşısına gəlmiş və Təqsirləndirilən şəxs yaşadığı mənzildə saxladığı qanunsuz əşyaları təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs təkliflə razılaşdıqdan sonra özündə olan açarla mənzilin qapısını açmış və narkotik vasitələri həmin mənzilin qonaq otağında saxlamasını bildirərək onları mənzilin qonaq otağına dəvət etmiş, qonaq otağında divan dəstinin yanındakı yerdən olan dolabı açaraq 1 ədəd boz rəngli idman çantasını təqdim etmişdir. Çantaya baxış keçirilərkən içərisində 1 ədəd sarı rəngli, 2 ədəd şəffaf rəngli sellofan torba aşkar edilmiş, sarı rəngli torbaya baxış keçirilərkən içərisində 1 ədəd sellofan paketdə narkotik vasitə heroinə, 1 ədəd sellofan paketdəki 1 bükümdə narkotik vasitə tiryəkə bənzər maddə, ağ rəngli sellofan torbadan birinə baxış keçirilərkən içərisində 2 ədəd sellofan paketdə psixotrop maddə metamfetaminə bənzər maddə, ikinci sellofan paketdən isə 3 ədəd elektron tərəzi aşkar edilmişdir. Aşkar edilmiş maddələr və elektron tərəzilər qablaşdırılmaqla götürülmüşdür. Bundan sonra birlikdə DİN-in BNMl-nə gəlmiş və orada bu barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Şahidlər Şahid2 və Şahid3 ibtidai istintaq zamanı verdikləri və məhkəmədə tədqiq edilən ifadələrində Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadə verərək həmin xüsusatları bir daha təsdiq etmişdir. Cinayət işinin 30-32-ci vərəqlərində olan 03 dekabr 2021-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılan zaman onun əynində olan qara rəngli qısaqol qalın qış gödəkçəsinin sol yan cibindən 01 ədəd sellofana bükülmüş təmiz çəkisi 101.600 qram qəhvəyi rəngli tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış küllü miqdarda narkotik vasitə heroin, gödəkçənin sol yan cibindən 01 ədəd bükümdə ümumi təmiz çəkisi 109.861 ağ rəngli kristallardan ibarət maddə kütlələri kustar üsulla hazırlanmış küllü miqdarda psixotrop maddə metamfetamin, əynindəki şalvarının sol yan cibindən bir ədəöd “Samsung” markalı mobil telefon, sağ yan cibindən bir ədəd “Redmi” markalı mobil telefon, 600 manat pul vəsaiti, sürücülük vəsiqəsi, bir ədəd **********102535 nömrəli “Unİbanka” və bir ədəd **********378738 nömrəli “Kapital” banka məxsus elektron pul kartları aşkar edilərək götürülmüş, şəxsi axtarış zamanı aşkar edilmiş mənzilin açarı, bir ədəd qızılı rəngli sırğa, 71 ABŞ dollar, 1000 rus rublu, 235 manat pul vəsaiti iş üçün əhəmiyyət kəsb etmədiyindən Təqsirləndirilən şəxs qaytarılmışdır. Cinayət işinin 35-37-ci vərəqlərində olan 03 dekabr 2021-ci il tarixli baxış keçirilməsi və götürülmə haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 1anda baxış aparılan zaman mənzilin qonaq otağında yerləşən qəhvəyi rəngli taxta konstruksiya!ı dolabda saxladığı idman çantasının içərisindən 01 bükümdə ümumi təmiz çəkisi 515 qram qəhvəyi rəngli toz şəkilli maddə kütləsi kustar üsulla hazırlanmış küllü miqdarda narkotik vasitə heroin, 02 ədəd bağlamada ümumi təmiz çəkisi 1905 qram ağ rəngli kristallardan ibarət maddələr kütlələri kustar üsulla hazırlanmış küllü miqdarda psixotrop maddə metamfetamin, 01 ədəd bağlamada ümumi təmiz çəkisi 410 qram tünd qəhvəyi rəngli qətranabənzər spesifik iyi maddə xaşxaş bitkisindən kustar üsulla alınmış küllü miqdarda narkotik vasitə tiryək və sellofan paketin içərisindən üzərində heroin və metamfetamin izləri olan 03 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Cinayət işinin 101-ci vərəqində olan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman çəkilmiş “videogörüntüyə baxış keçirilməsi haqqında” 10 dekabr 2021-ci il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası DİN-in BNMİ-nin TQ-nin təhqiqatçısı, polis kapitanı Vüsal Həsənquliyev tərəfindən Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya varsa təqdim etməsi təklif olunur, Təqsirləndirilən şəxs heç bir etiraz etmədən əynində olan qara rəngli qısaqol qalın qış gödəkcəsinin sol yan cibindən 1 ədəd sellofan bükümdə psioxtrop maddə metamfetaminə bənzər kütləni, sağ yan cibindən 1 ədəd sellofan bükümdə narkotik vasitə heroinə bənzər kütləni təqdim etmiş, daha sonra narkotik vasitələrin dövriyyəsindən əldə edilməsini bildirdiyi 600 manat pul və 2 ədəd plastik kartlar götürülmüşdür. Cinayət işinin 102-ci vərəqində olan Təqsirləndirilən şəxs yaşadığı mənzilə baxış keçirilən zaman çəkilmiş “videogörüntüyə baxış keçirilməsi haqqında” 10 dekabr 2021-ci il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası DİN-in BNMİ-nin TQ-nin təhqiqatçısı, polis kapitanı Vüsal Həsənquliyev tərəfindən Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 evin 410 saylı mənzilində qanunsuz əşya varsa, təqdim etməsi təklif olunur, Təqsirləndirilən şəxs mənzildə divan dəstinin yanındakı yerdən olan dolabı açaraq 1 ədəd boz rəngli idman çantasını təqdim etmiş, çantaya baxış keçirilərkən içərisində 1 ədəd sarı rəngli, 2 ədəd şəffaf rəngli sellofan torba aşkar edilmiş, sarı rəngli torbaya baxış keçirilərkən içərisində 1 ədəd sellofan paketdə narkotik vasitə heroinə, 1 ədəd sellofan paketdəki 1 bükümdə narkotik vasitə tiryəkə bənzər maddə, ağ rəngli sellofan torbadan birinə baxış keçirilərkən içərisində 2 ədəd sellofan paketdə psixotrop maddə metamfetaminə bənzər maddə, ikinci sellofan paketdən İsə 3 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. İş üzrə maddi subut olan DVD disklərə məhkəmə iclasında baxış keçirilmişdir. DVD disklərdə olan görüntülər işin hallarına uyğundur. Cinayət işinin 137-ci vərəqində olan “telefon danşıqları cədvəlinə baxış keçirilməsi haqqında” 14 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, "xxxx" MMC-dən xx.xx.2022ci il tarixli AZF/LGL-18/22 nömrəli müşaiyət məktubu ilə daxil olmuş 1 ədəd CD diskə baxış keçirilərkən ***-***-**-** mobil telefon nömrəsinə xx-xx-2021 02:57-də **********55 mobil telefon nömrəsindən «Tosu nece sen kola v, Seher göturecem dok, zeng eliyersen qaqa.ozumde olmur,ama goturub vererem istesen Mende zamucnu ayakab, neynem ayaqqabini?camaata ayaqqabi verimki bize kola ver? Başa duşmedim mene neynem men ayaqqabini.mznde kola yoxdu,basqa adamdadi», xx.xx.2021-ci il tarixdə eyni nömrədən «Nese var patldan kol Cavav ver ay tosu», xx.xx.2021-ci il tarixdə **********42 nömrədən «qaqa 2 qr kola 1 qr», xx.xx.2021 -ci il tarixdə **********81 nömrədən «Mensur seni and verirem Allaha incitme meni.gonderdiyin 30manata,heresinnen yari yari qoyacam bir yere gel gotur.başqada söhbet eleme.kola 25dİ,das 40.se n atavin goru meni incitme.bos yere cene doymuyey», xx.xx.2021-ci il tarixdə **********00 nömrədən «Tosu turandi 2 dene» mətnli SMS yazışmaları müəyyən edilir. Cinayət işinin 46-50-ci vərəqlərində olan məhkəmə-kimyəvi ekspertizasının 04 dekabr 2021-ci il tarixli 6/5364 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 2 büküm.... » yazısı olan kağız paketdəki 1 ədəd bükümdə təmiz çəkisi 101,600 qram qəhvəyi rəngli tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və 1 ədəd bükümdə təmiz çəkisi 109,861 qram ağ rəngli kristallardan İbarət maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir; Tədqiqata təqdim edilmiş üzərində «Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar edilmiş...» yazısı olan boz rəngli çantadakı, 1 ədəd bağlamada təmiz çəkisi 515 qram qəhvəyi rəngli tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 2 ədəd bağlamada ümumi təmiz çəkisi 1905 qram ağ rəngli kristallardan ibarət maddələr kütlələri kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. 1 ədəd bağlamada təmiz çəkisi 410 qram tünd qəhvəyi rəngli qətranabənzər, spesifik iyi maddə xaşxaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə tiryəkdir və 3 ədəd elektron tərəzinin üzərində heroinin və metamfetaminin izləri vardır; Təqsirləndirilən şəxs üzərindən və yaşadığı ünvandan aşkar edilərək götürülmüş heroinin təmiz çəkisi 616,6 qramdır və heroinlər kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidirlər; Təqsirləndirilən şəxs üzərindən və yaşadığı ünvandan aşkar edilərək götürülmüşmetamfetaminin ümumi təmiz çəkisi 2014,861 qramdır (2 kq 14,861 qram) və metamfetaminlər kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidirlər; Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar edilərək götürülmüş 3 ədəd tərəzinin üzərində heroin və metamfetamin iz şəklində olduğu üçün onların çəkisini və bükümdəki heroinlərlə və metamfetaminlə eyni kimyəvi tərkibli olub-olmamasını müəyyən etmək mümkün deyildir; Qeyd:-Heroinin ümumi təmiz çəkisi 616,600 qram, tədqiqat sərf edildi ümumi 0,2 qram, qalıq 616,400 qram, metamfetaminin ümumi təmiz çəkisi 2014,861 qram, tədqiqata sərf edildi 0,3 qram (0,1 qram və ümumi 0,2 qram), qalıq 2014,561 qram, tiryəkin təmiz çəkisi 410,0 qram, tədqiqata sərf ediidi 0,3 qram, qalıq 409,7 qram. Heroin və tiryək 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ), Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu İlə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına (Siyahı İ) daxildir. Cinayət işinin 133-134-cü vərəqlərində olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 156 saylı rəyindən görünür ki, X1 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, hal-hazırda abstinensiya intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 138-191-ci vərəqlərində olan mobil telefon aparatına baxış protokolundan görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs məxsus 01 ədəd “Samsung Galaxy A72” markalı mobil telefon aparatına baxış keçirilmiş və baxış zamanı mobil telefonun “Qalareya” bölməsindən elektron tərəzinin üzərində narkotik vasitələrə bənzər maddələrin çəkilməsinin 08 ədəd foto şəklinin olması aşkar olunmuşdur; Həmçinin baxış zamanı “Samsung Galaxy A72" markalı mobil telefonda olan “WhatsApp” proqramının ***-***-**-** saylı mobil nömrə ilə qeydiyyatda keçməsi aşkar olunmuşdur. Mobil telefonun “WhatsApp" proqramında olan yazışmalara baxış keçirən zaman “Mehdi” adı ilə qeyd edilmiş +**********34 saylı mobil nömrə ilə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrənin “WhatsApp” proqramında xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddət ərzində narkotik vasitələrin müxtəlif ünvanlara qoyulması barədə səs yazıların olması, Təqsirləndirilən şəxs istifadəsində olan “WhatsApp” proqramı vasitəsi ilə “Mehdi” adı ilə qeyd edilmiş +**********34 saylı mobil nömrənin proqramına narkotik vasitələrin qoyulduğu yerlərin işarələnmiş fotoşəkillərinin göndərilməsi, eyni zamanda Təqsirləndirilən şəxs istifadəsində olan “WhatsApp” proqramı vasitəsi İlə “Mehdinin Atasi” adı ilə qeyd edilmiş +**********34 saylı mobil nömrəyə 02 ədəd elektron tərəzinin üzərində narkotik vasitələrin çəkilməsinin fotoşəklinin göndərilməsi aşkar olunmuşdur; Baxışda iştirak edən Təqsirləndirilən şəxs ***-***-**-** mobil nömrənin ona məxsus olduğunu, “Mehdi” adı ilə qeyd edilmiş +**********34 saylı mobil nömrənin narkotik vasitələri əldə etdiyi İran İslam Respublikasının vətəndaşının olduğunu, Mehdinin göstərişi ilə narkotik vasitələri qoyulduğu yerlərin fotoşəklini və ünvanını yazaraq sonuncuya göndərdiyini bildirmişdir. Cinayət işinin 229-245-ci vərəqlərində olan protokollardan görünür ki: Təqsirləndirilən şəxs üzərindən və yaşadığı mənzildən aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 616,6 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin, ümumi təmiz çəkisi 2014,861 qram olan ağ rəngli kristallardan ibarət maddələr kütlələri kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetamin, ümumi təmiz çəkisi 410 qram olan tünd qəhvəyi rəngli qətranabənzər, spesifik iyi maddə xaşxaş bitkisindən kustar üsulla alınmış külli miqdarda narkotik vasitə tiryək, üzərində heroinin və metamfetaminin izləri olan 03 ədəd elektron tərəzi iş üzrə maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra qalıq qalmış 616,400 qram heroin, 2014,561 qram metamfetamin, 409,7 qram tiryək və 03 ədəd elektron tərəzi saxlanılması üçün Xətai RPİ- nin maddi sübutarın saxlama kamerasına təhvil verilmişdir; İş üzrə Təqsirləndirilən şəxsm məxsus 1 ədəd “Samsung Galaxy A72” markalı mobil telefon aparatı maddi sübut kimi tanınmış və saxlanılması üçün Xətai RPİ-nin saxlanc anbarına təhvil verilmişdir; Bakı şəhəri Xətai rayon Məhkəməsinin hakimi X2 xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və Təqsirləndirilən şəxs adına olan 4169-7385-2437- 8738 nömrəli “Kapital Bank”-a aid bank hesabında olan üzərinə həbs qoyulması haqqında qərar qəbul edilmiş 3000 (üç min) manat pul vəsaiti narkotik vasitələrin və psixotrop maddələrin satışından əldə edilən gəlir olduğundan iş üzrə maddi sübut kimi tanınmış və 3000 (üç min) manat pul vəsaitinin “Kapital Bank”-a aid 4169-7385- 2437-8738 nömrəli bank hesabında saxlandığı nəzərə alınmışdır; Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 600 manat pul vəsaiti narkotik vasitələrin və psixotrop maddələrin satışından əldə edilən gəlir olduğundan iş üzrə maddi sübut kimi tanınmış və 600 manat pul vəsaitinin Bakı şəhər BPİnin MPİ-nin depozitinə qoyulduğu nəzərə alınmışdır; "xxxx" MMC-dən xx.xx.2022-ci il tarixli AZF/LGL-18/22 nömrəli müşaiyət məktubu ilə daxil olmuş 1 ədəd CD disk və «telefon danışıqları cədvəlinə baxış keçirilməsi haqqında» 14 yanvar 2022-ci il tarixli protokol iş üzrə sübut növü kimi qiymətləndirilmişdir; xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası DİN-nin BNMİ-nin Təhqiqat Qrupunun təhqiqatçısı, polis kapitanı Vüsal Həsənquliyev tərəfindən tərtib edilmiş “Şəxsi axtarış və götürmə” aparılması haqqında protokol iş üzrə sübut növü kimi qiymətləndirilmiş, “Şəxsi axtarış və götürmə” istintaq hərəkətinin gedişatını əks etdirən görüntülər olan “DVD” disk iş üzrə maddi sübut kimi tanınmış və “DVD” disk iş materiallarına əlavə edilmişdir; xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası DİN-nin BNMİ-nin Təhqiqat Qrupunun təhqiqatçısı, polis kapitanı Vüsal Həsənquliyev tərəfindən tərtib edilmiş "mənzilə baxış və götürmə” aparılması haqqında protokol iş üzrə sübut növü kimi qiymətləndirilmiş, “mənzilə baxış və götürmə” istintaq hərəkətinin gedişatını əks etdirən görüntülər olan "DVD” disk iş üzrə maddi sübut kimi tanınmış və “DVD" disk iş materiallarına əlavə edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununun 10.0.11 -ci maddəsində göstərilir ki, «narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir». Azərbaycan Respublikası Ali Məhkəməsinin «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» olan 4 mart 2011-ci il tarixli 2 N-li qərarının 9-cu bəndində göstərilmişdir ki, «Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli, 961 N-li Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» siyahının 5-ci bəndinə görə 2 qram və daha artıq narkotik vasitə olan heroin külli miqdar hesab edilmişdir. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini tədqiq edib Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq tövsif edilmiş və o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməli və ona həmin maddələr ilə cəza təyin edilməlidir. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Cinayət işinin 20-ci vərəqində olan protokoldan görünür ki, Təqsirləndirilən şəxs 03 dekabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 90-95-ci vərəqlərində olan Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2021-ci il tarixdən hesablamaqla 04 ay müddətinə “həbs" qismində qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 100-cü vərəqində olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Əməlindən səmimi peşman olması Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən haldır. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə, Azərbaycan Respublikası CM-in 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. İbtidai həbs müddəti cəza çəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı xx.xx.2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş «həbs» qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minib icraya yönələnədək dəyişdirilməməli, CM-in 56.1.2-ci maddəsinə müvafiq olaraq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülməlidir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur, məhkəmə məsrəfini təşkil edən ekspertiza tədqiqinə sərf olunmuş 114 (bir yüz on dörd) manat Təqsirləndirilən şəxs tutulmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Maddi sübut olaraq Xətai RPİ-də saxlanılan - Təqsirləndirilən şəxs üzərindən və yaşadığı mənzildən aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq qalmış 616,400 qram heroin, 2014,561 qram metamfetamin, 409,7 qram tiryək və 03 ədəd elektron tərəzi məhv edilməli və onun məhv edilməsi «Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası» tərəfindən həyata keçirilməli, "xxxx" MMC-dən xx.xx.2022-ci il tarixli AZF/LGL-18/22 nömrəli müşaiyət məktubu ilə daxil olmuş 1 ədəd CD disk, “şəxsi axtarış və götürmə” istintaq hərəkətinin gedişatını əks etdirən görüntülər olan 1 ədəd “DVD” disk, “mənzilə baxış və götürmə” istintaq hərəkətinin gedişatını əks etdirən görüntülər olan 1 ədəd "DVD” disk cinayət işinin materiallarında saxlanılmalı, Təqsirləndirilən şəxsm məxsus 1 ədəd “Samsung Galaxy A72” markalı mobil telefon aparatı hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılmalı, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və Təqsirləndirilən şəxs adına olan 4169-7385- 2437- 8738 nömrəli “Kapital Bank”-a aid bank hesabında olan üzərinə həbs qoyulması haqqında qərar qəbul edilmiş 3000 (üç min) manat pul vəsaiti və şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 600 (altı yüz) manat pul vəsaiti narkotik vasitələrin və psixotrop maddələrin satışından əldə edilən gəlir olduğundan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.2-ci maddəsinə əsasən xüsusi müsadirə tədbiri tətbiq edilməklə dövlət nəfinə alınmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə Müdafiəçi üçün 300 AZN (üç yüz manat) fəaliyyət göstərdiyi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun nəfinə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 12 (on iki) il azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin, hökm çıxarılanadək həbsdə saxlandığı müddət cəza çəkmə müddətinə daxil edilməklə cəza çəkmə müddətinin başlanğıcı xx.xx.2021-ci il tarixdən hesablansın və ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülsün. Məhkəmə məsrəfi – 114 (bir yüz on dörd) manat Təqsirləndirilən şəxs tutulmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Maddi sübut olaraq Xətai RPİ-də saxlanılan - Təqsirləndirilən şəxs üzərindən və yaşadığı mənzildən aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq qalmış 616,400 qram heroin, 2014,561 qram metamfetamin, 409,7 qram tiryək və 03 ədəd elektron tərəzi məhv edilsin və onun məhv edilməsi «Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası» tərəfindən həyata keçirilsin, "xxxx" MMC-dən xx.xx.2022-ci il tarixli AZF/LGL- 18/22 nömrəli müşaiyət məktubu ilə daxil olmuş 1 ədəd CD disk, “şəxsi axtarış və götürmə” istintaq hərəkətinin gedişatını əks etdirən görüntülər olan 1 ədəd “DVD” disk, “mənzilə baxış və götürmə” istintaq hərəkətinin gedişatını əks etdirən görüntülər olan 1 ədəd "DVD” disk cinayət işinin materiallarında saxlanılsın, Təqsirləndirilən şəxsm məxsus 1 ədəd “Samsung Galaxy A72” markalı mobil telefon aparatı hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılsın, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və Təqsirləndirilən şəxs adına olan 4169-7385-2437- 8738 nömrəli “Kapital Bank”-a aid bank hesabında olan üzərinə həbs qoyulması haqqında qərar qəbul edilmiş 3000 (üç min) manat pul vəsaiti narkotik vasitələrin və psixotrop maddələrin satışından əldə edilən gəlir olduğundan və şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 600 (altı yüz) manat pul vəsaiti narkotik vasitələrin və psixotrop maddələrin satışından əldə edilən gəlir olduğundan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.2-ci maddəsinə əsasən xüsusi müsadirə tədbiri tətbiq edilməklə dövlət nəfinə alınsın. Məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə Müdafiəçi üçün 300 AZN (üç yüz manat) fəaliyyət göstərdiyi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Apelyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakimlər: 1.(sədrlik edən) Rahib Salmanov

2. Siyavuş Hacıyev

3. Mahmud Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar